Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-404/2022 06.12.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Əmirəliyev Fərid Mübariz oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Almazov Pərviz Məhərrəm oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1992-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmuş (məhkumluğu ödənilməmiş və ya götürülməmiş), işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, Ləhic bağları, dalan 39 yerləşən fərdi yaşayış evində yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra - CM) 177.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs ibtidai istintaq orqanı tərəfindən elan edilmiş ittihama əsasən o, özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 12 fevral 2022-ci il tarixdə saat 23 radələrində Zərərçəkmiş şəxs3 yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon, 3123 məhəllə, 15A saylı yaşayış binasının 40 nömrəli mənzilin giriş qapısının qarşısından Zərərçəkmiş şəxs3 məxsus dəyəri 1000 (bir min) manat təşkil edən qara rəngli, 29 ölçülü «Start» markalı 01 ədəd velosipedi gizli olaraq talamaqla zərərçəkmiş şəxsə 1000 (bir min) manat miqdarda maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrar özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 14 fevral 2022-ci il tarixdə saat 01-02 radələrində Zərərçəkmiş şəxs1 yaşadığı ünvan 2, 17 mərtəbəli yaşayış binasının 331 nömrəli mənzilinin giriş qapısının qarşısından Zərərçəkmiş şəxs1 məxsus olan dəyəri 160 (bir yüz altmış) manat təşkil edən 24 ölçülü narıncı rəngli «Start» markalı 01 ədəd velosipedi gizli olaraq talamaqla, zərərçəkmiş şəxsə 160 (bir yüz altmış) manat miqdarda maddi ziyan vurmaqla təkrar oğurluq etmişdir. Bundan əlavə, o, təkrar özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 15 fevral 2022-ci il tarixdə saat 23:19 dəqiqədə Zərərçəkmiş şəxs2 yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, X2 küçəsi 3123 nömrəli 18 mərtəbəli evin 12-ci mərtəbəsində yerləşən, 93 nömrəli mənzilin giriş qapısının qarşısından Zərərçəkmiş şəxs2 məxsus olan dəyəri 150 (bir yüz əlli) manat təşkil edən 24 ölçülü, göy rəngli, «Racer Topgear» markalı 01 ədəd velosipedi və dəyəri 150 (bir yüz əlli) manat təşkil edən 22 ölçülü, qara rəngli, «Stels» markalı 01 ədəd velosipedi gizli olaraq talamaqla, zərərçəkmiş şəxsə ümumilikdə 300 (üç yüz) manat miqdarda maddi ziyan vurmaqla təkrar oğurluq etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs CM-in 177.2.2-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, əvvəllər oğurluq, soyğunçuluq və sağlamlığa az ağır zərər vurma cinayətlərinə görə məhkum edilmişdir. Təxminən 02 ildir ki, narkotik vasitə qəbul edir və bu maddələrin aludəçisidir. Gündəlik narkotik vasitə tələbatını ödəmək üçün oğurluq etmək qərarına gəlmiş və bu məqsədlə 12 fevral 2022-ci il tarixdə, saat 23 radələrində 7-ci mikrorayon 3123-cü məhəllədəki hündürmərtəbəli binanın liftlə ən yüksək mərtəbəsinə qalxmış və həmin mərtəbədən pilləkanlərlə aşağı mərtəbələrə qədər düşmüşdür. Məqsədi blokun dəhlizində bəzi sakinlərin saxlamaq üçün qoyduqları velosipedləri oğurlamaq olmuşdur. Həmin binanın 9-cu mərtəbəsinə çatdıqda mənzilin giriş qapısının ağzında 28 ölçülü, üzərində “Start 29” sözləri yazılan qara rəngi 01 ədəd velosipedi götürüb ehmalca liftin qapısına qədər gətirmiş, liftin qapılarının açılmağını gözləmiş, sonra velosipedi liftə salmış, birinci mərtəbəyə hərəkət etdirən düyməyə basıb liftlə aşağı enmiş və velosipedi idarə edərək oradan uzaqlaşmışdır. Həmin gün axşam saatlarında Binəqədi rayonu, 3-cü mikrorayon dairəsi yaxınlığına gələrək rayon istiqamətində hərəkət edən taksi sürücülərinə oğurladığı velosipedin satışını təklif etmişdir. Həmin vaxt orada olan sürücüsünü xatırlamadığı, “Mercedes E Class” markalı, metallik rəngli, dövlət qeydiyyat nişanının sonu 857 və ya 867 ilə bitən taksi xidməti göstərən avtomobilin sürücüsü onun təklifilə razılaşmış və oğurladığı velosipedi 100 manat müqabilində almışdır. 14 fevral 2022-ci il tarixdə, gecə saat 01-02 radələrində Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayonda 17 mərtəbəli binanın liftlə 17-ci mərtəbəsinə qalxmış və həmin mərtəbədən pilləkanlərlə aşağı mərtəbələrə qədər düşmüşdür. Məqsədi blokun dəhlizində bəzi sakinlərin saxlamaq üçün qoyduqları velosipedləri oğurlamaq olmuşdur. Həmin binanın 13-cü mərtəbəsinə çatdıqda mənzilin giriş qapısının ağzında 24 ölçülü, üzərində “Start” sözləri yazılan narıncı rəngi 01 ədəd velosipedi götürüb ehmalca liftin qapısına qədər gətirmiş və sonra velosipedi liftə salıb, aşağı enmiş və velosipedi idarə edərək oradan uzaqlaşmışdır. Daha sonra sürücüsünü, dövlət qeydiyyat nişanını və markasını xatırlamadığı taksi xidməti göstərən avtomobillə velosipedi yaşadığı ünvana qədər gətirib satmaq məqsədi ilə gizlədərək saxlamışdır. 3-cü mikrorayon dairəsinə gəlib rayon istiqamətində hərəkət edən taksi sürücülərinə 1 ədəd velosipedə sahib olduğu və satmaq fikrində olduğumu bildirmiş, həmin gün alıcı tapa bilməmişdir. Buna görə də bir gün sonra, yəni 15 fevral 2022-ci il tarixdə, saat təxminən 23 radələrində Bakı şəhəri, Binəqədi rayonu, X2 küçəsindəki 18 mərtəbəli yaşayış binasının qarşısına gəlib, bloka daxil olaraq liftlə ən üst mərtəbəyə qalxmış, oradan pilləkanlarla aşağı mərtəbələrə düşməyə başlamışdır. Pilləkanlarla aşağı mərtəbələrə düşməyinə səbəb bina sakinlərinin mənzillərin giriş qapısının qarşısındakı dəhlizdə qoyub saxladıqları velosipedləri oğurlamaq olmuşdur. Bu məqsədlə həmin binanın 12-ci mərtəbəsində olarkən mənzillərin birinin giriş qapısının çöl tərəfində 2 ədəd velosipedin olduğunu görmüşdür. Velosipedlərin biri 24 ölçülü göy rəngli, digəri isə 22 ölçülü qara rəngli olmuşdur. 24 ölçülü göy rəngli velosiped üzərində “Racer” sözü, 22 ölçülü velosipedin üzərində isə “Stels” sözü yazılmışdır. Hər iki velosipedi götürüb liftə salmış və liflə aşağı düşdükdən sonra velosipedləri sükan hissəsindən tutaraq idarə edib uzaqlaşmışdır. Oradan birbaşa 3-cü mikrorayon dairəsində körpünün altına gələrək velosipedləri müəyyən yerə qoymuş və yaxınlıqdaki taksi xidməti göstərən sürücülərə velosipedin satışını təklif etmişdir. Bu vaxt uzaqdan 2 nəfər polis geyimli şəxsin ona tərəf gəldiyini görüb velosipedləri olduğu yerdə buraxıb yaxalanmamaq üçün oradan qaçaraq uzaqlaşmışdır. Zərərçəkmiş şəxslərə vurulmuş maddi ziyanı tamamilə ödəmiş və onlarla barışmışdır. Hazırda törətdiyi əməldən peşman olmasını və zərərçəkmiş şəxslərin ona qarşı heç bir şikayət və tələblərinin olmamasını qeyd edib məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs elan edilmiş CM-in 177.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır. Məhkəmə baxışı zamanı dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon Fərman Məikov küçəsi 1260-cı keçid, 29A sayli, 17 mərtəbəli yaşayış binasının 3-cü girişinin 331 nömrəli mənzilində ailəsi ilə birlikdə yaşayır. Hadisədən təxminən 1 il əvvəl Xətai rayonu, Əhmədli qəsəbəsi ərazisindən azyaşlı oğlu üçün 160 manat pulun müqabilində narıncı rəngli, “Start” markalı, 24 ölçülü 1 ədəd velosiped almışdır. Həmin velosipedi mənzilinin içərisində deyil, mənzilin giriş qapısından çöldə saxlayırdı. 14 fevral 2022-ci il tarixdə səhər saatlarında işə getmiş və saat 15-16 radələrində evə geri qayıtmışdır. Evə geri qayıdarkən diqqətini mənzilin giriş qapısının çölündə hər zaman saxladığı “Start” markalı velosipedin olmadığı cəlb etmişdir. O, velosipedin oğurlandığından şübhə edib binanın mühafizəçisini axtarmış və inzibati otağa düşərək təhlükəsizlik kameralarına diqqət yetirmişdir. Orada olarkən müəyyən etmişdir ki, əvvəllər tanımadığı, orta boylu arıq bədən quruluşlu cavan bir oğlan 14 fevral 2022-ci il tarixdə velosipedin olduğu mərtəbəyə qalxıb velosipedi oğurlayaraq liftdən istifadə etməklə daşıyıb binanı tərk etmişdir. O, dərhal yaxınlıqda olan 5-ci Polis Bölməsinə yaxınlaşaraq 16 fevral 2022-ci il tarixdə şikayət ərizəsi vermişdir. Baş vermiş oğurluq nəticəsində ona 160 manat maddi zərər dəymişdir. Araşdırmanın aparıldığı dövrdə ona məlum olmuşdur ki, ona məxsus velosipedi Təqsirləndirilən şəxs oğurlamış və sonunradan həmin şəxs tərəfindən velosiped Binəqədi RPİ-nin 5-ci Polis bölməsinə təhvil verilmişdir. Cinayət hadisəsi nəticəsində vurulmuş maddi ziyan tam şəkildə ödənildiyindən onun Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə baxışı zamanı dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Binəqədi rayonu, X2 küçəsi 3123 nömrəli 18 mərtəbəli yaşayış binasının 12-ci mərtəbəsində yerləşən 93-cü mənzildə ailəsi ilə birlikdə yaşayır. Hadisədən 1-2 il əvvəl azyaşlı oğlu və qızı üçün 2 ədəd, hər birinin dəyəri 150 manat olan velosiped almışdır. Həmin velosipedlərdən biri 24 ölçülü göy rəngli, “Racer Topgear” markalı, 22 ölçülü qara rəngli “Stels” markalı velosipedlər olmuşdur. Kiçik ölçülü velosipedi 6 yaşlı oğlu Mikayıl Niftizadənin, böyük ölçülü velosipedi isə qızı Mələk Niftizadənin gələcəkdə istifadəsi üçün öz vəsaiti hesabına alınmışdır. 15 fevral 2022-ci il tarixdə, təxminən saat 23:15 radələrində siqaret çəkmək məqsədi ilə mənzilin giriş qapısından çölə, yəni dəhlizə çıxmış və təxminən 5 dəqiqə sonra mənzilə geri dönmüşdür. Həmin vaxt hər iki velosiped mənzilin giriş qapısından çöldəki dəhlizdə olmuşdur. Bundan təxminən yarım saat sonra yenə də siqaret çəkmək üçün mənzilin giriş qapısından çöl dəhlizə çıxdıqda velosipedlərin yerində olmadığını aşkar etmişdir. Dəhlizə diqqət yetirdikdə əmin olmuşdur ki, velosipedlər oğurlanıb. Axşam saatları olduğu üçün heç kəsi narahat etməmiş, səhəri gün, yəni 16 fevral 2022-ci il tarixdə yaxınlıqda olan 5-ci Polis bölməsinə ərizə ilə müraciət etmiş və binanın təhlükəsizlik kameralarına nəzər saldığı zaman aşkar etmişdir ki, arıq bədən quruluşlu, qarayanız bir oğlan 15 fevral 2022-ci il tarixdə onun birinci dəfə siqaret çəkdiyi vaxtdan ber neçə dəqiqə sonra hər iki velosipedi oğurlayaraq binanı tərk etmişdir. Polis bölməsində aparılan araşdırma dövründə ona məlum olmuşdur ki, ona məxsus hər iki velosiped Təqsirləndirilən şəxs tərəfindən oğurlanmış və həmin şəxs 3-cü mikrorayon dairəsində velosipedləri satmaq istəyərkən polis əməkdaşlarını görüb həmin velosipedləri orada tərk edərək qaçmışdır. Sonradan polis əməkdaşları həmin velosipedləri tərk edildiyi yerdə aşkar etmişlər. Oğurluq nəticəsində ona ümumi 300 manat maddi ziyan dəymişdir. Cinayət hadisəsi nəticəsində vurulmuş maddi ziyan tam şəkildə ödənildiyindən onun Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə baxışı zamanı dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, yaşadığı bina 16 mərtəbəli yaşayış binasıdır və mənzili həmin binanın 9-cu mərtəbəsində yerləşir. Təxminən 2 il olar ki, o, «Binə» ticarət mərkəzindən 1000 manata 29 ölçülü, qara rəngli üzərində qırmızı rəngli cızığı olan «Start» markalanma yazısı olan velosipedi şəxsi istifadəsi üçün almışdır. Hər zaman həmin velosipedi yaşadığı binanın mənzilinin qarşısında olan dəhlizində saxlamışdır. Velosiped hər zaman dəmir barmaqlığa xüsusi bağlanan trost vasitəsi ilə bağlı saxlanılmışdır. 12 fevral 2022-ci il tarixdə təxminən saat 08 radələrində o, yaşadığı evdən ailə üzvləri ilə birlikdə çıxaraq Qusar rayonuna gedərkən özünə məxsus velosiped həmin yerdə olmuşdur. O, ailə üzvləri ilə birlikdə Qusar rayonuna gedərək gecəni həmin rayonda qalmış və 13 fevral 2022-ci il tarixdə axşam saatlarında yaşadığı ünvana qayıdıb özünə aid mərtəbəyə qalxdıqda velosipedin yerində olmamasını, yəni trostun kəsilərək velosipedin oğurlanmasını müəyyən etmişdir. Həmin gün gec olduğundan 14 fevral 2022-ci il tarixdə Binəqədi RPİ-nin 5-ci PB-nə gedərək oğurluq hadisəsi barədə məlumat vermiş və bundan sonra şikayət ərizəsi yazmışdır. Polis əməkdaşları tərəfindən hadisə yerinə gəlinərək hadisə yeri müayinə olunmuşdur. Hadisə nəticəsində ona 1000 manat maddi ziyan dəymişdir. İstintaq zamanı həmin oğurluq hadisəsinin Təqsirləndirilən şəxs tərəfindən törədilməsindən məlumatı olmuşdur. Cinayət hadisəsi nəticəsində vurulmuş maddi ziyan tam şəkildə ödənildiyindən onun Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə iclasına çağırılmış Şahid məhkəmə iclasında iştirak etməməsi nəzərə alınaraq, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilməklə ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində toplanmış material üzrə CM-in 177.2.2-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və istintaqı aparılması üçün icraata qəbul edilmişdir. Hadisə yerinə baxış keçirilməsi haqqında xx.xx.2022-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, 12 fevral 2022-ci il tarixdə olan oğurluq hadisəsi Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon, 3123 məhəllə, 15A saylı yaşayış binasının 40 nömrəli mənzilin giriş qapısının qarşısında baş vermişdir. Hadisə yerinə baxış keçirilməsi haqqında xx.xx.2022-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, 14 fevral 2022-ci il tarixdə olan oğurluq hadisəsi ünvan 2 ünvanda yerləşən 17 mərtəbəli evin 331 nömrəli mənzilin qarşısında baş vermişdir. Maddi sübut əhəmiyyətli əşyanın götürülməsi haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, ünvan 3 ünvanda quraşdırılmış müşahidə kamerasının qeydə aldığı Zərərçəkmiş şəxs1 məxsus 01 ədəd 24 ölçülü narıncı rəngli «Start» markalı velosipedin oğurlanmasına aid görüntülər maddi sübut əhəmiyyəti nəzərə alınaraq 01 ədəd CD diskə köçürülməklə götürülmüşdür. Baxış keçirilməsi haqqında xx.xx.2022-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, 15 fevral 2022-ci il tarixdə olan oğurluq hadisəsi Bakı şəhəri, Binəqədi rayonu, X2 küçəsi 3123 nömrəli 18 mərtəbəli evin 12-ci mərtəbəsində yerləşən, 93 nömrəli mənzilin giriş qapısının qarşısında baş vermişdir. Təqdim edilmiş ə.yaya baxış keçirilməsi və götürmə aparılması haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşən 3-cü mikrorayon dairəsində Təqsirləndirilən şəxs tərəfindən təqdim edilmiş üzərində «Racer» və «Stels» markalanma yazıları olan 02 ədəd velosiped maddi sübut olaraq götürülmüşdür. Təqdim edilmiş ə.yaya baxış keçirilməsi və götürmə aparılması haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, ünvan 4 ünvanda Təqsirləndirilən şəxs tərəfindən təqdim edilmiş üzərində «Start» markalanma yazısı olan 1 ədəd velosiped maddi sübut olaraq götürülmüşdür. Baxış keçirilməsi haqqında xx.xx.2022-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Zərərçəkmiş şəxs2 iştirakı ilə baxış keçirilmiş üzərində «Racer» və «Stels» markalanma yazıları olan 2 ədəd velosipedin ona məxsus olduğu müəyyən edilmişdir. Baxış keçirilməsi haqqında xx.xx.2022-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Zərərçəkmiş şəxs1 iştirakı ilə baxış keçirilmiş üzərində «Start» markalanma yazıları olan 1 ədəd velosipedin ona məxsus olduğu müəyyən edilmişdir. Şübhəli şəxsin tutulması haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 19 fevral 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Təqsirləndirilən şəxsə ittiham elan etmək haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-in 177.2.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə nəzərdə tutulan ittiham elan olunmuşdur. Vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Bakı şəhəri Binəqədi rayon prokuroru baş ədliyyə müşaviri Fuad Məmmədov tərəfindən Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsi üçün verilmiş müstəntiqin vəsatətinin müdafiəsindən imtina edilmiş və sonuncu saxlanıldığı Binəqədi RPİ-nin MSY-dən azad edilmişdir. Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2022ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 9/1238 nömrəli ekspert rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş təzə vəziyyətdə olan velosipedlərin 2022-ci ilin fevral ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 440 manat müəyyən edilir. “Start” markalı, 24 ölçülü, narıncı rəngli velosiped 1 ədədi 150 manat; “Racer Topgear” markalı, 24 ölçülü, göy rəngli velosiped 1 ədədi 150 manat; “Stels” markalı, 22 ölçülü, qara rəngli velosiped 1 ədədi 140 manat. Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 9/1239 nömrəli ekspert rəyindən görünür ki, analoji malların markası, modeli, orta texniki göstəricilərinə əsasən ekspertiza təyini haqqında qərarda göstərilən 01 ədəd yeni və saz vəziyyətdə olan, sürət qutulu, 29 ölçülü qara rəngli, «Start» markalı velosipedin 2022-ci ilin fevral ayına olan orta bazar qiyməti nəzəri qaydada təxminən 600 manat müəyyən edilir. Təqsirləndirilən şəxs barəsində axtarış elan edilməsi haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs seçilmiş qətimkan tədbirinin şərtlərini pozduğundan barəsində axtarış elan edilmişdir. Axtarışda olan şəxsin tutulması haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, axtarışda olan Təqsirləndirilən şəxs 07 mart 2022-ci il tarixdə tutularaq Binəqədi RPİnin MSY-nə təhvil verilmişdir. Vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Bakı şəhəri Binəqədi rayon prokuroru baş ədliyyə müşaviri Fuad Məmmədov tərəfindən Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsi üçün verilmiş müstəntiqin vəsatətinin müdafiəsindən imtina edilmiş və sonuncu saxlanıldığı Binəqədi RPİ-nin MSY-dən azad edilmişdir. Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2022ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Əşyaya baxış keçirilməsi və götürmə haqqında xx.xx.2022-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Zərərçəkmiş şəxs3 məxsus saz və işlək vəziyyətdə 1 ədəd göy rəngli 29 ölçülü «Star» markalı velosiped Şahid tərəfindən təqdim edilmiş və iş üçün maddi sübut əhəmiyyəti kəsb etdiyindən götürülmüşdür. Əşyanın tanınmaya təqdim edilməsi haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs3 tanınmaya təqdim edilmiş 1 ədəd göy rəngli 29 ölçülü «Star» markalı velosipedi tanıyaraq özünə məxsus velosiped olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs barəsində axtarış elan edilməsi haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs seçilmiş qətimkan tədbirinin şərtlərini pozduğundan barəsində axtarış elan edilmişdir. Axtarışda olan şəxsin tutulması haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, axtarışda olan Təqsirləndirilən şəxs 02 aprel 2022-ci il tarixdə tutularaq Binəqədi RPİnin MSY-nə təhvil verilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 4(001)-339/2022 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 1 ay 28 gün müddətə həbs qətimkan tədbiri seçilərək, həbsdə saxlanılma müddətinin əvvəli 02 aprel 2022-ci il tarixdən hesablanmışdır. Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin xx.xx.2022-ci il tarixli tələbnaməsindən və müvafiq hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 1(005)-358/2019 nömrəli hökmü ilə CM-in 180.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, həmin Məcəllənin 69.3 və 67.1-ci maddələrinə əsasən qəti olaraq 1 (bir) il 5 (beş) ay 24 (iyirmi dörd) gün müddətə azadlığın məhdudlaşdırılması və 3000 (üç min) manat cərimə cəzalarına məhkum edilmişdir. Sübutların qiymətləndirilməsi haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, 1 (bir) ədəd 24 ölçülü, narıncı rəngli «Start» markalı, 1 (bir) ədəd, 24 ölçülü göy rəngli, «Racer Topgear» markalı, 1 (bir) ədəd, 22 ölçülü, qara rəngli, «Stels» markalı, 1 (bir) ədəd, 29 ölçülü, göy rəngli, «Start» markalı velosipedlər iş üzrə maddi sübut kimi tanınaraq hət biri öz sahibinə geri qaytarılmış və Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon, Fərman Məlikov küçəsi 29A ünvanında quraşdırılmış müşahidə kamerasının qeydə aldığı cinayətin görüntülərini özündə əks etdirən 1 (bir) ədəd CD disk cinayət işi üzrə sübut kimi qiymətləndirilərək cinayət işinin materiallarına əlavə edilmişdir. Təqsirlədirilən şəxsə yenidən ittiham elan etmək haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-in 177.2.2-ci maddəsi ilə nəzərdə tutulan yenidən ittiham elan edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 4(001)-598/2022 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti 21 iyun 2022-ci il tarixədək uzadılmışdır. Məhkəməyə təqdim edilmiş Zərərçəkmiş şəxs1 ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmış, ona dəymiş ziyan ödənilmiş və heç bir şikayəti, tələbi yoxdur. Məhkəməyə təqdim edilmiş Zərərçəkmiş şəxs2 ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmış, ona dəymiş ziyan ödənilmiş və heç bir şikayəti, tələbi yoxdur. Məhkəməyə təqdim edilmiş Zərərçəkmiş şəxs3 ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmış, ona dəymiş ziyan ödənilmiş və heç bir şikayəti, tələbi yoxdur. Sumqayıt şəhər Probasiya Şöbəsinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 1(005)-358/2019 nömrəli hökmü ilə CM-in 180.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 1 (bir) il 5 (beş) ay 24 (iyirmi dörd) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına və 3000 (üç min) manat cərimə cəzasına məhkum edilmişdir. Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını 24 aprel 2021-ci il tarixdə tam çəkib qurtarmış, lakin 3000 (üç min) manat cərimə cəzası tam olaraq çəkilməmiş qalmışdır. Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 7(012)-516/2022 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 1(005)-358/2019 nömrəli hökmü ilə təyin edilmiş və ödənilməmiş 3000 (üç min) manat cərimə cəzasına münasibətdə “8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının tətbiq edilməsi barədə ərizəsi təmin edilməmişdir. Beləliklə məhkəmə, cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etiraf edici ifadəsi ilə yanaşı, mənbəyinin, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxslərin və şahidin ifadələri, eləcə də istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 177.2.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Qanunvericiliyin tələblərinə əsasən istintaq zamanı Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-in 177.2.2-ci maddəsi cinayətlərin təsnifatına görə az ağır cinayət hesab olunur. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, Təqsirləndirilən şəxs tərəfindən zərərçəkmiş şəxslərlə barışıq əldə edilməsini CM-in 59.1.12-ci maddəsinə əsasən, cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsini həmin Məcəllənin 59.1.13-cü maddəsinə əsasən və törətdiyi cinayət əməlini səmimi etiraf edərək əməlindən peşman olmasını həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilən zaman CM-in 58-ci maddəsinin tələbləri nəzərə alınmalıdır. Məhkəmədə iş materiallarından müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 1(005)-358/2019 nömrəli hökmü ilə məhkum edildiyi 1 (bir) il 5 (beş) ay 24 (iyirmi dörd) gün müddətə azadlığın məhdudlaşdırılması və 3000 (üç min) manat cərimə cəzalarına məhkum edilmişdir. Həmin hökm üzrə Təqsirləndirilən şəxs məhkum edildiyi azadlığın məhdudlaşdırılması cəzasını xx.xx.2021-ci il tarixdə tamamilə çəkib qurtarsa da, cərimə cəzası tam olaraq çəkilməmiş qalmışdır. Məhkəmə, CM-in 18.4.4-cü maddəsini rəhbər tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 1(005)- 358/2019 nömrəli hökmü ilə məhkum olunduğu cəzalar azadlıqdan məhrum etmə cəzası ilə bağlı olmadığından onun əməlində cinayətlərin residivinin olması nəzərə alınmamalıdır. Məhkəmədə, Təqsirləndirilən şəxs əməlində CM-in 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsinə baxaraq cəzasını yüngülləşdirən hallarla yanaşı, CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (az ağır cinayət olmasını), təqsirkarın şəxsiyyətini (əvvəllər məhkum olunmasını), təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Göstərilənlərə əsasən məhkəmə Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmasını, məhkum edildiyi cərimə cəzasının çəkilməmiş qalmasını, belə olan halda təqsirləndirildiyi maddənin sanksiyasında azadlıqdan məhrum etməyə nisbətən yüngül cəza növünün təyin edilməsinin ona tərbiyəedici və xəbərdaredici təsir göstərməyəcəyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 177.2.2-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Belə ki, məhkəmə, CM-in 41.2-ci maddəsinə müvafiq olaraq qeyd etməyi zəruri hesab edir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Digər tərəfdən qeyd edilməlidir ki, cəza, törədilmiş cinayətə görə yalnız tənbeh deyil, o, məhkumu qanunlara dəqiq riayət, ümum yaşayış qaydalarına hörmət ruhunda islah və yenidən tərbiyə etmək məqsədi daşıyır. Cəzanın mahiyyəti islah etmə və yenidən tərbiyə etmə ilə sıx bağlı olmaqla, cinayət əməlini törətmiş şəxsin şüurunda neqativ düşüncəni dəyişmək və onu hüququn tələblərinə riayət etməyə məcbur etmək istiqamətində dövlətin səylərindən ibarətdir. CM-in 60.1-ci maddəsinin tələblərinə görə bu Məcəllənin 59.1.8, 59.1.10—59.1.13cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Qanunun həmin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində CM-in 60.1-ci maddəsinə müəyyən edilmiş hallar olduğundan ona təyin olunacaq azadlıqdan məhrum etmə cəzası həmin maddədə nəzərdə tutulmuş həddən artıq ola bilməz. Çünki CM-in 60-cı maddəsində cəzanı yüngülləşdirən hallar olduqda qanunverici tərəfindən cəzanın təyin edilməsi qaydasının müəyyənləşdirilməsi cinayət qanununun əsas başlanğıclarından olan humanizm prinsipindən irəli gəlir. Buna dair cinayət qanunvericiliyinin tələbi ondan ibarətdir ki, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Cinayət törədən şəxs barəsində humanizm prinsipi təqsirkara nisbətən yüngül cəza növünü seçmək və tətbiq etməklə cəzanın məqsədinə nail olmanı nəzərdə tutur. Ona görə də, məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəza həddini müəyyən edərkən yuxarıda göstərilənlərdən başqa, onun cəzasını yüngülləşdirən halların olmasını, cəzasını ağırlaşdıran halların olmamasını həmçinin CM-in 60-cı maddəsinin tələblərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını təyin etməklə sosial ədalətin bərpasına, Cinayət Məcəlləsinin qanunçuluq, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin həyata keçməsinə, cəzanın məqsədlərinə və onun islah olunmasına nail olmaq olar. Məhkəmədə iş materiallarından müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs 19 fevral 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş və 21 fevral 2022-ci il tarixdə barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina edilərək həmin tarixdə saxlanıldığı Binəqədi rayon Polis İdarəsinin MSY-dən azad edilməklə barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Bundan sonra barəsində axtarış verilmiş Təqsirləndirilən şəxs 07 mart 2022-ci il tarixdə tutulmuş və 09 mart 2022-ci il tarixdə barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina edilərək həmin tarixdə saxlanıldığı Binəqədi rayon Polis İdarəsinin MSY-dən azad edilməklə barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı ümumilikdə 4 (dörd) gün müddətində şübhəli və təqsirləndirilən şəxs qismində tutulmuşdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – CPM) 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. CPM-in 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət, məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət və Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə, CM-in 69.3-cü maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs 19 fevral 2022-ci il tarixdən 21 fevral 2022-ci il tarixədək və 07 mart 2022-ci il tarixdən 09 mart 2022-ci il tarixədək şübhəli və təqsirləndirilən şəxs qismində tutulduğu ümumilikdə 4 (dörd) gün müddət, həbsdə saxlamanın bir günü azadlıqdan məhrum etmənin bir günü hesabı ilə hesablanıb, ona təyin ediləcək cəzadan çıxılmalıdır. CM-in 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Məhkəmə, CM-in 67.1-ci maddəsinə əsasən hesab edir ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 1(005)-358/2019 nömrəli hökmü ilə Təqsirləndirilən şəxs məhkum edildiyi və çəkilməmiş qalan 3000 (üç min) manat miqdarında cərimə cəzası hazırkı hökmlə ona təyin ediləcək cəzaya tamamilə birləşdirilməli və CM-in 68.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs hökmlərin məcmusu üzrə təyin olunacaq cərimə cəzası müstəqil icra olunmalıdır. CM-in 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələrində cəzasını çəkməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs, ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı, CM-in 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmədə iş materiallarından müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs barəsində elan edilmiş axtarış əsasında 02 aprel 2022-ci il tarixdə tutulmuş və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 4(001)-339/2022 nömrəli qərarı ilə barəsində 1 ay 28 gün müddətə həbs qətimkan tədbiri seçilərək həbsdə saxlanılma müddətinin əvvəli 02 aprel 2022-ci il tarixdən hesablanmış və sonuncu həmin tarixdən hazırkı vaxtadək həbsdə olmuşdur. CPM-in 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti ona təyin olunacaq cəza müddətinə daxil edilməli və cəza müddətinin əvvəli 02 aprel 2022-ci il tarixdən hesablanmalıdır. CM-in 68.2-ci maddəsinə əsasən müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə, nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum etmə, xüsusi və ya hərbi rütbədən, fəxri addan və dövlət təltifindən məhrum etmə və ya cərimə növlərində cəza ictimai işlər, islah işləri, intizam xarakterli hərbi hissədə saxlama, hərbi xidmət üzrə məhdudlaşdırma, azadlığın məhdudlaşdırılması və ya azadlıqdan məhrum etmə ilə toplandıqda, onlar müstəqil icra olunur. Məhkəmə, qeyd olunan qanunvericiliyin tələblərini rəhbər tutuaraq hesab edir ki, Təqsirləndirilən şəxs hökmlərin məcmusu üzrə təyin olunacaq cərimə cəzası müstəqil icra olunmalıdır. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə, CPM-in 132-ci maddəsinin tələblərinə əsasən hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış 1 (bir) ədəd, 29 ölçülü, göy rəngli, «Start» markalı velosipedin saxlanılması üçün sahibi Zərərçəkmiş şəxs3, 1 (bir) ədəd 24 ölçülü, narıncı rəngli «Start» markalı velosipedin saxlanılması üçün sahibi Zərərçəkmiş şəxs1, 1 (bir) ədəd, 24 ölçülü göy rəngli, «Racer Topgear» markalı və 1 (bir) ədəd, 22 ölçülü, qara rəngli, «Stels» markalı velosipedlərin saxlanılması üçün sahibi Zərərçəkmiş şəxs2 təhvil verilməsi nəzərə alınmalı, eləcə də iş üzrə sübut kimi qiymətləndirilmiş Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon, Fərman Məlikov küçəsi 29A ünvanında quraşdırılmış müşahidə kamerasının qeydə aldığı cinayətin görüntülərini özündə əks etdirən 1 (bir) ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan başqa məhkəmə, CPM-in 197 və 198-ci maddələrinə əsasən hesab edir ki, məhkəmə ekspertizalarının keçirilməsinə xərclənmiş ümumilikdə 100 (yüz) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulmalıdır. Müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqdim etdiyi hesabata əsasən o, ibtidai istintaqda və məhkəmə iclaslarında iştirak edərək təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə cəmi 33 (otuz üç) saat vaxt sərf etmişdir. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqsirləndirilən şəxsin müdafiəçisi qismində ibtidai istintaqda və məhkəmə iclaslarında iştirak edərək ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 33 (otuz üç) saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərdiyi cəmi 33 (otuz üç) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 193 (yüz doxsan üç) manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən CPM-in 132, 197-198, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 19 fevral 2022-ci il tarixdən 21 fevral 2022-ci il tarixədək və 07 mart 2022-ci il tarixdən 09 mart 2022-ci il tarixədək şübhəli və təqsirləndirilən şəxs qismində tutulduğu ümumilikdə 4 (dörd) gün müddət, həbsdə saxlamanın bir günü azadlıqdan məhrum etmənin bir günü hesabı ilə hesablanıb, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılaraq, üzərində 1 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 1(005)-358/2019 nömrəli hökmü ilə Təqsirləndirilən şəxs məhkum edildiyi və çəkilməmiş qalan 3000 (üç min) manat miqdarında cərimə cəzası hazırkı hökmlə ona təyin edilmiş cəzaya tamamilə birləşdirilsin və Təqsirləndirilən şəxs qəti olaraq 1 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlıqdan məhrum etmə cəzası və 3000 (üç min) manat məbləğində cərimə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisində çəksin. Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın əvvəli 02 aprel 2022-ci il tarixdən hesablanmaqla həbsdə saxlama müddəti ona təyin olunmuş cəza müddətinə daxil edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş cərimə cəzası müstəqil icra olunsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış 1 (bir) ədəd, 29 ölçülü, göy rəngli, «Start» markalı velosipedin saxlanılması üçün sahibi Zərərçəkmiş şəxs3, 1 (bir) ədəd 24 ölçülü, narıncı rəngli «Start» markalı velosipedin saxlanılması üçün sahibi Zərərçəkmiş şəxs1, 1 (bir) ədəd, 24 ölçülü göy rəngli, «Racer Topgear» markalı və 1 (bir) ədəd, 22 ölçülü, qara rəngli, «Stels» markalı velosipedlərin saxlanılması üçün sahibi Zərərçəkmiş şəxs2 təhvil verilməsi nəzərə alınsın. İş üzrə sübut növü kimi tanınmış 1 (bir) ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə ekspertizalarının keçirilməsinə xərclənmiş ümumilikdə 100 (yüz) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq X1 KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ ******************** S.W.İ.F.T. BİK CTREAZ 22 saylı məhkəmə ekspertizası mərkəzi VÖEN ********** hesab AZ34CTRE******************** saylı hesaba keçirilsin. Təqsirləndirilən şəxs göstərdiyi cəmi 33 (otuz üç) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 193 (yüz doxsan üç) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan olunduğu andan, Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Fərid Əmirəliyev
Məhkəmə qərarları › İş №1(001)-404/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-404/2022
06.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver