Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-403/2025 01.08.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim: Nəsibov Samir Nadir oğlunun sədrliyi Məhkəmə iclas katibi: Bayramov Tural Ural oğlunun katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi: Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə xx xxxxxxx 2006-cı il tarixdə Qazax rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, Ağstafa rayonu, Poylu qəsəbəsində qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra – CM) 177.2.1-ci və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında binaya qanunsuz daxil olub özgənin əmlakını gizli olaraq talamaqla oğurluq etmişdir. Belə ki, o, tamah niyyəti ilə özgənin əmlakını gizli talamaq məqsədilə şəxsiyyəti istintaqla araşdırılan Anar adlı şəxs ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək xx.xx.2024-cü il tarixdə, saat 03 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Binəqədi şossesi döngə 5 ünvanında yerləşən Zərərçəkmiş şəxs icarə əsasında işlətdiyi “Mini Bazar” adlı ərzaq mağazasının giriş qapısının kilidini güc tətbiq etmək yolu ilə sındırıb açmaqla, binaya qanunsuz daxil olaraq oradakı kassa aparatından cəmi 150 manat məbləğində nağd pulu və piştaxtalarda olan 1 ədədinin dəyəri 35 manat olmaqla cəmi 3 ədəd 105 manat dəyərində 0,5 litr ölçülü “Jack Daniel`s” markalı spirtli viski içkisini, 1 qutusunun dəyəri 40 manat olmaqla cəmi 14 qutu 630 manat dəyərində “Sobranie” markalı siqareti, 1 qutusunun dəyəri 40 manat olmaqla cəmi 10 qutu 400 manat dəyərində “Kent” markalı siqareti, 1 qutusunun dəyəri 40 manat olmaqla cəmi 13 qutu 520 manat dəyərində “Winston” markalı siqareti, 1 qutusunun dəyəri 30 manat olmaqla cəmi 5 qutu 150 manat dəyərində “Winchester” markalı siqareti, 1 qutusunun dəyəri 30 manat olmaqla cəmi 4 qutu 120 manat dəyərində “Pall Mall” markalı siqareti və 1 qutusunun dəyəri 30 manat olmaqla cəmi 6 qutu 180 manat dəyərində “Rothmans” markalı siqareti gizli olaraq talayıb, Zərərçəkmiş şəxs ümumilikdə 2.255 (iki min iki yüz əlli beş) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. İşin halları və dəlilləri: Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamla özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, tanışı Anar adlı şəxslə “torqoviy” deyilən ərazidə görüşərək, Binəqədi rayonunun ərazisinə gəlmişlər. Bu zaman onların hər ikisi sərxoş vəziyyətdə olmuşlar. O, üşüdüyündən Anar həyət evlərinin birindən «kofta» götürməyi təklif etmiş və onlar həyətlərin birinə daxil olaraq, oradan onun üçün «kofta», Anar üçün isə bir cüt ayaqqabı götürmüşlər. Lakin, həmin vaxt onlar kameraya düşdüyündən həyət sakinləri tərəfindən saxlanılmış və götürdükləri əşyalar onlardan alınmışdır. Bundan sonra gedib oğurluq etmişlər. Oğurluq etdikləri mağazaya o, tək daxil olmuşdur. Anar adlı şəxs isə onu bayırda gözləmişdir. O, əşyaları oğurlamış, daha sonra oğurladığı əşyaların bir qismini sataraq, Anar adlı şəxslə bölmüşlər. Bir neçə gün sonra polis bölməsindən onu çağırmışlar, o da polis bölməsinə getmişdir. Özünü Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilsə də, həmin Məcəllənin 177.2.1-ci maddəsi ilə təqsirli bilmir. Sonda Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə dəymiş ziyanı tam ödəməsini, zərərçəkmiş şəxslə barışıq əldə etməsini, ilk dəfə cinayət törətməsini, yaşının az olmasını nəzərə alaraq, məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq oğurluq etdiyi mağazaya tək daxil olduğunu və əşyaları oradan tək çıxardığını, Anarın oğurluqda hər hansı rolunun olmadığını, oğurladığı və əşyaların satışından əldə etdiyi puldan Anara 150 manat pul verdiyini, təzyiq altında və həyəcanlı olduğundan ibtidai istintaqda oğurluq əməlini Anarla birlikdə törətməsi barədə ifadə verdiyini bildirdi. Məhkəmə istintaqında Zərərçəkmiş şəxs ibtidai istintaq dövründə vermiş olduğu ifadəsini təsdiq edərək, cinayət nəticəsində ona vurulmuş ziyanın tam olaraq ödənildiyini və təqsirləndirilən şəxslə barışdıqlarını, Təqsirləndirilən şəxs qarşı hər hansı şikayət və tələbinin olmadığını bildirdi. Məhkəməyə dəvət edilməsinə baxmayaraq, şahid X4 məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə hər hansı məlumat verməmişdir. Cinayət prosesi iştirakçılarının razılığı ilə məhkəmə iclaslarında iştirak etməyən şahid X3 ibtidai istintaq dövründə vermiş olduğu ifadəsi elan olunmuş hesab edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: • “Cinayət işinin başlanılması və icraata qəbul edilməsi barədə” xx.xx.2025-ci il tarixli Qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmışdır (i.v. 1); • “hadisə yerinə baxış keçirilməsi barədə” xx.xx.2024-cü il tarixli Protokoldan görünür ki, hal şahidlərinin iştirakı ilə Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Binəqədi şossesi döngə 5 ünvanında yerləşən “Mini Bazar” adlı marketə baxış keçirilmiş və hadisə yerinin fotoşəkilləri çəkilərək protokola əlavə edilmişdir (i.v. 9-11); • “təqdim olunmuş əşyanın götürülməsi haqqında” xx.xx.2025-ci il tarixli Protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs təqdim etdiyi, Zərərçəkmiş şəxs icarə əsasında işlətdiyi Binəqədi şossesi, döngə 5 ünvanında yerləşən “Mini Bazar” marketdən oğurladığı 03 ədəd 0,5 litrlik şüşə butulkada “Jack Daniel`s” markalı spirtli içki və 03 ədəd blokda “Kent”, “Sobranie”, “Winston” markalı tütün məhsulları iş üzrə sübut əhəmiyyətinə malik olduğu üçün Təqsirləndirilən şəxs göstərdiyi Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Binəqədi şossesi döngə 5 ünvanının yaxınlığında yerləşən hündürmərtəbəli binanın bünövrəsinin töküldüyü yarımtikilinin həyətindən götürülmüşdür (i.v. 38-40); • “cinayət işi üzrə törədilmiş cinayət əməlinin tövsif edilməsi haqqında” xx.xx.2025-ci il tarixli Qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə əməl Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsindən həmin məcəllənin 177.2.1 və 177.2.3-cü maddələrinə tövsif edilmişdir (i.v. 63); • “təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” xx.xx.2025-ci il tarixli Qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir (i.v. 66-67); • Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 4(001)-35/2025 nömrəli qərarına əsasən Təqsirləndirilən şəxs barəsində 3 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, onun həbsdə saxlanılma müddətinin əvvəli 16 yanvar 2025-ci il tarixdən hesablanmışdır (i.v. 87-91); • Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur (i.v. 105); • “dəymiş maddi ziyanın ödənilməsi barədə” xx.xx.2025-ci il tarixli Protokoldan görünür ki, Təqsirləndirilən şəxs iş üzrə Zərərçəkmiş şəxs vurmuş olduğu ümumilikdə 2.255 (iki min iki yüz əlli beş) manat maddi ziyandan Təqsirləndirilən şəxs atası X1 iş üzrə Zərərçəkmiş şəxs 700 (yeddi yüz) manat pulu tam şəkildə ödəmişdir (i.v. 122); • "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli 14/2025 nömrəli məktubundan görünür ki, 26 dekabr 2024-cü il tarixə 01 blok “Sobranie” markalı siqaretin dəyəri 45 (qırx beş) manat, 01 blok “Kent” markalı siqaretin dəyəri 40 (qırx) manat, 01 blok “Winston” markalı siqaretin dəyəri 40 (qırx) manat, 03 ədəd “Jack Daniel`s” markalı, 0,5 litr ölçüdə “viski” spirtli içki məhsulunun hər birinin ayrı-ayrılıqda dəyəri isə 35 (otuz beş) manat təşkil edir (i.v. 128); • “dəymiş maddi ziyanın ödənilməsi barədə” xx.xx.2025-ci il tarixli Protokoldan görünür ki, Təqsirləndirilən şəxs iş üzrə Zərərçəkmiş şəxs vurmuş olduğu ümumilikdə 2.255 (iki min iki yüz əlli beş) manat maddi ziyandan Təqsirləndirilən şəxs atası X1 iş üzrə Zərərçəkmiş şəxs 1555 (min beş yüz əlli beş) manat pulu tam şəkildə ödəmişdir (i.v. 140); • “sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2025-ci il tarixli Qərardan görünür ki, Zərərçəkmiş şəxs məxsus mağazadan oğurlanmış əmlakın qiymətləri sonuncunun ifadəsində göstərdiyi dəyərlərdə götürülməsi nəzərə alınmış, Təqsirləndirilən şəxs götürülmüş 3 ədəd 0,5 litrlik şüşə butulkada “Jack Daniel`s” markalı spirtli içki və 3 ədəd blokda “Kent”, “Sobranie”, “Winston” markalı tütün məhsulları maddi sübut kimi tanınmış və məhkəmə baxışına qədər saxlanılması üçün zərərçəkmiş şəxsə qaytarılmışdır (i.v. 143- 152); • “Cinayət işinin materiallarından digər cinayət işinin ayrılması barədə” xx.xx.2025-ci il tarixli Qərardan görünür ki, Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək oğurluq etdiyi X5 barəsində ********* nömrəli cinayət işindən Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə ********* nömrəli cinayət işi ayrılmışdır (i.v. 143-155); • Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 4(001)-441/2025 nömrəli qərarına əsasən Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddətinin uzadılmasına dair verilmiş təqdimat təmin edilməmiş, o, məhkəmə iclas zalından həbsdən azad edilmişdir (cild İ); • “polisin nəzarəti altına vermə qətimkan tədbiri seçmə barədə” xx.xx.2025-ci il tarixli Qərara əsasən Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir (cild İ). Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi özünün ibtidai istintaq zamanı verdiyi etirafedici ifadələri, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidin ifadələri, hadisə yerinə baxış protokolu, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs özünü CM-nin 177.2.1-ci maddəsi ilə təqsirli bilməyərək, oğurluq hadisəsini tək törətdiyini bildirsə də, məhkəmə təqsirləndirilən şəxsin həmin ifadəsini işin həqiqi halları ilə uzlaşmayan özünümüdafiə xarakterli ifadə kimi qiymətləndirir. Belə ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilsə də, ibtidai istintaq dövründə vermiş olduğu ifadələrdə ona elan edilmiş ittihamla özünü tam təqsirli bilərək göstərmişdir ki, o, tanışı Anarla taksi ilə Binəqədi rayonu “Sentralni” adlanan əraziyə gəlmişdir. Onlar orada olan obyektlərin çoxunun kamerası olduğunu görüb həmin ərazidə oğurluq edəcəkləri təqdirdə saxlanacaqlarını başa düşüb oradan uzaqlaşıb Binəqədi şossesi ilə üzü “Xırdalan dairəsi” istiqamətində piyada şəkildə hərəkət etmişdirlər. Yolda gələn zaman o, yolun kənarından 13 ölçülü avtomobilin mühərriki üçün istifadə edilən açar tapıb üzərində saxlamışdır ki, harasa girəsi olsalar qapını və ya pəncərəni açmaqda istifadə edər. Bundan sonra onlar Binəqədi şossesi ilə hərəkət edən zaman yolun sağ kənarında yerləşən hündürmərtəbəli binaları görüb həmin əraziyə yaxınlaşmışlar ki, orada paltar mağazası varsa özləri və satmaq üçün paltar oğurlasınlar. Onlar həmin hündürmərtəbəli binaya yaxınlaşan zaman binanın altında “Mini Bazar” adlı ərzaq mağazası olduğunu görüb qərar vermişdirlər ki, oradan oğurluq etsinlər. Bu məqsədlə onlar xx.xx.2024-cü il tarixdə saat 03:30-da ətrafa baxıb onları heç kimin görmədiyinə əmin olduqdan sonra həmin mağazanın qapısına yaxınlaşıb Anar əlində olan açarı alüminium materialdan olan qapının çərçivəsinə salıb qanıran zaman o, da qapıya təzyiq göstərmiş və qapının kilidi açılmışdır. Bundan sonra onlar mağazanın içərisinə daxil olmuş və o, rəflərə yaxınlaşıb oradan 03 ədəd 0.5 litrlik şüşə butulkada “Jack Daniel`s” adlı spirtli içki olan viski götürmüşdür. Anar isə həmin mağazada olan kassanın içərisindən dəmir pullarla birlikdə 150 manat pul sayıb götürmüşdür. Məhkəmə Təqsirləndirilən şəxs təzyiq altında və həyəcanlı olduğu üçün ibtidai istintaqda oğurluq əməlini Anar adlı tanışı ilə birlikdə törətməsi barədə dediklərinə də tənqidi yanaşaraq qeyd edir ki, hazırki cinayət işi xx.xx.2025-ci il tarixdə başlanılmış, ittiham aktı isə xx.xx.2025-ci il tarixdə təsdiq edilərək məhkəməyə göndərilmişdir. Yəni, cinayət işinin ibtidai istintaqı 5 aydan artıq müddətdə davam etmişdir ki, Təqsirləndirilən şəxs bu 5 ay ərzində həyacanını yenib, ilkin ifadəsini dəyişmək üçün kifayət qədər vaxtı olmuşdur. Lakin, buna baxmayaraq Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə verdiyi ifadəsində də özünü tam təqsirli bilərək, oğurluq əməlini Anar adlı tanışı ilə törətdiyini bildirmişdir. Digər tərəfdən nə təqsirləndirilən şəxs, nə də onun müdafiəçisi ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsə təzyiq göstərilməsi barədə hər hansı orqana məlumat verməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarının 33-cü hissəsinə əsasən təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Cinayət prosesinin çəkişmə xarakterinin təmin olunduğu məhkəmə baxışı və təqsirləndirilən şəxsin bilavasitə dinlənilməsi məhkəməyə onun verdiyi məlumatlar üzrə qənaətə gəlmək üçün daha yaxşı imkan yaratdığından, məhkəmə sübut etmə predmetinə aid olan məsələyə dair nəticəyə gələrkən ilk növbədə təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsinə əsaslanmalı, onun ibtidai istintaq zamanı verdiyi ifadəsini əsas götürdükdə isə, bunun motivlərini göstərməli və hansı səbəblərə görə ibtidai istintaqda əldə olunmuş ifadəyə üstünlük verdiyini müxtəlif məzmunlu ifadələrin digər sübutlarla əlaqəli şəkildə təhlilini aparmaqla əsaslandırmalıdır. Hazırki halda məhkəmə Azərbaycan Respublikası Ali Məhkəməsinin göstərilən qərarındakı müddəaları nəzərə alaraq təqsirləndirilən şəxsin həm ibtidai istintaq dövründə, həm də məhkəmə istintaqı zamanı verdiyi ifadələrini işdə toplanmış digər sübutlarla müqayisəli şəkildə tədqiq edərək Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələrini daha inandırıcı hesab edir və onun məhkəmə istintaqı zamanı verdiyi ifadəni özünümüdafiə xarakterli ifadə kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci və 177.2.3-cü maddələrinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 mart 2005-ci il tarixli Qərarına görə mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir (2-ci hissə); özgə əmlakının talanması əməlini qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi tövsif edərkən, bilavasitə özgə əmlakının talanmasına yönəlmiş hərəkətlər edilənədək, cinayətin iştirakçıları arasında qabaqcadan belə bir əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün rolların bölüşdürülməsinə dair razılıq əldə edilməsi, həmçinin hər bir icraçı və cinayətin digər iştirakçıları tərəfindən hansı konkret hərəkətlər edilməsi araşdırılmalıdır (10-cu hissə); yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir (19cu hissə); bina dedikdə, istehsalat və ya digər xidməti məqsədlər üçün müvəqqəti olaraq insanların və ya maddi nemətlərin yerləşdirilməsi məqsədilə nəzərdə tutulmuş, mülkiyyət formasından asılı olmayan tikililər, qurğular başa düşülür (20-ci hissə). Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarının 1-ci bəndində məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl Cinayət Məcəlləsinin 177.2.1-ci və 177.2.3-cü maddələri ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarların şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə CM-nin 59-cü maddəsinə uyğun olaraq zərərçəkmiş şəxslə barışıq əldə etməsini, cinayət nəticəsində dəymiş ziyanı könüllü olaraq tamamilə ödəməsini, ilk dəfə cinayət törətməsini, yaşının az olmasını Təqsirləndirilən şəxs məsuliyyətini yüngülləşdirən hal qismində nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci və 177.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. CPM-in 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə həmçinin tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət daxildir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə tutulduğu və həbsdə olduğu ümumilikdə 04 (dörd) ay 28 (gün) müddət, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki günü hesabı ilə hesablanıb, ona təyin edilən azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla ona qəti cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs CM-in 52-1.2-ci maddəsində nəzərdə tutulmuş vəzifələri yerinə yetirməli, Cəzaların İcrası Məcəlləsinin 51-2.1 və 51-3.1-ci maddələrinin tələblərinə uyğun cəzasını yaşayış yeri üzrə çəkməli, cəzasının icrası müddətinin əvvəli isə onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Eyni zamanda Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli, iş üzrə maddi sübut qismində tanınmış 3 ədəd 0,5 litrlik şüşə butulkada “Jack Daniel`s” markalı spirtli içki və 3 ədəd blokda “Kent”, “Sobranie”, “Winston” markalı tütün məhsulları Zərərçəkmiş şəxs istifadəsində saxlanılmalıdır. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) hər iş saatı üçün 11 manat məbləğində haqq ödənilir. Məhkəmə hesab edir ki, bununla bağlı Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım göstərmiş 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 20 saat üçün nəzərdə tutulan 220 (iki yüz iyirmi) manat ödənilməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia yoxdur. Göstərilənlərə nəzərə alaraq və CPM-in 344-347, 349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 1 (bir) il 3 (üç) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə tutulduğu və həbsdə olduğu ümumilikdə 4 (dörd) ay 28 (gün) müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə iki gün hesabı ilə hesablanmaqla ona hazırkı hökmlə təyin olunmuş cəzadan çıxılsın və onun üzərində qəti olaraq 5 (beş) ay 4 (dörd) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə daimi yaşayış yerini hər gün gecə saat 22:00-dan növbəti gün səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Ağstafa rayonunun hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəzanın icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Ağstafa rayon icra və probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut qismində tanınmış 3 ədəd 0,5 litrlik şüşə butulkada “Jack Daniel`s” markalı spirtli içki və 3 ədəd blokda “Kent”, “Sobranie”, “Winston” markalı tütün məhsulları Zərərçəkmiş şəxs istifadəsində saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında göstərdiyi cəmi 20 saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı vəkil bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına 220 manat ödənilsin və həmin vəsaitin ödənilməsi Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Samir Nəsibov
Məhkəmə qərarları › İş №1(001)-403/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-403/2025
01.08.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver