Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-40/2022 16.03.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Sədrlik edən hakim Rzayev Abbas Əhəd oğlunun, Məhkəmə iclas katibi X7, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs müdafiəçisi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs, xx.xx.1979-cu ildə Masallı rayonu, Qızılağac kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, Masallı rayonu, Qızılağac kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanda yaşayan, barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə CM) 307.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmişdir. Belə ki, Təqsirləndirilən şəxs 23 iyul 2019-cu il tarixdə gecə saat 00:30 radələrində qardaşı X3 yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi,«DSK yolu» kimi tanınan ərazidə yerləşən nömrəsiz fərdi evinə naməlum şəxslər tərəfindən edilən basqınla əlaqədar verilmiş məlumat əsasında qeyd edilən ünvana polis əməkdaşlarının gəldiyini görüb, polis əməkdaşları həmin ünvanda olarkən qardaşı Mənsur Babayevin satış məqsədi ilə qanunsuz olaraq əldə etdiyi, saxladığı ayrı-ayrılıqda çəkiləri 180,130 qram və 7,166 qram və külli miqdarda ümumi təmiz çəkisi 187,296 qram olan tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroini saxlanıldığı yerdən, yəni, evdəki masanın altından götürərək, polis əməkdaşları tərəfindən aşkar edilməməsi məqsədilə qardaşı Mənsur Babayevlə nigahdan kənar münasibəti olan və göstərilən ünvanda yaşayan Şahid1 məxsus albalı rəngli qadın əl çantasının içərisinə yığaraq həmin çantanı, eləcə də ön səthinə “Digital Scale” yazıları, arxa səthinə “mini digital pocket scale” yazıları həkk olunmuş, Çin Xalq Respublikasının istehsalı olan DS-22 modelli 01 ədəd elektron tərəzini evin qarşısında dayanmış qardaşı Şahid2 məxsus qara rəngli “Kia Optima” markalı **-CV- *** dövlət nömrə nişanlı avtomobilin arxa oturacağının üzərinə qoyaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddəsində nəzərdə tutulmuş satış məqsədilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırma, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən və külli miqdarda satma kimi ağır cinayətin predmetininarkotik vasitəni və cinayətin alət və ya vasitəsini-elektron tərəzini hadisə yerinə gələn polis əməkdaşlarından gizlətmişdir. Məhkəmə iclasında ifadə verən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMin 307.2-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək göstərmişdir ki, Mənsur Babayev və Şahid2 onun kiçik qardaşlarıdır.2019-cu ilin iyun ayının əvvələrində qardaşı Mənsur onu evinə çağırıb demişdir ki, o, arvadının dayısı və 15 saylı cəzaçəkmə müəsisəsində cəza çəkən X8 ilə görüşərkən Heydər ona deyib ki, bir nəfər iranlı Mənsura zəng edəcək, o, həmin iranlıdan narkotik vasitə götürəcək, narkotik vasitəni kiməsə çatdıracaq, bunun əvəzində pul verəcək və bununla da Heydərin Mənsura olan borcu silinəcək. Mənsur Nazir adlı şəxsdən aldığı narkotik vasitəni götürdükdən sonra telefonu söndürmüş və həmin narkotik vasitəni özündə, yəni yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi DSK yolu adlanan yerdə nömrəsiz fərdi evində saxlamışdır.22 iyul 2019-cu il tarixdə saat 20:00 radələrində şam yeməyi üçün qardaşı Mənsurun yaşadığı evə getmiş, həmin gün 22:50 radələrində Mənsurun evindən çıxıb getmişdir. Həmin gecə, yəni 23 iyul 2019-cu il tarixdə gecə saat 00:30 radələrində qardaşı Mənsurun arvadı Brilyant ona zəng edərək bildirmişdir ki, evlərinə iki nəfər şəxs basqın edərək Mənsuru döymüşlər və Mənsur halsız vəziyyətdədir.O, taksi sifariş edərək qardaşı Mənsurun evinə yollanmış, yolda olarkən DİN 102 xidmətinə zəng vuraraq qardaşının evinə iki nəfər şəxsin basqın edərək onu döydüyünü və onun evindən 70.000 manat pulun oğurlandığını bildirmişdir.Mənsurun evinə çatan zaman polisləri həmin küçədə dayanan görmüş və taksidən düşərək polislərlə birlikdə qardaşının evinə daxil olmuşdur.Mənsurun evinə çatdıqda onun üzünün şişkin olduğunu görmüş, nə baş verdiyini soruşmuş, sonra masanın üzərində olan Mənsura məxsus pul kisəsinin içində olan 800 manatın götürüldüyünü aşkar etmişdir.Bu zaman orada həkimlərə qardaşını aparmaqlarını istəmişdir.O, polis əməkdaşları ilə orda olan zaman kiçik qardaşı Məsud hadisə yerinə gəlmiş və bu zaman Brilyant Məsudun avtomobilində oturmuşdur. Lakin polislər onlara bildirmişlər ki, polis maşınları ilə bölməyə getməlidirlər.Onların telefonlarını yığmışlar.Bölmədə olarkən yalandan boynuna almışdır ki, narkotik vasitəni o gizlətmişdir.Çünki Brilyantın azyaşlı uşağı olduğundan onun tutulmasını istəməmiş, bu səbəbdən narkotik vasitənin gizlədilməsini öz boynuma götürmüşdür.Buna görə də polis əməkdaşları Mənsurun yaşadığı evə və Məsudun idarə etdiyi qara rəngli “Kia Optima” markalı **-CV-*** dövlət nömrə nişanlı avtomobilə baxış keçirmiş, bu zaman həmin avtomobildən narkotik vasitə aşkar olunaraq götürülmüşdür.Məhkəmə iclasında çıxış edən Təqsirləndirilən şəxs təqsirini qismən etiraf etməsini, əməlindən səmimi peşman olmasını, ilk dəfə cinayət törətməsini və himayəsində 2 (iki) övladının olmasını nəzərə alaraq məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində ifadə verən Şahid1 bildirmişdir ki, X5 onun qeyri rəsmi əri,yəni nikahsız əri olmuşdur.Belə ki, 16 il Rusiya Federasiyasının Narinski şəhərində yaşadıqdan sonra ailəsi ilə birlikdə Masallı rayonu, Qasımlı kəndinə qayıtmış, bu zaman Babayev Mənsurun qohumları ilə qonşu olmuş və ailələrin xəbəri ilə qeyri-rəsmi evlənərək birlikdə Bakı şəhərinə gəlmişlər.Bir müddət Bakı şəhəri, Yasamal rayonu, Sovetski adlanan yerdə kirayədə yaşamış, iki il ərzində Mənsurun böyük qardaşı Məhəmmədin Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi ərazisindəki evində yaşamış, daha sonra Mənsur Binəqədi rayonu, Binəqədi qəsəbəsi, DSK yolu kimi tanınan yerdə yerləşən bir mərtəbəli, bir otaqlı və bir mətbəxi olan evlərini alaraq orada yaşamışlar. Mənsur ilə birlikdə 2018-ci il təvəllüdlü, azyaşlı oğulları, yəni Rəsul ilə birgə həmin evdə yaşamışlar.Daha sonra aralıqla Masallı rayonu, Qasımlı kəndinə anası Xavər Nuriyevanın yanına gedərək 3 ay orada yaşamış, 2019-cu ilin iyul ayında Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, DSK yolunda yerləşən evinə qayıtmışdır.Evə qayıtdıqdan sonra Mənsur onu hər gün özü ilə Bakı şəhəri, Nigar Rəfibəyli küçəsində yerləşən internet kluba aparar və birlikdə gecə evə qayıdarmışlar.Mənsur ona ailə üzvləri ilə əlaqə saxlamaq üçün telefon verməmiş və özünün evə qoyduğu, şifrəsini Brilyanta bildirmədiyi mobil telefonla yalnız Mənsur ona zəng edəndə əlaqə saxlayırmışlar.Bakıya qayıtdıqdan sonra Mənsurun böyük qardaşı Məhəmməd hər gün axşam saat 21:00 radələrində onlara gələr, Mənsur ilə gizli nələrsə danışarmışlar.2019-cu ilin iyul ayının əvvələrində Məhəmməd yenə onlara gəlmiş, spirtli içki qəbul edən Mənsur ilə Məhəmməd sərxoş olmuş, bu zaman Məhəmməd Mənsura demişdir ki, “Malı mənə ver gizlədim, səni iranlılar axtarır”. Brilyant Mənsurdan bu barədə soruşanda ona bildirmişdir ki, evdə “Baba” adlı iranlı şəxsə məxsus mal, yəni narkotik vasitə var və həmin narkotik vasitəni, ya da pulunu geri almaq üçün iranlılar onu axtarırlar və artıq tapıblar.Ona görə də pulu toplamaq üçün vaxt lazım olduğunu və bunun üçündə onu iranlıya girov verəcəyini, pulu topladıqdan sonra onu iranlıdan geri alacağını bildirmişdir. Mənsur Brilyanta qorxmamağını, uşağı saxlamaq üçün anası Xavərə verəcəyini demişdir.Brilyant bundan çox qorxduğu üçün ailə üzvlərinə məlumat verməyə çalışmışdır.Həmin ərəfədə, yəni 21 iyul 2019-cu il tarixdə xalası Rəvayət Nuriyeva əri Mənsurun işlətdiyi internet kluba gələndə, sakitcə ona demişdir ki, sabah onlara gəlsin, ona sözü var.Səhərisi gün Mənsura yalandan işləri olduğunu deyərək evdə qalmış, bu zaman Mənsur evin giriş qapısını açarla bağlasa da, darvaza açıq qalmışdır.Həmin gün xalası Rəvayət səhər saat 11.00 radələrində onlara gəlmiş, Brilyant mətbəxin pəncərəsini açaraq bayırda dayanan Şahid6 Mənsurgilin evdə narkotik vasitə saxladığını və bunun əvəzində onu iranlıya girov verəcəyini demişdir.Şahid6 ona kömək edəcəyini deyərək oradan çıxıb getmişdir.O, Məhəmmədlə Mənsurun evdə narkotik vasitə saxladıqlarını bilsə də, onun harada olmasını bilməmiş və axtarmağa da qorxmuşdur.23 iyul 2019-cu il tarixdə gecə saat 00:30 radələrində Mənsur və azyaşlı oğlu ilə evdə olarkən iki nəfər kişi cinsli şəxslər evin qapını açıb içəri girmiş və bu zaman qapıya tərəf qaçan uşaq açılan qapıya dəymiş və yıxılmışdır.Brilyant uşaq ağlayarkən onu yerdən götürmək istəyəndə həmin şəxslərdən biri- qısaboy, idmançı bədən quruluşlu şəxs Brilyantın sifətinə bir dəfə sillə vurub əlini uşağın ağzına tutub səsini kəsməyini tələb etmişdir.Digər uzunboylu şəxs isə Mənsurun üzərinə hücum edib onun ayağa durmasına mane olmuş və üzünə, başına, sifətinə zərbələr endirərək malın yerini deməsini tələb etmişdir.Həmin şəxs Brilyantdan Mənsuru saxlamağını tələb edərək evi axtarmağa başlamışdır. Qısaboylu şəxs də Mənsuru döyməyə başladıqda, Brilyant mətbəxə tərəf qaçmağa çalışmışdır ki, səsini qonşular eşitsin.Bu zaman qısaboylu şəxs əlində olan bıçağı ona tərəf uzadaraq səsini çıxarmamağını, əks təqdirdə onu da, uşağını da kəsəcəyini demişdir.Daha sonra evi axtarmağa başlamış və masanın üstündəki Mənsura məxsus pul çantasından 800 (səkkiz) yüz manat məbləğdə pulu şalvarının cibinə qoymuşdur.Ondan malın yerini soruşduqda Brilyant qorxusundan ağlına ilk gələn şirəçəkən aparatın içində ola biləcəyini demişdir.Malın oradan çıxmadığını gördükdə onlar axtarışa davam etmiş, Brilyant onların başlarının qarışmasından istifadə edib mətbəxə tərəf qaçmış və pəncərəni açaraq “Evimizdən gedin, heçnə yoxdur” deyə qışqırmışdır, lakin heç kəs onlara köməyə gəlməmişdir.Həmin an bunu görən evə basqın edən şəxslər evi tərk edib getmişlər. Bu zaman Mənsur böyük qardaşı Məhəmmədə zəng vuraraq baş verənləri ona danışmışdır.Bir neçə dəqiqə sonra Məhəmməd və Məsud oraya gəlmişlər.Məhəmməd dərhal içəri girib Brilyanta qışqırmışdır ki, çantanı ona versin, Mənsuru da bayıra çıxarıb pilləkəndə oturtsun. Məsuda isə küçəyə çıxıb polisləri gözləməsini və daha sonra onları evə gətirməsini bildirmişdir.Məsud küçəyə çıxandan sonra Məhəmməd ondan ona məxsus əl çantasını alaraq onu evdən bayıra çıxarmış, bir neçə dəqiqədən sonra polis əməkdaşları Məsudla birlikdə evə gəlmişlər.Məsud polislər ilə həyətdə dayanıb söhbət edərkən Məhəmməd evdən bayıra çıxmış və Brilyanta məxsus albalı rəngli çantasını Brilyanta verərək gedib kənarda dayanmasını xahiş etmişdir.O, qaranlıqdan qorxduğu üçün Məhəmmədin dediyi yerə getmək istəmədiyini demiş, bu zaman Məhəmməd onun əlindən çantanı almış və qardaşı Məsuda məxsus qara rəngli “Kio Optima” markalı, 99-CV 740 dövlət nömrə nişanlı avtomobilin arxa oturacağına qoymuşdur.Polis əməkdaşları evə baxış keçirdikdən sonra, Mənsuru, Məhəmmədi və onu polis şöbəsinə aparmışlar.Şöbədə olarkən ona məlum olmuşdur ki, Mənsurun evdə gizlətdiyi narkotik vasitəni Məhəmməd ona məxsus albalı rəngli əl çantasının içərisində, əl çantasını isə Məsudun avtomobilində gizlətmişdir.Polislər ona bildirmişlər ki, Mənsuru və Məhəmmədi tutub saxlayacaqlar ona isə evə getməsini məsləhət görmüşlər.Brilyant xalası Rəvayətin tanışı “Gülşən” adlı qadına zəng edərək, hadisə barəsində məlumat vermiş və onu buradan aparmasını xahiş etmişdir. Şahid, həmçinin bildirmişdir ki, Şahid2 “Kia Optima” markalı, **-CV-*** nömrəli avtomobilinə oturarkən albalı rəngli həmin çanta onda olmamışdır. Məhkəmə iclasında şahid qismində ifadə verən Şahid4 bildirmişdir ki, o, Bakı şəhəri, Binəqədi RPİ-nin 4-cü polis şöbəsinin baş əməliyyat müvəkkili vəzifəsində işləyir, polis mayoru rütbəsindədir.Belə ki, ona məlumdur ki, 11 fevral 1985-ci ildə Masallı rayonunda anadan olmuş X3 yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi DSK yolunda nömrəsiz fərdi evinə 23 iyul 2019-cu il tarixdə gecə saat 00:30 radələrində basqın olması ilə əlaqədar Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə 4-cü polis şöbəsinə daxil olmuş məlumat əsasında X3 qanunsuz olaraq narkotik vasitə əldə edərək yaşadığı evdə saxlanılması haqqında vermiş olduğu izahatı üzrə yaradılmış əməliyyat qrupunda olarkən yuxarıda göstərilən ünvanda əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar əsasında Bakı şəhəri Binəqədi rayonu, Binəqədi qəsəbəsi DSK yolu Binəqədi-Xırdalan yolunun sol tərəfində yerləşən nömrəsiz fərdi evdə videoçəkiliş vasitəsilə baxış və götürülmə aparılmışdır.Ondan başqa əməliyyat qrupunda həmçinin polis əməkdaşları Şahid3 və Şahid5 da daxil olmuşlar.Baxış zamanı Mənsurun qardaşı Şahid2 tərəfindən evin qapısı açılmış və baxış zamanı X5 narkotik vasitəni evin giriş qapısından sol tərəfdə yerləşən və ümumi sahəsi 8 kv.metr olan mətbəxdə quraşdırılmış əlüzyuyanın alt hissəsindəki dolabda saxladığını bildirmiş, lakin onun dediyi yerdə istifadəsi və saxlanılması qadağan olunmuş hər hansı əşya, maddi və predmet aşkar edilməmişdir.Ona görə də, onlar Mənsur Babayevdən narkotik vasitənin harada olduğu soruşmuşlar və bu zaman Şahid2 onlara demişdir ki, həmin gecə qardaşı Təqsirləndirilən şəxs albalı rəngli çantanı onun maşınına qoyduğunu görmüş, lakin həmin çantada narkotik vasitənin olubolmaması barədə məlumatı olmamışdır. “Kia Optima” markalı, **-CV-*** dövlət nömrə nişanlı avtomobilə baxış zamanı 01 ədəd albalı rəngli qadın çantası, 01 ədəd “Nokia” markalı mobil telefon aşkar edilərək götürülmüşdür.Narkotik vasitələr hər biri iki ədəd sellofana bükülmüş paketdə aşkar edilmişdir.Baxış zamanı Mənsur Babayev bildirmişdir ki, həmin çanta arvadı Şahid1 məxsusdur.Həmin narkotik vasitlərin heroin olduğu bəlli olmuş, bundan başqa avtomobildən həmçinin Pampers aşkar edilsə də, yalnız narkotik vasitə və elektron tərəzi götürülmüşdür.Daha sonra narkotik vasitələr qablaşdırılmış və şöbəyə təhvil verilmişdir.O, əlavə olaraq bildirmişdir ki, narkotik vasitənin onun tərəfindən gizlədilməsini Təqsirləndirilən şəxs əvvəlki istintaq zamanı etiraf etmişdir.Həmçinin, Təqsirləndirilən şəxs qardaşı Şahid2 evə baxış zamanı onlara bildirmişdir ki, qardaşı Təqsirləndirilən şəxs hadisə günü Şahid1 məxsus albalı rəngli əl çantasını ona məxsus “Kia Optima” markalı avtomobilə qoyarkən görmüşdür. Məhkəmə iclasında şahid qismində ifadə verən Şahid2 bildirmişdir ki, narkotik vasitənin Brilyantın əl çantasına kimin qoyduğunu bilməsə də, Brilyantı qolunda albalı rəngli əl çantası ilə ona məxsus “Kia Optima” markalı, **-CV-*** nömrəli avtomobilinə oturarkən görmüşdür.O, həmçinin bildirmişdir ki, qardaşı Təqsirləndirilən şəxs Brilyantdan əl çantasını istəyərkən görməmişdir. Məhkəmə iclasında şahid qismində ifadə verən Şahid6 bildirmişdir ki, ünvan 3 ünvanında qeyri-rəsmi münasibətdə olduğu şəxslə birlikdə yaşayır.Bakı şəhəri, Xətai rayonu, Həzi Aslanov metrosu yaxınlığında yerləşən “Kristal” gözəllik salonunda lazerçi işləyir. Belə ki, Şahid1 onun bacısı Xavərin qızıdır. Brilyant vasitəsi ilə onun nigahdan kənar münasibətdə olduğu və yaşadığı Mənsuru, onun qardaşları Məhəmməd və Məsudu tanımışdır.X6 döydüyünü eşitmişdir.Bu barədə ona Brilyant məlumat vermişdir. Hətta bir dəfə Mənsur Brilyantı döyüb bayıra atmışdır.Lakin Mənsur yalvaraq barışdığına görə onlar yenidən bir yerdə yaşamağa başlamışlar. 21 iyul 2019-cu il tarixdə Brilyanta baş çəkmək üçün o, Mənsurun işlətdiyi internet kluba getmiş, bu vaxt Brilyant ona sözü olduğunu, sabah onlara gəlməsini xahiş etmişdir.Səhəri günü Brilyantın yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, DSK yolu adlanan ərazidə yerləşən nömrəsiz fərdi evə getmiş, evin giriş qapısı bağlı olsada, həyətin darvazası açıq olmuş və Brilyanta səsləndikdə mətbəxin pəncərəsini açmış, Mənsurgilin evdə narkotik vasitə saxladığını, Mənsurun narkotikə görə onu girov qoyacağını və ona kömək etməyini xahiş etmişdir.Rəvayət bundan qorxmuş və ona kömək edəcəyini deyərək oradan çıxıb getmişdir.22 iyul 2019-cu il tarixdə qaynının ad günü olduğu üçün Brilyantın rəfiqəsi Gülşən və qardaşı oğlu Tahir onlarda imişlər.Rəvayət onlara Brilyantın ona bildirdiklərini demiş, Tahirlə Gülşən də kömək etməyə razılıq vermişlər.Həmin gecə saat 00:00-da ad günü yekunlaşmamış Tahirlə Gülşən uşaqları ilə birlikdə taksi ilə Brilyantla Mənsurun yaşadığı evə yollanmışlar.Bir müddət sonra Gülşən ona zəng edərək ünvanı dəqiq soruşmuş və o, da boz darvazalı ev olduğunu demişdir.Bir neçə saat sonra onlar qayıtmışlar, lakin Brilyantın onlarla gəlmədiyini görüb səbəbini soruşduqda, Brilyantın ərindən yapışıb, gəlmək istəmədiyini demişlər. Həmin gün səhər Binəqədi RPİ-nin 4-cü polis şöbəsindən zəng edərək onu şöbəyə çağırmışlar.Rəvayət həmçinin bildirmişdir ki, həmin vaxt qorxduğu üçün Mənsurgilin evdə narkotik vasitə saxlaması barədə hüquq mühafizə orqanlarına məlumat verməmişdir. Məhkəmə iclasında şahid qismində ifadə verən Şahid4 bildirmişdir ki, Şahid1 uşaqla birlikdə avtomobilə oturmağı onlar təklif etmiş və həmin vaxt Şahid1 üzərində hər hansı çanta olmamışdır. Məhkəmə iclasında ifadəsi elan olunmuş şahidlər Şahid3 və Şahid5 digər Şahid4 ifadəsinə uyğun ifadə verərək onun göstərdiyi halları tam təsdiq etmişlər. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi məhkəmə-kimyəvi ekspertizasının 18905 nömrəli, 23 iyul 2019-cu il tarixli rəyinə əsasən məlum olur ki, tədqiqata təqdim edilmiş, üzərində “vət. X4 məxsus maddi sübut qismində götürülmüş” yazısı olan paketdə, 2(iki) ədəd bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 180,130 qr və 7,166 qr, ümumi təmiz çəkisi 187,296 qr olan maddələr tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnaməyə əsasən Təqsirləndirilən şəxs əvvəllər məhkumluğu olmamışdır. İş materiallarında olan Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-471/2020 saylı, 11 avqust 2020-ci il tarixli hökmünə əsasən məlum olur ki, X5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli bilinərək 07 (yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxsin əməli CM-nin 307.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir.Buna görə də, o, həmin maddə ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək cəzalandırılmalıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin 7-ci bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 8.0.5-ci maddəsinə əsasən cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək cinayət mühakimə icraatının vəzifəsidir. Cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipini müəyyən edən Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 28.4-cü maddəsində cinayət mühakimə icraatını həyata keçirərkən məhkəmələrin vəzifələri sırasında cinayət prosesində tərəflərə cinayət təqibi ilə əlaqədar bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsi üçün zəruri şəraiti təmin etmək və şübhəli və ya təqsirləndirilən şəxsi həm ifşa edən, həm də bəraət verən halları, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almaq vəzifələri təsbit edilmişdir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 125.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüquqlarının pozulması və istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydalarının kobud pozuntularla aparılması ilə əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 33-cü maddəsinə əsasən, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər və cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144, 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 349.5 və 349.5.1-ci maddələrinin tələblərinə əsasən, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, məhkəmənin hökmü əsaslı hesab edilir. Eyni zamanda, «Məhkəmə hökmü» haqqında Azərbaycan Respublikası Plenumunun 24 dekabr 2021-cı il tarixli qərarında göstərilmişdir ki, məhkəmə hökmü ilə şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələ həll edilir.Bu səbəbdən də, hökm işdə olan bütün sübutlar qanunun tələbinə uyğun surətdə tədqiq edilib qiymətləndirilməklə çıxarıla bilər.Həmçinin, həmin qərarda göstərilmişdir ki, qanunun mənasına ittihamın sübut olunması barədə aradan qaldırılması mümkün olmayan bütün şübhələr müttəhimin xeyrinə həll olunur. Həmçinin, həmin qərara görə məhkəmədə ittihamın hər hansı şəkildə dəyişdirilməsi hökmün təsviri hissəsində əsaslandırılmalıdır.Məhkəmə ittihamı dəyişməyə və ya cinayətin ayrı-ayrı epizodlarını qanunun müttəhimə elan olunmamış maddəsi ilə tövsif etməyə haqlıdır.Bu zaman məhkəmə bunu əsas tutmalıdır ki, cinayətin tövsifinin belə dəyişdirilməsinə yalnız o şərtlə yol verilə bilər ki, müttəhimin qanunun yeni maddəsi ilə tövsüf olunan hərəkətləri məhkəməyə vermə zamanı onun təqsirində nəzərə alınmış olsun, yeni ittihamda daha ağır cinayətin əmamətləri olmasın və faktitiki hallara görə müttəhimin məhkəməyə verildiyi ittihamdan əhəmiyyətli dərəcədə fərqlənməsin, ittihamın dəyişdirilməsi isə müttəhimin vəziyyətini ağırlaşdırmasın və onun müdafiə hüququnu pozmasın. Bundan başqa, Azərbaycan Respublikası Konsitusiysının 151-ci maddəsinə əsasən Azərbaycan Respublikasının qanunvericilik sisteminə daxil olan normativ hüquqi aktlar ilə (Azərbaycan Respublikasının Konstitusiyası və referendumla qəbul edilən aktlar istisna olmaqla) Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələr arasında ziddiyyət yaranarsa, beynəlxalq müqavilələr tətbiq edilir. Həmçinin,«Azərbaycan Respublikasında məhkəmə sisteminin müasirləşdirilməsi və «Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqında» Azərbaycan Respublikası Qanunun tətbiq edilməsi barədə» X1 19 yanvar 2006-cı il tarixli fərmanında Azərbaycan Respublikasının Ali Məhkəməsinə və digər yuxarı instansiya məhkəmələrinə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququnun öyrənilməsi işini təşkil etmələri və onu məhkəmə təcrübəsində nəzərə almaları tövsiyə edilmişdir.Azərbaycan Respublikasının tərəfdaş çıxdığı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyasının 6 və 7-ci maddəsinin tələbinə görə hər kəsin ədalətli məhkəmə araşdırılması tələb etmək və qanunsuz olaraq cəzalandırılmamaq hüquqları vardır. Həmçinin, “İnsan hüquqları haqqında Ümumi Bəyannamə”nin 11-ci maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6cı maddəsində, “Mülki və siyasi hüquqlar haqqında” Beynəlxalq Paktın 14-cü maddəsində öz əksini tapan, Azərbaycan Respublikasının Konstitusiyasında və Cinayət-Prosessual Məcəlləsində təsbit edilmiş təqsirsizlik prezumpsiyası nəzərdə tutur ki, cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri qanunvericilikdə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxs yalnız o halda cinayəti törətməkdə təqsirli hesab edilə bilər ki, onun konkret əməli törətməkdə təqsiri səlahiyyətli subyektlər tərəfindən qanunla müəyyən edilmiş prosessual qaydada toplanmış və məhkəmədə qiymətləndirilmiş sübutlar əsasında məhkəmənin müvafiq ittiham hökmü ilə təsdiq edilsin və bu hökm qanuni qüvvəyə minmiş olsun. Məhkəmə Təqsirləndirilən şəxs təqsirini qismən etiraf etməsini, əməlindən səmimi peşman olmasını, ilk dəfə cinayət törətməsini, himayəsində 2 (iki) övladının olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını və ailənin yeganə qazanc gətirən şəxs olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır.Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən, CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halların mövcudluğunu və ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, bu nəticəyə gəlir ki, təqsirləndirilən şəxsə cərimə növündə cəza təyin olunması, qanuni, ədalətli və əsaslıdır. Həmçnin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirini qismən etiraf etməsi onu gözləyən cəzadan yayınmaq üçün seçdiyi müdafiə taktikası kimi qiymətləndirilməlidir, belə ki, Təqsirləndirilən şəxs CM-nin 307.2-ci maddəsi ilə təqsiri özünün qismən etiraf edici ifadəsi, ekspert rəyi və çoxsaylı şahid ifadələri ilə tam təsdiqini tapır. Yuxarıda göstərilənləri və Təqsirləndirilən şəxs təqsirini qismən etiraf etməsini, əməlindən səmimi peşman olmasını, ilk dəfə cinayət törətməsini, himayəsində 2 (iki) övladının olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını və ailənin yeganə qazanc gətirən şəxs olmasını və təqsirləndirilən şəxsin əməlində cəzanı ağırlaşdıran heç bir halın olmadığı nəzərə alınaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 307.2-ci maddəsinə əsasən təqsirli bilinərək cərimə cəzasına məhkum olunmalıdır. Həmçinin, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 23.07.2019-cu il tarixdən 23.12.2019-cu il tarixədək həbsdə olduğu cəmi 05 (beş) ay müddət nəzərə alınaraq ona təyin olunmuş cərimə cəzası yüngülləşdirilməklə üzərində qəti olaraq cərimə cəzası saxlanılmalıdır.Belə ki, iş materiallarında olan Binəqədi Rayon Məhkəməsinin 4(001)-606/2019 saylı, 25 iyul 2019-cu il tarixli qərara əsasən məlum olur ki, vəsatət təmin olunmuş, Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri qismində həbs seçilməklə prosessual məcburiyyət tədbiri tətbiq edilmiş, Təqsirləndirilən şəxs oğlunun həbsdə saxlama müddəti 04 (dörd) ay müəyyən edilmiş, həbs etmənin əvvəli, Təqsirləndirilən şəxs oğlunun tutulduğu tarixdən, yəni 23.07.2019-cu il tarixdən hesablanması qərara alınmış və sonradan Binəqədi Rayon Məhkəməsinin 4(001)-921/2019 saylı, 21 noyabr 2019-cu il tarixli qərara əsasən Təqsirləndirilən şəxs barəsində həbs müddəti 1 (bir) ay müddətinə uzadılmışdır.Həmçinin, iş materiallarında olan Binəqədi rayon prokuroru, baş ədliyyə müşaviri Nazim İmanov tərəfindən qəbul olunmuş 23.12.2019-cu il tarixli qərarına əsasən məlum olur ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin uzadılması barədə vəsatətin müdafiə edilməsindən imtina edilmişdir.Həmçinin, iş materiallarında olan Binəqədi RPİ-nin İstintaq Şöbəsinin baş müstəntiqi, polis mayoru Nuru Həsənov tərfindən qəbul edilmiş 23 dekabr 2019-cu il tarixli qərara əsasən məlum olur ki, Təqsirləndirilən şəxs barəsində «başqa yerə getməmək barədə iltizam» qətimkan tədbiri seçilmişdir. Bundan başqa, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəriməni hökm qanuni qüvvəyə mindiyi gündən 1 (bir) aydan gec olmayaraq müvafiq bank hesabına ödənilməlidir. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılmalıdır. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 318.1, 344-349, 351-353 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 307.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və 6.000 (altı min) manat miqdarında cərimə cəzasına məhkum olunsun. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 23.07.2019-cu il tarixdən 23.12.2019-cu il tarixədək həbsdə olduğu cəmi 05 (beş) ay müddət nəzərə alınaraq ona təyin olunmuş cərimə cəzası yüngülləşdirilməklə üzərində qəti olaraq 4.000 (dörd min) manat miqdarında cərimə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs oğlu cəriməni hökm qanuni qüvvəyə mindiyi gündən 1 (bir) aydan gec olmayaraq müvafiq bank hesabına ödəsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlansın. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və (və ya) apellyasiya protesti verilmədiyi halda elan olunduğu andan 20 (iyirmi) gün sonra qanuni quvvəyə minir. Sədrlik edən Hakim:Abbas Rzayev
Məhkəmə qərarları › İş №1(001)-40/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-40/2022
16.03.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver