Məhkəmə qərarları › İş №1(001)-393/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-393/2025

17.09.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-393/2025 17.09.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Sadıqova Aynurə Vahid qızının sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Bəbirov Qədir Nadir oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1999-cu ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, natamam orta təhsilli, subay, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, ünvan 1 ünvanında yaşamış, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra - CM) 177.1 və 29, 29, 177.2.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs ibtidai istintaq orqanı tərəfindən elan edilmiş ittihama əsasən, Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını gizli talamaq məqsədi ilə 2024-cü ilin mart ayının əvvəllərində fəhlə vəzifəsində işlədiyi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesi, 53a ünvanında yerləşən anbarında iş vaxtı ticarət mallarının arasından cəmiyyətə məxsus dəyəri 2.850 manat təşkil edən 1 ədəd “İPhone 15 Pro 128GB” markalı mobil telefonu gizli yolla talayaraq, zərərçəkmiş hüquqi şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ümumilikdə 2.850 (iki min səkkiz yüz əlli) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, tamah niyyəti ilə özgənin əmlakını gizli talamaq məqsədi ilə 15 mart 2024-ci il tarixdə, saat 08 radələrində fəhlə vəzifəsində işlədiyi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesi, 53a ünvanında yerləşən anbarında ticarət malları arasından cəmiyyətə məxsus dəyəri 2.199 manat təşkil edən 2 ədəd “İPhone 15 Pro 128GB” markalı mobil telefonları və dəyəri 69,99 manat təşkil edən 1 ədəd “Apple 20W USB-C adapter MHJE3ZM/A” markalı adapteri əynindəki gödəkçəsinin altına yerləşdirərək ətrafdakılardan gizli şəkildə anbarın başqa hissəsinə aparıb saxlamaqla iş vaxtının sonunda özü ilə birlikdə anbardan çıxartmasını istəsə də, anbarda quraşdırılmış müşahidə kameralarında törətdiyi əməlin aşkar olunaraq əşyaların götürülməsi nəticəsində zərər çəkmiş hüquqi şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus ümumi dəyəri 4.467,99 (dörd min dörd yüz altmış yeddi manat doxsan doqquz qəpik) manat təşkil edən əmlakı gizli olaraq talamağı iradəsindən asılı olmayan səbəblərə görə başa çatdıra bilməyərək təkrarən oğurluğa cəhd etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş təqsirləndirilən şəxs(mülki cavabdeh) Təqsirləndirilən şəxs özünü ona CM-in 177.1 və 29, 29, 177.2.2-ci maddələri ilə elan edilmiş ittiham üzrə tam təqsirli bilmiş və ifadəsində göstərmişdir ki, anbarda işlədiyi zaman 05 mart 2024-cü il tarixdə pula ciddi ehtiyacı olmuşdur. Həmin gün səhər saat 11 radələrində həmişəki kimi işə gedib işləməyə başlamışdır.Təxminən 10 gün əvvəl Quba mağazasından sifariş verilmiş “İphone 15 Pro” 128 GB, rəngi natural olan mobil telefon sifariş verən şəxsə çatdırılması üçün anbara,onun işlədiyi bölməyə gətirilmişdir. Qubadan göndərilən malların boşaldılmasında iştirak etdiyi zaman heç kimin xəbəri olmadan telefonu götürüb şalvarın belində (kəmər hissəsində) gizlətmiş, iş vaxtı bitdikdən sonra telefonu gizlətdiyi yerdən çıxardıb, əynini dəyişdikdən sonra gödəkçənin içərisində gizlədərək anbardan çıxartmış və birbaşa şəhərə satmağa aparmışdır. Anbardan götürdüyü bir ədəd iPhone 15 Pro 128GB markall mobil telefonu “Music Gallery”-nin 28 May filialındakı mağazası ilə üzbəüz yerləşən telefon mağazasına aparmış, orada telefonu tanımadığı cavan bir oğlana göstərərək yeni aldığını demiş və ehtiyacdan 2.000 (iki min) manata satmaq istəyimi bildirmişdir. Həmin alıcı isə 1.400 (bir min dörd yüz) manata almaq istədiyini bildirdikdə, o,razılaşıb telefonu verərək pulu götürüb oradan çıxıb getmişdir. Telefonun satışından əldə etdiyi pul vəsaitini xəstəlikdən əziyyət çəkən anasının müalicəsinə xərcləmişdir. Bundan başqa, 15 mart 2024-cü il tarixdə səhər saat 8:40 radələrində anbarda işdə olduğu zaman anbarın girişindəki koordinator otağında bir gün əvvəl yığılmış mallar arasından iki ədəd “iPhone 15 128GB(BLACK) markalı telefonları və bir ədəd “Apple 20W USB-C adapter MHJE3ZM/A” markalı telefon adapterini oğurlamaq məqsədi ilə götürüb gödəkçəsini altında gizlədərək həmin otaqdan çıxmışdır. İşin sonuna vaxt çox qaldığına görə selofan torbada olan telefonları və adapteri anbarın başqa tərəfinə aparmış və orada televizorların yoxlanıldığı yerə gətirib, orada tullantılar üçün qoyulmuş zibil qutusunun arxasında gizlətmişdir ki, işin sonunda götürüb anbardan çıxartsın və satıb pul əldə etsin. Təxminən 13:00 radələrində şirkətin nümayəndələri olan Surxay müəllim, Fuad bəy, Elnur bəy onu dəvət edib oğurluq etməyindən şübhələndiklərini demişlər, o, ilk dəfə oğurluq etməyini boynuna almaq istəməmişdir. Sonra ona videokameraların görüntülərini göstərdikdə və gizlətdiyi yerdən götürülmüş telefonları və adapteri göstərəndə hər şeyi olduğu kimi danışmış, sonra yazılı izahat vermişdir. Belə ki, onun telefonları harada gizlətdiyini video kameraya baxış keçirərək müəyyən etmişlər. Məhkəmə iclasında təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs hazırda törətdiyi cinayət əməlindən səmimi peşmançılıq çəkdiyini, uzun müddətdir ki, işsiz olduğundan hazırki vaxta qədər zərərçəkmiş hüquqi şəxsə dəymiş ziyanı ödəyə bilmədiyini, bir müddət əvvəl işə düzəldiyini, zərərçəkmiş hüquqi şəxsə dəymiş ziyanı yalnız işləyərək hissə-hissə ödəyə biləcəyini, anasının xəstə olmasını, hazırda maddi durumunun çox ağır olduğunu, göstərilənlərinin nəzərə alınmasını və məhkəmə tərəfindən ona ədalətli cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş zərərçəkmiş şəxs (mülki iddiaçı) "xxxx" MMC-nin nümayəndəsi Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, şirkətin Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesi, 53A ünvanında yerləşən anbarı vardır ki, dövriyyədə olan məhsullar həmin anbarda cəmləşir və satış ünvanlarına, mağazalara göndərilir. Eyni mağazalardan qaytarılan mallar olanda, həmin anbara daxil olur. Təhlükəsizlik məqsədilə anbarın ərazisində baş verənlərə nəzarət üçün videomüşahidə kameraları quraşdırılmışdır.Həmin kameraların qeydə aldıqları görüntülər vaxtaşırı nəzərdən keçirilir və aşkar olunan çatışmazlıqlarla bağlı tədbirlər görülür. 2024-cü ilin mart ayının əvvəllərində "xxxx" MMC-nin mağazasından şirkətin Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesi, 53A ünvanında yerləşən anbarına ticarət malları göndərilmiş, həmin malların anbara yerləşdirilməsi üçün fəhlələr cəlb edilmiş, həmin fəhlələr arasında şirkətlə əmək müqaviləsi əsasında işləyən Təqsirləndirilən şəxs da olmuşdur. 15 mart 2024-cü il tarixdə şirkətin auditi və anbarın müdiri vəzifəsini icra edən Şahid1 tərəfindən aşkar olunmuşdur ki, anbara qəbul edilmiş “iPhone 15 128Gİ3(BLACK)” markalı mobil telefonların olduğu hissədə kəsr vardır. Bu çatışmazlığın səbəbini araşdırmaq üçün anbarda olan videomüşahidə kameralarına baxış keçirilməsi qərara alınmışdır. Elvin çatışmazlıq aşkar edilmiş malların yığıldığı yerə tək daxil olaraq orada qısa müddət ərzində olandan sonra çıxıb anbarın başqa hissəsinə getmiş, həmin vaxt əlləri cibində olan gödəkçəsinin altına yerləşdirdiyi nəyisə saxladığı vəziyyətdə hərəkət etmişdir. Bundan sonra videokameraların qeydə aldığı görüntülərlə bağlı Təqsirləndirilən şəxs getdiyi yerə baxılmış və orada ağ rəngli sellofan paketdə İMEİ kodu **********48847 nömrəli “İPhone 15 128GB(BLACK)” markalı və İMEİ kodu **********27372 nömrəli “iPhone 15 128GB(BLACK)” markalı 2 ədəd mobil telefon cihazı və “Apple 20W USB-C adapter MHJE3ZM/A” markalı adapter olduğu aşkarlanmışdır. Həmin telefonları və adapteri götürdükdən sonra bütün işçi heyəti toplanılaraq telefonların kimin tərəfindən götürüldüyü soruşulmuş, amma içşilərdən kimsə məsələdən xəbəri olduğunu bildirməmişdir. Bundan sonra Təqsirləndirilən şəxsla individual olaraq danışmışlar, Elvin əvvəl oğurluq etməsindən boyun qaçırmasına baxmayaraq, kamera görüntüləri özünə göstərildikdən sonra etiraf etmişdir ki, oğurluq etmiş, həmin telefonları və adapteri başqa yerdə gizlətmişdir ki, münasib vaxt seçib anbardan çıxartsın. Elvin hətta bundan əlavə etiraf etmişdir ki, 2025-ci ilin mart ayının 5-də Quba rayonundan daxil olmuş ticarət mallarını maşından boşaldan zaman ticarət mallarının arasından 01 (bir) ədəd İMEİ kodu **********97147 olan “iPhone 15 Pro128GB” markalı mobil telefonu yük maşınının içərisində öz gödəkcəsinə qoyaraq gizlətmiş və oğurlamışdır. Daha sonra oğurladığı həmin telefonu Bakı şəhərində “Music Gallery”-nin “28 May” filialı yaxınlığında hansısa telefon satışı dükanına satmasını bildirmişdir. Beləliklə, Təqsirləndirilən şəxs 05 mart 2024-cü il və 15 mart 2024-cü il tarixlərdə fəhlə işlədiyi "xxxx" MMC-nin Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesi, 53A ünvanda yerləşən anbarından cəmi 01 ədəd “iPhone 15 Pro 128GB” markalı və 02 ədəd “iPhone 15 128GB(BLACK)” markalı mobil telefon cihazını, bir ədəd “Apple 20W USB-C adapter MHJE3ZM/A” markalı adapteri oğurlamışdır. Həmin cihazlardan biri 05 mart 2024-cü il tarixdə oğurlanmış İMEİ kodu **********97147 olan cihaz Təqsirləndirilən şəxs tərəfindən anbardan çıxarılıb satılmışdır. İki ədəd “iPhone 15 128GB(BLACK)” markalı telefon cihazlarının və “Apple 20W USB-C adapter MHJE3ZM/A” markalı adapterin götürülməsi 15 mart 2024-cü il tarixdə tərəfimizdən vaxtında aşkarlandığına görə, Təqsirləndirilən şəxs həmin malları anbardan çıxarda bilməmiş, cihazlar tərəfimizdən götürüldüyünə görə oğurluğu baş tutmamışdır. Təqsirləndirilən şəxs 05 mart 2024-cü il tarixdə oğurladığı İMEİ kodu **********97147 olan “iPhone 15 Prol28GB” markalı mobil telefonun satış qiyməti 2.849.99 (iki min səkkiz yüz qırx doqquz manat 99 qəpik) manat, 15 mart 2024-cü il tarixdə oğurladığı “iPhone 15 128GB(BLACK)” markalı,İMEİ kodları “**********27372”, “**********48847” olan mobil telefonların hər birinin satış qiyməti 1.899,99 (min səkkiz yüz doxsan doqquz manat 99 qəpik) manat, “Apple 20W USB-C adapter MHJE3ZM/A” markalı adapterin satış qiyməti 69,99 (altmış doqquz manat 99 qəpik) manat olmuşdur. Oğurlanmış 03 ədəd mobil cihazın və adapterin ümumi qiyməti 6.719,96(altı min yeddi yüz on doqquz manat 96 qəpik) manat təşkil edir, amma 15 mart 2024-cü il tarixdə ümumi qiyməti 3.869,97 manat olan iki telefon cihazı və adapter onlara qaytarılmış, bir ədəd “iPhone 15 Pro 128GB” markalı mobil telefon cihazına görə 2.849,99 manat ziyan isə ödənilməmişdir. Məhkəmə iclasında dindirilmiş zərərçəkmiş şəxs (mülki iddiaçı) "xxxx" MMCnin nümayəndəsi Zərərçəkmiş şəxs verilmiş mülki iddia ərizəsinin təmin edilməsini, nümayəndəsi olduğu hüquqi şəxsə dəymiş zərərin ödənilməsini xahiş etmişdir. Eyni zamanda bildirmişdir ki, zərərçəkmiş şəxs olaraq onlara dəymiş ziyanın ödənilməsini tələb edirlər. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 2018-ci ildən "xxxx" MMC-nin anbardar vəzifəsində işləyir. İşlədiyi anbar Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesi, 53A ünvanda yerləşir. Anbarda ticarət mallarının qəbulu, saxlanılması, mağazalara göndərilməsi həyata keçirilir. Anbarda mallar cərgələrlə rəflərə və yerə düzülür. Anbara girişdən dərhal sonra sol tərəfdən ayrıca bir otaq vardır, həmin yerə koordinator otağı deyirlər, bu otaqda da daxil olan mallar anbara yerləşdirilənə qədər və ya göndərməyə hazırlanan, qaytarılan mallar yığılıb saxlanılır. 2025-ci ilin mart ayının 14-də “iPhone 15 128GB(BLACK)” markalı mobil telefon cihazları anbarın girişində yerləşən kordinator otağına qoyulmuşdur ki, sabahısı gün rəqəmsal anbarın işçilərinə təhvil versinlər. Sabahısı gün, yəni 15 mart 2024-cü il tarixdə koordinator Samir Əliyev müəyyən etmişdir ki, bir gün əvvəl otağına qoyduğu “iPhone 15 128GB(BLACK)” markalı mobil telefonlarda çatışmazlıq vardır. Mart ayında başqa bir “iPhone 15 Pro 128GB” markalı telefon da yoxa çıxmış və o vaxtadək tapılmamış, ona görə də artıq bu hal təkrarlandığına görə telefonların oğurlanmasından şübhələnmişlər. Bu vəziyyəti araşdırmaq üçün anbarın ərazisinə nəzarət edən videomüşahidə kameralarının görüntülərinə baxmağı qərara almışlar. Koordinator otağının olduğu sahəni və girişə yaxın əraziləri çəkən kameraların görüntülərinə baxanda 15 mart 2024-cü il tarixdə səhər tezdən saat 08:40 radələrində anbarda fəhlə işləyən Təqsirləndirilən şəxs tək koordinator otağına girməsini görmüşlər. Elnurla Kamera görüntülərinə baxmağa davam edəndə məlum olmuşdur ki, Təqsirləndirilən şəxs koordinator otağından çıxanda gödəkçəsinin altında sol tərəfdən nə isə vardır və əlləri gödəkçəsinin cibində böyrünə sıxmış vəziyyətdə hansı istiqamətdə getməsini görmüşlər. Elvinin getdiyi istiqamətdə başqa kamera görüntüsünə həmin vaxta uyğun hissədə baxanda sonuncunun anbarda televizorların yoxlanılması üçün ayrılan yerdə zibil qabının arxasında gödəkçənin altından çıxartdığı bükülünü gizlətməsini görmüşlər. Bundan sonra Təqsirləndirilən şəxs bu barədə xəbər etmədən gedib həmin yerə baxdıqda, orada ağ rəngli paketdə 01 ədəd İMEİ kodu **********48847 nömrəli “iPhone 15 128GB(BLACK)” markalı mobil telefon, 01 ədəd İMEİ kodu **********27372 nömrəli “İPhone 15 128GB(BLACK)” markalı mobil telefon və 01 ədəd “Apple 20W USB-C adapter MHJE3ZM/A” markalı adapter aşkarlanmışdır. Həmin telefonları və adapteri götürdükdən sonra işçi heyət toplanmış və koordinator otağından telefonun kimin tərəfindən götürüldüyünü soruşmuşlar, içşilərin heç biri xəbəri olmadığını bildirmişdir. Təqsirləndirilən şəxsla əlavə danışıb görüntülərlə tanış edəndə oğuruq etdiyini boynuna almış, 2024-cü ilin mart ayının 5-də Quba rayonundan gətirilmiş ticarət mallarını avtomobildən boşaldanda onların arasında olan 01 ədəd İMEİ kodu **********97147 olan “iPhone 15 Prol28GB” markalı mobil telefonu da oğurlayıb gödəkcəsinin içərisinə qoyaraq sonradan anbardan çıxartdığını demişdir. Daha sonra Elvin telefonu “Music Gallery”-nin “28 May” filialında satmasını bildirmiş və bununla bağlı müdiriyyətə yazılı izahat vermişdir. Videokameraların görüntülərindən çıxarışlar edilib götürülmüş və polisə müraciət edilərək görüntülər diskə köçürülməklə polisə göndərilən müraciətə əlavə olunmuşdur. Onu da bildirir ki, Təqsirləndirilən şəxs 05 mart 2024-cü il tarixdə oğurladığı İMEİ kodu **********97147 olan “iPhone 15 Pro 128GB” markalı mobil telefonun satış qiyməti 2.849,99 (iki min səkkiz yüz qırx doqquz manat 99 qəpik) manat, 15 mart 2024-cü il tarixdə oğurladığı “İPhone 15 128GB(BLACK)” markalı, İMEİ kodları “**********27372”, “**********48847”olan mobil telefonların hər birinin satış qiyməti 1.899,99 (min səkkiz yüz doxsan doqquz manat 99 qəpik) manat, “Apple 20W USB-C adapter MHJE3ZM/A” markalı adapterin satış qiyməti 69,99(altmış doqquz manat doxsan doqquz qəpik) manat olmuşdur. İbtidai istintaq zamanı ifadəsi alınmış və məhkəmə istintaqında ifadəsi elan edilmiş Şahid1 ifadəsindən görünür ki, anbarda ticarət mallarının qəbulu, saxlanılması, mağazalara göndərilməsi həyata keçirilir. Anbarın içində və bilavasitə ətrafında qurulmuş videomüşahidə kameraları vasitəsilə təhlükəsizlik və işçi heyətin əmək intizamı məslələrinə nəzarət edilir. Videokameralarla qeydə alınan görüntülər vaxtaşırı nəzərdən keçirilməklə ortaya çıxan çatışmazlıqlara düzəliş verilir, tədbirlər görülür. Anbarda mallar cərgələrlə rəflərə və yerə düzülür. Anbara girişdən dərhal sonra sol tərəfdən ayrıca bir otaq vardır, həmin yerə koordinator otağı deyilir, bu otaqda da daxil olan mallar anbara yerləşdirilənə qədər və ya göndərməyə hazırlanan, qaytarılan mallar yığılıb saxlanılır. 2024-cü ilin mart ayının 14-də “iPhone 15 128GB(BLACK)” markalı mobil telefon cihazları anbarın girişində yerləşən kordinator otağına qoyulmuşdur ki, sabahısı gün rəqəmsal anbarın işçilərinə təhvil versinlər. Sabahısı gün, yəni 15 mart 2024-cü il tarixdə koordinator Samir Əliyev müəyyən etmişdir ki, bir gün əvvəl otağına qoyduğu “iPhone 15 128GB(BLACK)” markalı mobil telefonlar arasında kəsr vardır. Mart ayında başqa bir “iPhone 15 Pro 128GB” markalı telefon da yoxa çıxmış və o vaxtadək tapılmamışdır. Artıq bu hal təkrarlandığına görə telefonların oğurlanmasından şübhələnmişlər. Bu vəziyyəti araşdırmaq üçün anbarın ərazisinə nəzarət edən videomüşahidə kameralarının görüntülərinə baxmağı qərara almışdır. Koordinator otağının olduğu sahəni və girişə yaxın əraziləri çəkən kameraların görüntülərinə baxanda 15 mart 2024-cü il tarixdə səhər tezdən saat 08:40 radələrində anbarda fəhlə işləyən Təqsirləndirilən şəxs tək koordinator otağına girməsini görmüşdür. Kamera görüntülərinə baxmağa davam etmiş və məlum olmuşdur ki, Təqsirləndirilən şəxs koordinator otağından çıxanda gödəkçəsinin altında sol tərəfdən nə isə vardır və əlləri gödəkçəsinin cibində böyrünə sıxmış vəziyyətdə hansı istiqamətdə getməsini görmüş, sonuncunun getdiyi istiqamətdə başqa kamera görüntüsünə həmin vaxta uyğun hissədə baxanda Elvinin anbarda televizorların yoxlanılması üçün ayrılan yerdə zibil qabının arxasında gödəkçənin altından belindən çıxartdığı bükülünü gizlətməsini görmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs bu barədə xəbər etmədən gedib həmin yerdə nə gizlətməsinə baxdıqda orada ağ rəngli paketdə 01 ədəd İMEİ kodu **********48847 nömrəli “iPhone 15 128GB(BLACK)” markalı mobil telefon, 01 ədəd İMEİ kodu **********27372 nömrəli “iPhone 15 128GB(BLACK)” markalı mobil telefon və 01 ədəd “Apple 20W USB-C” markalı adapter aşkarlamışlar. Həmin telefonları və adapteri götürdükdən sonra bütün işçi heyətini toplamış və kordinator otağından telefonun kimin tərəfindən götürüldüyünü soruşmuşlar. Bu zaman içşilərin hər biri xəbəri olmadığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxsla təklikdə danışmış və bildirmişlər ki, bu telefonlarla adapteri onun götürməsindən şübhələnirlər. Elvin əvvəl boynuna almasa da, kamera görüntülərini göstərdikdən sonra oğuruq etdiyini boynuna almışdır. Eyni zamanda etiraf etmişdir ki, 2024-cü ilin mart ayının 5-də telefon oğurluğu etdiyini, həmin gün Quba rayonundan gətirilmiş ticarət mallarını avtomobildən boşaldanda onların arasında olan 01 ədəd İMEİ kodu **********97147 olan “iPhone 15 Prol28GB” markalı mobil telefonu da oğurlayıb gödəkcəsinin içərisinə qoyaraq sonradan anbardan çıxartmış, daha sonra telefonu “Music Gallery”-nin “28 May” filialında satmasını bildirmiş və bununla bağlı müdiriyyətə yazılı izahat vermişdir. Videokameraların görüntülərindən çıxarışlar edilib götürülmüş və polisə müraciət edilərək görüntülər diskə köçürülməklə polisə göndərilən müraciətə əlavə olunmuşdur. Onu da bildirir ki, Təqsirləndirilən şəxs 05 mart 2024-cü il tarixdə oğurladığı “iPhone 15 Pro 128GB” markalı İMEİ kodu **********97147 olan mobil telefonun satış qiyməti 2.849,99 (iki min səkkiz yüz qırx doqquz manat 99 qəpik) manat, 15 mart 2024-cü il tarixdə oğurladığı iki ədəd “iPhone 15 128GB(BLACK)” markalı, İMEİ kodları “**********27372”, “**********48847” olan mobil telefonların isə hər birinin satış qiyməti 1.899,99(min səkkiz yüz doxsan doqquz manat 99 qəpik) manat, “Apple 20W USB-C adapter MHJE3ZM/A” markalı adapterin satış qiyməti 69,99 (altmış doqquz manat doxsan doqquz qəpik) manat olmuşdur. İş materiallarında olan və məhkəmə baxışında elan edilərək tədqiq edilmiş: xx.xx.2025-ci il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CMin 177.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və icraata qəbul edilmişdir. xx.xx.2024-cü il tarixli raportdan görünür ki, "xxxx" MMC hüquqşünas vəzifəsində işləyən X1 RPİ-nin 4-cü PŞ-nə ərizə ilə müraciət edərək bildirmişdir ki, 2024-cü ilin mart ayının 15-də "xxxx" MMC-nin Binəqədi şossesi 53 A ünvanında yerləşən video müşahidə kameralarına baxış keçirilən zaman həmin yerdə fəhlə işləyən Təqsirləndirilən şəxs şirkətə məxsus olan ədəd “İphone 15” markalı mobil telefonunu oğurlamasını bildirmişdir. Təqsirləndirilən şəxs tərəfindən "xxxx" MMC-yə ünvanlanmış ərizədən görünür ki, şəxs vermiş olduğu yazılı ərizəsində mart ayının əvvəllərində bir ədəd “İphone 15pro” markalı mobil telefonu oğurlamış və 28 may deyilən ərazidə satmışdır. Daha sonra 15 mart 2024-cü il tarixdə yenidən işlədiyi mağazada 2 ədəd “İphone” markalı mobil telefon və adapter oğurlayaraq satmaq istəmiş, lakin əməkdaşlar həmin mobil telefonları və adapteri onun gizlətdiyi yerdən tapmışlar. xx.xx.2024-cü il tarixli hadisə yerinə baxış haqqında protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesi 53A ünvanında yerləşən "xxxx" MMC-də oğurluq hadisəsinin baş verməsi müəyyən edilmişdir. "xxxx" MMC tərəfindən Binəqədi RPİ-nin müstəntiqi Qasım abbasova ünvanlanan 15 iyul 2024-cü il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs t6ərəfindən gizli yolla ələ keçirilən **********97147 İMEi kodlu, 2850 AZN dəyərində mobil telefon istehlak xassələri pozulmamış və yeni məhsul kimi satış hazır formada olmuşdur. Əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, Təqsirləndirilən şəxs 17 fevral 2022-ci il tarixdən "xxxx" MMC-də fəhlə vəzifəsində işə qəbul edilmişdir. xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Binəqədi RPİ-nin İŞ-nin müstəntiqi, polis mayoru Qasım Abbasov tərəfindən "xxxx" MMC-dən daxil olmuş müraciət əsasında toplanmış material üzrə cinayət tərkibi yaranmadığı üçün cinayət işinin başlanması rədd olunmuşdur. xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Binəqədi rayon prokurorunun müavini, kiçik ədliyyə müşaviri Emin Cahangirov tərəfindən Binəqədi RPİ-nin İŞ-nin müstəntiqi Qasım Abbasovun cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərarı ləğv edilmiş və əlavə araşdırma aparılması üçün Binəqədi RPİ-nin İŞ-nə həvalə edilmişdir. xx.xx.2024-cü il tarixli qərardan görünür ki, hüquqi şəxs "xxxx" MMC ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş hüquqi şəxs qismində tanınmışdır. xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs "xxxx" MMC-nin səlahiyyətli nümayəndəsi olduğu üçün ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi kimi cinayət prosesinin iştirakçısı qismində tanınmışdır. xx.xx.2025-ci il tarixli “axtarışda olanın tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində xx.xx.2025-ci il tarixdə saxlanılaraq Binəqədi RPİ-nin MSY-nə təhvil verilmişdir. xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. xx.xx.2025-ci il tarixli “DVD-R diskdə olan məlumatlara baxış keçirilməsi haqqında” protokoldan görünür ki, diskin yaddaşında “l.mp4”, “2.mp4” və “3.mp4” adlı üç ədəd videofayl aşkar edilmişdir. Faylları açdıqda aşağıdakılar müşahidə olunmuşdur: l).“l.mp4” adlı videofaylda 02 dəqiqə 22 saniyə davam edən videofraqmentin əvvəlində kadrın yuxarı sağ küncündə “2024-03-15 08:41:48” tarix və vaxt göstəricisi müşahidə olunur. Kadrda "xxxx" MMC-ni anbarının əsas giriş darvazasının iç tərəfi və darvaza qarşısındakı sahənin anbarın içindən bayır istiqamətində görünüşü müşahidə olunur. Kameranın çəkdiyi istiqamətdə kadrda darvazadan sol tərəfdən döşəmə üstündə yığılmış karton qutular, sonra metal rəflər vardır, sağ tərəfdə isə anbar müdirinin koordinator otağı adlandırılan otaq vardır. Saat 08:41:55-də qara kepka, qara qısa gödəkçə, göy cins şalvar, qara ayaqqabılarda olan cavan oğlan - baxışda iştirak edən Şahid1 dediyinə və vizual müşahidələrə əsasən Təqsirləndirilən şəxs anbarın içindən kadra daxil olub koordinator otağına girir və otaqda işıq yandırır, saat 08:42:27-də sol əl gödəkçəsinin cibində olan vəziyyətdə otaqdan çıxır və sol tərəfdəki qutu qalağının yanından keçməklə anbarın ərazisində kadrdan çıxır. Saat 08:43:07-də yenidən kameranın əhatəsində kadra daxil olur və anbarın içinə tərəf gedərək kadrdan itir. Videofraqment 08:44:11 -də bitir. 2).“2.mp4” adlı videofaylda 01 dəqiqə 33 saniyə davam edən videofraqmentin əvvəlində kadrın yuxarı sağ küncündə “2024-03-15 08:41:23” tarix və vaxt göstəricisi müşahidə olunur. Kadrda "xxxx" MMC-ni anbarının əsas giriş darvazasının iç tərəfi və darvaza qarşısındakı sahənin anbarın içindən bayır istiqamətində daha çox sahəsinin görünüşü müşahidə olunur. Kameranın çəkdiyi istiqamətdə kadrda sağ və sol tərəflərdən ticarət malları qutuları yığılmış rəflər vardır. Sol tərəfdən stol arxasında oturmuş bir nəfər kişi və qarşasanda dayanıb söhbət edən Təqsirləndirilən şəxs görünür, qapıya yaxın yerdə işləyənlər, darvazadan girib-çıxanlar müşahidə olunur. Saat 08:41:47-də Təqsirləndirilən şəxs darvazaya tərəf gedir və sağ tərəfdəki koordinator otağına girir, saat 08:42:27-də sol əli gödəkçəsinin cibində olan vəziyyətdə otaqdan çıxır və sol tərəfdəki rəflər arasından keçməklə anbarın ərazisində kadrdan çıxır.Videofraqment 08:42:56-da bitir. 3).“3.mp4” adlı videofaylda 04 dəqiqə 08 saniyə davam edən videofraqmentin əvvəlində kadrın yuxarı sağ küncündə “202403-15 08:42:32” tarix və vaxt göstəricisi müşahidə olunur. Kadrda "xxxx" MMC-ni anbarının rəflərarası hissəsində məhdud bir yerin görünüşü müşahidə olunur. Baxışda iştirak edən Şahid1 bildirir ki, görünən yerdə 15 mart 2024-cü il taridə anbarın fəhləsi Təqsirləndirilən şəxs oğurladığı 2 ədəd “iPiıone 15 Pro” telefon cihazını və 1 ədəd adapteri gizlətmişdir. Saat 08:42:36-da Təqsirləndirilən şəxs əlləri gödəkçəsinin cibində olan vəziyyətdə kadra daxil ilur və rəilərin arasına keçərək, arxası kameraya və ancaq ayaqları görünən vəziyyətdə nə isə edir, əllərini ciblərindən çıxarması müəyyən edilir. Saat 08:42:36-da Təqsirləndirilən şəxs həmin yerdən çıxıb gəldiyi istiqamətdə qayıdaraq kadrdan itir, qayıdan zaman əlləri cibdə olmadan sərbəst halda hərəkət edir. Bundan sonra fraqmentin sonunadək kadrda heç kəs görünmür. Videofraqment 08:46:39-da bitir. Təqsirləndirilən şəxs diskdə təqdim edilmiş video görüntülərdə oğurluq edən şəxs özü olduğunu təsdiq etmişdir. xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 177.1ci maddəsi ilə Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş və Təqsirləndirilən şəxs tutulması ilə əlaqədar saxlanıldığı Binəqədi RPİ-nin MSY-dən azad edilmişdir. DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. xx.xx.2025-ci il tarixli “təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” protokoldan və foto-şəkillərdən görünür ki, Təqsirləndirilən şəxs “ABC – Telekom” məxsus Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesi 53A ünvanında yerləşən binada ifadələrin yerində yoxlanılması istintaq hərəkəti zamanı hadisənin baş vermə mexanizmini əyani şəkildə göstərmişdir. xx.xx.2025-ci tarixli “cinayət işi üzrə sübutların qiymətləndirilməsi və əməlin hüquqi tövsifinin dəyişdirilməsi haqqında” qərardan görünür ki, iş üzrə Təqsirləndirilən şəxs cinayət əməli Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsindən həmin məcəllənin 177.1 və 29, 177.2.2-ci maddələrinə tövsif edilmiş, "xxxx" MMC-nin təqdim etdiyi 03 videokameranın görüntülərindən fraqmentlərindən olan 01 ədəd DVD diski sübut əhəmiyyətli məlumatların elektron daşıyıcısı kimi maddi sübut kimi tanınmış və cinayət işində saxlanılmışdır. xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1 və 29,177.2.2-ci maddələri ilə nəzərdə tutulmuş yenidən ittiham elan edilmişdir. Məhkəmə ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, məhkəmə iclasında dövlət ittihamçısı təqsirləndirilən şəxsə qarşı CM-nin 177.1-ci maddəsi ilə irəli sürülmüş ittihamdan imtina etmişdir. Dövlət ittihamçısının təqsirləndirilən şəxsə qarşı CM-nin 177.1-ci maddəsi ilə irəli sürülmüş ittihamdan imtina etməsi əsaslı sayılmış və Təqsirləndirilən şəxs qarşı CM-nin 177.1-ci maddəsi ilə irəli sütrülmüş ittiham üzrə cinayət təqibinə xitam verilmişdir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun Qərarının dövlət ittihamçısının ittihamdan imtina etməsi təqsirləndirilən şəxs barəsində bəraət hökmünün çıxarılmasını istisna etməklə onun haqqında cinayət təqibinə xitam verilməsi haqqında qərarın çıxarılmasını şərtləndirir. Lakin, nəzərə alınmalıdır ki, cinayət-prosessual qanun cinayət təqibinə xitam verilməsinə səbəb olan əsasları (cinayət təqibini istisna edən və cinayət təqibinin həyata keçirilməməsinə imkan verən halları) dəqiq müəyyən edib onları bəraətverici olan və ya olmayan iki qrupa ayırdığından, dövlət ittihamçısının cinayət təqibindən imtina etməsi də həmin əsasların mövcud olmasına dair konkret və aydın qənaətindən irəli gəlməli və onun ittihamdan imtina etməsi ilə əlaqədar çıxarılan cinayət təqibinə xitam verilməsi haqqında məhkəmə qərarında da cinayət təqibinə CPM-in 39-cu maddəsində və yaxud 40-cı maddəsində göstərilən hansı, o cümlədən bəraətverici olan və ya olmayan əsasla xitam verilməsi aydın şəkildə əks etdirilməlidir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun Qərarının 41-ci bəndinə əsasən təqsirləndirilən şəxsə cinayət qanununun bir neçə maddəsi üzrə ittiham irəli sürüldükdə və məhkəmə baxışı nəticəsində məhkəmə onlardan bəziləri üzrə bəraətverici sayılmayan əsaslarla icraata xitam verilməsi haqqında qənaətə gəldikdə, bu barədə hökmlə birlikdə ayrıca əsaslandırılmış qərar qəbul edir. Belə hallarda hökmün təsviri-əsaslandırıcı hissəsində göstərilməlidir ki, təqsirləndirilən şəxsin digər cinayətləri törətməkdə ittiham olunmasına dair hissədə cinayət işi üzrə icraata ayrıca qərarla xitam verilmişdir. Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun Qərarının 17-ci bəndinə əsasən Cinayət Məcəlləsinin 177-ci maddəsinin qeydinin 3-cü bəndinə görə müvafiq olaraq oğurluq, soyğunçuluq və quldurluq cinayətlərinin “təkrar törədilməsi” əlaməti üzrə tövsif edilməsi üçün CM-in 177, 180, 181-ci maddələri ilə, habelə CM-in 178, 179, 182, 183-cü maddələri ilə nəzərdə tutulan iki və ya daha çox cinayətlərin (hər hansı ardıcıllıqla) törədilməsi tələb olunur. Oğurluq, soyğunçuluq, quldurluq cinayətlərindən əvvəl Cinayət Məcəlləsinin 213-3, 217, 227, 232 və 235-ci maddələri ilə nəzərdə tutulmuş cinayətlərdən hər hansı biri törədildiyi hallar da oğurluq, soyğunçuluq, quldurluq “cinayətlərin təkrarən törədilməsi” əlaməti üzrə tövsif edilməlidir. Cinayət Məcəlləsinin 16.3-cü maddəsinə müvafiq olaraq oğurluq və ya soyğunçuluq və ya quldurluq cinayətini törətmiş şəxsin əməlini “cinayətlərin təkrarən törədilməsi” əlaməti üzrə o halda tövsif etmək olar ki, yeni cinayəti törədən vaxt şəxs əvvəllər törətdiyi cinayətə görə məhkum edilmiş (o cümlədən məhkumluğu götürülmüş və ya ödənilmiş) və yaxud cinayət məsuliyyətindən azad edilmiş olmasın, eləcə də əvvəlki əmələ görə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçməsin. Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun Qərarının 18-ci bəndinə əsasən şəxs, tövsifedici əlamətlər olmadan, özgə əmlakının eyni formada iki və ya daha çox müstəqil talanmasına görə məhkum edilməmişsə, yaxud cinayət məsuliyyətinə cəlb etmə müddətləri keçməmişsə, bu zaman həmin hərəkətlər CMnin 16.2-ci maddəsinə müvafiq olaraq, CM-nin 177.2.2, 180.2.2 və ya 181.2.2-ci maddələrində nəzərdə tutulmuş “təkrar” törədilmiş cinayət kimi tövsif edilməlidir. Belə halda cinayətkar hərəkətlər cinayətlərin məcmusunu təşkil etmir. Təqsirkarın iradəsindən asılı olmayaraq cinayət başa çatmadıqda da məsələyə bu mövqedən yanaşılmalıdır. Beləliklə, məhkəmə cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən CM-nin 29, 177.2.2-ci maddəsi ilə qeyd olunan əməlin törədilməsi onun etiraf edici ifadəsi ilə yanaşı, mənbəyinin, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs CM-in 29, 177.2.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi təqsirləndirilən şəxsin özünün etiraf ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, habelə istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). Təqsirləndirilən şəxs ittiham elan olunmuş CM-in 29, 177.2.2-ci maddəsi cinayətlərin təsnifatına görə az ağır cinayət hesab olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. CM-nin 29-cu maddəsinə əsasən bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməl (hərəkət və ya hərəkətsizlik), şəxsin iradəsindən asılı olmayan səbəblərə görə başa çatdırılmamışdırsa, cinayət etməyə cəhd hesab olunur. CM-nin 63.3-cü maddəsinə əsasən cinayət etməyə cəhdə görə cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində başa çatmış cinayətə görə müəyyən edilmiş daha ciddi cəza növünün yuxarı həddinin dörddə üçündən çox ola bilməz. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, CM-in 59.2-ci maddəsinə əsasən törətdiyi cinayət əməlini etiraf edərək əməlindən səmimi peşman olmasını Təqsirləndirilən şəxs məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmədə tədqiq edilmiş və işdə olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs məsuliyyətini yüngülləşdirən halla yanaşı, ona cəzanın təyin edilməsi məsələsinə baxaraq, CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (az ağır cinayət olmasını), təqsirkarın şəxsiyyətini (əvvəllər məhkum olunmamasını), təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 29, 177.2.2-ci maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, cəzaçəkmə müddətinin əvvəli məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxslərin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini, cəzasını yüngülləşdirən halı və cəzasını ağırlaşdıran halın olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Məhkəmə, CM-in 52-1-ci maddəsinin tələblərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə yaşayış yeri olan ünvan 1 ünvanını axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı, Bakı və Sumqayıt şəhərlərinin və Abşeron rayorunun hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Məhkəmədə iş materiallarından müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs azadlığı faktiki olaraq 05 mart 2024-cü il tarixdə məhdudlaşdırılaraq şübhəli şəxs qismində tutulmuş, 07 mart 2025-ci il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş və Təqsirləndirilən şəxs tutulması ilə əlaqədar saxlanıldığı Binəqədi RPİ-nin MSY-dən azad edilmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – CPM) 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. CPM-in 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Məhkəmə, CM-in 41.2-ci maddəsinə müvafiq olaraq qeyd etməyi zəruri hesab edir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Digər tərəfdən qeyd edilməlidir ki, cəza, törədilmiş cinayətə görə yalnız tənbeh deyil, o, məhkumu qanunlara dəqiq riayət, ümumyaşayış qaydalarına hörmət ruhunda islah və yenidən tərbiyə etmək məqsədi daşıyır. Cəzanın mahiyyəti islah etmə və yenidən tərbiyə etmə ilə sıx bağlı olmaqla, cinayət əməlini törətmiş şəxsin şüurunda neqativ düşüncəni dəyişmək və onu hüququn tələblərinə riayət etməyə məcbur etmək istiqamətində dövlətin səylərindən ibarətdir. CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə, CM-in 69.3-cü maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs hazırkı cinayət işi ilə bağlı 05 mart 2024-cü il tarixdən 07 mart 2024-cü il tarixə kimi şübhəli və təqsirləndirilən şəxs qismində tutulduğu 2 (iki) gün müddət həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki günü hesabı ilə hesablanıb, ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalıdır. Bununla yanaşı məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Bununla yanaşı, iş üzrə zərərçəkmiş şəxs (mülki iddiaçı) hüquqi şəxs "xxxx" Telecom MMC-nin nümayəndəsi Zərərçəkmiş şəxs tərəfindən təqdim edilmiş mülki iddiaya dair qeyd edilməlidir ki, məhkəmə baş vermiş oğurluq hadisəsi nəticəsində dəymiş maddi ziyanın mülki cavabdehdən tutularaq mülki iddiaçıya ödənilməsini qanuni və əsaslı hesab edir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan başqa - CPM) 179.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur; CPM-in 181.1-ci maddəsinə əsasən əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda, ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda cinayət mühakimə icraatı zamanı mülki iddia verməyə haqlıdır; CPM-in 181.2, 181.2.1-ci maddələrinə əsasən bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə fiziki və ya hüquqi şəxsə maddi ziyan vurulduqda o, ziyanın ödənilməsi barədə mülki iddia verməklə itirilmiş və ya zədələnmiş əmlakın dəyərinin, mümkün olan hallarda isə əmlakın natura şəklində ödənilməsini edə bilər; CPM-in 187.1-ci maddəsinə əsasən mülki iddianın miqdarından asılı olmayaraq ona cinayət işinin və ya cinayət təqibi ilə bağlı digər materialın aid olduğu məhkəmədə müvafiq olaraq həmin işlə və yaxud materialla birlikdə baxılır; CPM-in 187.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia üzrə qərarı məhkəmə öz hökmündə göstərir. Məhkəmə, təqdim edilmiş iddia ərizəsini və ona əlavə edilmiş materialı nəzərdən keçirərək zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs mülki iddiasının təmin edilməsi qənaətinə gəlir. Belə ki, zərərçəkmiş şəxs (mülki iddiaçı) hüquqi şəxs "xxxx" Telecom MMC-nin nümayəndəsi Zərərçəkmiş şəxs məhkəməyə iddia ərizəsi təqdim edərək bildirmişdir ki, sözügedən cinayət işi üzrə AR DİN-nin Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin İstintaq Şöbəsində "xxxx" MMC (bundan sonra cəmiyyət) zərərçəkmiş hüquqi şəxs qismində tanınmışdır. Belə ki, Təqsirləndirilən şəxs "xxxx" MMC-nin Binəqədi rayonunda yerləşən anbarında işlədiyi zaman 2024-cü ilin mart ayının əvəvlində 2850 (iki min səkkiz yüz əlli) manat dəyərində 1 ədə İphone 15 Pro 128 GB markalı mobil telefonu gizli olaraq talayıb cəmiyyətə maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs 15 mart 2024-cü il tarixdə təkrarən işlədiyi anbardan 2 ədəd mobil telefon və 1 ədəd adapter oğurlamağa cəhd etmişdir. Lakin iradəsindən asılı olmayan səbəblərdən oğurluğu başa çatdıra bilməmiş və bu məhsullar cəmiyyətə qaytarılmışdır. Təqsirləndirilən şəxs tərəfindən cəmiyyətə vurulmuş 2850 (iki min səkkiz yüz əlli) manat ziyan ödənilməmişdir. Odur ki, cinayət işi üzrə "xxxx" MMC-ni mülki iddiaçı qismində tanımaqla, AR CM-nin 177.1 və 29, 29, 177.2.2-ci maddələri ilə təqsirləndirilən şəxs – mülki cavabdeh Təqsirləndirilən şəxs 2850 (iki min səkkiz yüz əlli) manat məvləğində maddi ziyanın əvəzi və ödənilmiş 48.50 (qırx səkkiz manat əlli qəpik) dövlət rüsumunun əvəzi məbləğində pulun tutularaq, "xxxx" MMC-yə ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. CPM-in 179.2-ci maddəsinə əsasən mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, zərərçəkmiş şəxs hüquqi şəxs "xxxx" Telecom MMC-nin nümayəndəsi Zərərçəkmiş şəxs mülki iddiası təmin edilməli, ona dəymiş maddi zərərə görə 2850 (iki min səkkiz yüz əlli) manat maddi ziyanın əvəzi və 48.50 (qırx səkkiz manat əlli qəpik) dövlət rüsumunun əvəzi məbləğində pul iş üzrə mülki cavabdeh Təqsirləndirilən şəxs tutularaq "xxxx" MMC-nin xeyrinə tutulmalıdır. Müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqdim etdiyi hesabata əsasən o, iş materialları ilə tanış olmaqla məhkəmə iclaslarında iştirak edərək təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə ümumilikdə 45 (qırx beş) saat vaxt sərf etmişdir. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqsirləndirilən şəxsin müdafiəçisi qismində məhkəmə iclaslarında iştirak edərək, ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 45 (qırx beş) saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərdiyi cəmi 45 (qırx beş) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 495 (dörd yüz doxsan beş) manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidi Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia, maddi sübut və ekspertiza xərci yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən CPM-in 197-198, 318, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 29, 177.2.2-ci maddəsi ilə təqsirli bilinsin və ona 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs şübhəli və təqsirləndirilən şəxs qismində tutulduğu, 02 (iki) gün müddət, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər tutulmaqla, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq, üzərində qəti olaraq 2 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonunun hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə icra qurumuna tapşırılsın. Zərərçəkmiş şəxs (mülki iddiaçı) hüquqi şəxs "xxxx" Telecom MMC-nin nümayəndəsi Zərərçəkmiş şəxs dəymiş maddi zərərə görə 2850 (iki min səkkiz yüz əlli) manat məbləğində maddi ziyanın əvəzi və ödənilmiş 48.50 (qırx səkkiz manat əlli qəpik) dövlət rüsumunun əvəzi iş üzrə mülki cavabdeh Təqsirləndirilən şəxs tutularaq "xxxx" MMC-nin xeyrinə ödənilsin. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında göstərdiyi cəmi 45 (qırx beş) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 495 (dörd yüz doxsan beş) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan edildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Aynurə Sadıqova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar