Məhkəmə qərarları › İş №1(001)-386/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-386/2022

14.07.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-386/2022 14.07.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Kazımov Araz Nurəddin oğlunun sədrliyi Ağayev Taleh Valeh oğlunun katibliyi Dövlət ittihamçısı Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə xx.xx.1999-cu ildə Zəngilan rayonunda anadan olmuş, azərbaycanlı, AzərbaycanRespublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, Zəngilan rayonu, Dərə Gilətağ kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mikrorayon, Dərnəgül, İqtisadiyyat Universitetinin 3 saylı yataqxanasında yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə 14 iyul 2022-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs məhkəməyə verilmişdir ona görə ki, o, 08 mart 2022-ci il tarixdə səhər saatlarında Bakı şəhəri, Nəsimi rayonu, “Papanin” adlanan yerdə istintaqa məlum olmayan mənbədən 10 manat pul müqabilində satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda bir bükümdə 1,021 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin əldə edib daşıyaraq üzərində saxlamış, 09 mart 2022-ci il tarixdə Binəqədi RPİ 5-ci PB-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində o, saat 22:30-da ünvan 1 ünvanında saxlanılaraq ünvan 2 yerləşən 5-ci Polis Bölməsinə gətirilmiş və saat 23:30-da bölmədə üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan qara rəngli gödəkcəsinin sağ yan cibindən bir ədəd şəffaf sellofana bükülmüş təmiz çəkisi 1,021 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilib götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs cinayət əməli aşağıda şərh olunan qaydada sübuta yetirilir. İş üzrə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə elan olunan ittiham üzrə təqsirli bildi və ifadəsində göstərdi ki, 08 mart 2022-ci il tarixdə səhər, təxminən saat 10 radələrində Bakı şəhəri, Nəsimi rayonu, Papanin adlanan ərazidə adını bilmədiyi, üzdən tanıdığı şəxsdən öz istifadəsi üçün 10 manata bir büküm el arasında şüşə adlanan psixotrop maddə olan metamfetamin alıb üzərində saxlamışdır ki, istifadə etsin. 09 mart 2022-ci il tarixdə saat təxminən 22:30 radələrində ünvan 3 ünvanında olduğu zaman polis əməkdaşları ona yaxınlaşıb özlərini təqdim edərək onun qanunsuz olaraq üzərində narkotik vasitə saxlamaqda şübhəli bilindiyi üçün onlarla birlikdə Binəqədi RPİ-nin 5-cı PBnə getməli olduğunu bildirmişlər. O, könüllü olaraq polis əməkdaşları ilə birlikdə 5-si PB-nə getmişdir. Bölmədə təhqiqatçı tərəfindən onun hüquq və vəzifələri izah olunduqdan sonra onun xahişi ilə ona dövlət hesabına müdafiəçi təqdim edilmiş və o, təqdim edilmiş müdafiəçıyə etiraz etməmişdir.Bundan sonra Polis Bölməsinin inzibati binasında xidməti otaqlardan birində üzərinə onun öz razılığı ilə müdafiəçinin iştirakı olmadan videoçəkiliş aparılmaqla şəxsi axtarış aparılmış və şəxsi axtarış zamanı o, könüllü olaraq əynində olan qara rəngli gödəkçəsinin sağ yan cibindən içərisində el arasında şüşə adlanan psixotrop maddə metamfetamin olan bir ədəd sellofan bükümü çıxardıb masanın üzərinə qoymuşdur. Üzərindən aşkar olunmuş içərisində el arasında şüşə adlanan psixotrop maddə olan metamfetamin olan bir ədəd sellofan büküm təhqiqatçı tərəfindən zərfə qoyularaq qablaşdırılmış və zərfin ağzı möhürlə möhürlənərək götürülmüşdür. Zərfin üzəri şəxsi axtarışda iştirak etmiş şəxslər tərəfindən, o, cümlədən də, onun tərəfindən imzalanmışdır. Bundan sonra aparılmış şəxsi axtarışla bağlı təhqiqatçı tərəfindən protokol tərtib edilmişdir. Təhqiqatçı tərəfindən tərtib edilmiş protokol onlar üçün ucadan oxunmuş, protokol doğru yazıldığına görə şəxsi axtarışda iştirak etmiş şəxslər tərəfindən, o, cümlədən də, onun tərəfindən imzalanmışdır. O,daha sonra əməlindən peşiman olduğunu gösiərdi. İş üzrə şahid qismində dindirilmiş Binəqədi RPİ-nin 5-ci PB-nin CA üzrə əməliyyat müvəkkili, polis leytenantı Şahid2 ifadəsində göstərdi ki, 3 saylı İqtisadiyyat Universitetinin yataqxanasında yaşayan Təqsirləndirilən şəxs adlı şəxsin üzərində qanunsuz olaraq narkotik vasitələr və psixotrop maddələr gəzdirməsi barədə daxil olmuş əməliyyat məlumatı əsasında əməliyyat-axtarış tədbirlərinin keçirilməsi üçün 5-ci PB-nin CA üzrə əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 rəhbərliyi ilə əməliyyat qrupu yaradılmış, həmin əməliyyat qrupuna o da, daxil edilmişdir. Alınmış məlumatın yoxlanılması məqsədi ilə onlar 09 mart 2022-ci il tarixdə təxminən saat 20 radələrində Binəqədi rayonunun Ş.Məmədova küçəsi ətrafındaki əraziyə getmişlər. Saat 22:30 radələrində onlar Ş.Məmmədova küçəsi, 7 ünvanında yerləşən binanın qarşısında əməliyyat məlumatında göstərilmiş Təqsirləndirilən şəxs əlamətlərinə oxşar şəxsi görüb hənim şəxsə yaxınlaşıb özlərini təqdim etmişlər. Həmin şəxs də, özünün Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. Bundan sonra onlar Təqsirləndirilən şəxs bildirmişlər ki, üzərində narkotik vasitələr gəzdirməsi barədə daxil olmuş məlumatla bağlı onlarla birlikdə Binəqədi RPİ-nin 5-ci PBnə getməlidir. Təqsirləndirilən şəxs etiraz etmədən onlarla birlikdə 5-ci PB-nə gəlmişdir. Polis Bölməsində baş təhqiqatçı, polis mayoru X4 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının müdafiə edilməsi üçün vəkil dəvət edilmiş, təhqiqatçı tərəfindən müdafiəçinin iştirakı ilə hüquq və vəzifələri izah edilmişdr. Bundan sonra, Bölmədə, təhqiqatçının xidməti otağında, Təqsirləndirilən şəxs özünün razılığı ilə müdafiəçinin iştiraki olmadan onun və əməliyyat qrupunun üzvü olan Şahid1 iştirakı ilə video çəkiliş aparılmaqla Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunan əşyanın olub olmaması soruşulmuş, olduğu halda isə həmin əşyanın könüllü surətdə təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkcəsinin sağ yan cibindən bir ədəd şəffaf sellofana bükülmüş bükümü çıxararaq masanın üzərinə qoymuşdur. Bundan sonra Təqsirləndirilən şəxs üzərində axtarış aparılmağa başlanılmış, lakin hər hansı bir əşya aşkar edilməmişdir. Təqsirləndirilən şəxs bir ədəd şəffaf sellofona bükülmüş bükümün el arasında metamfetamin adlanan psixotrop maddə olduğunu bildirmiş, həmin bükümü haradan əldə etdiyini və nə məqsədlə üzərində gəzdirdiyini sual edildikdə narkotik vasitə istifadə etməsini, həmin bükümü 08 mart 2022-ci il tarixdə səhər təxminən saat 10 radələrində tanımadığı şəxsdən öz istifadəsi üçün 10 manata Nəsimi rayonu, Papanin adlanan yerdə alaraq üzərində gəzdirdiyini bildirmişdir. Bundan sonra içərisində metamfetaminə bənzər maddə olan bükülü təhqiqatçı tərəfindən zərfə qoyularaq zərfin ağzı Binəqədi RPİ-nin 5-ci PB-nin zərflər üçün nəzərdə tutulmuş möhürü ilə möhürlənmiş və hər bir iştirakçı tərəfindən, o cümlədən Təqsirləndirilən şəxs özü tərəfindən həmin zərfin üzəri imzalanmışdır. Videoçəkiliş hər bir iştirakçıya nümayiş edildikdən sonra təhqiqatçı tərəfindən protokol tərtib edilmiş və protokol da, hər bir iştirakçı tərəfindən, o, cümlədən Təqsirləndirilən şəxs özü tərəfindən imzalanmışdır. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Binəqədi RPİ-nin 5-ci PB-nin CA üzrə əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 ifadəsində göstərdi ki, 3 saylı İqtisadiyyat Universitetinin yataqxanasında yaşayan Təqsirləndirilən şəxs adlı şəxsin üzərində qanunsuz olaraq narkotik vasitələr və psixotrop maddələr gəzdirməsi barədə daxil olmuş əməliyyat məlumatı əsasında əməliyyat-axtarış tədbirlərinin keçirilməsi üçün onun rəhbərliyi ilə əməliyyat qrupu yaradılmış, həmin əməliyyat qrupuna Binəqədi RPİ-nin 5-ci Polis bölməsinin əməliyyat müvəkkili, polis leytenantı Şahid2 da, daxil edilmişdir. Alınmış məlumatın yoxlanılması məqsədi ilə onlar 09 mart 2022-ci il tarixdə təxminən saat 20 radələrində Binəqədi rayonunun Ş.Məmədova küçəsi ətrafındaki əraziyə getmişlər. Saat 22:30 radələrində onlar Ş.Məmmədova küçəsi, 7 ünvanında yerləşən binanın qarşısında əməliyyat məlumatında göstərilmiş Təqsirləndirilən şəxs əlamətlərinə oxşar şəxsi görüb hənim şəxsə yaxınlaşıb özlərini təqdim etmişlər. Həmin şəxs də, özünün Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. Bundan sonra onlar Təqsirləndirilən şəxs bildirmişlər ki, üzərində narkotik vasitələr gəzdirməsi barədə daxil olmuş məlumatla bağlı onlarla birlikdə Binəqədi RPİ-nin 5-ci PB-nə getməlidir. Təqsirləndirilən şəxs etiraz etmədən könüllü olaraq onlarla birlikdə 5-ci PB-nə gəlmişdir. Polis Bölməsində baş təhqiqatçı, polis mayoru X4 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının müdafiə edilməsi üçün vəkil dəvət edilmiş, Təqsirləndirilən şəxs vəkilin iştirakı ilə şübhəli şəxs qismində tutulmuş, təhqiqatçı tərəfindən müdafiəçinin iştirakı ilə hüquq və vəzifələri izah edilmişdr. Bundan sonra, Bölmədə, təhqiqatçının xidməti otağında, Təqsirləndirilən şəxs özünün razılığı ilə müdafiəçinin iştiraki olmadan onun və əməliyyat qrupunun üzvü olan Şahid2 iştirakı ilə video çəkiliş aparılmaqla Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunan əşyanın olub olmaması soruşulmuş, olduğu halda isə həmin əşyanın könüllü surətdə təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkcəsinin sağ yan cibindən bir ədəd şəffaf sellofana bükülmüş bükümü çıxararaq masanın üzərinə qoymuşdur. Bundan sonra Təqsirləndirilən şəxs üzərində axtarış aparılmağa başlanılmış, lakin hər hansı bir əşya aşkar edilməmişdir. Təqsirləndirilən şəxs bir ədəd şəffaf sellofona bükülmüş bükümün el arasında metamfetamin adlanan psixotrop maddə olduğunu bildirdi, ondan həmin bükümü haradan əldə etdiyini və nə məqsədlə üzərində gəzdirdiyini sual edildikdə narkotik vasitə istifadə etməsini, həmin bükümü 08 mart 2022-ci il tarixdə səhər təxminən saat 10 radələrində tanımadığı şəxsdən öz istifadəsi üçün 10 manata Nəsimi rayonu, Papanin adlanan yerdə alaraq üzərində gəzdirdiyini bildirmişdir. Bundan sonra içərisində psixotrop maddə metamfetaminə bənzər maddə olan bükülü təhqiqatçı tərəfindən zərfə qoyularaq zərfin ağzı Binəqədi RPİ-nin 5-ci PB-nin zərflər üçün nəzərdə tutulmuş möhürü ilə möhürlənmiş və hər bir iştirakçı tərəfindən, o cümlədən Təqsirləndirilən şəxs özü tərəfindən həmin zərfin üzəri imzalanmışdır. Videoçəkiliş hər bir iştirakçıya nümayiş edildikdən sonra təhqiqatçı tərəfindən protokol tərtib edilmiş və protokol da, hər bir iştirakçı tərəfindən, o, cümlədən Təqsirləndirilən şəxs özü tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs cinayət əməli onun özünün etdiyi cinayət əməlini etiraf etməsi, şahidlərin ifadələri ilə yanaşı iş materialları ilə də, tam sübuta yetirilir. İş materiallarının 30-33-cü vərəqlərindəki şəxsi axtarış və götürmə aparılması haqqında Binəqədi RPİ-nin 5-ci PB-nin təhqiqatçısı Yalçın Zeynalov tərəfindən tərtib edilmiş “şəxsi axtarış və götürülməsi aparılması barədə” 09 mart 2022-ci il tarixli protokoldan görünür ki, xx.xx.2022-ci il tarixdə video çəkilişdən istifadə etməklə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Axtarış zamanı Təqsirləndirilən şəxs üzərində olan əşayaları təqdim etməsi təklif olunmuş, Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçəsinin sağ yan cibindən bir ədəd şəffaf sellofana bükülmüş bükümü çıxararaq masanın üzərinə qoymuşdur, üzərində başqa hər hansı əşya aşkar edilməmişdir. Təqsirləndirilən şəxs həmin bükümü haradan əldə etməsi soruşulduqda bildirmişdir ki, həmin bükümü 8 mart 2022-ci il tarixdə səhər saat təxminən 10 radələrində tanımadığı şəxsdən öz istifadəsi üçün 10 manata Nəsimi rayonu Papanin adlanan yerdə alaraq üzərində gəzdirmişdir, bükümdüki maddə metamfetamindir. İş materiallarının 43-47-ci vərəqlərindəki məhkəmə kimyəvi ekspertizasının 10 mart 2022-ci il tarixli 6/1403 saylı rəyinə görə Təqsirləndirilən şəxs üzərindən götürülmüş bir ədəd bükümdə təmiz çəkisi 1,021 qram olan ağ kristalik maddə kütləsi kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. Metamfetamin Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in siyahısına (Siyahı İ) daxildir. Tədqiqat zamanı psixotrop maddə olan metamfetaminin 0,05 qramı istifadə olunandan sonra 0,971 qram qalıq qalmışdır. İş materiallarının 101-102-ci vərəqlərindəki məhkəmə-narkolojı ekspertizasının 02 aprel 2022-ci il tarixli, 1539 saylı rəyinə görə Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. İş materiallarının 93-cü vərəqindəki Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alnmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. İş materiallarının 19-cu vərəqindəki şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 09 mart 2022-ci il tarixdə saat 23:10 dəqiqədə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarının 84-85 vərəqlərindəki təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri seçilməsi haqqında Binəqədi rayon prokuroru baş ədliyyə müşaviri Fuad Məmmədovun 11 mart 2022-ci il tarixli qərarından və iş materiallarının 86-87-ci vərəqindəki Binəqədi RPİ-nin İstintaq Şöbəsinin baş müstəntiqi polis mayoru Nahid Məmmədovun 11 mart 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Binəqədi rayon məhkəməsinin məhkəmə hazırlıq iclasının 13 iyun 2022-ci il tarixli, 1(001)-386/2022 saylı qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cinayət əməli ona tam sübutdur, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün olaraq tövsüf edilmişdir və o, həmin maddə ilə təqsirli bilinərək cəzalandırılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cinayət xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini və o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxsin cinayət əməlini etiraf edib, əməlindən peşiman olmasını, əvvəllər məhkum olunmamasını, atası X2 Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etməsini, X3 veteranı olmasını cəzanı yüngülləşdirən hallar kimi qəbul edib qiymətləndirir, iş üzrə cəzanı ağırlaşdıran hallar müəyyən edilmir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də, başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qeyd olunanları, işin bütün hallarını nəzərə alaraq, məhkəmə Təqsirləndirilən şəxs azadlıqdan məhrum edilmədən də, islah edilib tərbiyə olunmasını mümkün hesab edir və onun azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsini lazım bilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu 2 (iki) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın 4 (dörd) gününə bərabər tutulmaqla ona təyin olunmuş cəzadan çıxılmalıdır. Azərbayan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməlidir, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə aparılmış məhkəmə kimyəvi ekspertiza tədqiqatının dəyəri 65 (altımış beş) manat Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikasının büdcəsinə keçirilməlidir. İş üzrə maddi sübut olan və Bakı şəhər Binəqədi rayon Polis İdarəsində saxlanılan qalıq çəkisi 0,971 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin məhv edilməlidir. Binəqədi RPİ-nin 5-ci Polis bölməsinin təhqiqatçısı tərəfindən şəxsi axtarış və götürmə aparılması haqqında protokol tərtib olunarkən aparılmış video çəkilişi əks etdirən iş üzrə maddi sübut 1 (bir) ədəd CD disk iş materiallarına əlavə edilməlidir. İş üzrə mülki iddia, başqa maddi sübut və başqa ekspertiza xərci yoxdur. Binəqədi rayon məhkəməsində məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçisinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli, 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Təqsirləndirilən şəxs göstərdiyi 25 (iyirmi beş) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına 150 (bir yüz əlli) manat ödənilməlidir və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına həvalə edilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının CPM-nin 349, 351-353-cü maddələrini rəhbər tutub, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinsin və 3 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində saxlanıldığı 2 (iki) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın 4 (dörd) gününə bərabər tutulmaqla ona təyin olunmuş cəzadan çıxılsın və üzərində qəti olaraq 2 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mikrorayon, Dərnəgül, 3 saylı İqtisadiyyat Universitetinin yataqxanasında çəksin. Təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının əvvəli Təqsirləndirilən şəxs Novsruz oğlu cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi bütün dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 24:00-dan saat 06:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, cəza çəkdiyi müddətdə Bakı şəhərinin inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqana məlumat verməklə cəzanın icrasına nəzarət edən orqana iş və ya təhsil yerini dəyişdirməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi tapşırılsın. Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrasına və onun davranışına nəzarəti həyata keçirmək Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə kimi dəyişdirilmədən saxlanılsın. Azərbayan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə aparılmış məhkəmə kimyəvi ekspertiza tədqiqatının dəyəri 65 (altımış beş) manat Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikasının büdcəsinə keçirilsin. (Keçiriləcək hesab:Büdcə təsnifatının kodu142319, büdcə səviyyəsinin kodu 3; SAP (XİİS) hesabı-X1,kodu 21005,VÖEN **********, müxbir hesab AZ41NABZ********************,SFİFT CTREAZ22; Məhkəmə Ekspertizası Mərkəzi –VÖEN **********, hesab AZ34CTRE********************) İş üzrə maddi sübut olan və Bakı şəhəri Binəqədi rayon Polis İdarəsində saxlanılan qalıq çəkisi 0,971 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin məhv edilsin. Binəqədi RPİ-nin 5-ci Polis Bölməsinin təhqiqatçısı tərəfindən şəxsi axtarış və götürmə aparılması haqqında protokol tərtib olunarkən aparılmış video çəkilişi əks etdirən iş üzrə maddi sübut 1 (bir) ədəd CD disk iş materiallarına əlavə edilsin. Təqsirləndirilən şəxs göstərdiyi 25 (iyirmi beş) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına 150 (bir yüz əlli) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən 20 gün müddətində Binəqədi rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Göstərilən müddətdə apellyasiya şikayəti və protesti verilməzsə hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Araz Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar