Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-399/2023 17.10.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Tağıyev Vüsal Adıgözəl oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Mirzəyev Anar Əkrəm oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçilər Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi1, Müdafiəçi2, Təqsirləndirilən şəxs2 qanuni nümayəndəsi X1, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 iştirakları ilə,
1. 06.04.2004-cü il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Füzuli rayonu, Pirəhmədli kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş,
Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair,
2. xx.xx.2006-cı il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, natamam-orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 2 ünvanında qeydiyyatda olmaqla, yaşamış, barəsində “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri seçilmiş, Bakı şəhəri Binəqədi RPİ-nin İstintaq şöbəsində istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan
Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra – CM) 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi:
1. Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən binaya qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talayıb oğurluq etmişdir. Belə ki, o, özgənin əmlakını tamah niyyəti ilə ələ keçirmə barədə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan razılaşmaqla əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında 19 yanvar 2023-cü il tarixində saat 00.53 dəqiqədə Bakı şəhəri, Binəqədi rayonu, İbrahimpaşa Dadaşov küçəsi, 91 saylı evin zirzəmisində yerləşən “My Brend” kişi və qadın geyimləri mağazasına girişdən sağda olan nəfəsliyin üstündə olan dəmir şiferləri kənara itələməklə yaranmış deşikdən qanunsuz daxil olaraq Zərərçəkmiş şəxs2 Seyfəddin oğluna məxsus qiyməti 35 (otuz beş) manat olan bir ədəd, üzərində “Dolce Gabbana”, made in İtaly yazları olan, göy rəngli cins şalvarı, qiyməti 35 (otuz beş) manat olan bir ədəd, üzərində “Dolce Gabbana”, made in İtaly yazları olan 34 ölçüdə tünd göy rəngli cins şalvarı, qiyməti 30 (otuz beş) manat olan bir ədəd, üzərində “Jeans” yazısı olan 34 ölçüdə açıq qara rəngli cins şalvarı, qiyməti 30 (otuz beş) manat olan bir ədəd, üzərində “Jeans” yazısı olan 34 ölçüdə qara rəngli cins şalvarı, hər birinin qiyməti 45 (qırx beş) manat olan iki ədəd, üzərində “Hermes” made in İtaly yazları olan qara rəngli velvet şalvarı, qiyməti 20 (iyirmi) manat olan bir ədəd, qara rəngli XXL ölçüdə boğazı zəncirbəndli uzunqol koftanı, qiyməti 20 (iyirmi) manat olan bir ədəd, qara rəngli, üzərində “Port” yazısı olan S ölçüdə boğazı zəncirbəndli uzunqol koftanı, qiyməti 20 (iyirmi) manat olan bir ədəd, üzərində “Louıs Vuıtton” yazıları olan S ölçüdə, qara rəngli, yumru boğazlı uzunqol koftanı, qiyməti 10 (on) manat olan bir ədəd, tünd göy rəngli, yumru boğazlı, üzərində markalanma göstəriciləri olmayan uzunqol koftanı, qiyməti 10 (on) manat olan bir ədəd, XXL ölçüdə, qara rəngli, yumru boğazlı qısaqol koftanı, qiyməti 12 (on iki) manat olan bir ədəd, ağ rəngli, üzərində “Port” yazısı olan XXL ölçüdə qısaqol koftanı, hər birinin qiyməti 10 (on) manat olan iki ədəd, qara rəngli idman papağını, qiyməti 40 (qırx) manat olan bir ədəd, üzərində “MONCLER” yazısı olan XL ölçüdə qara rəngli, zəncirbəndli qısaqol gödəkcəni, qiyməti 40 (qırx) manat olan bir ədəd, üzərində “R&C MOON Fashion” yazısı olan XL ölçüdə, Türkiyə istehsalı, qara rəngli, zəncirbəndli qısaqol gödəkcəni, qiyməti 40 (qırx) manat olan bir ədəd, üzərində “ette” yazısı olan 2XL ölçüdə, Türkiyə istehsalı, qara rəngli, zəncirbəndli uzunqol gödəkcəni, qiyməti 70 (yetmiş) manat olan bir ədəd, üzərində “Ferra collezioen” yazıları olan, 2XL ölçüdə, qara rəngli, zəncirbəndli uzunqol gödəkcəni, qiyməti 60 (altmış) manat olan bir ədəd, üzərində “X5 Fashion” yazıları olan, 2XL ölçüdə, qara rəngli, zəncirbəndli uzunqol gödəkcəni, qiyməti 70 (yetmiş) manat olan bir ədəd, üzərində “Fiyesmen” yazıları olan, Türkiyə istehsalı, L ölçüdə, qara rəngli, zəncirbəndli uzunqol gödəkcəni, qiyməti 40 (qırx) manat olan bir cüt, üzərində “Bəyoğlu” yazısı olan, 40 ölçülü, qara rəngli, kişi ayaqqabısını, hər cütünün qiyməti 35 (otuz beş) manat olan 3 cüt, üzərində “MER” yazısı olan, 40 ölçülü, qara rəngli kişi ayaqqabısını, qiyməti 35 (otuz beş) manat olan bir cüt, üzərində “İmperator” yazısı olan, 40 ölçülü, qara rəngli kişi ayaqqabısını, qiyməti 20 (iyirmi) manat olan bir ədəd qara rəngli kəməri, habelə mağazanın giriş hissəsində fəaliyyət göstərən lombardın plastikdən olan giriş qapısını sındırıb qızıl-zinət əşyalarını ölçmək üçün nəzərdə tutulmuş Zərərçəkmiş şəxs1 məxsus 15 (on beş) manat dəyərində bir ədəd elektron tərəzini gizli olaraq talayıb zərərçəkmiş şəxslərə vahid niyyətlə əhatə olunmuş qəsdlə, ümumilikdə 867 (səkkiz yüz altmış yeddi) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir.
2. Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən binaya qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talayıb oğurluq etmişdir. Belə ki, o, özgənin əmlakını tamah niyyəti ilə ələ keçirmə barədə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan razılaşmaqla əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında 19 yanvar 2023-cü il tarixində saat 00.53 dəqiqədə Bakı şəhəri, Binəqədi rayonu, İbrahimpaşa Dadaşov küçəsi, 91 saylı evin zirzəmisində yerləşən “My Brend” kişi və qadın geyimləri mağazasına girişdən sağda olan nəfəsliyin üstündə olan dəmir şiferləri kənara itələməklə yaranmış deşikdən qanunsuz daxil olaraq Zərərçəkmiş şəxs2 Seyfəddin oğluna məxsus qiyməti 35 (otuz beş) manat olan bir ədəd, üzərində “Dolce Gabbana”, made in italy yazları olan, göy rəngli cins şalvarı, qiyməti 35 (otuz beş) manat olan bir ədəd, üzərində “Dolce Gabbana”, made in İtaly yazları olan 34 ölçüdə tünd göy rəngli cins şalvarı, qiyməti 30 (otuz beş) manat olan bir ədəd, üzərində “Jeans” yazısı olan 34 ölçüdə açıq qara rəngli cins şalvarı, qiyməti 30 (otuz beş) manat olan bir ədəd, üzərində “Jeans” yazısı olan 34 ölçüdə qara rəngli cins şalvarı, hər birinin qiyməti 45 (qırx beş) manat olan iki ədəd, üzərində “Hermes” made in İtaly yazları olan qara rəngli velvet şalvarı, qiyməti 20 (iyirmi) manat olan bir ədəd, qara rəngli XXL ölçüdə boğazı zəncirbəndli uzunqol koftanı, qiyməti 20 (iyirmi) manat olan bir ədəd, qara rəngli, üzərində “Port” yazısı olan S ölçüdə boğazı zəncirbəndli uzunqol koftanı, qiyməti 20 (iyirmi) manat olan bir ədəd, üzərində “Louıs Vuıtton” yazıları olan S ölçüdə, qara rəngli, yumru boğazlı uzunqol koftanı, qiyməti 10 (on) manat olan bir ədəd, tünd göy rəngli, yumru boğazlı, üzərində markalanma göstəriciləri olmayan uzunqol koftanı, qiyməti 10 (on) manat olan bir ədəd, XXL ölçüdə, qara rəngli, yumru boğazlı qısaqol koftanı, qiyməti 12 (on iki) manat olan bir ədəd, ağ rəngli, üzərində “Port” yazısı olan XXL ölçüdə qısaqol koftanı, hər birinin qiyməti 10 (on) manat olan iki ədəd, qara rəngli idman papağını, qiyməti 40 (qırx) manat olan bir ədəd, üzərində “MONCLER” yazısı olan XL ölçüdə qara rəngli, zəncirbəndli qısaqol gödəkcəni, qiyməti 40 (qırx) manat olan bir ədəd, üzərində “R&C MOON Fashion” yazısı olan XL ölçüdə, Türkiyə istehsalı, qara rəngli, zəncirbəndli qısaqol gödəkcəni, qiyməti 40 (qırx) manat olan bir ədəd, üzərində “ette” yazısı olan 2XL ölçüdə, Türkiyə istehsalı, qara rəngli, zəncirbəndli uzunqol gödəkcəni, qiyməti 70 (yetmiş) manat olan bir ədəd, üzərində “Ferra collezioen” yazıları olan, 2XL ölçüdə, qara rəngli, zəncirbəndli uzunqol gödəkcəni, qiyməti 60 (altmış) manat olan bir ədəd, üzərində “X5 Fashion” yazıları olan, 2XL ölçüdə, qara rəngli, zəncirbəndli uzunqol gödəkcəni, qiyməti 70 (yetmiş) manat olan bir ədəd, üzərində “Fiyesmen” yazıları olan, Türkiyə istehsalı, L ölçüdə, qara rəngli, zəncirbəndli uzunqol gödəkcəni, qiyməti 40 (qırx) manat olan bir cüt, üzərində “Bəyoğlu” yazısı olan, 40 ölçülü, qara rəngli, kişi ayaqqabısını, hər cütünün qiyməti 35 (otuz beş) manat olan 3 cüt, üzərində “MER” yazısı olan, 40 ölçülü, qara rəngli kişi ayaqqabısını, qiyməti 35 (otuz beş) manat olan bir cüt, üzərində “İmperator” yazısı olan, 40 ölçülü, qara rəngli kişi ayaqqabısını, qiyməti 20 (iyirmi) manat olan bir ədəd qara rəngli kəməri, habelə mağazanın giriş hissəsində fəaliyyət göstərən lombardın plastikdən olan giriş qapısını sındırıb qızıl-zinət əşyalarını ölçmək üçün nəzərdə tutulmuş Zərərçəkmiş şəxs1 məxsus 15 (on beş) manat dəyərində bir ədəd elektron tərəzini gizli olaraq talayıb zərərçəkmiş şəxslərə vahid niyyətlə əhatə olunmuş qəsdlə, ümumilikdə 867 (səkkiz yüz altmış yeddi) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs1 CM-in 177.2.1 və 177.2.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs2 təxminən 5-6 il öncə tanımış və aralarında dostluq münasibətləri yaranmışdır. 18 yanvar 2023-cü il tarixində saat 18 radələrində işdən çıxdıqdan sonra piyada olaraq evinə tərəf gedərkən Binəqədi rayonu, 7-ci mikrorayon ərazisində yerləşən “Ankara” şadlıq evinin yaxınlığında təsadüfən Təqsirləndirilən şəxs2lə rastlaşmışdır. Hal-əhval tutduqdan sonra şəhərdə bir az gəzişmək qərarına gəlmişlər. Əvvəlcə “28 May” tərəfə, oradan da “Torqovıy” deyilən yerə gedib bir az gəzmiş, təxminən saat 24 radələrində Tərlanla evə getmək qərarına gəlmiş və metro ilə “Azadlıq prospekti” stansiyasında düşüb yaxınlıqda yerləşən “Araz” marketdən bir ədəd “GO” içkisi alıb marketdən çıxaraq yaxınlıqda yerləşən 9 mərtəbəli binanın qarşısında dayanıb içmişlər. Bu zaman həmin binanın zirzəmisində yerləşən “My Brend” mağazasının yerlə bir səviyyədə olan pəncərəsi gözlərinə sataşmış, sonra da Tərlanla birlikdə həmin pəncərəyə yaxınlaşıb üstünü örtən dəmir şiferləri itələyəndə müəyyən etmişlər ki, onlar bərkidilmədiyindən həmin yerdən mağazaya daxil olmaq olar. Həmçinin həmin mağazada pal-paltar satıldığını əvvəlcədən bilmişlər. Qeyd edilən mağazaya daxil olmağın belə asan olduğunu müəyyən etdikdə isə bir-birilərinə baxıb qərara gəlmişlər ki, oradan özləri üçün pal-paltar oğurlasınlar. Ona görə də həmin pəncərənin üstündə olan dəmir şiferləri ikilikdə köməkləşib kənara itələdikdən sonra yaranmış deşikdən birinci o, ardınca da Tərlan mağazaya girmişlər. Mağazaya girdikdə içəri qaranlıq olduğundan o, özünə məxsus “Samsunq J2” markalı mobil telefonunu, Tərlan isə alışqanı çıxarıb hər ikisinin fənərlərini qoşaraq oranı işıqlandırmışlar. Sonra da tez-tez hər ikisi öz ölçülərinə uyğun pal-paltar, o cümlədən, hərəsindən bir neçə olmaqla gödəkcə, şalvar, köynək, papaq və bir ədəd kəməri, habelə altı-yeddi cüt ayaqqabını elə mağazadan götürdükləri sellofan torbalara yığmışlar. O, həmçinin həmin vaxt ayağında olan köhnə ayaqqabını çıxarıb orada saxlamış, ayağına isə mağazadan götürdüyü təzə ayaqqabını geyinmişdir. Bundan sonra Tərlanla birlikdə həmin mağazada bir daha axtarış etdikdən sonra dükanın içərisində həmçinin lombard olduğunu görüb lombardın taxta qapısının çərçivəsini sındırıb oraya daxil olmuş, lakin lombardın əsas qapısı dəmirdən olduğundan onlar içəriyə daxil ola bilməmişlər. Bu zaman o, lombardın içərisindəki stolun üstündə dəftərə bənzər nə isə görüb fikirləşmişdir ki, bəlkə arasında pul olmuş olar. Öz əli dəmir barmaqlıqdan keçmədiyndən Tərlan əlini soxub həmin əşyanı götürdükdə məlum olmuşdur ki, bu qızılzinət əşyalarını çəkmək üçün istifadə edilən elektron tərəzidir. Ona görə də, həmin tərəzini yerində saxlayıb mağazadan çıxmağa çalışmış və oğurlayıb yığdıqları on ədəd sellofan paketləri dükana daxil olduqları pəncərənin altına gətirmiş, lakin ora hündürdə olduğundan boyları çatmamışdır. Odur ki, ayaqlarının altına qoymaq üçün oradan tapdıqları, oturmaq üçün nəzərdə tutulmuş plastmas stulu gətirib üstünə çıxaraq əvvəlcə pəncəyə qalxıb oradan da bayıra çıxmışdır. Tərlan isə paketləri ona ötürmüş və sonra özü də bayıra çıxmışdır. Sonra onlar birlikdə oğurladıqları həmin əşyalarla olan paketləri yaxınlıqda dayanmış qara rəngli dövlət qeydiyyat nişanına əhəmiyyət vermədiyi “Mercedes” markalı taksi avtomobilinə qoyub 283 nömrəli tam orta məktəbin yanına sürdürmüş, burada əşyaları götürüb sürücüyə yol haqqı olaraq 3 manat pul vermişdir. Həmin avtomobil getdikdən sonra isə onlar paketləri götürüb yaxınlıqdakı 9 mərtəbəli binanın blokunun qarşısında dayanaraq oğurladıqları əşyaları öz aralarında bölüşdürmüş, sonra da hər birisi həmin əşyalarla olan paketləri götürüb yaşadıqları evlərə getmişlər. Yaşadığı evə gəlib öz açarı ilə qapını açaraq içəri girdikdən sonra mənzildəki dolabın içinə qoyub yatmışdır. Evə gələndə onu heç kəs görməmiş, həmçinin səhəri günü təxminən saat 14 radələrində evdən çıxanda da onu heç kəs görməmişdir. Evdən çıxarkən anası zəng edib dolabın içində olan əşyaların kimə məxsus olduğunu və haradan aldığını soruşmuş, o da anasına həmin pal-paltarı kreditə götürdüyün demişdir. 19 yanvar 2023-cü il tarixində təxminən saat 15 radələrində o, Tərlanı görmək üçün sonuncunun yaşadığı evə getmiş və sonra birlikdə 283 nömrəli tam orta məktəbin yanında söhbət edərkən təxminən saat 16 radələrində polis əməkdaşları gəlib onları saxlayaraq Binəqədi RPİ-nin 5-ci Polis bölməsinə gətirmişlər. Burada mağazadan oğurluq barəsində soruşduqda o və Tərlan hər şeyi olduğu kimi etiraf edib, hər ikisi oğurladıqları əşyaları polislərə könüllü təqdim etmişlər. O, mağazanın içərisində yerləşən lombarddan tərəzini oğurlamamış, həmin tərəzini Təqsirləndirilən şəxs2 götürməsinin şahidi olmamışdır. Təqsirləndirilən şəxs2 ilə birlikdə törətdikləri oğurluq hadisəsi üzrə zərərçəkmiş şəxslərə vurulmuş maddi ziyan tam ödənilmiş və onlara qarşı heç bir şikayət, tələb yoxdur. Məhkəmədən qeyd olunanları nəzərə alınaraq, barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs2 CM-in 177.2.1 və 177.2.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1 təxminən 5-6 ildir tanıyır və aralarında dostluq münasibətləri vardır. 18 yanvar 2023-cü il tarixində təxminən saat 18 radələrində o, evdən çıxıb bir müddət Binəqədi rayonunda gəzdikdən sonra Binəqədi rayonu, 7-ci mikrorayon ərazisində yerləşən “Ankara” şadlıq evinə tərəf gedərkən təsadüfən Təqsirləndirilən şəxs1la rastlaşmışdır. Hal-əhval tutduqdan sonra qərara gəlmişlər ki, gedib şəhərin mərkəzində bir az gəzsinlər. Ona görə də, əvvəlcə Bakı şəhərində “28 May” tərəfə, oradan da “Torqovıy” deyilən yerə gedib bir az gəzmiş, həmçinin adama bir bakal pivə də içmişlər. Təxminən saat 24 radələrində Nicatla evə getmək qərarına gəlmiş və metro ilə “Azadlıq prospekti” stansiyasında düşərək yaxınlıqda yerləşən “Araz” marketdən bir ədəd “GO” içkisi alıb marketdən çıxaraq yaxınlıqda yerləşən 9 mərtəbəli binanın qarşısında dayanıb içmişlər. Bu zaman həmin binanın zirzəmisində yerləşən “My Brend” mağazasının yerlə bir səviyyədə olan pəncərəsi gözlərinə sataşmış, sonra da Nicatla birlikdə həmin pəncərəyə yaxınlaşıb üstünü örtən dəmir şiferləri itələyəndə müəyyən etmişlər ki, onlar bərkidilməmişdir və həmin yerdən mağazaya daxil olmaq olar. Həmçinin onlar həmin mağazada pal-paltar satıldığını əvvəlcədən bilmişlər. Həmin mağazaya daxil olmağın asan olduğunu müəyyən etdikdə isə oradan özləri üçün pal-paltar oğurlamaq qərarına gəlmişlər. Onlar pəncərənin üstündə olan dəmir şiferləri ikilikdə köməkləşib kənara itələdikdən sonra yaranmış deşikdən əvvəlcə Nicat mağazaya daxil olmuş, ardınca da o, mağazaya girmişdir. Mağazaya girdikdə içəri qaranlıq oluğundan Nicat özünə məxsus mobil telefonu, o isə alışqanı çıxarıb hər ikisinin fənərlərini qoşaraq oranı işıqlandırmışlar. Sonra da hər ikisi öz ölçülərərinə uyğun pal-paltar, o cümlədən, hərəsindən bir neçə olmaqla gödəkcə, şalvar, köynək, papaq və bir ədəd kəməri, habelə cəmisi altı-yeddi cüt ayaqqabını mağazadan götürdükləri sellofan torbalara yığmışlar. Nicat həmçinin həmin vaxt ayağında olan köhnə ayaqqabını çıxarıb orada saxlamış, ayağına isə mağazadan götürdüyü təzə ayaqqabını geyinmişdir. Bundan sonra Nicatla birlikdə həmin mağazada bir daha axtarış etdikdən sonra dükanın içərisində həmçinin lombard olduğunu görüb lombardın taxta qapısının çərçivəsini sındıraraq oraya daxil olmağa cəhd etmiş, lakin lombardın əsas qapısı dəmirdən olduğundan içəriyə daxil ola bilməmişlər. Bu zaman lombardın içərisindəki stolun üstündə dəftərə bənzər əşya görüb fikirləşmişlər ki, bəlkə arasında pul var. Əlini dəmir barmaqlıqlardan soxub həmin əşyanı götürdükdə isə məlum olmuşdur ki, bu qızıl-zinət əşyalarını çəkmək üçün istifadə edilən elektron tərəzidir. Ona görə də, həmin tərəzini yerində saxlayıb mağazadan çıxmağa çalışmış və oğurlayıb yığdıqları on ədəd sellofan paketləri dükana daxil olduqları pəncərənin altına gətirmişlər, lakin ora hündür olduğundan boyları çatmamışdır. Odur ki, ayaqlarının altına qoymaq üçün oradan tapdıqları, oturmaq üçün nəzərdə tutulmuş plastmas stulu gətirib üstünə çıxaraq əvvəlcə Nicat pəncərəyə qalxıb oradan da bayıra çıxmışdır. O, isə paketləri Nicata ötürdükdən sonra bayıra çıxmışdır. Mağazadan çıxdıqdan sonra birlikdə oğurladıqları əşyalarla olan paketləri yaxınlıqda dayanmış qara rəngli dövlət qeydiyyat nişanına əhəmiyyət vermədiyi bir avtomobilə qoyub 283 nömrəli tam orta məktəbin yanına sürdürmüş, burada əşyaları götürüb sürücüyə yol haqqı olaraq Nicat 3 manat pul vermişdir. Həmin avtomobil getdikdən sonra onlar paketləri götürüb yaxınlıqdakı 9 mərtəbəli binanın blokunun qarşısında dayanaraq oğurladıqları əşyaları öz aralarında bölüşdürüb hər birisi həmin əşyalarla olan paketləri götürərək yaşadıqları evlərə getmişlər. O, yaşadığı evə gəlib öz açarı ilə qapını açıb içəri girdikdən sonra paketlərdə gətirdiyi əşyaları evin damına qoyaraq, özü isə yatmağa uzanmışdır. Evə gələndə anası və bacısı artıq yatdıqlarından onu heç kəs görməmiş, həmçinin səhəri günü saat 14 radələrində evdən çıxanda da onu heç kəs görməmişdir. Səhəri günü təxminən saat 14 radələrində Nicat onun yaşadığı evə gəlib onu gəzməyə çağırdıqda o, razılaşıb evdən çıxmışdır. Bundan sonra onlar 283 nömrəli tam orta məktəbin yanında söhbət edərkən təxminən saat 16 radələrində polis əməkdaşları gəlib onları saxlayaraq Binəqədi RPİ-nin 5-ci Polis bölməsinə gətirmişlər. Burada mağazadan oğurluq barəsində soruşduqda onlar hər şeyi olduğu kimi etiraf edib, hər ikisi oğurladıqları əşyaları polislərə könüllü təqdim etmişlər. Onlar lombarddan elektron tərəzini oğurlamamışlar. Belə ki, həmin əşyanı əvvəlcə dəftər bilmişlər və məlum olanda ki, bu tərəzidir masanın üstündə saxlayıb mağazadan çıxmışlar. Baş vermiş hadisə ilə bağlı zərərçəkmiş şəxslərə vurulmuş maddi ziyan tam ödənilmiş və onlara qarşı heç bir şikayət, tələb yoxdur. Məhkəmədən qeyd olunanların nəzərə alınaraq, barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 elan edilmiş CM-in 177.2.1 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətmələri öz təsdiqini tapmışdır. Məhkəmə baxışı zamanı dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, 2014-cü ildən etibarən o, ünvan 3 ünvanda yerləşən qeyri-yaşayış sahəsini icarəyə götürüb orada “My Brend” adlı mağazada kişi və qadın geyimləri, həmçinin ayaqqabılarının satışı ilə məşğul olmuşdur. Həmin mağaza göstərdiyi ünvandakı binanın yarımzirzəmisində yerləşir və satdığı ona məxsus pal-paltarlar, digər geyim əşyaları və ayaqqabılar bu qeyri-yaşayış sahəsinin müxtəlif, ayrı-ayrı otaqlarında yerləşdirilmişdir. Bundan başqa, mağazanın içində giriş hissəsində lombard fəaliyyət göstərmiş və oranı Zərərçəkmiş şəxs1 adlı şəxs işlətmişdir. Hər gün o, mağazanı adətən səhər saat 09 radələrində açıb 21 radələrində bağlayaraq evə getmişdir. Mağazanın fəaliyyətində və gündəlik işlərində ona qardaşı Ramin Salmanov və digər qohumları da köməklik etmişlər. Belə ki, o, mağazada olmayanda onlar onun yerinə müştərilərə xidmət göstərmiş, habelə digər gündəlik işləri görmüşlər. 18 yanvar 2023-cü il tarixdə saat 21 radələrində o, mağazanı bağlayıb yaşadığı evə getmişdir. Səhəri günü, yəni 19 yanvar 2023-cü il tarixində saat 09:05 radələrində işlətdiyi mağazaya gəlib giriş qapısını açaraq içəri daxil olduqda mağazanın içərisinin dağınıq vəziyyətdə olduğunu görmüşdür. Belə ki, mağazada olan mallar bir-birinə qarışdırılmış, onlardan bəziləri yerə tökülmüş və ayaqqabıların qutuları səpələnmişdir. O, anlamışdır ki, işlətdiyi obyektə oğru girmiş, mallara baxdıqda müəyyən etmişdir ki, bəzi pal-paltarlar, geyim əşyaları, kişi ayaqqabıları oğurlanmışdır. Bunda sonra çölə çıxıb baxdıqda ona məlum olmuşdur ki, oğurluq mağazaya bayırda giriş hissəsinin sağ tərəfində yerləşən nəfəslikdən daxil olmuş şəxslər tərəfindən törədilmişdir. Belə ki, qeyd edilmiş yerlə bir səviyyədə olan həmin nəfəsliyin, yəni balaca pəncərənin damında olan şiferlər sındırılaraq kənara itələnmiş və bunun nəticəsində yaranmış deşikdən oğrular içəriyə daxil olmuşlar. Sonra da mağazadan oğurluq etmiş şəxslər ayaqlarının altına elə həmin yerdən oturmaq üçün nəzərdə tutulmuş bir ədəd plastmass stulu gətirib üstünə çıxaraq dükanı tərk etmişlər. Həmçinin mağazadan oğurluq etmiş şəxslər bu qeyri-yaşayış sahəsində olan lombardın taxta qapısının çərçivəsini sındırıb oraya da daxil olmuş, lakin lombardın əsas qapısı dəmirdən olduğu üçün içəriyə daxil ola bilməmişlər. O, həmin lombardı işlədən Zərərçəkmiş şəxs1la danışdıqda məlum olmuşdur ki, həmin gecə mağazadan oğurluq etmiş şəxslər qızıl-zinət əşyalarını çəkmək üçün lombardda istifadə edilən elektron tərəzini də oğurlamşlar. Onun ehtimallarına görə həmin gecə mağazadan ən azı 4 (dörd) ədəd cins şalvar, 2 (iki) ədəd velvet şalvar, 6 (altı) ədəd müxtəlif fason və modelli kişi koftaları, 2-3 ədəd idman papağı, 6 (altı) ədəd müxtəlif fason və modelli gödəkcələr, 5-6 cüt müxtəlif fason və modelli kişi ayaqqabıları və bir neçə ədəd bel kəməri oğurlanmışdır. Bu oğurluq hadisəsi nəticəsində ona ümumilikdə 1200 (bir min iki yüz) manat məbləğində maddi ziyan vurulmuşdur. Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 yaşadığı yaşayış sahələrindən götürülmüş geyim əşyaları təqdim olunduqda o, təqdim olunmuş əşyaları nəzərdən keçirdikdən sonra tam əminliklə bildirmişdir ki, həmin bir ədəd tünd göy rəngli cins şalvar, bir ədəd açıq göy rəngli cins şalvar, bir ədəd tünd qara rəngli cins şalvar, bir ədəd açıq qara rəngli cins şalvar, iki ədəd qara rəngli velvet şalvar, iki ədəd qara rəngli, boğazı zəncirbəndli uzunqol kofta, bir ədəd qara rəngli, yumru boğazlı uzunqol kofta, bir ədəd tünd bənövşəyi rəngli, yumru boğazlı uzunqol kofta, bir ədəd qara rəngli, yumru boğazlı qısaqol kofta, bir ədəd ağ rəngli, üzərində “F” hərfləri olan qıçaqol kofta, iki ədəd qara rəngli idman papağı, iki ədəd qara rəngli, zəncirbəndli qısaqol gödəkcə, bir ədəd qara rəngli, zəncirbəndli,süni xəzdən vorotniki olan uzunqol gödəkcə, üç ədəd qara rəngli, zəncirbəndli uzunqol gödəkcə, beş cüt qara rəngli kişi ayaqqabıları və bir ədəd qara rəngli kəmər ona məxsusdur və məhz işlətdiyi, ünvan 3 ünvanda yerləşən “My Brend” kişi və qadın geyimləri mağazasından oğurlanmışdır. Mağazadan oğurlanmış geyim əşyalarının ifadəsində göstərdiyi sayı ilə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 yaşayış yerlərindən götürülmüş əşyaların sayı arasında fərqlə bağlı isə göstərmişdir ki, “My Brend” mağazasından konkret hansı sayda geyim əşyalarının oğurlandığını dəqiq bilmədiyindən ifadəsində həmin əşyaların təxmini sayını göstərmişdir, amma ona təqdim olunmuş əşyaları gördükdə 19 yanvar 2023-cü il tarixində işlətdiyi mağazadan məhz həmin bu əşyaların oğurlandığını bilmişdir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən ona dəymiş ziyan tam şəkildə ödənilmiş, onlarla barışmış və təqsirləndirilən şəxslərə qarşı heç bir şikayəti tələbi yoxdur. Məhkəmə baxışı zamanı dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, 2014-cü ildən etibarən o, ünvan 3 ünvanda yerləşən qeyri-yaşayış sahəsində fəaliyyət göstərən “My Brend” kişi və qadın geyimləri, həmçinin ayaqqabıları mağazasının giriş hissəsində olan, təxminən 2,5 kvadratmetrdən ibarət balaca bir otağı icarəyə götürərək lombard kimi işlətmişdir. Həmin mağaza binanın yarımzirzəmisində yerləşir və oranı icarə şərtləri ilə Şamil və Ramin Salmanov qardaşları işlətmişlər. Hər gün o, lombardı adətən səhər saat 10 radələrində açmış, saat 18-19 radələrində isə bağlayıb evə getmişdir. Həmişəki kimi 18 yanvar 2023-cü il tarixində də artıq iş günü bitdiyindən saat 18:30 radələrində o, lombardı bağlayıb yaşadığı evə getmişdir. Səhəri günü, yəni 19 yanvar 2023-cü il tarixində səhər saatlarında mağazanı işlədən Zərərçəkmiş şəxs2 ona zəng edərək bildirmişdir ki, işlətdiyi mağazadan və lombarddan oğurluq edilmişdir. O, mağazaya gəldikdə isə görmüşdür ki, işlətdiyi lombardın plastikdən olan ilk giriş qapısı çərçivədən sındırılmış və lombardda olan qızıl-zinət əşyalarını ölçmək üçün nəzərdə tutulmuş elektron tərəzi oğurlanmışdır. İş yerində müşahidə kameraları olsa da o, evə gedəndə kameraları söndürüb getmişdir. Məlum olmuşdur ki, oğurluq mağazaya bayırda giriş hissəsinin sağ tərəfində yerləşən nəfəslikdən daxil olmuş şəxslər tərəfindən törədilmişdir. Belə ki, yerlə bir səviyyədə olan həmin nəfəsliyin, yəni balaca pəncərənin damında olan şiferlər sındırılaraq kənara itələnmiş və bunun nəticəsində yaranmış deşikdən içəriyə daxil olmuşlar. Sonra da mağazadan oğurluq etmiş şəxslər ayaqlarının altına oturmaq üçün nəzərdə tutulmuş bir ədəd plastmas stulu gətirib üstünə çıxaraq dükanı tərk etmişlər. İşlədiyi lombarddan həmin cinayət zamanı qızıl-zinət əşyalarını ölçmək üçün nəzərdə tutulmuş ona məxsus elektron tərəzi karton qutudan çıxarılaraq oğurlanmış, həmin qutu isə cırılaraq yararsız hala salınmışdır. Oğurlanmış elektron tərəzinin qiyməti təxminən 15 manat civarında olmuşdur. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən ona dəymiş ziyan tam şəkildə ödənilmiş, onlarla barışmış və təqsirləndirilən şəxslərə qarşı heç bir şikayəti tələbi yoxdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli qərardan görünür ki, toplanmış material üzrə fakta görə CM-in 177.2.1 və 177.2.3-cü maddələri ilə ********* nömrəli cinayət işi başlanmış və istintaqı aparılması üçün icraata qəbul edilmişdir. xx.xx.2023-cü il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, oğurluq hadisəsi ünvan 3 ünvanda yerləşən “My Brend” geyim mağazasında baş vermişdir. xx.xx.2023-cü il tarixli protokoldan və fotoşəkillərdən görünür ki, “My Brend” mağazasından oğurluq etmiş şəxslər Təqsirləndirilən şəxs1 yaşadığı ünvan 4 ünvanında dolabın içərisindən dörd ədəd cins şalvar, iki ədəd gödəkcə, bir ədəd qolsuz gödəkcə, bir ədəd papaq, bir ədəd kəmər, üç ədəd köynək, dörd cüt ayaqqabı, Təqsirləndirilən şəxs2 olunun yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon, İ.Hacıyev küçəsi, döngə 2də yerləşən 7 saylı evin dam hissəsindən isə dörd ədəd cins şalvar, üç ədəd köynək, iki ədəd gödəkcə, bir ədəd qolsuz gödəkcə, bir ədəd papaq və üç cüt ayaqqabı götürülmüşdür. xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 20 yanvar 2023-cü il tarixdə saat 17:30-da şübhəli şəxs qismində tutulmuşdur. xx.xx.2023-cü il tarixli protokoldan və əlavə edilmiş diskdən görünür ki, ünvan 3 ünvanında yerləşən qeyri-yaşayış sahəsindəki “My Brend” kişi və qadın geyimləri mağazasında törədilmiş oğurluq cinayətinin görüntüləri olan bir ədəd diskə Təqsirləndirilən şəxs1 iştirakı ilə baxış keçirilmiş və baxış zamanı müəyyən edilmişdir ki, 19 yanvar 2023cü il tarixində saat 00:53-də iki nəfər birinin əynində qırmızı, digərinin əynində isə qara rəngli gödəkcə olan üzü tüklü kişi cinsli şəxslər ”My Brend” kişi və qadın geyimləri mağazasının çöldə olan nəfəsliyinin damında olan şiferləri əlləri ilə kənara itələyərək yaranmış deşikdən əvvəlcə qırmızı gödəkcəli, onun ardınca da qara gödəkcəli şəxs içəriyə daxil olmuşlar. Video görüntülərin saat 01 dəqiqə 59-cu saniyəsində həmin yerdən əvvəlcə qırmızı gödəkcəli şəxsin bayıra çıxdığı və içəridəki şəxsdən sellofan paketləri qəbul etdiyi, 02 dəqiqə 00-cı saniyədə qara gödəkcəli şəxsin də mağazadan çıxdığı, sonra da onların birlikdə sellofan paketləri götürərək oradan uzaqlaşdıqları müəyyən edilmişdir. Baxışda iştirak etmiş Təqsirləndirilən şəxs1 videokadrlarda görünən əynində qara rəngli gödəkcə olan şəxsin özü, qırmızı rəngli gödəkcəli şəxsin isə Təqsirləndirilən şəxs2 olduğunu bildirmişdir. xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 20 yanvar 2023-cü il tarixdə saat 19 :50-də şübhəli şəxs qismində tutulmuşdur. xx.xx.2023-cü il tarixli protokoldan və əlavə edilmiş diskdən görünür ki, ünvan 3 ünvanında yerləşən qeyri-yaşayış sahəsindəki “My Brend” kişi və qadın geyimləri mağazasında törədilmiş oğurluq cinayətinin görüntüləri olan bir ədəd diskə Təqsirləndirilən şəxs2 olunun iştirakı ilə baxış keçirilmiş və baxış zamanı müəyyən edilmişdir ki, 19 yanvar 2023-cü il tarixində saat 00:53-də iki nəfər birinin əynində qırmızı, digərinin əynində isə qara rəngli gödəkcə olan üzü tüklü kişi cinsli şəxslər My Brend” kişi və qadın geyimləri mağazasının çöldə olan nəfəsliyinin damında olan şiferləri əlləri ilə kənara itələyərək yaranmış deşikdən əvvəlcə qırmızı gödəkcəli, onun ardınca da qara gödəkcəli şəxs içəriyə daxil olmuşlar. Video görüntülərin saat 01 dəqiqə 59-cu saniyəsində həmin yerdən əvvəlcə qırmızı gödəkcəli şəxsin bayıra çıxdığı və içəridəki şəxsdən sellofan paketləri qəbul etdiyi, 02 dəqiqə 00-cı saniyədə qara gödəkcəli şəxsin də mağazadan çıxdığı, sonra da onların birlikdə sellofan paketləri götürərək oradan uzaqlaşdıqları müəyyən edilmişdir. Baxışda iştirak etmiş Təqsirləndirilən şəxs2 videokadrlarda görünən əynində qırmızı rəngli gödəkcə olan şəxsin özü, qara rəngli gödəkcəli şəxsin isə Təqsirləndirilən şəxs1 olduğunu bildirmişdir. xx.xx.2023-cü il tarixli qərardan görünür ki, ünvan 3 ünvanda yerləşən “My Brend” geyim mağazasında törədilmiş oğurluq cinayətinin görüntülərini özündə əks etdirən bir ədəd disk sübut növü kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. xx.xx.2023-cü il tarixli qərardan görünür ki Təqsirləndirilən şəxs1 təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona CM-in 177.2.1 və 177.2.3-cü maddələri ilə nəzərə tutulan ittiham elan olunmuşdur. xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Binəqədi rayon prokuroru, baş ədliyyə müşaviri Fuad Məmmədov tərəfindən Təqsirləndirilən şəxs1 barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilmiş və o, saxlanıldığı Binəqədi RPİ-nin MSY-dən azad edilmişdir. xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. xx.xx.2023-cü il tarixli qərardan görünür ki Təqsirləndirilən şəxs2 təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona CM-in 177.2.1 və 177.2.3-cü maddələri ilə nəzərə tutulan ittiham elan olunmuşdur. xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Binəqədi rayon prokuroru, baş ədliyyə müşaviri Fuad Məmmədov tərəfindən Təqsirləndirilən şəxs2 barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilmiş və o, saxlanıldığı Binəqədi RPİ-nin MSY-dən azad edilmişdir. xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri seçilmiş və qərarın icrası təqsirləndirilən şəxsin qanuni nümayəndəsi X3 həvalə edilmişdir. xx.xx.2023-vü il tarixli, 9/5928 nömrəli Məhkəmə Ekspertizası Mərkəzinin rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş 22 adda malların cədvəldə qeyd edilən xüsusatları və istifadədə olmaması nəzərə alınmaqla 2023-cü ilin yanvar ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 852 (səkkiz yüz əlli iki) manat müəyyən olunur. xx.xx.2023-cü il tarixli Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır. xx.xx.2023-cü il tarixli Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. Təqsirləndirilən şəxs2 barəsində Binəqədi RPİ-nin İŞ-də istintaq olunan ********* nömrəli cinayət işi baxılması üçün məhkəməyə göndərilmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-522/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində “həbs” qətimkan tədbiri seçilmişdir. xx.xx.2023-cü il tarixli qərardan görünür ki, ünvan 3 ünvanında yerləşən “My Brend” kişi və qadın geyimləri mağazasından oğurlanmış 22 adda mallar iş üzrə maddi sübut kimi tanınmış və saxlanılması üçün Zərərçəkmiş şəxs2 Seyfəddin oğluna qaytarılmışdır. xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, “My Brend” mağazasından oğurlanmış: bir ədəd, üzərində “Dolce Gabbana”, made in İtaly yazları olan, göy rəngli cins şalvarı, bir ədəd, üzərində “Dolce Gabbana”, made in İtaly yazları olan 34 ölçüdə tünd göy rəngli cins şalvarı, bir ədəd, üzərində “Jeans” yazısı olan 34 ölçüdə açıq qara rəngli cins şalvarı, bir ədəd, üzərində “Jeans” yazısı olan 34 ölçüdə qara rəngli cins şalvarı, iki ədəd, üzərində “Hermes” made in İtaly yazları olan qara rəngli velvet şalvarı, bir ədəd, qara rəngli XXL ölçüdə boğazı zəncirbəndli uzunqol koftanı, bir ədəd, qara rəngli, üzərində “Port” yazısı olan S ölçüdə boğazı zəncirbəndli uzunqol koftanı, bir ədəd, üzərində “Louıs Vuıtton” yazıları olan S ölçüdə, qara rəngli, yumru boğazlı uzunqol koftanı, bir ədəd, tünd göy rəngli, yumru boğazlı, yzərində markalanma göstəriciləri olmayan uzunqol koftanı, bir ədəd, XXL ölçüdə, qara rəngli, yumru boğazlı qısaqol koftanı, bir ədəd, ağ rəngli, üzərində “Port” yazısı olan XXL ölçüdə qısaqol koftanı, iki ədəd, qara rəngli idman papağını, bir ədəd, üzərində “MONCLER” yazısı olan XL ölçüdə qara rəngli, zəncirbəndli qısaqol gödəkcəni, bir ədəd, üzərində “R&C MOON Fashion” yazısı olan XL ölçüdə, Türkiyə istehsalı, qara rəngli, zəncirbəndli qısaqol gödəkcəni, bir ədəd, üzərində “ette” yazısı olan 2XL ölçüdə, Türkiyə istehsalı, qara rəngli, zəncirbəndli uzunqol gödəkcəni, bir ədəd, üzərində “Ferra collezioen” yazıları olan, 2XL ölçüdə, qara rəngli, zəncirbəndli uzunqol gödəkcəni, bir ədəd, üzərində “X5 Fashion” yazıları olan, 2XL ölçüdə, qara rəngli, zəncirbəndli uzunqol gödəkcəni, bir ədəd, üzərində “Fiyesmen” yazıları olan, Türkiyə istehsalı, L ölçüdə, qara rəngli, zəncirbəndli uzunqol gödəkcəni, bir cüt, üzərində “Bəyoğlu” yazısı olan, 40 ölçülü, qara rəngli, kişi ayaqqabısını, 3 cüt, üzərində “MER” yazısı olan, 40 ölçülü, qara rəngli kişi ayaqqabısını, bir cüt, üzərində “İmperator” yazısı olan, 40 ölçülü, qara rəngli kişi ayaqqabısını, bir ədəd qara rəngli kəməri cinayət işi üzrə Zərərçəkmiş şəxs2 Seyfəddin oğlu təhvil almışdır. xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona CM-in 177.2.1 və 177.2.3-cü maddələri ilə nəzərə tutulan yenidən ittiham elan olunmuşdur. xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona CM-in 177.2.1 və 177.2.3-cü maddələri ilə nəzərə tutulan yenidən ittiham elan olunmuşdur. Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti başçısının M.Ə.Rəsulzadə qəsəbəsi üzrə nümayəndəliyinin xx.xx.2023-cü il tarixli arayışından və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 ünvan 5 ünvanında anası ilə birlikdə yaşayır, barəsində heç bir şikayət daxil olmamışdır. Zərərçəkmiş şəxs2 Seyfəddin oğlu tərəfindən məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, təqsirləndirilən şəxslər tərəfindən ona dəymiş ziyan tam şəkildə ödənilmiş və onlar barışmışlar. Hazırda Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qarşı heç bir şikayəti, tələbi yoxdur. Zərərçəkmiş şəxs1 tərəfindən məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, təqsirləndirilən şəxslər tərəfindən ona dəymiş ziyan tam şəkildə ödənilmiş və onlar barışmışlar. Hazırda Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qarşı heç bir şikayəti, tələbi yoxdur. Məhkəmə, cinayət işinə təqsirləndirilən şəxslərə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxslərin ifadəsi, ekspertiza rəyi, eləcə də istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 özlərini qismən təqsirli bilərək, onlara verilmiş ittihamlarda “My Brend” kişi və qadın geyimlər mağazasında yerləşən lombardan 01 ədəd tərəzini oğurlamamaları barədə ifadələrinə məhkəmə hüquqi qiymət verilməsini zəruri hesab edib qeyd edir ki, istintaq hərəkətlərinin aparılması haqqında protokolların və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutların qarşılıqlı şəkildə tədqiqi belə qənaətə gəlməyə əsas verir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən elan edilmiş ittiham üzrə öz hərəkətlərinin faktiki xarakterini dərk edərək cinayətin törədilməsinə şübhə yarada biləcək hər hansı bir hal müəyyən edilməmiş və təqsirləndirilən şəxlərin məhkəmə araşdırması zamanı heç bir mötəbər hala əsaslanmayan ifadələri ittihamı təkzib edən sübut kimi qəbul edilə bilməz. Yəni başqa sözlə desək, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ibtidai istintaq orqanı tərəfindən elan edilmiş ittihamda göstərilən cinayət əməlini törətmələrii məhkəmə tərəfindən tədqiq edilmiş sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 177.2.1 və 177.2.3-cü maddələri ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Qanunvericiliyin tələblərinə əsasən istintaq zamanı Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təqsirləndirildiyi CM-in 177.2.1 və 177.2.3-cü maddələri cinayətlərin təsnifatına görə az ağır cinayətlər hesab olunur. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, CM-in 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxslə barışıq əldə edilməsini, həmin Məcəllənin 59.1.13-cü maddəsinə əsasən cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsini Təqsirləndirilən şəxs1 cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs1 cəza təyin edilən zaman CMin 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. Məhkəmədə, Təqsirləndirilən şəxs1 əməlində CM-in 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs1 cəzanın təyin edilməsi məsələsinə baxaraq, onun cəzasını yüngülləşdirən hallarla yanaşı, CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (az ağır cinayət olmasını), təqsirkarın şəxsiyyətini (müsbət xarakterizə olunmasını), təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 təqsirli bilindiyi CM-in 177.2.1 və 177.2.3-cü maddələrinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, cəzaçəkmə müddətinin əvvəli məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs1 islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini, cəzasını yüngülləşdirən halların olmasını, cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Məhkəmə, CM-in 52-1-ci maddəsinin tələblərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 üzərinə daimi yaşayış yeri olan ünvan 1 ünvanını axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Bakı şəhəri hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Məhkəmədə iş materiallarından müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, xx.xx.2023-cü il tarixdə barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatət təmin edilməmiş, sonuncu saxlanıldığı MSY-dən azad olunmuş, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı 20 yanvar 2023cü il tarixdən 21 yanvar 2023-cü il tarixədək, yəni 1 (bir) gün müddətində şübhəli və təqsirləndirilən şəxs qismində tutulmuşdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – CPM) 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. CPM-in 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə, CM-in 69.3-cü maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs1 20 yanvar 2023-cü il tarixdən 21 yanvar 2023-cü il tarixədək şübhəli və təqsirləndirilən şəxs qismində 1 (bir) gün müddət, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki günü hesabı ilə hesablanıb, ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalıdır. Bununla yanaşı məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılmalıdır. CM-in 59.1.2-ci maddəsinə əsasən cinayətin yetkinlik yaşına çatmayan şəxs tərəfindən törədilməsini, həmin Məcəllənin 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxslə barışıq əldə edilməsini, həmin Məcəllənin 59.1.13-cü maddəsinə əsasən cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsini Təqsirləndirilən şəxs2 cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs2 cəza təyin edilən zaman CMin 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. Məhkəmədə, Təqsirləndirilən şəxs2 əməlində CM-in 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs2 cəzanın təyin edilməsi məsələsinə baxaraq, onun cəzasını yüngülləşdirən hallarla yanaşı, CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (az ağır cinayət olmasını), təqsirkarın şəxsiyyətini, təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. CM-in 84.1-ci maddəsinə əsasən cinayət törədərkən on dörd yaşı tamam olmuş, lakin on səkkiz yaşına çatmayan şəxslər yetkinlik yaşına çatmayanlar hesab olunur. CM-in 84.2-ci maddəsinə əsasən yetkinlik yaşına çatmayanlar cinayət törətdikdə, onlara cəza təyin edilə bilər. CM-in 85.1-ci maddəsinə əsasən yetkinlik yaşına çatmayanlara cərimə, ictimai işlər, islah işləri, azadlığın məhdudlaşdırılması və müəyyən müddətə azadlıqdan məhrum etmə cəza növləri təyin edilir. CM-in 86.1-ci maddəsinə əsasən yetkinlik yaşına çatmayana cəza təyin edərkən məhkəmə bu Məcəllənin 58-ci maddəsində müəyyən edilmiş hallardan başqa, həmçinin həmin şəxsin həyat və tərbiyə şəraitini, psixi inkişaf səviyyəsini, onun şəxsiyyətinin digər xüsusiyyətlərini və kənar şəxslərin ona təsirini nəzərə alır. CM-in 86.2-ci maddəsinə əsasən cəza təyin edilərkən yetkinlik yaşına çatmama yüngülləşdirici hal kimi, cəzanı yüngülləşdirən və ağırlaşdıran digər hallarla birlikdə nəzərə alınır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yetkinlik yaşına çatmayanların cinayətləri barədə işlər üzrə məhkəmə təcrübəsi haqqında” 30 iyun 2008-ci il tarixli 4 №-li qərarının 11-ci bəndində göstərilir ki, yetkinlik yaşına çatmayanların törətdiyi cinayətə görə cəza təyin olunması haqqında məsələ həll edilərkən CM-in 58-ci maddəsində qeyd olunan (törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirləndirilən şəxsin şəxsiyyəti haqqında məlumatlar, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar) hallardan başqa, həmçinin CM-in 86-cı maddəsində nəzərdə tutulan şərtlər (yetkinlik yaşına çatmamış şəxsin həyat və tərbiyə şəraiti, əqli və psixiki inkişaf səviyyəsi, şəxsiyyətlərinin digər xüsusiyyətləri, yetkinlik yaşına çatmış şəxslərin ona təsiri və s.) də nəzərə alınmalıdır. İlk növbədə azadlıqdan məhrum etməklə əlaqədar olmayan cəzanın tətbiq olunmasının mümkünlüyü müzakirə olunmalıdır. Yetkinlik yaşına çatmayanlara cəza təyin edərkən məhkəmələr nəzərə almalıdır ki, cəza maksimum dərəcədə məhkumun islah və yenidən tərbiyə olunması məqsədinə xidmət etməlidir. Azərbaycan Respublikası tərəfindən 28 iyul 1993-cü il tarixdə qoşulmuş BMT-nin Baş Məclisi tərəfindən 1985-ci il noyabrın 29-da qəbul olunmuş “Birləşmiş Millətlər Təşkilatının yetkinlik yaşına çatmayanlar barəsində ədalət mühakiməsinin həyata keçirilməsinə aid minimal standart qaydaları”nın məhkəmə qərarı çıxarılmasının rəhbər prinsipləri və təsir tədbirlərinin seçilməsi haqqında olan 17-ci bəndində qeyd edilmişdir ki, səlahiyyətli orqan təsir tədbirləri seçərkən təsir tədbirləri həmişə təkcə qanun pozuntusunun şəraiti və ağırlığı ilə deyil, yetkinlik yaşına çatmayanın vəziyyəti və tələbatı, həmçinin cəmiyyətin tələbatı ilə ölçülməsi, yetkinlik yaşına çatmayan şəxsi azadlığını məhdudlaşdırmaq haqqında qərar yalnız məsləyə diqqətlə baxıldıqdan sonra çıxarılmalı və məhdudiyyət mümkün qədər minimuma endirilməsi, yetkinlik yaşma çatmayan qanun pozucusu yalnız başqasına qarşı zor işlətməklə ciddi qanun pozuntusunda günahkar sayıldıqda, həmçinin digər müvafiq təsir növü olmadıqda azadlıqdan məhrum edilə bilməsi prinsiplərini rəhbər tutmalıdır. CPM-in 435.4-cü maddəsinə əsasən yetkinlik yaşına çatmayan şəxs barəsində cəza tədbiri seçərkən məhkəmə cəza tədbiri yalnız törədilmiş cinayətin hallarına və ağırlığına deyil, həmçinin yetkinlik yaşına çatmayan şəxsin vəziyyətinə və tələbatına, habelə cəmiyyətin tələbatına uyğun olmalı, yetkinlik yaşına çatmayan şəxsin azadlıqdan məhrum edilməsi ilə bağlı olan cəza tədbiri yalnız həmin məsələnin mükəmməl baxılmasından sonra tətbiq edilməli və imkan daxilində aşağı həddə endirilməlidir. Yetkinlik yaşına çatmayan şəxs ağır və ya xüsusilə ağır cinayətin, habelə ağır nəticələrə səbəb olan zor tətbiq etməklə qəsdən törədilmiş cinayətin və ya digər ağır cinayətin təkrarən törədilməsində təqsirli bilinmədiyi halda onun azadlıqdan məhrum edilməsi məqsədəuyğun deyildir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 təqsirli bilindiyi CM-in 177.2.1 və 177.2.3-cü maddələrinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, cəzaçəkmə müddətinin əvvəli məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs2 islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini, cəzasını yüngülləşdirən halların olmasını, cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs2 törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Məhkəmə, CM-in 52-1-ci maddəsinin tələblərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs2 üzərinə daimi yaşayış yeri olan ünvan 2 ünvanını axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Bakı şəhəri hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Məhkəmədə iş materiallarından müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs2 xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, xx.xx.2023-cü il tarixdə barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatət təmin edilməmiş, sonuncu saxlanıldığı MSY-dən azad olunmuş, barəsində “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri seçilmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı 20 yanvar 2023-cü il tarixdən 21 yanvar 2023-cü il tarixədək, yəni 1 (bir) gün müddətində şübhəli və təqsirləndirilən şəxs qismində tutulmuşdur. CPM-in 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. CPM-in 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə, CM-in 69.3-cü maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs2 20 yanvar 2023-cü il tarixdən 21 yanvar 2023-cü il tarixədək şübhəli və təqsirləndirilən şəxs qismində 1 (bir) gün müddət, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki günü hesabı ilə hesablanıb, ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalıdır. Bununla yanaşı məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə, CPM-in 132-ci maddəsinə əsasən hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış, “My Brend” kişi və qadın geyimləri mağazasından oğurlanmış 22 adda malların saxlanması üçün sahibinə qaytarılması nəzərə alınmalı və iş üzrə sübut kimi tanınmış 1 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan başqa məhkəmə, CPM-in 197 və 198-ci maddələrinə əsasən hesab edir ki, məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 50 (əlli) manat məbləğində pul vəsaitinin 25 (iyirmi beş) manatı Təqsirləndirilən şəxs1 və qalan 25 (iyirmi beş) manatı isə Təqsirləndirilən şəxs2 tutulmalıdır. Müdafiəçilərin təqdim etdiyi hesabata əsasən Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 məhkəmə iclaslarında iştirak edərək Təqsirləndirilən şəxs1 hüquqlarının müdafiəsinə ümumilikdə 46 (qırx altı) saat, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 isə məhkəmə iclaslarında iştirak edərək Təqsirləndirilən şəxs2 hüquqlarının müdafiəsinə ümumilikdə 46 (qırx altı) saat vaxt sərf etmişdir. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi1 və Müdafiəçi2 təqsirləndirilən şəxslərin müdafiəçisi qismində məhkəmə iclaslarında iştirak edərək, ümumilikdə təqsirləndirilən şəxslərin hüquqlarının müdafiəsinə cəmi 46 (qırx altı) saat vaxt sərf etmişlər. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 göstərdiyi cəmi 46 (qırx altı) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 276 (iki yüz yetmiş altı) manat, Təqsirləndirilən şəxs2 göstərdiyi cəmi 46 (qırx altı) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 276 (iki yüz yetmiş altı) manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən CPM-in 132, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə
hökm etdi:
1. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 1 (bir) il 3 (üç) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 20 yanvar 2023-cü il tarixdən 21 yanvar 2023-cü il tarixədək şübhəli və təqsirləndirilən şəxs qismində 1 (bir) gün müddət, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər hesablanmaqla, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq, üzərində qəti olaraq 1 (bir) il 2 (iki) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın Təqsirləndirilən şəxs1 üzərinə daimi yaşayış yeri olan ünvan 1 ünvanını axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Bakı şəhəri hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun.
2. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 1 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 20 yanvar 2023-cü il tarixdən 21 yanvar 2023-cü il tarixədək şübhəli və təqsirləndirilən şəxs qismində 1 (bir) gün müddət, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər hesablanmaqla, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq, üzərində qəti olaraq 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın Təqsirləndirilən şəxs2 üzərinə daimi yaşayış yeri olan ünvan 2 ünvanını axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Bakı şəhəri hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. İş üzrə maddi sübut kimi tanınmış “My Brend” kişi və qadın geyimləri mağazasından oğurlanmış 22 adda malların saxlanması üçün sahibinə qaytarılması nəzərə alınsın və iş üzrə sübut kimi tanınmış 1 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 50 (əlli) manat məbləğində pul vəsaitinin 25 (iyirmi beş) manatı Təqsirləndirilən şəxs1 və qalan 25 (iyirmi beş) manatı isə Təqsirləndirilən şəxs2 tutularaq, X2 KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ ******************** S.W.İ.F.T. BİK CTREAZ 22 saylı məhkəmə ekspertizası mərkəzi VÖEN ********** hesab AZ34CTRE******************** saylı hesaba keçirilsin. Təqsirləndirilən şəxs1 göstərdiyi 46 (qırx altı) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 276 (iki yüz yetmiş altı) manat, Təqsirləndirilən şəxs2 göstərdiyi 46 (qırx altı) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 276 (iki yüz yetmiş altı) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan olunduğu andan, Təqsirləndirilən şəxs2 isə hökmün surətinin verildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.
Hakim: Vüsal Tağıyev