Məhkəmə qərarları › İş №1(001)-399/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-399/2021

20.09.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-399/2021 20.09.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Sədrlik edən hakim Rzayev Abbas Əhəd oğlunun, Məhkəmə iclas katibi X6, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinn prokuroru, kiçik ədliyyə müşaviri X3, Müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının 11 saylı Vəkil Bürosunun vəkili X4, Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs, xx.xx.1992-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmamamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş, hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penetensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs oğlunun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci (təsviri-əsaslandırıcı hissədə CM) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhərində Binəqədi rayon məhkəməsinin binasında keçirilən açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə əldə edib daşıyaraq üzərində saxlamışdır. Belə ki, Təqsirləndirilən şəxs oğlu 29 aprel 2021-ci il tarixdə şəxsiyyəti istintaqa məlum olmayan şəxsdən 10 manata satış məqsədi olmadan, qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan heroini əldə edib daşımaqla saxladığına görə, 30 aprel 2021-ci il tarixdə tarixdə saat 09.00 radələrində ünvan 2 ünvanında saxlanılıb Binəqədi RPİ 7-ci PB-nə gətirilərək üzərinə baxış keçirilən zaman əynindəki göy rəngli gödəkçənin sol iç cibindən siqaret qutusunun içərisində saxladığı iki ədəd gümüşü rəngli siqaret kağızına bükülmüş halda ayrı-ayrılıqda təmiz çəkiləri 0,122 qram və 0,254 qram olan, ümumilikdə təmiz çəkisi 0,376 qram kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamin aşkar olunaraq götürülmüşdür. Məhkəmə iclasında ifadə verən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, o, əvvəllər məhkum olunmamışdır. Təxminən 1 ildir ki,psixotrop maddələrdən istifadə edir.30 aprel 2021-ci il tarixdə 09.00 radələrində Bakı şəhəri, Binəqədi rayonu 9-cu mikrorayon,Cavadxan küçəsi 3A saylı binanın qarşısında yol ilə gedən zaman 2 nəfər mülki geyimdə olan polis əməkdaşı ona yaxınlaşaraq özlərini təqdim etmişlər və üzərində narkotik vasitə olmasından şübhə edildiyi üçün üzərinə şəxsi axtarış aparılması məqsədi ilə onu Binəqədi RPİ-nin 7-ci PB-yə dəvət etmişlər.Bundan sonra onun razılığı ilə Binəqədi RPİ-nin 7-ci PB-yə aparılmış və orada ona öz razılığı ilə müdafiəçinin iştirakı olmadan hüquq və vəzifləri izah edilərək video çəkiliş vasitəsilə üzərinə baxış keçirilmişdir.Şəxsi axtarış zamanı üzərində olan geyimində qeyri-qanuni əşyanın olub-olmadığı soruşulduqda o, əynində olan göy rəngli gödəkçəsinin sol içəri döş cibindən «Pallmall» markalı siqaret qutusunun işərisində iki ədəd gümüşü rəngli siqaret kağızına bükülmüş bükülünü çıxararaq masanın üzərinə qoymuşdur.Bundan sonra ona üzərində başqa hər hansı bir əşyanın olub-olmaması sual edildikdə, o, üzərində başqa hər hansı bir əşya olmadığını bildirmişdir.Sonra ondan şalvarının ciblərini açmağı tələb olunduqda, o, əynindəki şalvarının ciblərini açmışdır.Onun şalvarının ciblərindən hər hansı qanunla qadağan olunmuş əşya aşkar olunmamışdır.Ayağında olan qara rəngli ayaqqabısının çıxarılaraq içərisinə baxılmış, ayaqqabının içərisindən hər hansı bir əşya aşkar olunmamışdır.Sonra onun iştirakı ilə həmin iki ədəd gümüşü rəngli siqaret kağızında olan büküm açılmış və həmin bükülülərdən birinin içərisində ağ rəngli kristalla bənzər maddə aşkar olunmuşdur.Digər gümüşü rəngli siqaret kağızının içində 1 ədəd şəffaf sellofan büküm olması aşkar olunmuşdur.Həmin sellofan da açıldıqda içərisində olan ağ rəngli kristala bənzər maddə aşkar olunmuşdur.Sorğu zamanı o, hər iki bükülünün içərisindəki ağ rəngli kristal maddələrin psixotrop maddə olan “Şüşə” olmasını, həmin bükümlərdəki psixotrop maddəni 29.04.2021-ci il tarixdə axşam saatlarında Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev metrostanisiyasının yaxınlığında yerləşən «Sevinc» kinoteatrının qarşısında tanımadığı şəxsdən öz istifadəsi üçün 10 manata almasını bildirmişdir.O, özü də təxminən bir ildir ki, psixotrop maddələri qəbul etmişdir. Üzərində olan psixotrop maddələri öz istifadəsi üçün üzərində gəzdirmişdir. Psixotrop maddələri əldə etdiyi şəxsi o, əvvəllər tanımamış, ilk dəfədir ki, həmin şəxsdən psixotrop maddə almış,psixotrop maddəni aldığı şəxsi görsə də tanımayacağını bildirmişdir.Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs təqsirini etiraf etməsini, əməlindən səmimi peşman olmasını, ilk dəfə cinayət törətməsini, gənc olmasını nəzərə alaraq məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində ifadə verən Məhkəmə iclasında şahid qismində ifadə verən Bakı şəhəri, Binəqədi RPİ-nin 5-ci PB-nin CA üzrə əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 Əmir oğlu bildirmişdir ki, o, hal hazırda Binəqədi RPİ-nin 5-ci PBnin CA üzrə əməliyyat müvəkkili vəzifəsində çalışır.Belə ki, Təqsirləndirilən şəxs adlı şəxsin psixotrop maddələrin qəbulu ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur.Keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs zahiri əlamətləri və tez-tez harada olduğu müəyyən edilmiş, sonuncunun cinayət başında yaxalanmasıüçün PB-nin rəisinə məruzə olunmuşdur.Belə ki, əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair onun tərəfindən qəbul olunmuş qərar bölmə rəisi tərəfindən təsdiq olunmuşdur.İş yoldaşı əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 oğlu ilə birlikdə 30 aprel 2021-ci il tarixdə təxminən saat 09.00 radələrində keçirilmiş əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs Bakı şəhəri, Binəqədi rayonu,Cavadxan küçəsi, 3 a saylı binanın qarşısında olduğunu müşahidə etmişlər.Həmin şəxsə yaxınlaşıb polis vəsiqəsi göstərərək özlərini təqdim edərək həmin şəxsdən də özünü təqdim etməsini və onlarla birlikdə polis bölməsinə getməyinin vacibliyini izah etmişlər.Özünü Təqsirləndirilən şəxs kimi təqdim edən şəxs saxlanılmasının səbəbini anladığını bildirmiş və onlarla birlikdə Binəqədi RPİ 7-ci PB-nə getməyinin lazım olduğunu bildirmişlər.Təqsirləndirilən şəxs etiraz etməyərək onlarla birlikdə polis bölməsnə getmişdir.Polis bölməsinin rəisinə bu bərədə məlumat verildikdən sonra təhqiqatçı tərəfindən cinayət təqibi üzrə müvafiq prosessual hərəkətlər həyata keçirilmişdir.Belə ki, PB-nin inzibati binasındakı otaqların birində vətəndaş Təqsirləndirilən şəxs üzərində hər hansı qanunsuz əşya olduğu təqdirdə həmin əşyaları təqdim etməsi təklif olunduqda, vətəndaş Təqsirləndirilən şəxs əynində olan göy rəngli gödəkçəsinin sol icəri tərəfdən olan döş cibindən “PALL MALL”markalı siqaret qutusunun icərisində 2 ədəd gümüşü siqaret kağızına bükülmüş, içərisində ağ rəngli kristall şəkilli maddə olan və özünün deməsinə görə “Şüşə” adlanan psixotrop maddələri çıxararaq masanın üzərinə qoymuşdur.Vətəndaş Təqsirləndirilən şəxs üzərində başqa hər hansı əşya olubolmamasını soruşulduqda, sonuncu üzərində başqa heç bir əşya olmadığını qeyd etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan paltarının ciblərini açması tələb olunduqda, sonuncunun ciblərindən hər hansı qanunla qadağan olunmuş əşya aşkar olunmamışdır.Təqsirləndirilən şəxs ayağında olan qara rəngli ayaqqabısı çıxarılaraq içərisinə baxılmış, ayaqqabının içərisindən də hər hansı bir əşya aşkar olunmamışdır.Təqsirləndirilən şəxs üst-başını səliqəyə salması deyilmiş və sonra isə üzərindən aşkar olunan bükümün açılması təklif olunduqda, Təqsirləndirilən şəxs üzərindən aşkar olunan həmin iki ədəd gümüşü siqaret kağızında olan bükümlər açılan zaman bükümün birinin içərisində bir ədəd şəffaf sellofan büküm olması, digərinin isə içində ağ rəngli kristal maddə olması müəyyən edilmişdir.Sellofan bükülü açılanda içərisində ağ rəngli kristal maddə müəyyən edilmişdir.Təqsirləndirilən şəxs həmin iki ədəd gümüşü siqaret kağızının içərisində ağ rəngli kristala bənzəyən maddənin “Şüşə” adlı psixotrop maddə olmasını bildirmiş və həmin psixotrop maddələri 29.04.2021-ci il tarixdə saat 20:00 radələrində Bakı şəhəri, Nizami rayonu, «Qara Qarayev» metrostansiyasının yaxınlığındakı «Sevinc» kinoteatırının yanında, şəxsi istifadəsi üçün tanımadığı şəxsdən 10 manata almasını bildirmişdir. Bundan sonra həmin bükülülərin içərisində olan psixotrop maddəyə bənzər maddələrin çəkisini müəyyən etmək məqsədi ilə ekspertiza tədqiqatına göndərilməsi üçün zərfə qoyularaq qablaşdırılacağı və üzəri möhürlənərək götürüləcəyi bildirilmiş, əvvəlcə zərfin içərisi iştirakçılara göstərilmiş və həmin zərfin içərisinin boş olduğu müəyyən edilmişdir.Bundan sonra içərisində narkotik vasitəyə bənzər maddə olan ağ rəngli kağız büküm zərfə qoyularaq zərfin üzəri möhürlənmiş və hər bir iştirakçı tərəfindən həmin zərflərin üzəri imzalanmışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş həmin psixotrop maddədən istifadə etməyə macal tapmadığını bildirmiş və psixotrop maddəni əldə etdiyi şəxsi tanımadığını, hər hansı anket məlumatlarını bilmədiyini, ilk dəfədir ki, həmin şəxsdən psixotrop maddə almasını qeyd etmişdir. Məhkəmə iclasında ifadəsi elan olunmuş şahid Bakı şəhəri, Binəqədi RPİ-nin 5-ci PBnin CA üzrə əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 istinataq zamanı verdiyi ifadəsində şahid qismində ifadə vermiş Şahid2 ifadəsinə uyğun ifadə vermiş və onun göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə-kimyəvi ekspertizasının 30.04.2021-ci il tarixli, 6/1739 saylı rəyinə əsasən müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş, üzərində “.....Abbasov.....” sözləri olan zərfdəki iki bükümdə təmiz çəkiləri -0,122 qram, ümumi təmiz çəkisi 0,376 qram olan ağ rəngli kristallik hissəciklərdən kustar üsulla hazırlanmış eyni tərkibli psixotrop maddə metamfetamindir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji X8 Şəxsin Ambulator məcburi-narkoloji yoxlamanın 24.05.2021-ci il tarixli, 1569 nömrəli rəyinə əsasən müəyyən edilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs psixotrop maddə olan metamfetamindən sui-istifadə etməsi ilə nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur.Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır.Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür.Lakin hal-hazırda abstinensiya intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyac yoxdur. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Göründüyü kimi, Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini təqsirli olaraq törətməsi məhkəmə iclasında tədqiq olunmuş sübutlar məcmusu ilə tam sübuta yetirilmişdir. Bu isə onu göstərir ki, ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Təqsirləndirilən şəxs əməli CM-nin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Odur ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs təqsirini etiraf etməsini, əməlindən peşman olmasını, ilk dəfə az ağır cinayət törətməsini, gənc olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır.Belə ki, CM-nin 59.2-ci maddəsinə əsasən cəza təyin edərkən bu Məcəllənin 59.1.1- 59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs əməlində CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, CM-nin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halların məcmusunu və ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, təqsirləndirilən şəxsə məhz hansı növ cəzanın təyin olunmasını müzakirə edərək CM-nin 234.1-ci maddəsinin sanksiyasına uyğun olaraq azadlığın məhdudlaşdırılması cəzası təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Belə ki, iş materiallarından görünür ki, təqsirləndirilən şəxs ilk dəfə az ağır cinayət törətməyə görə məhkum olunur, təqsirini etiraf edir, əməlindən peşmandır, gəncdir, əməlində cəzanı ağırlaşdıran hallar ümumiyyətlə yoxdur.Məlum olduğu kimi Azərbaycan Respublikasında cəza siyasətinin hümanistləşdirilməsi məqsədilə aparılan islahatlar çərçivəsində 20 oktyabr 2017-ci il tarixli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə bir sıra dəyişikliklərin edilməsi barədə qanuna əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasına cəza növü olaraq bir ildən üç ilədək müddətə azıdlığın məhdudlaşdırılması cəzası əlavə edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin «Məhkəmə hökmü haqqında» 27 dekabr 1996-cı il tarixli 4 nömrəli qərarında göstərilmişdir ki, cinayət qanunun sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı, başqa daha yüngül cəza tədbiri tətbiq etmənin mümkünlyünü nəzərdə tutursa, məhkəmə hökmündə nə üçün müttəhimə məhz azadlıqdan məhrum etmə cəzasının tətbiq olunmasının əsasları göstərilməlidir. Eyni mövqe, Azərbaycan Respublikası Ali Məhkəməsinin «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında da təsbit olunmuşdur.Belə ki, həmin qərarın 2-ci bəndində göstərilmişdir ki, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır.Belə ki, məhz həmin qərarda göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır.Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir.Baxılan cinayət işi üzrə isə məhkəmə cəzanı yüngülləşdirən halların məcmusunu və heç bir cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq məhz təqsirləndirilən şəxsə azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədə uyğun hesab etmişdir. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 30 aprel 2021-ci il tarixdən 01 may 2021-ci il tarixədək, həbsdə olduğu 01 (bir) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesablanmaqla təyin edilmiş cəzadan çıxılmalı və Təqsirləndirilən şəxs qəti olaraq azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir.Belə ki, iş materiallarında olan Binəqədi RPİ-nin 7-ci PB-nin təhqiqatçısı, polis baş leytenantı Abdurəhmanov Elgün Atakişi oğlunun 30.04.2021-ci il tarixli qərarına əsasən məlum olur ki, Təqsirləndirilən şəxs 30.04.2021-ci il tarixdə tutulmuşdur. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını – hal-hazırda ünvan 1 ünvanda yerləşən mənzildə çəkməlidir. Təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasının əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməlidir. Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 24.00-dan saat 06.00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, cəza çəkdiyi müddətdə Bakı şəhərinin inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqanına məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanına iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi tapşırılmalıdır. Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək Bakı şəhər Nizami rayon icra və probasiya şöbəsinə həvalə edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək qüvvədə saxlanılmalıdır. Təqsirləndirilən şəxs qeydiyyatda olduğu yerin narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut olan və Binəqədi RPİ-də saxlanılan narkotik vasitə olan 0,276 qram metamfetamin qalığı məhv edilməlidir. İş üzrə maddi sübut - 01 ədəd «DVD» farmatlı disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 81.82 manat (səksən bir manat səksən iki qəpik) Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 318.1, 344- 349, 351-353 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs oğlunun 30 aprel 2021-ci il tarixdən – 20 sentyabr 2021-ci il tarixədək, həbsdə olduğu 4 (dörd) ay 20 (iyirmi) gün müddət CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə 1(bir) günə 2 (iki) gün olmaqla təyin edilmiş cəzadan çıxılsın və Təqsirləndirilən şəxs qəti olaraq 2 (iki) il 2 (iki) ay 20 (iyirmi) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin və o, məhkəmə iclas zalından azad edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını yaşadığı – ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evində çəksin. Təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasının əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 24.00-dan saat 06.00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, cəza çəkdiyi müddətdə Bakı şəhərinin inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqanına məlumat erməklə cəzanın icrasına nəzarət edən orqanına iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi tapşırılsın. Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək Bakı şəhər Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs oğlu barəsində hökm qanuni qüvvəsini alanadək “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilsin. Təqsirləndirilən şəxs qeydiyyatda olduğu yerin narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Binəqədi RPİ-də saxlanılan narkotik vasitə olan metamfetaminin 0, 276 qram olan qalığı məhv edilsin. İş üzrə maddi sübut - 01 ədəd təqsirləndirilən şəxsin üzərinə baxış keçirilməsinə dair görüntüləri özündə əks etdirən DVD farmatlı disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 81.82 (səksən bir manat səksən iki qəpik) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına _VÖEN **********, X5 VÖEN ********** kod 210005 m/h AZ 41 NABZO**********0003944 SWİFT. Bik CTREAZ 22 hesabına ödənilsin. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Hakim Abbas Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar