Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-394/2025 10.07.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ağayev Elçin Zəkəriyə oğlunun sədrliyi, Məmmədli Elnurə Həbib qızının katibliyi, Tərcüməçi X1, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi – Bakı şəhəri 11 saylı vəkil bürosunun vəkili Müdafiəçi, Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs – https://cms.justice.loc/Cases/Default.aspx?caseId=3439230Təqsirləndirilən şəxs və onun qanuni nümayəndəsi Qanuni nümayəndə iştirakları ilə, xx.xx.2009-cu il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, natamam orta təhsilli (3 saylı tam orta məktəbin 9-cu sinif şagirdi), subay, məhkumluğu olmayan, Ağdam rayonu, Keşdazlı kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri, ünvan 1 ünvanında yaşayan, barəsində “valideynin nəzarət altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 180.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını açıq yolla talama məqsədi ilə xx.xx.2024-cü il tarixdə, saat 21:00 radələrində ünvan 2 ünvanın qarşısında həmin vaxt piyada hərəkətdə olan Zərərçəkmiş şəxs əlində saxladığı içərisində 202 manat nağd pul vəsaiti olan 124 manat dəyərində üzərində “V Roncato” yazıları olan, 14x10 sm ölçülü, dəri materialından olan, tünd qırmızı rəngli 1 ədəd pul kisəsini götürməklə açıq yolla talayıb hadisə yerindən uzaqlaşaraq, Zərərçəkmiş şəxs ümumilikdə 326 (üç yüz iyirmi altı) manat məbləğində maddi ziyan vurmaqla soyğunçuluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş https://cms.justice.loc/Cases/Default.aspx?caseId=3439230Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 180.1-ci maddəsi ilə ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə, saat 21:00 radələrində dostları ilə Bakı şəhəri Binəqədi rayonu 8-ci mikrorayon ərazisində gəzdikdən sonra onlardan ayrılmış və tək gəzməyə davam etmişdir. Saat 21:30 radələrində o piyada Bakı şəhəri Binəqədi rayonu 8-ci mikrorayon Ş.Məmmədova küçəsində hərəkət edən zaman qarşıda piyada hərəkətdə olan 2 nəfər xanım görmüş, bu zaman hərəkətdə olan xanımlarının birinin əlində olan pul kisəsi diqqətini çəkmiş, pula ehtiyacı olduğu üçün qərara almışdır ki, həmin pul kisəsini xanımın əlindən alıb qaçsın, yavaş-yavaş onlara yaxınlaşmış, onlara çatmasına 2-3 metr qalmış xanıma tərəf sürətlə hərəkət edib, xanımın əlində olan pul kisəsini onun əlindən alıb qaçmışdır. Onlar onun arxasınca qaçsalar da, ona çata bilməmişlər, o oradan uzaqlaşmış, ara yollarla “Elit” Ticarət mərkəzinə qədər qaçmış, oradan sonra isə yavaş-yavaş piyada yeriyib piyada Bakı şəhəri, Binəqədi rayonu 8-ci mikrorayon Ə.Naxçıvani küçəsinə gəlmiş, orada o pul kisəsinin içərisinə baxdıqda, içərisində pul olduğunu görüb onu götürüb saydıqda 202 manat olduğunu bilmiş, həmin pulun hamısına müxtəlif köşk və marketlərdə alış-veriş edib özünə xərcləmişdir. Ələ keçirtdiyi 202 manat puldan heç kimə verməmiş, pul kisəsini də özündə saxlamışdır. xx.xx.2024-cü il tarixdə polis əməkdaşları tərəfindən saxlanılarkən törətdiyi əməli etiraf etmiş və pul kisəsini onlara təqdim etmişdir. Sözügedən cinayəti özü tək törətmiş, onun yanında heç kim olmamışdır. O xanımın əlindən ona məxsus pul kisəsini alıb qaçan zaman onun və yanındakı digər xanımın birlikdə onun arxasınca qaçdıqlarını bilmiş, o pul kisəsini xanımın əlindən alıb qaçan zaman xanımlar onun arxasınca qaçsalar da ona çata bilməmişlər. O xanımın əlindən ona məxsus pul kisəsini alıb qaçan zaman ona və yaxud da yanında olan digər xanıma bədən xəsarəti yetirməmişdir. Hazırda zərərçəkmişə vurduğu ziyan tam şəkildə tərəfindən ödənilmişdir. Əməlindən peşman olduğunun nəzərə alınmasını və ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə axşam saat 21:30 radələrində ünvan 3 ünvanının qarşısında qızı Şahid ilə birlikdə piyada gəzən zaman ona arxadan kişi cinsinə mənsub naməlum şəxs yaxınlaşıb əlindən ona məxsus içərisində 202 manat nağd pul olan 124 manata aldığı tünd qırmızı rəngli pul kisəsini alıb qaçmışdır. Bu zaman qızı Şahid və o həmin şəxsin arxasınca qaçsalar da, həmin şəxsə çata bilməmişlər və həmin şəxs qaçıb gözdən itmişdir. Bu barədə qızı qısa müddət ərzində DİN-nin 102 xidmətinə zəng edib məlumat vermişdir. Beləliklə də, həmin hadisə nəticəsində ona ümumilikdə 326 manat maddi ziyan dəymişdir. İlkin ərizə və izahatında o pul kisəsinin dəyərini hesablamadığı üçün ona vurulmuş ümumi ziyanın məbləğini səhvən 202 manat kimi qeyd etmişdir. Baş vermiş hadisə zamanı həmin şəxs onun əlindən pul kisəni alıb qaçan zaman ona və qızı Vladaya hər hansı bir xəsarət yetirməmiş, zor tətbiq etməmişdir. Hazırda ona vurulmuş maddi ziyan təqsirləndirilən şəxs tərəfindən tam şəkildə ödənildiyindən, ona qarşı şikayət və tələbi yoxdur. Cinayət işinin materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-in 180.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılıb icraata qəbul edilmişdir (cild 1, i.v 1). xx.xx.2024-cü il tarixli “Təqdim etmə və götürmə haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs ələ keçirtdiyi 1 ədəd tünd qırmızı rəngli pul kisəsini istintaqa təqdim etmişdir (cild 1, i.v 33). xx.xx.2024-cü il tarixli Əşyanın tanınmaya təqdim edilməsi haqqında protokoldan görünür ki, Zərərçəkmiş şəxs ona təqdim edilmiş 04 ədəd pul kisələrin içərisində 3 nömrə altında olan pul kisəsini tanıyaraq ona məxsus olduğunu bildirdi (cild 1, i.v 37). Zərər çəkmiş şəxs qismində tanınma haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Zərərçəkmiş şəxs qismində tanınmışdır (cild 1, i.v 44). Kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının xx.xx.2024-cü il tarixli 3573 saylı rəyindən görünür ki, yoxlanılan Təqsirləndirilən şəxs xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və ya sair psixi xəstəlik müəyyən edilmir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hadisə günü öz hərəkətlərini ölçübbiçmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs əqli-intellektual imkanları normaya uyğundur. Fərdi-psixi xüsusiyyətlərində nümayişkaranəlik, eqosentrizm, laqeyidlik müəyyən edilir. Təqsirləndirilən şəxs iş üçün əhəmiyyətli halları düzgün qavramaq qabiliyyətinə malikdir. Təqsirləndirilən şəxs təlqinə qapılmağa, başqalarının təsiri altında hərəkət etməyə meyillik aşkar olunmamışdır. Təqsirləndirilən şəxs özündən uydurmağa meyillik müəyyən edilməmişdir (cild 1, i.v 75-77). Məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2025-ci il tarixli 9/10171 saylı rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş 01 ədəd tünd qırmızı, üzərində “V Roncato” yazıları olan, 14x10 sm ölçülü, dəri materialından olan pul kisəsi yeni vəziyyətdə 2024-cü ilin dekabr ayına olan bazar qiyməti təxminən 65 manat müəyyən edilir. Həmin pul kisəsi hal-hazırda istifadə olduğundan və üzərində rəng qopuqları, zədələr olduğundan satışı və qiyməti barədə məlumat olmadığından qiymətləndirmə aparmaq mümkün olmamışdır (cild 1, i.v 79-81). xx.xx.2025-ci il tarixli “Maddi ziyanın ödənilməsi barədə” protokoldan görünür ki, Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs 202 manat maddi ziyan ödənilmişdir (cild 1, i.v 83). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X3 İdarəsindən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmamışdır (cild 1, i.v 73). Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, https://cms.justice.loc/Cases/Default.aspx?caseId=3439230Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 180.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir (cild 1, i.v 103). Qanuni nümayəndə qismində tanınma haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Qanuni nümayəndə Təqsirləndirilən şəxs qanuni nümayəndəsi qismində tanınmışdır (cild 1, i.v 91). Qətimkan tədbiri seçilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “nəzarət altına vermə” qətimkan tədbiri seçilmişdir (cild 1, i.v 118). Cinayət işi üzrə toplanmış sübutların qiymətləndirilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 180.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi və ona həmin maddə ilə ittiham elan edilməsi, iş üzrə Zərərçəkmiş şəxs ifadəsi və ərizəsi əsas götürülərək, soyğunçuluq cinayəti nəticəsində ona vurulmuş maddi ziyanın ümumi məbləğinin 326 manat olması kimi nəzərə alınması, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-in 177, 180.2.1. 180.2.4, 181-ci maddəsinin tərkib əlamətləri olmadığından, həmin maddələrlə onun barəsində cinayət işinin başlanılmasının rədd edilməsi, Zərərçəkmiş şəxs öz ehtiyatsızlığı nəticəsində yıxılıb bədən xəsarəti alması xüsusatı üzrə cinayət tərkibi olmadığından, cinayət işinin başlanılmasının rədd edilməsi, istintaqa təqdim olunan 01 ədəd pul kisəsinin maddi sübut kimi tanınması və Zərərçəkmiş şəxs cinayət işinin istintaq materialları ilə tanış olduqdan sonra həmin pul kisəsinin saxlanılması üçün ona təhvil verilməsi qərara alınmışdır (cild 1, i.v 84-88). Binəqədi rayon Polis İdarəsinin İstintaq şöbəsinin baş müstəntiqi, polis mayoru Ələhməd Əhmədli tərəfindən tərtib edilmiş arayışdan görünür ki, iş üzrə həbsdə olan yoxdur. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd pul kisəsi saxlanılması üçün Zərərçəkmiş şəxs təhvil verilmişdir. Cinayət işi üzrə mülki iddia, üzərinə həbs qoyulmuş əmlak, habelə xüsusi müsadirə olunması təklif olunan əmlak yoxdur. İş üzrə Zərərçəkmiş şəxs vurulmuş maddi ziyan tam olaraq qaytarılmışdır. İş üzrə məhkəmə xərci 50 manat təşkil edir (cild 1, i.v 137). Məhkəmə Təqsirləndirilən şəxs istinad edilən cinayət əməllərinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Bu mənada məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 180.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliliyi özünün etirafı, zərər çəkmiş şəxsin və şahidin ifadəsi və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Ona düzgün olaraq Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə ittiham irəli sürülmüşdür. Onun hərəkətlərinə münasibətdə əməlin cinayət olmasını aradan qaldıran hallar və əsaslar yoxdur. Odur ki, təqsiri tam sübuta yetirildiyinə görə cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bununla bağlı məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır (CM-in 48-ci maddəsi, CM-in 53.4 və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 23 iyul 2004-cü il və 17 mart 2011-ci il tarixli qərarları). Məhkəmə Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkar şəxslərin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, habelə əlavə olaraq Cinayət Məcəlləsinin 86.1-ci maddəsinə əsasən onun həyat və tərbiyə şəraitini, psixi inkişaf səviyyəsini, şəxsiyyətlərinin digər xüsusiyyətlərini və kənar şəxslərin ona təsirini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası CM-in 59.1.2 və 59.1.13-cü maddələrinə əsaslanmaqla cinayətin yetkinlik yaşına çatmayan şəxs tərəfindən törədilməsini və cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsini https://cms.justice.loc/Cases/Default.aspx?caseId=3439230Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi müəyyən edir. Məhkəmə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən etmir. “Yetkinlik yaşına çatmayanların cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 30 iyun 2008-ci il tarixli qərarının 11-ci bəndində göstərilmişdir ki, yetkinlik yaşına çatmayanların törətdiyi cinayətə görə cəza təyin olunması haqqında məsələ həll edilərkən ilk növbədə azadlıqdan məhrum etməklə əlaqədar olmayan cəzanın tətbiq olunmasının mümkünlüyü müzakirə olunmalıdır. Yetkinlik yaşına çatmayanlara cəza təyin edərkən məhkəmələr nəzərə almalıdırlar ki, cəza maksimum dərəcədə məhkumun islah və yenidən tərbiyə olunması məqsədinə xidmət etməlidir. Məhkəmə yalnız yetkinlik yaşına çatmayan şəxsin törətdiyi cinayətin ağırlığı baxımından onun cəmiyyətdən təcrid olunmadan islah olunmasının mümkün olmadığı hallarda, qəbul olunmuş qərarı hökmdə mütləq əsaslandırmaqla ona azadlıqdan məhrum etmə növündə cəza təyin olunması haqqında qərar qəbul etməlidir. Beləliklə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 180.1ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza CM-in 85.4-1-ci maddəsinin tələbi nəzərə alınaraq müəyyən edilməli, barəsində seçilmiş “nəzarət altına vermə” haqqında qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanmalı, hökmün icrası https://cms.justice.loc/Cases/Default.aspx?caseId=3439230Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə həvalə edilməli, azadlığın məhdudlaşdırılması cəzasının əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəzanın icra olunduğu müddət ərzində https://cms.justice.loc/Cases/Default.aspx?caseId=3439230Təqsirləndirilən şəxs üzərinə elektron qolbaq gəzdirmək və həmin nəzarət vasitəsinin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi, yaşayış yerini müəyyən saatlarda tərk etməmək vəzifəsi, yaşadığı Bakı şəhərinin hüdudlarını tərk etməmək vəzifəsi qoyulmalıdır. Azərbaycan Respublikası CPM-in 132.1-ci maddəsinə görə maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən aşağıdakı qaydalara riayət etməlidir:.. 132.1.5. cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır; Qanunun təsvir edilmiş tələblərinə əsasən məhkəmə hesab edir ki, maddi sübut kimi tanınmış 01 ədəd pul kisəsinin sahibi - zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalıdır. Azərbaycan Respublikası CPM-in 197.1-ci maddəsinə görə məhkəmə məsrəfləri aşağıdakılardan ibarətdir:..197.1.4. mütəxəssisə, ekspertə ödənilməli haqlar və tərcüməçiyə ödəniş haqqı kimi verilməli olan məbləğ... Həmin Məcəllənin 198.4-cü maddəsinə görə yetkinlik yaşına çatmamış şəxs məhkum olunarkən onun qanuni nümayəndələrinin bu şəxsin davranışına zəruri nəzarət həyata keçirilmədiyindən cinayətin törədilməsi sübuta yetirilərsə, məhkəmə məsrəflərinin ödənilməsi onların üzərinə qoyula bilər. Təqsirləndirilən şəxs məktəbli olduğu halda soyğunçuluq cinayəti törətməsini və bunu pula ehtiyacı olması ilə əsaslandırmasını nəzərə alan məhkəmə hesab edir ki, bu hal Təqsirləndirilən şəxs atası (qanuni nümayəndəsi) X7 onun davranışına zəruri nəzarət həyata keçirməməsinin nəticəsi kimi qiymətləndirilə bilər. Ona görə də məhkəmə hesab edir ki, 50 (əlli) manat ekspertiza xərci Təqsirləndirilən şəxs qanuni nümayəndəsi (atası) X7 üzərinə qoyulmalı, həmin məbləğ ondan tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Həmçinin, Cinayət işinə əlavə edilmiş vəkil Müdafiəçi tərəfindən məhkəmədə dövlət hesabına göstərilən hüquqi yardım barədə hesabatdan görünür ki, müdafiəçi Bakı şəhəri 11 saylı vəkil bürosunun vəkili Müdafiəçi cinayət işi üzrə Təqsirləndirilən şəxs cəmi 20 saat müddətində hüquqi yardım göstərmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 192.3cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarına edilmiş 28 aprel 2025-ci il tarixli dəyişikliyə əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 11 (on bir) manat məbləğində müəyyən edilmişdir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə, HÖKM ETDİ: https://cms.justice.loc/Cases/Default.aspx?caseId=3439230Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 180.1-ci maddəsi ilə təqsirli bilinib 1 (bir) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Hökmün icrası https://cms.justice.loc/Cases/Default.aspx?caseId=3439230Təqsirləndirilən şəxs yaşayış yeri üzrə (Bakı şəhəri, ünvan 1 ) Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. https://cms.justice.loc/Cases/Default.aspx?caseId=3439230Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasının əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəzanın icra olunduğu müddət ərzində https://cms.justice.loc/Cases/Default.aspx?caseId=3439230Təqsirləndirilən şəxs üzərinə elektron qolbaq gəzdirmək və həmin nəzarət vasitəsinin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulsun. Cəzanın icra olunduğu müddət ərzində https://cms.justice.loc/Cases/Default.aspx?caseId=3439230Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini gecə saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək vəzifəsi qoyulsun. Cəzanın icra olunduğu müddət ərzində https://cms.justice.loc/Cases/Default.aspx?caseId=3439230Təqsirləndirilən şəxs üzərinə yaşadığı Bakı şəhərinin hüdudlarını tərk etməmək vəzifəsi qoyulsun. Barəsində seçilmiş “nəzarət altına vermə” haqqında qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Maddi sübut – 01 ədəd pul kisəsinin sahibi - zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. Aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat Təqsirləndirilən şəxs atası (qanuni nümayəndəsi) X5 tutulub Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (AZ.MEM, VÖİN**********, X4, KOD 210005, VÖEN********** Müxbir hesab AZ41NABZ ******************** SWİFT BİK CTREAAZ22) köçürülsün. Təqsirləndirilən şəxs göstərdiyi cəmi 20 (iyirmi) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı vəkil bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına xidmət haqqı –220 (iki yüz iyirmi) manat ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Sədrlik edən Elçin Ağayev
Məhkəmə qərarları › İş №1(001)-394/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-394/2025
10.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver