Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-384/2023 14.08.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Bağırov Zamiq Rəşid oğlunun sədrliyi, Məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Rəhimova Aynurə Şirzad qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçisı Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs etibarnamə üzrə nümayəndəsi X3 iştirakları ilə, xx.xx.1973-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, fərdi əməklə məşğul olan, Bakı şəhəri, Binəqdi rayon Məhkəməsinin xx.xx.2005-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cmnin 234.1-ci maddəsi ilə təqsirli bilinib 02 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2007-ci il tarixdə cəzasını tam qurtardığına görə azad olunmuş, məhkumluğu ödənilmiş və götürülmüş, barəsində xx.xx.2023-cü il tarixdə “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Mədən-2, Korpus 43, ev 509-da qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra–CM) 177.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə Binəqədi rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talayıb oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə xx.xx.2022-ci il tarixdə gecə saat 03:32-də Binəqədi rayonu, Rəsulzadə qəsəbəsində yerləşən Məlikov adına 6 saylı Birləşmiş xəstəxanasına gələrək, orada həmin xəstəxanada mühafizəçi işləyən Zərərçəkmiş şəxs oturacaqda yatmasından istifadə edib sonuncunun əli ilə sinəsində saxladığı 1100 manat dəyərində “İphone 11 28GB Black” mobil telefonu gizli yolla talayıb, zərərçəkmiş Zərərçəkmiş şəxs həmin məbləğdə maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs CM-in 177.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 02 oktyabr 2022ci il tarixdə evdə olarkən 750 qramlıq araq içmişdir. Daha sonra bayıra çıxıb bir az gəzəndən sonra, gecə saatlarında keçmiş həyat yoldaşını görmək üçün Məlikov adına xəstəxanaya getmişdir. Həyat yoldaşı xəstəxanada olmadığından onu görə bilməmişdir. Həmin vaxt görmüşdür ki, xəstəxanada mühafizəçi işləyən Zərərçəkmiş şəxs qəbul şöbəsində stolda yatıb. Yatdığı yerdə telefonu götürüb çıxıb getmişdir. Səhəri gün yenə yarım litr araq içib, telefonu 28 May tərəfdə tanımadığı şəxsə təxminən 140-150 manata satmışdır. Həmin vaxt sərxoş olmuşdur. Əldə etdiyi pulu maddi vəziyyəti yaxşı olmadığından özü üçün xərcləmişdir. Qul bazarında günə muzd fəhlə işlədiyi üçün zərərçəkmiş şəxsə vurmuş olduğu ziyanı ödəməyə imkanı yoxdur. Lakin avqust ayının axırı, sentyabr ayının əvvəlinə qədər dəymiş ziyandan ödəniş edə bilər. Hazırda əməlindən səmimi olaraq peşmandır. Məhkəmədən əməlindən səmimi olaraq peşman olmasını nəzərə alaraq, barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs elan edilmiş CM-in 177.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır. Məhkəmə baxışı zamanı dindirilmiş Zərərçəkmiş şəxs etibarnamə üzrə nümayəndəsi X5 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun oğludur. Oğlu Zərərçəkmiş şəxs 12 iyul 2023-cü il tarixdən hərbi xidmətə getmişdir. Oğurluq cinayəti nəticəsində Təqsirləndirilən şəxs tərəfindən dəymiş ziyan ödənilməmiş, təqsirləndirilən şəxslə barışmamışdır lakin təqsirləndirilən şəxsin həbs olunmasını da istəmir. Əgər təqsirləndirilən şəxs dəymiş ziyanı ödəsə, barışıq da mümkündür. Hazırda təqsirləndirilən şəxsdən şikayətçidir. Məhkəmə iclasında ifadəsi elan edilməklə tədqiq edilən Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində göstərmişdir ki, Binəqədi rayonunda yerləşən 6 saylı Məlikov adına xəstəxanada mühafizəçi işləyir. 01oktyabr 2022-ci il tarixdə saat 20:00-da işlədiyi Məlikov xəstəxanasına gəlib növbəni təhvil almış, 02 oktyabr 2022-ci il tarixdə saat 03:11 radələrinə kimi xəstəxananın giriş qapısındakı mühafizə üçün ayrılmış yerdə olan oturacaqda oturub İphone 11 markalı, mobil telefonla başını qatmışdır. Daha sonra özündən asılı olmayaraq yuxuya getmişdir. Saat 05:30 radələrində yuxudan oyandıqda mobil telefonun əlində olmadığını müəyyən etdikdə, dərhal xəstəxanadan maraqlansa da telefonunu tapa bilməmişdir. Bu səbəbdən də o, səhər saat 09-da mühafizə rəisinin otağında olan video kameralara baxdıqda bir nəfər şəxsin saat 03:31 radələrində xəstəxanın qapısına yaxınlaşıb onun içəridə əyləşib yuxuya getməyindən istifadə edərək, mobil telefonu gizlicə götürüb oradan çıxıb getməsini müəyyən etmişdir. O, video görüntüləri mobil telefona köçürüb 4-cü polis şöbəsinə gedərək oğruluq barədə məlumat vermişdir. Hadisədən bir neçə vaxt sonra dekabr ayının axırlarında xəstəxanada xadimə işləyən Aynurə adlı qadın zəng edib telefonu oğurlayan şəxsin onun həyat yoldaşı olmasını bildirmişdir. Oğurluq nəticəsində ona 1100 (bir min yüz) manat maddi ziyan dəymişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun keçmiş həyat yoldaşıdır. O, 7 ildir Ə.D.Məlikov adına 6 saylı dövlət xəstəxanasında xadimə işləyir. Bu müddət ərzində Təqsirləndirilən şəxs hər gün onu işə aparıb gətirmişdir. Təqsirləndirilən şəxs spirtli içki aludəçisidir. Spirtli içki qəbul etmədiyi halda çox yaxşı insandır, lakin nə vaxt spirtli içki içib sərxoş olursa, həmin vaxtı özünü idarə edə bilmir, xarakteri dəyişir, onu söyür təhqir edir və onunla mübahisə yaradır. Bu səbəbdən də o, Təqsirləndirilən şəxs ayrılaraq, azyaşlı oğlu ilə birlikdə başqa ünvanda kirayədə yaşayır. Lakin bundan sonra Təqsirləndirilən şəxs dəfələrlə onun iş yerinə gələrək, onun işlədiyi şöbənin müdirindən onu işdən çıxarılmağını tələb etmişdir. Artıq 11 aydır ki, Təqsirləndirilən şəxs ayrılmışdır. Oğurluq hadisəsi baş verən gecə o, xəstəxanada gecə növbəsində işdə olmuşdur. Həmin gecə Elşad onun iş yerinə onu görmək üçün gəlmişdir. Həmin vaxt o, mühafizəçi Zərərçəkmiş şəxs sinəsinin üstündə mobil telefonla yatdığını görüb, İlkinin sinəsinin üstündən telefonu oğurlamışdır. Bundan sonra, Zərərçəkmiş şəxs video görüntünü ona ataraq, videodakı oğurluq edən şəxsin onun həyat yoldaşı olub-olmamasını soruşmuşdur. O da, İlkinə videogörüntüdəki şəxsin onu həyat yoldaşı olduğunu bildirmişdir. O, bu barədə Təqsirləndirilən şəxs özünə deyəndə, əvvəlcə Elşad əməlini etiraf etmədi. Videogörüntünü Elşada göstərəndən sonra, Elşad oğurluq edən zaman sərxoş olduğunu, özündə olmadığını deyərək, əməlini etiraf etmişdir. Elşaddan telefon barədə soruşduqda Elşad telefonu 28 mayda hansısa mağazaya təxminən 100-140 manata satdığını demişdir. Hətta o, Elşada yalvarmışdır ki, İlkin onun iş yoldaşıdır, telefonu gətirib qaytarsan səndən şikayətçi olmayacaq. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Binəqədi RPİ-nin 4-cü PŞ-nin təhqiqatçısı tərəfindən material üzrə cinayət işinin başlanması rədd olunmuşdur. xx.xx.2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın ləğv edilməsi və cinayət işinin başlanması haqqında qərardan görünür ki, toplanmış material üzrə fakta görə Binəqədi rayon prokuroru tərəfindən CM-in 177.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmış və istintaq aidiyyəti üzrə Binəqədi RPİ-nin İstintaq Şöbəsinə göndərilmişdir. xx.xx.2022-ci il tarixli hadisə yerinə baxış və götürmə haqqında protokoldan görünür ki, oğurluq hadisəsi Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsində yerləşən Məlikov adına 6 saylı Birləşmiş xəstəxanada baş vermişdir. xx.xx.2023-cü il tarixli cinayət işinin icraata qəbul edilməsi haqqında qərardan görünür ki, CM-in 177.1-ci maddəsi olan ********* nömrəli cinayət işi icraata qəbul edilmişdir. Zərərçəkmiş şəxs ibtidai istintaqa təqdim etdiyi diskdən görünür ki, xx.xx.2022-ci il tarixdə saat 03:32-də bir nəfər şəxs xəstəxanaya daxil olaraq Zərərçəkmiş şəxs oturacaqda yatmasından istifadə edərək əli ilə sinəsində saxladığı telefonu götürüb ordan uzaqlaşır. xx.xx.2023-cü il tarixli cinayət işi üzrə icraatın dayandırılması haqqında qərardan görünür ki, təqsirləndirilən şəxs qismində cəlb edilməli olan şəxs müəyyən edilənədək CMin 177.1-ci maddəsi olan ********* nömrəli cinayət işi üzrə icraat dayandırılmışdır. xx.xx.2023-cü il tarixli cinayət işinin icraata qəbul edilməsi və dayandırılmış icraatın təzələnməsi haqqında qərardan görünür ki, oğurluq hadisəsinin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi müəyyən edildiyi üçün ********* nömrəli cinayət işi üzrə dayandırılmış icraat təzələnmiş və icraata qəbul edilmişdir. xx.xx.2023-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb edilməsi və ittiham edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək, ona CM-in 177.1-ci maddəsi ilə nəzərdə tutulan ittiham elan olunmuşdur. xx.xx.2023-cü il tarixli qətimkan tədbiri seçmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həmin tarixdə “polisin nəzarəti altına vermə qətimkan” tədbiri seçilmişdir. xx.xx.2023-cü il tarixli Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Cəfərov X2 rayon Məhkəməsinin xx.xx.2005-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 02 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2007-ci il tarixdə cəzasını tam çəkib qurtardığına görə azad olunmuşdur. xx.xx.2023-cü il tarixli, 9/792 nömrəli Məhkəmə Ekspertizası Mərkəzinin rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarda göstərilən 01 ədəd “İphone 11 128 GB Black” markalı, mobil telefonun satış üçün komplektləşdirilməsinə daxil edilən aksesuarların olmaması, orta istismar müddəti və orta istismar intensivliyi parametrlərinə uyğun olaraq 2022-ci ilin oktyabr ayına olan orta bazar qiyməti nəzəri hesablama yolu ilə təxminən 600 (altı yüz) manat müəyyən olunur. Zərərçəkmiş şəxs xx.xx.2023-cü il tarixli ərizəsindən görünür ki, o məhkəməəmtəəşünaslıq ekspertizasının 9/792 saylı rəyi ilə razılaşmamış, oğurluq nəticəsində ona 1100 manat maddi ziyan dəydiyini gəstərmişdir. Məhkəmə, cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etiraf edici ifadəsi ilə yanaşı, mənbəyinin, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 177.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Məhkəmə oğurlanmış iphone 11 markalı telefonun dəyəri ilə iləqadar isə qeyd etməyi zəruri hesab edir ki, xx.xx.2023-cü il tarixli, 9/792 nömrəli Məhkəmə Ekspertizası Mərkəzinin rəyində 01 ədəd “İphone 11 128 GB Black” markalı, mobil telefonun satış üçün komplektləşdirilməsinə daxil edilən aksesuarların olmaması, orta istismar müddəti və orta istismar intensivliyi parametrlərinə uyğun olaraq 2022-ci ilin oktyabr ayına olan orta bazar qiyməti nəzəri hesablama yolu ilə təxminən 600 (altı yüz) manat müəyyən olunmuşdur. Rəydən də görünüdüyü kimi, oğurlanmış iphone 11 markalı telefon başqa şəxsə satıldığı, satılmış şəxs müəyyən edilmədiyindən ekspertiza tədqiqatı nəzəri olaraq aparılmış, oğurlanmış telefon olmadan ümumi göstəricilərə əsasən qiymət müəyyən edilmişdir. Lakin iş üzrə zərərçəkmiş şəxs isə ibtidai istintaqda verdiyi ifadəsində və təqdim etdiyi ərizəsində həmin telefonu hadisədən 2 ay öncə 1700,00 manata aldığını, ona dəymiş ziyanın 1100,00 manat olduğunu bildirmişdir. Qeyd edilənlərə əsasən də oğurlanmış telefonun dəyərinin ekspertiza rəyində göstərilən nəzəri 600,00 manat deyil, zərəçəkmiş şəxsin bildirdiyi 1100,00 manat olaraq qəbul edilməlidir. Qanunvericiliyin tələblərinə əsasən istintaq zamanı Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-in 177.1-ci maddəsi cinayətlərin təsnifatına görə böyük ictimai təhlükə törətməyən cinayət hesab olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli № 15 Qərarının 24-cü bəndinə qeyd olunur ki, CPM-nin 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bildiyi üçün, irəli sürülmüş ittiham üzrə təqsirləndirilən şəxs barəsində ittiham hökmü də yalnız bu şərtə əməl olunmaqla çıxarıla bilər. Həmin Qərarın 45-ci bəndinə əsasən məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, Təqsirləndirilən şəxs əməlini səmimi etiraf edib peşman olmasını CM-in 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran-Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş hallar müəyyən edilmədi. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilən zaman CM-in 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. Məhkəmədə iş materiallarından müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Bakı şəhəri, Binəqdi rayon Məhkəməsinin xx.xx.2005-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 02 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2007-ci il tarixdə cəzasını tam qurtardığına görə azad olunmuşdur. Göründüyü kimi, Təqsirləndirilən şəxs qəsdən az ağır cinayət törətməyə görə əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilmiş və götürülmüşdür. CM-in 83.3.3-cü maddəsinə əsasən ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Məhkəmə, Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsinə baxaraq, onun cəzasını yüngülləşdirən halla yanaşı cəzasını ağırlaşdıran halların olmamasını CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (böyük ictimai təhlükə törətməyən cinayət olmasını), təqsirkarın şəxsiyyətini, təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini, cəzasını yüngülləşdirən halların olmasını, eləcə də cəzasını ağırlaşdıran halın olmamasını və zərərçəkmiş şəxsə vurmuş olduğu maddi ziyanın məbləğini, iş üzrə zərərçəkmiş şəxsin nümayəndəsinin təqsirləndirilən şəxs tərəfindən vurulmuş ziyan ödənilməsə də onun həbs olunmasını istəmədiyini bildirməsini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Məhkəmə eyni zamanda onu da qeyd etməyi zəruri hesab edir ki, CM-in 177.1-ci maddəsinin sanksiyasında azadlığın məhdudlaşdırılması cəzasının yuxarı həddi 2 (iki) ildir və şəxsin barəsində sankisyada nəzərdə tutulmuş müddətin yarısı, yəni 1 il müddətinə azadlığın məhdudlaşıdırlması cəzası təyin ediməklə cəzanın məqsədinə nail olmaq mümkündür. Məhkəmə, CM-in 52-1-ci maddəsinin tələblərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə daimi yaşayış yeri olan Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Mədən-2, Korpus 43, ev 509 nömrəli evini gecə saat 22:00-dan səhər saat 09:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq və kütləvi tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmalıdır. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək Bakı şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Bununla yanaşı məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanununi qüvvəsini aldıqdan sonra ləğv edilməlidir. Məhkəmə, CPM-in 132-ci maddəsinin tələblərinə əsasən hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış 1 (bir) ədəd DVD formatlı disk cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan başqa, məhkəmə CPM-in 197 və 198-ci maddələrinin tələblərinə əsasən hesab edir ki, məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş cəmi 50 (əlli) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulmalıdır. Müdafiəçi Bakı şəhəri Binəqdi rayon 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqdim etdiyi hesabatlara əsasən o, məhkəmə iclaslarında iştirak edərək Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə ümumilikdə 45 (qırx beş) saat vaxt sərf etmişdir. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Bakı şəhəri, Binəqdi rayon 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqsirləndirilən şəxsin müdafiəçisi qismində məhkəmə iclaslarında iştirak edərək ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 45 (qırx beş) saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərdiyi cəmi 45 (qırx beş) saat hüquqi yardıma görə Bakı şəhəri, Binəqdi rayon 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 270 (iki yüz yetmiş) manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs və onun etibarnamə üzrə nümayəndəsi X5 cinayət hadisəsi zamanı onlara vurulmuş ziyanla bağlı ibtidai istintaq və məhkəmə istintaqı zamanı mülki iddia ilə müraciət etməmişlər. Qeyd olunanlara və CPM-in 180.2-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iş üzrə Zərərçəkmiş şəxs etibarnamə üzrə nümayəndəsi X4 cinayət hadisəsi nəticəsində dəymiş ziyanla bağlı mülki mühakimə icraatı qaydasında iddia vermək hüquqlarının olması izah edilməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən və CPM-in 132, 197-198, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 1 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə daimi yaşayış yeri olan Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Mədən-2, Korpus 43, ev 509 nömrəli evini gecə saat 22:00-dan səhər saat 09:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq və kütləvi tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsini aldıqdan sonra ləğv edilsin. İş üzrə sübut kimi tanınmış 1 (bir) ədəd DVD formatlı disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş cəmi 50 (əlli) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq X1 KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ ******************** S.W.İ.F.T. BİK CTREAZ 22 saylı məhkəmə ekspertizası mərkəzi VÖEN ********** hesab AZ34CTRE******************** saylı hesaba keçirilsin. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında göstərdiyi cəmi 45 (qırx beş) saat hüquqi yardıma görə Bakı şəhəri Binəqdi rayon 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 270 (iki yüz yetmiş) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. İş üzrə Zərərçəkmiş şəxsun etibarnamə üzrə nümayəndəsi X4 cinayət hadisəsi nəticəsində dəymiş ziyanla bağlı mülki mühakimə icraatı qaydasında iddia vermək hüququnun olması izah edilsin. Hökmdən elan edildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı şəhər Binəqədi rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Zamiq Bağırov
Məhkəmə qərarları › İş №1(001)-384/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-384/2023
14.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver