Məhkəmə qərarları › İş №1(001)-39/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-39/2022

10.03.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-39/2022 10.03.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Əmirəliyev Fərid Mübariz oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Almazov Pərviz Məhərrəm oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili X3, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs6, Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1984-cü il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, himayəsində bir azyaşlı uşağı olan, işləməyən, əvvəllər məhkum olunmuş (məhkumluğu ödənilməmiş və ya götürülməmiş), ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 ünvanında yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra - CM) 177.2.2, 177.2.5 və 228.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs ibtidai istintaq orqanı tərəfindən elan edilmiş ittihama əsasən o, tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 27 may 2020-ci il tarixdə saat 18:00 radələrində Bakı şəhəri, Binəqədi rayonu, «kənd Binəqədi» adlanan ərazidə olan dayanacaqda 123 saylı xətt üzrə hərəkət edən avtobusa minərək, Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospektində yerləşən “Banuçiçək” restoranının yaxınlığında sərnişin sıxlığından istifadə edib, avtobusda sərnişin olan Zərərçəkmiş şəxs1 əynindəki jaketin sağ yan cibindən 50(əlli) manat dəyərində olan kiçik ölçülü, qara rəngli dəridən ibarət Türkiyə Respublikasında istehsal olunmuş pul kisəsini və pul kisəsinin içərisində olan 5 və 10 manatlıq əskinazlardan ibarət 35(otuz beş) manat nağd pulu, üzərində Həzrət Əlinin və Peygənbərin şəkilləri olan 22 qram çəkidə, 2200(iki min iki yüz) manat dəyərində qızıl kulonu, içərisində 7 manat gediş haqqı olan metro kartını çıxarmaqla gizli talayaraq, Zərərçəkmiş şəxs1 ümumilikdə 2292(iki min iki yüz doxsan iki) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 18 noyabr 2020-ci il tarixdə saat 16:00 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsində dayanacaqda 133 saylı xətt üzrə hərəkət edən avtobusa minərək, Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti 2 ünvanında yerləşən dəmiryol körpüsünün yaxınlığında sərnişin sıxlığından istifadə edib, avtobusda sərnişin olan Zərərçəkmiş şəxs4 əynindəki şalvarın sol yan cibindən 1000(bir min) manat nağd pulu çıxarmaqla gizli talayaraq, Zərərçəkmiş şəxs4 maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 25 noyabr 2020-ci il tarixdə saat 13:00 radələrində Bakı şəhəri, Nəsimi rayonu, metronun «Memar Əcəmi» stansiyasının çıxışında olan dayanacaqda 165 saylı xətt üzrə hərəkət edən avtobusa minərək, Bakı şəhəri, Binəqədi rayonu, C.Xəndan küçəsində yerləşən «Rahat Market»in yaxınlığında sərnişin sıxlığından istifadə edib, avtobusda sərnişin olan Mamedova Elnarə Vahid qızının çantasından 15(on beş) manat dəyərində qırmızı rəngli dordbucaq formasında olan pul kisəsini və pul kisəsinin içərisində olan 850(səkkiz yüz əlli) manat, milli manat məzənnəsinə nisbətdə 850(səkkiz yüz əlli) manat təşkil edən 500(beş yüz) ABŞ dolları nağd pulu çıxarmaqla gizli talayaraq, Zərərçəkmiş şəxs2 ümumilikdə 1715(min yeddi yüz on beş) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 21 dekabr 2020-ci il tarixdə saat 16:50 radələrində Bakı şəhəri, Nəsimi rayonu, metronun «Memar Əcəmi» stansiyasının çıxışında olan dayanacaqda 165 saylı xətt üzrə hərəkət edən avtobusa minərək, Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti 2 ünvanında yerləşən «Araz» marketin yaxınlığında sərnişin sıxlığından istifadə edib, avtobusda sərnişin olan Zərərçəkmiş şəxs5 çantasından 15(on beş) manat dəyərində açıq qəhvəyi rəngli pul kisəsini və pul kisəsinin içərisində olan 180(yüz səksən) manat nağd pulu, hər birinin dəyəri 70(yetmiş) manat olan 1 qram çəkidə iki cüt qızıl sırğanı, dəyəri olmayan ev açarlarını, ümumi dəyəri 60(altmış) manat olan güşüş qolbağ və boyunbağı dəstini çıxarmaqla gizli talayaraq, Zərərçəkmiş şəxs5 ümumilikdə 395(üç yüz doxsan beş) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 25 dekabr 2020-ci il tarixdə saat 17:45 radələrində Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsində dayanacaqda 147 saylı xətt üzrə hərəkət edən avtobusa minərək, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, «tırlar qarajı» adlanan ərazidə sərnişin sıxlığından istifadə edib, avtobusda sərnişin olan Zərərçəkmiş şəxs6 əlində olan sellofan torbanı kəsici alətlə kəsib götürdükdən sonra həmin sellofan tobanın içərisindən pul kisəsini və pul kisəsinin içərisində olan 520(beş yüz iyirmi) manat nağd pulu çıxarmaqla gizli talayaraq, Zərərçəkmiş şəxs6 maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 08 fevral 2021-ci il tarixdə saat 17:00 radələrində Bakı şəhəri, Yasamal rayonu, metronun «20 yanvar» stansiyasının çıxışında "xxxx" ASC-nin inzibati binasının qarşısında yerləşən dayanacaqda 165 saylı xətt üzrə hərəkət edən avtobusa minərək, Bakı şəhəri, Binəqədi rayonu, M.Rəsulzadə qəsəbəsi, E.Babayev küçəsində yerləşən “Yeganə” şadlıq sarayının qarşısında sərnişin sıxlığından istifadə edib, avtobusda sərnişin olan Zərərçəkmiş şəxs3 çantasından 25(iyirmi beş) manat dəyərində pul kisəsini və pul kisəsinin içərisində olan 200(iki yüz) manat nağd pulu çıxarmaqla gizli talayaraq, Zərərçəkmiş şəxs3 ümumilikdə 225(iki yüz iyirmi beş) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs 2021-ci ilin mart ayında Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsində istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq 01 ədəd 1940-cı ildə, Tula silah zavodunda istehsal edilmiş, 1930/33-cü illər nümunəli, «TT- Тульский Токарева» konstrksiyalı, 7,62 mm kalibirli, AH 385 №-li texniki cəhətdən saz və atəşə yararlı, yivli odlu silah hesab edilən tapança, 03 ədəd 1986-cı ildə, zavod üsulu ilə hazırlanmış, pistonu mərkəzdən alışan, 7,62 mm kalibrli olmaqla, həmin kalibrə malik, 1930/33-cü illər nümunəli, «TT-Тульский Токарева» konstruksiyalı tapançalarda, «ППШ», «ППД», «ППС» markalı tapança-pulemyotlarda və s. yivli odlu döyüş silahlarında istifadə edilmək üçün nəzərdə tutulmuş, istifadəyə və atəş üçün yararlı, döyüş sursatı hesab edilən partonlar, 01 ədəd 1930/33-cü illər nümunəli, «TT-Тульский Токарева» konstruksiyalı yivli tapançaların funksional əhəmiyyət daşımayan komplekt hissəsi olmaqla, 08 ədəd 7,62 mm klibrli patron tutumuna malik olan, zavod üsulu ilə hazırlanmış, təyinatı üzrə istifadəyə yararlı sandıqça əldə etmiş, saxlamış və gəzdirmiş, 15 mart 2021ci il tarixdə Binəqədi RPİ-nin CAŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində saat 11:45-də Bakı şəhəri, Binəqədi rayonu, C.Xəndan küçəsində yerləşən «Zirinc» restoranının qarşısında saxlanılaraq ünvan 4 ünvanında yerləşən Binəqədi RPİ-nin inzibati binasına gətirilmiş, orada saat 12:40-da üzərinə şəxsi axtarış keçirilərkən əynindəki qara rəngli cins şalvarın sol yan tərəfində belinə taxılmış qeyd olunan odlu silah və onun komplekt hissəsi, şalvarının sağ yan cibindən qeyd olunan döyüş sursatı aşkar edilərək ondan götürülmüşdür. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs CM-in 177.2.2, 177.2.5 və 228.1-ci maddələri ilə elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, əvvəllər məhkum olunmuş və sonuncu dəfə 14.03.2020-ci il tarixdə həbsxanadan azad olunmuşdur. Azadlığa çıxdıqdan sonra maddi durumu pis olduğundan cibgirlik üsulu ilə oğurluq etməyə qərar vermişdir. Belə ki, o, müxtəlif tarixlərdə müxtəlif ərazilərdə işləyən avtobuslarda öz fəaliyyətini davam etdirmişdir. 27 may 2020-ci il tarixdə saat 18:00 radələrində kənd Binəqədi adlanan ərazidə o, 123 saylı marşut üzrə hərəkət edən avtobusa minmişdir. Həmin zaman avtobusda sərnişin çox olduğundan sıxlıq idi. O, avtobusda qabaq hissəsində ayaq üstə durmuş və ətrafında olan sərnişinləri nəzərdən keçirirmiş ki, imkan olduqda çantadan və ya cibdən oğurluq etsin. Avtobus Binəqədi rayonu, Azadlıq prospekti 2 ünvanında yerləşən “Banuçiçək” restoranının yaxınlığındakı dayanacaqa çatdıqda tanımadığı bir xanım əyləşdiyi oturacaqdan durub çıxışa doğru hərəkət etməyə başlamışdır. Həmin xanıma fikir verdikdə görmüş ki, onun əynindəki jaketin sağ cibində əşya vardır. O, xanımın cibində pul kisəsi olduğunu güman edib qərara almışdır ki, sıxlıqdan istifadə edib cibindən oğurluq etsin. Həmin qadın yanından keçib çıxışa doğru hərəkət edən zaman o, ona sıx yaxınlaşıb əynindəki jaketin sağ cibinə əlini daxil edib pul kisəsini gizli şəkildə götürmüşdür. Həmin qadın gediş haqqını ödəyib avtobusdan düşmüş, o da heç bir şey olmamış kimi gediş haqqını ödəyib avtobusdan enmişdir. Avtobusdan düşəndən sonra kənara çəkilib oradan uzaqlaşmışdır. Bir qədər piyada hərəkət etdikdən sonra qara rəngli kiçik həcmli pul kisəsinin açmış və içərisinə baxan zaman orada 35 manat nəğd pul, sayını xatırlamadığı qəpiklər, metro kartı və qızıl əşya tapmışdır. Sonra o, pul kisəsində olan metro kartını xatırlamadığı yerə tullamış, qızıl əşyanı pula çevirmək məqsədilə “Memar Əcəmi” metrostansiyasının yaxınlığın yerləşən “Moskva Univermağı”na yollanmışdır. Həmin vaxtı Respublikada olan xəstəlik şəraiti ilə əlaqədar orada “Moskva Unvermağı” işləməmiş, lakin onun qarşısında müxtəlif şəxslər pərakəndə yəni küçədə dayanıb qızıl almışlar. Orada əvvələr tanımadığı şəxslərdən birinə yaxınlaşmış və yalandan pondemiya şəraiti ilə əlaqədar işsiz olduğunu və ailə üzüvlərinə məxsus qızıl klonu satmaq istədiyini bildirmişdir. Bundan sonra ümumilikdə qızılın dəyərinin 1480 manat etdiyini deyəndən qızılın oğurluq olub-olmadığını maraqlandıqda o, qızılın oğurluq deyil özünə məxsus olduğunu ona dedikdən sonra o, ondan şəxsiyyət vəsiqəsini istəmiş, lakin həmin şəxsə şəxsiyyət vəsiqənin üzərində olmadığını dedikdə o, ona 1300 manat pul verəcəyini söyləmiş, o, da onun dediyi qiymətlə razılaşıb pulu götürdükdən sonra oradan vaxt itirmədən yaşadığı ünvana yollanmış və həmin pulu şəxsi ehtiyaclarına xərcləmişdir. Bundan başqa 18 noyabr 2020-ci il tarixdə pulu olmadığına görə yaşadığı Binəqədi rayonu Rəsulzadə qəsəbəsindəki evdən çıxaraq cibgirlik etmək məqsədi ilə avtobus dayanacağına gəlmişdir. Təxminən saat 16 radələrində 133 saylı marşrut üzrə hərəkət edən avtobusun gəldiyini görüb avtobusa minmişdir. Onunla birlikdə avtobusa bir neçə şəxs, o cümlədən, 60-65 yaşlarında bir kişi də minmişdir. O, həmin kişinin arxasında dayanmış, avtobus asta sürətlə hərəkət etməyə başlamışdır. 18 noyabr 2020-ci il tarixdə saat 16:15 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti 2 ünvanında dəmiryol körpüsünü altına çatdıqda avtobusda sıxlıq olduğundan cibgirlik edə biləcəyi şərait yaranmışdır. Həmin kişi bir əlində çanta olduğundan digər əli ilə tutacaqdan tutmuşdur. O, kişinin arxasında dayanıb, sıxlıq vaxtı əlini şalvarının sol cibinə salıb oradan kağız pulları çıxardaraq öz cibinə qoymuşdur. Növbəti dayanacaqda kişi avtobusdan düşmüşdür. O, bir qədər sonra Zəngəzur şadlıq sarayı tərəfdə avtobusdan düşdükdən sonra kişinin cibindən oğurladığı pulları saydıqda 1000 manat olduğunu aşkar etmişdir. Əldə etdiyi pulu şəxsi ehtiyaclarına xərcləmişdir. Bundan başqa 25 noyabr 2020-ci il tarixdə saat 13 radələrində Nəsimi rayonu, metronun “Memar Əcəmi” stansiyasının çıxışında yerləşən avtobus dayanacağından 165 saylı marşrut üzrə hərəkət edən sərnişin avtobusuna əyləşmişdir. Həmin vaxtı avtobusda elə də sıxlıq yox idi. Həmin avtobusda o, ön tərəfdə bir nəfər qadın dayandığını görüb onun yanında dayanmışdır. Bir neçə dəqiqədən sonra avtobusda sıxlıq yaranmış və fürsətdən istifadə edib həmin qadının yanına yaxınlaşmış və onun çantasından oğurluq etmək qərarına gəlmişdir. 25 noyabr 2020-ci il tarixdə 13:15 radələrində avtobus Bakı şəhəri, Binəqədi rayonu Cəfər Xəndan küçəsində “Rahat market” yaxınlığında hərkətdə olan zaman avtobusda olan şəxslərin ona fikir verməməsindən tam əmin olduqdan sonra qadına tərəf bir qədər də yaxınlaşıb əlini onun çantasına daxil edib pul kisəsini gizli şəkildə götürüb növbəti dayanacaq olan Binəqədi rayonu, Azadlıq prospektində yerləşən “Qoşa YDM”-nin yaxınlığındakı avtobus dayanacağında düşüb bir qədər piyada hərəkət etdikdən sonra qırmızı rəngli pul kisəsinin içərisinə baxan zaman orada 850 manat və 500 ABŞ dollar məbləğində nəğd pul, şəxsiyyət vəsiqəsi və iki ədəd “Kapital Bank”a aid hesab kartları tapmışdır. Belə ki, ona şəxsiyyət vəsiqəsi və qeyd olunan hesab kartı lazım olmadığından xatırlamadığı yerə tullamış, lakin pulları isə götürüb oradan uzaqlaşmışdır. Oğurluq zamanı əldə etdiyi pulları isə şəxsi ehtiyaclarına xərcləmişdir. Bundan başqa 21 dekabr 2020-ci il tarixdə saat 16:50 radələrində Nəsimi rayonu, metronun “Memar Əcəmi” stansiyasının çıxışında yerləşən avtobus dayanacağından 165 saylı marşrut üzrə hərəkət edən sərnişin avtobusuna minmişdir. Həmin vaxtı avtobusda sıxlıq yox idi. Avtobusda ortada bir nəfər qadın oturacaqda oturduğunu və əlində ağzı açıq çantanın olduğunu görüb onun yanında dayanmışdır. Çantaya nəzər yetirdikdə içərisində pul kisəsini görmüş və onun çantasından oğurluq etmək qərarına gəlmişdir. 21 dekabr 2020-ci il tarixdə saat 17:30 radələrində avtobus Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi Azadlıq prospekti 2 ünvanında yerləşən yerləşən «Araz» marketin qarşısındakı dayanacaqa çatdıqda həmin qadın yerindən durub çıxışa doğru hərəkət etməyə başlamışdır. Həmin vaxtı avtobusda olan şəxslərin ona fikir verməməsindən tam əmin olduqdan sonra qadına tərəf bir qədər də yaxınlaşıb, dayanmış və əlini onun çantasına daxil edib pul kisəsini gizli şəkildə götürmüşdür. Həmin qadının avtobusdan düşmüş, o, isə avtobusda yoluna davam etmişdir. Binəqədi rayonu, kənd Binəqədi adlanan ərazidə sərnişin avtobusundan düşmüş, bir qədər piyada hərəkət etdikdən sonra pul kisəsinin içərisinə baxan zaman orada 180 manat pul, 02 cüt sırğa, müxtəlif bujuteriyalar, şəxsiyyət vəsiqəsi və digər əşyalan aşkar etdim. Pul və sırğaları götürüb pul kisəsini büjuteriyalar və şəxsiyyət vəsiqəsi ilə birlikdə xatırlamadığı yerə tullamışdır. Oğurluq zamanı əldə etdiyi pulları şəxsi ehtiyaclarına xərcləmişdir. Sırğanı isə «Moskva» univermağının qarşısında tanımadığı şəxsə 40 manata satmışdır. Həmin pulu da öz ehtiyaclarına xərcləmişdir. Bundan başqa 25.12.2020-ci il tarixdə saat 17:45 radələrində Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsində avtobus dayanacağında 147 saylı maşrut üzrə hərəkət edən sərnişin avtobusuna əyləşmişdir. Həmin avtobusda o, bir qadın dayandığını görüb onun yanında dayanmışdır. Həmin qadın əlində olan cantanın içərisində pul kisəsini çıxarmış və daha sonra əlində olan sellofan torbanın içəisinə qoymuşdur. Həmin qadın pul kisəsini oğurlamaq qərarına gəlmişdir. 25 dekab 2020-ci il tarixdə saat 18:15 radələrində Binəqədi rayonu, Binəqədi qəsəbəsi Tırlar qarajı adlanan yerdə olan zaman, qadın oturaçağdan ayağa qalxıb çıxışa tərəf hərəkət edən zaman həmin qadına yaxınlaşmışdır. Avtobusda olan şəxslərin ona fikir verməməsindən tam əmin olduqdan sonra və həmin vaxtı avtobusda sıxlıq olduğundan istifadə edərək, özündə olan kəsici alətlə selofan torbanı kəsib gizli şəkildə qadının əlindən götürmüşdür. Həmin qadın isə şadlıq sarayının yanında olan dayanacaqda düşüb getmişdir. O, isə növbəti dayanacaqda düşüb bir qədər piyada hərəkət etdikdən sonra sellofan torbanın içərisində uşaq üçün nəzərdə tutlmuş alt paltarı, pul qabı və pul qabının içərisində şəxsiyyət vəsiqəsi, BTB banka məxsus plastik kart, 520 manat pul olduğunu aşkar etmişdlir. Pulu götürmüş, şəxsiyyət vəsiqəsi, plastik kart, pul qabını və uşaq alt paltarını ona lazım olmadığına görə atmışdır. Həmin pulu da öz ehtiyaclarına xərcləmişdir. Bundan başqa 08 fevral 2021-ci il tarixdə saat 17 radələrində Yasamal rayonu, metronun “20 Yanvar” stansiyasının çıxışında "xxxx"-nun binansının qarşısında yerləşən avtobus dayanacağından 165 saylı marşrut üzrə hərəkət edən sərnişin avtobusuna əyləşmişdir. Həmin avtobusda o, ortada bir nəfər qadın dayandığını görüb onun yanında dayanmışdır. Həmin qadının çantasından oğurluq etmək qərarına gəlmişdir. 08 fevral 2021-ci il tarixdə saat 17:25 radələrində Avtobus Binəqədi rayonu, M.Rəsulzadə qəsəbəsində yerləşən «Yeganə» şadlıq sarayına çatan zaman avtobusda olan şəxslərin ona fikir verməməsindən tam əmin olduqdan sonra həmin qadına tərəf bir qədər də yaxınlaşıb əlini onun çantasına daxil edib pul kisəsini gizli şəkildə götürmüşdür. Həmin qadın isə şadlıq sarayının yanında olan dayanacaqda düşüb getmişdir. O, isə növbəti dayanacaqda düşüb bir qədər piyada hərəkət etdikdən sonra pul kisəsinin içərisinə baxan zaman orada 200 manat və şəxsiyyət vəsiqəsi tapmışdır. Şəxsiyyət vəsiqəsini və pul kisəsini xatırlamadığı yerə tullamış, pulları isə götürüb oradan uzaqlaşmışdır. Oğurluq zamanı əldə etdiyi pulları isə şəxsi ehtiyaclarına xərcləmişdir. Bundan başqa 15 mart 2021-ci il tarixdə saat 11:45 radələrində Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mikrorayonda yerləşən “Zirinc” restoranının qarşısında piyada gedərkən üç nəfər mülki geyimdə olan şəxs ona yaxınlaşaraq özlərini təqdim etmişlər və üzərində odlu silah olmasından şübhələndikləri üçün üzərinə şəxsi axtarış aparılması məqsədi ilə onu Binəqədi Rayon Polis İdarəsinə dəvət etmişlər. Bundan sonra onun razılığı ilə Binəqədi Rayon Polis İdarəsinə aparılmış və orada ona öz razılığı ilə müdafiəçinin iştirakı olmadan hüquq və vəzifləri izah edilərək video çəkiliş vasitəsilə üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı üzərində qeyri-qanuni əşyanın olub-olmadığı soruşulmuş, o, əynində olan qara rəngli cins şalvarın sol tərəf bel hissəsindən bir ədəd qara rəngli “TT” markalı olduğunu bildiyi tapançanı, darağı və həmin şalvarımın sağ yan cibindən 03 ədəd patronu çıxarıb masanın üzərinə qoymuşdur. Bundan sonra ona üzərində başqa hər hansı bir əşyanın olub-olmaması soruşulmuşdur. O, üzərində hər hansı qeyri-qanuni bir əşya olmadığını bildirmişdir. Ondan sonra ondan qara rəngli cins şalvarının ciblərini açmaq tələb olunmuşdur. O, şalvarının ciblərindən hər hansı qanunla qadağan olunmuş əşya aşkar olunmamışdır. Ayağında olan qara rəngli ayaqqabı çıxarılaraq içərisini göstərmiş, ayaqqabının içərisindən hər hansı qanunla qadağan olunmuş əşya aşkar olunmamışdır. O, şalvarının sol bel nahiyəsindən çıxarıb təqdim etdiyi silahı göstərərək həmin silahı, darağı və patronları 1 həftə əvvəl Bakı şəhəri, Sabunçu rayonu Nardaran kəndində, dəniz kənarında piyada olarkən ağ rəngli sellofanda tapdığını bildirmişdir. O, silah aşiqi olduğu üçün həmin silah onda maraq doğurmuş və bir həftə yaşadığı ünvanda saxlamışdır. Sosial şəbəkələrdən həmin silahı üzərində gəzdirməyin cinayət olduğunu öyrəndikdən sonra silahı 15.03.2021-ci il tarixdə Xəzər dənizinə atmağı qərara almış, nəticədə saxlanılmışdır. Həmin silahı ilk dəfə idi ki, üzərində gəzdirirmiş. Həmin silahdan bu günədək istifadə etməmişdir. Həmçinin maddi imkanı pis olduğundan zərəçəkmiş şəxslərə vurulmuş maddi ziyanı ödəmədiyini, habelə törətdiyi cinayət əməlindən peşman olmasını və himayəsində azyaşlı uşağının olduğunu qeyd edib məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs elan edilmiş CM-in 177.2.2, 177.2.5 və 228.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməsi öz təsdiqini tapmışdır. Məhkəmə baxışı zamanı dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsində göstərmişdir ki, 18 noyabr 2020-ci il tarixdə yaşadığı Alballıq qəsəbəsindəki evdən çıxaraq Binəqədi rayonu, Rəsulzadə qəsəbəsində yerləşən “Araz” marketin yaxınlığındakı tanışı Əjdərin işlədiyi lombarda gəlib Əjdərdən borc olaraq 1.000 manat pul almışdır. Əjdərdən aldığı pulu əynindəki şalvarın sol cibinə qoymuş və saat təxminən 16 radələrində yaxınlıqdakı dayanacaqda 133 nömrəli marşrut avtobusuna minmişdir. Avtobusda sıxlıq idi, işlədiyi avtosalonun yaxınlığındakı dayanacaqda avtobusdan düşmüş, təxminən 10 addım getdikdən sonra dəsmalını çıxarmaq üçün əlini cibinə saldıqda 1000 manat pulun cibində olmadığını aşkar etmiş və pulunun oğurlanması barədə 102 xidmətinə zəng vurub məlumat vermişdir. Daha sonra ərazi üzrə Binəqədi RPİ-nin 4-cü PŞ-nə şikayət ərizəsi ilə müraciət etmişdir. Hazırda Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş maddi ziyan ödənilməmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Zərərçəkmiş şəxs6 ifadəsində göstərmişdir ki, 25.12.2020-ci il tarixdə saat 18.00-da Binəqədi rayonu M.Ə.Rəsuzladə qəsəbəsində bazarlıq etmiş və 147 saylı sərnişin avtobusuna əyləşmişdir. Həmin avtobusda olan zaman əl çantasından pul kisəsini çıxarıb gediş haqqı ödəmək üçün müəyyən qədər pul götürmüş və sonradan pul kisəsini çantasına qoymamışdır. Pul kisəsini əlində olan 3 ədəd sellofan torbalardan birinin içərisinə qoymuşdur. Binəqədi qəsəbəsi Tırlar qarajı adlanan yerdə o, sərnişin avtobusundan gediş haqqını ödəyib düşmüşdür. Avtobus getdikdən sonra müəyyən etmiş ki, əlində olan 3 ədəd sellofan torbadan biri yoxdur. Həmin sellofan torbada oğluna aldığı alt geyimi (kolqotka), içərisində 520 manat olan pul kisəsi, şəxsiyyət vəsiqəsi və BTB banka məxsus plastik kart olmuşdur. O, elə həmin yerdə polisə müraciət etmiş və bu barədə bildirmişdir. Hazırda Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş maddi ziyan ödənilməmişdir. İbtidai istintaq zamanı dindirilmiş Zərərçəkmiş şəxs1 məhkəmə iclasında elan edilmiş ifadəsindən görünür ki, 27 may 2020-ci il tarixdə o evinə gəlmək üçün birinci Corat qəsəbəsindən marşrut avtobusunua əyləşib Abşeron rayonu Novxanı qəsəbəsinə qədər gəlmiş, hələ onun əmlakı oğurlanmamışdır. Abşeron rayonu, Novxanı qəsəbəsindəki Novxanı çimərliyinin qarşısında o, dövlət nömrə nişanına fikir vermədiyi «123» saylı marşrut avtobusuna sərnişin kimi əyləşmişdir. Yol boyu o, sağ tərəfdə tək adam üçün nəzərdə tutulmuş oturacaqda əyləşmişdir. O, avtobusa əyləşdikdə avtobusda əvvəlcə heç bir sərnişin yox idi, yolda artıq avtobusa sərnişinlər daxil oldmağa başlamışdır. Artıq Binəqədinin içi tərəflərdə avtobusda sərnişinlərin sayı çoxalmış və sıxlıq yaranmağa başlamışdır. O, avtobusa əyləşəndə hələ içində pul və qızıl əşyası olan pul qabı onun əynindəki düyməsiz, tünd göy rəngində jaketin sağ cibində idi. Beləliklə Rəsulzadə qəsəbəsinə çatmamış, «Banu Çiçək» şadlıq evinin qarşısında o, avtobusdan düşmək qərarına gəlmiş ki, oradan birbaşa evinin qabağına yollanan 202 saylı marşrut avtobusuna minmişdir. Bu məqsədlə o, əyləşdiyi yerdən durub qabağa qapıya doğru addımlamağa başlamışdır. Avtobusda sıxlıq idi, ancaq lap çox da basa bas deyildi. O, hələ avtobusa minməmişdən əvvəl əlinin içində 40 qəpik pul tutub sıxmışdır. Ona görə avtobusdan düşəndə o, daha cibini yoxlamamışdır. Avtobusdan düşəndən sonra düz «Banu Çiçək» şadlıq evinin qarşısında əynindəki jaketinin sağ cibini yoxlayanda görmüş ki, həmin cibində olan içərisində 35 manat nağd pulu, içərisində 7 manat gediş haqqı olan metro kartı və 1 ədəd 22 qram çəkidə, 750 əyyarı qızıl kulonu pul qabı ilə bərabər oğurlanmışdır. Həmin cibdə olan olan mobil telefon aparatına isə oğru əl dəyməmişdir. Telefonu, pul qabı və evinin açarı eyni cibdə idi, oğru yalnız pul qabını oğurlamışdır. Belə ki, oğurluq hadisəsi 27 may 2020-ci il tarixdə saat 19 radələrində Binəqədi rayonu, Rəsulzadə qəsəbəsində yerələşən «Banu Çiçək» şadlıq evi tərəflərdə baş vermişdir. Yəni oğurluq o, avtobusdan düşən anda baş vermişdir, o, «Banu Çiçək» şadlıq evinin qarşısında oğurluq olduğunu aşkar etmişdir. O, avtobusdan düşməmişdən əvvəl oturarkən əşyaları, yəni pul qabı sağ cibində yerində idi. O, avtobusdan düşərkən avtobusun içərisində 2-3 addım atanda sıxlıq vaxtı cavan uşaqların yanından keçmiş, həmin tanımadığı və xatırlamadığı cavan uşaqlar hətta ona sürtünürmüşlər, o, indilərdə fikirləşir ki, oğru bir neçə nəfər olub ona sürtünüb cibindən pul qabını çıxarıblar. Oğurluğun kimin etməsini bilimir. Oğurluq zamanı onun 5 və 10 manatlıq pul əskinaslarından ibarət 35 manat pulu, üzərində Həzrət Əlinin və Peyğəmbərin şəkilləri olan 22 qramlıq, 2200 manat dəyərində qızıl kulonu, içərisində 7 manat gediş haqqı olan metro kartı oğurlanmışdır. Oğurlanmış pul qabı kiçik ölçüdə, qara rəngində dəridən ibarət idi, Türkiyə istehsallı 50 manat dəyərində idi. Oğurluq zamanı ona cəmi 2292 manat dəyərində ziyan dəymişdir. İbtidai istintaq zamanı dindirilmiş Zərərçəkmiş şəxs2 məhkəmə iclasında elan edilmiş ifadəsindən görünür ki, 25 noyabr 2020-ci il tarixdə o, qohumugilə getməyə qərar vermişdir. Bu məqsədlə o, həmin tarixdə Nəsimi rayonu, “Memar Əcəmi” metrostansiyasının yaxınlığında olan dayanacaqda 165 saylı sərnişin avtobusuna əyləşib oradan qohumugilin yaşadığı ünvan olan Binəqədi rayonu, Azadlıq propektində yerləşən “Baku Electronics”in yaxınlığına getməli idi. Həmin vaxtı o, qeyd olunan sərnişin avtobusunda olan oturacaqlarda əyləşməmiş, ayaq üstə olmaqla avtobusda hərəkət edirmiş. Sərnişin avtobusu bir neçə dayanacaq irəlilədikdən sonra qohumugilin yaşadığı ünvan olan Binəqədi rayonu, Azadlıq propektində yerləşən “Baku Electronics”in yaxınlığına çatdıqda o, avtobusdan aşağı düşüb çantasından pul kisəsini götürmək istəyən zaman pul kisəsinin yerində olmadığını görüb yenidən çantasını axtarmış, nəticədə anlamış ki, pul kisəsi naməlum şəxs və ya şəxslər tərəfindən oğurlanmışdır. O, da baş vermiş hadisə ilə bağlı DİN-in 102 saylı xidmətinə məlumat vermişdir. Hadisə nəticəsində ona ümumilikdə 1700 manat maddi ziyan dəymişdir. İbtidai istintaq zamanı dindirilmiş Zərərçəkmiş şəxs5 məhkəmə iclasında elan edilmiş ifadəsindən görünür ki, 21.12.2020-ci il tarixdə saat 16 radələrində Bakı şəhəri Nəsimi rayonu ərazisində yerləşən “M.Əcəmi” metro stansiyasnının yaxınlığında 165 saylı sərnişin avtobusuna minmişdir. Sərnişin avtobusunun içrəsində oturaçağların birində əyləşmişdir. Həmin vaxtı ona məxsus qara rəngli çantası ayağının üstünə qoymuşdur. O, sərnişin avtobusunda oturacağa əyləşəndən sonra pul kisəni çantasının içərisinə qoymuşdur. Sözü gedən çantanın içərisində şəxsi əşyaları və pul kisəsi var idi. 21.12.2021-ci il tarixdə saat 16:30 radələrində Bakı şəhəri Binəqədi rayonu, Azadlıq prospekti 2 ünvanına çatmamış əyləşdiyi oturaçağdan durub avtobusun ön qapısına yaxınlaşmış və cibində olan xırda qəpiklərlə gediş haqqını ödəmişdir. Avtobusdan düşən zaman sıxlıq olduğundan bir qədər çətinliklə sərnişin avtobusundan düşmüşdür. Sərnişin avtobusundan düşdükdən yaxınlığda yerləşən marketə daxil olan zaman çantasının içərisinə baxdıqda orada özünə məxsus açıq qəhvəyi rəngli 15 manat dəyərində pul kisəsinin yerində aşkar etməmişdir. Bir qədər fikirləşdikdən sonra başa düşmüş ki, avtobusdan düşən zaman naməlum şəxslərdən biri çantasından ona məxsus pul kisəsini oğurlayıb. Pul kisəsinin içərisində, 180 manat nəğd pul, hər birinin dəyəri 70 manat olan 1 qram çəkidə, iki cüt qızıl sırğa, özümə məxsus şəxsiyyət vəsiqəsi, yaşadığı evin açarları, ümumilikdə 60 manat dəyərində Gümüş qolbağ və boyun bağı var idi. İbtidai istintaq zamanı dindirilmiş Zərərçəkmiş şəxs3 məhkəmə iclasında elan edilmiş ifadəsindən görünür ki, 08.02.2021-ci il tarixdə saat təxminən 17:10 radələrində Bakı şəhəri, Yasamal rayonu, 20 yanvar dairəsində yerləşən Azərsu ASC-nin inzibati binasının qarşısında avtobus dayanacağında yaşadığı evə gəlmək üçün 165 saylı marşurut avtobusunu gözləyirmiş. Dayanacaqda olarkən ona məxsus əl çantasında olan acıq qəhvəyi rəngli pul kisəni çıxardıb içərisindən avtobus üçün gediş haqqi vermək üçün 1 manat götürüb cibinə qoymuş və içərisində 200 manat nağd pul və şəxsiyyət vəsiqəsi olan pul kisəni yenidən çantanın içərisinə qoymuşdur. Təxminən 5 dəqiqə sonra 165 saylı marşurut avtobusu dayanacağa yaxınlaşmış və o, avtobusa minmişdir. Avtobusda sıxlıq var idi o, avtobusun orta qapısının yanında ayaq üstə dayanmışdır. Avtobus o, yaşadığı Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Eldar Babayev küşəsində yerləşən Yeganə şadlıq evinin yanında olan dayanacaqda dayanmış və o, avtobusdan enmiş, evinə doğru getmişdir. Yol üstü saat 18:00 radələrində yasadığı evin yaxınlığında olan, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Xutor YM, 9-cu sırada yerləşən, “Fərid market” ərzaq mağazasına daxil olmuşdur. Orada ondan başqa müştəri yox idi. Evə ehtiyac olan ərzaqları seçdikdən sonra ödəniş etmək üçün kassaya yaxınlaşmışdır. Çantasına baxdıqda, çantasında olan içərisində 200 manat nağd pul və ona məxsus şəxsiyyət vəsiqəsi olan açıq qəhvəyi rəngli pul kisəsinin çantasından oğurlandığını aşkar etmiş və DİN-nin 102 xidməti zəng mərkəzinə bu barədə məlumat vermişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Binəqədi Rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsində cinayət axtarış üzrə baş əməliyyat müvəkkili vəzifəsində işləyir, polis serjantıdır. ünvan 2 ünvanında kirayədə yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq silah gəzdirməsi barədə əməliyyat məlumatı daxil olmuş və alınmış məlumat əsasında Təqsirləndirilən şəxs ifşa olunması istiqamətində əməliyyat axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul edilmişdir. 15.03.2021-ci il tarixdə saat təxminən 11 radələrində məlumat əsasında əməliyyat qrupunun üzvü olan Binəqədi Rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsinin baş əməliyyat müvəkkili Miryusif Seyidov və kiçik əməliyyat müvəkkili Şahid2 ilə birlikdə Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mikrorayonda yerləşən “Zirinc” restoranının qarşısına gəlmişlər. Orada piyada gedən, Təqsirləndirilən şəxs zahiri əlamətlərinə oxşar, orta bədən quruluşlu, üzü tüklü, saçı qısa, əynində qara rəngli şalvar, göy rəngli üzərində ağ xətləri olan və “adidas yazılmış” idman geyimi olan bir nəfər şəxsi görüb ona yaxınlaşmışlar. Həmin şəxsə özlərini təqdim edib polis əməkdaşları olduqlarını bildirmişlər. Həmin şəxsin xx.xx.1984-cü il tarixdə ünvan 10 ünvanında kirayədə yaşayan Təqsirləndirilən şəxs olduğunu müəyyən etmişlər. Bundan sonra Təqsirləndirilən şəxs Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov 1, ünvanında yerləşən Binəqədi Rayon Polis İdarəsinin inzibati binasına dəvət etmişlər. Binəqədi Rayon Polis İdarəsinin inzibati binasında təhqiqatçının iştirakı ilə Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunmuş, öz xahişi ilə ona dövlət hesabına müdafiəçi təqdim edilmişdir. Təqsirləndirilən şəxs müdafiəçi ilə tanış olub, onu qəbul etdiyini bildirmişdir. Elə həmin gün ona idarənin inzibati binasının otaqlarından birində video çəkiliş ilə üzərində olan qeyri-qanuni əşyaları təhvil verməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs etiraz etməyərək əynində olan qara rəngli cins şalvarının sol bel nahiyəsindən kəmərinin arxa tərəfinə keçirdiyi Tokarev (TT) konstruksiyalı olduğunu bildirdiyi tapançanı, şalvarın sağ yan cibindən isə 3 ədəd patronu təqdim etmişdir. Ardınca Təqsirləndirilən şəxs üzərinə özünün razılığı ilə şəxsi axtarış keçirilmiş və başqa heç nə aşkar edilməmişdir. Təqsirləndirilən şəxs tapançanı və patronları haradan əldə etdiyi, hansı məqsədlə saxladığı, üzərində gəzdirdiyi soruşulduqda o, həmin silahı, darağı, patronları təxminən bir həftə əvvəl Nardaran kəndində, dəniz kənarında ağ rəngli sellofanda tapdığını, bir həftə onları yaşadığı ünvanda saxladığını, istifadə etmədiyini, dənizə atmaq məqsədilə üzərində gəzdirdiyini bildirmişdir. Aşkar edilmiş tapança və patronlar qablaşdırılaraq möhürlənmişdir. Bu barədə təhqiqatçı tərəfindən protokol tərtib edilmiş. Tərtib olunmuş protokol ucadan oxunmuş, iştirakçıların hər biri protokolu imzalamışdır. Məhkəmə baxışı zamanı dindirilmiş şahid Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsinin kiçik əməliyyat müvəkkili Şahid2, məhkəmə baxışı zamanı dindirilmiş digər Şahid1 ilə oxşar məzmunda ifadə verərək, sonuncunun göstərdiyi xüsusatları təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 16.03.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində toplanmış material üzrə fakta görə CM-in 228.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və istintaqı aparılması üçün icraata qəbul edilmişdir. 15.03.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərində qanunsuz olaraq odlu silahı gəzdirməsi barədə Binəqədi RPİ-nin CAŞ-nə daxil olmuş məlumat əsasında sonuncunun müəyyən edilib ifşa edilməsi istiqamətində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi və həmin tədbirlərin keçirilməsi məqsədi ilə əməliyyat qrupunun yaradılması qərara alınmışdır. 15.03.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 15 mart 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. 15.03.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 26 sentyabr 2020-ci il tarixdə tutularaq Binəqədi RPİ-nin CAŞ-nə dəvət edilmiş və inzibati binanın otaqlarından birində aparılan şəxsi axtarış zamanı sonuncunun əynində olan qara rəngli cins şalvarının sol yan tərəfində belinə taxılmış Rusiya istehsalı olan üzərində “yazılan AH 385” TT markalı tapançaya bənzər predmeti və şalvarın sağ yan cibindən 3 ədəd patrona bənzər predmet aşkar edilərək götürülmüşdür. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 15.03.2021-ci il tarixli, 5(001)-364/2021 nömrəli qərarından görünür ki, Bakı şəhər Binəqədi RPİ-nin CAŞ-in əməliyyat müvəkkili, polis baş leytenantı İmran Babayev tərəfindən qəbul edilmiş 15 mart 2021-ci il tarixli “əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsi” barədə qərar qanuni hesab edilmişdir. 16.03.2021-ci il tarixli, 21/205R nömrəli Azərbaycan Respublikası DİN-nin Kriminalistik Tədqiqatlar İdarəsinin rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 1 (bir) ədəd AH-385 nömrəli silah keçmiş SSRİ dövlətində Tula silah zavodunda 1940-cı il tarixdə istehsal olunmuş 7,62 mm kalibrli, Tokarev (TT) konstruksiyalı, yivli odlu döyüş silahı olan, texniki cəhətdən saz və atəşə yararlı olmuşdur. Silahin hissə və mexanizmlərində heç bir əlavə dəyişiklik edilməmişdir. Tədqiqata təqdim edilmiş 1 (bir) ədəd əşya, zavod üsulu ilə istehsal olunmuş, Tokarev (TT) konstruksiyalı tapançaların komplekt hissəsi olan darağıdır, texniki cəhətdən sazdır, bircərgəlidir və 8 (səkkiz) ədəd 7.62X25 mm kalibrli patronların saxlanılması üçün nəzərdə tutulmuşdur. Tədqiqata təqdim edilmiş 3 (üç) ədəd patron zavod üsulu ilə istehsal olumuş 7.62X25 mm kalibrli olmaqla həmin kalibrli Tokarev (TT) konstruksiyalı tapançaların PPŞ-PPS konstruksiyalı tapança-pulemyotların ştat patronu hesab edilən, döyüş sursatı, atəşə yararlı, aşkar edilməsinə dair toplanmış material olmuşdur. Qeyd: təqdim edilmiş 3 (üç) ədəd 7.62X25 mm kalibrli patrondan 2 (iki) ədədi ekspertimental atəşlər zamanı istifadə olunmuşdur. 16.03.2021-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə CM-in 228.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə nəzərdə tutulan ittiham elan olunmuşdur. 17.03.2021-ci il tarixli protokol və ona əlavə edilmiş axtarış və götürmənin görüntüləri olan diskdən görünür ki, Təqsirləndirilən şəxs üstündə, paltarında və paltarlarının ciblərində, əşyalarında və bədənində ola biləcək əşyaları təqdim etməsi təklif edilmişdir. Vətəndaş Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarının sol yan tərəfində belinə taxılmış Rusiya istehsalı olan üzərində “yazılan AH 385” TT markalı tapançaya bənzər predmeti və şalvarın sağ yan cibindən 3 ədəd patrona bənzər predmeti masanın üzərinə qoymuşdu. Bundan sonra vətəndaş Təqsirləndirilən şəxs üzərində başqa hər hansı bir əşyanın olub-olmaması sual edilmiş, həmin şəxs üzərində hər hansı bir əşya olmadığını bildirmişdir. Ondan sonra Təqsirləndirilən şəxs qara rəngli cins şalvarının ciblərini çıxarması tələb olunmuş, onun şalvarının ciblərindən hər hansı qanunla qadağan olunmuş əşya aşkar olunmamışdır. Təqsirləndirilən şəxs üst-başını səliqəyə salması tələb edilmişdir. Daha sonra Təqsirləndirilən şəxs masaya qoyduğu predmetlərin üzərində TT markalı silah və onun patronları olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs həmin TT markalı silahı və onun patronlarını 1 həftə əvvəl sellofan bağlamada Bakı şəhəri, Sabunçu rayonu, Nardaranda dənizkənarında tapdığını və tapdıqdan sonra bugünədək evdə saxladığını və həmin silahdan istifadə etmədiyini bildirmişdir. 14 mart 2021-ci il tarixdə sosial şəbəkələrdən öyrənmiş ki, silah saxlamaq cinayətdir. Bu səbəbdən 15 mart 2021-ci il tarixdə həmin silahı və patronları dənizə atacağını bildirmişdir. Bundan sonra 01 ədəd silaha bənzər predmet və 3 ədəd patrona bənzər predmet ağ rəngdə zərflərə qoyularaq zərfin ağzı Binəqədi RPİ-nin zərflər üçün nəzərdə tutulmuş 172 nömrəli möhürü ilə möhürlənmiş və hər bir iştirakçı tərəfindən həmin zərfin üzəri imzalanmışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 17.03.2021-ci il tarixli, 4(001)-255/2021 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 3 ay müddətə həbs qətimkan tədbiri seçilərək həbsdə saxlanılma müddətinin əvvəli 15 mart 2021-ci il tarixdən hesablanmışdır. 19.03.2021-ci il tarixli Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin tələbnaməsindən və müvafiq hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 17.05.2019-cu il tarixli, 1(006)-17/2019 nömrəli hökmü ilə CM-in 177.2.5-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 2 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin əvvəli 14 mart 2018-ci il tarixdən hesablanmış, 14.03.2020-ci il tarixdə cəzasının sonu azad olunmuşdur. 29.03.2021-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs3 müraciəti əsasında toplanmış HK-1/192-2021 nömrəli material istintaq olunan ********* nömrəli cinayət işinə birləşdirilmişdir. 29.03.2021-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs3 təqdim edilmiş şəkillər arasında Təqsirləndirilən şəxs şəkilini tanımış və onun 165 saylı marşrut avtobusu ilə evə gedərkən avtobusun salonunda yanında durduğunu göstərmişdir. 12.04.2021-ci il tarxli qərardan görünür ki, ********* nömrəli cinayət işi ********* nömrəli cinayət işinə birləşdirilərək istintaqı sonucu nömrə altında davam etdirilmişdir. 09.06.2020-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs1 cibindən əmlakının oğurlanması ilə bağlı toplanmış material əsasında CM-in 177.2.5-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və istintaqı aparılması üçün icraata qəbul edilmişdir. 12.04.2021-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi ********* nömrəli cinayət işinə birləşdirilərək istintaqı sonucu nömrə altında davam etdirilmişdir. 26.12.2020-ci il tarixli qərardan görünür ki, X2 əmlakının oğurlanması ilə bağlı toplanmış material əsasında CM-in 177.2.5-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və istintaqı aparılması üçün icraata qəbul edilmişdir. 01.05.2021-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi ********* nömrəli cinayət işinə birləşdirilərək istintaqı sonucu nömrə altında davam etdirilmişdir. 01.05.2021-ci il tarixli qərardan görünür ki, X4 əmlakının oğurlanması ilə bağlı toplanmış material əsasında olan ********* nömrəli cinayət işi istintaqı aparılması üçün icraata qəbul edilmişdir. 10.05.2021-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi ********* nömrəli cinayət işinə birləşdirilərək istintaqı sonucu nömrə altında davam etdirilmişdir. 10.02.2021-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs4 əmlakının oğurlanması ilə bağlı toplanmış material əsasında CM-in 177.2.5-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və istintaqı aparılması üçün icraata qəbul edilmişdir. 24.03.2021-ci i tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs ifadəsinin yerində yoxlanılması istintaq hərəkəti zamanı sonuncu Zərərçəkmiş şəxs4 qarşı etdiyi oğurluq əməlinin necə baş vermə si mexanizmini əyani şəkildə göstərmişdir. 31.05.2021-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi ********* nömrəli cinayət işinə birləşdirilərək istintaqı sonucu nömrə altında davam etdirilmişdir. 09.03.2021-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs5 əmlakının oğurlanması ilə bağlı toplanmış material əsasında CM-in 177.2.5-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və istintaqı aparılması üçün icraata qəbul edilmişdir. 31.05.2021-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi ********* nömrəli cinayət işinə birləşdirilərək istintaqı sonucu nömrə altında davam etdirilmişdir. 15.03.2021-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs6 əmlakının oğurlanması ilə bağlı toplanmış material əsasında CM-in 177.2.5-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və istintaqı aparılması üçün icraata qəbul edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 15.06.2021-ci il tarixli, 4(001)-582/2021 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti 1 ay 10 gün müddətə uzadılmışdır. 17.05.2021-ci il tarixli, 3/746 nömrəli Məhkəmə Ekspertiza Mərkəzinin rəyindən görünür ki, təqdim edilmiş bir ədəd silah-1940-cı ildə, Tula silah zavodunda istehsal edilmiş, 1930/33-cü illər nümunəli, «TT-Тульский Токарева» konstrksiyalı, 7,62 mm kalibirli, AH 385 №-li tapançadır, üzərində təyinatını dəyişdirən əlavə və ya dəyişiklik edilməmişdir-yivli odlu döyüş silahıdır, saz vəziyyətdədir və atəş açmaq üçün yararlıdır. Təqdim edilmiş bir ədəd patron - 1986-cı ildə, zavod üsulu ilə hazırlanmış, pistonu mərkəzdən alışan, 7,62 mm klibrli olmaqla, həmin kalibrə malik, 1930/33-cü illər nümunəli, «TT-Тульский Токарева» konstruksiyalı tapançalarda, «ППШ», «ППД», «ППС» markalı tapança-pulemyotlarda və s. yivli odlu döyüş silahlarında istifadə edilmək üçün nəzərdə tutulmuş patrondur-döyüş sursatıdır və atəşə(istifadəyə) yararlıdır. Təqdim edilmiş bir ədəd sandıqça-1930/33-cü illər nümunəli, «TT-Тульский Токарева» konstruksiyalı yivli tapançaların funksional əhəmiyyət daşımayan komplekt hissəsi olmaqla, 08 ədəd 7,62 mm klibrli patron tutumuna malik olan, zavod üsulu ilə hazırlanmışdır və təyinatı üzrə istifadəyə yararlıdır. 26.07.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüşd 1 (bir) ədəd «TT» markalı AH385 №-li tapanca, 3 (üç) ədəd patron (ekspertiza tədqiqatından sonra bir ədəd patron və iki ədəd giliz qalmış) iş üzrə maddi sübut kimi tanınmış və saxlanılması üçün Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin saxlanc anbarına təhvil verilmiş, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmasının görüntülərini özündə əks etdirən 1 (bir) ədəd disk iş üzrə sübut kimi tanınmış və cinayət işinin materiallarında saxlanılmışdır. İş üzrə məhkəmənin təqsirləndirilən şəxs haqqında “Şəxsi məlumatlar”a dair portal çıxarışından görünür ki, Təqsirləndirilən şəxs himayəsində 22.02.2018-ci il təvəllüdlü X5 adlı bir azyaşlı uşağı vardır. Məhkəmə, cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etiraf edici ifadəsi ilə yanaşı, mənbəyinin, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxslər və şahidlərin ifadələri, ekspertiza rəyləri, eləcə də istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 177.2.2, 177.2.5 və 228.1-ci maddələri ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Qanunvericiliyin tələblərinə əsasən istintaq zamanı Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-in 177.2.2, 177.2.5 və 228.1-ci maddələri cinayətlərin təsnifatına görə az ağır cinayətlər hesab olunur. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşağının omasını və örətdiyi cinayət əməlini etiraf edərək əməlindən səmimi peşman olmasını CM-in 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilən zaman CM-in 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. Məhkəmədə iş materiallarından müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 17.05.2019-cu il tarixli, 1(006)-17/2019 nömrəli hökmü ilə CM-in 177.2.5-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 2 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin əvvəli 14 mart 2018-ci il tarixdən hesablanmış və sonuncu 14 mart 2020-ci il tarixdə cəzasının sonu azad olunmuşdur. Göründüyü kimi, Təqsirləndirilən şəxs qəsdən az ağır cinayət törətməyə görə əvvəllər məhkum olunmuş və qanunvericilikdə nəzərdə tutulan iki il müddət keçmədən, yəni məhkumluğu ödənilmədən və ya götürülmədən yenidən qəsdən cinayət törətmişdir. Belə ki, CM-in 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. CM-in 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. CM-in 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun CM-in 18.5, 61.1.1 və 65-ci maddələrinin şərh edilməsinə dair 18 mart 2013-cü il tarixli qərarının nəticəvi hissəsindən görünür ki, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən eyni və ya həmcins cinayətin törədilməsi cinayətin residivi kimi qəbul edilməlidir. Həmin şəxsin əməli eyni zamanda cinayətlərin təkrar törədilməsi əlaməti ilə tövsif edilə bilməz. Cinayətlərin residivi müəyyən edildikdə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində residiv cinayət tərkibinin əlaməti kimi nəzərdə tutulmadığı halda, həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalı və təqsirləndirilən şəxsə həmin Məcəllənin 65-ci maddəsi tətbiq edilməklə cəza təyin olunmalıdır. Qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi CM-in 18.1-ci maddəsinə əsasən cinayətlərin residivini yaradır. Məhkəmə, CM-in 61.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivinin olmasını onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. CM-in 18.5-ci maddəsinə əsasən cinayətlərin residivinə görə bu Məcəllədə nəzərdə tutulmuş əsaslarla və hədlərdə daha sərt cəza tətbiq edilir. CM-in 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. CM-in 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmə, Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsinə baxaraq, onun cəzasını yüngülləşdirən və ağırlaşdıran hallarla yanaşı CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (az ağır cinayət olmasını), təqsirkarın şəxsiyyətini, təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, CM-in 65.1-ci maddəsinin tələbləri nəzərə alınmaqla, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 234.1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Belə ki, məhkəmə, CM-in 41.2-ci maddəsinə müvafiq olaraq qeyd etməyi zəruri hesab edir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Digər tərəfdən qeyd edilməlidir ki, cəza, törədilmiş cinayətə görə yalnız tənbeh deyil, o, məhkumu qanunlara dəqiq riayət, ümum yaşayış qaydalarına hörmət ruhunda islah və yenidən tərbiyə etmək məqsədi daşıyır. Cəzanın mahiyyəti islah etmə və yenidən tərbiyə etmə ilə sıx bağlı olmaqla, cinayət əməlini törətmiş şəxsin şüurunda neqativ düşüncəni dəyişmək və onu hüququn tələblərinə riayət etməyə məcbur etmək istiqamətində dövlətin səylərindən ibarətdir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, eləcə də CM-in 65.1-ci maddəsinin tələblərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. CM-in 66.1-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. CM-in 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrıayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Məhkəmə, qeyd olunan qanunvericiliyin tələblərini rəhbər tutaraq, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzası təyin edilərkən cinayətlərin məcmusu üzrə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, təyin olunacaq azadlıqdan məhrumetmə cəzalarını qismən toplamaq yolu ilə ona qəti cəza təyin edilməsini zəruri hesab edir. CM-in 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün ciddi rejimli cəzaçəkmə müəssisəsində cəzasını çəkməlidir. Təqsirləndirilən şəxs əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkdiyindən və hazırda əməlində cinayətlərin residivinin olması müəyyən edildiyindən, o, təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını CM-in 56.1.3-cü maddəsinə əsasən ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmədə iş materiallarından müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs 15 mart 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 17.03.2021-ci il tarixli, 4(001)-255/2021 nömrəli qərarı ilə ndan görünür ki, Təqsirləndirilən şəxs barəsində 3 ay müddətə həbs qətimkan tədbiri seçilərək həbsdə saxlanılma müddətinin əvvəli 15 mart 2021-ci il tarixdən hesablanmışdır. Göründüyü kimi, Təqsirləndirilən şəxs 15 mart 2021-ci il tarixdən hazırkı vaxtadək həbsdə saxlanılmışdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – CPM) 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. CPM-in 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət, məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət və Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. CPM-in 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətə daxil edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti ona təyin olunacaq cəza müddətinə daxil edilməli və cəza müddətinin əvvəli 15 mart 2021-ci il tarixdən hesablanmalıdır. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə, CPM-in 132 və CM-99-1-ci maddələrinin tələblərinə əsasən hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin saxlanc anbarında saxlanılan 1 (bir) ədəd «TT» markalı AH385 №-li tapanca və ekspertiza tədqiqatından sonra qalıq qalmış 1 (bir) ədəd 7.62X25 mm kalibrli patron hökm qanuni qüvvəyə mindikdən sonra xüsusi müsadirə edilməli, ekspertiza tədqiqatı zamanı eksperimental atəş zamanı istifadə edilmiş 2 (iki) ədəd 7.62X25 mm kalibrli patronun gilizi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli və iş üzrə sübut kimi tanınmış 1 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan başqa məhkəmə, CPM-in 197.1.4-cü maddəsinə əsasən hesab edir ki, məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 74 (yetmiş dörd) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulmalıdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs6 və Zərərçəkmiş şəxs3 tərəfindən cinayət hadisəsi nəticəsində vurulmuş ziyanla bağlı ibtidai istintaq və məhkəmə istintaqı zamanı mülki iddia ilə müraciət olunmamışdır. Qeyd olunanlara və CPM-in 180.2-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iş üzrə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs6 və Zərərçəkmiş şəxs3 cinayət hadisəsi nəticəsində dəymiş ziyanla bağlı mülki mühakimə icraatı qaydasında iddia vermək hüquqlarının olması izah edilməlidir. Müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili X3 təqdim etdiyi hesabata əsasən o, cinayət işinin materialları ilə tanış olmaqla məhkəmə iclaslarında iştirak edərək Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə cəmi 51 (əlli bir) saat vaxt sərf etmişdir. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili X7 cinayət işinin materialları ilə tanış olmaqla təqsirləndirilən şəxsin müdafiəçisi qismində məhkəmə iclaslarında iştirak edərək ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 51 (əlli bir) saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərdiyi cəmi 51 (əlli bir) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili X6 Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 306 (üç yüz altı) manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən CPM-in 132, 197-198, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2, 177.2.5 və 228.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.5-ci maddələri ilə 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq, 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisində çəksin. Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın əvvəli 15 mart 2021-ci il tarixdən hesablanmaqla həbsdə saxlama müddəti ona təyin olunmuş cəza müddətə daxil edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmün icrası Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi PX-in Bakı İstintaq Təcridxanasına həvalə edilsin. İş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin saxlanc anbarında saxlanılan 1 (bir) ədəd «TT» markalı AH385 №-li tapanca və ekspertiza tədqiqatından sonra qalıq qalmış 1 (bir) ədəd 7.62X25 mm kalibrli patron hökm qanuni qüvvəyə mindikdən sonra xüsusi müsadirə edilsin. İş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin saxlanc anbarında saxlanılan ekspertiza tədqiqatı zamanı eksperimental atəş zamanı istifadə edilmiş 2 (iki) ədəd 7.62X25 mm kalibrli patronun gilizi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə sübut kimi tanınmış 1 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 74 (yetmiş dörd) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq X1 KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ ******************** S.W.İ.F.T. BİK CTREAZ 22 saylı məhkəmə ekspertizası mərkəzi VÖEN ********** hesab AZ34CTRE******************** saylı hesaba keçirilsin. İş iş üzrə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs6 və Zərərçəkmiş şəxs3 cinayət hadisəsi nəticəsində dəymiş ziyanla bağlı mülki mühakimə icraatı qaydasında iddia vermək hüquqlarının olması izah edilsin. Təqsirləndirilən şəxs göstərdiyi hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili X6 Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 306 (üç yüz altı) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan olunduğu andan, Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Fərid Əmirəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar