Məhkəmə qərarları › İş №1(001)-385/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-385/2021

09.12.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-385/2021 09.12.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Kərimova Mahirə Nəzər qızının sədrliyi, Məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) X5 oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili X1, Təqsirləndirilən şəxs, Zərər çəkmiş şəxslərin nümayəndəsi Bakı şəhəri 06 saylı Vəkil Bürosunun vəkili Zərərçəkmiş şəxs4 iştirakları ilə, xx.xx.1962-ci il tarixdə Şamaxı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, ailəli, orta təhsilli, məhkumluğu olmayan, işsiz, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra - CM) 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs2 etibarından sui istifadə edərək ona vergi verildiyini, cadu, tilsim, dua və digər müxtəlif dini rituallar vasitəsi ilə hər bir problemi həll edə biləcəyi barədə yalan məlumatlar verib sonuncuda və həmçinin yaşadığı mənzildə ağır neqativ enerjinin olduğu, gələcək işlərinin normal həll olunması üçün həmin neqativ enerjinin, cadu, tilsim, dua və digər müxtəlif dini rituallar vasitəsi ilə Zərərçəkmiş şəxs2 bədənindən və yaşadığı mənzildən çıxaracağını yalan vəd edib aldaraq sonuncudan kirayə yaşadığı ünvan 2 ünvanındakı mənzildə 03.04.2020-ci il tarixdə 600 manat, 05.04.2020-ci il tarixdə isə 1.600 manat pul və ümumi dəyəri 6.500 manat olmaqla iki ədəd qızıl üzük birliyant qaşlı, 7,5 qramlıq qızıl pul, 1 cüt italian qızıl sırqa, 1 ədəd qızıl ürək şəkilli klon, 1 ədəd qızıl ulduzlu klon, 1 ədəd gül formalı üzük və sırqadan ibarət qızıl komp lekt, 1 ədəd qızıl boyunbağını eyni niyyət və məqsədlə alıb ələ keçirməklə vahid niyyətlə əhatə olunan qəsdlə Zərərçəkmiş şəxs2 ümumilikdə 8.500 manat olmaqla xeyli miqdarda maddi ziyan vuraraq dələduzluq etmişdir. Bundan başqa o, təkrarən Zərərçəkmiş şəxs3 qızının etibarından sui istifadə edərək ona vergi verildiyini, cadu, tilsim, dua və digər müxtəlif dini rituallar vasitəsi ilə hər bir problemi həll edə biləcəyi barədə yalan məlumatlar verib sonuncuda və həmçinin yaşadığı mənzildə ağır neqativ enerjinin olduğu, gələcək işlərinin normal həll olunması üçün həmin neqativ enerjinin, cadu, tilsim, dua və digər müxtəlif dini rituallar vasitəsi ilə Zərərçəkmiş şəxs3 bədənindən və yaşadığı mənzildən çıxaracağını yalan vəd edib aldaraq sonuncudan kirayə yaşadığı ünvan 2 ünvanındakı mənzildə 07.04.2020-ci il tarixdə 400 manat, 10.04.2020-ci il tarixdə isə 900 manat, 13.04.2020-ci il tarixdə isə 700 manat pul və ümumi dəyəri 3.500 manat olmaqla bir dəst Saffir qaşlı qızıl üzük və sırqa, 1 ədəd ürək qızıl klon, 1 ədəd saffir və brilyant qaşlı qızıl klonu eyni niyyət və məqsədlə alıb ələ keçirməklə vahid niyyətlə əhatə olunan qəsdlə Zərərçəkmiş şəxs3 ümumilikdə 5.500 manat olmaqla xeyli miqdarda maddi ziyan vuraraq dələduzluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs1 etibarından sui istifadə edərək ona vergi verildiyini, cadu, tilsim, dua və digər müxtəlif dini rituallar vasitəsi ilə hər bir problemi həll edə biləcəyi barədə yalan məlumatlar verib sonuncuda, eləcədə oğlu Fərhad Cəbrayılovda və yaşadığı mənzildə ağır neqativ enerjinin olduğunu, gələcək işlərinin normal həll olunması üçün həmin neqativ enerjinin, cadu, tilsim, dua və digər müxtəlif dini rituallar vasitəsi ilə onların bədənindən və yaşadığı mənzildən çıxaracağını yalan vəd verib aldadaraq Zərərçəkmiş şəxs1 2020-ci ilin aprel ayının sonlarında kirayə yaşadığı ünvan 2 ünvanındakı mənzildə 400 manat, 04.05.2020ci il tarixdə saat 15 radələrində eyni ünvanda, eyni niyyət və məqsədlə 1450 manat, 09.06.2020-ci il tarixdə Zərərçəkmiş şəxs1 ona verdiyi Kapital banka məxsus maaş kartından isə eyni niyyət və məqsədələ 350 manat nağd pulu alıb ələ keçirməklə vahid niyyətlə əhatə olunan qəsdlə Zərərçəkmiş şəxs1 ümumilikdə 2.200 manat maddi ziyan vurub dələduzluq etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs ona CM-in 178.2.2 və 178.2.4-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, 2017-ci ildən baxıcılıqla məşğul olmuş, Allah tərəfindən müəyyən uzaq görənlik, hiss etmə və s. bu kimi vergi verilmiş, müəyyən hisslərlə hadisələri görmüş, həmin hadisələrin baş verə biləcəyini çatdıra bilirmiş, həmin hadisələrin qarşısını ala bilirmiş, müraciət edən şəxsləri dinləyərək onların problemlərini özlərinə demiş, həmin problemlərin həll edilməsində köməklik edəcəyini deyərək xidmət haqqı kimi hər bir nəfərdən 20 manat pul almışdır. O, bu işləri əslən yəhudi olan “Janna” və “Qalya” adlı şəxslərlə birlikdə görmüş, vətəndaşlardan aldığı pul və qızıl ziynət əşyalarını ovsunlatdırıb qaytaracağı adı ilə onlardan alaraq sonunculara vermiş, həmin “Qalya” və “Janna” adlı yəhudilər Moskva şəhərində yaşamış, arabir Azərbaycan Respublikasına gələrək İsmayıllı rayonu İvanovka kəndində qalmışlar. Onlarla həmin kənddə görüşmüş, sonunculara xidmətə görə pul vermişdir. Zərərçəkmiş şəxs1 onun qızları Aynurə və Pərvanənin vasitəsi ilə tanımış, Pərvanə və Aynurə ilə isə qadın salonunda işləyən “Türkan” adlı qadının vasitəsi ilə tanış olmuşdur. O, ünvan 2 ünvanında kirayə ev tutmuş, həmin ünvanda qalaraq müracət edən şəxsləri qəbul etmişdir. Həmin ünvanda ilk dəfə 2020-ci ilin aprel ayında Zərərçəkmiş şəxs2 qəbul etmiş, ərinin talehinə baxmağını istəmiş, o, sonuncunun ərinin başqa qadınlarla görüşməsi barədə məlumat vermişdir. Zərərçəkmiş şəxs2 bunu təsdiq edərək ərinin qadınlarla görüşməsinin qarşısını almağını istəmiş, bu işinin qarşılığında hansı məbləğdə pul verəcəyini ondan soruşmuşdur. Zərərçəkmiş şəxs2 bu işin qiymətini “Qalya” adlı şəxsdən soruşacağını bildirmiş, onlarla İsmayıllı rayonunda görüşmüş, Zərərçəkmiş şəxs2 ailəsində baş verənlərlə bağlı Qalyaya danışmış, Qalya bu işi həl etmək üçün pul istəmişdir. O, işin qiyməti barədə Zərərçəkmiş şəxs2 demiş, bunun qarşılığında sonuncudan 1200 manat pul, 1 ədəd qızıl boyunbaq, 1 ədəd qızıl üzük, 1 ədəd qızıl klonu həmin kirayədə qaldığı evdə qəbul edərək götürmüş, Zərərçəkmiş şəxs2 qızılları Janna və Qalyaya verəcəyini, Janna qızıllara enerji verəcəyini və ondan sonra qaytaracağını, bundan sonra işlərinin yaxşı olacağını bildirmişdir. O, Zərərçəkmiş şəxs2 aldığı həmin qızılları İsmayıllı rayonu, İvanovka kəndində Janna və Qalya ilə görüşüb qızılları Jannaya, 1200 manat pulu isə Qalyaya vermişdir. Bundan başqa eyni üsulla qeyd olunan ünvanda 2020-ci ilin aprel ayında Zərərçəkmiş şəxs3 qəbul etmiş, sonuncu ərinin onu və uşaqlarını incitdiyini bildirmiş, həmçinin ona işlədiyi yerdə nüfuzunun olmasını istəmişdir. Bundan başqa Zərərçəkmiş şəxs3 işlədiyi yerdə hansısa kişini sevmiş, həmin kişi ilə münasibətinin yaxşılaşdırılmasını istəmiş, bunun qarşılığında Zərərçəkmiş şəxs3 1000 manat pul, 1 ədəd qızıl boyunbaq, 1 ədəd qızıl üzük, 1 ədəd qızıl klonu həmin kirayədə qaldığı evdə qəbul edərək götürmüş, İsmayıllı rayonu İvanovka kəndində Janna və Qalya ilə görüşüb qızılları Jannaya, 1000 manat pulu isə Qalyaya vermiş, həmin puldan da ona çatmamışdır. Bundan başqa 2020-ci ilin aprel ayının sonlarında Zərərçəkmiş şəxs1 kirayədə yaşadığı ünvanda qəbul etmişdir. Zərərçəkmiş şəxs1 öz həyatında olan kişidən danışmış, həmin kişi onun həyatında olduğu vaxtda onun pullarını ələ keçirməsini və ona bu kimi pisliklər etməsini bildirmişdir. Zərərçəkmiş şəxs1 həmin kişinin yollarını bağlamağı, ona yaxın gəlməməsinin qarşısını almasını ondan xahiş etmiş, bu işin qarşılığında Zərərçəkmiş şəxs1 1500 manat pul istəmişdir. Zərərçəkmiş şəxs1 kirayədə yaşadığı evdə ilk dəfə 1100 manat, 400 manatın qarşılığında isə maaş kartını vermiş, ayın sonunda həmin kartdan 400 manat pulu çıxartmış, həmin 1100 manat pulu və kartı İsmayıllı rayonu İvanovka kəndində Janna və Qalyaya aparıb vermiş, lakin həmin şəxslər Azərbaycan Respublikasından getməklə onu da aldatmaqla pulları və qızıllar onlarda qalmışdır. Hazırda törətdiyi cinayət əməlindən peşmandır, zərər çəkmiş şəxslərə dəymiş ziyanı qismən ödəmiş, qalan hissəsinin də barışıq sazişində göstərilən şərtlər daxilində ödəyəcəkdir. Ona görə də deyilənlərin nəzərə alınaraq məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs elan edilmiş CM-in 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır. Məhkəmə iclasına zərərçəkmiş şəxs qismində çağırılmış Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs1, şahid qismində çağırılmış Şahid məhkəmə iclasında iştirak etməməsi nəzərə alınaraq işə onların iştirakı olmadan baxılması mümkün hesab edilərək ibtidai istintaq zamanı verdiyi ifadələri elan edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 12 noyabr 2020-ci il tarixli qərardan görünür ki, fakt üzrə CM-in 178.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. (i.v. 1) 20.11.2020-ci il tarixli protokoldan görünür ki, “Whatsap” yazışmalarıı 92 vərəqdən və ödəniş qəbzi isə 1 vərəqədən ibarətdir. “Whatsap” yazışmaları **********3, +**********4, ***-***-**-** mobil nömrələrlə ***-***-**-** saylı mobil nömrə arasında yazışmalar olmuşdur. Həmin yazışmalarda tərəflər arasında pul və qızıl ziynət əşyalarının alınması və verilməsi ilə bağlı yazışmalar öz əksini tapmışdır. Həmçinin ödəniş qəbzi isə Beynəlxalq Banka məxsusdur. Həmin qəbzdə 04.05.2020-ci il tarixdə X4 filialından Zərərçəkmiş şəxs1 məxsus kartadan 750 manat pulun çıxarışı göstərilmişdir. Baxış zamanı zərərçəkən şəxs Zərərçəkmiş şəxs1 bildirmişdir ki, **********3, +**********4, ***-***-**-** saylı mobil nömrələr Təqsirləndirilən şəxs məxsusdur. ***-***-**-** saylı mobil nömrə isə özünə məxsusdur. Həmin yazışmaları da Təqsirləndirilən şəxs pul və qızıl ziynət əşyalarını verərkən və həmçinin də sonradan həmin pulları və qızıl ziynət əşyalarını tələb edərkən aralarında olan yazışmalardır. X4 filialından çıxarılan 750 manat pul da Təqsirləndirilən şəxs verilən puldur. (i.v. 117) 12.12.2020-ci il tarixli qərardan görünür ki, iş üzrə icraat Azərbaycan Respublikası CPM-nin 53.1.1-ci maddəsinə əsasən dayandırılmış və 01.01.2021-ci il tarixdə iş üzrə icraat təzələnməklə icraata qəbul edilmiş və istintaqı davam etdirilmişdir. (i.v. 118, 121) 01.01.2021-ci il tarixli qərardan görünür ki, iş üzrə X2 tutulması üçün barəsində şübhəli şəxs qismində axtarış verilmiş və iş üzrə icraat həmin tarixdə Azərbaycan Respublikası CPM-nin 53.1.3-cü maddəsinə əsasən dayandırılmış və 26.04.2021-ci il tarixdə iş üzrə icraat təzələnməklə icraata qəbul edilmiş və ibtidai istintaqı davam etdirilmişdir. (i.v. 124, 127, 133) Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin 03.03.2021-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (i.v. 131-132) 26.04.2021-ci il tarixli protokoldan görünür ki, iş üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.1-ci madəsi ilə şübhəli şəxs qismində tutulmuşdur. (i.v. 137) 27.04.2021-ci il tarixli protokollardan görünür ki, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs2 ilə təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş və Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs2 ifadələrində qeyd etdiyi xüsusatları Təqsirləndirilən şəxs üzünə qarşı demiş və sonuncu üzünə qarşı verilmiş ifadələri təsdiq etmişdir. (i.v. 177-186) 28.04.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsindən həmin Məcəllənin 178.2.2 və 178.2.4-cü maddələrinə tövsif edilmişdir.(i.v. 187-188) 28.04.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-in 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələrlə ittiham elan edilmişdir. (i.v. 190-192) 28.04.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxsı barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. (i.v. 219-222) 01.05.2021-ci il tarixli protokoldan görünür ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs ifadəsinin yerində yoxlanılması istintaq hərəkəti keçirilmiş və o, ifadəsinə qeyd etdiyi xüsusatları əyani olaraq göstərmişdir. (i.v. 227-229) 26.05.20221-ci il tarixli qərardan görünür ki, iş üzrə icraat Azərbaycan Respublikası CPM-nin 53.1.4-cü maddəsinə əsasən dayandırılmış və 06.07.2021-ci il tarixdə icraat təzələnmişdir. (i.v. 237-238, 243-244) 06.07.2021-ci il tarixli protokollardan görünür ki, iş üzrə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs2 ifadəsinin yerində yoxlanılması istintaq hərəkəti keçirilmiş və onlar ifadəsinə qeyd etdiyi xüsusatları əyani olaraq göstərmişlər. ( 247-253) 02.09.2021-ci il tarixli mülki iddiadan görünür ki, Təqsirləndirilən şəxs qarşı 14200 manat maddi ziyan və 15000 manat mənəvi ziyan olmaqla 29200 manat pul vəsaitinin təqsirləndirilən şəxsdən alınması zərər çəkmiş şəxslər tərəfindən xahiş olunmuşdur. 27.11.2021-ci il tarixli barışıq razılaşması haqqında sazişdən görünür ki, aşağıdakı şərtlər əsasında razılıq əldə olunmuşdur. 1.Tərəflər qarşılıqlı iddialarindan əl çəkdiklərini, bir-birlərinə qarşı heç bir tələblərinin olmadığını bəyan edirlər. 2.Tərəflər 2500 manat məbləğində pulun 27.11.2021 -ci il tarixində cavabdeh tərəfindən mülki iddiaçılara ödənilməsini təsdiq edirlər. 3.Tərəflər cavabdeh tərəfindən mülki iddiaçılara 2021-ci ilin dekabr, 2022-ci ilin yanvar və fevral aylarında hər ay 300 AZN olmaqla əsas məbləğdən pul ödənilməsini təsdiq edirlər. 4.Tərəflər aralarındakı mübahisə üzrə 4.000 AZN həcmində qalıq borcun 22.03.2022-ci il tarixinədək ödənilməsi şərtilə xitam verilməsinə dair razılıqlarını bəyan edirlər. 06.12.2021-ci il tarixli ərizədən görünür ki, zərər çəkmiş şəxslər tərəfindən Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.4 maddələri ilə təqsirləndirilən Təqsirləndirilən şəxs qarşı 14200 manat maddi ziyan və 15.000 manat mənəvi ziyan olmaqla cəmi 29.200 manat pul vəsaitinin təqsirləndirilən şəxsdən tutularaq mülki iddiaçılara ödənilməsi barədə mülki iddia qaldırılmışdır. Belə ki, məhkəmənin gedişində 27 noyabr 2021-ci il tarixdə mülki iddiaçılar Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3 ilə mülki cavabdeh (təqsirləndirilən şəxs) Təqsirləndirilən şəxs arasında barışıq razılaşması haqqında saziş imzalanmışdır. Həmin sazişin şərtlərinə görə mülki cavabdeh (təqsirləndirilən şəxs) Təqsirləndirilən şəxs 2021-ci ilin dekabr, 2022-ci ilin yanvar və fevral aylarında hər ay 300 manat olmaqla (toplam 900 manat) və 4000 (dörd min) manat qalıq borcun isə 22.03.2022-ci il tarixədək mülki iddiaçılara ödənilməsi barədə öhdəlik götürmüşdür. 06.02.2021-ci il tarixdə 300 manat da ödənilmişdir. Razılaşmaya görə Təqsirləndirilən şəxs mülki iddiaçılara 4600 manat qalıq borcu vardır. Mülki iddiaçılardan Zərərçəkmiş şəxs1 vurulmuş ziyan tam ödənildiyindən onun təqsirləndirilən şəxsə qarşı şikayət və tələbi yoxdur. Beləliklə məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs ittihamda qeyd olunan əməli törətməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxslərin və şahidin iş materiallarında olan ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 178.2.2 və 178.2.4-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Qanunvericiliyin tələblərinə əsasən istintaq zamanı Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-in 178.2.2 və 178.2.4-cü maddəsi cinayətlərin təsnifatına görə az ağır cinayət hesab olunur. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, CM-in 59.1.14-cü maddəsinə əsasən cinayət nəticəsində dəymiş ziyanın qismən ödənilməsini və həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən törətdiyi cinayət əməlini etiraf edərək əməlindən səmimi peşman olmasını Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə, qeyd edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilən zaman CM-in 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. Məhkəmədə, Təqsirləndirilən şəxsnun əməlində CM-in 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsinə baxaraq, onun cəzasını yüngülləşdirən hallarla yanaşı CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (az ağır cinayət olmasını), təqsirkarın şəxsiyyətini, təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini və cəzanı yüngülləşdirən halları nəzərə alıb hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Məhkəmədə tədqiq edilmiş və işdə olan 26.04.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuş və 28.04.2021-ci il tarixdə sonuncunun barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina edilmiş, Binəqədi RPİ-nin MSY-dan azad edilmiş və barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Yuxarıda qeyd olunan iş materiallarından müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə 26.04.2021-ci il tarixdən 28.04.2021-ci il tarixədək, yəni 2 (iki) gün müddətində şübhəli şəxs qismində saxlanılmışdır. CM-in 69.4-cü maddəsinə əsasən həbsdə saxlanılan şəxsə cərimə və ya müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə növündə əsas cəza təyin edilərkən məhkəmə həbsdə saxlama müddətini nəzərə alaraq, təyin edilmiş cəzanı yüngülləşdirir və ya şəxsi bu cəzadan tamamilə azad edir. Məhkəmə, CM-in 69.4-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs 26.04.2021-ci il tarixdən 28.04.2021-ci il tarixədək, yəni 2 (iki) gün müddətində şübhəli şəxs qismində saxlanılmasını nəzərə alaraq ona təyin olunacaq cərimə cəzasının yüngülləşdirilməsini məqsədə müvafiq hesab edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. CPM-in 179.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. CPM-in 179.2-ci maddəsinə əsasən Mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. Mülki Prosessual Məcəllənin 52.5-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. İş materiallarından göründüyü kimi zərər çəkmiş şəxslər və təqsirləndirilən şəxs arasında barışıq razılaşması haqqında saziş imzalanmışdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, barışıq razılaşması haqqında saziş digər şəxslərin hüquqları və qanuni mənafeləri pozmadığından təsdiq olunmalı və cinayət mühakimə icraatı zamanı mülki iddia üzrə icraata xitam verilməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə maddi sübut və məhkəmə məsrəfləri yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132, 197-198, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə hökm etdi: X3 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 4000 (dörd min) manat miqdarda cərimə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.4-cü maddəsinə əsasən X2 26.04.2021-ci il tarixdən 28.04.2021-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 2 (iki) gün müddət ona təyin edilmiş 4000 (dörd min) manat miqdarda cərimə cəzası yüngülləşdirilərək üzərində qəti olaraq 3700 (üç min yeddi yüz) manat miqdarda cərimə cəzası saxlanılsın. X3 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmün icrası təqsirləndirilən şəxs X2 yaşayış yeri üzrə icra qurumuna tapşırılsın. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə məhkəmə məsrəfləri, maddi sübut yoxdur. Cinayət mühakimə icraatı zamanı mülki iddiaya münasibətdə 27.11.2021-ci il tarixli barışıq sazişi aşağıdakı şərtlər əsasında təsdiq edilsin və mülki iddia üzrə icraata xitam verisin.

1. Barışıq sazişinə əsasən tərəflər qarşılıqlı iddialarindan əl çəkdiklərini, birbirlərinə qarşı heç bir tələblərinin olmadığını bəyan edirlər.

2. Tərəflər 2500 manat məbləğində pulun 27.11.2021-ci il tarixində cavabdeh tərəfindən mülki iddiaçılara ödənilməsini təsdiq edirlər.

3. Tərəflər cavabdeh tərəfindən mülki iddiaçılara 2021-ci ilin dekabr, 2022-ci ilin yanvar və fevral aylarında hər ay 300 AZN olmaqla əsas məbləğdən pul ödənilməsini təsdiq edirlər.

4. Tərəflər aralarındakı mübahisə üzrə 4.000 AZN həcmində qalıq borcun 22.03.2022-ci il tarixinədək ödənilməsi şərtilə xitam verilməsinə dair razılıqlarını bəyan edirlər. Hökmdən elan edildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.

Sədrlik edən: Mahirə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar