Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(001)-383/2023 02.06.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Sadıqova Aynurə Vahid qızının sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Hüseynov Xəyal Nemət oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1989-cu ildə Şamaxı rayonu, 1-ci Udulu kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Hacıqabul rayonu, 1-ci Udulu kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, yeni tikilidə kirayədə yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra - CM) 127.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Aparılmış istintaq zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs 30 aprel 2022-ci il tarixdən 01 may 2022-ci il tarixinə keçən gecə saat 01 radələrində ünvan 1 ünvanında kirayədə yaşadığı evdə təmizlik işləri apardıqdan sonra həmin evdə onunla birlikdə kirayədə yaşayan Zərərçəkmiş şəxs evi zibillədiyinə görə irad bildirərkən sonuncunun ona kobud cavab verərək «istəyirsənsə çıx get bu evdən» deməsi səbəbindən aralarında yaranmış mübahisə zamanı, əlləri ilə Zərərçəkmiş şəxs boğazından tutub yumruqla burun nahiyəsinə vuraraq burun sümüklərinin yerini dəyişmiş sınığı ilə nəticələnən burunun şişkinliyi və burun tənəffüsünün sol tərəfli pozulması ilə müşayiət olunan burun yəhərinin qançırı və qançır fonunda sıyrığı, qırtlağm vokal kordlarında və ətraf piy toxumasında ödemlə müşayiət olunan boyunun sağ və sol yan səthlərinin yuxarı 1/3-nin qançırı kimi xəsarətlər yetirib zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və CM-nin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa az ağır zərər vurmuşdur. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs özünü ona CM-in 127.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, ünvan 1 ünvanında Denis adlı şəxsin evində kirayədə yaşayır. 2022-ci ilin aprel ayında Zərərçəkmiş şəxs adlı şəxs də gəlib orada kirayədə qalmağa başlamışdır. Zərərçəkmiş şəxs natəmiz olmuşdur, bu barədə ona dəfələrlə bildirmişdir ki, otağı səliqəli saxlasın, belə ki, həmin evin onların ikinci evi olduğunu bildirmişdir. Zərərçəkmiş şəxs isə yenə də təmizliyə riayət etməmişdir. Ona məcbur olub bildirmişdir ki, onunla bir evdə qalmaq istəmir, getsin başqa yerdə qalsın. Evin sahibi Denis də ona öz iradını bildirmişdiri ki, evi təmiz saxlasın. Emil isə ona demişdir ki, nəyə görə çıxıb getməlidir, kirayə haqqını verib qalacaq. Beləcə onunla mübahisələri yaranmağa başlamışdır. 01 may 2022-ci il tarixdə gecə saat 01 radələrində evdə olarkən Emil yenədə də evi çirkləndirmişdir. O, isə evi təmizləmiş və yatmaq istəmişdir. Gecə saat 01 radələrində Emil evə gəlmiş və ona demişdir ki, evi çirkləndirməsin, yenicə evi yığışdırmışdır. Emil onun sözünə əhəmiyyət verməyərək ona demişdir ki, evdə nə qədər istəyirsə qalacaq. Emil həmçinin, ona demişdir ki, «istəyirsənsənsə çıx get bu evdən». Bu zaman əsəbiləşərək ayağa durmuş və Emillə mübahisə etməyə başlamışdır. Həmin vaxt mübahisə davaya çevrilmişdir. Emilə yenə də demişdir ki, çıx get buradan, boğazından tutmuşdur, lakin onu vurmamışdır. Bu zaman Emil onun əlindən çıxıb qaçanda qapının dəstəyinin qırağı Emilin əlini kəsmiş, lakin buna baxmayaraq, Emil çıxıb qaçmışdır. Emilin arxasınca getməmiş, lakin sonradan bilmişdir ki, Emil polisə şikayət etmişdir. 24 aprel 2022-ci il tarixdə də Emil ilə həmin məzmunda mübahisəsi olmuş, lakin onu vurmamışdır. 01 may 2022-ci il tarixdə Emillə olan münaqişə zamanı evdə ikisi olmuşlar. Məhkəmə baxışı zamanı dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 2022-ci ilin may ayında Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsində Denis adlı şəxsin evində kirayədə yaşamışdır. Onunla bir otaqda Təqsirləndirilən şəxs da kirayədə yaşamışdır. Bir neçə dəfə onunla mübahisəsi olmuşdur. Mübahisəyə səbəb guya onun tərəfindən evin səliqəsiz saxlanılması olmuşdur. 01 may 2022-ci il tarixdə saat 01 radələrində həmin kirayədə qaldıqları evdə Pirməmməd əli ilə onun boğazından tutaraq itələmiş və yumruq zərbəsi ilə burnundan vuraraq ona xəsarət yetirmişdir. Baş vermiş hadisə ilə bağlı DİN-in “102” xidmətinə zəng vurmuş, sonra isə şikayət ərizəsi ilə Binəqədi RPİ 40-cı PB-nə müraciət etmişdir. Aldığı xəsarətlə bağlı sonra Siti Hospitala müraciət etmişdir. Təqsirləndirilən şəxs Əvəz oğlu ilə 24 aprel 2022-ci il tarixdə də mübahisəsi olmuş, lakin Pirməmməd onu vurmamışdır. Pirməmmədlə mübahisəyə səbəb yenə də sonuncunun ona evi çirkləndirməsi barədə iradları olmuşdur. 24 aprel 2022-ci il tarixində Pirməmməd onu vurmadığına görə və bədəni üzərində heç bir xəsarət olmadığına görə polisə müraciət etməmişdir. Eyni zamanda həmin tarixdə Pirməmmədə xəbərdarlıq etmişdir ki, onunla bir də mübahisə etsə polisə müraciət edəcək. 01 may 2022-ci il tarixdə Pirməmməd onu vuranda evdə ikisi olmuşlar. Evin sahibi isə sonradan həmin münaqişədən xəbər tutmuşdur. Pirməmməd onu boğazından tutub sıxdığına görə ona müqavimət göstərə bilməmiş, zorla onun əlindən çıxmağa macal tapmışdır. 01 may 2022ci il tarixdən sonra həmin evdən çıxmış, hazırda Xırdalan şəhərində kirayədə yaşayır. Məhkəmə iclası zamanı Zərərçəkmiş şəxs məhkəməyə ərizə təqdim edərək, hazırda Təqsirləndirilən şəxs ilə barışdığını, ona dəymiş zərərin tam ödənildiyini və sonuncudan heç bir şikayəti və tələbi olmadığını bildirmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs elan edilmiş CM-in 127.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs ərizəsi əsasında CM-in 127.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və istintaqı aparılması üçün icraata qəbul edilmişdir. xx.xx.2022-ci il tarixli “hadisə yerinə baxış keçirilməsi haqqında protokol” dan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, hadisə Bakı şəhəri, Binəqədi rayonu, Çiçək qəsəbəsində yerləşən 25/445 nömrəli evdə baş vermişdir. xx.xx.2022-ci il tarixli, 858 nömrəli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X2” X4 rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə tibbi müayinəsi zamanı onun bədəni üzərində aşkar edilmiş xəsarətlər - burunun şişkiniliyi və burun tənəffüsünün sol tərəfli pozulması ilə müşayiət olunan burun yəhərinin qançırı və qançır fonunda sıyrığı, qırtlağın vokal kordlarında və ətraf piy toxumasında ödemlə müşayiət olunan boyunun sağ və sol yan səthlərinin yuxarı 1/3-nin qançırı və sol əlin V barmağının orta və uc falanqalarmm ovuc səthinin səthi əzilmiş yarası kimi xəsarətlər aşkar olunmuşdur. Həmin xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən tarixdə və müayinə olunanın göstərdiyi şəraitdə , yəni 01 may 2022-ci il tarixdə kənar şəxs tərəfindən burun nahiyəsinə yumruqla vurma, boyun nahiyəsinin əl ilə tutulub bərk sıxılaraq boğmağa cəhd edərkən fiziki güc tətbiqi, sol əlin isə qapının dəstəyinə dəyməsi nəticəsində əmələ gələ bilərdilər və dərəcəsinə görə bütün xəsarətlər ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa Az Ağır zərərvurmaya aiddirlər. xx.xx.2022-ci il tarixli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. 10 yanvar 2023-cü il tarixli qərardan görünür ki, iş üzrə Zərərçəkmiş şəxs qismində tanınmış, ona bu barədə məlumat verilmiş və qərar elan edilərək zərərçəkmiş şəxsin CPM-in 87-ci maddəsində nəzərdə tutulmuş hüquq və vəzifələri izah edilmişdir. xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti aparılmış və Zərərçəkmiş şəxs istintaqa verdiyi ifadəni təsdiq etməklə Təqsirləndirilən şəxs üzünə qarşı demişdir. xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-in 127.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə nəzərdə tutulan ittiham elan olunmuşdur. xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. xx.xx.2023-cü il tarixli qərardan görünür ki, zərərçəkmiş şəxs, təqsirləndirilən şəxs, şahid ifadələri, üzləşdirmə protokolu, digər protokollar, məhkəmə tibbi ekspertizası üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “MTE və PA Birliyi” X3 Binəqədi rayon şöbəsinin 21 may 2022-ci il tarixli 858 saylı rəyi iş üzrə sübut növü kimi qiymətləndirilmişdir. xx.xx.2023-cü il tarixdə Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi ərizədən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmış, dəymiş ziyan tam şəkildə ödənilmiş, ondan heç bir şikayət və tələbi yoxdur. Məhkəmə, cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etiraf edici ifadəsi ilə yanaşı, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin ifadəsi, ekspertiza rəyi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 127.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Lakin qeyd edilməlidir ki, Təqsirləndirilən şəxs CM-in 127.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduğundan o, qeyd olunan maddə ilə nəzərdə tutulan cinayət məsuliyyətindən azad edilməklə barəsində olan cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməlidir. Belə ki, CM-in 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. CM-in 72-ci maddəsinin Qeyd hissəsinə əsasən şəxs bu Məcəllənin 72-73-2 və 74- 1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). CPM-in 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda çıxarılır. Beləliklə, məhkəmədə işə baxılarkən müəyyən olmuşdur ki, Təqsirləndirilən şəxs iş üzrə Zərərçəkmiş şəxs ilə barışaraq ona dəymiş ziyanı tamamilə ödəmişdir. Göstərilənləri və qanunvericiliyin tələblərini nəzərə alaraq məhkəmə, hesab edir ki, CM-in 73-1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli, CM-in 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə CPM-in 43-cü maddəsinə əsasən xitam verilməlidir. CPM-in 175.5-ci maddəsinə əsasən müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. Məhkəmə qanunvericiliyin tələblərini rəhbər tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri ləğv edilməlidir. Müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqdim etdiyi hesabatlara əsasən o, ibtidai istintaqda və məhkəmə iclaslarında iştirak edərək Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə cəmi 25 (iyirmi beş) saat vaxt sərf etmişdir. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqsirləndirilən şəxsin müdafiəçisi qismində məhkəmə iclaslarında iştirak edərək ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 25 (iyirmi beş) saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərdiyi cəmi 25 (iyirmi beş) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 150 (yüz əlli) manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia, maddi sübut və ekspertiza xərci yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və CPM-in 37, 39, 40, 43, 162, 175, 321, 344-347, 356, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilsin və barəsində olan cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında göstərdiyi cəmi 25 (iyirmi beş) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 150 (yüz əlli) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Qərar elan edildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilmədikə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Aynurə Sadıqova
Məhkəmə qərarları › İş №1(001)-383/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №1(001)-383/2023
02.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver