Məhkəmə qərarları › İş №1(001)-403/2020

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-403/2020

16.11.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-403/2020 16.11.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ağayev Elçin Zəkəriyə oğlunun sədrliyi, Əhmədova Aynur Əvəz qızının katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, birinci dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Zərər çəkmiş Binəqədi qəsəbə bələdiyyəsinin nümayəndəsi X1, Müdafiəçi – Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1966-cı ildə Saatlı rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, əvvəllər məhkum olunmamış, Binəqədi rayonu Binəqədi qəsəbə bələdiyyəsinin Bələdiyyə gəlirləri və yerli vergilər şöbəsinin müdiri vəzifəsində işləmiş, hazırda Nəsimi rayonu Nəsimi bələdiyyəsinin Gəlirlər və uçot idarəsinin Xidmət şöbəsinin müdiri vəzifəsində işləyən, ünvan 1 ünvanda qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 314.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxsvəzifəli şəxs kimi işə laqeyd münasibəti nəticəsində öz xidməti vəzifəsini lazımi qaydada yerinə yetirməməklə dövlətin qanunla qorunan mənafelərinə ehtiyatsızlıqdan mühüm zərər vurmaqla səhlənkarlıq etmişdir. Belə ki, o, x xxxx 2015-ci il tarixdən xx xxxx 2020-ci il tarixədək Binəqədi rayonu Binəqədi qəsəbə bələdiyyəsinin Bələdiyyə gəlirləri və yerli vergilər şöbəsinin müdiri vəzifəsində işləyərkən Azərbaycan Respublikasının xx xxxx 2003-cü iltarixli, 478-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Bələdiyyələrin vergi xidməti orqanı haqqında Əsasnamə”nin 3.1-ci maddəsinə əsasən, yerli (bələdiyyə) vergilərin və ödənişlərin Azərbaycan Respublikasının Vergi Məcəlləsi və digər qanunları ilə müəyyən edilmiş qaydada hesablanmasına, vaxtında və tam məbləğdə banklar, poçt rabitəsinin milli operatoru, habelə mövcud nağdsız ödəmə vasitələri ilə yerli büdcələrə ödənilməsinə nəzarətin həyata keçirilməsi, yerli (bələdiyyə) vergilər və ödənişlər üzrə borcların, bu borclar üzrə hesablanmış faizlərin və tətbiq olunmuş maliyyə sanksiyalarının Azərbaycan Respublikasının Vergi Məcəlləsi və digər qanunlarla müəyyən edilmiş qaydada alınmasının təmin edilməsi, yerli (bələdiyyə) vergilərin və ödənişlərin ödəyicilərinin hüquqlarını və qanuni maraqlarını qorumaqla onların sorğularına, şikayətlərinə qanunvericiliyə uyğun olaraq baxılmasının və müvafiq tədbirlərin görülməsinin təmin edilməsi, yerli (bələdiyyə) vergi və ödənişlərin ödəyicilərinin vergi, kommersiya və bank sirrinin qorunması, səlahiyyətinə aid məsələlər üzrə yerli (bələdiyyə) vergilərin və ödənişlərin ödəyicilərinə arayışlar (o cümlədən, hüquqi və fiziki şəxslərin yerli vergilər və ödənişlərlə bağlı borcları barədə arayışlar) və izahatlar verilməsi, bələdiyyələrin qərarlarının icra edilməsi və digər səlahiyyətlərə malik təşkilati-sərəncamverici və inzibatitəsərrüfat funksiyalarını yerinə yetirən vəzifəli şəxs qismində öz işinə laqeyd münasibəti nəticəsində hüquqi və fiziki şəxslərin yazılı müraciəti əsasında onların yerli vergilər və ödənişlərlə bağlı borcları barədə bələdiyyələrin 1 iş günü müddətində arayış verməsinə dair “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikasının x xxxx 1999-cu il tarixli, 698-İQ nömrəli Qanununun 30.2-ci maddəsi ilə müəyyən olunan xidməti vəzifəsini lazımi qaydada yerinə yetirməməklə, yəni həmin bələdiyyənin Təsərrüfat şöbəsində xx xxxxxx 2018-ci il tarixdən xx xxxxxx 2019-cu tarixədək olan müddətdə fəhlə peşəsi üzrə üzrə bələdiyyə qulluqçusu işləyən Şahid5 ünvan 3 ünvanda yerləşən həmin bələdiyyənin inzibati binasında istintaqla müəyyən edilməyən tarixlərdə özünə müraciət edib Binəqədi qəsəbə bələdiyyəsi adından Şahid1 adına x xxxxx 2005-ci il tarixli 634/1 nömrəli, Şahid3 adına xx xxxxxx 2005-ci il tarixli 361 nömrəli və Şahid4 adına xx xxxxxx 2005-ci il tarixli 363 nömrəli torpaq sahələrinin ayrılması haqqında sərəncam və digər sənədləri təqdim etməklə həmin sənədlərin adına olduğu şəxslərin qəsəbə bələdiyyəsinə vergi borcunun olmaması barədə arayış verilməsinə dair xahiş etdiyi zaman qeyd edilən hər 3 sərəncamın Binəqədi qəsəbə bələdiyyəsi tərəfindən hüquqi və fiziki şəxslərə ayrılmış torpaq sahələrinin siyahısının aparıldığı dəftərxana kitablarında qeydiyyata alınıb-alınmamasını araşdırmayıb həmin sərəncamların saxta olmasını müəyyən etməməklə, habelə, Şahid1, Şahid3 və Şahid4 tərəfindən yerli vergilər və ödənişlərlə bağlı borcları barədə arayış verilməsi üçün həmin müddətdə Binəqədi qəsəbə bələdiyyəsinə yazılı və ya şifahi qaydada hər hansı müraciət olunmamasına baxmayaraq, öz əməlinin ictimai təhlükəli nəticələr verə biləcəyi imkanını lazımi diqqət və ehtiyatlılıq göstərərək qabaqcadan görməli olduğu və görə biləcəyi halda, onları görməyib, cinayətkarcasına etinasızlıq göstərərək bələdiyyənin ərazisində torpaq sahələri olmamaqla vergi mükəlləfiyyətçisi olmayan göstərilən şəxslərin adına qəsəbə bələdiyyəsinə vergi borclarının olmaması barədə arayış tərtib edilməsinə dair müdiri işlədiyi şöbənin uçot üzrə mütəxəssisi işləyən Şahid7 verdiyi tapşırıq əsasında sonuncu tərəfindən hazırlanmış Şahid1 Binəqədi qəsəbəsi, Binəqədi- Xırdalan yolu ünvanında yerləşən torpaq sahəsinə görə xx xxxxxx 2018-ci il tarixədək qəsəbə bələdiyyəsinə vergi borcunun olmaması barədə xx xxxxxx 2018-ci il tarixli, 741 nömrəli, Şahid3 Binəqədi qəsəbəsi, Binəqədi-Xırdalan yolu ünvanında yerləşən əmlak və torpaq sahəsinə görə xx xxxxxx 2018-ci il tarixədək qəsəbə bələdiyyəsinə vergi borcunun olmaması barədə x xxxxxx 2019-cu il tarixli, 23 nömrəli və Şahid4 Binəqədi qəsəbəsi, Binəqədi-Xırdalan yolu ünvanında yerləşən torpaq sahəsinə görə xx xxxxxx 2018-ci il tarixədək qəsəbə bələdiyyəsinə vergi borcunun olmaması barədə x xxxxxx 2019-cu il tarixli, 28 nömrəli arayışları imzalayıb, bundan sonra sənədlərin imzalanma proseduruna uyğun olaraq xx xxxxxx 2018-ci il tarixli, 741 nömrəli arayışın bələdiyyə sədri Şahid9, x xxxxxx 2019-cu il tarixli, 23 nömrəli və x xxxxxx 2019-cu il tarixli, 28 nömrəli arayışların isə bələdiyyə sədri vəzifəsini icra edən Şahid8 tərəfindən imzalanmaqla qəsəbə bələdiyyəsinin möhürü ilə təsdiq edildikdən sonra həmin arayışları qeyd edilən 3 nəfərin əmlakını dələduzluq yolu ilə ələ keçirmək məqsədilə istifadə edən Şahid5, onun həmin cinayətkar niyyətindən xəbəri olmadan, təqdim etməklə, yerli (bələdiyyə) vergilər və ödənişlər üzrə vətəndaşlara xidmətin qanuni əsaslarla və yerli özünüidarəetmə orqanına etibarlılıq tələblərinə zidd olmadan həyata keçirilməsinə dair Binəqədi rayonu Binəqədi qəsəbə bələdiyyəsinin fəaliyyətini pozaraq ehtiyatsızlıqdan onun qanunla qorunan mənafelərinə mühüm zərər vurmaqla səhlənkarlıq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 314.1-ci maddəsi ilə ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2015-ci ilin mart ayından 2020-ci ilin mart ayınadək Binəqədi qəsəbə bələdiyyəsində bələdiyyə gəlirləri və yerli vergilər şöbəsinin müdiri vəzifəsində işləmişdir. Xidməti vəzifəsi vətəndaşlar tərəfindən yerli vergilərin, yəni əmlak və torpaq vergilərinin ödənilməsi işini təşkil etmək və həmin işlərə nəzarət olunmasından ibarət olmuşdur. Müfaviq bildiriş və xəbərdarlıqlar əsasında vətəndaşlar özləri pul vəsaitlərini bank, poçt, ödəmə terminalları vasitəsilə ödəmişlər, 2015-ci ildən pul vəsaitlərinin nağd toplanması qadağan edilmişdir. Bələdiyyənin «KapitalBank»la müqaviləsi olduğuna görə vətəndaşlar tərəfindən banklara və ödəniş terminallarına ödənilən vəsaitlər haqqında tapşırıqlar hər ayın axırında həmin bankdan, poçt şöbəsi vasitəsi ilə ödənilmiş vəsaitlər haqqında məlumatlar isə Binəqədi poçt şöbəsindən ayda bir dəfə bələdiyyəyə daxil olmuşdur. Xidməti otağında yerləşən kompüterdə “Word” proqramında məlumat üçün vergi ödəyicilərinin siyahısını hazırlamış və ödənişlər haqqında məlumatları adətən həmin siyahıya daxil etmişdir. Torpaq sahəsinə görə il ərzində 1 sota görə 60 qəpik torpaq vergisi ödənilir. Vətəndaş zərurət olduğu halda vergi borcunun olmaması haqqında arayışın alınması üçün ona müraciət etmiş, onun sənədlərinə baxdıqdan və vergiləri həqiqətən ödəməsini yoxladıqdan sonra adına arayışın hazırlanmasını rəhbərlik etdiyi şöbədə uçot üzrə mütəxəssis vəzifəsində işləyən Şahid7 tapşırmışdır. Sonuncu kompüterdən çap olunmuş hazır blankda vətəndaş haqqında məlumatları və əmlakın, torpaq sahəsinin ünvanını əl yazısı ilə qeyd etmiş, o həmin arayışı imzaladıqdan sonra sədr tərəfindən təsdiq olunması üçün ümumi şöbəyə təqdim etmişdir. Arayış bələdiyyə sədri tərəfindən imzası ilə və möhürlə təsdiq edildikdən sonra ümumi şöbəyə qaytarılmış və orada qeydiyyatdan keçirildikdən sonra vətəndaşa təqdim edilmişdir. Şahid5 2018-ci ilin əvvəllərində təsərrüfat şöbəsinə sahə nəzarətçisi vəzifəsinə qəbul edilmiş, sonuncunun vəzifələri Binəqədi-Xırdalan yolu ərazisində vətəndaşlara bildirişlərin çatdırılması, sahədə təmizlik işlərinə nəzarət olunması, əmlak və torpaqlarla bağlı yerində məlumatların toplanması və sairədən ibarət olmuşdur. 2019-cu ilin yanvar ayında adını xatırlamadığı şikayətçi Şahid5 ondan torpaq satışı adı ilə aldadaraq pul vəsaitini alması haqqında bələdiyyəyə gəlib şikayət etdikdən sonra sonuncunun hərəkətlərindən xəbər tutmuş, bundan sonra Şahid5 digər şəxsləri də aldatması ona məlum olmuşdur. Şahid5 ona sərəncamların əslini verdiyi üçün o, sərəncamların saxta olduğunu güman etməmiş və kötüyünü yoxlamamışdır. Həmin vaxtdan Vəli bələdiyyədən uzaqlaşaraq gizlənməyə başlamışdır. Öncədən Vəlinin vətəndaşları aldatmasından xəbəri olmamış, sonuncudan pul almamış, bələdiyyə əməkdaşlarından digər kiminsə də Vəli ilə əlbirliyinin olmasını eşitməmişdir. Şahid1 torpaq sahəsinin ayrılması haqqında Binəqədi qəsəbə bələdiyyəsinin x xxxxx 2005-ci il tarixli 634/1 №-li sərəncamı, torpaq sahəsinin planı, onun pul vəsaitini ödəməsi haqqında qəbz, vergi borcunun olmaması haqqında xx.xx.2018-ci il tarixli 741 №-li arayışla tanış olmuşdur. Təqdim olunan sənədlərdən Şahid1 vergi borcunun olmaması haqqında xx.xx.2018-ci il tarixli 741 №-li arayışda soyadının qarşısında əks olunan imza ona məxsusdur. Bələdiyyə sədri qrafasında əks olunan imza isə yəqin ki, Şahid9 imzasıdır. Arayışda əl yazıları ilə əks olunan məlumatlarŞahid7 tərəfindən yazılmışdır. Digər sənədlərin kimin tərəfindən yazılmasını və imzalanmasını bilmir. Şahid1 adında şəxsi, arayışı almaq üçün yanına gəlib-gəlməməsini, sonuncunun adına arayışın hazırlanması ilə bağlı konkret halları xatırlamır. Ola bilər ki, Tağı özü, yaxud bələdiyyənin əməkdaşı olan Vəli, yaxud digər bir tanış şəxs Tağının vergi borcunun olmaması haqqında arayışın verilməsi üçün ona müraciət etmiş və torpağın sənədlərini göstərmiş, o da qeyd etdiyi qaydada arayışın hazırlanmasını tapşırıb imzalamışdır. Tağı adlı şəxsin vergi borcunu ödəyib-ödəməməsini yoxlayıb-yoxlamadığını xatırlamır. Heç kimə qəsdən yalan məzmunlu arayış verməmişdir. Yalnız ola bilər ki, dəqiq yoxlamadan, kiməsə inanıb həmin arayışı imzalamışdır. Şahid3 torpaq sahəsinin ayrılması haqqında Binəqədi qəsəbə bələdiyyəsinin xx xxxxxx 2005-ci il tarixli 361 №-li sərəncamı, torpaq sahəsinin planı, torpağın alqı-satqısına dair akt, onun pul vəsaitini ödəməsi haqqında fevral 2005-ci il tarixli qəbz, vergi borcunun olmaması haqqında xx.xx.2019-cu il tarixli 23 №-li arayışla tanış olmuşdur. Təqdim olunan sənədlərdən Şahid3 vergi borcunun olmaması haqqında xx.xx.2019-cu il tarixli 23 №-li arayışda soyadının qarşısında əks olunan imza ona məxsusdur. Bələdiyyə sədri qrafasında əks olunan imza isə yəqin ki, sədr Şahid9 müavini Şahid8 imzasıdır. Arayışda əl yazıları ilə əks olunan məlumatlar Şahid7 tərəfindən yazılmışdır. Digər sənədlərin kimin tərəfindən yazılmasını və imzalanmasını bilmir. Şahid3 adında şəxsi, arayışı almaq üçün yanına gəlib-gəlməməsini, sonuncunun adına arayışın hazırlanması ilə bağlı konkret halları xatırlamır. Ola bilər ki, Həsənov özü, yaxud bələdiyyənin əməkdaşı olan Vəli, yaxud digər bir tanış şəxs vergi borcunun olmaması haqqında arayışın verilməsi üçün ona müraciət etmiş və torpağın sənədlərini göstərmiş, o da qeyd etdiyi qaydada arayışın hazırlanmasını tapşırıb imzalamışdır. X13 adlı şəxsin vergi borcunu ödəyib-ödəməməsini yoxlayıb-yoxlamadığını xatırlamır. Heç kimə qəsdən yalan məzmunlu arayış verməmişdir. Yalnız ola bilər ki, dəqiq yoxlamadan, kiməsə inanıb həmin arayışı imzalamışdır. Şahid4 torpaq sahəsinin ayrılması haqqında Binəqədi qəsəbə bələdiyyəsinin xx xxxxxx 2005-ci il tarixli 363 №-li sərəncamı, torpaq sahəsinin planı, torpağın alqı-satqısına dair akt, sonuncun pul vəsaitini ödəməsi haqqında fevral 2005-ci il tarixli qəbz, vergi borcunun olmaması haqqında xx.xx.2019-cu il tarixli 28 №-li arayışla tanış olmuşdur. Təqdim olunan sənədlərdənŞahid4 vergi borcunun olmaması haqqında xx.xx.2019-cu il tarixli 28 №-li arayışda soyadının qarşısında əks olunan imza ona məxsusdur. Bələdiyyə sədri qrafasında əks olunan imza isə yəqin ki, sədr Şahid9 müavini Şahid8 imzasıdır. Arayışda əl yazıları ilə əks olunan məlumatlar Şahid7 tərəfindən yazılmışdır. Digər sənədlərin kimin tərəfindən yazılmasını və imzalanmasını bilmir. Şahid4 adında şəxsi, arayışı almaq üçün yanına gəlib-gəlməməsini, onun adına arayışın hazırlanması ilə bağlı konkret halları xatırlamır. Ola bilər ki, Həsənov özü, yaxud bələdiyyənin əməkdaşı olan Vəli, yaxud digər bir tanış şəxs Xanımın vergi borcunun olmaması haqqında arayışın verilməsi üçün ona müraciət etmiş və torpağın sənədlərini göstərmiş, o da qeyd etdiyi qaydada arayışın hazırlanmasını tapşırıb imzalamışdır. Şahid4 adlı şəxsin vergi borcunu ödəyib-ödəməməsini yoxlayıb-yoxlamadığını xatırlamır. Heç kimə qəsdən yalan məzmunlu arayış verməmişdir. Yalnız ola bilər ki, dəqiq yoxlamadan, kiməsə inanıb həmin arayışı imzalamışdır. Göstərilən arayışları verərkən yəqin ki, bir iş yoldaşı olaraq Şahid5 xahişini yerinə yetirmişdir. Adına arayış verilmiş vətəndaşların bələdiyyə ərazisində torpaq ərazilərinin olmasını düşünmüşdür. Vətəndaşın adına torpağın olub-olmadığını dəqiqləşdirmək onun vəzifə borcu deyil. Sadəcə verilən sənədlər əsasında təqdim edilən arayışları vermişdir. O, Şahid1, Şahid3 Ağa oğlu və Şahid4 vergi borcları olmamaları barədə arayış verərkən həmin siyahıya baxmış, vətəndaşların əvvəlki illərə ödənişi olmamışdır. Həmin vətəndaşlar 2018-ci ilə vergi borclarını ödədikdən sonra adları Günay tərəfindən kompüter sistemindəki siyahıya salınmış və onlara arayış verilmişdir. Şahid1, Şahid3 Ağa oğlu və Şahid4 vergi borcları olmamaları barədə arayış almaq üçün ona müraciət etmədiyi halda, vergi borclarını ödədikdən sonra adlarının siyahıya əlavə edilməsi və vergi borclarının olmaması barədə onlara arayış verilməsi haqqında bir söz deyə bilmir, bu xüsusatı xatırlamır. Azərbaycan Respublikasının x xxxx 1999-cu il tarixli Bələdiyyələrin statusu haqqında qanununun 30.2-ci maddəsinin 3-cü abzasında bələdiyyələrin hüquqi və fiziki şəxslərin yerli vergilər və ödənişlərlə bağlı borcları barədə onların yazılı müraciəti əsasında bir iş günü müddətində arayış verməsi barədə nəzərdə tutulmuş müddəa haqqında heç bir məlumatı olmamışdır. Arayışları həmin vaxt dəqiq kimə verdiyini xatırlamır. Üzərindən bir neçə il keçmişdir. Ola bilər ki, iş yoldaşı kimi Vəlinin təqdim etdiyi sənədlərin həqiqiliyinə inanaraq arayışları imzalayıb vətəndaşa təqdim etməsi üçün Vəliyə vermişdir. Lakin Vəlinin cinayətkar niyyəti barədə məlumatı olmamışdır. Səhlənkarlıq etdiyi üçün peşmandır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 2018-ci ildə Bakı şəhərində «Sovetski» adlanan ərazidə yeznəsi Şahid3 evi sökülmüş və dövlətdən kompensasiya almışdır. Həsən Ağa özünə ev tikmək üçün torpaq almaq qərarına gəldikdən sonra Binəqədi qəsəbəsi bələdiyyəsinin əməkdaşı olan Şahid5 ilə tanış olmuş, Vəli onun yeznəsinə Binəqədi qəsəbəsində «Araz» marketin arxasında 15 sot torpaq sahəsini göstərib torpağın ona məxsus olduğunu demiş və həmin torpaq sahəsindən 6 sot torpaq sahəsini sata biləcəyini bildirmişdir. İlkin olaraq Həsən Ağa x xxxxxx 2019-cu il tarixdə beh kimi 1.000 manat, yanvar ayının 4-də isə yeznəsi ilə birlikdə notarial qaydada Vəliyə 5.000 manat olmaqla cəmi 6.000 manat pul vermişlər. Yanvar ayının 8-də Vəli ona zəng edərək sənədlərin hazır olduğunu bildirmişdir. O, bu barədə Həsən Ağaya xəbər vermiş və yeznəsi bələdiyyənin inzibati binasına gedərək Vəlidən sənədləri almışdır. Onlar sənədlərlə birlikdə onun əvvəlki iş yerinə, yəni «xxxx» MMC-nin Həzi Aslanov qəsəbəsində yerləşən binasına gəlmişlər. Xahişləri əsasında Vəli torpağın 2 sotunu yeznəsinin, qalan 4 sotunu isə onun həyat yoldaşı, yəni bacısı Şahid4 adına sənədləşdirmiş, hər ikisinin adına pulun ödənilməsi haqqında fevral 2005-ci il tarixli qəbz, bələdiyyənin xx.xx.2005-ci il tarixli sərəncamı, torpağın alqı-satqısına dair akt və Həsənağa ilə Şahid4 torpağa görə vergi borcunun olmaması haqqında bələdiyyənin xx.xx.2019-cu il tarixli arayışları təqdim edilmişdir. Yeznəsi pulunu onun iş otağındakı seyfdə saxladığı üçün oradan 17.500 manatı götürüb Vəliyə vermişdir. Bir neçə gündən sonra Vəli torpaq sahəsində tikintiyə icazə alacağını deyərək Həsən Ağadan 3.600 manat pul almışdır. 2019-cu ilin fevral ayının əvvəllərində Vəlinin xahişi ilə DİN-nin hospitalının qarşısında ona əlavə olaraq 200 manat vermişdir. Beləliklə, Vəli onlardan cəmi 27.300 manat pul almışdır. 2019-cu ilin aprel ayında Həsən Ağa torpaq sahəsinə getdikdə orada başqa şəxsin ev tikintisinə başladığını görmüşdür. Bundan sonra, Vəlini görə bilməmişlər, sonuncu onlara vurulmuş maddi ziyanı qaytarmamışdır. Vəli barəsində Binəqədi məhkəməsində aparılan məhkəmə prosesində bələdiyyənin əməkdaşı olan Təqsirləndirilən şəxs etiraf etmişdir ki, vergi borcunun olmaması haqqında arayışlarda əks olunan imzalar ona, möhür isə bələdiyyəyə məxsusdur. Hesab edir ki, Vəlinin onları aldatmasında bələdiyyə əməkdaşlarının da iştirakı olmuş, lakin bu barədə istintaqda tam araşdırma aparılmamışdır. Yeznəsinə və bacısına verilən sənəncamlar köhnə tarixə olduğu üçün onlar ilk əvvəl şübhələnmişlər. Vəli onlara bildirmişdir ki, 2007-ci ildən sonra bələdiyyənin torpaq satışı qadağan edilmişdir. Ona görə də köhnə tarixə onlara sərəncam verirlər. Vəli sənədlərin həqiqiliyini təsdiq etmək üçün onlara torpağı aldıqları tarixə yeznəsinin və bacısının adına onların torpağa görə vergi borclarının olmaması barədə şöbə müdirinin, bələdiyyə sədrinin imzası və bələdiyyənin möhürü olan arayış vermişdir. Arayışı alandan sonra onlar arxayın olmuşlar ki, həqiqətən torpaq verilmişdir. Təqsirləndirilən şəxs səhlənkarlıq etməsi xeyli miqdarda əmlakının digər şəxs tərəfindən dələduzluq yolu ilə ələ keçirilməsinə səbəb olmuşdur. Xeyli miqdar təşkil edən pulu indiyə kimi ona qaytarılmamışdır. Həmin vəsaitdən, həm də evindən məhrum olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, 2018-ci ildə Bakı şəhərində «Sovetski» adlanan ərazidə evləri sökülmüş və dövlətdən kompensasiya almışdır. Özünə ev tikmək üçün torpaq almaq qərarına gəldikdən sonra Binəqədi qəsəbəsi bələdiyyəsinin əməkdaşı Şahid5 ilə tanış olmuş, Vəlini iş yoldaşı Vüqar vasitəsi ilə tanımışdır. Vüqar onun ev tikməyə torpaq axtardığını biləndən sonra onunla Binəqədi qəsəbəsində yerləşən “Araz” marketin qarşısına gəlmişdir. Vüqar ona Akif adlı tanışının Binəqədi qəsəbəsi ərazisində ev tikdiyini, həmin şəxsin Bələdiyyədə tanışları olduğunu bildirmişdir. Vüqar Akifə zəng edəndən sonra sonuncu da həmin ünvana gəlmişdir. Akif ona yoldaşı tərəfindən Vəli adlı qohumunun Binəqədi bələdiyyəsində işlədiyini və həmin şəxsin ona bələdiyyə ərazisindən torpaq sata biləcəyini demişdir. O, razılıq verəndən sonra Akif Vəliyə zəng etmiş və Vəli onların olduğuqları yerə - “Araz” marketin qarşısına gəlmişdir. Vəli Vüqar və Akifin yanında ona Binəqədi qəsəbəsində «Araz» marketin arxasında 10 sot torpaq sahəsini göstərib torpağın bələdiyyəyə məxsus olduğunu demiş və o, həmin ərazidən 6 sotu almaq istədiyini bildirmişdir. Vəli də həmin torpağı ona satmağa razılaşmışdır. İlkin olaraq x xxxxxx 2019-cu ildə beh kimi 1.000 manat, yanvar ayının 4-də isə qaynı ilə birlikdə notariusun vasitəsilə 5.000 manat pulu Vəliyev vermişdir. Yanvar ayının 8-də Vəli qaynına zəng edərək sənədlərin hazır olduğunu bildirmişdir. Bu barədə qaynı ona xəbər vermiş və o, bələdiyyənin binasına gedərək Vəlidən sənədləri almışdır. Sənədləri Vəli ilə birlikdə Bələdiyyənin binasında xidməti kabinetdə kompyuter operatoruna yoxlatdırmış, operator kompyuterə baxıb onun və arvadının adına torpaq ayrıldığını bildirmişdir. O, özü də kompyuterə baxmış, orada onlara torpaq ayrıldığı göstərilmişdir. Onlar Bələdiyyənin binasından çıxanda Bələdiyyə binasının həyətində şöbə müdiri Təqsirləndirilən şəxs onların arxasınca çıxmış və Vəliyə “mən səni gözləyirəm gəl mənim haqqımı ver” demişdir. O, Vəli ilə sənədlərlə birlikdə qaynının iş yerinə, yəni «xxxx» MMC-nin Həzi Aslanov qəsəbəsində yerləşən binasına gəlmişdir. Xahişlərinə görə Vəli torpağın 2 sotunu onun, qalan 4 sotunu isə həyat yoldaşının, yəni Şahid4 adına sənədləşdirmiş, hər ikisinin adına pulun ödənilməsi barədə fevral 2005-ci il tarixli qəbz, bələdiyyənin xx.xx.2005-ci il tarixli sərəncamı, torpağın alqı-satqısına dair akt və onunla həyat yoldaşının torpağa görə vergi borcunun olmaması haqqında bələdiyyənin xx.xx.2019-cu il tarixli arayışları təqdim edilmişdir. O, pulu Eyyubun iş otağındakı seyfdə saxladığı üçün qaynı oradan 17.500 manatı götürüb Vəliyə vermişdir. Bir neçə gündən sonra Vəli torpaq sahəsində tikintiyə icazə alacağını deyərək ondan 3600 manat pul almışdır. 2019-cu ilin fevral ayının əvvəllərində Vəlinin xahişi ilə DİN-nin hospitalının qarşısında Eyyub Vəliyə əlavə olaraq 200 manat vermişdir. Beləliklə, Vəli onlardan cəmi 27.300 manat pul almışdır. 2019-cu ilin aprel ayında oğlu torpaq sahəsinə getdikdə orada başqa şəxsin ev tikintisinə başladığını görmüşdür. Ertəsi günü o, arvadı və qaynı ilə aldıqları torpaq sahəsinə getmişlər. Orada tikinti aparan şəxslə birlikdə Binəqədi qəsəbə bələdiyyəsinin inzibati binasına getmişlər, bələdiyyənin binasına gəldikdə həmin şəxs də onların sənədi ilə eyni formada tərtib edilmiş sənədi bələdiyyəyə vermişdir. Ancaq həmin şəxsin sərəncamı onların sərəncamından fərqli olaraq 2003-cü il tarixə olmuşdur. Bələdiyyədə səhv etmirsə adı Akif olan şöbə müdiri onlara həmin şəxsin sənədinin düz olduğunu, onların sənədlərinin səhv olduğunu bildirmişdir. Bundan sonra Vəlini görə bilməmişlər, Vəli onlara vurulmuş maddi ziyanı qaytarmamışdır. Vəli barəsində Binəqədi məhkəməsində aparılan məhkəmə prosesində bələdiyyənin əməkdaşı olan Təqsirləndirilən şəxs etiraf etmişdir ki, vergi borcunun olmaması haqqında arayışlarda əks olunan imzalar ona, möhür isə bələdiyyəyə məxsusdur. Hesab edir ki, Vəlinin onları aldatmasında bələdiyyə əməkdaşlarının da iştirakı olmuş, lakin, bu barədə istintaqda tam araşdırma aparılmamışdır. Ona və arvadına verilən sənəncamlar köhnə tarixə olduğu üçün ilk əvvəl şübhələnmişlər. Vəli onlara bildirmişdir ki, 2007-ci ildən sonra bələdiyyənin torpaq satışı qadağan edilmişdir. Ona görə də onlara köhnə tarixə sərəncam vermişlər. Vəli sənədlərin həqiqiliyini təsdiq etmək üçün onlara torpağı aldıqları tarixə yeznəsinin və bacısının adına onların torpağa görə vergi borclarının olmaması barədə şöbə müdirinin, bələdiyyə sədrinin imzası və bələdiyyənin möhürü olan arayış vermişdir. Arayışı alandan sonra onlara həqiqətən torpaq verildiyindən arxayın olmuşlar. Təqsirləndirilən şəxs səhlənkarlıq etməsi xeyli miqdarda əmlakının digər şəxs tərəfindən dələduzluq yolu ilə ələ keçirilməsinə səbəb olmuşdur. Xeyli miqdar təşkil edən pulu indiyə kimi ona qaytarılmamışdır. Həmin vəsaitdən, həm də evindən məhrum olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 Şahid3 ilə eyni məzmunlu ifadə verərək sonuncunun ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid9 ifadəsində göstərmişdir ki, 2014-cü ilin dekabr ayında Binəqədi qəsəbə bələdiyyəsinin üzvü, xx xxxxxx 2015-ci ildə isə bələdiyyə sədri seçilmiş və xx xxxxxx 2020-ci ilədək həmin vəzifədə işləmişdir. Fəaliyyəti “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikasının Qanunu və Bələdiyyənin Nizamnaməsi ilə tənzimlənmişdir. Bələdiyyənin ərazisində faktiki olaraq 70.000 şəxs yaşayır. Qəsəbə bələdiyyəsinin cəmi 15 nəfər üzvü, 32 nəfər ştatlı əməkdaşı vardır. 2007-ci ildən Bakı şəhərində bələdiyyələr tərəfindən torpaq satışına icazə verilmir. Qəsəbə bələdiyyəsinin ərazisinə aid olan torpaq sahələri ilə bağlı digər məsələlərlə bələdiyyə mülkiyyətinin idarə edilməsi şöbəsi (rəisi memar Ramin Qədimov), bələdiyyə təsərrüfatı şöbəsi (rəisi Səxavət Məmmədzadə), həmçinin bələdiyyə gəlirləri və yerli vergilər şöbəsi (rəisi Təqsirləndirilən şəxs) məşğul olmuşlar. Əmlak və torpaq vergilərini vətəndaşlar bələdiyyənin bildiriş və xəbərdarlıqları əsasında bank, poçt, ödəmə terminalları vasitəsilə ödəmişlər, 2015-ci ildən pul vəsaitlərinin nağd toplanması qadağan edilmişdir. Bələdiyyənin «KapitalBank»la müqaviləsi olduğuna görə vətəndaşlar tərəfindən banklara və ödəniş terminallarına ödənilən vəsaitlər haqqında tapşırıqlar hər ayın axırında həmin bankdan, poçt şöbəsi vasitəsi ilə ödənilmiş vəsaitlər haqqında məlumatlar isə Binəqədi poçt şöbəsindən ayda bir dəfə bələdiyyəyə daxil olmuşdur. Torpaq sahəsinə görə il ərzində 1 sota görə 60 qəpik torpaq vergisi ödənilir. Bələdiyyənin adından tərtib olunan sənədlərin qeydiyyatı müvafiq kitablarda (arayışların qeydiyyatı, daxil olan sənədlərin qeydiyyatı və s.) aparılır. Bələdiyyə tərəfindən torpaq satışı dayandırıldığına görə, torpaq satışı ilə bağlı əvvəllər verilmiş sərəncamlar və qeydiyyat kitabları bələdiyyənin arxivində saxlanılır. Şahid5 2018-ci ilin əvvəllərində təsərrüfat şöbəsinə sahə nəzarətçisi vəzifəsinə qəbul edildiyi vaxtdan tanımışdır. Sonuncunun vəzifəsi Binəqədi-Xırdalan yolu ərazisində vətəndaşlara bildirişlərin çatdırılması, sahədə təmizlik işlərinə nəzarət olunması, əmlak və torpaqlarla bağlı yerində məlumatların toplanması və sairədən ibarət olmuşdur. 2019-cu ilin fevral ayında adını xatırlamadığı şikayətçi Vəlinin ondan torpaq satışı adı ilə aldadaraq pul vəsaitini alması haqqında bələdiyyəyə gəlib şikayət etdikdən sonra sonuncunun hərəkətlərindən xəbər tutmuşdur. Vətəndaşın sənədlərinə baxıb bildirmişdir ki, bu sənədlər bələdiyyə tərəfindən verilməmişdir. Həmin vaxt bu məsələni araşdırmaq üçün Vəlini yanına dəvət etmiş, lakin həmin şəxs gəlməmiş, evinə adam göndərsə də, Vəlini tapa bilməmişdir. Fevral ayında Vəlini əmək intizamını pozduğuna görə işdən azad etmişdir. Bundan xeyli sonra isə Vəlinin digər şəxsləri də aldatmasını eşitmişdir. Vəlinin vətəndaşları aldatmasından, bələdiyyənin adından saxta sənədlər verməsindən xəbəri olmamış, Vəlidən bununla bağlı heç vaxt pul almamış, bələdiyyə əməkdaşlarından digər kiminsə də Vəli ilə əlbirliyinin olmasını eşitməmişdir. Şahid1 torpaq sahəsinin ayrılması haqqında Binəqədi qəsəbə bələdiyyəsinin x xxxxx 2005-ci il tarixli 634/1 №-li sərəncamı, torpaq sahəsinin planı, onun pul vəsaitini ödəməsi haqqında qəbz, vergi borcunun olmaması haqqında xx.xx.2018-ci il tarixli 741 №-li arayışla tanış olmuşdur. Təqdim olunan sənədlərdən Şahid1 vergi borcunun olmaması haqqında xx.xx.2018-ci il tarixli 741 №-li arayışda soyadının qarşısında əks olunan imza ona məxsusdur. «Vergilər şöbəsinin müdiri» qrafasında əks olunan imza isə yəqin ki, Təqsirləndirilən şəxs imzasıdır. Arayışda vətəndaş və ünvanla bağlı əl yazıları ilə əks olunan məlumatlarŞahid7, arayışın qeydiyyatı ilə bağlı əl yazıları isə vətəndaş müraciətləri və sənədlərlə iş şöbəsinin mütəxəssisi Rəhimə Zeynalova tərəfindən yazılmışdır. Digər sənədlərin kimin tərəfindən yazılmasını və imzalanmasını bilmir. Şahid1 adında şəxsi tanımamışdır. Bildirmək istəyir ki, ümumi tətbiq olunan qaydalara əsasən, vətəndaş zərurət olduğu halda vergi borcunun olmaması haqqında arayışın alınması üçün bələdiyyə gəlirləri və yerli vergilər şöbəsinin rəisi Təqsirləndirilən şəxs müraciət etmiş, sonuncu vətəndaşın sənədlərinə baxdıqdan və vergiləri həqiqətən ödəməsini yoxladıqdan sonra adına arayışın hazırlanmasını rəhbərlik etdiyi şöbədə uçot üzrə mütəxəssis vəzifəsində işləyən Şahid7 tapşırmış və sonuncu kompüterdən çap olunmuş hazır blankda vətəndaş haqqında məlumatları və əmlakın, torpaq sahəsinin ünvanını əl yazısı ilə qeyd etdikdən sonra Təqsirləndirilən şəxs həmin arayışı imzalayıb sədr tərəfindən təsdiq olunması üçün ümumi şöbəyə təqdim etmişdir. Arayış ümumi şöbədən digər çoxlu sayda sənədlərlə birlikdə ona təqdim olunmuş və həmin arayışın məzmununu yoxlamaq imkanı xaricində olmuş, müvafiq şöbələrdə arayışların düzgün tərtib olunmasına inandığına və şöbə rəisinin imzası ilə təsdiq olunduğunu gördüyünə görə hazırda ona təqdim olunan və digər buna oxşar arayışları imzası və dairəvi möhürlə təsdiq edərək ümumi şöbəyə qaytarmışdır. Arayış ümumi şöbədə qeydiyyatdan keçirildikdən sonra vətəndaşa təqdim edilmişdir. Əgər sənədin məzmununun həqiqətə uyğun olmadığını bilsəydi, onu heç vaxt təsdiq etməzdi. Arayışdan başqa digər sənədlərdə əks olunan möhürlərin sənədlərə texniki vasitələrlə köçürüldüyünü hesab edir, həmin sənədləri əvvəllər görməmişdir. Şahid3 torpaq sahəsinin ayrılması haqqında Binəqədi qəsəbə bələdiyyəsinin xx xxxxxx 2005-ci il tarixli 361 №-li sərəncamı, torpaq sahəsinin planı, torpağın alqı-satqısına dair akt, onun pul vəsaitini ödəməsi haqqında fevral 2005-ci il tarixli qəbz, vergi borcunun olmaması haqqında xx.xx.2019-cu il tarixli 23 №-li arayışla tanış olmuşdur. Təqdim olunan sənədlərdən Şahid3 vergi borcunun olmaması haqqında xx.xx.2019-cu il tarixli 23 №-li arayışda soyadının qarşısında əks olunan imza müavini işləmiş Şahid8, «vergilər şöbəsinin müdiri» qrafasında əks olunan imza isə Təqsirləndirilən şəxs imzasıdır.Arayışda vətəndaş və ünvanla bağlı əl yazıları ilə əks olunan məlumatlar Şahid7, arayışın qeydiyyatı ilə bağlı əl yazıları isə vətəndaş müraciətləri və sənədlərlə iş şöbəsinin mütəxəssisi Rəhimə Zeynalova tərəfindən yazılmışdır.Digər sənədlərin kimin tərəfindən yazılmasını və imzalanmasını bilmir. Şahid3 adında şəxsi tanımamışdır. Həmin arayış ifadəsində qeyd etdiyi qaydada bələdiyyə gəlirləri və yerli vergilər şöbəsində tərtib olunmuşdur. Arayış həmin şöbənin müdiri Təqsirləndirilən şəxs və işdə olmadığı vaxtlarda onun müavini Şahid8 tərəfindən imzalanmış, daha sonra möhürlə təsdiq olunması məqsədi ilə köməkçisi Sara Dadaşovaya təqdim olunmuşdur. Dairəvi möhürü o öz seyfində saxlamış və köməkçisindən başqa digər heç kimə etibar etməmişdir. Sara hər dəfə ona zəng edərək sənədin məzmunu haqqında məlumat verdikdən və icazəsini aldıqdan sonra seyfdən möhürü götürüb, artıq imzalanmış sənədə möhür vurmuşdur. Sənədin məzmununun həqiqətə uyğun olmadığını bilməmişdir. Arayışdan başqa digər sənədlərdə əks olunan möhürlərin sənədlərə texniki vasitələrlə köçürüldüyünü hesab edir, həmin sənədləri əvvəllər görməmişdir. Şahid4 torpaq sahəsinin ayrılması haqqında Binəqədi qəsəbə bələdiyyəsinin xx xxxxxx 2005-ci il tarixli 363 №-li sərəncamı, torpaq sahəsinin planı, torpağın alqı-satqısına dair akt, onun pul vəsaitini ödəməsi haqqında fevral 2005-ci il tarixli qəbz, vergi borcunun olmaması haqqında xx.xx.2019-cu il tarixli 28 №-li arayışla tanış olmuşdur. Təqdim olunan sənədlərdənŞahid4 vergi borcunun olmaması haqqında xx.xx.2019-cu il tarixli 28 №-li arayışda soyadının qarşısında əks olunan imza müavini işləmiş Şahid8, «vergilər şöbəsinin müdiri» qrafasında əks olunan imza isə Təqsirləndirilən şəxs imzasıdır.Arayışda vətəndaş və ünvanla bağlı əl yazıları ilə əks olunan məlumatlar Şahid7, arayışın qeydiyyatı ilə bağlı əl yazıları isə vətəndaş müraciətləri və sənədlərlə iş şöbəsinin mütəxəssisi Rəhimə Zeynalova tərəfindən yazılır.Digər sənədlərin kimin tərəfindən yazılmasını və imzalanmasını bilmir. Şahid4 adında şəxsi tanımamışdır. Həmin arayış qeyd etdiyi qaydada bələdiyyə gəlirləri və yerli vergilər şöbəsində tərtib olunmuşdur. Arayış həmin şöbənin müdiri Təqsirləndirilən şəxs və işdə olmadığı vaxtlarda müavini Şahid8 tərəfindən imzalanmış, daha sonra möhürlə təsdiq olunması məqsədilə köməkçisi Sara Dadaşovaya təqdim olunmuşdur. Sara ona zəng edərək sənədin məzmunu haqqında məlumat verdikdən və icazəsini aldıqdan sonra seyfdən möhürü götürüb, artıq imzalanmış sənədə möhür vurmuşdur. Sənədin məzmununun həqiqətə uyğun olmadığını bilməmişdir. Arayışdan başqa digər sənədlərdə əks olunan möhürlərin sənədlərə texniki vasitələrlə köçürüldüyünü hesab edir, həmin sənədləri əvvəllər görməmişdir. Arayış imzalanmaq üçün ona təqdim edilən zaman arayış üçün kimin müraciət etdiyi barədə onun məlumatı olmur. Arayışı verərkən adına arayış verilmiş vətəndaşın bələdiyyə ərazisində torpağının olubolmadığını aidiyyəti şöbə yoxlamalıdır. Onun qarşısına arayış yoxlanıldıqdan sonra gətirilir. Arayış arxiv arayışı olarsa, arxiv sənədlərindən yoxlanılmalıdır. Arxiv arayışı deyilsə, yoxlanılmaya da bilər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərmişdir ki, 2004-cü ildən 2015-ci ilin fevral ayınadək Binəqədi qəsəbə bələdiyyəsində operator və digər işlərdə, 2015-ci ilin fevral ayından bələdiyyə gəlirləri və yerli vergilər şöbəsində uçot üzrə mütəxəssis vəzifəsində işləyir. İşi müxtəlif sənədlərin çap olunması, şöbə rəisinin tapşırıqları əsasında sənədlərin tərtibatı kimi texniki işlərdən ibarətdir. 2015-ci ilin mart ayından 2020-ci ilin mart ayına qədər şöbənin müdiri vəzifəsində Təqsirləndirilən şəxs işləmişdir. Əmlak və torpaq vergilərini vətəndaşlar bələdiyyənin bildiriş və xəbərdarlıqları əsasında bank, poçt, ödəmə terminalları vasitəsilə ödəmişlər. Bələdiyyənin adından tərtib olunan sənədlərin qeydiyyatı ümumi şöbədə müvafiq kitablarda (arayışların qeydiyyatı, daxil olan sənədlərin qeydiyyatı və s.) aparılır. Bələdiyyə tərəfindən torpaq satışı dayandırıldığına görə, torpaq satışı ilə bağlı əvvəllər verilmiş sərəncamlar və qeydiyyat kitabları bələdiyyənin arxivində saxlanılır. Şahid5 2018-ci ilin əvvəllərində təsərrüfat şöbəsinə sahə nəzarətçisi vəzifəsinə qəbul edildiyi vaxtdan tanımışdır. Həmin şəxsin vəzifələri Binəqədi-Xırdalan yolu ərazisində vətəndaşlara bildirişlərin çatdırılması, sahədə təmizlik işlərinə nəzarət olunması, əmlak və torpaqlarla bağlı yerində məlumatların toplanması və sairədən ibarət olmuşdur. 2019-cu ilin əvvəllərində adını xatırlamadığı şikayətçi Vəlinin ondan torpaq satışı adı ilə aldadaraq pul vəsaitini alması haqqında bələdiyyəyə gəlib şikayət etdikdən sonra sonuncunun hərəkətlərindən xəbər tutmuşdur. Həmin vaxtdan sonra Vəli bələdiyyəyə gəlməmiş, sədrin əmri ilə əmək intizamını pozduğuna görə işdən azad edilmişdir. Bundan xeyli sonra isə onun digər şəxsləri də aldatmasını eşitmişdir. Vəlinin vətəndaşları aldatmasından, onlara bələdiyyənin adından saxta sənədlər verməsindən xəbəri olmamış, həmin şəxsdən heç vaxt pul almamış, bələdiyyə əməkdaşlarından digər kiminsə də Vəli ilə əlbirliyinin olmasını eşitməmişdir. Şahid1 torpaq sahəsinin ayrılması haqqında Binəqədi qəsəbə bələdiyyəsinin x xxxxx 2005-ci il tarixli 634/1 №-li sərəncamı, torpaq sahəsinin planı, onun pul vəsaitini ödəməsi haqqında qəbz, vergi borcunun olmaması haqqında xx.xx.2018-ci il tarixli 741 №-li arayışla tanış olmuşdur. Təqdim olunan sənədlərdən Şahid1 vergi borcunun olmaması haqqında xx.xx.2018-ci il tarixli 741 №-li arayışda sədr qrafasında əks olunan imza Şahid9 məxsusdur. «Vergilər şöbəsinin müdiri» qrafasında əks olunan imza isə yəqin ki, həmin şöbənin müdiri Təqsirləndirilən şəxs imzasıdır. Vətəndaş və ünvanla bağlı əl yazıları ilə əks olunan məlumatları o, öz xətti ilə tərtib etmişdir. Arayışın qeydiyyatı ilə bağlı əl yazıları isə vətəndaş müraciətləri və sənədlərlə iş şöbəsinin mütəxəssisi Rəhimə Zeynalova tərəfindən yazılmışdır. Bildirmək istəyir ki, ümumi tətbiq olunan qaydalara əsasən, vətəndaş zərurət olduğu halda vergi borcunun olmaması haqqında arayışın alınması üçün bələdiyyə gəlirləri və yerli vergilər şöbəsinin rəisi Təqsirləndirilən şəxs müraciət etmiş, sonuncu vətəndaşın sənədlərinə baxdıqdan və vergiləri həqiqətən ödəməsini yoxladıqdan sonra adına arayışın hazırlanmasını ona tapşırmışdır. Abasovun verdiyi məlumatlar əsasında o, kompüterdən çap olunmuş hazır blankda vətəndaş haqqında məlumatları, əmlakın, torpaq sahəsinin ünvanını əl yazısı ilə qeyd etmişdır. Təqsirləndirilən şəxs həmin arayışı imzalayaraq sədr tərəfindən təsdiq olunması üçün ümumi şöbəyə təqdim etmişdir. Arayış ümumi şöbədən digər sənədlərlə birlikdə sədrə təqdim olunmuş və sədr tərəfindən imza, möhürlə təsdiq edilmişdir. Arayış ümumi şöbədə qeydiyyatdan keçirildikdən sonra vətəndaşa təqdim edilmişdir. Arayışdan başqa digər sənədlərdə əks olunan yazıları və imzaları kimin icra etməsini bilmir, möhürlər isə yəqin ki, saxtalaşdırılmışdır. Həmin sənədləri əvvəllər görməmişdir. Şahid1 tanımır, vətəndaşa Vəlinin torpaq sahəsini hansı qaydada satmasını bilmir. Şahid3 torpaq sahəsinin ayrılması haqqında Binəqədi qəsəbə bələdiyyəsinin xx xxxxxx 2005-ci il tarixli 361 №-li sərəncamı, torpaq sahəsinin planı, torpağın alqı-satqısına dair akt, onun pul vəsaitini ödəməsi haqqında fevral 2005-ci il tarixli qəbz, vergi borcunun olmaması haqqında xx.xx.2019-cu il tarixli 23 №-li arayışla tanış olmuşdur. Təqdim olunan sənədlərdən Şahid3 vergi borcunun olmaması haqqında xx.xx.2019-cu il tarixli 23 №-li arayışda sədr qrafasında əks olunan imza sədrin müavini vəzifəsində işləmiş Şahid8 imzasına oxşasa da, dəqiq deyə bilmir. «Vergilər şöbəsinin müdiri» qrafasında əks olunan imza isə yəqin ki, həmin şöbənin müdiri Təqsirləndirilən şəxs imzasıdır. Vətəndaş və ünvanla bağlı əl yazıları ilə əks olunan məlumatları öz xətti ilə tərtib etmişdir. Arayışın qeydiyyatı ilə bağlı əl yazıları isə vətəndaş müraciətləri və sənədlərlə iş şöbəsinin mütəxəssisi Rəhimə Zeynalova tərəfindən yazılmışdır. Qeyd etdiyi kimi, ümumi tətbiq olunan qaydalara əsasən, vətəndaş zərurət olduğu halda vergi borcunun olmaması haqqında arayışın alınması üçün bələdiyyə gəlirləri və yerli vergilər şöbəsinin rəisi Təqsirləndirilən şəxs müraciət etmiş, sonuncu vətəndaşın sənədlərinə baxdıqdan və vergiləri həqiqətən ödəməsini yoxladıqdan sonra adına arayışın hazırlanmasını ona tapşırmışdır. Abasovun verdiyi məlumatlar əsasında o, kompyuterdən çap olunmuş hazır blankda vətəndaş haqqında məlumatları, əmlakın, torpaq sahəsinin ünvanını əl yazısı ilə qeyd etmişdir. Şöbə müdiri həmin arayışı imzalayıb sədr tərəfindən təsdiq olunması üçün ümumi şöbəyə təqdim etmişdir. Arayış ümumi şöbədən digər sənədlərlə birlikdə sədrə təqdim olunmuş və onun tərəfindən imza, möhürlə təsdiq edilmişdir. Arayış ümumi şöbədə qeydiyyatdan keçirildikdən sonra vətəndaşa təqdim edilmişdir. Şahid9 işdə olmadığı hallarda onu müavini Şahid8 əvəz etmiş və sənədləri imzalamışdır, lakin Aytac möhürü yalnız öz seyfində saxlamışdır, sədrin köməkçisi Sara Aytacın razılığını aldıqdan sonra seyfdən möhürü götürüb sənədləri təsdiq etmişdir. Arayışdan başqa digər sənədlərdə əks olunan yazıları və imzaları kimin icra etməsini bilmir, möhürlər isə yəqin ki, saxtalaşdırılmışdır. Həmin sənədləri əvvəllər görməmişdir. Şahid3 tanımır, vətəndaşa Vəlinin torpaq sahəsini hansı qaydada satmasını bilmir. Şahid4 torpaq sahəsinin ayrılması haqqında Binəqədi qəsəbə bələdiyyəsinin xx xxxxxx 2005-ci il tarixli 363 №-li sərəncamı, torpaq sahəsinin planı, torpağın alqı-satqısına dair akt, onun pul vəsaitini ödəməsi haqqında fevral 2005-ci il tarixli qəbz, vergi borcunun olmaması haqqında xx.xx.2019-cu il tarixli 28 №-li arayışla tanış olmuşdur. Təqdim olunan sənədlərdənŞahid4 vergi borcunun olmaması haqqında xx.xx.2019-cu il tarixli 28 №-li arayışda sədr qrafasında əks olunan imza sədrin müavini vəzifəsində işləmiş Şahid8 imzasına oxşasa da, dəqiq deyə bilmir. «Vergilər şöbəsinin müdiri» qrafasında əks olunan imza yəqin ki, həmin şöbənin müdiri Təqsirləndirilən şəxs imzasıdır. Vətəndaş və ünvanla bağlı əl yazıları ilə əks olunan məlumatları o öz xətti ilə tərtib etmişdir. Arayışın qeydiyyatı ilə bağlı əl yazıları isə vətəndaş müraciətləri və sənədlərlə iş şöbəsinin mütəxəssisi Rəhimə Zeynalova tərəfindən yazılmışdır. Arayışdan başqa digər sənədlərdə əks olunan yazıları və imzaları kimin icra etməsini bilmir, möhürlər isə yəqin ki, saxtalaşdırılmışdır. Həmin sənədləri əvvəllər görməmişdir. Şahid4 tanımır, ona Vəlinin torpaq sahəsini hansı qaydada satmasını bilmir. Vətəndaşlar Şahid1, Şahid4 və Şahid3 vergi borclarının olmaması barədə arayışları ancaq şöbə müdiri Təqsirləndirilən şəxs tapşırığı əsasında hazırlamışdır. Ümumiyyətlə də vətəndaşlar arayış almaq üçün onlara müraciət etdikləri təqdirdə də onlar müraciət edənləri şöbə müdirlərinə yönləndirirlər, şöbə müdiri onlara arayış yazılması barədə göstəriş verdikdə onlar arayış tərtib edirlər. Onun və şöbə müdiri Təqsirləndirilən şəxs kompüterində bələdiyyənin vergi ödəyicilərinin, yəni torpaq və əmlak sahiblərinin siyahısı vardır. Ayda bir dəfə vergi ödəyənlər barədə məlumatları şöbə müdirinin kompüterində yeniləmişdir. Adına arayış verilən vətəndaşın bələdiyyə ərazisində torpağının olub-olmadığı, vergiləri ödəyib-ödəmədiyi şöbə müdiri və bələdiyyənin müvafiq vəzifəli şəxsləri tərəfindən yoxlanılmalıdır. Keçmiş bələdiyyə işçisi Şahid5 Şahid3 bələdiyyə tərəfindən alqı-satqı qaydasında torpaq ayırılması barədə 2005-ci il tarixli sərəncamı və digər sənədləri təqdim etdikdən sonra sonuncunun Şahid5lə birlikdə onun xidməti istifadəsində olan kompüter sisteminə baxması, sistemdə X10 və arvadı Şahid4 adına torpaq sahəsinin olması və ya qəsəbə bələdiyyəsinin vergi ödəyiciləri olması barədə qeydiyyat olması xüsusatı onun yadında deyil. Bildirir ki, xidməti istifadəsində olan kompüter sistemində “Excel” proqram təminatı vasitəsi ilə tərəfindən yaradılmış bələdiyyənin vergi ödəyicilərinin siyahısına hər hansı bir şəxsin adını ya şöbə müdiri Təqsirləndirilən şəxs göstərişi ilə ya da bələdiyyə sakininin təqdim etdiyi ödəniş çeki əsasında əlavə etmişdir. O nə Vəlinin, nə də ki başqa bir bələdiyyə işçisinin xahişi və tələbi əsasında həmin siyahıya vətəndaşların adını daxil etməmişdir. Xidməti istifasində olan kompüter sistemində bələdiyyə ərazisində torpaq sahibi olub vergi ödəyən şəxslərin qeydiyyatının aparıldığı cədvəllərdə Xırdalan şossesi ətrafında yerləşən bələdiyyə torpaqlarının sahibi olan vergi ödəyicilərinin qeydiyyatının aparıldığı 12-ci siyahıda Şahid1 630-cu, X4 642-ci, Şahid3 643-cü yerdə qeyd olunmuşdur. O, vergi ödənməsi barədə bələdiyyənin sakini və ya bələdiyyə ərazisində torpaq sahibi olan vətəndaşların təqdim etdikləri onlayn ödəniş sistemlərinin çekləri əsasında onların adlarını torpaqların yerləşdikləri sahələrə uyğun olaraq siyahılara əlavə etmişdir. Bir də şöbə müdirinin göstərişinə əsasən vətəndaşları siyahıya əlavə etmişdir. Həmin siyahı onun özü tərəfindən işlərini yüngülləşdirmək məqsədi ilə tərtib edilmişdir. Həmin şəxslərin adlarını hansı tarixdə siyahıya əlavə etməsini xatırlamır. Yəqin ki, 2018-ci ilin sonu, 2019-cu ilin əvvəli olar, çünki, onlardan sonra xeyli sayda vətəndaşın adını siyahıya daxil etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 da Şahid7 ilə ilə eyni məzmunlu ifadə verərək sonuncunun ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Cinayət işi başlanması haqqında xx xxxx 2020-ci il tarixli qərardan görünür ki, faktla bağlı Azərbaycan Respublikası CM-in 314.1-ci maddəsi ilə cinayət işi başlanmışdır (cild 1, i.v 1). xx.xx.2018-ci il tarixli, 741 nömrəli arayışdan görünür ki, Şahid1 Binəqədi qəsəbə bələdiyyəsi tərəfindən Binəqədi qəsəbəsi Binəqədi-Xırdalan yolu ünvanında yerləşən torpaq sahəsinə görə xx xxxxxx 2018-ci il tarixədək qəsəbə bələdiyyəsinə vergi borcunun olmaması barədə arayış verilmişdir (cild 1, i.v 73). xx.xx.2019-cu il tarixli, 23 nömrəli arayışdan görünür ki, Şahid3 Binəqədi qəsəbə bələdiyyəsi tərəfindən Binəqədi qəsəbəsi, Binəqədi-Xırdalan yolu ünvanında yerləşən əmlak və torpaq sahəsinə görə xx xxxxxx 2018-ci il tarixədək qəsəbə bələdiyyəsinə vergi borcunun olmaması barədə arayış verilmişdir (cild 1, i.v 89). xx.xx.2019-cu il tarixli, 28 nömrəli arayışdan görünür ki, Şahid4 Binəqədi qəsəbə bələdiyyəsi tərəfindən Binəqədi qəsəbəsi, Binəqədi-Xırdalan yolu ünvanında yerləşən torpaq sahəsinə görə xx xxxxxx 2018-ci il tarixədək qəsəbə bələdiyyəsinə vergi borcunun olmaması barədə arayış verilmişdir (cild 1, i.v 95). Binəqədi rayonu Binəqədi qəsəbə bələdiyyəsinin xx.xx.2020-ci il tarixli, 10-13/Əİ-346 nömrəli məktubundan görünür ki, Şahid1, Şahid3 və Şahid4 tərəfindən qəsəbə bələdiyyədinə vergi borcu ilə əlaqədar arayışın alınması üçün yazılı müraciət edilməmişdir (cild 1, i.v 86). xx xxxx 2020-ci il tarixli sənədlərə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Binəqədi qəsəbə bələdiyyəsi tərəfindən hüquqi və fiziki şəxslərə ayrılmış torpaq sahələrinin siyahısının aparıldığı dəftərxana kitablarında Şahid1 x xxxxx 2005-ci il tarixli 634/1 №-li sərəncamla 300 m2, Şahid3 xx xxxxxx 2005-ci il tarixli 361 №-li sərəncamla 200 m2 və Şahid4 xx xxxxxx 2005-ci il tarixli 363 №-li sərəncamla 400 m2 torpaq sahələrinin ayrılması haqqında qeydiyyatlar əks olunmamışdır (cild 1, i.v 215-217). Binəqədi qəsəbə bələdiyyəsinin Bələdiyyə gəlirləri və yerli vergilər şöbəsinin uçot üzrə mütəxəssisi Şahid7 xidməti istifadəsində olan kompüter sisteminə xx xxxx 2020-ci il tarixdə keçilmiş baxış protokolundan görünür ki, iş stolunda ekranın yuxarı sağ tərəfində “əmlak torpaq ödənişi” qovluğu vardır. Qovluğun içərisində 13 ədəd “fayl” yerləşdirilmişdir. Fayllar bələdiyyə ərazisinin şərti olaraq sahələrə bölünməsi əsasına uyğun olaraq nömrələndirilmişdir. 1-ci sahədən 12-ci sahəyə kimi nömrə ilə qeyd edilmişdir. “Xəyyam” adlandırılmış faylda kiçik sahibkarlıq subyektləri qeyd edilmişdir. Şərti olaraq olaraq nömrələndirilmiş ərazi sahələrini əks etdirən fayllara baxış keçirildi. Fayllarda “Excel” proqram təminatının köməyi ilə şərti olaraq nömrələndirilmiş bələdiyyə ərazilərində yaşayan sakinlərin və torpaq sahiblərinin torpaq və yerli vergiləri ödəmə vəziyyətinə dair qeydlər edilmişdir. 1-ci sahə üzrə 324, 2-ci sahə üzrə 956, 3-cü sahə üzrə 586, 4-cü sahə üzrə 886, 5-ci sahə üzrə 560, 6-cı sahə üzrə 1246, 7-ci sahə üzrə 878, 8-ci sahə üzrə 1343, 9-cu sahə üzrə 842, 10-cu sahə üzrə 642, 11-ci sahə boşdur, 12-ci sahə üzrə 835 vergi ödəyicisi bələdiyyə sakini qeyd edilmişdir. İstintaq hərəkətinin iştirakçılarının bildirdiyinə görə torpaq və yerli vergilərin ödəyicilərinin qeydiyyatı bazası xidməti kompüterlərində 2016-cı ildən yaradılmışdır. Keçmiş şöbə müdiri Təqsirləndirilən şəxs xidməti kompüterində də həmin məlumat bazası 2016-cı ildən etibarən olmuşdur. Ayda iki dəfə şöbə müdirinin xidməti kompüterində olan elektron bazaya onun tərəfindən vergi ödənişi vəziyyətinə görə dəyişikliklər edilmişdir. Təqsirləndirilən şəxs 2020-ci ilin fevral ayında işdən çıxarılması ilə əlaqədar onun istifadəsində olan xidməti kompüter bələdiyyənin digər şöbəsinin istifadəsinə təhkim edildiyi üçün vergi ödəyiciləri ilə bağlı məlumat bazası onun xidməti istifadəsində olmuş kompüterdən silinmişdir. Şahid7 xidməti istifadəsində olan kompüter sistemində olan Binəqədi qəsəbə bələdiyyəsi ərazisində torpaq, əmlak və yerli vergiləri ödəyən vergi ödəyicilərin vahid elektron bazasına baxış zamanı Xırdalan şossesi ətrafında yerləşən qəsəbə torpaqlarındakı vergi ödəyən torpaq sahiblərinin qeyd edildiyi 12-ci faylda 835 nəfərlik siyahıda Şahid1 630-cu yerdə, X2 643cü yerdə və Şahid4 isə 642-ci yerdə qeyd edilmişdir. Siyahının əks olunduğu cədvəldə Şahid3 Ağanın 2018-ci ildə 3 manat, Şahid4 2016-cı ildə 42 manat, Şahid1 2018-ci ildə 3,6 manat ödəniş etdiyi barədə qeydiyyat aparılmışdır (cild 2, i.v 160-161). Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 4/478 nömrəli məhkəmə xətşünaslıq ekspert rəyində göstərilmişdir ki, ekspertizaya təqdim olunmuş, xx xxxxxx 2018-ci il tarixli 741 nömrəli, x xxxxxx 2019-cu il tarixli 23 nömrəli, x xxxxxx 2019-cu il tarixli 28 nömrəli arayışlarda “Bələdiyyə gəlirləri və yerli vergilər şöbəsinin müdiri” qrafalarında “Təqsirləndirilən şəxs” yazılarının qarşısındakı imzalar – Təqsirləndirilən şəxs tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim olunmuş, xx xxxxxx 2018-ci il tarixli 741 nömrəli arayışda “Binəqədi qəsəbə Bələdiyyəsi sədri” qrafasında “Şahid9” yazılarının qarşısındakı imza – Şahid9 tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim olunmuş, x xxxxxx 2019cu il tarixli 23 nömrəli, x xxxxxx 2019-cu il tarixli 28 nömrəli arayışlarda “Binəqədi qəsəbə Bələdiyyəsi sədri” qrafasında “Şahid9” yazılarının qarşısındakı imzalar – Şahid8 tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim olunmuş, xx xxxxxx 2018-ci il tarixli 741 nömrəli, x xxxxxx 2019-cu il tarixli 23 nömrəli, x xxxxxx 2019-cu il tarixli 28 nömrəli arayışların mətnləri (arayış verilən şəxslərin adı, soyadı, ata adı və ünvanlarını əks etdirən qrafalar) – Şahid7 tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim olunmuş, xx xxxxxx 2018-ci il tarixli 741 nömrəli, x xxxxxx 2019-cu il tarixli 23 nömrəli, x xxxxxx 2019-cu il tarixli 28 nömrəli arayışlarda “Göndərilən sənədlər” künc ştampı üzrərindəki yazılar, “№” işarəsindən sonrakı və tarix göstəricisi hissəsindəki yazılar – Şahid6 tərəfindən icra olunmuşdur (cild 3, i.v 72-77). Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 5/433 nömrəli sənədlərin texniki ekspert rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş Şahid1 adına olan xx xxxxxx 2018-ci il tarixli 741 nömrəli, Şahid3 adına olan x xxxxxx 2019-cu il tarixli 23 nömrəli və Şahid4 adına olan x xxxxxx 2019-cu il tarixli 28 nömrəli arayışların üzərlərindəki möhür və ştamp əksləri relyef klişelər vasitəsi ilə sənədlərin üzərlərinə bir başa vurulmuşdur. Tədqiqata təqdim edilmiş Şahid1 adına olan xx xxxxxx 2018-ci il tarixli 741 nömrəli, Şahid3 adına olan x xxxxxx 2019-cu il tarixli 23 nömrəli və Şahid4 adına olan x xxxxxx 2019-cu il tarixli 28 nömrəli arayışların üzərlərindəki möhür və ştamp əksləri müvafiq olaraq təqdim edilmiş “AZƏRBAYCAN RESPUBLİKASİ Zərərçəkmiş şəxs” məzmunlu möhürün və “Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbə bələdiyyəsi GÖNDƏRİLƏN SƏNƏDLƏR” məzmunlu ştampın eksperimental əks nümunələri ilə eynilik təşkil edirlər. Tədqiqata təqdim edilmiş Şahid3 adına olan x xxxxxx 2019-cu il tarixli 23 nömrəli, Şahid4 adına olan x xxxxxx 2019cu il tarixli 28 nömrəli arayışlarda “Bələdiyyə sədri” qrafasından sonra Şahid9 sözlərinin qarşısında olan imzalar əvvəl icra edilmiş, sonra isə möhür əksləri vurulmuşdurlar. Tədqiqata təqdim edilmiş Şahid4 adına olan x xxxxxx 2019-cu il tarixli 28 nömrəli arayışda Bələdiyyə gəlirləri və yerli vergilər şöbəsinin müdiri qrafasından sonra Təqsirləndirilən şəxs sözlərinin qarşısında olan imza əvvəl icra edilmiş, sonra isə möhür əksi vurulmuşdur (cild 3, i.v 80-85). Bakı şəhəri Binəqədi rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli, 1(001)-103/2020 nömrəli hökmünün surətindən görünür ki, Şahid5, Şahid1 və qeyrilərinin əmlakını ələ keçirmək məqsədi ilə onların etibarından sui – istifadə edərək Binəqədi qəsəbə bələdiyyəsi ərazisində yerləşən torpaq sahələrini satacağını vəd edib öz qulluq mövqeyindən istifadə etməklə zərər çəkmiş şəxslərin xeyli miqdarda pulunu ələ keçirərək təkrarən dələduzluq etdiyi üçün Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək 4 (dörd) il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Saatlı rayon məhkəməsinin xx xxxx 2017-ci il tarixli hökmünə əsasən təqsirləndirilən şəxs Şahid5 Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək təyin edilmiş 2000 manat cərimə cəzasının ödənilməmiş 1600 manat hissəsi hazırki cəza ilə tam birləşdirilərək üzərində qəti olaraq 1600 manat cərimə cəzası və 4 (dörd) il azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır(cild 1, i.v 23-40). Binəqədi qəsəbə bələdiyyəsi sədrinin xx xxxx 2015-ci il tarixli, 29 nömrəli əmrinin surətindən görünür ki, Təqsirləndirilən şəxs Vəli oğlunun Binəqədi qəsəbə bələdiyyəsində “Bələdiyyə gəlirləri və yerli vergilər şöbəsi”nin müdiri vəzifəsinə təyin edilmişdir (cild 2, i.v 180). Binəqədi qəsəbə bələdiyyəsi sədrinin xx xxxx 2015-ci il tarixli, 23/k nömrəli əmrinin surətindən görünür ki, xx xxxx 2020-ci il tarixdən bələdiyyənin “Bələdiyyə gəlirləri və yerli vergilər şöbəsi”nin müdiri Təqsirləndirilən şəxs Vəli oğlu ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən xitam verilmişdir (cild 2, i.v 181) Cinayət işinin materiallarında olan təqsirləndirilən şəxs qismində cəlb etmə barədə xx xxxxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikası CM-in 314.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə ittiham elan edilmişdir (cild 3, i.v 87-90) Cinayət işinin materiallarında olan təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında xx xxxxxx 2020-ci il tarixli qərardan çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir (cild 1, i.v 107-109) Məhkəmə Təqsirləndirilən şəxs istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunu tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası CM-in 314.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində Təqsirləndirilən şəxs təqsirliliyi öz ifadəsi ilə yanaşı, şahidlərin ifadələri və işin digər materialları ilə tam sübuta yetirilir və ona düzgün olaraq həmin maddə ilə ittiham irəli sürülmüşdür. Təqsirləndirilən şəxs hərəkətlərinə münasibətdə əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsiri sübuta yetirildiyinə görə cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bununla bağlı məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (CM-in 48-ci maddəsi, CM-in 53.4 və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2004-cü il və xx xxxx 2011-ci il tarixli qərarları) Məhkəmə Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkar şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işinin materiallarında olan xx.xx.2020-ci il tarixli Tələbnamələrdən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild 1, i.v 35) Məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən Cinayət Məcəlləsinin 59-cu və ağırlaşdıran Cinayət Məcəlləsinin 61-ci maddəsində göstərilmiş hallar müəyyən etmir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib aşağıdakılara qeyd etməyi zəruri hesab edir. İşin müəyyən edilmiş hallarından göründüyü kimi, Təqsirləndirilən şəxs vəzifəli şəxs kimi işə laqeyd münasibəti nəticəsində öz xidməti vəzifəsini lazımi qaydada yerinə yetirməyib dövlətin qanunla qorunan mənafelərinə ehtiyatsızlıqdan mühüm zərər vurmaqla səhlənkarlıq etməsi nəticəsində, yəni onun bələdiyyənin ərazisində torpaq sahələri olmamaqla vergi mükəlləfiyyətçisi olmayan şəxslərin adına qəsəbə bələdiyyəsinə vergi borclarının olmaması barədə arayış verməsi 3 nəfər şəxsin xeyli miqdarda əmlakının digər şəxs tərəfindən dələduzluq yolu ilə ələ keçirilməsinə səbəb olmuşdur. Həmin şəxslər məhkəmədə şahid qismində dindirilərkən xeyli miqdar təşkil edən vəsaitlərinin indiyə kimi onlara qaytarılmadığını, həmin vəsaitdən, həm də evlərindən məhrum olduqlarını bildirmişlər. Qeyd edilənləri nəzərə alıb məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in müvafiq maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsi məqsədəmüvafiqdir. Bu ədalətli və qanuni olmaqla, cəzanın məqsədlərini də təmin edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46-cı maddəsinə əsasən müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə dövlət orqanlarında, yerli özünüidarə orqanlarında konkret vəzifə tutmağın və ya konkret peşə və ya digər fəaliyyətlə məşğul olmağın qadağan edilməsindən ibarətdir. Bu cəza növü əsas cəza kimi bir ildən beş ilədək müddətə, əlavə cəza kimi isə bir ildən üç ilədək müddətə təyin edilir. Törədilmiş cinayətin xarakterini və ictimai təhlükəliliyini, təqsirkar şəxsin şəxsiyyətini nəzərə alaraq, məhkəmə onun müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququnun saxlanılmasını qeyri-mümkün hesab edərsə, həmin şəxsə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmayan hallarda da müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünü əlavə cəza kimi təyin edə bilər. Müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünün intizam xarakterli hərbi hissədə saxlama və ya azadlıqdan məhrum etmə cəzalarına əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunur. Bu cəza növünün cərimə və digər əsas cəzalara əlavə olaraq təyin edildiyi hallarda, habelə şərti məhkum etmə zamanı əlavə cəzanın müddəti hökmün qanuni qüvvəyə mindiyi andan hesablanır. Qeyd edilməlidir ki, əlavə cəzalar – müstəqil tətbiq edilməyən, yalnız əsas cəzalara qoşulan cəza növüdür. Lakin əsas cəza kimi əlavə cəzalar da cəzaların tənbeh təsirinin gücləndirilməsi, gələcəkdə yeni cinayət törədilməsinin qarşısının alınması, sosial ədalətin bərpası və vurulmuş zərərin ödənilməsi məqsədi ilə tətbiq edilir. Əlavə cəzaların sosial əhəmiyyəti onda ifadə olunur ki,onlar cinayət məsuliyyətinin daha uğurlu fərdiləşdirilməsinin təminatını möhkəmləndirir. Əlavə cəzalar sırasında müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növü xüsusi yer tutur. Bu cəzanın məqsədi isə vəzifə səlahiyyətlərindən və ya qulluq mövqeyindən istifadə etməklə, habelə müəyyən fəaliyyətlə məşğul olmaqla cinayətlərin törədilməsinin qarşısının alınmasıdır. Məhkəmə Təqsirləndirilən şəxs vəzifə səlahiyyətlərindən və qulluq mövqeyindən istifadə etməklə cinayət törətməsini nəzərə alaraq hesab edir ki, ona müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəzası da əlavə cəza kimi təyin edilməlidir. Beləliklə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 314.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanmalı, hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Sabunçu rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməli, azadlığın məhdudlaşdırılması cəzasının əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəzanın icra olunduğu müddət ərzində Təqsirləndirilən şəxs üzərinə elektron qolbaq gəzdirmək və həmin nəzarət vasitəsinin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi, yaşayış yerini müəyyən saatlarda tərk etməmək vəzifəsi və yaşadığı Bakı şəhərinin hüdudlarını tərk etməmək vəzifəsi qoyulmalıdır. Aparılmış ekspertiza tədqiqatının dəyəri olan 201,52 (iki yüz bir manat əlli iki qəpik) manat təqsirləndirilən şəxsdən tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmə maddi sübutların həlli ilə bağlı hesab edir ki, maddi sübut kimi tanınmış Binəqədi qəsəbə bələdiyyəsinin xx.xx.2018-ci il tarixli 741 nömrəli, xx.xx.2019-cu il tarixli 23 və 28 nömrəli arayışları cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia verilməmişdir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 314.1-ci maddəsi ilə təqsirli bilinib Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2-ci maddəsinə əsasən 2 (iki) il müddətə dövlət və qeyri-dövlət təşkilatlarında, idarə və müəssisələrində, yerli özünüidarə orqanlarında rəhbər vəzifə tutma hüququndan məhrum edilməklə 2 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı şəhəri Sabunçu rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasının əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəzanın icra olunduğu müddət ərzində Təqsirləndirilən şəxs üzərinə elektron qolbaq gəzdirmək və həmin nəzarət vasitəsinin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulsun. Cəzanın icra olunduğu müddət ərzində Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini gecə saat 2300-dan səhər saat 0600-dək tərk etməmək vəzifəsi qoyulsun. Cəzanın icra olunduğu müddət ərzində Təqsirləndirilən şəxs üzərinə yaşadığı Bakı şəhərinin hüdudlarını tərk etməmək vəzifəsi qoyulsun. Barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Ekspertiza tədqiqatının dəyəri 201,52 (iki yüz bir manat əlli iki qəpik) manat Təqsirləndirilən şəxs oğılundan tutulub Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (AZ.MEM, VÖİN**********, Dövlət Xəzinədarlığı Agentliyi, KOD 210005, VÖEN********** Müxbir hesab AZ41NABZ ******************** SWİFT BİK CTREAAZ22) köçürülsün. Maddi sübutlar – Binəqədi qəsəbə bələdiyyəsinin xx.xx.2018-ci il tarixli 741 nömrəli, xx.xx.2019-cu il tarixli 23 və 28 nömrəli arayışları cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Sədrlik edən Elçin Ağayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar