Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-390/2020 02.11.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Sədrlik edən hakim Rzayev Abbas Əhəd oğlunun, Məhkəmə iclas katibi X6, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinn prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs oğlunun müdafiəçisi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3, Təqsirləndirilən şəxs, xx xxxxxx 1989-cu il tarixdə Bakı şəhərində anadan olmuş,Azərbaycan Respublikasının vətəndaşı, azərbay- canlı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda qeydiyyatda olmaqla, həmin ünvanda yaşamış, barəsində «həbs» qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penetensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs oğlunun Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhərində Binəqədi Rayon Məhkəməsinin binasında keçirilən açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talayıb təkrarən oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə xx xxx 2020-ci il tarixdə gecə saat 03:50 radələrində ünvan 3 A ünvanın qarşısında saxlanılmış Zərərçəkmiş şəxs1 məxsus “Mitsubishi Lancer” markalı, 99 N C943 dövlət qeydiyyatlı nömrə nişanlı avtomobilin sağ arxa qapısı üzərindəki şüşəni üstündə olan balta ilə sındıraraq avtomobilin salonundan xx.xx.2020-ci il tarixə olan milli məzənnə ilə 3.400 (üç min dörd yüz) manat təşkil edən 2.000 ABŞ dolları məbləğdə nağd pulu, 01 ədəd 500 (beş yüz) manat dəyərində qızıl üzüyü, hər birinin qiyməti 10 (on) manat olan iki ədəd “Mitsubishi” markalı qara rəngli avtomobil yastıq çaları və 01 ədəd 30 (otuz) manat dəyərində bluetooth-qulaqcığı gizli olaraq talayıb Zərərçəkmiş şəxs1 3.950 (üç min doqquz yüz əlli) manat məbləğdə maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə xx xxx 2020-ci il tarixdə gecə saat 03:55 radələrində ünvan 3 A ünvanın qarşısında saxlanılmış Zərərçəkmiş şəxs2 məxsus “Mercedes” markalı, ** OV *** dövlət qeydiyyatlı nömrə nişanlı avtomobilin sağ ön qapısı üzərindəki şüşəni üstündə olan balta ilə sındıraraq avtomobilin salonundan 01 ədəd 30 (otuz) manat dəyərində “Pioneer” markalı maqnitofonu, 01 ədəd 200 (iki yüz) manat dəyərində “Bars Qold” markalı akkumilyatoru və 01 ədəd 15 (on beş) manat dəyərində “Mercedes”markalı avtomobil açarını gizli olaraq talayıb Zərərçəkmiş şəxs2 cəmi 245 (iki yüz qırx beş) manat məbləğdə maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə xx xxx 2020-ci il tarixdə gecə saat 04:00 radələrində ünvan 3 A ünvanın qarşısında saxlanılmış Zərərçəkmiş şəxs3 məxsus “Mercedes” markalı ** RC *** dövlət qeydiyyatlı nömrə nişanlı avtomobilin sol arxa qapısı üzərindəki şüşəni üstündə olan balta ilə sındıraraq avtomobilin salonundan 01 ədəd 50 (əlli) manat dəyərində “Bosch” markalı perferator aləti, 01 ədəd 30 (otuz) manat dəyərində “WDR” markalı videoregistrator cihazı, 01 ədəd 15 (on beş) manat dəyərində “Qluttino” markalı gödəkçəni və içərisində təxminən 20 (iyirmi) manat məbləğdə müxtəlif ölkələrə aid pul əksinazları olan “Balisi” markalı 30 (otuz) manat dəyərində pul kisəsini, ümumi dəyəri 12 (on iki) manat təşkil edən 06 ədəd maqnitləri ilə USB kabellər, bir ədəd 01 (bir) manat dəyərində qara rəngli marker, bir ədəd 10 (on) manat dəyərində avtomobil üçün USB ötürücü, bir ədəd 03 (üç) manat dəyərində 2 GB həcmli USB yaddaş kartı və bir ədəd 01 (bir) manat dəyərli 2 GB həcmli mikrochip yaddaş kartını gizli olaraq talayıb Zərərçəkmiş şəxs3 cəmi 172 (yüz yetmiş iki) manat məbləğdə maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında ifadə verən Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, o, tək yaşayır, ailə üzvləri, yəni hər iki valideyni rəhmətə getmişdir.Heç bir işlə məşğul olmur, gündəlik ehtiyaclarını müxtəlif ünvanlarda fəhləlik etməklə əldə etdiyi pulla ödəyir.O, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 Xucaverdi oğlu, Zərərçəkmiş şəxs3, X4, Şahid1 yaşadığı məhəllədən tanıyır, həmin şəxslərin hamısı qonşularıdır. O, pula ehtiyacı olduğu üçün qərara gəlmişdir ki, həyətdə saxlanılan avtomobillərin şüşələrini sındıraraq salonundan dəyərli əşya və ya pul oğurlasın. Bu məqsədlə xx xxx 2020-ci il tarixdə gecə saat 03:50 radələrində özü ilə evdə olan baltanı götürüb yaşadığı evdən həyətə düşmüş, ilk olaraq, qonşusu Zərərçəkmiş şəxs1 məxsus gümüşü rəngli “Mitsubishi Lancer” markalı, **-NC-*** dövlət nömrə nişanlı avtomobilə yaxınlaşmış və əlindəki balta ilə həmin avtomobilin sağ arxa şüşəsini sındırıb salonun içərisinə daxil olmuşdur.Həmin avtomobildən 01 ədəd bluetooth qulaqcıq, bir ədəd gümüş üzük və 01 ədəd qara rəngli pul kisəsi götürmüş, pul kisəsinin içərisində olan sənədləri çıxarıb avtomobilin oturacağının üzərinə atmışdır.Həmin avtomobilin içərisində pul olmamış və o, oradan pul oğurlamamışdır.Bundan sonra o, orada saxlanılmış digər qonşusu Zərərçəkmiş şəxs2 məxsus “Mercedes” markalı **-OV-*** dövlət nömrə nişanlı avtomobilə yaxınlaşmış, həmin avtomobilin sağ qabaq şüşəsini əlində olan balta ilə sındırıb salonun içərisinə daxil olmuş və içərisindən bir ədəd qara rəngli “Pioneer” markalı avtomobili maqnitofonu çıxartmış, sonra avtomobilin mühərrikinin qapağını açaraq içərisində olan akkumilyatoru kəlbətinlə kəsib götürmüş, daha sonra avtomobilin salonundan açarı götürərək avtomobildən bayıra çıxmışdır.Daha sonra orada saxlanılmış digər qonşusu Zərərçəkmiş şəxs3 məxsus tünd göy rəngli “Mercedes” markalı ** RC *** dövlət qeydiyyat nişanlı avtomobilə yaxınlaşmış və əlində olan balta ilə həmin avtomobilin sol arxa şüşəsini sındıraraq salonun içərisinə daxil olmuşdur.O, salondan bir ədəd videoregistrator, bir ədəd perferator və bir ədəd qara rəngli pul kisəsini oğurlamış, həmin pul kisəsinin içərisində 01 ədəd 01 ABŞ dolları, 01 ədəd 05 türk lirəsi, 07 ədəd 01 manatlıq pul əskinasları olmuşdur. O, həmin pulları üç avtomobildən oğurladığı digər əşyalarla birlikdə yaşadığı evə daşıyıb aparmışdır. Bundan təxminən 10 dəqiqə sonra yenə həyətə düşmüşdür ki, başqa avtomobillərdən də oğurluq etsin, həyətə qayıdıb digər qonşusu Şahid1 məxsus, həyətdə saxlanılmış gümüşü rənglli “Renault Megan” markalı ** TH *** dövlət nömrə nişanlı avtomobilin ön sol şüşəsini sındırmış və avtomobilin içərisinə daxil olmuş, lakin avtomobilin salonundan qiymətli heç bir əşya və pul tapa bilmədiyinə görə həmin avtomobildən heç bir əşya oğurlaya bilməmişdir.Son dəfə o, kənarda saxlanılmış və digər qonşusu X1 məxsus və həyətdə saxlanılmış qırmızı rəngli “Mercedes” markalı ** DA *** dövlət nömrə nişanlı avtomobilə yaxınlaşmış və avtomobilin ön sol şüşəsini sındırmış, lakin səs-küy yaranmış, qonşuların gəldiyini görərək oradan qaçmışdır. Həmin vaxt o, yaşadığı mənzilə qalxarkən avtomobilin sahibi Xalıqverdi onu saxlamış və əlində olan 01 ədəd balta, 01 ədəd zubil və 01 ədəd cib bıçağını görüb onun avtomobillərdən oğurluq etdiyini başa düşmüş və dərhal hadisə yerinə polis əməkdaşlarını dəvət edərək ona təhvil vermişdir. Daha sonra o, polis əməkdaşları ilə birlikdə Polis Bölməsinə gedərək etdiyi əməlləri səmimi etiraf etmiş və yaşadığı mənzilə qayıdaraq oğurlayıb mənzilinə yığdığı əşyaları və oğurluq üçün istifadə etdiyi balta, zubil və bıçağı polis əməkdaşlarına təhvil vermişdir. O, oğurluğu ilk dəfə etmişdir, bundan əvvəl heç bir cinayət əməli törətməmişdir və törətdiyi əməldən səmimi peşmandır. O, hadisə vaxtı çox sərxoş olmuş və hərəkətlərini düzgün anlaya bilməmişdir. Onun oğurluq etməsi barədə heç kimin məlumatı olmamış, bu barədə heç kimə məlumat verməmişdir. Məhkəmə baxışı zamanı, təqsirləndirilən şəxs təqsirini etiraf etməsini, tutduğu əməldən peşman olmasını, vurulmuş ziyanları qismən ödədiyini, hər üç zərər çəkmiş şəxslə barışıq əldə etməsini və zərərçəkmiş şəxslərin ondan şikayətçi olmadığını nəzərə alaraq məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində ifadə verən Zərərçəkmiş şəxs2 bildirmişdir ki, xx xxx 2020-ci il tarixdə axşam saatlarında özünə məxsus “Mercedes” markalı, **-OV-*** dövlət qeydiyyatlı nömrə nişanlı avtomobili yaşadığı ünvan 4 A ünvanın qarşısında saxlamışdır. xx xxx 2020-ci il tarixdə gecə saat 04:00 radələrində “Nurbala” adlı qonşusu mənzilin qapısını döyərək avtomobilinin şüşəsinin sındırıldığını demişdir.O,dərhal həyətə düşərək avtomobilə yaxınlaşdıqda avtomobilin ön sağ yan şüşəsinin sındırılmış vəziyyətdə olmasını görmüş, avtomobilindən oğurluq olduğunu anlayaraq avtomobilinin salonuna baxarkən, avtomobilə quraşdırdığı 01 ədəd 100 (yüz) manat dəyərində “Pioneer” markalı maqnitofon və 01 ədəd 160 (yüz altmış) manat dəyərində akkumilyatorun oğurlandığını aşkar etmişdir. Daha sonra hadisə yerinə çağırılmış polis əməkdaşlarından öyrənmişdir ki, ona məxsus avtomobildən oğurluq “Əhməd” adlı qonşusu tərəfindən törədilmişdir. Avtomobilindən oğurluq olması nəticəsində ona 260 (iki yüz altmış) manat məbləğdə, eyni zamanda avtomobilin şüşəsinin sındırılması nəticəsində əlavə olaraq 300 (üç yüz) manat məbləğdə maddi ziyan dəymişdir.Məhkəmə baxışı zamanı Zərərçəkmiş şəxs2 təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş ziyanın tam ödənildiyini, təqsirləndirilən şəxsdən şikayətinin olmadığını bildirmiş və bu barədə yazılı ərizəsini məhkəməyə təqdim etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində ifadə verən Zərərçəkmiş şəxs3 bildirmişdir ki, xx xxx 2020-ci il tarixdə axşam saatlaırnda özünə məxsus “Mercedes” markalı **-RC-*** dövlət qeydiyyatlı nömrə nişanlı avtomobili yaşadığı ünvan 4 A ünvanın qarşısında saxlamışdır.xx xxx 2020-ci il tarixdə gecə saat 04:35 radələrində üzdən tanıdığı, adını bilmədiyi qonşusu yaşadığı mənzilin qapısını döyüb avtomobilinin şüşəsinin sındırıldığını demişdir.O, həyətə düşərək avtomobilə yaxınlaşdıqda avtomobilin arxa sol yan şüşəsinin sındırıldığını görmüş, avtomobildən oğurluq olduğunu anlayaraq salona baxarkən avtomobilə quraşdırdığı 01 ədəd 200 (iki yüz) manat dəyərində videoregistrator, 01 ədəd 320 (üç yüz iyirmi) manat dəyərində perferator aləti, içərisində özünə aid şəxsiyyət vəsiqəsi, ümumivətəndaş pasportu, sürücülük vəsiqəsi, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi, 02 ədəd “Respublika bank” tərəfindən ona təqdim olunmuş plastik bank kartları, Vergilər Nazirliyi tərəfindən ona təqdim edilən VÖEN və Şəhadətnamə, müxtəlif ölkələrə aid, yəni 07 ədəd 01 manatlıq, 01 ədəd 01 ABŞ dolları və 01 ədəd 05 Türk lirəsindən ibarət pul əskinazları olmaqla, cəmi 20 (iyirmi) manat məbləğdə nağd pul olan 170 (yüz yetmiş) manat dəyərində qara rəngli pul kisəsi, eləcə də, qohumuna məxsus və onun istifadəsində olmuş 30 (otuz) manat dəyərində idman gödəkçəsinin oğurlandığını aşkar etmişdir. Sonra o, hadisə yerinə çağırılmış polis əməkdaşlarından öyrənmişdir ki, avtomobilindən oğurluğu edən “Əhməd” adlı qonşusu olmuşdur.Onun avtomobilindən oğurluq olması nəticəsində ona 740 (yeddi yüz qırx) manat, eyni zamanda avtomobilin şüşəsinin və saxlanc qutusunun sındırılması nəticəsində əlavə olaraq 200 (iki yüz) manat məbləğdə maddi ziyan dəymişdir. Məhkəmə baxışı zamanı Zərərçəkmiş şəxs3 təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyanın tam ödənildiyni və onun təqsirləndirilən şəxsdən şikayətçi olmadığını bildirmiş və bu barədə yazılı ərizəsini məhkəməyə təqdim etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs1 elan olunmuş ifadəsinə əsasən məlum olur ki, xx xxx 2020-ci il tarixdə axşam saat 22:00 radələrində özünə məxsus “Mitsubishi Lancer” markalı, **-NC-*** dövlət qeydiyyatlı nömrə nişanlı avtomobili yaşadığı ünvan 5 A ünvanın qarşısında saxlamış, xx xxx 2020-ci il tarixdə gecə saat 05:00 radələrində qonşulardan biri mənzilinin qapısını döyərək avtomobilinin şüşəsinin sındırıldığını demişdir.O,dərhal həyətə düşərək avtomobilə yaxınlaşdıqda avtomobilin arxa sağ yan şüşəsinin sındırılmış vəziyyətdə olmasını görmüşdür. O, avtomobilindən oğurluq olduğunu anlayaraq salona baxarkən avtomobilin saxlanc qutusuna qoyduğu 2000 (iki min) ABŞ dolları məbləğdə nağd pulu və 01 ədəd 500 (beş yüz) manat dəyərində qızıl üzüyü, həmçinin sürət qutusunun yanına qoyduğu 01 ədəd 150 (yüz əlli) manat dəyərində bluetooth qulaqcığının oğurlandığını aşkar etmişdir.Daha sonra hadisə yerinə çağırılmış polis əməkdaşlarından öyrənmişdir ki, ona məxsus avtomobildən oğurluq etmiş şəxs “Əhməd” adlı qonşusu olmuşdur. Avtomobildən oğurluq olması nəticəsində ona 4.050 (dörd min əlli) manat, eyni zamanda avtomobilin şüşəsinin sındırılması nəticəsində əlavə olaraq 400 (dörd yüz) manat məbləğdə maddi ziyan dəymişdir.Zərərçəkmiş şəxs1 məhkəməyə ünvanladığı yazılı ərizəsinə əsasən məlum olur ki, təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan tam ödənilmişdir və onun təqsirləndirilən şəxsdən şikayəti yoxdur. Məhkəmə iclasında şahid qismində ifadə verən Şahid1 bildirmişdir ki, xx xxx 2020-ci il tarixdə axşam saatlarnda özünə məxsus “Renault Megane” markalı ** TH *** dövlət qeydiyyatlı nömrə nişanlı avtomobilini yaşadığı ünvan 4 A ünvanın qarşısında saxlamışdır. xx xxx 2020-ci il tarixdə gecə saat 04:10 radələrində evdə olarkən arvadı həyətdən səs gəldiyini demiş, o, həyətə düşərək avtomobilinə yaxınlaşdıqda avtomobilin ön sol qapısının şüşəsinin sındırılmış vəziyyətdə olmasını görmüşdür.O, avtomobilin salonunu və digər hissələrini yoxlasa da, avtomobilindən oğurluq olunmadığını aşkar etmişdir.Sonra digər qonşuların avtomobillərini kənardan gözdən keçirərkən bir neçə avtomobilin şüşəsinin sındırılmış vəziyyətdə olduğunu və içərisində salonun dağınıq vəziyyətdə olmasını müəyyən etmiş, bundan dərhal sonra DİN-in 102 ximətinə zəng edərək hadisə barədə məlumat vermiş və ardınca, qonşuların mənzillərinin qapısını döyərək avtomobillərindən oğurluq ola biləcəyini deyib binanın həyətinə düşmələrini xahiş etmişdir.O, binanın daxilində olarkən digər qonşusu “Əhməd” adlı şəxsin əlində balta ilə binanın pilləkənləri ilə yuxarıya qaçdığını görüb avtomobillərdən onun oğurluq edə bilməsindən şübhələnmiş və dərhal sonuncunu tutub saxlayaraq mənzilinə daxil olmasına mane olmuşdur.Bundan bir neçə dəqiqə sonra isə “Əhməd” adlı qonşusunu yaşadığı binaya gedən polis əməkdaşlarına təhvil vermişdir.Onun avtomobilinin ön sol şüşəsinin sındırılması nəticəsində ona 300 (üç yüz) manat məbləğdə maddi ziyan dəymişdir.Lakin o, təqsirləndirilən şəxsdən şikayətçi olmamışdır. Məhkəmə iclasında şahid qismində ifadə verən Şahid2 ifadəsində bildirmişdir ki, xx xxx 2020-ci il tarixdə axşam saatlarnda özünə məxsus “Mercedes” markalı, ** PA *** dövlət qeydiyyatlı nömrə nişanlı avtomobili yaşadığı Bakı şəhəri Binəqədi rayonu 8-ci mikrorayon Ə.Naxçıvani küçəsi 4 A ünvanın qarşısında saxlamışdır.xx xxx 2020-ci il tarixdə gecə saatatlarında “Nurbala” adlı qonşusu mənzilinin qapısını döyərək ona məxsus avtomobilin şüşəsinin sındırıldığını demişdir.O, dərhal həyətə düşərək avtomobilinə yaxınlaşdıqda, avtomobilin ön sol yan şüşəsinin sındırılmış vəziyyətdə olmasını görmüş, sonra avtomobilini dəqiqliklə yoxlasa da, avtomobildən oğurluq olunmadığını aşkar etmişdir.Avtomobilinin şüşəsinin sındırılması nəticəsində ona 100 (yüz) manat məbləğdə maddi ziyan dəymişdir.Lakin o, təqsirləndirilən şəxsdən şikayətçi olmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-əmtəəşünaslıq ekspertizasının 9/1562 saylı, xx xxxx 2020-ci il tarixli rəyinə əsasən məlum olur ki, aparılmış ekspert tədqiqatı nəticəsində Bakı şəhərində yerləşən ticarət mərkəzində və elektrik avadanlıqların satışı məntəqələrində, mövcud olan qiymətlərə əsasən, ekspertiza tədqiqatına təqdim edilən tədqiqat obyektlərinin xx xxx 2020-ci il tarixə, respublikadaxili orta bazar pərakəndə satış qiymətləri təxminən aşağıdakı kimi müəyyən edilir: bir ədəd üzərində “Bosch, GBH 2-26 DRE, professional” markalanma yazıları olan, xarici görünüşünə görə uzun müddət istifadədə olmuş perferator aləti 50,00 manat; bir ədəd üzərində “Bars Qold, 100 Ah, 12V, 180A” markalanma yazıları olan, xarici görünüşünə görə istifadədə olmuş akkumilyator 200,00 manat; iki ədəd üzərində “Mitsubishi” markalanma yazıları olan, xarici görünüşünə görə istifadədə olmuş, süni dəridən tikilmiş, 25x16 sm ölçüdə qara rəngli yastıqça 20,00 manat; bir ədəd üzərində “Mercedes” markalı avtomobilə aid açar 15,00 manat; bir ədəd üzərində “WDR” marka-lanma yazıları olan, xarici görünüşünə görə uzun müddət istifadədə olmuş video-registrator 30,00 manat; bir ədəd üzərində “Balisi” markalanma yazıları olan, xarici görünüşünə görə az istifadədə olmuş, təbii və süni dəridən tikilmiş, 19x10 sm ölçüdə, 15 ədəd cib olan qara rəngli pul qabı 30,00 manat; bir ədəd üzərində “Baellery” markalanma yazıları olan, xarici görünüşünə görə az istifadədə olmuş, 11x20 sm ölçüdə, süni dəridən tikilmiş, 17 cibi olan qara rəngli pul qabı 15,00 manat; altı ədəd USB kabellər-maqnitləri ilə birlikdə 12,00 manat; bir ədəd üzərində “Samsung, EO-MG920” markalanma yazıları olan, xarici görünüşünə görə istifadədə olmuş qara rəngli bluetooth-qulaqcıq 30,00 manat; bir ədəd qara rəngli marker 1,00 manat; bir ədəd avtomobil qara rəngli USB ötürücü 10,00 manat; bir ədəd üzərində “Advancn” markalanma yazıları olan, xarici görünüşünə görə uzun müddət istifadədə olmuş, 2 GB həcmli USB yaddaş kartı 3,00 manat; bir ədəd xarici görünüşünə görə istifadədə olmuş, 2 GB həcmli mikrochip yaddaş kartı 1; bir ədəd üzərində “Qluttino, XL, City” markalanma yazıları olan, xarici görünüşünə görə uzun müddət istifadədə olmuş, qabağı zəncirbənd ilə bağlanan, astarsız boz rəngli gödəkçə 15,00 manat; bir ədəd üzərində “radio/usb/sd/mp3 player” markalanma yazıları olan, xarici görünüşünə görə az istifadədə olmuş, üzərində USB və digər yuvacıqları olan avtomobil üçün musiqi səsləndirən cihaz 30,00 manat müəyyən edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş sorğuya cavabdan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs CM-nin 177.2.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini təqsirli olaraq törətməsi tam sübuta yetirilmişdir.Bu isə onu göstərir ki, ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq təqsirləndirilən şəxsin əməli CM-nin 177.2.2-ci maddəsi ilə tövsif edilmişdir. Odur ki, təqsirləndirilən şəxs CM-nin 177.2.2-ci maddəsi ilə təqsirli bilinərək, həmin maddələrin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə cinayət törətməsini, təqsirini etiraf etməsini, törətdiyi cinayət əməlindən peşman olmasını, hər üç zərərçəkmiş şəxsə vurmuş ziyanı tam ödəməsini və onlarla barışıq əldə etməsini, onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Həmçinin, məhkəmə tərəfindən CM-nin 61.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən, CM-nin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halların məcmusunu və cəzanı ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə CM-in 177.2.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəza təyin edilməsi qanuni, əsaslı və ədalətlidir. Məhkəmə, həmçinin hesab edir ki, cinayətin xarakterini, ağırlıq dərəcəsini nəzərə alaraq Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə təqsirli bilinərək azadlıqdan məhrumetmə cəzasına məhkum olunmalıdır. Həmçinin, CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən ilk dəfə az ağır cinayət törətdiyinə görə Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs cəzasının əvvəli, tutulduğu tarixdən, yəni 23 may 2020-ci il tarixdən hesablanmalıdır.Belə ki, iş materiallarında olan Binəqədi RPİ-nin İstintaq Şöbəsinin baş müstəntiqi, polis mayoru Nuru Həsənəovun qərarına əsasən məlum olur ki, Təqsirləndirilən şəxs xx xxx 2020-ci il tarixdə tutulmuşdur. Eyni zamanda Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə ilə bağlı cəza təyin edildiyindən, barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. CPM-nin 353.4.11-ci maddəsinə əsasən maddi sübutların taleyi həll edilməli və iş üzrə maddi sübutlar – Zərərçəkmiş şəxs3 məxsus 07 ədəd 01 manatlıq, 01 ədəd 01 ABş dolları və 01 ədəd 05 Türk lirəsindən ibarət pul əskinasları, 01 ədəd «Bosch» markalı perferator, 01 ədəd videoregistrator, 01 ədəd qara rəngli dərili pul kisəsi, 02 ədəd USB yaddaş kartı, ümumilikdə 11 ədəd telefon aksessuarları, 01 ədəd idman gödəkçəsi, eləcə də, onun şəxsiyyət vəsiqəsi, sürücülük vəsiqəsi, ümumvətəndaş pasportu, «xxxxxxxxx» ASC-yə məxsus plastik maaş kartı, VÖEN vergi şəhadətnaməsi, X5 aid şəxsiyyət vəsiqəsi, etibarnamə, «Mercedes» markalı, ** RC *** dövlət qeydiyyatlı nömrə nişanlı avtomobilə məxsus qeydiyyat şəhadətnaməsi, 01 ədəd Dövlət sosial sığorta şəhadətnaməsi, 01 ədəd «Bank Respublika» plastik kartı, 01 ədəd «Dəniz Mall» a aid plastik kart, 02 ədəd «Araz» marketə məxsus bonus kartı, 01 ədəd sim kartı qəzlə –sahibi – Zərərçəkmiş şəxs3 qaytarılması nəzərə alınmalıdır. İş üzrə maddi sübutlar – Zərərçəkmiş şəxs2 məxsus 01 ədəd «Pioner» markalı maqnitofon, 01 ədəd «Bars Qold» markalı akkumilyator və 01 ədəd «Mercedes» markalı avtomobil açarının qəbzlə –sahibi Zərərçəkmiş şəxs2 qaytarılması nəzərə alınmalıdır. İş üzrə maddi sübutlar - Zərərçəkmiş şəxs1 məxsus iki ədəd «Mitsubish» markalı qara rəngli avtomobil yastıqçası və 01 ədəd bluetooth-qulaqcığın qəbzlə sahibi - Zərərçəkmiş şəxs1 qaytarılması nəzərə alınmalıdır. İş üzrə maddi sübutlar – Binəqədi RPİ-də saxlanc yerində saxlanılan - Təqsirləndirilən şəxs yaşadığı mənzildən aşkar olunaraq götürülmüş 01 ədəd «Baellary» markalı qara rəngli pul kisəsi - sahibi Təqsirləndirilən şəxs, X3 aid şəxsiyyət vəsiqəsi – sahibi X2 qaytarılsın, həmçinin cinayətin predmeti olan bir ədəd balta, bir ədəd cib bıçağı və bir ədəd zibil torbası məhv edilməlidir. CM-nin 353.4.10-cu maddəsinə əsasən iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 75 (yetmiş beş) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə təqsirli bilinsin və 02 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzasının əvvəli, tutulduğu tarixdən, yəni 23 may 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs oğlunun barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübutlar – Zərərçəkmiş şəxs3 məxsus 07 ədəd 01 manatlıq, 01 ədəd 01 ABş dolları və 01 ədəd 05 Türk lirəsindən ibarət pul əskinasları, 01 ədəd «Bosch» markalı perferator, 01 ədəd videoregistrator, 01 ədəd qara rəngli dərili pul kisəsi, 02 ədəd USB yaddaş kartı, ümumilikdə 11 ədəd telefon aksessuarları, 01 ədəd idman gödəkçəsi, eləcə də, onun şəxsiyyət vəsiqəsi, sürücülük vəsiqəsi, ümumvətəndaş pasportu, «xxxxxxxxx» ASC-yə məxsus plastik maaş kartı, VÖEN vergi şəhadətnaməsi, X5 aid şəxsiyyət vəsiqəsi, etibarnamə, «Mercedes» markalı, ** RC *** dövlət qeydiyyatlı nömrə nişanlı avtomobilə məxsus qeydiyyat şəhadətnaməsi, 01 ədəd Dövlət sosial sığorta şəhadətnaməsi, 01 ədəd «Bank Respublika» plastik kartı, 01 ədəd «Dəniz Mall» a aid plastik kart, 02 ədəd «Araz» marketə məxsus bonus kartı, 01 ədəd sim kartı qəzlə –sahibi – Zərərçəkmiş şəxs3 qaytarılması nəzərə alınsın. İş üzrə maddi sübutlar – Zərərçəkmiş şəxs2 məxsus 01 ədəd «Pioner» markalı maqnitofon, 01 ədəd «Bars Qold» markalı akkumilyator və 01 ədəd «Mercedes» markalı avtomobil açarının qəbzlə –sahibi Zərərçəkmiş şəxs2 qaytarılması nəzərə alınsın. İş üzrə maddi sübutlar - Zərərçəkmiş şəxs1 məxsus iki ədəd «Mitsubish» markalı qara rəngli avtomobil yastıqçası və 01 ədəd bluetooth-qulaqcığın qəbzlə sahibi - Zərərçəkmiş şəxs1 qaytarılması nəzərə alınsın. İş üzrə maddi sübutlar – Binəqədi RPİ-də saxlanc yerində saxlanılan - Təqsirləndirilən şəxs yaşadığı mənzildən aşkar olunaraq götürülmüş 01 ədəd «Baellary» markalı qara rəngli pul kisəsi - sahibi Təqsirləndirilən şəxs, X3 aid şəxsiyyət vəsiqəsi – sahibi X2 qaytarılsın, həmçinin cinayətin predmeti olan bir ədəd balta, bir ədəd cib bıçağı və bir ədəd zibil torbası məhv edilsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 75 (yetmiş beş) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına – VÖEN **********, Dövlət Xəzinədarlıq Agentliyi VÖEN ********** kod 210005 m/h AZ 41 NABZO**********0003944 SWİFT. Bik CTREAZ 22 hesabına ödənilsin. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Binəqədi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm qanuni qüvvəyə minir. Sədrlik edən Hakim: Abbas Rzayev
Məhkəmə qərarları › İş №1(001)-390/2020
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-390/2020
02.11.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver