Məhkəmə qərarları › İş №1(001)-398/2020

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-398/2020

23.11.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-398/2020 23.11.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ağayev Elçin Zəkəriyə oğlunun sədrliyi, Əhmədova Aynur Əvəz qızının katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri X1, Müdafiəçi – Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxxx 1973-cü ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilmiş, ünvan 1 ünvanda qeydiyyatda olmaqla yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda ƏN-in PX-in Bakı İT-da saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx xxxx 2020-ci il tarixdə saat 20 radələrində Bakı şəhəri Nəsimi rayonu “Papanin” adlanan yerdə naməlum mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 02 ədəd üzərində “F/M40” yazısı həkk olunmuş, boz rəngli, tərkibində təsiredici maddəsinin ümumi miqdarı 0,08 qram təşkil edən narkotik vasitə metadon tabletlərini əldə edib üzərində saxlamaqla daşımış, xx xxxx 2020ci il tarixdə saat 16 radələrində Binəqədi RPİ-in 7-ci PB-in əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində ünvan 2 ünvanın qarşısında saxlanılıb ünvan 3 ünvanda yerləşən RPİ-in 7-ci PB-nə gətirilərək üzərinə keçirilən şəxsi axtarış və götürmə zamanı əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 02 ədəd üzərində “F/M40” yazısı həkk olunmuş, boz rəngli, tərkibində təsiredici maddəsinin ümumi miqdarı 0,08 qram təşkil edən narkotik vasitə metadon tabletləri aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarış və götürmə zamanı əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən həmçinin 01 ədəd şəffaf rəngli sellofan bükümdə, kustar üsulla hazırlanmış, təmiz çəkisi 0.046 qram olan narkotik vasitə heroin və 01 ədəd şəffaf rəngli sellofan bükümdə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış təmiz çəkisi 2,933 qram olan narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülsə də, həmin narkotik vasitələrin miqdarı şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət etmir. Bu səbəbdən ittiham hökmünün təsviri hissəsində törədilmiş cinayət əməllərinin sırasında təsvir edilməmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə ona elan olunmuş ittihamda özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, bədənində ağrılar olduğu üçün narkotik vasitə olan heroindən, təsiredici maddə metadondan və marixuanadan istifadə etmişdir. O, narkotik maddələri alıb özündə saxlamış və bir neçə gün ərzində özü istifadə etmişdir. xx xxxx 2020-ci il tarixdə təxminən saat 20 radələrində Bakı şəhəri Nəsimi rayonu ərazisində yerləşən “Papanin” adlanan əraziyə getmiş və orada üzdən tanıdığı adını bilmədiyi şəxsə yaxınlaşıb, narkotik maddələr almaq istədiyini bildirmişdir. Həmin şəxs hazırda üzərində narkotik vasitə olan heroin, metadon həbləri və marixuana olduğunu bildirmişdir. Həmin vaxt o, 20 manat pul verməklə heroini, 60 manat pul verməklə marixuananı və 40 manat pul verməklə, təsiredici maddə olan metadonu alıb üzərində saxlamışdır. Həmin şəxsə ümumilikdə 120 manat pul verməklə həmin maddələri öz şəxsi istifadəsi üçün almışdır. xx xxxx 2020-ci il tarixdə saat 16:00 radələrində ünvan 4 ünvanda yerləşən yeni tikilmiş yaşayış binasının qarşısından keçdiyi vaxt iki nəfər polis geyimində olan şəxslər ona yaxınlaşaraq, özlərini təqdim edib polis əməkdaşları olduqlarını bildirmişlər. Həmin şəxslər öncə ondan anket məlumatlarını soruşduqdan sonra, o, polis əməkdaşlarına adının Ülvi, soyadının isə Cəfərov olduğunu bildirdikdə, polis əməkdaşları ona, onlarla birlikdə Binəqədi RPİ-in 7-ci PB-nə getməyini və polis bölməsində onun üzərinə axtarış keçirəcəklərini bildirmişlər. Buna etiraz etməmiş və polis əməkdaşları ilə birlikdə Binəqədi RPİ-in 7-ci PB-in inzibati binasına getmişdir. Polis bölməsinin inzibati binasında olan xidməti otaqlardan birində ona hüquq və vəzifələri izah olunmuşdur. Bundan sonra hüquqlarının müdafiə olunması üçün polis bölməsinə müdafiəçi dəvət olunmuşdur. Daha sonra polis əməkdaşları ona üzərində qanunla qadağan olunmuş hər hansı bir əşyanın olub-olmamasını, olduğu halda könüllü təqdim etməyi təklif etmişlər. O da əynində olan göy rəngli cins şalvarının sol yan cibindən bir ədəd elektron tərəzini, bir ədəd yaşadığı mənzilin açarını, şalvarının sağ yan cibindən bir ədəd şəffaf sellofana bükülmüş heroini, iki ədəd üzərində “F/M40” yazısı olan metadon həblərini və bir ədəd şəffaf sellofana bükülmüş marixuananı çıxarıb təqdim etmişdir. Bundan sonra əynində olan şalvarının sol arxa cibindən siqaretləri qoymaq üçün nəzərdə tutulan plastik qutunu, bir ədəd qırmızı rəngli alışqanı, sağ arxa cibindən isə içərisində 132 (yüz otuz iki) manat pul, əlavə kənarı çırılmış vəziyyətdə olan 50 (əlli) manatlıq, bir ədəd 1 ABŞ dolları, bir ədəd 2 ABŞ dolları, 5 lari Gürcüstan pulu, “Bank of Baku”ya məxsus plastik kart, “Bolkart”, 3 ədəd fotoşəkil, özünə məxsus şəxsiyyət vəsiqəsi, 1-ci qrup əlil olması ilə bağlı vəsiqəsi, bir ədəd “Slar” marketə məxsus bonus kartı və bir ədəd Bakukart aid olan pul kisəsini çıxarıb təqdim etmişdir. Eyni zamanda özünə məxsus “Samsung” markalı mobil telefonu da təqdim etmişdir. Həmin narkotik maddələr polis əməkdaşları tərəfindən ayrı-ayrılıqda açılaraq baxılmış və həmin maddələr möhürlənmiş zərflərə qoyulmuşdur. Bu barədə protokol tərtib olunmuş, ucadan oxunmuş və doğruluğu onun və iştirakçılar tərəfindən imzalanmışdır. Sorğu zamanı o, həmin narkotik maddələri “Papanin” adlanan yaşayış ərazisindən öz şəxsi istifadəsi üçün alaraq bədənində ağrılar olduğu zaman istifadə etmək məqsədi ilə üzərində saxladığını bildirmişdir. Həmin vaxt onun üzərində pulu olduğu üçün həmin şəxsin üzərində olan maddələrin hamısını almışdır. O, heç bir vaxt narkotik maddələrin satışı ilə məşğul olmamışdır. Üzərində aşkar edilmiş elektron tərəzi isə narkotik vasitə alan zaman aldadılmaması üçün ona lazım olmuşdur. Əməlindən peşmandır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, xx.xx.2020-ci il tarixdə Təqsirləndirilən şəxs narkotik vasitələri qanunsuz qəbul etməsi və üzərində saxlaması barədə daxil olmuş əməliyyat məlumatını yoxlamaq məqsədilə onun tərəfindən əməliyyat tədbirlərinin keçirilməsi barədə qərar qəbul olunmuşdur. Buna görə də ondan və Binəqədi RPİ-in 7-ci PB-in əməliyyat müvəkkili Şahid2 ibarət əməliyyat qrupu təşkil olunmuşdur. Bundan sonra o və Elnur birlikdə məlumat əsasında saat 16 radələrində ünvan 5 ünvanın qarşısına getmişlər. Həmin vaxt onlar xarici görkəm əlamətinə görə Ülvinin əlamətləri ilə üst-üstə düşən bir nəfər şəxsin orada olmasını və özünü şübhəli apardığını görüb, həmin şəxsə yaxınlaşıb xidməti vəsiqələrini göstərib özlərini təqdim etmişlər və həmin şəxsdən də özünü təqdim etməsini xahiş etmişlər. Həmin şəxs də, özünü Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. Onlar Ülviyə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib Ülvini saxlamışlar. Təqsirləndirilən şəxs Binəqədi RPİ-in 7-ci PB-nə dəvət etmişlər. Ülvi də buna etiraz etmədikdən sonra Ülvini PBnə apararaq barəsində araşdırma aparılması üçün təhqiqatçıya təhvil vermişlər. Bundan sonra onların iştirakı ilə videoçəkilişlə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməyə başlanmışdır. Şəxsi axtarış keçirməmişdən əvvəl Ülviyə üzərində qeyri qanuni maddə və ya əşya varsa çıxarıb təqdim etməsini təklif edilmişdir. Ülvi də, əynində olan göy rəngli cins şalvarın sol yan cibindən 01 ədəd elektron tərəzini, həmin şalvarın sağ yan cibindən 01 ədəd şəffaf sellofana bükülmöş içərisində tünd qəhvəyi rəngli spesifik iyə məxsus maddəni, 02 ədəd üzərindən “M/F40" yazısı olan həbləri, 01 ədəd şəffaf sellofana bükülmüş spesifik iyə malik qurumuş bitki kütləsi olan bükümü çıxarıb masanın üzərinə qoymuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin şəffaf sellofanlardan birinin içərisində olan maddənin narkotik vasitə olan heroin, digər şəffaf sellofanın içərisində olan maddənin narkotik vasitə olan marixuana, 02 ədəd üzərində “M/F40” yazısı olan həblərin tərkibində narkotik vasitələr olan metadon həbləri olduğunu bildirmişdir. Həmçinin Təqsirləndirilən şəxs həmin maddələri xx.xx.2020-ci il tarixdə saat 20 radələrində Papanin adlı yerdə tanımadığı şəxsdən 01 ədəd şəffaf sellofan bükümdə olan heroini 20 manata, 01 ədəd şəffaf sellofan bükümdə olan marixuananı 60 manata, 02 ədəd metadon həblərini 40 manata şəxsi istifadəsi üçün alaraq üzərində saxladığını, 01 ədəd elektron tərəzini narkotik vasitəni qəbul edən zaman narkotik vasitənin miqdarını tənzimləmək üçün üzərində gəzdirdiyini bildirmişdir. Sonra Ülvinin üzərinə şəxsi axtarış keçirilmiş və axtarış zamanı Ülvinin üzərindən başqa heç bir qanunsuz maddə və ya əşya aşkar olunmamışdır. Bundan sonra axtarış iştirakçılarının iştirakı ilə Ülvinin üzərindən aşkar olunmuş kütlə qablaşdırılmış, möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Bu barədə protokol tərtib olunmuş, iştirakçılara ucadan oxunmuş, iştirakçılar və Ülvi tərəfindən həmin protokolun doğruluğu imzalarla təsdiq edilmişdir. Şahid qismində dindirilmiş Şahid2 Şahid1 ifadəsinəuyğunifadəvermişdir. Cinayət işinin materiallarında olan cinayət işi başlanması barədə xx xxxx 2020-ci il tarixli qərardan görünür ki, faktla bağlı Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə cinayət işi başlanılıb icraata qəbul edilmişdir (cild 1, i.v 1). Cinayət işinin materiallarında olan şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx xxxx 2020-ci il tarixdə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (cild 1, i.v 23). Cinayət işinin materiallarında olan şəxsin üzərinə baxış keçirilməsi haqqında xx.xx.2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx xxxx 2020-ci il tarixdə saat 16 radələrində Binəqədi RPİ-in 7-ci PB-in əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində ünvan 2 ünvanın qarşısında saxlanılıb ünvan 3 ünvanda yerləşən RPİ-in 7-ci PB-nə gətirilərək üzərinə keçirilən şəxsi axtarış və götürmə zamanı əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 02 ədəd üzərində “F/M40” yazısı həkk olunmuş, boz rəngli, narkotik vasitə metadon tabletləri, 01 ədəd şəffaf rəngli sellofan bükümdə narkotik vasitə heroin və 01 ədəd şəffaf rəngli sellofan bükümdə narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür (cild 1, i.v 32-33). Cinayət işinin materiallarında olan məhkəmə kimyəvi ekspertizasının xx xxxx 2020ci il tarixli, 6/978 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs götürülmüş və tədqiqata təqdim edilmiş üzərində “...Təqsirləndirilən şəxs..,“ və s. yazılar olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 0.046 qram qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir, üzərində “Methadone 40” yazısı olan 01 ədəd blister kəsiyindəkı 02 ədəd bozumtul rəngli, səthlərində “F/M40” yazısı həkk olunmuş tabletlərin tərkibində 0.08 qram təsiredici maddə metadondur (cild 1, i.v 44-46). Cinayət işinin materiallarında olan məhkəmə kimyəvi ekspertizasının xx xxxx 2020-ci il tarixli, 7/285 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs götürülmüş və tədqiqata təqdim edilmiş bir ədəd şəffaf sellofan bükülüdə təmiz çəkisi 2,933 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır (cild 1, i.v 49-50). Cinayət işinin materiallarında olan xx xxxx 2020-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə ittiham elan edilmişdir (cild 1, i.v 67-68). Cinayət işinin materiallarında olan qətimkan tədbiri seçilməsi barədə xx xxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir (cild 1, i.v 85-88). Cinayət işinin materiallarında olan maddi sübut kimi tanıma haqqında xx xxxx 2020ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs götürülmüş 01 ədəd bükümdə ilkin çəkisi 0,046 qram olmuş narkotik vasitə olan heroin, 01 ədəd bükümdə ilkin çəkisi 2,933 qram olmuş narkotik vasitə qurudulmuş marixuana, ümumi sayı 02 ədəd olmuş metadon tabletləri və 01 ədəd elektron tərəzi maddi sübut kimi tanınmış və qalıq qalmış 0,006 qram çəkidə narkotik vasitə olan heroin, qalıq qalmış 2,913 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana, 01 ədəd metadon tableti, 01 ədəd elektron tərəzi saxlanılması üçün Binəqədi RPİ-in Növbətçi Hissəsinə təhvil verilmiş, bir ədəd DVD disk cinayət işinin materiallarına əlavə edilmişdir (cild 1, i.v 93-94). Cinayət işinin materiallarında olan məhkəmə-narkoloji ekspertizanın xx.xx.2020-ci il tarixli 1719 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs Tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən Narkomaniya xəstəliyi aşkar olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2006-cı il tarixli 39 saylı Qərarı ilə təsdiq edilmiş məcburi müalicə tətbiq edilməyən narkomanlıq xəstəliyinə düçar olmuş şəxslərə məcburi müalicə qaydalarının 3.2-ci bəndinə uyğun olaraq Təqsirləndirilən şəxs birinci qrup əlil olması ilə əlaqədar olaraq ona narkomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün deyildir. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (cild 1,i.v.111-112). Cinayət işinin materiallarında olan Bakı şəhəri Binəqədi rayon məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin şərtlərini pozub məhkəmənin çağırışlarına üzürsüz səbəbdən təkrarən gəlmədiyi üçün barəsində axtarış elan edilmiş, başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilmişdir. Cinayət işinin materiallarında olan Bakı İstintaq Təcridxanasının xx xxxxxx 2020-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə tutularaq saxlanılması üçün xx.xx.2020-ci il tarixdə Bakı İstintaq Təcridxanasına təhvil verilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Bu mənada məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliliyi öz ifadəsi ilə yanaşı, şahidlərin ifadələri və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Ona düzgün olaraq Cinayət Məcəlləsinin 234.1-ci maddələri ilə ittiham irəli sürülmüşdür. Onun hərəkətlərinə münasibətdə əməlin cinayət olmasını aradan qaldıran hallar və əsaslar yoxdur. Odur ki, təqsiri tam sübuta yetirildiyinə görə cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bununla bağlı məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (CM-in 48-ci maddəsi, CM-in 53.4 və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2004-cü il və xx xxxx 2011-ci il tarixli qərarları) Məhkəmə Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işinin materiallarında olan xx.xx.2020-ci il tarixli Tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər analoji cinayətə görə iki dəfə məhkum edilmiş, məhkumluğu ödənilmişdir (cild 1, i.v 103-105). Cinayət işinin materiallarında olan AZ-İ № 731410 saylı və AZ-İİ № 142715 saylı doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2006-cı il təvəllüdlü Zəhra və xx.xx.2008-ci il tarixli Cəfər adlı uşaqları var. Cinayət işinin materiallarında olan 063176 saylı vəsiqənin surətindən görünür ki, Təqsirləndirilən şəxs birinci qrup müddətsiz əlildir. Məhkəmə Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağın olmasını, həmin Məcəllənin 59.2-ci maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs əlilliyini cəzasını yüngülləşdirən hallar kimi müəyyən edir. Məhkəmə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən etmir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş narkotik vasitənin növü və çəkisi nəzərə alınaraq ona təqsirli bilindiyi CM-in 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, təyin ediləcək cəza Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş az ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün müəyyən edilmiş ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməli, onun ibtidai istintaq zamanı 2 (iki) gün həbsdə saxlandığı müddət cəza müddətinə hesablanmalı, cəzaçəkmə müddətinin əvvəli xx xxxxxx 2020-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanmalıdır. Məhkəmə, məhkəmə narkoloji ekspertizanın xx.xx.2020-ci il tarixli 1719 nömrəli rəyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası CPM-in 132.1-ci maddəsinə görə maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən aşağıdakı qaydalara riayət etməlidir:..132.1.1. şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; 132.1.6. maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Qanunun təsvir edilmiş tələblərinə əsasən məhkəmə hesab edir ki, maddi sübut kimi tanınmış qalıq çəkisi 0,006 qram çəkidə narkotik vasitə olan heroin, qalıq çəkisi 2,913 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana, qalıq miqdarı 01 ədəd metadon tableti məhv edilməli, 01 ədəd elektron tərəzi dövlət nəfinə müsadirə edilməli, şəxsi axtarış və götürmənin əks olunduğu bir ədəd DVD disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-in 197.1-ci maddəsinə görə məhkəmə məsrəfləri aşağıdakılardan ibarətdir:..197.1.4. mütəxəssisə, ekspertə ödənilməli haqlar və tərcüməçiyə ödəniş haqqı kimi verilməli olan məbləğ... Həmin Məcəllənin 198.1-ci maddəsinə görə Bu Məcəllənin 197.1.1, 197.1.2, 197.1.4, 197.1.5-1, 197.1.6-197.1.9-cu maddələrində sadalanan məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər. Qanunun təsvir edilmiş tələblərinə əsasən məhkəmə hesab edir ki, 181 (yüz səksən bir) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Həmçinin qeyd edilməlidir ki, Müdafiəçi cinayət işi üzrə Təqsirləndirilən şəxs cəmi 30 (otuz) saat müddətində hüquqi yardım göstərmiş, o cümlədən məhkəmədə iclaslarda iştirak etmiş, cinayət işinin materialları ilə tanış olmuş və digər hərəkətlərdə onun hüquqlarını müdafiə etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 192.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2001-ci il tarixli 31 nömrəli Qərarına əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat məbləğində müəyyən edilmişdir. Yuxarıdakılara əsasən və Azrbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinib 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 2 (iki) gün həbsdə saxlandığı müddət cəza müddətinə hesablanaraq üzərində qəti olaraq 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli xx xxxxxx 2020-ci il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Maddi sübutlar – Binəqədi RPİ-də saxlanılan 0,006 qram (qalıq çəkisi) narkotik vasitə heroin, 2,913 qram (qalıq çəkisi) narkotik vasitə qurudulmuş marixuana, 01 ədəd metadon (qalıq miqdarı) tableti məhv edilsin, bir ədəd elektron tərəzi dövlət nəfinə müsadirə edilsin. Bir ədəd DVD disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində cinayət işinin materiallarında saxlanılsın. Aparılmış ekspertiza tədqiqatlarının dəyəri olan 181 (yüz səksən bir) manatTəqsirləndirilən şəxs tutulub Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (AZ.MEM, VÖİN **********, Dövlət Xəzinədarlığı Agentliyi, KOD 210005, VÖEN********** Müxbir hesab AZ41NABZ ******************** SWİFT BİK CTREAAZ22) köçürülsün. Təqsirləndirilən şəxs göstərdiyi cəmi 30 (otuz) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı vəkil bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına xidmət haqqı – 180 (yüz səksən) manat ödənilsin. Hökmdən elan olunduğu (təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən Elçin Ağayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar