Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-397/2023 26.12.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Sadıqova Aynurə Vahid qızının sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Hüseynov Xəyal Nemət oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi Bakı şəhəri «Fides» Vəkil Bürosunun vəkili X8, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1987-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış Bakı şəhəri ünvan 1 ünvanda yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi PX-in Bakı İstintaq Təcridxanasında saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra – CM) 228.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Aparılmış ibtidai istintaq zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə günorta saatlarında Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsində istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq texniki cəhətdən saz və atəş üçün yararlı, yivli odlu silah hesab edilən 01 ədəd nömrəsi silinmiş silah, zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş 9 mm kalibrli Makarov konstruksiyalı tapança, həmçinin atəş üçün yararlı, döyüş sursatı hesab edilən 03 ədəd, Rusiya dövlətində istehsal olunmuş 9x18 mm kalibrli olmaqla, həmin kalibirli Makarov (PM) və Steçkin (APS) konstruksiyalı tapançadan atəş açmaq üçün nəzərdə tutulmuş ştat patronları, habelə texniki cəhətdən saz və istifadə üçün yararlı, zavod üsulu ilə istehsal edilmiş 08 ədəd 9x18 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, həmin kalibrli Makarov konsturksiyalı tapançaların komplekt hissəsi olan 01 ədəd daraq əldə edib üzərində gəzdirərək daşıyıb saxlamış və 18 fevral 2023-cü il tarixdə saat 03:30 radələrində Bakı şəhəri, Binəqədi rayonu, 6-cı mikrarayon, Abşeron marketin yaxınlığında Binəqədi RPİ- nin 4-cü PŞ-nin əməkdaşları tərəfindən saxlanılaraq Binəqədi RPİ-nin 4-cü PŞ-nin inzibati binasına gətirilib üzərinə baxış keçirilərkən əynindəki şalvarının bel hissəsində kəmərə keçirdiyi qanunsuz olaraq əldə edib gəzdirərək daşıyıb saxladığı həmin texniki cəhətdən saz və atəş üçün yararlı, yivli odlu silah hesab edilən 01 ədəd nömrəsi silinmiş silah, zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş 9 mm kalibrli Makarov konstruksiyalı tapança, həmçinin atəş üçün yararlı, döyüş sursatı hesab edilən 03 ədəd, Rusiya dövlətində istehsal olunmuş 9x18 mm kalibrli olmaqla, həmin kalibirli Makarov (PM) və Steçkin (APS) konstruksiyalı tapançadan atəş açmaq üçün nəzərdə tutulmuş ştat patronları, habelə texniki cəhətdən saz və istifadə üçün yararlı, zavod üsulu ilə istehsal edilmiş 08 ədəd 9x18 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, həmin kalibrli Makarov konsturksiyalı tapançaların komplekt hissəsi olan 01 ədəd daraq aşkar olunaraq götürülmüşdür. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə ona elan edilmiş ittihamda təqsirli bilməyərək göstərmişdir ki, o, xx.xx.2023-cü il tarixində bərbərə zəng etmiş və üzünü təraş etdirmək üçün gələcəyini bildirmişdir. Evdən yoldaşı ilə çıxıb yolüstü “Rahat” marketin qabağındakı aptekə girmişdir. Aptekdən çıxıb yolunu davam etmək istəyəndə 3-4 nəfər mülki geyimdə tanımadığı şəxslər ona yaxınlaşmış və onlar ilə polis şöbəsinə getməli olduqlarını bildirmişlər, o etiraz etməmişdir. Onu avtomobilə mindirərək polis bölməsinə aparmışlar və orada ona silah ilə bağlı sual vermişlər. Öz növbəsində bu barədə həqiqətən də məlumatlı olmadığını, belə silah sursatla o cümlədən kriminal aləmdə olmadığını, özünün isə kiçik və orta biznes sahəsi kimi icarəyə götürdüyü kafedə(çay evində) işlədiyini və söhbətin nədən getdiyini anlamadığını bildirmişdir. Polis əməkdaşları isə var pis bir də var daha pis deyə cavab vermişlər. O daha pis olanının nə olduğunu soruşduqda qardaşının narkotikin qanunsuz dövriyyəsi və alqı-satqısı ilə məşğul olan şəbəkənin üzvi kimi ifşa olunacağını bildirmişlər. O da məcbur olub silahı öz üzərində daşıdığını boynuna götürmüşdür. Həmin günü cinayət axtarışı bölməsinin əməliyyatçıları tərəfindən təxminən 17:00 radələrində saxlanılmışdır. Lakin una baxmayaraq növbəti gün yəni 18 fevral tarixində təxminən 03:30 radələrində isə Abşeron marketin yaxınlığında əvvəlcədən qurulmuş ssenari üzrə guya cinayət işlərinə dair əməliyyat-axtarış tədbirinin həyata kеçirilməsi istiqamətində video çəkiliş aparılmağa başlanılmıdır. Sonradan o Bakı İstintaq Təcridxanasında olan zaman yaxınlarının vasitəsi ilə öyrənmişdir ki, barəsində sosial şəbəkələrdə cinayətkarlığı təbliğ edən kriminal aləmdə “Şestoy Vüsal” şəxs tutulub. Kriminal aləmin üzvü olan şəxs ailəsini dolandırmaqdan ötrü taksi fəaliyyəti ilə, icrayə götürdüyü kiçik kafedə ofsiantlıq ilə məşğul olmur. Özünü Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirli ilmir, sadəcə həmin gün 4cü Polis Şöbəsində olan zaman ona qarşı psixi zoraklılıq göstərildiyindən, yəni, qardaşının narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışı ilə tutulacağı barədə ona hədə-qorxu gəlindiyindən o məcbur olub həmin odku silahın onun üzərindən çıxmasını bildirmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş şahid Binəqədi RPİ-nin 4-cü Polis Şöbəsinin cinayət axtarışı üzrə əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 ifadəsində göstərmişdir ki, 17 fevral 2023-cü il tarixdə Binəqədi RPİ-nin 4-cü Polis Şöbəsinə əməliyyat məlumatı daxil olmuş və həmin məlumatda , xx.xx.1987-ci ildə Bakı şəhərində doğulmuş, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, S.Məmmədov küçəsi 30 saylı evdə qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq üzərində odlu silahın sursatın gəzdirməsi bildirilmişdir. Bu barədə 4-cü PŞ-nin rəisinə məruzə olunduqdan sonra əməliyyat qrupu yaradılmış və sənədləşdirmə işləri görüldükdən sonra qrupa rəhbərliyi ona həvalə edilmişdir. Həmin əməliyyat məlumatı ilə əlaqədar xidməti fəaliyyətə başlanılmışdır. 18 fevral 2023-cü il tarixdə saat 03:30-da Bakı şəhəri Binəqədi rayonu 6-cı mikrarayon Abşeron marketin yaxınlığında piyada olan zaman əlverişli şərait yarandığından həmin tarixdə Təqsirləndirilən şəxs yaxınlaşaraq özlərini təqdim edərək və həmin şəxsdən özünü təqdim etməsini xahiş etdikdə, o, bildirmişdir ki, xx.xx.1987-ci il təvəllüdlü, Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə küçəsi 30 ünvamnda qeydiyyatda olmaqla orada yaşayan Təqsirləndirilən şəxsdur. Təqsirləndirilən şəxs şübhəli olması tərəflərindən deyilərək, Binəqədi RPİ-nin 4-cü PŞ-nə gətirilərək xidməti otaqların birinə yerləşdirilmişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə keçirmək məqsədi ilə hüquqlarını müdafiə etmək üçün müdafiəçi və həmçinin Binəqədi RPİ-nin kriminalisti dəvət olundu. Təqsirləndirilən şəxs hüquqları izah olunmuşdur. Şəxsi axtarış və götürmə zamanı Təqsirləndirilən şəxs üzərində hər hansı bir qanunsuz əşya olub olmaması soruşuldu. Təqsirləndirilən şəxs üzərində qeyri qanuni nə varsa təqdim etməsi deyildikdə, Təqsirləndirilən şəxs üzərində silah olmasını bildirərək əynində olan qara rəngli şalvarın arxasında bel nahiyəsində kəmərinin arasına sıxışdırdığı odlu silah olan Makarov tipli tapancanı çıxararaq masanın üzərinə qoymuşdur. Həmin tapança tərəflərindən yoxlanılan zaman tapançanın üzərində olan sandıqca və içərisində 3 ədəd güllə olan daraq aşkar edilmişdir. Bundan başqa üzərinə baxış keçirilən zaman heç bir qanunla qadağan edilmiş əşya aşkar edilmədi. Aşkar edilmiş tapancaya ilkin baxış zamanı nömrə hissələri silinmiş vəziyyətdə olmuşdur. Təqsirləndirilən şəxsdən aşkar edilən əşyaları tutulmazdan əvvəl, yəni 17 fevral 2023-cü il tarixdə Balaxanı qəsəbəsində olduğu zaman məişət tullantılarının atıldığı zibillikdən taparaq üzərində gəzdirdiyini bildirmişdir. Bundan sonra keçirilən baxış protokollaşdırıldı, ucadan oxundu, heç kim əlavə və qeyd etmədi və biz Təqsirləndirilən şəxs tərəfindən imza olundu. Həmin silah maddi sübutun üzəri DİN-in 173 nömrəli möhürü ilə möhürlənib qablaşdırıldıqdan sonra odlu silah olub-olmadığı müəyyən edilməsi üçün DİN-in Kriminalistik Tədqiqatlar İdarəsinə göndərildi. Kriminalistik Tədqiqatlar İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 23/141R nömrəli rəydən aydın oldu ki, aşkar edilmiş silah 9 mm kalibrli Makarov konsturuksiyalı PM modelli tapançadır, yivli odlu silahdır, texniki cəhətdən sazdır və atəş üçün yararlıdır. Buna görə də tərəflərindən toplanmış təhqiqat materialı istintaq edilməsi üçün aidiyyatı üzrə Binəqədi Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilmişdir. Məhkəmə iclasında Şahid2 ifadə verərək bildirmişdir ki, o, Binəqədi RPİ-nin 4-cü PŞ-nin CA üzrə əməliyyat müvəkkili vəzifəsində çalışır. Daxil olmuş məlumat əsasında Təqsirləndirilən şəxs saxlanılaraq Polis Bölməsinə gətirilmişdir, polis Bölməsində üzərindən silah aşkar olunmuşdur. Məhkəmə iclasında Şahid2 müdafiəçi tərəfindən ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs saxlanılan zaman tək olmuşdur və Polisə heç bir müqavimət göstərməmişdir. O saxlanılan vaxt təxminən gecə saatları idi. Əməliyyat məlumatı ona daxil olmuşdur, ola bilər ki, əməliyyat məlumatı əməliyyatçı Şahid1 da olsun, belə ki, bir mənbədən iki əməliyyatçıya məlumat daxil olması mümkündür. Əməliyyat məlumatının qərəzsiz mənbədən daxil olmasına hansı üsulla yoxlanmağına gəldikdə deyə bilər ki, öz şəxsi inamına əsasən düşünmüşdür ki, qərəzsizdir. Əməliyyat qrupunda Şahid3 olub, digər kimlərin olması barədə xatırlamır. Əməliyyat məlumatının daxil olması barədə ayın tarixini və saat neçədə daxil olmasını xatırlamır. Əməliyyat işinin qeydiyyatını aparmamışlar. Əməliyyat məlumatı daxil olandan sonra dərhal əməliyyat qrupu təşkil edildi və bölmə rəhbərliyinə müraciət edildi, bölmə rəhbərliyinə hansı formada müraciət verilməsinin aidiyyəti yoxdur. Əməliyyat qrupunu o, təşkil etmişdir. Gecə saat 01:00, 02:00 və ya 03:00 radələri idi. Təqsirləndirilən şəxsı 6-cı mikorayon ərazisində saxlamışlar. Barəsində məlumat verilən şəxsin əynində nə olmasını xatırlamır. Yaxınlaşıb bizimlə polis Bölməsinə getəli olduğunu bildirdilər, həmin yerdə üzərinə baxış keçirməyə imkan olsa da, gətirib polis şöbəsində üzərinə baxış həyata keçirildi. Üzərinə baxışın polis şöbəsində keçirilməsini rəhbərlik tələb edir. Təqsirləndirilən şəxs yerində üzərində baxış keçirməyə heç bir hal maneçilik yaratmırdı. Şəxsi axtarış və baxışa dair çəkiliş polis şöbəsində aparılmışdır. Sonradan Abşeron marketin qarşısına aparmışlar. Əməliyyat tədbiri zamanı o ***-***-**-** mobil nömrəsini işlətmişdir. Polis şöbəsinə gətirilən kimi dərhal üzərinə baxış keçirilmişdir, bu zaman onun vəkili orada iştirak etməmişdir. Vəkillər şəxsi axtarış və baxış keçirilən zaman şahid olduqlarını bildirirlər, bu səbəbdən çox vaxt şəxsi axtarış və baxış keçirilən zaman iştirak etmirlər. Vəkili təhqiqatçı dəvət etmişdir. Şəxsi axtarışaparılan zaman o da orada iştirak etmişdir, silahı yəqin ki, belindən çıxartmışdır, silah saz vəziyyət olmuş, içində 2-3 patron olmuşdur. Silahı səhv etmirəsə Balaxanıdan tapdığını bildirmişdir. Çəkilişdə digər əməliyyatçlar da iştirak edirdi. Güllələr də darağın içində idi. Daraq tapançaya taxılı idi. Məhkəmə iclasında Şahid3 ifadə verərək bildirmişdir ki, o, Binəqədi RPİ-nin 4-cü PŞ-nin CA üzrə əməliyyat müvəkkili vəzifəsində çalışır. Daxil olmuş məlumat əsasında Təqsirləndirilən şəxs tərəflərindən saxlanılaraq polis şöbəsinə gətirilmiş və orada üzərində silah aşkar edilmişdir. Məhkəmə iclasında Şahid3 ona verilən suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs saxlananda təxminən gecə saatları idi. Əməliyyat məlumatı fevral ayının 17-si Orxana daxil olmuş və o da bu barədə rəisə məruzə etmişdir. Əməliyyat qrupunu rəis təşkil etmiş, həmin qrupa o, Azad və Orxan daxil edilmişlər. Əməliyyat məlumatı Təqsirləndirilən şəxs adlı şəxsin odlu silah gəzdirməsi barədə daxil olmuşdur. Saxladıqları şəxsin ətrafında hər hansı əməliyyat-axtarış tədbiri keçirməmişlər. Saxladıqları şəxsin ətrafında gizli və ya aşkar üsullara hansı əməliyyat-axtarış tədbiri keçirildiyi barədə məlumatı yoxdur. Əməliyyat məlumatının qərəzli və ya qərəzsiz olduğunu hansı üsullarla yoxlamaları barədə onu deyə bilər ki, məlumat verən agent əvvəllər də məlumat verib və verilən məlumat doğru çıxıb. Təqsirləndirilən şəxs 3 nəfər saxlamışlar. Ona məxsus “Lexus” markalı **-LU-*** qeydiyyat nömrə nişanlı avtomobil ilə saxlayaraq Binəqədi RPİ-nin 4-cü PŞ-nə gətirmişlər. Əməliyyat məlumatında bildirilmişdi ki, şəxs üzərində odlu silah gəzdirir və ona yaxınlaşan zaman Təqsirləndirilən şəxs zərərsizləşdirmək üçün “Xüsusi taktiki hazırlıq” fəndindən və ya “müxtəlif şəraitlərdə silahlı cinayətkarın zərərsizləşdirilməsi” istiqamətində niyə təbdir görmədiklərinə dair suala cavab olaraq deyə bilər ki, onların da üzərində silah var idi. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarışı polis şöbəsində keçirmişlər. Yerində üzərinə baxış keçirməyə heç bir hal maneçilik yaratmırdı. Elə həmişə təhqiqatçının otağında baxış keçirilmişdir, təhqiqatçı isə Pərvin Cəfərov olmuşdur. Təhqiqatçının otağında o, Azad və Orxan olmuşlar. Təqsirləndirilən şəxs silahı belindən çıxarmışdır. Saxladıqları şəxsin əynində qara gödəkçə, qara şalvar olmuşdur. Əməliyyat tədbiri zamanı ***-***-**-** mobil nömrəsini işlətmişdir. Müdafiə tərəfinin vəsatəti əsasında məhkəmənin 20 sentyabr 2023-cü il tarixli iclasında əlavə şahid qismində dindirilmiş X5 ifadə verərək bildirmişdir ki, həyat yoldaşı Vüsal öz icarəyə götürdüyü kiçik kafedə işləmiş, hər gün səhər 09:00-da getmiş, günorta saat 15:45 radələrində isə nahara gəlmişdir. 17 fevral işdən evə nahara gəlmiş, həmin vaxt qaynanası Vüsala zəng edib uşaq bezi “Pampers” bitib evə gələrkən almağı unutmamasını bildirmiş, Vüsal da anasına nahar etdikdən sonra pampers alacağını bildirmişdir. Sonra Vüsal ona nahardan sonra üzünü təraş etmək üçün bərbərə gedəcəyini və lazım olan əşyaları almaq üçün birlikdə çıxacaqlarını demişdir. Elə bu məqsəd ilə axşam saat 17:20 radələrində evdən çıxmış və aptekə qədər birlikdə getmişlər. Daha sonra Vüsal ondan ayrılıb bərbərə doğru istiqamət almış və özü isə aptekə daxil olmuş, uşaq bezi “Pampers” olub olmadığını soruşmuş,aptekdə uşaq bezi “pampers” olmadığından geri qayıdıb çölə çıxdıqda Vüsalı iki naməlum şəxsin tanımadığı avtomobilə doğru götürdüklərini görmüşdür. Həmin günü gecəyə qədər yoldaşından məlumat ala bilməmişlər, ona zəng etmişlər, lakin mobil telefonu bağlı olmuşdur. Daha sonra qaynı Vüsalın polislər tərəfindən saxlanıldığını bildirmişdir. Məhkəmə iclasında ona verilmuş suallara cavab olaraq bildirmişdir ki, ifadəsində göstərdikləri təxminən saat axşam 6-7 arası baş vermişdir, onların iki uşaqları var, uşaqlardan biri 5, digəri isə 6 yaşındadır. Bu vaxta polis bölməsində əri Vüsalla bağlı hər hansı bir araşdırma olmamışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli qərardan görünür ki, CM-in 228.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və başlanmış cinayət işi istintaqın davam etdirilməsi üçün Binəqədi RPİ-nin İŞ-nə göndərilmişdir. xx.xx.2023-cü il tarixli “Şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 18 fevral 2023-cü il tarixdə, saat 04:20-də Binəqədi RPİ-nin 4-cü PŞnin inzibati binasında şübhəli şəxs qismində tutulmuş, azadlığının faktiki olaraq məhdudlaşdırıldığı vaxtdan yəni 18 fevral 03:30-dan tutulmuş hesab edilmişdir. xx.xx.2023-cü il tarixli “Şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, 18 fevral saat 04:20-də Binəqədi RPİ-nin 4-cü PŞ-nin əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs saxlanılaraq polis bölməsinə gətirilmiş və saat 04:40-da onun üzərində şəxsi axtarış keçirilən zaman əynindəki şalvarının bel hissəsində kəmərə keçirdiyi qanunsuz olaraq əldə edib gəzdirərək daşıyıb saxladığı həmin texniki cəhətdən saz və atəş üçün yararlı, yivli odlu silah hesab edilən 01 ədəd nömrəsi silinmiş silah, zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş 9 mm kalibrli Makarov konstruksiyalı tapança, həmçinin atəş üçün yararlı, döyüş sursatı hesab edilən 03 ədəd, Rusiya dövlətində istehsal olunmuş 9x18 mm kalibrli olmaqla, həmin kalibirli Makarov (PM) və Steçkin (APS) konstruksiyalı tapançadan atəş açmaq üçün nəzərdə tutulmuş ştat patronları, habelə texniki cəhətdən saz və istifadə üçün yararlı, zavod üsulu ilə istehsal edilmiş 08 ədəd 9x18 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, həmin kalibrli Makarov konsturksiyalı tapançaların komplekt hissəsi olan 01 ədəd daraq aşkar olunaraq götürülmüşdür. “Baxış keçirilməsi haqqında” 18 fevral 2023-cü il tarixli protokoldan görünür ki, 18 fevral 2023-cü il tarixdə saat 06:05-də Binəqədi RPİ 4-cü PŞ-nin CA üzrə əməliyyat müvəkkili polis baş leytenantı Şahid1 Oqtay oğlunun, Binəqədi RPİ-nin 4-cü PŞ-nin CA üzrə baş əməliyyat müvəkkili polis baş mayoru Şahid2, Binəqədi RPİ-nin 4-cü PŞ-nin CA üzrə baş əməliyyat müvəkkili polis baş leytenantı Şahid3, şübhəli şəxs Təqsirləndirilən şəxs Oqtay oğlunun, ekspert-kriminalist X2 iştirakları il Təqsirləndirilən şəxs saxlanıldığı yeri müəyyən etmək məqsədi ilə baxış keçirilmiş, baxış keçirilən zaman həmin yerin Bakı şəhəri, Binəqədi rayonu, 6-cı mikrorayonda yerləşən Abşeron marketin yanı olduğu, həmin ərazidə müşahidə kameralarının olmaması və çübhəli şəxsin olmaması müəyyən edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsinin xx.xx.2023-cü il tarixli, 23/141R nömrəli ekspert rəyndən görünür ki, tədqiqata təqdim edilmiş 01 ədəd №-si silinmiş silah zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş 9 mm Kalibrli, MaKarov KonstruKSİyalı, tapançadır, yivli odlu silahdır, texniki cəhətdən sazdır və atəş üçün yararlıdır. Tədqiqata təqdim edilmiş 01 ədəd daraq zavod üsulu ilə istehsal olunmuş 08 ədəd 9x18 mm kalibirli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, həmin kalibrli Makarov konstruksiyalı tapançaların komplekt hissəsidir-darağıdır, texniki cəhətdən sazdır və istifadə üçün yararlıdır. Tədqiqata təqdim edilmiş 03 ədəd patronlar zavod üsulu ilə, Rusiya dövlətində istehsal olunmuş, 9x18 mm Kalibrli olmaqla, həmin Kalibrli Makarov (PM) və Steçkin (APS) konstruksiyalı tapançalardan atəş açmaq üçün nəzərdə tutulmuş ştat patronlarıdı, döyüş sursatı hesab olunur və atəş üçün yararlıdır. xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona CM-in 228.1-ci maddəsi ilə nəzərdə tutulan ittiham elan olunmuşdur. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(001)-141/2023 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 03 ay müddətinə “həbs” qətimkan tədbiri seçilmiş və həbsdə saxlanılma müddətinin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən tərtib edilmiş tələbnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. “Diskə baxış keçirilməsi haqqında” xx.xx.2023-cü il tarixli protokoldan və ona əlavə edilmiş diskdən görünür ki, Binəqədi RPİ-nin 4-cü PŞ-nin inzibati otağında Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış zamanı sonuncuya üzərində olan qanunsuz əşyaları təqdim etməsi təklif olunmuş, həmin vaxt o, əynindəki şalvarın sağ yan cibindən 01 ədəd qara rəngli portmanat və arxa kürək nahiyəsində kəmər hissəsindən bir ədəd saxladığı Makarov tipli tapançanı çıxararaq masanın üzərinə qoymuşdur. “Maddi sübutun tanınması haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, 01 ədəd Makarov markalı, nömrəsi silinmiş tapança, 03 ədəd patronlar və 01 ədəd komplektasiyaya aid daraq iş üzrə maddi sübut qismində tanınmışdır. Cinayət işi üzrə Təqsirləndirilən şəxs Oqtay oğlu ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməmiş, həmin silahın ona məxsus olmadığını bildirmişdir. Cinayət işi üzrə tam, hərtərəfli, obyektiv araşdırmanın aparılmasının təmin edilməsi məqsədi ilə təqsirlənedirilən şəxs Təqsirləndirilən şəxs Oqtay oğlunun müdafiəçisi tərəfindən verilmiş vəsatət təmin edilmiş, Təqsirləndirilən şəxs Oqtay oğlununu istifadəsində olan (+99***-***-**-**) və (+99***-***-**-**) mobil nömrələrinin 17 fevral 2023cü il tarixdə saat 16:00-dan 18 fevral 2023-cü il saat 16:00 radələrinə qədər hansı ərazilərdə olub-olmamasını müəyyən etmək məqsədilə, həmin şəxsin qeyd edilən tarix və saatlarda mobil telefonunun anten dairəsi barədə məlumatlar "xxxx" MMC və "xxxx" MMCdən ələ keçirilməsi barədə qərar qəbul edilmiş və icra edilməsi üçün "xxxx" MMC və "xxxx" MMC-yə göndərilmişdir. "xxxx" MMC tərəfindən məhkəməyə daxil olmuş cavab məktubunda ***-***-**-** saylı mobil nömrənin sorğu edilən tarixdə yəni 17 fevral 2023-cü il tarixdə saat 16:00-dan 18 fevral 2023-cü il saat 16:00 radələrinə qədər Azerfon şəbəkəsində istifadə edilmədiyi müəyyən edilmişdir. "xxxx" MMC tərəfindən məhkəmə daxil olmuş sorğuya cavab məktubu məhkəmə iclasında cinayət işi üzrə tərəflərinin iştirakı ilə baxış keçirilmiş və müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü tarixdə saat 01:26-dan 13:08-dək Binəqədi rayonu,S.S.Axundov küçəsi, 3123 məhəllə/Binəqədi/(40.427xx/xx.83934) anten dairəsində olmuşdur. Təqsirlənedirilən şəxs Təqsirləndirilən şəxs Oqtay oğlunun müdafiəçisi tərəfindən verilmiş vəsatət təmin edilmiş Binəqədi rayonu,S.S.Axundovküçəsi,3123məhəllə/Binəqədi/(40.427xx/xx.83934) anten dariəsinin hansı ərazini əhatə etməsi (anten dairəsinin radiusu barədə məlumatlar göstərilməklə) və Bakı şəhəri Binəqədi RPİ-nin 4-cü Polis Bölməsinin anten dairəsi barədə məlumatların məhkəməyə təqdim edilməsinə dair "xxxx" MMC-yə sorğu göndərilmişdir. "xxxx" MMC tərəfindən məhkəmə daxil olmuş sorğuya cavab məktubu məhkəmə iclasında cinayət işi üzrə tərəflərinin iştirakı ilə baxış keçirilmiş və müəyyən olunmuşdur ki, sorğuya cavabda Binəqədi rayonu, S.S.Axundov küçəsi, 3123-cü məhəllə, “/Binəqədi/(40.427xx/xx.83934) və Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsinin arasındakı məsafə 270 metrdir. Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsinin qeyd edilmiş antenin əhatə dairəsinə düşməsi mümkündür. Məhkəmə tərəfindən Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsinin konkret olaraq hansı anten dairəsinə düşməsinin müəyyənləşdirilməsi, eyni zamanda "xxxx" MMCnin nümayəndəsinin məhkəmə iclasında iştirakının təmin edilməsi məqsədi ilə sorğu verilmişdir. Məhkəmənin 08 dekabr 2023-cü il tarixli iclasında "xxxx" MMC tərəfindən mütəxəssis kimi təyin edilmiş X10 məhkəməyə Binəqədi RPİ-nin 4-cü Polis Şöbəsinin hansı anten dairəsində olması ilə bağlı sxemlər əsasında çəkilmiş şəkili təqdim edərək bildirmişdir ki, məhkəməyə təqdim edilmiş həmin şəkildəndə göründüyü kimi Binəqədi RPİnin 4-cü Polis Şöbəsinin 3 anten dairəsinə düşməsi mümkündür, bunlardan birincisi anten İD-si BBK5035, anten adı Hollywoodsh/s, antenin yerləşdiyi ərazi Binəqədi rayonu, S.S.Axundov küçəsi, 3123-cü məhəllə, ikincisi anten İD-si BBK1051, anten adı BinakadAzsu, antenin yerləşdiyi ərazi Binəqədi rayonu, 6-cı nasos stansiyası, üçüncüsü isə anten İD-si BBK4263, anten adı Bakı Kommunası, antenin yerləşdiyi ərazi Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, Bakı Kommunası küçəsi, 17-dir. Binəqədi rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsinin qeyd edilən antenlərdən BBK5035, anten adı Hollywoodsh/s arasındakı məsafə 257.70 metr, İD-si BBK1051, anten adı BinakadAzsu olan antenlə arasındakı məsafə 510 metr, anten İD-si BBK4263, anten adı Bakı Kommunası arasındakı məsafə isə 341.96 metrdir. Əgər hər hansı bir antendə yüklənmə olmazsa bu zaman şəxsin mobil telefonuna daxil olan zənglər ona ən yaxın məsafədə yerləşən antendən qəbul ediləcəkdir. Lakin, tam dəqiqliklə bunu müəyyən etmək mümkün deyil. Belə ki, bu antenin yerləşdiyi ərazinin relyefindən, orada hündürmərtəbəli binaların olub-olmamasından, antenin qarşısında hər hansı bir maneənin olub-olmamasından asılıdır. Məhkəmə iclasında mütəxəssis X10 təqsirləndirilən şəxsin müdafiəçisi tərəfindən ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, hazırda dəqiqliklə Təqsirləndirilən şəxs Oqtay oğlunun məhz BBK5035, anten adı Hollywoodsh/s anten dairəsində olduğunu demək mümkün deyildir. Məhkəmə "xxxx" MMC tərəfindən məhkəməyə daxil olmuş sorğuya cavabda göstərilənləri, eyni zamanda mütəxəssisin məhkəmə iclasında bildirdiklərinə münasibətdə qeyd etməyi zəruri hesab edir ki, göründüyü kimi həm "xxxx" MMC-dən məhkəməyə göndərilmiş cavab məktubunda Binəqədi RPİ-nin 4-cü Polis Şöbəsinin BBK5035, anten adı Hollywoodsh/s anten dairəsinə düşməsi ehtimalının olduğu göstərilmiş, yenidən məhkəmə tərəfindən Binəqədi RPİ-nin 4-cü Polis Şöbəsinin konkret olaraq hansı anten dairələrinə düşməsinin müəyyənləşdirilməsi üçün verilən sorğuya cavabda Binəqədi RPİnin 4-cü Polis Şöbəsinin 3 anten dairəsinə düşməsi ehtimalı olduğu göstərilmiş,bununla bağlı məhkəmə iclasında mütəxəssisə verilmiş suala cavabda da o Binəqədi RPİ-nin 4-cü Polis Şöbəsinin bu 3 anten dairəsindən konkret olaraq hansına düşməsinin müəyyən etməyin mümkün olmadığını bildirmişdir. Beləliklə Təqsirləndirilən şəxs Oqtay oğlunun xx.xx.2023-cü tarixdən saat 01:26dan 13:08-dək Binəqədi rayonu,S.S.Axundov küçəsi, 3123 məhəllə/Binəqədi/(40.427xx/xx.83934)anten dairəsində olması müəyyən edilsə də, Təqsirləndirilən şəxs Oqtay oğlunun xx.xx.2023-cü tarixdən saat 01:26-dan 13:08-dək olduğu Binəqədi rayonu,S.S.Axundov küçəsi, 3123 məhəllə/Binəqədi/(40.427xx/xx.83934)anten dairəsni8n iBinəqədi RPİ-nin 4-cü Polis Şöbəsinin anten dairəsi ilə üst-üstə düşməsini müəyyən etmək mümkün olmamışdır. Məhkəmə əlavə şahid qismində dindirilmiş X3 məhkəmə iclasında verdiyi ifadəyə münasibətdə qeyd etməyi zəruri hesab edir ki, İlahə Məhərrəmova ilə Təqsirləndirilən şəxs dini nikahda olmaları, həmin nikahdan uşaqlarının olması, onların ər-arvad olması səbəbindən məhkəmə həmin ifadədə qeyd edilən xüsusatların doğruluğuna şübhə ilə yanaşır və qeyd edir ki, həmin ifadələr təqsirləndirilən şəxsi cinayət məsuliyyətindən yayındırmaq məqsədi daşıyır. Beləliklə, məhkəmə, cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, eləcə də ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 228.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Qanunvericiliyin tələblərinə əsasən istintaq zamanı Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-in 228.1-ci maddəsi cinayətlərin təsnifatına görə az ağır cinayət hesab olunur. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilən zaman CM-in 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Azemis” elektron informasiya sistemindən çıxarışdan görünür ki, xx.xx.2018-ci il təvəllüdlü X11 və xx.xx.2019-cu il təvəllüdlü X4 Vüsal Oktay oğlunun övladlarıdır. Məhkəmə, CM-in 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşaqlarının olmasını, həmçinin maddi vəziyyətinin ağır olmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsinə baxaraq, onun cəzasını yüngülləşdirən halla yanaşı CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (az ağır cinayət olmasını), təqsirkarın şəxsiyyətini, təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 228.1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Belə ki, məhkəmə, CM-in 41.2-ci maddəsinə müvafiq olaraq qeyd etməyi zəruri hesab edir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Digər tərəfdən qeyd edilməlidir ki, cəza, törədilmiş cinayətə görə yalnız tənbeh deyil, o, məhkumu qanunlara dəqiq riayət, ümum yaşayış qaydalarına hörmət ruhunda islah və yenidən tərbiyə etmək məqsədi daşıyır. Cəzanın mahiyyəti islah etmə və yenidən tərbiyə etmə ilə sıx bağlı olmaqla, cinayət əməlini törətmiş şəxsin şüurunda neqativ düşüncəni dəyişmək və onu hüququn tələblərinə riayət etməyə məcbur etmək istiqamətində dövlətin səylərindən ibarətdir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini, cəzasını ağırlaşdıran halın olmasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Məhkəmədə iş materialları ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs azadlığı faktiki olaraq yəni 18 fevral 2023-cü il tarixdə saat 03:30-da məhdudlaşdırıldırılmış, 18 fevral 2023-cü il tarixdə saat 04:20-də şübhəli şəxs qismində tutulmuş, 19 fevral 2023-cü il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və həmin tarixdə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 4(001)-141/2023 nömrəli qərarı ilə onun barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli, onun şübhəli şəxs qismində tutulduğu vaxtdan, yəni 18 fevral 2023-cü il tarixdən hesablanmışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 4(001)-474/2023 nömrəli qərarı ilə onun barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti 20 gün müddətə, 07 iyun 2023-cü il tarixədək uzadılmışdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – CPM) 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. CPM-in 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. CM-in 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində çəkirlər. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs, ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı, CM-in 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. CPM-in 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətə daxil edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanma müddəti ona təyin olunacaq cəza müddətə daxil edilməli və cəza müddətinin əvvəli 18 fevral 2023-cü il tarixdən hesablanmalıdır. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə, hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin saxlanc anbarında saxlanılan 1 ədəd Makarov konstruksiyalı tapança, 3 ədəd güllə patron, 1 ədəd Makarov konstruksiyalı tapançanın darağı hökm qanuni qüvvəyə mindikdən sonra xüsusi müsadirə edilərək məcburi qaydada dövlət nəfinə alınmalı və iş üzrə sübut kimi tanınmış 1 (bir) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili X9 təqdim etdiyi hesabata əsasən o, iş materialları ilə tanış olmaqla məhkəmə iclaslarında iştirak edərək təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə ümumilikdə 10 (on) saat vaxt sərf etmişdir. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili X9 təqsirləndirilən şəxsin müdafiəçisi qismində məhkəmə iclaslarında iştirak edərək, ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 10 (on) saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərdiyi cəmi 10 (on) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili X6 Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 60 (altmış) manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Cinayət işi üzrə mülki iddia və ekspertiza xərci yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən CPM-in 132, 197-198, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın əvvəli 18 fevral 2023-cü il tarixdən hesablanmaqla, həbsdə saxlama müddəti ona təyin olunmuş cəza müddətinə daxil edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin saxlanc anbarında saxlanılan 1 ədəd Makarov konstruksiyalı tapança, 3 ədəd güllə patron, 1 ədəd Makarov konstruksiyalı tapançanın darağı hökm qanuni qüvvəyə mindikdən sonra xüsusi müsadirə edilərək məcburi qaydada dövlət nəfinə alınsın. İş üzrə sübut kimi tanınmış 1 (bir) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs göstərdiyi cəmi 10 (on) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili X6 Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 60 (altmış) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan olunduğu andan, Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Aynurə Sadıqova
Məhkəmə qərarları › İş №1(001)-397/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-397/2023
26.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver