Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-384/2020 29.10.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Vüqar Nemət oğlunun sədrliyi, Məhkəmə iclas katibi Almazov Pərviz Məhərrəm oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhəri rayon məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxsin müdafiəçisi - Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, X1, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1984-cü ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, M.Mikayılov küçəsi, ev 11, mənzil 12 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan və barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs ondan ötrü Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuşdur ki, o, xx.xx.2020-ci il tarixdə saat 03 radələrində Zərərçəkmiş şəxs yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, M.Mikayılov küçəsində yerləşən fərdi evinin qapısının açıq olmasından istifadə edərək evin həyətinə qanunsuz daxil olub, orada divara söykənilmiş 300 (üç yüz) manat dəyərində qara-yaşıl rəngli üzərində “Climber TKB” markalanma yazıları olan velosipedi gizli talayaraq Zərərçəkmiş şəxs 300 (üç yüz) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə prosesində təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsiilə elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, hal-hazırda ailə üzvləri ilə birlikdə yaşayır, özü isə heç bir rəsmi yerdə işləmir, mütəmadi olaraq spirtli içki qəbul edir, içkili olduqda onu evə buraxmırlar və o, küçələrdə gecələyir. Əvvəllər bir ilə yaxın Rusiya Federasiyasında yaşamışdır. Maddi sıxıntısı olduğu üçün pulu olmadığından oğurluq etmək qərarına gəlmişdir. Bu məqsədlə o, xx xxxxxx 2020-ci il tarixdə axşam saat 03 radələrində yaşadığı evdən bayıra çıxıb məhəllədə piyada gəzən zaman fərdi həyət evlərinin qarşısından keçərkən həyət evlərindən birinin qapısının açıq vəziyyətdə olduğunu görüb ətrafda kimsənin olmadığına əmin olduqdan sonra həyətə daxil olmuşdur. Həyətə daxil olarkən orada velosipedin olduğunu görüb oradan götürüb kimsənin onu görməsindən ehtiyat edərək evin qapısından bayıra çıxıb uzaqlaşmışdır. O, həmin vaxtı spirtli içki qəbul etmişdi. Həmin velosiped onda təxminən 2 gün qaldıqdan sonra satmağa qərar vermişdir. Bu məqsədlə o, oğlurlamış olduğu “Climber” markalı velosipedi götürüb Binəqədi rayonu, Biləcəri qəsəbəsi, A.Zeynallı küçəsində yerləşən “Araz” marketlə üzbəüz yerləşən metal qəbulu yerinə satmaq istəmişdir. Qeyd olunan ünvana yaxınlaşıb velosipedi satmaq istədiyini bildirən zaman bir nəfər tanımadığı şəxs ona yaxınlaşıb yanında gətirmiş olduğu velosipedi almaq istədiyini bildirmişdir. O, Adının sonradan Süleyman olduğunu bildiyi şəxs oğurlamış olduğu “Climber” markalı velosipedin ona məxsus olduğunu, işi olmadığından satmaq niyyətində olduğunu bildirmiş və aralarında razılıq əldə olunduqdan sonra velosipedi 30 manata satmışdır, şəxsiyyət vəsiqəsini isə evdə unutduğunu, həmin şəxsin metal qəbulu məntəqəsində işlədiyini düşünüb vəsiqəsini gətirib verəcəyini bildirmişdir. Əldə etdiyi pulu isə şəxsi ehtiyaclarına xərcləmişdir. Qeyd olunan hadisədən təxminən 10-15 gün keçdikdən sonra Binəqədi RPİ-nin 6-cı PB-nin əməkdaşları onu qeyd olunan polis bölməsinə dəvət etmişdirlər və bölmədə olan zaman o, “Climber” markalı velosipedi oğurluq edərək əldə etdiyini və etdiyi əməli səmimi şəkildə etiraf etmişdir. Əməlindən peşman olduğunu bildirərək barəsində həbslə əlaqədar olmayan cəza təyin olunmasını xahiş etmişdir. Məhkəmə prosesində zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, M.Mikayılov küçəsində yerləşən fərdi evdəailə üzvləri ilə birlikdə kirayədə yaşayırdı. Özünə fərdi yaşayış evi tikdirdiyi üçün o həmin ünvanda artıq yaşamır. Hal-hazırda “xxxxxxxxxxx” MMC-də avtomobillərə nəzarət edir. Belə ki, o təxminən 2-3 il bundan əvvəl oğlu Vüqara velosiped almışdır. Hadisə ilə bağlı bildirmişdir ki, xx xxxxxx 2020-ci il tarixdə oğluna məxsus olan “Climber” markalı velosipedi yaşadığı evin həyətinə qoymuşdur. Növbəti gün yəni xx xxxxxx 2020-ci il tarixdə səhər saat 10 radələrində yaşadığı evin həyətinə çıxan zaman qeyd olunan markalı velosipedin yerində olmadığını aşkar etmişdir. Nəticədə isə o, “Climber” markalı velosipedin oğurlandığını anlayıb baş vermiş oğurluq hadisəsi ilə bağlı DİN-in 102 saylı xidmətinə zəng vurmuş və Binəqədi RPİ-nin 6-cı PB-də bu barədə ərizə yazmışdır. xx xxxx 2020-ci il tarixdə işdən evə gələn zaman təsadüfən “Climber” markalı velosipedinə bənzəyən velosipedin tanımadığı bir nəfər şəxs tərəfindən idarə olunduğunu görüb sonuncuya yaxınlaşmış, daha sonra isə adının sonradan Süleyman olduğunu bildiyi şəxs ona velosipedi 30 manata Ruslan adlı şəxsdən aldığını bildirmişdir. Nəticədə isə o, sonuncuya 30 manat pul verib qeyd olunan markalı velosipedi almışdır.O, ifadəsində daha sonra bildirmişdir ki, ona dəymiş ziyan ödənmiş, əməli törədən Təqsirləndirilən şəxs heç bir şikayəti və tələbi yoxdur. İbtidai istintaq vaxtı şahid qismində dindirilmiş və ifadəsi məhkəmə prosesində elan olunmuş Şahid ifadəsindən məlum olur ki, o, fevlar ayının 22-23 2020-ci il tarixdə Binəqədi rayonu, Biləcəri qəsəbəsi, A.Zeynallı küçəsində yerləşən metal- qəbuletmə məntəqəsinin qarşısında olan zaman üzdən tanıdığı adının Ruslan olduğunu bildiyi şəxs özü ilə gətirdiyi velosipedin özünəməxsus olduğunu, pula ehtiyacı olduğundan satmaq fikrində olduğunu bildirmişdir. O, sonuncudan həmin velosipedi hansı qiymətə satdığım maraqlanan zaman Ruslan ona velosipedi 30 manata satdığım bildirmişdir. Nəticədə isə aralarında razılq əldə olunmuş və o, Ruslan adlı şəxsdən velosipedi 30 manata almışdır, daha sonra o, sonuncudan velosipedi sürən zaman bir nəfər tanımadığı şəxs ona yaxınlaşıb həmin velosipedin özünəməxsus olduğunu və velosipedi kimdən aldığını maraqlanmışdır. O, adını sonradan bildiyi Ruhid adlı şəxsə “Climber” markalı velosipedi 30 manata Ruslan adlı şəxsdən aldığını bildirmişdir. Daha sonra isə o, qeyd olunan markalı velosipedi Ruhid adlı şəxsə qaytarmış və Binəqədi RPİ-nin 6-cı PB-də olan zaman ona məlum olmuşdur ki, Ruslan adlı şəxsin ona satmış olduğu “Climber” markalı velosiped oğurluqdur. O, həmin markalı velosipedin oğurluq olmasından məlumatsız olmuşdur, əgər bilsəydi belə bir əməl törətməzdi. İş materiallarında olan zərərçəkmiş şəxs qismində tanınma haqqında xx.xx.2020-ci il tarixli qərardan məlum olur ki, Zərərçəkmiş şəxs iş üzrə zərərçkmiş şəxs qismində tanınmışdır. İş materiallarında olan “Cinayət törətməkdə şübhəli şəxsin tutulması haqqında” xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulması qərara alınmışdır. İş materiallarında olan “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycna Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə ittiham elan edilməsi qərara alınmışdır. İş materiallarında olan “Təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi haqqında” xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbi seçilmişdir, və o, MSY-dən azad olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və X3 tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli tələbnamədən görünür ki, xx.xx.1984-cü il təvəllüdlü Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan qəbzdən məlum olur ki, Zərərçəkmiş şəxs ona məxsus 01 ədəd “Climber TKB” markalı velosipedi Binəqədi RPİ-nin İŞ-nin müstəntiqi polis kapitanı Ramil Qabulovdan təhvil almışdır. İş materiallarında olan zərərçəkimiş Zərərçəkmiş şəxs ərizəsindən məlum olur ki, o, Təqsirləndirilən şəxs ilə barışmış, ona dəymiş ziyan ödənilmiş və ona qarşı heç bir şikayət və tələbi yoxdur. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx xxxxx 2020-ci il tarixli, 9/377 saylı ekspert rəyindən görünür ki, təhqiqata təqdim edilmiş 1 ədəd qara-yaşıl rəngli üzərində “Climber TKB” markalanma yazıları olan, gənclər üçün nəzərdə tutulmuş velosipedin istifadə olunması nəzərə alınmaqla orta bazar qiyməti təxminən 300 manat müəyyən edilmişdir. İş materiallarında olan bildirişdən məlum olur ki, ekspertiza təhqiqatının dəyəri 50 manat təşkil edir. İş materiallarında olan “Cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2020-ci il tarixli qərardan məlum olur ki, iş üzrə Təqsirləndirilən şəxs oğurladığı Zərərçəkmiş şəxs məxsus 01 ədəd “Climber TKB” markalı velosiped maddi sübut kimi tanınmasının və sahibinə qaytarılmasının nəzərə alınması, Zərərçəkmiş şəxs dəymiş maddi ziyan 300 manat hesab edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün, zərərçəkmiş şəxsin və şahidin ifadələri, ekspertiza rəyi və digər iş materialları ilə tamamilə sübuta yetirildi. Təqsirləndirilən şəxs cinayət əməli Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə düzgün olaraq tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsinə şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2005-ci il tarixli, 1 saylı Qərarında qeyd olunmuşdur ki, məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə, özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdiyini güman edirsə, həmin şəxslər talama hadisəsini görmüş olsalar belə, təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun həmin Qərarında həmçinin qeyd edilmişdir ki, təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti başa çatmış hesab edilir. Yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. Oğurluq, soyğunçuluq və quldurluq cinayəti törətmiş şəxsin əməlinin «yaşayış sahəsinə, habelə binaya və ya başqa saxlanc yerlərinə daxil olmaq» əlaməti ilə tövsif edilməsi məsələsi həll edilərkən, məhkəmələr təqsirli şəxsin həmin yerlərdə hansı məqsədlə olmasını, həmçinin onun özgə əmlakına yiyələnmək qəsdinin hansı anda meydana gəlməsini aydınlaşdırmalıdır. Ədalətli məhkəmə araşdırması hüquqi ilə bağlı Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqe ondan ibarətdir ki, “ədalət mühakiməsi” mahiyyət etibarı ilə ədalət anlayışına cavab verməli və hüquqların təsirli şəkildə bərpa olunmasını təmin etməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs törətdiyi cinayət əməllərini səmimi olaraq etiraf etməsini və peşman olmasını, zərərçəkmiş şəxsə məxsus oğurlanmış əmlak qaytarıldığı üçün şikayətçi olmamasını onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran halların olmasını müəyyən etməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, eləcə də, cəzanı yüngülləşdirən halları nəzərə alaraq hesab edir ki, ona, təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 177.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsi cəza təyin etmənin ümumi prinsiplərini müəyyən edən Azərbaycan Respublikası CM-in 58-ci maddəsinin tələblərinə uyğun olmaqla hazırki, iş üzrə cəza təyin edilməsinin məqsədini təmin edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxsmüəyyən müddətə azadlığının məhdudlaşdırılması onun törətdiyi əməl barəsində düşünməsinə və gələcəkdə cəmiyyətə tam yararlı insan olaraq qayıtmasına köməklik edəcəkdir. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək həbsdə saxlandığı 02 (iki) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla ona təyin ediləcək cəzadan çıxılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2 və 158.3-cü maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası CM-nin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - ünvan 1 mənzil 12 ünvanında çəkməli, təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasının əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 22:00-dan saat 07:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqanına məlumat etməklə cəzanın icrasına nəzarət edən orqanına iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri tapşırılmalı, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək Bakı şəhəri Binəqədi rayon İcra və probasiya şöbəsinə həvalə edilməlidir. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat Təqsirləndirilən şəxstutulub Dövlət Xəzinədarlığı Agentliyi, KOD 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT-BİK CTREAZ22, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin: VÖEN **********, Hesab AZ34CTRE******************** hesabına keçirilməli, iş üzrə maddi sübut kimi tanınan saxlanması üçün zərərçəkmiş şəxsə təhvil verilmiş 1 ədəd “Climber TKB” markalı velosipedin zərərçəkmiş Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalıdır. İbtidai istintaq və məhkəmədə göstərilmiş 40 saat hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi işlədiyi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun hesablaşma hesabına 240 (iki yüz qırx) manat məbləğində pul (“Kapitalbank” Açıq Səhmdar Cəmiyyətinin Binəqədi filialının kod-200156, VÖEN-**********, m/h- AZ37NABZ013501**********1944 S.W.İ.F.T. kod AİİBAZ2X Benefisiarın hesab № AZ48AİİB********************, VÖEN–1000 597151) ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. İş üzrə mülki iddia verilməmişdir və üzərinə həbs qoyulması təklif olunan əmlak yoxdur. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351- 353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən onun xx.xx.2020-ci il tarixdən xx.xx.2020-cu il tarixə qədər həbsdə saxlandığı 02 (iki) gün müddət bir günə iki gün hesabı ilə hesablanaraq 04 (dörd) gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulsun və təyin olunmuş cəzadan çıxılaraq üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə Bakı şəhəri ərazi hüdudlarını tərk etməmək, cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 22:00-dan saat 07:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqanına məlumat etməklə cəzanın icrasına nəzarət edən orqanına iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxsna təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının icrası daimi yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri Binəqədi rayon İcra və probasiya şöbəsinə həvalə edilsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat Təqsirləndirilən şəxs tutulub Dövlət Xəzinədarlığı Agentliyi, KOD 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT-BİK CTREAZ22, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin: VÖEN **********, Hesab AZ34CTRE******************** hesabına keçirilsin. İş üzrə maddi sübut kimi tanınan və saxlanması üçün zərərçəkmiş şəxsə təhvil verilmiş 1 ədəd “Climber TKB” markalı velosipedin zərərçəkmiş Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. Göstərilmiş 40 saat hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun hesabına 240 (iki yüz qırx) manat məbləğində pul Bakı şəhəri 11 saylı Vəkil Bürosunun hesablaşma hesabına (“Kapitalbank” Açıq Səhmdar Cəmiyyətinin Binəqədi filialının kod-200156, VÖEN-**********, m/h- AZ37NABZ013501**********1944 S.W.İ.F.T. kod AİİBAZ2X Benefisiarın hesab № AZ48AİİB********************, VÖEN–1000 597151) ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan olunduğu andan (həbsdə saxlanılan məhkum tərəfindən hökmün surəti ona verildiyi andan) 20 gün müddətinə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Vüqar Məmmədov
Məhkəmə qərarları › İş №1(001)-384/2020
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-384/2020
29.10.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver