Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-383/2025 06.11.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Sadıqova Aynurə Vahid qızının sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Bəbirov Qədir Nadir oğlunun katibliyi, dövlət ittihamçısı Bakı şəhər prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçilər Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Müdafiəçi3, Müdafiəçi6, Bakı şəhəri 38 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi4, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 iştirakları ilə, xx xxxxxxxx 1976-cı ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, evli, ali təhsilli, əvvəllər məhkum olunmamış, "xxxx" MMC-nin direktoru, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra - CM) 178.2.1, 178.2.2, 178.2.3, 178.2.4, 308.1, 320.1, 318-1.2.2, 318-1.2.3, 29, 318.1.2.2, 29, 318-1.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirləndirilməsinə; xx xxxx 1991-ci ildə Yevlax şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, evli, ali təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, ünvan 2 ünvanında qeydiyyatda olmaqla, ünvan 3şayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra - CM) 178.2.1, 178.2.2, 178.2.4, 320.1, 318-1.2.3, 29, 318-1.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirləndirilməsinə; xx xxxx 1992-ci ildə Lənkəran rayonu, Kənarmeşə kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, evli, ali təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, ünvan 4 ünvanında qeydiyyatda olmaqla, ünvan 5 ünvanında yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra - CM) 178.2.1, 178.2.2, 178.2.4, 320.1, 318-1.2.3, 29, 318-1.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Aparılmış istintaqla müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 vəzifəli şəxs kimi xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və rəhbəri olduğu "xxxx" məhdud məsuliyyətli cəmiyyəti üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyi ziddinə qəsdən istifadə edib dövlətin qanunla qorunan mənafelərinə mühüm ziyan vurmaqla vəzifə səlahiyyətlərindən təkrarən sui-istifadə etmiş, tanışları Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib öz qulluq mövqeyindən istifadə etməklə etibardan sui- istifadə etmə və aldatma yolu ilə özgələrin xeyli miqdarda əmlaklarını ələ keçirərək təkrarən dələduzluq etmiş, qabaqcadan əlbir olan bir qrup şəxs halında təkrarən tamah niyyəti ilə bilə-bilə hüquq verən rəsmi sənədi istifadə etmək məqsədi ilə qanunsuz hazırlamaqla saxtalaşdırmış, qabaqcadan əlbir olan bir qrup şəxs halında tamah niyyəti ilə vəzifəli şəxs kimi öz qulluq mövqeyindən istifadə etməklə təkrarən şəxslərin Azərbaycan Respublikasından qanunsuz getməsini təşkil etmiş, qabaqcadan əlbir olan bir qrup şəxs halında tamah niyyəti ilə vəzifəli şəxs kimi öz qulluq mövqeyindən istifadə etməklə təkrarən şəxslərin Azərbaycan Respublikasından qanunsuz getməsini təşkil etməyə cəhd etmiş, lakin bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməl iradəsindən asılı olmayan səbəblərə görə başa çatdıra bilməmişdir. Belə ki, Təqsirləndirilən şəxs1 xx.xx.2022-ci il tarixdə təsis etdiyi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən ********** nömrəli VÖEN-lə dövlət qeydiyyatına alınmış, hüquqi ünvanı ünvan 6 Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru vəzifəsində işləyərkən, xarici ölkələrə səfər etmək, orada yaşamaq, işləmək niyyətində olan ayrı-ayrı çoxsaylı şəxsləri müvafiq dövlətlərin səfirliklərindən onlar üçün qanuni yolla viza alınmasına köməklik göstəriləcəyi vədi ilə aldatmaq və etibarını qazandıqdan sonra hazırladığı saxta sənədlər əsasında qanunsuz miqrasiyasını təşkil edərək özgənin əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirmək, rəsmi sənədi saxtalaşdırmaq, qanunsuz hazırlamaqla bağlı cinayətlərin törədilməsi üçün tanışları Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 ilə 2023-cü ilin yanvar ayından etibarən qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmişdir. Bundan sonra, 2023-cü ilin yanvar-fevral aylarında istintaqla müəyyən edilməyən tarixdə və yerdə X12 işləmək məqsədilə Latviya Respublikasına səfər etmək üçün “şengen” vizasının alınması ilə bağlı köməklik göstərilməsindən ötrü cinayətkar qrupun üzvü Təqsirləndirilən şəxs2 müraciət etmiş, Təqsirləndirilən şəxs2 həmin müraciəti cinayətkar qrupun digər üzvlərinə çatdırmış, qrup üzvləri ilə aralarında əvvəlcədən əldə olunmuş razılaşmaya əsasən, Təqsirləndirilən şəxs2 Ələhməd Səlimova özünün və qrup üzvlərinin xarici ölkələrin Azərbaycan Respublikasındakı müvafiq səfirliklərində fəaliyyət göstərən səlahiyyətli vəzifəli şəxslərdən tanışlarının olmasını, həmin tanışlarının vasitəsilə ona Latviya Respublikasının Azərbaycan Respublikasındakı səfirliyindən işçi vizasının alınması, guya qanuni yolla xarici ölkələrə getməsi və həmin ölkədə işlə təmin edilməsi kimi imkana malik olduqlarını yalandan bildirib Ələhməd Səlimovun viza almaq üçün səfirlik tərəfindən tələb olunan iş yeri haqqında arayış və digər hüquq verən rəsmi sənədləri olmadığı halda belə həmin rəsmi sənədlərin hazırlanmaqla vizanın əldə edilməsi üçün ayrı-ayrı vəzifəli şəxslərə maddi nemət olan 2400 manat pulun verilməsi qarşılığında həmin məsələni qanuni yolla müsbət həll edəcəklərini yalandan vəd verib, Ələhməd Səlimovu aldadaraq, sonuncunun əmlakını qabaqcadan əlbir olan bir qrup şəxs halında əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətlərinə keçirmək məqsədilə özünə və qrup üzvlərinin vəzifələrinə olan inamdan və aralarında yaranmış etibarlı münasibətdən istifadə edərək sözügedən işləri müvəffəqiyyətlə icra edə biləcəklərinə dair obyektiv gerçəkliyə uyğun olmayan fikir formalaşdırmışlar. Ələhməd Səlimov viza alınması üçün qeyd edilən məbləğdə pulun verilməsinin zəruri olmasına inanaraq razılığını bildirmiş, Təqsirləndirilən şəxs2 isə 2023-cü ilin yanvar-fevral aylarında istintaqla müəyyən edilməyən gündə və yerdə Ələhməd Səlimovdan sonuncunun atası Zərərçəkmiş şəxs1 məxsus olan 2400 manat pulu alaraq Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 ilə birlikdə aralarında böldükdən sonra cinayətkar qrupun ümumi cinayətkar niyyətinə uyğun olaraq aralarında olan planın icrası ilə əlaqədar 2023-cü ilin yanvar-fevral aylarında istintaqla müəyyən edilməyən gündə Ələhməd Səlimovun anket məlumatlarını sonuncunun şəxsiyyət vəsiqəsi və ümümvətəndaş pasportu kimi rəsmi sənədlərini almaqla əldə edib həmin məlumatları cinayətin törədilməsində istifadə edilməsi üçün Təqsirləndirilən şəxs3 vasitəsilə qrup üzvü Təqsirləndirilən şəxs1 təqdim etmişdir. Təqsirləndirilən şəxs1 isə 2023-cü ilin yanvar-fevral aylarında istintaqla müəyyən edilməyən gündə işlədiyi ünvan 7 ünvanında yerləşən “X51” MMC-nin ofisində özünə məxsus “LG" markalı kompüterdə Ələhməd Səlimova viza alınmasına nail olmaq məqsədilə sonuncunun rəsmi olaraq heç bir yerdə işləmədiyi halda guya “Azəri Servis LTD” müəssisəsində aylıq 1200 manat əmək haqqı almaqla ekspeditor vəzifəsində işləməsinə dair məzmununa bilə-bilə yalan məlumatlar daxil etdiyi xx.xx.2023-cü il tarixli 008/2 nömrəli hüquq verən rəsmi sənəd olan arayışı qanunsuz hazırlayıb həmin müəssisənin direktor müavini Şahid4 adından imzalanmasını təmin edərək həmin müəssisəyə məxsus olan dairəvi möhürlə təsdiq edilməsi görüntüsünü yaradıb özünə məxsus “HP” markalı rəngli printerdə çap etmiş, hazırladığı həmin saxta sənədi Latviya Respublikasının Azərbaycan Respublikasındakı səfirliyinə təqdim olunması üçün cinayətkar qrupun üzvləri Səhhət Məlikov və Təqsirləndirilən şəxs2 vasitəsilə Ələhməd Səlimova çatdırmışdır. Təqsirləndirilən şəxs1 və qrup üzvlərinin göstərişi ilə Ələhməd Səlimovun həmin saxta sənədi 2023-cü iiin yanvar- fevral aylarında istintaqla müəyyən edilməyən gündə Latviya Respublikasının Azərbaycan Respublikasındakı səfirliyinin Bakı şəhəri, Xətai rayonu, ünvan 8 ünvandakı “Dəmirçi Plaza” iş mərkəzində fəaliyyət gösterən viza müraciət mərkəzinə təqdim edərək öz adına həmin səfirlikdən viza almasına, həmin viza əsasında xx.xx.2023-cü il tarixdə Bakı- Budapeşt aviareysi ilə Macarıstan Respublikasına getməsinə nail olaraq, həmin əməlləri ilə öz qulluq mövqeyindən istifadə edərək qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2la bir qrup şəxs halında etibardan sui-istifadə etmə və aldatma yolu ilə Zərərçəkmiş şəxs1 əmlakını ələ keçirərək dələduzluq etmiş, qabaqcadan əlbir olan bir qrup şəxs halında tamah niyyəti ilə bilə-bilə hüquq verən rəsmi sənədi istifadə etmək məqsədi ilə qanunsuz hazırlamaqla saxtalaşdırmış, qabaqcadan əlbir olmuş bir qrup şəxs halında tamah niyyəti ilə vəzifəli şəxs kimi öz qulluq mövqeyindən istifadə etməklə 1 nəfər şəxsin Azərbaycan Respublikasından qanunsuz getməsini təşkil etmişdir. Təqsirləndirilən şəxs1 həmin əməlləri ilə yanaşı icraçı kimi ümumi niyyətdən kənara çıxmaqla, yəni cinayətin digər iştirakçılarının qəsdi ilə əhatə olunmadan "xxxx" MMC-ni təmsil etmək, onun adından qərarlar qəbul etmək, onun fəaliyyətinə nəzarət etmək, qanunla müəyyən edilmiş qaydada və dəstəyi üçün müraciət edən şəxslərə xidmət göstərmək və sair kimi səlahiyyətinə malik olan vəzifəli şəxs kimi xidməti vəzifələrinin icrası ilə əlaqədar, hüquqi şəxsin xeyrinə, habelə özü üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edib şəxslərin saxta sənədlər əsasında ölkədən çıxışına dəstək olmaqla dövlətin Azərbaycan Respublikası vətəndaşlarının ölkədən getməsi, ölkəyə gəlməsi, əmək miqrasiyası, habelə miqrasiyaya dövlət nəzarəti və qanunsuz miqrasiyaya qarşı mübarizə sahəsində qanunla qorunan mənafelərinə mühüm zərər vuraraq vəzifə səlahiyyətlərindən sui-istifadə etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs1 həmin vəzifədə işləyərkən, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 ilə eyni məqsədlə təkrarən qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş, 2023-cü ilin fevral-mart aylarında istintaqla müəyyən edilməyən tarixdə və yerdə X13 işləmək məqsədilə Fransa Respublikasına səfər etmək üçün “şengen” vizasının alınması ilə bağlı köməklik göstərilməsindən ötrü cinayətkar qrupun üzvü Təqsirləndirilən şəxs2 müraciət etmiş, Təqsirləndirilən şəxs2 həmin müraciəti cinayətkar qrupun digər üzvlərinə çatdırmış, qrup üzvləri ilə aralarında əvvəlcədən əldə olunmuş razılaşmaya əsasən, Təqsirləndirilən şəxs2 Sərvan Həmdiyəliyə özünün və qrup üzvlərinin xarici ölkələrin Azərbaycan Respublikasındakı müvafiq səfirliklərində fəaliyyət göstərən səlahiyyətli vəzifəli şəxslərdən tanışlarının olmasını, həmin tanışlarının vasitəsilə ona Latviya Respublikasının Azərbaycan Respublikasındakı səfirliyindən işçi vizasının alınması, guya qanuni yolla xarici ölkələrə getməsi və həmin ölkədə işlə təmin edilməsi kimi imkana malik olduqlarını yalandan bildirib Sərvan Həmdiyəlinin viza almaq üçün səfirlik tərəfindən tələb olunan iş yeri haqqında arayış və digər hüquq verən rəsmi sənədləri olmadığı halda həmin rəsmi sənədlərin hazırlanmaqla vizanın əldə edilməsi üçün ayrı-ayrı vəzifəli şəxslərə maddi nemət olan 2400 manat pulun verilməsi qarşılığında həmin məsələni qanuni yolla müsbət həll edəcəklərini yalandan vəd verib, Sərvan Həmdiyəlini aldadaraq, sonuncunun əmlakını qabaqcadan əlbir olan bir qrup şəxs halında əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətlərinə keçirmək məqsədilə özünə və qrup üzvlərinin vəzifələrinə olan inamdan və aralarında yaranmış etibarlı münasibətdən istifadə edərək sözügedən işləri müvəffəqiyyətlə icra edə biləcəklərinə dair obyektiv gerçəkliyə uyğun olmayan fikir formalaşdırmışlar. Sərvan Həmdiyəli viza alınması üçün qeyd edilən məbləğdə pulun verilməsinin zəruri olmasına inanaraq razılığını bildirmiş, Təqsirləndirilən şəxs2 isə 2023-cü ilin fevral-mart aylarında istintaqla müəyyən edilməyən gündə və yerdə Sərvan Həmdiyəlidən sonuncunun qardaşı Zərərçəkmiş şəxs2 məxsus olan 2400 manat pulu alaraq Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 ilə birlikdə aralarında böldükdən sonra cinayətkar qrupun ümumi cinayətkar niyyətinə uyğun olaraq aralarında olan planın icrası ilə əlaqədar 2023-cü ilin fevral-mart aylarında istintaqla müəyyən edilməyən gündə Sərvan Həmdiyəlinin anket məlumatlarını sonuncunun şəxsiyyət vəsiqəsi və ümümvətəndaş pasportu kimi rəsmi sənədlərini almaqla əldə edib həmin məlumatları cinayətin törədilməsində istifadə edilməsi üçün Təqsirləndirilən şəxs3 vasitəsilə qrup üzvü Təqsirləndirilən şəxs1 təqdim etmişdir. Təqsirləndirilən şəxs1 isə 2023-cü ilin fevral-mart aylarında istintaqla müəyyən edilməyən gündə işlədiyi ünvan 7 ünvanında yerləşən “X51” MMC-nin ofisində özünə məxsus “LG” markalı kompüterdə Sərvan Həmdiyəliyə viza alınmasına nail olmaq məqsədilə sonuncunun rəsmi olaraq heç bir yerdə işləmədiyi halda guya “Nəqşicahan” adlı şirkətdə aylıq 1200 manat əmək haqqı almaqla anbardar vəzifəsində işləməsinə dair məzmununa bilə-bilə yalan məlumatlar daxil etdiyi xx.xx.2023-cü il tarixli 0572/00-27A nömrəli hüquq verən rəsmi sənəd olan arayışı qanunsuz hazırlayıb özünə məxsus “HP” markalı rəngli printerdə çap etmiş, hazırladığı həmin saxta sənədi Latviya Respublikasının Azərbaycan Respublikasındakı səfirliyinə təqdim olunması üçün cinayətkar qrupun üzvləri Səhhət Məlikov və Təqsirləndirilən şəxs2 vasitəsilə Sərvan Həmdiyəliyə çatdırmışdır. Təqsirləndirilən şəxs1 və qrup üzvlərinin göstərişi ilə Sərvan Həmdiyəlinin həmin saxta sənədi 2023-cü ilin fevral- mart aylarında istintaqla müəyyən edilməyən gündə Latviya Respublikasının Azərbaycan Respublikasındakı səfirliyinin Bakı şəhəri, Xətai rayonu, ünvan 8 ünvandakı “Dəmirçi Plaza” iş mərkəzində fəaliyyət göstərən viza müraciət mərkəzinə təqdim edərək öz adına həmin səfirlikdən viza almasına, həmin viza əsasında xx.xx.2023-cü il tarixdə Bakı- Budapeşt aviareysi ilə Macarıstan Respublikasına, oradan isə Fransa Respublikasına getməsinə nail olaraq, həmin əməlləri ilə öz qulluq mövqeyindən istifadə edərək qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2la bir qrup şəxs halında etibardan sui-istifadə etmə və aldatma yolu ilə Zərərçəkmiş şəxs2 əmlakını ələ keçirərək təkrarən dələduzluq etmiş, qabaqcadan əlbir olan bir qrup şəxs halında təkrarən tamah niyyəti ilə bilə-bilə hüquq verən rəsmi sənədi istifadə etmək məqsədi ilə qanunsuz hazırlamaqla saxtalaşdırmış, qabaqcadan əlbir olmuş bir qrup şəxs halında tamah niyyəti ilə vəzifəli şəxs kimi öz qulluq mövqeyindən istifadə etməklə 1 nəfər şəxsin Azərbaycan Respublikasından qanunsuz getməsini təşkil etmişdir. Təqsirləndirilən şəxs1 həmin əməlləri ilə yanaşı icraçı kimi ümumi niyyətdən kənara çıxmaqla, yəni cinayətin digər iştirakçılarının qəsdi ilə əhatə olunmadan "xxxx" məhdud məsuliyyətli cəmiyyətini təmsil etmək, onun adından qərarlar qəbul etmək, onun fəaliyyətinə nəzarət etmək, qanunla müəyyən edilmiş qaydada və dəstəyi üçün müraciət edən şəxslərə xidmət göstərmək və sair kimi səlahiyyətinə malik olan vəzifəli şəxs kimi xidməti vəzifələrinin icrası ilə əlaqədar, hüquqi şəxsin xeyrinə, habelə özü üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edib şəxslərin saxta sənədlər əsasında ölkədən çıxışına dəstək olmaqla dövlətin Azərbaycan Respublikası vətəndaşlarının ölkədən getməsi, ölkəyə gəlməsi, əmək miqrasiyası, habelə miqrasiyaya dövlət nəzarəti və qanunsuz miqrasiyaya qarşı mübarizə sahəsində qanunla qorunan mənafelərinə mühüm zərər vuraraq təkrarən vəzifə səlahiyyətlərindən sui-istifadə etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs1 həmin vəzifədə işləyərkən, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ilə eyni məqsədlə təkrarən qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş, bundan sonra 2023-cü ilin aprel-may aylarında istintaqla müəyyən edilməyən tarixdə və yerdə Zərərçəkmiş şəxs3 işləmək məqsədilə Almaniya Federativ Respublikasına səfər etmək üçün “şengen” vizasının alınması ilə bağlı köməklik göstərilməsindən ötrü istintaqa şəxsiyyəti məlum olmayan Rəşad adlı şəxsin vasitəsilə cinayətkar qrupun üzvü Təqsirləndirilən şəxs2 müraciət etmiş, Təqsirləndirilən şəxs2 həmin müraciəti cinayətkar qrupun digər üzvlərinə çatdırmış, qrup üzvləri ilə aralarında əvvəlcədən əldə olunmuş razılaşmaya əsasən, Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs3 özünün və qrup üzvlərinin xarici ölkələrin Azərbaycan Respublikasındakı müvafiq səfirliklərində fəaliyyət göstərən səlahiyyətli vəzifəli şəxslərdən tanışlarının olmasını, həmin tanışlarının vasitəsilə ona Latviya Respublikasının Azərbaycan Respublikasındakı səfirliyindən işçi vizasının alınması, guya qanuni yolla xarici ölkələrə getməsi və həmin ölkədə işlə təmin edilməsi kimi imkana malik olduqlarını yalandan bildirib Zərərçəkmiş şəxs3 viza almaq üçün səfirlik tərəfindən tələb olunan iş yeri haqqında arayış və digər hüquq verən rəsmi sənədləri olmadığı halda həmin rəsmi sənədlərin hazırlanmaqla vizanın əldə edilməsi üçün ayrı-ayrı vəzifəli şəxslərə maddi nemət olan 2500 manat pulun verilməsi qarşılığında həmin məsələni qanuni yolla müsbət həll edəcəklərini yalandan vəd verib, Zərərçəkmiş şəxs3 aldadaraq, sonuncunun əmlakını qabaqcadan əlbir olan bir qrup şəxs halında əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətlərinə keçirmək məqsədilə özünə və qrup üzvlərinin vəzifələrinə olan inamdan və aralarında yaranmış etibarlı münasibətdən istifadə edərək sözügedən işləri müvəffəqiyyətlə icra edə biləcəklərinə dair obyektiv gerçəkliyə uyğun olmayan fikir formalaşdırmışlar. Zərərçəkmiş şəxs3 viza alınması üçün qeyd edilən məbləğdə pulun verilməsinin zəruri olmasına inanaraq razılığını bildirmiş, Təqsirləndirilən şəxs2 isə 2023-cü ilin aprel-may aylarında istintaqla müəyyən edilməyən gündə Bakı şəhəri, Xətai metrostansiyasının yaxınlığında Zərərçəkmiş şəxs3 ümumilikdə 2500 manat pulu istintaqa şəxsiyyəti məlum olmayan Rəşad adlı şəxsin vasitəsilə əlbəəl alaraq Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 ilə birlikdə aralarında böldükdən sonra cinayətkar qrupun ümumi cinayətkar niyyətinə uyğun olaraq aralarında olan planın icrası ilə əlaqədar 2023-cü ilin aprel-may aylarında istintaqla müəyyən edilməyən gündə Zərərçəkmiş şəxs3 anket məlumatlarını sonuncunun şəxsiyyət vəsiqəsi və ümümvətəndaş pasportu kimi rəsmi sənədlərini almaqla əldə edib həmin məlumatları cinayətin törədilməsində istifadə edilməsi üçün Təqsirləndirilən şəxs3 vasitəsilə qrup üzvü Təqsirləndirilən şəxs1 təqdim etmişdir. Təqsirləndirilən şəxs1 isə 2023-cü ilin aprel-may aylarında istintaqla müəyyən edilməyən gündə işlədiyi ünvan 7 ünvanında yerləşən “X51” MMC-nin ofisində özünə məxsus “LG” markalı kompüterdə Zərərçəkmiş şəxs3 viza alınmasına nail olmaq məqsədilə sonuncunun rəsmi olaraq heç bir yerdə işləmədiyi halda guya "xxxx" MMC-də aylıq 1850 manat əmək haqqı almaqla direktor köməkçisi vəzifəsində işləməsinə dair məzmununa bilə-bilə yalan məlumatlar daxil etdiyi xx.xx.2023-cü il tarixli 038 nömrəli hüquq verən rəsmi sənəd olan arayışı qanunsuz hazırlayıb həmin Cəmiyyətə məxsus olan dairəvi möhürlə təsdiq edilməsi görüntüsünü yaradıb özünə məxsus “HP” markalı rəngli printerdə çap etmiş, hazırladığı həmin saxta sənədi Latviya Respublikasının Azərbaycan Respublikasındakı səfirliyinə təqdim olunması üçün cinayətkar qrupun üzvləri Səhhət Məlikov və Təqsirləndirilən şəxs2 vasitəsilə Zərərçəkmiş şəxs3 çatdırmışdır. Təqsirləndirilən şəxs1 və qrup üzvlərinin göstərişi ilə Zərərçəkmiş şəxs3 həmin saxta sənədi 2023-cü ilin may-iyun aylarında istintaqla müəyyən edilməyən gündə Latviya Respublikasının Azərbaycan Respublikasındakı səfirliyinin Bakı şəhəri, Xətai rayonu, ünvan 8 ünvandakı “Dəmirçi Plaza" iş mərkəzində fəaliyyət göstərən viza müraciət mərkəzinə təqdim edərək öz adına həmin səfirlikdən 90 günlük çoxgirişli (multi) işçi vizası almasına, həmin viza əsasında xx.xx.2023-cü il tarixdə Bakı-istanbul aviareysi ilə Türkiyə Respublikasına, oradan isə Almaniya Federativ Respublikasına getməsinə nail olaraq, həmin əməlləri ilə öz qulluq mövqeyindən istifadə edərək qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2la bir qrup şəxs halında etibardan suiistifadə etmə və aldatma yolu ilə Zərərçəkmiş şəxs3 əmlakını ələ keçirərək təkrarən dələduzluq etmiş, qabaqcadan əlbir olan bir qrup şəxs halında təkrarən tamah niyyəti ilə bilə-bilə hüquq verən rəsmi sənədi istifadə etmək məqsədi ilə qanunsuz hazırlamaqla saxtalaşdırmış, qabaqcadan əlbir olmuş bir qrup şəxs halında tamah niyyəti ilə vəzifəli şəxs kimi öz qulluq mövqeyindən istifadə etməklə 1 nəfər şəxsin Azərbaycan Respublikasından qanunsuz getməsini təkrarən təşkil etmişdir. Təqsirləndirilən şəxs1 həmin əməlləri ilə yanaşı icraçı kimi ümumi niyyətdən kənara çıxmaqla, yəni cinayətin digər iştirakçılarının qəsdi ilə əhatə olunmadan "xxxx" məhdud məsuliyyətli cəmiyyətini təmsil etmək, onun adından qərarlar qəbul etmək, onun fəaliyyətinə nəzarət etmək, qanunla müəyyən edilmiş qaydada və dəstəyi üçün müraciət edən şəxslərə xidmət göstərmək və sair kimi səlahiyyətinə malik olan vəzifəli şəxs kimi xidməti vəzifələrinin icrast ilə əlaqədar, hüquqi şəxsin xeyrinə, habelə özü üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edib şəxslərin saxta sənədlər əsasında ölkədən çıxışına dəstək olmaqla dövlətin Azərbaycan Respublikası vətəndaşlarının ölkədən getməsi, ölkəyə gəlməsi, əmək miqrasiyası, habelə miqrasiyaya dövtət nəzarəti və qanunsuz miqrasiyaya qarşı mübarizə sahəsində qanunla qorunan mənafelərinə mühüm zərər vuraraq təkrarən vəzifə səlahiyyətlərindən sui-istifadə etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs1 həmin vəzifədə işləyərkən 2023-cü ilin noyabr ayında istintaqla müəyyən edilməyən tarixdə və yerdə Zərərçəkmiş şəxs4 işləmək məqsədilə Almaniya Federativ Respublikasına səfər etmək üçün “şengen" vizasının alınması ilə bağlı köməklik göstərilməsindən ötrü müraciətini qəbul etmiş, İsmayıl İskəndəriiyə özünün Azərbaycan Respublikasındakı müvafiq səfirliklərində fəaliyyət göstərən səlahiyyətli vəzifəli şəxslərdən tanışlarının olmasını, həmin tanışlarının vasitəsilə ona Yunanıstan Respublikasının Azərbaycan Respublikasındakı səfirliyindən işçi vizasının alınması, guya qanuni yolla xarici ölkələrə getməsi və həmin ölkədə işlə təmin edilməsi kimi imkana malik olduğunu yalandan bildirib İsmayıl İskəndəriinin viza almaq üçün səfirlik tərəfindən tələb olunan iş yeri haqqında arayış və digər hüquq verən rəsmi sənədləri olmadığı halda həmin rəsmi sənədlərin hazırlanmaqla vizanın əldə edilməsi üçün ayrı-ayrı vəzifəli şəxslərə maddi nemət olan 750 manat pulun verilməsi qarşılığında həmin məsələni qanuni yolla müsbət həll edəcəyini yalandan vəd verib, ismayıl İskəndəriini aldadaraq, sonuncunun əmlakını əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirmək məqsədilə özünə olan inamdan və aralannda yaranmış etibarlı münasibətdən istifadə edərək sözügedən işləri müvəffəqiyyətlə icra edə biləcəyinə dair obyektiv gerçəkliyə uyğun olmayan fikir formalaşdırmışdır. İsmayıl İskəndərii viza alınması üçün qeyd edilən məbləğdə pulun verilməsinin zəruri olmasına inanaraq razılığını bildirmiş. Təqsirləndirilən şəxs1 isə 2023-cü ilin noyabr ayında istintaqla müəyyən edilməyən gündə ünvan 7 ünvanında yerləşən “X51" MMC-nin ofisində ismayıl İskəndəriidən ümumilikdə 750 manat pulu əlbəəl aldıqdan sonra cinayətkar niyyətinə uyğun olaraq İsmayıl İskəndəriinin anket məlumatlannı sonuncunun şəxsiyyət vəsiqəsi və ümümvətəndaş pasportu kimi rəsmi sənədlərini almaqla əldə edib 2023-cü ilin noyabr ayında istintaqla müəyyən edilməyən gündə “X51” MMC-nin ofisində özünə məxsus “LG” markalı kompüterdə İsmayıl İskəndəriiyə viza alınmasına nail olmaq məqsədilə sonuncunun rəsmi olaraq heç bir yerdə işləmədiyi halda guya “Cahan MTK" MMC-də xx.xx.2021-ci il tarixdən aylıq 2350 manat əmək haqqı almaqla mühəndis vəzifəsində işləməsinə dair məzmununa bilə-bilə yalan məlumatlar daxil etdiyi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş X11ndən 20 noyabr 2023-cü il tarixdə saat 09:30 dəqiqədə çıxarılmış görüntüsü yaradan 28bcd597-bfdc-4a2e-9c0d-18c01d4792e4 nömrəli hüquq verən rəsmi sənəd olan arayışı qanunsuz hazırlayıb özünə məxsus “HP" markalı rəngli printerdə çap etmiş, hazırladığı həmin saxta sənədi Yunanıstan Respublikasının Azərbaycan Respublikasındakı səfirliyinə təqdim olunması üçün işlədiyi ofisdə İsmayıl İskəndəriiyə vermiş, özünün göstərişi ilə İsmayıl İskəndəriinin həmin saxta sənədi 2023-cü ilin noyabr ayında istintaqla müəyyən edilməyən gündə Yunanıstan Respublikasının Azərbaycan Respublikasındakı səfirliyinin ünvan 9 ünvandakı “Caspian Plaza" iş mərkəzində fəaliyyət göstərən viza müraciət mərkəzinə təqdim edərək öz adına həmin səfirlikdən xx.xx.2023-cü il tarixdə 3 illik çoxgirişli (multi) işçi vizası almasına, həmin viza əsasında xx.xx.2023-cü il tarixdə Bakı-İstanbul aviareysi ilə Türkiyə Respublikasına, oradan isə Almaniya Federativ Respublikasına getməsinə nail olaraq, həmin əməlləri ilə vəzifəli şəxs kimi öz qulluq mövqeyindən istifadə edərək etibardan sui-istifadə etmə və aldatma yolu ilə Zərərçəkmiş şəxs4 əmlakını ələ keçirərək təkrarən dələduzluq etmiş, tamah niyyəti ilə bilə-bilə hüquq verən rəsmi sənədi istifadə etmək məqsədi ilə təkrarən qanunsuz hazırlamaqla saxtalaşdırmış, tamah niyyəti ilə vəzifəli şəxs kimi öz qulluq mövqeyindən istifadə etməklə 1 nəfər şəxsin Azərbaycan Respublikasından qanunsuz getməsini təşkil etmiş, “VlP-Travel Premium" məhdud məsuliyyətli cəmiyyətini təmsil etmək, onun adından qərarlar qəbul etmək, onun fəaliyyətinə nəzarət etmək, qanunla müəyyən edilmiş qaydada və dəstəyi üçün müraciət edən şəxslərə xidmət göstərmək və sair kimi səlahiyyətinə malik olan vəzifəli şəxs kimi xidməti vəzifələrinin icrası ilə əlaqədar, hüquqi şəxsin xeyrinə, habelə özü üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edib şəxslərin saxta sənədlər əsasında ölkədən çıxışına dəstək olmaqla dövlətin Azərbaycan Respublikası vətəndaşlarının ölkədən getməsi, ölkəyə gəlməsi, əmək miqrasiyası, habelə miqrasiyaya dövlət nəzarəti və qanunsuz miqrasiyaya qarşı mübarizə sahəsində qanunla qorunan mənafelərinə mühüm zərər vuraraq təkrarən vəzifə səlahiyyətlərindən sui-istifadə etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs1 həmin vəzifədə işləyərkən, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 ilə eyni məqsədlə təkrarən qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş, bundan sonra 2023-cü ilin dekabr ayının sonlarında istintaqla müəyyən edilməyən tarixdə və yerdə Şahintürk X5 Respublikasına səfər etmək üçün “şengen” vizasının alınması ilə bağlı köməklik göstərilməsindən ötrü istintaqa şəxsiyyəti məlum olmayan Ramil adlı şəxsin vasitəsilə cinayətkar qrupun üzvü Təqsirləndirilən şəxs2 müraciət etmiş, Təqsirləndirilən şəxs2 həmin müraciəti cinayətkar qrupun digər üzvlərinə çatdırmış, qrup üzvləri ilə aralarında əvvəlcədən əldə olunmuş razılaşmaya əsasən, Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs5ə özünün və qrup üzvlərinin xarici ölkələrin Azərbaycan Respublikasındakı müvafiq səfirliklərində fəaliyyət göstərən səlahiyyətli vəzifəli şəxslərdən tanışlarının olmasını, həmin tanışlarının vasitəsilə ona Yunanıstan Respublikasının Azərbaycan Respublikasındakı səfirliyindən vizanın alınması, guya qanuni yolla xarici ölkələrə getməsinin təmin edilməsi kimi imkana malik olduqlarını yalandan bildirib Zərərçəkmiş şəxs5ün viza almaq üçün səfirlik tərəfindən tələb olunan iş yeri haqqında arayış və digər hüquq verən rəsmi sənədləri olmadığı halda həmin rəsmi sənədlərin hazırlanmaqla vizanın əldə edilməsi üçün ayrı-ayrı vəzifəli şəxslərə maddi nemət olan 4000 manat pulun 2000 manatının əvvəlcədən, qalan 2000 manatının isə viza alınması ilə bağlı sənədlər hazır olduqdan sonra hissə-hissə verilməsi qarşılığında həmin məsələni qanuni yolla müsbət həll edəcəklərini yalandan vəd verib, Zərərçəkmiş şəxs5ü aldadaraq, sonuncunun əmlakını qabaqcadan əlbir olan bir qrup şəxs halında əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətlərinə keçirmək məqsədilə özünə və qrup üzvlərinin vəzifələrinə olan inamdan və aralarında yaranmış etibarlı münasibətdən istifadə edərək sözügedən işləri müvəffəqiyyətlə icra edə biləcəklərinə dair obyektiv gerçəkliyə uyğun olmayan fikir formalaşdırmışlar. Zərərçəkmiş şəxs5 viza alınması üçün qeyd edilən məbləğdə pulun verilməsinin zəruri olmasına inanaraq razılığını bildirmiş, Təqsirləndirilən şəxs2 isə Zərərçəkmiş şəxs5ün istifadəsində olan “Unibank" ASC-ə məxsus 5243********1186 nömrəli kart hesabından özünün istifadəsində olan 524375******2280 nömrəli kart hesabına xx.xx.2023-cü il tarixdə 1700 manat, xx.xx.2024-cü il tarixdə 300 manat olmaqla, cəmi 2000 manat pulun köçürülməsinə nail olub, daha sonra istintaqa şəxsiyyəti məlum olmayan Ramil adlı şəxsin vasitəsilə istintaqa məlum olmayan vaxtda və yerdə əlavə olaraq 2000 manat pulu əlbəəl alıb, karta köçürülmüş 2000 manat pulu isə istintaqa məlum olmayan gündə və yerdə nağdlaşdırıb ümumilikdə 4000 manat pulu əldə edərək Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 ilə birlikdə aralarında böldükdən sonra cinayətkar qrupun ümumi cinayətkar niyyətinə uyğun olaraq aralarında olan planın icrası ilə əlaqədar qrup üzvü Təqsirləndirilən şəxs2 12 fevral 2024-cü il tarixdə Bakı şəhəri, Xətai metrostansiyası yaxınlığında Zərərçəkmiş şəxs5 ilə görüşərək sonuncunun şəxsiyyət vəsiqəsi və ümümvətəndaş pasportu kimi rəsmi sənədlərini almaqla əldə edib həmin məlumatları cinayətin törədilməsində istifadə edilməsi üçün Təqsirləndirilən şəxs3 vasitəsilə qrup üzvü Təqsirləndirilən şəxs1 təqdim etmişdir. Təqsirləndirilən şəxs1 isə 2024-cü ilin fevral ayında istintaqla müəyyən edilməyən gündə işlədiyi ünvan 7 ünvanında yerləşən “X51” MMC-nin ofisində Zərərçəkmiş şəxs5ün viza alınmasına nail olmaq məqsədilə sonuncunun barəsində olan zəruri sənədləri hazırlayıb həmin sənədlər toplusunu Yunanıstan Respublikasının Azərbaycan Respublikasındakı səfirliyinə Zərərçəkmiş şəxs5 tərəfindən təqdim olunması üçün cinayətkar qrupun üzvləri Səhhət Məlikov və Təqsirləndirilən şəxs2 çatdırmış, Təqsirləndirilən şəxs2 15 fevral 2024-cü il tarixdə ünvan 9 ünvandakı “Caspian Plaza" iş mərkəzinin yaxınlığında Zərərçəkmiş şəxs5 ilə görüşüb sənədləri ona vermişdir. Təqsirləndirilən şəxs1 və qrup üzvlərinin göstərişi ilə Zərərçəkmiş şəxs5 həmin gün sənədləri Yunanıstan Respublikasının Azərbaycan Respublikasındakı səfirliyinin ünvan 9 ünvandakı “Caspian Plaza" iş mərkəzində olan viza müraciət mərkəzinə təqdim etsə də səfirlik tərəfindən viza verilməsindən imtina edildiyindən sonuncunun Azərbaycan Respublikasından qanunsuz getməsini nəzərdə tutan cinayəti özünün və qrup üzvlərinin iradəsindən asılı olmayan səbəblərə görə başa çatdıra bilməyib həmin əməlləri ilə öz qulluq mövqeyindən istifadə edərək qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2la bir qrup şəxs halında etibardan sui-istifadə etmə və aldatma yolu ilə Zərərçəkmiş şəxs5ün əmlakını ələ keçirərək təkrarən dələduzluq etmiş, qabaqcadan əlbir olmuş bir qrup şəxs halında tamah niyyəti ilə vəzifəli şəxs kimi öz qulluq mövqeyindən istifadə etməklə 1 nəfər şəxsin Azərbaycan Respublikasından qanunsuz getməsini təşkil etməyə cəhd etmiş, lakin bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməl iradəsindən asılı olmayan səbəblərə görə başa çatdıra bilməmişdir. Təqsirləndirilən şəxs1 həmin əməlləri ilə yanaşı icraçı kimi ümumi niyyətdən kənara çıxmaqla, yəni cinayətin digər iştirakçılarının qəsdi ilə əhatə olunmadan “VlP-Travel Premium" məhdud məsuliyyətli cəmiyyətini təmsil etmək, onun adından qərarlar qəbul etmək, onun fəaliyyətinə nəzarət etmək, qanunla müəyyən edilmiş qaydada və dəstəyi üçün müraciət edən şəxslərə xidmət göstərmək və sair kimi səlahiyyətinə malik olan vəzifəli şəxs kimi xidməti vəzifələrinin icrası ilə əlaqədar, hüquqi şəxsin xeyrinə, habelə özü üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edib şəxslərin qanunsuz yolla ölkədən çıxışına dəstək olmaqla dövlətin Azərbaycan Respublikası vətəndaşlarının ölkədən getməsi, ölkəyə gəlməsi, emək miqrasiyası, habelə miqrasiyaya dövlət nəzarəti və qanunsuz miqrasiyaya qarşı mübarizə sahəsində qanunla qorunan mənafelərinə mühüm zərər vuraraq təkrarən vəzifə səlahiyyətlərindən sui-istifadə etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs1 həmin vəzifədə işləyərkən, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 ilə eyni məqsədlə təkrarən qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş, bundan sonra 2024-cü yanvar ayında istintaqla müəyyən edilməyən tarixdə və yerdə X28 ailə üzvləri birlikdə Yunanıstan Respublikasına səfər etmək üçün “şengen" vizasının alınması ilə bağlı köməklik göstərilməsindən ötrü cinayətkar qrupun üzvü Təqsirləndirilən şəxs2 müraciət etmiş, Təqsirləndirilən şəxs2 həmin müraciəti cinayətkar qrupun digər üzvlərinə çatdırmış, qrup üzvləri müraciəti qəbul etdikdən sonra həmin şəxslərin yanında hörmət qazanaraq onlara viza verilməsinə nail olduğu halda nüfuzunu artırmaq, bununla da gələcəkdə ona və cinayətkar qrupun digər üzvlərinə müraciət edən həmin şəxslərə və ya onlann yaxınlarına qarşı törədəcəyi bu qəbildən olan digər cinayət əməllərinə yol açmaq kimi şəxsi niyyətlə aralannda əvvəlcədən əldə olunmuş razılaşmaya əsasən, Təqsirləndirilən şəxs2 Orxan Yusifova özünün və qrup üzvlərinin xarici ölkələrin Azərbaycan Respublikasındakı müvafiq səfirliklərində fəaliyyət göstərən səlahiyyətli vəzifəli şəxslərdən tanışlarının olmasını, həmin tanışlarının vasitəsilə ona və ailə üzvlərinə Yunanıstan Respublikasının Azərbaycan Respublikasındakı səfirliyindən vizanın alınması, guya qanuni yolla xarici ölkələrə getməsinin təmin edilməsi kimi imkana malik olduqlarını yalandan bildirib Orxan Yusifovun və ailə üzvlərinin viza almaq üçün səfirlik tərəfindən tələb olunan iş yeri haqqında arayış və digər hüquq verən rəsmi sənədləri olmadığı halda həmin rəsmi sənədlərin hazırlanmaqla vizanın əldə edilməsi məsələsini qanuni yolla müsbət həll edəcəklərini vəd verib, Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin 2-ci maddəsi ilə təsbit edilmiş insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət, qanunçuluq, qanun qarşısında bərabərlik və ədalətlilik, Azərbaycan Respublikasının miqrasiya qanunvericiliyinin hamılıqla tanınan beynəlxalq hüquq normalarına uyğunluğunun təmin edilməsi, ölkədən gediş-gəlişin yalnız qanuni əsaslarla mümkün olması kimi prinsip və müddəalarını ciddi şəkildə pozaraq 2024cü ilin yanvar-fevral aylarında istintaqla müəyyən edilməyən gündə ünvan 9 ünvandakı “Caspian Plaza” iş mərkəzinin yaxınlığında qrup üzvü Təqsirləndirilən şəxs2 Orxan Yusifovdan özünün və ailə üzvlərinin şəxsiyyət vəsiqəsi və ümümvətəndaş pasportu kimi rəsmi sənədlərini almaqla əldə edib həmin məlumatları cinayətin törədilməsində istifadə edilməsi üçün Təqsirləndirilən şəxs3 vasitəsilə qrup üzvü Təqsirləndirilən şəxs1 təqdim etmişdir. Təqsirləndirilən şəxs1 isə 2024-cü ilin fevral ayında istintaqla müəyyən edilməyən gündə işlədiyi ünvan 7 ünvanında yerləşən “X51” MMC-nin ofisində Orxan Yusifov və sonuncunun ailə üzvləri, arvadı X6, oğlanları Seyran Yusifov və Vaqif Yusifovun viza alınmasına nail olmaq məqsədilə onların barəsində olan zəruri sənədləri hazırlayıb həmin sənədlər toplusunu Yunanıstan Respublikasının Azərbaycan Respublikasındakı səfirliyinə Orxan Yusifov və onun ailə üzvləri tərəfindən təqdim olunması üçün cinayətkar qrupun üzvləri Səhhət Məlikov və Təqsirləndirilən şəxs2 çatdırmış, Təqsirləndirilən şəxs2 2024-cü ilin fevral ayında istintaqla müəyyən edilməyən gündə ünvan 9 ünvandakı “Caspian Plaza” iş mərkəzinin yaxınlığında Orxan Yusifov ilə görüşüb sənədləri ona vermişdir. Təqsirləndirilən şəxs1 və qrup üzvlərinin göstərişi ilə Orxan Yusifovun ailə üzvləri ilə birlikdə həmin gün sənədləri Yunanıstan Respublikasının Azərbaycan Respublikasındakı səfirliyinin ünvan 9 ünvandakı “Caspian Plaza” iş mərkəzində olan viza müraciət mərkəzinə təqdim edərək özü və ailə üzvlərinin adına həmin səfirlikdən viza almasına, həmin viza əsasında xx.xx.2024-cü il tarixdə Bakı-Budapeşt aviareysi ilə Macarıstan Respublikasına getməsinə nail olaraq, həmin əməlləri ilə qabaqcadan əlbir olmuş bir qrup şəxs halında tamah niyyəti ilə vəzifəli şəxs kimi öz qulluq mövqeyindən istifadə etməklə 4 nəfər şəxsin Azərbaycan Respublikasından qanunsuz getməsini təkrarən təşkil etmişdir. Təqsirləndirilən şəxs1 həmin əməlləri ilə yanaşı icraçı kimi ümumi niyyətdən kənara çıxmaqla, yəni cinayətin digər iştirakçılarının qəsdi ilə əhatə olunmadan "xxxx" məhdud məsuliyyətli cəmiyyətini təmsil etmək, onun adından qərarlar qəbul etmək, onun fəaliyyətinə nəzarət etmək, qanunla müəyyən edilmiş qaydada və dəstəyi üçün müraciət edən şəxslərə xidmət göstərmək və sair kimi səlahiyyətinə malik olan vəzifəli şəxs kimi xidməti vəzifələrinin icrası ilə əlaqədar, hüquqi şəxsin xeyrinə, habelə özü üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edib şəxslərin qanunsuz yolla ölkədən çıxışına dəstək olmaqla dövlətin Azərbaycan Respublikası vətəndaşlarının ölkədən getməsi, ölkəyə gəlməsi, əmək miqrasiyası, habelə miqrasiyaya dövlət nəzarəti və qanunsuz miqrasiyaya qarşı mübarizə sahəsində qanunla qorunan mənafelərinə mühüm zərər vuraraq təkrarən vəzifə səlahiyyətlərindən sui-istifadə etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs1 həmin vəzifədə işləyərkən, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 ilə eyni məqsədlə təkrarən qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş, bundan sonra 2024-cü fevral ayının əvvələrində istintaqla müəyyən edilməyən tarixdə və yerdə Zərərçəkmiş şəxs6 işləmək məqsədilə ailə üzvləri ilə birlikdə Polşa Xalq Respublikasına səfər etmək üçün “şengen” vizasının alınması ilə bağlı köməklik göstərilməsindən ötrü cinayətkar qrupun üzvü Təqsirləndirilən şəxs2 müraciət etmiş, Təqsirləndirilən şəxs2 həmin müraciəti cinayətkar qrupun digər üzvlərinə çatdırmış, qrup üzvləri ilə aralarında əvvəlcədən eldə olunmuş razılaşmaya əsasən, Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs6 özünün və qrup üzvlərinin xarici ölkələrin Azərbaycan Respublikasındakı müvafiq səfirliklərində fəaliyyət gösterən səlahiyyətli vəzifəli şəxslərdən tanışlarının olmasını, həmin tanışlarının vasitəsilə ona Yunanıstan Respublikasının Azərbaycan Respublikasındakı səfirliyindən vizanın alınması, guya qanuni yolla xarici ölkələrə getməsinin təmin edilməsi kimi imkana malik olduqlarını yalandan bildirib Zərərçəkmiş şəxs6 və ailə üzvlərinin viza almaq üçün səfirlik tərəfindən tələb olunan iş yeri haqqında arayış və digər hüquq verən rəsmi sənədləri olmadığı halda həmin rəsmi sənədlərin hazırlanmaqla vizanın əldə edilməsi üçün ayrı-ayrı vəzifəli şəxslərə maddi nemət olan 8500 manat pulun 1500 manatının əvvəlcədən, qalan 7000 manatının isə viza alınması ilə bağlı sənədlər hazır olduqdan sonra hissə-hissə verilməsi qarşılığında həmin məsələni qanuni yolla müsbət həll edəcəklərini yalandan vəd verib, Zərərçəkmiş şəxs6 aldadaraq, sonuncunun əmlakını qabaqcadan əlbir olan bir qrup şəxs halında əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətlərinə keçirmək məqsədilə özünə və qrup üzvlərinin vəzifələrinə olan inamdan və aralarında yaranmış etibarlı münasibətdən istifadə edərək sözügedən işləri müvəffəqiyyətlə icra edə biləcəklərinə dair obyektiv gerçəkliyə uyğun olmayan fikir formalaşdırmışlar. Zərərçəkmiş şəxs6 viza alınması üçün qeyd edilən məbləğdə pulun verilməsinin zəruri olmasına inanaraq razılığını bildirmiş, Təqsirləndirilən şəxs2 isə 2024-cü ilin fevral ayında istintaqla müəyyən edilməyən gündə Bakı şəhəri, Nəsimi rayonu, “Təzə Bazar” adlı yerin yaxınlığında Zərərçəkmiş şəxs6 ilk olaraq 1500 manat, 1 həftə sonra ünvan 9 ünvandakı “Caspian Plaza” iş mərkəzinin yaxınlığında 7000 manat, ümumilikdə 8500 manat pulu əlbəəl alaraq Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 ilə birlikdə aralarında böldükdən sonra cinayətkar qrupun ümumi cinayətkar niyyətinə uyğun olaraq aralarında olan planın icrası ilə əlaqədar 2024-cü ilin fevral ayında istintaqla müəyyən edilməyən gündə Bakı şəhəri, Nəsimi rayonu, “Təzə Bazar” adlı yerin yaxınlığında Zərərçəkmiş şəxs6 ilə görüşərək sonuncunun və ailə üzvlərinin şəxsiyyət vəsiqəsi və ümümvətəndaş pasportu kimi rəsmi sənədlərini almaqla əldə edib həmin məlumatları cinayətin törədilməsində istifadə edilməsi üçün Təqsirləndirilən şəxs3 vasitəsilə qrup üzvü Təqsirləndirilən şəxs1 təqdim etmişdir. Təqsirləndirilən şəxs1 isə 2024-cü ilin fevral ayında istintaqla müəyyən edilməyən gündə işlədiyi ünvan 7 ünvanında yerləşən “X51” MMC-nin ofisində Zərərçəkmiş şəxs6 və onun ailə üzvləri, arvadı X14, övladları Fərid Qocayev, Mədinə Qocayevanın viza alınmasına nail olmaq məqsədilə onlar barəsində olan zəruri sənədləri hazırlayıb həmin sənədlər toplusunu Yunanıstan Respublikasının Azərbaycan Respublikasındakı səfirliyinə Zərərçəkmiş şəxs6 və ailə üzvləri tərəfindən təqdim olunması üçün cinayətkar qrupun üzvləri Səhhət Məlikov və Təqsirləndirilən şəxs2 vermiş, Təqsirləndirilən şəxs2 2024-cü ilin fevral ayında istintaqla müəyyən edilməyən gündə ünvan 9 ünvandakı “Caspian Plaza” iş mərkəzinin yaxınlığında Zərərçəkmiş şəxs6 ilə görüşüb sənədləri ona çatdırmışdır. Təqsirləndirilən şəxs1 və qrup üzvlərinin göstərişi ilə Zərərçəkmiş şəxs6 ailə üzvləri birlikdə həmin gün sənədləri Yunanıstan Respublikasının Azərbaycan Respublikasındakı səfirliyinin ünvan 9 ünvandakı “Caspian Plaza” iş mərkəzində olan viza müraciət mərkəzinə təqdim etsə də səfirlik tərəfindən viza verilməsindən imtina edildiyindən sonuncunun ailə üzvləri ilə birlikdə Azərbaycan Respublikasından qanunsuz getməsini nəzərdə tutan cinayəti özünün və qrup üzvlərinin iradəsindən asılı olmayan səbəblərə görə başa çatdıra bilməyib həmin əməlləri ilə öz qulluq mövqeyindən istifadə edərək qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2la bir qrup şəxs halında etibardan sui-istifadə etmə və aldatma yolu ilə Zərərçəkmiş şəxs6 xeyli miqdarda əmlakını ələ keçirərək təkrarən dələduzluq etmiş, qabaqcadan əlbir olmuş bir qrup şəxs halında tamah niyyəti ilə vəzifəli şəxs kimi öz qulluq mövqeyindən istifadə etməklə 3 nəfər şəxsin Azərbaycan Respublikasından qanunsuz getməsini təşkil etməyə cəhd etmiş, lakin bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməl iradəsindən asılı olmayan səbəblərə görə başa çatdıra bilməmişdir. Təqsirləndirilən şəxs1 həmin əməlləri ilə yanaşı icraçı kimi ümumi niyyətdən kənara çıxmaqla, yəni cinayətin digər iştirakçılarının qəsdi ilə əhatə olunmadan "xxxx" məhdud məsuliyyətli cəmiyyətini təmsil etmək, onun adından qərarlar qəbul etmək, onun fəaliyyətinə nəzarət etmək, qanunla müəyyən edilmiş qaydada və dəstəyi üçün müraciət edən şəxslərə xidmət göstərmək və sair kimi səlahiyyətinə malik olan vəzifəli şəxs kimi xidməti vəzifələrinin icrası ilə əlaqədar, hüquqi şəxsin xeyrinə, habelə özü üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edib şəxslərin qanunsuz yolla ölkədən çıxışına dəstək olmaqla dövlətin Azərbaycan Respublikası vətəndaşlarının ölkədən getməsi, ölkəyə gəlməsi, əmək miqrasiyası, habelə miqrasiyaya dövlət nəzarəti və qanunsuz miqrasiyaya qarşı mübarizə sahəsində qanunla qorunan mənafelərinə mühüm zərər vuraraq təkrarən vəzifə səlahiyyətlərindən sui-istifadə etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs1 həmin vəzifədə işləyərkən, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 ilə eyni məqsədlə təkrarən qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş, bundan sonra 2024-cü fevral ayında istintaqla müəyyən edilməyən tarixdə və yerdə X17 övladları ilə birlikdə Almaniya Federativ Respublikasına səfər etmək üçün “şengen” vizasının alınması ilə bağlı köməklik göstərilməsindən ötrü cinayətkar qrupun üzvü Təqsirləndirilən şəxs2 müraciət etmiş, Təqsirləndirilən şəxs2 həmin müraciəti cinayətkar qrupun digər üzvlərinə çatdırmış, qrup üzvləri müraciəti qəbul etdikdən sonra həmin şəxslərin yanında hörmət qazanaraq onlara viza verilməsinə nail olduğu halda nüfuzunu artırmaq, bununla da gələcəkdə ona və qrupun digər üzvlərinə müraciət edən həmin şəxslərə və ya onların yaxınlarına qarşı törədəcəyi bu qəbildən olan digər cinayət əməllərinə yol açmaq kimi şəxsi niyyətlə aralarında əvvəlcədən əldə olunmuş razılaşmaya əsasən, Təqsirləndirilən şəxs2 Günel Məmmədovaya özünün və qrup üzvlərinin xarici ölkələrin Azərbaycan Respublikasındakı müvafiq səfirliklərində fəaliyyət göstərən səlahiyyətli vəzifəli şəxslərdən tanışlarının olmasını, həmin tanışlarının vasitəsilə ona Yunanıstan Respublikasının Azərbaycan Respublikasındakı səfirliyindən vizanın alınması, guya qanuni yolla xarici ölkələrə getməsinin təmin edilməsi kimi imkana malik olduqlarını yalandan bildirib Günel Məmmədova və övladlarının viza almaq üçün səfirlik tərəfindən tələb olunan iş yeri haqqında arayış və digər hüquq verən rəsmi sənədləri olmadığı halda həmin rəsmi sənədlərin hazırlanmaqla vizanın əldə edilməsi məsələsini qanuni yolla müsbət həll edəcəklərini vəd verib, Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin 2ci maddəsi ilə təsbit edilmiş insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət, qanunçuluq, qanun qarşısında bərabərlik və ədalətlilik, Azərbaycan Respublikasının miqrasiya qanunvericiliyinin hamılıqla tanınan beynəlxalq hüquq normalarına uyğunluğunun təmin edilməsi, ölkədən gediş-gəlişin yalnız qanuni əsaslarla mümkün olması kimi prinsip və müddəalarını ciddi şəkildə pozaraq 2024-cü ilin fevral ayında istintaqla müəyyən edilməyən gündə qrup üzvü Təqsirləndirilən şəxs2 Günel Məmmədovadan özünün və övladlarının şəxsiyyət vəsiqəsi və ümümvətəndaş pasportu kimi rəsmi sənədlərini almaqla əldə edib həmin məlumatları cinayətin törədilməsində istifadə edilməsi üçün Təqsirləndirilən şəxs3 vasitəsilə qrup üzvü Təqsirləndirilən şəxs1 təqdim etmişdir. Təqsirləndirilən şəxs1 isə 2024-cü ilin fevral ayında istintaqla müəyyən edilməyən gündə işlədiyi ünvan 7 ünvanında yerləşən “X51" MMC-nin ofisində Günel Məmmədova və övladları X18 və X7 viza alınmasına nail olmaq məqsədilə onlar barəsində olan zəruri sənədləri hazırlayıb həmin sənədləri Yunanıstan Respublikasının Azərbaycan Respublikasındakı səfirliyinə Günel Məmmədova tərəfindən təqdim olunması üçün cinayətkar qrupun üzvləri Səhhət Məlikov və Təqsirləndirilən şəxs2 çatdırmış, Təqsirləndirilən şəxs2 2024-cü ilin fevral ayında istintaqla müəyyən edilməyən gündə və yerdə Günel Məmmədova ilə görüşüb sənədlər toplusunu ona vermişdir. Təqsirləndirilən şəxs1 və qrup üzvlərinin göstərişi ilə Günel Məmmədovanın ailə üzvləri birlikdə həmin gün sənədləri Yunanıstan Respublikasının Azərbaycan Respublikasındakı səfirliyinin ünvan 9 ünvandakı "Caspian Plaza” iş mərkəzində olan viza müraciət mərkəzinə təqdim edərək özü və övladlarının adına həmin səfirlikdən viza almasına, həmin viza əsasında xx.xx.2024-cü il tarixdə Bakı- Budapeşt aviareysi ilə Macarıstan Respublikasına getməsinə nail olaraq, həmin əməlləri ilə qabaqcadan əlbir olmuş bir qrup şəxs halında tamah niyyəti ilə vəzifəli şəxs kimi öz qulluq mövqeyindən istifadə etməklə 3 nəfər şəxsin Azərbaycan Respublikasından qanunsuz getməsini təkrarən təşkil etmişdir. Təqsirləndirilən şəxs1 həmin əməlləri ilə yanaşı icraçı kimi ümumi niyyətdən kənara çıxmaqla, yəni cinayətin digər iştirakçılarının qəsdi ilə əhatə olunmadan "xxxx" məhdud məsuliyyətli cəmiyyətini təmsil etmək, onun adından qərarlar qəbul etmək, onun fəaliyyətinə nəzarət etmək, qanunla müəyyən edilmiş qaydada və dəstəyi üçün müraciət edən şəxslərə xidmət göstərmək və sair kimi səlahiyyətinə malik olan vəzifəli şəxs kimi xidməti vəzifələrinin icrası ilə əlaqədar, hüquqi şəxsin xeyrinə, habelə özü üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edib şəxslərin qanunsuz yolla ölkədən çıxışına dəstək olmaqla dövlətin Azərbaycan Respublikası vətəndaşlarının ölkədən getməsi, ölkəyə gəlməsi, əmək miqrasiyası, habelə miqrasiyaya dövlət nəzarəti və qanunsuz miqrasiyaya qarşı mübarizə sahəsində qanunla qorunan mənafelərinə mühüm zərər vuraraq təkrarən vəzifə səlahiyyətlərindən sui-istifadə etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs1 həmin vəzifədə işləyərkən, 2024-cü fevral ayında istintaqla müəyyən edilməyən tarixdə və yerdə X10 Almaniya Federativ Respublikasına səfər etmək üçün “şengen" vizasının alınması ilə bağlı köməklik göstərilməsindən ötrü əvvəllər bu sahədə köməklik göstərdiyi Zərərçəkmiş şəxs4 vasitəsilə özünə olan müraciətini qəbul etdikdən sonra həmin şəxslərin yanında hörmət qazanaraq onlara viza verilməsinə nail olduğu halda nüfuzunu artırmaq, bununla da gələcəkdə ona müraciət edən həmin şəxslərə və ya onların yaxınlarına qarşı törədəcəyi bu qəbildən olan digər cinayət əməllərinə yol açmaq kimi şəxsi niyyətlə Nəriman Ağayevə özünün xarici ölkələrin Azərbaycan Respublikasındakı müvafiq səfirliklərində fəaliyyət göstərən səlahiyyətli vəzifəli şəxslərdən tanışlarının olmasını, həmin tanışlarının vasitəsilə ona Yunanıstan Respublikasının Azərbaycan Respublikasındakı səfirliyindən vizanın alınması, guya qanuni yolla xarici ölkələrə getməsinin təmin edilməsi kimi imkana malik olduğunu yalandan bildirib Nəriman Ağayevin viza almaq üçün səfirlik tərəfindən tələb olunan iş yeri haqqında arayış və digər hüquq verən rəsmi sənədləri olmadığı halda həmin rəsmi sənədlərin hazırlanmaqla vizanın əldə ediiməsi məsələsini qanuni yolla müsbət həll edəcəyini vəd verib, Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin 2-ci maddəsi ilə təsbit edilmiş insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət, qanunçuluq, qanun qarşısında bərabərlik və ədalətlilik, Azərbaycan Respublikasının miqrasiya qanunvericiliyinin hamılıqla tanınan beynəlxalq hüquq normalarına uyğunluğunun təmin edilməsi, ölkədən gediş-gəlişin yalnız qanuni əsaslarla mümkün olması kimi prinsip və müddəalarını ciddi şəkildə pozaraq 2024-cü ilin fevral ayında istintaqla müəyyən edilməyən gündə Zərərçəkmiş şəxs4 vasitəsilə Nəriman Ağayevdən şəxsiyyət vəsiqəsi və ümümvətəndaş pasportu kimi rəsmi sənədlərini əldə edib həmin sənədlərdəki məlumatlar əsasında 2024-cü ilin fevral ayında istintaqla müəyyən edilməyən gündə işlədiyi ünvan 7 ünvanında yerləşən “X51” MMC-nin ofisində Nəriman Ağayevin viza alınmasına nail olmaq məqsədilə onun barəsində olan zəruri sənədləri hazırlayıb həmin sənədlər toplusunu Yunanıstan Respublikasının Azərbaycan Respublikasındakı səfirliyinə Nəriman Ağayev tərəfindən təqdim olunması üçün sonuncuya çatdırmış, özünün göstərişi ilə Nəriman Ağayevin 2024-cü ilin fevral ayında istintaqla müəyyən edilməyən gündə sənədləri Yunanıstan Respublikasının Azərbaycan Respublikasındakı səfirliyinin ünvan 9 ünvandakı “Caspian Plaza” iş mərkəzində olan viza müraciət mərkəzinə təqdim edərək özü adına həmin səfirlikdən viza almasına, həmin viza əsasında xx.xx.2024-cü il tarixdə Bakı- İstanbul aviareysi ilə Türkiyə Respublikasına, oradan isə Almaniya Federativ Respublikasına getməsinə nail olaraq, həmin əməlləri ilə tamah niyyəti ilə vəzifəli şəxs kimi öz qulluq mövqeyindən istifadə etməklə 1 nəfər şəxsin Azerbaycan Respublikasından qanunsuz getməsini təkrarən təşkil etmiş, "xxxx" məhdud məsuliyyətli cəmiyyətini təmsil etmək, onun adından qərarlar qəbul etmək, onun fəaliyyətinə nəzarət etmək, qanunla müəyyən edilmiş qaydada və dəstəyi üçün müraciət edən şəxslərə xidmət göstərmək və sair kimi səlahiyyətinə malik olan vəzifəli şəxs kimi xidməti vəzifələrinin icrası ilə əlaqədar, hüquqi şəxsin xeyrinə, habelə özü üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edib şəxslərin qanunsuz yolla ölkədən çıxışına dəstək olmaqla dövlətin Azərbaycan Respublikası vətəndaşlarının ölkədən getməsi, ölkəyə gəlməsi, əmək miqrasiyası, habelə miqrasiyaya dövlət nəzarəti və qanunsuz miqrasiyaya qarşı mübarizə sahəsində qanunla qorunan mənafelərinə mühüm zərər vuraraq təkrarən vəzifə səlahiyyətlərindən sui-istifadə etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs1 həmin vəzifədə işləyərkən, 2024-cü fevral ayında istintaqla müəyyən edilməyən tarixdə və yerdə Şahid5 valideynləri ilə birlikdə Macarıstan Respublikasına səfər etmək üçün “şengen” vizasının alınması ilə bağlı köməklik göstərilməsindən ötrü özünə olan müraciətini qəbul etdikdən sonra həmin şəxslərin yanında hörmət qazanaraq onlara viza verilməsinə nail olduğu halda nüfuzunu artırmaq, bununla da gələcəkdə ona müraciət edən həmin şəxslərə və ya onların yaxınlarına qarşı törədəcəyi bu qəbildən olan digər cinayət əməllərinə yol açmaq kimi şəxsi niyyətlə Şahid5 özünün xarici ölkələrin Azərbaycan Respublikasındakı müvafiq səfirliklərində fəaliyyət göstərən səlahiyyətli vəzifəli şəxslərdən tanışlarının olmasını, həmin tanışlarının vasitəsilə ona və valideynlərinə Yunanıstan Respublikasının Azərbaycan Respublikasındakı səfirliyindən vizanın alınması, guya qanuni yolla xarici ölkələrə getməsinin təmin edilməsi kimi imkana malik olduğunu yalandan bildirib Şahid5 və valideynlərinin viza almaq üçün səfirlik tərəfindən tələb olunan iş yeri haqqında arayış və digər hüquq verən rəsmi sənədləri olmadığı halda həmin rəsmi sənədlərin hazırlanmaqla vizanın əldə edilməsi məsələsini qanuni yolla müsbət həll edəcəyini vəd verib, Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin 2-ci maddəsi ilə təsbit edilmiş insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət, qanunçuluq, qanun qarşısında bərabərlik və ədalətlilik, Azərbaycan Respublikasının miqrasiya qanunvericiliyinin hamılıqla tanınan beynəlxalq hüquq normalarına uyğunluğunun təmin edilməsi, ölkədən gediş-gəlişin yalnız qanuni əsaslarla mümkün olması kimi prinsip və müddəalarını ciddi şəkildə pozaraq 2024cü ilin fevral ayında istintaqla müəyyən edilməyən gündə işlədiyi ünvan 7 ünvanında yerləşən “X51” MMC-nin ofisində Şahid5 özünün və valideynlərinin şəxsiyyət vəsiqəsi və ümümvətəndaş pasportu kimi rəsmi sənədlərini əldə edib həmin sənədlərki məlumatlar əsasında 2024-cü ilin fevral ayında istintaqla müəyyən edilməyən gündə işlədiyi ofisdə Şahid5 və valideynlərinin viza alınmasına nail olmaq məqsədilə onlar barəsində olan zəruri sənədləri hazırlayıb həmin sənədlər toplusunu Yunanıstan Respublikasının Azərbaycan Respublikasındakı səfirliyinə təqdim olunması üçün Şahid5 təqdim etmiş, özünün göstərişi ilə Şahid5 və sonucunun valideynlərinin 2024-cü ilin fevral ayında istintaqla müəyyən edilməyən gündə sənədləri Yunanıstan Respublikasının Azərbaycan Respublikasındakı səfirliyinin ünvan 9 ünvandakı “Caspian Plaza” iş mərkəzində olan viza müraciət mərkəzinə təqdim edərək xx.xx.2024-cü il tarixdə özü və valideynləri, atası Şahid6, anası X15 həmin səfirlikdən viza almalarına, həmin viza əsasında xx.xx.2024-cü il tarixdə Bakı-Budapeşt aviareysi ilə Macarıstan Respublikasına getmələrinə nail olaraq, həmin əməlləri ilə tamah niyyəti ilə vəzifəli şəxs kimi öz qulluq mövqeyindən istifadə etməklə 3 nəfər şəxsin Azərbaycan Respublikasından qanunsuz getməsini təkrarən təşkil etmiş, "xxxx" məhdud məsuliyyətli cəmiyyətini təmsil etmək, onun adından qərarlar qəbul etmək, onun fəaliyyətinə nəzarət etmək, qanunla müəyyən edilmiş qaydada və dəstəyi üçün müraciət edən şəxslərə xidmət göstərmək və sair kimi səlahiyyətinə malik olan vəzifəli şəxs kimi xidməti vəzifələrinin icrası ilə əlaqədar, hüquqi şəxsin xeyrinə, habelə özü üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edib şəxslərin qanunsuz yolla ölkədən çıxışına dəstək olmaqla dövlətin Azerbaycan Respublikası vətəndaşlarının ölkədən getməsi, ölkəyə gəlməsi, əmək miqrasiyası, habelə miqrasiyaya dövlət nəzarəti və qanunsuz miqrasiyaya qarşı mübarizə sahəsində qanunla qorunan mənafelərinə mühüm zərər vuraraq təkrarən vəzifə səlahiyyətlərindən sui-istifadə etmişdir. Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında etibardan suiistifadə etmə və aldatma yolu ilə özgələrin xeyli miqdarda əmlaklarını ələ keçirərək təkrarən dələduzluq etmiş, qabaqcadan əlbir olan bir qrup şəxs halında təkrarən tamah niyyəti ilə bilə-bilə hüquq verən rəsmi sənədi istifadə etmək məqsədi ilə qanunsuz hazırlamaqla saxtalaşdırmış, qabaqcadan əlbir olan bir qrup şəxs halında tamah niyyəti ilə təkrarən şəxslərin Azərbaycan Respublikasından qanunsuz getməsini təşkil etmiş, qabaqcadan əlbir olan bir qrup şəxs halında tamah niyyəti ilə təkrarən şəxslərin Azərbaycan Respublikasından qanunsuz getməsini təşkil etməyə cəhd etmiş, lakin bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməl iradəsindən asılı olmayan səbəblərə görə başa çatdıra bilməmişdir. Belə ki, Təqsirləndirilən şəxs2 xarici ölkələrə səfər etmək, orada yaşamaq, işləmək niyyətində olan ayrı-ayrı çoxsaylı şəxsləri müvafiq dövlətlərin səfirliklərindən onlar üçün qanuni yolla viza alınmasına köməklik göstəriləcəyi vədi ilə aldatmaq və etibarını qazandıqdan sonra hazırladığı saxta sənədlər əsasında qanunsuz miqrasiyasını təşkil edərək özgənin əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirmək, rəsmi sənədi saxtalaşdırmaq, qanunsuz hazırlamaqla bağlı cinayətlərin törədilməsi üçün tanışları, Təqsirləndirilən şəxs3 və "xxxx" məhdud məsuliyyətli cəmiyyətinin direktoru vəzifəsində işləyən Təqsirləndirilən şəxs1 ilə 2023-cü ilin yanvar ayından etibarən qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmişdir. Bundan sonra, 2023-cü ilin yanvar-fevral aylarında istintaqla müəyyən edilməyən tarixdə və yerdə X12 işləmək məqsədilə Latviya Respublikasına səfər etmək üçün “şengen” vizasının alınması ilə bağlı köməklik göstərilməsindən ötrü cinayətkar qrupun üzvü Təqsirləndirilən şəxs2 müraciət etmiş, Təqsirləndirilən şəxs2 həmin müraciəti cinayətkar qrupun digər üzvlərinə çatdırmış, qrup üzvləri ilə aralarında əvvəlcədən əldə olunmuş razılaşmaya əsasən, Təqsirləndirilən şəxs2 Ələhməd Səlimova özünün və qrup üzvlərinin xarici ölkələrin Azərbaycan Respublikasındakı müvafiq səfirliklərində fəaliyyət göstərən səlahiyyətli vəzifəli şəxslərdən tanışlarının olmasını, həmin tanışlarının vasitəsilə ona Latviya Respublikasının Azərbaycan Respublikasındakı səfirliyindən işçi vizasının alınması, guya qanuni yolla xarici ölkələrə getməsi və həmin ölkədə işlə təmin edilməsi kimi imkana malik olduqlarını yalandan bildirib Ələhməd Səlimovun viza almaq üçün səfirlik tərəfindən tələb olunan iş yeri haqqında arayış və digər hüquq verən rəsmi sənədləri olmadığı halda belə həmin rəsmi sənədlərin hazırlanmaqla vizanın əldə edilməsi üçün ayrı-ayrı vəzifəli şəxslərə maddi nemət olan 2400 manat pulun verilməsi qarşılığında həmin məsələni qanuni yolla müsbət həll edəcəklərini yalandan vəd verib, Ələhməd Səlimovu aldadaraq, sonuncunun əmlakını qabaqcadan əlbir olan bir qrup şəxs halında əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətlərinə keçirmək məqsədilə özünə və qrup üzvlərinin vəzifələrinə olan inamdan və aralarında yaranmış etibarlı münasibətdən istifadə edərək sözügedən işləri müvəffəqiyyətlə icra edə biləcəklərinə dair obyektiv gerçəkliyə uyğun olmayan fikir formalaşdırmışlar. Ələhməd Səlimov viza alınması üçün qeyd edilən məbləğdə pulun verilməsinin zəruri olmasına inanaraq razılığını bildirmiş, Təqsirləndirilən şəxs2 isə 2023-cü ilin yanvar-fevral aylarında istintaqla müəyyən edilməyən gündə və yerdə Ələhməd Səlimovdan sonuncunun atası Zərərçəkmiş şəxs1 məxsus olan 2400 manat pulu alaraq Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 ilə birlikdə aralarında böldükdən sonra cinayətkar qrupun ümumi cinayətkar niyyətinə uyğun olaraq aralarında olan planın icrası ilə əlaqədar 2023-cü ilin yanvar-fevral aylarında istintaqla müəyyən edilməyən gündə Ələhməd Səlimovun anket məlumatlarını sonuncunun şəxsiyyət vəsiqəsi və ümümvətəndaş pasportu kimi rəsmi sənədlərini almaqla əldə edib həmin məlumatları cinayətin törədilməsində istifadə edilməsi üçün Təqsirləndirilən şəxs3 vasitəsilə qrup üzvü Təqsirləndirilən şəxs1 təqdim etmişdir. Təqsirləndirilən şəxs1 isə 2023-cü ilin yanvar-fevral aylarında istintaqla müəyyən edilməyən gündə işlədiyi ünvan 7 ünvanında yerləşən “X51” MMC-nin ofisində özünə məxsus “LG” markalı kompüterdə Ələhməd Səlimova viza alınmasına nail olmaq məqsədilə sonuncunun rəsmi olaraq heç bir yerdə işləmədiyi halda guya “Azəri Servis LTD” müəssisəsində aylıq 1200 manat əmək haqqı almaqla ekspeditor vəzifəsində işləməsinə dair məzmununa bilə-bilə yalan məlumatlar daxil etdiyi xx.xx.2023-cü il tarixli 008/2 nömrəli hüquq verən rəsmi sənəd olan arayışı qanunsuz hazırlayıb həmin müəssisənin direktor müavini Şahid4 adından imzalanmasını təmin edərək həmin müəssisəyə məxsus olan dairəvi möhürlə təsdiq edilməsi görüntüsünü yaradıb özünə məxsus “HP” markalı rəngli printerdə çap etmiş, hazırladığı həmin saxta sənədi Latviya Respublikasının Azərbaycan Respublikasındakı səfirliyinə təqdim olunması üçün cinayətkar qrupun üzvləri Səhhət Məlikov və Təqsirləndirilən şəxs2 vasitəsilə Ələhməd Səlimova çatdırmışdır. Təqsirləndirilən şəxs2 və qrup üzvlərinin göstərişi ilə Ələhməd Səlimovun həmin saxta sənədi 2023-cü ilin yanvar-fevral aylarında istintaqla müəyyən edilməyən gündə Latviya Respublikasının Azərbaycan Respublikasındakı səfirliyinin Bakı şəhəri, Xətai rayonu, ünvan 8 ünvandakı “Dəmirçi Plaza” iş mərkəzində fəaliyyət göstərən viza müraciət mərkəzinə təqdim edərək öz adına həmin səfirlikdən viza almasına, həmin viza əsasında xx.xx.2023-cü il tarixdə Bakı-Budapeşt aviareysi ilə Macarıstan Respublikasına getməsinə nail olaraq, həmin əməlləri ilə qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1la bir qrup şəxs halında etibardan suiistifadə etmə və aldatma yolu ilə Zərərçəkmiş şəxs1 əmlakını ələ keçirərək dələduzluq etmiş, qabaqcadan əlbir olan bir qrup şəxs halında tamah niyyəti ilə bilə-bilə hüquq verən rəsmi sənədi istifadə etmək məqsədi ilə qanunsuz hazırlamaqla saxtalaşdırmış, qabaqcadan əlbir olmuş bir qrup şəxs halında tamah niyyəti ilə 1 nəfər şəxsin Azərbaycan Respublikasından qanunsuz getməsini təşkil etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 ilə eyni məqsədlə təkrarən qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş, bundan sonra 2023-cü ilin fevral-mart aylarında istintaqla müəyyən edilməyən tarixdə və yerdə X13 işləmək məqsədilə Fransa Respublikasına səfər etmək üçün “şengen” vizasının alınması ilə bağlı köməklik göstərilməsindən ötrü cinayətkar qrupun üzvü Təqsirləndirilən şəxs2 müraciət etmiş, Təqsirləndirilən şəxs2 həmin müraciəti cinayətkar qrupun digər üzvlərinə çatdırmış, qrup üzvləri ilə aralarında əvvəlcədən əldə olunmuş razılaşmaya əsasən, Təqsirləndirilən şəxs2 Sərvan Həmdiyəliyə özünün və qrup üzvlərinin xarici ölkələrin Azərbaycan Respublikasındakı müvafiq səfirliklərində fəaliyyət göstərən səlahiyyətli vəzifəli şəxslərdən tanışlarının olmasını, həmin tanışlarının vasitəsilə ona Latviya Respublikasının Azərbaycan Respublikasındakı səfirliyindən işçi vizasının alınması, guya qanuni yolla xarici ölkələrə getməsi və həmin ölkədə işlə təmin edilməsi kimi imkana malik olduqlarını yalandan bildirib Sərvan Həmdiyəlinin viza almaq üçün səfirlik tərəfindən tələb olunan iş yeri haqqında arayış və digər hüquq verən rəsmi sənədləri olmadığı halda həmin rəsmi sənədlərin hazırlanmaqla vizanın əldə edilməsi üçün ayrı-ayrı vəzifəli şəxslərə maddi nemət olan 2400 manat pulun verilməsi qarşılığında həmin məsələni qanuni yolla müsbət həll edəcəklərini yalandan vəd verib, Sərvan Həmdiyəlini aldadaraq, sonuncunun əmlakını qabaqcadan əlbir olan bir qrup şəxs halında əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətlərinə keçirmək məqsədilə özünə və qrup üzvlərinin vəzifələrinə olan inamdan və aralarında yaranmış etibarlı münasibətdən istifadə edərək sözügedən işləri müvəffəqiyyətlə icra edə biləcəklərinə dair obyektiv gerçəkliyə uyğun olmayan fikir formalaşdırmışlar. Sərvan Həmdiyəli viza alınması üçün qeyd edilən məbləğdə pulun verilməsinin zəruri olmasına inanaraq razılığını bildirmiş, Təqsirləndirilən şəxs2 isə 2023-cü ilin fevral-mart aylarında istintaqla müəyyən edilməyən gündə və yerdə Sərvan Həmdiyəlidən sonuncunun qardaşı Zərərçəkmiş şəxs2 məxsus olan 2400 manat pulu alaraq Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 ilə birlikdə aralarında böldükdən sonra cinayətkar qrupun ümumi cinayətkar niyyətinə uyğun olaraq aralarında olan planın icrası ilə əlaqədar 2023-cü ilin fevral-mart aylarında istintaqla müəyyən edilməyən gündə Sərvan Həmdiyəlinin anket məlumatlarını sonuncunun şəxsiyyət vəsiqəsi və ümümvətəndaş pasportu kimi rəsmi sənədlərini almaqla əldə edib həmin məlumatları cinayətin törədilməsində istifadə edilməsi üçün Təqsirləndirilən şəxs3 vasitəsilə qrup üzvü Təqsirləndirilən şəxs1 təqdim etmişdir. Təqsirləndirilən şəxs1 isə 2023-cü ilin fevral-mart aylarında istintaqla müəyyən edilməyən gündə işlədiyi ünvan 7 ünvanında yerləşən “X51” MMC-nin ofisində özünə məxsus “LG” markalı kompüterdə Sərvan Həmdiyəliyə viza alınmasına nail olmaq məqsədilə sonuncunun rəsmi olaraq heç bir yerdə işləmədiyi halda guya “Nəqşicahan” adlı şirkətdə aylıq 1200 manat əmək haqqı almaqla anbardar vəzifəsində işləməsinə dair məzmununa bilə-bilə yalan məlumatlar daxil etdiyi xx.xx.2023-cü il tarixli 0572/00-27A nömrəli hüquq verən rəsmi sənəd olan arayışı qanunsuz hazırlayıb özünə məxsus “HP” markalı rəngli printerdə çap etmiş, hazırladığı həmin saxta sənədi Latviya Respublikasının Azərbaycan Respublikasındakı səfirliyinə təqdim olunması üçün cinayətkar qrupun üzvləri Səhhət Məlikov və Təqsirləndirilən şəxs2 vasitəsilə Sərvan Həmdiyəliyə çatdırmışdır. Təqsirləndirilən şəxs2 və qrup üzvlərinin göstərişi ilə Sərvan Həmdiyəlinin həmin saxta sənədi 2023-cü ilin fevral-mart aylarında istintaqla müəyyən edilməyən gündə Latviya Respublikasının Azərbaycan Respublikasındakı səfirliyinin Bakı şəhəri, Xətai rayonu, ünvan 8 ünvandakı “Dəmirçi Plaza” iş mərkəzində fəaliyyət göstərən viza müraciət mərkəzinə təqdim edərək öz adına həmin səfirlikdən viza almasına, həmin viza əsasında xx.xx.2023-cü il tarixdə Bakı-Budapeşt aviareysi ilə Macarıstan Respublikasına, oradan isə Fransa Respublikasına getməsinə nail olaraq, həmin əməlləri ilə qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1la bir qrup şəxs halında etibardan sui-istifadə etmə və aldatma yolu ilə Zərərçəkmiş şəxs2 əmlakını ələ keçirərək təkrarən dələduzluq etmiş, qabaqcadan əlbir olan bir qrup şəxs halında təkrarən tamah niyyəti ilə bilə-bilə hüquq verən rəsmi sənədi istifadə etmək məqsədi ilə qanunsuz hazırlamaqla saxtalaşdırmış, qabaqcadan əlbir olmuş bir qrup şəxs halında tamah niyyəti ilə 1 nəfər şəxsin Azərbaycan Respublikasından qanunsuz getməsini təşkil etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 ilə eyni məqsədlə təkrarən qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş, bundan sonra 2023-cü ilin aprel-may aylarında istintaqla müəyyən edilməyən tarixdə və yerdə Zərərçəkmiş şəxs3 işləmək məqsədilə Almaniya Federativ Respublikasına səfər etmək üçün “şengen” vizasının alınması ilə bağlı köməklik göstərilməsindən ötrü istintaqa şəxsiyyəti məlum olmayan Rəşad adlı şəxsin vasitəsilə cinayətkar qrupun üzvü Təqsirləndirilən şəxs2 müraciət etmiş, Təqsirləndirilən şəxs2 həmin müraciəti cinayətkar qrupun digər üzvlərinə çatdırmış, qrup üzvləri ilə aralarında əvvəlcədən əldə olunmuş razılaşmaya əsasən, Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs3 özünün və qrup üzvlərinin xarici ölkələrin Azərbaycan Respublikasındakı müvafiq səfirliklərində fəaliyyət göstərən səlahiyyətli vəzifəli şəxslərdən tanışlarının olmasını, həmin tanışlarının vasitəsilə ona Latviya Respublikasının Azərbaycan Respublikasındakı səfirliyindən işçi vizasının alınması, guya qanuni yolla xarici ölkələrə getməsi və həmin ölkədə işlə təmin edilməsi kimi imkana malik olduqlarını yalandan bildirib Zərərçəkmiş şəxs3 viza almaq üçün səfirlik tərəfindən tələb olunan iş yeri haqqında arayış və digər hüquq verən rəsmi sənədləri olmadığı halda həmin rəsmi sənədlərin hazırlanmaqla vizanın əldə edilməsi üçün ayrı-ayrı vəzifəli şəxslərə maddi nemət olan 2500 manat pulun verilməsi qarşılığında həmin məsələni qanuni yolla müsbət həll edəcəklərini yalandan vəd verib, Zərərçəkmiş şəxs3 aldadaraq, sonuncunun əmlakını qabaqcadan əlbir olan bir qrup şəxs halında əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətlərinə keçirmək məqsədilə özünə və qrup üzvlərinin vəzifələrinə olan inamdan və aralarında yaranmış etibarlı münasibətdən istifadə edərək sözügedən işləri müvəffəqiyyətlə icra edə biləcəklərinə dair obyektiv gerçəkliyə uyğun olmayan fikir formalaşdırmışlar. Zərərçəkmiş şəxs3 viza alınması üçün qeyd edilən məbləğdə pulun verilməsinin zəruri olmasına inanaraq razılığını bildirmiş, Təqsirləndirilən şəxs2 isə 2023-cü ilin aprel-may aylarında istintaqla müəyyən edilməyən gündə Bakı şəhəri, Xətai metrostansiyasının yaxınlığında Zərərçəkmiş şəxs3 ümumilikdə 2500 manat pulu istintaqa şəxsiyyəti məlum olmayan Rəşad adlı şəxsin vasitəsilə əlbəəl alaraq Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 ilə birlikdə aralarında böldükdən sonra cinayətkar qrupun ümumi cinayətkar niyyətinə uyğun olaraq aralarında olan planın icrası ilə əlaqədar 2023-cü ilin aprel-may aylarında istintaqla müəyyən edilməyən gündə Zərərçəkmiş şəxs3 anket məlumatlarını sonuncunun şəxsiyyət vəsiqəsi və ümümvətəndaş pasportu kimi rəsmi sənədlərini almaqla əldə edib həmin məlumatları cinayətin törədilməsində istifadə edilməsi üçün Təqsirləndirilən şəxs3 vasitəsilə qrup üzvü Təqsirləndirilən şəxs1 təqdim etmişdir. Təqsirləndirilən şəxs1 isə 2023-cü ilin aprel-may aylarında istintaqla müəyyən edilməyən gündə işlədiyi ünvan 7 ünvanında yerləşən “X51” MMC-nin ofisində özünə məxsus “LG” markalı kompüterdə Zərərçəkmiş şəxs3 viza alınmasına nail olmaq məqsədilə sonuncunun rəsmi olaraq heç bir yerdə işləmədiyi halda guya "xxxx" MMC-də aylıq 1850 manat əmək haqqı almaqla direktor köməkçisi vəzifəsində işləməsinə dair məzmununa bilə-bilə yalan məlumatlar daxil etdiyi xx.xx.2023-cü il tarixli 038 nömrəli hüquq verən rəsmi sənəd olan arayışı qanunsuz hazırlayıb həmin Cəmiyyətə məxsus olan dairəvi möhürlə təsdiq edilməsi görüntüsünü yaradıb özünə məxsus “HP” markalı rəngli printerdə çap etmiş, hazırladığı həmin saxta sənədi Latviya Respublikasının Azərbaycan Respublikasındakı səfirliyinə təqdim olunması üçün cinayətkar qrupun üzvləri Səhhət Məlikov və Təqsirləndirilən şəxs2 vasitəsilə Zərərçəkmiş şəxs3 çatdırmışdır. Təqsirləndirilən şəxs2 və qrup üzvlərinin göstərişi ilə Zərərçəkmiş şəxs3 həmin saxta sənədi 2023-cü ilin may-iyun aylarında istintaqla müəyyən edilməyən gündə Latviya Respublikasının Azərbaycan Respublikasındakı səfirliyinin Bakı şəhəri, Xətai rayonu, ünvan 8 ünvandakı “Dəmirçi Plaza” iş mərkəzində fəaliyyət göstərən viza müraciət mərkəzinə təqdim edərək öz adına həmin səfirlikdən 90 günlük çoxgirişli (multi) işçi vizası almasına, həmin viza əsasında xx.xx.2023-cü il tarixdə Bakı-İstanbul aviareysi ilə Türkiyə Respublikasına, oradan isə Almaniya Federativ Respublikasına getməsinə nail olaraq, həmin əməlləri ilə qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1la bir qrup şəxs halında etibardan sui-istifadə etmə və aldatma yolu ilə Zərərçəkmiş şəxs3 əmlakını ələ keçirərək təkrarən dələduzluq etmiş, qabaqcadan əlbir olan bir qrup şəxs halında təkrarən tamah niyyəti ilə bilə-bilə hüquq verən rəsmi sənədi istifadə etmək məqsədi ilə qanunsuz hazırlamaqla saxtalaşdırmış, qabaqcadan əlbir olmuş bir qrup şəxs halında tamah niyyəti ilə 1 nəfər şəxsin Azərbaycan Respublikasından qanunsuz getməsini təkrarən təşkil etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 ilə eyni məqsədlə təkrarən qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş, bundan sonra 2023-cü ilin dekabr ayının sonlarında istintaqla müəyyən edilməyən tarixdə və yerdə Şahintürk X5 Respublikasına səfər etmək üçün “şengen” vizasının alınması ilə bağlı köməklik göstərilməsindən ötrü istintaqa şəxsiyyəti məlum olmayan Ramil adlı şəxsin vasitəsilə cinayətkar qrupun üzvü Təqsirləndirilən şəxs2 müraciət etmiş, Təqsirləndirilən şəxs2 həmin müraciəti cinayətkar qrupun digər üzvlərinə çatdırmış, qrup üzvləri ilə aralarında əvvəlcədən əldə olunmuş razılaşmaya əsasən, Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs5ə özünün və qrup üzvlərinin xarici ölkələrin Azərbaycan Respublikasındakı müvafiq səfirliklərində fəaliyyət göstərən səlahiyyətli vəzifəli şəxslərdən tanışlarının olmasını, həmin tanışlarının vasitəsilə ona Yunanıstan Respublikasının Azərbaycan Respublikasındakı səfirliyindən vizanın alınması, guya qanuni yolla xarici ölkələrə getməsinin təmin edilməsi kimi imkana malik olduqlarını yalandan bildirib Zərərçəkmiş şəxs5ün viza almaq üçün səfirlik tərəfindən tələb olunan iş yeri haqqında arayış və digər hüquq verən rəsmi sənədləri olmadığı halda həmin rəsmi sənədlərin hazırlanmaqla vizanın əldə edilməsi üçün ayrı-ayrı vəzifəli şəxslərə maddi nemət olan 4000 manat pulun 2000 manatının əvvəlcədən, qalan 2000 manatının isə viza alınması ilə bağlı sənədlər hazır olduqdan sonra hissə-hissə verilməsi qarşılığında həmin məsələni qanuni yolla müsbət həll edəcəklərini yalandan vəd verib, Zərərçəkmiş şəxs5ü aldadaraq, sonuncunun əmlakını qabaqcadan əlbir olan bir qrup şəxs halında əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətlərinə keçirmək məqsədilə özünə və qrup üzvlərinin vəzifələrinə olan inamdan və aralarında yaranmış etibarlı münasibətdən istifadə edərək sözügedən işləri müvəffəqiyyətlə icra edə biləcəklərinə dair obyektiv gerçəkliyə uyğun olmayan fikir formalaşdırmışlar. Zərərçəkmiş şəxs5 viza alınması üçün qeyd edilən məbləğdə pulun verilməsinin zəruri olmasına inanaraq razılığını bildirmiş, Təqsirləndirilən şəxs2 isə Zərərçəkmiş şəxs5ün istifadəsində olan "xxxx" ASC-ə məxsus 5243********1186 nömrəli kart hesabından özünün istifadəsində olan 524375******2280 nömrəli kart hesabına xx.xx.2023-cü il tarixdə 1700 manat, xx.xx.2024-cü il tarixdə 300 manat olmaqla, cəmi 2000 manat pulun köçürülməsinə nail olub, daha sonra istintaqa şəxsiyyəti məlum olmayan Ramil adlı şəxsin vasitəsilə istintaqa məlum olmayan vaxtda və yerdə əlavə olaraq 2000 manat pulu əlbəəl alıb, karta köçürülmüş 2000 manat pulu isə istintaqa məlum olmayan gündə və yerdə nağdlaşdırıb ümumilikdə 4000 manat pulu əldə edərək Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 ilə birlikdə aralarında böldükdən sonra cinayətkar qrupun ümumi cinayətkar niyyətinə uyğun olaraq aralarında olan planın icrası ilə əlaqədar qrup üzvü Təqsirləndirilən şəxs2 12 fevral 2024-cü il tarixdə Bakı şəhəri, Xətai metrostansiyası yaxınlığında Zərərçəkmiş şəxs5 ilə görüşərək sonuncunun şəxsiyyət vəsiqəsi və ümümvətəndaş pasportu kimi rəsmi sənədlərini almaqla əldə edib həmin məlumatları cinayətin törədilməsində istifadə edilməsi üçün Təqsirləndirilən şəxs3 vasitəsilə qrup üzvü Təqsirləndirilən şəxs1 təqdim etmişdir. Təqsirləndirilən şəxs1 isə 2024-cü ilin fevral ayında istintaqla müəyyən edilməyən gündə işlədiyi ünvan 7 ünvanında yerləşən “X51” MMC-nin ofisində Zərərçəkmiş şəxs5ün viza alınmasına nail olmaq məqsədilə sonuncunun barəsində olan zəruri sənədləri hazırlayıb həmin sənədlər toplusunu Yunanıstan Respublikasının Azərbaycan Respublikasındakı səfirliyinə Zərərçəkmiş şəxs5 tərəfindən təqdim olunması üçün cinayətkar qrupun üzvləri Səhhət Məlikov və Təqsirləndirilən şəxs2 çatdırmış, Təqsirləndirilən şəxs2 15 fevral 2024-cü il tarixdə ünvan 9 ünvandakı “Caspian Plaza” iş mərkəzinin yaxınlığında Zərərçəkmiş şəxs5 ilə görüşüb sənədləri ona vermişdir. Təqsirləndirilən şəxs2 və qrup üzvlərinin göstərişi ilə Zərərçəkmiş şəxs5 həmin gün sənədləri Yunanıstan Respublikasının Azərbaycan Respublikasındakı səfirliyinin ünvan 9 ünvandakı “Caspian Plaza” iş mərkəzində olan viza müraciət mərkəzinə təqdim etsə də səfirlik tərəfindən viza verilməsindən imtina edildiyindən sonuncunun Azərbaycan Respublikasından qanunsuz getməsini nəzərdə tutan cinayəti özünün və qrup üzvlərinin iradəsindən asılı olmayan səbəblərə görə başa çatdıra bilməyib həmin əməlləri ilə qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1la bir qrup şəxs halında etibardan sui-istifadə etmə və aldatma yolu ilə Zərərçəkmiş şəxs5ün əmlakını ələ keçirərək təkrarən dələduzluq etmiş, qabaqcadan əlbir olmuş bir qrup şəxs halında tamah niyyəti ilə 1 nəfər şəxsin Azərbaycan Respublikasından qanunsuz getməsini təşkil etməyə cəhd etmiş, lakin bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməl iradəsindən asılı olmayan səbəblərə görə başa çatdıra bilməmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 ilə eyni məqsədlə təkrarən qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş, bundan sonra 2024-cü yanvar ayında istintaqla müəyyən edilməyən tarixdə və yerdə X28 ailə üzvləri birlikdə Yunanıstan Respublikasına səfər etmək üçün “şengen” vizasının alınması ilə bağlı köməklik göstərilməsindən ötrü cinayətkar qrupun üzvü Təqsirləndirilən şəxs2 müraciət etmiş, Təqsirləndirilən şəxs2 həmin müraciəti cinayətkar qrupun digər üzvlərinə çatdırmış, qrup üzvləri müraciəti qəbul etdikdən sonra həmin şəxslərin yanında hörmət qazanaraq onlara viza verilməsinə nail olduğu halda nüfuzunu artırmaq, bununla da gələcəkdə ona və cinayətkar qrupun digər üzvlərinə müraciət edən həmin şəxslərə və ya onların yaxınlarına qarşı törədəcəyi bu qəbildən olan digər cinayət əməllərinə yol açmaq kimi şəxsi niyyətlə aralarında əvvəlcədən əldə olunmuş razılaşmaya əsasən, Təqsirləndirilən şəxs2 Orxan Yusifova özünün və qrup üzvlərinin xarici ölkələrin Azərbaycan Respublikasındakı müvafiq səfirliklərində fəaliyyət göstərən səlahiyyətli vəzifəli şəxslərdən tanışlarının olmasını, həmin tanışlarının vasitəsilə ona və ailə üzvlərinə Yunanıstan Respublikasının Azərbaycan Respublikasındakı səfirliyindən vizanın alınması, guya qanuni yolla xarici ölkələrə getməsinin təmin edilməsi kimi imkana malik olduqlarını yalandan bildirib Orxan Yusifovun və ailə üzvlərinin viza almaq üçün səfirlik tərəfindən tələb olunan iş yeri haqqında arayış və digər hüquq verən rəsmi sənədləri olmadığı halda həmin rəsmi sənədlərin hazırlanmaqla vizanın əldə edilməsi məsələsini qanuni yolla müsbət həll edəcəklərini vəd verib, Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin 2ci maddəsi ilə təsbit edilmiş insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət, qanunçuluq, qanun qarşısında bərabərlik və ədalətlilik, Azərbaycan Respublikasının miqrasiya qanunvericiliyinin hamılıqla tanınan beynəlxalq hüquq normalarına uyğunluğunun təmin edilməsi, ölkədən gediş-gəlişin yalnız qanuni əsaslarla mümkün olması kimi prinsip və müddəalarını ciddi şəkildə pozaraq 2024-cü ilin yanvar-fevral aylarında istintaqla müəyyən edilməyən gündə ünvan 9 ünvandakı “Caspian Plaza” iş mərkəzinin yaxınlığında qrup üzvü Təqsirləndirilən şəxs2 Orxan Yusifovdan özünün və ailə üzvlərinin şəxsiyyət vəsiqəsi və ümümvətəndaş pasportu kimi rəsmi sənədlərini almaqla əldə edib həmin məlumatları cinayətin törədilməsində istifadə edilməsi üçün Təqsirləndirilən şəxs3 vasitəsilə qrup üzvü Təqsirləndirilən şəxs1 təqdim etmişdir. Təqsirləndirilən şəxs1 isə 2024-cü ilin fevral ayında istintaqla müəyyən edilməyən gündə işlədiyi ünvan 7 ünvanında yerləşən “X51” MMC-nin ofisində Orxan Yusifov və sonuncunun ailə üzvləri, arvadı X6, oğlanları Seyran Yusifov və Vaqif Yusifovun viza alınmasına nail olmaq məqsədilə onların barəsində olan zəruri sənədləri hazırlayıb həmin sənədlər toplusunu Yunanıstan Respublikasının Azərbaycan Respublikasındakı səfirliyinə Orxan Yusifov və onun ailə üzvləri tərəfindən təqdim olunması üçün cinayətkar qrupun üzvləri Səhhət Məlikov və Təqsirləndirilən şəxs2 çatdırmış, Təqsirləndirilən şəxs2 2024-cü ilin fevral ayında istintaqla müəyyən edilməyən gündə ünvan 9 ünvandakı “Caspian Plaza” iş mərkəzinin yaxınlığında Orxan Yusifov ilə görüşüb sənədləri ona vermişdir. Təqsirləndirilən şəxs2 və qrup üzvlərinin göstərişi ilə Orxan Yusifovun ailə üzvləri ilə birlikdə həmin gün sənədləri Yunanıstan Respublikasının Azərbaycan Respublikasındakı səfirliyinin ünvan 9 ünvandakı “Caspian Plaza” iş mərkəzində olan viza müraciət mərkəzinə təqdim edərək özü və ailə üzvlərinin adına həmin səfirlikdən viza almasına, həmin viza əsasında xx.xx.2024-cü il tarixdə Bakı-Budapeşt aviareysi ilə Macarıstan Respublikasına getməsinə nail olaraq, həmin əməlləri ilə qabaqcadan əlbir olmuş bir qrup şəxs halında tamah niyyəti ilə 4 nəfər şəxsin Azərbaycan Respublikasından qanunsuz getməsini təkrarən təşkil etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 ilə eyni məqsədlə təkrarən qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş, bundan sonra 2024-cü fevral ayının əvvələrində istintaqla müəyyən edilməyən tarixdə və yerdə Zərərçəkmiş şəxs6 işləmək məqsədilə ailə üzvləri ilə birlikdə Polşa Xalq Respublikasına səfər etmək üçün “şengen” vizasının alınması ilə bağlı köməklik göstərilməsindən ötrü cinayətkar qrupun üzvü Təqsirləndirilən şəxs2 müraciət etmiş, Təqsirləndirilən şəxs2 həmin müraciəti cinayətkar qrupun digər üzvlərinə çatdırmış, qrup üzvləri ilə aralarında əvvəlcədən əldə olunmuş razılaşmaya əsasən, Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs6 özünün və qrup üzvlərinin xarici ölkələrin Azərbaycan Respublikasındakı müvafiq səfirliklərində fəaliyyət göstərən səlahiyyətli vəzifəli şəxslərdən tanışlarının olmasını, həmin tanışlarının vasitəsilə ona Yunanıstan Respublikasının Azərbaycan Respublikasındakı səfirliyindən vizanın alınması, guya qanuni yolla xarici ölkələrə getməsinin təmin edilməsi kimi imkana malik olduqlarını yalandan bildirib Zərərçəkmiş şəxs6 və ailə üzvlərinin viza almaq üçün səfirlik tərəfindən tələb olunan iş yeri haqqında arayış və digər hüquq verən rəsmi sənədləri olmadığı halda həmin rəsmi sənədlərin hazırlanmaqla vizanın əldə edilməsi üçün ayrı-ayrı vəzifəli şəxslərə maddi nemət olan 8500 manat pulun 1500 manatının əvvəlcədən, qalan 7000 manatının isə viza alınması ilə bağlı sənədlər hazır olduqdan sonra hissə-hissə verilməsi qarşılığında həmin məsələni qanuni yolla müsbət həll edəcəklərini yalandan vəd verib, Zərərçəkmiş şəxs6 aldadaraq, sonuncunun əmlakını qabaqcadan əlbir olan bir qrup şəxs halında əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətlərinə keçirmək məqsədilə özünə və qrup üzvlərinin vəzifələrinə olan inamdan və aralarında yaranmış etibarlı münasibətdən istifadə edərək sözügedən işləri müvəffəqiyyətlə icra edə biləcəklərinə dair obyektiv gerçəkliyə uyğun olmayan fikir formalaşdırmışlar. Zərərçəkmiş şəxs6 viza alınması üçün qeyd edilən məbləğdə pulun verilməsinin zəruri olmasına inanaraq razılığını bildirmiş, Təqsirləndirilən şəxs2 isə 2024-cü ilin fevral ayında istintaqla müəyyən edilməyən gündə Bakı şəhəri, Nəsimi rayonu, “Təzə Bazar” adlı yerin yaxınlığında Zərərçəkmiş şəxs6 ilk olaraq 1500 manat, 1 həftə sonra ünvan 9 ünvandakı “Caspian Plaza” iş mərkəzinin yaxınlığında 7000 manat, ümumilikdə 8500 manat pulu əlbəəl alaraq Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 ilə birlikdə aralarında böldükdən sonra cinayətkar qrupun ümumi cinayətkar niyyətinə uyğun olaraq aralarında olan planın icrası ilə əlaqədar 2024-cü ilin fevral ayında istintaqla müəyyən edilməyən gündə Bakı şəhəri, Nəsimi rayonu, “Təzə Bazar” adlı yerin yaxınlığında Zərərçəkmiş şəxs6 ilə görüşərək sonuncunun və ailə üzvlərinin şəxsiyyət vəsiqəsi və ümümvətəndaş pasportu kimi rəsmi sənədlərini almaqla əldə edib həmin məlumatları cinayətin törədilməsində istifadə edilməsi üçün Təqsirləndirilən şəxs3 vasitəsilə qrup üzvü Təqsirləndirilən şəxs1 təqdim etmişdir. Təqsirləndirilən şəxs1 isə 2024-cü ilin fevral ayında istintaqla müəyyən edilməyən gündə işlədiyi ünvan 7 ünvanında yerləşən “X51” MMC-nin ofisində Zərərçəkmiş şəxs6 və onun ailə üzvləri, arvadı X14, övladları Fərid Qocayev, Mədinə Qocayevanın viza alınmasına nail olmaq məqsədilə onlar barəsində olan zəruri sənədləri hazırlayıb həmin sənədlər toplusunu Yunanıstan Respublikasının Azərbaycan Respublikasındakı səfirliyinə Zərərçəkmiş şəxs6 və ailə üzvləri tərəfindən təqdim olunması üçün cinayətkar qrupun üzvləri Səhhət Məlikov və Təqsirləndirilən şəxs2 vermiş, Təqsirləndirilən şəxs2 2024-cü ilin fevral ayında istintaqla müəyyən edilməyən gündə ünvan 9 ünvandakı “Caspian Plaza” iş mərkəzinin yaxınlığında Zərərçəkmiş şəxs6 ilə görüşüb sənədləri ona çatdırmışdır. Təqsirləndirilən şəxs2 və qrup üzvlərinin göstərişi ilə Zərərçəkmiş şəxs6 ailə üzvləri birlikdə həmin gün sənədləri Yunanıstan Respublikasının Azərbaycan Respublikasındakı səfirliyinin ünvan 9 ünvandakı “Caspian Plaza” iş mərkəzində olan viza müraciət mərkəzinə təqdim etsə də səfirlik tərəfindən viza verilməsindən imtina edildiyindən sonuncunun ailə üzvləri ilə birlikdə Azərbaycan Respublikasından qanunsuz getməsini nəzərdə tutan cinayəti özünün və qrup üzvlərinin iradəsindən asılı olmayan səbəblərə görə başa çatdıra bilməyib həmin əməlləri ilə qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1la bir qrup şəxs halında etibardan sui-istifadə etmə və aldatma yolu ilə Zərərçəkmiş şəxs6 xeyli miqdarda əmlakını ələ keçirərək təkrarən dələduzluq etmiş, qabaqcadan əlbir olmuş bir qrup şəxs halında tamah niyyəti ilə 3 nəfər şəxsin Azərbaycan Respublikasından qanunsuz getməsini təşkil etməyə cəhd etmiş, lakin bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməl iradəsindən asılı olmayan səbəblərə görə başa çatdıra bilməmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 ilə eyni məqsədlə təkrarən qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş, bundan sonra 2024-cü fevral ayında istintaqla müəyyən edilməyən tarixdə və yerdə X17 övladları ilə birlikdə Almaniya Federativ Respublikasına səfər etmək üçün “şengen” vizasının alınması ilə bağlı köməklik göstərilməsindən ötrü cinayətkar qrupun üzvü Təqsirləndirilən şəxs2 müraciət etmiş, Təqsirləndirilən şəxs2 həmin müraciəti cinayətkar qrupun digər üzvlərinə çatdırmış, qrup üzvləri müraciəti qəbul etdikdən sonra həmin şəxslərin yanında hörmət qazanaraq onlara viza verilməsinə nail olduğu halda nüfuzunu artırmaq, bununla da gələcəkdə ona və qrupun digər üzvlərinə müraciət edən həmin şəxslərə və ya onların yaxınlarına qarşı törədəcəyi bu qəbildən olan digər cinayət əməllərinə yol açmaq kimi şəxsi niyyətlə aralarında əvvəlcədən əldə olunmuş razılaşmaya əsasən, Təqsirləndirilən şəxs2 Günel Məmmədovaya özünün və qrup üzvlərinin xarici ölkələrin Azərbaycan Respublikasındakı müvafiq səfirliklərində fəaliyyət göstərən səlahiyyətli vəzifəli şəxslərdən tanışlarının olmasını, həmin tanışlarının vasitəsilə ona Yunanıstan Respublikasının Azərbaycan Respublikasındakı səfirliyindən vizanın alınması, guya qanuni yolla xarici ölkələrə getməsinin təmin edilməsi kimi imkana malik olduqlarını yalandan bildirib Günel Məmmədova və övladlarının viza almaq üçün səfirlik tərəfindən tələb olunan iş yeri haqqında arayış və digər hüquq verən rəsmi sənədləri olmadığı halda həmin rəsmi sənədlərin hazırlanmaqla vizanın əldə edilməsi məsələsini qanuni yolla müsbət həll edəcəklərini vəd verib, Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin 2ci maddəsi ilə təsbit edilmiş insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət, qanunçuluq, qanun qarşısında bərabərlik və ədalətlilik, Azərbaycan Respublikasının miqrasiya qanunvericiliyinin hamılıqla tanınan beynəlxalq hüquq normalarına uyğunluğunun təmin edilməsi, ölkədən gediş-gəlişin yalnız qanuni əsaslarla mümkün olması kimi prinsip və müddəalarını ciddi şəkildə pozaraq 2024-cü ilin fevral ayında istintaqla müəyyən edilməyən gündə qrup üzvü Təqsirləndirilən şəxs2 Günel Məmmədovadan özünün və övladlarının şəxsiyyət vəsiqəsi və ümümvətəndaş pasportu kimi rəsmi sənədlərini almaqla əldə edib həmin məlumatları cinayətin törədilməsində istifadə edilməsi üçün Təqsirləndirilən şəxs3 vasitəsilə qrup üzvü Təqsirləndirilən şəxs1 təqdim etmişdir. Təqsirləndirilən şəxs1 isə 2024-cü ilin fevral ayında istintaqla müəyyən edilməyən gündə işlədiyi ünvan 7 ünvanında yerləşən “X51” MMC-nin ofisində Günel Məmmədova və övladları X19 və X7 viza alınmasına nail olmaq məqsədilə onlar barəsində olan zəruri sənədləri hazırlayıb həmin sənədləri Yunanıstan Respublikasının Azərbaycan Respublikasındakı səfirliyinə Günel Məmmədova tərəfindən təqdim olunması üçün cinayətkar qrupun üzvləri Səhhət Məlikov və Təqsirləndirilən şəxs2 çatdırmış, Təqsirləndirilən şəxs2 2024-cü ilin fevral ayında istintaqla müəyyən edilməyən gündə və yerdə Günel Məmmədova ilə görüşüb sənədlər toplusunu ona vermişdir. Təqsirləndirilən şəxs2 və qrup üzvlərinin göstərişi ilə Günel Məmmədovanın ailə üzvləri birlikdə həmin gün sənədləri Yunanıstan Respublikasının Azərbaycan Respublikasındakı səfirliyinin ünvan 9 ünvandakı “Caspian Plaza” iş mərkəzində olan viza müraciət mərkəzinə təqdim edərək özü və övladlarının adına həmin səfirlikdən viza almasına, həmin viza əsasında xx.xx.2024-cü il tarixdə Bakı-Budapeşt aviareysi ilə Macarıstan Respublikasına getməsinə nail olaraq, həmin əməlləri ilə qabaqcadan əlbir olmuş bir qrup şəxs halında tamah niyyəti ilə 3 nəfər şəxsin Azərbaycan Respublikasından qanunsuz getməsini təkrarən təşkil etmişdir. Təqsirləndirilən şəxs3 qabaqcadan əlbir olan bir qrup şəxs halında etibardan suiistifadə etmə və aldatma yolu ilə özgələrin xeyli miqdarda əmlaklarını ələ keçirərək təkrarən dələduzluq etmiş, qabaqcadan əlbir olan bir qrup şəxs halında təkrarən tamah niyyəti ilə bilə-bilə hüquq verən rəsmi sənədi istifadə etmək məqsədi ilə qanunsuz hazırlamaqla saxtalaşdırmış, qabaqcadan əlbir olan bir qrup şəxs halında tamah niyyəti ilə təkrarən şəxslərin Azərbaycan Respublikasından qanunsuz getməsini təşkil etmiş, qabaqcadan əlbir olan bir qrup şəxs halında tamah niyyəti ilə təkrarən şəxslərin Azərbaycan Respublikasından qanunsuz getməsini təşkil etməyə cəhd etmiş, lakin bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməl iradəsindən asılı olmayan səbəblərə görə başa çatdıra bilməmişdir. Belə ki, Təqsirləndirilən şəxs3 xarici ölkələrə səfər etmək, orada yaşamaq, işləmək niyyətində olan ayrı-ayrı çoxsaylı şəxsləri müvafiq dövlətlərin səfirliklərindən onlar üçün qanuni yolla viza alınmasına köməklik göstəriləcəyi vədi ilə aldatmaq və etibarını qazandıqdan sonra hazırladığı saxta sənədlər əsasında qanunsuz miqrasiyasını təşkil edərək özgənin əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirmək, rəsmi sənədi saxtalaşdırmaq, qanunsuz hazırlamaqla bağlı cinayətlərin törədilməsi üçün tanışları, Təqsirləndirilən şəxs2 və "xxxx" məhdud məsuliyyətli cəmiyyətinin direktoru vəzifəsində işləyən Təqsirləndirilən şəxs1 ilə 2023-cü ilin yanvar ayından etibarən qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmişdir. Bundan sonra, 2023-cü ilin yanvar-fevral aylarında istintaqla müəyyən edilməyən tarixdə və yerdə X12 işləmək məqsədilə Latviya Respublikasına səfər etmək üçün “şengen” vizasının alınması ilə bağlı köməklik göstərilməsindən ötrü cinayətkar qrupun üzvü Təqsirləndirilən şəxs2 müraciət etmiş, Təqsirləndirilən şəxs2 həmin müraciəti cinayətkar qrupun digər üzvlərinə çatdırmış, qrup üzvləri ilə aralarında əvvəlcədən əldə olunmuş razılaşmaya əsasən, Təqsirləndirilən şəxs2 Ələhməd Səlimova özünün və qrup üzvlərinin xarici ölkələrin Azərbaycan Respublikasındakı müvafiq səfirliklərində fəaliyyət göstərən səlahiyyətli vəzifəli şəxslərdən tanışlarının olmasını, həmin tanışlarının vasitəsilə ona Latviya Respublikasının Azərbaycan Respublikasındakı səfirliyindən işçi vizasının alınması, guya qanuni yolla xarici ölkələrə getməsi və həmin ölkədə işlə təmin edilməsi kimi imkana malik olduqlarını yalandan bildirib Ələhməd Səlimovun viza almaq üçün səfirlik tərəfindən tələb olunan iş yeri haqqında arayış və digər hüquq verən rəsmi sənədləri olmadığı halda belə həmin rəsmi sənədlərin hazırlanmaqla vizanın əldə edilməsi üçün ayrı-ayrı vəzifəli şəxslərə maddi nemət olan 2400 manat pulun verilməsi qarşılığında həmin məsələni qanuni yolla müsbət həll edəcəklərini yalandan vəd verib, Ələhməd Səlimovu aldadaraq, sonuncunun əmlakını qabaqcadan əlbir olan bir qrup şəxs halında əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətlərinə keçirmək məqsədilə özünə və qrup üzvlərinin vəzifələrinə olan inamdan və aralarında yaranmış etibarlı münasibətdən istifadə edərək sözügedən işləri müvəffəqiyyətlə icra edə biləcəklərinə dair obyektiv gerçəkliyə uyğun olmayan fikir formalaşdırmışlar. Ələhməd Səlimov viza alınması üçün qeyd edilən məbləğdə pulun verilməsinin zəruri olmasına inanaraq razılığını bildirmiş, Təqsirləndirilən şəxs2 isə 2023-cü ilin yanvar-fevral aylarında istintaqla müəyyən edilməyən gündə və yerdə Ələhməd Səlimovdan sonuncunun atası Zərərçəkmiş şəxs1 məxsus olan 2400 manat pulu alaraq Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 ilə birlikdə aralarında böldükdən sonra cinayətkar qrupun ümumi cinayətkar niyyətinə uyğun olaraq aralarında olan planın icrası ilə əlaqədar 2023-cü ilin yanvar-fevral aylarında istintaqla müəyyən edilməyən gündə Ələhməd Səlimovun anket məlumatlarını sonuncunun şəxsiyyət vəsiqəsi və ümümvətəndaş pasportu kimi rəsmi sənədlərini almaqla əldə edib həmin məlumatları cinayətin törədilməsində istifadə edilməsi üçün Təqsirləndirilən şəxs3 vasitəsilə qrup üzvü Təqsirləndirilən şəxs1 təqdim etmişdir. Təqsirləndirilən şəxs1 isə 2023-cü ilin yanvar-fevral aylarında istintaqla müəyyən edilməyən gündə işlədiyi ünvan 7 ünvanında yerləşən “X51” MMC-nin ofisində özünə məxsus “LG” markalı kompüterdə Ələhməd Səlimova viza alınmasına nail olmaq məqsədilə sonuncunun rəsmi olaraq heç bir yerdə işləmədiyi halda guya “Azəri Servis LTD” müəssisəsində aylıq 1200 manat əmək haqqı almaqla ekspeditor vəzifəsində işləməsinə dair məzmununa bilə-bilə yalan məlumatlar daxil etdiyi xx.xx.2023-cü il tarixli 008/2 nömrəli hüquq verən rəsmi sənəd olan arayışı qanunsuz hazırlayıb həmin müəssisənin direktor müavini Şahid4 adından imzalanmasını təmin edərək həmin müəssisəyə məxsus olan dairəvi möhürlə təsdiq edilməsi görüntüsünü yaradıb özünə məxsus “HP” markalı rəngli printerdə çap etmiş, hazırladığı həmin saxta sənədi Latviya Respublikasının Azərbaycan Respublikasındakı səfirliyinə təqdim olunması üçün cinayətkar qrupun üzvləri Səhhət Məlikov və Təqsirləndirilən şəxs2 vasitəsilə Ələhməd Səlimova çatdırmışdır. Təqsirləndirilən şəxs3 və qrup üzvlərinin göstərişi ilə Ələhməd Səlimovun həmin saxta sənədi 2023-cü ilin yanvar-fevral aylarında istintaqla müəyyən edilməyən gündə Latviya Respublikasının Azərbaycan Respublikasındakı səfirliyinin Bakı şəhəri, Xətai rayonu, ünvan 8 ünvandakı “Dəmirçi Plaza” iş mərkəzində fəaliyyət göstərən viza müraciət mərkəzinə təqdim edərək öz adına həmin səfirlikdən viza almasına, həmin viza əsasında xx.xx.2023-cü il tarixdə Bakı-Budapeşt aviareysi ilə Macarıstan Respublikasına getməsinə nail olaraq, həmin əməlləri ilə qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1la bir qrup şəxs halında etibardan suiistifadə etmə və aldatma yolu ilə Zərərçəkmiş şəxs1 əmlakını ələ keçirərək dələduzluq etmiş, qabaqcadan əlbir olan bir qrup şəxs halında tamah niyyəti ilə bilə-bilə hüquq verən rəsmi sənədi istifadə etmək məqsədi ilə qanunsuz hazırlamaqla saxtalaşdırmış, qabaqcadan əlbir olmuş bir qrup şəxs halında tamah niyyəti ilə 1 nəfər şəxsin Azərbaycan Respublikasından qanunsuz getməsini təşkil etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs3 Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə eyni məqsədlə təkrarən qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş, bundan sonra 2023-cü ilin fevral-mart aylarında istintaqla müəyyən edilməyən tarixdə və yerdə X13 işləmək məqsədilə Fransa Respublikasına səfər etmək üçün “şengen” vizasının alınması ilə bağlı köməklik göstərilməsindən ötrü cinayətkar qrupun üzvü Təqsirləndirilən şəxs2 müraciət etmiş, Təqsirləndirilən şəxs2 həmin müraciəti cinayətkar qrupun digər üzvlərinə çatdırmış, qrup üzvləri ilə aralarında əvvəlcədən əldə olunmuş razılaşmaya əsasən, Təqsirləndirilən şəxs2 Sərvan Həmdiyəliyə özünün və qrup üzvlərinin xarici ölkələrin Azərbaycan Respublikasındakı müvafiq səfirliklərində fəaliyyət göstərən səlahiyyətli vəzifəli şəxslərdən tanışlarının olmasını, həmin tanışlarının vasitəsilə ona Latviya Respublikasının Azərbaycan Respublikasındakı səfirliyindən işçi vizasının alınması, guya qanuni yolla xarici ölkələrə getməsi və həmin ölkədə işlə təmin edilməsi kimi imkana malik olduqlarını yalandan bildirib Sərvan Həmdiyəlinin viza almaq üçün səfirlik tərəfindən tələb olunan iş yeri haqqında arayış və digər hüquq verən rəsmi sənədləri olmadığı halda həmin rəsmi sənədlərin hazırlanmaqla vizanın əldə edilməsi üçün ayrı-ayrı vəzifəli şəxslərə maddi nemət olan 2400 manat pulun verilməsi qarşılığında həmin məsələni qanuni yolla müsbət həll edəcəklərini yalandan vəd verib, Sərvan Həmdiyəlini aldadaraq, sonuncunun əmlakını qabaqcadan əlbir olan bir qrup şəxs halında əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətlərinə keçirmək məqsədilə özünə və qrup üzvlərinin vəzifələrinə olan inamdan və aralarında yaranmış etibarlı münasibətdən istifadə edərək sözügedən işləri müvəffəqiyyətlə icra edə biləcəklərinə dair obyektiv gerçəkliyə uyğun olmayan fikir formalaşdırmışlar. Sərvan Həmdiyəli viza alınması üçün qeyd edilən məbləğdə pulun verilməsinin zəruri olmasına inanaraq razılığını bildirmiş, Təqsirləndirilən şəxs2 isə 2023-cü ilin fevral-mart aylarında istintaqla müəyyən edilməyən gündə və yerdə Sərvan Həmdiyəlidən sonuncunun qardaşı Zərərçəkmiş şəxs2 məxsus olan 2400 manat pulu alaraq Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 ilə birlikdə aralarında böldükdən sonra cinayətkar qrupun ümumi cinayətkar niyyətinə uyğun olaraq aralarında olan planın icrası ilə əlaqədar 2023-cü ilin fevral-mart aylarında istintaqla müəyyən edilməyən gündə Sərvan Həmdiyəlinin anket məlumatlarını sonuncunun şəxsiyyət vəsiqəsi və ümümvətəndaş pasportu kimi rəsmi sənədlərini almaqla əldə edib həmin məlumatları cinayətin törədilməsində istifadə edilməsi üçün Təqsirləndirilən şəxs3 vasitəsilə qrup üzvü Təqsirləndirilən şəxs1 təqdim etmişdir. Təqsirləndirilən şəxs1 isə 2023-cü ilin fevral-mart aylarında istintaqla müəyyən edilməyən gündə işlədiyi ünvan 7 ünvanında yerləşən “X51” MMC-nin ofisində özünə məxsus “LG” markalı kompüterdə Sərvan Həmdiyəliyə viza alınmasına nail olmaq məqsədilə sonuncunun rəsmi olaraq heç bir yerdə işləmədiyi halda guya “Nəqşicahan” adlı şirkətdə aylıq 1200 manat əmək haqqı almaqla anbardar vəzifəsində işləməsinə dair məzmununa bilə-bilə yalan məlumatlar daxil etdiyi xx.xx.2023-cü il tarixli 0572/00-27A nömrəli hüquq verən rəsmi sənəd olan arayışı qanunsuz hazırlayıb özünə məxsus “HP” markalı rəngli printerdə çap etmiş, hazırladığı həmin saxta sənədi Latviya Respublikasının Azərbaycan Respublikasındakı səfirliyinə təqdim olunması üçün cinayətkar qrupun üzvləri Səhhət Məlikov və Təqsirləndirilən şəxs2 vasitəsilə Sərvan Həmdiyəliyə çatdırmışdır. Təqsirləndirilən şəxs3 və qrup üzvlərinin göstərişi ilə Sərvan Həmdiyəlinin həmin saxta sənədi 2023-cü ilin fevral-mart aylarında istintaqla müəyyən edilməyən gündə Latviya Respublikasının Azərbaycan Respublikasındakı səfirliyinin Bakı şəhəri, Xətai rayonu, ünvan 8 ünvandakı “Dəmirçi Plaza” iş mərkəzində fəaliyyət göstərən viza müraciət mərkəzinə təqdim edərək öz adına həmin səfirlikdən viza almasına, həmin viza əsasında xx.xx.2023-cü il tarixdə Bakı-Budapeşt aviareysi ilə Macarıstan Respublikasına, oradan isə Fransa Respublikasına getməsinə nail olaraq, həmin əməlləri ilə qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1la bir qrup şəxs halında etibardan sui-istifadə etmə və aldatma yolu ilə Zərərçəkmiş şəxs2 əmlakını ələ keçirərək təkrarən dələduzluq etmiş, qabaqcadan əlbir olan bir qrup şəxs halında təkrarən tamah niyyəti ilə bilə-bilə hüquq verən rəsmi sənədi istifadə etmək məqsədi ilə qanunsuz hazırlamaqla saxtalaşdırmış, qabaqcadan əlbir olmuş bir qrup şəxs halında tamah niyyəti ilə 1 nəfər şəxsin Azərbaycan Respublikasından qanunsuz getməsini təşkil etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs3 Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə eyni məqsədlə təkrarən qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş, bundan sonra 2023-cü ilin aprel-may aylarında istintaqla müəyyən edilməyən tarixdə və yerdə Zərərçəkmiş şəxs3 işləmək məqsədilə Almaniya Federativ Respublikasına səfər etmək üçün “şengen” vizasının alınması ilə bağlı köməklik göstərilməsindən ötrü istintaqa şəxsiyyəti məlum olmayan Rəşad adlı şəxsin vasitəsilə cinayətkar qrupun üzvü Təqsirləndirilən şəxs2 müraciət etmiş, Təqsirləndirilən şəxs2 həmin müraciəti cinayətkar qrupun digər üzvlərinə çatdırmış, qrup üzvləri ilə aralarında əvvəlcədən əldə olunmuş razılaşmaya əsasən, Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs3 özünün və qrup üzvlərinin xarici ölkələrin Azərbaycan Respublikasındakı müvafiq səfirliklərində fəaliyyət göstərən səlahiyyətli vəzifəli şəxslərdən tanışlarının olmasını, həmin tanışlarının vasitəsilə ona Latviya Respublikasının Azərbaycan Respublikasındakı səfirliyindən işçi vizasının alınması, guya qanuni yolla xarici ölkələrə getməsi və həmin ölkədə işlə təmin edilməsi kimi imkana malik olduqlarını yalandan bildirib Zərərçəkmiş şəxs3 viza almaq üçün səfirlik tərəfindən tələb olunan iş yeri haqqında arayış və digər hüquq verən rəsmi sənədləri olmadığı halda həmin rəsmi sənədlərin hazırlanmaqla vizanın əldə edilməsi üçün ayrı-ayrı vəzifəli şəxslərə maddi nemət olan 2500 manat pulun verilməsi qarşılığında həmin məsələni qanuni yolla müsbət həll edəcəklərini yalandan vəd verib, Zərərçəkmiş şəxs3 aldadaraq, sonuncunun əmlakını qabaqcadan əlbir olan bir qrup şəxs halında əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətlərinə keçirmək məqsədilə özünə və qrup üzvlərinin vəzifələrinə olan inamdan və aralarında yaranmış etibarlı münasibətdən istifadə edərək sözügedən işləri müvəffəqiyyətlə icra edə biləcəklərinə dair obyektiv gerçəkliyə uyğun olmayan fikir formalaşdırmışlar. Zərərçəkmiş şəxs3 viza alınması üçün qeyd edilən məbləğdə pulun verilməsinin zəruri olmasına inanaraq razılığını bildirmiş, Təqsirləndirilən şəxs2 isə 2023-cü ilin aprel-may aylarında istintaqla müəyyən edilməyən gündə Bakı şəhəri, Xətai metrostansiyasının yaxınlığında Zərərçəkmiş şəxs3 ümumilikdə 2500 manat pulu istintaqa şəxsiyyəti məlum olmayan Rəşad adlı şəxsin vasitəsilə əlbəəl alaraq Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 ilə birlikdə aralarında böldükdən sonra cinayətkar qrupun ümumi cinayətkar niyyətinə uyğun olaraq aralarında olan planın icrası ilə əlaqədar 2023-cü ilin aprel-may aylarında istintaqla müəyyən edilməyən gündə Zərərçəkmiş şəxs3 anket məlumatlarını sonuncunun şəxsiyyət vəsiqəsi və ümümvətəndaş pasportu kimi rəsmi sənədlərini almaqla əldə edib həmin məlumatları cinayətin törədilməsində istifadə edilməsi üçün Təqsirləndirilən şəxs3 vasitəsilə qrup üzvü Təqsirləndirilən şəxs1 təqdim etmişdir. Təqsirləndirilən şəxs1 isə 2023-cü ilin aprel-may aylarında istintaqla müəyyən edilməyən gündə işlədiyi ünvan 7 ünvanında yerləşən “X51” MMC-nin ofisində özünə məxsus “LG” markalı kompüterdə Zərərçəkmiş şəxs3 viza alınmasına nail olmaq məqsədilə sonuncunun rəsmi olaraq heç bir yerdə işləmədiyi halda guya "xxxx" MMC-də aylıq 1850 manat əmək haqqı almaqla direktor köməkçisi vəzifəsində işləməsinə dair məzmununa bilə-bilə yalan məlumatlar daxil etdiyi xx.xx.2023-cü il tarixli 038 nömrəli hüquq verən rəsmi sənəd olan arayışı qanunsuz hazırlayıb həmin Cəmiyyətə məxsus olan dairəvi möhürlə təsdiq edilməsi görüntüsünü yaradıb özünə məxsus “HP” markalı rəngli printerdə çap etmiş, hazırladığı həmin saxta sənədi Latviya Respublikasının Azərbaycan Respublikasındakı səfirliyinə təqdim olunması üçün cinayətkar qrupun üzvləri Səhhət Məlikov və Təqsirləndirilən şəxs2 vasitəsilə Zərərçəkmiş şəxs3 çatdırmışdır. Təqsirləndirilən şəxs3 və qrup üzvlərinin göstərişi ilə Zərərçəkmiş şəxs3 həmin saxta sənədi 2023-cü ilin may-iyun aylarında istintaqla müəyyən edilməyən gündə Latviya Respublikasının Azərbaycan Respublikasındakı səfirliyinin Bakı şəhəri, Xətai rayonu, ünvan 8 ünvandakı “Dəmirçi Plaza” iş mərkəzində fəaliyyət göstərən viza müraciət mərkəzinə təqdim edərək öz adına həmin səfirlikdən 90 günlük çoxgirişli (multi) işçi vizası almasına, həmin viza əsasında xx.xx.2023-cü il tarixdə Bakı-İstanbul aviareysi ilə Türkiyə Respublikasına, oradan isə Almaniya Federativ Respublikasına getməsinə nail olaraq, həmin əməlləri ilə qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1la bir qrup şəxs halında etibardan sui-istifadə etmə və aldatma yolu ilə Zərərçəkmiş şəxs3 əmlakını ələ keçirərək təkrarən dələduzluq etmiş, qabaqcadan əlbir olan bir qrup şəxs halında təkrarən tamah niyyəti ilə bilə-bilə hüquq verən rəsmi sənədi istifadə etmək məqsədi ilə qanunsuz hazırlamaqla saxtalaşdırmış, qabaqcadan əlbir olmuş bir qrup şəxs halında tamah niyyəti ilə 1 nəfər şəxsin Azərbaycan Respublikasından qanunsuz getməsini təkrarən təşkil etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs3 Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə eyni məqsədlə təkrarən qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş, bundan sonra 2023-cü ilin dekabr ayının sonlarında istintaqla müəyyən edilməyən tarixdə və yerdə Şahintürk X5 Respublikasına səfər etmək üçün “şengen” vizasının alınması ilə bağlı köməklik göstərilməsindən ötrü istintaqa şəxsiyyəti məlum olmayan Ramil adlı şəxsin vasitəsilə cinayətkar qrupun üzvü Təqsirləndirilən şəxs2 müraciət etmiş, Təqsirləndirilən şəxs2 həmin müraciəti cinayətkar qrupun digər üzvlərinə çatdırmış, qrup üzvləri ilə aralarında əvvəlcədən əldə olunmuş razılaşmaya əsasən, Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs5ə özünün və qrup üzvlərinin xarici ölkələrin Azərbaycan Respublikasındakı müvafiq səfirliklərində fəaliyyət göstərən səlahiyyətli vəzifəli şəxslərdən tanışlarının olmasını, həmin tanışlarının vasitəsilə ona Yunanıstan Respublikasının Azərbaycan Respublikasındakı səfirliyindən vizanın alınması, guya qanuni yolla xarici ölkələrə getməsinin təmin edilməsi kimi imkana malik olduqlarını yalandan bildirib Zərərçəkmiş şəxs5ün viza almaq üçün səfirlik tərəfindən tələb olunan iş yeri haqqında arayış və digər hüquq verən rəsmi sənədləri olmadığı halda həmin rəsmi sənədlərin hazırlanmaqla vizanın əldə edilməsi üçün ayrı-ayrı vəzifəli şəxslərə maddi nemət olan 4000 manat pulun 2000 manatının əvvəlcədən, qalan 2000 manatının isə viza alınması ilə bağlı sənədlər hazır olduqdan sonra hissə-hissə verilməsi qarşılığında həmin məsələni qanuni yolla müsbət həll edəcəklərini yalandan vəd verib, Zərərçəkmiş şəxs5ü aldadaraq, sonuncunun əmlakını qabaqcadan əlbir olan bir qrup şəxs halında əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətlərinə keçirmək məqsədilə özünə və qrup üzvlərinin vəzifələrinə olan inamdan və aralarında yaranmış etibarlı münasibətdən istifadə edərək sözügedən işləri müvəffəqiyyətlə icra edə biləcəklərinə dair obyektiv gerçəkliyə uyğun olmayan fikir formalaşdırmışlar. Zərərçəkmiş şəxs5 viza alınması üçün qeyd edilən məbləğdə pulun verilməsinin zəruri olmasına inanaraq razılığını bildirmiş, Təqsirləndirilən şəxs2 isə Zərərçəkmiş şəxs5ün istifadəsində olan "xxxx" ASC-ə məxsus 5243********1186 nömrəli kart hesabından özünün istifadəsində olan 524375******2280 nömrəli kart hesabına xx.xx.2023-cü il tarixdə 1700 manat, xx.xx.2024-cü il tarixdə 300 manat olmaqla, cəmi 2000 manat pulun köçürülməsinə nail olub, daha sonra istintaqa şəxsiyyəti məlum olmayan Ramil adlı şəxsin vasitəsilə istintaqa məlum olmayan vaxtda və yerdə əlavə olaraq 2000 manat pulu əlbəəl alıb, karta köçürülmüş 2000 manat pulu isə istintaqa məlum olmayan gündə və yerdə nağdlaşdırıb ümumilikdə 4000 manat pulu əldə edərək Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 ilə birlikdə aralarında böldükdən sonra cinayətkar qrupun ümumi cinayətkar niyyətinə uyğun olaraq aralarında olan planın icrası ilə əlaqədar qrup üzvü Təqsirləndirilən şəxs2 12 fevral 2024-cü il tarixdə Bakı şəhəri, Xətai metrostansiyası yaxınlığında Zərərçəkmiş şəxs5 ilə görüşərək sonuncunun şəxsiyyət vəsiqəsi və ümümvətəndaş pasportu kimi rəsmi sənədlərini almaqla əldə edib həmin məlumatları cinayətin törədilməsində istifadə edilməsi üçün Təqsirləndirilən şəxs3 vasitəsilə qrup üzvü Təqsirləndirilən şəxs1 təqdim etmişdir. Təqsirləndirilən şəxs1 isə 2024-cü ilin fevral ayında istintaqla müəyyən edilməyən gündə işlədiyi ünvan 7 ünvanında yerləşən “X51” MMC-nin ofisində Zərərçəkmiş şəxs5ün viza alınmasına nail olmaq məqsədilə sonuncunun barəsində olan zəruri sənədləri hazırlayıb həmin sənədlər toplusunu Yunanıstan Respublikasının Azərbaycan Respublikasındakı səfirliyinə Zərərçəkmiş şəxs5 tərəfindən təqdim olunması üçün cinayətkar qrupun üzvləri Səhhət Məlikov və Təqsirləndirilən şəxs2 çatdırmış, Təqsirləndirilən şəxs2 15 fevral 2024-cü il tarixdə ünvan 9 ünvandakı “Caspian Plaza” iş mərkəzinin yaxınlığında Zərərçəkmiş şəxs5 ilə görüşüb sənədləri ona vermişdir. Təqsirləndirilən şəxs3 və qrup üzvlərinin göstərişi ilə Zərərçəkmiş şəxs5 həmin gün sənədləri Yunanıstan Respublikasının Azərbaycan Respublikasındakı səfirliyinin ünvan 9 ünvandakı “Caspian Plaza” iş mərkəzində olan viza müraciət mərkəzinə təqdim etsə də səfirlik tərəfindən viza verilməsindən imtina edildiyindən sonuncunun Azərbaycan Respublikasından qanunsuz getməsini nəzərdə tutan cinayəti özünün və qrup üzvlərinin iradəsindən asılı olmayan səbəblərə görə başa çatdıra bilməyib həmin əməlləri ilə qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1la bir qrup şəxs halında etibardan sui-istifadə etmə və aldatma yolu ilə Zərərçəkmiş şəxs5ün əmlakını ələ keçirərək təkrarən dələduzluq etmiş, qabaqcadan əlbir olmuş bir qrup şəxs halında tamah niyyəti ilə 1 nəfər şəxsin Azərbaycan Respublikasından qanunsuz getməsini təşkil etməyə cəhd etmiş, lakin bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməl iradəsindən asılı olmayan səbəblərə görə başa çatdıra bilməmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs3 Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə eyni məqsədlə təkrarən qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş, bundan sonra 2024-cü yanvar ayında istintaqla müəyyən edilməyən tarixdə və yerdə X28 ailə üzvləri birlikdə Yunanıstan Respublikasına səfər etmək üçün “şengen” vizasının alınması ilə bağlı köməklik göstərilməsindən ötrü cinayətkar qrupun üzvü Təqsirləndirilən şəxs2 müraciət etmiş, Təqsirləndirilən şəxs2 həmin müraciəti cinayətkar qrupun digər üzvlərinə çatdırmış, qrup üzvləri müraciəti qəbul etdikdən sonra həmin şəxslərin yanında hörmət qazanaraq onlara viza verilməsinə nail olduğu halda nüfuzunu artırmaq, bununla da gələcəkdə ona və cinayətkar qrupun digər üzvlərinə müraciət edən həmin şəxslərə və ya onların yaxınlarına qarşı törədəcəyi bu qəbildən olan digər cinayət əməllərinə yol açmaq kimi şəxsi niyyətlə aralarında əvvəlcədən əldə olunmuş razılaşmaya əsasən, Təqsirləndirilən şəxs2 Orxan Yusifova özünün və qrup üzvlərinin xarici ölkələrin Azərbaycan Respublikasındakı müvafiq səfirliklərində fəaliyyət göstərən səlahiyyətli vəzifəli şəxslərdən tanışlarının olmasını, həmin tanışlarının vasitəsilə ona və ailə üzvlərinə Yunanıstan Respublikasının Azərbaycan Respublikasındakı səfirliyindən vizanın alınması, guya qanuni yolla xarici ölkələrə getməsinin təmin edilməsi kimi imkana malik olduqlarını yalandan bildirib Orxan Yusifovun və ailə üzvlərinin viza almaq üçün səfirlik tərəfindən tələb olunan iş yeri haqqında arayış və digər hüquq verən rəsmi sənədləri olmadığı halda həmin rəsmi sənədlərin hazırlanmaqla vizanın əldə edilməsi məsələsini qanuni yolla müsbət həll edəcəklərini vəd verib, Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin 2ci maddəsi ilə təsbit edilmiş insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət, qanunçuluq, qanun qarşısında bərabərlik və ədalətlilik, Azərbaycan Respublikasının miqrasiya qanunvericiliyinin hamılıqla tanınan beynəlxalq hüquq normalarına uyğunluğunun təmin edilməsi, ölkədən gediş-gəlişin yalnız qanuni əsaslarla mümkün olması kimi prinsip və müddəalarını ciddi şəkildə pozaraq 2024-cü ilin yanvar-fevral aylarında istintaqla müəyyən edilməyən gündə ünvan 9 ünvandakı “Caspian Plaza” iş mərkəzinin yaxınlığında qrup üzvü Təqsirləndirilən şəxs2 Orxan Yusifovdan özünün və ailə üzvlərinin şəxsiyyət vəsiqəsi və ümümvətəndaş pasportu kimi rəsmi sənədlərini almaqla əldə edib həmin məlumatları cinayətin törədilməsində istifadə edilməsi üçün Təqsirləndirilən şəxs3 vasitəsilə qrup üzvü Təqsirləndirilən şəxs1 təqdim etmişdir. Təqsirləndirilən şəxs1 isə 2024-cü ilin fevral ayında istintaqla müəyyən edilməyən gündə işlədiyi ünvan 7 ünvanında yerləşən “X51” MMC-nin ofisində Orxan Yusifov və sonuncunun ailə üzvləri, arvadı X6, oğlanları Seyran Yusifov və Vaqif Yusifovun viza alınmasına nail olmaq məqsədilə onların barəsində olan zəruri sənədləri hazırlayıb həmin sənədlər toplusunu Yunanıstan Respublikasının Azərbaycan Respublikasındakı səfirliyinə Orxan Yusifov və onun ailə üzvləri tərəfindən təqdim olunması üçün cinayətkar qrupun üzvləri Səhhət Məlikov və Təqsirləndirilən şəxs2 çatdırmış, Təqsirləndirilən şəxs2 2024-cü ilin fevral ayında istintaqla müəyyən edilməyən gündə ünvan 9 ünvandakı “Caspian Plaza” iş mərkəzinin yaxınlığında Orxan Yusifov ilə görüşüb sənədləri ona vermişdir. Təqsirləndirilən şəxs3 və qrup üzvlərinin göstərişi ilə Orxan Yusifovun ailə üzvləri ilə birlikdə həmin gün sənədləri Yunanıstan Respublikasının Azərbaycan Respublikasındakı səfirliyinin ünvan 9 ünvandakı “Caspian Plaza” iş mərkəzində olan viza müraciət mərkəzinə təqdim edərək özü və ailə üzvlərinin adına həmin səfirlikdən viza almasına, həmin viza əsasında xx.xx.2024-cü il tarixdə Bakı-Budapeşt aviareysi ilə Macarıstan Respublikasına getməsinə nail olaraq, həmin əməlləri ilə qabaqcadan əlbir olmuş bir qrup şəxs halında tamah niyyəti ilə 4 nəfər şəxsin Azərbaycan Respublikasından qanunsuz getməsini təkrarən təşkil etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs3 Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə eyni məqsədlə təkrarən qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş, bundan sonra 2024-cü fevral ayının əvvələrində istintaqla müəyyən edilməyən tarixdə və yerdə Zərərçəkmiş şəxs6 işləmək məqsədilə ailə üzvləri ilə birlikdə Polşa Xalq Respublikasına səfər etmək üçün “şengen” vizasının alınması ilə bağlı köməklik göstərilməsindən ötrü cinayətkar qrupun üzvü Təqsirləndirilən şəxs2 müraciət etmiş, Təqsirləndirilən şəxs2 həmin müraciəti cinayətkar qrupun digər üzvlərinə çatdırmış, qrup üzvləri ilə aralarında əvvəlcədən əldə olunmuş razılaşmaya əsasən, Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs6 özünün və qrup üzvlərinin xarici ölkələrin Azərbaycan Respublikasındakı müvafiq səfirliklərində fəaliyyət göstərən səlahiyyətli vəzifəli şəxslərdən tanışlarının olmasını, həmin tanışlarının vasitəsilə ona Yunanıstan Respublikasının Azərbaycan Respublikasındakı səfirliyindən vizanın alınması, guya qanuni yolla xarici ölkələrə getməsinin təmin edilməsi kimi imkana malik olduqlarını yalandan bildirib Zərərçəkmiş şəxs6 və ailə üzvlərinin viza almaq üçün səfirlik tərəfindən tələb olunan iş yeri haqqında arayış və digər hüquq verən rəsmi sənədləri olmadığı halda həmin rəsmi sənədlərin hazırlanmaqla vizanın əldə edilməsi üçün ayrı-ayrı vəzifəli şəxslərə maddi nemət olan 8500 manat pulun 1500 manatının əvvəlcədən, qalan 7000 manatının isə viza alınması ilə bağlı sənədlər hazır olduqdan sonra hissə-hissə verilməsi qarşılığında həmin məsələni qanuni yolla müsbət həll edəcəklərini yalandan vəd verib, Zərərçəkmiş şəxs6 aldadaraq, sonuncunun əmlakını qabaqcadan əlbir olan bir qrup şəxs halında əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətlərinə keçirmək məqsədilə özünə və qrup üzvlərinin vəzifələrinə olan inamdan və aralarında yaranmış etibarlı münasibətdən istifadə edərək sözügedən işləri müvəffəqiyyətlə icra edə biləcəklərinə dair obyektiv gerçəkliyə uyğun olmayan fikir formalaşdırmışlar. Zərərçəkmiş şəxs6 viza alınması üçün qeyd edilən məbləğdə pulun verilməsinin zəruri olmasına inanaraq razılığını bildirmiş, Təqsirləndirilən şəxs2 isə 2024-cü ilin fevral ayında istintaqla müəyyən edilməyən gündə Bakı şəhəri, Nəsimi rayonu, “Təzə Bazar” adlı yerin yaxınlığında Zərərçəkmiş şəxs6 ilk olaraq 1500 manat, 1 həftə sonra ünvan 9 ünvandakı “Caspian Plaza” iş mərkəzinin yaxınlığında 7000 manat, ümumilikdə 8500 manat pulu əlbəəl alaraq Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 ilə birlikdə aralarında böldükdən sonra cinayətkar qrupun ümumi cinayətkar niyyətinə uyğun olaraq aralarında olan planın icrası ilə əlaqədar 2024-cü ilin fevral ayında istintaqla müəyyən edilməyən gündə Bakı şəhəri, Nəsimi rayonu, “Təzə Bazar” adlı yerin yaxınlığında Zərərçəkmiş şəxs6 ilə görüşərək sonuncunun və ailə üzvlərinin şəxsiyyət vəsiqəsi və ümümvətəndaş pasportu kimi rəsmi sənədlərini almaqla əldə edib həmin məlumatları cinayətin törədilməsində istifadə edilməsi üçün Təqsirləndirilən şəxs3 vasitəsilə qrup üzvü Təqsirləndirilən şəxs1 təqdim etmişdir. Təqsirləndirilən şəxs1 isə 2024-cü ilin fevral ayında istintaqla müəyyən edilməyən gündə işlədiyi ünvan 7 ünvanında yerləşən “X51” MMC-nin ofisində Zərərçəkmiş şəxs6 və onun ailə üzvləri, arvadı X14, övladları Fərid Qocayev, Mədinə Qocayevanın viza alınmasına nail olmaq məqsədilə onlar barəsində olan zəruri sənədləri hazırlayıb həmin sənədlər toplusunu Yunanıstan Respublikasının Azərbaycan Respublikasındakı səfirliyinə Zərərçəkmiş şəxs6 və ailə üzvləri tərəfindən təqdim olunması üçün cinayətkar qrupun üzvləri Səhhət Məlikov və Təqsirləndirilən şəxs2 vermiş, Təqsirləndirilən şəxs2 2024-cü ilin fevral ayında istintaqla müəyyən edilməyən gündə ünvan 9 ünvandakı “Caspian Plaza” iş mərkəzinin yaxınlığında Zərərçəkmiş şəxs6 ilə görüşüb sənədləri ona çatdırmışdır. Təqsirləndirilən şəxs3 və qrup üzvlərinin göstərişi ilə Zərərçəkmiş şəxs6 ailə üzvləri birlikdə həmin gün sənədləri Yunanıstan Respublikasının Azərbaycan Respublikasındakı səfirliyinin ünvan 9 ünvandakı “Caspian Plaza” iş mərkəzində olan viza müraciət mərkəzinə təqdim etsə də səfirlik tərəfindən viza verilməsindən imtina edildiyindən sonuncunun ailə üzvləri ilə birlikdə Azərbaycan Respublikasından qanunsuz getməsini nəzərdə tutan cinayəti özünün və qrup üzvlərinin iradəsindən asılı olmayan səbəblərə görə başa çatdıra bilməyib həmin əməlləri ilə qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1la bir qrup şəxs halında etibardan sui-istifadə etmə və aldatma yolu ilə Zərərçəkmiş şəxs6 xeyli miqdarda əmlakını ələ keçirərək təkrarən dələduzluq etmiş, qabaqcadan əlbir olmuş bir qrup şəxs halında tamah niyyəti ilə 3 nəfər şəxsin Azərbaycan Respublikasından qanunsuz getməsini təşkil etməyə cəhd etmiş, lakin bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməl iradəsindən asılı olmayan səbəblərə görə başa çatdıra bilməmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs3 Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə eyni məqsədlə təkrarən qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş, bundan sonra 2024-cü fevral ayında istintaqla müəyyən edilməyən tarixdə və yerdə X17 övladları ilə birlikdə Almaniya Federativ Respublikasına səfər etmək üçün “şengen” vizasının alınması ilə bağlı köməklik göstərilməsindən ötrü cinayətkar qrupun üzvü Təqsirləndirilən şəxs2 müraciət etmiş, Təqsirləndirilən şəxs2 həmin müraciəti cinayətkar qrupun digər üzvlərinə çatdırmış, qrup üzvləri müraciəti qəbul etdikdən sonra həmin şəxslərin yanında hörmət qazanaraq onlara viza verilməsinə nail olduğu halda nüfuzunu artırmaq, bununla da gələcəkdə ona və qrupun digər üzvlərinə müraciət edən həmin şəxslərə və ya onların yaxınlarına qarşı törədəcəyi bu qəbildən olan digər cinayət əməllərinə yol açmaq kimi şəxsi niyyətlə aralarında əvvəlcədən əldə olunmuş razılaşmaya əsasən, Təqsirləndirilən şəxs2 Günel Məmmədovaya özünün və qrup üzvlərinin xarici ölkələrin Azərbaycan Respublikasındakı müvafiq səfirliklərində fəaliyyət göstərən səlahiyyətli vəzifəli şəxslərdən tanışlarının olmasını, həmin tanışlarının vasitəsilə ona Yunanıstan Respublikasının Azərbaycan Respublikasındakı səfirliyindən vizanın alınması, guya qanuni yolla xarici ölkələrə getməsinin təmin edilməsi kimi imkana malik olduqlarını yalandan bildirib Günel Məmmədova və övladlarının viza almaq üçün səfirlik tərəfindən tələb olunan iş yeri haqqında arayış və digər hüquq verən rəsmi sənədləri olmadığı halda həmin rəsmi sənədlərin hazırlanmaqla vizanın əldə edilməsi məsələsini qanuni yolla müsbət həll edəcəklərini vəd verib, Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin 2ci maddəsi ilə təsbit edilmiş insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət, qanunçuluq, qanun qarşısında bərabərlik və ədalətlilik, Azərbaycan Respublikasının miqrasiya qanunvericiliyinin hamılıqla tanınan beynəlxalq hüquq normalarına uyğunluğunun təmin edilməsi, ölkədən gediş-gəlişin yalnız qanuni əsaslarla mümkün olması kimi prinsip və müddəalarını ciddi şəkildə pozaraq 2024-cü ilin fevral ayında istintaqla müəyyən edilməyən gündə qrup üzvü Təqsirləndirilən şəxs2 Günel Məmmədovadan özünün və övladlarının şəxsiyyət vəsiqəsi və ümümvətəndaş pasportu kimi rəsmi sənədlərini almaqla əldə edib həmin məlumatları cinayətin törədilməsində istifadə edilməsi üçün Təqsirləndirilən şəxs3 vasitəsilə qrup üzvü Təqsirləndirilən şəxs1 təqdim etmişdir. Təqsirləndirilən şəxs1 isə 2024-cü ilin fevral ayında istintaqla müəyyən edilməyən gündə işlədiyi ünvan 7 ünvanında yerləşən “X51” MMC-nin ofisində Günel Məmmədova və övladları X19 və X7 viza alınmasına nail olmaq məqsədilə onlar barəsində olan zəruri sənədləri hazırlayıb həmin sənədləri Yunanıstan Respublikasının Azərbaycan Respublikasındakı səfirliyinə Günel Məmmədova tərəfindən təqdim olunması üçün cinayətkar qrupun üzvləri Səhhət Məlikov və Təqsirləndirilən şəxs2 çatdırmış, Təqsirləndirilən şəxs2 2024-cü ilin fevral ayında istintaqla müəyyən edilməyən gündə və yerdə Günel Məmmədova ilə görüşüb sənədlər toplusunu ona vermişdir. Təqsirləndirilən şəxs3 və qrup üzvlərinin göstərişi ilə Günel Məmmədovanın ailə üzvləri birlikdə həmin gün sənədləri Yunanıstan Respublikasının Azərbaycan Respublikasındakı səfirliyinin ünvan 9 ünvandakı “Caspian Plaza” iş mərkəzində olan viza müraciət mərkəzinə təqdim edərək özü və övladlarının adına həmin səfirlikdən viza almasına, həmin viza əsasında xx.xx.2024-cü il tarixdə Bakı-Budapeşt aviareysi ilə Macarıstan Respublikasına getməsinə nail olaraq, həmin əməlləri ilə qabaqcadan əlbir olmuş bir qrup şəxs halında tamah niyyəti ilə 3 nəfər şəxsin Azərbaycan Respublikasından qanunsuz getməsini təkrarən təşkil etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs1 özünü ona elan edilmiş ittiham üzrə qismən təqsirli bilərək ifadəsində qeyd etmişdir ki, 1997-ci ildə Azərbaycan İqtisad Universitetinin X2 fakültəsini bitirmiş, sonra keçmiş Milli Təhlükəsizlik Nazirliyində müddətli hərbi xidmətdə olmuşdur. Təxminən 25 ildir ki turizm işi ilə məşğuldur, həmçinin "xxxx" MMC-nin təsisçisi və baş direktorudur. Təsisçi və direktor kimi fəaliyyəti dünyanın bir sıra ölkələrinə turistik və müalicə turpaketlərinin satışı və bununla bağlı biletlərin alışı, viza dəstəyi və sığortasının tərtib olunmasından ibarətdir. Əsasən Türkiyə, Rusiya, Qazaxıstan, Avropa, Asiya və Amerika qitələrinə turistik səfərlərin təşkil edilməsi ilə məşğul olmuşdur. Bundan əlavə olaraq viza alınması üçün sənədlərin toplanılması və bununla bağlı bütün hərəkətlərin görülməsi də direktoru olduğu şirkətin xidmətlərinə aid idi. Viza üçün şəxslər müraciət edən zaman lazım olan sənədlər toplusu şəxsin adına xüsusi anket formasının tərtib olunmasından, sığorta paketinin alınmasından, bilet və otel rezervasiya edilməsindən, hər hansı bankda şəxsin adına olan hesabında müəyyən miqdarda pul vəsaitinin olması haqqında arayışın alınmasından və iş yerindən və ya sponsor arayışının təşkil edilməsindən ibarət idi. Daha sonra şəxslə ödənişin məbləği razılaşdırılırdı. Qeyd olunan məbləğ hansı istiqamətə və hansı məqsədlə vizanın alınmasından asılı idi. Belə ki, bu məbləğ bütün rəsmi xərclər çıxılandan sonra ***-**** manatdan ibarət idi. Rəsmi iş yeri olmayan və ya hər hansı sponsoru olmayan şəxslər üçün ayrı-ayrı dövlət orqanları və ya uydurma özəl şirkətlərin adından həmin müraciət edən şəxslərin guya həmin müəssisələrdə hər hansı vəzifə daşıdıqları barədə bir neçə dəfə arayışlar tərtib etmişdir. Qeyd etdiyi iş yerindən arayışlar viza alınması üçün mühüm əhəmiyyət kəsb edirdi, çünki, viza almaq istəyən şəxsin maddi cəhətdən təmin olunduğunun göstəricisi kimi qiymətləndirilirdi. Həmin saxta arayışları hazırlayıb müxtəlif məbləğdə pul müqabilində verirdi, belə ki, ona müraciət edən arayış tərtib etdiyi şəxslərdə ona ödənilməli ümumi pul məbləği digərlərinə nisbətən 200 manat artıq təşkil edirdi. 04 fevral 2024-cü il tarixdə adını bilmədiyi və tanımadığı Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşı ona yaxınlaşaraq barəsində istintaq aparıldığını və ayda müəyyən məbləğdə pul almaq şərti ilə onu “qoruya” biləcəyini bildirmiş, o da onun istədiyi pulu vermişdir. Bir müddət sonra həmkarlarından biri zəng edərək Təqsirləndirilən şəxs2 saxlanıldığını bildirmişdir. Bu məlumatdan sonra həmin əməkdaşa zəng edərək təhlükədə olub-olmadığı barədə soruşmuşdur, o da narahat olmağı üçün heç bir səbəb olmadığını demişdir. Qısa bir müddət sonra Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşları onu işlədiyi ofisdə saxlamışlar. Saxlandıqdan sonra evinə, avtomobilinə, həmçinin sürücüsünün idarə etdiyi avtomobilə baxış keçirilmişdir. Bundan sonra Dövlət Təhlükəsizlik Xidmətinə gətirilmiş, orada “Azər” adlı şəxs haqqında məlumat verməli olduğu bildirilmişdir. O bunu rədd etdikdə isə ona qarşı fiziki təzyiqlər olmuşdur. Daha sonra Səbail Rayon Məhkəməsində barəsində ilkin olaraq 3 ay, daha sonralar 1 ay və 1 ay olmaqla, ümumilikdə 5 ay həbs qətimkan tədbiri seçilmişdir. Qeyd etdiyi kimi arayışların tərtib edilməsi ilə məşğul olmuşdur, lakin tərtib etdiyi arayışların bəziləri lazım olmadığından hamısını istifadə etməmişdir, nümunə olaraq deyə bilər ki, İsmayılın rəsmi iş yerinin olması ilə bağlı arayış tərtib etmişdir, lakin sonradan sonuncunun özünün rəsmi iş yerinin olmasını öyrəndikdə arayışı istifadə etməmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 uzun müddətdir tanıyır, lakin qeyd etdiyi hadisələrdən heç birinin xəbəri olmayıb. Belə ki, Təqsirləndirilən şəxs2 bu iş üzrə kifayət qədər təcrübəsi olmağına, həmçinin tanışı olmağına görə bəzən öz tanışlarını ona yönləndirirdi, Səhət Kərimov isə vətəndaşların sənədlərinin ona çatdırılmasında bir neçə dəfə köməklik göstərmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 ona qarşı irəli sürülən ittihamlar üzrə AR CM-nin 178-ci maddəsi ilə vurulmuş ziyanın tam olaraq ödənildiyini, undan əlavə dövlət nəfinə digər təqsirləndirilən şəxslərlə bərabər vurulmuş ziyanın 25 faizi məbləğində ödəniş edildiyini, saxta sənədlərin hazırlanmasında özünü təqsirli bildiyini, törətdiyi cinayət əməlindən səmimi peşmançılıq çəkdiyini, məhkəmədən barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs3 özünü ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində qeyd etmişdir ki, o, 05 mart 2024cü il tarixdə Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbiri nəticəsində saxlanılmışdır. Tərəflərindən verilmiş iş fəaliyyəti barədə suala cavab olaraq təhsil fəaliyyəti ilə məşğul olduğunu, həmçinin təhsil şirkətinin olduğunu demişdir. Daha sonra onu əvvəlcədən xəbərdar edərək işlədiyi ofisə və yaşadığı evə baxış keçirilmişdir. Keçirilən baxış zamanı qanundan kənar heç nə aşkarlanmamış və üzərində olan 3000 manat məbləğində pul götürülərək idarəyə gətirilmişdir. İdarədə şahid qismində iştirak etdiyini bildirərək “Azər” adlı şəxs barəsində suallar vermişdirlər. O da həmin şəxsi tanımadığını və görmədiyini bildirmişdir. Daha sonra Ruslan haqqında suallar verməyə başlamışlar və o da Ruslanı ortaq tanıdıqları vasitəsilə 10 ilə yaxındır tanıdığını, tez-tez xarici ölkəyə gedib-gəldiyindən sonuncunun ona kömək etdiyini, ondan tur paketi aldığını və gəlir əldə etmək məqsədilə heç bir əməkdaşlığının olmadığını demişdir. Bir müddət sonra cinayət işi Baş Prokurorluğa göndərilmişdir və bu zaman məlum olmuşdur ki, təqsirləndirilən şəxs qismində cəlb olunmuşdur. Bu barədə soruşduqda mütəşəkkil dəstənin üzvü olduğunu, Sənan ona yönləndirdiyi müştəriləri Ruslana yönləndirdiyini bildirdilər. O bu ittihamları rədd etmişdir. Sənan ona 1-2 dəfə Ruslana çatdırması üçün sənəd vermişdi, onun da işlədiyi ofis Ruslanın işlədiyi ofisə yaxın olduğundan verilən sənədləri sonuncuya çatdırmışdır. Bu iş üzrə fəaliyyəti qeyd etdiklərindən ibarət olmuşdur, sənədlərin içərisində nə olduğundan xəbəri olmayıb, eyni zamanda viza düzəldilməsi ilə bağlı heç bir fəaliyyəti olmayıb. Təqsirləndirilən şəxs X29 məhkəmə iclasında ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, Dövlət Təhlükəsizlik Xidmətində verdiyi ifadəni təsdiq etmir, belə ki, həmin ifadəni oxumamışdır, idarədə ona təzyiqlər olunub və sənədlər əvvəlcədən aktlaşdırılaraq yalnız imzalaması üçün ona verilmişdir. Cinayət işi üzrə zərərçəkmiş şəxslər və şahidlərdən heç birini tanımır. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1la isə heç bir əməkdaşlıq etməmiş, sadəcə olaraq tur paketi Ruslandan aldığını bildirərək ona müraciət edən şəxsləri sonuncuya yönləndirmiş və bunun qarşılığında heç bir pul vəsaiti əldə etməmişdir. Cinayət işi üzrə keçirilən məhkəmə iclasında Təqsirləndirilən şəxs3 əvvəlcə özünü ona elan edilmiş ittihamlar üzrə təqsirli bilməsə də, daha sonra keçirilən məhkəmə iclaslarında Təqsirləndirilən şəxs3 özünü ona elan edilmiş ittihamlar üzrə təqsirli bilmiş, ona qarşı irəli sürülmüş ittiham üzrə CM-nin 178.2.1, 178.2.2, 178.2.4-cü maddələri ilə vurulmuş olan ziyan ödənilməsini, eyni zamanda digər təqsirləndirilən şəxslərlə birlikdə dövlət nəfinə vurulmuş ziyanın 25 faizi məbləğində ödəniş edilməsini, evli olmasını, himayəsində iki uşağının olmasını, ilk dəfədir ki, cinayət məsuliyyətinə cəlb edilməsinin nəzərə alınmasını və barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs2 özünü ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində qeyd etmişdir ki, o, müxtəlif şəxslərin xarici ölkələrə, əsasən Avropa ölkələrinə iş və turist vizasını almağa köməklik göstərir. Rəsmi iş yeri olmasa da, təxminən 15 ildir ki, turizm işi ilə məşğuldur. Dəfələrlə xarici ölkələrdə olduğu, tədbirlərdə iştirak etdiyi və uzun müddət bu sahədə fəaliyyəti olduğu üçün onu tanıyan və ya tanışları vasitəsilə müraciət edən şəxslərə kömək etmişdir. 2024-cü ilin mart ayının əvvəllərində Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbiri zamanı saxlanılmışdır. Saxlanıldıqdan sonra tərəflərindən əvvəlcədən xəbərdar edilməklə avtomobilinə baxış keçirilmişdir. Keçirilən baxış zamanı bir neçə ədəd xarici pasport aşkarlanmış və götürülmüşdür. Daha sonra yaşadığı evə baxış keçirilməsi barədə xəbərdar edilmiş, o isə evin qardaşına məxsus olduğunu, anasının da həmin evdə yaşadığını və xəstə olduğundan ehtiyat edərək evə daxil olmamalarını demişdir. Bundan sonra Xidmətin əməkdaşları hal şahidləri ilə birlikdə evə daxil olmuşlar və ondan arayışların və möhürlərin yerini soruşmuşdurlar. O isə bu fəaliyyətlə məşğul olmadığını demişdir və həqiqətən də axtarış nəticəsində qanundan kənar heç nə aşkar olunmamışdır. Evdə olan ona və ailə üzvlərinə məxsus bank kartları, pullar əməkdaşlar tərəfindən maddi sübut adı altında götürülmüşdür. O həmin pulları avtomobili satması nəticəsində əldə etdiyini deyib etiraz etsə də, ona qarşı təzyiq olunmuşdur. Bundan sonra İdarəyə gətirilmişdir. İdarədə “Azər” adlı şəxs barəsində suallar verərək haradan tanıdığını soruşmuşlar, o isə şəxsən tanımadığını və mətbuatdan adını eşitdiyini demişdir. Arayışları təkzib etdiyi üçün ona qarşı fiziki və psixoloji təzyiq olunaraq arayışı “Azər” adlı şəxsin verdiyini etiraf etməyi bildirilmişdir. Eyni zamanda ona sənədlər verilərək yalnız imzalaması tələb olunmuşdur. Daha sonra cinayət işi Baş Prokurorluğa göndərilmiş və bu mərhələdə olan zaman eyni hadisələr baş vermişdir. Belə ki, Dövlət Təhlükəsizlik Xidmətində verdiyi ifadəni təkzib etdiyini, yenidən ifadəsinin alınmalı olmasını bildirsə də, müsbət xarakterli heç bir hərəkət olmamışdır, həmçinin həmin ifadəsi ilə tanış olmasına icazə verilməmişdir. Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs5 və Zərərçəkmiş şəxs6 onun müştəriləri olmuş, belə ki, xidmətlərin həyata keçirilməsi məqsədilə sonunculardan pul almışdır, lakin keçirilən əməliyyat tədbiri zamanı ona məxsus pul məbləği də götürüldüyündən məcburi olaraq onların borclarını öz hesabına ödəmişdir. Göstərdiyi xidmətlər nəticəsində dələduzluq cinayət əməlini törətməmiş, pul aldığı şəxslərə yalandan vəd verərək aldatması heç bir sübut ilə təsdiq olunmur. Təqsirləndirilən şəxs2 məhkəmə iclasında ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, yönləndirdiyi adamlara arayış düzəltməsi kimi Təqsirləndirilən şəxs1la aralarında razılaşma olmayıb. Ruslana tanışlarını yönləndirən zaman əldə etdiyi qazancdan bəzən 2-3 faizini ona vermişdir. Ruslanın hansı qaydada viza alması barədə də məlumatı yoxdur. Səhətə göndərdiyi zərflər içərisində pasport, şəxsiyyət vəsiqəsinin kopyası kimi sənədlər olmuşdur. Cinayət işi üzrə keçirilən məhkəmə iclasında Təqsirləndirilən şəxs2 əvvəlcə özünü ona elan edilmiş ittihamlar üzrə təqsirli bilməsə də, daha sonra keçirilən məhkəmə iclaslarında Təqsirləndirilən şəxs2 özünü ona elan edilmiş ittihamlar üzrə təqsirli bilmiş, ona qarşı irəli sürülmüş ittiham üzrə CM-nin 178.2.1, 178.2.2, 178.2.4-cü maddələri ilə vurulmuş olan ziyan ödənilməsini, eyni zamanda digər təqsirləndirilən şəxslərlə birlikdə dövlət nəfinə vurulmuş ziyanın 25 faizi məbləğində ödəniş edilməsini, evli olmasını, himayəsində xəstə anasının olmasını, ilk dəfədir ki, cinayət məsuliyyətinə cəlb edilməsinin nəzərə alınmasını və barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Zərərçəkmiş şəxs5 Hafiz qızı ifadəsində göstərmişdir ki, 2023-cü ilin dekabr ayının sonlarında Niderland Krallığında yaşayan Ramil adlı şəxslə telefon vasitəsi ilə danışdığı zaman ona övladı ilə birlikdə Almaniyaya getmək istədiyini bildirmiş, lakin, hansı qaydada viza alacağını bilmədiyini söylədikdə Ramil ona Təqsirləndirilən şəxs2 adlı tanışının bu işdə ona kömək edə biləcəyini bildirmişdir. Bir müddət sonra bu məsələ ilə bağlı Ramil Təqsirləndirilən şəxs2la danışdığını və sonuncunun 4000 (dörd min) manat qarşılığında Yunanıstan Respublikasının Azərbaycan Respublikasındakı səfirliyindən Avropa ölkələrinə getmək üçün viza ala biləcəyini söyləmişdir. Ramillə razılaşdıqdan sonra sonuncu ona “Whatsapp" tətbiqi vasitəsi ilə mobil telefonuna Təqsirləndirilən şəxs2 məxsus olduğu bildirdiyi bank hesab nömrəsi göndərərək pulu həmin hesaba göndərməyini istəmişdir. O "xxxx" ASC-ə məxsus 5243********1186 nömrəli kart hesabından Sənanın istifadəsində olan 524375******2280 nömrəli kart hesabına 29 dekabr 2023-cü il tarixdə 1700 (bir min yeddi yüz) manat, daha sonra isə 02 yanvar 2024-cü il tarixdə 300 (üç yüz) manat olmaqla ümumilikdə 2000 (iki min) manat pul vəsaiti köçürmüşdür. Ramil telefon nömrəsini Sənan adlı şəxsə verəcəyini, sonuncunun onunla əlaqə saxlayıb detallar barədə danışacağını bildirmişdir. Bundan sonra 2024-cü ilin yanvar ayında istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsinə “Whatsapp" tətbiqi vasitəsi ilə ***-***-**-** mobil telefon nömrədən zəng gəlmiş və zəng edən şəxs özünü Təqsirləndirilən şəxs2 kimi təqdim edərək Ramilin tanışı olduğunu söyləmiş və Yunanıstan Respublikasına getmək məqsədi ilə viza almaq üçün kömək edəcəyini bildirmişdir. Söhbət əsnasında Sənana işin həlli üçün istədiyi 4000 (dörd min) manatdan qalan 2000 (iki min) manatını Ramil adlı şəxsin vasitəsilə əlbəəl çatdıracağını söyləmiş və Sənan bu barədə məlumatı olduğunu bildirmişdir. Belə ki, həyat yoldaşı X24 Krallığında Ramillə görüşüb 2000 (iki min) manat vermiş və sonuncu həmin pulu bir neçə gün sonra Azərbaycana gələn anası vasitəsi İlə Sənana çatdırmış, bu barədə Ramillə telefon vasitəsi ilə danışan zaman sonuncu ona məlumat vermişdir. 2024cü ilin fevral ayının əvvəllərində viza məsələsinin həll edilməsi üçün Təqsirləndirilən şəxs2 “Whatsapp" tətbiqi vasitəsi ilə övladı və özünün şəxsiyyət vəsiqələrinin, nikah haqqında şəhadətnaməsinin fotoşəkillərini göndərmişdir. Təqsirləndirilən şəxs2 ona viza almaq üçün lazım olan iş yeri üzrə arayış və sair tələb olunan sənədləri özünün tanışları vasitəsi ilə həll edəcəyini bildirmişdir. 12 fevral 2024-cü ildə Bakı şəhəri, Ş.İ.Xətai metrostansiyasının yaxınlığında Təqsirləndirilən şəxs2la görüşüb övladının və özünün ümumvətəndaş pasportlarını ona vermişdir. Bundan bir neçə gün sonra, yəni 15 fevral 2024-cü il tarixdə viza almaq üçün Bakı şəhəri, Yasamal rayonunda yerləşən “Caspian Plaza" adlı iş mərkəzinin qarşısında Yunanıstan Respublikasının səfirliyinin ərazisində Təqsirləndirilən şəxs2la görüşmüş, onun tanışları vasitəsi ilə hazır etdiyi ona və övladına aid sənədləri bir ədəd zərfdə almış və sonra övladı ilə birlikdə Yunanıstan Respublikasının səfirliyinə daxil olmuşdur. Senandan götürdüyü sənədləri orada çalışan səfirliyin nümayəndəsinə verən zaman iş yeri barədə arayışı görmüşdür. O, həmin sənədləri Yunanıstan Respublikasının səfirliyinin əməkdaşına təqdim etdikdən sonra övladı ilə birlikdə prosedur mərhələlərdən yəni, şəkil çəkdirmək, barmaq izlərinin götürülməsi kimi tələb olunan mərhələlərdən keçib oradan uzaqlaşmışdır. 22 fevral 2024-cü il tarixdə Yunanıstan Respublikasının səfirliyindən ona zəng gəlmiş, zəng edən şəxs səfirliyin əməkdaşı olduğunu bildirərək övladı ilə birgə viza almaq üçün etdikləri müraciətə imtina etdiklərini söyləmişdir. Bu barədə Təqsirləndirilən şəxs2 məlumat verdikdə sonuncu Yunanıstan Respublikasının səfirinin ölkədə olmadığını söyləyərək hansısa qarışıqlıq yarandığını və tez bir zamanda məsələni həll edəcəyini bildirmiş, lakin, ona Avropa ölkələrinə getmək üçün şengen vizası verilməmişdir. Bir müddət keçdikdən sonra o, Təqsirləndirilən şəxs2 tərəfindən aldadılaraq pulunun ələ keçirildiyini başa düşmüş və şikayət etmək qərarına gəlmişdir. Sənanın ona qarşı dələduzluq etməsi barədə şikayət etdikdən sonra həmin faktla bağlı araşdırma başlamışdır. Şikayət etdikdən sonra istintaq dövründə ona 4000 (dörd min) manat pul qaytarılmışdır. Avropa ölkələrinə getmək üçün vizanın əldə edilməsi məqsədi ilə Yunanıstan Respublikasının səfirliyinə təqdim edilməsi üçün Təqsirləndirilən şəxs2 verdiyi saxta iş yeri barədə arayışın kimin hazırlaması barədə məlumatı olmamış, həmin sənədi bir dəfə görmüş, sonrakı aqibətindən məlumatı olmamışdır. Təqsirləndirilən şəxs2 4000 manat pulu alanda həmin pulun müqabilində kimlərəsə müraciət edib barəsində olan sənədləri hazırladacağını demişdir. Yəni, Təqsirləndirilən şəxs2 başqaları ilə iş görməsi ona məlum olmuş, lakin, həmin şəxslərin kim olduğunu bilməmişdir. Zərərçəkmiş şəxs5 Hafiz qızı məhkəmə iclasında ona verilmiş suallara cavab olaraq bildirmişir ki, rəsmi iş yeri olmasa da, həyat yoldaşı 40 ilə yaxındır Almaniya Federativ Respublikasının vətəndaşıdır, həmin dövlətin ərazisində hava limanında çalışır, buna görə də, istədiyi ölkəyə gedə bilər. Müraciətinə imtina gəldikdən sonra isə o, Sənandan pul barədə soruşduqda sonuncu 2-3 gündən sonra həmin pulu ona qaytarmışdır. Hazırda təqsirləndirilən şəxsdən şikayətçi deyil, heç bir şikayət və tələbi yoxdur. Məhkəmə baxışı zamanı dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1 uzun müddətdir tanıyır, münasibəti hər zaman normal olmuşdur. Ruslanın «Vip Travel» turizm şirkətinin rəhbəri olduğunu bilmişdir. Özü Almaniyaya mütəmadi olaraq gedib-gəldiyi üçün hər dəfə asan olduğuna görə Yunanıstanın və Almaniyanın Azərbaycandakı səfirliklərindən şengen vizası almışdır. 2023-cü ilin noyabr ayının əvvəllərində o təsadüfən Ruslanla rastlaşmış və viza məsələləri barədə söhbət etdikdə Ruslan ona Yunanıstan səfirliyi vasitəsi ilə ona viza almaqda köməklik edə biləcəyini bildirmişdir. O, Ruslandan hansı şərtlərlə viza alınmasının hallarını soruşduqda Ruslan ona əvvəllər viza verildiyini əsas gətirərək yenidən viza üçün müraciət zamanı çoxillik viza ala biləcəyini, bunu dostluq xatirinə hamıya elədiyindən aşağı qiymətə edəcəyini bildirmişdir. O, Ruslandan hansı miqdarda pul müqabilində viza əldə edəcəyini soruşduqda Ruslan bunun başqalarına 2000-2500 (iki min - iki min beş yüz) manata olduğunu, tanışlığa görə ona 500 (beş yüz) manata edəcəyini bildirmiş və o, Ruslanla razılaşmışdır. Ruslanın istəyinə uyğun olaraq bir neçə gündən sonra pasportunu, 3sm x 4sm ölçüdə fotoşəklini və 500 (beş yüz) manat nağd pul vəsaitini Ruslanın Bakı şəhəri, Səməd Vurğun adına parkın yaxınlığında yerləşən ofisində özünə vermişdir. Həmin vaxtdan bir neçə gün sonra, yəni 2023-cü ilin noyabr ayının sonlarında Ruslan onun istifadəsində olan telefon nömrəsi ilə əlaqə saxlayıb ofisinə gəlməyini, sənədlərinin hazır olduğunu bildirmişdir. O, Ruslanla sonuncunun ofisində görüşmüş və ondan içərisində Yunanıstan səfirliyinə təqdim etmək üçün bir neçə sənəd və pasportu olan qovluğu almışdır. Ruslan ona səfirliklə əlaqə yaradıb görüş götürdüyünü və sənədlərini həmin səfirliyə təqdim etməyini tapşırmışdır. Həmin günü Yunanıstanın Bakı şəhərində olan «Caspian Plaza» adlı iş mərkəzində fəaliyyət göstərən səfirliyinə getmiş və Ruslanın hazırlayıb ona verdiyi içərisində sənədlər və pasportu olan qovluğu səfirliyin əməkdaşına təqdim etmiş, prosedur qaydalardan keçib barmaq izləri götürüldükdən sonra oradan uzaqlaşmışdır. Bir neçə gündən sonra həmin səfirlikdən ona zəng edilmiş və viza verildiyi bildirilmişdir. Bundan sonra Ruslan özü də ona zəng etmiş və pasportunun onda olduğunu, yaxınlaşıb ofisindən götürməyini demişdir. Ruslanın dediyi kimi ofisindən pasportunu götürmüş, pasportunda 2 illik multiviza verildiyini görmüşdür. Hazırda təqsirləndirilən şəxsdən şikayətçi deyil, heç bir şikayət və tələbi yoxdur. Zərərçəkmiş şəxs4 məhkəmə iclasında ona verilmiş suallara cavab olaraq bildirmişir ki,viza üçün müraciət etdiyi zaman, həmçinin, hazırda rəsmi iş yeri olmuşdur. "xxxx" MMC-ni tanımamış və həmin yerdə işləməyi ilə bağlı Ruslana sənəd təqdim etməmişdir, həmin vaxt rəsmi iş yeri olduğundan öz iş yerində işləməyi ilə bağlı sonuncuya arayış təqdim etmişdir. Hazırda Təqsirləndirilən şəxs1 şikayətçi deyil. Məhkəmə baxışı zamanı dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, X27 işləmək məqsədilə Avropa ölkələrinə getmək üçün Sənan adlı şəxsin vasitəsilə viza işlərini həll etmişdir. Belə ki, qardaşı Sərvan Sənanı birbaşa tanımamış, hər hansısa bir tanışının vasitəsilə ona müraciət etmişdir. Bunun müqabilində qardaşı Sərvan Sənana 2400 manat pul vermişdir. Həmin pul vəsaiti ona məxsus olmuşdur. 2016-cı ildən etibarən işləyərək aylıq 600 manat əmək haqqı almış, bundan başqa göstərdiyi xidmətlərə görə də əlavə məvacib almışdır. Həmin pul vəsaitini o, qardaşına viza işlərinin görülməsi üçün vermişdir. Çünki, həmin ərəfədə qardaşı işsiz olmuş və maddi imkanı yaxşı olmamışdır. X27 əldə etdiyi vizadan istifadə edərək 13 mart 2023-cü il tarixdə Macarıstana oradan isə Fransaya getmişdir. Qardaşı hazırda Fransa Respublikasında yaşayır. Sərvan Həmdiyəlinin guya «Nəqşicahan» adlı şirkətdə işləməsi barədə arayış saxtadır, çünki, Sərvan «Nəqşicahan» adlı bir şirkətdə heç vaxt işləməmişdir. Hazırda təqsirləndirilən şəxsdən şikayətçi deyil, heç bir şikayət və tələbi yoxdur. Məhkəmə baxışı zamanı dindirilmiş Zərərçəkmiş şəxs6 ifadəsində göstərmişdir ki, 2024-cü ilin fevral ayının əvvəllərində işləmək məqsədi ailə üzvləri ilə birlikdə Polşa Xalq Respublikasına ilə getmək qərarına gəlmişdir. Bu barədə qohumu Almaniya Federativ Respublikasında yaşayan Yaşar adlı şəxslə viza məsələsini hansı qaydada həll olunması ilə bağlı məsləhətləşmişdir. Yaşar öz növbəsində Təqsirləndirilən şəxs2 adlı şəxsin nömrəsini ona vermiş, lakin, Yaşar Sənanın hansı qaydada və necə kömək edəcəyini bilmədiyini söyləmişdir. O, Təqsirləndirilən şəxs2 məxsus mobil nömrəyə zəng edərək onun nömrəsini qohumu Yaşardan aldığını bildirmiş və Polşa Xalq Respublikasına işləmək üçün viza məsələsinin həll olunması ilə bağlı görüşmək istədiyini söyləmişdir. Bununla bağlı ilk dəfə Təqsirləndirilən şəxs2la 2024-cü ilin fevral ayının əvvəlində Bakı şəhəri, Xətai rayonu ərazisində yerləşən çay evində görüşmüşdür. Görüş zamanı Təqsirləndirilən şəxs2 ona vizanı Yunanıstan Respublikasına ala biləcəyini söyləmiş və oradan Polşa Xalq Respublikasına maneəsiz gedə biləcəyini demişdir. Sənan bu işin həll olunması üçün 8500 manat məbləğində pul vəsaiti istəmiş, o, Sənanla razılaşmışdır. Sənan həmin işi hansı qaydada həll edəcəyini tam ətraflı şəkildə bildirməmişdir, ilk görüşdən 1 həftə sonra yenə 2024-cü ilin fevral ayında Bakı şəhəri, Nəsimi rayonu ərazisində “Təzə Bazar”adlanan yerin yaxınlığında Təqsirləndirilən şəxs2la görüşmüş və görüş əsnasında Sənan viza məsələsini həll etmək üçün tələb etdiyi sənədləri yəni, özünün, həyat yoldaşı X20, eyni zamanda övladları Fərid və Mədinəyə məxsus şəxsiyyət vəsiqələrinin surətini və ümumvətəndaş paportları təqdim etmişdir. Sənan Yunanıstan Respublikasına getmələri üçün lazım olan viza məsələsini necə həll edəcəyi barədə hər hansı məlumat verməmiş, sadəcə 1 həftə ərzində viza üçün lazımlı olan sənədləri hazır edəcəyini söyləmişdir. Bundan sonra viza məsələni həll etməsi üçün tələb etdiyi pulun bir qismini yəni 1500 manat məbləğində pul vəsaitini ona əlbəəl vermişdir. 2024-cü ilin fevral ayının ortalarında Təqsirləndirilən şəxs2 ona zəng edib Yunanıstan Respublikasına getməyi üçün lazım olan sənədləri hazır etdiyini söyləyərək yerdə qalan 7000 manat məbləğində pul vəsaitini istəmişdir. Sənanla Yunanıstan Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyinin xidməti yeri olan Bakı şəhəri, Yasamal rayonu, “Caspian Plaza”-nın qarşısında görüşmüş və sənədləri Sənandan götürüb 7000 manat məbləğində pulu nağd qaydada Təqsirləndirilən şəxs2 vermişdir. Bundan sonra həmin sənədləri Yunanıstan Respublikasının Səfirliyinin nümayəndəsinə təqdim edərək, prosedur mərhələlərdən yəni, şəkil çəkdirmək, barmaq izinin götürülməsi kimi tələb olunan mərhələlərdən keçib oradan uzaqlaşmışdır. Viza məsələsinin həlli ilə bağlı Yunanıstan Respublikasının Azərbaycandakı Səfirliyindən hər hansı məlumat verilməmişdir. 2019-cu ildən hazıradək rəsmi olaraq heç yerdə işləməmiş və viza üçün tələb olunan iş yeri üzrə arayışı Təqsirləndirilən şəxs2 saxta qaydada hazırlayaraq və ya hazırladaraq digər tələb olunan sənədlərin içərisinə qoyub ona vermişdir. Ancaq o, ümumi olaraq viza üçün tələb olunan sənədləri Təqsirləndirilən şəxs2 götürən zaman yoldaşı Gülnarə Qocayeva və özünün iş yeri üzrə arayışda harada işləmələri ilə bağlı məlumatla tanış olmamışdır. O, ümumilikdə Təqsirləndirilən şəxs2 8500 manatı iş yeri barədə, həmçinin vizanın alınması üçün digər zəruri sənədlərin hazırlaması üçün vermişdir. Bu barədə şikayət etdikdən sonra istintaq dövründə Sənan ona aldığı pulları tam şəkildə geri qaytarmışdır. Hazırda Təqsirləndirilən şəxs2 qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə baxışı zamanı dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, 2023-cü ilin əvvəllərində Latviya Respublikasına getməli olduğu üçün viza almaq məcburiyyətində qalmışdır. Bununla bağlı hazırda Almaniyada yaşayan və həmin vaxt Bakı şəhərində olan Hüseyn adlı tanışı ilə viza məsələsinin hansı qaydada həll olunması ilə bağlı məsləhətləşmişdir. Hüseyn də öz növbəsində adını bilmədiyi, istintaq zamanı adını şərti olaraq Rəşad olaraq qeyd etdiyi şəxsin nömrəsini ona vermiş, lakin, Hüseyn Rəşadın hansı qaydada və necə kömək edəcəyini bilmədiyini söyləməmişdir. Rəşad adlı şəxsə məxsus xatırlamadığı mobil nömrəyə zəng edərək onun nömrəsini tanışı Hüseyndən aldığını bildirmiş və Latviya Respublikasına getmək üçün viza məsələsini həll olunması ilə bağlı görüşmək istədiyini söyləmişdir. O, ilk dəfə 2023-cü ilin əvvəllərində Rəşad adlı şəxslə Bakı şəhəri, Ş.İ.Xətai metrostansiyası yaxınlığında görüşmüşdür. Görüş zamanı Rəşad adlı şəxs ona tanışlarının vasitəsilə vizanı Latviya Respublikasına ala biləcəyini söyləmişdir. Bu işin həll olunması üçün həmin tanışlarına çatdırması üçün 2500 manat məbləğində pul vəsaiti istəmiş və o, bununla razılaşmışdır. Rəşad həmin tanışlarının işi hansı qaydada həll edəcəyini, tanışlarının kimlər olduğunu bildirməmişdir. İlk görüşdə Rəşadın viza məsələsini həll etməsi üçün tələb etdiyi sənədləri, yəni şəxsiyyət vəsiqəni və ümumvətəndaş paportunu təqdim etmişdir. Rəşad Latviya Respublikasına getməyi üçün lazım olan viza məsələni necə həll edəcəyi barədə hər hansı məlumat verməmiş, sadəcə yaxın vaxtlarda viza üçün lazım olan sənədləri səfirliyə təqdim edilməsi üçün hazır ediləcəyini söyləmişdir. Bundan sonra o, viza məsələnin həll edilməsi üçün tanışlarına verməsindən ötrü Rəşadın tələb etdiyi pulun bir qismini yəni 500 manat məbləğində pul vəsaitini sonuncuya vermişdir. Təxminən 10-15 gün sonra Rəşad adlı şəxs ona zəng edib Latviya Respublikasına getməyi üçün lazım olan sənədləri tanışlarının hazır etdiyini söyləyərək yerdə qalan 2000 manat məbləğində pul vəsaitini istəmişdir. O Rəşadla 2-ci dəfə də eyni ünvanda yəni, Bakı şəhəri, Ş.İ.Xətai metrostansiyası yaxınlığında görüşmüş və sənədləri ondan götürüb 2000 manat məbləğində pulu nağd qaydada Rəşad adlı şəxsə vermişdir. Bundan sonra o, həmin sənədləri Latviya Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyinin nümayəndəsinə təqdim edərək, prosedur mərhələlərdən yəni, şəkil çəkdirmək, barmaq izinin götürülməsi kimi tələb olunan mərhələlərdən keçib oradan uzaqlaşmışdır. Bir müddət sonra Latviya Respublikasının Bakıdakı səfirliyindən ona zəng gəlmiş, ona 90 günlük multiviza verildiyi bildirilmiş və o, həmin vaxt sənədlərini həmin səfirlikdən götürmüşdür. Sonradan ona məlum olmuşdur ki, Rəşad adlı şəxsin sənədlərini verdiyi Ruslan və sonuncunun tanışları onun barəsində saxta sənəd hazırlayıb viza alınması məqsədilə səfirliyə təqdim olunması üçün ona vermişlər. Bu barədə əvvəldən məlumatı olmamışdır. Onların bunu qanuni yol ilə həll edəcəklərini zənn etmiş, bunun sənədlərin toplanması prosesi kimi başa düşmüş və lazım olan sənədlərini onlara vermişdir. Həmin şəxslər onu aldadıb etibarından sui istifadə etmişlər. Bunun qarşılığında da onun 2500 manat pulunu ələ keçirmişlər. Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 şəxsən tanımamışdır. Onlarla şəxsən münasibəti olmamışdır. Ondan sənədləri və pulu alan Rəşad adlı şəxs onları Ruslan adlı şəxsə vermişdir. Viza işləri ilə Ruslangil məşğul olmuş, Rəşadın bu barədə məlumatı olmamışdır. Heç zaman “Baku Amlak” Commercial Firm adlı şirkətdə çalışmamışdır. Viza üçün tələb olunan sənədlərdə iş yeri üzrə arayışda adı çəkilən şirkətin işçisi kimi göstərmişdir. Rəşad adlı şəxs Təqsirləndirilən şəxs1 müraciət etmiş, viza məslələrinin həll olunmasını Ruslan və onun tanışları həll etmişdir. Çünki, Rəşad adlı şəxs dəfələrlə sənədlərin hazırlanması ilə bağlı telefon danışığı etmiş və həmin vaxt anlamışdır ki, Rəşad adlı şəxsin özü yox, tanışları saxta sənəd əsasında viza məsələsini həll etmişlər. Rəşadın özünün bu barədə məlumatı olmamışdır. Hazırda təqsirləndirilən şəxsdən şikayətçi deyil, heç bir şikayət və tələbi yoxdur. Cinayət işi üzrə Zərərçəkmiş şəxs1 xx.xx.2025-ci il tarixdə məhkəməyə dəftərxana vasitəsilə teleqram ünvanlamış, teleqramın məzmununda səhhəti ilə əlaqədar üzrlü səbəbdən təyin edilmiş məhkəmə iclasında iştirak edə bilməyəcəyini, heç bir şikayət və tələbinin olmadığını və ibtidai istintaq zamanı vermiş olduğunu ifadəsini təsdiq etdiyini bildirmişdir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs1 rəhbərlik etdiyi "xxxx" MMC-də əvvəl kuryer, daha sonra Təqsirləndirilən şəxs1 ailə sürücüsü, sonra isə köməkçisi vəzifələrində işləmişdir. Səhətin nə işlə məşğul olması barədə bilmir, sonuncunu az müddət ərzində görmüşdür. Təqsirləndirilən şəxs2 bildiyi qədəri ilə turizm işi ilə məşğuldur. O hüquqi şəxsdə konkret olaraq sürücü işləmiş, tur paketləri ilə əlaqəli sənədləri banka aparıbgətirmişdir, həmçinin ailə sürücüsü kimi fəaliyyət göstərmişdir. Səfirliklərə sənəd çatdırmamışdır. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qanunsuz viza, dələduzluq kimi cinayət xarakterli əməllərlə məşğul olması barədə xəbəri olmamışdır. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, 2002-ci ildən «Azəri Servis LTD», sonra adı "xxxx" MMC-yə dəyişdirilmiş şirkətdə baş mühasib vəzifəsində işləmiş, Təqsirləndirilən şəxs1 və X8 tanımamış, sonuncu yuxarıda adı qeyd edilən şirkətdə heç vaxt işləməmiş, Ə.Zərərçəkmiş şəxs1 adına həmin müəssisədə işləməsi barədə arayış baş mühasib vəzifəsində işlədiyi şirkət tərəfindən verilməmişdir. X3 guya «Azəri Servis LTD» müəsissədə işləməsi barədə arayışda olan imza ona məxsus olmamış, həmçinin həmin imzanın üzərində olan möhür də qeyd edilən müəssisənin möhürü olmamışdır. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 2019-2021-ci illərdə "xxxx" MMC-də direktor vəzifəsində işləmiş, həmin müəssisədə Rauf Kərimov və Zərərçəkmiş şəxs3 ilə heç bir vəzifədə işləməmişlər. Həmin şəxslər ilə, habelə Təqsirləndirilən şəxs1 ilə tanışlığı olmamışdır. Rauf Kərimov və Zərərçəkmiş şəxs3 "xxxx" MMC-də işləmələri barədə arayış həmin şirkət tərəfindən tərtib edilməmiş və verilməmişdir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, 2024-cü ilin yanvar ayında Təqsirləndirilən şəxs1 ilə tanış olmuş, həmin şəxsin Avropa ölkələrinə getmək üçün viza alınmasında köməklik göstərə biləcəyini bildirdiyindən ona valideynlərinin müalicə olunması üçün Macarıstana getmək məqsədi ilə viza alınmasında köməklik göstərməsi üçün müraciət etmişdir. Ruslana 8000 manat pul vermiş, viza almaq xidməti həmin pula daxil olmamışdır. Daha sonra ona və valideynlərinə Yunanıstan Səfirliyindən viza verilmişdir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, onlar Almaniya Federativ Respublikası və Macarıstan Respublikasına getmişdirlər. Onlara verilən vaxt təxminən 2-3 həftə olmuşdur. Vizanı Yunanıstan Respublikasında yerləşən səfirlikdən özləri almışdır. Təqsirləndirilən şəxs1 necə getmələri barədə onlara məlumat vermişdi. Digər təqsirləndirilən şəxsləri tanımır. Məhkəmə iclasına çağırılmış Şahid1 məhkəmə iclasında iştirak etməməsi nəzərə alınaraq, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilməklə ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmuşdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli qərardan görünür ki, təqsirləndirilən şəxs X9 barəsində cinayət təqibinin ********* nömrəli cinayət işində davam etdirilməsi nəzərə alınmaqla həmin cinayət işindən xarici ölkələrdə “oturum icazəsi” alınması üçün guya Azərbaycan Respublikasında siyasi, sosial mənsubiyyətlərinə görə təqiblərə məruz qalmaları barədə saxta sənədlərin hazırlanması, istifadə edilməsi, vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, vəzifə saxtakarlığı, rüşvət verməyə təhrik etmə, saxta sənədlər əsasında qanunsuz miqrasiyanın təşkil edilməsi və digər cinayət faktları üzrə Azərbaycan Respublikası CM-nin 178.3.1, 29, 178.3.1, 178.3.2, 308.1, 308.2, 310, 32.4, 312.2, 312-1.1, 313, 318-1.2.1, 318-1.2.2, 318-1.2.3, 29, 318-1.2.1, 29, 318-1.2.2, 29, 318-1.2.3, 320.1 və 320.2-cü maddələri ilə ayrıca icraata cinayət işi ayrılmışdır. Ayrılan cinayət işinə ********* nömrəsi verilmişdir. xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 318-1.2.2, 318-1.2.3 və 320.1-ci maddələri ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işi ********* nömrəli cinayət işi ilə bir icraatda birləşdirilmiş və istintaqı ********* nömrəsi ilə davam etdirilmişdir. 05 mart 2024-cü il tarixli “Cinayət işinin başlanması və iş üzrə istintaq qrupunun yaradılması” haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində CM-nin 318- 1.2.2-ci maddəsi ilə ********* saylı cinayət işi başlamışdır. 04 mart 2024-cü il tarixli “Baxış keçirilməsi” haqqında protokoldan görünür ki, hal şahidləri Mehman Dadaşovun və Elşad Həsənovun iştirakları ilə Təqsirləndirilən şəxs2 istifadəsində olan **-ZZ-*** dövlət qeydiyyat nişanlı avtomobilə və yaşayış yeri olan ünvan 11 ünvanına baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs2 yaşadığı yerdən 4000(dörd min) ABŞ dolları aşkar edilərək götürülmüşdür. 05 mart 2024-cü il tarixli “baxış keçirilməsi” haqqında protokoldan görünür ki, hal şahidləri Rahib Məlikov və Məzahir Məmmədovun iştirakları ilə X16 yaşadığı Bakı şəhəri, Nizami rayonu, Elşən Süleymanov küçəsi, ev 158A, mənzil 69 ünvanına baxış keçirilmiş, baxış zamanı digər əşyalarla yanaşı 44(qırx dörd) ədəd əlli manatlıq və 8(səkkiz) ədəd 100(bir yüz) manatlıq əskinaslardan ibarət olmaqla cəmi 3000(üç min) manat və 1(bir) ədəd 100(bir yüz) ABŞ dolları nağd pul vəsaiti aşkar edilərək götürülmüşdür. 05 mart 2024-cü il tarixli “Baxış keçirilməsi” haqqında protokoldan görünür ki, hal şahidləri Mais Quliyev və Anar Mehdiyevin iştirakları ilə Təqsirləndirilən şəxs1 oğlunun üzərinə və rəhbəri olduğu "xxxx" MMC-nin ünvan 12 ünvanında yerləşən ofisinə baxış keçirilmişdir. Zərərçəkmiş şəxs5 Hafiz qızı tərəfindən Dövlət Təhlükəsizliyi Xidmətinə ünvanlanmış ərizədən görünür ki, o Yunanıstan Respublikasına getmək üçün viza alınması məqsədi ilə ona saxta iş yeri əldə etmək müqavilində Təqsirləndirilən şəxs2 2000 manat məbləöində pul vəsaiti verdiyini, həmin şəxsin viza üçün tələb olunan arayışı qanunsuz yolla hazırlayıb əldə etdiyini bildirərək, göstərilən halın araşdırılmasını xahiş etmişdir. xx.xx.2024-cü il tarixli “tutulma protokolu”ndan görünür ki, ********* saylı cinayət işinin istintaqı ilə əlaqədar Təqsirləndirilən şəxs1 həmin gün saat 18:30-da şübhəli şəxs qismində tutulmuşdur. Zərərçəkmiş şəxs6 tərəfindən DTX-nə ünvanlanmış ərizədən görünür ki, o 2024-cü ilin fevral ayının əvvəllərində Yunanıstan Respublikasına ailə üzvləri ilə birlikdə getmək məqsədi ilə tələb olunan viza səmədlərini hazırlamaq üçün Təqsirləndirilən şəxs2 8500 manat məbləğində pul vermişdir. Ailə üzvlərinə viza verilsə də, sənədlərdə saxta iş yeri üzrə arayıış olduğundan o viza ala bilməmişdir. Qeyd edilən məsələnin araşdırılmasını xahiş edir. xx.xx.2024-cü il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə barəsində cinayət təqibi aparılan şəxslərin əməlləri Azərbaycan Respublikası CM-nin 318-1.2.2-ci maddəsindən həmin Məcəllənin 318-1.2.2, 318-1-2.3 və 320.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələr ilə ittiham elan edilmişdir. “Milli və xarici valyuta ilə olan nağd pul vəsaitlərinin müvəqqəti saxlanılması üçün təhvil verilməsi” haqqında 12 mart 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə 05 mart 2024-cü il tarixdə Bakı şəhəri, Nizami rayonu, Elşən Süleymanov küçəsi, ev 158A, mənzil 69 ünvanına baxış keçirilmiş, baxış zamanı digər əşyalarla yanaşı 44(qırx dörd) ədəd əlli manatlıq və 8(səkkiz) ədəd 100(bir yüz) manatlıq əskinaslardan ibarət olmaqla cəmi 3000(üç min) manat və 1(bir) ədəd 100(bir yüz) ABŞ dolları nağd pul vəsaitləri müvafiq qərar qəbul edilənədək məsul saxlanılması üçün dövlət bankına təhvil verilməsi məqsədi ilə DTX-nin Maliyyə İdarəsinə göndərilmişdir. “Milli və xarici valyuta ilə olan nağd pul vəsaitlərinin müvəqqəti saxlanılması üçün təhvil verilməsi” haqqında 12 mart 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə 05 mart 2024-cü il tarixdə ünvan 11 ünvanına baxış keçirilmiş, baxış zamanı digər əşyalarla yanaşı 4000(dörd min) ABŞ dolları nağd pul vəsaitləri müvafiq qərar qəbul edilənədək məsul saxlanılması üçün dövlət bankına təhvil verilməsi məqsədi ilə DTX-nin Maliyyə İdarəsinə göndərilmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 318-1.2.2, 318-1-2.3 və 320.1ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələr ilə ittiham elan edilmişdir. Bakı şəhəri Səbail rayon Məhkəməsinin 4(009)-114/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində 03 (üç) ay müddətində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 05 mart 2024-cü il tarixdən hesablanmışdır. Bakı Apellyasiya Məhkəməsinin 4(103)-239/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair Bakı şəhəri Səbail rayon Məhkəməsinin 4(009)-114/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Bakı şəhəri Səbail rayon Məhkəməsinin 4(009)-244/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 həbsdə saxlanılma müddəti 1 (bir) ay müddətinə, yəni 05 iyul 2024-cü il tarixədək uzadılmışdır. Bakı Apellyasiya Məhkəməsinin 4(103)-613/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 həbsdə saxlanılma müddətinin uzadılması haqqında Bakı şəhəri Səbail rayon Məhkəməsinin 4(009)-244/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Bakı şəhəri Səbail rayon Məhkəməsinin 4(009)-331/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 həbsdə saxlanılma müddəti 1 (bir) ay müddətinə, yəni 05 avqust 2024-cü il tarixədək uzadılmışdır. Azərbaycan Respublikası DİN Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 15 mart 2024-cü il tarixli tələbnamədən və müvafiq hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs1 Nəsimi rayon Məhkəməsinin xx.xx.2005-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 320.1-ci maddəsi ilə təqsirli bilinib, 2 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin xx.xx.2005-ci il tarixli qərarı ilə Nəsimi rayon Məhkəməsinin xx.xx.2005-ci il tarixli hökmü dəyişdirilmiş, CM-nin 62-ci maddəsi tətbiq edilərək cəzası ş.mşv-nin 300 misli cərimə cəzası ilə əvəz edilmişdir. xx.xx.2006-cı il tarixdə Yasamal rayon Məhkəməsinin qərarı ilə Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin xx.xx.2005-ci il tarixli qərarı ilə AR CM-nin 320.1-ci maddəsi ilə təyin olunmuş cərimə cəzası üzrə məhkumluq AR CM-nin 83.5-ci maddəsinə əsasən vaxtından əvvəl götürülmüşdür. Azərbaycan Respublikası DİN Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 15 mart 2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 məhkumluğu olmayan şəxsdir. Azərbaycan Respublikası DİN Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 15 mart 2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs3 məhkumluğu olmayan şəxsdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 04 iyul 2025-ci il tarixli, 5/748 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş Zərərçəkmiş şəxs3 adına xx.xx.2023-cü il tarixli 038 nömrəli arayışda olan möhür əksinin təsviri şırnaklı printerdə çap edilmişdir. Tədqiqata təqdim edilmiş Zərərçəkmiş şəxs3 adına xx.xx.2023-cü il tarixli 038 nömrəli arayışda olan möhür əksinin təsviri "xxxx" MMC-nin möhür əksindən köçürülərək həmin arayışa yerləşdirilməsi ehtimal edilir. Bakı Apellyasiya Məhkəməsinin 4(103)-747/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 həbsdə saxlanılma müddətinin uzadılması haqqında Bakı şəhəri Səbail rayon Məhkəməsinin 4(009)-331/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. xx.xx.2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs1 barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. xx.xx.2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi Azərbaycan Respublikası Baş Prokurorluğunun İstintaq İdarəsinin icraatına qəbul edilməklə istintaqı aparılmışdır. 07 aprel 2025-ci il tarixli “baxış keçirilməsi haqqında” protokoldan görünür ki, 04 aprel 2024-cü il tarixd “Azercell Telecom” MMc-dən, 22 may 2024-cü və 08 iyun 2024-cü il tarixlərdə "xxxx" MMC-dən daxil olmuş disklərin içərisində olan məlumatlara təkrar baxış keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs1 istifadəsində olan 050-2000-51-15 mobi nömrəsi ilə, Zərərçəkmiş şəxs4 istifadəsində olan ***-***-**-**, Nəriman Ağayevin istifadəsində olan ***-***-**-**,Şahid5 isifadəsində olan ***-***-**-** mobil nömrələri arasında çıxan və daxil olan zənglərə dair məlumatlar aşkar edilmişdir. xx.xx.2025-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Zərərçəkmiş şəxs6 zərərçəkmiş şəxs qismində tanınmışdır. xx.xx.2025-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Zərərçəkmiş şəxs4 zərərçəkmiş şəxs qismində tanınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 03 aprel 2025-ci il tarixli, 5/218 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş xx.xx.2003-cü il tarixli 008/02 nömrəli arayışın blanki, çap mətni, üzərində olan imza və əksi elektrofotoqrafik çap üsulu ilə çap edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 10 aprel 2025-ci il tarixli, 4/423 nömrəli ekspert rəyindən görünür ki, əksi ekspertizaya təqdim edilmiş “Azəri Servis LTD” müəssisəsinin direktor müavini Şahid4 adından ingilis dilində X4 aylıq 1200 manat əmək haqqı alınmaqla kommersiya firmasında ekspeditor işləməsinə dair 24 yanvar 2023-cü il tarixli, 008/02 nömrəli “Arayış”ın kserosurətində “Deputy Direktor” qrafasında “Alakbar Rahimov” yazılarının qarşısında əks olunmuş imza – Şahid4 tərəfindən yox, başqa şəxs tərəfindən icra edilmişdir. xx.xx.2025-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2, 178.2.4, 320.1, 318-1.2.3, 29, 318-1.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələr üzrə müvafiq ittihamlar elan edilmişdir. xx.xx.2025-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs3 barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. xx.xx.2025-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2, 178.2.4, 320.1, 318-1.2.3, 29, 318-1.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələr üzrə müvafiq ittihamlar elan edilmişdir. xx.xx.2025-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs2 barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. xx.xx.2025-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2, 178.2.3, 178.2.4, 308.1, 320.1, 318-1.2.2, 318-1.2.3, 29, 318-1.2.2, 29, 318-1.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələr üzrə müvafiq ittihamlar elan edilmişdir. xx.xx.2025-ci il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, cinayət işi üzrə qəbul edilmiş 18 iyun 2024-cü il tarixli qərarla ünvan 7 ünvanında yerləşən “X51” MMC-nin ofisinə keçirilmiş baxış zamanı aşkar edilərək götürülmüş 1 ədəd “Samsung Galaxy A32” markalı və 1 ədəd “Samsung Galaxy A13” markalı mobil telefonlar, 19 iyun 2024-cü il tarixli qərarla isə “X51” MMC-nin ofisinə keçirilmiş baxış zamanı aşkar edilərək götürülmüş 1 ədəd “LG” markalı kompüter sistem bloku və 1 ədəd “HP” markalı printer iş üzrə maddi sübut qismində tanınması və maddi sübutların Baş Prokurorluğun İstintaq İdarəsində saxlanılması,12 mart 2025-ci il tarixli qərara əsasən Azərbaycan Respublikası DTX-nın Maliyyə İdarəsində saxlanılan və istintaq zamanı baxış istintaq hərəkətləri ilə X21 yaşayış yeri olan Bakı şəhəri, Nizami rayonu, Elşən Süleymanov küçəsi, ev 158A, mənzil 69 ünvanından götürülmüş 44 (qırx dörd) ədəd 50 (əlli) manatlıq və 8 (səkkiz) ədəd 100 (yüz) manatlıq əskinazlardan ibarət olmaqla cəmi 3000 (üç min) manat və 1 (bir) ədəd 100 (yüz) ABŞ dolları, Təqsirləndirilən şəxs2 yaşayış yeri olan Bakı şəhəri, Xətai rayonu, İ.İsmayılov küçəsi, ev 1 ünvanından götürülmüş 40 (qırx) ədəd 100 (yüz) ABŞ dollarlıq əskinazlardan ibarət olmaqla cəmi 4000 (dörd min) ABŞ dolları məbləğində pul vəsaitlərinin hazırda cinayət yolu ilə əldə edildiyini müəyyən etmək mümkün olmadığından həmin vəsaitlərlə bağlı yekun qərarın məhkəmə baxışında qəbul ediləcəyi nəzərə alınmışdır. xx.xx.2025-ci il tarixli qərardan görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 barələrində cinayət təqibinin ********* nömrəli cinayət işində davam etdirilməsi nəzərə alınmaqla həmin cinayət işindən ********* nömrəli cinayət işi ayrılmış və icraata qəbul edilmişdir. Zərərçəkmiş şəxs2 tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2025-ci il tarixli ərizədən görünür ki, o bildirmişdir ki, cinayət işi üzrə ona heç bir ziyan dəyməmişdir. Heç bir şikayət və tələbi yoxdur. Zərərçəkmiş şəxs4 tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2025-ci il tarixli ərizədən görünür ki, o bildirmişdir ki, təqsirləndirilən şəxslərdən heç bir şikayət və tələbi yoxdur, ona heç bir maddi ziyan dəyməyib. Zərərçəkmiş şəxs1 tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli teleqramdan görünür ki, o, heç bir şikayət və tələbinin olmadığını və ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 1(001)-383/2025 saylı, 06 noyabr 2025ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.3, 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə Təqsirləndirilən şəxs1, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 həmin Məcəllənin 73-1.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilmiş və barələrində olan cinayət təqibinə xitam verilmişdir. Cinayət işi üzrə Təqsirləndirilən şəxs2 cinayət işinin ibtidai istintaqı zamanı özünü təqsirli bilmiş, məhkəmə iclaslarında sonradan yenə özünü təqsirli bilməmiş, daha sonra keçirilən məhkəmə iclaslarında isə yenidən özünü təqsirli bilmişdir. Məhkəmə bununla bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs2 özünü təqsirli bilməməsinə münasibətdə qeyd edir ki, 05 mart 2024-cü il tarixli şahidin dindirilməsi protokolundan da görünür ki, ilk dəfə DTX-da şahid qismində ifadəsi alınan zaman viza alınması məqsədi ilə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3la birgə hərəkət etdiyi etiraf etmişdir. Eyni zamanda daha sonra təqsirləndirilən şəxs qismində cəlb edildikdən sonra 23 aprel 2025-ci il tarixdə ifadəsi alınan zaman ona AR CM-nin 178.2.1, 178.2.2, 178.2.4, 320.1, 29, 318-1.2.3-cü maddələri ilə elan olunan ittihamın mahiyyəti və mənasının aydın olduğunu bildirmiş, həmin ittihamda göstərilən cinayət əməllərini törətməkdə özünü təqsirli bilmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs2 cinayət işinin ibtidai istintaqı zamanı özünü ona elan edilmiş ittiham üzrə təqsirli bilmiş, məhkəmə iclasında ilk dəfə keçirilən məhkəmə iclasında özünü qismən təqsirli bilməsə də, davam edən məhkəmə iclaslarına özünü təqsirli bilmiş və məhkəmədən barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs2 keçirilən məhkəm iclaslarında ilk olaraq özünü təqsirli bilməməsi, daha sonra isə özünü təqsirli bilməsinə münasibətdə qeyd edir ki, Təqsirləndirilən şəxs2 özünü ona elan edilmiş ittiham üzrə təqsirli bilməməsi cinayət məsuliyyətindən yayınmaq məqsədi daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs2 törətdiyi cinayət əməlləri həm özünü çoxsaylı ifadəsi, şahid ifadələri, məhkəmə-xəttşünaslıq ekspertizasının rəyi, zərərçəkmiş şəxslərin ifadələri, iş üzrə toplanmış sübutların müqayisəli və müfəssəl təhlili ilə tam şəkildə öz təsdiqini tapmışdır. Cinayət işi üzrə Təqsirləndirilən şəxs3 cinayət işinin ibtidai istintaqı zamanı özünü qismən təqsirli bilmiş, məhkəmə iclaslarında sonradan yenə özünü təqsirli bilməmiş, daha sonra keçirilən məhkəmə iclaslarında isə yenidən özünü təqsirli bilmişdir. Məhkəmə bununla bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Cinayət işi üzrə Təqsirləndirilən şəxs3 cinayət işinin ibtidai istintaqı zamanı təqsirləndirilən şəxs qismində cəlb edildikdən sonra ifadəsi alınan zaman özünü qismən təqsirli bilmiş, məhkəmə iclaslarında sonradan yenə özünü təqsirli bilməmiş, daha sonra keçirilən məhkəmə iclaslarında isə yenidən özünü təqsirli bilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs3 özünü təqsirli bilməməsinə münasibətdə qeyd edir ki, 05 mart 2024-cü il tarixli şahidin dindirilməsi protokolundan da görünür ki, ilk olaraq DTX-da şahid qismində ifadəsi alınan zaman viza alınması məqsədi ilə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2la birgə hərəkət etdiyi etiraf etmişdir. Daha sonra 23 aprel 2025-ci il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edildikdən sonra özünü qismən təqsirli bilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs3 keçirilən məhkəmə iclaslarında ilk olaraq özünü təqsirli bilməməsi, daha sonra isə özünü təqsirli bilməsinə münasibətdə qeyd edir ki, Təqsirləndirilən şəxs2 özünü ona elan edilmiş ittiham üzrə təqsirli bilməməsi cinayət məsuliyyətindən yayınmaq məqsədi daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs3 törətdiyi cinayət əməlləri həm özünü çoxsaylı ifadəsi, şahid ifadələri, məhkəmə-xəttşünaslıq ekspertizasının rəyi, zərərçəkmiş şəxslərin ifadələri, iş üzrə toplanmış sübutların müqayisəli və müfəssəl təhlili ilə tam şəkildə öz təsdiqini tapmışdır. Məhkəmə cinayət işi üzrə Təqsirləndirilən şəxs1 özünü ona elan edilmiş ittiham üzrə qismın təqsirli bilməsinə münasibətdə qeyd edir ki, törətdiyi cinayət əməlləri həm özünü çoxsaylı ifadəsi, şahid ifadələri, məhkəmə-xəttşünaslıq ekspertizasının rəyi, zərərçəkmiş şəxslərin ifadələri, iş üzrə toplanmış sübutların müqayisəli və müfəssəl təhlili ilə tam şəkildə öz təsdiqini tapmışdır. Beləliklə, məhkəmə toplanmış sübutları tam, obyektiv və qərəzsiz araşdırıb, onlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.3, 178.2.4, 308.1, 320.1, 318-1.2.2, 318-1.2.3, 29, 318.1.2.2, 29, 318-1.2.3-cü maddələrində, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 CM-nin 178.2.1, 178.2.2, 178.2.4, 320.1, 318-1.2.3, 29, 318-1.2.3-cü maddələrində nəzərdə tutulan əməlləri törətmələri mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxs və şahid ifadələri və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs1 cəza təyini zamanı aşağıdakıları nəzərə alır: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1-ci maddəsinə əsasən vəzifə səlahiyyətlərindən sui-istifadə, yəni vəzifəli şəxsin xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və ya üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməsi və ya qulluq mənafeyi tələb etdiyi halda istifadə etməməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyətin və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurduqda iki min manatdan dörd min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.1-ci maddəsinə əsasən hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırma və ya qanunsuz hazırlama, yaxud bu cür sənədi satma, habelə eyni məqsədlə Azərbaycan Respublikasının saxta dövlət təltifini, ştampı, möhürü, blankı hazırlama və ya satma üç min manatdan altı min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 318-1-ci maddəsinə əsasən, əcnəbi və ya vətəndaşlığı olmayan şəxsin Azərbaycan Respublikasına qanunsuz gəlməsini, Azərbaycan Respublikası ərazisində qanunsuz qalmasını, Azərbaycan Respublikası ərazisindən qanunsuz tranzit keçidini və ya hər hansı şəxsin Azərbaycan Respublikasından qanunsuz getməsini təşkil etmə vəzifəli şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə və ya təkrar törədildikdə iki ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 318-1-2-ci maddəsinə əsasən eyni əməllər, mütəşəkkil dəstə tərəfindən törədildikdə, vəzifəli şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə, təkrar törədildikdə iki ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. CM-in 29-cu maddəsinə əsasən bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməl (hərəkət və ya hərəkətsizlik), şəxsin iradəsindən asılı olmayan səbəblərə görə başa çatdırılmamışdırsa, cinayət etməyə cəhd hesab olunur. CM-in 63.3-cü maddəsinə əsasən cinayət etməyə cəhdə görə cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində başa çatmış cinayətə görə müəyyən edilmiş daha ciddi cəza növünün yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 əməlləri ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, CM-nin 308.1, 320.1 və 318-1.2.2, 318-1.2.3, 29, 318- 1.2.2, 29, 318-1.2.3 maddələri ilə cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs1 CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Qanunvericiliyin tələblərinə əsasən istintaq zamanı Təqsirləndirilən şəxs1 təqsirləndirildiyi CM-in 308.1, 320.1 və 318-1.2.2, 318-1.2.3, 29, 318-1.2.2, 29, 318-1.2.3 maddələri cinayətlərin təsnifatına görə böyük ictimai təhlükə törətməyən və az ağır cinayətlər hesab olunur. CM-in 62.1-ci maddəsinə əsasən cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər. Göründüyü kimi qüvvədə olan cinayət qanunvericiliyi qanunla nəzərdə tutulan hallar mövcud olduqda cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin edilməsinə imkan verir. Cinayət Məcəlləsinin 62.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən həm ayrıayrı hallar, həm də bu cür halların məcmusu müstəsna hal hesab edilə bilər. Göründüyü kimi, qanunverici cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəzanın təyin edilməsini mümkün edən əsaslar olaraq aşağıdakıları göstərir:
1. Cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar;
2. Cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar;
3. İştirakçılıqla törədilmiş cinayətin iştirakçısının həmin cinayətin açılmasına fəal kömək etməsi. Birinci iki qrupu birləşdirən ümumi cəhət odur ki, həmin hallar törədilmiş cinayətin ictimai təhlükəliliyi ilə bağlı olub onu əhəmiyyətli dərəcədə azaltmalıdır. Üçüncünü ilk iki qrupdan fərqləndirən cəhət isə odur ki, həmin hal cinayətin ictimai təhlükəliliyinə təsir göstərən əsas kimi deyil, təqsirkarı səciyyələndirən (cinayətin digər iştirakçılarından müsbət mənada fərqləndirməklə onun ictimai-təhlükəliliyini azaldan) hal kimi çıxış edir. Cinayət Məcəlləsinin 62.2-ci maddəsində təsbit olunmuş müddəaya gəldikdə isə, həmin norma Cinayət Məcəlləsinin 62.1-ci maddəsinə münasibətdə köməkçi (izahedici) xarakter daşıyır. Sözügedən normanın köməkçi xarakteri ondan irəli gəlir ki, Cinayət Məcəlləsinin 62.2-ci maddəsi cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəzanın təyin edilməsi institutunun tətbiq edilməsini mümkün edən müstəqil əsasları təsbit etmir. Cinayət Məcəlləsinin 62.1-ci maddəsi isə əksinə hansı halların Cinayət Məcəlləsinin 62-ci maddəsinin tətbiqini şərtləndirən əsaslar kimi çıxış etdiyini göstərir, onların təqribi dairəsini müəyyənləşdirir. Həmçinin məhkəmə vurğulayır ki, Cinayət Məcəlləsinin 62.1 və 62.2-ci maddələrinin mənasına görə cəzanı yüngülləşdirən ayrı-ayrı hallar və yaxud onların məcmusu özü özlüyündə deyil, yalnız cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan əsaslar kimi çıxış etdikdə (Cinayət Məcəlləsinin 62.1-ci maddəsində sadalanan əsaslar çoxluğuna aid olduqda) şəxsin barəsində Cinayət Məcəlləsinin 62-ci maddəsinin tətbiqini mümkün edən əsaslar kimi nəzərdən keçirilə bilər. Yuxarıda təsvir edilən cinayət-hüquqi normalardan belə nəticə hasil olunur ki, cəza təyini məsələsinin ədalətlə həll edilməsi üçün formal olaraq Cinayət Məcəlləsinin 62.1-ci maddəsində təsbit edilmiş əsasların dairəsinə düşən halların Cinayət Məcəlləsinin 8, 58-ci maddələrində sadalanan hallarla birlikdə, eləcə də Cinayət Məcəlləsinin 41.2-ci maddəsinin tələbləri gözlənilməklə təhlil edilməsi və məcmu halında nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar da elə nəzərə alınmalıdır ki, təyin olunmuş cəza ilə cinayətin xarakteri, ictimai-təhlükəlilik dərəcəsi, törədilmə halları arasında uyğunsuzluq yaranmasın, cəzanın məqsədləri təmin edilmiş olsun. Məhkəmə, Təqsirləndirilən şəxs1 CM-in 308.1, 320.1 və 318-1.2.2, 318-1.2.3, 29, 318-1.2.2, 29, 318-1.2.3 maddələri ilə elan edilmiş ittiham üzrə cəza təyin edərkən CM-in 41.2-ci maddəsinə müvafiq olaraq qeyd etməyi zəruri hesab edir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Digər tərəfdən qeyd edilməlidir ki, cəza, törədilmiş cinayətə görə yalnız tənbeh deyil, o, məhkumu qanunlara dəqiq riayət, ümum yaşayış qaydalarına hörmət ruhunda islah və yenidən tərbiyə etmək məqsədi daşıyır. Cəzanın mahiyyəti islah etmə və yenidən tərbiyə etmə ilə sıx bağlı olmaqla, cinayət əməlini törətmiş şəxsin şüurunda neqativ düşüncəni dəyişmək və onu hüququn tələblərinə riayət etməyə məcbur etmək istiqamətində dövlətin səylərindən ibarətdir. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs1 cəza təyin edilən zaman CMin 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. “Azemis” X11 vasitəsilə gönərilmiş sorğudan görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.2005-ci il təvəllüdlü X26, xx.xx.2013-cü il təvəllüdlü X34 və xx.xx.2016-cı il təvəllüdlü X35 adlı uşaqları var. Məhkəmə, CM-in 59.1.4-cü maddəsinə əsasən himayəsində iki azyaşlı uşağının olmasını, CM-in 59.2-ci madəsinə əsasən özünü ona elan edilmiş ittiham üzrə CM-in 320.1-ci maddəsi ilə təqsirli bilərək törətdiyi cinayət əməlindən səmimi peşmançılıq çəkməsini Təqsirləndirilən şəxs1 cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Bununla yanaşı, məhkəmədə CM-in 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 əməlində cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə eyni zamanda qeyd etməyi zəruri hesab edir ki. təsirləndirilən şəxs Təqsirləndirilən şəxs1 qarşı CM-in 178.2.1, 178.2.2, 178.2.3, 178.2.4, 308.1, 320.1, 318- 1.2.2, 318-1.2.3, 29, 318.1.2.2, 29, 318-1.2.3-cü maddələri ilə ittiham elan edilmiş, cinayət işi üzrə CM-in 178.2.1, 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə zərərçəkmiş şəxslərə dəymiş ziyan ödənildiyindən, həmçinin cinayət işi üzrə təqsirləndirilən şəxslər tərəfindən dəymiş ziyanın 25% həcmində dövlət nəfinə pul ödənildiyindən cinayət işi üzrə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 barəsində olan cinayət təqibinə həmin maddələrlə xitam verilmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs1 tərəfindən cinayət əməlləri törədildikdən sonra zərərçəkmiş şəxslərə dəymiş olan ziyan ödənilmiş, eyni zamanda dövlət nəfinə vurulmuş ziyanın 25% faizi məbləğində ödəniş edilmişdir. Təqsirləndirilən şəxs1 cinayət əməllərini törətdikdən sonra onun nəticələrinin aradan qaldırılması onun tərəfindən törədilmiş cinayət əməllərinin ictimai təhlükəliliyini azaltmışdır. Məhkəmə Təqsirləndirilən şəxs1 cəzasını yüngülləşdirən halları- törətdiyi cinayət əməlini qismən etiraf edərək əməlindən səmimi peşmançılıq çəkməsini, himayəsində iki azyaşlı uşağının olmasını, cinayət törətdikdən sonra olan davranışını- CM-in 178.2.1, 178.2.2, 178.2.3, 178.2.4-cü maddələri ilə zərərçəkmiş şəxslərə dəymiş ziyanın ödənilməsini və dövlət nəfinə 25 % məbləğində pul ödənilməsini, Təqsirləndirilən şəxs1 şəxsiyyətini (ali təhsilli olmasını, məhkumluğunun olmamasını) məcmu halında CM-in 62-ci maddəsində göstərilən müstəsna hallar hesab edərək, Təqsirləndirilən şəxs1 təqsirli bilindiyi CM-in 318-1.2.2, 318-1.2.3, 29, 318.1.2.2, 29, 318-1.2.3-cü maddələrində müəyyən ediləndən daha yüngül cəza növünün və əlavə cəza qismində müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəzasının təyin edilməsini məqsədə müvafiq hesab edir. Belə ki, məhkəmə müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs1 əməlləri qabaqcadan düşünülmüş transmilli cinayət fəaliyyəti məqsədilə törədilməmiş, daha çox məhdud dairədə yaranmış situativ münasibətlər çərçivəsində baş vermişdir. İş materialları və sübutlar göstərir ki, təqsirləndirilən şəxslərin əməllərinin motivi maddi gəlir əldə etmək, xüsusi təşkilatçılıq fəaliyyəti göstərmək və ya miqrasiya siyasətinə sistemli zərər vurmaq məqsədini daşımamış, onlar mütəşəkkil dəstə ilə əlaqəli olmamış, cinayətlərin icrasında liderlik, təşkilatçılıq, vasitəçilik və ya yönləndici rol daşımamış, cinayətlə bir neçə şəxsin müraciəti nəticəsində yaranan epizodik xarakterli davranışlar olmuşdur. Təqsirləndirilən şəxs1 ali təhsilli və cəmiyyətdə normal sosial münasibətlərə malik bir şəxsdir, ailəli və himayəsində azyaşlı uşaqlarının olması faktı da onların müəyyən sabit sosial mövqe daşıdığının bir göstəricisidir. Bundan başqa təqsirləndirilən şəxsin Təqsirləndirilən şəxs1 törətdiyi cinayət əməlini qismən etiraf etməsi, törətdiyi əməllərə görə səmimi peşman olduğunu ifadə etməsi, zəruri hallarda sərbəst ifadələr verməklə, nəticədə cinayətkar planın genişlənməsinə və yeni iştirakçıların cəlb olunmasına şərait yaratmamışdır. Məhz bu davranışlar nəticəsində cinayətlərin ictimai nəticələri minimum həddə qalmış və qanunsuz miqrasiyanın sistemli xarakter almasının qarşısı alınmışdır. Bu kimi halllarda özü-özlüyündə cinayətlərin ictimai təhlükəliliyinin real olaraq azaldığını göstərir. Eləcə də, Təqsirləndirilən şəxs1 ibtidai istintaqın ilk mərhələsindən başlayaraq hadisələrin ardıcıllığını dəqiq göstərmiş, qanunsuz miqrasiyanın təşkil mexanizmini izah etmiş, iştirak edən şəxslərin kimliyini və rollarını açıqlamış, istifadə edilən vasitələr barədə ətraflı məlumat vermişdir. Onun bu davranışı cinayətlərin qısa müddətdə açılmasına və bütün obyektiv halların müəyyən edilməsinə ciddi təsir göstərmişdir. Bu hallar da özü-özlüyündə onun şəxsiyyətini xarakterizə edən müsbət və cəzanın yüngülləşdirilməsinə təsir edən bilavasitə hallardır. Göstərilən bu kimi yüngülləşdirici amillərin xüsusilə də, CM-in 178-ci maddəsilə də törədilmiş cinayətlər üzrə ziyanın tərəfindən tam ödənilməsi, dövlətə 25% ödənişin edilməsi, barışıq əldə edilməsi, əməlin etirafı, səmimi peşmançılıq, cinayətin açılmasına fəal kömək etmə, ali təhsilli olmaqla, himayəsində azyaşlı uşaqlarının olması təsdiq edir ki, təqsirləndirilən şəxsin sosial təhlükəliliyi əhəmiyyətli dərəcədə aşağıdır və onun islahı üçün azadlıqdan məhrum etmə və ya digər sərt cəzalara ehtiyac yoxdur. Bu səbəbdən də məhkəmə CM-in 62-ci maddəsini tətbiq etməklə Təqsirləndirilən şəxs1 CM-in 318-1.2.2, 318-1.2.3, 29, 318.1.2.2, 29, 318-1.2.3-cü maddələri ilə cərimə cəzası təyin edilməsini cəzanın məqsədlərinə uyğun hesab edir. Məhkəmə həmçinin belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 308.1-ci maddəsi üzrə əsas cəza ilə yanaşı, CM-in 46.2-ci maddəsi tətbiq edilməklə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə növündə əlavə cəza da təyin edilməlidir. Başqa sözlə, ona dövlət və yerli özünüidarə orqanlarında, digər hüquqi şəxslərdə rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum etmə cəzası da təyin etməlidir. CM-in 46.1-ci maddəsinə əsasən müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə dövlət orqanlarında, yerli özünüidarə orqanlarında konkret vəzifə tutmağın və ya konkret peşə və ya digər fəaliyyətlə məşğul olmağın qadağan edilməsindən ibarətdir. Bu cəza növü əsas cəza kimi bir ildən beş ilədək müddətə, əlavə cəza kimi isə bir ildən üç ilədək müddətə təyin edilir. CM-in 46.2-ci maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəliliyini, təqsirkar şəxsin şəxsiyyətini nəzərə alaraq, məhkəmə onun müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququnun saxlanılmasını qeyri-mümkün hesab edərsə, həmin şəxsə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmayan hallarda da müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünü əlavə cəza kimi təyin edə bilər. CM-in 46.3-cü maddəsinə əsasən müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünün intizam xarakterli hərbi hissədə saxlama və ya azadlıqdan məhrum etmə cəzalarına əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunur. Bu cəza növünün cərimə və digər əsas cəzalara əlavə olaraq təyin edildiyi hallarda, habelə şərti məhkum etmə zamanı əlavə cəzanın müddəti hökmün qanuni qüvvəyə mindiyi andan hesablanır. Məhkəmə, Təqsirləndirilən şəxs1 tərəfindən gələcəkdə yeni cinayətlərin törədilməsinin qarşısının alınması və sosial ədalətin bərpası məqsədi ilə əlavə cəzanın təyin edilməsi qənaətinə gəlmişdir. Çünki, təyin ediləcək həmin cəzanın məqsədi vəzifə səlahiyyətlərindən və ya qulluq mövqeyindən istifadə etməklə müəyyən fəaliyyətlə məşğul olmaqla cinayətlərin törədilməsinin qarşısının alınmasına xidmət edəcəkdir. Məhkəmə, Təqsirləndirilən şəxs1 təyin ediləcək əlavə cəzaya münasibətdə qeyd etməyi zəruri hesab edir ki, sonuncu ona elan edilmiş ittihamlar üzrə nəzərdə tutulmuş cinayət əməllərini maddi-məsul vəzifədə işləyən zaman törətmişdir. Ona görə də, məhkəmə Təqsirləndirilən şəxs1 tərəfindən gələcəkdə yeni cinayətlərin törədilməsinin qarşısının alınması və sosial ədalətin bərpası məqsədi ilə əlavə cəzanın təyin edilməsi qənaətinə gəlmişdir. Çünki, təyin ediləcək həmin cəzanın məqsədi vəzifə səlahiyyətlərindən və ya qulluq mövqeyindən istifadə etməklə müəyyən fəaliyyətlə məşğul olmaqla cinayətlərin törədilməsinin qarşısının alınmasına xidmət edəcəkdir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs1 islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddələrdə müəyyən ediləndən daha yüngül cəza növü ilə yanaşı müəyyən vəzifə tutma hüququndan məhrum etmə cəzası təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. CM-in 66.1-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. CM-in 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrıayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. CM-in 66.4-cü maddəsinə əsasən cinayətlərin məcmusu üzrə təyin edilən əsas cəzaya, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində həmin cinayətlərə görə müəyyən edilmiş əlavə cəza növləri birləşdirilə bilər. Tamamilə və ya qismən toplamaq yolu ilə təyin edilən qəti əlavə cəzanın müddəti və ya həcmi həmin cəza növü üçün bu Məcəllənin Ümumi hissəsində müəyyən edilmiş yuxarı həddən çox ola bilməz. Məhkəmə, qanunvericiliyin tələblərini rəhbər tutaraq, Təqsirləndirilən şəxs1 cəza təyin edilərkən cinayətlərin məcmusu üzrə hər bir cinayətə görə ayrılıqda cərimə cəzası təyin edərək, təyin olunacaq cərimə cəzalarını qismən toplamaq yolu ilə ona qəti cəza, eləcə də əlavə cəza qismində müəyyən vəzifə tutma hüququndan məhrum etmə cəzasının təyin edilməsini zəruri hesab edir. Məhkəmədə iş materiallarından müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 ********* saylı cinayət işinin istintaqı ilə əlaqədar 05 mart 2024-cü il tarixdə saat 18:30-da şübhəli şəxs qismində tutulmuşdur. 07 mart 2024-cü il tarixli qərarla Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 318-1.2.2, 318-1-2.3 və 320.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələr ilə ittiham elan edilmişdir. Bakı şəhəri Səbail rayon Məhkəməsinin 4(009)- 114/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs1 barəsində barəsində 03 (üç) ay müddətində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 05 mart 2024-cü il tarixdən hesablanmış, Bakı şəhəri Səbail rayon Məhkəməsinin (009)-244/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə 1 ay, yəni yəni 05 iyul 2024-cü il tarixədək, Bakı şəhəri Səbail rayon Məhkəməsinin 4(009)-331/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə 1 (bir) ay müddətinə, yəni 05 avqust 2024-cü il tarixədək uzadılmışdır. xx.xx.2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs1 barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Göründüyü kimi Təqsirləndirilən şəxs1 hazırki cinayət işi üzrə 05 mart 2024-cü il tarixdən 05 avqust 2024cü il tarixədək, yəni 5 ay həbsdə saxlanılmışdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – CPM) 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. CPM-in 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. CPM-in 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətə daxil edilir. CM-in 69.4-cü maddəsinə əsasən, həbsdə saxlanılan şəxsə cərimə və ya müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə növündə əsas cəza təyin edilərkən məhkəmə həbsdə saxlama müddətini nəzərə alaraq, təyin edilmiş cəzanı yüngülləşdirir və ya şəxsi bu cəzadan tamamilə azad edir. Məhkəmə, CM-in 69.4-cü maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs1 hazırkı cinayət işi ilə bağlı 05 mart 2024-cü il tarixdən 05 avqust 2024-cü il tarixədək übhəli və təqsirləndirilən şəxs qismində tutulduğu və həbsdə saxlanıldığı müddət nəzərə alınaraq, ona təyin edilmiş cərimə cəzasını yüngülləşdirməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs2 cəza təyini zamanı aşağıdakıları nəzərə alır: Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 əməlləri ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs2 tərəfindən törədilmiş CM-nin 320.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin böyük ictimai təhlükə törətməyən cinayətlər qrupuna aid olduğunu və həmin cinayət əməlləri üzrə sonuncu epizodun 2023cü ilin aprel-may aylarında törədildiyini nəzərə alaraq, belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs2 barəsində Azərbaycan Respublikası CM-nin 320.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə xitam verilməli və o, həmin maddə ilə nəzərdə tutulan cinayət məsuliyyətindən azad edilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 320.1-ci maddəsinə əsasən, hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırma və ya qanunsuz hazırlama, yaxud bu cür sənədi satma, habelə eyni məqsədlə Azərbaycan Respublikasının saxta dövlət təltifini, ştampı, möhürü, blankı hazırlama və ya satma — üç min manatdan altı min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin Məcəllənin 75.1 və 75.1.1-ci maddələrinə görə, böyük ictimai təhlükə törətməyən cinayətin törədildiyi gündən iki il keçdikdə, şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz. Həmin Məcəllənin 75.2-ci maddəsinə görə müddətlər, cinayətin törədildiyi gündən ittiham hökmünün qanuni qüvvəyə mindiyi anadək hesablanır. Azərbaycan Respublikası CPM-nin 39.1.3-cü maddəsinə əsasən, cinayət təqibini istisna edən hallar mövcud olduqda, o cümlədən cinayət məsuliyyətinə cəlbetmə müddətləri keçdikdə (cinayət məsuliyyətinə cəlbetmə müddətinin dayandırılması halları istisna edilməklə) cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 43.3-cü maddəsinə əsasən, məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Avropa İnsan Hüquqları Məhkəməsi də sözügedən müddətləri vacib məhkəmə müdafiəsi üsulu kimi qəbul edir. Belə ki, «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın «Qanunsuz cəzalandırılmamaq» adlanan 7-ci maddəsi ilə bağlı Belçikaya qarşı (Coeme and others v. Belgium, §146) iş üzrə qərarında Avropa İnsan Hüquqları Məhkəməsi qeyd etmişdir ki, cinayət məsuliyyətindən azad etmə müddəti cinayət törətmiş şəxsə əməlin törədilməsindən sonra təyin olunan dövr keçdikdə cinayət təqibinə və ya mühakiməyə məruz qalmamaq üçün verilən hüquq kimi müəyyən edilə bilər. Razılığa gələn Yüksək Tərəflərin daxili hüquq sistemlərinin ümumi cəhəti olan bu müddətlər bir neçə məqsədlərə, o cümlədən hüquqi müəyyənliyin və qətiliyin təmin olunmasına, eləcə də vaxtın keçməsinə görə natamam vəziyyətə düşə bilən sübutlar əsasında məhkəmələrdən qərar qəbul edilməsi tələb edildiyi halda, müdafiə olunanların zərər ala biləcək hüquqlarına yönələn qəsdlərin qarşısının alınmasına xidmət edir. Göstərilənlərə əsasən, məhkəmə belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası CM-nin 320.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən Təqsirləndirilən şəxs2 barəsində cinayət təqibinə xitam verilməklə o, cinayət məsuliyyətindən azad edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 318-1-ci maddəsinə əsasən, əcnəbi və ya vətəndaşlığı olmayan şəxsin Azərbaycan Respublikasına qanunsuz gəlməsini, Azərbaycan Respublikası ərazisində qanunsuz qalmasını, Azərbaycan Respublikası ərazisindən qanunsuz tranzit keçidini və ya hər hansı şəxsin Azərbaycan Respublikasından qanunsuz getməsini təşkil etmə vəzifəli şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə və ya təkrar törədildikdə iki ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 318-1-2-ci maddəsinə əsasən eyni əməllər, mütəşəkkil dəstə tərəfindən törədildikdə, vəzifəli şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə, təkrar törədildikdə iki ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. CM-in 29-cu maddəsinə əsasən bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməl (hərəkət və ya hərəkətsizlik), şəxsin iradəsindən asılı olmayan səbəblərə görə başa çatdırılmamışdırsa, cinayət etməyə cəhd hesab olunur. CM-in 63.3-cü maddəsinə əsasən cinayət etməyə cəhdə görə cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində başa çatmış cinayətə görə müəyyən edilmiş daha ciddi cəza növünün yuxarı həddinin dörddə üçündən çox ola bilməz. CM-in 62.1-ci maddəsinə əsasən cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər. Göründüyü kimi qüvvədə olan cinayət qanunvericiliyi qanunla nəzərdə tutulan hallar mövcud olduqda cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin edilməsinə imkan verir. Cinayət Məcəlləsinin 62.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən həm ayrıayrı hallar, həm də bu cür halların məcmusu müstəsna hal hesab edilə bilər. Göründüyü kimi, qanunverici cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəzanın təyin edilməsini mümkün edən əsaslar olaraq aşağıdakıları göstərir:
1. Cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar;
2. Cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar;
3. İştirakçılıqla törədilmiş cinayətin iştirakçısının həmin cinayətin açılmasına fəal kömək etməsi. Birinci iki qrupu birləşdirən ümumi cəhət odur ki, həmin hallar törədilmiş cinayətin ictimai təhlükəliliyi ilə bağlı olub onu əhəmiyyətli dərəcədə azaltmalıdır. Üçüncünü ilk iki qrupdan fərqləndirən cəhət isə odur ki, həmin hal cinayətin ictimai təhlükəliliyinə təsir göstərən əsas kimi deyil, təqsirkarı səciyyələndirən (cinayətin digər iştirakçılarından müsbət mənada fərqləndirməklə onun ictimai-təhlükəliliyini azaldan) hal kimi çıxış edir. Cinayət Məcəlləsinin 62.2-ci maddəsində təsbit olunmuş müddəaya gəldikdə isə, həmin norma Cinayət Məcəlləsinin 62.1-ci maddəsinə münasibətdə köməkçi (izahedici) xarakter daşıyır. Sözügedən normanın köməkçi xarakteri ondan irəli gəlir ki, Cinayət Məcəlləsinin 62.2-ci maddəsi cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəzanın təyin edilməsi institutunun tətbiq edilməsini mümkün edən müstəqil əsasları təsbit etmir. Cinayət Məcəlləsinin 62.1-ci maddəsi isə əksinə hansı halların Cinayət Məcəlləsinin 62-ci maddəsinin tətbiqini şərtləndirən əsaslar kimi çıxış etdiyini göstərir, onların təqribi dairəsini müəyyənləşdirir. Həmçinin məhkəmə vurğulayır ki, Cinayət Məcəlləsinin 62.1 və 62.2-ci maddələrinin mənasına görə cəzanı yüngülləşdirən ayrı-ayrı hallar və yaxud onların məcmusu özü özlüyündə deyil, yalnız cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan əsaslar kimi çıxış etdikdə (Cinayət Məcəlləsinin 62.1-ci maddəsində sadalanan əsaslar çoxluğuna aid olduqda) şəxsin barəsində Cinayət Məcəlləsinin 62-ci maddəsinin tətbiqini mümkün edən əsaslar kimi nəzərdən keçirilə bilər. Yuxarıda təsvir edilən cinayət-hüquqi normalardan belə nəticə hasil olunur ki, cəza təyini məsələsinin ədalətlə həll edilməsi üçün formal olaraq Cinayət Məcəlləsinin 62.1-ci maddəsində təsbit edilmiş əsasların dairəsinə düşən halların Cinayət Məcəlləsinin 8, 58-ci maddələrində sadalanan hallarla birlikdə, eləcə də Cinayət Məcəlləsinin 41.2-ci maddəsinin tələbləri gözlənilməklə təhlil edilməsi və məcmu halında nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar da elə nəzərə alınmalıdır ki, təyin olunmuş cəza ilə cinayətin xarakteri, ictimai-təhlükəlilik dərəcəsi, törədilmə halları arasında uyğunsuzluq yaranmasın, cəzanın məqsədləri təmin edilmiş olsun. Məhkəmə, Təqsirləndirilən şəxs2 CM-in 318-1.2.3, 29, 318-1.2.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə cəza təyin edərkən CM-in 41.2-ci maddəsinə müvafiq olaraq qeyd etməyi zəruri hesab edir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Digər tərəfdən qeyd edilməlidir ki, cəza, törədilmiş cinayətə görə yalnız tənbeh deyil, o, məhkumu qanunlara dəqiq riayət, ümum yaşayış qaydalarına hörmət ruhunda islah və yenidən tərbiyə etmək məqsədi daşıyır. Cəzanın mahiyyəti islah etmə və yenidən tərbiyə etmə ilə sıx bağlı olmaqla, cinayət əməlini törətmiş şəxsin şüurunda neqativ düşüncəni dəyişmək və onu hüququn tələblərinə riayət etməyə məcbur etmək istiqamətində dövlətin səylərindən ibarətdir. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs2 cəza təyin edilən zaman CMin 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə, cəza təyin edərkən Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən onun əməlindən peşman olmasını, özünü təqsirli bilməsini, cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Bununla yanaşı, məhkəmədə CM-in 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 əməlində cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə eyni zamanda qeyd etməyi zəruri hesab edir ki. təsirləndirilən şəxs Təqsirləndirilən şəxs2 qarşı CM-in 178.2.1, 178.2.2, 178.2.4, 320.1, 318-1.2.3, 29, , 29, 318-1.2.3-cü maddələri ilə ittiham elan edilmiş, cinayət işi üzrə CM-in 178.2.1, 178.2.2, və 178.2.4-cü maddələri ilə zərərçəkmiş şəxslərə dəymiş ziyan ödənildiyindən, həmçinin cinayət işi üzrə təqsirləndirilən şəxslər tərəfindən dəymiş ziyanın 25% həcmində dövlət nəfinə pul ödənildiyindən cinayət işi üzrə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 barəsində olan cinayət təqibinə həmin maddələrlə xitam verilmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs2 tərəfindən cinayət əməlləri törədildikdən sonra zərərçəkmiş şəxslərə dəymiş olan ziyan ödənilmiş, eyni zamanda dövlət nəfinə vurulmuş ziyanın 25% faizi məbləğində ödəniş edilmişdir. Təqsirləndirilən şəxs2 cinayət əməllərini törətdikdən sonra onun nəticələrinin aradan qaldırılması onun tərəfindən törədilmiş cinayət əməllərinin ictimai təhlükəliliyini azaltmışdır. Məhkəmə Təqsirləndirilən şəxs2 cəzasını yüngülləşdirən halları- törətdiyi cinayət əməlini etiraf edərək əməlindən səmimi peşmançılıq çəkməsini, cinayət törətdikdən sonra olan davranışını- CM-in 178.2.1, 178.2.2, 178.2.4-cü maddələri ilə zərərçəkmiş şəxslərə dəymiş ziyanın ödənilməsini və dövlət nəfinə 25 % məbləğində pul ödənilməsini, Təqsirləndirilən şəxs2 şəxsiyyətini (ali təhsilli olmasını,əvvəllər məhkum edilməməsini) məcmu halında CM-in 62-ci maddəsində göstərilən müstəsna hallar hesab edərək, Təqsirləndirilən şəxs2 təqsirli bilindiyi CM-in 318-1.2.3, 29, 318-1.2.3-cü maddələrində müəyyən ediləndən daha yüngül cəza növünün və əlavə cəza qismində müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəzasının təyin edilməsini məqsədə müvafiq hesab edir. Belə ki, məhkəmə müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs2 əməlləri qabaqcadan düşünülmüş transmilli cinayət fəaliyyəti məqsədilə törədilməmiş, daha çox məhdud dairədə yaranmış situativ münasibətlər çərçivəsində baş vermişdir. İş materialları və sübutlar göstərir ki, təqsirləndirilən şəxslərin əməllərinin motivi maddi gəlir əldə etmək, xüsusi təşkilatçılıq fəaliyyəti göstərmək və ya miqrasiya siyasətinə sistemli zərər vurmaq məqsədini daşımamış, onlar mütəşəkkil dəstə ilə əlaqəli olmamış, cinayətlərin icrasında liderlik, təşkilatçılıq, vasitəçilik və ya yönləndici rol daşımamış, cinayətlə bir neçə şəxsin müraciəti nəticəsində yaranan epizodik xarakterli davranışlar olmuşdur. Təqsirləndirilən şəxs2 ali təhsilli və cəmiyyətdə normal sosial münasibətlərə malik bir şəxsdir, ailəli olması faktı da onun müəyyən sabit sosial mövqe daşıdığının bir göstəricisidir. Bundan başqa təqsirləndirilən şəxsin Təqsirləndirilən şəxs2 törətdiyi cinayət əməlini etiraf etməsi, törətdiyi əməllərə görə səmimi peşman olduğunu ifadə etməsi, zəruri hallarda sərbəst ifadələr verməklə, nəticədə cinayətkar planın genişlənməsinə və yeni iştirakçıların cəlb olunmasına şərait yaratmamışdır. Məhz bu davranışlar nəticəsində cinayətlərin ictimai nəticələri minimum həddə qalmış və qanunsuz miqrasiyanın sistemli xarakter almasının qarşısı alınmışdır. Bu kimi halllarda özü-özlüyündə cinayətlərin ictimai təhlükəliliyinin real olaraq azaldığını göstərir. Eləcə də, Təqsirləndirilən şəxs2 ibtidai istintaqın ilk mərhələsindən başlayaraq hadisələrin ardıcıllığını dəqiq göstərmiş, qanunsuz miqrasiyanın təşkil mexanizmini izah etmiş, iştirak edən şəxslərin kimliyini və rollarını açıqlamış, istifadə edilən vasitələr barədə ətraflı məlumat vermişdir. Onun bu davranışı cinayətlərin qısa müddətdə açılmasına və bütün obyektiv halların müəyyən edilməsinə ciddi təsir göstərmişdir. Bu hallar da özü-özlüyündə onun şəxsiyyətini xarakterizə edən müsbət və cəzanın yüngülləşdirilməsinə təsir edən bilavasitə hallardır. Göstərilən bu kimi yüngülləşdirici amillərin xüsusilə də, CM-in 178-ci maddəsilə də törədilmiş cinayətlər üzrə ziyanın tərəfindən tam ödənilməsi, dövlətə 25% ödənişin edilməsi, barışıq əldə edilməsi, əməlin etirafı, səmimi peşmançılıq, cinayətin açılmasına fəal kömək etmə, ali təhsilli olması təsdiq edir ki, təqsirləndirilən şəxsin sosial təhlükəliliyi əhəmiyyətli dərəcədə aşağıdır və onun islahı üçün azadlıqdan məhrum etmə və ya digər sərt cəzalara ehtiyac yoxdur. Bu səbəbdən də məhkəmə CM-in 62-ci maddəsini tətbiq etməklə Təqsirləndirilən şəxs2 CM-in 318-1.2.3, 29, 318-1.2.3-cü maddələri ilə cərimə cəzası təyin edilməsini cəzanın məqsədlərinə uyğun hesab edir. Eyni zamanda Təqsirləndirilən şəxs2 təqsirli bilindiyi CM-in 318-1.2.3, 29, 318- 1.2.3-cü maddələrində əlavə cəza qismində müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəzasının təyin edilməsini məqsədə müvafiq hesab edir. Məhkəmə, Təqsirləndirilən şəxs2 təyin ediləcək əlavə cəzaya münasibətdə qeyd etməyi zəruri hesab edir ki, sonuncu ona elan edilmiş ittihamlar üzrə nəzərdə tutulmuş cinayət əməllərini maddi-məsul vəzifədə işləyən zaman törətmişdir. Ona görə də, məhkəmə Təqsirləndirilən şəxs2 tərəfindən gələcəkdə yeni cinayətlərin törədilməsinin qarşısının alınması və sosial ədalətin bərpası məqsədi ilə əlavə cəzanın təyin edilməsi qənaətinə gəlmişdir. Çünki, təyin ediləcək həmin cəzanın məqsədi vəzifə səlahiyyətlərindən və ya qulluq mövqeyindən istifadə etməklə müəyyən fəaliyyətlə məşğul olmaqla cinayətlərin törədilməsinin qarşısının alınmasına xidmət edəcəkdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs3 cəza təyini zamanı aşağıdakıları nəzərə alır: Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs3 əməlləri ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs3 tərəfindən törədilmiş CM-nin 320.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin böyük ictimai təhlükə törətməyən cinayətlər qrupuna aid olduğunu və həmin həmin cinayət əməlləri üzrə sonuncu epizodun 2023-cü ilin aprel-may aylarında törədildiyini nəzərə alaraq, belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs3 barəsində Azərbaycan Respublikası CM-nin 320.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə xitam verilməli və o, həmin maddə ilə nəzərdə tutulan cinayət məsuliyyətindən azad edilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 320.1-ci maddəsinə əsasən, hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırma və ya qanunsuz hazırlama, yaxud bu cür sənədi satma, habelə eyni məqsədlə Azərbaycan Respublikasının saxta dövlət təltifini, ştampı, möhürü, blankı hazırlama və ya satma — üç min manatdan altı min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin Məcəllənin 75.1 və 75.1.1-ci maddələrinə görə, böyük ictimai təhlükə törətməyən cinayətin törədildiyi gündən iki il keçdikdə, şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz. Həmin Məcəllənin 75.2-ci maddəsinə görə müddətlər, cinayətin törədildiyi gündən ittiham hökmünün qanuni qüvvəyə mindiyi anadək hesablanır. Azərbaycan Respublikası CPM-nin 39.1.3-cü maddəsinə əsasən, cinayət təqibini istisna edən hallar mövcud olduqda, o cümlədən cinayət məsuliyyətinə cəlbetmə müddətləri keçdikdə (cinayət məsuliyyətinə cəlbetmə müddətinin dayandırılması halları istisna edilməklə) cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 43.3-cü maddəsinə əsasən, məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Avropa İnsan Hüquqları Məhkəməsi də sözügedən müddətləri vacib məhkəmə müdafiəsi üsulu kimi qəbul edir. Belə ki, «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın «Qanunsuz cəzalandırılmamaq» adlanan 7-ci maddəsi ilə bağlı Belçikaya qarşı (Coeme and others v. Belgium, §146) iş üzrə qərarında Avropa İnsan Hüquqları Məhkəməsi qeyd etmişdir ki, cinayət məsuliyyətindən azad etmə müddəti cinayət törətmiş şəxsə əməlin törədilməsindən sonra təyin olunan dövr keçdikdə cinayət təqibinə və ya mühakiməyə məruz qalmamaq üçün verilən hüquq kimi müəyyən edilə bilər. Razılığa gələn Yüksək Tərəflərin daxili hüquq sistemlərinin ümumi cəhəti olan bu müddətlər bir neçə məqsədlərə, o cümlədən hüquqi müəyyənliyin və qətiliyin təmin olunmasına, eləcə də vaxtın keçməsinə görə natamam vəziyyətə düşə bilən sübutlar əsasında məhkəmələrdən qərar qəbul edilməsi tələb edildiyi halda, müdafiə olunanların zərər ala biləcək hüquqlarına yönələn qəsdlərin qarşısının alınmasına xidmət edir. Göstərilənlərə əsasən, məhkəmə belə nəticəyə gəlir ki, Azərbaycan Respublkası CM-nin 320.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən Təqsirləndirilən şəxs3 barəsində cinayət təqibinə xitam verilməklə o, cinayət məsuliyyətindən azad edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 318-1-ci maddəsinə əsasən, əcnəbi və ya vətəndaşlığı olmayan şəxsin Azərbaycan Respublikasına qanunsuz gəlməsini, Azərbaycan Respublikası ərazisində qanunsuz qalmasını, Azərbaycan Respublikası ərazisindən qanunsuz tranzit keçidini və ya hər hansı şəxsin Azərbaycan Respublikasından qanunsuz getməsini təşkil etmə vəzifəli şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə və ya təkrar törədildikdə iki ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 318-1-2-ci maddəsinə əsasən eyni əməllər, mütəşəkkil dəstə tərəfindən törədildikdə, vəzifəli şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə, təkrar törədildikdə iki ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. CM-in 29-cu maddəsinə əsasən bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməl (hərəkət və ya hərəkətsizlik), şəxsin iradəsindən asılı olmayan səbəblərə görə başa çatdırılmamışdırsa, cinayət etməyə cəhd hesab olunur. CM-in 63.3-cü maddəsinə əsasən cinayət etməyə cəhdə görə cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində başa çatmış cinayətə görə müəyyən edilmiş daha ciddi cəza növünün yuxarı həddinin dörddə üçündən çox ola bilməz. CM-in 62.1-ci maddəsinə əsasən cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər. Göründüyü kimi qüvvədə olan cinayət qanunvericiliyi qanunla nəzərdə tutulan hallar mövcud olduqda cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin edilməsinə imkan verir. Cinayət Məcəlləsinin 62.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən həm ayrıayrı hallar, həm də bu cür halların məcmusu müstəsna hal hesab edilə bilər. Göründüyü kimi, qanunverici cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəzanın təyin edilməsini mümkün edən əsaslar olaraq aşağıdakıları göstərir:
1. Cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar;
2. Cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar;
3. İştirakçılıqla törədilmiş cinayətin iştirakçısının həmin cinayətin açılmasına fəal kömək etməsi. Birinci iki qrupu birləşdirən ümumi cəhət odur ki, həmin hallar törədilmiş cinayətin ictimai təhlükəliliyi ilə bağlı olub onu əhəmiyyətli dərəcədə azaltmalıdır. Üçüncünü ilk iki qrupdan fərqləndirən cəhət isə odur ki, həmin hal cinayətin ictimai təhlükəliliyinə təsir göstərən əsas kimi deyil, təqsirkarı səciyyələndirən (cinayətin digər iştirakçılarından müsbət mənada fərqləndirməklə onun ictimai-təhlükəliliyini azaldan) hal kimi çıxış edir. Cinayət Məcəlləsinin 62.2-ci maddəsində təsbit olunmuş müddəaya gəldikdə isə, həmin norma Cinayət Məcəlləsinin 62.1-ci maddəsinə münasibətdə köməkçi (izahedici) xarakter daşıyır. Sözügedən normanın köməkçi xarakteri ondan irəli gəlir ki, Cinayət Məcəlləsinin 62.2-ci maddəsi cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəzanın təyin edilməsi institutunun tətbiq edilməsini mümkün edən müstəqil əsasları təsbit etmir. Cinayət Məcəlləsinin 62.1-ci maddəsi isə əksinə hansı halların Cinayət Məcəlləsinin 62-ci maddəsinin tətbiqini şərtləndirən əsaslar kimi çıxış etdiyini göstərir, onların təqribi dairəsini müəyyənləşdirir. Həmçinin məhkəmə vurğulayır ki, Cinayət Məcəlləsinin 62.1 və 62.2-ci maddələrinin mənasına görə cəzanı yüngülləşdirən ayrı-ayrı hallar və yaxud onların məcmusu özü özlüyündə deyil, yalnız cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan əsaslar kimi çıxış etdikdə (Cinayət Məcəlləsinin 62.1-ci maddəsində sadalanan əsaslar çoxluğuna aid olduqda) şəxsin barəsində Cinayət Məcəlləsinin 62-ci maddəsinin tətbiqini mümkün edən əsaslar kimi nəzərdən keçirilə bilər. Yuxarıda təsvir edilən cinayət-hüquqi normalardan belə nəticə hasil olunur ki, cəza təyini məsələsinin ədalətlə həll edilməsi üçün formal olaraq Cinayət Məcəlləsinin 62.1-ci maddəsində təsbit edilmiş əsasların dairəsinə düşən halların Cinayət Məcəlləsinin 8, 58-ci maddələrində sadalanan hallarla birlikdə, eləcə də Cinayət Məcəlləsinin 41.2-ci maddəsinin tələbləri gözlənilməklə təhlil edilməsi və məcmu halında nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar da elə nəzərə alınmalıdır ki, təyin olunmuş cəza ilə cinayətin xarakteri, ictimai-təhlükəlilik dərəcəsi, törədilmə halları arasında uyğunsuzluq yaranmasın, cəzanın məqsədləri təmin edilmiş olsun. Məhkəmə, Təqsirləndirilən şəxs3 CM-in 318-1.2.3, 29, 318-1.2.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə cəza təyin edərkən CM-in 41.2-ci maddəsinə müvafiq olaraq qeyd etməyi zəruri hesab edir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Digər tərəfdən qeyd edilməlidir ki, cəza, törədilmiş cinayətə görə yalnız tənbeh deyil, o, məhkumu qanunlara dəqiq riayət, ümumi yaşayış qaydalarına hörmət ruhunda islah və yenidən tərbiyə etmək məqsədi daşıyır. Cəzanın mahiyyəti islah etmə və yenidən tərbiyə etmə ilə sıx bağlı olmaqla, cinayət əməlini törətmiş şəxsin şüurunda neqativ düşüncəni dəyişmək və onu hüququn tələblərinə riayət etməyə məcbur etmək istiqamətində dövlətin səylərindən ibarətdir. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs3 cəza təyin edilən zaman CMin 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. “Azemis” X11 vasitəsilə gönərilmiş sorğudan görünür ki, Təqsirləndirilən şəxs3 Raqif oğlunun xx.xx.2020-ci il təvəllüdlü X22 və xx.xx.2022-ci il təvəllüdlü X36 adlı azyaşlı uşaqları var. Məhkəmə cəza təyin edərkən Təqsirləndirilən şəxs3 Raqif oğlunun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən onun əməlindən peşman olmasını, özünü təqsirli bilməsini və CM-in 59.1.4-cü maddəsinə əsasən himayəsində iki azyaşlı uşağının olmasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Həmin Məcəllənin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs3 əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə eyni zamanda qeyd etməyi zəruri hesab edir ki, təsirləndirilən şəxs Təqsirləndirilən şəxs3 qarşı CM-in 178.2.1, 178.2.2, 178.2.4, 320.1, 318-1.2.3, 29, , 29, 318-1.2.3-cü maddələri ilə ittiham elan edilmiş, cinayət işi üzrə CM-in 178.2.1, 178.2.2, və 178.2.4-cü maddələri ilə zərərçəkmiş şəxslərə dəymiş ziyan ödənildiyindən, həmçinin cinayət işi üzrə təqsirləndirilən şəxslər tərəfindən dəymiş ziyanın 25% həcmində dövlət nəfinə pul ödənildiyindən cinayət işi üzrə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 barəsində olan cinayət təqibinə həmin maddələrlə xitam verilmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs3 tərəfindən cinayət əməlləri törədildikdən sonra zərərçəkmiş şəxslərə dəymiş olan ziyan ödənilmiş, eyni zamanda dövlət nəfinə vurulmuş ziyanın 25% faizi məbləğində ödəniş edilmişdir. Təqsirləndirilən şəxs3 cinayət əməllərini törətdikdən sonra onun nəticələrinin aradan qaldırılması onun tərəfindən törədilmiş cinayət əməllərinin ictimai təhlükəliliyini azaltmışdır. Məhkəmə Təqsirləndirilən şəxs3 cəzasını yüngülləşdirən halları- törətdiyi cinayət əməlini etiraf edərək əməlindən səmimi peşmançılıq çəkməsini, himayəsində azyaşlı uşaqlarının olmasını, cinayət törətdikdən sonra olan davranışını- CM-in 178.2.1, 178.2.2, 178.2.4-cü maddələri ilə zərərçəkmiş şəxslərə dəymiş ziyanın ödənilməsini və dövlət nəfinə 25 % məbləğində pul ödənilməsini, Təqsirləndirilən şəxs3 şəxsiyyətini (ali təhsilli olmasını,əvvəllər məhkum edilməməsini) məcmu halında CM-in 62-ci maddəsində göstərilən müstəsna hallar hesab edərək, Təqsirləndirilən şəxs3 təqsirli bilindiyi CM-in 318-1.2.3, 29, 318-1.2.3-cü maddələrində müəyyən ediləndən daha yüngül cəza növünün və əlavə cəza qismində müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəzasının təyin edilməsini məqsədə müvafiq hesab edir. Belə ki, məhkəmə müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs3 əməlləri qabaqcadan düşünülmüş transmilli cinayət fəaliyyəti məqsədilə törədilməmiş, daha çox məhdud dairədə yaranmış situativ münasibətlər çərçivəsində baş vermişdir. İş materialları və sübutlar göstərir ki, təqsirləndirilən şəxslərin əməllərinin motivi maddi gəlir əldə etmək, xüsusi təşkilatçılıq fəaliyyəti göstərmək və ya miqrasiya siyasətinə sistemli zərər vurmaq məqsədini daşımamış, onlar mütəşəkkil dəstə ilə əlaqəli olmamış, cinayətlərin icrasında liderlik, təşkilatçılıq, vasitəçilik və ya yönləndici rol daşımamış, cinayətlə bir neçə şəxsin müraciəti nəticəsində yaranan epizodik xarakterli davranışlar olmuşdur. Təqsirləndirilən şəxs3 ali təhsilli və cəmiyyətdə normal sosial münasibətlərə malik bir şəxsdir, ailəli olması və himayəsində azyaşlı uşaqlarının olması faktı da onun müəyyən sabit sosial mövqe daşıdığının bir göstəricisidir. Bundan başqa təqsirləndirilən şəxsin Təqsirləndirilən şəxs3 törətdiyi cinayət əməlini etiraf etməsi, törətdiyi əməllərə görə səmimi peşman olduğunu ifadə etməsi, zəruri hallarda sərbəst ifadələr verməklə, nəticədə cinayətkar planın genişlənməsinə və yeni iştirakçıların cəlb olunmasına şərait yaratmamışdır. Məhz bu davranışlar nəticəsində cinayətlərin ictimai nəticələri minimum həddə qalmış və qanunsuz miqrasiyanın sistemli xarakter almasının qarşısı alınmışdır. Bu kimi halllarda özü-özlüyündə cinayətlərin ictimai təhlükəliliyinin real olaraq azaldığını göstərir. Eləcə də, Təqsirləndirilən şəxs3 ibtidai istintaqın ilk mərhələsindən başlayaraq hadisələrin ardıcıllığını dəqiq göstərmiş, qanunsuz miqrasiyanın təşkil mexanizmini izah etmiş, iştirak edən şəxslərin kimliyini və rollarını açıqlamış, istifadə edilən vasitələr barədə ətraflı məlumat vermişdir. Onun bu davranışı cinayətlərin qısa müddətdə açılmasına və bütün obyektiv halların müəyyən edilməsinə ciddi təsir göstərmişdir. Bu hallar da özü-özlüyündə onun şəxsiyyətini xarakterizə edən müsbət və cəzanın yüngülləşdirilməsinə təsir edən bilavasitə hallardır. Göstərilən bu kimi yüngülləşdirici amillərin xüsusilə də, CM-in 178-ci maddəsilə də törədilmiş cinayətlər üzrə ziyanın tərəfindən tam ödənilməsi, dövlətə 25% ödənişin edilməsi, barışıq əldə edilməsi, əməlin etirafı, səmimi peşmançılıq, cinayətin açılmasına fəal kömək etmə, ali təhsilli olması təsdiq edir ki, təqsirləndirilən şəxsin sosial təhlükəliliyi əhəmiyyətli dərəcədə aşağıdır və onun islahı üçün azadlıqdan məhrum etmə və ya digər sərt cəzalara ehtiyac yoxdur. Bu səbəbdən də məhkəmə CM-in 62-ci maddəsini tətbiq etməklə Təqsirləndirilən şəxs3 CM-in 318-1.2.3, 29, 318-1.2.3-cü maddələri ilə cərimə cəzası təyin edilməsini cəzanın məqsədlərinə uyğun hesab edir. Eyni zamanda Təqsirləndirilən şəxs3 təqsirli bilindiyi CM-in 318-1.2.3, 29, 318- 1.2.3-cü maddələrində əlavə cəza qismində müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəzasının təyin edilməsini məqsədə müvafiq hesab edir. Məhkəmə, Təqsirləndirilən şəxs3 təyin ediləcək əlavə cəzaya münasibətdə qeyd etməyi zəruri hesab edir ki, sonuncu ona elan edilmiş ittihamlar üzrə nəzərdə tutulmuş cinayət əməllərini maddi-məsul vəzifədə işləyən zaman törətmişdir. Ona görə də, məhkəmə Təqsirləndirilən şəxs3 tərəfindən gələcəkdə yeni cinayətlərin törədilməsinin qarşısının alınması və sosial ədalətin bərpası məqsədi ilə əlavə cəzanın təyin edilməsi qənaətinə gəlmişdir. Çünki, təyin ediləcək həmin cəzanın məqsədi vəzifə səlahiyyətlərindən və ya qulluq mövqeyindən istifadə etməklə müəyyən fəaliyyətlə məşğul olmaqla cinayətlərin törədilməsinin qarşısının alınmasına xidmət edəcəkdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs3 barəsində seçilmiş barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılmalıdır. CPM-in 132-ci maddəsinin tələblərinə əsasən maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə hökm çıxararkən məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir, dəyəri olmayan digər əşyalar isə məhv edilməli, maraqlı şəxslərin vəsatəti olduqda isə onlara verilə bilər. Maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılır və ya maraqlı təşkilatlara və şəxslərə verilir. Azərbaycan Resbuklikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsinə əsasən xüsusi müsadirə cinayət-hüquqi tədbiri aşağıda göstərilən əmlakın məhkəmənin yekun qərarı ilə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır: -şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla); -şəxsin cinayət yolu ilə əldə etdiyi əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla); -cinayət yolu ilə əldə edilmiş əmlakın mülki-hüquqi əqdlərin bağlanması və ya digər üsullarla tam və ya qismən çevrildiyi digər əmlak və ya onun müvafiq hissəsi; -terrorçuluğun, qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların, mütəşəkkil dəstələrin və ya cinayətkar birliklərin (cinayətkar təşkilatların) maliyyələşdirilməsi üçün nəzərdə tutulan və ya istifadə olunan əmlak. Məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 183.2-ci maddəsinin Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 142.1, 383.1, 408.3-cü maddələri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 fevral 2022-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 139-cu maddəsinin mənasına görə, cinayət işi üzrə icraat zamanı təqsirləndirilən şəxsə məxsus və müsadirə olunan əmlakın cinayətin törədilməsi nəticəsində əldə olunmasını və ya bu əmlakdan əldə olunmuş gəlir olmasını, yaxud cinayətin törədilməsi üçün istifadə olunan və ya istifadəsi nəzərdə tutulan silah, alət və ya sair vasitələr olmasını, habelə təqsirləndirilən şəxsə məxsus olmasa da, onun törətmiş olduğu cinayət nəticəsində əldə olunmuş əmlak olmasını təsdiq edən hallar sübuta yetirilməlidir. Yuxarıda göstərilən qanunvericilik normalarına əsasən, məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və Azərbaycan Respublikası Baş Prokurorluğun İstintaq İdarəsində saxlanılan 1 ədəd “Samsung Galaxy A32” markalı və 1 ədəd “Samsung Galaxy A13” markalı mobil telefonlar, 19 iyun 2024-cü il tarixli qərarla isə “X51” MMC-nin ofisinə keçirilmiş baxış zamanı aşkar edilərək götürülmüş 1 ədəd “LG” markalı kompüter sistem bloku və 1 ədəd “HP” markalı printer cinayət törədilərkən istifadə edilən alət və vasitələr olduğundan dövlət nəfinə xüsusi müsadirə olunmalıdır. Eyni zamanda cinayət işinin materiallarından görünür ki, 04 mart 2024-cü il tarixdə hal şahidləri Mehman Dadaşovun və Elşad Həsənovun iştirakları ilə Təqsirləndirilən şəxs2 istifadəsində olan **-ZZ-*** dövlət qeydiyyat nişanlı avtomobilə və yaşayış yeri olan ünvan 11 ünvanına baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs2 yaşadığı yerdən 4000(dörd min) ABŞ dolları aşkar edilərək götürülmüşdür. 05 mart 2024-cü il tarixdə hal şahidləri Rahib Məlikov və Məzahir Məmmədovun iştirakları ilə X16 yaşadığı Bakı şəhəri, Nizami rayonu, Elşən Süleymanov küçəsi, ev 158A, mənzil 69 ünvanına baxış keçirilmiş, baxış zamanı digər əşyalarla yanaşı 44(qırx dörd) ədəd əlli manatlıq və 8(səkkiz) ədəd 100(bir yüz) manatlıq əskinaslardan ibarət olmaqla cəmi 3000(üç min) manat və 1(bir) ədəd 100(bir yüz) ABŞ dolları nağd pul vəsaiti aşkar edilərək götürülmüşdür. “Milli və xarici valyuta ilə olan nağd pul vəsaitlərinin müvəqqəti saxlanılması üçün təhvil verilməsi” haqqında 12 mart 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə 05 mart 2024-cü il tarixdə Bakı şəhəri, Nizami rayonu, Elşən Süleymanov küçəsi, ev 158A, mənzil 69 ünvanına baxış keçirilmiş, baxış zamanı digər əşyalarla yanaşı 44(qırx dörd) ədəd əlli manatlıq və 8(səkkiz) ədəd 100(bir yüz) manatlıq əskinaslardan ibarət olmaqla cəmi 3000(üç min) manat və 1(bir) ədəd 100(bir yüz) ABŞ dolları nağd pul vəsaitləri müvafiq qərar qəbul edilənədək məsul saxlanılması üçün dövlət bankına təhvil verilməsi məqsədi ilə DTX-nin Maliyyə İdarəsinə göndərilmişdir. “Milli və xarici valyuta ilə olan nağd pul vəsaitlərinin müvəqqəti saxlanılması üçün təhvil verilməsi” haqqında 12 mart 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə 05 mart 2024-cü il tarixdə ünvan 11 ünvanına baxış keçirilmiş, baxış zamanı digər əşyalarla yanaşı 4000(dörd min) ABŞ dolları nağd pul vəsaitləri müvafiq qərar qəbul edilənədək məsul saxlanılması üçün dövlət bankına təhvil verilməsi məqsədi ilə DTX-nin Maliyyə İdarəsinə göndərilmişdir. Məhkəmə sözügedən pul vəsaitləri ilə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Cinayət işi üzrə Təqsirləndirilən şəxs3 23 aprel 2025-ci il tarixdə təqsirləndirilən şəxs qismində ifadəsi alınan zaman ünvan 13 ünvanına baxış keçirilmiş, baxış zamanı digər əşyalarla yanaşı 44(qırx dörd) ədəd əlli manatlıq və 8(səkkiz) ədəd 100(bir yüz) manatlıq əskinaslardan ibarət olmaqla cəmi 3000(üç min) manat və 1(bir) ədəd 100(bir yüz) ABŞ dolları nağd pul vəsaitlərinin əksəriyyətinin onun müxtəlif şəxslərdən viza əldə edilməsi üçün aldığı pul vəsaitlərindən özünə qazanc olaraq götürdüyü pul vəsaitləri olduğunu və həmin pul vəsaitlərini yaşadığı evdə saxlamasını bildirmişdir. Cinayət işi üzrə Təqsirləndirilən şəxs2 23 aprel 2025-ci il tarixdə təqsirləndirilən şəxs qismində ifadəsi alınan zaman ünvan 11 ünvanına baxış keçirilmiş, baxış zamanı digər əşyalarla yanaşı 4000(dörd min) ABŞ dolları nağd pul vəsaitlərinin əksəriyyətinin onun müxtəlif şəxslərdən viza əldə edilməsi üçün aldığı pul vəsaitlərindən özünə qazanc olaraq götürdüyü pul vəsaitləri olduğunu və həmin pul vəsaitlərini yaşadığı evdə saxlamasını bildirmişdir. Keçirilmiş məhkəmə iclaslarında Təqsirləndirilən şəxs2 həmin pul vəsaitlərinin ona məxsus olmasını, həmin pulu özünə məxsus olan “Hyundai Veloster” markalı avtomobilin satışından əldə etdiyini, gördüyü işlə əlaqəsi olmadığını bildirsə də, təqsirləndirilən şəxsin göstərdiyi xüsusat öz təsdiqini tapmamışdır. Beləliklə, məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, cinayət işi üzrə 05 mart 2024-cü il tarixdə Bakı şəhəri, Nizami rayonu, Elşən Süleymanov küçəsi, ev 158A, mənzil 69 ünvanına keçirilmiş baxış zamanı götürülmüş, DTX-nin Maliyyə İdarəsində saxlanılan 44(qırx dörd) ədəd əlli manatlıq və 8(səkkiz) ədəd 100(bir yüz) manatlıq əskinaslardan ibarət olmaqla cəmi 3000(üç min) manat və 1(bir) ədəd 100(bir yüz) ABŞ dolları, 05 mart 2024-cü il tarixdə ünvan 11 ünvanına keçirilmiş baxış zamanı götürülmüş 4000(dörd min) ABŞ dolları nağd pul vəsaitləri cinayət yolu ilə əldə etdiyi əmlak hesabına əldə edilmiş gəlirlər olduğundan dövlət nəfinə xüsusi müsadirə edilməlidir. Bundan başqa məhkəmə, CPM-in 197 və 198-ci maddələrinə əsasən hesab edir ki, məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 294 (iki yüz doxsan dörd) manat məbləğində pul vəsaiti təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 müştərək qaydada tutulmalıdır. Müdafiəçilər Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi6 təqdim etdiyi hesabata əsasən o, iş materialları ilə tanış olmaqla məhkəmə iclaslarında iştirak edərək Təqsirləndirilən şəxs1 hüquqlarının müdafiəsinə ümumilikdə 62 (altmış iki) saat, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 təqdim etdiyi hesabata əsasən o, iş materialları ilə tanış olmaqla məhkəmə iclaslarında iştirak edərək Təqsirləndirilən şəxs2 hüquqlarının müdafiəsinə ümumilikdə 62 (altmış iki) saat, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3 təqdim etdiyi hesabata əsasən o, iş materialları ilə tanış olmaqla məhkəmə iclaslarında iştirak edərək Təqsirləndirilən şəxs3 Raqif oğlunun hüquqlarının müdafiəsinə ümumilikdə 62 (altmış iki) saatvaxt sərf etmişdir. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi6 Təqsirləndirilən şəxs1 müdafiəçisi qismində, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 Təqsirləndirilən şəxs2 müdafiəçisi qismində, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3 Təqsirləndirilən şəxs3 Raqif oğlunun müdafiəçisi qismində məhkəmə iclaslarında iştirak edərək, ümumilikdə hər biri ayrı-ayrılıqda təqsirləndirilən şəxslərin hüquqlarının müdafiəsinə 62 (altmış iki) saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslərin hər birinə göstərdiyi cəmi 62 (altmış iki) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi6, Müdafiəçi2 və Müdafiəçi3, hər birinə ayrı-ayrılıqda Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 682 (altı yüz səksən iki) manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Cinayət işi üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən CPM-in 197-198, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə
HÖKM ETDİ:
Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 308.1-ci maddəsi ilə təqsirli bilinərək CM-in 46.2-ci maddəsi tətbiq edilməklə 01 (bir) il müddətə dövlət, yerli özünüidarəetmə orqanlarında, özəl sektorda rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 3000 manat cərimə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 320.1-ci maddəsi ilə təqsirli bilinərək 4000 manat cərimə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 318-1.2.2, 318-1.2.3, 29, 318-1.2.2, 29, 318-1.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, CM-in 62-ci maddəsi tətbiq edilməklə 01 (bir) il müddətə dövlət, yerli özünüidarəetmə orqanlarında, özəl sektorda rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 10000 (on min) manat miqdarda cərimə cəzası təyin edilsin. CM-in 66.2, 66.4-cü maddələrinə əsasən təyin edilmiş əsas cəzaları əsas cəza ilə əlavə cəzaları əlavə cəza ilə qismən toplanılmaqla qəti olaraq 01 il 06 ay müddətinə dövlət, yerli özünüidarəetmə orqanlarında, özəl sektorda rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 15000 (on beş min) manat cərimə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.4-cü maddəsinə əsasən X1 hazırkı cinayət işi ilə bağlı şübhəli və təqsirləndirilən şəxs qismində tutulduğu və həbsdə saxlanıldığı 05 (beş) ay müddət nəzərə alınaraq, ona təyin edilmiş cərimə cəzası yüngülləşdirilərək üzərində qəti olaraq 01 il 06 ay müddətinə dövlət, yerli özünüidarəetmə orqanlarında, özəl sektorda rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 10000 (on min) manat miqdarında cərimə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 təyin edilmiş dövlət, yerli özünüidarəetmə orqanlarında, özəl sektorda rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilmə əlavə cəzasının çəkilmə müddətinin əvvəli hökmün qanuni qüvvəyə mindiyi vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “başqa yerə getməmək haqqında” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 barəsində CM-nin 320.1-ci maddəsi olan cinayət təqibinə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75.1.1-ci maddəsinə əsasən cinayət məsusliyyətinə cəlbetmə müddəti keçdiyindən xitam verilsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 318-1.2.3, 29, 318-1.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, CM-in 62-ci maddəsi tətbiq edilməklə 01 (bir) il müddətə dövlət, yerli özünüidarəetmə orqanlarında, özəl sektorda rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 10000 (on min) manat miqdarda cərimə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “başqa yerə getməmək haqqında” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs3 barəsində CM-nin 320.1-ci maddəsi olan cinayət təqibinə cinayət təqibinə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75.1.1-ci maddəsinə əsasən cinayət məsusliyyətinə cəlbetmə müddəti keçdiyindən xitam verilsin. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 318-1.2.3, 29, 318-1.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, CM-in 62-ci maddəsi tətbiq edilməklə 01 (bir) il müddətə dövlət, yerli özünüidarəetmə orqanlarında, özəl sektorda rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 10000 (on min) manat miqdarda cərimə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş “başqa yerə getməmək haqqında” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış və Azərbaycan Respublikası Baş Prokurorluğun İstintaq İdarəsində saxlanılan 1 ədəd “Samsung Galaxy A32” markalı və 1 ədəd “Samsung Galaxy A13” markalı mobil telefonlar, 19 iyun 2024-cü il tarixli qərarla isə “X51” MMC-nin ofisinə keçirilmiş baxış zamanı aşkar edilərək götürülmüş 1 ədəd “LG” markalı kompüter sistem bloku və 1 ədəd “HP” markalı printer dövlət nəfinə xüsusi müsadirə olunsun. Cinayət işi üzrə 05 mart 2024-cü il tarixdə Bakı şəhəri, Nizami rayonu, Elşən Süleymanov küçəsi, ev 158A, mənzil 69 ünvanına keçirilmiş baxış zamanı götürülmüş, DTXnin Maliyyə İdarəsində saxlanılan 44(qırx dörd) ədəd əlli manatlıq və 8(səkkiz) ədəd 100(bir yüz) manatlıq əskinaslardan ibarət olmaqla cəmi 3000(üç min) manat və 1(bir) ədəd 100(bir yüz) ABŞ dolları, 05 mart 2024-cü il tarixdə ünvan 11 ünvanına keçirilmiş baxış zamanı götürülmüş, DTX-nin Maliyyə İdarəsində saxlanılan 4000(dörd min) ABŞ dolları nağd pul vəsaitləri cinayət yolu ilə əldə etdiyi əmlak hesabına əldə edilmiş gəlirlər olduğundan dövlət nəfinə xüsusi müsadirə edilsin. Təqsirləndirilən şəxslərin hər birinə göstərdiyi cəmi 62 (altmış iki) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi6, Müdafiəçi2 və Müdafiəçi3 hər birinə ayrı-ayrılıqda Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 682 (altı yüz səksən iki) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin Hökmdən elan olunduğu andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.
Hakim: Aynurə Sadıqova