Məhkəmə qərarları › İş №1(001)-40/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-40/2021

16.03.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-40/2021 16.03.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Vüqar Nemət oğlunun sədrliyi, Almazov Pərviz Məhərrəm oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikasının Baş X1 müdafiəsi üzrə idarəsinin Bakı şəhəri rayon məhkəmələrində X4 üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxsin müdafiəçisi – “Ədalət” Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1979-cu ildə Naxçıvan MR-nın Şərur rayonu, Muğanlı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, məhkum olunmuş, fərdi sahibkarlıq fəaliyyəti ilə məşqul olan, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 1-ci mədən, korpus-25, ev 13 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 244-1.2.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs ondan ötrü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244- 1.2.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir ki, o, qumarxana təşkil edib saxlamaqla gəlir əldə etmək və pul qazanmaq niyyətilə 2020-ci ilin fevral ayının əvvəlində Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi-Biləcəri şossesi, İ mədən, 8-ci korpus ünvanında yerləşən, icarə müqaviləsi əsasında istifadəsində olan «Yubiley» adlanan kafenin mebel, masa, stul və digər zəruri məişət avadanlıqları ilə təchiz olunmuş fərdi istirahət otaqlarında (kabinetlərində) qumar oyunlarının keçirilməsi üçün yer təşkil etmiş və bu məqsədlə 2020-ci ilin fevral ayının ilk on günlüyündə saat 15 radələrindən həmin günü gecə saatlarına qədər olan müddətdə həmin kafenin fərdi istirahət otağında tapdığı vət. Şahid1 və şəxsiyyətləri istintaqa bəlli olmayan müştərilər tərəfindən ödənilən müxtəlif məbləğlərdə pulun müqabilində onlara «poker» oyunu üçün nəzərdə tutulmuş oyun kartları verərək uduşu qeyri-müəyyənlikdən və ya təsadüfdən asılı olan pul uduşlu qumar oyunları təşkil edib keçirməklə qumar oyunlarının gedişatı zamanı udulan pullardan qumarı təşkil edən şəxs kimi özünə faiz ayırıb ümumilikdə 50 manat civarında pulu gəlir kimi götürərək qumarxana təşkil etmiş və saxlamışdır. Bundan başqa o, təkrarən eyni məqsədlə əvvəlki cinayət əməlindən bir neçə gün sonra 2020-ci ilin fevral ayının ortasına yaxın günlərdə saat 15 radələrindən həmin günü gecə saatlarına qədər olan müddətdə qumar oyunlarının keçirilməsi üçün yer kimi təşkil etdiyi həmin Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi-Biləcəri şossesi, İ mədən, 8-ci korpus ünvanında yerləşən, icarə müqaviləsi əsasında istifadəsində olan «Yubiley» adlanan kafenin mebel, masa, stul və digər zəruri məişət avadanlıqları ilə təchiz olunmuş fərdi istirahət otağında tapdığı müştərilər vət. Şahid1, vət. Şahid2 və vət. Şahid3 tərəfindən ödənilən müxtəlif məbləğlərdə pulun müqabilində onlara «poker» oyunu üçün nəzərdə tutulmuş oyun kartları verərək uduşu qeyri-müəyyənlikdən və ya təsadüfdən asılı olan pul uduşlu qumar oyunları təşkil edib keçirməklə qumar oyunlarının gedişatı zamanı udulan pullardan qumarı təşkil edən şəxs kimi özünə faiz ayırıb ümumilikdə 50 manat civarında pulu gəlir kimi götürərək təkrarən qumarxana təşkil etmiş və saxlamışdır. Bundan başqa o, təkrarən eyni məqsədlə əvvəlki cinayət əməlindən bir neçə gün sonra 2020-ci ilin fevral ayının ortasında tanışı vət. Şahid4 məxsus mebel, masa, stul və digər zəruri məişət avadanlıqları ilə təchiz olunmuş ünvan 3 ünvanında yerləşən yaşayış sahəsində qumar oyunlarının keçirilməsi üçün yer təşkil etmiş və bu məqsədlə 2020-ci ilin fevral ayının ortasında saat 15 radələrindən həmin günü gecə saatlarına qədər olan müddətdə həmin evdə tapdığı eyni müştərilər vət. Şahid1, vət. Şahid2 və vət. Şahid3 tərəfindən ödənilən müxtəlif məbləğlərdə pulun müqabilində onlara «poker» oyunu üçün nəzərdə tutulmuş oyun kartları verərək uduşu qeyri-müəyyənlikdən və ya təsadüfdən asılı olan pul uduşlu qumar oyunları təşkil edib keçirməklə qumar oyunlarının gedişatı zamanı udulan pullardan qumarı təşkil edən şəxs kimi özünə faiz ayırıb ümumilikdə 50 manat civarında pulu gəlir kimi götürərək təkrarən qumarxana təşkil etmiş və saxlamışdır. Bundan başqa o, təkrarən eyni məqsədlə əvvəlki cinayət əməlindən bir neçə gün sonra 2020-ci ilin fevral ayının ikinci on günlüyünün sonlarında saat 15 radələrindən həmin günü gecə saatlarına qədər olan müddətdə qumar oyunlarının keçirilməsi üçün yer kimi təşkil etdiyi həmin tanışı vət. Şahid4 məxsus mebel, masa, stul və digər zəruri məişət avadanlıqları ilə təchiz olunmuş ünvan 3 ünvanında yerləşən yaşayış sahəsində tapdığı eyni müştərilər vət. Şahid1, vət. Şahid2 və vət. Şahid3 tərəfindən ödənilən müxtəlif məbləğlərdə pulun müqabilində onlara «poker» oyunu üçün nəzərdə tutulmuş oyun kartları verərək uduşu qeyri- müəyyənlikdən və ya təsadüfdən asılı olan pul uduşlu qumar oyunları təşkil edib keçirməklə qumar oyunlarının gedişatı zamanı udulan pullardan qumarı təşkil edən şəxs kimi özünə faiz ayırıb ümumilikdə 50 manat civarında pulu gəlir kimi götürərək təkrarən qumarxana təşkil etmiş və saxlamışdır. Bundan başqa o, təkrarən eyni məqsədlə əvvəlki cinayət əməlindən bir neçə gün sonra 2020-ci ilin fevral ayının sonunda saat 15 radələrindən həmin günü gecə saatlarına qədər olan müddətdə qumar oyunlarının keçirilməsi üçün yer kimi təşkil etdiyi həmin tanışı vət. Şahid4 məxsus mebel, masa, stul və digər zəruri məişət avadanlıqları ilə təchiz olunmuş ünvan 3 ünvanında yerləşən yaşayış sahəsində tapdığı eyni müştərilər vət. Şahid1, vət. Şahid2 və vət. Şahid3 tərəfindən ödənilən müxtəlif məbləğlərdə pulun müqabilində onlara «poker» oyunu üçün nəzərdə tutulmuş oyun kartları verərək uduşu qeyri- müəyyənlikdən və ya təsadüfdən asılı olan pul uduşlu qumar oyunları təşkil edib keçirməklə qumar oyunlarının gedişatı zamanı udulan pullardan qumarı təşkil edən şəxs kimi özünə faiz ayırıb ümumilikdə 50 manat civarında pulu gəlir kimi götürərək təkrarən qumarxana təşkil etmiş və saxlamışdır. Bundan başqa o, təkrarən eyni məqsədlə əvvəlki cinayət əməlindən sonra bir neçə gün sonra xx xxxx 2020-ci il tarixdə saat 18 radələrindən həmin günü saat 20:30 radələrinə qədər olan müddətdə qumar oyunlarının keçirilməsi üçün yer kimi təşkil etdiyi yenə də həmin Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi-Biləcəri şossesi, İ mədən, 8-ci korpus ünvanında yerləşən, icarə müqaviləsi əsasında istifadəsində olan «Yubiley» adlanan kafenin mebel, masa, stul və digər zəruri məişət avadanlıqları ilə təchiz olunmuş fərdi istirahət otağında tapdığı müştərilər vət. Şahid1, vət. Şahid2, vət. Şahid5 tərəfindən ödənilən müxtəlif məbləğlərdə pulun müqabilində onlara «poker» oyunu üçün nəzərdə tutulmuş oyun kartları verərək uduşu qeyri- müəyyənlikdən və ya təsadüfdən asılı olan pul uduşlu qumar oyunları təşkil edib keçirməklə qumar oyunlarının gedişatı zamanı udulan pullardan qumarı təşkil edən şəxs kimi özünə faiz ayırıb ümumilikdə 50 manat civarında pulu gəlir kimi götürərək təkrarən qumarxana təşkil etmiş və saxlamışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası CM-nin 244-1.2.1-ci maddəsi ilə elan edilmiş ittihamla tam təqsirli bilərək göstərmişdir ki, 2019-cu ilin sentyabr ayında «DSK» yolunun sağ tərəfində, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi-Biləcəri şossesi, İ mədən, 8-ci korpus ünvanında yerləşən obyekti icarəyə götürüb oranı «Yubiley» kafesi kimi işlətməyə başlamışdır. O, bir müddət əvvəl qumar oynayan Cəmil və Fazillə tanış olmuşdur. 2020-ci ilin fevral ayının əvvəllərindən o, həmin «Yubiley» kafesində kartla oynanılan qumar oyunu təşkil etməyə başlamışdır. Həmin qumar oyunu zamanı bir «seka» dan, yəni qumar oyunu zamanı yığılan puldan ona 10-15 manat, bir oyun günü isə 40-50 manat gəlir kimi pul qalırmış. Şahid1 adlı şəxsi təxminən 2020-ci ilin fevral ayının əvvəllərindən tanıyır, Zamin həmin vaxtdan «Yubiley» kafesinə müştəri kimi gəlib sifariş edərək yemək yeyib alkoqollu içkilər içirmiş və bir dəfə də «Yubiley» kafesinə gəldikdə ona demişdir ki, eşidib ki, kafedə kartla «poker» qumar oyunu oynanılır, qumar oynanılanda ona da xəbər etsin. O buna razılıq vermiş və 2020-ci ilin fevral ayının əvvəllərində, yəni fevral ayının ilk on günlüyündə istifadəsində olan «Yubiley» kafesində təşkil etdiyi kartla oynanılan «poker» qumar oyununa Zamini də dəvət etmiş və digər qumar oynayanlarla tanış etmişdir. O, Zaminə və digər qumar oyun iştirakçılarına izah etmişdir ki, kafenin sahibi, qumarxananı, qumar oyunlarının keçirilməsi üçün yeri təşkil edən şəxs kimi hər «seka» olanda, kartı özü açacaq, «seka»dakı pul miqdarından asılı olaraq, hər «seka»dan özünə gəlir kimi pul götürəcəkdir. Razılaşma baş tutandan sonra o, orta hesabla bir oyun günü özünə «seka»lardan 40-50 manat pulu gəlir kimi götürürmüş, yəni bir «seka»dan pulun miqdarından asılı olaraq özünə 10-15 manat pul götürürmüş. Beləliklə, 2020-ci ilin fevral ayının əvvəllərindən, yəni ilk on günlüyündən işlətdiyi «Yubiley» kafesində qumar oyunları, həmin qumar oyunlarının keçirilməsi üçün yer təşkil etməyə başlamış, oyunçuları özü yığıb çağırırmış və qumar oynayanlara kafenin kabinetlərini təklif edib orada qumar oynamaqdan ötrü oyunçular üçün şərait yaradırmış, həmçinin kabinetdə qumar oynayanlara yemək və içki verirmiş, kafenin özünü də nəzarətdə saxlayırmış, çox vaxtı qumar oynanıldıqda kafenin ümumi giriş qapısını içəridən bağlayırmış, bilirmiş ki, qumar oynamaq qanunsuzdur və polis onları ifşa edə bilər. 2020-ci ilin fevral ayının əvvəllərində qumar oyunları təşkil etməyə başladıqda Zamin ondan xahiş etmişdir ki, yaxşı pullu qumar oynayanlar oynadıqda ona da xəbər etsin. Həmin vaxtlarda o, Zamini əvvəldən tanıdığı Cəmil və Fazillə tanış etmişdir. Bundan sonra müştərisi Zamin 2020-ci ilin fevral ayının 10-dan bir neçə gün sonra, yəni fevral ayının ortalarına yaxın günlərdə digər müştəriləri Cəmil və Fazillə onun «Yubiley» kafesində təşkil etdiyi qumar oyunlarında iştirak etmişdir. 2020-ci iln fevral ayının ortalarında tanışı Şirəlinin iş yerinə gedib ona demişdir ki, dostları və qız tanışları ilə onun evində yeyib- içmək təşkil edib istirahət etmək istəyir, kafedə alınmır. Evini bir günlük ona versin, ona 15-20 manat pul verəcəkdir. Şirəli hətta ona demişdir ki, pulu lazım deyil, ona köhnədən qalan borcunu verər. Onun həqiqətən əvvəldən Şirəliyə mal dırnaqlarının pulundan köhnədən borcu qalmışdır. O, Şirəliyə onun evində qumar oyunlarını təşkil edəcəyini bildirməmiş, demişdir ki, evində yalnız yeyib- içmək təşkil edəcəkdir. Beləliklə, Şirəli ona inanıb, evinin giriş qapısının açarını vermişdir. O da Şirəlidən evin açarını götürdükdən sonra onun evində qumar oyunları təşkil etmişdir. Yəni 2020-ci ilin fevral ayının ortalarından Zamin, Cəmil, Fazilin qumar oyunlarını Şirəliyə məxsus Bakı şəhəri, Binəqədi rayonu ərazisindəki «Lallar» fabriki adlanan fabrikin yaxınlığındakı Binəqədi rayonu, 1-ci mədən, korpus 37, ev 307 ünvanında evdə təşkil etməyə başlamışdır. Həmin ünvanda 2020-ci ilin fevral ayının ortalarından, yəni təxminən ayın 15-dən başlayaraq həmin ayın sonuna qədər təxminən beş gün fərqi ilə o, üç dəfə qumar oyunu təşkil etmişdir. Həmin qumar oyunlarında Zamin Cəmil və Fazil oynamışlar. Cəmillə Fazil hərəyə Zamindən təxminən 500-600 manat civarında pul udmuşlar. Zamin həmin Şirəlinin evindəki üç oyun zamanı 1500-2000 manat civarında pul uduzmuşdur. O, Şirəlinin evində üç dəfə qumar, yəni qumar oyunlarının keçirilməsi üçün yer təşkil etmiş və həmin qumar oyunları zamanı «seka» lardan özünə cəmi 150-200 manat civarında pulu gəlir kimi götürmüşdür. O, Şirəlinin evində qumar oyunları təşkil etdikdə qumar oynayanların sifarişi ilə kafedə aşbaz işləyən Alimə toyuq hazırlayıb içkilərlə bərabər götürüb «taksi» ilə Şirəlinin evinə gətirib təhvil verirmiş. Belə ki, Şirəlinin evində qumarxana təşkil etdikdə o, bir günə 40-50 manat civarında «seka» pullarını götürmüşdür. Şirəlinin evində qumar oyunlarını təşkil etdikdə onun özü qumar oynamırmış, qumar üçün oyun kartını paylayırmış, «seka»nın pullarını yığırmış və qumarı udana verirmiş, bir «seka»dan da özünə 10-15 manat gəlir kimi pul götürürmüş. O, Şirəlinin evində qumar oyunları təşkil edəndən sonra Şirəliyə iki dəfə 20 manat, bir dəfə də 25 manat pul vermişdir. Şirəli də ona demişdir ki, həmin pulu ona əvvəldən olan borcundan çıxır. Şirəlinin özü Fazil, Cəmil, Zamini tanımırmış, onlarla heç vaxtı qumar oynamamışdır. 2020-ci ilin fevral ayının sonuna qədər o üç dəfə Şirəlinin evində qumarxana təşkil etdikdən sonra sonuncu dəfə xx xxxx 2020-ci il tarixdə işlətdiyi «Yubiley» kafesində qumarxana təşkil etmişdir. Belə ki, həmin günü, yəni xx xxxx 2020-ci il tarixdə saat 15 radələrində Zamin bir qızla «Yubiley» kafesinə gəlib yemək və 0,7 litr ölçüdə araq sifariş etmişdir. Həmin vaxtı Zamin ondan qumar oyunu olub-olmayacağını soruşduqda, o Zaminə demişdir ki, Cəmili çağıracaq gələcəkdir. Bundan sonra onun xəbər etməsinə əsasən kafeyə Cəmil və Şəmsi gəlmişlər. O, Cəmillə Şəmsiyə demişdir ki, Zamin qumar oynamaq istəyir, qumar oynamağa razılıq vermişlər. O, bunu Zaminə dedikdə Zamin bildirmişdir ki, kafedə qumar oynamaq istəmir. Kabinetə tez- tez başqa adamlar girir, ona görə narahat olur, qumarı Şirəlinin evində oynamaq istəyir. O, bunu Cəmillə Şəmsiyə dedikdə onlar Şirəlinin evinə getməyə razı olmamışlar və qumarı elə kafedə kabinetdə oynamaq istəmişlər. Bunu Cəmillə o, Zaminə dedikdə Zamin yalnız Şirəlinin evində qumar oynamaq istədiyini bildirmişdir. Həmin vaxtı Cəmil demişdir ki, onda bu gün oyun alınmır, əvvəlcə Cəmillə Şəmsi getmişlər. Həmin ərəfədə kafeyə sifariş etdiyi pivə gəldiyindən o, həmin pivənin pulunu vermək üçün Zamindən borca 100 manat pul almışdır. Cəmillə Şəmsi gedəndən təxminən 15-20 dəqiqə sonra geri qayıtmışlar və qumar oynamaq üçün kafenin kabinetinə daxil olmuşlar. Həmin vaxtı o, Zaminə yaxınlaşıb bildirmişdir ki, Cəmilgil artıq qumar oynamağa başlamışlar. Zamin kafedə qumar oynamağa razılaşmış və yanındakı qızı evinə yola salıb Cəmil və Şəmsi ilə qumar oynamaq üçün kafenin «1» nömrəli kabinetinə daxil olmuşdur. O, qumar oyunlarının keçirilməsi üçün kafedə yeri həm «1», həmçinin də «2» nömrəli kabinetlərdə, yəni fərdi istirahət otaqlarında təşkil edirmiş. xx xxxx 2020-ci il tarixdə qumar oyununu kafedə «1» nömrəli kabinetdə təşkil etmişdir. Həmin günü kartla «poker» qumar oyunu Zamin Cəmil və Şəmsi ilə, əsasən Cəmillə ikisi oynamışdır. Şəmsi əvvəl bir- iki qumar oyunu oynasa da, sonra daha oynamamış, Zamin Cəmillə qumar oynamağa davam etmişdir. Həmin oyun zamanı da kartı o, açırmış, «seka»nı o yığırmış. Onlar saat 18 radələrindən qumar oynamağa başlamışlar və həmin günü artıq qısa müddət ərzində Cəmil Zaminin təxminən 550 manat pulunu udmuşdur. Həmin oyun zamanı Zaminin pulu qurtarmış və Zamin onu çağırıb xahiş etmişdir ki, onun verdiyi «xxxx» kartından yaxınlıqdakı banktomatdakı kartdan bütün pulu çəkib gətirib ona versin ki, oyunu davam etsin. O, gələnə qədər də oyunu davam etmək üçün hələ ondan 50 manat borca pul almışdır. Kafenin yaxınlığında həqiqətən bankomat olduğundan o, razılaşmış və ondan kartı götürüb bankomata yollanmış, Zaminin ona verdiyi şifrəni bankomata daxil etmiş və onun bildirdiyi kimi kartın balansındakı demək olar ki, bütün pulu, yəni 360 manat məbləğində pulu bankomatdan çıxararaq gətirib ona vermişdir. Həmin vaxtı o, Zaminə bir az əvvəl kafedə qumar oyununu davam etmək üçün verdiyi 50 manat pulu həmin 360 manatın üzərindən götürüb Zaminə 310 manat pul vermişdir. Zamin Cəmillə qumar oynamağa davam etmiş və həmin günü saat 20:30 radələrinə qədər Cəmil Zamindən həmin 310 manatı da kartla «poker» qumar oyunu zamanı udmuşdur. Həmin oyun vaxtı o «seka» lardan özünə təxminən 50 manat pul götürmüşdür. Zamin qumar oynayan zaman da həmişəki kimi pivə içirmiş. Zamin pulunu uduzub qurtardıqdan sonra Cəmilə demişdir ki, onu gözləsin, evində pulu var, evindən pul götürüb gəlir. Cəmil ona heç nə deməyib sakit qalmışdır. Zamin ondan evinə gedib qaytıması üçün «taksi» sifariş etməyini istəmiş, o da kafenin yaxınlığında «taksi» fəaliyyəti göstərən Vüsal adlı «taksi» sürücüsündən xahiş etmişdir ki, Zamini evinə aparıb gətirsin. Beləliklə Zamin qumar oyununu davam etmək üçün pul gətirmək məqsədi ilə Vüsal adlı «taksi» sürücüsü ilə evinə yollanmışdır. Zamin gedəndən sonra Şəmsi ilə Cəmil də ayrı-ayrılıqda durub evlərinə getmişlər. Beləki Şəmsiyə həqiqətən zəng gəldiyindən durub getmiş, Cəmil də artıq Zamini gözləmədən durub getmişdir. Təxminən 20 dəqiqədən sonra Zamin geri qayıtdıqda artıq Cəmillə Şəmsi kafedə olmamışlar. Zamin ondan Cəmillə Şəmsini soruşduqda o, X13 artıq getdiyini bildirmiş, həmin vaxtı X15 durub getmələrinə görə narazılıq bildirmiş və onlara zəng etməsini ondan tələb etmişdir. O, Şəmsiyə zəng etdikdə sonuncunun telefon nömrəsinə zəng çatmamış, Cəmil isə uzaqda olduğundan qayıda bilməyəcəyi demişdir. O bunu Zaminə dedikdə Zamin əsəbiləşib bildirmişdir ki, bu dəqiqə qayıtsınlar, yoxsa «102» xidmətinə zəng edib şikayət edəcəkdir. O, şikayətin lazım olmadığını sabah danışacağını Zaminə bildirdikdə Zamin buna məhəl qoymayaraq «102» xidmətinə zəng edib şikayət etmişdir ki, guya «Yubiley» kafesində tualetə girib çıxdıqdan sonra aşkar etmişdir ki, masanın üzərinə qoyduğu 1400 manat pulu Şəmsi ilə Cəmil tərəfindən oğurlanmışdır. Bundan sonra onun özü Zamini Binəqədi rayon Polis İdarəsi 43-cü Polis Bölməsinə aparmış və orada Zamin yenə bildirmişdir ki, guya kafedə pulu oğurlanmışdır. O isə polisdə həqiqətən baş verənləri yazıb bildirmişdir. Zaminin xx xxxx 2020-ci il tarixdə «Yubiley» kafesində heç bir pulu oğurlanmamış, həmin günü Zamin onun təşkil etdiyi qumar oyunu zamanı Cəmillə Şəmsiyə təxminən 1000 manat civarında pul uduzmuşdur. O, məhkəmədən onun ailə vəziyyətini, himayəsində azyaşlı uşaqlarının və yaşlı atasının olmasını, ailəsinin yeganə qazanc mənbəyi olmasını törətdiyi əməldən peşman olmasını nəzərə alaraq barəsində həbslə əlaqədar olmayan cəza təyin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs 2020-ci ilin fevral ayının əvvəllərindən «DSK» yolu adlanan avtomobil yolunun üzərində yerləşən, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi-Biləcəri şossesi, İ mədən ərazisindəki «Yubiley» kafesinə müştəri kimi gedəndən tanımışdır. O, əvvəldən də eşitmişdir ki, həmin «Yubiley» kafesində qumar oynalınır. 2020-ci ilin fevral ayının əvvəllərindən xx xxxx 2020-ci ilə qədər o, Hafizin təşkil etdiyi 10 qumar oyunlarında iştirak etmişdir. Həmin qumar oyunlarından təxminən 7 qumar oyunları üçün yeri Hafiz «Yubiley» kafesində, 3 qumar oyunu üçün yeri isə Şirəli adlı şəxsin «Lallar» fabrikinin yaxınlığında, yəni Bakı şəhəri, Binəqədi rayonu, İ mədən, korpus 37 ünvanında yerləşən nömrəsini xatırlamadığım evində təşkil etmişdir. Hafizin təşkil etdiyi «Poker» kart oyununun qaydalarına görə hər bir oyunçu 3 dənə kart götürür, giriş pulları qoyulduqdan sonra xallar eyni olduqda və qumar oynayanlar razılaşdıqda masaya əlavə pullar qoyulur, «seka» ya pul qoyan oyunçular aralarında kartların açılması barədə razılığa gələndə kartlar açılır, kimin xalı çox olursa o da ortada olan pulu aparırmış. Belə ki, 2020-ci ilin fevral ayının təxminən ilk on günlüyündə o, qız tanışı olan Sevinclə bərabər həmin «Yubiley» kafesində yemək yeyərkən ona kafeni işlədən Təqsirləndirilən şəxs yaxınlaşıb demişdir ki, kafedə kartla «poker» qumar oynalınır, istəyirsə qumar oynayanlara qoşula bilər. O da «poker» qumar oyunu oynamaq istədiyindən Təqsirləndirilən şəxs təklifi ilə kafenin kabinetində başlamış «poker» qumar oyununa qoşulub qumar oynamağa başlamışdır. Həmin günü Təqsirləndirilən şəxs təşkil etdiyi «poker» qumar oyununda Binədən olan şəxslərə 1000 manat civarında pul uduzmuşur. Bundan sonra o, əvvəllər tanımadığı, Hafizin tanış etdiyi Cəmil və Fazillə qumar oynamağa başlamışdır. O, «Yubiley» kafesinə gələrkən Hafiz zəng edəndən sonra kafeyə Cəmil və Fazil gəlmişlər və o, kafedə həmin şəxslərlə kartla «poker» qumarı oynamağa başlamışdır. Hafiz qumar oyunlarının keçirilməsi üçün onlara yer təşkil edirmiş, kafenin kabinetə yığırmış, kart ortaya qoyulurmuş, giriş pulu 5 manatdan başlayırmış, kartın xalları eyni olduqda «seka» yığılırmış, həmin «seka» yığılanda kartı Təqsirləndirilən şəxs açırmış, hər «seka» dan da əvvəlcədən olan razılaşmaya əsasən Hafiz özünə 10-15 manat pul götürürmüş, bir oyun günü Hafiz təkcə «seka» lardan özünə təxminən 100-200 manat pul götürürmüş. Elə gün olurmuş ki, səhərə qədər qumar oynalınırmış, həmin vaxtı Hafiz «seka» lardan daha çox pul götürürmüş. Qumar oyunları zamanı pulları uduzsa da, pulunu udub geri qaytarmaq həvəsi ilə təkrarən Cəmil, Fazillə kartla «poker» qumarı oynamış, buna baxmayaraq yenə də uduzurmuş. 2020-ci ilin fevral ayının əvvəllərindən 04 mart 2020-ci il tarixinə qədər o, Cəmil, Fazillə bərabər «Yubiley» kafesində, həmçinin qeyd etdiyi kimi həmin kafedən bir az aralıda yerləşən «Lallar» fabrikinin yaxınlığındakı Şirəlinin evində kartla «poker» adlanan qumar oynamışdır. Həmin vaxtı Şirəlininin evində heç kim olmurmuş, Hafiz Şirəlidən evinin açarını alıb gətirirmiş və evin qapısını açırmış. O, Cəmil, habelə Fazil Şirəlinin evində kartla «poker» deyilən qumar oyunu oynayırmışlar. Şirəlinin özü qumar oyunlarında iştirak etmirmiş, evdə qumar oynayanlardan başqa heç kim olmurmuş. Şirəlinin evində qumar oynayanda onlara Hafizin kafesində işləyən Aytən adlı qadın pivə, toyuq bişirib gətirirmiş, orada onlar yemək yeyəyeyə qumar oynayırmışlar. Həmin Şirəlinin evində də kartla qumar oynayanda «seka»nı, yəni qumar pulunu Hafiz yığırmış və özünə gəlir götürürmüş. xx xxxx 2020-ci il tarixinə qədər o, artıq Cəmil, Hafizlə «poker» kimi adlanan qumar oyunu zamanı təxminən 15400 manata qədər pul uduzmuşdur. xx xxxx 2020-ci il tarixdə saat 15 radələrində o, Sevinc adlı qız tanışı ilə bərabər növbəti dəfə həmin «Yubiley» kafesinə gəlib 0,7 litr araq və yemək sifariş etmişlər. Həmin günü saat 17 radələrində kafeyə Cəmil, habelə ilk dəfə gördüyü Şəmsi gəlmişlər. Onlar əvvəlcə kafedə başqa masada əyləşmişlər. Bundan bir az sonra ona kafeni işlədən Hafiz, həmçinin Cəmil yaxınlaşmışlar, Hafiz ona kartla «poker» qumar oynamağı təklif etdikdə o, bildirmişdir ki, kafedə qumar oynamaq istəmir, kafedə səs-küy olur, sakitçilik olmur, kafedə oynamaq xoşuna gəlmir, qumarı Şirəlinin evində sakit bir şəraitdə oynamaq istəyir. X19, həmçinin yanlarında olan, həmin günü ilk dəfə gördüyü Şəmsi Şirəlinin evində qumar oynamağa razı olmamışlar. Əsasən Şəmsi demişdir ki, Şirəlinin evində qumar oynamaq istəmir. Cəmil əvvəlcə ona demişdir ki, onda qalsın başqa vaxta, kafenin yanında avtomobili xarab olduğundan təmir etdirməyə gedir. Bundan sonra Cəmillə Şəmsi çıxıb getmişlər. O da qız tanışı olan Sevinclə bərabər kafedə yeyib-içməyə davam etmişdir. Onlar gedəndən sonra Hafiz kafeyə gələn pivənin pulunu vermək üçün ondan 100 manat borca pul da almışdır. Təxminən 25-30 dəqiqədən sonra Cəmillə Şəmsi kafeyə qayıtmışlar və həmişə qumar oynadıqları kabinetə daxil olmuşlar. Bundan sonra Hafiz ona yaxınlaşıb demişdir ki, artıq Cəmillə Şəmsi qumar oynamağa başlayıblar, onlara qoşula bilər, səs-küyə görə narahat olmasın, onları heç kim narahat etməyəcəkdir. O da razılaşıb qız tanışı olan Sevinci kafedən evinə yola salandan sonra saat 18 radələrində «1» nömrəli kabinetə keçib Cəmil və Şəmsi ilə kartla qumar oynamağa başlamışdır. Həmin qumar oyunu zamanı «seka» nı qumar oyununu təşkil edən Hafiz yığırmış, Hafiz hər «seka» dan da həmişəki kimi özünə 10-15 manat gəlir pul götürürmüş, ondan habelə sifariş etdiyi yemək- içməyin pulunu təşkil edən 25 manatı da almışdır. xx xxxx 2020-ci il tarixdə o, Hafizin «Yubiley» kafesində təşkil etdiyi qumar oyunu zamanı Cəmillə Şirəliyə 1200 manat civarında pul uduzmuşdur. O pullarını uduzduqdan sonra qumar oyununu davam etmək üçün Hafizin özündən 50 manat borca pul alıb qeyri-rəsmi ər-arvad münasibətində olduğu Şahid6 onda olan «xxxx» ASC-nin bank kartını Hafizə verib, həmçinin kartın şifrəsini deyib xahiş etmişdir ki, «xxxx» ASC-nin yaxınlıqdakı bankomatına gedib kartda olan bütün pulları çıxarıb ona versin. Hafiz razılaşmış və ondan həmin kartı götürüb getmiş və bir neçə dəqiqədən sonra gətirib ona 310 manat pul vermişdir. Hafiz bildirmişdir ki, kartdan 360 manat çıxarmış, 50 manatını borcuna görə çıxmış, yerdə qalan 310 manatı ona verir. Lakin həmin günü qumar oyunu zamanı o, həmin 310 manatı da Cəmillə Şəmsiyə qumarda uduzmuşdur. O, uduzduğu pulları geri qaytarmaq üçün qumar oynamağa davam etmək istəmiş və buna görə Cəmillə Şəmsiyə bildirmişdir ki, onu gözləsinlər, evindən pul götürüb gəlir. Onlar razılıq verdikdən sonra o, həmin günü saat 20:30 radələrində Hafizin təşkil etdiyi «taksi» ilə evinə yolanmış, evindən 400 manat civarında pul götürüb qumar oyununu davam etmək məqsədi ilə yenidən «Yubiley» kafesinə qayıtmışdır. Lakin kafeyə qayıtdıqda o, Cəmilə Şəmsini kafedə görməmişdir. O, qumar oyunlarını təşkil edən X10 geri qayıtmaları üçün zəng etməsini tələb etmiş, Hafiz Şəmsi ilə Cəmilə zəng etdikdə onlardan birinə zəng çatmamış, digəri isə Sumqayıtda olduğunu, kafeyə gələ bilməyəcəyini bildirmişdir. Həmin vaxtı Hafiz ona sabah danışa biləcəklərini söylədikdə o, qumarda uduzduğundan, onu qumarda udan şəxslər onu gözləmədən kafeni tərk edib getdiklərindən və sərxoş olduğundan əsəbiləşib «102» xidmətinə zəng edib şikayət edərək bildirmişdir ki, guya masanın üzərinə qoyduğu 1400 manat pulu Şəmsi ilə Cəmil tərəfindən oğurlanmışdır. Onun müraciəti əsasında polisdə araşdırma aparılmışdır. Həqiqətdə onun pulu oğurlanmamış, o, həmin günü, yəni xx xxxx 2020-ci il tarixdə saat 18 radələrindən saat 20:30 radələrinə qədər olan müddətdə Hafizin «Yubiley» kafesində təşkil etdiyi kartla oynanılan «poker» qumar oyunu zamanı 1250 manat bir və 310 manat da bir olmaqla ümumilikdə 1560 manat məbləğində pulu Cəmillə Şəmsiyə, əsasən Cəmilə uduzmuşdur. «Poker» kartla oynanılan pul udmaq üçün nəzərdə tutulan qumar oyunudur. Onun şəxsən oynadığı həmin «poker» qumar oyunundan 7 qumar oyununu «Yubiley» kafesini işlədən Təqsirləndirilən şəxs iş yerində, yəni «Yubiley» kafesindəki kabetinetlərdə, habelə 3 dəfə də Şirəli adlı şəxsin evində təşkil etmişdir. O, Təqsirləndirilən şəxs təşkil etdiyi «poker» qumar oyunlarını 2020-ci ilin fevral ayının əvvəllərindən xx xxxx 2020-ci il tarixinə qədər oynamışdır. Belə ki, Hafiz 2020-ci ilin fevral ayının əvvəllərində ardıcıl olaraq əvvəlcə «Yubiley» kafesində qumar oynamaları üçün yer təşkil etmiş, daha sonra fevral ayının ortalarından həmin ayın sonuna qədər Şirəlinin evində ardıcıl qumar oynalamaları üçün yer təşkil etmiş və ən sonda xx xxxx 2020-ci il tarixdə də kafedə qumarxana təşkil etmişdir. xx xxxx 2020-ci il tarixdə «Yubiley» kafesində qumar oynadıqda artıq Fazil həmin qumar oyununda iştirak etməmiş, həmin qumar oyununu o, Cəmil və həmin günü ilk dəfə gördüyü Şəmsi ilə oynayıb 1560 manat pul ulduzmuşdur. Qumar oyunlarını təşkil edən, oyun kartını, «seka» nı paylayan Hafiz həmin günü özünə təxminən 100-200 manat məbləğində gəlir pul götürmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs bir müddətdir ki, tanıyır. Hafiz əvvəllər onun yaşadığı ərazidə kafe işlədirmiş, daha sonra 2019-cu ilin sentyabr ayından Bakı şəhəri, Binəqədi rayonu ərazisində «DSK» yolu tərəfdə «Yubiley» adlı kafeni icarəyə götürüb işlətməyə başlamışdır. Həmin kafe bir zaldan, mətbəxdən və iki kabinetdən, yəni fərdi istirahət otaqlarından ibarətdir. Hafizin vasitəsi ilə o, Fazillə və daha sonra 2020-ci ilin fevral ayının əvvəllərində Zaminlə tanış olmuşdur. O, kartla qumar oynamağı bacarır. 2020-ci ilin fevral fevral ayının əvvəllərində, yəni ortalarına yaxın günlərdə təxminən 10-da o, ilk dəfə Hafizin istifadəsində olan «Yubiley» kafesində Fazil və Zaminlə bərabər kartla bir dəfə «poker» qumar oyunu oynamışdır. Hafiz qumar oyunlarının keçirilməsi üçün kafedə yer, yəni kabinet təşkil etmişdir. Lakin Hafiz əvvəllər qumarxana təşkil etdiyinə görə cinayət məsuliyyətinə cəlb olunduğundan, təkrar ifşa olunmasından naharat olaraq artıq qumar oyunlarının keçirilməsi üçün yeri kafedə deyil, «Lallar» fabriki adlanan ərazidə yaşayan Şirəli adlı şəxsin evində təşkil etməyə başlamışdır. Hafiz Şirəli adlı şəxsin evində qumar təşkil edərkən onların sifarişi ilə evə Alimə adlı işçisi vasitəsi ilə yemək və içkilər də gətizdirmişdir. Əvvəlcədən olan razılaşmaya əsasən bir «seka» pulundan Hafizə qumarı, həmin qumar oyununun keçirilməsi üçün yeri təşkil edən şəxs kimi 10-15 manat pul verilirmiş. Qumar zamanı «seka» kartlarını Hafiz açırmış və yığılan «seka» pullarından Hafizə pullar verilirmiş. Gün ərzində Hafiz «seka» pullarından özünə 50 manat civarında pul götürürmüş. 2020-ci ilin fevral ayının ortalarından sonuna qədər olan müddətdə, yəni fevral ayının 15-dən sonra həmin ayın sonuna qədər olan müddət ərzində təxminən beş gün fərqi ilə, təxminən ayın 15-i, 20, 25-də Şirəli adlı şəxsin evində o, Fazil və Zamin Hafizin təşkil etdiyi səhv etmirsə üç dəfə «poker» qumar oyunu oynamışdır. Həmin qumar oyunlarında o, Zamindən 200 manat civarında pul udmuşdur. Ondan əlavə Fazil, hərdən Zamin də qumarda udmuşlar. Sonuncu dəfə o, Zaminlə xx xxxx 2020-ci il tarixdə «Yubiley» kafesində qumar oynamışdır. Həmin qumar oyununu da Hafiz təşkil etmişdir. Belə ki, həmin günü saat 17 radələrində o kafeyə gəldikdə Zaminin kafenin zalında bir qızla oturub yemək yediyini görmüşdür. Ondan sonra kafeyə «Şəmi» kimi da çağrılan Şəmsi gəlmişdir. Həmin vaxt kafedə Hafiz ona demişdir ki, Zamin qumar oynamaq istəyir, o da Hafizə qumar oynaya biləcəyini bildirdikdə Hafiz ona demişdir ki, Zamin qumar oyununu yalnız Şilərinin evində oynamaq istəyir, lakin o buna razı olmamış, kafedə qumar oynaya biləcəyini Hafizə demişdir. Əvvəlcə onların qumar oyunu baş tutmamış, o Zaminə demişdir ki, sonra qumar oynayarlar. Bir neçə dəqiqədən sonra o, kafeyə qayıtmış və qumar oynamaq üçün Şəmsi ilə bərabər kafedə kabinetə, yəni fərdi istirahət otağına daxil olmuşdur. Həmin vaxtı Zamin hələ də qız tanışı ilə kafedə umumi zalda yemək yeməyə davam etmişdir. Bir neçə dəqiqədən sonra Hafiz Zaminlə bərabər kafenin onlar olan kabinetlərinə daxil olmuşlar və o, Zamin, habelə Şəmsi kartla «poker» qumar oyunu oynamağa başlamışdır. İlkin giriş 2 manatdan başlamış, sonra 5 manata keçmişdir. Həmin qumar oyununu, yeri də Hafiz təşkil etmişdir. Həmin günü Şəmsi onlarla bir az qumar oynamış, daha sonra qumar oyununu onunla Zamin oynamaqda davam etmişdir. Həmin günü o, Zamindən ilkin olaraq Hafizin təşkil etdiyi qumar oyunu zamanı 160 manat civarında pul udmuş, Zamin bundan sonra Hafizdən borca 50 manat pul alıb üzərində olan «xxxx» ASC-nin kartını verib demişdir ki, kartda olan bütün pulları çıxarıb ona versin ki, oyuna davam edə bilsin. Hafiz razılaşmış və bank kartını Zamindən götürüb getmiş, həmin qumar oyunu zamanı o, Zamindən həmin 50 manat pulu, daha sonra Hafizin kartdan çıxarıb gətirərək Zaminə verdiyi 310 manat pulu da udmuşdur. O, Zaminin son pulunu qumarda udandan sonra Zamin onunla Şəmsiyə bildirmişdir ki, heç yerə getməsinlər, qumarı oynamağa davam etmək istəyir, evdən pul götürüb gəlir. Beləliklə Zamin qumar oyununu davam etmək üçün evdən pul gətirmək məqsədi ilə Hafizin təşkil etdiyi «taksi» avtomobili ilə evinə yollanmış, lakin Zamin kafeni tərk etdikdən sonra zəng gəldiyindən Şəmsi çıxıb getmiş, o da, artıq gec olduğundan Zamini gözləmədən saat 20:15 radələrində kafedən durub getmişdir. Bir neçə dəqiqədən sonra Hafiz ona zəng edib demişdir ki, Zamin kafedədir, evdən pul gətirib qumar oyununu davam etmək, onunla Şəmsinin kafeyə qayıtmalarını istəyir. Lakin o artıq uzaqda olduğundan Hafizə kafeyə qayıda bilməyəcəyini demişdir. Bir neçə dəqiqədən sonra ona artıq Zamin zəng edib demişdir ki, qumarda onu udub getməyi düzgün deyil, ona 700-800 manat pulu gətirib verməsə onlardan polisə şikayət edəcəkdir və həmin şikayətində göstərəcəkdir ki, guya pulları oğurlanmışdır. O da telefonda Zaminə heç bir pul vermək fikrində olmadığını bildirmişdir. Sonradan eşitmişdir ki, Zamin həmin günü, yəni xx xxxx 2020-ci il tarixdə «102» xidmətinə şikayət etmişdir ki, guya kafedə tualetə gedərkən masanın üzərinə qoyduğu 1400 manat pulunu onunla Şəmsi oğurlamışlar. O, bu barədə Binəqədi rayon polis idarəsinin 43-cü polis bölməsində izahat verib bildirmişdir ki, Zaminin pulunu heç kim oğurlamamışdır, Zamin onlara şər atır, həqiqətdə Zamin pulunu qumarda udmuşdur. Həmin pulu geri qaytarmaq ümidi ilə qumar oyununu davam etmək məqsədi ilə Zamin evdən pul gətirməyə yollananda artıq gec olduğundan o, Zamini gözləmədən kafeni tərk edib getmişdir, bundan əsəbiləşən Zamin yalandan polisə xəbər etmişdir ki, guya pulu onunla Şəmsi tərəfindən oğurlanmışdır. xx xxxx 2020-ci il tarixdə o, Zaminlə kartla oynanılan «poker» qumarı oynadıqda ondan təxminən 500 manat pul udmuşdur. O, Hafizin təşkil etdiyi səhv etmirsə 5 qumar oyunununda iştirak etmiş, birinci dəfə 2020-ci ilin fevral ayının əvvəllərində, daha dəqiq fevral ayının ortalarına yaxın günlərdə təxminən 10-da o, Zamin və Fazillə Hafizin «Yubiley» kafesində təşkil etdiyi yerdə qumar oynamış, daha sonra onlarla fevral ayının ortalarından sonuna qədər olan müddətdə, yəni fevral 15-dən başlayaraq həmin ayın sonuna qədər olan müddət ərzində təxminən 5 gün fərqi ilə Şirəli adlı şəxsin «Lallar» fabriki deyilən ərazidə yerləşlən evində üç dəfə qumar oynamış və ən sonda o, xx xxxx 2020-ci il tarixdə «Yubiley» kafesində Zamin və Şəmsi ilə qumar oynamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, bir neçə il olar ki, Təqsirləndirilən şəxs tanıyır. 2020-ci ilin fevral ayında o, Hafizin təşkil etdiyi Binəqədi rayonu, Binəqədi- Biləcəri şossesi, «DSK» yolu deyilən yolun üzərində yerləşən «Yubiley» kafesində və Şirəli adlı şəxsin evində təşkil etdiyi «poker» qumar oyunlarında iştirak etmiş, həmin yerlərdə Hafiz qumar oyunları üçün yer təşkil etmişdir. Hafizin təşkil etdiyi həmin qumar oyunlarını o, Zamin və Cəmillə oynamışdır. Zaminlə Cəmili onunla Hafiz tanış etmişdir. Hafiz qumar oyunlarını təşkil edən şəxs kimi qumar oynayanları bir yerə yığırmış, bir- biri ilə tanış edirmiş, qumar üçün yer ayırırmış, qumar oynayanların rahat və təhlükəsiz qumar oynamalarından ötrü kafeyə və evə heç kimi buraxmırmış, qumar oynamaq üçün oyun kartı gətirirmiş, kartı paylayırmış, qumar oyunu zamanı sifarişlər olduqda yemək və içki ilə qumar oynayanları təmin edirmiş, habelə əvvəlcədən olan razılamaya görə Hafiz «seka» pulundan özünə gəlir götürürmüş. Hafiz bir «seka» pulundan özünə 10-15 manat, bir qumar oyunu günü isə «seka» pullarından özünə 40-50 manat gəlir pullar götürürmüş. Yemək və içmək pulunun həmin «seka» pullarına aidiyyəti olmamışdır. Qeyd etmişdir ki, qumar oyununda ilkin giriş 5 manatdan olmuş, «poker» qumar oyunu kartla oynanılır, oyun bəxtdən asılıdır, əvvəlcədən kimin udacağı bəlli deyil, kimin xalı çox gəlirdisə o da oyunun qalibi olur, xallar eyni olduqda və qumar oynayanlar öz aralarında razılaşdıqda oyun «seka»ya gedir, həmin vaxtı ortada olan pulların miqdarı artır, əlavə pullar qoyulur. Həmin «seka» nı udan qumar oyunçusu da qumarı təşkil edən şəxs kimi Hafizə 10-15 manat civarında pul verirmiş. 2020-ci ilin fevral ayının ortalarına yaxın, yəni əvvəllərində Hafiz onu Zamin və Cəmilə tanış etmişdir, səhv etmirsə birinci dəfə o, Zamin və Cəmillə Hafizin işlətdiyi «Yubiley» kafesində «poker» qumar oyunu oynamışdır. Hafiz əvvəllər kafedə qumar oyunu təşkil etdiyinə cinayət məsuliyyətinə cəlb olunduğundan narahat olmuş, ona görə qərara gəlmişdir ki, artıq qumar oyunlarını Şirəli adlı tanışının evində təşkil etsin. O, Şirəlini qiyabi tanıyır, Şirəlini əvvəllər Hafizin kafesində pivə içəndə görmüşdür. Hafiz ona, Zaminə və Cəmilə demişdir ki, Şirəli adlı tanışının evi boşdur, qumarı orada təşkil edə bilər, heç kim onları görməyəcəkdir, qumarı özü təşkil edəcəkdir. Onlar Hafizin bu təklifinə etiraz etməmişlər. Hafiz Şirəliyə evində qumar təşkil etməsini bildirməyib, demişdir ki, dostları və qızlarla yeyib- içəcəkdir. Hafizin özü Şirəlidən evinin açarını götürüb qapını açırmış, onlar da Şirləninin evində qumar oynayırmışlar. Şirəlinin evi «Lallar» fabrikinin yaxılığında yerləşir. Şirəlinin evində o, 2-3 dəfə Cəmil və Zaminlə qumar oynamışdır. Hafiz qapını açıb sonra açarı Şirəlinin bildirdiyi yerə, yəni qapının kənarına qoyub gizlədirmiş. Şirəli onlarla heç vaxtı qumar oyunlarında iştirak etməmiş, qumar oynamamışdır. O, Şirəlinin evində qumar oynayanda cüzi pul udmuş, bir dəfə də 350 manat pul uduzmuşdur. Şirəlinin evində qumar oyunlarını Hafiz 2020-ci ilin fevral ayının ortalarından həmin ayın sonuna qədər olan müddət ərzində təşkil etmiş, həmin qumar oyunlarında da Hafiz «seka» lardan özünə pullar götürürmüş. Hafiz həmin qumar oyunlarını maddi marağına görə təşkil edirmiş, özünə bir qumar oyunu günü qeyd etdiyi kimi «seka» pullarından 40-50 manat civarında pul götürürmüş. Bir müddət sonra o, polisdən çağrılmış və ona məlum olmuşdur ki, xx xxxx 2020-ci il tarixdə Hafiz «Yubiley» kafesində qumar oyunları təşkil etmiş, həmin qumar oyunu zamanı Zamini Cəmillə «Şəmi» kimi çağırdıqları Şəmsi udmuşlar. Zamin qumar oyununu davam etmək üçün evinə gedib pul gətirmiş, lakin kafeyə qayıtdıqda artıq onu qumarda udan Şəmsi ilə Cəmil kafedə olmamışlar, bundan əsəbiləşən Zamin «102» xidmətinə şikayət etmişdir ki, guya 1400 manat pulunu Şəmsi ilə Cəmil masanın üzərindən oğurlayıb aparmışlar. Hafiz, Cəmil ona həmin araşdırma zamanı demişlər ki, Zamin yalan danışır, onun pulunu oğurlayan olmamışdır, o pulunu qumarda uduzmuşdur. xx xxxx 2020-ci il tarixdə o, «Yubiley» kafesində olmamış, evdə olmuş, həmin günü qumar oynamamışdır, həmin günü qumarı Zamin Cəmil və Şəmsi ilə oynamışdır. Təqsirləndirilən şəxs qumar oyunlarını tək təşkil edirmiş, bunun qarşılığında «seka» lardan özünə pullar götürürmüş, Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, ona «Şəmi» də deyə müraciət edirlər. Təqsirləndirilən şəxs bir müddətdir ki, tanıyır, Hafiz İbrahimli Bakı şəhəri, Binəqədi rayonu, İ mədən ərazisində «Yubiley» kafesini işlədir. Həmin kafedə müştərilərə çay, yeməklər və içkilər təklif olunur. Kafe bir zaldan və iki kabinetdən ibarətdir. Şahid2 isə onunda qonşuluqda qalır. xx xxxx 2020-ci il tarixdə saat 17 radələrində «Yubiley» kafesinə gəldikdə Cəmili görmüş və onlar oturub çay içmişlər. Həmin vaxtı kafeni işlədən Hafiz Cəmildən qumar oynamaq istədiyini soruşduqda Cəmil kafedə qumar oynamaq istəmədiyini demiş və bunun ardınca Hafizlə durub ondan aralanmışlar, o həmin vaxtı Cəmilin Hafizlə bərabər kiminlə danışdığını görməmişdir. Bundan sonra Cəmil maşınını düzətmək adı ilə kafedən çıxmış və saat 18 radələrində yenidən kafeyə qayıtdıqda onunla Cəmil kafenin kabinetinə keçib orada çay içməyə başlamışlar. Bir neçə dəqiqədən sonra həmin kafeni işlədən Hafiz və ilk dəfə gördüyü Zamin adlı şəxs kabinetə daxil olmuşlar, Hafiz Zamini onunla tanış etmişdir. Cəmillə Zamini ona qədər artıq Hafiz tanış etmişdir. Bundan sonra masaya oyun kartı gəlmiş və kartla oynanılan «poker» qumar oyunu başlamışdır. Oyunun əvvəllərində Zamin və Cəmillə bərabər ona da kart paylanılsa da, o, giriş kimi masaya pul qoymurmuş, qumarı əsasən Cəmillə Zamin oynamışlar. Şəxsən ona iki-üç dəfə kart paylanıldıqdan sonra o daha qumar oynamamış, qumarı Cəmillə Zamin oynamışlar. Qumar oynanılanda kabinetə heç kim buraxılmırmış, Zamin qumar oynadıqda pivə də sifariş etmişdir. O, qumar oynanılan vaxtı hərdən kabinetdən çıxıb telefonla zəng edib qayıdırmış. Qumar oyunu zamanı Zamin Cəmilə uduzurmuş, hətta qumarı davam etmək üçün kartdan pul çıxararaq gətirib ona vermək üçün bank kartını Hafizə də vermişdir. Qumar əsasən Zaminlə Cəmil aralarında oynamışlar, o qumar bir az davam edəndən sonra daha qumar oynamamış, ona daha kart paylanılmamışdır. Həmin günü qumar oyunu saat 18 radələrindən saat 20:30 radələrinə qədər davam etmişdir. Zamin pulunu uduzandan sonra Cəmilə demişdir ki, heç yerə getməsin, qumarı davam etmək üçün evindən pul götürüb gəlir. Bundan sonra Zamin Hafizin sifariş etdiyi «taksi» avtomobili ilə evinə yollanmaq üçün kafeni tərk etmişdir. Zamin kafeni tərk edəndən sonra ona zəng gəldiyindən o da kafedən çıxmış və həmin vaxtı Cəmilin də kafeni tərk etdiyini görmüşdür. Cəmil öz işinin ardınca getmiş, o isə şəxsi işləri ilə bağlı şəhərin mərkəzinə yollanmışdır. X18 geri kafeyə qayıtmasını gözləməmişlər. Bir neçə dəqiqədən sonra ona Zamin zəng edib telefonda bildirmişdir ki, Cəmil onun telefon zənginə cavab vermir, onu qumarda udub getməyi düzgün deyil. Ona aydın olmuşdur ki, onun telefon nömrəsini Zaminə Hafiz vermişdir. O, həmin məsələyə müdaxilə etməmişdir. Sonradan ona məlum olmuşdur ki, Zamin «102» xidmətinə zəng edib yalandan demişdir ki, guya xx xxxx 2020-ci il tarixdə «Yubiley» kafesində tualetə gedəndə masanın üzərinə qoyduğu 1400 manat pulunu onunla Cəmil oğurlamışlar. O bununla bağlı polisdə izahat verərək bildirmişdir ki, heç kim Zaminin pulunu oğurlamamışdır, Zamin pulunu qumarda uduzmuşdur, qumar oyununu davam etmək üçün evdən pul gətirməyə getmiş, lakin qumarda uduzduğu Cəmil onu gözləmədən kafeni tərk etdiyindən bu səbəbdən Zamin əsəbiləşib «102» xidmətinə oğurluq barədə yalan məlumat vermişdir. Polisdə araşdırma zamanı ona həmçinin məlum olmuşdur ki, Hafiz əvvəllər də «Yubiley» kafesində və Şirəli adlı şəxsin evində qumar oyunları təşkil etmişdir. Həmin qumar oyunlarında o, iştirak etməmiş və oynamamışdır. O, bir dəfə xx xxxx 2020-ci il tarixdə qumar oyununda iştirak etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 ifadəsində göstərmişdir ki, ünvan 3-də yaşayır, evininin yanında «Lallar» fabriki deyilən fabrik yerləşir. Əvvəllər ət satışında işləmiş, hazırda meyvə və tərəvəz satışı ilə məşğuldur. Hafizi bir müddətdir ki, tanıyır, Hafizlə onun səmimi münasibəti vardır. Hafiz bilirmiş ki, o işdə olanda evi təmami ilə boş olur, evdə heç kim qalmır. 2019-cu ildən Hafiz «DSK» yolunun kənarında yerləşən «Yubiley» kafesini icarəyə götürüb işlətməyə başlamışdır. O, Hafizin həmin kafesində bir neçə dəfə müştəri kimi pivə içmişdir. 2020-ci ilin fevral ayının təxminən ortalarında işdə olarən Hafiz onun işlədiyi «sentarlnı» adlanan əraziyə gəlib demişdir ki, dostları və qızlarladır, evi boş olduğundan onun evində yeyib-içib qonaqlıq təşkil etmək istəyir. O buna etiraz etməmiş və ünvan 3 ünvanında yerləşən evinin açarını bir tanışı kimi Hafizə vermişdir. Hafiz onun iş yerinə maşını ilə gəlmiş, o daha Hafizin maşınında kimlərin olmasına fikir verməmişdir. Hafiz ondan açarı götürdükdə demişdir ki, evin açarının ona verməyinin qarışılığında ondan əvvəl aldığı mal dırnaqlarına görə köhnədən qalan borcunu verər. Hafizin ona həqiqətən həmin vaxtı əvvəl götürdüyü ərzaqlara görə 70 manata yaxın pul borcu olmuşdur. Hafiz ona bidirmişdir ki, yenə qonaqlıqları olsa evinin açarını ondan götürəcəkdir. O Hafizə inanıb razılıq verəndən sonra Hafizə bildirmişdir ki, evdən çıxdıqda evinin açarını evin kənarındakı yerə qoyar özü həmin yerdən açarı sonra götürəcəkdir. Beləliklə Hafiz ondan evin açarını götürüb getmişdir. Bir-iki gün sonra Hafiz ondan bir-iki dəfə də evinin açarını istəmiş, o da açarın həmin yerdə olduğunu bildirib Hafizə açarı götürüb evində istirahət etməsinə razılıq vermişdir. Sonuncu dəfə Hafizə açarı verən günü axşamı evinə gəldikdə evdə qiyabi tanıdığı Cəmili, Fazili və bir nəfər cavan oğlanı, yəni adı sonradan ona məlum olan Zamin adlı şəxsi görmüşdür. O evə gəldikdə Hafizgil evdən çıxımışlar. Daha sonra onu polis çağırmış və ona məlum olmuşdur ki, Hafiz işlətdiyi «Yubiley» kafesində kartla qumar oyunları üçün yer təşkil etmiş və həmin qumar oynayanlardan biri şikayət etmişdir ki, pulu oğurlanmışdır. Həmin araşdırma zamanı məlum olmuşdur ki, Hafiz ondan evinin açarlarını aldıqda da, onun evində qumar oyunları təşkil etmiş, yəni qumar oynayanlara onun evini yer kimi vermişdir. Hafiz onu aldatmışdır. O Hafizin evində qumar oyunlarını təşkil etdiyini bilmirmiş, Hafiz ona demişdir ki, tanış dostları və qızlarla yeyib- içib istirahət etmək istəyir, o da Hafizə bir dost kimi evinin açarını vermiş, hətta onu xəbərdar etmişdir ki, evində başqa əxlaqsız söhbətlər olmasın, Hafiz isə demişdir ki, narahat olmasın, evində sadəcə yeyib- içəcəklər. O Hafizə evinin açarını təxminən üç dəfə vermişdir. Hafiz ondan xəbərsiz evində qumarxana təşkil etmişdir. O heç vaxtı qumar oynamamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərmişdir ki, ona «Aytən» də deyə müraciət edirlər. Təqsirləndirilən şəxs təxminən iki il olar ki, tanıyır. X11 qəsəbəsində işlətdiyi «Çiçək» kafesində aşbaz işləmişdir. 2020-ci ilin sentyabr ayından Hafiz «DSK» yolunun üzərində yerləşən «Yubiley» kafesini icarəyə götürüb işlətməyə başlamış və o, həmin kafedə də aşbaz kimi işləmişdir. 2020-ci ilin fevral ayından «Yubiley» kafesinə müştəri kimi gəlməyə başlayan Zamin həmin kafeni işlədən Hafizin qumar oyunlarının keçirilməsi üçün kabinetlərində təşkil etdiyi qumar oyunlarında oynamışdır. Həmin qumar oyununu Zamin Cəmil və Fazillə oynamışdır. xx xxxx 2020-ci il tarixdə saat 15 radələrində Zamin kafeyə bir qızla gəlib 0,7 litr araq və yemək sifariş vermişdir. Həmin günü axşam kafeyə Hafizin tanışları olan Cəmillə Şəmsi gəlmişlər və bir az kafedə vaxt keçirəndən sonra çıxıb getmişlər, sonra yenidən kafeyə qayıdıb kabinetə keçmişlər. Bundan sonra Zamin qızı yola salıb kafedə 1-ci kabinetə, yəni fərdi istirahət otağına keçmiş və orada Zamin pivə içərək Cəmil və Şəmsi ilə kartla «poker» qumar oyunu oynamağa başlamışdır. Hafiz qumar oynanılan təşkil etməmişdi onlar özləri qumar oynamişlar. Qumar vaxtı gətirdiyi yemək və içkilərin pulunu ayrı alırmış. Qumar vaxtı o, masanın üzərində oyun kartı və pullar görürmüş, həmin vaxtı kabinetə heç kim buraxılmırmış. xx xxxx 2020-ci il tarixdə saat 20:30 radələrində Zamin durub evə getmiş və ondan sonra kafeni Şəmsi ilə Cəmil tərk etmişlər. Zamin geri qayıtdıqda artıq Cəmillə Şəmsi kafedə olmamışlar, həmin vaxtı X15 geri qayıdıb qumar oyununa davam etmələrini istəmiş, lakin bu mümkün olmadıqda əsəbiləşib «102» xidimətinə zəng edib şikayət etmişdir ki, guya o tualetə girən vaxtı masanın üzərinə qoyduğu 1400 manat pulunu Cəmillə Şəmsi oğurlamışlar. Bundan sonra onlar polisə çağrılmışdır. Hafiz qumar kartlarını xx xxxx 2020-ci il tarixdə polisə çağrıldıqdan sonra qorxudan harasa tullamışdır. O, polisdə həqiqəti bildirərək söyləmişdir ki, Zaminin pulu oğurlanmamış, Zamin pullarını qumarda uduzmuş, onu qumarda udanlara şər atır. İş materiallarında olan “Cinayət işinin başlanması və icraata götürülməsi haqqında” xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 244-1.1-ci maddəsi ilə cinayət işi başlanmış və icraata qəbul edilərək ibtidai istintaqı aparılmışdır. İş materiallarında olan “icarə müqaviləsi”ndən görünür ki, icarəyə verən X2 “DSK” yolunda “Yubiley” kafesini icarəçi Təqsirləndirilən şəxs icarəyə vermişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli SMS məktubdan görünür ki, xx.xx.2020ci il tarixində «xxxx» ASC-nin bank kartından 360 manat məxaric olunmuşdur. İş materiallarına əlavə edilmiş DİN-in Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli tələbnamədən məlum olur ki, xx.xx.1979-cu il təvəllüdlü X9 xx.xx.2018-ci il tarixində Abşeron RPİ tərəfindən Azərbaycan Respublikası CM-nin 244-1.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunaraq xx.xx.2018-ci tarixdə cinayət işi məhkəməyə göndərilmişdir. İş materiallarında olan Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinin Binəqədi qəsəbəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli xasiyyətnamədən görünür ki, vətəndaş Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən məlum olur ki, xx.xx.2005-ci il tarixdə Təqsirləndirilən şəxs ilə X3 birgə nikahlarından İbrahimli Nuray adlı övladları doğulmuşdur. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən məlum olur ki, xx.xx.2011-ci il tarixdə Təqsirləndirilən şəxs ilə X3 birgə nikahlarından İbrahimli Nilay adlı övladları doğulmuşdur. İş materiallarında olan nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, Təqsirləndirilən şəxs ilə X6 arasında bağlanılmış nikah xx.xx.2015-ci il tarixdə ləğv edilmişdir. İş materiallarında olan Abşeron rayon məhkəməsinin xx.xx.2018-ci il tarixli, 1(012)- 343/2018 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 244-1.1-ci maddəsi ilə təqsirli bilinərək qazancından 20% (iyirmi faiz) dövlət nəfinə tutulmaqla 01 (bir) il 06 (altı) ay müddətinə islah işləri cəzasına məhkum edilmişdir. İş materiallarında olan məhkəmə psixiatrik ekspertiza mərkəzinin məhkəmə-psixoloji ekspertizasının xx.xx.2020-ci il tarixli 1303 saylı rəyindən görünür ki, aparılmış eksperimental-psixoloji müayinə gedişində Şahid1 əqli və psixi inkişafının, intellektual imkanların normaya uyğun olduğu, iş üçün əhəmiyyət kəsb edən halları düzgün qavradığı, bu barədə düzgün məlurat verə biləcəyi müəyyən edilir. Yaddasaxlama və yadasalma funksiyalarında, emosional və assosiativ yaddaşında çətinlik müəyyən edilmədi. Qıcığa qarşı həssaslıq, tez özündən çıxmaq, hövsələsizlik və s. kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. Hərəkət və davranışını iradi olaraq tənzimləməsində hər hansı bir dəyişiklik müəyyən edilmir. Şahid1 fərdi-psixi xüsusiyyətləri (qıcığa qarşı həssaslıq, tez özündən çıxmaq, hövsələsizlik və s.), intellektual inkişafı nəzərə alınmaqla, onunla edilən hərəkətlərin xarakter və mənasını dərk etmək, baş vermiş hadisələri qavramaq, mahiyyətini anlamaq, onları yadda saxlamaq və yada salmaq qabiliyyətinə malikdir. Onda yalan danışmağa, özündən uydurmağa meyillilik əlamətləri müşahidə edilmədi. Şahid1 intelektual imkanları, idrak prosessləri və fərdi-psixi xüsusiyyətləri nəzərə alınmaqla istintaq hərəkətlərində iştirak edə bilər. İş materiallarında olan Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2020-ci il tarixli qərardan görünür ki, C-107/20 №-li material üzrə cinayət işinin başlanması rədd edilmiş, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 192-ci maddəsi ilə inzibati icraat başlanması məsələsinə baxılması üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror qarşısında vəsatət qaldırılmışdır. İş materiallarında olan sübutların qiymətləndirilməsi və əməlin tövsif edilməsi haqqında xx xxxx 2020-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə vət. Təqsirləndirilən şəxs əməlləri Azərbaycan Respublikası CM-nin 244-1.1-ci maddəsindən Azərbaycan Respublikası CM-nin 244-1.2.1-ci maddəsinə tövsif edilməsi qərara alınmışdır. İş materiallarında olan “inzibati qaydada tədbir görülməsi barədə” xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsində nəzərdə tutulan inzibati xətaya yol vermiş Şahid1, Şahid2, Şahid3 və Şahid5 barələrində Azərbaycan Respublikası İXM-nin 525-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsindən ötrü qərarın surətii ərazi aidiyyəti üzrə Bakı şəhəri, Binəqədi RPİ-nin 43-cü polis bölməsinə göndərilməsi qərara alınmışdır. İş materiallarında olan “təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” xx.xx.2020-ci il tarixli qərardan məlum olur ki, Təqsirləndirilən şəxs ********* №-li cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 244-1.2.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. İş materiallarında olan “qətimkan tədbiri seçmək haqqında” xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Azərbaycan Dəmir Yolları QSC-nin həkim sanitar Xidməti-X5 tərəfindən verilmiş XT №000173 nömrəli epikrizdən görünür ki, Təqsirləndirilən şəxs stenokardiya xəstəliyindən əziyyət çəkir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhər Probasiya İdarəsinin xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, 1979-cu il təvəllüdlü Təqsirləndirilən şəxs barəsində Abşeron Rayon Məhkəməsinin 1(012)-343/2018 saylı, xx.xx.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-1-ci maddəsi ilə təqsirli bilinərək aylıq qazancının 20%-i dövlət nəfinə tutulmaqla 01 il 06 ay müddətinə islah işləri cəzasına məhkum olunmasına dair hökm xx.xx.2020-ci il tarixdə icraata daxil olmuş və məhkum qeydiyyata alınmışdır. İslah işləri cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs çəkilmiş cəza müddəti 06 ay təşkil edir, çəkilməmiş qalan cəza müddəti isə 01 il təşkil edir. İş materiallarında olan Şahid4 natorial qaydada təsdiq edilmiş ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmışdır. Ona qarşı iddiası, şikayəti və hər hansı tələbi yoxdur və olmayacaqdır. İş materiallarında olan Şahid1 natorial qaydada təsdiq edilmiş ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmışdır. Ona qarşı iddiası, şikayəti və hər hansı tələbi yoxdur və olmayacaqdır. İş materiallarında olan Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin sürətindən görünür ki, Təqsirləndirilən şəxs atası X12 XX.XX.1936-cı il təvəllüdlüdür. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə iş üzrə mövcud sübutları qiymətləndirib, iş materiallarını təhlil edib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 244-1.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə tam təqsirli olduğunu özünün və şahidlərin verdikləri ifadələrlə, cinayət işinin bütün materialları ilə tam sübuta yetirilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cinayət əməli düzgün olaraq ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 244-1.2.1-ci maddəsi ilə tövsif edilmişdir və onun həmin maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və onun ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə işin halların nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində azadlıqdan məhrumetmə növündə cəza təyin edilməsi cəza təyin etmənin ümumi prinsiplərini müəyyən edən Azərbaycan Respublikası CM-nin 58-ci maddəsinin tələblərinə uyğun olmaqla hazır ki iş üzrə cəza təyin edilməsinin məqsədini təmin edir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə özünü tam təqsirli bilərək səmimi peşmançılıq hissləri keçirməsini, himayəsində 2 yetkinlik yaşına çatmayan övladının və yaşlı atasının olmasını, ailəsinin yeganə qazanc mənbəyi olmasını, ürək xəstəliyindən əziyyət çəkməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alaraq onun barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsini tətbiq edərək azadlıqdan məhrum etmə cəzasına sınaq müddəti ilə şərti məhkum edilməsini Azərbaycan Respublikası CM-nin 58-ci maddəsinin tələblərinə uyğun hesab edərək hazırki iş üzrə cəza təyin edilməsinin məqsədini təmin etmiş hesab edir. Azərbaycan Respublikası CM-nin 70.5-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən məhkumun üzərinə aşağıdakı vəzifələri qoya bilər: onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini, təhsil yerini, iş yerini dəyişməmək, müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək, ailəsinə maddi yardım göstərmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək. Məhkəmə, məhkumun üzərinə onun islah olunmasına kömək edən digər vəzifələr də qoya bilər. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs sınaq müddəti ilə cəza təyin edilərkən onun üzərinə gələcəkdə cinayət törətməsinin qarşısını almaq məqsədilə, təyin edilmiş sınaq müddəti ərzində davranışlarına nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək, Bakı şəhərinin hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifələri qoyulmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etiraf etməsini, əməlindən peşman olmasını, himayəsində 2 yetkinlik yaşına çatmayan övladının və yaşlı atasının olmasını, ailəsinin yeganə qazanc mənbəyi olmasını, ürəyinin xəstə olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə nəzərdə tutulmuş cəzanı ağırlaşdıran halları müəyyən etməmişdir. Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Azərbaycan Respublikası CM-nin 67.4-cü maddəsinə əsasən hökmlərin məcmusu üzrə qəti cəza həm yeni törədilmiş cinayətə görə təyin edilmiş cəzadan, həm də məhkəmənin əvvəlki hökmü ilə təyin edilmiş cəzanın çəkilməmiş hissəsindən çox olmalıdır. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanarkən azadlıqdan məhrum etmənin bir gününə islah işlərinin və ya hərbi xidmət üzrə məhdudlaşdırmanın dörd günü bərabər tutulur. İş üzrə maddi sübut, məhkəmə xərcləri, mülki iddia və əmlak müsadirəsi yoxdur. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351- 353-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 244-1.2.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 03 (üç) il 10 (on) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Abşeron rayon məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə təyin edilmiş aylıq qazancının 20%-i dövlət nəfinə tutulmaqla 01 (bir) il 06 (altı) ay müddətinə islah işləri cəzasının çəkilməmiş hissəsi ona təyin olunmuş 03 (üç) il 10 (on) ay müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilərək üzərində qəti olaraq 04 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq edilməklə ona təyin edilmiş cəza 3 (üç) il sınaq müddəti ilə şərti hesab edilsin. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəsini aldığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə sınaq müddəti ərzində yaşayış yeri üzrə İcra Qurumuna məlumat vermədən daimi yaşayış yerini dəyişməmək, Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə İcra qurumuna həvalə edilsin. Hökmdən elan olunduğu andan (həbsdə saxlanılan məhkum tərəfindən hökmün surəti ona verildiyi andan) 20 gün müddətinə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən: Vüqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar