Məhkəmə qərarları › İş №1(001)-401/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-401/2025

02.09.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-401/2025 02.09.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Tağıyev Vüsal Adıgözəl oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Almazov Pərviz Məhərrəm oğlunun katibliyi, xüsusi ittihamçı X3, müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, təqsirləndirilən şəxs X13 iştirakları ilə, xx.xx.1991-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, ali təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, X13 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra – CM) 147.1ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair xüsusi ittiham qaydasında şikayətə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: X6 xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət edərək, X13 CM-in 147.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmişdir. Xüsusi ittiham qaydasında verilən şikayət onunla əsaslandırılmışdır ki, barəsində xüsusi ittiham qaydasında şikayət verdiyi şəxs X22 onun şərəf və ləyaqətini ləkələyən və onu nüfuzdan salan məlumatları kütləvi çıxışında yaymışdır. Bacısı xüsusi ittihamçı X2 Fəridə Kərimliyə qarşı CM-in 148-ci maddəsi əsasında irəli sürdüyü xüsusi ittiham qaydasında şikayətə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsində, sədrlik edən hakim Ağayev Elçin Zəkəriyyə oğlunun sədrliyi ilə baxılarkən, ona yalan olduğunu bilə-bilə böhtan atmışdır. O, həmin şikayət üzrə bacısı Şəlalə Mustafayevanı etibarnamə əsasında məhkəmə iclaslarında təmsil etmişdir. F.Kərimli xx.xx.2025-ci il tarixində keçirilən məhkəmə iclasında çıxışı zamanı bildirmişdir ki, “Elimdar 12-13 yaşlı uşaqdan şikayət verən adamdır”. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Elçin Ağayevin xx.xx.2025-ci il tarixli, 1(001)-314/2025 saylı qərarı ilə onun məhkəmə iclasına dair verdiyi qeydlərə baxılmış, məhkəmə o cümlədən həmin çıxışla bağlı qeydləri də məhkəmə iclas protokoluna daxil etmişdir. Sözügedən qərarda qeyd edilir ki, xx.xx.2025-ci il tarixdə keçirilmiş məhkəmə baxışı iclasının audio-video yazısına (17:18-ci dəqiqədə) baxış zamanı müşahidə edildi ki, təqsirləndirilən şəxs X22 məhkəmədə çıxışı zamanı "Elimdar 12-13 yaşlı uşaqdan şikayət verən adamdır" cümləsini demişdir. Həmin cümlə xx.xx.2025ci il tarixdə keçirilmiş məhkəmə baxışı iclasının protokolunda yazılmadığından təqsirləndirilən şəxs X13 məhkəmədəki çıxışında "Elimdar 12-13 yaşlı uşaqdan şikayət verən adamdır" kimi təsdiq edilməlidir. Göründüyü kimi, F.Kərimli kütləvi çıxışında onun haqqında həqiqətə uyğun olmayan ləkələyici məlumat yaymışdır. F.Kərimlinin məhkəmə iclasında onun barəsində səsləndirdiyi böhtan onun şərəf və ləyaqətini ləkələmişdir. Həmin ifadənin məzmununda barəsində böhtan məzmunun olmasını görməmək mümkün deyil. F.Kərimli onun “12-13 yaşlı uşaqdan şikayət verən adam” olduğunu deməklə, onun əxlaqi prinsiplərdən uzaq olduğunu, azyaşlıdan belə şikayət verə biləcək adam olduğunu deməklə ona böhtan atmışdır. 1948-ci il Ümumdünya insan hüquqları Bəyannaməsində, 1966-cı il mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktda və Azərbaycan Respublikası Konstitusiyasının 46-cı maddəsində deyilir ki, hər kəsin şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır, heç bir hal şəxsiyyətin ləyaqətinin alçaldılmasına əsas verə bilməz. Konstitusiyanın 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. CM-in 147.1-ci maddəsinə görə, böhtan, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, mediada və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayma - min manatdan min beş yüz manatadək miqdarda cərimə ilə və ya iki yüz qırx saatdan dörd yüz səksən saatadək müddətə ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. "Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014-cü il tarixli qərarında qeyd edilir: Xüsusi ittiham qaydasında şikayətlər üzrə işlərə baxarkən məhkəmələr hər kəsin toxunulmazlığının, şərəf və ləyaqətinin, habelə Azərbaycan Respublikasının Konstitusiyasında nəzərdə tutulmuş digər hüquqlarının məhkəmə müdafiəsinin təmin edilməsi üçün qanunvericiliyin tələblərinə əməl etməlidirlər. Məhkəmələrə izah edilsin ki, cinayət qanunvericiliyində xüsusi ittiham qaydasında cinayət təqibinə səbəb olan əməllərin törədilməsinə görə cinayət məsuliyyətinin nəzərdə tutulması hər kəsin mənəvi dəyəri olan şərəf və ləyaqətini, nüfuzunu qeyri-qanuni qəsdlərdən qorumaq məqsədi daşıyır. Hər kəsin şərəfi dedikdə, onun cəmiyyətin üzvü kimi əxlaqi, mənəvi keyfiyyətlərinə, digər insanlara, dövlətə, cəmiyyətə münasibətinə görə ona verilən qiymət, ləyaqəti dedikdə şəxsin öz mənəvi və əqli keyfiyyətlərini, cəmiyyətdəki mövqeyini və nüfuzunu dərk etməsi və özünün özünə verdiyi qiymət, nüfuzu dedikdə isə şəxsin cəmiyyətdə, kollektivdə, dostlarının əhatəsində, təşkilatda öz qabiliyyətinə görə tutduğu mövqe başa düşülür. Qeyd edilsin ki, böhtan və təhqir xarakterli məlumatlar mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, elektron vasitələrlə yayınlanmaqla, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə əks etdirilməklə və sair üsullarla yayıla bilər. Lakin CM-in 147 və 148-ci maddələrinin mənasına görə, şəxs böhtana, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları yaymaya və təhqirə, yəni şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaya görə o halda cinayət məsuliyyətinə cəlb edilə bilər ki, təhqir və böhtan xarakterli məlumatlar onun tərəfindən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayılmış olsun. CM-in Elmi-praktiki kommentariyasına əsasən kütləvi çıxış dedikdə, hər hansı şəxsin şərəf və ləyaqətini alçaldan və ya onu nüfuzdan salan məlumatları ən azı iki nəfər kənar şəxsin görə, eşidə və ya qavraya biləcəyi formada ifadə etmə başa düşülür. X20 Rayon Məhkəməsində xx.xx.2025-ci ildə keçirilən məhkəmə iclasında onun ünvanına atdığı böhtanı məhkəmə zalında olan çoxlu sayda insanlar eşitmişdir. CM-in 147-ci maddəsi üzrə cinayət məsuliyyətinin yaranması üçün üç hal müəyyən edilməlidir: məlumatın hər hansı şəxsin şərəf və ləyaqətini ləkələməsi və ya onu nüfuzdan salması; həmin məlumatların doğru olmaması; belə məlumatların yayılması. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında" 14 may 1999cu il 7 saylı qərarına görə, yayma dedikdə, başqa şəxsi ləkələyən və ya nüfuzdan salan məlumatları bir şəxsə, bir neçə şəxsə və yaxud qeyri-müəyyən şəxslər dairəsinə bildirmə başa düşülür. Şərəf və ləyaqəti ləkələyən məlumatlar dedikdə, əxlaqı' prinsiplər, istehsaltəsərrüfat, xidmət və ictimai fəaliyyətlə əlaqədar cəmiyyət, kollektiv və yaxud ayrı-ayrı şəxslər arasında vətəndaş barəsində mənfi rəy yaradan məlumatlar başa düşülür. Məlumatın yalan olması dedikdə, onun həqiqətə uyğun olmaması başa düşülür. Ləkələyici məlumatlar konkret faktlarla bağlı olmalıdır və böhtan cinayəti hər hansı formada (yazılı, şifahi) törədilə bilər. Bu cinayət hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatlar yayıldığı andan başa çatmış sayılır. Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X22 əvvəllər də onu dəfələrlə təhqir etmiş, ünvanına böhtan atmışdır. F.Kərimli bundan əvvəllər onun və bacısının ünvanına “Getcontact” tətbiqində təhqiramiz ifadələr işlətdiyi üçün həm Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə (xırda xuliqanlıq) inzibati cərimə edilmiş, həm də ayrıayrılıqda verdikləri xüsusi ittiham qaydasında şikayətləri üzrə təqsirli bilinmişdir. Onun şikayəti üzrə Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(001)-557/2024 saylı hökmü ilə Fəridə Kərimli CM-in 148-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 1000 (min) manat məbləğində cərimə cəzasına məhkum edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2025-ci il tarixli, 1(103)-364/2025 saylı qərarı ilə həmin hökmdən Kərimlinin vəkili tərəfindən verilən şikayət təmin edilməyib və hökm qanuni qüvvəsini almışdır. X11 şikayəti üzrə isə Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 1(001)-314/2025 saylı hökmü ilə F.Kərimli yenə də CM-in 148-ci maddəsi ilə təqsirli bilinib 1500 (min beş yüz) manat miqdarda cərimə cəzasına məhkum edilmiş, CM-in 66.5-ci maddəsinə əsasən Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə təyin edilmiş 1000 (min) manat miqdarda cərimə cəzası 1500 (min beş yüz) manat miqdarda cərimə cəzası ilə qismən toplanılmaqla qəti olaraq 2000 (iki min) manat miqdarda cərimə cəzası təyin edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2025-ci il tarixli, 1(103)-1115/2025 saylı qərarı ilə həmin hökmdən Fəridə Kərimlinin vəkili tərəfindən verilən şikayət təmin edilməmiş və hökm qanuni qüvvəsini almışdır. Fəridə Kərimlinin onun barəsində davamlı ləkələyici xarakterli məlumatları yaymaqda məqsədi onun nüfuzunu alçaltmaq, ictimaiyyət arasında onun haqqında yanlış fikirlər formalaşdırmaqdır. Odur ki, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X13 CM-in 147.1-ci maddəsi ilə cinayət təqibinə başlanılaraq həmin maddədə nəzərdə tutulmuş cəzanın təyin edilməsini xahiş edilmişdir. Məhkəmə baxış iclasında xüsusi ittihamçı X6 şikayət ərizəsində qeyd edilənləri bir daha təsdiq edərək əlavə olaraq bildirmişdir ki, məhkum X22 hüquqlarını müdafiə etdiyi bacısı Mustafayeva Şəlalənin hakim Elçin Ağayevin sədrlik etdiyi iclasda bildirmişdir ki, o, 12-13 yaşlı uşaqdan şikayət etmişdir. Əvvəllər ona söz atmışdır ki, guya onların evində gəlin olarkən təcavüz etməyə çalışmışdır. Bu gün də yenə şər atır. Deməli sosial şəbəkədə hər dəfə ağzına gələni yazacaq və deyəcək ki, bu kütləvi deyil. Fəridə Kərimli onun qardaşının 40 günlük həyat yoldaşı olmuş, məhkəmənin qərarı ilə boşanmışlar. Fəridə Kərimli onlara şər atmışdır ki, guya qızıllar onlardadır. “WhatsApp” yazışmaları, “Tik-tok” sosial şəbəkəsində paylaşdıqları ilə bəlli olmuşdur ki, qızıllar özündədir. Bundan qabaqki proseslərdə də, bəlli olmuşdur ki, qeyri qanuni yollarla əldə etdiyi səs yazıları ilə bu günə kimi onları hədələyir. Odur ki, X13 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə ən ağır cəzaya məhkum edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş təqsirləndirilən şəxs X22 CM-in 147.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, 12-13 yaşlı uşağı şikayət etdiyini qeyd edərkən polis idarəsinə şikayət etdiyi barədə bir söz deməmişdir. Dövlət Sərhəd Xidmətinin Baş idarəsinə X14 haqqında nə isə yazmış, bu barədə onun yeznəsinə zəng olunmuş və məlumat verilmişdir. Onun bacısının əri həmin şikayəti almaq istəmiş, lakin ala bilməmişdir. Orada ailə üzvlərindən başqa heç kim olmamış, anası, atası, qardaşı və özü olmuşdur. Elimdar İsmayılovun isə özü, bacısı və anası olmuş, kənar heç kim olmamışdır. Yanvar ayında onun bacısının iş yerinə onun haqqında şikayət yazmışdır. O, şikayəti oxuya bilməmiş, şifahi olaraq məlumatı olmuşdur. Uşaqlardan biri 18 yaşında, digəri 17 yaşında, digər ikisi isə 12 yaşındadır. X24 Sərhəd Xidmətinin Baş idarəsinə onun bacısının övladından yazmış və qeyd etmişdir ki, başlarına bir iş gəlsə övladları səbəbkardır. O, buna istinadən demişdir. Dövlət tərəfindən də, 18 yaşına çatmamış uşaqlar qorunur və toxunulmazdır. Elimdar İsmayılov onun bacısından, sonuncunun qayınanasından şikayət yazmışdır. Həmçinin ona verilən suallara cavab olaraq bildirmişdir ki, Dövlət Sərhəd Xidmətinə bacısı oğlu X7, poliklinikaya isə bacısı X8 şikayət olunmuşdur. Bacısı oğlu Dövlət Sərhəd Xidmətinin xüsusi məktəbində təhsil alır, 14 yaşı var. Bacısının iş yerinə 2024-cü ilin yanvar ayında, Dövlət Sərhəd Xidmətinin Baş idarəsinə isə fevral ayında şikayət yazılmışdır. O, məhkəmədə əsassız danışmamışdır və danışdıqları Dövlət Sərhəd Xidmətindən və poliklinikadan gələn cavablarla məhkəmədə sübuta yetirilmişdir. O, məhkəmədən ona bəraət verilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2025-ci il tarixli ərizədən görünür ki, X6 xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət edərək, X13 CM-in 147.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(001)-557/2024 nömrəli hökmündən görünür ki, X22 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 148-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 1000 manat məbləğində cərimə edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 1(001)-314/2025 nömrəli hökmündən görünür ki, X22 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsilə təqsirli bilinib 1500 (min beş yüz) manat miqdarda cərimə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə X18 təyin edilmiş 1000 (min) manat miqdarda cərimə cəzası hazırki hökmlə ona təyin edilmiş 1500 (min beş yüz) manat miqdarda cərimə cəzası ilə qismən toplanılmaqla F.V.Kərimliyə qəti olaraq 2000 (iki min) manat miqdarda cərimə cəzası təyin edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 1(001)-314/2025 nömrəli qərarından görünür ki, xüsusi ittihamçı X2 etibarnamə nümayəndəsi X3 məhkəmə iclasının protokollarına dair verdiyi qeydləri qərarın təsviri hissəsində göstərilmiş şəkildə qismən təsdiq edilmiş, xx.xx.2025-ci il tarixdə keçirilmiş məhkəmə baxışı iclasının audiovideo yazısına (17:18-ci dəqiqədə) baxış zamanı müşahidə edilmişdir ki, təqsirləndirilən şəxs X22 məhkəmədə çıxışı zamanı “Elimdar 12-13 yaşlı uşaqdan şikayət verən adamdır” cümləsini demişdir. Həmin cümlə xx.xx.2025-ci il tarixdə keçirilmiş məhkəmə baxışı iclasının protokolunda yazılmadığından təqsirləndirilən şəxs X13 məhkəmədəki çıxışında “Elimdar 12-13 yaşlı uşaqdan şikayət verən adamdır” kimi təsdiq edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 1(103)-1115/2025 nömrəli qərarından görünür ki, apelyasiya şikayətləri təmin edilməmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 1(001)-314/2025 nömrəli hökmü dəyişdirilmədən saxlanılmışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 1(001)-401/2025 nömrəli qərarından görünür ki, X3 X22 barəsində vermiş olduğu xüsusi ittiham qaydasında şikayəti icraata qəbul edilmiş, X22 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, barəsində qətimkan tədbiri seçilməmişdir. “Bakı Baş Səhiyyə Mərkəzi” X33 12 nömrəli uşaq poliklinikasından daxil olmuş xx.xx.2025-ci il tarixli məktubdan və məktuba əlavə edilmiş qoşmadan görünür ki, X1 Vüsalə Vaqif qızından müxtəlif dövlət qurumlarına, o cümlədən sonuncunun işlədiyi poliklinikaya şikayət ərizəsizi yazmışdır. Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti İstintaq və Təhqiqat İdarəsinin xx.xx.2025-ci il tarixli məktubundan və məktuba əlavə edilmiş sənədlərdən görünür ki, X6 tərəfindən Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin Xüsusi məktəbində təhsil alan X23 barəsində həmin orqana şikayət ərizəsi yazılmış, həmin müraciət əsasında araşdırma aparılaraq müraciət müəllifinə cavab verilmişdir. Sumqayıt Şəhər Probasiya şöbəsinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, X22 Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 1(001)-314/2025 nömrəli hökmü ilə məhkum olunduğu cərimə cəzasını ödəməmişdir. xx.xx.2025-ci il tarixli Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin tələbnaməsindən və hökmün surətindən görünür ki, X25 Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 1(001)-314/2025 nömrəli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsilə təqsirli bilinib 1500 (min beş yüz) manat miqdarda cərimə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə X18 təyin edilmiş 1000 (min) manat miqdarda cərimə cəzası hazırki hökmlə ona təyin edilmiş 1500 (min beş yüz) manat miqdarda cərimə cəzası ilə qismən toplanılmaqla F.V.Kərimliyə qəti olaraq 2000 (iki min) manat miqdarda cərimə cəzası təyin edilmişdir. xx.xx.2025-ci il tarixli, 10142 nömrəli qəbzdən görünür ki, X22 tərəfindən "xxxx" ASC vasitəsilə X4 hesabına cərimə cəzası ilə bağlı 2000 (iki min) manat məbləğində pul köçürülmüşdür. Məhkəmə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə hüquqi qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxs X25 tərəfindən CM-in 147.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsi ilə bağlı xüsusi ittihamçının gəldiyi nəticə əsassız olmaqla, onun hərəkətlərində CM-in 147.1-ci maddəsinin tərkibinin olması sübuta yetirilməmişdir. Belə ki, "Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2015-ci il tarixli, 3 saylı qərarının 2-ci bəndində göstərilir ki, məhkəmələrə izah edilsin ki, cinayət qanunvericiliyində xüsusi ittiham qaydasında cinayət təqibinə səbəb olan əməllərin törədilməsinə görə cinayət məsuliyyətinin nəzərdə tutulması hər kəsin mənəvi dəyəri olan şərəf və ləyaqətini, nüfuzunu qeyri-qanuni qəsdlərdən qorumaq məqsədi daşıyır. Hər kəsin şərəfi dedikdə onun cəmiyyətin üzvü kimi əxlaqi, mənəvi keyfiyyətlərinə, digər insanlara, dövlətə, cəmiyyətə münasibətinə görə ona verilən qiymət, ləyaqəti dedikdə şəxsin öz mənəvi və əqli keyfiyyətlərini, cəmiyyətdəki mövqeyini və nüfuzunu dərk etməsi və özünün özünə verdiyi qiymət, nüfuzu dedikdə isə şəxsin cəmiyyətdə, kollektivdə, dostlarının əhatəsində, təşkilatda öz qabiliyyətinə görə tutduğu mövqe başa düşülür. Həmin Qərarın 6-cı bəndində göstərilir ki, məhkəmələrə izah edilsin ki, Avropa Məhkəməsinin presedent hüququna müvafiq olaraq barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs tərəfindən yayılmış məlumatlarda fıkrin və ya faktın əks etdirilməsi fərqləndirilməli və bu hala əhəmiyyət verilməlidir. Faktların mövcudluğu nümayiş oluna bilsə də, fikirlərin həqiqiliyi sübut oluna bilən deyildir. Fikirlərin həqiqiliyini sübut etmək tələbinə riayət etmək mümkün deyil və bu tələb Konvensiyanın 10-cu maddəsi ilə təmin edilmiş hüququn əsas hissəsi olan fikir azadlığının özünü pozur (bax, yuxarıda qeyd olunan De Haes və Gijsels, § 42 və Lingens, § 46). Eyni zamanda, üçüncü tərəfin davranışı barədə iddialar irəli sürüldüyü hallarda bəzən faktın təqdimatı ilə fikirlər arasında fərqi müəyyən etmək çətin olur. Buna baxmayaraq, hətta fikirlər faktlara əsaslanmadıqda onlar olduqca əsassız ola bilər (bax, Jerusalem Avstriyaya qarşı, §43). Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquqi normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyətli olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Həmin Qərarda həmçinin nəzərə çatdırılmışdır ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CM-in əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər. Məhkəmə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsində xx.xx.2025-ci il tarixdə keçirilmiş məhkəmə baxışı iclası zamanı təqsirləndirilən şəxs X13 çıxışında işlətdiyi “Elimdar 12-13 yaşlı uşaqdan şikayət verən adamdır” fikrində CM-147.1-ci maddəsinin tərkibinin olması ilə də razılaşmır və hesab edir ki, X13 əməlində böhtan cinayətinin tərkibi mövcud deyildir. Belə ki, CM-in 147.1-ci maddəsinə əsasən böhtan, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, mediada və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayma - min manatdan min beş yüz manatadək miqdarda cərimə ilə və ya iki yüz qırx saatdan dörd yüz səksən saatadək müddətə ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır Məhkəmə qeyd edir ki, böhtan maddəsi üzrə cinayət məsuliyyətinin yaranması üçün üç hal müəyyən edilməlidir: məlumatın hər hansı şəxsin şərəf və ləyaqətini ləkələməsi və ya onu nüfuzdan salması; həmin məlumatın doğru olmaması; belə məlumatların yayılması. Şərəf və ləyaqəti ləkələyən məlumatlar dedikdə əxlaqi prinsiplər, istehsal-təsərrüfat, xidmət və ictimai fəaliyyətlə əlaqədar cəmiyyət, kollektiv və yaxud ayrı-ayrı şəxslər arasında vətəndaş barədə mənfi rəy yaradan məlumatlar başa düşülür. Məlumatın yalan olması dedikdə onun həqiqətə uyğun olmaması başa düşülür. Məlumatı yayma dedikdə başqa şəxsi ləkələyən və ya nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayma başa düşülür. Kütləvi çıxış dedikdə, hər hansı şəxsin şərəf və ləyaqətini alçaldan və ya onu nüfuzdan salan məlumatları ən azı iki nəfər kənar şəxsin görə, eşidə və ya qavraya biləcəyi formada ifadə etmə başa düşülür. Məhkəmədə xüsusi ittiham qaydasında şikayətə baxılması zamanı müəyyən edilmişdir ki, xüsusi ittihamçı X6 Azərbaycan Respublikası Prezidentinin Adminstrasiyasına müraciət ünvanlayaraq təqsirləndirilən şəxs X13 Dövlət Sərhəd Xidmətinin xüsusi məktəbində təhsil alan bacısı oğlu X15 valideynlərinin radikal yönümlü dindar olduğunu, qohumlarının xarici dövlətdə yaşadığını və qanuna zidd çağırışları etdiyini bildirmiş, Rəvan Hüseynovun məktəbdən xaric edilməsini xahiş etmişdir. Dövlət Sərhəd Xidmətində qeyd edilən müraciətlə bağlı araşdırma aparılaraq müəyyən edilmişdir ki, Dövlət Sərhəd Xidmətinin xüsusi məktəbində 7-ci sinifdə təhsil alan X15 birinci dərəcəli qohumları barədə xüsusi əhəmiyyət kəsb edən məlumatlar aşkar edilməmişdir. . Göründüyü kimi xüsusi ittihamçı X6 xüsusi ittiham qaydasında şikayətində X13 xx.xx.2025-ci il tarixdə keçirilmiş məhkəmə iclasında işlətdiyi “Elimdar 12-13 yaşlı uşaqdan şikayət verən adamdır” fikrini böhtan kimi qəbul etsə də məhkəmədə müəyyən edilmişdir ki, Elimdar İsmayılov həqiqətən X16 azyaşlı bacısı oğlundan müxtəlif orqanlara şikayəti ərizəsi ilə müraciət edilmişdir. Elimdar İsmayılovun azyaşlı X10 şikayət etməsi ilə bağlı X22 tərəfindən məhkəmə iclasında səsləndirilmiş fikir Elimdar İsmayılovun şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumat kimi, yəni böhtan olaraq qəbul edilə bilməz. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – CPM) 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə sübutlar tam, hərtərəfli və obyektiv yoxlanmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir- biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə edilmiş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. CPM-in 145-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə görə hüquqi qiymət verilməlidir. İttihamın sübut edilməsində yaranan şübhələri digər sübutlarla aradan qaldırma mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. CPM-in 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Avropa İnsan Hüquqları Məhkəməsi təqsirsizlik prezumpsiyası ilə bağlı Avropa Konvensiyasının 6-cı maddəsi üzrə şikayətlərlə bağlı qərarlarında dəfələrlə vurğulamışdır ki, sübutların mümkünlüyü məsələsi əsasən milli qanunvericiliklə tənzimlənən məsələdir və ümumi qaydaya uyğun milli hakimlər məhz təqdim olunan sübutları qiymətləndirməlidir. Avropa Məhkəməsi xüsusilə qeyd etmişdir ki, Konvensiyaya uyğun Avropa Məhkəməsinin vəzifəsi ümumilikdə məhkəmə araşdırmasının ədalətli olub-olmamasından, o cümlədən sübutların əldə edilməsinin qanuni olub-olmamasından ibarətdir. Adətən, bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə açıq məhkəmə iclasında tədqiq edilməlidir. Bu prinsipdən istisna ola bilər, lakin istisnalar təqsirləndirilən şəxsin müdafiə hüququna xələl gətirməməli və o, ittiham tərəfinin şahidlərinin ifadələrini təkzib etmək imkanına malik olmalıdır. "Barbera, Messege və Yabardo İspaniyaya qarşı” şikayətlə bağlı qərarında Avropa Məhkəməsi bildirmişdir ki, təqsirsizlik prezumpsiyası nəzərdə tutur ki, məhkəmənin tərkibi öz vəzifələrini icra edərkən, təqsirləndirilən şəxsə istinad edilən cinayətin onun tərəfindən törədildiyi kimi qərəzli mövqedən çıxış etməməlidir və bunu sübut etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür, istənilən şübhə isə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. CPM-in 9.2-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş hallarda cinayət prosesi prinsiplərinin və ya şərtlərinin pozulması cinayət təqibi üzrə başa çatmış icraatın etibarsız sayılmasına, onun gedişində qəbul edilmiş qərarların ləğvinə, yaxud toplanmış materialların sübutedici qüvvəsinin olmaması qənaətinə gəlməyə səbəb ola bilər. CPM-in 21.2-ci maddəsində nəzərdə tutulur ki, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. CPM-in 21.3-cü maddəsinə əsasən cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. CPM-in 28-ci maddəsinə əsasən məhkəmələr cinayət işlərinə və cinayət təqibi ilə bağlı digər materiallara məhkəmədə yalnız bu Məcəllə ilə müəyyən edilmiş hüquqi prosedurlara uyğun faktlar əsasında, qərəzsiz və ədalətlə baxmalıdırlar. Şəxsin cinayətdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. CPM-in 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. CPM-in 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. CPM-in 350.2-ci maddəsinə əsasən Bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. CPM-in 351.2-ci maddəsinə əsasən Məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinə əsasən, hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, bu şəxs təqsirsiz sayılır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. “V.Q.Bayramov və qeyrilərinin şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 23 mart 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 9 sentyabr 2005-ci il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyinə görə, məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğundur. Qeyd edilən sübutların mötəbərliyinin müəyyən olunması və qiymətləndirilməsi baxımından Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında uzun müddətdir formalaşmış yanaşma standartını müəyyən etmişdir. Məmmədov (Cəlaloğlu) Azərbaycana qarşı 11 yanvar 2007-ci il tarixli, X9rşı 18 yanvar 1978-ci il tarixli məhkəmə qərarlarında, həmçinin bir sıra qərarlarda sübutları qiymətləndirərkən “əsaslı şübhə yerinin qalmaması” sübutetmə standartını tətbiq etmişdir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı, Mülki və siyasi hüquqlara dair Beynəlxalq Paktın 14-cü maddələrinə müvafiq olaraq hər kəs ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz sayılır. CPM-in 42.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü əməldə cinayət tərkibi olmadıqda çıxarılır. Məhkəmə qeyd edir ki, CPM-in tələblərinə görə ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır (CPM-ni 351.2-ci maddə). Məhkəmə iş üzrə əldə olunmuş sübutlar məcmusuna qiymət verərək CPM-in 21.2, 145.3 və 351.3.4-cü maddələrinin ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilməli, təfsir edilməli və şərh edilməli olmasına dair tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, X21 qarşı CM-in 147.1-ci maddəsi ilə verilmiş xüsusi ittiham üzrə təqsirləndirən şəxsin əməlində böhtan cinayətinin tərkibi olmadığından CM-in 147.1-ci maddəsi ilə təqsirləndirilən şəxs X21 istinad edilən ittiham üzrə bəraət verilməlidir. İş üzrə maddi sübut, məhkəmə xərci və mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: X13 əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1-ci maddəsinin tərkibi olmadığı üçün ona bəraət verilsin. Hökm elan olunduğu andan 20 gün müddətində Bakı şəhər Binəqədi rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən elan olunduğu andan 20 gün müddətində apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim: Vüsal Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar