Məhkəmə qərarları › İş №1(001)-39/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-39/2024

19.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-39/2024 19.01.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Əmirəliyev Fərid Mübariz oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Almazov Pərviz Məhərrəm oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.2001-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Bakı şəhəri, Binəqədi rayonu, R.Allahverdiyev küçəsində yerləşən fərdi yaşayış evində yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi PX-in Bakı İstintaq Təcridxanasında saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra – CM) 177.2.3 və 234.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs ibtidai istintaq orqanı tərəfindən elan edilmiş ittihama əsasən o, özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 28 fevral 2023-cü il tarixdə saat 22 radələrində Zərərçəkmiş şəxs məxsus Bakı şəhəri, Qaradağ rayonu, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin həyətinə hasardan aşmaqla qanunsuz daxil olduqdan sonra mənzilin qapısının açıq olmasından istifadə edib içəri qanunsuz daxil olaraq yataq otağında yerləşən güzgülü dolabın üst gözlüyündən 1.200 (bir min iki yüz) manat nağd pulu və ümumi dəyəri 2.817 manat təşkil edən- 01 ədəd 493 manat dəyərində sarı rəngli metaldan, üzərində “583/585” əyar damğası həkk olunmuş, ümumi çəkisi 5,80 qram olan, gül təsvirli medalyonu olan qızıl boyunbağını, 01 ədəd 580 manat dəyərində, sarı rəngli metaldan, üzərində “750” əyar damğası həkk olunmuş, 5,27 qram çəkidə, oval formalı, üzərində gül təsviri olan qızıl kulonu, 01 ədəd 198 manat dəyərində sarı rəngli metaldan, üzərində “750” əyar damğası həkk olunmuş, 1,80 qram çəkidə, üzərində kişi təsviri olan qəzıl kulonu, 03 ədəd ümumi dəyəri 934 manat dəyərində sarı rəngli metaldan, üzərində “583” əyar damğası həkk olunmuş, ümumi çəkisi 10,99 qram olan, qızıl boyunbağını, 01 ədəd 612 manat dəyərində sarı rəngli metaldan, üzərində “750” əyar damğası həkk olunmuş, 4,32 qram çəkidə, üzərində qırmızı rəngli karunt qaşlar qrupuna aid 12 ədəd, hər birinin ölçüsü 0,005 karat olmaqla 56 ədəd hər birinin ölçüsü 0,002 karat, 4/3 keyfiyyətli briliant qaşları olan pələng başı formalı qızıl üzüyü gizli yolla talayaraq, Zərərçəkmiş şəxs ümumilikdə 4.017 (dörd min on yeddi) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, 28 fevral 2023-cü il tarixdə Bakı şəhəri Qaradağ rayonu ərazisində naməlum vaxt və şəraitdə şəxsiyyəti istintaqa məlum olmayan şəxsdən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 0,694 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroini və 0,824 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini şəxsi istifadəsi üçün 50 manata əldə edib psixotrop maddə metamfetamini yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, R.Allahverdiyev küçəsində yerləşən nömrəsiz fərdi yaşayış evində, narkotik vasitə heroini isə üzərində saxlayaraq daşımış, 01 mart 2023-cü il tarixdə saat 11:05-də Azərbaycan Respublikası DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində o, yaşadığı Bakı şəhəri Binəqədi rayonu R.Allahverdiyev küçəsində yerləşən nömrəsiz fərdi yaşayış evin yaxınlığında saxlanılaraq, ünvan 4 ünvanında yerləşən AR DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin inzibati binasına aparılmış, orada 01 mart 2023-cü il tarixdə saat 12:20-də üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd bükümdə təmiz çəkisi 0,694 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürüldükdən sonra həmin tarixdə saat 13:40-da Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, R.Allahverdiyev küçəsində yerləşən nömrəsiz fərdi yaşayış evinə baxış keçirilərkən divanın üzərində olan döşəyin alt hissəsindən qanunsuz olaraq əldə edib saxladığı 01 ədəd bükümdə təmiz çəkisi 0,824 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs CM-in 177.2.3 və 234.1-ci maddələri ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilmişdir. Belə ki, oğurluq cinayəti üzrə özünü təqsirli bilmiş, lakin narkotik vasitə ilə bağlı elan edilmiş ittiham üzrə özünü təqsirli bilməmişdir. Həmin cinayət əməli ilə bağlı Azərbaycan Respublikası DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin inzibati binasında onu bir sutka döyüşlər və bundan sonra cinayəti onun boynuna qoymuşlar. Həmçinin ona verilən suallara cavab olaraq bildirmişdir ki, Baş Narkotiklərlə Mübarizə İdarəsində döyülsə də onda xəsarət izləri olmamışdır. Onlar haradan vuracaqlarını bilirlər. Saat 5-6 olardı gəlib evi basıb onu da götürüb aparmışlar. Oğurluq etdiyi tarixi xatırlamır, lakin oğurluq etdiyi zaman axşam vaxtı olmuşdur. Oğurluq zamanı ünvandan qızıl və 1050 manat pul götürmüşdür. Ona 1 kilonu götürməli olduğunu demişlər. Onun isə heç bir təqsiri yoxdur və bu səbəbdən narkotiklə bağlı özünü təqsirli bilməmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs elan edilmiş CM-in 177.2.3 və 234.1-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır. Məhkəmə baxışı zamanı dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, 28 fevral 2023-cü il tarixdə saat 23 radələrində evin yataq otağında yatmaq üçün uzansa da, hələ yuxuya getməmişdi. Bu zaman yataq otağında xışıltı səsi gəldiyini eşitmiş, həmin şəxsin yoldaşı Süleyman olduğunu fikirləşərək orada nə axtardığını soruşmamışdır. Bu zaman həmin şəxs əyilib güzgülü şkafın aşağı siyirməsində nə isə axtarmış, söz soruşan zaman həmin şəxs birdən ayağa qalxmışdır. Otaq qaranlıq olsa da, həmin şəxsin bədən quruluşundan yoldaşı Süleyman olmadığını görmüşdür. Ondan kim olduğunu soruşduqda heç bir səs gəlməmiş, daha sonra həmin şəxs sakitcə otaqdan çıxaraq getmişdir. Hələ də yuxu gördüyünü sanmış, dərhal özünə gəlib ayağa qalxmış və dərhal yataq otağındakı güzgülü şkafa baxış keçirmişdir. Bundan sonra güzgülü şkafın üst siyirməsində olan qızılların və pulların orada olmadığını aşkar etmişdir. Həmçinin ona verilən suallara cavab olaraq bildirmişdir ki, hazırda Təqsirləndirilən şəxs şikayətçi deyildir. Evindən qızıl və pullar oğurlanmış, qızılların hamısı və pul geri qaytarılmışdır. Məhkəmə baxışı zamanı dindirilmiş şahid Azərbaycan Respublikası DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, 01 mart 2023-cü il tarixdə saat 11:05 radələrində Bakı şəhəri Binəqədi rayonu, Sulu-Təpə qəsəbəsi, Ruslan Allahverdiyev küçəsində olduğu zaman məlumatda əlamətləri uyğun gələn və xarici görünüşcə Məzahirə oxşar şəxsi əlverişli şərait yarandığı üçün saxlamışlar. Bu zaman yanında istintaq qrupu üzvü Baş Narkotiklərlə Mübarizə İdarəsinin digər əməliyyat müvəkkili Şahid2 da olmuşdur. Onlar həmin şəxsə özlərini təqdim etdikdən sonra ondan kimliyi soruşulmuş və həmin şəxs özünü Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərində narkotik vasitələri və psixotrop maddələri gəzdirməsində şübhəli olmasını və onlarla birlikdə BNMİ-nin getməsini bildirmişlər. Təqsirləndirilən şəxs heç bir etirazı olmadığını bildirib onlarla birlikdə ünvan 5 ünvanında yerləşən BNMİ-nin inzibati binasına getmişdir. İdarədə xidməti otaqların birində hüquq və vəzifələri izah edilərək, üzərinə şəxsi axtarış və götürmə aparılması barədə mövcud qərarla tanış edilmiş, videoçəkiliş aparılacağı bildirilərək qanunla dövriyyəsi qadağan edilmiş əşya və ya maddəni könüllü surətdə verməsi təklif edilmişdir. Bu zaman Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 1 ədəd bükümdə narkotik vasitə heroinə bənzər kütləni, əynində olan həmin şalvarın sol yan cibindən 800 (səkkiz yüz) manat pulu, 1 (bir) ədəd qızıl üzüyü, 4 (dörd) ədəd qızıl boyunbağını və 3 (üç) ədəd boyunbağının üzərində olan qızıl klonu təqdim edərək masanın üzərinə qoymuşdur. Sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmağa başlanılmış və onun üzərindən başqa qanunsuz heç bir əşya aşkar olunmamışdır. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi kütlənin narkotik vasitə olan heroin olduğunu, həmin narkotik vasitəni bir gün əvvəl, xx.xx.2023-cü il tarixdə Bakı şəhəri, Qardağ rayonu ərazisində tanımadığı şəxsdən öz istifadəsi üçün 50 (əlli) manata aldığını və həmin gündən üzərində gəzdirdiyini, hətta yaşadığı evdə də psixotrop maddə saxladığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 1 ədəd bükümün içərisindəki maddə ağ rəngli zərfə qoyularaq qablaşdırılmış, zərfin üzəri Təqsirləndirilən şəxs, hüquqlarının müdafiəçisi və digər iştirakçılar tərəfindən imzalanmışdır. Daha sonra, Təqsirləndirilən şəxs tanımadığı şəxsdən əldə etdiyi psixotrop maddəni yaşadığı evdə saxladığını bildirdiyi üçün həmin tarixdə təhqiqatçı tərəfindən təxirə salınmadan onun yaşadığı evdə axtarış aparılması barədə qərar qəbul edilmiş və həmin qərar Təqsirləndirilən şəxs elan edildikdə o, yaşadığı evdə axtarış keçirilməsinə etiraz etmədiyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs ilə birlikdə onun yaşadığı evə gedilmiş, həmin ünvanda yaşayan X4 da yaşadığı evdə axtarış və baxış keçirilməsinə etiraz etməyərək həmin tədbirdə iştirak etmişdir. Mənzilə baxış keçirilmədən öncə şübhəli şəxs Təqsirləndirilən şəxs həmin ünvanda saxladığını bildirdiyi psixotrop maddələri təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs da təklifə əsasən evdə divanın üzərində olan döşəyin alt hissəsindən 1 ədəd ağ rəngli kristall şəkilli, psixotrop maddə metamfetaminə bənzər kütləni təqdim etmiş və başqa heç bir yerdə narkotik vasitə və psixotrop maddə olmadığını bildirmişdir. Həmin maddə qablaşdırılaraq götürülmüş və üzəri imzalanmışdır. Daha sonra Təqsirləndirilən şəxs yaşadığı evdə axtarış aparılmış, lakin heç bir qanunsuz əşya aşkar olunmamışdır. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi kütlənin psixotrop maddə metamfetamin olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinə aparılarkən, idarədə olarkən, həmçinin üzərinə şəxsi axtarış keçirilərkən və yaşadığı evdə axtarış aparılarkən ona qarşı hər hansı bir fiziki zor, təzyiq göstərilməmiş, onun narkotik vasitəni və psixotrop maddəni şəxsi istifadəsi üçün əldə etdiyi təsdiqini tapsa da, narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması təsdiqini tapmamışdır. Həmçinin ona verilən suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs üzərinə Azərbaycan Respublikası DİNnin Baş Narkotiklərlə Mübarizə İdarəsində baxış keçirilmişdir. Özlərini tədim edərək onu idarəyə dəvət etmişlər. Maraqlanan zaman oğurluğu tutulmazadan bir əvvəl etdiyini bildirmişdir. Ona qarşı heç bir fiziki qüvvə və psixi təsir olmamışdır. Məhkəmə iclasına şahid qismində çağırılmış Azərbaycan Respublikası DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili Şahid2 məhkəmə iclasında iştirak etməməsi nəzərə alınaraq, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilməklə ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmuşdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, toplanmış material üzrə CM-in 177.2.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və istintaqı aparılması üçün icraata qəbul edilmişdir. Hadisə yerinə baxış keçirilməsi haqqında xx.xx.2023-cü il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, 01 mart 2023-cü il tarixdə olan oğurluq hadisəsi Bakı şəhəri, Qaradağ rayonu, ünvan 3 ünvanında baş vermişdir. İfadənin yerində yoxlanılması haqqında xx.xx.2023-cü il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs ifadəsinin yerində yoxlanması zamanı, sonuncu istintaqa verdiyi ifadəsini bir daha təsdiqləyərək hadisə yerini göstərib, hadisənin necə baş verməsini əyani təsvir etmişdir. Cinayət işinin birləşdirilməsi və iş üzrə əməlin tövsif edilməsi haqqında xx.xx.2023cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi icraatda olan ********* nömrəli cinayət işinə birləşdirilərək, birləşmiş cinayət işinin nömrəsi ********* nömrəsi saxlanılmışdır. Cinayət işinin başlanması haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, toplanmış material üzrə 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və istintaqı aparılması üçün icraata qəbul edilmişdir. Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edərək Bakı şəhəri, Binəqədi rayonu ərazisində dövriyyəsi ilə məşğul olması barədə Azərbaycan Respublikası DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinə daxil olmuş məlumat əsasında sonuncunun müəyyən edilib ifşa edilməsi istiqamətində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi və həmin tədbirlərin keçirilməsi məqsədi ilə əməliyyat qrupunun yaradılması qərara alınmışdır. Şübhəli şəxsin tutulması haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs faktiki azadlığı 01 mart 2023-cü il tarixdə saat 11:05-də məhdudlaşdırılaraq həmin tarixdə saat 12:00-da şübhəli şəxs qismində tutulmuşdur. Şəxsi axtarış və götürmə aparılması haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Azərbaycan Respublikası DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs saxlanılaraq idarəyə gətirilmiş və üzərində keçirilən şəxsi axtarış zamanı əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən 1 (bir) ədəd bükümdə narkotik vasitə heroinə bənzər kütlə, əynində olan həmin şalvarın sol yan cibindən 800 manat pul, 1 (bir) ədəd qızıl üzük, 4 (dörd) ədəd qızıl boyunbağı, 3 (üç) ədəd boyunbağının üzərində olan qızıl klon aşkar edilərək götürülmüşdür. Evə baxış keçirilməsi və götürmə haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Azərbaycan Respublikası DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, Ruslan Allahverdiyev küçəsində yerləşən evə baxış zamanı divanın üzərində olan döşəyin alt hissəsindən 1 (bir) ədəd bükümdə ağ rəngli psixotrop maddə olan metamfetaminə bənzər kütlə aşkar edilərək götürülmüşdür. Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 6/1235 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN zərflər üçün 7№”li dairəvi möhür əksi, “Təqsirləndirilən şəxs təqdim etdiyi kütlə...” yazısı və imzalar olan 2 (iki) ədəd paketdəki, 1 (bir) ədəd bükümdə təmiz çəkisi 0,694 qram qəhvəyi rəngli tozşəkilli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, 1 (bir) ədəd bükümdə təmiz çəkisi 0,824 qram ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş siyahılara əsasən heroin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in, metamfetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”-in İ siyahısına daxildir. Qeyd: Heroinin təmiz çəkisi – 0,694 qram, tədqiqata sərf edildi – 0,05 qram, qalıq – 0,644 qram; metamfetaminin təmiz çəkisi – 0,824 qram, tədqiqata sərf edildi – 0,05 qram, qalıq – 0,744 qram. Diskə baxış keçirilməsi haqqında xx.xx.2023-cü il tarixli protokoldan və cinayət işinə əlavə edilmiş diskdən müəyyən edilmişdir ki, Azərbaycan Respublikası DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin inzibati otağında Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman sonuncuya üzərində olan əşyaları təqdim etməsi təklif olunmuş, o, əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən 1 (bir) ədəd bükümdə narkotik vasitə heroinə bənzər kütləni, əynində olan həmin şalvarın sol yan cibindən 800 manat pulu, 1 (bir) ədəd qızıl üzüyü, 4 (dörd) ədəd qızıl boyunbağını 3 (üç) ədəd boyunbağının üzərində olan qızıl klonu təqdim edərək masanın üzərinə qoymuş, sonra şübhəli şəxsin üzərinə şəxsi axtarış keçirilsə də sonuncunun üzərindən əlavə olaraq qanunla qadağan olunmuş hər hansı bir əşya, maddə və ya predment aşkar edilməmişdir. Sonra isə aşkar olunmuş həmin kütlə, pul və qızıl-zinət əşyaları içərisi boş olan ağ rəngli zərfə qoyularaq qablaşdırılmış, möhürlənmiş, üzəri şübhəli şəxs, müdafiəçi tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs soruşulduqda üzərindən aşkar olunmuş kütlənin özünə məxsus olduğunu, həmin kütləni tanımadığı şəxsdən bir gün əvvəl Bakı şəhəri, Qaradağ rayonu ərazisində öz istifadəsi üçün 50 (əlli) manata əldə etdiyini, həmçinin Bakı şəhəri, Binəqədi rayonunda yaşadığı evdə narkotik maddə olduğunu, həmin evə baxış keçirilməsinə etiraz etmədiyini, təqdim etdiyi pulu və qızıl-zinət əşyalarını Qaradağ rayonu ərazisində evdən oğurladığını bildirmişdir. Daha sonra görülmüş həmin tədbirlə bağlı tərtib olunmuş protokol Təqsirləndirilən şəxs özü və digər iştirakçılar tərəfindən imzalanmışdır. Diskə baxış keçirilməsi haqqında xx.xx.2023-cü il tarixli protokoldan və cinayət işinə əlavə edilmiş diskdən müəyyən edilmişdir ki, Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, Ruslan Allahverdiyev küçəsində yerləşən evdə axtarış aparılarkən şübhəli şəxs Təqsirləndirilən şəxs evdə qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və ya sənədlərin olduqları yerləri könüllü surətdə deməsi təklif edilmiş, şübhəli şəxs Təqsirləndirilən şəxs evdə divanın üzərində olan döşəyin alt hissəsindən 1 (bir) ədəd bükümdə ağ rəngli psixotrop maddə olan metamfetaminə bənzər kütləni təqdim etmişdir. Daha sonra həmin kütlə qablaşdırılmış, möhürlənmiş və üzərinin şübhəli şəxs, müdafiəçi və iştirakçılar tərəfindən imzalanmışdır, sonra Təqsirləndirilən şəxs yaşadığı evin digər hissələrinə baxış keçirilmiş, lakin narkotik vasitə, psixotrop maddə, qanunla dövriyyəsi qadağan edilmiş, yaxıd iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və sənədlər aşkar edilməmişdir. Şübhəli şəxs Təqsirləndirilən şəxs ona verilən suallara cavab olaraq aşkar olunmuş kütlənin özünə məxsus olduğunu, həmin kütləni tanımadığı şəxsdən bir gün əvvəl Bakı şəhəri, Qaradağ rayonu ərazisində öz istifadəsi üçün 50 (əlli) manata əldə etdiyini, heç kimə narkotik vasitə satmadığını, yaşadığı evdə narkotik vasitə saxlamasından heç kimin məlumatı olmadığını bildirmiş, görülmüş həmin tədbirlə bağlı tərtib olunmuş protokol Təqsirləndirilən şəxs özü və digər iştirakçılar tərəfindən imzalanmışdır. Bakı şəhəri Biəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(001)-186/2023 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 3 ay müddətə həbs qətimkan tədbiri seçilərək həbsdə saxlanılma müddətinin əvvəli 01 mart 2023-cü il tarixdən hesablanmışdır. Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin xx.xx.2023-cü il tarixli tələbnaməsindən görünür ki, Qasımov X3 Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 1 il 11 ay 28 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Bundan sonra Qaradağ Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs Qaradağ Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsi 11 ay 25 gün müddətə azaldıqdan məhrum etmə cəzası ilə əvəz edilmiş və xx.xx.2021-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 6/2098-9/2483 nömrəli rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş 01 ədəd sarı rəngli metaldan, üzərində gül təsviri medalyonu olan boyunbağı-üzərində “583/585” əyar damğası həkk olunmuşdur, həmin metal “583/585” əyarlı qızıla uyğundur, ümumi çəkisi 5,80 qramdır, dəyəri 493 manat; 01 ədəd sarı metaldan, oval formalı, üzərində gül təsviri olan kulonüzərində “750” əyar damğası həkk olunmuşdur, həmin metal “750” əyarlı qızıla uyğundur, çəkisi 5,27 qramdır, dəyəri 580 manat; 01 ədəd sarı rəngli metaldan, üzərində kişi təsviri olan kulon-“750” əyarlı qızıla uyğundur, çəkisi 1,80 qramdır, dəyəri 198 manat; 03 ədəd sarı rəngli metaldan boyunbağı-üzərində “583” əyar damğası həkk olunmuşdur, metal “583” əyarlı qızıla uyğundur, ümumi çəkisi 10,99 qramdır, ümumi dəyəri 934 manat; 01 ədəd sarı rəngli metaldan, pələng başı formalı elementi üzərində ağ-qara-qırmızı şəffaf qaşları olan üzük-üzərində “750” əyar damğası həkk olunmuşdur, metal “750” əyarlı qızıla uyğundur, çəkisi 4,32 qramdır, qırmızı rəngli qaşlar karunt qaşlar qrupuna aiddir, digər qaşlar briliyantdır, 12 ədədinin hər birinin ölçüsü 0,005 karat, 56 ədədinin hər birinin ölçüsü 0,002 karat, 4/3 keyfiyyətlidir, dəyəri 612 manat. Aparılmış fiziki-kimyəvi tədqiqatın nəticələrinə əsasən, tədqiqata təqdim olunmuş məmulatların hal-hazırki orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 2817.00 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X7 Şəxsin xx.xx.2023-cü il tarixli, 2697 nömrəli Ambulator X1 rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunmuş, onun narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır və ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Əşyanın tanınmaya təqdim edilməsi haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, 1 ədəd sarı rəngli metaldan, üzərində gül təsvirli medalyonu olan “583/585” əyarlı 5,80 qram çəkidə qızıl boyunbağı, 1 ədəd sarı metaldan, oval formalı, üzərində gül təsviri olan “750” əyarlı, 5,27 qram çəkidə, qızıl kulon, 1 ədəd sarı rəngli metaldan, üzərində kişi təsviri olan, “750” əyarlı, 1,80 qram çəkidə, qəzıl kulon, 3 ədəd sarı rəngli metaldan “583” əyarlı, ümumi çəkisi 10,99 qram qızıl boyunbağı, 1 ədəd sarı rəngli metaldan, pələng başı formalı, ağ-qara-qırmızı şəffaf qaşları olan, “750” əyarlı, 4,32 qram çəkidə, brilyant qaşlı qızıl üzük Zərərçəkmiş şəxs tanınmaya təqdim edilmiş və sonuncu həmin qızıl əşyalarını tanıyaraq ona məxsus olduğunu bildirmişdir. Polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Toplanmış sübutların qiymətləndirilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üstündən aşkar edilərək götürülmüş 0,694 qram çəkidə olan narkotik vasitə olan heroin, eləcə də Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, Ruslan Allahverdiyev küçəsində yerləşən evə baxış zamanı aşkar edilərək götürülmüş 0,824 qram psixotrop maddə olan metamfetamin maddi sübut kimi tanınmış, narkotik vasitə olan heroinin tədqiqata sərf edildikdən sonra 0,644 qram qalmış qalığı və psixotrop maddə olan metamfetaminin tədqiqata sərf edildikdən sonra 0,774 qram qalmış qalığı Bakı şəhəri Binəqədi RPİ-nin saxlanc yerinə təhvil verilmiş, 1 ədəd sarı rəngli metaldan, üzərində gül təsvirli medalyonu olan “583/585” əyarlı 5,80 qram çəkidə qızıl boyunbağı, 1 ədəd sarı metaldan, oval formalı, üzərində gül təsviri olan “750” əyarlı, 5,27 qram çəkidə, qızıl kulon, 1 ədəd sarı rəngli metaldan, üzərində kişi təsviri olan, “750” əyarlı, 1,80 qram çəkidə, qəzıl kulon, 3 ədəd sarı rəngli metaldan “583” əyarlı, ümumi çəkisi 10,99 qram qızıl boyunbağı, 1 ədəd sarı rəngli metaldan, pələng başı formalı, ağqara-qırmızı şəffaf qaşları olan, “750” əyarlı, 4,32 qram çəkidə, brilyant qaşlı qızıl üzük və şəxsi axtarış zamanı təqsirləndirilən şəxsdən aşkar edilərək götürülmüş 800 (səkkiz yüz) manat pul maddi sübut kimi tanınmaqla saxlanılmaqla Zərərçəkmiş şəxs qaytarılmış, həmçinin Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılması zamanı keçirilmiş 1 (bir) ədəd, eləcə də evə baxış keçirilməsi və götürmə aparılması zamanı aparılmış videoçəkilişin yazıldığı 1 (bir) ədəd olmaqla ümumilikdə 2 (iki) ədəd disk sübut kimi tanınmaqla cinayət işinin materiallarında saxlanılmışdır. Təqsirləndirilən şəxsə yenidən ittiham elan olunması haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona CM-in 177.2.3 və 234.1-ci maddələrində nəzərdə tutulan yenidən ittiham elan edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(001)-509/2023 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvə edilərək barəsində axtarış elan edilmişdir. Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 40-cı Polis Bölməsinin 12 sentyabr 2023-cü il tarixli məktubundan və ona əlavə edilmiş protokoldan görünür ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəmənin xx.xx.2023-cü il tarixli qərarı ilə axtarışa verilərək barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs 12 sentyabr 2023-cü il tarixdə tutularaq, Bakı İstintaq Təcridxanasına təhvil verilmişdir. İş üzrə Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş maddi ziyan tam ödənilmiş, ona qarşı heç bir şikayəti, tələbi yoxdur, aralarında barışıq olmuşdur. Bakı şəhər Səbail rayon prokurorluğunun “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 12 oktyabr 2023-cü il tarixli qərarı əsasında araşdırma aparılaraq Təqsirləndirilən şəxs Baş Narkotiklərlə mübarizə İdarəsinin polis əməkdaşları tərəfindən saxlanılarkən təzyiq, təhqir, işgəncə və qeyri insani davranışa məruz qalması ilə əlaqədar göstərdiyi xüsusatlar öz təsdiqini tapmadığından toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Məhkəmə, cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, eləcə də ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Həmçinin məhkəmə, Təqsirləndirilən şəxs özünü CM-in 234.1-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə təqsirli bilməməsinə dair məhkəmə iclasında verdiyi ifadəsinə hüquqi qiymət verilməsini zəruri hesab edib qeyd edir ki, təqsirləndirilən şəxsin ifadələrini, istintaq hərəkətlərinin aparılması haqqında protokolların və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutların qarşılıqlı şəkildə tədqiqi belə qənaətə gəlməyə əsas verir ki, təqsirləndirilən şəxs tərəfindən elan edilmiş ittiham üzrə cinayətin törədilməsinə şübhə yarada biləcək hər hansı bir hal müəyyən edilməmiş və təqsirləndirilən şəxsin məhkəmə araşdırması zamanı heç bir mötəbər hala əsaslanmayan ifadəsi ittihamı təkzib edən sübut kimi qəbul edilə bilməz. Yəni başqa sözlə desək, ibtidai istintaq orqanı tərəfindən elan edilmiş ittihamda göstərilən cinayət əməlini törətməsi məhkəmə tərəfindən tədqiq edilmiş sübutlarla təsdiq edilərək tam sübuta yetirilmişdir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahının təsdiq edilməsi haqqında 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş siyahıdan görünür ki, heroinin və metamfetaminin şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 0,15 qramdan 2 qramadək müəyyənləşdirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 177.2.3 və 234.1-ci maddələri ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Qanunvericiliyin tələblərinə əsasən istintaq zamanı Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-in 177.2.3 və 234.1-ci maddələri cinayətlərin təsnifatına görə az ağır cinayət hesab olunur. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıq əldə etməsini CM-in 59.1.12-ci maddəsinə və cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsini həmin Məcəllənin 59.1.13-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilən zaman CM-in 58-ci maddəsinin tələbləri nəzərə alınmalıdır. Məhkəmədə, Təqsirləndirilən şəxs əməlində CM-in 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsinə baxaraq cəzasını yüngülləşdirən hallarla yanaşı, CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (az ağır cinayət olmasını), təqsirkarın şəxsiyyətini (əvvəllər məhkum olunmasını), təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Göstərilənlərə əsasən məhkəmə Təqsirləndirilən şəxs narkotik vasitələrin aludəçisi olmasını, əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmasını və həmin məhkumluğunun ödənilməmiş və ya götürülməmiş olmasını, belə olan halda təqsirləndirildiyi maddənin sanksiyasında azadlıqdan məhrum etməyə nisbətən yüngül cəza növünün təyin edilməsinin ona tərbiyəedici və xəbərdaredici təsir göstərməyəcəyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 177.2.3 və 234.1ci maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Belə ki, məhkəmə, CM-in 41.2-ci maddəsinə müvafiq olaraq qeyd etməyi zəruri hesab edir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Digər tərəfdən qeyd edilməlidir ki, cəza, törədilmiş cinayətə görə yalnız tənbeh deyil, o, məhkumu qanunlara dəqiq riayət, ümum yaşayış qaydalarına hörmət ruhunda islah və yenidən tərbiyə etmək məqsədi daşıyır. Cəzanın mahiyyəti islah etmə və yenidən tərbiyə etmə ilə sıx bağlı olmaqla, cinayət əməlini törətmiş şəxsin şüurunda neqativ düşüncəni dəyişmək və onu hüququn tələblərinə riayət etməyə məcbur etmək istiqamətində dövlətin səylərindən ibarətdir. CM-in 60.1-ci maddəsinin tələblərinə görə bu Məcəllənin 59.1.8, 59.1.10—59.1.13cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Qanunun həmin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində CM-in 60.1-ci maddəsinə müəyyən edilmiş hallar olduğundan ona təyin olunacaq azadlıqdan məhrum etmə cəzası həmin maddədə nəzərdə tutulmuş həddən artıq ola bilməz. Çünki CM-in 60-cı maddəsində cəzanı yüngülləşdirən hallar olduqda qanunverici tərəfindən cəzanın təyin edilməsi qaydasının müəyyənləşdirilməsi cinayət qanununun əsas başlanğıclarından olan humanizm prinsipindən irəli gəlir. Buna dair cinayət qanunvericiliyinin tələbi ondan ibarətdir ki, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Cinayət törədən şəxs barəsində humanizm prinsipi təqsirkara nisbətən yüngül cəza növünü seçmək və tətbiq etməklə cəzanın məqsədinə nail olmanı nəzərdə tutur. Ona görə də, məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəza həddini müəyyən edərkən yuxarıda göstərilənlərdən başqa, onun cəzasını yüngülləşdirən halların olmasını, cəzasını ağırlaşdıran halların olmamasını həmçinin CM-in 60-cı maddəsinin tələblərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını təyin etməklə sosial ədalətin bərpasına, Cinayət Məcəlləsinin qanunçuluq, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin həyata keçməsinə, cəzanın məqsədlərinə və onun islah olunmasına nail olmaq olar. CM-in 66.1-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. CM-in 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrıayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Məhkəmə, qeyd olunan qanunvericiliyin tələblərini rəhbər tutaraq, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzası təyin edilərkən cinayətlərin məcmusu üzrə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, təyin olunacaq azadlıqdan məhrumetmə cəzalarını qismən toplamaq yolu ilə ona qəti cəza təyin edilməsini zəruri hesab edir. Məhkəmədə iş materiallarından müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs 01 mart 2023-cü il şübhəli şəxs qismində tutularaq Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(001)-186/2023 nömrəli qərarı ilə barəsində 3 ay müddətə həbs qətimkan tədbiri seçilmiş və həbsdə saxlanılma müddətinin əvvəli 01 mart 2023-cü il tarixdən hesablanmış, onun həbsdə saxlanılma müddəti 01 iyun 2023-cü il tarixdə başa çatdığından həmin tarixli qərarla barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 01 mart 2023-cü il tarixdən 01 iyun 2023-cü il tarixədək, yəni 3 (üç) ay müddətində həbsdə saxlanılmışdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – CPM) 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. CPM-in 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət, məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət və Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə, CM-in 69.3-cü maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs 01 mart 2023-cü il tqarixdən 01 iyun 2023-cü il tarixədək tutulduğu və həbsdə olduğu 3 (üç) ay müddət, həbsdə saxlamanın bir günü azadlıqdan məhrum etmənin bir günü hesabı ilə hesablanıb ona təyin ediləcək cəzadan çıxılmalıdır. CM-in 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələrində cəzasını çəkməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs, ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı, CM-in 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Bundan başqa, iş materiallarından müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Binəqədi Rayon Məhkəmənin xx.xx.2023-cü il tarixli, 1(001)-509/2023 nömrəli qərarı ilə barəsində elan edilmiş axtarış üzrə 12 sentyabr 2023-cü il tarixdə tutulmuş və həmin tarixdən hazırkı vaxtadək həbsdə saxlanılmışdır. CPM-in 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətə daxil edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti ona təyin olunacaq cəza müddətinə daxil edilməli və cəza müddətinin əvvəli 12 sentyabr 2023-cü il tarixdən hesablanmalıdır. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılmalıdır. CM-in 93.1.2-ci maddəsinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Odur ki, CM-in 93.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və o, qeydiyyat yeri üzrə ərazi narkoloji dispanserdə qeydiyyata götürülməlidir. Məhkəmə, CPM-in 132-ci maddəsinin tələblərinə əsasən hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin saxlanc yerində saxlanılan ekspertiza tədqiqatlarından sonra qalıq qalmış təmiz çəkiləri 0,644 qram narkotik vasitə olan heroin və 0,774 qram psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, iş üzrə maddi sübut kimi tanınmış 1 (bir) ədəd sarı rəngli metaldan, üzərində gül təsviri medalyonu olan “583/585” əyarlı, 5,80 qram çəkidə qızıl boyunbağı, 1 (bir) ədəd sarı metaldan, oval formalı, üzərində gül təsviri olan, “750” əyarlı, 5,27 qram çəkidə kulon, 1 (bir) ədəd sarı rəngli metaldan, üzərində kişi təsviri olan, “750” əyarlı, 1,80 qram çəkidə qızıl kulon, 3 (üç) ədəd sarı rəngli metaldan “583 ” əyarlı, ümumi çəkisi 10,99 qram, qızıl boyunbağı, 1 (bir) ədəd sarı rəngli metaldan, pələng başı formalı, üzərində ağ-qara-qırmızı şəffaf qaşları olan, “750” əyarlı, 4,32 qram çəkidə, briliyant qaşlı qızıl üzük və Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman aşkar edilərək götürülmüş 800 (səkkiz yüz) pulun sahibi Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalı və iş üzrə sübut kimi tanınmış 2 (iki) ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan başqa məhkəmə, CPM-in 197 və 198-ci maddələrinə əsasən hesab edir ki, məhkəmə ekspertizalarının keçirilməsinə xərclənmiş ümumilikdə 264 (iki yüz altmış dörd) manat məbləğində olan pul vəsaiti Təqsirləndirilən şəxs tutulmalıdır. Müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 təqdim etdiyi hesabata əsasən o, məhkəmə iclaslarında iştirak edərək Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə cəmi 70 (yetmiş) saat vaxt sərf etmişdir. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəmə iclaslarında iştirak edərək ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 70 (yetmiş) saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərdiyi cəmi 70 (yetmiş) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 420 (dörd yüz iyirmi) manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən CPM-in 132, 197-198, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3 və 234.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 1 (bir) il 3 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 2 (iki) il 9 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 01 mart 2023-cü il tqarixdən 01 iyun 2023-cü il tarixədək tutulduğu və həbsdə olduğu 3 (üç) ay müddət, həbsdə saxlamanın bir günü azadlıqdan məhrum etmənin bir günü hesabı ilə hesablanıb, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılaraq, üzərində 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın əvvəli 12 sentyabr 2023-cü il tarixdən hesablanmaqla, həbsdə saxlanılma müddəti ona təyin olunmuş cəza müddətinə daxil edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və qeydiyyat yeri üzrə ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. İş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin saxlanc anbarında saxlanılan ekspertiza tədqiqatlarından sonra qalıq qalmış təmiz çəkiləri 0,644 qram narkotik vasitə olan heroin və 0,774 qram psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış 1 (bir) ədəd sarı rəngli metaldan, üzərində gül təsviri medalyonu olan “583/585” əyarlı, 5,80 qram çəkidə qızıl boyunbağı, 1 (bir) ədəd sarı metaldan, oval formalı, üzərində gül təsviri olan, “750” əyarlı, 5,27 qram çəkidə kulon, 1 (bir) ədəd sarı rəngli metaldan, üzərində kişi təsviri olan, “750” əyarlı, 1,80 qram çəkidə qızıl kulon, 3 (üç) ədəd sarı rəngli metaldan “583 ” əyarlı, ümumi çəkisi 10,99 qram, qızıl boyunbağı, 1 (bir) ədəd sarı rəngli metaldan, pələng başı formalı, üzərində ağ-qara-qırmızı şəffaf qaşları olan, “750” əyarlı, 4,32 qram çəkidə, briliyant qaşlı qızıl üzük və Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman aşkar edilərək götürülmüş 800 (səkkiz yüz) pulun sahibi Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. İş üzrə sübut kimi tanınmış 2 (iki) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə ekspertizalarının keçirilməsinə xərclənmiş ümumilikdə 264 (iki yüz altmış dörd) manat məbləğində olan pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq X2 KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ ******************** S.W.İ.F.T. BİK CTREAZ 22 saylı məhkəmə ekspertizası mərkəzi VÖEN ********** hesab AZ34CTRE******************** saylı hesaba keçirilsin. Təqsirləndirilən şəxs göstərdiyi cəmi 70 (yetmiş) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 420 (dörd yüz iyirmi) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan olunduğu andan, Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Fərid Əmirəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar