Məhkəmə qərarları › İş №1(001)-404/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №1(001)-404/2025

25.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(001)-404/2025 25.06.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Sadıqova Ayurə Vahid qızının sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Bəbirov Qədir Nadir oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X1, müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Dövlət ittihamçısı iştirakları ilə, xx.xx.1969-cu il tarixdə Ucar rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, R.Allahverdiyev küçəsi, nömrəsiz fərdi evdə yaşayan, Dövlət ittihamçısı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra - CM) 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat üzrə materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Aparılmış istintaq zamanı müəyyən olunmuşdur ki, xx.xx.2025-ci il tarixdə saat 10:00 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Xocasən qəsəbəsində yerləşən Zərərçəkmiş şəxs yaşadığı nömrəsiz fərdi yaşayış evinin qonaq otağında Dövlət ittihamçısı borclu olduğu 150(bir yüz əlli) manat pulu qaytarmaması səbəbindən aralarında şəxsi münasibətlərin pozulması zəmnində yaranmış mübahisə zamanı Dövlət ittihamçısı Zərərçəkmiş şəxs baş nahiyəsindən qəsdən iki dəfə yumruq zərbəsi vuraraq sol təpə nahiyyəsinin dərialtı hematoması ilə nəticələnən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül dərəcəli zərər vurmaqla, Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmənin hazırlıq iclasında cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Dövlət ittihamçısı CM-in 128-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə özünü təqsirli bilib, Zərərçəkmiş şəxs ilə barışdığını, ona dəymiş zərəri tam şəkildə ödədiyini, sonuncunun ondan heç bir şikayət və tələbinin olmadığını söyləyərək, barəsində olan iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmənin hazırlıq iclasında Zərərçəkmiş şəxs Dövlət ittihamçısı dediklərini təsdiq edərək, hazırda onunla barışdığını, ona qarşı şikayət və tələbinin olmadığını bildirmişdir. İş materiallarında olan və məhkəmədə tədqiq edilmiş: xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Dövlət ittihamçısı Zərərçəkmiş şəxs yüngül zərər vurmaya aid bədən xəsarət yetirməsi faktına görə CM-in 128-ci maddəsi ilə məhkəməyədək sadələşdirilmiş iş üzrə icraat başlanılmışdır. xx.xx.2025-ci il tarixli hadisə yerinə baxış keçirilməsi barədə protokol və ona əlavə edilmiş foto şəkillərdən görünür ki, hadisə Bakı şəhəri, Binəqədi rayonu, Xocasən qəsəbəsi, fərdi evin qarşısında baş vermişdir. xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs zərər çəkmiş şəxs qismində tanınmışdır. xx.xx.2025-ci il tarixli, 788 nömrəli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X3” X5 rəyindən görünür ki, Zərərçəkmiş şəxsnın bədən səthində aşkar olunmuş xəsarətlər- sol təpə nahiyyəsinin dərialtı hematoması bərk küt əşyanın (əşyaların) təsirindən qərarda göstərilən xx.xx.2025-ci il tarixdə əmələ gələ bilərdi və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddirlər. Vət.Zərərçəkmiş şəxs bədən səthində aşkar olunmuş xəsarətlərin xarakter lokalizasiyasını nəzərə alaraq demək olar ki, həmin xəsarət qərarda göstərilən şəraitdə, yəni insan bədəninin hissəsi (yumruq və s.) ilə edilmiş zərbə nəticəsində əmələ gələ bilərdi. Vət.Zərərçəkmiş şəxs bədən səthində aşkar olunmuş xəsarət bədənin əl çatan nahiyyəsində yerləşməsinə baxmayaraq, həmin xəsarətin şəxsin özü tərəfindən yetirilməsi və eləcə də onun öz boyu hündürlüyündən yıxılaraq yerin bərk səthinə dəyməsi nəticəsində əmələ gələ bilməsi üçün xarakterik deyildir. xx.xx.2025-ci il tarixli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin arayışından görünür ki, Dövlət ittihamçısı məhkumluğu yoxdur. xx.xx.2025-ci il tarixli, 5032 nömrəli “Narkotik vasitələrin və psixotrop maddələrin istehlak hallarının təyin edilməsi üçün müayinənin aparılması haqqında" aktdan görünür ki, Dövlət ittihamçısı narkotik vasitələrin və psixotrop maddələrin istehlakı aşkar edilməmişdir. xx.xx.2025-ci il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Dövlət ittihamçısı əməlində AR CM-nin 221.1-ci maddəsində nəzərdə tutulmuş cinayət tərkibi olmadığından onun barəsində həmin maddə ilə cinayət işinin başlanması rədd edilmişdir. Zərərçəkmiş şəxs tərəfindən Binəqədi rayon Məhkəməsinə ünvanlanmış xx.xx.2025ci il tarixli ərizədən görünür ki, o, Dövlət ittihamçısı ilə arasında 2 gün öncə barışmış və ona dəymiş maddi və mənəvi ziyan ödənilmişdir. Onun heç bir şikayət və tələbi yoxdur. Dövlət ittihamçısı tərəfindən Binəqədi rayon Məhkəməsinə ünvanlanmış xx.xx.2025ci il tarixli ərizədən görünür ki, Zərərçəkmiş şəxs ilə onun arasında barışıq əldə olunmuşdur. Məhkəmə, proses iştirakçılarını dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, Dövlət ittihamçısı Zərərçəkmiş şəxs ilə barışdığından, eləcə də sonuncunun ona qarşı heç bir şikayət və tələbi olmadığından o, cinayət məsuliyyətindən azad olunmalı və məhkəməyədək sadələşdirilmiş icraat üzrə materialına xitam verilməlidir. Belə ki, CM-in 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. CM-in 72-ci maddəsinin Qeyd hissəsinə əsasən şəxs bu Məcəllənin 72-73-2 və 74- 1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən məhkəməyədək sadələşdirilmiş iş üzrə icraati başlana bilməz, başlanılmış məhkəməyədək sadələşdirilmiş iş üzrə icraati üzrə icraata isə xitam verilməlidir). CPM-in 305.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclasında bu Məcəllənin 39-cu, habelə 40.3-cü və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə məhkəmə məhkəməyədək sadələşdirilmiş iş üzrə icraati və ya məhkəməyədək sadələşdirilmiş icraatın materialları üzrə icraata xitam verilməsi haqqında əsaslandırılmış qərar çıxarır. Cinayət təqibini istisna edən hallar ittihamın bir hissəsinə aid olduqda məhkəməyədək sadələşdirilmiş iş üzrə icraati üzrə icraata yalnız bu hissədə xitam verilir. CPM-in 40.1-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən və cəzadan azad etmə hallarının mövcudluğu cinayət təqibinin həyata keçirilməməsinə imkan verir. CPM-in 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün CM-in 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Beləliklə, məhkəmə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Dövlət ittihamçısı Zərərçəkmiş şəxs ilə barışdığını, prosessual qanununvericiliyin yuxarıda sadalanan müddəalarını nəzərə alıb hesab edir ki, CM-in 73.2-ci maddəsi tətbiq olunmaqla Dövlət ittihamçısı cinayət məsuliyyətindən azad edilməli və onun CM-in 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat üzrə materialına xitam verilməlidir. Müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqdim etdiyi hesabatlara əsasən o, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Dövlət ittihamçısı hüquqlarının müdafiəsinə cəmi 5 (beş) saat vaxt sərf etmişdir. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə məhkəməyədək sadələşdirilmiş iş üzrə icraatın materiallarını araşdırıb müəyyən etmişdir ki, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin müdafiəçisi qismində iştirak edərək ümumilikdə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin hüquqlarının müdafiəsinə 5 (beş) saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Dövlət ittihamçısı göstərdiyi cəmi 5 (beş) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 55 (əlli beş) manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Məhkəməyədək sadələşdirilmiş icraat üzrə materiala dair CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin iş üzrə mülki iddia, maddi sübut və ekspertiza xərci yoxdur. Göstərilənlərə əsasən və CPM-in 37, 39, 40, 43, 305, 321, 356, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsi tətbiq edilməklə Dövlət ittihamçısı həmin Məcəllənin 128-ci maddəsi ilə məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə cinayət məsuliyyətindən azad edilsin və iş üzrə icraata xitam verilsin. Dövlət ittihamçısı göstərdiyi cəmi 5 (beş) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 55 (əlli beş) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Qərar elan edildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilmədikə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Aynurə Sadıqova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar