Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-4/2022 26.10.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Tağıyev Vüsal Adıgözəl oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Mirzəyev Anar Əkrəm oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1983-cü il tarixdə Qəbələ rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, işləməyən, əvvəllər məhkum olunmamış, Qəbələ rayonu, Tövlə kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra – CM) 177.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talayıb zərərçəkmiş şəxsə ziyam vurmaqla oğurluq etmişdir. Belə ki, o, tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədilə xx.xx.2018-ci il tarixdə saat 17-18 radələrində işlədiyi Zərərçəkmiş şəxs məxsus Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Binəqədi yolu 6-cı döngədə yerləşən 26 nömrəli plastik qapı və pəncərə sexində olarkən Zərərçəkmiş şəxs sexdə olmamasından istifadə edib sexdə dan 750 manat dəyərində 01 ədəd hava kompressoru, 550 manat dəyərində “Nikmat” markalı 01 ədəd mişar, 350 manat dəyərində “Nikmat” markalı 01 ədəd frez, 120 manat dəyərində 01 ədəd əl frezi, 25 manat dəyərində üzərində “K ZUBR D-550 ER” markalanma yazıları olan 01 ədəd drel, 45 manat dəyərində üzərində “Bosch GB11 2- 26DRE” markalanma yazıları olan 01 ədəd drel, 12 manat dəyərində üzərində “Super bag” markalanma göstəricisi olan 01 ədəd alətlər çantası, hər birinin qiyməti 3 manat, ümumi dəyəri 6 manat təşkil edən taxta saplı 02 ədəd çəkic, 0.40 manat dəyərində olan 1 ədəd vintaçan, hər birinin dəyəri 1 manat, ümumi dəyəri 2 manat təşkil edən 2 ədəd drel başlığı, 2 manat dəyərində 1 ədəd uzun drel başlığını gizli yolla talayıb zərərçəkmiş şəxsə ümumilikdə 1362.4 manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs CM-in 177.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs təxminən 2016-cı ildən tanımışdır. Belə ki, 2016-cı ildə Zərərçəkmiş şəxsla sonuncunun Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən sexində təxminən bir həftə işləmiş, sonradan iş olmadığından sexdə işləməmişdir. 2018-ci ilin fevral ayında işsiz olduğundan Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Binəqədi yolu 6-cı döngədə yerləşən Zərərçəkmiş şəxs məxsus 26 nömrəli plastik qapı pəncərə sexinə getmişdir. Həmin vaxt Mübariz onu xatırlamasa da iki il öncə onun yanında işlədiyini xatırlatmışdır. Mübariz ona sexdə işləməyi təklif etmiş, o da günəmuzd əməkhaqqı qarşılığında orada işləməyə razılaşmışdır. Mübariz, özü olmayanda sexin qapısını sərbəst açıb işləyə bilməsi üçün sexin qapısının açarını ona vermişdir. Sexdə iş zəif olduğundan və pula ehtiyacı olduğundan o, sexdə olan əşyaları oğurlayıb satmaqla pul əldə etmək istəmişdir. Buna görə də xx.xx.2018-ci il tarixdə saat 17-18 radələrində sexdə olarkən oradan 01 ədəd hava kompressoru, “Nikmat” markalı 01 ədəd mişar, “Nikmat” markalı 01 ədəd frez, 01 ədəd əl frezi, 01 ədəd divar deşən, 01 ədəd drel, içərisində sayını bilmədiyi miqdarda çəkic, müxtəlif drel başlıqları, kəlbətin, müxtəlif açarlar və bu kimi digər xırda alətlər olan çantanı sexdə bir verə yığaraq sexin yaxınlığından keçən taksilərdən birinə əl edərək saxladıb həmin əşyaları taksiyə yükləmiş və Bakı şəhəri, Xətai rayonu, Babək prospekti 2199-cu məhəllədə yerləşən əvvəllər tanıdığı Şahid məxsus 29 nömrəli mağazaya aparmışdır. Mağazada olarkən Əliyə pula ehtiyacı olduğundan özünə məxsus olan iş alətlərini satdığını bildirmişdir. O, Zərərçəkmiş şəxs sexindən oğurladığı bütün əşyaları Şahid 620 (altı yüz iyirmi) manata satmışdır. Şahid ondan həmin alətlərin oğurluq olub-olmadığını soruşduqda sonuncu həmin iş alətlərinin oğurluq olmadığını və özünə məxsus olduğunu, pula ehtiyacı olduğundan satdığını demişdir. Oğurladığı əşyaları Şahid satıb pulu aldıqdan sonra taksi sürücüsünə 20 manat pul verib yola salmış, əldə etdiyi pulu öz ehtiyacları üçün xərcləmişdir. Barəsində Binəqədi Rayon Polis İdarəsinin İstintaq şöbəsində cinayət işi istintaq oldunduqdan sonra baxılması üçün Binəqədi Rayon Məhkəməsinə göndərilmişdir. Barəsində olan işə məhkəmədə baxıldığı müddətdə məhkəmə işi yekunlaşmadan xx.xx.2018-ci il tarixdə işləmək üçün Gürcüstan Respublikasının ərazisindən keçməklə Türkiyə Respublikasına getmişdir. Barəsində açılmış axtarış işi ilə bağlı xx.xx.2022-ci il tarixdə Türkiyə Respublikasında saxlanıldıqdan sonra Azərbaycan Respublikasına ekstradisiya olunmuşdur. Hal-hazırda tərəfindən zərərçəkmiş şəxsə vurmuş olduğu ziyan tam ödənilmiş, zərərçəkmiş şəxslə barışıq əldə etmişdir və törətdiyi əməldən peşmandır. Odur ki, məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs elan edilmiş CM-in 177.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır. Məhkəmə baxışı zamanı dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsi, Binəqədi yolu, 6-cı döngə ünvanında, “Davud market” mağazasının arxa tərəfində yerləşən plastik sex ona məxsusdur və uzun müddətdir orada plastik qapı, pəncərə istehsalı ilə məşğul olur. 2018-ci ilin fevral ayının sonlarında adını Saslan kimi təqdim edən şəxs sexə gəlib plastik qapı pəncərə ustası olduğunu və iş axtardığını bildirmiş, o da Saslana sexdə işləməsini təklif etmişdir. Fevral ayının sonundan mart ayının 1-ə qədər olan müddət ərzində Saslan sexdə usta kimi işləmiş və o da Saslana günəmuzd əməkhaqqı ödəmişdir. Bu müddət ərzində Saslan özünü çox təmizkar, işə məsuliyyətli bir şəxs kimi tanıtmış və onun etimadını qazanmışdır. O, Saslana tam güvəndiyindən 01 mart 2018-ci il tarixdə sexdən çıxıb evə gedərkən qapını bağlaması, sexə gələndə də qapını açması üçün sexin açarının birini Saslana vermişdir. Növbəli gün yəni 02 mart 2018-ci il tarixdə saat 09:30-da sexə gedib açarla qapını açdıqda sexdəki bəzi əşyaların yerində olmadığını aşkar etmişdir. Ətraflı baxış keçirərkən sexdən 250 manat dəyərində 01 ədəd hava kompressoru, 550 manat dəyərində “Nikmat” markalı 01 ədəd mişar, 550 manat dəyərində “Nikmat” markalı 01 ədəd frez, 120 manat dəyərində 01 ədəd əl frezi, 80 manat dəyərində 01 ədəd divar deşən, 55 manat dəy ərində 01 ədəd drel, içərisində sayını bilmədiyi miqdarda çəkic, müxtəlif drel başlıqları, kəlbətin, müxtəlif açarlar və bu kimi digər xırda alətlər olan çantanın oğurlandığını aşkar etmişdir. Sexin açarı yalnız özündə və Saslanda olduğundan, həmçinin sexin qapısında hər hansı bir zədə aşkar edilmədiyindən həmin əşyaların Saslan tərəfindən oğurlandığına tam əmin olmuşdur. Oğurluq hadisəsini aşkar etdikdən sonra dərhal DİN-in 102 Xidmətinə zəng vurub məlumat vermiş, bir qədər sonra ora polis əməkdaşları gəlib baxış keçirmişlər. Oğurluq hadisəsi nəticəsində ona ümumilikdə 1362.4 manat dəyərində ziyan dəymiş, Təqsirləndirilən şəxs tərəfindən oğurlanmış bəzi alətlər polis əməkdaşları tərəfindən ona qaytarılmışdır. Hazırda Təqsirləndirilən şəxs ilə barışmış, hadisə nəticəsində ona dəymiş zərər tam olaraq ödənilmiş və sonuncudan heç bir şikayət və tələbi yoxdur. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, Bakı şəhəri Xətai rayonu, Babək prospekti 2199-cu məhəllə ev 29-da yerləşən mağazada müxtəlif növ işlənmiş təsərrüfat təyinatlı iş alətləri və elektrik avadanlıqlarını ucuz qiymətə alıb bir qədər baha qiymətə sataraq qazanc əldə edir. Təqsirləndirilən şəxs təxminən 3-4 ilə yaxındır plastik qapı və pəncərə ustası kimi tanımışdır. xx.xx.2018-ci il tarixdə saat təxminən 19 radələrində işlədiyi mağazada olarkən Təqsirləndirilən şəxs oraya gəlib pula ehtiyacı olduğundan özünə məxsus olan iş alətlərini satdığını bildirmiş və taksi maşınından həmin alətləri götürərək mağazaya gətirmişdir. Həmin əşyalara baxarkən orada 01 ədəd hava kompressoru, “Nikmat” markalı 01 ədəd mişar, “Nikmat” markalı 01 ədəd frez, 01 ədəd əl frezi. 01 ədəd divar deşən, 01 ədəd drel, içərisində bir neçə çəkic, müxtəlif drel başlıqları, kəlbətin, müxtəlif açarlar və bu kimi digər xırda alətlər olan çanta olduğunu bilmiş, həmin əşyalara görə Saslana 620 (altı yüz iyirmi) manat pul vermişdir. Şahid ifadəsində həmçinin göstərmişdir ki. Təqsirləndirilən şəxs aldığı əşyaların əksəriyyətini tanımadığı müştərilərə satmış, satmadığı əşyaları istintaq orqanına təqdim etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2018-ci il tarixli qərardan görünür ki, toplanmış material üzrə fakta görə CM-in 177.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və istintaqı aparılması üçün icraata qəbul edilmişdir. xx.xx.2018-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, oğurluq hadisəsi Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində “Davud marketin” arxa hissəsində olan plastik qapı-pəncərə sexində baş vermişdir. xx.xx.2018-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 05 may 2018-ci il tarixdə saat 15:20-də şübhəli şəxs qismində tutulmuşdur. xx.xx.2018-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs ifadənin yerində yoxlanılması istintaq hərəkəti zamanı hadisənin baş vermə mexanizmini əyani şəkildə göstərmişdir. xx.xx.2018-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Şahid Firuduin oğlu 01 ədəd alətlər çantası, 02 ədəd çəkic, 01 ədəd üzərində “K ZUBR D- 550 ER” markalanma yazıları olan drel, 01 ədəd vintaçan, 01 ədəd üzərində “BOSCH GBH-26 DRE” markalanma yazıları olan drel, 03 ədəd drel başlığının təqdim edərək həmin əşyaları ona xx.xx.2018-ci il tarixdə Təqsirləndirilən şəxs satdığını bildirmişdir. xx.xx.2018-ci il tarixli protokoldan görünür ki, Şahid ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti aparılmış və Şahid istintaqa verdiyi ifadəni təsdiq etməklə Təqsirləndirilən şəxs üzünə qarşı demişdir. xx.xx.2018-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-in 177.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona qeyd olunan maddədə nəzərdə tutulan ittiham elan olunmuşdur. xx.xx.2018-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. xx.xx.2018-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs saxlanıldığı Binəqədi RPİ-nin MSY-dən azad edilmişdir. xx.xx.2018-ci il tarixli, 12360 nömrəli Məhkəmə Ekspertizası Mərkəzinin rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş malların istifadədə olması nəzərə alınmaqla 2018-ci ilin mart ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 92,40 manat müəyyən olunur. xx.xx.2018-ci il tarixli qərardan görünür ki, 01 ədəd üzərində “Super bag” markalanma yazıları olan alətlər çantası, 02 ədəd taxta saplı çəkic, 01 ədəd üzərində “K ZUBR D-550 ER” markalanma yazıları olan drel, 01 ədəd vintaçan, 01 ədəd üzərində “BOSCH GBH-26 DRE” markalanma yazıları olan drel, 02 ədəd drel başlığı və 01 ədəd uzun drel başlığı iş üzrə maddi sübut kimi tanınaraq saxlanılması üçün Zərərçəkmiş şəxs qaytarılmışdır. xx.xx.2018-ci il tarixli qərardan görünür ki, iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona CM-in 177.1-ci maddəsində nəzərdə tutulan yenidən ittiham elan olunmuşdur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsinin xx.xx.2018-ci il tarixli məktubundan görünür ki, Zərərçəkmiş şəxs məxsus qeyri-yaşayış sahəsində baş vermiş oğurluq faktı ilə əlaqədar hadisə yerinə baxış zamanı götürülmüş əl izlərindən 02 ədədi Təqsirləndirilən şəxs sol əlinin baş və sağ əlinin orta barmaqlarının əksi ilə eynilik təşkil etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 1(001)-306/2018 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilmiş və barəsində axtarış elan olunmuşdur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Cinayət Axtarış İdarəsinin xx.xx.2018-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2018-ci il tarixdə ölkə hüdudlarını tərk etmişdir. TC İğdır 1-ci Ağır Cinayətlər Məhkəməsinin 2022/418 nömrəli qərarından ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikasına ekstradisiya olunması üçün Türkiyə Respublikasında saxlanılmışdır. Bakı İstintaq Təcridxanasının xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə X2 Məntəqəsindən təhvil alınaraq xx.xx.2022ci il tarixdə Bakı İstintaq Təcridxanasına yerləşdirilmişdir. xx.xx.2022-ci il tarixli Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. xx.xx.2022-ci il tarixli iş üzrə Zərərçəkmiş şəxs tərəfindən məhkəmə təqdim edilmiş ərizədən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş ziyan tamamilə ödənilmiş, aralarında barışıq əldə edilmişdir. Ona görə də, onun Təqsirləndirilən şəxs heç bir şikayət və tələbi yoxdur. Məhkəmə, cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etiraf edici ifadəsi ilə yanaşı mənbəyinin, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxs və şahid ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 177.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Qanunvericiliyin tələblərinə əsasən istintaq zamanı Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-in 177.1-ci maddəsi cinayətlərin təsnifatına görə böyük ictimai təhlükə törətməyən cinayət hesab olunur. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə, CM-in 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxslə barışıq əldə edilməsini, həmin Məcəllənin 59.1.13-cü maddəsinə əsasən cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsini, yenə həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən törətdiyi cinayət əməlini səmimi etiraf edərək əməlindən peşman olmasını Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilən zaman CM-in 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. Məhkəmədə, Təqsirləndirilən şəxs əməlində CM-in 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsinə baxaraq, CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (böyük ictimai təhlükə törətməyən cinayət olmasını), təqsirkarın şəxsiyyətini (əvvəllər məhkum olunmamasını), təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 177.1-ci maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, cəzaçəkmə müddətinin əvvəli məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini, cəzasını yüngülləşdirən halları və cəzasını ağırlaşdıran halın olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Məhkəmə, CM-in 52-1-ci maddəsinin tələblərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə daimi yaşayış yeri olan ünvan 1 ünvanını axşam saat 22:00dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Masallı rayonunun hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Məhkəmədə iş materiallarından müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs xx.xx.2018-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş və xx.xx.2018-ci il tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilərək saxlanıldığı Binəqədi RPİ-nin MSY-dən azad edilmiş, Binəqədi Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 1(001)- 306/2018 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilmiş və barəsində axtarış elan olunmuş, xx.xx.2022-ci il tarixdə Türkiyə Respublikasında saxlanılaraq Azərbaycan Respublikasına ekstradisiya olunmuş və xx.xx.2022-ci il tarixdə Bakı İstintaq Təcridxanasına gətirilmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs xx.xx.2018-ci il tarixdən xx.xx.2018-ci il tarixədək 2 (iki) gün həbsdə olmuş, 29 iyul 2022-ci il tarixdən hazırkı vaxtadək isə həbsdə saxlanılır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – CPM) 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. CPM-in 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə, CM-in 69.3-cü maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs 05 may 2018-ci il tarixdən 07 may 2018-ci il tarixədək həbsdə olduğu 2 (iki) gün və 29 iyul 2022-ci il tarixdən hazırki vaxtadək həbsdə olduğu 2 (iki) ay 27 (iyirmi yeddi) gün müddət həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər hesablanmaqla, ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalıdır. Bununla yanaşı məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ilə əvəz olunaraq o, dərhal məhkəmə zalından həbsdən azad edilməli və Təqsirləndirilən şəxs barəsində seçiləcək “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə, CPM-in 132-ci maddəsinin tələblərinə əsasən hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış 01 ədəd üzərində “Super bag” markalanma yazıları olan alətlər çantası, 02 ədəd taxta saplı çəkic, 01 ədəd üzərində “K ZUBR D-550 ER” markalanma yazıları olan drel, 01 ədəd vintaçan, 01 ədəd üzərində “BOSCH GBH-26 DRE” markalanma yazıları olan drel, 02 ədəd drel başlığı və 01 ədəd uzun drel başlığının saxlanması üçün sahibinə qaytarılması nəzərə alınmalılıdır. Bundan başqa, məhkəmə CPM-in 197 və 198-ci maddələrinin tələblərinə əsasən hesab edir ki, məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş cəmi 50 (əlli) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulmalıdır. Müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqdim etdiyi hesabatlara əsasən o, məhkəmə iclaslarında iştirak edərək Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə ümumilikdə 60 (altmış) saat vaxt sərf etmişdir. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqsirləndirilən şəxsin müdafiəçisi qismində məhkəmə iclaslarında iştirak edərək ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 60 (altmış) saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərdiyi cəmi 60 (altmış) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 360 (üç yüz altmış) manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən və CPM-in 132, 197-198, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 1 (bir) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 05 may 2018-ci il tarixdən 07 may 2018-ci il tarixədək və 29 iyul 2022-ci il tarixdən hazırki vaxtadək şübhəli və təqsirləndirilən şəxs qismində saxlanıldığı 2 (iki) ay 29 (iyirmi yeddi) gün müddət, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər hesablanmaqla, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq, üzərində qəti olaraq 1 (bir) il 2 (iki) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ilə əvəz edilsin və o, dərhal məhkəmə zalından həbsdən azad edilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə daimi yaşayış yeri olan ünvan 1 ünvanını axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Masallı rayonunun hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 50 (əlli) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq X1 KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ ******************** S.W.İ.F.T. BİK CTREAZ 22 saylı məhkəmə ekspertizası mərkəzi VÖEN ********** hesab AZ34CTRE******************** saylı hesaba keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd üzərində “Super bag” markalanma yazıları olan alətlər çantası, 02 ədəd taxta saplı çəkic, 01 ədəd üzərində “K ZUBR D-550 ER” markalanma yazıları olan drel, 01 ədəd vintaçan, 01 ədəd üzərində “BOSCH GBH-26 DRE” markalanma yazıları olan drel, 02 ədəd drel başlığı və 01 ədəd uzun drel başlığının saxlanması üçün sahibinə qaytarılması nəzərə alınsın. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında göstərdiyi cəmi 60 (altmış) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 360 (üç yüz altmış) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan edildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Vüsal Tağıyev
Məhkəmə qərarları › İş №1(001)-4/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-4/2022
26.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver