Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-397/2024 09.12.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Zamiq Bağırov Rəşid oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hümbətov Məmmədəli Qafqaz oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxsin qanuni nümayəndəsi Qanuni nümayəndə, Müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1960-cı il tarixdə Füzuli rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, ailəli, orta təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3 massivi fərdi tikili evdə yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qismində qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Təqsirləndirilən şəxs ondan ötrü təqsirləndirilmişdir ki, o, yol hərəkəti qaydalarını pozaraq ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmasına səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs 16 noyabr 2023-cü il tarixdə, saat 18 radələrində AC 524080 nömrəli, B kateqoriyalı sürücülük vəsiqəsi ilə texniki cəhətdən saz vəziyyətdə idarə etdiyi “Renault Megane minik” markalı, **-SG-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Binəqədi rayonu, Əhməd Rəcəbli küçəsindən üzü 7-ci mikrorayon istiqamətində hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə riayət etməklə hərəkət üçün təhlükə yarandığını gördükdə nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görərək hadisənin qarşısını almağa texiniki imkanı olduğu halda buna əməl etməyərək həmin ərazidə yerləşən “Elite” Ticarət Mərkəzinin qarşısında yolun sol hissəsindən sağ zolağına keçərək hərəkətdə olan piyada X7 avtomobilin qabaq hissəsi ilə vurmuş, nəticədə ehtiyatsızlıqdan sonuncuya qapalı kəlləbeyin travması və ağır dərəcəli beyin əzilməsi ilə müşayiət olunan sol gicgah sümüyünün sınığı, sol gicgah nahiyəsində epidural hematoma, alın sümüyünün solda orbitaya keçən basılmış sınığı, sağ bazu sümüyünün qapalı sınığı kimi dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığına ağır zərər vurulmasına səbəb olan yol nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə iclasında dindirilmiş Təqsirləndirilən şəxs ifadəsində göstərmişdir ki, 16 noyabr 2023-cü il tarixdə axşam saatlarında idarə etdiyi 99SG619 nömrəli, Renault Megane markalı avtomobilə Əhməd Rəcəbli küçəsi ilə Binəqədi rayonu 7-ci mikrorayon istiqamətində təxminən 40 km/saat sürətlə hərəkət etmişdir. Həmin yolda istəsən belə daha sürətlə getmək demək olar ki, mümkün deyildir. Axşam saatları olduğu üçün qaranlıqdan yol yaxşı görünmürdü. Hadisə baş verən ərazidə piyada xətti yoxdur, həmin ərazidə cəmi bir yerdə, körpünün altında piyada xətti mövcuddur. O, “Koroğlu” adlanan tərəfdən gəmiş, Nərimanov rayonu istiqamətindən gələn maşınları gözləmiş, piyada xəttini buraxmış, daha sonra hərəkətini davam etdirmişdir. Cəmi 30-40 metr hərəkət etdikdən sonra, qeyd olunan bədbəxt hadisə baş vermişdir. Zərərçəkmiş şəxs gözləmədiyi anda, anidən onun maşının qarşısına tullanmışdır. Videogörüntüdən də şəxsin tullanması müəyyən edilir. Həmçinin həmin videogörüntüdən o da görünür ki, avtomobil şəxsə dəyən kimi o maşını saxlamışdır. Hətta maşının sol tərəfi zərərçəkmiş şəxsə dəymişdir ki, bu da ona dəlalət edir ki, o maşını bir qədər qaçırtmışdır. Lakin zərər çəkmiş şəxs sürətlə qaçdığı üçün avtomobili tam qaçırmaq mümkün olmamışdır. Hadisə baş verdikdən sonra ilkin nə köməklik lazımdırsa, hamısını etmiş, xəstəxayana aparmış, rentgen etmişlər və həmin zaman polis də çağırmışlar. O tibbi bacısından zərərçəkmiş şəxsin ailəsinə xəbər verilməsini də xahiş etmişdir. Zərərçəkmiş şəxs xəstəxanada yatdığı müddətdə həm oğlu, həm də özü zərərçəkmiş şəxsi ziyarət etmiş, vəziyyəti ilə mütəmadi olaraq maraqlanmışlar. Evə buraxıldıqdan sonra da evlərinə getmişlər. Zərərçəkmiş şəxsin evinə bir dəfə getmişdir, lakin ailə üzvləri onunla aqressiv danışmışlar. Qohumlarından isə dayısı, anası, bacısı və yoldaşı da getmişlər. Aralarında barışıq əldə edilməmiş, zərərçəkmiş şəxsin ailəsinin ona qarşı bu münasibətinin isə səbəbini başa düşə bilmir. O, hadisə zamanı zərərçəkmiş şəxsi yolda görməmişdir. Belə ki, o dördüncü zolaqla hərəkət etmiş, zərərçəkmiş şəxs anidən onun avtomobilinin qabağına çıxmışdır. O, sonralar özlüyündə analiz etmişdir ki, zərər çəkmiş şəxs digər zolaqdakı avtomobilin qarşısından qaçıb keçməklə anidən onun avtomobilinin önünə çıxmışdır. O, həmin zaman dərhal əyləcə basmışdır, lakin önünə adam çıxmasını yenə görməmiş, sadəcə nəsə maneə qarşısına çıxmasını hiss etmişdir. Zərərçəkmiş şəxsin ailəsinə təqribən 2000-3000 manat ödəniş etmişdir. Zərərçəkmiş şəxsin oğlu nə zaman pul istəmişdirsə, oğlu həmin zaman ödəniş etmişdir. Xəstəxanada da həkimə elə oğlu əlbəəl 650 yaxud 700 manat ödəniş etmişdir. Həmçinin bundan başqa zərərçəkmiş şəxsin övladına 1000 manat da əlbəəl pul vəsaiti vermişdir. Qeyd etməlidir ki, oğlu zərərçəkmiş şəxsin oğlunun vasitəsi ilə rentgen nəticəsini başqa professora yoxlatdırmış, həmin professor şəxsdə əvvəlcədən xəstəlik olduğunu və beynindən travma aldığını bildirmişdir. Zərər çəkmiş şəxsin son vəziyyətinin avtomobil qəzası ilə olmadığını bildirir, çünki onun sürəti az olmuş, zərərçəkmişin əvvəlcədən xəstəliyi olmuş, yəni insult keçirmişdir. xx.xx.2024-cü il tarixli keçirilmiş məhkəmə iclasında isə Təqsirləndirilən şəxs məhkəməyə bir ədəd hadisənin görüntülərinin əks olunduğunu bildirdiyi videodisk təqdim edərək hadisə ilə bağlı təkrar bildirmişdir ki, qaranlıq bir hava şəraitində o, öz yolu ilə hərəkət etdiyi zaman zərərçəkmiş şəxs qaçaraq onun avtomobilinin qabağına çıxmışdır. Nə qədər etsə də, vəziyyətdən çıxa bilməmişdir. Bununla bağlı video görüntü də çıxarmış, zərəçəkmiş şəxs dayanmadan qaçaraq avtomobilinin qabağına çıxmışdır. O ibtidai istintaq zamanı da müstəntiqə günahı olmadığını bildirmişdir. Müstəntiq isə bildirmişdir ki, özünü qismən təqsirli bilsin, o şəkildə də rəsmiləşsin. Həmin hadisə olan yerdə piyada keçidi də olmamışdır. Videogörüntüdə görünür ki, o, şəxsə dəyən zaman tez avtomobili saxlamış, orada olan vətəndaşlar tez gəlib kömək etmişlər, onlar şəxsi götürüb avtomobilə qoymuşlar, o da tez zərəçəkmiş şəxsi X16ə aparmış və orada da zərərçəkmiş şəxsin yaxınlarına zəng edilərək məlumat verilmişdir. Təqdim etdiyi görüntü şəxsin işlədiyi mağazanın ətrafında olan kameradan götürülmüşdür. Hadisə baş verən zaman telefonla çəkilmişdir. Təqsirləndirilən şəxs son sözündə bildirmişdir ki, Füzuli rayonundan məcburi köçkündür, zərərçəkmiş şəxsi görsəydi avtomobilini saxlayardı. Lakin zərəçəkmiş şəxs digər avtomobillərin qarşısından qaçaraq onun avtomobilinin önünə çıxmışdır. Odur ki, əvvəllər məhkum olunmamasını, 65 yaşında olmasının nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə istintaqı zamanı dindirilmiş zərər çəkmiş şəxsin qızı X8 ifadəsində göstərmişdir ki, sözügedən yol-nəqliyyat hadisəsi 16 noyabr 2023-cü il tarixdə, atası işə gedən zaman baş vermişdir. Həmin zaman atası taxta zavodunda gecə növbəsində mühafizəçi olaraq işləyirdi. Hadisə barədə onlara məlumat xəstəxana tərəfindən verilmişdir. Xəstəxananın işçiləri əmisinə zəng edərək X3nun qəza keçirdiyini bildirdiklərinə görə onlar da dərhal xəstəxanaya yola düşmüşlər. O, təqsirləndirilən şəxsi də elə xəstəxanada görmüşdür. Hadisə baş verdikdən sonra atası dərhal xəstəxanaya aparılmışdır. Atasını xəstəxanaya təqsirləndirilən şəxs aparmış, zavodun işçiləri də həmin şəxsə kömək etmişdir. Atasının işlədiyi yer elə hadisə baş vermiş zavodunun yaxınlığındadır. Hadisə baş vermiyənədək atası əmək fəaliyyəti ilə məşğul olmuş, ailələrinə qazanc gətirmişdir. Lakin hazırda demək olar ki, atası həyatda yoxdur. Onun ilk növbədə tələbi atasına və anasına vurulmuş ziyanın ödənilməsindən ibarətdir. X3 2 ay xəstəxanada yatmış, həmin müddət ərzində təqsirləndirilən şəxs cəmi 2-3 dəfə gəlibgetmişdir. Qalan müddət ərzində nə təqsirləndirilən şəxsin özü, nə də qohumları nə bir zəng etmişlər, nə də bir köməklik göstərməmişlər. Atasını 16 yanvar 2024-cü il tarixdə ərizə yazaraq xəstəxanadan çıxarmışlar. Xətəxanadan çıxarmalarının səbəbi isə xəstəxanada qulluğun səviyyəsinin yüksək olmaması, xidmətdən narazı qalmaları olmuşdur. Həmin vaxtdan atası ev şəraitində müalicə alır, lakin vəziyyəti çox ağırdır. Atası xəstəxanadan çıxandan sonra təqsirləndirilən şəxs bir dəfə onların evinə gəlmiş, lakin keçib heç atasının vəziyyəti ilə tanış olmamışdır. Atası xəstəxana olanda bir miqdar onlara çəkilən xərclərlə bağlı köməklik olunmuşdur. Lakin xəstəxanada olan zaman xərcləri sığorta qarşıladığı üçün elə bir ciddi köməyə ehtiyac olmamışdır. Əsas xərclər atası evə çıxarıldıqdan sonra yaranmışdır. Atası xəstəxanada yatan zaman qardaşının kart hesabına pul köçürülmüşdür. Həmin pul yalnız tibb bacısının pulu idi ki, bir dəfə ödənilmişdir. Bundan başqa da atası nəfəs almaq üçün əməliyyat olunmalı idi və əməliyyatın da ödənişini təqsirləndirilən şəxs qarşılamışdır. Başqa heç bir köməklik olunmamışdır. Atası evə çıxandan sonra təqsiləndirilən şəxsdən sadəcə atasına baxan tibb bacılarının pulunun verilməsini təlbə etmişlər, başqa heç nə istəməmişlər. O zaman 1000 manat pul vermişlər. Həmin pul qutaran zaman müstəntiqə zəng edərək atasının müalicəsinin davam etdiyini, təkrar olaraq ödənişlər olunmalı olduğunu bildirmişlər. Lakin təqsirləndirilən şəxs heç bir ödəniş etməmişdir. Atasının müalicəsi üçün onların evinə Səhman adlı həkim gəlir. Həmçinin 2-3 həftədən bir isə Emil adlı başqa bir həkim gəlir. Həkimlər hər dəfə gələndə onlara 50 manat olmaqla ayrı-ayrı ödənişlər edirlər. Hadisəyə qədər atası yaşına görə pensiya alsa da fiziki olaraq sağlam olmuşdur. Məhkəmə iclasında zərərçəkmiş şəxsin qanuni nümayəndəsi Qanuni nümayəndə bildirmişdir ki, məhkəmə iclasından əvvəl zərərçəkmiş şəxslə görüşmüşdür. Zərərçəkmiş şəxsin vəziyyəti çox ağırdır, demək olar ki sadəcə nəfəs alıb,verir. Hadisədən sonra təqsirləndirilən şəxsin barışıq üçün cəhdlər demək olar ki, olmamışdır. Sadəcə bir dəfə cəhd eləmişlər, bir də məhkəmənin yekunlaşdığını nəzərə alaraq iclasdan bir gün əvvəl yığışıb barışıq üçün gəlmişlər. Bunlar da təbii ki, məhkəmənin yekunlaşdığını nəzərə alınaraq atılan bir addımdır. Müalicələr ilə bağlı çəkilmiş xərclərin ödənilməsinə heç olmasa köməklik olunsa idi, zərər çəkmiş şəxsin ailəsi həmin köməkliyi nəzərə alardı. Lakin heç bir cəhd olunmayıb, heç bir köməlkik göstərilməmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” 05 dekabr 2023-cü il tarixli qərardan görünür ki, fakt üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1- 1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmışdır. Yol nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi barədə 16 noyabr 2023-cü il tarixli protokoldan, ona əlavə edilmiş sxemdən və fotoşəkillərdən görünür ki, hadisə Bakı şəhəri, Binəqədi rayonu, Əhməd Rəcəbli küçəsində baş vermişdir. Nəqliyyat vasitəsinə baxış keçirilməsi haqqında 16 noyabr 2023-cü il tarixli protokoldan görünür ki, Renault Megane markalı avtomobilin ön sol farasının şüşəsi çartlayaraq sınıb, ön kapot hissəsinin sol künc yəni faraya yaxın olan hissəsində batıq var və həmin hissədən kapot içəriyə batıb. Eyni zamanda avtomobilin ön alın şüşəsi sol aşağı hissədən çartlayıb, sol hissədə olan ön alın şüşəsi ilə sol yan qapının şüşəsinin arasında olan dayaq hissəsində xırda batıq var. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinəsinin 16 noyabr 2023-cü il tarixli 2/46129 nömrəli protokoluna əsasən müəyyən olunur ki, Təqsirləndirilən şəxs hadisə zamanı ayıq vəziyyətdə olmuşdur. İfadənin yerində yoxlanması haqqında 07 dekabr 2023-cü il tarixli protokoldan və əlavə edilmiş foto-şəkillərdən görünür ki, Təqsirləndirilən şəxs ifadəsinin hadisə yerində düzgünlüyü və dəqiqliyi yoxlanılmışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə ünvanlanmış tələbnaməyə 13 dekabr 2023-cü il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmasına dair məlumat yoxdur. Azərbacan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X10 X17 canlı şəxsin ekspertizası üzrə verdiyi 09 yanvar 2024-cü il tarixli, 32 nömrəli rəyində qeyd edilmişdir ki, 1957-ci il təvəllüdlü X4 məhkəmə-tibbi ekspertizasına və onun adına tərtib olunmuş tibbi sənəddə yazılanlara əsasən, iş haqqında qərarda olan məlumatları nəzərə alıb və ekspertiza qarşısında qoyulan suallara uyğun olaraq aşağıdakı nəticəyə gəlinir:
1. Vǝt. Q.C.Həmzəyevin bədənində aşkar olunmuş xəsarətlər - qapalı kəllə beyin travması və ağır dərəcəli beyin əzilməsi ilə müşayiət olunan sol gicgah sümüyünün sınığı, sol gicgah nahiyədə epidural hematoma, alın sümüyünün solda orbitaya keçən basılmış sınığı, sağ bazu sümüyünün qapalı sınığı bərk küt əşyanın (əşyaların) təsirindən onun tibbi yardım üçün "X16" PHŞ-nə müraciət etdiyi xx.xx.2023-cü il saat 21:09-dan bir qədər əvvəl əmələ gəlmişdirlər və dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərərvurmaya aiddirlər.
2. Vǝt. Q.C.Həmzəyevin bədənində aşkar olunmuş xəsarətlərin xarakterini və lokalizasiyalarını nəzərə alaraq demək olar ki, həmin xəsarətlər qərarda göstərilən tarixdə və şəraitdə, yəni xx.xx.2023-cü il tarixdə hərəkətdə olan minik avtomaşınının Q.C.Həmzəyevi vurması nəticəsində əmələ gələ bilərdilər.
3. Vǝt. Q.C.Həmzəyevin bədənində aşkar olunmuş xəsarətlər bədənin əl çatan nahiyələrində yerləşmələrinə baxmayaraq, həmin xəsarətlərin şəxsin özü tərəfindən yetirilmələri və eləcə də öz boyu hündürlüyündən yıxılaraq yerin bərk səthinə dəyməsi nəticəsində əmələ gələ bilmələri üçün xarakterik deyildir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Tibbi Ekspertiza və X10” X17 canlı şəxsin məhkəmə-tibbi ekspertizası üzrə verdiyi xx.xx.2024-cü il tarixli, KEŞ-314 saylı rəyindən görünür ki, 1957-ci il təvəllüdlü X4 adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə və məhkəmə-tibbi müayinəsinə əsaslanaraq, qərarda qarşıya qoyulan suallara uyğun ekspert komissiyası aşağıdakı nəticəyə gəlir:
1. Qüdrət Həmzəyevin adına tərtib edilmiş tibbi sənədlərdən göründüyü kimi, onun "Qapalı kəllə beyin travması. Baş beynin ağır dərəcəli əzilməsi. Sol temporal sümüyün sınığı. Beynin hər iki yarımkürəsində çoxsaylı kontuziya ocaqları. Sol temporal nahiyədə epidural hematoz. Sağ bazu sümüyünün sınığı" xəstəliklərindən əziyyət çəkdiyi müəyyən edildi. Qeyd olunan xəstəliklər uzun sürən xroniki gedişlidir.
2. Qüdrət Həmzəyevin məhkəmə-tibbi müayinəsi zamanı suallara cavab verə bilməməsini, yataq rejimində olmasını, burnunda nazoqastral zondun və boynunda traxeostomik borunun olduğunu nəzərə alaraq hal-hazırda onunla istintaq hərəkətlərinin aparılması məqsədə müvafiq sayılmır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının 16 aprel 2024-cü il tarixli, 8/929 nömrəli rəyindən görünür ki, Renault Megane markalı, 99SG619 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Ekspertiza xərclərinə dair bildirişdən görünür ki, 16 aprel 2024-cü il tarixli, 8/929 nömrəli məhkəmə yol-nəqliyyat hadisələri ekspertizası üzrə aparılmış tədqiqatın dəyəri 85 (səksən beş) manat təşkil etmişdir. 23 aprel 2024-cü il tarixli təqsirləndirilən şəxsin dindirilməsi protokolundan görünür ki, Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə məhkəmə iclasında verdiyi ifadəsinə uyğun ifadə verməklə məhkəmə istintaqı zamanı da ibtidai istintaq dövründə bildirdikləri xüsusatları bir daha təsdiq etmişdir. Təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi haqqında 23 aprel 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Sübutların qiymətləndirilməsi haqqında 24 aprel 2024-cü il tarixli qərardan görünür ki, Renault Megane markalı, 99SG619 dövlət qeydiyyat nişanlı avtomobilin maddi sübut qismində tanınması və saxlanılması üçün Təqsirləndirilən şəxs qaytarılması nəzərə alınmışdır. Məhkəməyə təqdim edilmiş ödəniş qəbzlərindən görünür ki, təqsirləndirilən şəxs tərəfindən xx.xx.2023-cü il tarixdə 200 manat, xx.xx.2023-cü il tarixdə 100 manat, xx.xx.2023-cü il tarixdə 200 manat, xx.xx.2023-cü il tarixdə 100 manat,xx.xx.2023-cü il tarixdə 100 manat, xx.xx.2023-cü il tarixdə 100 manat, xx.xx.2023-cü il tarixdə 500 manat, xx.xx.2024-cü il tarixdə 100 manat, xx.xx.2024-cü il tarixdə 1000 manat olmaqla, ümumilikdə 2500 manat pul vəsaiti H***** L***** M**** qızına məxsus bank kartına ödənilmişdir. xx.xx.2024-cü il tarixli “Qanuni nümayəndənin təyin edilməsi haqqında” qərarla X8 zərəçəkmiş şəxs- X3nun qanuni nümayəndəsi qismində tanınmışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(001)-397/2024 saylı qərarı ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-1-ci maddəsi ilə təqsiləndirilməsinə dair cinayət işi üzrə zərəçəkmiş şəxs X4 psixi vəziyyətini, habelə onun cinayət prosessual qaydada fəaliyyət qabiliyyətili olub-olmamasını müəyyən etmək üçün iş üzrə üçün komisyon məhkəmə-psixiatriya ekspertizası təyin olunaraq ekspert qarşısında X4 hazırda psixi vəziyyətinin necə olması, onda xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, əqli gerilik varmı, öz hərəkətlərinin mənasını anlaya və ya öz hərəkətlərini idarə edə bilirmi, hüquqlarını və vəzifələrini müstəqil həyata keçirmək qabiliyyətinə malikdirmi, onun fəaliyyət qabiliyyəti olmayan hesab olunması üçün əsaslar mövcuddurmu sualları qoyularaq ekspertizanın aparılması Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-X2 həvalə edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X17 ambulator məhkəmə psixiatrik ekspertizasının xx.xx.2024-cü il tarixli, 2915 saylı rəyindən görünür ki, hal-hazırda X1 ağır qapalı kəllə-beyin travmasının nəticəsində yaranmış demensiya (qazanılma ağıl zəifliyi) müəyyən edilir, bu xəstəliyin onda xx.xx.2023-cü il tarixdə baş vermiş yol qəza hadisəsi nəticəsində yaranmışdır, onun keçirmiş olduğu ağır qapalı kəllə-beyin travmasının nəticəsində yaranmış demansiya (qazanılma ağıl zəifliyi) ilə əlaqədar onun iştirakı ilə istintaq hərəkətlərinin yerinə yetirilməsini mümkün deyildir, hazırki psixi vəziyyətinə görə o, prosesual fəaliyyət qabiliyyətsizdir, həmçinin öz prosesual hüquqlarını şəxsən həyata keçirmək iqtidarında deyildir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(001)-397/2024 saylı qərarı ilə Təqsirləndirilən şəxs müdaiəçsisi Müdafiəçi vəsatəti təmin olunaraq X6 zərər çəkmiş şəxs X4 qanuni nümayəndəsi qismində iştirakına xitam verilmiş, Sabunçu Rayon İcra Hakimiyyətinin Qəyyumluq və himayəçilik orqanı zərərçəkmiş şəxs X4 qanuni nümayəndəsi qismində təyin edillərək qərarın surəti məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etmək üçün Sabunçu Rayon İcra Hakimiyyətinə təqdim edilmişdir. Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 5-18/2-2487/2024 saylı etibarnamədən görünür ki, Bakı şəhəri, Binəqədi Rayon Məhkəməsi tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə istintaqı aparılan cinayət işi üzrə fəaliyyət qabiliyyəti olmayan xx.xx.1957-ci il təvəllüdlü X4 öz hüquqlarını müstəqil həyata keçirmək imkanı olmadığından Sabunçu Rayon İcra Hakimiyyəti başçısı aparatının hüquq şöbəsinin məsləhətçisi, Qəyyumluq və Himayəçilik Komissiyasının üzvü Qanuni nümayəndə nümayəndə qismində iştirak etmək səlahiyyəti verilmişdir. Məhkəmə iclası zamanı Təqsirləndirilən şəxs hadisənin anının video-görüntüsünü əks etdirdiyini iddia etdiyi diskə baxış keçirilmiş, lakin həmin diskdə olan video-görüntülərin aydın olmadığı, mobil telefonla ekrandan görüntülərinin çəkildiyi və həmin görüntülərə əsasən iş üzrə hər hansı halın müəyyən edilməsinin mümkün olmadığı müəyyən edilmişdir. Məhkəmə təqsirləndirilən şəxsin məhkəmə iclasında verdiyi ifadəsini özünümüdafiə xarakterli verilmiş ifadə kimi qiymətləndirir. Belə ki, təqsirləndirilən şəxs məhkəmə iclasında hava şəraitinin qaranlıq olduğundan zərərçəkmiş şəxsi görmədiyini, anidən onun qabağına çıxmasını bildirmişdir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 50-ci maddəsinin 1-ci hissəsinin tələbinə əsasən sürücü hərəkətin intensivliyini, nəqliyyat vasitəsinin, yükün xüsusiyyətlərini və vəziyyətini, yol və meteoroloji şərati, xüsusən hərəkət istiqamətində görmə şəraitini nəzərə almaqla, nəqliyyat vasitəsini müəyyən olunmuş sürət məhdudiyyətindən çox olmayan sürətlə sürməlidir. Sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməlidir. İş üzrə təyin edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının 16 aprel 2024-cü il tarixli, 8/929 nömrəli rəyində də Təqsirləndirilən şəxs hadisənin qarşısını almağa texniki imkanı olduğu və onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olduğu müəyyən edilmişdir. Qeyd edilənlərə əsasən də məhkəmə təqsirləndirilən şəxsin ifadəsini işin faktiki hallarına uyğun olmayan ifadə kimi qiymətləndirməklə mötəbər sübut kimi qəbul etmir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən ifadələr, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsinə əsasən Avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmasına səbəb olduqda – üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.1-ci maddəsinə əsasən ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəzanın məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-ci maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 15 noyabr 2013-cü il tarixli 5 nömrəli qərarının 21-ci bəndində məhkəmələrə tövsiyyə edilmişdir ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilib-ödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yolnəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərər çəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs zərəçəkmiş şəxsin sağlamlığına vurulmuş ziyana görə qismən, yəni 2500 manat ödəniş etməsini (CM-59.1.14) onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, o cümlədən ağırlaşdıran halların müəyyən edilmədiyini, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalı, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan əsas cəza növlərindən azadlıqdan məhrum etmə cəzası və əlavə cəza olaraq nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzası təyin edilməli, təyin ediləcək əsas cəzasını məntəqə tipli müəssisədə çəkməli (CM- 56.1.1) və cəzaçəkmə müddətinin başlanğıcı onun cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı tarixdən hesablanmalı, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməli (CPM-198.1.), maddi sübut kimi tanınmış “Renault Megane” markalı, 99SG619 dövlət qeydiyyat nişanlı avtomobilin qanuni sahibilərinə qaytarılması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin: 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərdiyi cəmi 65 (altmış beş) saat hüquqi yardıma Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 390 (üç yüz doxsan) manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə
h ö k m e t d i:
Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 02 (iki) il, 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin başlanğıcı onun cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qismində qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış “Renault Megane” markalı, **-SG-*** dövlət qeydiyyat nişanlı avtomobilin Təqsirləndirilən şəxs qaytarılması nəzərə alınsın. Aparılmış ekspertiza tədqiqatının dəyəri olaraq 85 (səksən beş) manat pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. Təqsirləndirilən şəxs göstərdiyi hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili X11 Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 390 (üç yüz doxsan) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan edildiyi və ya alındığı gündən 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.
Sədrlik edən: Zamiq Bağırov