Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-393/2021 11.10.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Sədrlik edən hakim Rzayev Abbas Əhəd oğlunun, Məhkəmə iclas katibi X4, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinn prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs müdafiəçisi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 11 saylı Vəkil Bürosunun Müdafiəçi1, Təqsirləndirilən şəxs, xx.xx.1981-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində 3 (üç) azyaşlı övladı olan, orta təhsilli, işləməyən, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 1(006)-466/2021 saylı, 15.09.2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, cəzası çəkilməmiş, məhkumluğu ödənilməmiş, Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, Azadlıq prospekti, ev 185, İnzibati Binada qeydiyyatda olan və Bakı şəhəri, Binəqədi rayonu, Motodrom yaşayış massivi, nömrəsiz fərdi yaşayış evində yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci (təsviriəsaslandırıcı hissədə CM) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhərində Binəqədi Rayon Məhkəməsinin binasında keçirilən açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddəni və narkotik vasitəni əldə edib daşıyaraq üzərində saxlamışdır. Belə ki, Təqsirləndirilən şəxs 24 mart 2021-ci il tarixdə saat 14.00 radələrində Bakı şəhəri, Yasamal rayonu, “Papanin” adlı yerdən şəxsiyyəti istintaqa məlum olmayan şəxsdən, satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, təmiz çəkisi – 0,340 qram psixotrop maddə olan metamfetamini 20 manat pul müqabilində alaraq əldə edib, üzərində saxlayaraq daşımış və 25 mart 2021-ci il tarixdə saat 15.00 radələrində yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, Motodrom yaşayış massivi, “Meşəlik” adlı yerdə olarkən Binəqədi RPİ-nin 40-cı PB-nin əməkdaşları tərəfindən saxlanılaraq həmin polis bölməsinə gətirilib üzərinə axtarış aparılarkən əynində olan qara rəngli dəri gödəkçənin sağ yan cibindən siqaretin qara rəngli kağızına bükülmüş bükümdə saxladığı qeyd olunan təmiz çəkisi – 0,340 qram, kustar üsulla hazırlanmış maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. Bundan başqa, Təqsirləndirilən şəxs 05 may 2021-ci il tarixdə axşam saatlarında Nəsimi rayonu Papanin adlanan ərazidə istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan 10 manat müqabilində qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 1,044 qram çəkidə narkotik vasitə olan heroini əldə edib daşıyaraq üzərində saxlamış və həmin tarixdə saat 12.00 radələrində Binəqədi RPİ-nin 40-cı PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhəri, Binəqədi rayonu, Motodrom yaşayış massivi, “Meşəlik” adlanan ərazidə saxlanılaraq ünvan 1 ünvanında yerləşən Binəqədi RPİ-nin 40-cı Polis Bölməsinin inzibati binasına gətirilib üzərinə şəxsi axtarış keçirilərkən əynindəki qara rəngli parça şortunun sağ yan cibindən bir ədəd ağ rəngli kağız bükümündə təmiz çəkisi 1,044 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında ifadə verən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, son zamanlar bədənində ağrılar olduğundan psixotrop maddə olan “metamfetamin”i və narkotik vasitə olan “heroini” təxminən 4 ildir ki, qəbul edir.Belə ki, 25 mart 2021-ci il tarixdə saat 15.00 radələrində yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, Motodrom yaşayış massivi, “Meşəlik” adlanan yerdə piyada hərəkət edən zaman iki nəfər tanımadığı şəxslər ona yaxınlaşaraq özlərini polis kimi təqdim etmişlər, xidməti vəsiqələrini göstərdikdən sonra onların polis əməkdaşları olduqlarını öyrənmişdir.Ona bildirmişlər ki, narkotik vasitə və psixotrop maddələrin saxlanmasında şübhəlidir və üzərinə baxış keçirmək istəyirlər.Buna görə də onu Binəqədi RPİ-nin 40-cı PB-nə dəvət etmişlər, orada ona müdafiəçi təyin olunmuşdur. Lakin müdafiəçinin iştirakı olmadan üzərinə şəxsi baxış və axtarış keçirilməsinə etiraz etməmişdir. Bundan sonra polis əməkdaşları tərəfindən ona üzərində olan qeyri-qanuni əşyaları könüllü təqdim etməsi təklif olunmuş, daha sonra video çəkilişlə üzərinə baxış keçirilmişdir.Baxış zamanı üzərində qeyri-qanuni əşyanın olub-olmadığı soruşulduqda o, əynində olan qara rəngli dəri gödəkçənin sağ yan cibindən 01 ədəd siqaretin qara rəngli kağızına bükülmüş bükülünü və həmin gödəkçənin sağ yan cibindən 01 ədəd “Cricket” yazısı olan alışqanı masanın üzərinə qoymuşdur.Sonra üzərində hər hansı bir qanunla qadağan olunmuş əşya aşkar olunmamışdır.Daha sonra onun üzərindən çıxan 01 ədəd siqaretin qara rəngli kağızına bükülmüş bükülünü açmaq təklif olunmuşdur.O, həmin bükülünü açaraq içərisində olan ağ rəngli kristallik maddəni göstərərək onun psixotrop maddə olan “metamfetamin” olduğunu bildirmişdir.O, həmin psixotrop maddə olan “metamfetamin”i 24 mart 2021-ci il tarixdə günorta saatlarında Yasamal rayonu, “Asan” xidmət mərkəzinin arxa tərəfində tanımadığı şəxsdən şəxsi istifadəsi üçün 20 manata aldığını bildirmişdir. Həmin psixotrop maddə olan “metamfetamin” polis əməkdaşları tərəfindən zərfə qoyularaq qablaşdırılmış, bu barədə protokol tərtib olunmuş, zərf və tərtib edilmiş protokol tərəfindən və bütün iştirakçılar tərəfindən imzalanmışdır.Bundan başqa, o, 05.06.2021-ci il tarixdə təxminən saat 22:00 radələrində Nəsimi rayonu ərazisində Papanin adlanan ərazidə tanımadığı şəxsdən öz şəxsi istifadəsi üçün içərisində narkotik vasitə heroin olan, ağ rəngli kağıza bükülmüş bir ədəd bükümü 10 (on) manata almışdır.06.05.2021-ci il tarixdə saat 12:00 radələrində yaşadığı evdən çıxaraq həmin bükümü əynində olan qara rəngli parçadan olan şortun sağ yan cibinə qoyaraq Motodrom YYM, “Meşəlik” adlanan ərazidə həmin narkotik maddəni istifadə etməyə gedən zaman iki nəfər mülki geyimli şəxslər ona yaxınlaşıb özlərini polis əməkdaşları kimi təqdim etmişlər və üzərində narkotik vasitə olmasından şübhə edildiyi üçün üzərinə şəxsi axtarış keçirilməsi məqsədi ilə onlarla birlikdə Binəqədi RPİ-nin 40-cı PB-nə getməli olduğunu bildirmişlər. O da hər hansı bir etiraz etmədən həmin iki nəfər mülki geyimli şəxslə birlikdə Binəqədi RPİ-nin 40-cı PB-nin inzibati binasına gəlmişdir. İnzibati binada yerləşən xidməti otaqların birində ona narkotik vasitələrin qəbulu, istifadəsi, saxlanması və gəzdirilməsi ilə məşğul olmaqla şübhəli olduğu barədə əməliyyat məlumatı olduğu bildirilərək şübhəli şəxs kimi hüquq və vəzifələri izah olunmuşdur. Hüquqlarının dövlət hesabına müdafiəsi üçün öz razılığı ilə ona müdaifəçi təyin edilmiş və o, həmin müdafiəçi tərəfindən hüquqlarının müdafiə olunmasına etirazının olmadığını bildirmişdir.Daha sonra isə polis əməkdaşlarının iştirakı ilə videoçəkiliş vasitəsilə üzərində və geyim əşyalarında şəxsi axtarış aparılmağa başlanmışdır.Şəxsi axtarış aparılmazdan əvvəl üzərində və geyim əşyalarında olan qanunla dövriyyəsi qadağan edilmiş və ya məhdudlaşdırılmış əşyaları və ya sənədləri könüllü surətdə təqdim etmək təklif olunmuşdur.Həmin vaxt o, əynində olan qara rəngli parçadan olan şortun sağ cibindən ağ rəngli kağıza bükülmüş bir ədəd bükümü çıxardıb çəkiliş zamanı təhqiqat orqanına təqdim etmişdir. Bükümü açan zaman o, həmin bükülünün içərisində narkotik vasitə olan heroin olmasını bildirmişdir. Polis əməkdaşları ondan həmin narkotik vasitə heroini kimdən, nə vaxt və hansı məqsədlə əldə etdiyini soruşduqda o, 05.06.2021-ci il tarixdə axşam saatlarında Nəsimi rayonu ərazisində Papalin adlanan ərazidə tanımadığı şəxsdən öz şəxsi istifadəsi üçün 10 manat müqabilində aldığını bildirmişdir.Daha sonra geyim paltarlarında, əşyalarında və bədənində aparılmış şəxsi axtarış zamanı üzərindən hər hansı bir digər əşya və ya predmet aşkar olunmamışdır. Üzərində saxladığı bir ədəd gümüşü rəngli kağız bükümündə olan narkotik vasitə heroin zərfə qoyulub qablaşdırılmışdır.Zərfin üzəri möhürlə möhürlənmiş və şəxsi axtarışda iştirak edən hər bir iştirakçı tərəfindən həmin zərfin üzəri imzalanmışdır. Həmçinin üzərinə şəxsi axtarış keçirilməsi barədə protokol tərtib olunmuş və protokol da axtarışda iştirak etmiş polis əməkdaşları və tərəfindən imzalanmışdır.Özü 4 il müddətdir ki, narkotik vasitə aludəçisidir. Ona görə də heroin və metamfetamindən tez-tez istifadə edir.Bu baxımdan həmin narkotik vasitəni və psixotrop maddəni şəxsi istifadəsi üçün ayrı-ayrı tarixlərdə başqa-başqa tanımadığı şəxslərdən alaraq saxlamışdır. Həmin narkotik vasitəni və psixotrop maddəni satmaq niyyəti olmamışdır.Heç vaxt narkotik vasitənin və ya psixotrop maddənin satışı ilə məşğul olmamışdır. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs təqsirini etiraf etdiyini, əməlindən səmimi peşman olduğunu və himayəsində 3 azyaşlı övladının olduğunu nəzərə alaraq məhkəmədən ona yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində ifadə verən Şahid1 bildirmişdir ki, Binəqədi rayonu, Motodrom YYM, fərdi nömrəsiz evdə yaşayan «Elnur» adlı şəxsin cinayət əməlinin digər təhqiqat üsulları ilə ifşa edilməsi mümkün olmadığından, həmin şəxsin cinayət başında yaxalanmasının təmin edilməsindən ötrü «Əməliyyat-axtarış fəaliyyəti» haqqında Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq əməliyyat tədbirinin keçirilməsi zərurəti nəzərə alınaraq, 25 mart 2021-ci il tarixli qərar qəbul edilməklə 40-cı polis bölməsinin rəisi polis polkovnik-leytenantı Ramil Cəbiyev tərəfindən 25 mart 2021-ci il tarixdə təsdiq edilmiş, əməliyyat qrupunun tərkibi müəyyən edilməklə, Binəqədi RPİ-nin 40-cı PB-nin sahə inspektoru, polis baş leytenantı Şahid3 da həmin qrupa daxil edilmiş, qeyd olunan tədbiri isə özü və Binəqədi RPİ-nin 40-cı PB-nin sahə inspektoru, polis baş leytenantı Şahid3 ilə birlikdə keçirməyə qərar vermişdir. Birlikdə 25 mart 2021-ci il tarixdə saat 15:00 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Motodrom yaşayış massivi, “meşəlik” adlı yerdə olarkən «Elnur» adlı şəxsin zahiri əlamətlərinə oxşar şəxsi görüb yaxınlaşmışlar və özlərini təqdim edib polis əməkdaşı olduqlarını demişlər.Həmin şəxsin Təqsirləndirilən şəxs olduğunu müəyyən etdikdən sonra Təqsirləndirilən şəxs üzərində narkotik vasitə gəzdirməsi və istifadə etməsində şübhəli olduğunu deyərək sonuncunu saxlayıb 40-cı Polis bölməsinə aparmışlar. Bu barədə polis bölməsinin rəisinin adına raport tərtib edərək, bölmə rəisinin göstərişi əsasında Təqsirləndirilən şəxs Binəqədi RPİ-nin 40-cı Polis Bölməsinin baş təhqiqatçısı polis mayoru Ruslan Əsgərova təhvil vermişlər. Sonra baş təhqiqatçı tərəfindən müdafiəçi və videoçəkilişin aparılması üzrə ekspert-kriminalist X3 dəvət edilərək, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuş, sonra baş təhqiqatçı tərəfindən bütün iştirakçıların hüquqları izah edilməklə, hər birinin iştirakı ilə videoçəkiliş aparılmaqla saxlanılan şəxs Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılmışdır. Təqsirləndirilən şəxs təklif edilmişdir ki, üzərində hər hansı bir qeyri-qanuni əşya varsa təqdim etsin.Bundan sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli dəri gödəkçənin sağ yan cibindən 01 ədəd siqaretin qara rəngli kağızına bükülmüş bükülünü və 01 ədəd “Cricket” alışqanı çıxarıb masanın üzərinə qoymuşdur. Sonra keçirilmiş şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən heç bir qeyri-qanuni əşya aşkar edilməmişdir.Daha sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş 01 ədəd siqaretin qara rəngli kağızına bükülmüş bükümü açmaq təklif olunmuş, Təqsirləndirilən şəxs 01 ədəd siqaretin qara rəngli kağızına bükülmüş bükümdə psixotrop maddə olan “metamfetamin” olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs həmin maddəni 24.03.2021-ci il tarixdə saat 14 radələrində Bakı şəhəri, Yasamal rayonu, “Asan” xidmət mərkəzinin arxa hissəsində tanımadığı şəxsdən 20 manata aldığını qeyd etmişdir. Sonra Təqsirləndirilən şəxs aşkar edilmiş 01 ədəd büküm boş zərfə qoyularaq qablaşdırılmış, zərfin üzəri iştirakçılar tərəfindən, o cümlədən saxlanılan şəxs Təqsirləndirilən şəxs tərəfindən imzalanmışdır. Daha sonra şəxsi axtarışın aparılması barədə protokol tərtib edilərək bütün iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə keçirilərkən sonuncuya qarşı zor, təzyiq göstərilməmişdir.Onlara Təqsirləndirilən şəxs narkotik vasitələrin istifadə etməsi barədə məlumat daxil olsa da satışı ilə məşğul olması barədə heç bir məlumat daxil olmamışdır. Məhkəmə iclasında şahid qismində ifadə verən Şahid2 bildirmişdir ki, Binəqədi RPİ-nin 40-cı PB-də CA üzrə əməliyyat müvəkkili vəzifəsində işləyir, polis kapitanıdır.Təqsirləndirilən şəxs Binəqədi rayon polis idarəsinin 40-cı PB-nin inzibati ərazisində qanunsuz olaraq narkotik vasitələri əldə etmə, saxlama, daşıma və istifadəsi ilə bağlı əməliyyat məlumatı daxil olmuşdur.Məlumat əsasında onun və Binəqədi RPİ-nin 40-cı PB-nin CA üzrə baş əməliyyat müvəkkili vəzifəsində işləyən, polis baş leytenantı Şahid1 iştirakı ilə əməliyyat qrupu yaradılmışdır. Keçirilmiş əməliyyat tədbirləri nəticəsində 06 may 2021-ci il tarixdə saat 12 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Motodrom yaşayış massivi, “Meşəlik” adlanan ərazidə Təqsirləndirilən şəxs yaxınlaşmışlar. Özlərini polis əməkdaşı olaraq təqdim edərək həmin şəxsi yaxınlıqda yerləşən Binəqədi RPİ-nin 40-cı PB-nə dəvət etmişlər. Bundan sonra Elnu onlarla birlikdə RPİ-nin 40-cı PB-nə gəlmişdir.PB-nin təhqiqatçısı Samir Hacıyevin xidməti otağında Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri əldə etməsi, saxlaması, istifadəsi və daşımasında şübhəli bilindiyi üçün şübhəli şəxs qismində tutulmuşdur.Daha sonra həmin xidməti otaqda Təqsirləndirilən şəxs üzərinə videoçəkiliş vasitəsi ilə baxış keçiriləcəyini bildirib ona üzərində dövriyyəsi məhdudlaşdırılmış eləcədə qadağan olunmuş hər hansı bir əşya varsa çıxarıb təqdim etməsi təklif edilmiş və o, heç bir etiraz bildirmədən könüllü olaraq əynindəki qara rəngli parça şortunun sağ yan cibindən bir ədəd ağ rəngli kağıza bükülmüş bükümü çıxarıb masanın üzərinə qoymuşdur.Həmin bükümün içərisində narkotik vasitə olan heroin olduğunu bildirmişdir.Bundan sonra onun üzərinə şəxsi axtarış keçirilmişdir.Şəxsi axtarış zamanı iş üzrə sübut əhəmiyyəti kəsb edən heç bir əşya və ya predmet aşkar olunmamışdır. Üzərindən aşkar olunmuş narkotik vasitə heroini 05 may 2021-ci il tarixdə axşam saatlarında Nəsimi rayonu Papanin adlanan ərazidə tanımadığı şəxsdən 10 manat müqabilində şəxsi istifadəsi üçün əldə etdiyini bildirmişdir. Həmin aşkar olunmuş narkotik vasitə bir ədəd zərfə qoyularaq qablaşdırılmış və zərfin üzəri möhürlə möhürlənmişdir. O, və digər işitrakçılar həmin zərfin üzərini imzalamış, daha sonra bu barədə protokol tərtib olunmuş və protokol da tərəfindən və digər iştirakçılar tərəfindən imzalanmışdır. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs narkotik vasitə heroinin istifadəçisi olduğunu bildirmişdir. Məhkəmə iclasında ifadəsi elan olunmuş Şahid3 ifadəsinə əsasən məlum olur ki, o, Şahid1 ifadəsində göstərdikləri xüsusatları təsdiq etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-kimyəvi ekspertizasının 26.03.2021-ci il tarixli, 6/1194 saylı rəyinə əsasən müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş, üzərində "...Təqsirləndirilən şəxs...” sözləri olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 0,340 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-kimyəvi ekspertizasının 06.05.2021-ci il tarixli, 6/1842 saylı rəyinə əsasən müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş, üzərində "Təqsirləndirilən şəxs” yazısı zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 1,044 qr. qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə olan – heroindir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin məcburi-narkoloji ekspertizasının 14.07.2021-ci il tarixli, 2331 saylı rəyinə əsasən müəyyən edilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 1(006)-466/2021 saylı, 15.09.2021-ci il tarixli hökmünə əsasən məlum olur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş və beləliklə də, məhkumluğu ödənilməmişdir və həmin cəza çəkilməmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini təqsirli olaraq törətməsi məhkəmə iclasında tədqiq olunmuş sübutlar məcmusu ilə tam sübuta yetirilmişdir. Bu isə onu göstərir ki, ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq təqsirləndirilən şəxsin əməli CM-nin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Odur ki, təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlindən peşman olmasını, təqsirini etiraf etməsini və himayəsində 3 azyaşlı övladının olmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Belə ki, CM-nin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Təqsirləndirilən şəxs əməlində CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, CM-nin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halların məcmusunu və cəzanı ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, təqsirləndirilən şəxsə məhz hansı növ cəzanın təyin olunmasını müzakirə edərək CM-nin 234.1-ci maddəsinin sanksiyasına uyğun olaraq azadlıqdan məhrum etmə cəzası təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 25 mart 2021-ci il tarixdən 27 mart 2021-ci il tarixədək tutulduğu 2 (iki) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən təyin edilmiş cəzadan çıxılmalıdır.Belə ki, iş materiallarında olan Binəqədi RPİ-nin 40-cı PB-nin baş təhqiqatçısı, polis mayoru X5 tərəfindən qəbul edilmiş qərara əsasən məlum olur ki, Təqsirləndirilən şəxs 25 mart 2021-ci il tarixdə tutulmuşdur.Həmçinin, iş materiallarında olan Binəqədi RPİ-nin İŞ-nin müstəntiqi Ramil Qabulov tərəfindən qəbul olunmuş 27 mart 2021-ci il tarixli qərarına əsasən məlum olur ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasının əvvəli təqsirləndirilən şəxsin yenidən tutulduğu tarixdən, yəni 06 may 2021-ci il tarixdən hesablanmalıdır.Belə ki, iş materiallarında olan Binəqədi Rayon Məhkəməsinin 07.05.2021-ci il tarixli qərarına əsasən məlum olur ki, vəsatət və təqdimat təmin edilmiş, Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin İstintaq şöbəsində istintaq olunan ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs barəsində 3 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və həbsdə saxlanma müddətinin əvvəlinin 06 may 2021-ci il tarixdən hesablanması qərara alınmışdır. Eyni zamanda, məhkəmə hesab edir ki, Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 1(006)- 466/2021 saylı, 15.09.2021-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə ilə təyin edilmiş və çəkilməmiş 01 il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin ediləcək cəza ilə qismən toplanmaqla ona yekun olaraq azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Eyni zamanda, məhkəmə hesab edir ki, AR CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs ilk dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunduğuna görə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzası təyin olunduğundan, onun barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək qüvvədə saxlanmalıdır. Eyni zamanda, ekspert rəyinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan əziyyət çəkdiyi və müalicəyə ehtiyacı olduğuna görə ona narkomaniyadan məcburi müalicə təyin olunmalı və qeydiyyatda olduğu yerin narkoloji dispanserində qeydiyyata alınmalıdır. Bundan başqa, CMP-nin 353.4.10-cü maddəsinə əsasən iş üzrə ekspertizanın keçirilməsi üçün məhkəmə xərci – 195,82 manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına – VÖEN **********, X2 VÖEN ********** kod 210005 m/h AZ 41 NABZO**********0003944 SWİFT. Bik CTREAZ 22 hesabına ödənilməlidir. Həmçinin CPM-nin 353.5.5-ci maddəsinə əsasən iş üzrə üzrə maddi sübut olan və Binəqədi RPİ-də saxlanılan psixotrop maddə olan metafetaminin 0,290 qram olan qalığı və narkotik vasitə olan heroinin 0,994 qram olan qalığı məhv edilməlidir. İş üzrə maddi sübut- təqsirləndirilən şəxsin üzərinə axtarış keçirilməsini özündə əks etdirən 1ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 318.1, 344-349, 351-353 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 1 (bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 1(006)- 466/2021 saylı, 15.09.2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təyin edilmiş və çəkilməmiş 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası - CMnin 69.3-cü və 66.5-ci maddəsinə əsasən 2 günə 1 gün olmaqla hazırkı hökmlə təyin olunan cəza ilə qismən toplanmaqla, ona 1 (bir) il 9 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs 25 mart 2021-ci il tarixdən 27 mart 2021-ci il tarixədək tutulduğu 2 (iki) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3cü maddəsinə əsasən təyin edilmiş cəzadan çıxılsın və ona qəti olaraq 1 (bir) il 8 (səkkiz) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzasının əvvəli tutulduğu tarixdən, yəni 06 may 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək qüvvədə saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və qeydiyyatda olduğu yerin narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Binəqədi RPİ-də saxlanılan psixotrop maddə olan metafetaminin 0,290 qram qalığı və narkotik vasitə olan heroinin 0,994 qram olan qalığı məhv edilsin. İş üzrə maddi sübut - 02 ədəd təqsirləndirilən şəxsin üzərinə baxış keçirilməsinə dair görüntüləri özündə əks etdirən DVD formatlı disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 195.82 (yüz doxsan beş manat səksən iki) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına _VÖEN **********, X2 VÖEN ********** kod 210005 m/h AZ 41 NABZO**********0003944 SWİFT. Bik CTREAZ 22 hesabına ödənilsin. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm qanuni qüvvəyə minir. Sədrlik edən Hakim: Abbas Rzayev
Məhkəmə qərarları › İş №1(001)-393/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-393/2021
11.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver