Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-392/2025 18.08.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi İbrahimova Aytəkin Nazim qızının sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Rəhimova Aynurə Şirzad qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikasının Baş X1 müdafiəsi üzrə idarəsinin Bakı şəhəri rayon məhkəmələrində X2 üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1971-ci il tarixdə Salyan rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, himayəsində bir azyaşlı uşağı olan, ali təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmuş (cəzasını çəkib qurtarmamış), ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Abşeron rayonu, Masazır qəsəbəsi, Şirvani küçəsində yerləşən fərdi yaşayış evində yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra - CM) 178.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İşin faktiki halları:
1. Təqsirləndirilən şəxs, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək dələduzluq etmişdir.
2. Belə ki, o, tamah niyyətilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs oğlu Xəzər Ələsgərovun CM-in 181.2.1 və 181.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair Nəsimi rayon polis idarəsinin İstintaq Şöbəsinin icraatında olan cinayət işi üzrə təqsirləndirildiyi qeyd olunan maddələri daha da yüngül maddələr ilə əvəz etdirdikdən sonra məhkəmə prosesində həbsdən azad olunmasına da kömək göstərilməsi ilə əlaqədar özünə müraciətindən sonra yüksək vəzifədə işləyən şəxslərlə yaxın münasibətlərinin olduğunu və həmin şəxslər vasitəsi ilə qeyd olunan məsələni həll etmək imkanına malik olmasını yalandan vəd edərək, həmin məsələnin müsbət həlli üçün 2023-cü ilin iyul ayının sonunda Bakı-Sumqayıt şossesinin, Bakı şəhəri, Binəqədi rayonu ərazisindən keçən hissəsində “Xırdalan dairəsi” adlanan yerin yaxınlığında yerləşən “Ağa” avtoservisin qarşısında 4.000 manat məbləğində pul vəsaitini Zərərçəkmiş şəxs alıb ələ keçirərək, Zərərçəkmiş şəxs 4.000 (dörd min) manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Proses iştirakçılarının ifadələri:
3. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs CM-in 178.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, zərərçəkmiş şəxsdən 4000 manat pul almış, onun 1000 manatını geri qaytarmışdır. Qalan məbləği isə ayda 200-300 manat olmaqla, hissə-hissə geri ödəyəcəyini bildirsə də, zərərçəkmiş şəxs bununla razılaşmamışdır. Zərərçəkmiş şəxs Azər müəllim ona 4000 manat puldan qalan 3000 manatın 500 manatını keçdiyini, qalan 2500 manatı isə tam qaytarmasını demişdir. Onun da həmin məbləğdə pulu olmadığı üçün aralarında razılıq əldə edə bilməmişlər. Həmçinin ona verilən suallara cavab olaraq bildirmişdir ki, pulu iş düzəltmək adı ilə alsa da, məqsədi iş düzəltmək olmamış, öz şəxsi ehtiyacı üçün almışdır. Zərərçəkmiş şəxsi Səmədin vasitəçiliyi ilə tanımışdır. Səməd onun həm bibisi oğlu və həm də yeznəsidir. Pulu keçən il zərərçəkmiş şəxsdən Xırdalan dairəsinin yanında Masazıra gedən yolda almışdır. Lakin pulu hansı ayda aldığını xatırlamır. Sonda təqsirləndirilən şəxs maddi imkanı olmadığından hazırda zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəyə bilmədiyini, borcunu hissə-hissə ödəyəcəyini, törətdiyi cinayət əməlindən peşman olduğunu qeyd edib, məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş etmişdir.
4. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs elan edilmiş CM-in 178.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır:
5. Məhkəmə baxışı zamanı dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxsi əvvəllər tanımamışdır. Onun oğlu həbsdədir. Səməd adlı şəxs var, onun da qaynı oğlu ilə bərabər cinayət məsuliyyətinə cəlb olunmuşdur. Səməd ona bir nəfər Valeh adında adam olduğunu, onun evində usta işlədiyini, əlinin hər yerə çatdığını, pulunu hazırlamasını və uşağı həbsdən qurtaracağını demişdir. Həmin vaxt da oğlunun işi Nəsimi Rayon Polis İdarəsində olmuşdur. Valeh ona zəng edib, Səmədin hər şeyi dediyini, narahat olmamasını qaydasına qoyacağını demişdir. Sonra Valeh ondan 7000 manat pul istəmişdir. O da 7000 manat imkanının olmadığını demişdir. Valehlə əvvəlcədən 4000 manat verməsi, qalan məbləği isə iş həll olunandan sonra verəcəyi ilə bağlı razılığa gəlmişlər. Bir müddət sonra o, Bakı şəhərinə gəlmiş və Xırdalan dairəsində pulu Valehə vermişdir. Həmçinin ona verilən suallara cavab olaraq bildirmişdir ki, pulu təxminən 2023cü ilin yay fəslində Valehə vermişdir. Xırdalan dairəsində görüşən zaman Valeh görüş yerinə bahalı avtomobillə gəlmişdir. O da bunu görüb hesab etmişdir ki, Valeh iş görən adamdır və pul vermək olar. O, pulu Valehə verdikdə Səməd Valehin avtomobilində olmuşdur. Pulu Valehə verdikdə sonuncu pulu pulu Səmədə verməsini bildirmişdir. Səməd də pulu sayıb cibinə qoymuşdur. Bundan sonra o, rayona qayıtmalı olmuşdur. Valeh də öz avtomobili ilə onu avtovağzala yola salmışdır. Valeh ona arxayın olmasını, işi həll edəcəyini demiş, lakin oğlunun işi polisdən Bakı Ağır Cinayətlər Məhkəməsinə, daha sonra Bakı Apellyasiya Məhkəməsinə getmiş və iş həll olunmamışdır. O, dəfələrlə Valehə zəng edib, iş düzəlmədiyi təqdirdə pulu qaytarmasını demiş, Valeh isə həmin pulun yalnız 1000 manatını qaytarmışdır. Hətta o, Valehə 500 manatdan da keçməyə hazır olduğunu, yerdə qalan məbləği geri ödəməsini demişdir. Səmədin arvadının qardaşı da onun oğlu ilə birlikdə cinayət törətmişdir. O oğlunun həbsdən azad olunması üçün pulu Valehə vermiş, Valeh də pulu alanda oğlunu həbsdən azad etdirəcəyini demişdir. Sonda təqsirləndirilən şəxsdən şikayətçi olduğunu, ona layiqli cəza verilməsini istədiyini bildirmişdir.
6. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Valehin oğlu onun qardaşı ilə Kürdəxanıda bir yerdə həbsdə olmuşlar. Valehin oğlu qardaşına atasının işi həll etdiyini, onu buradan çıxaracağını, ailəsinə pul verməsini deməsini, atasının onu da qurtara biləcəyəini bildirmişdir. Onlar Valehə zəng edib onunla danışmış və sonra evinə getmiş, orada Valehlə görüşüb danışmışlar. Valeh onlara qiyməti sabah maraqlanıb deyəcəyini bildirmişdir. Səhəri gün Valeh ona zəng edib 7000 manat pul dediyini bildirmişdir. Onlar da həmin məbləği Valehə Masazır qəsəbəsində vermişlər. Lakin bu vaxta qədər nə qardaşı həbsdən azad edilmiş, nə də pulları geri qaytarılmışdır. Halhazırda bununla bağlı Abşeron Rayon Polis İdarəsində də araşdırma aparılmaqdadır. Azər müəllimin Valehə pul verməsindən xəbəri olmuş və eşitdiyinə görə Azər müəllim də Valehə 4000 manat pul vermişdir.
7. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid1 Mədəd oğlu ifadəsində göstərmişdir ki, 2023-cü ilin yay fəslində dayısı oğlu CM-in 181-ci maddəsi ilə Bakı İstintaq Təcridxanasında saxlanılmışdır. Valehin oğlu da dayısı oğlu ilə birlikdə Kürdəxanıda həbsdə olmuşdur. Dayısı oğlu Kürdəxanıdan onlara zəng vurub Valeh adında adam olduğunu, onun yanında olan oğlanın atası olduğunu, onu buradan qurtaracağını, gedib onunla görüşməsini demişdir. O, bibisi və dayısı oğlu Şahid2 ilə birlikdə Valehin evinə Masazır qəsəbəsinə gedib onunla görüşmüşdür. Valeh də onlara nə qədər məbləğin lazım olduğunu sabah deyəcəyini bildirmişdir. Səhəri gün Valeh ona zəng edib uşağı qurtarmaq üçün 7000 manat pul lazım olduğunu demişdir. Onlar da 7000 manat pulu aparıb Valehə vermişlər. Daha sonra zərərçəkmiş şəxs Azər müəllimin oğlu zəng edib işinə kömək etməsini demişdir. Azər müəllim də gəlmiş, Valeh, Azər və o, Xırdalan dairəsində görüşüb söhbət etmişlər. Azər müəllimin əlində 4000 manat pul olmuşdur. Azər müəllim Valehə 4000 pulu indi verdiyini, 3000 manatı isə düzəldib sonra verəcəyini demişdir. Onlar Valehin avtomobilində oturmuşlar, Azər müəllim ön oturacaqda, o isə arxa oturacaqda oturmuşdur. Azər müəllim 4000 manat pulu Valehə uzatmış, Valeh isə ona pulu sayıb sonra verməsini demişdir. O da pulu Azər müəllimdən götürüb saymış və Valehə vermişdir. Bundan sonra o, avtomobildən düşüb getmişdir. Azər müəllim ilə Valeh isə üzü şəhərə doğru getmişlər. Bununla da aralarında olan söhbət qurtarmışdır. Daha sonra uşaqların məhkəməsi başlamış, lakin heç bir kömək olmamış və uşaqlara 8 il hökm oxunmuşdur. Azər müəllimi əvvəllər tanımamış, sonuncunun oğlu onların uşaqları ilə bir yerdə tutulduüdan sonra aralarında tanışlıq yaranmışdır. X12 dairəsindən üzü Masazıra doğru Sumqayıt yolunda təkər satışı dükanının qarşısında vermişdir. Azər müəllimdən alınan pulu saydıqdan sonra Valehə vermişdir. Sonda özlərinin də zərərçəkən olduğunu, təqsirləndirilən şəxs barəsində verdikləri şikayətin araşdırıldığını bildirmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş:
8. Cinayət işi başlanmasının rədd edilməsi barədə qərarın ləğv olunması və cinayət işi başlanması haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs müraciəti əsasında toplanmış ilkin yoxlama materialı üzrə xx.xx.2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar ləğv edilmiş və fakt üzrə CM-in 178.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır.
9. Cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs müraciəti əsasında toplanmış material üzrə Valeh adlı şəxsin əməlində cinayət tərkibi yaranmadığı üçün barələrində cinayət işinin başlanması rədd edilmişdir.
10. Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-in 178.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona xx.xx.2025-ci il tarixdə saat 16:50-də həmin maddə ilə nəzərdə tutulan ittiham elan olunmuşdur.
11. Təqsirləndirilən şəxsə ittiham elan edilməsi üçün barəsində axtarış elan edilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs ittiham elan edilməsi üçün barəsində axtarış elan edilməklə tutularaq Binəqədi RPİ-nin MSY-nə təhvil verilməsi qərara alınmışdır.
12. Cinayət işinin icraatının dayandırılması haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, CM-in 178.1-ci maddəsi ilə olan ********* nömrəli cinayət işi üzrə icraat dayandırılmışdır.
13. Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin xx.xx.2025-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmuş, lakin hazırda ödənilməmiş və ya götürülməmiş məhkumluğu yoxdur, eləcə də Abşeron RPİ-nin İstintaq şöbəsində Təqsirləndirilən şəxs barəsində istintaqı aparılan ********* nömrəli cinayət işi xx.xx.2024-cü il tarixdə Abşeron Rayon Məhkləməsinə göndərilmişdir.
14. Təqsirləndirilən şəxsin könüllü gəlməsi haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin İstintaq şöbəsinə könüllü şəkildə gedərək çağırışa gedə bilməməsinin səbəblərini bildirmişdir.
15. Cinayət işi üzrə dayandırılmış icraatın təzələnməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, CM-in 178.1-ci maddəsi ilə olan ********* nömrəli cinayət işi üzrə dayandırılmış icraat təzələnmişdir.
16. Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri seçilməsi haqqında xx.xx.2025ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir.
17. Axtarış elan edilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs istintaqdan yayındığından sonuncu barəsində axtarış elan edilmişdir.
18. Cinayət işinin icraatının dayandırılması haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, CM-in 178.1-ci maddəsi ilə olan ********* nömrəli cinayət işi üzrə icraat dayandırılmışdır.
19. Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(101)-795/2024 nömrəli hökmündən görünür ki, X6, X5, X7 və X3 CM-in 181.2.1 və 181.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib, müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişlər.
20. Axtarışda olan şəxsin tutulması haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, axtarışda olan Təqsirləndirilən şəxs 12 may 2025-ci il tarixdə tutularaq Bakı şəhəri Binəqədi RPİ-nin MSY-nə təhvil verilmişdir.
21. Cinayət işi üzrə dayandırılmış icraatın təzələnməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, CM-in 178.1-ci maddəsi ilə olan ********* nömrəli cinayət işi üzrə dayandırılmış icraat təzələnmişdir.
22. Təqsirləndirilən şəxsin MSY-dən azad edilməsi və seçilmiş qətimkan tədbirinin dəyişdirilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Binəqədi RPİ-nin MSY-dən azad edilməklə barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilmiş və barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir.
23. Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 4(012)-289/2025 nömrəli qərarından görünür ki, Abşeron RPİ-nin İstintaq şöbəsində istintaq olunan ********* nömrəli cinayət işi üzrə CM-in 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs barəsində 3 ay müddətə həbs qətimkan tədbiri seçilmiş və həbsdə saxlanılma müddətinin əvvəli xx.xx.2025-ci il tarixdən hesablanmışdır.
24. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 1(001)- 392/2025 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilərək, sonuncunun Abşeron Rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbirinin seçilməsi və həbsdə saxlanılması nəzərə alınmışdır.
25. Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 1(012)-509/2025 nömrəli hökmündən görünür ki, Təqsirləndirilən şəxs CM-in 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, ona 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, CM-in 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 2 (iki) gün müddət nəzərə alınaraq təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılaraq üzərində qəti olaraq 2 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin əvvəli xx.xx.2025-ci il tarixdən hesablanmışdır.
26. Məhkəmənin şəxsi məlumatlara dair portal çıxarışından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il təvəllüdlü X8 adlı bir azyaşlı övladı vardır. Tətbiq edilən hüquq, məhkəmənin əsaslandırması və mövqeyi:
27. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir.
28. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır.
29. Konstitusiyanın bu norması çəkişmə prinsipinə əsasən işə baxan məhkəmənin üzərinə özü tərəfindən cinayət məsuliyyətinə cəlb edilmiş şəxsin təqsirliliyinə və ya təqsirsiz olmasına dair sübutların axtarılmasını və belə sübutların araşdırılmasını deyil, cinayət prosesinin iştirakçılarına işin düzgün həlli, yəni həqiqətin müəyyən edilməsi məqsədilə öz sübutlarını məhkəməyə təqdim etmək üçün bərabər şərait yaratmaq, təqdim olunmuş bütün sübutları tam, hərtərəfli və obyektiv araşdırmaq, bu zaman qaldırılmış vəsatətlər üzrə əsaslandırılmış qərarlar qəbul etmək, araşdırılmış sübutlara qanunamüvafiq qaydada qiymət vermək və həmin sübutlara əsasən bu və ya digər nəticəyə gəlmək vəzifəsini qoyur.
30. Beləliklə, məhkəmə, cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, bu sübutlar Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi ilə yanaşı, mənbəyinin, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, eləcə də istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq əldə edilmiş digər sübutlarla təsdiq edilmişdir.
31. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 178.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. CM-nin 177-ci maddəsinin qeyd hissəsinə görə təqsirləndirilən zərərçəkənə beş yüz manatdan yuxarı, lakin beş min manatdan artıq olmayan məbləğdə ziyan vurduğu hallarda 178.1-ci maddə ilə məsuliyyət daşıyır.
32. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Belə ki, təqsirləndirilən şəxs barəsində əldə edilmiş tələbnamədən müəyyən edilmişdir ki, onun barəsində Şabran RPŞ-də başlanılan CM-in 178.1-ci maddəsi ilə ********* nömrəli cinayət işinə CPM-in 40.3 cə CM 73-1.1 maddəsi ilə xitam verilmişdir. CM-in 72-ci maddəsinin qeyd hissəsinə görə şəxs bu Məcəllənin 72 – 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndinin “cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilmə” ilə bağlı müddəasının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2022-ci il tarixli Qərarında göstərilir ki, şəxsin müvafiq qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilə bilməsinin müəyyənləşdirilməsi şəxsin məhdudiyyətsiz şəkildə məsuliyyətdən azad edilməsinin qarşısını alır ki, burada da məqsəd cəmiyyətdə cəzasızlıq və məsuliyyətdən yayınmağın mümkünlüyü hissinin yaranmasının qarşısını almaq, məsuliyyətdən azad etmə institutunun tətbiqi zamanı Cinayət Məcəlləsinin qarşısında duran vəzifələrə mütənasibliyi qoruyub saxlamaqdır. Lakin Plenum qərarında o da göstərilir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndinə uyğun olaraq cinayət məsuliyyətindən bir dəfə azad edilmiş şəxs tərəfindən yenidən cinayət törədildiyi təqdirdə, onun cinayət məsuliyyətindən azad edilmə üçün zəruri olan hərəkətləri icra etməsi Məcəllənin 59-cu maddəsinə müvafiq olaraq cəzanı yüngülləşdirən hallar kimi nəzərə alına bilər. Hazırki cinayət işinə münasibətdə məhkəmə bildirmək istəyir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs oğlna vurduğu 4000 manat zərərdən 1000 manatını qaytarmış, digər məbləği isə hələki qaytarmağa imkanı olmadığını bildirmişdir. Odur ki, məhkəmə qeyd edilənləri də nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir.
33. Qanunvericiliyin tələblərinə əsasən Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə CM-in 178.1-ci maddəsi cinayətlərin təsnifatına görə böyük ictimai təhlükə törətməyən cinayət hesab olunur.
34. Cinayət işinin materiallarında (səh. 100-108) sübutların qiymətləndirilməsi haqqında xx.xx.2025-ci il tarixli qərarda cinayət hadisəsinin baş vermə tarixi 2023-cü ilin iyul ayının sonu olaraq müəyyən edilməsi göstərilmişdir. Məhkəmədə toplanmış sübutlardan müəyyən edilmişdir ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs istintaqa dəvət olunmasına baxmayaraq, sonuncu istintaqa gəlməkdən boyun qaçırdığından 15 yanvar 2025-ci il tarixdə CM-in 178.1-ci maddəsi ilə olan ********* nömrəli cinayət işinin icraatı dayandırılmış, şəxsin istintaqa könüllü gəlməsi nəticəsində 19 mart 2025-ci il tarixdə sözügedən cinayət işi üzrə dayandırılmış icraat təzələnmişdir. Bundan sonra, Təqsirləndirilən şəxs istintaqdan yayındığından sonuncu barəsində axtarış elan edilməklə 01 aprel 2025-ci il tarixdə CM-in 178.1-ci maddəsi ilə olan ********* nömrəli cinayət işi üzrə icraat yenidən dayandırılmış, sonuncunun barəsində olan axtarışla tutulması nəticəsində yaranmış zərurət aradan qalxdığından 12 may 2025-ci il tarixdə sözügedən cinayət işi üzrə dayandırılmış icraat təzələnmişdir. Göründüyü kimi, ibtidai istintaq zamanı ********* nömrəli cinayət işi üzrə icraat 15 yanvar 2025-ci il tarixdən 19 mart 2025-ci il tarixədək və 01 aprel 2025-ci il tarixdən 12 may 2025-ci il tarixədək, yəni ümumilikdə 3 (üç) ay 15 (on beş) gün müddətə Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 53.1.3cü maddəsinə əsasən dayandırılmışdır. Bununla da müəyyən edilir ki, hazırda baxılan cinayət işi üzrə Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb etmə müddəti keçməmişdir.
35. Qanunvericiliyin tələblərinə əsasən istintaq zamanı Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-in 178.1-ci maddəsi (Dələduzluq) cinayətlərin təsnifatına görə böyük ictimai təhlükə törətməyən cinayətlər hesab olunur. Dələduzluq cinayəti talama cinayətləri kateqoriyasına daxil olsa da başqa talama cinayətlərindən fərqli olaraq dələduzluq cinayəti aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə törədilir və əmlak sahibi öz əmlakını və ya ona olan hüququnu başqa şəxslərə yalan vədlərin təsiri altında könüllü surətdə verir.
36. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikasi Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli Qərarında göstərilir ki, törədilmiş əməl CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluqyəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun.
37. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli Qərarına görə, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə,müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir.
38. Konstitusiya Məhkəməsinin Plenumu həmçinin qeyd etməyi zəruri hesab etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olubolmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks halda təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər.
39. Məhkəmə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 iyul 2022-ci il tarixli “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.1 və 73.2-ci maddələrinin şərh edilməsinə dair” qərarında ifadə edilmiş hüquqi mövqeyinə müraciət edilməsini də zəruri hesab edir. Konstitusiya Məhkəməsinin həmin qərarda ifadə edilmiş hüquqi mövqeyinə görə cinayət törətmiş şəxsin dövlət məcburetmə tədbirlərinə məruz qalmalı olması cinayət qanunvericiliyinin ümumi qəbul olunmuş yanaşmasıdır. Bu zaman cinayətlərin törədilməsinin qarşısını alan ən təsirli vasitə cəzanın ağırlığı deyil, onun qaçılmazlığıdır (ubi culpa est, ibi poena subesse debet).
40. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilən zaman CM-in 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır.
41. Məhkəmə, Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşağının olmasını CM-in 59.1.4-cü maddəsinə, cinayət nəticəsində dəymiş ziyanın qismən ödəməsini CM-in 59.1.14-cü maddəsinə və törətdiyi cinayət əməlini etiraf edərək əməlindən səmimi peşman olmasını CM-in 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır.
42. Məhkəmədə, Təqsirləndirilən şəxs əməlində CM-in 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir.
43. Məhkəmə, Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsinə baxaraq cəzasını yüngülləşdirən hallarla yanaşı, CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (böyük ictimai təhlükə törətməyən), təqsirkarın şəxsiyyətini (əvvəllər məhkum olunmasını), təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. CM-in 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, CM-in ümumi hissəsinin müddəaları nəzərə alınmaqla xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi isə yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir.
44. Təqsirləndirilən şəxs əvvəllər də talama cinayətlərinə görə məhkumluğunun olmasını, eləcə də sonuncu dəfə Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 1(012)-509/2025 nömrəli hökmü ilə CM-in 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək azadlıqdan məhrum etmə cəzasına məhkum olunmasını nəzərə alaraq, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs talama cinayələrinə meyillidir və onun islah olunması istiqamətində daha ciddi tədbirlər həyata keçirilməli, ona törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. “Mülki və siyasi hüquqlar haqqında” Beynəlxalq Paktın 10.3-cü maddəsinin birinci cümləsində göstərilmişdir ki, həbsin cəza sistemində məhbuslar üçün əsas məqsədi islah etmək və sosial baxımdan yenidən tərbiyə etməkdir.
45. Belə ki, məhkəmə, CM-in 41.2-ci maddəsinə müvafiq olaraq qeyd etməyi zəruri hesab edir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.
46. Digər tərəfdən qeyd edilməlidir ki, cəza, törədilmiş cinayətə görə yalnız tənbeh deyil, o, məhkumu qanunlara dəqiq riayət, ümum yaşayış qaydalarına hörmət ruhunda islah və yenidən tərbiyə etmək məqsədi daşıyır. Cəzanın mahiyyəti islah etmə və yenidən tərbiyə etmə ilə sıx bağlı olmaqla, cinayət əməlini törətmiş şəxsin şüurunda neqativ düşüncəni dəyişmək və onu hüququn tələblərinə riayət etməyə məcbur etmək istiqamətində dövlətin səylərindən ibarətdir.
47. Məhkəmə bildirir ki, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayəthüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 512.2 və 519.0.4-cü maddəsinin şərh edilməsinə dair” 10 fevral 2012-ci tarixli Qərarı da eyni mövqedən çıxış edərək göstərmişdir ki, CM-in 9-cu maddəsinin mənasına görə, cinayət hüququ şəxsiyyəti, zərərçəkənin hüquqlarını, cəmiyyətin mənafeyini qorumaqla yanaşı, öz əməli ilə sadlanan dəyərələrə qəsd edən təqsirkar şəxs barəsində də humanist mövqedə durmalıdır. Humanizm prinspinin əsas təməlini isə xeyirxahlıq münasibətləri təşkil edir. Yəni, hər bir halda məhkəmə tərəfindən təyin edilən cəza törədilən cinayətə adekvat olmaqla, heç bir halda təqsirləndirilən şəxsin nə özünə, nə də onun ailəsinə, yaxınlarına əzab vermək məqsədi daşımamalı, yalnızca təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir.
48. Həmçinin “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 17 mart 2011-ci il tarixli Plenum Qərarında cəzanın mahiyyəti və məqsədləri ilə bağlı qeyd edilmişdir ki, cinayət qanunvericiliyinin quruluşu və məzmunu Cinayət Məcəlləsinin vəzifələrin təminatına xidmət edir. Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməl törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət- hüquqi nəticəsidir.
49. CM-in 66.1-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir.
50. CM-in 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrıayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz.
51. CM-in 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır.
52. Məhkəmə qeyd olunan qanuvericiliyin tələblərinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilən zaman CM-in 66.5-ci maddəsinin tələbləri rəhbər tutularaq, onun Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 1(012)-509/2025 nömrəli hökmü ilə məhkum edildiyi 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası, hazırkı hökmlə təyin ediləcək azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaqla ona qəti cəza təyin edilməlidir.
53. Məhkəmədə iş materiallarından müəyyən edilmişdir ki, Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 1(012)-509/2025 nömrəli hökmü ilə Təqsirləndirilən şəxs CM-in 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, ona 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, CM-in 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 2 (iki) gün müddət nəzərə alınaraq təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılaraq üzərində qəti olaraq 2 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Göründüyü kimi, Təqsirləndirilən şəxs Abşeron Rayon Məhkəməsinin 1(012)-509/2025 nömrəli cinayət işi üzrə ümumilikdə 2 (iki) gün müddətində şübhəli və təqsirləndirilən şəxs qismində tutulmuşdur. Həmçinin Təqsirləndirilən şəxs hazırda baxılan iş üzrə ibtidai istintaq zamanı barəsində verilmiş axtarış nəticəsində 12 may 2025-ci il tarixdə tutulmuş və 14 may 2025-ci il tarixdə saxlanıldığı Bakı şəhəri Binəqədi RPİ-nin MSY-dən azad edilərək barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs Abşeron Rayon Məhkəməsinin 1(012)- 509/2025 nömrəli cinayət işi üzrə 2 (iki) gün və hazırda baxılan cinayət işi üzrə isə 2 (iki) gün olmaqla, ümumilikdə 4 (dörd) gün müddətində şübhəli və təqsirləndirilən şəxs qismində tutulmuşdur.
54. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – CPM) 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir.
55. CPM-in 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət, məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət və Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir.
56. CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır.
57. Məhkəmə, CM-in 69.3-cü maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs Abşeron Rayon Məhkəməsinin 1(012)-509/2025 nömrəli cinayət işi üzrə 2 (iki) gün və hazırda baxlan iş üzrə 2 (iki) gün olmaqla, ümumilikdə şübhəli və təqsirləndirilən şəxs qismində tutulduğu 4 (dörd) gün müddət, həbsdə saxlamanın bir günü azadlıqdan məhrum etmənin bir günü hesabı ilə hesablanıb ona təyin ediləcək cəzadan çıxılmalıdır.
58. CM-in 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələrində cəzasını çəkməlidir.
59. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs, ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı, CM-in 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir.
60. Bundan başqa, iş materiallarından müəyyən edilmişdir ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 1(001)-392/2025 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilərək Abşeron Rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbirinin seçilməsi və hazırda həbsdə saxlanılması nəzərə alınmışdır.
61. CPM-in 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətə daxil edilir.
62. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti ona təyin olunacaq cəza müddətə daxil edilməli və cəza müddətinin əvvəli hazırda baxılan iş üzrə barəsində həbs qətimkan tədbirinin seçildiyi gündən, yəni 25 iyun 2025-ci il tarixdən hesablanmalıdır.
63. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılmalıdır.
64. CPM-in 180.2-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iş üzrə Zərərçəkmiş şəxs cinayət hadisəsi nəticəsində dəymiş ziyanla bağlı mülki mühakimə icraatı qaydasında iddia vermək hüquqlarının olması izah edilməlidir.
65. Müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqdim etdiyi hesabata əsasən o, məhkəmə iclaslarında iştirak edərək təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə cəmi 35 (otuz beş) saat vaxt sərf etmişdir.
66. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir.
67. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir.
68. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqsirləndirilən şəxsin müdafiəçisi qismində məhkəmə iclaslarında iştirak edərək ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 35 (otuz beş) saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərdiyi cəmi 35 (otuz beş) saat hüquqi yardım üçün hər iş saatına görə 11 (on bir) manat hesab edilməklə 385 (üç yüz səksən beş) manat pul Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir.
69. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia, maddi sübut və ekspertiza xərci yoxdur.
70. CPM-in 28.5-ci maddəsində əksini tapmış cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipinə görə, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. CPM-in 33.2 və 32.4-cü maddələrinə əsasən, cinayət mühakimə icraatı həyata keçirilərkən cinayət-prosessual qanununun 125, 144, 146-cı maddələrinin müddəalarının pozulması, eləcə də sübutlara və sair materiallara qərəzli münasibət bəslənilməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. CPM-in 124.1-ci maddəsinin tələblərindən görünür ki, məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, ifadələr) cinayət təqibi üzrə sübutlar hesab olunur.
71. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi müxtəlif ölkələrə qarşı qəbul etdiyi Qərarlarında dəfələrlə vurğulamışdır ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, qanunamüvafiq yəni, qanuni yolla əldə olunmuş olsun.
72. “Məhkəmə hökmü haqqında” Ali Məhkəmənin 24 dekabr 2021-ci il tarixli Plenum qərarında göstərilir ki, CPM-in 33.4, 338.1.2 və 349.5.1-ci maddələrinə müvafiq olaraq məhkəmənin hökmü yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Bu maddələrin tələbinə görə məhkəmə gəldiyi nəticələri şərh edərkən məhkəmə iclasında tədqiq edilməyən və məhkəmə iclas protokolunda əksini tapmayan sübutlara istinad edə bilməz.
73. CPM-in 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin.
74. CPM-in 351.2-ci maddəsinə görə, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır.
75. “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 23 mart 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 9 sentyabr 2005-ci il tarixli qərarında qeyd olunmuşdur ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi).
76. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında isə göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur. Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumiləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır.
77. Beləliklə, məhkəmə hesab edir ki, məhkənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmışdır. Bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara tam uyğun gəlir.
78. Yuxarıda göstərilənlərə əsasən CPM-in 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə
hökm etdi:
Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 9 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 1(012)- 509/2025 nömrəli hökmü ilə məhkum edildiyi 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası hazırkı hökmlə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılsın və ona qəti olaraq 3 (üç) il 5 (beş) ay müddətə azalıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs Abşeron Rayon Məhkəməsinin 1(012)-509/2025 nömrəli cinayət işi üzrə 2 (iki) gün və hazırda baxlan iş üzrə 2 (iki) gün olmaqla, ümumilikdə şübhəli və təqsirləndirilən şəxs qismində tutulduğu 4 (dörd) gün müddət, həbsdə saxlamanın bir günü azadlıqdan məhrum etmənin bir günü hesabı ilə hesablanıb, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılaraq, üzərində 3 (üç) il 4 (dörd) ay 26 (iyirmi altı) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın əvvəli 25 iyun 2025-ci il tarixdən hesablanmaqla həbsdə saxlama müddəti ona təyin olunmuş cəza müddətinə daxil edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə Zərərçəkmiş şəxs cinayət hadisəsi nəticəsində dəymiş ziyanla bağlı mülki mühakimə icraatı qaydasında iddia vermək hüquqlarının olması izah edilsin. Təqsirləndirilən şəxs göstərdiyi cəmi 35 (otuz beş) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 385 (üç yüz səksək beş) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan olunduğu andan, Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.
Hakim: Aytəkin İbrahimova