Məhkəmə qərarları › İş №1(001)-385/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-385/2022

05.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-385/2022 05.09.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Kərimova Mahirə Nəzər qızının sədrliyi, Məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Rəhimov Elçin Əhəd oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X2, Müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1975-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mkr, Fərhad Məlikov, ev 53, mənzil 65 ünvanında yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra – CM) 178.2.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs etibarından sui-istifadə edərək sonuncunu "xxxx" ASC-də işə düzəldəcəyinə dair yalan vəd verib aldatmaqla 2018-ci il iyun ayının əvvəllərində ünvan 2 ünvanının qarşısında Zərərçəkmiş şəxs 6000 manat, daha sonra isə Zərərçəkmiş şəxs "xxxx" ASC-də daha yüksək vəzifəyə işə düzəldəcəyinə dair yalan vəd verib aldatmaqla 2018-ci il avqust ayının sonlarında ünvan 2 ünvanının qarşısında sonuncudan 3000 manat olmaqla ümumilikdə 9000 manat məbləğində pulunu hissə-hissə olaraq, vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirib Zərərçəkmiş şəxs xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, 2014-cü il tarixdən 2018-ci ilin fevral ayına kimi olan müddət ərzində "xxxx" ASC-də müxtəlif vəzifələrdə çalışan şəxslərin sürücüsü vəzifəsində işləmişdir. 2018-ci ilin iyun ayının əvvəllərində əmisi oğlu Şahid Oqtay oğlunun yanında Zərərçəkmiş şəxs ilə tanış olmuşdur. ünvan 3 ünvanda yaşadığı evin qarşısında onlar görüşmüşlər. O, həmin şəxslərlə görüşdükdə Zərərçəkmiş şəxs işə düzəlmək istədiyini bilmişdir. O, sonuncuya onu "xxxx" ASC-yə işə düzəldə biləcəyi barəsində vermiş, bunun qarşlığında Zərərçəkmiş şəxs 6000 manat pul istəmişdir. Onun əmisi oğlu ona zəng edərək əvvəl yaşadığı Binəqədi rayonu, Ş.Məmmədova küçəsi, ev 3-də yerləşən mənzilinə gəlib, ona 6000 manat pul vermişdir. O, həmin pulu heç kimə verməmiş, şəxsi ehtiyaclarına xərcləmişdir. Bundan təxminən iki ay sonra o, artıq özü əmisi oğluna demədən Zərərçəkmiş şəxsla danışmış və sonuncuya onu daha yüksək vəzifəyə keçmək istədiyi təqdirdə əlavə olaraq 3000 manat da verməli olacağını bildirmişdir. Bundan sonra Zərərçəkmiş şəxsla 2018-ci ilin avqust ayının sonlarında ünvan 3 ünvanda görüşmüşlər, həmin görüş zamanı sonuncudan əlavə 3000 manat pulu almışdır. Bundan sonra həmin pulu da şəxsi ehtiyaclarına xərcləmişdir. Həmin ərəfə də ona pul lazım olduğundan o, pulu Zərərçəkmiş şəxs ala biləcəyini, həmin pulu bir müddət öz eytiyaclarına sərf edə biləcəyini və sonra qaytaracağını düşünmüşdür. Zərərçəkmiş şəxs pulu alan zaman onun işə düzəldilməsi ilə bağlı hər hansı bir hərəkət etməmiş, pulu evinin təmirinə xərcləmişdir. Babək və Elşad adlı şəxslərin adları onun tərəfindən uydurulmuşdur. Özü Zərərçəkmiş şəxs aldatmaq üçün qırağa çəkilib guya Elşad və Babəklə danışırmış kimi görüntü yaratmışdır. O, ailəli olmaqla himayəsində az yaşlı uşağının, ziyanın qismə qaytarılmasının, ödənilməyən hissə ilə bağlı razılıq əldə olunmasının, əməlini səmimi etiraf edərək peşman olmasının nəzərə alınaraq məhkəmədən ona azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs elan edilmiş CM-in 178.2.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır. Məhkəmə baxışı zamanı dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, dostu Şahid ilə 2018-ci ilin iyun ayının əvvəllərində əlillərin ofisində olan zaman həmin ofisə sonuncunun əmisi oğlu Təqsirləndirilən şəxs gəlmişdir. Şahid onu Təqsirləndirilən şəxslə tanış edərək "xxxx" ASC-də yüksək vəzifəli şəxsin sürücüsü işlədiyini, onu da həmin idarəyə işə düzəldə biləcəyini bildirmişdir. Bundan sonra Z.Təqsirləndirilən şəxsSalayevə müdiri ilə onun işə düzəlməsi məsələsini danışıb onlara yekun söz deməsini bildirmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs özünə məxsus mobil telefon vasitəsi ilə müdirinə zəng etmiş və danışığı yekunlaşdırdıqdan sonra onlara məsələni həll edə biləcəyini bildirmişdir. Təxminən 15 dəqiqədən sonra Təqsirləndirilən şəxs onlara müdirinin köməkçisi “Babək” adlı şəxsin ona zəng etdiyini bildirmişdir. Təqsirləndirilən şəxs biraz telefon vasitəsi ilə danışdıqdan sonra yenidən onların yanına qayıtmış və 6000 manat müqabilində onu "xxxx" ASC-də işə düzəldə biləcəyini bildirmişdir. Bu danışıqlardan sonra Zamin Salyan rayona getmiş və üç gündən sonra ona zəng edərək Bakı şəhərinə gəldiyini bildirmişdir. O, həmin vaxt Şahid yeznəsi Əsgərdən 6000 manat məbləğində pul götürüb işi düzəltməsi üçün Rəşada verməsini bildirmişdir, sonuncu onun dediyi kimi yeznəsi Əsgərdən 6000 manat məbləğində pul götürməklə 2018-ci ilin iyun ayının əvvəllərində Təqsirləndirilən şəxs yaşadığı mənzilə gedib həmin pulu Rəşada vermişdir. Pulun verilməsindən iki ay keçdikdən sonra o, Təqsirləndirilən şəxs işinin aqibəti barədə soruşmuş, həmin vaxt sonuncu ona əlavə olaraq 3000 manat verəcəyi təqdirdə onu "xxxx" ASC-də daha yaxşı işə düzəldə biləcəyini bildirmişdir. O, Təqsirləndirilən şəxs inanmış və 2018-ci ilin avqust ayının sonlarında o, 3000 manat məbləğində pulu Təqsirləndirilən şəxs yaşadığı ünvan 4 ünvanının qarşısında Rəşadın özünə vermişdir. Bundan sonra o, həftədə iki dəfə Təqsirləndirilən şəxslə telefon əlaqəsi saxlayıb işinin aqibəti barədə maraqlandıqda, sonuncu müxtəlif bəhanələr gətirməklə onu aldatmağa başlamışdır. Bundan təxminən beş ay sonra Təqsirləndirilən şəxs ona zəng edərək özünə mobil telefon almaq istədiyini bildirmişdir. O da «28 May» metrostansiyasının yaxınlığında yerləşən telefon mağazasında işləyən tanışı Rafətə zəng edərək Rəşad adlı şəxsin onun adından yaxınlaşacağını və hansı mobil telefonu istəsə Rəşada verməsini bildirmişdir. Bundan sonra Rəşad həmin mağazaya gedərək 1.000 manat dəyərində «İphone» markalı mobil telefon götürmüşdür. Həmin mobil telefonun pulunu da Rəşadın əvəzindən o özü ödəsə də telefonun qaytarılması ilə bağlı razılıq artıq əldə olunmuşdur. Hazırda Təqsirləndirilən şəxs ilə barışmış, ona dəymiş ziyandan 3000 manat ödənilmiş, qalan hissəsi barədə razılıq əldə olunmuşdur. Ona görə də, Təqsirləndirilən şəxs heç bir şikayət və tələbi yoxdur. Odur ki, məhkəmədən Təqsirləndirilən şəxs azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəza veriməsini xahiş etmişdir. Məhkəməyə xx.xx.2022-ci il tarixdə daxil olmuş teleqramdan görünür ki, Şahid səhhəti ilə bağlı müalicə olunduğu üçün məhkəmə iclasında iştirak edə bilməyəcəyini və istintaqda verdiyi izahatını bir daha təsdiq etdiyini bildirmişdir. Məhkəmə iclasına çağırılmış Şahid məhkəmə iclasında iştirak etməməsi nəzərə alınaraq, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilməklə ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmuşdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2022-ci il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CMnin 178.2.4-cü maddəsi ilə ********* saylı cinayət işi başlanmış və icraata qəbul edilərək istintaq aparılmışdır. (i.v.1 ) xx.xx.2022-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, hadisə yeri ünvan 3 binanın qarşısıdır. (i.v. 7-11) xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə şübhəli şəxs qismində tutulmuşdur. (i.v.48-49) xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərədə tutulmuş ittiham elan edilmişdir.(i.v. 59-60) xx.xx.2022-ci il tarixli üzləşdirmə haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs istintaqa verdiyi ifadəsini zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs üzünə qarşı bir daha təsdiq etmişdir. (i.v. 73-77) Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 4/(001)-222/2022 saylı qərarı ilə Təqsirləndirilən şəxs barəsində 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmışdır. (i.v 83-88) Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 4/(001)-580/2022 saylı qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbsdə saxlanılma müddəti 20 gün uzadılmışdır. Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış xx.xx.2022-ci il tarixli tələbnamədə qeyd olunmuşdur ki, Bakı şəhəri Nizami rayon Məhkəməsinin xx.xx.2006-cı il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 263.1-ci maddəsi ilə təqsirli bilinərək, 01 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. xx.xx.2007-ci il tarixdə Azərbaycan Respublikası Milli X1 xx.xx.2007-ci il tarixli qərarına əsasən cəzadan azad edilmişdir. (i.v 94) AZ-İV seriyalı, 129832 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2018-ci il təvəllüdlü X3 adlı bir azyaşlı uşağı vardır. Zərərçəkmiş şəxs xx.xx.2022-ci il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmış, ona dəymiş ziyandan 3000 manat ödənilmiş, qalan hissədə razılıq əldə olunmuşdur. Ona görə də, Təqsirləndirilən şəxs heç bir şikayət və tələbi yoxdur, sonuncunun barəsində azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəza veriməsini xahiş etmişdir. Məhkəmə, cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etiraf edici ifadəsi ilə yanaşı, mənbəyinin, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 178.2.4-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Qanunvericiliyin tələblərinə əsasən istintaq zamanı Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-in 178.2.4-cü maddəsi cinayətlərin təsnifatına görə az ağır cinayət hesab olunur. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, Azərbaycan Respublikası CM-in 59.1.4, 59.1.12, 59.1.14-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində az yaşlı uşağının olmasını, zərərçəkmiş şəxslə barışıq əldə edilməsini, cinayət nəticəsində dəymiş ziyanın qismən ödənilməsi, həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən törətdiyi cinayət əməlini səmimi etiraf edərək əməlindən peşman olmasını Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilən zaman CM-in 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. Məhkəmədə, Təqsirləndirilən şəxs əməlində CM-in 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsinə baxaraq, onun cəzasını yüngülləşdirən hallarla yanaşı, CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (az ağır cinayət olmasını), təqsirkarın şəxsiyyətini, təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 178.2.4-cü maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, cəzaçəkmə müddətinin əvvəli məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini və cəzasını yüngülləşdirən halları nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Məhkəmə, CM-in 52-1-ci maddəsinin tələblərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə daimi yaşayış yeri olan ünvan 5 ünvanı axşam saat 23:00dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Bakı şəhərinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Məhkəmədə tədqiq edilmiş və işdə olan xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 4/(001)-222/2022 saylı qərarı ilə Təqsirləndirilən şəxs barəsində 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmış, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 4/(001)-580/2022 saylı qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbsdə saxlanılma müddəti 20 gün uzadılmışdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – CPM) 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. CPM-in 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmədə iş materiallarından müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş və xx.xx.2022-ci il tarixdə barəsində həbs qətimkan tədbiri seçilmiş və həmin tarixdən hazırkı vaxtadək həbsdə saxlanılır. Məhkəmə, CM-in 69.3-cü maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs, hazırkı cinayət işi ilə bağlı xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 2 (iki) gün müddət, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək həbsdə olduğu 06 ay 02 gün, cəmi 06 ay 04 gün müddət həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki günü hesabı ilə hesablanıb, ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalıdır. Bununla yanaşı məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ilə əvəz olunaraq o, dərhal məhkəmə zalından həbsdən azad edilməli və Təqsirləndirilən şəxs barəsində seçiləcək başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia, maddi subut, məhkəmə məsrəfi yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən CPM-in 197-198, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 3 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 2 (iki) gün müddət, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək həbsdə olduğu 6 (altı) ay 2 (iki) gün, cəmi 6 (altı) ay 4 (dörd) gün müddət həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər hesablanmaqla, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq, üzərində qəti olaraq 1 (bir) il 11 (on bir) ay 22 (iyirmi iki) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə daimi yaşayış yeri olan ünvan 6 ünvanı axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Bakı şəhərinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ilə əvəz edilsin və o, dərhal məhkəmə zalından həbsdən azad edilsin. Cinayət işi üzrə xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia, məhkəmə məsrəfi, maddi sübut yoxdur. Hökmdən elan edildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Mahirə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar