Məhkəmə qərarları › İş №1(001)-405/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-405/2025

12.01.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-405/2025 12.01.2026 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi İbrahimova Aytəkin Nazim qızının sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Rəhimova Aynurə Şirzad qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikasının Baş X3 müdafiəsi üzrə idarəsinin Bakı şəhəri rayon məhkəmələrində X15 üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1993-cü il tarixdə Saatlı rayonu Bəylik kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, himayəsində bir azyaşlı uşağı olan, İİİ dərəcəli əlilliyi olan, orta təhsilli, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, Saatlı rayonu, Bəylik kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra - CM) 128, 221.3 və 315-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İşin faktiki halları:

1. Təqsirləndirilən şəxs ibtidai istintaq orqanı tərəfindən elan edilmiş ittihama əsasən o, 14 fevral 2025-ci il tarixdə, saat 09:50 radələrində ünvan 1 ünvanında fəaliyyət göstərən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X2 Bərpa Mərkəzinin inzibati binasında, həmin mərkəzin qəbul şöbəsində qeydiyyatçı vəzifəsində işləyən Zərərçəkmiş şəxs10 müraciət edərək həmin gün əlillik dərəcəsinin yenidən qiymətləndirilməsi üçün tibbi-sosial ekspert komissiyasında müayinədən keçirilməsini tələb etmiş, Zərərçəkmiş şəxs10 onun həmin gün müayinədən keçmələri nəzərdə tutulan şəxslərin siyahısında adının olmadığını görüb bu məsələni dəqiqləşdirmək üçün qeyd olunan mərkəzin qəbul şöbəsində qeydiyyatçı vəzifəsində çalışan iş yoldaşı Zərərçəkmiş şəxs11 yanına çağırıb Zərərçəkmiş şəxs11un da ona həmin gün müayinədən keçməsi üçün şəxsi işində olan mobil telefon nömrəsi ilə əlaqə saxladığı şəxsin müayinəyə gələ bilməyəcəyini deməsi səbəbindən adının 14 fevral 2025-ci il tarixdə müayinədən keçəcək şəxslərin siyahısından çıxarıldığını bildirməsindən sonra,o, həmin gün müayinədən keçirilməsi barədə tələblərini yerinə yetirmədiklərinə görə, saat 10 radələrində orada olan vətəndaşların və işçilərin gözü qarşısında, ictimai yerdə aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, cəmiyyətdə hamı tərəfindən qəbul edilmiş davranış qaydalarına və əxlaq normalarına etinasızlıq göstərərək, bilərəkdən özünü ictimai qaydaya qarşı qoymaqla, gücünü nümayiş etdirərək qəflətən oturduğu stuldan ayağa qalxıb ucadan qışqıraraq Zərərçəkmiş şəxs10 və Zərərçəkmiş şəxs11un üzərində zor tətbiq etmək məqsədilə onlara hücum edib özü ilə gəzdirdiyi dirsəkli əsanı silah qismində istifadə etməklə onların üzərinə atmış, dirsəkli əsa masanın üzərinə quraşdırılmış taxta arakəsməyə dəydiyindən Zərərçəkmiş şəxs10 və Zərərçəkmiş şəxs11un xəsarət almasının qarşısını almış, əsanın iş masasına dəyərək yerə düşməsindən sonra isə, o, öz hərəkətlərini davam etdirib iş masasına sol ayağı ilə təpik zərbəsi vurub masanın zədələnməsinə səbəb olaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə 38 manat dəyərində maddi zərər vurmaqla silah qismində əşyadan istifadə edərək ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması, belə zorun tətbiq edilməsi hədəsi ilə, eləcə də özgənin əmlakının zədələnməsi ilə müşayiət edilən qərəzli xuliqanlıq hərəkətləri törətmiş, bu vaxt DTSERA-nin Respublika X29 inzibati binasının içərisində xidmət aparan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsinin Binəqədi rayon mühafizə idarəsinin polis əməkdaşları ona yaxınlaşaraq sakitləşib, ictimai qaydalara əməl etməyə dəvət edib binadan həyətə çıxardıqda o, öz xuliqanlıq hərəkətlərini davam etdirib səs-küy salmağa davam edərək özünü yerə vurmuş, polis əməkdaşları onun özünə xəsarət yetirməsinin qarşısını almaq üçün yerdən qaldırandan sonra əynində olan hərbi geyim formasının gödəkcəsini soyunaraq gəzişərkən sakitləşməyib qəflətən həyətin giriş qapısının yaxınlığında olan masaya yaxınlaşaraq arvadı Şahid2 ilə birlikdə həmin idarəyə daxil olarkən arvadının əl çantasından aşkar olunaraq götürülüb həmin masaya qoyulmuş məişət təyinatlı cib bıçağını götürüb özünə xəsarət yetirəcəyini bildirərkən ona mane olmağa çalışan, polis xidməti geyim formasında ictimai qaydanın qorunması üzrə vəzifələrini yerinə yetirən hakimiyyət nümayəndələri Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsinin Binəqədi rayon mühafizə idarəsinin polis nəfərləri Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs7, Zərərçəkmiş şəxs8, Zərərçəkmiş şəxs6, həmin idarənin mülki mühafizə xidməti üzrə mühafizəçisi Zərərçəkmiş şəxs9, eləcə də ictimai qaydanın pozulmasının qarşısını alan Dövlət Tibbi-Sosial Ekspertiza və X1 və vətəndaşların müraciətləri ilə iş şöbəsinin mütəxəssisi vəzifəsində işləyən Zərərçəkmiş şəxs12 ona yaxın getsələr bıçaqla vuracağı ilə hədələyib müqavimət göstərməklə onların üzərində zor tətbiq edilməsi hədəsi ilə orada olan vətəndaşların gözü qarşısında ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qərəzli xuliqanlıq hərəkətlərini davam etdirmiş, bu zaman həmin yerdə polis xidməti geyim formasında xidməti vəzifələrini yerinə yetirən, hakimiyyət nümayəndəsi olan Azərbaycan Respublikası DİN-nin Baş Mühafizə İdarəsinin Binəqədi rayon mühafizə idarəsinin polis nəfəri, polis serjantı Zərərçəkmiş şəxs2 ona arxa tərəfindən yaxınlaşaraq bıçağın tiyəsindən tutub əlindən almağa çalışarkən ictimai qaydanın qorunması üzrə vəzifəsini yerinə yetirən hakimiyyət nümayəndəsinə müqavimət göstərməklə orada olan vətəndaşların gözü qarşısında ictimai yerdə aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, cəmiyyətdə hamı tərəfindən qəbul edilmiş davranış qaydalarına və əxlaq normalarına etinasızlıq göstərərək, bilərəkdən özünü ictimai qaydaya qarşı qoymaqla ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qərəzli xuliqanlıq hərəkətləri törədərək bıçağı əlindən buraxmayaraq Zərərçəkmiş şəxs2 sağlamlığa zərər vurmayan xəsarətə aid edildiyindən dərəcəsi təyin olunmayan sol əlin İİ barmağının səthi kəsilmiş yarası xəsarətini yetirəndən sonra həmin bıçaqla 1 dəfə sağ bud nahiyəsinə zərbə endirib sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığına yüngül zərərvurmaya aid sağ bud nahiyəsinin kəsilmiş yarası xəsarətini yetirib zor tətbiq etməklə müqavimət göstərərək qəsdən sağlamlığına yüngül zərər vurmuş, bununla da, o, silah qismində istifadə olunan əşyalardan istifadə etməklə ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən, ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə və digər şəxsə müqavimət göstərməklə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər törətməklə xuliqanlıq etmiş, habelə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vuraraq hakimiyyət nümayəndəsinə xidməti vəzifələrini yerinə yetirərkən zor tətbiq etməklə müqavimət göstərmişdir.

2. Bununla da, X6 CM-in 128, 221.3 və 315-ci maddələrində nəzərdə tutulan ittiham irəli sürülmüşdür. Proses iştirakçılarının ifadələri:

3. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs ifadəsində göstərmişdir ki, o hadisənin necə baş verdiyini ümumiyyətlə xatırlamır, sonradan videoçəkilişə baxanda görmüşdür ki, əlindəki əsa ilə stola vurmuş, bıçaqla özünə xəsarət yetirmək istəmişdir. Bu hərəkətə necə yol verdiyini isə xatırlamır. Belə ki, o baş verən hadisədən sonra huşunu itirmişdir, ayılanda görmüşdür ki, 7-ci polis bölməsindədir. Təcili yardım xidməti sakitləşməsi üçün ona iynə vurmuşdur. X23 gedəndə sağlam vəziyyətdə olduğunu bildirən təqsirləndirilən şəxs, sonradan 7-ci bölmədə özünə gələrkən görmüşdür ki, xəsarətləri var, sağ qabırğasının üstündə göynəmə hiss edir. Ona görə də ehtimal edir ki, onu orada vurmuşlar, lakin hadisəni xatırlamadığı üçün vurulma anı və səbəbini də bilmir. Onu vurduqları görüntünün kameraya düşdüyünü, yerə yıxılan zaman ona təpiklə vurduqlarını bildirmişdir. İfadəsinə davam edərək təqsirləndirilən şəxs hadisə baş verənədək olan hissəni belə xatırladığını bildirmişdir ki, fevral ayının 14-də X16 əlliliyin davamlılığı üçün komissiyadan keçəcəyi vaxtı həyat yoldaşının keysəriyyə olacağı vaxta dəyişmək istəmişlər. Bu zaman onlarla qardaşı əlaqə saxlamış və xahiş etmişdir ki, fevralın 14-nə olan görüşü dəyişsinlər. Lakin telefonda qardaşı ilə danışan adını bilmədiyi Mərkəzin əməkdaşı qardaşına bunun mümkün olmayacağını komissiyadan keçəcək şəxslərin əvvəlcədən müəyyən olunduğunu, əgər dəyişmək mümkün olarsa onlara zəng vuraraq xəbər edəcəklərini bildirmişdir. Məhkəmədə vaxtı nə üçün dəyişmək istəməsi soruşulduqda təqsirləndirilən şəxs müharibədən sonra işləmədiyini ona və ailəsinə anaatası və qardaşının baxdığını, hər dəfə Bakıya gələndə maşına 50 manat pul verməli olduqlarını, elə bu səbəbdən də birdəfəlik Bakıya əməliyyat üçün gələrkən müayinədən də keçməyin onun üçün qənaətə səbəb olacağını bildirmişdir. Lakin onlara vaxtın dəyişməsi ilə bağlı heç bir məlumat verilmədiyindən və əvvəlcədən də vaxtı dəyişməyin qeyrimümkün olacağını bildirdiklərindən, fevral ayının 13-də həyat yoldaşını keysəriyyə əməliyyatı ilə bağlı Bakı şəhərinə gətirdikdə belə qənaətə gəlmişdir ki, 1 gün də artıq qalıb müayinədən keçsin. Hətta Bakıda bacısı gildə olarkən qardaşının ona zəng vuraraq yeri dəyişmədikləri üçün zəng vurmadıqlarını və növbəsinin fevral ayının 14-də olmasını bildirməsi ilə səhər tezdən yəni 14 fevralda həyat yoldaşı ilə Mərkəzə getmişdir. Orada üstlərini yoxlamışlar, onun üzərindən alışqanı, yoldaşının üstündən isə meyvə bıçağını götürüb, stolun üstünə qoymuşlar. Bundan sonra içəri daxil olaraq, qeydiyyat şöbəsinə yaxınlaşmışlar. Orada bildirmişlər ki, adı siyahıda yoxdur, onu siyahıdan çıxarmışlar. O da hansı səbəbdən siyahıdan silinməsini soruşanda, qardaşının müraciət etdiyini bildirmişlər. Bu zaman onlara “axı siz qardaşıma deyibsiniz ki, dəyişmək mümkün olsa sizə xəbər edəcəyik”. Onlar isə inkar edərək bildirmişlər ki, biz elə söz deməmişik. Bundan sonra qeydiyyat şöbəsində sağ tərəfdə əyləşən xanımın onunla kobud rəftar etdiyini, beləliklə aralarında sözlü mübahisə yarandığını, ondan sonra baş verənləri isə xatırlamadığını bildirmişdir. İstintaqda ifadə verərkən hadisəni necə xatırladığına dair məhkəmədə ona verilən suala cavab olaraq təqsirləndirilən şəxs bildirmişdir ki, müstəntiqə ifadəni sərbəst verməmişdir. Orda da eynilə indiki kimi ifadə vermişdir ki, hadisəni xatırlamır. Müstəntiq bundan sonra kamera görünütülərini göstərmiş, sonra isə gördüklərini danışmağı təklif etmişlər. O, isə görüntüyə baxaraq gördüklərini danışmışdır. Daha sonra təqsirləndirilən şəxs bildirmişdir ki, ona ev dustaqlığı verildiyindən qeydiyyatda olduğu rayondan kənara çıxa bilmir. Bu səbəbdən də uzun müddətdir ki, dərman qəbul etmir. Lakin o dərmanlarını vaxtlı-vaxtında qəbul etmədikdə başındakı ağrılar, qulaq uğultusu onun sinirinə işləyir, gecələr yatmağa qoymur və özünə xəsarət yetirməyə başlayır. Hal-hazırda isə körpə uşağı vardır. Dərman qəbul etmədiyindən uşaq səsi də ona təsir edir və onu özündən çıxarır. Sonda məhkəməyə bildirmişdir ki, əvvəllər sağlam olmuş, tikintidə usta işləmiş, aya 1500 manata qədər qazanc əldə etmişdir. Müharibədən sonra isə əmək qabiliyyətini itirmiş, sinir sistemi pozulmuşdur, beyninin 35-40 faizi işləmir. Şiddətli ağrıları vardır. Qulağında güclü uğultular olur, gecələr yata bilmir, yuxusuzluqdan əziyyət çəkir. Dərmanlarını vaxtında qəbul etməsə səhhəti daha da pisləşir. Dəfələrlə intihar etmişdir. X17 və qeydiyyatda olduğu psixiatriya mərkəzində olmağı sevmir. Ona müharibə dövrü ilə bağlı durmadan suallar verilir. O isə həmin günləri qətiyyən xatırlamaq istəmir. İldə 4-5 dəfə ruhi əsəb xəstəxanasına müayinəyə getdiyini, orada stasionar müalicə aldığını, bəzi vaxtlar isə dərman yazdıraraq geri döndüyünü bildirən təqsirləndirilən şəxs, orada səs-küy çox olduğuna və fərqli ruhi xəstələr olduğuna görə xəstəxanada qala bilmədiyini, əksinə daha da əsəbləşdiyini bildirmişdir. Daha sonra ifadəsinə davam edərək, əsəbi olan vaxt etdiyi hərəkətləri heç vaxt xatırlamadığını, bəzən gecə saat 3-4-də ayılaraq küçədə olduğunu gördüyünü, bura necə gəlib çıxdığını belə anlamadığını bildirmişdir. Cəbrayıl və Qubadlı uğrunda gedən döyüşlərdə iştirak etdiyini, maşın idarə etdiyini, düşmənin atəşi ilə idarə etdiyi kamazın vurulduğunu, özünün isə mərmi dalğasından kontuziya aldığını bildirərək, intihardan əvvəl tez-tez onu kiminsə, elə bilki əsgər yoldaşlarının çağırdığını bildirmişdir. Sonda məhkəmədən körpə uşağı olduğunu bildirərək ədalətli qərar qəbul edilməsini xahiş etmişdir.

4. Məhkəmə baxışı zamanı dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, 14 fevral 2025-ci il tarixdə X28 qəbul məntəqəsində o və digər həmkarları xidmətdə olarkən Təqsirləndirilən şəxs qəbul şöbəsində əyləşən xanımlara yaxınlaşmış, daha sonra görmüşlər ki, səs-küy gəlir. Onlar da səs-küy gələn tərəfə getmişlər və görmüşlər ki, o təpiklə qəbul şöbəsindəki stola vurdu. Ona yaxınlaşıb sakitləşdirməyə çalışmışlar. Lakin o çox əsəbi olmuşdur. Onu həyətə çıxartmışlar ki, bir az hava dəysin özünə gəlsin. Lakin o özünü yerə yıxmış və başını yerə vurmağa başlamışdır. Səs-küyə digər postda xidmət aparan əməkdaşlar da köməyə gəlmişlər. Həmin vaxtı təqsirləndirilən şəxsin yanında həyat yoldaşı da olmuşdur. Təqsirləndirilən şəxs həyat yoldaşı ilə idarəyə daxil olanda onların üstlərini yoxlayan zaman onun həyat yoldaşının çantasından meyvə bıçağı çıxmışdır və bıçağı saxlanma yerinə qoymuşlar. Təqsirləndirilən şəxsi sakitləşdirib yola salan zaman Salamulla bıçağı götürüb özünə xəsarət yetirməyə başlamışdır. Salamulla bıçağı əlində gəzdirərək ona heç kimin yaxınlaşmamasını və özünə xəsarət yetirəcəyini demişdir. Səhv xatırlamırsa arxadan digər əməkdaş Zərərçəkmiş şəxs2 ona yaxınlaşmışdır ki, bıçağı onun əlindən alsın. Həmin vaxtı Zərərçəkmiş şəxs2 xəsarət almış, bu zaman Salamulla özünü itirdirmiş, onlar isə fürsətən istifadə edərək Salamullanı tutaraq, bıçağı əlindən almışlar, sonra isə onu bölməyə təhvil vermişlər. Daha sonra zərərçəkən ona verilən suallara cavab verərək bildirmişdir ki, şəxsin aqressiv davranmasının səbəbi əlilliyin bərpası mərkəzinin qərarı olmuşdur. Sonda özünün xəsarət almadığını, təqsirləndirilən şəxslə barışdığını, ona qarşı hər hansı bir tələbi olmadığını, təqsirləndirilən şəxsin X18 olduğunu bildirirək, məhkəmədən barışıq ərizəsinin nəzərə alınmasını xahiş etmişdir.

5. Məhkəmə baxışı zamanı dindirilmiş Zərərçəkmiş şəxs8 ifadəsində göstərmişdir ki, 14 fevral 2025-ci il tarixdə saat 11 radələrində X17 xidmət apararkən inzibati binanın qarşısında səs-küy eşidib ora getmişdir. Ora yaxınlaşanda Təqsirləndirilən şəxs sakitləşdirmək üçün həyətə çıxardıqlarını görmüşdür. Görmüşdür ki, şəxsin qolundan tutmuşlar ki, özünə xəsarət yetirməsin, daha sonra şəxs ürəyi sıxılır deyərək əynindən köynəyini çıxartmış, əsas giriş qapısına tərəf getmiş, onlar da Salamullanı müşayət etmişlər. Təqsirləndirilən şəxs qapıya yaxınlaşanda yoxlanış aparılan stolun üstündəki qutunun içərisindən bıçağı götürmüş və bıçaqla özünə xəsarət etmək istəmişdir. Bu zaman onlar Salamulla özünə xəsarət yetirməsin dəyə mane olmağa çalışmışlar. Həmin vaxt arxadan digər polis əməkdaşı Zərərçəkmiş şəxs2 Salamullaya yaxınlaşmış, elə onda da Tural xəsarət almışdır. Daha sonra onlar Təqsirləndirilən şəxs yerə yıxıb zərərsizləşdirmişlər, sonra da digər otağa aparmışlar, oradan da bölməyə məlumat vermişlər. Sonda özünün xəsarət almadığını, təqsirləndirilən şəxslə barışdığını, ona qarşı hər hansı bir tələbi olmadığını, təqsirləndirilən şəxsin X18 olduğunu bildirirək, məhkəmədən barışıq ərizəsinin nəzərə alınmasını xahiş etmişdir.

6. Məhkəmə baxışı zamanı dindirilmiş Zərərçəkmiş şəxs9 da eyni məzmunlu ifadə verərək bildirmişdir ki, hadisə 14 fevral 2025-ci il tarixdə o növbədə olarkən baş vermişdir. O, əsas giriş darvazasında postda dayandığını, qəbul şöbəsində səs-küy eşitdiyini, lakin postda tək dayandığı üçün postu tərk etmədiyini digər polis əməkdaşlarının isə səs-küy gələn tərəfə yaxınlaşdıqlarını bildirmişdir. Uzaqdan Təqsirləndirilən şəxs əməkdaşların sakitləşdirməyə çalışdıqlarını, onun isə əynindəki köynəyi soyunaraq yerə atdığını, daha sonra Təqsirləndirilən şəxs darvazaya tərəf gəldiyini, polis əməkaşlarının da onunla birgə hərəkət etdiyini, bu zaman Təqsirləndirilən şəxs onun olduğu posta yaxınlaşdığını və stolun üstündən bıçağı götürərək yellətdiyini və mənə yaxınlaşmayın dediyini eşitdiyini ifadəsinə əlavə etdi. Şahid ifadəsinə onu da əlavə edərək bildirdi ki, həmin vaxtı arxa tərəfdən digər polis əməkdaşı Zərərçəkmiş şəxs2 yaxınlaşaraq bıçağı onun əlindən almaq istəyəndə xəsarət almışdır. Bundan sonra Salamullanı otağa apardıqlarını, daha sonra isə bölməyə təhvil verdiklərini bildirən şahid ona verilən suala belə cavab verdi ki, “Salamulla bıçaq əlində deyirdi ki, mənə yaxın gəlməyin özümə xəsarət yetirəcəm. Zərərçəkmiş şəxs2 də bıçağı onun əlindən almağa çalışanda xəsarət almışdır”. Sonda özünün xəsarət almadığını, təqsirləndirilən şəxslə barışdığını, ona qarşı hər hansı bir tələbi olmadığını, təqsirləndirilən şəxsin X18 olduğunu bildirirək, məhkəmədən barışıq ərizəsinin nəzərə alınmasını xahiş etmişdir.

7. Məhkəmə baxışı zamanı dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, X28 Dövlət Tibbi Sosial Ekspertiza və Reablitasiya mərkəzində xidmət aparır. Orada 10 nəfər polis əməkdaşı, 2 nəfər mülki mühafizə xanım və 3 nəfər mülki mühafizənin xidmət apardığını, özünün isə həmin mühafizəçilər üzərində rəhbər təyin olunduğunu bildirmişdir. Hadisə günü ona məlumat verilmişdir ki, bir nəfər vətəndaş var, qazidir, psixoloji komissiya olan zalda səs-küy yaradır, asayişi pozur. Dərhal ora getmiş və görmüşdür ki, həmin vətəndaş, yəni Təqsirləndirilən şəxs koordinator və işçilərlə sərt şəkildə danışır. Təqsirləndirilən şəxs yaxınlaşaraq özünü təqdim etdiyini və onu nizam-intizama dəvət etdiyini, lakin Təqsirləndirilən şəxs yenə sakitləşmədiyini, oradakı stola təpik vurduğunu bildirmişdir. Şahid ifadəsinə davam edərək yanında olan polis serjantı Zərərçəkmiş şəxs6 və Zərərçəkmiş şəxs3 ilə birlikdə Təqsirləndirilən şəxs çölə dəvət etdiyini və orada onu sakitləşdirdiklərini, Təqsirləndirilən şəxs özünə gələndən sonra giriş qapısında dayanan mülki mühafizə Günel xanıma Təqsirləndirilən şəxs götürdüyü bıçağı şəxsin həyat yoldaşına geri qaytarmasına göstəriş verdiyini, Günel xanımın da bıçağı Təqsirləndirilən şəxs həyat yoldaşına qaytardığını, Təqsirləndirilən şəxs darvazadan çıxıb getdiyini, amma sonra bıçaqla təkrar içəri daxil olduğunu, özünə xəsarət yetirmək istədiyini, bu zaman özünün ona yüksək səs tonu ilə bıçağı yerə atmalı olduğunu bildirdiyini, qarşıya keçərək, bıçağı götürmək istəyəndə bıçağın barmağını kəsdiyini, həm də sağ buduna batdığını, bu zaman təqsirləndirilən şəxsə güc tətbiq edərək, yerə yıxdığını və bıçağı əlindən aldığını, daha sonra isə bölməyə məlumat verərək, Təqsirləndirilən şəxs bölməyə təhvil verdiklərini bildirmişdir. Sonda təqsirləndirilən şəxslə barışdığını, ona qarşı hər hansı bir tələbi olmadığını, təqsirləndirilən şəxsin X18 olduğunu bildirirək, məhkəmədən barışıq ərizəsinin nəzərə alınmasını xahiş etmişdir.

8. Məhkəmə baxışı zamanı dindirilmiş Zərərçəkmiş şəxs6 ifadəsində göstərmişdir ki, 14 fevral 2025-ci il tarixdə X17 xidmət apararkən səs-küy eşitmişlər. Dərhal çölə çıxmışlar və görmüşlər ki, Təqsirləndirilən şəxs stola təpik vurur. Onu qolundan tutaraq çölə çıxartmışlar ki, hava dəysin sakitləşsin. O, çöldə özünü yerə yıxmış, başını yerə vurmağa başlamışdır. Daha sonra Təqsirləndirilən şəxs qapıya çıxanda əynindən köynəyini çıxardaraq, bıçağı götürmüşdür. Şahid ifadəsinə davam edərək bildirmişdir ki, onun bizi vurmaq niyyəti yox idi. Biz isə onun əlindən bıçağı almaq istəyirdik ki, özünə xəsarət yetirməsin. O sadəcə əli ilə bıçağı yellədərək gəlməyin deyirdi. Zərərçəkmiş şəxs2 isə ona yaxınlaşıb bıçağı əlindən almaq istəyəndə xəsarət almışdır. Sonda özünün xəsarət almadığını, təqsirləndirilən şəxslə barışdığını, ona qarşı hər hansı bir tələbi olmadığını, təqsirləndirilən şəxsin X18 olduğunu bildirirək, məhkəmədən barışıq ərizəsinin nəzərə alınmasını xahiş etmişdir.

9. Məhkəmə baxışı zamanı dindirilmiş Zərərçəkmiş şəxs5 ifadəsində göstərmişdir ki, o, səfərbərlik korpusunda xidmət aparır. Hadisə olan vaxtı həmkarı Kamilin yanına olmuşdur. Səs-küy salan Təqsirləndirilən şəxs sakitləşdirmək məqsədilə həyətə çıxartdıqlarını, bu zaman Salamullanın çöldə yerə yıxıldığını, başını yerə vurduğunu, əynindəki köynəyi çıxartdığını, bir müddətdən sonra sakitləşdiyini, lakin sonradan Salamullanın stolun üstündən bıçağı götürərək yellətdiyini, əlindən bıçaq alınandan sonra bölməyə təhvil verildiyini bildirən şahid ona verilən suallara isə belə cavab vermişdir ki, təqsirləndirilən şəxsi sakitləşdirmək üçün çölə çıxardanda o özünü yerə vurmuş və durmadan özünə xəsarət yetirirmiş. Sonda özünün xəsarət almadığını, təqsirləndirilən şəxslə barışdığını, ona qarşı hər hansı bir tələbi olmadığını, təqsirləndirilən şəxsin X18 olduğunu bildirirək, məhkəmədən barışıq ərizəsinin nəzərə alınmasını xahiş etmişdir.

10. Məhkəmə baxışı zamanı dindirilmiş hüquqi şəxsin səlahiyyətli nümayəndəsi Nümayəndə ifadəsində göstərmişdir ki, bildiyi qədəri ilə növbə günü ilə bağlı mübahisə yaranmışdır, təqsirləndirilən şəxslə əməkdaşlar arasında nə isə anlaşılmazlıq olmuşdur. Lakin hadisə vaxtı o özü orada olmamışdır. Hadisəni videogörüntlərdə görmüş və iş yoldaşlarından eşitmişdir. Hal-hazırda təqsirləndirlən şəxsə qarşı hər-hansı bir şikayət və tələblərinin olmadığını bildirirək məhkəmədən ərizələrinin nəzərə alınmasını xahiş etmişdir.

11. Məhkəmə baxışı zamanı dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsində göstərmişdir ki, X28 Dövlət Tibbi Sosial Ekspertiza və Reablitasiya mərkəzində qapı postunda xidmət aparır. Hadisə baş verən günü Təqsirləndirilən şəxs həyat yoldaşı ilə birgə gəldiyini, yoxlama zamanı onun xanımının əl çantasından meyvə bıçağı çıxdığını, o bıçağı götürərək, qutuya qoyduğunu və onları içəri yola saldığını, bir müddət sonra isə səs-küy gələn tərəfə gedəndə Təqsirləndirilən şəxs oraları dağıtdığını görüdüyü bildirən şahid Salamullanın bıçağı götürərək əlində yellətdiyini, özlərinin ona yaxınlaşmağa icazə vermədiyini, özünə xəsarət yetirmək istədiyini bildirdi. Daha sonra şahid ona verilən suallara cavab olaraq bildirmişdir ki, həmin vaxtı Zərərçəkmiş şəxs2 adlı əməkdaşın bıçağı ondan almaq istəyəndə əlindən və ayağından xəsarət almışdır. Təqsirləndirilən şəxs çox əsəbi olmuş, özünü vurmuş, köynəyinin yaxasını cırmış, özünə xəsarət yetirmək istəmişdir. Sonda təqsirləndirilən şəxslə barışdığını, ona qarşı hər hansı bir tələbi olmadığını, təqsirləndirilən şəxsin X18 olduğunu bildirirək, məhkəmədən barışıq ərizəsinin nəzərə alınmasını xahiş etmişdir.

12. Məhkəmə baxışı zamanı dindirilmiş Zərərçəkmiş şəxs7 ifadəsində göstərmişdir ki, X29 daxilində hərbi xidmət üzrə səfərbərlik korpusunda xidmət aparır. Səs-küy olan zaman hadisə baş verən korpusa yaxınlaşmış, Təqsirləndirilən şəxs sakitləşdirməyə çalışmışdır. Lakin onun bıçağı necə götüməsini görməmişdir. Belə ki, o korpusa yaxınlaşan zaman bıçaq artıq təqsirləndirilən şəxsin əlində olmuşdur. Şahid daha sonra ona verilən suala cavab verərək bildirmişdir ki, 1 ildir ki, orada işləyir, bu cür hadisələr mərkəzdə çox olur. Təqsirləndirilən şəxs bıçaqla özünə xəsarət yetirmək istədiyini, polislər onu tutmasının deyə bıçağı əlində yellətdiyini bildirən şahid, zərərçəkmiş şəxs Mehtiyev Turalın bıçağı Təqsirləndirilən şəxs əlindən almaq istəyəndə yan hissəsindən xəsarət aldığını, özlərinin isə cəld təqsirləndirilən şəxsi zərərsizləşdirərək yan otağa apardıqlarını, orada isə bölməyə məlumat verdiklərini ifadəsinə əlavə etmişdir. Sonda özünün xəsarət almadığını, təqsirləndirilən şəxslə barışdığını, ona qarşı hər hansı bir tələbi olmadığını, təqsirləndirilən şəxsin X18 olduğunu bildirirək, məhkəmədən barışıq ərizəsinin nəzərə alınmasını xahiş etmişdir.

13. Məhkəmə baxışı zamanı dindirilmiş Zərərçəkmiş şəxs10 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs 14 fevral 2025-ci il tarixində səhər saatlarında əyani müayinə üçün komissiyaya yaxınlaşmış, adının siyahıda olmadığını bildikdə isə özündən çıxaraq əlindəki əsa ilə komputerə və ayağı ilə stola təpik vurmuşdur. Bundan sonra səsküyə mühafizə polisləri yaxınlaşmış və onu çölə çıxarmışlar. Daha sonra ona verilən suala cavab olaraq bildirmişdir ki, onu əvvəlcə şahid qismində tanımışlar, daha sonra videokameralara baxandan sonra isə rəhbərliyin göstərişi ilə zərərçəkmiş şəxs qismində tanınmışdır. Sonda özünün xəsarət almadığını, təqsirləndirilən şəxslə barışdığını, ona qarşı hər hansı bir tələbi olmadığını, vətən müharibəsi iştiakçısı olduğunu bildirirək, məhkəmədən barışıq ərizəsinin nəzərə alınmasını xahiş etmişdir.

14. Məhkəmə baxışı zamanı dindirilmiş Zərərçəkmiş şəxs12 ifadəsində göstərmişdir ki, ilk qəbul idarənin giriş qapısındadır və o, orada xidmət aparır. Həmin günü hərbi komissiya günü olduğunu və bu barədə siyahının da ona verildiyini bildirən şahid çıxışına davam edərək bildirmişdir ki, Təqsirləndirilən şəxs hadisə baş verən günü ona yaxınlaşmış və bildirmişdir ki, onu hərbi komissiyaya dəvət ediblər. O, isə siyahıya baxaraq Salamullanın adının siyahıda olmadığını görmüş və bu barədə onu məlumatlandırmışdır. Bundan sonra Təqsirləndirilən şəxs anidən əsəbləşmiş və özündən çıxmışdır. Onu polislər çölə çıxardaraq, sakitləşdirməyə çalışmışlar. Bu proses 15-20 dəqiqə davam etmiş, sonra Təqsirləndirilən şəxs çıxışa tərəf getmiş və anidən mühafizə postunda saxlama qutusundan nəsə götürmüşdür. Ondan sonra özünü doğramağa çalışmış, həmin vaxtı polislər bıçağı onun əlindən almağa çalışanda isə Zərərçəkmiş şəxs2 xəsarət almışdır. Daha sonra ona verilən suala cavab olaraq bildirmişdir ki, onu əvvəlcə şahid qismində tanımışlar, daha sonra videokameralara baxandan sonra isə rəhbərliyin göstərişi ilə zərərçəkmiş şəxs qismində tanınmışdır. O, müstəntiqə zərər çəkmədiyini, sadəcə hadisənin şahidi olduğunu bildirdiyini, buna baxmayaraq onu zərərçəkən qismində tanıdıqlarını, özünün xəsarət almadığını, təqsirləndirilən şəxslə barışdığını, ona qarşı hər hansı bir tələbi olmadığını, təqsirləndirilən şəxsin X18 olduğunu bildirirək, məhkəmədən barışıq ərizəsinin nəzərə alınmasını xahiş etmişdir.

15. Məhkəmənin xx.xx.2025-ci il tarixli iclasında Zərərçəkmiş şəxs11 ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, o Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı hər hansı bir şikayət və tələbi yoxdur, işləri ilə əlaqədar məhkəmə prosesində iştirak edə bilmir, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş edir.

16. Məhkəmənin xx.xx.2025-ci il tarixli iclasında Şahid1 ərizə ilə məhkəməyə müraciət edərək, cinayət işi üzrə ibtidai istintaq zamanı şahid kimi tanınmasını və ifadə verməsini, hazırda işləri ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilmədiyini, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və ifadəsinin elan olunmasını xahiş etmişdir.

17. Məhkəmənin xx.xx.2025-ci il tarixli iclasında təsirləndirilən şəxs vəsatət verərək qardaşı X11 şahid qismində tanınaraq ifadəsinin alınmasını xahiş etmiş, məhkəmə müdafiə tərəfinin vəsatətini təmin edərək, onu şahid qismində dindirmişdir. Şahid X33 bildirmişdir ki, Təqsirləndirilən şəxs onun qardaşıdır. O, X29 operatoruna qardaşının yoldaşının əməliyyat olunacağını, ona görə də fevralın 14-də gələ bilməyəcəyini, vaxtı dəyişməyi xahiş etdiyini bildirmişdir. Qardaşının bəzən dili söz tutmadığından qeydiyyatda həm onun, həm də qardaşının nömrəsinin olduğunu bildirən şahid izah verərək bildirmişdir ki, həmin gün Mərkəzə gedə bilməmələrinin səbəbi qardaşının həyat yoldaşının səhhəti ilə bağlı problemlərinin olması, elə bu səbəbdən də keysəriyyə əməliyyatının sonraya saxlanılması idi. Şahid operatorun ona vaxtı dəyişməyin qeyri-mümkün olduğunu, əgər dəyişə bilsələr məlumat verəcəklərini bildirmişdir. Baş verən bu hadisədən isə sonradan məlumatlı olduğunu, qardaşını 7-ci PB-nə apardıqdan sonra onlara məlumat verdiklərini bildirən şahid onu da ifadəsinə əlavə etmişdir ki, qardaşı dərmanları vaxtlı-vaxtında qəbul etməyəndə əsəbi olur, tez özündən çıxır və durmadan özünə xəsarət yetirməyə çalışır.

18. Məhkəmənin xx.xx.2025-ci il tarixli iclasında təsirləndirilən şəxsin müdafiəçisi vəsatət verərək Təqsirləndirilən şəxs həyat yoldaşı Şahid2 ibtidai istintaq zamanı şahid qismində tanınraraq ifadəsinin alınmasını nəzərə alaraq, məhkəmə iclasında da şahid qismində tanınaraq ifadəsinin alınmasını xahiş etmiş, məhkəmə müdafiə tərəfinin vəsatətini təmin edərək, onu şahid qismində dindirmişdir. Şahid ifadə verərək bildirmişdir ki, keysəriyyə əməliyyatı olunmaq üçün yoldaşı ilə birlikdə xəstəxanaya getmiş, həmin vaxtı X8ynının nömrəsinə zəng gəlmişdir. Qaynı da bu barədə yoldaşına demişdir. Elə olmuşdur ki, onun əməliyyat vaxtı başqa tarixə təxirə düşmüşdür. Ona görə də həyat yoldaşı Təqsirləndirilən şəxs Bərpa Mərkəzinə müayinəyə gedəsi olmuşdur. Sabahı gün o, həyat yoldaşıyla birlikdə mərkəzə getmiş, təzyiqi olduğu üçün mütəmadi limon yediyindən, çantasında limonu kəsmək üçün balaca bıçaq saxlamışdır. Mərkəzə daxil olanda qapıda bıçağı mühafizəyə verərək içəri daxil olmuşlar. Hamilə olduğundan ayaq üstə dura bilməmiş, bu səbəbdən də içəridə əyləşmişdir. Salamulla isə qeydiyyat şöbəsinə yaxınlaşaraq söhbət etmişdir. Birdən görmüşdür ki, qəfil Salamullanın halı dəyişmiş və təpiklə stola vurmuş, özünü yerə tullamışdır. Polislər Salamullanın qolundan tutub onu çölə çıxarmışlar. Daha sonra təcili yardım maşını gəlmiş, Salamulla bir az özünə gələn kimi polislər onu buraxmışlar. Salamulla həmin vaxtı qaçıb stolun üstündən bıçağı götürmüşdür. Şahid ifadəsində davam edərək bildirmişdir ki, “Salamulla bıçaqla öz qolunu doğramaq istəyirdi. Bu ilk deyil, o, dəfələrlə özündə olmayıb və qollarını kəsmiş, amma kənar şəxslərə heç vaxt xəsarət yetirməmişdir. Həmin gün Salamulla bıçağı götürən kimi köynəyinin qolunu çırmaladı ki, biləklərini kəssin. Polislər bunu görən kimi onu tutdular ki, özünə xəsarət yetirməsin. Elə bıçaq, polislər bıçağı onun əlindən almaq istəyəndə polis əməkdaşına dəymişdir. Həmin vaxtı Salamulla özündə olmamışdır, o, xeyli müddətdən sonra özünə gəlmişdi və ayılanda da ona demişdir ki, o niyə bura gəlmişdir? Nə baş veribdir? Salamulla həmişə evdə özünə xəsarət yetirəndə də sonradan hadisəni xatırlamır. Ayda 2-3 dəfə belə halların olduğunu, bu zaman ancaq özünə xəsarət yetirdiyini, həmin vaxt özünə xəsarət yetirməsin deyə onun əl-qolunu iplə bağladığını bildirən şahid, Salamullanın özünə gəlməsi üçün mütləq təcili yardımın gəlməli olmasını və ona iynə vurulduqdan sonra sakitləşdiyini” ifadəsinə əlavə etmişdir. Daha sonra ona verilən suallara cavab verərək onu da bildirmişdir ki, “Salamulla ayda 1-2 dəfə, adətən dərmanlarını qəbul etməyəndə belə aqressiv hərəkətlər edir, adi sözlərdən belə qıcıqlana bilir, Məsələn bir sözü 2 dəfə təkrarlayarsa əsəbləşir. Özünü itirəndə isə özünü ölüdürəcəyini deyərək, özünə xəsarət yetirməyə çalışır. Salamulla tez tez Maştağa qəsəbəsində yerləşən ruhi əsəb dispanserində müalicə alır”.

19. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi publik hüquqi şəxsinin ambulator şöbəsinin müdiri, ikinci dərəcəli ekspert, ali tibb təhsilli həkim-psixiatr, məhkəmə istintaqı zamanı X25 məhkəmə-psixiatrik və psixoloji ekpertiza rəyinin verilməsində məruzəçi həkim olan X9 rəyin nəticə hissəsində olan 1, 4 və 6-cı suallara verilən cavabla bağlı əlavə dindirilməsinə ehtiyac yarandığından məhkəmənin təşəbbüsü ilə xx.xx.2025-ci il tarixli iclasına dəvət edilmişdir. Ekspert ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs fəlakət (stress) keçirdikdən sonra davamlı şəxsiyyət dəyişikliyi ilə qeydiyyatdadır. Belə şəxslərə ilk növbədə post travmatik stress pozuntusu diaqnozu qoyulur. Bu diaqnoz uzun müddət davam edə bilməz, yəni 2 ildən artıq davam edə bilməz. Əgər bu davamlı xarakter daşıyırsa, əlamətləri daha da kəskinləşirsə, o halda diaqnozu fəlakət keçirdikdən sonra davamlı şəxsiyyət dəyişikliyi daiqnozu ilə əvəzləyirlər. Bu pozuntu əsəbilik, səbrsizlik, hövsələsizlik, yuxu pozuntusu, emosianal qeyri stabiliyi, özünə xəsarət yetirmə və ya başqasına xəsarət yetirmək, dağıtmaq, sındırmaq kimi əlamətləri özündə birləşdirir. Yaddaş pozğunluğu da ola bilər, əgər diqqət dağınıqlığı varsa, kabinetik enmə nəticəsində yaddaş zəifliyi ola bilər. Bütün bu əlamətlər Təqsirləndirilən şəxs vardır. Təqsirləndirilən şəxs hadisə baş verən vaxtı hərəkətlərini tam həcmdə idarə etmək iqtidarında olmamışdır. Buna baxmayaraq komissiyada ona baş verən hadisənin görüntülərini göstərdikdə onun bu hərəkətə tənqidi münasibəti olmuşdur. Bu səbəbdən də komissiya üzvləri rəyin nəticə hissəsində onun tam olaraq CM-in 21-ci maddəsinin təsir dairəsinə daxil olmadığı qənaətinə gəlmişlər. Çünki təqsirləndirilən şəxs sakit vəziyyətdə, yəni xəstəliyi remisiyada olduqda bu əməllərin yolverilməz olduğunu dərk edir. Ona görə də komissiya olaraq yekunda hesab etmişlər ki, Salamulla CM-in 21-ci maddəsinin deyil, CM-in 22.1-ci maddəsinin təsir dairəsinə düşür, lakin onu da qeyd etmişlər ki, Təqsirləndirilən şəxs hadisə zamanı öz hərəkətlərini tam həcmdə dərk etmək iqtidarında olmamışdır. Psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyac olmadığını qeyd etmişlər, çünki bildirmək istəyir ki, bir sıra faktorlar və dərmanların sistemli qəbul edilməməsi bu xəstəliyi aktivləşdirir. Belə ki, şəxsiyyət pozuntusu elə bir xəstəlikdir ki, bu xəstənin individual xüsusiyyətindən asılı olaraq, kənar şəxslərin, ətraf mühitin, fəsillərin təsirləri ilə aktivləşir. Ona görə də şəxs daimi dərman qəbul etməli, müalicə almalıdır. Ciddi ehtiyac halında isə yatış məsləhət görülür ki, Salamulla özü də il ərzində fasilələrlə müalicə müəssisəsində müalicə olunmuşdur və müəsissədə qeydiyyatdadır. Daha sonra ekspert ona verilən “təqsirləndirilən şəxsin hadisəni xatırlmadığını, istintaq müdətində də ifadəsini video kameraya baxaraq verdiyinə dair ifadəsinin reallığı əks etdirib-etdirməməsi ilə bağlı” suala cavab olaraq bildirmişdir ki, şəxsin əməlində simulyasiya və avraqasiya (xəstəliyini şişirtmək) əlamətləri yoxdur. Şəxs düşdüyü situasiya zamanı vəziyyəti idarə edə bilməyibdir. Bu da onun xəstəliyi ilə bağlıdır və onda həqiqətən də yaddaş pozğunluğu vardır. Müayinə zamanı biz də eyni halla qarşılaşmışıq. Yolçuyev Salamulla hadisəni bizə danışan zaman hadisənin necə baş verdiyini xatırlamadığını bildirmişdir. Amma görüntülərə baxan zaman müəyyən etdik ki, onun həmin hadisəyə tənqidi münasibəti vardır. Yəni videoya baxarkən bu hərəkətə necə yol verdiyinə dair tənqidi yanaşması olmuşdur. Ona görə də biz rəydə şəxsin anlaqsız olmamasını, yəni CMin 21-ci maddəsinin təsir dairəsinə düşməməsini qeyd etmişik. Çünki sonradan olsa da onun hadisəyə tənqidi münasibəti olmuşdur. Onun tam sağalma ehtimalı yoxdur, xəstəlik xroniki hal almışdır. Bu xəstəlik yaxşılaşma və ağırlaşma mərhələləri ilə davam edir. Bu da individual xarakater daşıyır, yəni ki, ətraf mühit, qıcıq yaradan hallar, davamlı müalicə və sair hallardan asılı olaraq xəstəlik fərqli formada davam edir. Məsələn səs-küy bu cür xəstələrə pis təsir edir. Şəxs yaşadığı yer üzrə pxsixatriya mərkəzində qeydiyyatda olmalı, davamlı müalicə almalı, dərmanlarını mütəmadi qəbul etməlidir. Daha sonra psixiatr ifadəsinə davam edərək bildirmişdir ki, hal-hazırda belə xəstələrə fərdi yanaşılmalı olduğu üçün digər xəstələrlə biryerdə saxlanılması da məqsədəmüvafiq deyildir. Belə ki, onun fəaliyyət göstərdiyi müalicə müəsissəsində anadangəlmə psixi xəstəliyi olan şəxslər vardır. Təqsirləndirilən şəxs kimi xəstələrdə isə xəstəliyin inkişafına ətraf mühitin təsiri daha çox olduğundan onların bir yerdə saxlanılması onun xəstəliyini aktivləşdirir, ona görə də onlara daha çox yarımstasionar, ya da ev şəraitində müalicə tətbiqi məsləhət görülür. Buna baxmayaraq, Salamullanın il ərzində xəstəliyinin kəskin dövürlərində müalicə müəssisəsində qalaraq müalicəsi həyata keçirilir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş:

20. Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, HK-1/211 nömrəli materialda CM-in 221.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlinin tərkib əlamətləri mövcud olduğundan Təqsirləndirilən şəxs barəsində CM-in 221.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və istintaqı aparılması üçün icraata qəbul edilmişdir.

21. Hadisə yerinə baxış keçirilməsi haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, ünvan 1 ünvanında fəaliyyət göstərən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Respublika X30. Baxış zamanı Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 xəsarət yetirdiyi 1 (bir) ədəd bıçaq götürülmüşdür.

22. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X31” Publik hüquqi şəxsin xx.xx.2025-ci il tarixli, 234 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 bədən səthində aşkar edilmiş xəsarət - sağ bud nahiyəsinin kəsilmiş yarası, sol əlin İİ barmağının səthi kəsilmiş yarası kəsici kənara malik əşyanın (alətin) təsirindən əmələ gəlmişlər və qərarın təsviri hissəsində göstərilən xx.xx.2025-ci il tarixdə əmələ gələ bilərdilər. Qeyd olunan xəsarətlərdən sağ bud nahiyəsinin kəsilmiş yarası dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. Sol əlin İİ barmağının səthi kəsilmiş yarası isə sağlamlığa zərər vurmayan xəsarətlərə aid edildiyindən dərəcəsi təyin olunmur. Zərərçəkmiş şəxs2 bədən səthində aşkar olunmuş xəsarətlərin xarakterik xüsusiyyətini və lokalizasiyasını nəzərə alaraq demək olar ki, həmin xəsarətlər qərarda göstərilən şəraitdə, yəni bıçağın tiyəsinin kəsici kənarının təsirindən əmələ gələ bilərdilər. Zərərçəkmiş şəxs2 bədən səthində aşkar olunmuş xəsarətlərin bədənin əlçatan nahiyələrində yerləşmələrinə baxmayaraq şəxsin özü tərəfindən yetirilmələri az inandırıcıdır.

23. Şübhəli şəxsin tutulması haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs faktiki azadlığı 15 fevral 2025-ci il tarixdə saat 17:30-da məhdudlaşdırılaraq həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur.

24. Üzləşdirmə haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs2 ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş, üzləşdirmə zamanı Zərərçəkmiş şəxs2 ifadəsində göstərdiyi xüsusatları Təqsirləndirilən şəxs üzünə qarşı deməklə ifadəsini bir daha təsdiq etmişdir.

25. Üzləşdirmə haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs4 ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş, üzləşdirmə zamanı Zərərçəkmiş şəxs4 ifadəsində göstərdiyi xüsusatları Təqsirləndirilən şəxs üzünə qarşı deməklə ifadəsini bir daha təsdiq etmişdir.

26. Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-in 221.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə nəzərdə tutulan ittiham elan olunmuşdur.

27. İ-12301 nömrəli Azərbaycan Respublikası Medalı Vəsiqəsinin surətindən görünür ki, Yolçiyev X4 Respublikası Prezidentinin 24 dekabr 2020-ci il tarixli, 2358 nömrəli sərəncamı ilə “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif edilmişdir.

28. İ-9211 nömrəli Azərbaycan Respublikası Medalı Vəsiqəsinin surətindən görünür ki, Yolçiyev X4 Respublikası Prezidentinin 29 dekabr 2020-ci il tarixli, 2369 nömrəli sərəncamı ilə “Qubadlının azad olunmasına görə” medalı ilə təltif edilmişdir.

29. İ-78272 nömrəli Azərbaycan Respublikası Medalı Vəsiqəsinin surətindən görünür ki, Yolçiyev X4 Respublikası Prezidentinin 21 aprel 2022-ci il tarixli, 250s nömrəli sərəncamı ilə “X18” medalı ilə təltif edilmişdir.

30. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi- Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi barədə xx.xx.2025-ci il tarixli çıxarışdan görünür ki, xx.xx.2023-cü il tarixli qiymətləndirməyə əsasən Təqsirləndirilən şəxs üçüncü dərəcəli əlilliyi olmaqla onda “Digər dissosiativ (konversion) pozuntular. Fəlakət keçirdikdən sonra şəxsiyyətin davamlı dəyişikliyi” diaqnozu aşkarlanmışdır və əmək qabiliyyətsizdir.

31. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Psixi Sağlamlıq Mərkəzi” Publik hüquqi şəxsin xx.xx.2022-ci il tarixli, 7955 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs müayinəsi zamanı “Fəlakətdən sonra (müharibə) şəxsiyyət dəyişikliyi, dissosiativ əlamətlərlə, çoxsaylı intihar cəhdlərlə F 62.0” diaqnozu aşkarlanmışdır.

32. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” Publik hüquqi şəxsin xx.xx.2024-cü il tarixli, 3007 nömrəli Həkim psixiatr komissiyasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs müayinəsi zamanı ona “Fəlakət (İİ Qarabağ müharibəsi) keçirdikdən sonra davamlı şəxsiyyət dəyişikliyi, tez-tez baş verən dekompensasiyalar, depressiv daxilolmalar, intihar cəhdləri ilə F 62.0” diaqnozu verilmişdir.

33. “Saatlı rayon Mərkəzi Xəstəxanası” Publik hüquqi şəxsin xx.xx.2025-ci il tarixli, 18-1-65/2-Y-89-xx-xx/2025 nömrəli məktubundan görünür ki, Şahid2 Əlibala qızı xx.xx.2025-ci il tarixdə Saatlı RMX PHŞ-in poliklinika şöbəsində müayinə olunmuş və “OSkeratakonus İ mərhələ. Qeyri düzgün astiqmatizm (H18.6, H52.2)” diaqnozu aşkarlanmışdır.

34. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 4(001)- 124/2025 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair verilmiş vəsatət təmin edilməmiş və sonuncu dərhal məhkəmə iclas zalından azad edilməklə barəsində 3 ay müddətə ev dustaqlığı qətimkan tədbiri seçilmişdir.

35. Cinayət işi üzrə əməlin tövsif edilməsi və cinayət işinin istintaq aidiyyəti üzrə göndərilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə əməl CM-in 221.3-cü maddəsindən həmin Məcəllənin 315-ci maddəsinə tövsif edilərək cinayət işinin istintaqı davam etdirilməsi üçün istintaq aidiyyəti üzrə Binəqədi rayon prokurorluğuna göndərilmişdir.

36. Könüllü təqdim etmə və götürmə aparılması haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs2 xx.xx.2025-ci il tarixdə hadisə zamanı əynində olmuş - belində olan etiketində “Esen Tekstil” yazılmış, sağ və sol diz ciblərinin üzərində ağ rənglə “Polis” yazılmış, polis xidməti getiminə məxsus göy parça şalvarı könüllü təqdim etmiş və təqdim olunan şalvar müvafiq qaydada qabıaşdırlaraq götürülmüşdür.

37. Könüllü təqdim etmə və götürmə aparılması haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs boz rəngli metaldan hazırlanmış dirsəkli əsanı könüllü təqdim etmiş və təqdim olunan əsa müvafiq qaydada qabıaşdırlaraq götürülmüşdür.

38. Baxış keçirilməsi haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs könüllü təqdim etdiyi “Honor” markalı mobil telefona baxış keçirilən zaman fotoşəkillər bölməsində 17 fevral 2025-ci il tarixdə saat 23:58, 23:59-da sarı rəngli sviterin 2 ədəd fotoşəkli, 18 fevral 2025-ci il tarixdə saat 00:41-də insan bədəninin kürək nahiyəsinin sağ arxa tərəfində göyərmiş ləkələr müşahidə olunan fotoşəkil, 18 fevral 2025ci il tarixdə saat 00:42-də Təqsirləndirilən şəxs üz nahiyəsinin sağ tərəfindən çəkilmiş fotoşəkil müəyyən edilmiş, baxışda iştirak edən Təqsirləndirilən şəxs həmin şəkillərdə üz və kürək nahiyəsindən aldığı xəsarətlərin 14 fevral 2025-ci il tarixdə polis əməkdaşları tərəfindən ona yetirildiyini, hadisə zamanı əynində fotoşəkildə olan sarı rəngli sviter olduğunu və svitein üzərində olan izlərin də polis əməkdaşlarının ayaqqabılarının alt hissəsinin izləri olduğunu bildirmişdir.

39. Saatlı rayon İHB-nin Bəylik kənd İƏD üzrə nümayəndəliyinin xx.xx.2025-ci il tarixli arayış və xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Saatlı rayonu, Bəylik kəndində qeydiyyatda olmaqla yaşayır, 2020-ci ildə Qarabağ müharibəsində iştirak etmiş, mügaribədə yaralanmış və İİİ qrup əlildir, yaşayaış yeri üzrə müsbət xarakterizə olunur.

40. AZ-V 096412 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2025-ci il təvəllüdlü X20 adlı bir azyaşlı uşağı vardır.

41. Üzləşdirmə haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs3 ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş, üzləşdirmə zamanı Zərərçəkmiş şəxs3 ifadəsində göstərdiyi xüsusatları Təqsirləndirilən şəxs üzünə qarşı deməklə ifadəsini bir daha təsdiq etmişdir.

42. Üzləşdirmə haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs6 ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş, üzləşdirmə zamanı Zərərçəkmiş şəxs6 ifadəsində göstərdiyi xüsusatları Təqsirləndirilən şəxs üzünə qarşı deməklə ifadəsini bir daha təsdiq etmişdir.

43. Üzləşdirmə haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs8 ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş, üzləşdirmə zamanı Zərərçəkmiş şəxs8 ifadəsində göstərdiyi xüsusatları Təqsirləndirilən şəxs üzünə qarşı deməklə ifadəsini bir daha təsdiq etmişdir.

44. Üzləşdirmə haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs7 İzzətulla oğlu ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş, üzləşdirmə zamanı Zərərçəkmiş şəxs7 İzzətulla oğlu ifadəsində göstərdiyi xüsusatları Təqsirləndirilən şəxs üzünə qarşı deməklə ifadəsini bir daha təsdiq etmişdir.

45. Üzləşdirmə haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs9 ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş, üzləşdirmə zamanı Zərərçəkmiş şəxs9 ifadəsində göstərdiyi xüsusatları Təqsirləndirilən şəxs üzünə qarşı deməklə ifadəsini bir daha təsdiq etmişdir.

46. Üzləşdirmə haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs5 ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş, üzləşdirmə zamanı Zərərçəkmiş şəxs5 ifadəsində göstərdiyi xüsusatları Təqsirləndirilən şəxs üzünə qarşı deməklə ifadəsini bir daha təsdiq etmişdir.

47. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” Publik hüquqi şəxsin xx.xx.2025-ci il tarixli, 3-28-29/2-3612/2025 nömrəli məktubundan görünür ki, Zərərçəkmiş şəxs2 həmin xəstəxanada müalicədə olmamışdır. Təqsirləndirilən şəxs sonuncu dəfə xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək “Fəlakət (2-ci Qarabağ Müharibəsi) keçirdikdən sonra davamlı şəxsiyyət dəyişikliyi, tez-tez baş verən dekompensasiyalar, depressiv daxilolmalar, intihar cəhdləri ilə” diaqnozu ilə həmin xəstəxanada gündüz stasionarı şöbəsində yarım stasionar rejimli müayinə və müalicədə olmuşdur.

48. Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2025-ci il tarixli, 3/385 nömrəli rəyindən görünür ki, təqdim edilmiş 1 (bir) ədəd bıçaq zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan təsərrüfat-məişət təyinatlı mətbəx bıçağıdır, soyuq silah hesab edilmir.

49. Hadisə yerinə baxış keçirilməsi haqqında 18 aprel 2025-ci il tarixli protokoldan görünür ki, hadisə yeri ünvan 1 ünvanında fəaliyyət göstərən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Respublika X32 yerləşir. Mərkəzin həyətinin dəmir konstruksiyadan hazırlanmış giriş qapısı vardır. Giriş qapısından sol tərəfdə polis əməkdaşları üçün nəzrədə tutulmuş iş otaqları vardır. Mərkəzin həyətinin giriş qapısından sağ tərəfdə DTSERA-nın inzibati binası yerləşir. Bina 1 mərtəbəlidir, həmin binanın giriş qapısının eni 1.5 metr, hündürlüyü 2.15 metrdir. İnzibati binanın içərisinin eni 12 metr, uzunluğu 18 metrdir. Giriş qapısından sağ tərəfdə bir-birinə birləşdirilmiş iş masaları yerləşir. İş masaları taxta-mebel materialdan hazılanmışdır. Təqsirləndirilən şəxs 14 fevral 2025-ci il tarixdə təpiklə zərbə vurub zədələdiyi iş masasının uzunluğu 120 santimetr, eni 60 santimetr, hündürlüyü 75 santimetrdir. Masanın eni və uzunluğu boyunca 30 santimetr hündürlüyündə bərkidilmiş taxta arakəsmə vardır. Həmin arakəsmə yandakı iş masasına birləşmə yerindən qopduğuna görə sonradan dəmir küncülk vasitəsilə 2 ədəd burğacla digər iş masasının arakəsməsi ilə birləşdirilmişdir.

50. Üzləşdirmə haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs10 ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş, üzləşdirmə zamanı Zərərçəkmiş şəxs10 ifadəsində göstərdiyi xüsusatları Təqsirləndirilən şəxs üzünə qarşı deməklə ifadəsini bir daha təsdiq etmişdir.

51. Üzləşdirmə haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs11 ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş, üzləşdirmə zamanı Zərərçəkmiş şəxs11 ifadəsində göstərdiyi xüsusatları Təqsirləndirilən şəxs üzünə qarşı deməklə ifadəsini bir daha təsdiq etmişdir.

52. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Saatlı rayon Şöbəsinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə qismən səfərbərliyə cəlb edilmiş və xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək “Vətən müharibəsi”ndə iştirak etmişdir.

53. "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, hadisə zamanı zədələnmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə məxsus masanın təmiri üçün sərf edilən vəsaitin məbləği orta bazar dəyərinə əsasən 38 manat təşkil edir.

54. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” Publik hüquqi şəxsin xx.xx.2025-ci il tarixli, 3-28-29/2-3612/2025 nömrəli məktubundan görünür ki, Zərərçəkmiş şəxs2 həmin xəstəxanada müalicədə olmamışdır. Təqsirləndirilən şəxs sonuncu dəfə xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək “Fəlakət (2-ci Qarabağ Müharibəsi) keçirdikdən sonra davamlı şəxsiyyət dəyişikliyi, tez-tez baş verən dekompensasiyalar, depressiv daxilolmalar, intihar cəhdləri ilə” diaqnozu ilə həmin xəstəxanada gündüz stasionarı şöbəsində yarım stasionar rejimli müayinə və müalicədə olmuşdur.

55. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X31” Publik hüquqi şəxsin xx.xx.2025-ci il tarixli, 124/MTKŞ-2025 nömrəli rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs2 məxsus polis xidməti geyim şalvarının arxa səthinin sağ yarısının yuxarı hissəsində bir ədəd deşilmiş-kəsilmiş zədə vardır. Bu zədə ülgücü və küpü olan yastı tiyə tipli deşici-kəsici alətin təsirindən törənmişdir. Zərərçəkmiş şəxs2 məxsus şalvarın üzərində olan deşilmiş-kəsilmiş zədənin, ekspertizaya təqdim olunmuş bıçağın tiyəsinin təsirindən, yaxud oxşar konstruktiv xüsusiyyətə malik digər alətin tiyəsinin təsirindən törənməsinin mümkünlüyü inkar olunmur. Zərərçəkmiş şəxs2 məxsus şalvarın üzərində olan deşilmiş-kəsilmiş zədə ilə onun bədəninin sağ bud nahiyyəsində olan xəsarət yerləşməsinə görə üst-üstə düşür. Təqdim edilmiş əsa zavod üsulu ilə hazırlanmış tibbi təyinatlı əsadır və soyuq silah hesab edilmir. Əsanın üzərində sonradan hər hansı bir əlavə və dəyişiklik edilməmişdir.

56. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X31” Publik hüquqi şəxsin xx.xx.2025-ci il tarixli, 500 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədəninə xx.xx.2025-ci il tarixdə BİT-da baxış keçirilən zaman onun bədənində aşkar olunmuş “belinin sağ nahiyəsində göyərmə” bərk küt əşyanın təsirindən müayinədən 1-2 gün əvvəl əmələ gələ bilərdi və sağlamlığa zərər vurmayan xəsarətlərə aid edildiyindən dərəcəsi təyin olunmur. Müayinə zamanı aşkar olunmuş “Bədənində yaraların” isə qartmaqlarının rəngi və digər xarakterik xüsusiyyətləri tibbi sənəddə təsvir olunmadığından onların əmələ gəlmə aləti sağlamlığa zərərvurma dərəcəsi və müddəti barədə fikir söyləmək mümükün olmamışdır. Təqsirləndirilən şəxs bədən səthində aşkar olunmuş – xəsarətlər sağ və sol said nahiyələrin çapıqları kəsilmiş yaraların izi olmaqla kəsici kənara malik əşyanın (alətin) təsirindən müayinədən ən azı 1,5 il əvvəl əmələ gəlmşdir.

57. Əşyanın tanınmaya təqdim edilməsi haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 xəsarət yetirdiyi bıçaq ona tanınmaya təqdim edilmiş və müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs həmin bıçağı zahiri əlamətlərinə, o cümlədən dəstəyinin rənginə, formasına və uzunluğuna görə tanımış və 2 nömrəli bıçağı işarə etmişdir.

58. Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin xx.xx.2025-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır.

59. Diskə baxış keçirilməsi haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 14 fevral 2025-ci il tarixdə, saat 09:51-də DTSERA-nin Respublika X29 həyətinə daxil olaraq, saat 09:56-də inzibati binanın içərisində qeydiyyat şöbəsində iş masasına yaxınlaşır, saat 10:05-də Zərərçəkmiş şəxs10 və Zərərçəkmiş şəxs11 ilə masanın qarşısında olan stulda oturub danışarkən, qəflətən ayağa qalxıb yanında olan dirsəkli əsanı onların üzərinə tullayır, dirsəkli əsa masanın ön tərəfində olan taxta araskəsməyə dəyərək yerə düşəndən sonra təpik zərbəsi ilə həmin masaya vurduğuna görə polis əməkdaşları ona yaxınlaşaraq qolundan tutub binadan çölə çıxarırlar. Saat 10:12-də həyətin giriş qapısının yaxınlığında olan masaya yaxınlaşaraq bıçağı götürüb ətrafda olan polis əməkdaşlarına və Zərərçəkmiş şəxs12 nümayiş etdirib onları hədələyir, polis əməkdaşı Zərərçəkmiş şəxs2 arxa tərəfindən ona yaxınlaşaraq bıçağı əlindən almağa çalışarkən müqavimət göstərib Zərərçəkmiş şəxs2 ayaq nahiyəsinə bıçaqla xəsarət yetirir, bu zaman polis əməkdaşları onu yerə yıxaraq saxlayırlar.

60. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin xx.xx.2025-ci il tarixli, 3-17-4/2-10650/2025 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs əlillik vəziyyəti ilkin olaraq Salyan rayonlararası Psixiatriya Xəstəxanasının xx.xx.2022-ci il tarixli R00061626HMH nömrəli göndərişi əsasında xx.xx.2023-cü il tarixində Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlarına uyğun olaraq qiymətləndirilmiş və ona həmin tarixdən Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar” orqanizmin funksiyalarının 35 faiz pozulmasına görə 2 il müddətinə əlillik təyinatı barədə qərar qəbul edilmişdir. Təyinat müddətinin başa çatdığı tarixdən sonra Təqsirləndirilən şəxs əlillik vəziyyəti təkrar olaraq Salyan rayonlararası Psixiatriya Xəstəxanasının xx.xx.2025-ci il tarixli A00251503XEB nömrəli göndərişi əsasında xx.xx.2025-ci il tarixində Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli, 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlarf’na uyğun olaraq qiymətləndirilmiş və ona həmin tarixdən Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar” orqanizmin funksiyalarının 35 faiz pozulmasına görə 02 il müddətinə, yəni xx.xx.2027-ci il tarixinədək əlillik təyinatı barədə qərar qəbul edilmişdir.

61. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 4(001)- 344/2025 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs ev dustaqlığında saxlanılma müddəti 15 iyul 2025-ci il tarixədək uzadılmışdır.

62. Sübutların qiymətləndirilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs2 hadisə zamanı əynində olmuş polis xidməti geyiminə məxsus 1 (bir) ədəd şalvar, Təqsirləndirilən şəxs məxsus 1 (bir) ədəd dirsəkli əsa, 1 (bir) ədəd bıçaq iş üzrə maddi sübut kimi tanınaraq Binəqədi rayon prokurorluğunun maddi sübutların saxlanılması otağında təhvil verilmiş, hadisənin görüntülərini əks etdirən 1 (bir) ədəd DVD disk cinayət işinin materiallarına əlavə edilmişdir.

63. Təqsirləndirilən şəxsə elan olunmuş ittihamın dəyişdirilərək ona əlavələrin edilməsi və yenidən ittihamın elan edilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-in 221.3-cü maddəsi ilə elan edilmiş ittihama əlavə və dəyişikliklər edilərək həmin Məcəllənin 128, 221.3 və 315-ci maddələri ilə yenidən ittiham elan edilmişdir.

64. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” Publik hüquqi şəxsin X25 məhkəmə-psixiatrik və psixoloji ekspertizasının xx.xx.2025-ci il tarixli, 1081 nömrəli nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs cinayət hadisəsi törədərkən və ondan sonra “Fəlakət (İİ Qarabağ müharibəsi) keçirdikdən sonra davamlı şəxsiyyət dəyişikliyi, depressiv daxilolmalarla” diaqnozlu psixi xəstəlik müəyyən edilir. Təqsirləndirilən şəxs qərarda qeyd edilən əməli törədən zaman öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs patoloji affekt vəziyyəti müəyyən edilmir. Təqsirləndirilən şəxs hazırda “Fəlakət (İİ Qarabağ müharibəsi) keçirdikdən sonra davamlı şəxsiyyət dəyişikliyi, depressiv daxilolmalarla” diaqnozlu psixi xəstəlik aşkar olunur. Təqsirləndirilən şəxs psixi vəziyyətinə görə onun barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur. Təqsirləndirilən şəxs əməli CM-in 21-ci maddənin təsiri altına düşmür. Bununla yanaşı qeyd edilməlidir ki, yoxlanılan şəxs onda aşkar edilən şəxsiyyət pozuntusu ilə əlaqədar öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini tam dərk etməmək onları tam idarə etmək iqtidarında olmayan şəxs kimi Təqsirləndirilən şəxs əməli CM-in 22.1-ci maddəsinin təsiri altına düşür. Təqsirləndirilən şəxs qeyd edilmiş cinayət hadisəsini törədərkən fizioloji affekt vəziyyətində olmamışdır. Təqsirləndirilən şəxs diqqətində dayanıqsızlıq, yaddaşında bir qədər zəifləmə, təfəkkürünün tənqidliyi, analizetmə və proqnozlaşdırma kimi keyfiyyətlərinin qismən zəifləməsi müəyyən edilməklə, dünyagörüşü, intellektual imkanlarının normaya uyğun olması aşkar edilir. Qıcığa qarşı həssaslıq, hövsələsizlik, emosional qeyri-sabit olması, əhval-ruhiyyə fonunun dəyişkən olmaqla əsasən enməyə meyilli olması və s. müəyyən edilir. Təqsirləndirilən şəxs hadisə zamanı emosional halından asılı olaraq öz hərəkətlərini tam dərk etmək və tam həcmdə qavramaq qabiliyyətinə malik olmamışdır. Təqsirləndirilən şəxs sərbəst şəkildə istintaq hərəkətlərində iştirak etmək və ifadə vermək qabiliyyətinə malikdir.

65. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 1(001)- 405/2025 nömrəli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ilə əvəz edilmişdir.

66. İş üzrə Zərərçəkmiş şəxs3 xx.xx.2025-ci il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmış, heç bir iddia və tələbi yoxdur.

67. İş üzrə Zərərçəkmiş şəxs8 xx.xx.2025-ci il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmış, heç bir iddia və tələbi yoxdur.

68. İş üzrə Zərərçəkmiş şəxs9 xx.xx.2025-ci il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmış, heç bir iddia və tələbi yoxdur.

69. İş üzrə Zərərçəkmiş şəxs2 xx.xx.2025-ci il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmış, heç bir iddia və tələbi yoxdur.

70. İş üzrə Zərərçəkmiş şəxs6 xx.xx.2025-ci il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmış, heç bir iddia və tələbi yoxdur.

71. İş üzrə Zərərçəkmiş şəxs5 xx.xx.2025-ci il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmış, heç bir iddia və tələbi yoxdur.

72. İş üzrə zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə xx.xx.2025-ci il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs qarşı heç bir iddia və tələbləri yoxdur.

73. İş üzrə Zərərçəkmiş şəxs12 xx.xx.2025-ci il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmış, heç bir iddia və tələbi yoxdur.

74. İş üzrə Zərərçəkmiş şəxs10 xx.xx.2025-ci il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmış, heç bir iddia və tələbi yoxdur.

75. İş üzrə Zərərçəkmiş şəxs7 xx.xx.2025-ci il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmış, heç bir iddia və tələbi yoxdur.

76. İş üzrə Zərərçəkmiş şəxs4 xx.xx.2025-ci il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmış, heç bir iddia və tələbi yoxdur.

77. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin xx.xx.2025-ci il tarixli, 3-17-4/2-28862/2025 nömrəli sorğuya cavab məktubundan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”na uyğun olaraq vətəndaşların əlillik vəziyyəti dövlət tibb müəssisələrinin göndərişləri əsasında qiymətləndirilir. Nəzərinizə çatdırırıq ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixindən Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar səbəbindən orqanizmin funksiyalarının 35 faiz pozulmasına görə 2 (iki) il müddətinə (xx.xx.2025-ci il tarixinədək) əlillik müəyyən edilməsinə dair qərar qəbul edilmişdir. Əlillik müddətinin bitdiyi xx.xx.2025-ci il tarixindən sonra dövlət tibb müəssisəsinin A00251503XEB nömrəli, xx.xx.2025-ci tarixli göndərişi əsasında xx.xx.2025-ci il tarixdə telefon əlaqəsi (***-***-**-**) saxlanılaraq Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixinə əlillik vəziyyətinin dəyərləndirilməsi üçün Agentliyə dəvət olunmuş və telefon əlaqəsi zamanı vətəndaşın qardaşı Təqsirləndirilən şəxs şəxsi səbəbdən həmin tarixdə iştirak etməyəcəyini bildirmişdir. Bu səbəbdən vətəndaş komissiyada müayinədən keçməli olan şəxslərin siyahısından çıxarılmışdır. Lakin Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə Agentliyə gəlmiş və adı siyahıda olmadığı üçün qəbul edilməmişdir. Sonrakı dövdə sonuncu xx.xx.2025-ci il tarixində X37-sosial ekspert komissiyasının həkim-ekspertləri tərəfindən əyani müayinə edilmişdir. Təqdim edilən tibbi sənədlər və müayinənin nəticəsində Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlarına” uyğun olaraq, vətəndaşa xx.xx.2025-ci il tarixindən Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar səbəbindən orqanizmin funksiyalarının 35 faiz pozulmasına görə 2 (iki) il müddətinə (xx.xx.2027-ci il tarixədək) əlillik müəyyən edilməsinə dair qərar qəbul edilmişdir.

78. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” Publik hüquqi şəxsin xx.xx.2025-ci il tarixli, 3-28-29/2-10581/2025 nömrəli sorğuya cavab məktubundan görünür ki, xx.xx.1993-cü il təvəllüdlü, Saatlı rayonu, Bəylik kəndində qeydiyyatda olan Təqsirləndirilən şəxs dəfələrlə yuxarıda adı göstərilən xəstəxanada müalicədə olub. Sonuncu dəfə xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək “Fəlakət (İİ Qarabağ müharibəsi) keçirdikdən sonra davamlı şəxsiyyət dəyişikliyi, tez-tez baş verən dekompensasiyalar, depressiv daxil olmalar, intihar cəhdləri ilə” diaqnozu ilə gündüz stasionarı şöbəsində yarım stasionar rejimli müalicədə olub.

79. Forma 88 haqqında məlumata dair çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs psixi statusuna əsasən o, ünsiyyətə həvəssiz qoşulur. Suallara qısa qıcıqlı cavablar verir. Tez yorulur. Söhbətin davamında qıcığı artır. Diqqət və yaddaşı enib. Ətrafdakılarla yola getmir. Əsəbləşəndə ayaq əzələlərində qıcolmalar olur. İntihara dəfələrlə cəhd edib. Münaqişəyə meyillidir. Davranışları qeyri adekvatdır.

80. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və X5-sosial ekspert komissiyasının xx.xx.2025ci il tarixli, 3-17-4/3-3-2267/2025 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs hazırkı psixi vəziyyəti mütəxəssislər tərəfindən “Fəlakətdən sonra şəxsiyyət dəyişikliyi. Anamnezində özünə xəsarətlər. Nümayişkar davranış” kimi müəyyənləşdirilmişdir.

81. “Saatlı rayon Mərkəzi Xəstəxanası” Publik hüquqi şəxsin xx.xx.2025-ci il tarixli, 18-1-65/2-Y-89-42-614/2025 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən “Saatlı rayon Mərkəzi Xəstəxanası” Publik hüquqi şəxsin Poliklinika şöbəsində “Fəlakət (İİ Qarabağ müharibəsi) keçirdikdən sonra şəxsiyyət dəyişikliyi tez-tez dekompensasiyalarla depresiv daxilolmalar, intihar cəhdləri ilə” diaqnozu ilə dispanser qeydiyyatındadır. Tətbiq edilən hüquq, məhkəmənin əsaslandırması və mövqeyi:

82. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir.

83. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır.

84. Konstitusiyanın bu norması çəkişmə prinsipinə əsasən işə baxan məhkəmənin üzərinə özü tərəfindən cinayət məsuliyyətinə cəlb edilmiş şəxsin təqsirliliyinə və ya təqsirsiz olmasına dair sübutların axtarılmasını və belə sübutların araşdırılmasını, cinayət prosesinin iştirakçılarına işin düzgün həlli, yəni həqiqətin müəyyən edilməsi məqsədilə öz sübutlarını məhkəməyə təqdim etmək üçün bərabər şərait yaratmaq, təqdim olunmuş bütün sübutları tam, hərtərəfli və obyektiv araşdırmaq, bu zaman qaldırılmış vəsatətlər üzrə əsaslandırılmış qərarlar qəbul etmək, araşdırılmış sübutlara qanunamüvafiq qaydada qiymət vermək və həmin sübutlara əsasən müəyyən etdiyi faktlarla bu və ya digər nəticəyə gəlmək vəzifəsini qoyur.

85. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələrinin, istintaq hərəkətlərinin protokollarının, məhkəmə istintaqı zamanı toplanmış sübutların və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, dövlət itihamçısının təqsirləndirilən şəxs X6 münasibətdə CM-in 128-ci maddəsi ilə elan edilmiş ittihamın ittihamdan xaric edilməli olması fikri ilə razılaşır, lakin CMin 221.3 və 315-ci maddələri ilə elan edilmiş ittiham üzrə isə ibtidai istintaq orqanının gəldiyi nəticəni əsassız hesab etməklə, təqsirləndirilən şəxsin həmin maddələrlə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirini sübuta yetirilməmiş hesab edir.

86. Belə ki, məhkəmə, cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ibtidai istintaq zamanı təqsirləndirilən şəxsin əməlinin CM-in 128-ci maddəsinin tövsifi ilə bağlı hissədə səhvə yol verilmişdir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 17-ci maddəsinin həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulan “zor tətbiq etmə” və “həyat və ya sağlamlıq üçün təhlükəli olan zor tətbiq etmə” müddəalarının əlaqəli şəkildə şərh edilməsinə dair” 17 mart 2023-cü il taixli qərardadında qeyd edilmişdir ki, CM-in 17.4-cü maddəsi cinayətlərin məcmusundan ümumi və xüsusi normaların rəqabəti (konkurensiyası) institutunu fərqləndirir. Həmin maddəyə əsasən, bu Məcəllənin Xüsusi hissəsində həm ümumi, həm də xüsusi normada nəzərdə tutulmuş cinayətin törədilməsi cinayətlərin məcmusunu yaratmır və bu halda xüsusi norma tətbiq olunur. Qeyd edilən maddə, əməl xüsusi norma ilə tamamilə əhatə olunduğu (əməlin qiymətləndirilməsi üçün kifayət etdiyi) hallarda ümumi norma ilə xüsusi norma arasındakı rəqabəti xüsusi normanın xeyrinə həll etməklə əməlin cinayətlərin məcmusu kimi tövsif edilməsini istisna edir. Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, ümumi və xüsusi normaların rəqabətini nəzərdə tutan Cinayət Məcəlləsinin 17.4-cü maddəsinin tələblərinin yerinə yetirilməsi cinayət qanununda ifadə olunan ədalət prinsipinin təmin edilməsinin vacib zəmanəti kimi çıxış edir. Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə müxtəlif ağırlıqda olan xəsarətləri və onların nəticələrini tamamilə əhatə etmək mümkün olmadıqda, həmin hərəkətlər cinayətlərin məcmusu qaydasında Məcəllənin müvafiq maddələri ilə tövsif edilməlidir. Əməlin cinayətlərin məcmusu kimi tövsif edildiyi bu kimi hallarda isə ümumi və xüsusi normalar arasında faktiki rəqabətin yaranmadığı, əksinə onların bir-birini tamamlayan müxtəlif normalar kimi çıxış etməsi nöqteyi-nəzərindən məsələyə Cinayət Məcəlləsinin 17.2-ci maddəsinin tələbləri baxımından qiymət verilməlidir. Belə ki, qanunverici Cinayət Məcəlləsinin 315-ci maddəsinin sanksiyasında (Hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) Məcəllənin 128 və 127.1-ci maddələri ilə müqayisədə daha ağır, Məcəllənin 127.2 və 126-cı maddələrinə münasibətdə isə daha yüngül cəza müəyyən etməklə, sağlamlığa yüngül zərər vurma və sağlamlığa az ağır zərər vurma ilə nəticələn halların yalnız Məcəllənin 315-ci maddəsi ilə tövsifini mümkün edir. Həmin Məcəllənin 315-ci maddəsi ilə tam şəkildə əhatə olunmayan sağlamlığa ağır zərər vurma və ağırlaşdırıcı hallarda sağlamlığa az ağır zərər vurma hallarına münasibətdə isə əməl cinayətlərin məcmusu qaydasında tövsif edilməlidir. Cinayət Məcəlləsinin 17.4-cü maddəsi ilə nəzərdə tutulan ümumi və xüsusi normaların rəqabətinin pozulması isə maddənin dispozisiyasında sağlamlığa bu və ya digər ağırlıqda zərər vurma cinayəti ağırlaşdıran əlamət kimi müəyyən edildiyi halda, həmin zərər vurmanın cinayəti xüsusilə ağırlaşdıran əlamət üzrə, yəni “digər ağır nəticə” olaraq tövsif edildiyi zaman baş verir.

87. Qeyd edilən yanaşma Ali Məhkəmənin Plenumunun “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” 23 mart 2004-cü il tarixli qərarında da öz əksini tapmışdır. Belə ki, qərarın 4-cü bəndində göstərilmişdir ki, CM-in 221.1-ci maddəsinin dispozisiyasında cinayətin obyektiv tərəfinin məcburi elementi kimi nəzərdə tutulan aktiv hərəkətlərin düzgün təfsirinin əhəmiyyəti nəzərə alınmalı, xuliqanlıq cinayəti gedişində vətəndaşlara zor tətbiq edilməsi dedikdə, zərərçəkmiş şəxsi döymədə və ya onun sağlamlığına qəsdən yüngül zərər vurmada ifadə olunan hərəkətlərin edilməsi başa düşülməlidir. Bu zaman təqsirləndirilən şəxsin hərəkətləri CM-in 221.1-ci maddəsi ilə tam əhatə olunduğundan əməlin əlavə olaraq CM-in 128-ci maddəsi ilə tövsif edilməsinə isə ehtiyac qalmır.

88. Cinayət qanunvericiliyi sahəsində hüquqi müəyyənlik prinsipi Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin Vİİİ hissəsindən və “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 7-ci maddəsindən irəli gəlir. Konstitusiyanın 71-ci maddəsinin Vİİİ hissəsindəki müddəa Əsas Qanunda qanunçuluq prinsipini ifadə edərək cinayət və cəzanın qanuna əsaslanmasını tələb etməklə yanaşı (nullum crimen sine lege və nulla poena sine lege prinsipləri), cinayət qanununun genişləndirici təfsirinin qadağan edilməsi (lex stricta) və cinayət qanunvericiliyinin aydın və müəyyən olmasını da (lex certa) mütləq edir.

89. CPM-in 314.2-ci madəsinə əsasən məhkəməyədək icraat zamanı təqsirləndirilən şəxsə elan edilmiş ittiham məhkəmə baxışı zamanı təsdiq edilmədikdə, dövlət ittihamçısı, həmin ittihamdan imtina etməyə haqlıdır. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.1.1, 314.2-ci maddələrində nəzərdə tutulmuş “dövlət ittihamçısı və xüsusi ittihamçı cinayət təqibindən imtina etdikdə” 15 fevral 2008-ci il tarixli müddəasının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarında göstərilmişdir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar və daxili inam dövlət ittihamçısının ittihamla bağlı mövqeyinin formalaşmasının əsasını təşkil edir. Buna görə də dövlət ittihamçısı daxili inamına əsasən təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamın tədqiq edilmiş sübutlarla qismən təsdiq olunmadığı qənaətinə gələrsə, ondan qismən imtina etməyə də haqlıdır. Əks təqdirdə bu, bir tərəfdən onun obyektivliyinin şübhə altına alınmasına gətirib çıxarar, digər tərəfdən isə təqsirləndirilən şəxsin əsassız təqsirləndirilərək cəzalanmasına imkan yaratmış olar. Belə yanaşma CPM-in məhkəmə baxışının hədlərini müəyyən edən 318.1-ci maddəsinin tələblərindən də irəli gəlir. Həmin müddəalara əsasən, məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarına və ya xüsusi ittiham qaydasında şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Əks halda məhkəmə artıq dövlət ittihamçısı tərəfindən müdafiə olunmayan ittihamın müdafiəsini öz üzərinə götürməklə, faktiki olaraq, ittihamı müdafiə edən orqanı əvəz edər, başqa sözlə onun təbiətinə xas olmayan ittiham funksiyasını yerinə yetirmiş olar.

90. Beləliklə, məhkəmə dövlət ittihamçısının təklifini, qanunvericiliyin, Ali Məhkəmə və Konstitusiya Məhkəməsi Plenumunun qərarlarını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs irəli sürülən ittihamda təqsirləndirilən şəxsin cinayət əməli səhvən cinayət qanununun bir neçə maddəsi ilə tövsif olunduğundan, yəni CM-in 128-ci maddəsi ilə bağlı ittiham CM-in 221.3 və 315-ci maddəsi ilə tam əhatə olunduğundan ittihamdan xaric edilməlidir.

91. Məhkəmə, təqsirləndirilən şəxs X6 irəli sürülmüş CM-in 221.3 və 315-ci maddələrinə münasibətdə isə bildirmək istəyir ki, təqsirləndirilən şəxs tərəfindən CM-in 221.3 və 315-ci maddələri üzrə əməlin törədilməsində birbaşa qəsdi, təqsirliliyi ittiham tərəfindən sübuta yetirilə bilinmədiyindən ittihama həmin hissədə bəraət verilməlidir.

92. “Məhkəmə hökmü haqqında” Ali Məhkəmənin 24 dekabr 2021-ci il tarixli Plenum qərarında göstərilir ki, bir neçə cinayət törətməkdə ittiham olunan və əməli cinayət qanununun bir və ya bir neçə maddəsi ilə tövsif edilən şəxs haqqında bəraət hökmü çıxarılarkən məhkəmə hökmün təsviri-əsaslandırıcı hissəsində hər bir maddə üzrə təqsirləndirilən şəxsin təqsirsiz olması barədə gəldiyi nəticəni əsaslandırmalı, nəticəvi hissəsində isə ona cinayət qanununun hansı maddəsi ilə və cinayət-prosessual qanunda nəzərdə tutulmuş hansı əsasla bəraət verildiyini göstərməlidir.

93. Məhkəmə bildirir ki, ittiham tərəfi CM-in 221.3-cü maddəsi üzrə ittiham irəli sürərkən CM-in 221.1-ci maddəsində nəzərdə tutulan əməllərin silah qismində istifadə edilən əşya vasitəsilə törədilməsi ilə, CM-in 315-ci maddəsi üzrə ittiham irəli sürərkən isə polis əməkdaşlarının qanuni göstərişlərinə tabe olmadan hakimiyyət nümayəndəsinə və digər şəxsə müqavimət göstərməsi ilə ittihamı əsaslandırmışdır. Lakin məhkəmə hesab edir ki, ittiham tərəfi təqsirləndirilən şəxs tərəfindən törədilən əməli formal olaraq, hər iki maddənin dispozisiyasında nəzərdə tutulan əlamətləri sadəcə sadlamaqla qiymətləndirmiş, bu zaman cinayət məsuliyyətinin yaranması əsası kimi təqsirləndirilən şəxsin əməlində cinayət tərkibinin bütün əlamətlərinin olub-olmamasına diqqət yetirməmişdir.

94. Halbuki, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli Qərarına görə, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymət kimi göstərilmişdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malik olmaqla, Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilməsidir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir.

95. Konstitusiya Məhkəməsinin Plenumu həmin qərarında həmçinin qeyd etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks halda təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər.

96. Ali Məhkəmənin “Xuliqanlıq və xuliqanlıq niyyəti ilə törədilmiş həyat və sağlamlıq əleyhinə cinayətlərə dair işlərə kassasiya qaydasında baxılması üzrə məhkəmə təcrübəsi haqqında” icmallarında məhkəmələrə tövsiyyə edilmişdir ki, məhkəmələr əməlin ictimai yerdə törədilməsi əsası ilə və ya CM-in 221.1-ci maddənin dispozisiyasında nəzərdə tutulan halları sadəcə sadalamaqla əməli xuliqanlıq kimi tövsif etməkdən qaçınmalıdırlar. İctimai qaydanın kobud şəkildə pozulduğunu, cəmiyyətə açıqca hörmətsizliyin ifadə olunduğunu, digər mühüm halları təsdiq edən, müvafiq sübutlar yoxdursa əməl CM-in 221-ci maddəsi ilə tövsif oluna bilməz.

97. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli Qərarında da eyni məsələlərə toxunularaq qeyd edilmişdir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər.

98. Eyni Qərarda göstərilir ki, xuliqanlıq cinayətinin motivi təqsirkarın qeyri-müəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Bu cinayətin subyektiv cəhətini birbaşa qəsd təşkil edir. Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud şəkildə pozduğunu dərk edir, bu hərəkətləri nəticəsində zərərçəkmişin sağlamlığına zərər vurula biləcəyini, yaxud özgənin əmlakının məhv ediləcəyi və ya zədələnəcəyini qabaqcadan görür və bunu arzu edir. Xuliqanlığın subyektiv cəhətinin mütləq şərti bu cinayətin motividir. Bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, gücünü nümayiş etdirmək, qalmaqal salmaq, ədəbsizliyin qarşısını almağa cəhd edən ayrı-ayrı şəxslərdən qisas almaq motivin əsasını təşkil edir.

99. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 7 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 17 fevral 2006-cı il tarixli qərarında da göstərilmişdir ki, təqsirkarın ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətinin olduğu müəyyənləşdirilməyibsə, əməl xuliqanlıq kimi qiymətləndirilə bilməz.

100. Bundan başqa, məhkəmə CM-in 315-ci maddəsinə də münasibət bildirərək vurğulmaq istəyir ki, maddənin dispozisiyasında hakimiyyət nümayəndəsinə xidməti vəzifələrini yerinə yetirərkən zor tətbiq etməklə müqavimət göstərmə və ya xidməti vəzifələrini yerinə yetirməsi ilə əlaqədar ona və ya onun yaxın qohumlarına qarşı zor tətbiq etmə nəzərdə tutulmuş, təqsirləndirilən şəxsin həmin əməli birbaşa qəsdlə həyata keçirdiyi andan cinayət başa çatmış hesab edilməkdədir. Belə ki, təqsirkarın qəsdi hər bir halda hakimiyyət nümayəndəsinə və ya onun yaxın qohumlarına qarşı zor tətbiq edilməsi və bu zorun hakimiyyət nümayəndəsinin xidməti vəzifələrinin icrası ilə əlaqədar tətbiq olunması faktını (cinayətin motivi) əhatə etməlidir. Maddənin dispoziyisasından da bəlli olur ki, qeyd edilən motiv olmadığı halda cinayət məsuliyyəti istisna edilir.

101. CM-in 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Cinayət tərkibi dedikdə əməlin obyektiv və subyektiv elementlərinin zəruri cəmi olub, onun (əməlin) ictimai təhlükəliliyini ifadə edən dörd sistemaltı ünsüründən ibarətdir. Cinayət tərkibinin elementləri cinayətin komponentləridir, cinayət tərkibinin ilkin sistemidir. Cinayət tərkibinin sistemaltı elementləri: obyektdən, obyektiv cəhətdən, subyektdən və subyektiv cəhətdən ibarətdir. Cinayət tərkibi cinayət məsuliyyətinin əsası kimi çıxış etməklə, cinayətin düzgün tövsifini, məhkəmə tərəfindən cəzanın növünün və həddinin seçilməsini təmin edir, vətəndaşların hüquq və azadlıqlarının qorunmasına xidmət etməklə, qanunçuluğun möhkəmlənməsinə və ona riayət edilməsinə kömək edir.

102. Hazırkı cinayət işində təqsirləndirilən şəxs cinayətin subyekti olmaqla yanaşı, CM-in 221.3 və 315-ci maddələri ilə qorunan ictimai münasibətlərə, obyektiv cəhətdən hərəkətliliklə, subyektiv cəhətdən isə birbaşa qəsd etməlidir ki, onun məsuliyyəti yaranmış olsun. Göründüyü kimi qanuvericilikdə CM-in həm 221.3, həm də 315-ci maddələri üzrə təqsirləndirilən şəxsin məsuliyyətinin yaranması əsaslarından biri kimi onun əmələ olan psixi münasibətinin birbaşa qəsd formasında həyata keçirilməsidir. Bu isə o deməkdir ki, təqsirləndirilən şəxs öz əməlinin ictimai təhlükəli olduğunu dərk etməli, nəticələrini əvvəlcədən görməli və bu əməli törətməyi arzu etməlidir. Beləliklə qeyd edilənlər bir daha təsdiq edir ki, həm CM-in 221.3-cü, həm də CM-in 315-ci maddəsi subyektiv tərkib olaraq birbaşa qəsdlə həyata keçirilən cinayət olmaqla yanaşı, bu cinayətlərdə niyyət başlıca şərtdir.

103. Hazırkı cinayət işində isə Təqsirləndirilən şəxs qarşı irəli sürülən ittihamda onun əməlinə psixi münasibəti kimi birbaşa qəsdi sübuta yetirilmir. Belə ki, məhkəmə iş materiallarını zərəçəkənlər və şahidlərin ifadələri, ekspertiza rəyləri, hadisənin videogörüntüsü və digər sübutlarla birgə tədqiq edərkən müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs X17 çalışan əməkdaşlarla növbə siyahısından adının çıxarılması ilə bağlı baş vermiş sözlü mübahisə zamanı öz hərəkətləri üzərində nəzarəti itirmiş, emosional gərgin vəziyyətində, əlində olan əsa ilə masaya zərbə vuraraq masanı zədələmiş, bundan sonra isə polis əməkdaşları tərəfindən gözləmə zalından çölə çıxarılmışdır. Hadisənin videogörüntüsünə baxarkən müəyyən edilmişdir ki, təqsirləndirilən şəxs Mərkəzə daxil olduqdan sonra qeydiyyat masasına yaxınlaşmış və orda ilk öncə Mərkəzin əməkdaşlarından bir nəfərlə xeyli müddət nə isə danışmış, daha sonra həmin şəxs digər əməkdaşı çağırmış və onlar birgə yenidən Təqsirləndirilən şəxs vəsiqəsini alaraq nə isə yoxlamağa başlamışlar. Video görüntüdən o da müəyyən edilir ki, təqsirləndirilən şəxsə vəsiqəsi geri qaytarılan kimi, yəni aralarında yaranan növbə siyası ilə bağlı sözlü mübahisədən dərhal sonra o anidən ayağa durmuş, ayağı və əsa ilə stola vuraraq, dərhal yerə yıxılmış və çabalamağa başlamışdır. Onu da qeyd etmək lazımdır ki, video materialdan təqsirləndirilən şəxsin özünü itirib stola zərər yetirənədək onun məlumat mərkəzində xeyli müddət (təxminən 10-15 dəqiqə) əməkdaşlarla nə isə danışdığı müəyyən edilir. Bundan sonra polis əməkdaşları səs-küyə yaxınlaşmış və onu çölə çıxarmışlar. Zərəçəkənlər ifadə verərkən bildirmişlər ki, Təqsirləndirilən şəxs çölə çıxarıldıqdan sonra da emosional gərgin vəziyyətini davam etdirmiş, başını beton döşəməyə vuraraq özünə xəsarət yetirməyə başlamışdır. Onlar Təqsirləndirilən şəxs əlqolunu tutmuşlar ki, özünə xəsarət yetirməsin. Həyətdə gəzişməyə başlayan təqsirləndirilən şəxs anidən binanın çıxış hissəsində saxlanc əşyaların qoyulduğu stolun üstündən (videodan görünür ki, heç bir mühafizə tədbirləri görülmədən açıqda, hər kəsin gözü qarşısında sadəcə stolun üstünə qoyulan əşyalar arasından) həyat yoldaşına məxsus bıçağı götürərək, cəld qolunu açmış və “yaxın gəlməyin, özümü öldürəcəyəm” demişdir. Mühafizə əməkdaşları təqsirləndirilən şəxsin özünə xəsarət yetirməsinin qarşısını almaq istəyərkən isə bıçaq təsadüfən zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs2 dəymişdir. Qeyd edilən faktlar iş üzrə zərərçəkmiş şəxs qismində tanınan Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs8, Zərərçəkmiş şəxs9, Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs7, Zərərçəkmiş şəxs12 və Zərərçəkmiş şəxs4 tərəfindən məhkəmə istintaqı zamanı verdiyi ifadələrdə də öz təsdiqini tapmışdır. Belə ki, zərərçəkənlərin hər biri ifadə verərkən bildirmişlər ki, “Təqsirləndirilən şəxs bıçaq əlində demişdir ki, “özümü öldürəcəm, mənə yaxın gəlməyin”. Təqsirləndirilən şəxs özünə xəsarət yetirməsin deyə bıçağı onun əlindən almağa çalışmışlar, bu zaman arxadan təqsirləndirilən şəxsə yaxınlaşan Zərərçəkmiş şəxs2 isə bıçağı onun əlindən almağa çalışarkən xəsarət almışdır”. Zərəçəkənlər onu da xüsusilə vurğulamışlar ki, Mərkəzdə dəmək olar ki, tez-tez belə hallarla rastlaşdıqları üçün başlıca məqsədləri mümkün xəsarətin qarşısını almaq olmuşdur. Elə bu səbəbdən də təqsirləndirilən şəxsin özünə xasərət yetirməməsi üçün çalışmışlar. İş üzrə Zərərçəkmiş şəxs2 da hadisənin baş vermə səbəbi ilə bağlı eyni ifadə vermiş, lakin hadisənin baş vermə ardıcıllığını nədənsə təhrif etmişdir. Belə ki, o, ilk öncə Mərkəzin içərisindəki olan hadisələrə münasibətdə ifadəsində göstərmişdir ki, “hadisə günü ona məlumat verilmişdir ki, bir nəfər vətəndaş var, qazidir, psixoloji komissiya olan zalda səs-küy yaradır, asayişi pozur. Dərhal ora getmiş və görmüşdür ki, həmin vətəndaş, yəni Təqsirləndirilən şəxs koordinator və işçilərlə sərt şəkildə danışır. Təqsirləndirilən şəxs yaxınlaşaraq özünü təqdim etmiş və onu nizam-intizama dəvət etmişdir. Lakin Təqsirləndirilən şəxs sakitləşməmiş, oradakı stola təpik vurmuşdur. Daha sonra Mərkəzin həyətində olan hadisələri də təhrif edərək bildirmişdir ki, Salamulla başını beton döşəməyə çırpıb xəsarət yetirdikdə ona mane olmuşlar. Sonra o, Mərkəzin həyətində bir müddət əsəbi halda gəzişmiş, daha sonra isə özünə gəlmiş, o da giriş qapısında dayanan mülki mühafizə Günel xanıma Təqsirləndirilən şəxs götürdüyü bıçağı şəxsin həyat yoldaşına geri qaytarmasına dair göstəriş vermiş, Günel xanım da bıçağı Təqsirləndirilən şəxs həyat yoldaşına geri qaytarmış, Yolçiyev X7 çıxıb getmiş, amma sonra bıçaqla təkrar içəri daxil olaraq özünə xəsarət yetirməyə çalışmış, Salamullaya müdaxilə edərək hadisənin qarşısını almağa çalışarkən isə özü xəsarət almışdır. Zərərçəkmiş şəxs2 mübahisənin növbə siyahısı üstündə yarandığını və hadisənin qarşısını alarkən xəsarət aldığını etiraf etsə də hadisənin baş verməsi ardıcıllığı və mexanizmini nədənsə təhrif etmişdir. Belə ki, hadisənin bu ardıcıllıqla baş verməsi nə video materialla, nə də zərərçəkənlərin ifadələri ilə öz təsdiqini tapmamışdır. Belə ki, video görüntüyə baxarkən müəyyən edilmişdir ki, zərəçəkmiş şəxs dediyi kimi ilk öncə təqsirləndirilən şəxsə yaxınlaşıb onu nizam-intizama dəvət etməsi daha sonra Təqsirləndirilən şəxs stola təpik vurması öz təsdiqini tapmamışdır. Hadisə tam əksinə olmuş, Təqsirləndirilən şəxs siyahıda adının olmaması ilə bağlı yaranmış mübahisə zəminində öz hərəkətlərinə nəzarəti itirərək, stola zərbə vurub yerə yıxılmış, daha sonra isə polis əməkdaşları içəri daxil olaraq onu çölə çıxarmışlar. Bundan sonra o başını beton döşəməyə çırpmış, daha sonra isə Mərkəzin qapısının çıxışında stolun üstünə nəzarətsiz qoyulan saxlanc əşyalar içərisindən həyat yoldaşına məxsus meyvə bıçağını anidən götürərək köynəyinin qolunu yuxarı qaldırmış və qolunu kəsmək istəmişdir. Daha sonra isə videomaterialdan zərəçəkənlərin onu yerə yıxaraq bıçağı əlindən aldıqları və içəri apardıqları, bir müddət sonra isə əraziyə post patrul xidməti maşınının daxil olduğu aşikar görünməkdədir (videomaterial 27.52 dəqiqədən).

104. Məhkəmə, onu da bildirmək istəyir ki, iş üzrə zərərçəkənlərin sayının ittiham tərəfindən süni şəkildə artırılması da anlaşılan deyildir. Belə ki, məhkəmə iclas zalında dindirilən zərərçəkənlərin əksəriyyəti bu hadisənin yalnızca şahidləri olduqlarını, zərər çəkmədiklərini, lakin onlara zərərçəkən kimi tanınmalı olduqlarını bildirdikdən sonra ifadə verərək sənədlərə qol çəkdiklərini bildirmişlər.

105. Bundan başqa məhkəmə onu da bildirmək istəyir ki, təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı hadisəni xatırlamadığını, istintaq dövründə də müstəntiqə hadisəni xatılamadığını bildirdiyini bundan sonra ona hadisəni əks etdirən video görüntünü izlətdirdiklərini, həmin videoya baxdıqdan sonra ona gördüklərini danışmağı təklif etdiklərini və özünün videoda gördükləri əsasında ifadəsini verdiyini bildirmişdir. Şahid kimi dindirilən təqsirləndirilən şəxsin həyat yoldaşı da eyni məzmunlu ifadələr verərək bildirmişdir ki, Salamulla həmin vaxtı özündə olmamış, ona tibbi yardım göstərildikdən xeyli müddət sonra özünə gəlmiş və bura nə üçün gəldiklərini soruşmuşdur. Təqsirləndirilən şəxsin vəkili isə məhkəmə istintaqında bildirmişdir ki, təqsirləndirilən şəxslə bağlı istintaq hərəkətlərinin həyata keçirilməsində həkim-psixiatr iştirak etmişdir. Cinayət işinin materialları araşdırılarkən (İİ cild, s.132) müəyyən edilmişdir ki, həqiqətən də Təqsirləndirilən şəxs barəsində aparılacaq istintaq hərəkətlərində iştirak etməsi üçün Psixi Sağlamlıq Mərkəzinin Müalicə profilaktik şöbəsinin müdiri vəzifəsində işləyən X12 mütəxəssis qismində tanınmış və o, istintaq hərəkətlərində iştirak etmişdir. Bundan başqa istintaq dövründə təsirləndirilən şəxsin psixi durumu ilə bağlı müvafiq rəyin əldə edilməsi məqsədilə “X25 Məhkəmə-Psixiatrik və Psixoloji Ekspertizası” keçirilmiş, ekspertizanın xx.xx.2025-ci il tarixli, 1081 nömrəli rəyinin nəicəsi hissəsində 4 və 6-cı bəndlər üzrə ekspertlər belə nəticəyə gəlmişlər ki, Təqsirləndirilən şəxs onda aşkar edilən şəxsiyyət pozunutusu xəstəliyi ilə əlaqədar öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini tam dərk etmək və onları tam idarə etmək iqtidarında olmayan şəxsdir, bundan başqa o hadisə zamanı emosional halından asılı olaraq öz hərəkətlərini tam dərk etmək və tam həcmdə qavramaq qabiliyyətinə də malik olmamışdır. Məhkəmə təqsirləndirilən şəxsin qeyd etdiyi faktlara (hadisəni xatırlamaması), o cümlədən komisyon ekspertizanın rəyində göstərilən hallarla bağlı müvafiq məsələlərə aydınlıq gətirilməsi üçün Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi publik hüquqi şəxsinin ambulator şöbəsinin müdiri, ikinci dərəcəli ekspert, ali tibb təhsilli həkim-psixiatr, məhkəmə istintaqı zamanı X25 məhkəmə-psixiatrik və psixoloji ekpertiza rəyinin verilməsində məruzəçi həkim olan X13 məhkəməyə dəvət etmiş, ekspert məhkəmənin xx.xx.2025-ci il tarixli iclasında iştirak edərək bildirmişdir ki, təqsirləndirilən şəxsin dedikləri həqiqəti əks etdirir, belə ki, şəxsin əməlində simulyasiya və avraqasiya (xəstəliyini şişirtmək) əlamətləri yoxdur. O, həqiqətən də hadisəni xatırlamır. Eksperiza zamanı da eyni hal baş vermiş bu səbəbdən də təqsirləndirilən şəxsə video material izlədilmiş, daha sonra təqsirləndirilən şəxsin hadisəyə münasibəti öyrənilmişdir. Ekspertiza zamanı müəyyən edilmişdir ki, şəxs düşdüyü situasiya zamanı vəziyyəti idarə edə bilməmişdir. Bundan başqa ekspert onu da bildirmişdir ki, təqsirləndirilən şəxsin müharibədən sonrakı davranış pozğunluğu xəstəliyi davamlı hal aldığı üçün onun diaqnozu davamlı şəxsiyyət dəyişikliyi daiqnozu ilə əvəzlənmişdir. Eksper xəstəliyin əlamətlərini sadalayaraq bu xəstəliyin əsəbilik, səbrsizlik, hövsələsizlik, yuxu pozuntusu, emosianal qeyri stabiliyi, özünə xəsarət yetirmə və ya başqasına xəsarət yetirmək, dağıtmaq, sındırmaq kimi əlamətləri özündə birləşdirdiyini bildirmişdir. Ekspert onu da qeyd etmişdir ki, təqsirləndirilən şəxsin xəstəliyi müxtəlif amillərdən asılı olaraq hər an aktiv vəziyyətə gəlməklə qeyd edilən əlamətlərlə müşayiət olunan hərəkətlərdə təzahür edir, lakin xəstəlik remisiyada olduğu halda, yəni o, sakit vəziyyətdə olduqda bu əməllərin yolverilməz olduğunu dərk edir.

106. Məhkəmə təqsirləndirilən şəxsin müharibə dövründən sonra davamlı şəxsiyyət pozğunluğu xəstəliyinin onda intihara meyillik yaratması ilə bağlı ekspertin bildirdiyi fikirlərə münasibətdə də bildirmək istəyir ki, qeyd edilən faktlar məhkəmə istintaqı zamanı dindirilmiş zərərçəkənlərin ifadələri, şahid kimi dindirilmiş təqsirləndirilən şəxsin qardaşı X11 və həyat yoldaşı Şahid2 verdiyi ifadələrlə, eyni zamanda Təqsirləndirilən şəxs sağlamlıq vəziyyəti ilə bağlı verilmiş məhkəmə sorğusu zamanı əldə edilmiş sübutlarla da təsdiq edilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı əldə edilmiş sübutlardan müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs müharibədən sonra aldığı xəsarətlərdən sonra intihara meyillik yaranmış, hətta adət halına çevrilmişdir. Bundan başqa, o, aldığı xəsarətlərdən sonra gündəlik həyat tərzində adi baş vermiş hadisələrdən belə anidən qıcıqlanaraq özündən çıxmağa başlamış və mübahisəyə meyilli olmuşdur. Məhkəmənin xx.xx.2025-ci il tarixli iclasında təqsirləndirilən şəxsin qardaşı X33 ifadə verərkən bildirmişdir ki, qardaşı dərmanları vaxtlı-vaxtında qəbul etməyəndə əsəbi olur, tez özündən çıxır, bu zaman özünü öldürmək istəyir və özünə xəsarət yetirməyə başlayır. Bundan başqa məhkəmənin xx.xx.2025-ci il tarixli iclasında təqsirləndirilən şəxsin həyat yoldaşı Şahid2 da eyni məzmunlu ifadə verərək bildirmişdir ki, Salamulla ayda 1-2 dəfə, adətən dərmanlarını qəbul etməyəndə belə aqressiv hərəkətlər edir, adi sözlərdən belə qıcıqlana bilir, məsələn əgər o, bir sözü 2 dəfə təkrarlayarsa Salamulla əsəbləşir. Özünü itirəndə isə ancaq özünü öldürəcəyini bildirir və intihara cəhd edir. Təqsirləndirilən şəxsin həyat yoldaşı onu da bildirmişdir ki, Təqsirləndirilən şəxs özündən çıxarkən ancaq özünə xəsarət yetirməyə çalışır. Bu səbəbdən də evdə olan bütün kəsici-deşici əşya və alətləri yığışdırmışlar. Onda bu hal baş verərkən dərhal əlini-qolunu bağlayırlar ki, özünə xəsarət yetirməsin. Təqsirləndirilən şəxs də eyni məzmunlu ifadə vermiş, eyni zamanda onu da bildirmişdir ki, onda müharibədən sonra güclü baş ağrıları və beyninin içində olan uğultu (müharibə zamanı aldığı kontuziya ilə əlaqədar olaraq) onu gecələr yatmağa qoymur, adi səs-küy isə ona qıcıqlandırıcı təsir bağışlayır. Yaddaş pozğunluğu isə artıq onda adi hal almışdır. Belə ki, dəfələrlə olmuşdur ki, o, gecə evdən çıxıb getmiş, özünə gələndə isə görmüşdür ki, tanımadığı yerdədir. Amma bura necə gəldiyini xatırlaya bilməmişdir. Məhkəmə onu da bildirmək istəyir ki, intihar faktları ibtidai araşdırma zamanı əldə edilmiş ekspertiza rəyi ilə də öz təsdiqini tapmışdır. Belə ki, Cinayət işinin materiallarına (İİ cild, səh. 131) diqqət yetirdikdə, müəyyən edilir ki, Təqsirləndirilən şəxs Binəqədi RPİ-nin MSY-nə gətirilən zaman bədəninə baxış keçirilmiş, onun hər iki qolunda kəsiklər, bədənində yaralar, belinin sağ nahiyyəsində isə göyərmə aşkar edilmişdir. Bu səbəbdən də, o, məhkəmə-tibbi ekspertizasından keçirilmiş, Azərbaycan Respublikası Səhiyyət Nazirliyi “Məhkəmə Tibbi Ekspertizası və X31” publik hüquqi şəxsi tərəfindən verilmiş, 500 nömrəli, xx.xx.2025-ci il tarixli ekpert rəyinin nəticə hissəsində göstərilmişdir ki, vətəndaş Təqsirləndirilən şəxs bədəninə xx.xx.2025-ci il tarixdə baxış keçirilən zaman “belinin sağ nahiyyəsində göyərmə” bərk küt əşyanın təsirindən yaranmaqla müayinədən 1-2 gün əvvəl əmələ gələ bilərdi (yəni hadisə baş verən gün) və sağlamlığa zərər vurmayan xəsarətlərə aiddir. Həmin ekspert rəyində Yolçuyev Salamullanın bədən səthində olan kəsilmiş yara izlərinə münasibətdə isə bildirilmişdir ki, qeyd edilən yaralar kəsici kənara malik olan alətin təsirindən yaranmaqla 1.5 il əvvələ aiddir. Məhkəmə ekspert rəyində qeyd edilən faktlara ayrı-ayrılıqda münasibət bildirərək xüsusilə vurğulamaq istəyir ki, Təqsirləndirilən şəxs hadisə zamanı bədən səthində yaranan göyərmələr bir daha zərərçəkən şəxslərin və şahidlərin ifadələri ilə üst-üstə düşərək sübut edir ki, təqsirləndirilən şəxs ani yaranmış emosional gərginliklə, psixoloji vəziyyətinin yaratdığı təsirdən özünə xəsarət yetirməyə çalışmışdır (beton döşəməyə özünü çırparaq). Bundan başqa, ekspert rəyi onun bədənində 1.5 il əvvələ aid olan yara izlərinə münasibət bildirərək göstərmişdir ki, həmin yaralar kəsici alətin təsirindən əmələ gəlmişdir ki, bu da təqsirləndirilən şəxsin intihar keçmişinin əyani sübutudur. Onu da qeyd etmək lazımdır ki, təqsirləndirilən şəxs dəfələrlə intihar etməyə cəhd etdiyinə dair qollarında olan xəsarət izlərini məhkəmədə də əyani olaraq göstərmişdir.

107. Məhkəmə onu da bildirmək istəyir ki, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin xəstəlik tarixçəsi və əlilliyi ilə bağlı bir sıra sorğular verilmiş, həmin sorğuların nəticəsi olaraq, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” Publik Hüquqi şəxsindən xx.xx.2025-ci il tarixli, 3-28-29/2-10581/2025 nömrəli cavab məktubunda bildirilmişdir ki, Təqsirləndirilən şəxs dəfələrlə Respublika Psixiatriya Xəstəxanasında müalicədə olmuş, sonuncu dəfə isə xx.xx.2025-xx.xx.2025-ci il tarixində “Fəlakət (İİ Qarabağ müharibəsi) keçirdikdən sonra davamlı şəxsiyyət dəyişikliyi, tez-tez baş verən dekompensasiyalar, depressiv daxil olmalar, intihar cəhdləri” diaqnozu ilə gündüz stasionarı şöbəsində yarım stasionar rejimli müalicədə olmuşdur. Təqsirləndirilən şəxs barəsində təqdim edilmiş Forma 88 haqqında məlumatdan isə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs xəstəliyin xroniki gedişatı ilə bağlı olaraq aqressiv hərəkətlər, yaddaş pozğunluğu, baş ağrısı, baş gicəllənməsi, əsəbilik və yuxu pozğunluğu yaranmışdır. Təqsirləndirilən şəxsin psixi statusu isə belə qiymətləndirilmişdir ki, o, tez-tez yorulur, söhbətin davamı onda qıcıq yaradır (onun adının siyahıdan çıxarılması, bu barədə ona əvvəlcədən məlumat verilməməsi, bununla bağlı qeydiyyatda söhbətin uzun müddət davam etməsi (təxminən 10-15 dəqiqə), diqqət və yaddaşı aşağı enmişdir, ətrafdakılarla yola getmir, əsəbləşəndə ayaq əzələlərində qıcolmalar olur (hadisənin video yazısında təqsirləndirilən şəxs məlumat mərkəzində anidən əsəbləşərək stola zərər vurduğu və yerə yıxılaraq çabaladığı aşikar görünür), qulağında uğultu vardır, intihara dəfələrlə cəhd etmiş (Mərkəzin həyətində də özünü beton döşəməyə çırpması, bıçağı götürərək biləyini kəsməyə cəhd etməsi), münaqişəyə meyillidir, davranışları qeyri-adekvatdır. Təqsirləndirilən şəxsin status vəziyyəti qiymətləndirilərək belə nəticəyə gəlinmişdir ki, qeyd edilən amillər Təqsirləndirilən şəxs əmək qabiliyyətini əhəmiyyətli dərəcədə azaltmaqla, ətrafdakılarla tez-tez problem yaratmasına, ətrafa zərər yetirmə və yüksək intihar risqinə görə isə mütəmadi kənar şəxslərin köməyinə ehtiyac duymasına səbəb olmaqdadır. Məhkəmə onu da qeyd etmək istəyir ki, təqsirləndirlən şəxs barəsində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X10-Sosial Ekspert Komissiyasının xx.xx.2025-ci il tarixli əlilliyin təkrar verilməsi haqqında qərarda da əlillik meyarı kimi Təqsirləndirilən şəxs Fəlakət keçirdikdən sonra şəxsiyyətinin davamlı dəyişikliyi, fərdin fəaliyyətinə mənfi təsir edən tez-tez (ildə 3 dəfədən çox) və ya uzunmüddətli periodlar (3 aydan çox davam edən dekompensasiyalar), münaqişəli, yayınma və yüksək dərəcədə asılılıqla ətrafdakılara münasibət, özünə və ətrafa zərər yetirmə risqinin olması göstərilmişdir.

108. Bundan başqa, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyindən xx.xx.2025-ci il tarixli, 3-17-4/2-28862/2025 nömrəli məktubla bildirilmişdir ki, Təqsirləndirilən şəxs barəsində xx.xx.2023-cü il tarixində Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar orqanizm funksiyasının 35% pozulmasına görə 2 (iki) il müddətinə müəyyən edilmiş əlillik, xx.xx.2025-ci il tarixindən yenidən xx.xx.2027-ci il tarixinədək uzadılması haqqında qərar qəbul edilmişdir. Həmin məktubda o da qeyd edilmişdir ki, təqsirləndirilən şəxs xx.xx.2025ci il tarixində komissiyadan keçirilməli olsa da xx.xx.2025-ci il tarixində Təqsirləndirilən şəxs qardaşı ilə onun komissiyaya gəlib-gəlməyəcəyi dəqiqləşdirilmiş, qardaşı bildirmişdir ki, Təqsirləndirilən şəxs şəxsi işləri səbəbindən həmin tarixdə komissiyada müayinə olmaq üçün gələ bilməyəcəkdir. Məktuba əlavə edilmiş siyahıdan isə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs adı xx.xx.2025-ci il tarixli komissiyada müayinə olunmalı şəxslərin içərisində olmamışdır. Məhkəmə istintaqı zamanı həm təqsirləndirilən şəxs, həm də qardaşı Yolçiyev Mehman isə bildirmişlər ki, onlar xx.xx.2025-ci il tarixdə gələ bilməyəcəklərini bildirmiş və komissiyadan keçmək üçün başqa vaxta keçirilməsini xahiş etsələr də Mərkəzdən onlara bunun mümkün olmadığını, əgər siyahıda dəyişiklik edə bilərlərsə onlara xəbər edəcəklərini bildirmişlər, lakin sonradan bir xəbər çıxmadığı üçün də Təqsirləndirilən şəxs həmin gün Komissiyadan keçmək üçün Mərkəzə getməli olmuşdur. Bundan sonra isə bəlli olmuşdur ki, onun adı siyahıdan çıxarılmışdır. Məhz siyahıda adının olmaması, təqsirləndirilən şəxsin isə rayondan gedib-gəlmək üçün əlavə pul xərcləməli olması, buna isə maddi imkanın olmamasını bildirməsinə baxmayarq, Mərkəzin əməkdaşları tərəfindən adının siyahıya əlavə edilməsinin qeyri-mümkünlüyü haqqında bildirməsi ilə təqsriləndirilən şəxs özündən çıxmış və xəstəliyin əlamətlərinə uyğun olaraq intihara cəhd etmişdir. Belə ki, zərərçəkənlərin ifadələri ilə təsdiq edilmişdir ki, təqsirləndirilən şəxs bıçağı əldə edənədək də başını beton döşəməyə çırparaq durmadan özünə xəsarət yetirməyə çalışmışdır. Qeyd edilən faktlar ekspertiza rəyi ilə də təsdiq edilmişdir.

109. “Məhkəmə hökmü haqqında” Ali Məhkəmənin 24 dekabr 2021-ci il tarixli Plenum qərarında göstərilir ki, məhkəmə bəraət verərkən hökmün təsviri-əsaslandırıcı hissəsində ittihamın məzmununu göstərdikdən sonra işin faktiki hallarını, onların məhkəmə tərəfindən necə müəyyən edilməsini şərh etməli, təqsirləndirilən şəxsin təqsirsiz olması barədə məhkəmənin gəldiyi nəticəni əsaslandıran sübutları təhlil etməklə, ittihamın əsasını təşkil edən sübutların rədd edilməsinin motivlərini göstərməlidir.

110. Beləliklə, məhkəmə həm məhkəməyədək olan mərhələdə toplanmış sübutlar, həm də məhkəmə istintaqı zamanı ələ edilmiş sübutlar və ifadə vermiş zərərçəkmiş şəxslər, şahidlərin ifadələri ilə belə qənatə gəlmişdir ki, təqsirləndirilən şəxs X14 ilə zərərçəkmiş şəxslər-Zərərçəkmiş şəxs10 və Zərərçəkmiş şəxs11 arasında mübahisə 14 fevral 2025-ci il tarixində müayinədən keçəcək şəxslərin adları olan siyahıda adının siyahıda olmaması üstündə yaranmış, yaranan sözlü mübahisə anidən təqsirləndirilən şəxsin öz hərəkətlərini idarə edə bilməməsi, özündən çıxmasına səbəb olmuş, o, qeydiyyat aparılan stola əlindəki əsa və ayağı ilə vurmuş, bundan sonra yerə yıxılaraq çabalamağa başlamış, dərhal mühafizə polisi əməkdaşları tərəfindən qeydiyyat yerindən uzaqlaşdırılması ilə nəticələnmişdir. Hadisənin video görüntüsündə diqqəti cəlb edən bir digər maraqlı məqam isə ondan ibarətdir ki, təqsirləndirilən şəxs əlindəki əsanı qarşısında dayanan siyahı üstündə aralarında sözlü mübahisə yaranan şəxslərin və ya Mərkəzdə olan digər şəxslərin üzərinə doğru deyil, birbaşa üzü aşağı stola doğru vurmuş, dərhal yerə yıxılaraq yerində çabalamağa başlamışdır. Hadisələrin ardıcıllığına diqqət yetirilərsə Təqsirləndirilən şəxs bundan sonra da sakitləşməmiş, öz hərəkətlərini idarə edə bilməmiş, X19 həyətində gərgin vəziyyətdə olmuş, özünə xəsarət yetirməyə çalışaraq başını beton döşəməyə vurmağa başlamış, daha sonra isə lazımınca mühafizə edilməyən saxlanc yerindən (stolun üstündən) həyat yoldaşına məxsus meyvə bıçağını götürərək özünü öldürməyə cəhd etmişdir. Qeyd edilən faktlar belə nəticəyə gəlməyə əsas vermişdir ki, təqsirləndirilən şəxs “Fəlakət (İİ Qarabağ müharibəsi) keçirdikdən sonra onda olan davamlı şəxsiyyət dəyişikliyi xəstəliyinin fonunda hadisələrə reaksiya verərək özünə xəsarət etməyə başlamış, onun xuliqanlıq və ya hakimiyyət nümayəndəsinə müqavimət göstərmək kimi niyyəti və birbaşa qəsdi olmamış, hərəkərləri özünə qəsdlə məhdudlaşmışdır. Belə ki, həm CM-in 221.3, həm də 315-ci maddələri üzrə şəxsin cinayət məsuliyyəti daşıması üçün onun öz hərəkətinin ictimai təhlükəliliyini dərk etməsi, onun nəticələrini əvvəlcədən görməsi və bunu arzu etməsi tələb edilir. Təqsriləndirilən şəxsin niyyəti və qəsdi isə başqalarına qarşı deyil, özünə qarşı intihar cəhdi ilə məhdudlaşmışdır. Qeyd edilənlər məhkəmədə ifadə vermiş zərərçəkmiş şəxslərin ifadələri ilə də təsdiqlənmiş, onların hər biri Təqsirləndirilən şəxs özünə xəsarət yetirmək istədiyini və hadisənin qarşısını almağa çalışarkən zərərçəkmiş şəxs Mehtiyev Turala zərər dəyməsini təsdiqləmişlər.

111. Məhkəmə bu sahədə aparılmış bir sıra elmi araşadırmalara da nəzər yetirməyi zəruri hesab etmişdir. “Kaplan və Sadockun psixiatriya üzrə geniş izahlı kitabı” (müəllif: Drs. Robert Boland and Marcia L. Verduin) “Psixiatriya və X43” (müəllif: Robert İ. Simon, M.D; Daniel W. Shuman, J.D.) adlı kitablarda müəlliflər bildirmişlər ki, qısamüddətli emosional pozğunluqlar şəxs üçün baş verən situasiyanın mənzərəsini adekvat qəbul etmək və hərəkətlərinin faktiki nəticələrini dərk etmək qabiliyyətini müvəqqəti zəiflədə və ya tamamilə məhdudlaşdıra bilər. Nəzərə almaq lazımdır ki, şəxs anlaqlı sayılsa da, belə hallarda onun konkret situasiyada öz davranışını nəzarətdə saxlamaq imkanları xeyli məhdudlaşır. Ekspertiza zamanı əsas meyar – hadisə anında şəxsin psixi vəziyyətinin onun ehtiyatlı davranış qabiliyyətini pozub-pozmamasıdır. Şəxsin sonradan, yəni baş verən hadisədən sonra – öz davranışına tənqidi yanaşması və onu qiymətləndirməsi isə onun hadisə zamanı anlaqlı olub-olmaması barədə birbaşa nəticə çıxarmağa imkan vermir. Çünki emosional pozğunluq keçicidir və hadisədən bir müddət sonra şəxs tam adekvat qiymətləndirmə qabiliyyətini bərpa edə bilər. Bu zaman sonrakı tənqidi münasibət ekspert rəyinin əsaslandırılması üçün yardımçı əlamət ola bilər, lakin həlledici meyar olmamalıdır.

112. Bundan başqa, “Psixi xəstəlik və zorakı davranış: dissosiyanın rolu” adlı elmi məqalədə (müəllif: Bethany L Brand; Aliya R Webermann) müəlliflər bildirmişlər ki, dissosiativ pozğunluq baş verdiyi anda şəxsin davranışı üzərində iradi nəzarət azalır və bu vəziyyətdə qəsdin formalaşması neyropsixoloji olaraq mümkünsüz sayılır.”

113. Nəzərə almaq lazımdır ki, davamlı şəxsiyyət pozğunlu əsas dissosiativ pozulmalara aiddir. Bu xəstəliyin əsas əlaməti isə ondan ibarətdir ki, şəxs aldığı hər hansı bir travmanın nəticəsində ətrafda baş verən hadisələrə dözə bilmədiyi üçün beyin bunlara dözə biləcək şəxsiyyətlər və ya bir şəxsiyyət yaradır. Məhkəmə bildirmək istəyir ki, məhkmə istintaqı zamanı iclasa dəvət edilmiş ekspert X26 da ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs fəlakət (stress) keçirdikdən sonra davamlı şəxsiyyət dəyişikliyi ilə qeydiyyata götürülmüşdür. Daha sonra ekspert Təqsirləndirilən şəxs xəstəliyinin özünəməxsus xüsusiyyətlərini sadalayaraq bildirmişdir ki, bu xəstəlik əsəbilik, səbirsizlik, hövsələsizlik, yuxu pozuntusu, emosianal qeyri stabiliyi, özünə xəsarət yetirmə və ya başqasına xəsarət yetirmək, dağıtmaq, sındırmaq kimi əlamətləri özündə birləşdirir.

114. Məhkəmə AİHM-sinin bu sahədə mövqeyinə də münasibət bildirməyi zəruri hesab edir. “Jalloh Almaniyaya qarşı” AİHM-nin qərarında (2006) məhkəmə bildirmişdir ki, şəxsin özünəqəsd hədəsi və ya psixoloji çökmə davranışı risk vəziyyəti yaradırsa, dövlət strukturunun əsas vəzifəsi həmin şəxsi cəzalandırmaq yox, təhlükəsiz şəkildə zərərsizləşdirməkdir. Hazırki cinayət işinə maddi sübut kimi əlavə edilən videomateriala baxış keçirilərkən müəyyən edilmişdir ki, Mərkəzə müayinə üçün gələnlərin üzərindən aşkar edilən qadağanedici əşyalar (alışqan, kəsici-deşici və s. kimi əşyalar) lazımınca mühafizə edilən saxlanc yerlərində deyil, Mərkəzin həyətində açıqda olan stolun üstünə qoyulmuşdur. Halbuki, məhkəmə istintaqı zamanı dindirilmiş zərərçəkənlərin əksəriyyəti bildirmişlər ki, X23 müraciət edənlərin əksəriyyətinin həssas qrupa daxil olması səbəbilə Mərkəzdə tez-tez bu qəbildən hadisələr baş verir. Bu səbəbdən də onların başlıca vəzifəsi mümkün zərərlərin baş verməməsi üçün tədbirlər görməkdir. Qeyd edilən faktlar isə belə nəticəyə gəlməyə əsas verir ki, mühafizə Mərkəzə keçirilməsi qadağan edilən əşyaları bağlı saxlancda saxlamayaraq öz işində təhlükəsizlik tədbirlərini lazımınca təşkil etməmişdir.

115. X34rşı işində (1998) isə məhkəmə bildirdi ki, dövlətin fərdin psixoloji həssaslığına münasibətdə pozitiv öhdəliyi mövcuddur.

116. AİHM-in “X21rşı” (2009) işində məhkəmə bildirdi ki, məhkəmələr hadisənin real faktlarını qiymətləndirməli, həmin an üçün əmələ olan real psixi münasibət qiymətləndirilməlidir. Beləliklə, Avropa İnsan hüquqları Məhkəməsinin bu qəbildən olan bir sıra işlərində dövlətlərə tövsiyyə edilmişdir ki, əməl törədilərkən təqsir var, ya yox mütləq məhkəmə tərəfindən qiymətləndirilməlidir.

117. Faktların hər biri bir daha yekun nəticəyə gəlməyə əsas verir ki, təqsirləndirilən şəxsin niyyəti nə xuliqanlıq etmək olmamış, nə də hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmək olmamışdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs xəstəliyi ilə əlaqədar onda vərdişə çevrilən intihara meyillik, baş verən hadisələrin onda yaratdığı təsir fonunda özünəqarşı qəsdə çevrilməklə, başqa subyektə və ya subyektlərə qarşı qəsd kimi qiymətləndirilməməlidir. Beləliklə də məhkəmənin yekun qənaətinə görə Təqsirləndirilən şəxs zərərçəkənlərə münasibətdə CM-in 221 və 315-ci maddələri ilə birbaşa qəsdi ittiham tərəfindən sübuta yetirilməmiş, ancaq ehtimal və şübhələrə əsaslanmışdır ki, Azərbaycan Respublikasının Konstitusiyasının 63-cü maddəsinin tələbinə görə isə şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir.

118. CPM-in 32.2.3-cü maddəsinə əsasən, ittiham tərəfi cinayət hadisəsinin baş verməsini, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin əlamətlərinin mövcudluğunu, bu əməlin törədilməsinə təqsirləndirilən şəxsin aidiyyətini, cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb olunmasının mümkünlüyünü sübut edir, təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifinə və məhkəmənin yekun qərarına dair öz təkliflərini verir.

119. CPM-in 21.3-cü maddəsinə əsasən, cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür.

120. CPM-in 138.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür.

121. CPM-in 139.0, 139.0.2 və 139.0.4-cü maddələrinə əsasən, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi və cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi - cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir.

122. CPM-in 124.1-ci maddəsinə əsasən, məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur.

123. CPM-in 125.1-ci maddəsinə əsasən, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər.

124. CPM-in 144-cü maddəsinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir.

125. CPM-in 145.1-ci maddəsinə əsasən, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir.

126. CPM-in 145.3-cü maddəsinə əsasən, ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir.

127. CPM-in 33.2-ci maddəsinə əsasən, cinayət mühakimə icraatı həyata keçirilərkən, Cinayət-Prosessual Məcəlləsinin 125 və 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir.

128. Yuxarıda təsvir olunanlardan görünür ki, ittiham tərəfi məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs CM-in 221.3 və 315-ci maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirini (birbaşa qəsdini) sübuta yetirə bilməmiş və ittiham tərəfindən məhkəməyə onun həmin cinayətdə təqsirliliyini təsdiq edən heç bir mötəbər sübut təqdim olunmamışdır.

129. CPM-in 21.2-ci maddəsinə əsasən, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir və bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir.

130. CPM-in 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır.

131. CM-in 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.

132. CM-in 7.1-ci maddəsinə əsasən, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər.

133. Azərbaycan Respublikasının Konstitusiyasının 63-cü maddəsinin tələbinə görə, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir və cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsizliyini sübuta yetirməyə borclu deyildir.

134. CPM-in 42-ci maddəsinə görə məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmünün çıxarılması əsaslarından biri də təqsirliliyin sübuta yetirilməməsidir.

135. CPM-in 42.1 və 42.1.4-cü maddələrinə əsasən, məhkəmə baxışı nəticəsində şəxsin təqsirliliyi sübuta yetirilmədikdə onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır.

136. CPM-in 42.2 və 42.2.4-cü maddələrinə əsasən, Cinayət-Prosessual Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda bəraət hökmü çıxarılır.

137. CPM-in 350.2-ci maddəsinə əsasən, bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır.

138. “Məhkəmə hökmü haqqında” Ali Məhkəmənin 24 dekabr 2021-ci il tarixli Plenum qərarında göstərilir ki, CPM-in 42.1.4-cü maddəsində bəraətin əsası kimi təsbit edilmiş təqsirliliyinin sübuta yetirilməməsi dedikdə, irəli sürülmüş ittiham üzrə şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün sübut edilməsinə zərurət olan əməlin təqsirin müvafiq (qəsd və ya ehtiyatsızlıq) formasında törədilməsinin sübuta yetirilməməsi, yəni məhkəmədə cinayət-prosessual qanunun tələblərinə müvafiq surətdə baxılmış ittiham tərəfinin sübutlarının şəxsin təqsirliliyinin təsdiq olunması haqqında yekun nəticəyə gəlmək üçün kifayət etməməsi və yaxud toplanmış sübutlarla şəxsin təqsirsizliyinin təsdiq edilməsi başa düşülməlidir.

139. CPM-in 8.0.5-ci maddəsi ilə cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək cinayət mühakimə icraatının vəzifələrindən biri kimi müəyyən olunmuşdur.

140. CPM-in 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır.

141. CPM-in 349.4-cü maddəsinin tələbinə görə, məhkəmənin hökmü - Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir.

142. CPM-in 349.5-ci maddəsinə əsasən, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda (349.5.1-ci maddə), bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə (349.5.2-ci maddə) və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə (349.5.3cü maddə) - məhkəmənin hökmü əsaslı hesab edilir.

143. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” 12 may 2009-cu il tarixli Qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur. Məhkəmə işə baxdıqdan sonra, öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı, həmin sübutların məcmusuna digər qərarın qəbulunu istisna edən qiymət verməli, cinayətin tərkibini və tövsifedici əlamətlərini dərindən təhlil etməli, cəzanı şəxs təqsirli bilindiyi halda cinayətin xarakteri və ictimai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla təyin etməli, şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verilməlidir.

144. CPM-in 55.1-ci maddəsinə əsasən, məhkəmə baxışı zamanı təqsiri sübuta yetirilməmiş şəxs həmin məhkəmə baxışında aşkar və təxirə salınmadan Azərbaycan Respublikasının adından təqsirsiz elan edilməli və ona məhkəmənin hökmü ilə bəraət verilməlidir.

145. Beləliklə, məhkəmə yuxarıda təsvir olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutları qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs ittiham olunduğu CM-in 221.3 və 315-ci maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirliliyi məhkəmə istintaqı zamanı sübuta yetirilməmişdir. Buna görə də, Təqsirləndirilən şəxs CMin 221.3 və 315-ci maddələri ilə elan edilmiş ittiham üzrə bəraət verilməli və iş üzrə onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılmalıdır.

146. Məhkəmə həmçinin hesab edir ki, bəraət almış şəxs Təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbiri ləğv edilməlidir.

147. Bəraət aldığına görə Təqsirləndirilən şəxs məhkəmə xərcləri tutulmamalıdır.

148. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia yoxdur.

149. Məhkəmə hesab edir ki, maddi sübut kimi tanınmış və Bakı şəhər Binəqədi rayon prokurorluğunun maddi sübutların saxlanması otağında saxlanılan zərərçəkmiş şəxs X27 məxsus 1 (bir) ədəd polis xidməti geyiminə məxsus şalvar zərərçəkmiş şəxs X27 və Bakı şəhər Binəqədi rayon prokurorluğunun maddi sübutların saxlanması otağında saxlanılan Təqsirləndirilən şəxs məxsus 1 (bir) ədəd dirsəkli əsa və 1 (bir) ədəd təsərrüfatməişət təyinatlı mətbəx bıçağı isə Təqsirləndirilən şəxs geri qaytarılmalıdır. İş üzrə sübut kimi tanınmış 1 (bir) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır.

150. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” Publik hüquqi şəxsin X25 məhkəmə-psixiatrik və psixoloji ekspertizasının xx.xx.2025-ci il tarixli, 1081 nömrəli nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs psixi vəziyyətinə görə onun barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur. “Saatlı rayon Mərkəzi Xəstəxanası” Publik hüquqi şəxsin məlumatına əsasən (xx.xx.2025-ci il tarixli, 18-1-65/2-Y-89-42-614/2025 nömrəli məktub) Təqsirləndirilən şəxs “Saatlı rayon Mərkəzi Xəstəxanası” Publik hüquqi şəxsin Poliklinika şöbəsində “Fəlakət (İİ Qarabağ müharibəsi) keçirdikdən sonra şəxsiyyət dəyişikliyi tez-tez dekompensasiyalarla depresiv daxilolmalar, intihar cəhdləri ilə” diaqnozu ilə dispanser qeydiyyatındadır.

151. CPM-in 56 və 62.1-ci maddələrinin tələblərinə görə, bəraət almış təqsirləndirilən şəxsin cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququna malikdir və bəraət hökmü çıxarmış məhkəmə cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsi cinayət təqibinin gedişində mümkün olmadıqda, buna hüququ olan şəxsə cinayət təqibi üzrə icraat qurtardıqdan sonra ziyanın ödənilməsi qaydalarını izah etməlidir.

152. Qeyd edilənlər nəzərə alınaraq, Təqsirləndirilən şəxs bəraət almış təqsirləndirilən şəxs kimi cinayət prosesini həyata keçirən orqanın sui-istifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququna malikdir və ona bəraət alması ilə əlaqədar cinayət məsuliyyətinə cəlb edilməsi, habelə pozulmuş hesab etdiyi hüquqlarının bərpası, vurulmuş maddi, fiziki və yaxud mənəvi ziyanın ödənilməsi ilə bağlı mülki qaydada məhkəməyə müraciət etmək hüququnun olması izah edilməlidir.

153. “Məhkəmə hökmü haqqında” Ali Məhkəmənin 24 dekabr 2021-ci il tarixli Plenum qərarında göstərilir ki, CPM-in 34, 55.2, 142, 350.1-ci maddələrinə görə şəxsin qanuni qüvvəyə minmiş məhkəmə hökmü ilə bəraət alması onun tam və qəti olaraq reabilitasiyası deməkdir və müstəsna olaraq şəxsin hüquqlarının bərpası üçün əsas kimi çıxış etməklə onun məhkəmədə baxılmış ittihamın əsasını təşkil edən eyni hallara görə yenidən təqib olunmasını, o cümlədən eyni hallara başqa cür hüquqi qiymət verilməsi yolu ilə məsuliyyətə cəlb olunmasını istisna edir.

154. Müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqdim etdiyi hesabata əsasən o, məhkəmə iclaslarında iştirak edərək Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə cəmi 45 (qırx beş) saat vaxt sərf etmişdir.

155. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir.

156. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir.

157. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmə iclaslarında iştirak edərək ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 36 (otuz altı) saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərdiyi cəmi 36 (otuz altı) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 396 (üç yüz doxsan altı) manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir.

158. Beləliklə, yuxarıda göstərilənlərə əsasən və CPM-in 42, 55, 61, 62, 318, 346- 350, 352-353, 356-358, 381 və 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə

hökm etdi:

Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə elan edilmiş ittiham xaric edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.3 və 315-ci maddələri ilə verilmiş ittiham üzrə təqsirliliyi sübuta yetirilmədiyindən bəraət verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs məhkəmə xərcləri tutulmasın. Təqsirləndirilən şəxs qismində cəlb edilməsi və məhkəməyə verilməsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququ və həmin hüququn həyata keçirilməsi qaydası Təqsirləndirilən şəxs izah edilsin. İş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhər Binəqədi rayon prokurorluğunun maddi sübutların saxlanması otağında saxlanılan zərərçəkmiş şəxs X27 məxsus 1 (bir) ədəd polis xidməti geyiminə məxsus şalvar ona geri qaytarılsın. İş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhər Binəqədi rayon prokurorluğunun maddi sübutların saxlanması otağında saxlanılan Təqsirləndirilən şəxs məxsus 1 (bir) ədəd dirsəkli əsa və1 (bir) ədəd təsərrüfat-məişət təyinatlı mətbəx bıçağı ona geri qaytarılsın. İş üzrə sübut kimi tanınmış 1 (bir) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs göstərdiyi cəmi 36 (otuz altı) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 396 (üç yüz doxsan altı) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan edildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.

Hakim: Aytəkin İbrahimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar