Məhkəmə qərarları › İş №1(001)-402/2020

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-402/2020

12.11.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-402/2020 12.11.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Tağıyev Vüsal Adıgözəl oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Mirzəyev Anar Əkrəm oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1975-ci il tarixdə Ağstafa şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, ailəli, işləməyən, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş və götürülməmiş, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra – CM) 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs ibtidai istintaq orqanı tərəfindən elan edilmiş ittihama əsasən o, özgənin əmlakını gizli talama məqsədi ilə xx xxxx 2020-ci il tarixdə səhər saat 11 radələrində ünvan 2 ünvanında yerləşən «Mikayıl» kabab evinin qarşısına gələrək müştəri qismində kabab evinə daxil olub orada heç kimin olmamasından istifadə edib masanın üzərində olan Zərərçəkmiş şəxs3 məxsus olan 20 manat dəyərində olan ***-***-**-** saylı nömrə ilə işləyən bir ədəd 280 manat dəyərində qara rəngli «Samsung A7» markalı mobil telefon aparatını gizli talayıb ələ keçirməklə hadisə yerindən uzaqlaşaraq zərərçəkmiş Z.M.Nəsibova 300 manat dəyərində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən özgənin əmlakını gizli talama məqsədi ilə xx xxxx 2020-ci il tarixdə səhər saat 11 radələrində ünvan 3 ünvanında yerləşən təkər təmiri emalatxanasının qarşısına gələrək saxlanc yeri hesab edilən həmin emalatxanaya qanunsuz olaraq daxil olaraq orada masanın üzərində olan X2 məxsus olan hər birinin qiyməti 20 manat olan ***-***-**-** və ***-***-**-** saylı sim nömrələrlə işləyən bir ədəd 180 manat dəyərində qara rəngli «Xiaomi Note 6 pro» markalı mobil telefon aparatını gizli talayıb ələ keçirməklə hadisə yerindən uzaqlaşaraq zərərçəkmiş Y.Burcəliyevə 220 manat dəyərində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən özgənin əmlakını gizli talama məqsədi ilə xx xxx 2020-ci il tarixdə saat 11 radələrində ünvan 4 ünvanın qarşısına gələrək orada dayanmış «Ford Transit» markalı **-NP-*** dövlət qeydiyyat nişanlı avtomobilin salonundan X1 məxsus olan hər birinin qiyməti 6 manat təşkil edən ***-***-**- ** və ***-***-**-** saylı sim nömrələrlə işləyən bir ədəd 298 manat dəyərində bir ədəd «X14 7» markalı mobil telefon aparatını gizli talayıb ələ keçirməklə hadisə yerindən uzaqlaşaraq zərərçəkmiş Zərərçəkmiş şəxs2 310 manat dəyərində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən özgənin əmlakını gizli talama məqsədi ilə xx xxxx 2020-ci il tarixdə saat 13 radələrində ünvan 5 ünvanda yerləşən «Fatimə–Yağmur» adlı dükanın qarşısına gələrək müştəri qismində həmin dükana daxil olub orada heç kimin olmamasından istifadə edib masanın üzərində olan Zərərçəkmiş şəxs1 məxsus olan hər birinin qiyməti 6 manat təşkil edən ***-***-**-** və ***-***-**-** saylı sim nömrələrlə işləyən bir ədəd 435 manat dəyərində bir ədəd ağ rəngli «X14 8» markalı mobil telefon aparatını gizli talayıb ələ keçirməklə hadisə yerindən uzaqlaşaraq zərərçəkmiş Zərərçəkmiş şəxs1 447 manat dəyərində maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs CM-in 177.2.2 və 177.2.3cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, 2020-ci ilin mart ayının əvvəllərində iş tapmaq məqsədi ilə Bakı şəhərinə gəlmiş, Bakı şəhərində daimi yaşayış yeri olmadığına görə o, parklarda, küçələrdə və müxtəlif yerlərdə gecələməyə başlamışdır. İş tapa bilmədiyinə görə oğurluq etmək qərarına gəlmişdir. Buna görə də, xx xxxx 2020-ci il tarixdə saat 11 radələrində Binəqədi rayonun, Mir Cəlal küçəsində yerləşən «Mikayıl» kabab evinə getmiş və həmin zaman kafe açıq olmuşdur. Kabab evinə daxil olan zaman orada heç kim olmamışdır. Bu zaman o, kafedə masanın üzərində bir ədəd qara rəngli «Samsunq A7» markalı mobil telefon aparatın olduğunu görüb həmin telefonu masanın üzərindən götürərək cibinə qoymuşdur. Həmin zaman onu heç kim görməmiş və mobil telefonu götürdükdən sonra oradan uzaqlaşıb getmişdir. Bundan sonra o, həmin telefonu 3-cü mikrorayonunda yerləşən telefon dükanların birinə öz şəxsiyyət vəsiqəsi əsasında 110 manata satıb əldə etdiyi pulu şəxsi ehtiyaclarına xərcləmişdir. Bundan başqa o, xx xxxx 2020-ci il tarixdə saat 10 radələrində Binəqədi rayonu, Mir Cəlal küçəsində olan zaman orada yolun kənarında avtomobil təkərlərinin təmiri emalatxanasının olmasını və orada işləyən şəxsin emalatxanadan 15-20 metr aralıda olmasını görüb ora daxil olaraq masanın üzərində qoyulmuş qara rəngli «Xiome Note 6 pro» markalı mobil telefon aparatını oğurlayaraq həmin yerdən uzaqlamışdır. Bundan sonra o, həmin telefonu 3-cü mikrorayonunda yerləşən telefon dükanların birinə öz şəxsiyyət vəsiqəsi əsasında 120 manata satıb əldə etdiyi pulu şəxsi ehtiyaclarına xərcləmişdir. Bundan başqa o, xx xxx 2020-ci il tarixdə saat 10 radələrində Binəqədi rayonu, Mir Cəlal küçəsində olan zaman orada dayanmış «Ford Transit» markalı avtomobilin salonunda mobil telefon olmasını görüb həmin telefonu oğurlamaq qərarına gəlmişdir. Bundan sonra o, avtomobilə yaxınlaşmış və avtomobilin qapısını açıq olduğunu görərək qapını açıb oturacağı üstündə olan «Xiomi Redmi» markalı mobil telefon aparatını oğurlayıb oradan uzaqlaşmışdır. Bundan sonra o, həmin telefonu xatırlamadığı telefon dükanına özünə məxsus kimi təqdim edib 130 manata satmış və əldə etdiyi pulu şəxsi ehtiyaclarına xərcləmişdir. xx xxxx 2020-ci il tarixdə saat 13 radələrində Binəqədi rayonu, Svetlana Məmmədova küçəsində yerləşən «Fatimə-Yağmur» qadın geyimləri dükanına gələrək orada oğurluq etmək məqsədi ilə dükana daxil olmuşdur. Həmin zaman dükanda heç kim olmamış və o üzərində olan telefonunu qulağına tutub yalandan elə şərait yaratmışdır ki, guya kimlə isə danışır. Dükanda olan zaman orada olan masanın üzərində bir ədəd «X13 8» markalı mobil telefon aparatını görüb və həmin telefon aparatını oğurlayaraq oradan uzaqlaşıb getmişdir. Bundan sonra o, həmin telefonu 20 yanvar metrosunun yaxınlığında olan dükanlarının birinə özünə məxsus olmasını bildirərək 100 manata satıb əldə etdiyi pulu şəxsi ehtiyaclarına xərcləmişdir. Maddi imkanı olmadığı üçün zərərçəkmiş şəxslərə dəymiş zərəri ödəyə bilməmişdir. Hazırda törətdiyi cinayət əməlindən peşman olmasını bildirərək ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs elan edilmiş CM-in 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır. Məhkəmə baxışı zamanı dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, ünvan 6 ünvanda yerləşən «Mikayıl» kabab evini icarəyə götürüb işlətmişdir. Həmin kafeni o, hər gün səhər saat 09 radələrində açıb saat 23 radələrində bağlamışdır. xx xxxx 2020ci il tarixdə bayram günü olduğundan o, kafeni 10 radələrində açıb kafenin işçilərini gözləməyə başlamış və həmin zaman kafedə heç kim olmamışdır. Bundan sonra o, istifadəsində olan «Samsung A7» markalı mobil telefonu masanın üzərində qoyaraq mətbəxə keçmiş və təxminən 15 dəqiqə mətbəxdə qalmışdır. Bundan sonra o, geri qayıtdıqda telefonun yerində olmadığını görüb oğurlanmasını başa düşmüşdür. Bundan sonra o, Binəqədini RPİ-nin 7-ci PB-nə ərizə ilə müraciət etmişdir. Ona məxsus olan və oğurlanmış «Samsung A7» markalı mobil telefon aparatını 430 manata, üzərində işlətdiyi ***-***-**-** saylı sim nömrəni isə 20 manata almışdır. Ona dəymiş zərər Təqsirləndirilən şəxs tərəfindən ödənilməmiş və sonuncuda şikayətçidir. Məhkəmə baxışı zamanı dindirilmiş zərərçəkmiş şəxs X5 ifadəsində göstərmişdir ki, ünvan 7 ünvanda yerləşən avtomobil təkərlərinin emalatxanasını icarəyə götürüb işlətmişdir. Həmin emalatxananı o, hər gün səhər saat 09 radələrində açıb saat 24 radələrində isə bağlamışdır. xx xxxx 2020-ci il tarixdə səhər saat 09 radələrində o, emalatxananı açıb öz işləri ilə məşğul olmağa başlamışdır. Həmin günü saat 10 radələrində onun yanına bir orta yaşlı tanımadığı müştəri gəlib avtomobilinə məxsus təkərləri təmir etməyi xahiş etmişdir. O, emalatxananın qapısını örtüb müştəri ilə birlikdə avtomobilin yanına taksi vasitəsi ilə getmiş və avtomobilin təmirə ehtiyacı olan təkərləri sökərək yenidən emalatxanaya qayıtmışdır. Bundan sonra o, təkərləri təmir edib müştəriyə qaytarmışdır. Daha sonra o, emalatxanaya daxil olmuş və ona məxsus «Xiaomi Note 6 pro» markalı mobil telefonun yerində olmamasını görmüşdür. Bu zaman o, həmin telefonun oğurlanmasını başa düşüb dərhal polis orqanlarına müraciət etmişdir. Ona məxsus olan və oğurlanmış qara rəngli «Xiaomi Note 6 pro» markalı mobil telefon aparatı 648 manata, üzərində işlətdiyi ***-***-**-** və ***-***-**-** saylı sim nömrələrinin hər birini isə 20 manata almışdır. Ona dəymiş zərər Təqsirləndirilən şəxs tərəfindən ödənilməmiş və sonuncuda şikayətçidir. Məhkəmə baxışı zamanı dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, xx xxx 2020-ci il tarixdə saat 11 radələrində etibarnamə əsasında idarə etdiyi “Ford Transit” markalı **-NP-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə ünvan 8 ünvanın qarşısında saxlayaraq həmin ünvanda yerləşən “Bolmart” marketinə daxil olmuş və bu zaman özünə məxsus olan “X14 7” markalı mobil telefon aparatını isə avtomobilin qabaq oturacağında qoymuşdur. Həmin zaman avtomobilin qapılarını açarla bağlamamış, sadəcə olaraq örtmüşdür. Bir neçə dəqiqədən sonra isə avtomobilinə yaxınlaşanda mobil telefon aparatının naməlum şəxs tərəfindən oğurlandığını müəyyən etmişdir. Bundan sonra o, bu barədə polis orqanlarına müraciət etmişdir. Ona məxsus və oğurlanmış “X14 7” markalı mobil telefon aparatını 675 manata, üzərində olan ***-***-**-** saylı mobil telefon nömrəsini 25 manata və ***-***-**-** saylı mobil telefon nömrəsini isə 10 manata almışdır. Ona dəymiş zərər Təqsirləndirilən şəxs tərəfindən ödənilməmiş və sonuncuda şikayətçidir. Məhkəmə baxışı zamanı dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, ünvan 9 ünvanda yerləşən «Fatimə–Yağmur» adlı dükanı icarəyə götürüb orada qadın paltarlarının satışı ilə məşğul olmuşdur. Həmin mağazada satılan malların sahibi özü olmaqla orada satıcı kimi işləmişdir. Mağazanı o, hər gün səhər saat 09 radələrində açıb saat 20 radələrində isə bağamışdır. xx xxxx 2020-ci il tarixdə saat 09 radələrində işə gələrək mağazanı açıb öz işləri ilə məşğul olmağa başalmışdır. Həmin günü saat 13 radələrində o, mağazadan çıxıb yaxında olan gözəllik salonuna getmiş və bu zaman mağazanın qapısı açıq qalmışdır. Mağazadan çıxanda o, özünə məxsus olan ağ rəngli «X13 8» markalı mobil telefon aparatını mağazanın giriş qapsının qarşısında olan masanın üzərinə qoymuşdur. Gözəllik salonundan bir neçə dəqiqəyə geri qayıtmış və masanın üzərinə qoyduğu mobil telefon aparatının orada olmadığını görmüşdür. O, dərhal dükanda quraşdırdığı kameraya baxmış və dükanda olmadığı müddətdə orta boylu, orta bədən quruşlu, əynində göy rəngli cins şalvarı olan şəxsin dükanına daxil olaraq masanın üzərinə qoyduğu mobil telefon aparatını götürüb dükandan çıxmasını aşkar etmişdir. Bundan sonra o, bu barədə polis orqanlarına müraciət etmişdir. Ona məxsus olan və oğurlanmış ağ rəngli «X13 8» markalı mobil telefon aparatı 690 manata, üzərində işlətdiyi ***-***-**-** saylı nömrəni 15 manata və ***-***-**-** saylı nömrəni isə 560 manata almışdır. Ona dəymiş zərər Təqsirləndirilən şəxs tərəfindən ödənilməmiş və sonuncuda şikayətçidir. Məhkəmə baxışı zamanı dindirilmiş şahid X7 ifadəsində göstərmişdir ki, təxminən 12 ildir ki, o, Nəsimi rayonu 3-cü mikrorayonu A.Mustafayev küçəsində yerləşən telefonların alğı-satqı məntəqəsini icarəyə götürüb işlədir. xx xxxx 2020-ci il tarixdə günorta saatlarında o, iş yerində olduğu zamanı bir nəfər təxminən 40 yaşlı şəxs ona yaxınlaşaraq özünə məxsus olan qara rəngli «Samsung A 7» markalı mobil telefon aparatını təqdim edib həmin telefonu satmaq istədiyini bildirmişdir. O, həmin şəxsdən şəxsiyyət vəsiqəsini istəmiş və həmin şəxs ona şəxsiyyət vəsiqəsini təqdim edəndən sonra bilmişdir ki, sonuncu Təqsirləndirilən şəxsdur. Bundan sonra o, şəxsiyyət vəsiqəsinin kserosurətini çıxardaraq surəti sonuncuya vermişdir ki, o, kağızın üzərində satdığı mobil telefon aparatının imey kodunu qeyd etsin və kserosurəti imzalasın. Elnuru ona satdığı «Samsung A 7» markalı mobil telefon aparatının üzərinə **********84605 və **********84603 imey kodları qeyd edib kağızı imzalamışdır. O, da telefona görə Elnura 120 manatı təklif etmiş və sonuncu onunla razılaşaraq 120 manatı alıb getmişdir. O, bundan sonra həmin telefonu 1-2 günə tanımadığı müştəriyə təxminən 160-180 manata satmışdır. xx xxxx 2020-ci il tarixdə saat 13 radələrində iş yerində olan zaman Elnur onun yanına gəlib ona qara rəngli «Xiaomi Note 6 pro» markalı mobil telefon aparatını təqdim edərək telefonun özünə məxsus olmasını deyib həmin telefonu satmaq istəməsini bildirmişdir. O, həmin telefona 110 manat qiymət qoymuş və sonuncu onunla razılaşmışdır. Bundan sonra yenə eyni qaydada həmin telefonu almışdır. Bundan bir neçə gün sonra polis əməkdaşları onu idarə dəvət etmiş və o, polis idarəsinə gedərək izahat vermiş, Təqsirləndirilən şəxs şəxsiyyət vəsiqəsinin surətlərini polis əməkdaşlarına təqdim etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o, Nəsimi rayonun ərazisində yerləşən 20 yanvar metrosunun yaxınlığında yerləşən «EL Telekom» telefon dükanında mobil telefonların alğı-satqısı ilə məşğul olur. xx xxxx 2020-ci il tarixdə günorta saatlarında o, iş yerində olduğu zamanı bir nəfər təxminən 40 yaşlı şəxs ona yaxınlaşaraq özünə məxsus olan ağ rəngli «X13 8» markalı mobil telefon aparatını təqdim edib həmin telefonu satmaq istədiyini bildirmişdir. O, həmin şəxsdən şəxsiyyət vəsiqəsini istəmiş və sonuncu şəxsiyyət vəsiqəsini təqdim etdikdə onun Təqsirləndirilən şəxs olması ona məlum olmuşdur. O, şəxsiyyət vəsiqəsinin kserosurətini çıxardaraq Təqsirləndirilən şəxs vermiş və sonuncu kserosurətin üzərinə ona satdığı «X13 8» markalı mobil telefon aparatının **********03476 imey kodunu qeyd etmişdir. Bundan sonra o, Elnurla 140 manata razılaşmış və sonuncudan həmin telefonu almışdır. Elnurdan aldığı mobil telefon aparatını 1-2 günə tanımadığı şəxsə 170 manata satmışdır. Sonradan polis əməkdaşlarında Elnurun həmin telefonu oğurluq nəticəsinə əldə etməsini öyrənmişdir. Məhkəmə iclasına şahid qismində çağırılmış Binəqədi RPİ-nin 7-ci PB-nin əməliyyat müvəkkili Şahid2 məhkəmə iclasında iştirak etməməsi nəzərə alınaraq, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilməklə ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmuşdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs xx xxx 2020-ci il tarixdə Binəqədi rayonu 9-cu MKR, M.Cəlal küçəsi 72 saylı binanın qarşısında dayanmış “Ford Transit” markalı **-NP-*** dövlət qeydiyyat nişanlı avtomobilin salonundan Zərərçəkmiş şəxs2 məxsus olan bir ədəd “X13 7” markalı mobil telefon aparatının ələ keçirib oğurluq etməsi faktına görə CM-in 177.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və istintaqı aparılması üçün icraata qəbul edilmişdir. xx.xx.2020-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, hadisə yerinə baxış keçirilmiş və baxış zamanı xx xxx 2020-ci il tarixdə olan oğurluq hadisəsinin Binəqədi rayonu 9-cu MKR, M.Cəlal küçəsi 72 saylı binanın qarşısında baş verməsi müəyyən edilmiş, eləcə də sonuncunun idarə etdiyi “Ford Transit” markalı **-NP- *** dövlət qeydiyyat nişanlı avtomobilin salonundan əl-barmaq izləri aşkar edilərək götürülmüşdür. xx.xx.2020-ci il tarixli, 011-5459-1220 nömrəli Azərbaycan Respublikası Kriminalistik Tədqiqatlar İdarəsinin məktubdan görünür ki, xx xxx 2020-ci il tarixdə Bakı şəhəri Binəqədi rayonu M.Cəlal küçəsi ev 72 yaxınlığında dayanmış vətəndaş Zərərçəkmiş şəxs2 idarə etdiyi “Ford” markalı **-NP-*** dövlət nömrə nişanlı avtomobildən götürülmüş əl-barmaq izləri DİN-nin KTİ-nin ADİS-nin məlumat bazasında olan şəxslərin əl əksləri ilə müqayisə edilmişdir. Müqayisəli tədqiqat nəticəsində əl izlərindən bir ədədi xx xxxx 1975-ci il tarixdə Ağstafa rayonunda anadan olmuş Təqsirləndirilən şəxs sol əlinin adsız barmağının əksi ilə eynilik təşkil etmişdir. xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətlərin hərtərəfli, tam və obyektiv araşdırılması, cinayət təqibinin səmərəliliyinin təmin edilməsi məqsədi ilə ********* və ********* nömrəli cinayət işləri bir icraatda birləşdirilmiş və işin istintaqı ********* nömrəsi altında davam etdirilərək, əməl CMin 177.2.2-ci maddəsinə tövsif olunmuşdur. xx.xx.2020-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, xx xxxx 2020-ci il tarixdə olan oğurluq hadisəsi ünvan 10 ünvanında yerləşən təkər təmiri emalatxanasında baş vermişdir. xx.xx.2020-ci il tarixli protokoldan görünür ki, X7 01 vərəqdən ibarət olan arxada əl yazıları ilə «tarix xx.xx.2020. Samsung A 7 2018 imey **********84605, imey **********84603 imza» mətnli yazıları olan Təqsirləndirilən şəxs məxsus olan şəxsiyyət vəsiqəsinin kserosurətini təqdim edərək bildirdi ki, həmin şəxsiyyət vəsiqəsinin kserosurəti əsasında o, Təqsirləndirilən şəxs xx xxxx 2020-ci il tarixdə «Samsung A7» markalı **********84605 və **********84603 imey kodlu mobil telefon aparatını almışdır. X4 təqdim etdiyi Təqsirləndirilən şəxs məxsus olan şəxsiyyət vəsiqəsinin kserosurəti götürülmüşdür. xx.xx.2020-ci il tarixli Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə CM-in 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 300 (üç yüz) manat məbləğində cərimə cəzasına məhkum edilmişdir. xx.xx.2020-ci il tarixli, 9/1136 nömrəli Məhkəmə Ekspertizası Mərkəzinin rəyindən görünür ki, 2020-ci ilin mart ayında 1 ədəd “Samsung A7” markalı mobil telefon aparatının orta bazar qiyməti 280 manat təşkil edir. 2020-ci ilin mart ayında 1 ədəd “X14 6 pro” markalı mobil telefon aparatının orta bazar qiyməti 180 manat təşkil edir. xx.xx.2020-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, hadisə yerinə baxış keçirilmiş və baxış zamanı xx xxxx 2020-ci il tarixdə olan oğurluq hadisəsinin ünvan 11 ünvanda yerləşən «Fatimə–Yağmur» adlı dükanda baş verməsi müəyyən edilərək, həmin mağazanın təhlükəsizlik kamerası vasitəsilə qeydə alınmış videoyazılar götürülmüşdür. xx.xx.2020-ci il tarixli protokoldan görünür ki, Şahid3 01 vərəqdən ibarət olan arxada əl yazıları ilə «imei kod **********03476 , telefon Redmi model Not 8 4/64 gb rəng ağ» mətnli yazıları olan Təqsirləndirilən şəxs məxsus olan şəxsiyyət vəsiqəsinin kserosurətini təqdim edərək bildirdi ki, həmin şəxsiyyət vəsiqəsinin kserosurəti əsasında o, Təqsirləndirilən şəxs xx xxxx 2020-ci il tarixdə «X13 8» markalı **********03476 imey kodlu mobil telefon aparatını almışdır. Şahid3 təqdim etdiyi Təqsirləndirilən şəxs məxsus olan şəxsiyyət vəsiqəsinin kserosurəti götürülmüşdür. xx.xx.2020-ci il tarixli protokoldan və ona əlavə edilmiş diskdən müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs1 dükanından oğurluq olması faktı əsasında dükana baxış keçirilən zamanı hadisə yerini videoçəkilişə alan kameradan hadisənin baş verdiyi anı əks etdirən CD disk götürülmüşdür. Həmin diskə baxış keçirilən zamanı müəyyən olunur ki, faylda 1 dəqiqə 42 saniyədən ibarət olan video görüntü var. Həmin videoyazıya baxdıqda müəyyən olunur ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 işlədiyi «Fatimə-Yağmur» adlı dükana daxil olur dükanın içərisində giriş qapısı tərəfdə olan masanın üzərindən sağ əli ilə Zərərçəkmiş şəxs1 məxsus olan mobil telefon aparatını götürüb dükandan çıxanda həmin mobil telefon aparatını əynində olan göy rəngli cins şalvarının arxa sağ cibinə qoyub dükanı tərk edib oradan çıxıb gedir. xx.xx.2020-ci il tarixli, 204 nömrəli “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx”nın rəyindən görünür ki, Zərərçəkmiş şəxs2ya məxsus olan əşyaların orta bazar qiyməti xx xxx 2020-ci il tarixə: istifadədə olmuş, lakin təyinatı üzrə istifadəyə yararlı olan “X14 7” modelli 128 GB yaddaşa malik mobil telefon aparatının qiyməti 298 manat təşkil edir; ***-***-**-** və ***- ***-**-** nar nömrələrinin hər birinin qiyməti 6 manat , 2 ədədin dəyəri 12 manat təşkil edir. Zərərçəkmiş şəxs1 məxsus əşyalarının xx xxxx 2020-ci il tarixə: istifadədə olmuş, lakin təyinatı üzrə istifadəyə yararlı olan, “X14 8” modelli 128 GB yaddaşa malik mobil telefon aparatının qiyməti 435 manat təşkil edir; ***-***-**-** və ***-***-**-** nar nömrələrin hər birinin qiyməti 6 manat, 2 ədədinin dəyəri 12 manat təşkil edir. Ağstafa MKT-nin 319 nömrəli arayışından və xasiyyətnaməsindən görünür ki, Fərəcov X8 şəhəri İ.Rəhimov küçəsi ev 7-də qeydiyyatdadır və müsbət xarakterizə olunur. xx.xx.2020-ci il tarixli qərardan görünür ki, hadisə yerindən götürülmüş Zərərçəkmiş şəxs1 dükanından oğurluq hadisəsinin görüntülərini özündə əks etdirən CD disk, X3 götürülmüş 01 vərəqdən ibarət olan arxada əl yazıları ilə «tarix xx.xx.2020. Samsung A 7 2018 imey **********84605, imey **********84603 imza» mətnli yazıları olan Təqsirləndirilən şəxs məxsus olan şəxsiyyət vəsiqəsinin kserosurəti və Şahid3 götürülmüş 01 vərəqdən ibarət olan arxada əl yazıları ilə «imei kod **********03476, telefon Redmi model Not 8 4/64 gb rəng ağ» mətnli yazıları olan Təqsirləndirilən şəxs məxsus olan şəxsiyyət vəsiqəsinin kserosurəti və Azərbaycan Respublikası Kriminalistik Tədqiqatlar İdarəsinin xx xxx 2020-ci il tarixli 011-5459-1220 saylı məktub iş üzrə maddi sübut kimi tanınmış və saxlanılması üçün cinayət işinin materiallarına əlavə olunmuşdur. xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs yeni məzmunda CM-in 177.2.2 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulan ittiham elan olunmuşdur. xx.xx.2020-ci il tarixli Ağstafa rayon İcra və Probasiya şöbəsinin sorğuya cavab məktubundan görünür ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 1(006)-168/2015 nömrəli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 300 (üç yüz) manat məbləğində cərimə cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs ona təyin edilmiş cərimə cəzasından 100 (bir yüz) manat dövlət büdcəsinə ödəniş etmiş və həmin cərimə cəzasından 200 (iki yüz) manat məbləğində ödənilməmiş borcu qalmışdır. Məhkum Təqsirləndirilən şəxs barəsində amnistiya aktı tətbiq edilməmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 1(001)-402/2020 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Milli Məclisinin “28 May Respublika günü münasibətilə amnistiya elan edilməsi haqqında” xx.xx.2016-cı il tarixli Qərarı üzrə amnistiya aktı tətbiq edilərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 1(006)-168/2015 nömrəli hökmü ilə məhkum edildiyi 300 (üç yüz) manat məbləğində cərimə cəzasının çəkilməmiş qalan hissəsindən azad olunmuşdur. Beləliklə məhkəmə, cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 177.2.2 və 177.2.3-cü maddələri ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Qanunvericiliyin tələblərinə əsasən istintaq zamanı Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-in 177.2.2 və 177.2.3-cü maddələri cinayətlərin təsnifatına görə az ağır cinayətlər hesab olunur. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, CM-in 59.2-ci maddəsinə əsasən törətdiyi cinayət əməlini etiraf edərək əməlindən səmimi peşman olmasını Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilən zaman CM-in 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. İş materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs qəsdən cinayət törətməyə görə məhkum edilsə də, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 1(001)-402/2020 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Milli Məclisinin “28 May Respublika günü münasibətilə amnistiya elan edilməsi haqqında” xx.xx.2016-cı il tarixli Qərarı üzrə amnistiya aktı tətbiq edilərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 1(006)-168/2015 nömrəli hökmü ilə məhkum edildiyi 300 (üç yüz) manat məbləğində cərimə cəzasının çəkilməmiş qalan hissəsindən azad olunmuşdur. Lakin hazırda Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmiş və götürülməmişdir. Bundan başqa qeyd edilməlidir ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 1(006)-168/2015 nömrəli hökmü ilə məhkum edildiyi cinayət əməli böyük ictimai təhlükə törətməyən cinayət hesab olunduğundan və məhkum olunduğu cəza azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza olduğundan onun həmin məhkumluğu CM-in 18.4.1 və 18.4.4-cü maddələrinə əsasən cinayətlərin residivini yaratmır. Məhkəmədə, Təqsirləndirilən şəxs əməlində CM-in 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsinə baxaraq, cəzasını yüngülləşdirən halla yanaşı, CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (az ağır cinayət olmasını), təqsirkarın şəxsiyyətini (müsbət xarakterizə olunmasını, eləcə də əvvəllər məhkum olunmasını), təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 177.2.2 və 177.2.3-cü maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzasını yüngülləşdirən halı, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Məhkəmədə tədqiq edilmiş və işdə olan xx.xx.2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx xxxx 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş və saxlanma yerinə təhvil verilmişdir. Məhkəmədə tədqiq edilmiş və işdə olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 4(001)-261/2020 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina edilmiş və o, dərhal məhkəmə iclas zalından azad edilmişdir. Məhkəmədə tədqiq edilmiş və işdə olan xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı xx xxxx 2020-ci il tarixdən xx xxxx 2020-ci il tarixədək, yəni 2 (iki) gün müddətində şübhəli və təqsirləndirilən şəxs qismində tutulmuşdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – CPM) 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. CPM-in 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət, məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət və Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə, CM-in 69.3-cü maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs, hazırkı cinayət işi ilə bağlı xx xxxx 2020-ci il tarixdən xx xxxx 2020-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 2 (iki) gün müddət, həbsdə saxlamanın bir günü azadlıqdan məhrum etmənin bir gününə bərabər hesablanıb ona təyin ediləcək cəzadan çıxılmalıdır. CM-in 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələrində cəzasını çəkməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs, ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı, CM-in 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmədə tədqiq edilmiş və işdə olan xx.xx.2020-ci il tarixli protokoldan görünür ki, axtarışda olan Təqsirləndirilən şəxs xx xxxx 2020-ci il tarixdə tutulmuş və saxlanma yerinə təhvil verilmişdir. Məhkəmədə tədqiq edilmiş və işdə olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 4(001)-536/2020 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində xx.xx.2020-ci il tarixədək “həbs” qətimkan tədbiri seçilmiş və həbsdə saxlanma müddətinin əvvəli xx xxxx 2020-ci il tarixdən hesablanmışdır. Göründüyü kimi, Təqsirləndirilən şəxs xx xxxx 2020-ci il tarixdən hazırkı vaxtadək həbsdə saxlanılır. CPM-in 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanma müddətinin əvvəli xx xxxx 2020-ci il tarixdən hesablanmalı və həbsdə saxlanması müddəti ona təyin olunacaq cəza müddətinə daxil edilməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə, CPM-in 132-ci maddəsinin tələblərinə əsasən hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış X3 götürülmüş 01 vərəqdən ibarət olan arxada əl yazıları ilə «tarix xx.xx.2020. Samsung A 7 2018 imey **********84605, imey **********84603 imza» mətnli yazıları olan Təqsirləndirilən şəxs məxsus olan şəxsiyyət vəsiqəsinin kserosurəti, Şahid3 götürülmüş 01 vərəqdən ibarət olan arxada əl yazıları ilə «imei kod **********03476, telefon Redmi model Not 8 4/64 gb rəng ağ» mətnli yazıları olan Təqsirləndirilən şəxs məxsus olan şəxsiyyət vəsiqəsinin kserosurəti və Azərbaycan Respublikası Kriminalistik Tədqiqatlar İdarəsinin xx xxx 2020-ci il tarixli 011-5459-1220 nömrəli məktubuna əlavə edilmiş Təqsirləndirilən şəxs məxsus əl-barmaq izləri, eləcə də iş üzrə sübut növü kimi tanınmış 1 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan başqa məhkəmə, CPM-in 197 və 198-ci maddələrinə əsasən hesab edir ki, məhkəmə iqtisad ekspertizasının keçirilməsinə xərclənmiş 50 (əlli) manat və məhkəmə əmtəəşünaslıq ekspertizasının keçirilməsinə 50 (əlli) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulmalıdır. Müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqdim etdiyi hesabata əsasən o, ibtidai istintaqda və məhkəmə iclaslarında iştirak edərək təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə cəmi 55 (əlli beş) saat vaxt sərf etmişdir. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqsirləndirilən şəxsin müdafiəçisi qismində ibtidai istintaqda və məhkəmə iclaslarında iştirak edərək ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 55 (əlli beş) saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərdiyi cəmi 55 (əlli beş) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 330 (üç yüz otuz) manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs3, X5, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 cinayət hadisəsi zamanı onlara vurulmuş ziyanla bağlı ibtidai istintaq və məhkəmə istintaqı zamanı mülki iddia ilə müraciət etməmişlər. Qeyd olunanlara və CPM-in 180.2-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iş üzrə zərərçəkmiş şəxslər zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs3, X5, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 cinayət hadisəsi nəticəsində dəymiş ziyanla bağlı mülki mühakimə icraatı qaydasında iddia vermək hüquqlarının olması izah edilməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən CPM-in 132, 197-198, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx xxxx 2020-ci il tarixdən xx xxxx 2020-ci il tarixədək şübhəli və təqsirləndirilən şəxs qismində tutulduğu 2 (iki) gün müddət, həbsdə saxlamanın bir günü azadlıqdan məhrum etmənin bir gününə bərabər hesablanmaqla, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılaraq, üzərində qəti olaraq 2 (iki) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisində çəksin. Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın əvvəli xx xxxx 2020-ci il tarixdən hesablanmaqla həbsdə saxlama müddəti ona təyin olunmuş cəza müddətinə daxil edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış X3 götürülmüş 01 vərəqdən ibarət olan arxada əl yazıları ilə «tarix xx.xx.2020. Samsung A 7 2018 imey **********84605, imey **********84603 imza» mətnli yazıları olan Təqsirləndirilən şəxs məxsus olan şəxsiyyət vəsiqəsinin kserosurəti, Şahid3 götürülmüş 01 vərəqdən ibarət olan arxada əl yazıları ilə «imei kod **********03476, telefon Redmi model Not 8 4/64 gb rəng ağ» mətnli yazıları olan Təqsirləndirilən şəxs məxsus olan şəxsiyyət vəsiqəsinin kserosurəti və Azərbaycan Respublikası Kriminalistik Tədqiqatlar İdarəsinin xx xxx 2020-ci il tarixli 011-5459-1220 nömrəli məktubuna əlavə edilmiş Təqsirləndirilən şəxs məxsus əl-barmaq izləri, eləcə də iş üzrə sübut növü kimi tanınmış 1 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə iqtisad ekspertizasının keçirilməsinə xərclənmiş 50 (əlli) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Dövlət Xəzinədarlığı Agentliyi KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ ******************** S.W.İ.F.T. BİK CTREAZ 22 saylı məhkəmə ekspertizası mərkəzi VÖEN ********** hesab AZ34CTRE******************** saylı hesaba keçirilsin. İş üzrə məhkəmə əmtəəşünaslıq ekspertizasının keçirilməsinə xərclənmiş 50 (əlli) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC “xxxxxxxxxxxx” ASC X10 KOD 201025, VÖEN **********, S.W.İ.F.T. Kod AİİBAZ2X, Müxbir hesab AZ37NABZ 013501**********1944, VÖEN **********, Hesab AZ53AİİB******************** saylı hesabına keçirilsin. Təqsirləndirilən şəxs göstərdiyi cəmi 55 (əlli beş) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 330 (üç yüz otuz) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. İş üzrə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs3, X5, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 cinayət hadisəsi nəticəsində dəymiş ziyanla bağlı mülki mühakimə icraatı qaydasında iddia vermək hüquqlarının olması izah edilsin. Hökmdən elan olunduğu andan, Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Vüsal Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar