Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-4/2021 14.07.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Tağıyev Vüsal Adıgözəl oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Mirzəyev Anar Əkrəm oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçilər Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkiləri Müdafiəçi2, Müdafiəçi1, zərərçəkmiş şəxslər X4, X2, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 iştirakları ilə,
1. xx.xx.1972-ci il tarixdə Ağdam rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanda qeydiyyatda olmaqla, ünvan 2 ünvanında yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi PX-in Bakı İstintaq Təcridxanasında saxlanılan,
Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirləndirilməsinə dair,
2. xx.xx.1981-ci il tarixdə Bərdə rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, ünvan 3 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş,
Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra – CM) 178.2.1 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə
müəyyən etdi:
1. Təqsirləndirilən şəxs1 ibtidai istintaq orqanı tərəfindən elan edilmiş ittihama əsasən o, özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə əvəzsiz və qanunsuz olaraq tamah niyyəti ilə ələ keçirmək məqsədi ilə 2015-ci ilin avqust ayında tanış olaraq etibarını qazandığı X4 etibarından sui-istifadə etməklə qısa müddətə qaytaracağını vəd verərək sonuncuya məxsus bir ədəd dəyəri 3000 (üç min) manat olan qızıl qadın dəstini 01.09.2015-ci il tarixdə ünvan 4 ünvanda fəaliyyət göstərən lombarda girov qoyaraq əvəzində 500 (beş yüz) manat məbləğində kredit götürmüş, 08.09.2015-ci il tarixdə həmin lombarda 530 (beş yüz otuz) manat ödəyərək qızıl dəstini girovdan çıxarmaqla bu barədə Mətanət Talıbovaya bildirməyərək ələ keçirməklə sonuncuya ziyan vuraraq dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə əvəzsiz və qanunsuz olaraq tamah niyyəti ilə ələ keçirmək məqsədi ilə 2015-çi ilin avqust ayında tanış olaraq etibarını qazandığı X4 onunla tanış etdiyi xalası X1 Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi kəndi ərazisində aldığı torpaq sahəsinin üzərində ev tikə bilməməsi səbəbindən keçmiş sahibinə qaytarılması ilə bağlı yaranmış problemin məhkəmə müstəvisində həll edilməsi üçün vəkil tutacağını vəd verərək 2015-ci ilin oktyabr ayında ünvan 5 ünvanda 200 (iki yüz) manat məbləğində pulu ələ keçirməklə, təkrarən dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin xeyli miqdarda əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə əvəzsiz və qanunsuz olaraq tamah niyyəti ilə ələ keçirmək məqsədi ilə 2015-ci ilin avqust ayında tanış olaraq etibarını qazandığı X4 onunla tanış etdiyi xalası X1 Bakı şəhəri, ünvan 6 ünvanda inşa edilən hündürmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində yerləşən iki otaqlı 44,70 kvadrat metrlik sahəsi olan 24 saylı mənzilin alınması üçün Zərərçəkmiş şəxs ödədiyi 8000 (səkkiz min) manat məbləğində pulu geri alacağını vəd verərək 2015-ci ilin noyabr ayından 2016-cı ilin yanvar ayınadək olan müddət ərzində Zərərçəkmiş şəxs qarşısında Leyla Mustafayevanın adından çıxış edərək sonuncunun ödədiyi pulu 9700 (doqquz min yeddi yüz) manat dəyərində olan müxtəlif çeşiddə tikinti materialları ilə əvəzləşdirməklə qalan 1700 manat pulu sonradan Zərərçəkmiş şəxs qaytaracağına söz versə də, sonuncunun əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə əvəzsiz və qanunsuz olaraq tamah niyyəti ilə ələ keçirmək məqsədi ilə qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs2 vasitəsi ilə realizə etdikdən sonra əldə olunmuş 9700 (doqquz min yeddi yüz) manat məbləğində pulun Zərərçəkmiş şəxs verilməli olan 1700 (bir min yeddi yüz) manat məbləğində hissəsini və X3 məxsus 8000 (səkkiz min) manat, ümumilikdə 9700 (doqquz min yeddi yüz) manat məbləğində pulu vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirərək xeyli miqdarda maddi ziyan vurmaqla təkrarən dələduzluq etmişdir.
2. Təqsirləndirilən şəxs2 ibtidai istintaq orqanı tərəfindən elan edilmiş ittihama əsasən o, aldatma yolu ilə özgənin əmlakını tamah niyyəti ilə ələ keçirmək məqsədilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olaraq bir qrup şəxs halında sonuncunun 2015-ci ilin avqust ayında tanış olaraq etibarını qazandığı X4 onunla tanış etdiyi xalası X3 Bakı şəhəri ünvan 7 ünvanda inşa edilən hündürmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində yerləşən iki otaqlı 44,70 kvadrat metrlik sahəsi olan 24 saylı mənzilin alınması üçün Zərərçəkmiş şəxs ödədiyi 8000 (səkkiz min) manat məbləğində pulu geri almaq vədi ilə 2015-ci ilin noyabr ayından 2016-cı ilin yanvar ayınadək olan müddət ərzində Zərərçəkmiş şəxs qarşısında Leyla Mustafayevanın adından çıxış edərək sonuncunun ödədiyi pulu 9700 (doqquz min yeddi yüz) manat dəyərində olan müxtəlif çeşiddə tikinti materialları ilə əvəzləşdirməklə qalan 1700 manat pulu sonradan Zərərçəkmiş şəxs qaytaracağına söz versə də, sonuncunun əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə əvəzsiz və qanunsuz olaraq tamah niyyəti ilə ələ keçirmək məqsədi ilə qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs1 ilə birlikdə realizə etdikdən sonra əldə olunmuş 9700 (doqquz min yeddi yüz) manat məbləğində pulun Zərərçəkmiş şəxs verilməli olan 1700 (bir min yeddi yüz) manat məbləğində hissəsini və X3 məxsus 8000 (səkkiz min) manat, ümumilikdə 9700 (doqquz min yeddi yüz) manat məbləğində pulu vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirərək xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs1 CM-in 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə elan edilmiş ittihamlar üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, X5 uzun müddətdir ki, tanımış və münasibətləri yaxşı olmuşdur. 2015-ci ildə pula ehtiyacı olduğu üçün X6 məxsus və onun razılığı əsasında təxminən 1000 (bir min) manatlıq qızıl dəstini girov qoyaraq 500 (beş yüz) manat pul götürmüşdür. Faizləri vaxtı-vaxtında vermək lazım olduğu üçün o, bir həftə sonra 530 manat verməklə qızılı lombarddan götürmüş, lakin X6 həmin qızıl dəsti qaytarmamışdır. O, həmin qızılı götürüb faizə pul verən bir nəfərə verib ondan 500 manat pul götürmüş və həmin pulu şəxsi ehtiyaclarına xərcləmişdir. X11 tərəfindən ona verilmiş qızıl dəstin qiyməti şişirdilmiş şəkildə göstərilmiş, həmin qızılın maksimum 1000 (bir min) dəyəri olmuşdur. O, X4 vasitəsi ilə xalası X7 ilə tanış olmuşdur. 2015-ci ildə Leyla Mustafayeva ilə Cəmil adlı şəxs arasında yaranmış torpaq mübahisəsini həll etmək üçün sonuncudan vəkillə müqavilə bağlamaq adı ilə 200 (iki yüz) manat pul almış və həmin pulu vəkil kimi tanıdığı Fazil adlı şəxsə vermiş, eləcə də sonuncuya öz adından etibarnamə vermişdir. Daha sonra X7 ondan şikayət etdiyi üçün o, Fazil adlı şəxsə verdiyi 200 manat pulu geri alaraq Leylaya qaytarmışdır. 2015-ci il tarixdə Mətanət ona müraciət edərək xalası Leyla Mustafayevanın təxminən üç il əvvəl xalası yeni tikilən binada mənzil almaq barədə Zərərçəkmiş şəxslə 30500 (otuz min beş yüz) manatlıq müqavilə bağladığını, müqaviləyə görə hissə-hissə Zərərçəkmiş şəxs 8000 (səkkiz min) manat pul verdiyini, lakin sonuncunun xalasını aldadaraq mənzili vermədiyini və aldığı pulu geri qaytarmadığını bildirərək ondan bu işdə Leyla Mustafayevaya köməkli göstərməsini xahiş etmişdir. Bundan sonra o, Leyla Mustafayeva ilə görüşərək söhbət etmiş və sonuncuya bu işdə ona köməklik göstərəcəyini demişdir. Daha sonra o, Zərərçəkmiş şəxslə görüşüb söhbət etmiş və sonuncu ona nağd pulunun olmadığını, pulun əvəzində onlara tikinti materialları verə biləcəyini demişdir. O, bu barədə Leyla Mustafayeva deyib razılığını aldıqdan sonra Elçinə razılıq vermiş və əvvəldən tanıdığı polis işçisi Təqsirləndirilən şəxs2 adlı şəxslə danışıb onun tikinti işləri ilə məşğul olan tanışlarına satmaq barədə razılaşmışdır. Bu məqsədlə Vüsalı Elçin ilə tanış etmişdir ki, onlar özləri öz əlaqələrini qurub Leylanın pulunu düzəltsinlər. Beləcə, təxminən bir ay ərzində Vüsal onun adı ilə Elçindən 9700 (doqquz min yeddi yüz) manatlıq tikinti materialları götürüb müxtəlif ünvanlara tanıdığı tikintilərə nisyə göndərmiş, lakin sonradan həmin materialların pulunu isə yığa bilməmişdir. Ona görə də, Vüsal Elçinə aldığı materialların pulunu verə bilməmiş, Elçin də həmin pulu Leylaya ödəyə bilməmişdir. Bundan sonra Leyla Mustafayeva şikayət etməyə başlamışdır. Təqsirləndirilən şəxs2 tərəfindən ona hər hansı bir məbləğdə pul ödənilməmiş, sonuncudan zorla cəmi 550 manat pul alıb, 500 manatını Elçinə olan borcdan vermiş, qalan 50 manatı isə bu məsələləri yoluna qoymaq üçün benzin puluna xərcləmişdir. O, həmin ərəfədə Təqsirləndirilən şəxs2la görüşmüş və o görüş zamanı sonuncudan pulları tələb etdikdə Təqsirləndirilən şəxs2 ona tikinti materiallarının əvəzinə 9700 (doqquz min yeddi yüz) manat məbləğində pul verəcəyi barədə qəbz yazıb vermişdir. Göstərilənləri nəzərə alaraq barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs2 CM-in 178.2.1 və 178.2.4-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1 ilə dostu Vüsal Novruzov vasitəsi ilə tanış olmuş və münasibətləri yaxşı olmuşdur. O, Vüsal Novruzovla birlikdə polis nəfəri kimi işləmiş, aldığı məvacib az olduğu üçün boş vaxtlarında tikintilərdə fəhləliklə məşğul olmuşdur. 2015-ci ilin təxminən oktyabr ayında Vüsal Novruzov və Təqsirləndirilən şəxs1lə görüşüb söhbət edərkən o, təsadüfən həmin ərəfədə işlədiyi tikintinin sahibinə beton lazım olduğunu bildirmiş, bu barədə eşidən Təqsirləndirilən şəxs1 nisyə beton təşkil edə biləcəyini demişdir. Betonun hər kubunu 70 (yetmiş) manatdan razılaşmış və İlqar ona Elçin adlı tanışının telefonun nömrəsini vermişdir. O, da İlqarın sözü ilə həmin şəxsə zəng etmiş, öz növbəsində həmin şəxs ona zavoddan beton buraxan digər bir şəxsin hazırda xatırlamadığı nömrəsini vermişdir. Həmin şəxslə danışıb Qobu qəsəbəsində işlədiyi fərdi tikintiyə bir maşın, yəni 6 (altı) kub beton sifariş vermişdir. Təxminən on gün keçdikdən sonra o, həmin bir maşın betonun pulundan 300(üç yüz) manat pul düzəldərək Təqsirləndirilən şəxs1 vermiş və eyni qaydada əlavə dörd maşın beton sifariş etmişdir. Həmin maşınlar da dediyi ünvana betonu çatdırmışlar. Lakin onlardan biri yolda palçığa batdığı üçün betonu ünvana çatdıra bilməmiş və sürücünün deməsinə görə beton maşında quruyaraq xarab olmuşdur. Buna baxmayaraq, xarab olan betonun pulu da onun üzərində qalmışdır. O, həmin betonları tikintini aparan şəxs üçün sifariş versə də, həmin şəxs vaxtında betonun pulunu vermədiyinə görə o, məcbur olub İlqara pulu özündən verməyə başlamış və təxminən altı ay ərzində hissə-hissə olmaqla ümumilikdə Təqsirləndirilən şəxs1 2250 (iki min iki yüz əlli) manat pul ödəmişdir. Həmin pulun əsas hissəsi betonun pulu, 150 (yüz əlli) manatı isə betonu boşaldan «pompa» maşınının pulu olmuşdur. Bundan başqa, o, nə Təqsirləndirilən şəxs1, nə də ki, onun tanışı Zərərçəkmiş şəxs heç bir tikinti materialları götürməmişdir. Amma sonradan aparılan söhbətlərdən məlum olmuşdur ki, Təqsirləndirilən şəxs1 nə ondan verdiyi betonun əvəzində aldığı pulları sahibinə ödəmiş, nə də ki, özü Elçindən aldığı daş və taxta materiallarının pulunu qaytarmışdır. Pul sahibinə isə onun adını verərək pullarının guya onda olmasını bildirməklə vaxt uzatmağa başlamışdır. Sonradan ona məlum olmuşdur ki, Zərərçəkmiş şəxs həmin tikinti materiallarını Təqsirləndirilən şəxs1 sonuncunun tanışı olan və ondan mənzil almaq istəyən Leyla adlı qadının ona ilkin ödəniş kimi verdiyi 8000 (səkkiz min) manat pulun əvəzində vermiş, lakin İlqar materialların satışından əldə olunmuş pulları qadına vaxtında ödəmədiyi üçün Leyla Mustafayeva şikayət etməyə başlamışdır. Həmin ərəfədə İlqar onunla görüşmüş və Leylanın şikayətinin qarşısının alınması üçün sonuncunun xahişi əsasında Təqsirləndirilən şəxs1 tikinti materiallarının əvəzinə 9700 (doqquz min yeddi yüz) manat məbləğində pul verəcəyi barədə qəbz yazmışdır. Lakin o, həmin məbləğdə tikinti materiallarını götürməmiş, qəbzi verməsinə səbəb isə İlqarın xahişi olmuşdur. O, hər-hansı bir şəxsə qarşı dələduzluq etməməsinə baxmayaraq X3 2500 manatını ödəmiş, qalan məbləği isə gələcəkdə ödəyəcəyi ilə bağlı sonuncu ilə razılığa gəlmişdir. Göstərilənləri nəzərə alaraq barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs1 ona elan edilmiş CM-in 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməsi və digər Təqsirləndirilən şəxs2 ona elan edilmiş CM-in 178.2.1 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməsi öz təsdiqini tapmışdır. Məhkəmə baxışı zamanı dindirilmiş zərərçəkmiş şəxs X11 ifadəsində göstərmişdir ki, 2013-cü ilin sonlarında xalası Leyla özünə ucuz qiymətə torpaq sahəsi alıb ev tikmək qərarına gəlmişdir. Bu məqsəd ilə Leyla Cəmil adlı şəxsdən təxminən bir sot torpaq sahəsi almış, lakin icazə verilmədiyi üçün həmin torpaq sahəsində tikinti apara bilməmişdir. Həmin ərəfədə ev alğı-satqısı ilə məşğul olan tanışları Gülnarə adlı qadın Leylaya tanışlarının Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsində binası inşa edildiyini deyib həmin binada ev almalarını məsləhət görmüşdür. Həmin zaman Leyla qeyd edilən ünvana gedərək binanın sahibi Elçin adlı şəxslə danışıb oradan ev almaq qərarına gəlmişdir. Elçinlə Leyla arasında olan razılaşmaya əsasən sonuncu binanın 3-cü mərtəbəsində 30500 (otuz min beş yüz) manata 2 otaqlı mənzil alacaq, pulunu bir neçə mərhələyə hissə-hissə ödəyəcək, təxminən üç aya tikinti başa çatdırılaraq mənzili özünə təhvil veriləndə isə pulunu tam ödəyib qurtaracaqdır. Bundan sonra xalası Leyla kredit götürərək ilkin ödəniş kimi 2900 (iki min doqquz yüz) manat ödəmiş və müqavilə bağlamışdır. Bundan sonra Leyla ümumilikdə 8000 (səkkiz min) manat ödəmişdir. Lakin, Zərərçəkmiş şəxs bu qədər pul almasına baxmayaraq nə vəd verdiyi mənzilin tikintisini başa çatdıraraq xalası Leylaya təhvil vermiş, nə də ki, aldığı pulları geri qaytarmamışdır. Xalası Leyla ilə Elçinin problemi yaşandığı üçün o, xalasına tanışı Təqsirləndirilən şəxs1 həmin məsələnin həll edilməsi üçün məsləhət görmüşdür. Bundan sonra o, Təqsirləndirilən şəxs1 yaşadığı evə dəvət etmiş və sonuncu onun yaşadığı evə gələrək xalası ilə söhbət edib həmin məsələni həll edəcəyini, yəni Elçindən pulu alacağını demişdir. Bundan bir müddət sonra xalası Leyla Təqsirləndirilən şəxs1 bir xəbər çırmadığını, onunla ünsiyyətdən yayındığını görüb özü yenidən Zərərçəkmiş şəxsin yanına getmişdir. Həmin zaman Leylaya, İlqarın onların adından Elçinin yanına gedərək söhbət etməsi və sonuncudan pulun əvəzində tikinti materialları alaraq satdığı məlum olmuşdur. Bundan sonra xalası onun vasitəsi ilə Təqsirləndirilən şəxs1 xəbər yollamış və sonuncu onlardan bir müddət vaxt istəyərək pulları verəcəyini demişdir. Lakin Təqsirləndirilən şəxs1 sonradan müxtəlif bəhanələrlə pulları qaytarmaqdan yayınmağa başlamışdır. Bundan başqa həmin ərəfədə Təqsirləndirilən şəxs1 xalası ilə Cəmil adlı şəxs arasında yaranmış mübahisəni vəkil tutaraq məhkəmə müstəvisində həll edəcəyini deyib Leyladan 200 manat pul almış, lakin verdiyi vədə əməl etməmişdir. Bundan başqa Təqsirləndirilən şəxs1 onu da aldadaraq 3000 manat dəyərində qızıl dəstini ələ keçrmişdir. Belə ki, Təqsirləndirilən şəxs1 onun etibarından sui-istifadə edərək yaxın müddətdə girovdan çıxararaq özünə qaytaracağını vəd verməklə 2015-ci ilin sentyabr ayında ona məxsus, təxminən 3000 (üç min) manata aldığı, bir cüt sırğadan və bir ədəd üzükdən ibarət, zümrüd və brilyant qaşlı bir ədəd qızıl qadın dəstini götürərək lombarda girov qoyaraq 500 (beş yüz) manat pul krediti götürmüşdür. Ona sonradan məlum olmuşdur ki, Təqsirləndirilən şəxs1 götürdüyü krediti ödəyərək qızıl dəsti lombarddan götürmüş, lakin hazıra kimi ona qaytarmamışdır. Cinayət hadisəsi nəticəsində Təqsirləndirilən şəxs1 tərəfindən ona dəymiş ziyan ödənilmədiyindən, sonuncudan şikayətçidir. Məhkəmə baxışı zamanı dindirilmiş zərərçəkmiş şəxs X7 ifadəsində göstərmişdir ki, 2013-cü ilin sonlarında özünə ucuz qiymətə torpaq sahəsi alıb ev tikdirmək qərarına gəlmişdir. Bu məqsəd ilə yaşadıqları ünvanın yaxınlığında Cəmil adlı şəxsdən təxminən bir sot sahəsi olan torpaq sahəsi almış, lakin müvafiq icazələr ala bilmədiyi üçün həmin torpaq üzərində tikinti işləri apara bilməmişdir. Həmin ərəfədə tanış olduğu Gülnarə adlı ev alğı-satqısında işləyən qadın ona tanışlarının Bakı şəhəri, ünvan 7 ünvanda yeni yaşayış binası inşa etdiyini, həmin binada ucuz qiymətə ev ala biləcəyini demişdir. Gülnarə ilə razılaşıb həmin ünvana gedib orada yenicə inşa olunmağa başlayan binanı görüb həyətində yerləşən ofis kimi istifadə olunan tikilinin daxilinə keçmiş və orada özünü aparılan tikintinin sahibi kimi təqdim edən Zərərçəkmiş şəxs adlı şəxslə tanış olmuşlar. Zərərçəkmiş şəxs həmin zaman ona 4 mərtəbəli bina inşa etdiyini, satışda mənzillərin olmasını bildirmişdir. O, Elçinə pulunun az olduğunu, mənzilin pulunu tam şəkildə ödəyə bilməyəcəyini dedikdə sonuncu ona problem olmadığını, arada ümumi tanışları onun etibar etdiyi Gülnarə xanım olduğu üçün lazım gələrsə mənzilin pulunu hissə-hissə ödəyə biləcəyini bildirmişdir. O, binanın 3-cü mərtəbəsində 30500 (otuz min beş yüz) manata 2 otaqlı mənzili bəyənmiş və həmin evi almaq istədiyini bildirmişdir. Elçin həmin zaman tikintinin təxminən üç aya başa çatdırılacağını demiş və o, sonuncu ilə mənzil təhvil verilənə kimi evin pulunun tam ödəyib qurtaracağı barədə razılığa gəlmişlər. Bundan sonra o, bankdan 2900 (iki min doqquz yüz) manat məbləğində kredit götürərək bacısı Şəhla, makler Gülnarə ilə birlikdə Elçinin ofisinə getmiş və orada Gülnarənin köməkçisi Xəqani adlı şəxsin yanında 2900 (iki min doqquz yüz) manat pulu sayıb mənzilin dəyərinin ilkin ödənişi kimi Zərərçəkmiş şəxs vermişdir. Elçin pulu sayıb təhvil aldıqdan sonra tanımadıqları və orada iştirak etməyən X24 adlı şəxsin adından onunla satacağını vəd verdiyi iki otaqlı mənzilə dair alğı-satqı müqaviləsi tərtib etmiş və həmin müqavilədə ödədiyi məbləği göstərməklə imzalarla təsdiq etmişlər. Razılaşmaya görə o, əlinə pul düşdükcə aparıb Zərərçəkmiş şəxs ödəməli, guya Elçin onun kasıbçılığını, tənha qadın olduğunu nəzərə alaraq ona güzəşt edib, banklara salmayacağını bildirmişdir. O da sevincək hər dəfə pul əldə etdikcə toplayıb aparıb Elçinə ödəmişdir. Belə ki, o, 08.01.2014-cü il tarixdə 1700 (bir min yeddi yüz) manat, 21.05.2014-cü il tarixdə isə 3400 (üç min dörd yüz) manat pulu aparıb ofisində Zərərçəkmiş şəxs eyni şəxslərin iştirakı ilə vermişdir. Elçin isə hər dəfə pulu qəbul etdikdə ona verdiyi müqavilənin «Qrafik» hissəsində pulu təhvil alması barədə müvafiq qeydləri apararaq öz imzası ilə təsdiq etmişdir. Lakin Zərərçəkmiş şəxs ondan 8000 (səkkiz min) pul almasına baxmayaraq nə vəd verdiyi mənzilin tikintisini başa çatdıraraq ona təhvil vermiş, nə də ki, aldığı pullarını geri qaytarmışdır. Hər dəfə müxtəlif bəhanələr gətirərək gah binanın tikintisinə dövlət tərəfindən icazə verilmədiyini, gah tikintini başa çatdırmağa vəsaitləri olmadığını, gah da onu aldadaraq digər - artıq tikintisi başa çatmış binada mənzil verəcəyini bildirmiş, lakin onun həmin məbləğə gücü çatmasın deyə mənzilin qiymətini özü qəsdən baha demiş, sonra isə ümumiyyətlə ondan qaçıb gizlənməyə başlamışdır. Həmin ərəfədə onun problemindən məlumatlı olan evində yaşadıqları bacısı qızı Mətanət Talıbova, Təqsirləndirilən şəxs1 adlı tanışı olduğunu, onun geniş imkanlara və əlaqələrə malik olduğunu deyərək Elçinlə bağlı problemi ilə əlaqədar İlqara müraciət etmələrini məsləhət bilmişdir. O, başsız və kimsəsiz bir qadın olduğu üçün Mətanətin bu təklifi ilə razılaşmış və sonuncu İlqarı yaşadıqları evə dəvət etmişdir. O, İlqara öz problemlərini danışmış, İlqar da bu məsələnin həllini öz üzərinə götürəcəyini vəd verərək onun pullarını Zərərçəkmiş şəxs alacağını demişdir. O, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs1 qohumu kimi təqdim etmiş və müqavilə üzrə ev alğı-satqısı üçün ödədiyi pulun İlqar vasitəsilə ona verilməsini demişdir. Bir müddət sonra o, Təqsirləndirilən şəxs1 bir xəbər çıxmadığını, onunla ünsiyyətdən yayındığını görüb özü yenidən bacısı Şəhla ilə birlikdə Zərərçəkmiş şəxs yanına getdikdə ona məlum olmuşdur ki, İlqar onun adından Elçinin yanına gedərək onun verdiyi pulların əvəzinə Elçin ilə öz aralarında razılaşaraq qısa müddət ərzində 9700 (doqquz min altı yüz) manat dəyərində tikinti materialları götürmüş, lakin ona bu barədə heç nə bildirmədən həmin materialları özü satıb pullarını ələ keçirmişdir. Bu barədə o, Mətanət vasitəsi ilə Təqsirləndirilən şəxs1 xəbər yollayaraq pullarını özünə çatdırmasını tələb etdikdə, İlqar onlardan bir müddət vaxt istəyərək pullarını verəcəyini bildirsə də, sonradan müxtəlif bəhanələrlə pullarını qaytarmaqdan yayınmağa başlamışdır. Buna görə də o, hamını məcbur edib maklerlik etmiş Gülnarənin iştirakı ilə bir araya yığmış, həmin görüşdə Zərərçəkmiş şəxs üzünə dirəndiyini görüb İlqar ortaya Vüsal adlı bir şəxsin adını atmışdır ki, guya pulunun əvəzinə Elçindən götürdüyü tikinti materiallarını həmin Vüsal adlı şəxsə verib və sonuncuda tikinti materiallarını sataraq pulu ələ keçirib. Bundan başqa həmin ərəfədə Təqsirləndirilən şəxs1 onu bir dəfə də yaşadığı ünvanda aldadaraq 200 (iki yüz) manat pulunu ələ keçirmişdir. Belə ki, həmin ərəfədə o, özünə fərdi ev tikdirmək məqsədi ilə yaşadığı ünvanın yaxınlığında Cəmil adlı şəxsdən təxminən bir sot torpaq sahəsi almışdır. Lakin tikintiyə müvafiq strukturlar tərəfindən icazə verilmədiyi üçün həmin torpaq üzərində tikinti işləri apara bilməmişdir. Həmin ərəfədə də Gülnarə onun üçün artıq Elçingilin inşa etdirdiyi binada mənzil tapdığı üçün o, aldığı torpaq sahəsini sahibi Cəmilə qaytarmağa çalışmış, lakin Cəmil torpağı qaytararaq aldığı pulu vermək istəməmiş, aralarında mübahisə olmuşdur. Bunu bilən Təqsirləndirilən şəxs1 onu aldadaraq guya 200 (iki yüz) manat müqabilində onun üçün tanıdığı bacarıqlı bir vəkil ilə müqavilə bağlayacağına, həmin vəkil də guya məhkəmədə onların məsələsini mübahisələndirərək onun xeyrinə qərar qəbul etdirəcəyinə, nəticədə onun pulunun Cəmildən alınaraq özünə geri qaytarılacağına söz vermişdir. Lakin pulu almasından xeyli müddət keçməsinə baxmayaraq İlqar onun üçün nə bir vəkil tutmuşdur, nə də ki, Cəmildən pullarını geri almışdır. Sonradan həmin məsələni özü Cəmillə öz aralarında həll etmişdir. İstintaq dövründə Təqsirləndirilən şəxs1 vəkilə görə aldığı pulu geri qaytarmışdır. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ona qarşı törətdiyi cinayət əməli üzrə vurulmuş ziyanın bir hissəsi, yəni 2500 manatı sonuncu tərəfindən ödənilmiş və Təqsirləndirilən şəxs2 öz üzərinə düşən qalan 1500 manat məbləğində pulu ödəyəcəyinə söz vermişdir. Təqsirləndirilən şəxs1 tərəfindən ona dəymiş zərər ödəilmədiyindən sonuncudan şikayətçidir, Təqsirləndirilən şəxs2 qarşı heç bir şikayət və tələbi yoxdur, onunla barışmışdır. Məhkəmə baxışı zamanı dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 2013-cü ilin təxminən oktyabr ayında Bakı şəhəri, Binəqədi rayonu, ünvan 8 ünvanda təxminən 6-7 sot ərazisi olan və tərəfindən təxminən 2005-ci ildə alınmış torpaq sahəsinin üzərində üç mərtəbəli 24 mənzilli yaşayış binası inşa etdirmək qərarına gəlmişdir. Təxminən iki ay ərzində binanın iki mərtəbəsini tikib başa çatdırmış, həmin ərəfədə o, artıq tikiləcək binanın mənzillərinin satışına başlamışdır. Həmin ərəfədə ərazidə makler kimi fəaliyyət göstərən X21 vasitəsi ilə X7 ilə tanış olmuş və sonuncu ilə binanın 3-cü mərtəbəsində yerləşəcək 24-cü mənzilin satışına dair alğı-satqı müqaviləsi bağlamışdır. Müqavilənin şərtlərinə görə, mənzilin ümumi dəyəri 30500 (otuz min beş yüz) manat olmuşdur. Leyla Mustafayeva ilə həmin pulu ona mərhələli şəkildə ödəməsi və binanın tikintisi başa çatdırılıb istifadəyə verildikdən sonra isə mənzilin dəyərini tam şəkildə ödəyib başa çatdırması barədə müqavilə imzalamış, həmin gün ilkin ödəniş kimi Leyla Mustafayeva ona 2900 (iki min doqquz yüz) manat pul ödəmişdir. X12 əlavə iki dəfə də hissə-hissə ümumilikdə 8000 (səkkiz min) pul ödəmişdir. Lakin 2014-cü ilin əvvəllərində Azərbaycan Respublikası FHN-nin Tikintiyə Nəzarət İdarəsinin əməkdaşları tərəfindən onların inşa etdikləri yaşayış binasının tikintisi dayandırılmışdır. Ona görə də, Leyla Mustafayeva ilə arasında bağlanmış müqavilənin şərtlərini yerinə yetirə bilməmişdir. O, məcbur olub digər bir yaşayış binasının inşasına başlamış, Leyla Mustafayevaya maya dəyəri bahalaşdığı üçün artıq fərqli qiymətə yeni inşa etdiyi binada mənzil təklif etmişdir. Leyla Mustafayeva isə razılaşmayaraq mənzili maya dəyərindən də aşağı qiymətə istəmişdir. Razılıq əldə edə bilmədiyi üçün Leyla Mustafayeva verdiyi pulları geri tələb etməyə başlamışdır. Həmin ərəfədə əlində nağd pul olmadığı üçün Leylanın pullarını qaytara bilməmişdir. 2015-ci ilin yay aylarında Leyla Mustafayeva ona zəng edərək adından yanına bacısı oğlunun gələcəyini, mənzilin pullarını ona verməyini bildirmişdir. Bir qədər sonra yanına bir nəfər özünü Leylanın bacısı oğlu kimi təqdim edən Təqsirləndirilən şəxs1 adlı şəxs gəlmiş və Leyla Mustafayeva ilə bağlanmış müqavilənin əslini təqdim etməklə xalasının mənzilə görə verdiyi pulları tələb etməyə başlamışdır. O, Təqsirləndirilən şəxs1 tikinti işləri ilə əlaqədar əlində nağd pul olmadığını izah etmiş, pulun əvəzinə onlara tikinti materialları verə biləcəyini demişdir. İlqar bu məsələni pulun sahibi ilə müzakirə etmək üçün bir qədər vaxt istəmiş və bir neçə gündən sonra zəng edib pulu tikinti materialları ilə əvəzləşdirməyə razılıq aldığını bildirmişdir. O, Təqsirləndirilən şəxs1lə «Nəsimi» bazarı yaxınlığında görüşmüş və sonuncu orada onu Vüsal adlı dostu ilə tanış edərək, Vüsalın tikinti işləri apardığını, Leylanın pulunun əvəzində onun verəcəyi tikinti materiallarını Vüsal vasitəsi ilə satdırıb əldə olunacaq pulları özü Leylaya çatdıracağını demişdir. Həmin razılaşmaya əsasən o, İlqarın verdiyi sifarişlər əsasında onlara birinci dəfə 1230 (bir min iki yüz otuz) manat dəyərində kubik daşları, sonradan isə bir neçə dəfə də beton maşınlarını göndərmişdir. O, yalnız İlqarın telefon vasitəsi ilə verdiyi sifarişlər əsasında ona verdiyi telefon nömrələrini beton zavodlarının və ya daş karxanalarının əməkdaşlarına vermiş, material onun hesabına yazılaraq telefon sahiblərinin özlərinin dedikləri ünvanlara yola salınmışdır. Göndərdiyi tikinti materiallarının əksəriyyəti Vüsalın sifarişi əsasında verilmişdir. Cəmi bircə dəfə İlqar ona başqa bir şəxsin, deməsinə görə öz qohumunun telefonunu verərək həmin şəxsin ünvanına, Məhəmmədli kəndinə bir maşın daş göndərilmişdir. Təxminən iki ay ərzində ümumilikdə İlqar və Vüsalın sifarişi ilə 9700 (doqquz min yeddi yüz) manat dəyərində tikinti materiallarını öz hesabına göndərmişdir. Onlara verməli olduğu 8000 (səkkiz min) manatın əvəzinə 9700 (doqquz min yeddi yüz) manatlıq material verməyinin səbəbi isə onlara yarımçıq beton maşını verə bilməməsi, maşınların zavoddan tam həcmdə çıxması olmuşdur. İlqar axırıncı maşındakı betonun satışından artıq qalan pulu, 1700 (bir min yeddi yüz) manatı onun özünə qaytaracağına söz vermiş, lakin sonradan onu aldadaraq həmin pulu özünə qaytarmamışdır. Təxminən dörd aydan sonra Leyla Mustafayeva bacısı ilə birlikdə üzərinə gələrək ondan yenə də pullarını tələb etməyə başlamışdır. Onların pullarının əvəzinə yanına göndərdikləri bacısı oğlu İlqara 9700 (doqquz min yeddi yüz) manatlıq tikinti materiallarını verdiyini bildirdikdə, Leyla bu məsələdən xəbərdar olmadığını, bu məsələnin ona heç bir aidiyyətinin olmadığını bildirərək hay-küy salmağa başlamışdır. Bu səbəbdən o, zəng edib İlqarı da ofisə dəvət etmiş, İlqar ora gəldikdən sonra aralarında mübahisə yaranmışdır. O isə kənarda dayanıb onların mübahisəsinə müdaxilə etməmişdir. Öz aralarında olan məsələyə aydınlıq gətirmələrini təklif etmişdir. X27 Təqsirləndirilən şəxs1 pullarını ala bilmədiyi üçün ondan şikayət etməyə başlamışdır. İstintaq dövründə Təqsirləndirilən şəxs1 materialdan ona çatası 1700 (bir min yeddi yüz) manatdan 500 (beş yüz) manat hissəsini qaytarmış, qalan məbləğ isə bu günədək də qaytarılmamışdır. Buna baxmayaraq isə təqsirləndirilən şəxslərdən şikayət və tələbi yoxdur. Məhkəmə iclasında dindirilmiş şahid X22 ifadəsində göstərmişdir ki, 2007-ci ildən Bakı şəhəri, Nərimanov rayonu, Böyükşor qəsəbəsi, ərazisində yerləşən beton istehsalı sexini işlətmişdir. O, Zərərçəkmiş şəxs uzun müddətdir ki, tikinti işləri ilə məşğul olan şəxs kimi tanımışdır. O, Zərərçəkmiş şəxs tikintisinə mütəmadi olaraq beton göndərmişdir. 2015-ci ilin sonlarında Elçin ona zəng edərək Vüsal adlı şəxs onun adından zəng edərək beton götürəcəyini demiş və o da razılaşmışdır. Bundan sonra Elçin Vüsalın telefon nömrəsini SMS-lə ona göndərmiş, o da nömrəni beton daşıyan sürücülərə vermişdir. Sürücülər lazım olan miqdarda betonu Vüsalın Qala qəsəbəsində işlətdiyi obyektdə aparmışlar. Beləcə o, Vüsalın sifarişi əsasında 3570 (üç min beş yüz yetmiş) manatlıq, 42 (qırx iki) kub miqdarında beton göndərmişdir. O, Zərərçəkmiş şəxslə Vüsal adlı şəxsin arasında baş verənlər barədə əvvəlcədən məlumatlı olmamış, bu barədə yalnız sonradan istintaq zamanı xəbər tutmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 ifadəsində göstərmişdir ki, X7 onun doğma bacısıdır. 2013-cü ilin sonlarında Leyla özünə ucuz qiymətə torpaq sahəsi alıb ev tikmək qərarına gəlmişdir. Bu məqsəd ilə yaşadıqları ünvanın yaxınlığında Cəmil adlı şəxsdən təxminən bir sot torpaq sahəsi almışdır. Lakin müvafiq icazə ala bilmədikləri üçün orada tikinti işləri aparıla bilməmişdir. Həmi ərəfədə ev alğı-satqısı ilə məşğul olan tanışları Gülnarə adlı qadın Leylaya tanışlarının Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsində binası inşa edildiyini deyib həmin binada ev almalarını məsləhət görmüşdür. Həmin zaman Leyla qeyd edilən ünvana gedərək binanın sahibi Elçin adlı şəxslə danışıb oradan ev almaq qərarına gəlmişdir. Elçinlə Leyla arasında olan razılaşmaya əsasən sonuncu binanın 3-cü mərtəbəsində 30500 (otuz min beş yüz) manata 2 otaqlı mənzil alacaq, pulunu bir neçə mərhələyə hissə-hissə ödəyəcək, təxminən üç aya tikinti başa çatdırılaraq mənzili özünə təhvil veriləndə isə pulunu tam ödəyib qurtaracaqdır. Bundan sonra Leyla kredit götürərək ilkin ödəniş kimi 2900 (iki min doqquz yüz) manat ödəmiş və müqavilə bağlamışdır. Bundan sonra Leyla ümumilikdə 8000 (səkkiz min) manat ödəmişdir. Lakin, Zərərçəkmiş şəxs bu qədər pul almasına baxmayaraq nə vəd verdiyi mənzilin tikintisini başa çatdıraraq xalası Leylaya təhvil vermiş, nə də ki, aldığı pulları geri qaytarmamışdır. Həmin ərəfədə bacısı qızı Mətanət Talıbovanın vasitəsi ilə Təqsirləndirilən şəxs1 ilə tanış olmuşlar. Mətanətin dəvəti əsasında Təqsirləndirilən şəxs1lə görüşmüşlər və görüş zamanı sonuncu Leylaya Zərərçəkmiş şəxs pulu geri alacağını demişdir. Bir müddət sonra Leyla Təqsirləndirilən şəxs1 bir xəbər çıxmadığını, ünsiyyətdən yayındığını görüb onunla birlikdə Zərərçəkmiş şəxsin yanına getmişdir. Həmin zaman onlara İlqarın Elçindən pulun əvəzində tikinti materialları alması məlum olmuşdur. Bundan sonra Leyla Mətanət vasitəsi ilə Təqsirləndirilən şəxs1 xəbər yollamış, İlqarda Leyladan möhlət istəyərək qısa müddət ərzində pullarını qaytaracağını demişdir. Lakin İlqar verdiyi vədə əməl etməyərək bacısını aldatmışdır. Bundan başqa həmin ərəfədə Təqsirləndirilən şəxs1 Leyla ilə Cəmil adlı şəxs arasında yaranmış mübahisəni vəkil tutaraq məhkəmə müstəvisində həll edəcəyini deyib Leyladan 200 manat pul almış, lakin verdiyi vədə əməl etməmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 16.05.2016-cı il tarixli qərardan görünür ki, X2 8000 (səkkiz min) manat pulunun dələduzluq yolu ilə ələ keçirilməsi ilə bağlı ərizəsi əsasında toplanmış material üzrə fakta görə CM-in 178.3.2-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və istintaqı aparılması üçün icraata qəbul edilmişdir. 10.06.2016-cı il tarixli qərardan görünür ki, CM-in 178.3.2-ci maddəsi ilə başlanmış ********* nömrəli cinayət işi CM-in 178.2.1 və 178.2.4-cü maddələrinə tövsif edilmişdir. 19.07.2016-cı il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 19 iyul 2016-cı il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. 19.07.2016-cı il tarixli protokoldan görünür ki, X7 ilə Təqsirləndirilən şəxs1 arasında üzləşdirmə istintaq hərəkəti aparılmış və X7 istintaqa verdiyi ifadəni təsdiq etməklə Təqsirləndirilən şəxs1 üzünə qarşı demişdir. 19.07.2016-cı il tarixli protokoldan görünür ki, X11 ilə Təqsirləndirilən şəxs1 arasında üzləşdirmə istintaq hərəkəti aparılmış və X11 istintaqa verdiyi ifadəni təsdiq etməklə Təqsirləndirilən şəxs1 üzünə qarşı demişdir. 21.07.2016-cı il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 bir ədəd 03.01.2016-cı il tarixli, Təqsirləndirilən şəxs2 pul öhdəliyini öz üzərinə götürməsi məzmununda olan, əlyazma qəbzi istintaq orqanına təqdim edərək həmin qəbzin şəxsən Təqsirləndirilən şəxs2 tərəfindən yazıldığını bildirmişdir. 21.07.2016-cı il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş və o, saxlanıldığı Binəqədi RPİnin MSY-dən azad edilmişdir. 21.07.2016-cı il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 tərəfindən istintaq orqanına bir ədəd qəbz təqdim edilmiş və həmin qəbzə baxış keçirilərkən «Mən Təqsirləndirilən şəxs2 yazılı surətdə bildirirəm ki, oktyabr ayının axırları götürdüyüm material 3600 AZN noyabrın əvvəli 2000 AZN və 4100 AZN-lik materialın pulu toplam 9700-300 yəni 9400 AZN işlərimizin ləngidiyinə görə və yaranmış çətinliyə görə gecikməkdədir. Mən Təqsirləndirilən şəxs2 ********** Təqsirləndirilən şəxs1 ********** 1 ay müddətinə ödəməyə hazıram xaiş edirəm Mənə yazdığım müddətə möhlət verəsiz Əgər verməsəm təksirli şəxs kimi cavab verməyə hazıram. 03.01.2016 Təqsirləndirilən şəxs2 / imzası, Təqsirləndirilən şəxs1 / imzası» mətnli əlyazma əks olunması müəyyən edilmişdir. 21.07.2016-cı il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 tərəfindən istintaq orqanına təqdim edilmiş bir ədəd əlyazma qəbz iş üzrə maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. 23.07.2016-cı il tarixli qərardan görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs1 ********* nömrəli cinayət işi üzrə şübhəli statusuna xitam verilmiş və barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilmişdir. 23.07.2016-cı il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə şübhəli şəxs Təqsirləndirilən şəxs2 ittiham elan olunması üçün barəsində axtarış elan olunmuşdur. 08.11.2016-cı il tarixli protokoldan görünür ki, axtarışda olan Təqsirləndirilən şəxs2 08.11.2016-cı il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. 09.11.2016-cı il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 ilə Təqsirləndirilən şəxs2 arasında üzləşdirmə istintaq hərəkəti aparılmış və sonuncular istintaqa verdiyi ifadələrini təsdiq etməklə bir-birinin üzünə qarşı demişlər. 10.11.2016-cı il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş və o, saxlanıldığı Binəqədi RPİnin MSY-dən azad edilmişdir. 12.11.2016-cı il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs2 arasında üzləşdirmə istintaq hərəkəti aparılmış və Zərərçəkmiş şəxs istintaqa verdiyi ifadəni təsdiq etməklə Təqsirləndirilən şəxs2 üzünə qarşı demişdir. 19.11.2016-cı il tarixli qərardan görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs2 ********* nömrəli cinayət işi üzrə şübhəli statusuna xitam verilmiş və barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilmişdir. 26.12.2016-cı il tarixli, 26991 nömrəli Məhkəmə Ekspertiza Mərkəzinin rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş 03.01.2016-cı il tarixli qəbzdəki yazılar (“03.01.2016” rəqəmlərindən aşağıdakı “Təqsirləndirilən şəxs1” yazılarından başqa) və “Təqsirləndirilən şəxs2” yazıları qarşısındakı imza - Təqsirləndirilən şəxs2 tərəfindən icra olunmuşdur, həmin qəbzdə “03.01.2016” rəqəmlərindən aşağıdakı “Təqsirləndirilən şəxs1” yazıları və həmin yazıların qarşısındakı imza - Təqsirləndirilən şəxs1 tərəfindən icra olunmuşdur. 10.07.2017-ci il tarixli protokoldan görünür ki, ibtidai istintaq zamanı mobil operatorlardan alınmış disklərə baxış keçirilmiş və baxış zamanı müəyyən edilmişdir ki, 06.11.2015-ci il tarixdən 23.02.2016-cı il tarixədək olan müddətdə Təqsirləndirilən şəxs1 istifadəsində olan (070) ***-**-** və (070) ***-**-** abonent nömrələri ilə Təqsirləndirilən şəxs2 istifadəsində olan (077) ***-**-** abonent nömrəsi və Zərərçəkmiş şəxs istifadəsində olan (070) ***-**-** abonent nömrəsi ilə qarşılıqlı zəngləşmə aparılmışdır. 12.11.2015-ci il tarixdə saat 15:34 radələrində Zərərçəkmiş şəxs istifadəsində olan (050) ***-**-** abonent nömrəsindən beton satışı ilə məşğul olan X14 istifadəsində olan (050) ***-**-** abonent nömrəsinə "077 ***-**-** Vüsal" mətnli SMS yazılmaqla Təqsirləndirilən şəxs2 istifadəsinə olan nömrəni göndərmişdir. Təqsirləndirilən şəxs2 istifadəsində olan 077 520- 07-34 nömrəsi 12.11.2015-ci il tarixdə saat 15:35-də Qobu qəsəbəsindəki antenn dairəsində istifadə olunmuşdur. Həmçinin, müəyyən olunmuşdur ki, 06.11.2015-ci il tarixdən 23.02.2016-ci il tarixədək olan müddətdə Təqsirləndirilən şəxs1 istifadəsində olan(070) 297-77- 00 və (070) ***-**-** nömrəsindən Təqsirləndirilən şəxs2 istifadəsində olan (077) 520-07- 34 nömrəsinə pul tələbi ilə söyüş məzmunlu çoxsaylı SMS-lər göndərilmiş, eləcə də müəyyən zəngləşmələr olmuşdur. 11.07.2017-ci il tarixli protokoldan və ona əlavə edilmiş qəbzlərdən görünür ki, X22 tərəfindən istintaqa təqdim olunmuş biri 11.11.2015-ci tarixdə, digər üçü isə 12.11.2015-ci il tarixdə tərtib olunmuş ümumilikdə 4 ədəd yol vərəqəsi götürülmüşdür. 11.07.2017-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkildən görünür ki, X11 ifadənin yerində yoxlanılması istintaq hərəkəti zamanı o, istintaq verdiyi ifadəsini təsdiq etməklə hadisənin baş vermə mexanizmini əyani şəkildə göstərmişdir. 12.07.2017-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 ittiham elan olunması məqsədi ilə barəsində axtarış elan edilmişdir. 19.07.2017-ci il tarixli məktubdan və ona əlavə edilmiş girov sənədlərindən görünür ki, Təqsirləndirilən şəxs1 01.09.2015-ci il tarixdə müraciət edərək suda-kredit götürməsini bildirdiyinə görə və təqdim etdiyi qızıl-zinət əşyalarına əsasən həmin gün 55150717 nömrəli girov müqaviləsi bağlanaraq 500 (beş yüz) manat məbləğində kredit ayrılmışdır. 08.09.2015-ci il tarixdə girov ödənilmiş və kredit üzrə borc ödənilərək girov geri alınmışdır. X11 ilə kredit müqaviləsi bağlanmamışdır. 22.07.2017-ci il tarixli protokoldan görünür ki, axtarışda olan Təqsirləndirilən şəxs2 21 iyul 2017-ci il tarixdə tutularaq, Binəqədi RPİ-nin MSY-nə təhvil verilmişdir. 23.07.2017-ci il tarixli qərardan görünür ki, Bakı şəhəri Binəqədi rayon prokuroru baş ədliyyə müşaviri Nazim İmanov tərəfindən Təqsirləndirilən şəxs2 barəsində həbs qətimkan tədbiri seçilməsi üçün təqdimat verilməsinə dair Binəqədi RPİ-nin İŞ-nin baş müstəntiqi İlqar Həmidovun vəsatəti təmin edilməmişdir. 23.07.2017-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş və o, saxlanıldığı Binəqədi RPİ-nin MSYdən azad edilmişdir. 19.09.2017-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 ilə X18 arasında üzləşdirmə istintaq hərəkəti aparılmış və Təqsirləndirilən şəxs2 istintaqa verdiyi ifadəni təsdiq etməklə X13 üzünə qarşı demişdir. 22.09.2017-ci il tarixli protokoldan görünür ki, X22 tərəfindən istintaqa təqdim olunmuş biri 11.11.2015-ci tarixdə, digər üçü isə 12.11.2015-ci il tarixdə tərtib olunmuş ümumilikdə 4 ədəd yol vərəqəsinə keçirilmiş baxış zamanı yol vərəqələrinin yuxarı sol küncündə “B.N. Beton”, aşağısında “Qala Elçin” yazıları, materialın daşındığı avtomobil kimi **-CN-***, materiala aid ayrılmış qrafada isə müvafiq olaraq “Beton m 300 12kv m x 85m=1020m”, “B.N.Beton, Beton m 300 lOkub m x 85 = 850, **-ZN-***”, “B.N.Beton, Beton m 300 lOkub m x 85 = 850, **-XN-***”, “B.N.Beton, Beton m 300 lOkub m x 85 = 850, **-CP-***” yazılarının olduğu aşkar edilmişdir. 23.09.2017-ci il tarixli qərardan görünür ki, telefon danışıqları barədə "xxxx" MMC, "xxxx" MMC və "xxxx" MMC-dən daxil olmuş 3 (üç) ədəd disk, zərərçəkmiş şəxs X15 tərəfindən istintaq orqanına təqdim olunmuş siyahı, X22 tərəfindən istintaq orqanına təqdim olunmuş 4 (dörd) ədəd yol vərəqəsi, Təqsirləndirilən şəxs1 tərəfindən istintaq orqanına təqdim edilmiş 1 (bir) ədəd qəbz maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir. 25.09.2017-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 CM-in 178.2.1 və 178.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddələr ilə yenidən ittiham elan olunmuşdur. 25.09.2017-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 CM-in 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddələr ilə ittiham elan olunmuşdur. 25.09.2017-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 06.12.2017-ci il tarixli, 1(001)-519/2017 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində axtarış elan olunaraq cinayət işi üzrə icraat dayandırılmışdır. 29.01.2018-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 29.01.2018-ci il tarixdə könüllü olaraq Binəqədi RPİ-nin 4-cü PB-nə getmiş və həmin tarixdə məhkəməyə təhvil verilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 07.03.2018-ci il tarixli, 1(001)-38/2018 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 haqqında axtarış elan olunaraq, barəsində seçilmiş “başqa yerə getmək haqqında iltizam” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilmiş və cinayət işi üzrə icraat sonuncu tutulub təcridxanaya təhvil verilənədək dayandırılmışdır. 29.09.2020-ci il tarixli protokoldan görünür ki, beynəlxalq axtarışda olan Təqsirləndirilən şəxs1 29.09.2020-ci il tarixdə Rusiya Federasiyasının Moskva vilayətinin Luxovitsk rayonunda şübhəli şəxs qismində tutulmuşdur. 01.10.2020-ci il tarixli, Rusiya Federasiyasının Moskva vilayətinin Luxovitsk Rayon Məhkəməsinin qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində bir ay müddətə həbs qətimkan tədbiri seçilmiş və həbsdə saxlama müddətinin əvvəli 29.09.2020-ci il tarixdən hesablanmışdır. 28.10.2020-ci il tarixli, Rusiya Federasiyasının Moskva vilayətinin Luxovitsk Rayon Məhkəməsinin qərardan görünür ki, Təqsirləndirilən şəxs1 həbsdə saxlama müddəti 29.03.2021-ci il tarixədək uzadılmışdır. 19.03.2021-ci il tarixli Bakı İstintaq Təcridxanasının məktubundan görünür ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 07.03.2018-ci il tarixli, 1(001)-38/2018 nömrəli qərarı ilə axtarışda olan Təqsirləndirilən şəxs1 01.10.2020-ci il tarixdə Rusiya Federasiyasının Moskva şəhər DİO əməkdaşları tərəfindən tutulduqdan sonra Rusiya Federasiyasından Azərbaycan Respublikasına ekstradisiya edilərək 17.03.2021-ci il tarixdə Bakı istintaq Təcridxanasına təhvil verilmişdir. 23.03.2021-ci il tarixli Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin məktubundan görünür ki, 29.09.2020-ci il tarixdə Təqsirləndirilən şəxs1 Rusiya Federasiyası DİN-nin Luxovitsı şəhər dairəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılmış, barəsində ekstradisiya məsələsinin həll olunması məqsədi ilə Moskva vilayətinin Luxovitsk Rayon Məhkəməsinin 01.10.2020-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs1 barəsində 1 (bir) ay müddətə həbs qətimkan tədbiri seçilmişdir. 23.04.2021-ci il tarixli Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. 23.04.2021-ci il tarixli Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin tələbnaməsindən və müvafiq hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs1 barəsində CM-in 128-ci maddəsi ilə başlanmış cinayət işinə 03.05.2013-cü il tarixdə Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 40.2.2-ci maddəsinə əsasən xitam verilmişdir. Bundan başqa, Fətəliyev X19 Rayon Məhkəməsinin 29.01.2014-cü il tarixli hökmü ilə CM-in 221.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, aylıq qazancından 20 % dövlət nəfinə tutulmaqla 6 ay müddətə islah işləri cəzasına məhkum edilmişdir. 23.08.2017-ci il tarixli Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinin məktubundan və ona əlavə edilmiş qərardan görünür ki, Fətəliyev X19 Rayon Məhkəməsinin 29.01.2014-cü il tarixli hökmü ilə CM-in 221.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, aylıq qazancından 20 % dövlət nəfinə tutulmaqla 6 ay müddətə islah işləri cəzasına məhkum edilmişdir. “28 May - Respublika günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 20 may 2016-cı il tarixli Qərarının 1.5-ci bəndi tətbiq edilməklə Nərimanov rayon İcra şöbəsinin 21.06.2016-cı il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs1 məhkum olunduğu islah işləri cəzasından azad edilmişdir. 02.07.2021-ci il tarixdə zərərçəkmiş şəxs X7 tərəfindən məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, Təqsirləndirilən şəxs2 tərəfindən zərərçəkmiş şəxs X3 dəymiş maddi ziyandan 2500 (iki min beş yüz) manatı ödənilmiş, yerdə qalan 1500 (bir min beş yüz) manat pulun ödənilməsi ilə bağlı aralarında razılıq olmuş, ona qarşı şikayət və tələbi yoxdur, barışmışdır. 02.07.2021-ci il tarixdə Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, Zərərçəkmiş şəxs dəymiş zərərdən 500 (beş yüz) manatı ödənilmiş, 1200 (bir min iki yüz) manat isə ödənilməmiş, Zərərçəkmiş şəxs təqsirləndirilən şəxslərdən heç bir şikayət və tələbi yoxdur. Məhkəmə, cinayət işinə təqsirləndirilən şəxslərə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi, mənbəyinin, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxslər və şahidlərin ifadələri, eləcə də ekspertiza rəyi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 özlərini təqsirli bilməyərək verdikləri ifadələrinə məhkəmə hüquqi qiymət verilməsini zəruri hesab edib qeyd edir ki, istintaq hərəkətlərinin aparılması haqqında protokolların və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutların qarşılıqlı şəkildə tədqiqi belə qənaətə gəlməyə əsas verir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən elan edilmiş ittiham üzrə öz hərəkətlərinin faktiki xarakterini dərk edərək cinayətin törədilməsinə şübhə yarada biləcək hər hansı bir hal müəyyən edilməmiş və təqsirləndirilən şəxslərin məhkəmə araşdırması zamanı heç bir mötəbər hala əsaslanmayan ifadələri ittihamı təkzib edən sübut kimi qəbul edilə bilməz. Yəni başqa sözlə desək, ibtidai istintaq orqanı tərəfindən elan edilmiş ittihamda göstərilən cinayət əməlinin törətməsi məhkəmə tərəfindən tədqiq edilmiş sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə baxışı zamanı Dövlət ittihamçısı məhkəmə şifahi vəsatət verib, CM-in 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə Təqsirləndirilən şəxs1 özgə əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə 2015-ci ilin oktyabr ayında zərərçəkmiş şəxs X3 vəd verib sonuncunun 200 (iki yüz) manat məbləğində pulunu ələ keçirməklə, təkrarən dələduzluq etməsi epizodu üzrə ittihamdan imtina edərək, qeyd olunan ittiham üzrə Təqsirləndirilən şəxs1 əməlində cinayət tərkibi olmadığından barəsində olan cinayət təqibinə həmin hissədə xitam verilməsini xahiş etmişdir. Məhkəmə, qanunvericiliyin tələblərini rəhbər tutaraq hesab edir ki, dövlət ittihamçısı tərəfindən verilmiş şifahi vəsatət təmin edilməli, CM-in 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə Təqsirləndirilən şəxs1 özgə əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə 2015-ci ilin oktyabr ayında zərərçəkmiş şəxs X3 vəd verib sonuncunun 200 (iki yüz) manat məbləğində pulunu ələ keçirməklə, təkrarən dələduzluq etməsi epizodu üzrə əməlində cinayət tərkibi olmadığından barəsində olan cinayət təqibinə həmin hissədə xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 314.2-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı dövlət ittihamçısı qanunun tələblərini və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanan öz daxili inamını rəhbər tutur. Məhkəməyədək icraat zamanı təqsirləndirilən şəxsə elan edilmiş ittiham məhkəmə baxışı zamanı təsdiq edilmədikdə, o, həmin ittihamdan imtina etməyə haqlıdır. Məhkəmə baxışı zamanı dövlət ittihamçısının və xüsusi ittihamçının ittihamın müdafiəsindən imtina etdikləri halda (yekun məhkəmə qərarının çıxarılması üçün məhkəmənin müşavirə otağına getməsindən əvvəl) məhkəmə bu Məcəllənin 43.1-ci maddəsinin müddəalarına əsasən cinayət təqibinə xitam verilməlidir. CPM-in 38.4-cü maddəsinə əsasən cinayət təqibi cinayət məsuliyyətini istisna edən hallar aşkar edilənədək və ya bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada dövlət ittihamçısı, yaxud xüsusi ittihamçı cinayət təqibindən imtina edənədək həyata keçirilməlidir. CPM-in 41.3-cü maddəsinə əsasən dövlət ittihamçısı məhkəmədə cinayət təqibini istisna edən və bu Məcəllənin 40.3-cü və 40.4-cü maddələrində göstərilən cinayət təqibinin həyata keçirilməməsinə imkan verən halları aşkar edərsə, təqsirləndirilən şəxs barəsində cinayət təqibindən imtina edilməsini bildirməlidir. Dövlət ittihamçısı bəraətverici əsaslar olmadıqda təqsirləndirilən şəxs barəsində ittihamdan müdafiə tərəfinin razılığı ilə imtina edir. Xüsusi ittihamçı ittihamı müdafiə etməkdə davam edərsə, təqsirləndirilən şəxsin cinayət təqibindən imtina edilməsi barədə dövlət ittihamçısının mövqeyi cinayət işinə və ya cinayət təqibi ilə bağlı digər materiala məhkəmədə baxılmasının davam etdirilməsinə mane olmur. CPM-in 43.1.1-ci maddəsinə əsasən dövlət ittihamçısı cinayət təqibindən imtina etdikdə məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 əməlləri ibtidai istintaq orqanı tərəfindən CM-in 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə, digər Təqsirləndirilən şəxs2 əməlləri isə ibtidai istintaq orqanı tərəfindən CM-in 178.2.1 və 178.2.4-cü maddələri ilə düzgün tövsif edilmişdir. Habelə Təqsirləndirilən şəxs1 elan edilmiş ittiham üzrə X3 məxsus 200 (iki yüz) manat məbləğində pulu ələ keçirməklə, təkrarən dələduzluq etməsi epizodu istisna olmaqla onun digər əməllərinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Eyni zamanda Təqsirləndirilən şəxs2 əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Qanunvericiliyin tələblərinə əsasən istintaq zamanı Təqsirləndirilən şəxs1 təqsirləndirildiyi CM-in 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri və Təqsirləndirilən şəxs2 təqsirləndirildiyi CM-in 178.2.1 və 178.2.4-cü maddələri cinayətlərin təsnifatına görə az ağır cinayətlər hesab olunur. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmədə, Təqsirləndirilən şəxs1 əməlində CM-in 59-cu maddəsində nəzərdə tutulmuş cəzanı yüngülləşdirən hallar və həmin Məcəllənin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs1 cəza təyin edilən zaman CMin 58-ci maddəsinin tələbləri nəzərə alınmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs1 cəzanın təyin edilməsi məsələsinə baxaraq, CMin 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (az ağır cinayətlər olmasını), təqsirkarın şəxsiyyətini, təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 hazırda qüvvədə olan CM-in 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələrinin sanksiyası həddində azadlıqdan məhrumetmə cəzası təyin edilməlidir. Belə ki, Təqsirləndirilən şəxs1 tərəfindən CM-in 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini 2015-ci ilin avqust ayından 2016-cı ilin yanvar ayınadək olan müddət ərzində törədilmiş və hazırda qüvvədə olan CM-in 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələrinin sanksiyasında cinayət əməllərinin törədildiyi zaman qüvvədə olan CM-in həmin maddələrinin sanksiyasından daha yüngül azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulmuşdur. Ona görə də, məhkəmə təqsirləndirilən şəxsin vəziyyətini yaxşılaşdırmaq məqsədi ilə, CM-in 10-cu maddəsini rəhbər tutaraq, Təqsirləndirilən şəxs1 hazırda qüvvədə olan CM-in 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələrinin sanksiyası həddində azadlıqdan məhrumetmə cəzasının təyin edilməsini məqsədə müvafiq hesab etmişdir. CM-in 10.1-ci maddəsinə əsasən əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza, bu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədildiyi zaman qüvvədə olan cinayət qanunu ilə müəyyən edilir. Törədildiyi zaman cinayət sayılmayan əmələ görə heç kəs cinayət məsuliyyətinə cəlb oluna və cəzalandırıla bilməz. CM-in 10.2-ci maddəsinə əsasən ictimai təhlükəli əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilmə vaxtı, onun nəticələrinin baş verdiyi andan asılı olmayaraq, cinayətin törədildiyi vaxt sayılır. CM-in 10.3-cü əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılmasını və bu əmələ görə cəzanı aradan qaldıran, cəzanı yüngülləşdirən, yaxud cinayət etmiş şəxsin vəziyyətini başqa cür yaxşılaşdıran cinayət qanununun geriyə qüvvəsi vardır, yəni həmin qanunun qüvvəyə minməsindən əvvəl müvafiq əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxslərə, habelə cəza çəkən, yaxud cəzasını çəkmiş, lakin məhkumluğu üstündən götürülməmiş və ya ödənilməmiş şəxslərə şamil edilir. Belə ki, iş materiallarından müəyyən edildiyi kimi, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmuş, eləcə də iş üzrə zərərçəkmiş şəxslərlə barışıq əldə etməyərək, cinayət hadisəsi nəticəsində vurulmuş ziyanı ödəməmişdir. Məhkəmə, CM-in 41.2-ci maddəsinə müvafiq olaraq qeyd etməyi zəruri hesab edir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Digər tərəfdən qeyd edilməlidir ki, cəza, törədilmiş cinayətə görə yalnız tənbeh deyil, o, məhkumu qanunlara dəqiq riayət, ümum yaşayış qaydalarına hörmət ruhunda islah və yenidən tərbiyə etmək məqsədi daşıyır. Cəzanın mahiyyəti islah etmə və yenidən tərbiyə etmə ilə sıx bağlı olmaqla, cinayət əməlini törətmiş şəxsin şüurunda neqativ düşüncəni dəyişmək və onu hüququn tələblərinə riayət etməyə məcbur etmək istiqamətində dövlətin səylərindən ibarətdir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs1 islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini, eləcə də cəzansını yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 törətdiyi cinayət əməlinə görə hazırda qüvvədə olan CM-in 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Məhkəmədə iş materiallarından müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 19 iyul 2016-cı il tarixdə şübhəli şəxs qismində tutulmuş və 21 iyul 2017-ci il tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilərək o, saxlanıldığı Binəqədi RPİ-nin MSY-dən azad edilmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı 2 (iki) gün müddətində tutulmuşdur. CPM-in 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. CPM-in 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə, CM-in 69.3-cü maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı tutulduğu 2 (iki) gün müddət, həbsdə saxlamanın bir günü azadlıqdan məhrum etmənin bir gününə bərabər hesablanmaqla, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmalıdır. CM-in 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələrində cəzasını çəkməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1, ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı, CM-in 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Bununla yanaşı iş materiallarından müəyyən edilmişdir ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 07.03.2018-ci il tarixli, 1(001)-38/2018 nömrəli qərarı Təqsirləndirilən şəxs1 barəsində axtarış elan olunaraq, seçilmiş “başqa yerə getmək haqqında iltizam” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilmiş, o, 29.09.2020ci il tarixdə tutularaq barəsində həbs qətimkan tədbiri seçilərək Rusiya Federasiyasından Azərbaycan Respublikasına ekstradisiya edilmiş və o, 17.03.2021-ci il tarixdə Bakı istintaq Təcridxanasına təhvil verilmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs1 faktiki azadlığı 29 sentyabr 2020-ci il tarixdə məhdudlaşdırılaraq tutulmuş və o, hazırkı vaxtadək həbsdə saxlanılmışdır. CPM-in 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 həbsdə saxlanılma müddəti ona təyin olunacaq cəza müddətə daxil edilməli və cəza müddətinin əvvəli 29 sentyabr 2020-ci il tarixdən hesablanmalıdır. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə, CM-in 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxslərlə barışıq əldə olunmasını, həmin Məcəllənin 59.1.14-cü maddəsinə əsasən cinayət nəticəsində dəymiş ziyanın qismən ödənilməsini Təqsirləndirilən şəxs2 cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs2 cəza təyin edilən zaman CMin 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. Məhkəmədə, Təqsirləndirilən şəxs2 əməlində CM-in 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs2 cəzanın təyin edilməsi məsələsinə baxaraq, onun cəzasını yüngülləşdirən hallarla yanaşı, CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (az ağır cinayət olmasını), təqsirkarın şəxsiyyətini, təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 təqsirli bilindiyi və cinayət əməllərinin törədildiyi zaman qüvvədə olan CM-in 178.2.1 və 178.2.4cü maddələrinin sanksiyası həddində cərimə cəzası təyin edilməlidir. Belə ki, Təqsirləndirilən şəxs2 tərəfindən CM-in 178.2.1 və 178.2.4-cü maddələri ilə olan cinayət əməlləri 2015-ci ilin noyabr ayından 2016-cı ilin yanvar ayınadək olan müddət ərzində törədilmiş və həmin cinayət əməllərinin törədildiyi tarixdə qüvvədə olan CM-in 178.2.1 və 178.2.4-cü maddələrinin sanksiyasında cərimə cəzası nəzərdə tutulmuşdur. Ona görə də, məhkəmə təqsirləndirilən şəxsin vəziyyətini yaxşılaşdırmaq məqsədi ilə, CMin 10-cu maddəsini rəhbər tutaraq, Təqsirləndirilən şəxs2 törətdiyi cinayət əməllərinə görə həmin zaman qüvvədə olan CM-in 178.2.1 və 178.2.4-cü maddələrinin sanksiyası həddində cərimə cəzasının təyin edilməsini məqsədə müvafiq hesab etmişdir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs2 islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini, cəzasını yüngülləşdirən halların olmasını, cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs2 cinayət əməlinin törədildiyi zaman qüvvədə olan CM-in 178.2.1 və 178.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş cərimə cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Məhkəmədə iş materiallarından müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs2 08 noyabr 2016-cı il tarixdə şübhəli şəxs qismində tutulmuş və 10 noyabr 2016-cı il tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilərək o, saxlanıldığı Binəqədi RPİ-nin MSY-dən azad edilmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs2 21 iyul 2017-ci il tarixdə yenidən tutularaq Binəqədi RPİ-nin MSY-nə təhvil verilmiş və Bakı şəhəri Binəqədi rayon prokuroru baş ədliyyə müşaviri Nazim İmanov tərəfindən qəbul edilmiş 23 iyul 2017-ci il tarixli qərarla Təqsirləndirilən şəxs2 barəsində həbs qətimkan tədbiri seçilməsi üçün təqdimatın verilməsindən imtina edilmiş, həmin tarixdə sonuncu barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilərək o, saxlanıldığı Binəqədi RPİ-nin MSY-dən azad edilmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı 08 noyabr 2016-cı il tarixdən 10 noyabr 2016-cı il tarixədək və 21 iyul 2017-ci il tarixdən 23 iyul 2017-ci il tarixədək olmaqla, ümumilikdə 4 (dörd) gün müddətində tutulmuşdur. CPM 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. CPM-in 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. CM-in 69.4-cü maddəsinə əsasən həbsdə saxlanılan şəxsə cərimə və ya müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə növündə əsas cəza təyin edilərkən məhkəmə həbsdə saxlama müddətini nəzərə alaraq, təyin edilmiş cəzanı yüngülləşdirir və ya şəxsi bu cəzadan tamamilə azad edir. Məhkəmə, CM-in 69.4-cü maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı tutulduğu 4 (dörd) gün müddət nəzərə alınaraq, ona təyin ediləcək cərimə cəzası yüngülləşdirilməlidir. Bununla yanaşı məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə, CPM-in 132-ci maddəsinin tələblərinə əsasən hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış telefon danışıqları barədə "xxxx" MMC, "xxxx" MMC və "xxxx" MMC-dən alınmış 3 (üç) ədəd disk, zərərçəkmiş şəxs X15 tərəfindən istintaq orqanına təqdim olunmuş siyahı, X22 tərəfindən istintaq orqanına təqdim olunmuş 4 (dörd) ədəd yol vərəqəsi, Təqsirləndirilən şəxs1 tərəfindən istintaq orqanına təqdim edilmiş 1 (bir) ədəd qəbz cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan başqa, məhkəmə CPM-in 197 və 198-ci maddələrinin tələblərinə əsasən hesab edir ki, məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 100 (bir yüz) manat məbləğində pul vəsaitinin 50 (əlli) manatı Təqsirləndirilən şəxs1 və qalan 50 (əlli) manatı isə Təqsirləndirilən şəxs2 tutulmalıdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, zərərçəkmiş şəxslər X11, X7 və Zərərçəkmiş şəxs tərəfindən cinayət hadisəsi zamanı vurulmuş ziyanla bağlı ibtidai istintaq və məhkəmə istintaqı zamanı mülki iddia ilə müraciət olunmamışdır. Qeyd olunanlara və CPM-in 180.2-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iş üzrə zərərçəkmiş şəxs X9 cinayət hadisəsi nəticəsində dəymiş ziyanla bağlı və digər zərərçəkmiş şəxslər X7 və Zərərçəkmiş şəxs cinayət hadisəsi nəticəsində dəymiş ziyanın ödənilməmiş hissəsi ilə bağlı mülki mühakimə icraatı qaydasında iddia vermək hüquqlarının olması izah edilməlidir. Müdafiəçilərin təqdim etdiyi hesabatlara əsasən Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 ibtidai istintaq və məhkəmə iclaslarında iştirak edərək Təqsirləndirilən şəxs1 hüquqlarının müdafiəsinə ümumilikdə 150 (bir yüz əlli) saat, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 isə ibtidai istintaq və məhkəmə iclaslarında iştirak edərək Təqsirləndirilən şəxs2 hüquqlarının müdafiəsinə ümumilikdə 150 (bir yüz əlli) saat vaxt sərf etmişdir. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb, «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 yanvar 2010-cu il tarixli və 03 may 2018-ci il tarixli qərarlarını əsas götürərək müəyyən etmişdir ki, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi2 və Müdafiəçi1 təqsirləndirilən şəxslərin müdafiəçisi qismində ibtidai istintaq və məhkəmə iclaslarında iştirak edərək, ümumilikdə təqsirləndirilən şəxslərin hüquqlarının müdafiəsinə 03.05.2018-ci il tarixədək 100 (bir yüz) saat, 03.05.2018-ci il tarixdən isə 30 (otuz) saat vaxt sərf etmişlər. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 göstərdiyi cəmi 130 (bir yüz otuz) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 380 (üç yüz səksən) (100x2=200, 30x6=180) manat, Təqsirləndirilən şəxs2 göstərdiyi cəmi 130 (bir yüz otuz) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 380 (üç yüz səksən) (100x2=200, 30x6=180) manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən və CPM-in 132, 197-198, 314, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə
hökm etdi:
1. Təqsirləndirilən şəxs1 özgə əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə 2015-ci ilin oktyabr ayında zərərçəkmiş şəxs X3 vəd verib sonuncunun 200 (iki yüz) manat məbləğində pulunu ələ keçirməklə, təkrarən dələduzluq etməsi epizodu üzrə barəsində olan cinayət təqibinə həmin hissədə xitam verilsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (hazırda qüvvədə olan) 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 tutulduğu 2 (iki) gün müddət, həbsdə saxlamanın bir günü azadlıqdan məhrum etmənin bir gününə bərabər hesablanmaqla, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılaraq, üzərində qəti olaraq 1 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisində çəksin. Təqsirləndirilən şəxs1 təyin edilmiş cəzanın əvvəli 29 sentyabr 2020-ci il tarixdən hesablanmaqla, həbsdə saxlanılma müddəti ona təyin olunmuş cəza müddətinə daxil edilsin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın.
2. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (cinayət əməlinin törədildiyi zaman qüvvədə olan) 178.2.1 və 178.2.4-cü maddələri ilə 3000 (üç min) manat miqdarda cərimə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı tutulduğu 4 (dörd) gün müddət nəzərə alınaraq təyin edilmiş cərimə cəzası yüngülləşdirilsin və üzərində qəti olaraq 2500 (iki min beş yüz) manat miqdarda cərimə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış telefon danışıqları barədə "xxxx" MMC, "xxxx" MMC və "xxxx" MMC-dən alınmış 3 (üç) ədəd disk, zərərçəkmiş şəxs X15 tərəfindən istintaq orqanına təqdim olunmuş siyahı, X22 tərəfindən istintaq orqanına təqdim olunmuş 4 (dörd) ədəd yol vərəqəsi, Təqsirləndirilən şəxs1 tərəfindən istintaq orqanına təqdim edilmiş 1 (bir) ədəd qəbz cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 100 (bir yüz) manat məbləğində pul vəsaitinin 50 (əlli) manatı Təqsirləndirilən şəxs1 və qalan 50 (əlli) manatı isə Təqsirləndirilən şəxs2 tutularaq X10 KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ ******************** S.W.İ.F.T. BİK CTREAZ 22 saylı məhkəmə ekspertizası mərkəzi VÖEN ********** hesab AZ34CTRE******************** saylı hesaba keçirilsin. İş üzrə zərərçəkmiş şəxs X9 cinayət hadisəsi nəticəsində dəymiş ziyanla bağlı və digər zərərçəkmiş şəxslər X7 və Zərərçəkmiş şəxs cinayət hadisəsi nəticəsində dəymiş ziyanın ödənilməmiş hissəsi ilə bağlı mülki mühakimə icraatı qaydasında iddia vermək hüquqlarının olması izah edilsin. Təqsirləndirilən şəxs1 göstərdiyi 130 (bir yüz otuz) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 380 (üç yüz səksən) manat, Təqsirləndirilən şəxs2 göstərdiyi cəmi 130 (bir yüz otuz) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 380 (üç yüz səksən) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan olunduğu andan, Təqsirləndirilən şəxs1 isə hökmün surətinin verildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.
Sədrlik edən: Vüsal Tağıyev