Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-387/2022 10.08.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Sədrlik edən hakim Rzayev Abbas Əhəd oğlunun, Məhkəmə iclas katibi X3, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs müdafiəçisi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs, xx xxxxxx 1999-cu il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, mədən 1, korpus 37 ev 292-də qeydiyyatda olmaqla yaşayan, Bakı Hərbi Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 332.1-ci və 70-ci maddələri ilə təqsirli bilinərək 04 ay müddətinə intizam xarakterli hərbi hissədə saxlama cəzasına məhkum edilmiş və həmin cəzaya şərti məhkum edilməklə 06 ay sınaq müddəti təyin edilmiş və məhkumluğu ödənilmiş, barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci (təsviri-əsaslandırıcı hissədə CM) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhərində Binəqədi Rayon Məhkəməsinin binasında keçirilən açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddə olan metamfetamin vasitə əldə edib üzərində saxlamış və daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs 07 aprel 2022-ci il tarixdə, səhər saatlarında Bakı şəhəri, Nəsimi rayonu, “Papanin” adlanan yerdə istintaqa məlum olmayan mənbədən 20 manat pul müqabilində satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda bir bükümdə 0,240 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin əldə edib daşıyaraq üzərində saxlamış, 07 aprel 2022-ci il tarixdə Binəqədi RPİ 6-cı PB-nin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində, saat 14:10-da ünvan 1 ünvanında saxlanılaraq ünvan 2 ünvanında yerləşən 6-cı Polis Bölməsinə gətirilmiş və saat 15:20-də bölmədə üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan boz rəngli şalvarının sağ yan cibindən bir ədəd şəffaf sellofana bükülmüş təmiz çəkisi 0,240 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında ifadə verən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, 07 aprel 2022-ci il tarixdə səhər, təxminən saat 10 radələrində Bakı şəhəri, Nəsimi rayonunun Papanin adlanan ərazidə adım bilmədiyi, üzdən tanıdığı şəxsdən şəxsi istifadəsi üçün üçün 20 manata bir büküm el arasında “şüşə” adlanan psixotrop maddə olan metamfetamin alıb üzərində saxlamışdır ki, istifadə etsin.Həmin günü yəni 07 aprel 2022-ci il tarixdə, saat təxminən 14:10 radələrində ünvan 1 ünvanında olduğu zaman polis əməkdaşları ona yaxınlaşıb özlərini təqdim edərək ona üzərində qanunsuz olaraq narkotik vasitə saxlamaqda şübhələnildiyini bildirərək onlarla birlikdə Binəqədi RPİ 6-cı PB-yə dəvət etmişlər.Bölmədə təhqiqatçı tərəfindən onun hüquq və vəzifələri izah olunduqdan sonra onun xahişi ilə dövlət hesabına müdafiəçi təqdim edilmiş və o, təqdim edilmiş müdafiəçiyə etiraz etməmişdir.Bundan sonra Polis Bölməsinin inzibati binasında xidməti otaqlardan birində üzərinə onun öz razılığı ilə müdafiəçinin iştirakı olmadan video çəkiliş aparılmaqla şəxsi axtarış aparılmış və şəxsi axtarış zamanı o, könüllü olaraq əynində olan boz rəngli şalvarın sağ yan cibindən içərisində el arasında “şüşə” adlanan psixotrop maddə olan metamfetamin olan bir ədəd gümüşü kağıza bükülmüş bükümü çıxardıb masanın üzərinə qoymuşdur.Həmin büküm təhqiqatçı tərəfindən zərfə qoyularaq qablaşdırılmış və zərfin ağzı möhürlə möhürlənərək götürülmüşdür. Zərfin üzəri şəxsi axtarışda iştirak etmiş şəxslər tərəfindən, o, cümlədən, onun özü tərəfindən imzalanmışdır.Bundan sonra aparılmış şəxsi axtarışla bağlı təhqiqatçı tərəfindən protokol tərtib edilmişdir.Təhqiqatçı tərəfindən tərtib edilmiş protokol onlar üçün ucadan oxunmuş, protokol doğru yazıldığına görə şəxsi axtarışda iştirak etmiş şəxslər və onun özü tərəfindən imzalanmışdır.Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs təqsirini etiraf etdiyini və əməlindən səmimi peşman olduğunu nəzərə alaraq məhkəmədən ona yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində ifadə verən Binəqədi RPİ-nin 6-cı PB-nin CA üzrə əməliyyat müvəkkili, polis leytenantı Şahid1 bildirmişdir ki, 07 aprel 2022-ci il tarixdə xx xxxxxx 1999-cu ildə Bakı şəhərində anadan olmuş, ünvan 3 ünvanında yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq üzərində narkotik vasitələr və psixotrop maddələr gəzdirməsi barədə mötəbər mənbədən əməliyyat məlumatı daxil olmuşdur. Alınmış məlumat bölmə rəhbərliyinə məruzə edildikdən sonra Təqsirləndirilən şəxs müəyyən edilib ifşa olunması istiqamətində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi üçün onun rəhbərliyi ilə əməliyyat qrupu yaradılmışdır. Binəqədi RPİ-nin CAŞ-ın CA üzrə əməliyyat müvəkkili, polis leytenantı Şahid2 və CAŞ-ın CA üzrə kiçik inspektoru, polis baş serjantı Şahid3 da həmin əməliyyat qrupuna daxil edilmişdir. Alınmış məlumatın yoxlanılması məqsədilə 07 aprel 2022-ci il tarixdə, təxminən saat 12 radələrində əməliyyat qrupu ilə birlikdə Bakı şəhəri, Binəqədi rayonunun Biləcəri qəsəbəsinə gedilmişdir. Təxminən saat 14:10 radələrində, Biləcəri qəsəbəsi, M.Aslanov küçəsi, döngə 4 ünvanında yerləşən binanın qarşısında alınmış məlumatda göstərilmiş Təqsirləndirilən şəxs əlamətlərinə oxşar şəxsə yaxınlaşıb özlərini təqdim etmişlər.Bundan sonra həmin şəxsə özünü təqdim etmək təklif edilmişdir.Həmin şəxs özünü xx xxxxxx 1999-cu ildə Bakı şəhərində anadan olmuş, ünvan 3 ünvanında yaşayan Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. Bundan sonra o, (Şahid1) Təqsirləndirilən şəxs bildirmişdir ki, onun qanunsuz olaraq narkotik vasitə əldə edərək üzərində gəzdirməsi barədə daxil olmuş məlumatla bağlı onlarla birlikdə Binəqədi RPİ-nin 6-cı PB-nə getməlidir. Təqsirləndirilən şəxs etiraz etmədən könüllü olaraq 6-cı PB-nə getmişdir. Polis Bölməsində baş təhqiqatçı, polis mayoru İsmət Musayev tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının müdafiə edilməsi üçün vəkil dəvət edilmiş, Təqsirləndirilən şəxs vəkilin iştirakı ilə şübhəli şəxs qismində tutulmuş və bundan sonra, təhqiqatçının xidməti otağında Təqsirləndirilən şəxs öz razılığı əsasında müdafiəçisinin iştirakı olmadan onun, qrupu üzvü CAŞ-ın CA üzrə əməliyyat müvəkkili Şahid2 və qrupun üzvü Şahid3 iştirakları ilə video çəkiliş aparılmaqla onun üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunan əşyanın olub olmaması soruşulmuş, olduğu halda isə həmin əşyanın könüllü surətdə verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan boz rəngli şalvarının sağ yan cibindən bir şəffaf sellofana bükülmüş halda olan bükümü çıxardaraq masanın üzərinə qoymuşdur. Təqsirləndirilən şəxs üzərində başqa hər hansı bir əşyanın olub-olmaması sual edildikdə o, üzərində hər hansı bir əşya olmadığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində axtarış aparılmağa başlanıldı. İlk öncə onun geyindiyi paltarların ciblərinə baxıldı, lakin hər hansı bir əşya aşkar edilmədi. Təqsirləndirilən şəxs üst-başını səliqəyə salması təklif edildi. Sonra isə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş əşyanın bir-bir adlarını deməklə təqdim etməsi təklif olunduqda o, bir ədəd gümüşü kağıza bükülmüş bükümün içərisində olan vasitənin el arasında “şüşə” adlanan psixotrop maddə olan metamfetamin olduğunu bildirdi. Təqsirləndirilən şəxs həmin bükülünü haradan əldə etdiyi və nə məqsədlə üzərində gəzdirdiyi soruşulduqda o, el arasında “şüşə” adlanan psixotrop maddə olan metamfetamini 07 aprel 2022-ci il tarixdə səhər təxminən saat 10 radələrində Nəsimi rayonunun «Papanin» adlanan ərazisində tanımadığı şəxsdən 20 manata öz istifadəsi əldə edərək üzərində saxladığını bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və sənədlər aşkar edilməmişdir. Aşkar olunmuş bir ədəd gümüşü rəngli kağıza bükülmüş psixotrop maddə olan metamfetaminə bənzər kütlə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan təhqiqatçı tərəfindən bir ədəd kağız zərfdə qablaşdırılıb möhürlənərək götürülmüşdür. Zərfin üzəri şəxsi axtarışda iştirak etmiş şəxslər, o, cümlədən də şübhəli şəxs Təqsirləndirilən şəxs özü tərəfindən imzalanmışdır. Sonra video çəkiliş iştirakçılara nümayiş edilmiş, təhqiqatçı tərəfindən bununla bağlı protokol tərtib edilmiş, protokol da düzgün tərtib edildiyindən şəxsi axtarışda iştirak etmiş şəxslər, o, cümlədən də şübhəli şəxs Təqsirləndirilən şəxs özü tərəfindən imzalanmışdır. Məhkəmə iclasında şahid qismində ifadə verən Binəqədi RPİ CAŞ-ın CA üzrə kiçik inspektoru, baş serjantı Şahid3 bildirmişdir ki, 07 aprel 2022-ci il tarixdə xx xxxxxx 1999-cu ildə Bakı şəhərində anadan olmuş, ünvan 3 ünvanında yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq üzərində narkotik vasitələr və psixotrop maddələr gəzdirməsi barədə mötəbər mənbədən əməliyyat məlumatı daxil olmuşdur. Alınmış məlumat bölmə rəhbərliyinə məruzə edildikdən sonra Təqsirləndirilən şəxs müəyyən edilib ifşa olunması istiqamətində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi üçün 6-cı PB-nin CA üzrə əməliyyat müvəkkili, polis leytenantı Şahid1 rəhbərliyi ilə əməliyyat qrupu yaradılmışdır. O və Binəqədi RPİ CAŞ-ın CA üzrə əməliyyat müvəkkili, polis leytenantı Şahid2 həmin əməliyyat qrupuna daxil edilmişdir. Onlar alınmış məlumatın yoxlanılması məqsədi ilə 07 aprel 2022-ci il tarixdə, təxminən saat 12 radələrində əməliyyat qrupu ilə birlikdə Bakı şəhəri, Binəqədi rayonunun Biləcəri qəsəbəsinə getmişlər. Təxminən saat 14:10 radələrində Biləcəri qəsəbəsi, M.Aslanov küçəsi, döngə 4 ünvanında yerləşən binanın qarşısında Təqsirləndirilən şəxs əlamətlərinə oxşar şəxsi görmüş və həmin şəxsə yaxınlaşıb özlərini təqdim etmişlər. Bundan sonra qrupun rəhbəri Şahid1 həmin şəxsə də özünü təqdim etməyi təklif etmişdir.Həmin şəxs özünü xx xxxxxx 1999-cu ildə Bakı şəhərində anadan olmuş, ünvan 3 ünvanında yaşayan Təqsirləndirilən şəxs kimi təqdim etmişdir.Bundan sonra Şahid1 Təqsirləndirilən şəxs bildirmişdir ki, onun qanunsuz olaraq narkotik vasitə əldə edərək üzərində gəzdirməsi barədə daxil olmuş məlumatla bağlı onlarla birlikdə Binəqədi RPİ-nin 6-cı PB-nə getməlidir. Təqsirləndirilən şəxs etiraz etmədən könüllü şəkildə 6-cı PB-nə getmişdir. Polis bölməsində baş təhqiqatçı, polis mayoru İsmət Musayev tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının müdafiə edilməsi üçün vəkil dəvət edilmiş, Təqsirləndirilən şəxs vəkilin iştirakı ilə şübhəli şəxs qismində tutulmuş və bundan sonra təhqiqatçının xidməti otağında Təqsirləndirilən şəxs öz razılığı əsasında müdafiəçisinin iştirakı olmadan əməliyyat qrupunun rəhbəri Şahid1, CAŞ-ın CA üzrə əməliyyat müvəkkili Şahid2 və qrupun üzvü Şahid3 iştirakları ilə video çəkiliş aparılmaqla onun üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərində başqa hər hansı bir əşyanın olub-olmaması sual edildikdə o, üzərində hər hansı bir əşya olmadığını bildirmişdir.Bundan sonra Təqsirləndirilən şəxs üzərində axtarış aparılmağa başlanmışdır.İlk öncə onun geyindiyi paltarların ciblərinə baxılmış, lakin hər hansı bir əşya aşkar edilməmişdir.Təqsirləndirilən şəxs üst-başını səliqəyə salması təklif edilmişdir. Sonra isə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş əşyanın bir-bir adlarını deməklə təqdim etməsi təklif olunduqda o, bir ədəd gümüşü kağıza bükülmüş bükümün içərisində olan vasitənin el arasında “şüşə” adlanan psixotrop maddə olan metamfetamin olduğunu bildirdi. Təqsirləndirilən şəxs həmin bükülünü haradan əldə etdiyi və nə məqsədlə üzərində gəzdirdiyi sual edildikdə o, metamfetamini 07 aprel 2022-ci il tarixdə, səhər- təxminən saat 10 radələrində Nəsimi rayonunun «Papanin» adlanan ərazisində tanımadığı şəxsdən 20 manata öz istifadəsi üçün əldə edərək üzərində saxladığını bildirmişdir.Bundan sonra Təqsirləndirilən şəxs üzərindən cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və sənədlər aşkar edilməmişdir. Aşkar olunmuş bir ədəd gümüşü rəngli kağıza bükülmüş psixotrop maddə olan metamfetaminə bənzər kütlə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan təhqiqatçı tərəfindən bir ədəd kağız zərfdə qablaşdırılıb möhürlənərək götürülmüşdür. Zərfin üzərində şəxsi axtarışda iştirak etmiş şəxslər, o, cümlədən də şübhəli şəxs Təqsirləndirilən şəxs özü tərəfindən imzalanmışdır. Sonra video çəkiliş iştirakçılara nümayiş edilmiş, təhqiqatçı tərəfindən bununla bağlı protokol tərtib edilmiş, protokol da düzgün tərtib edildiyindən şəxsi axtarışda iştirak etmiş şəxslər, o, cümlədən də şübhəli şəxs Təqsirləndirilən şəxs özü tərəfindən imzalanmışdır. Məhkəmə iclasında şahid qismində ifadəsi elan olunmuş Binəqədi RPİ CAŞ-ın CA üzrə əməliyyat müvəkkili, polis leytenantı Şahid2 ifadəsinə əsasən məlum olur ki, 07 aprel 2022-ci il tarixdə xx xxxxxx 1999-cu ildə Bakı şəhərində anadan olmuş, ünvan 3 ünvanında yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq üzərində narkotik vasitələr və psixotrop maddələr gəzdirməsi barədə mötəbər mənbədən əməliyyat məlumatı daxil olmuşdur.Alınmış məlumat bölmə rəhbərliyinə məruzə edildikdən sonra Təqsirləndirilən şəxs müəyyən edilib ifşa olunması istiqamətində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi üçün 6-cı PB-nin CA üzrə əməliyyat müvəkkili, polis leytenantı Şahid1 rəhbərliyi ilə əməliyyat qrupu yaradılmışdır. Şahid2 və CAŞ-ın kiçik inspektoru, polis baş serjantı Şahid3 həmin əməliyyat qrupuna daxil edilmişdir.Alınmış məlumatın yoxlanılması məqsədilə 07 aprel 2022-ci il tarixdə, təxminən saat 12 radələrində əməliyyat qrupu iiə birlikdə Bakı şəhəri, Binəqədi rayonunun Biləcəri qəsəbəsinə gedilmişdir. Təxminən saat 14:10 radələrində Biləcəri qəsəbəsi, M.Aslanov küçəsi, döngə 4 ünvanında yerləşən binanın qarşısında Təqsirləndirilən şəxs əlamətlərinə oxşar şəxsi görüb ona yaxınlaşaraq özlərini təqdim etmişlər. Bundan sonra qrupun rəhbəri Şahid1 həmin şəxsə də özünü təqdim etməyi təklif etmişdir. Həmin şəxs özünü xx xxxxxx 1999-cu ildə Bakı şəhərində anadan olmuş, ünvan 3 ünvanında yaşayan Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. Bundan sonra Şahid1 Təqsirləndirilən şəxs bildirmişdir ki, onun qanunsuz olaraq narkotik vasitə əldə edərək üzərində gəzdirməsi barədə daxil olmuş məlumatla bağlı onlarla birlikdə Binəqədi RPİ-nin 6-cı PB-nə getməlidir. Təqsirləndirilən şəxs etiraz etmədən könüllü olaraq 6-cı PB-nə getmişdir. Polis Bölməsində baş təhqiqatçı, polis mayoru İsmət Musayev tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının müdafiə edilməsi üçün vəkil dəvət edilmiş, Təqsirləndirilən şəxs vəkilin iştirakı ilə şübhəli şəxs qismində tutulmuş və bundan sonra təhqiqatçının xidməti otağında, Təqsirləndirilən şəxs öz razılığı əsasında müdafiəçisinin iştirakı olmadan əməliyyat qrupunun rəhbəri Şahid1, CAŞ-ın CA üzrə əməliyyat müvəkkili Şahid2 və qrupun üzvü Şahid3 iştirakı ilə video çəkiliş apanlmaqla onun üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunan hər hansı əşyanın olub-olmaması soruşulmuş, olduğu halda isə həmin əşyanın könüllü surətdə verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan boz rəngli şalvarın sağ yan cibindən bir ədəd şəffaf sellofana bükülmüş halda olan bükümü çıxardaraq masanın üzərinə qoymuşdur. Təqsirləndirilən şəxs üzərində başqa hər hansı bir əşyanın olub-olmaması sual edildikdə o, üzərində hər hansı bir əşya olmadığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində axtarış aparılmağa başlanmışdır. İlk öncə onun geyindiyi paltarların ciblərinə baxılmış, lakin hər hansı bir əşya aşkar edilməmişdir. Təqsirləndirilən şəxs üst-başını səliqəyə salması təklif edilmişdir. Sonra isə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş əşyanın bir-bir adlarını deməklə təqdim etməsi təklif olunduqda o, bir ədəd gümüşü kağıza bükülmüş bükümün içərisində olan vasitənin el arasında “şüşə” adlanan psixotrop maddə olan metamfetamin olduğunu bildirdi. Təqsirləndirilən şəxs həmin bükülünü haradan əldə etdiyi və nə məqsədlə üzərində gəzdirdiyi sual edildikdə o, metamfetamini 07 aprel 2022-ci il tarixdə, səhər- təxminən saat 10 radələrində Nəsimi rayonunun «Papanin» adlanan ərazisində tanımadığı şəxsdən 20 manata öz istifadəsi üçün əldə edərək üzərində saxladığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və sənədlər aşkar edilməmişdir. Aşkar olunmuş bir ədəd gümüşü rəngli kağıza bükülmüş psixotrop maddə olan metamfetaminə bənzər kütlə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan təhqiqatçı tərəfindən bir ədəd kağız zərfdə qablaşdırılıb möhürlənərək götürülmüşdür. Zərfin üzərində şəxsi axtarışda iştirak etmiş şəxslər, o, cümlədən də şübhəli şəxs Təqsirləndirilən şəxs özü tərəfindən imzalanmışdır. Sonra video çəkiliş iştirakçılara nümayiş edilmiş, təhqiqatçı tərəfindən bununla bağlı protokol tərtib edilmiş, protokol da düzgün tərtib edildiyindən şəxsi axtarışda iştirak etmiş şəxslər, o, cümlədən də şübhəli şəxs Təqsirləndirilən şəxs özü tərəfindən imzalanmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2022-ci il tarixli, 6/1926 saylı rəyinə əsasən məlum olur ki, tədqiqata təqdim edilmiş üzərində AR DİN “zərflər üçün №175” möhür əksi “...4 imza Təqsirləndirilən şəxs..” yazıları və imzalar olan zərfdəki 01 (bir) ədəd bükümdə, təmiz çəkisi 0,240 qram olan ağ rəngli kristal şəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X4 Şəxsin keçirilmiş məhkəmə narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli, 1702 №-li rəyinə əsasən məlum olur ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamə və hökmün sürətinə əsasən məlum olur ki, Təqsirləndirilən şəxs Bakı Hərbi Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 332.1-ci və 70-ci maddələri ilə təqsirli bilinərək 04 ay müddətinə intizam xarakterli hərbi hissədə saxlama cəzasına məhkum edilmiş və həmin cəzaya şərti məhkum edilməklə 06 ay sınaq müddəti təyin edilmişdir.Beləliklə də, məlum olur ki, CM-nin 83.3.1-ci maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs məhkumluğu ödənilmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini təqsirli olaraq törətməsi məhkəmə iclasında tədqiq olunmuş sübutlar məcmusu ilə tam sübuta yetirilmişdir. Bu isə onu göstərir ki, ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq təqsirləndirilən şəxsin əməli CM-nin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Odur ki, təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlindən peşman olmasını və təqsirini etiraf etməsini onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən CM-nin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halların olmasını və ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, təqsirləndirilən şəxsə məhz hansı növ cəzanın təyin olunmasını müzakirə edərək CM-nin 234.1-ci maddəsinin sanksiyasına uyğun olaraq azadlığın məhdudlaşdırılması cəzası təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Belə ki, iş materiallarından görünür ki, təqsirləndirilən şəxs təqsirini etiraf edir, əməlindən peşmandır və əməlində cəzanı ağırlaşdıran hallar, ümumiyyətlə, yoxdur. Məlum olduğu kimi Azərbaycan Respublikasında cəza siyasətinin humanistləşdirilməsi məqsədilə aparılan islahatlar çərçivəsində 20 oktyabr 2017-ci il tarixli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə bir sıra dəyişikliklərin edilməsi barədə Qanuna əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasına cəza növü olaraq bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması cəzası əlavə edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin «Məhkəmə hökmü haqqında» 27 dekabr 1996-cı il tarixli 4 nömrəli Qərarında göstərilmişdir ki, cinayət qanununun sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı, başqa daha yüngül cəza tədbiri tətbiq etmənin mümkünlüyünü nəzərdə tutursa, məhkəmə hökmündə nə üçün müttəhimə məhz azadlıqdan məhrum etmə cəzasının tətbiq olunmasının əsasları göstərilməlidir. Eyni mövqe Azərbaycan Respublikası Ali Məhkəməsinin «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında da təsbit olunmuşdur. Belə ki, həmin Qərarın 2-ci bəndində göstərilmişdir ki, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. Belə ki, məhz həmin Qərarda göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Baxılan cinayət işi üzrə isə məhkəmə cəzanı yüngülləşdirən halların məcmusunu və heç bir cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq məhz təqsirləndirilən şəxsə azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədə uyğun hesab etmişdir. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 07 aprel 2022-ci il tarixdən 08 aprel 2022-ci il tarixədək həbsdə olduğu 1 (bir) gün müddət CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə 1 (bir) günə 2 (iki) gün olmaqla təyin edilmiş cəzadan çıxılmalı və ona qəti olaraq azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir.Belə ki, iş materiallarında olan şübhəli şəxsin tutulması haqqında 07 aprel 2022-ci il tarixli qərarına əsasən məlum olur ki, Təqsirləndirilən şəxs 07 aprel 2022-ci il tarixdə 15.10 da tutulmuşdur.Həmçinin, Binəqədi RPİ İŞ-nin baş müstəntiqi Nahid Məmmədov tərəfindən qəbul edilmiş 08 aprel 2022-ci il tarixli qərarına əsasən məlum olur ki, 08 aprel 2022-ci il tarixdə saat 12.30-da Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin seçilməsi qərara alınmışdır. Bundan başqa, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını yaşadığı – ünvan 4 ünvanında cəzasını çəkməli və təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı və cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməlidir. Eyni zamanda, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 24.00-dan saat 06.00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, cəza çəkdiyi müddətdə Bakı şəhərinin inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyəcəyi və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqanına məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi tapşırılmalıdır. Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək Bakı şəhər rayon Probasiya Şöbəsinə həvalə edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” barədə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılmalıdır. Həmçinin, məhkəmə hesab edir ki, ekspert rəyinə əsasən Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əziyyət çəkdiyindən, ona narkomaniyadan məcburi müalicə təyin olunmalı və qeydiyyatda olduğu yerin narkoloji dispanserində qeydiyyata alınmalıdır. Eyni zamanda, CPM-nin 353.4.11-ci maddəsinə əsasən iş üzrə maddi sübut olan və Binəqədi RPİ-də saxlanılan psixotrop maddə-metamfetaminin 0,190 qram olan qalığı məhv edilməli və iş üzrə maddi sübut - 01 ədəd təqsirləndirilən şəxsin üzərinə baxış keçirilməsinə dair görüntüləri özündə əks etdirən 1 ədəd DVD formatlı disk cinayət işinin materiallarında saxlanılmalıdır. Həmçinin, CPM-nin 353.4.10-cu maddəsinə əsasən iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 88 manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir. Eyni zamanda, məhkəmə hesab edir ki, müdafiçəsi məhkəmə prosesində təyinatla iştirak etdiyindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli Qərarına əsasən hüquqi yardımın göstərilməsinə görə, hər iş saatı üçün 6 manat miqdarında Bakı şəhəri 11 saylı Vəkil Bürosunun hesabına keçirilməlidir. Müəyyən edilir ki, Müdafiəçi hazırki iş üzrə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi ilə əlaqədar məhkəmə baxışı zamanı 35 saat vaxt sərf etmişdir. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 318.1, 344-349, 351-353 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 2 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs 07 aprel 2022-ci il tarixdən 08 aprel 2022-ci il tarixədək tutulduğu 1 (bir) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən təyin edilmiş cəzadan çıxılsın və Təqsirləndirilən şəxs 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri dəyişdirilməsin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını yaşadığı – ünvan 5 ünvanda yerləşən mənzilində çəksin. Təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 24.00-dan saat 06.00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, cəza çəkdiyi müddətdə Bakı şəhərinin inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqanına məlumat erməklə cəzanın icrasına nəzarət edən orqanına iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi tapşırılsın. Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək Bakı şəhər Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və qeydiyyatda olduğu yerin narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Binəqədi RPİ-də saxlanılan psixotrop maddə metamfetaminin 0,190 qram olan qalığı məhv edilsin. İş üzrə maddi sübut - 01 ədəd təqsirləndirilən şəxsin üzərinə baxış keçirilməsinə dair görüntüləri özündə əks etdirən DVD formatlı disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 88 (səksən səkkiz) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına _VÖEN **********, X2 VÖEN ********** kod 210005 m/h AZ 41 NABZO**********0003944 SWİFT. Bik CTREAZ 22 hesabına ödənilsin. Cinayət işi üzrə Müdafiəçi təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi ilə əlaqədar məhkəmə baxışı zamanı sərf etdiyi 35 saat hüquqi xidmətin dəyəri 210 (iki yüz on) manat "xxxx"ASC-nin Binəqədi filialına (kod 200156,VÖEN **********,m/hAZ37 NABZ********************.S.W.İ.F.T.B.İ.K:AİİBAZ2X,hesab№AZ48AİİB********************, VÖEN-1000 597151) Bakı şəhəri 11 saylı Vəkil Bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm qanuni qüvvəyə minir. Sədrlik edən Hakim: Abbas Rzayev
Məhkəmə qərarları › İş №1(001)-387/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-387/2022
10.08.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver