Məhkəmə qərarları › İş №1(001)-402/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-402/2025

10.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-402/2025 10.07.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ağayev Elçin Zəkəriyə oğlunun sədrliyi, X4 Novruz oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi – Bakı şəhəri 11 saylı vəkil bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.2001-ci il tarixdə Yevlax şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay – himayəsində 7 uşağı olan, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Bakı şəhəri, Yasamal rayonu, 2-ci Alatava, nömrəsiz fərdi yaşayış evində yaşayan, barəsində “başqa yerə getməmək haqqında” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını gizli talamaq məqsədi ilə xx.xx.2025-ci il tarixdə, saat 11:00 radələrində Zərərçəkmiş şəxs məxsus Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, Y.Həsənov küçəsində yerləşən 7 nömrəli evin həyətinin giriş qapısının açıq olmasından istifadə edib həyətə daxil olduqdan sonra həyətdə olan evin plastik pəncərəsini fiziki güc tədbiq edib açmaqla yaşayış sahəsinə qanunsuz daxil olaraq yataq otağında olan termonun üzərində yaşıl rəngli qızıl qabının içərisindən dəyəri 360 manat olan 01 ədəd qızıl boyunbağını, dəyəri 630 manat olan 01 ədəd qızıl üzüyü, dəyəri 540 manat olan 01 cüt qızıl sırğanı və ümumi dəyəri 180 manat olan 02 ədəd qızıl uşaq bilərziyini gizli olaraq talayıb, Zərərçəkmiş şəxs ümumilikdə 1710 (min yeddi yüz on) manat məbləğində maddi ziyan vuraraq oğurluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsi ilə ona elan olunmuş ittihamda özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, X2 ilə ailə qurmuş və həmin nigahdan 7 uşağı vardır. Əri vətən müharibəsi iştirakçısıdır və bununla əlaqədar olaraq o, medal ilə təltif edilmişdir. Hal hazırda əri X2 cinayət törətdiyinə görə məhkum edilmişdir. Bakı şəhəri, Yasamal rayonu, 2-ci Alatava qəsəbəsində yaşadığı ev darısqal olduğundan özü üçün başqa bir kirayə ev axtarırdı. Bu məqsədlə xx.xx.2025-ci il tarixdə saat 10:00 radələrində anası Şahid3 İsrəfıl qızı ilə birlikdə kirayə ev axtarmaq üçün Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsinə getmişlər. Qəsəbə ərazisində gəzib özünə kirayə ev axtarmışdır. Saat 11:00 radələrində qarşısına çıxan evlərdən birinin sakini ilə görüşüb qonşuluqda kirayə ev verilib-verilməməsini öyrənmək istəmiş, bu məqsədlə təsadüfi evlərdən birinə yaxınlaşmış və darvazanın açıq olmasını görüb ev sahibi ilə bu mövzuda söhbət etmək məqsədi ilə anasına onu küçədə gözləməsini bildirib həyətə daxil olmuşdur. Həyətdə ev sahibini səsləmiş, lakin cavab verən olmamışdır. Həyətdə olan evin pəncərəsinə yaxınlaşıb oradan içəri baxanda görmüşdür ki, evdə heç kəs yoxdur. Evdə heç kəsin olmadığından əmin olduqdan sonra evdən oğurluq etmək qərarına gəlmişdir. Sağ əli ilə pəncərəni itələmiş və pəncərə asanlıqla açılmışdır. Həmin pəncərədən içəri daxil olmuş və birbaşa yataq otağına girmişdir. Orada termonun üzərində qoyulmuş yaşıl rəngli kiçik qabın içərisinə baxmış və orada 02 ədəd balaca bilərzik, 01 cüt sırğa, 01 ədəd sep və 01 ədəd üzük olduğunu görmüşdür. Həmin qızıl zinət əşyalarını götürmüş və geri qayıdıb pəncərədən həyətə çıxmışdır. Həyətdəndə heç nə olmamış kimi küçəyə çıxmışdır. Anasına bildirmişdir ki, ev sahibini səsləmiş, lakin səsinə çıxan olmamışdır. Oradan aralaşıb yenə də kirayə ev axtarmağa davam etmişlər. Bir neçə saat ev axtardıqdan sonra yaşadığı evə qayıtmışlar. Evdə oğurluq etməyini heç kəsə bildirməmişdir. xx.xx.2025-ci il tarixdə saat 18:00 radələrində Memar Əcəmi metrosu yaxınlığında yerləşən «Moskva Univermağı»nın qarşısına gəlmişdir. Orada bir neçə mağazaya yaxınlaşmış qızılları satmaq istəmiş, lakin şəxsiyyət vəsiqəsi üstündə olmadığından qızılları almaqdan imtina etmişlər. Mağazanın birində tanımadığı bir şəxs ondan nə baş verdiyini soruşmuşdur. O isə həmin tanımadığı şəxsə yoldaşının vətən müharibəsi qazisi olduğunu, tutulduğu üçün ona pul lazım olduğundan qızıllarını satdığını, lakin şəxsiyyət vəsiqəsi üstündə olmadığından qızılları almaqdan imtina etdiklərini bildirmişdir. Həmin şəxs ona inanıb ona köməklik edəcəyini bildirmişdir. Ondan qızılları götürüb bir neçə piştaxtaya yaxınlaşmış, sonuncu piştaxtada qızılları satıb ona 1300 manat vermişdir. O, həmin şəxsə ona köməklik etdiyi üçün 100 manat təklif etmiş, lakin həmin şəxs pulu götürməkdən imtina etmişdir. Bundan sonra əldə etdiyi pulları ailəsinin və şəxsi ehtiyacına xərcləmişdir. Hazırda zərərçəkmişə vurduğu ziyanı tam şəkildə ödəmişdir. Zərərçəkmişin ondan hər hansı şikayəti və tələbi yoxdur. Zərərçəkmiş şəxs xx.xx.2025-ci il tarixdə məhkəməyə teleqram ünvanlayaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş maddi ziyan tam ödənildiyindən, ona qarşı heç bir maddi və mənəvi tələbi yoxdur. Göstərilənlərin nəzərə alınmasını xahiş etmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş: Cinayət işi başlanması və icraata qəbul edilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsi ilə cinayət işi başlanmışdır (cild 1, i.v.1). xx.xx.2025-ci il tarixli «götürmə aparılması haqqında» protokoldan görünür ki, Şahid2 01 ədəd diski təqdim edərək diskdə müşahidə kamerası tərəfindən qızıl-zinət əşyalarını almasını qeydə alındığı videogörüntünün yazıldığını bildirmişdir. Şahid2 tərəfindən təqdim edilmiş müşahidə kamerası tərəfindən qızıl-zinət əşyalarının alınmasının qeydə alındığı video görüntünün yazıldığı 01 ədəd disk maddi sübut olaraq götürülmüşdür (cild 1, i.v.22). Zərərçəkmiş şəxs qismində tanınma haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır (cild 1, i.v.30). Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Azərbaycan Respublikası CM-in 177.2.3cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmişdir (cild 1, i.v.49-50). xx.xx.2025-ci il tarixli təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbri seçilmişdir (cild 1, i.v 63). xx.xx.2025-ci il tarixli «disk üzrə videoyazı məlumatlarına baxış keçirilməsi barədə» protokoldan görünür ki, Şahid2 tərəfindən təqdim edilmiş müşahidə kamerası tərəfindən qeydə alındığı video görüntünün yazıldığı 01 ədəd disk məlumatlarına baxış keçirilmişdir. Birinci görüntüyə baxış zamanı məlum olmuşdur ki, xx.xx.2025-ci il tarixdə saat 18:13-də bir nəfər üzü saqqallı olan şəxs piştaxtanın qarşısında digər şəxslə söhbət edir və əlində olan əşyanı qarşısında olan şəxsə verir. Şahid1 görüntü ilə tanış olduqdan sonra bildirmişdir ki, görüntüdə olan üzü saqqalı olan şəxs özüdür, həmin görüntüdə qızıl-zinət əşyalarını Qafur adlı şəxsə verməsi əks olunmuşdur. İkinci görüntüyə baxış zamanı məlum olmuşdur ki, xx.xx.2025-ci il tarixdə saat 18:17-də piştaxtanın arxasında olan şəxs qarşısında olan üzü saqqalı şəxsə pul verir. Şahid1 görüntü ilə tanış olduqdan sonra bildirmişdir ki, görüntüdə olan üzü saqqalı olan şəxs özüdür, həmin görüntüdə qızıl-zinət əşyalarını Qafur adlı şəxsə satdıqdan sonra Qafurun pulları ona verməsi əks olunmuşdur (cild 1, i.v.71). xx.xx.2025-ci il tarixli «disk üzrə videoyazı məlumatlarına baxış keçirilməsi barədə» protokoldan görünür ki, Şahid2 tərəfindən təqdim edilmiş müşahidə kamerası tərəfindən qeydə alındığı video görüntünün yazıldığı 01 ədəd disk məlumatlarına baxış keçirilmişdir. Birinci görüntüyə baxış zamanı məlum olmuşdur ki, xx.xx.2025-ci il tarixdə saat 18:13-də bir nəfər üzü saqqallı olan şəxs piştaxtanın qarşısında digər şəxslə söhbət edir və əlində olan əşyanı qarşısında olan şəxsə verir. Təqsirləndirilən şəxs görüntü ilə tanış olduqdan sonra bildirmişdir ki, görüntüdə olan üzü saqqalı olan şəxs qızılları ona satmaqda köməklik etmiş şəxsdir, qızılları alan şəxsi isə tanımır. İkinci görüntüyə baxış zamanı məlum olmuşdur ki, xx.xx.2025-ci il tarixdə saat 18:17-də piştaxtanın arxasında olan şəxs qarşısında olan üzü saqqalı şəxsə pul verir. Təqsirləndirilən şəxs görüntü ilə tanış olduqdan sonra bildirmişdir ki, görüntüdə olan üzü saqqalı olan şəxs qızılları ona satmaqda köməklik etmiş şəxsdir (cild 1, i.v.73). AZ-V 025222, AZ-V 025223, AZ-V 025224, AZ-V 025225, AZ-V 025227, AZ-İV 518519, və AZ-İV 868930 nömrəli doğum haqqında şəhadətnamələrin təsdiq edilmiş surətlərindən görünür ki, X3 ilə Təqsirləndirilən şəxs 2016-cı il təvəllüdlü Mənsumə, 2017ci il təvəllüdlü Mətanət, 2018-ci il təvəllüdlü Maya, 2019-cu il təvəllüdlü Mariya, 2020-ci il təvəllüdlü Surac, 2021-ci il təvəllüdlü Ayşən və 2023-cü il təvəllüdlü Rüqayyə adlı uşaqları vardır (cild 1, i.v.88-94). Azərbaycan Respublikası DİN-in BƏSİİ tərəfindən verilmiş Tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur (cild 1, i.v.110-111). xx.xx.2025-ci il tarixli maddi sübut kimi tanınma haqqında və toplanmış übutlara qiymət vermə haqqında qərarlardan görünür ki, Şahid2 tərəfindən təqdim edilmiş müşahidə kamerası tərəfindən qeydə alındığı video görüntünün yazıldığı 01 ədəd disk maddi sübut kimi tanınmaqla cinayət işinin materiallarında saxlanılmışdır (cild 1, i.v.127-134). Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, ona dəymiş ziyan Təqsirləndirilən şəxs tərəfindən tam olaraq ödənilmişdir, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs istinad edilən cinayət əməllərinə cinayətprosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunu tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası CMin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində Təqsirləndirilən şəxs təqsirliliyi öz ifadəsi ilə yanaşı, zərər çəkmiş şəxsin və şahidlərin ifadələri və işin digər materialları ilə tam sübuta yetirilir və ona düzgün olaraq həmin maddə ilə ittiham irəli sürülmüşdür. Təqsirləndirilən şəxs hərəkətlərinə münasibətdə əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsiri sübuta yetirildiyinə görə cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bununla bağlı məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır (CM-in 48-ci maddəsi, CM-in 53.4 və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 23 iyul 2004-cü il və 17 mart 2011-ci il tarixli qərarları). Məhkəmə Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkar şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs himayəsində yetkinlik yaşına çatmayan 7 (yeddi) uşağı vardır. Məhkəmə Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsaslanmaqla himayəsində azyaşlı uşaqlar olmasını, həmin Məcəllənin 59.1.13-cü maddəsinə əsaslanmaqla cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsini Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi müəyyən edir. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hal müəyyən etmir. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkar şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları nəzərə alıb hesab edir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-in müvafiq maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalı, hökmün icrası təqsirləndirilən şəxsin yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə həvalə edilməli, azadlığın məhdudlaşdırılması cəzasının əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəzanın icra olunduğu müddət ərzində onların üzərinə elektron qolbaq gəzdirmək və həmin nəzarət vasitəsinin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi, yaşayış yerini müəyyən saatlarda tərk etməmək vəzifəsi və yaşadığı Bakı şəhərinin hüdudlarını tərk etməmək vəzifəsi qoyulmalıdır. Azərbaycan Respublikası CPM-in 132.1-ci maddəsinə görə maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən aşağıdakı qaydalara riayət etməlidir:.. 132.1.6. maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Qanunun təsvir edilmiş tələblərinə əsasən məhkəmə hesab edir ki, maddi sübut – müşahidə kamerası tərəfindən qeydə alındığı video görüntünün yazıldığı 01 ədəd disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia verilməmişdir. Həmçinin qeyd edilməlidir ki, müdafiəçi Bakı şəhəri 11 saylı vəkil bürosunun vəkili Müdafiəçi təqsirləndirilən şəxsə cəmi 20 saat müddətində hüquqi yardım göstərmiş, o cümlədən məhkəmədə iclaslarda iştirak etmiş, cinayət işinin materialları ilə tanış olmuş və digər hərəkətlərdə onun hüquqlarını müdafiə etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarına əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat məbləğində müəyyən edilmişdir. Həmin Qərara edilmiş 28 aprel 2025-ci il tarixli dəyişikliyə əsasən isə Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 11 (on bir) manat məbləğində müəyyən edilmişdir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası 177.2.3-cü maddəsi ilə təqsirli bilinib 2 (iki) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə (Bakı şəhəri, Yasamal rayonu, 2-ci Alatava, nömrəsiz fərdi yaşayış evi) Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasının əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəzanın icra olunduğu müddət ərzində Təqsirləndirilən şəxs üzərinə elektron qolbaq gəzdirmək və həmin nəzarət vasitəsinin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulsun. Cəzanın icra olunduğu müddət ərzində Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini gecə saat 2200-dan səhər saat 0700-dək tərk etməmək vəzifəsi qoyulsun. Cəzanın icra olunduğu müddət ərzində Təqsirləndirilən şəxs üzərinə yaşadığı Bakı şəhərinin hüdudlarını tərk etməmək vəzifəsi qoyulsun. Barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Maddi sübut –müşahidə kamerası tərəfindən qeydə alındığı video görüntünün yazıldığı 01 ədəd disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs göstərdiyi cəmi 20 (iyirmi) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı vəkil bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına xidmət haqqı – 220 (iki yüz iyirmi) manat ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən Elçin Ağayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar