Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-406/2020 14.10.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ağayev Elçin Zəkəriyə oğlunun sədrliyi, Əhmədova Aynur Əvəz qızının katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, birinci dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Zərər çəkmiş hüquqi şəxsin nümayəndəsi X1, Müdafiəçi – Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxx 1996-cı ildə Qobustan rayonu Xilmilli kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, ortaixtisas təhsilli, Zərərçəkmiş şəxs MMC-in satış 6-cı şöbəsində satıcı-kassir işləmiş, məhkumluğu olmayan, Qobustan rayonu Xilmilli kəndində qeydiyyatda olan, ünvan 1 3 ünvanda yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxsZərərçəkmiş şəxs MMC-in Satış 6 Şöbəsində (Xutor 1 filialı) satıcı-kassir vəzifəsində işləyən zaman tamah niyyətilə özgənin əmlakını gizli olaraq talama məqsədilə xx xxxx 2020-ci il tarixdə səhərə yaxın saat 05:30 radələrində Zərərçəkmiş şəxs MMC-in satış 6 Şöbəsində adminstrator, «Xutor 1» filialının müdiri vəzifəsində işləyən Şahid2 yaşadığı evdən acıq edib çıxdığını, qalmağa yerinin olmadığını, bu səbəbdən səhər iş başlayana qədər filialda qalıb dincəlmək istədiyini yalandan bildirib ona inanan Şahid2 aldatmaqla icazə alıb işlədiyiərzaqvəqeyriərzaqmallarınınsatışıiləməşğulolanZərərçəkmiş şəxs MMC-in Bakışəhəri, Binəqədirayonu, Rəsulzadə qəsəbəsi,MəsudDavudoğluküçəsi 6 Bünvanındayerləşən«Xutor 1» filialına daxil olub oradatək qalmasına nail olmuş və əvvəlcədən planlaşdırdığı əsl niyyətini həyata keçirmək üçün həmin günü saat 05:30 radələrindən saat 05:45 radələrinə qədər olan müddət ərzindədərhal Zərərçəkmiş şəxs MMC-yə məxsus satış pullarının, maddi nemətlərin saxlanılaraq qorunması üçün nəzərdə tutulmuş dəmir seyfin yerləşdiyi taxta çərçivə ilə əhatə olunaraq ayrıca otaq kimi düzəldilmiş yerə mülkiyyətçinin iradəsinə zidd olaraq icazəsiz və xəlvətcə olmaqla qanunsuz daxil olub həmin yerdəki dəmir seyfin kənarında olan masanın siyirməsindən dəmir seyfin açarını mülkiyyətçinin iradəsinə zidd olaraq icazəsiz və xəlvətcə götürüb həmin açarla dəmir seyfin qapısının kilidini açıb saxlanc yeri sayılan həmin dəmir seyfə qanunsuz daxil olaraq orada saxlanılan günlük satış pullarının qoyulub qablaşdırıldığı ******* nömrəli pul paketini götürüb cıraraq açıb içərisindəki 1190 manat pulu, habelə həmin dəmir seyfdə adi vəziyyətdə saxlanılan 201 manat məbləğində pulu, ümumilikdə Zərərçəkmiş şəxs MMC-yə məxsus 1391 manat məbləğində pulu gizli olaraq talayıb Zərərçəkmiş şəxs MMC-yə 1391 (min üç yüz doxsan bir) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsi ilə ona elan olunmuş ittihamda özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, xx xxx 2020-ci il tarixdən Zərərçəkmiş şəxs MMC-in Satış 6 şöbəsində satıcı-kassir vəzifəsinə işə qəbul olunmuşdur. İş yeri Zərərçəkmiş şəxs MMC-in ünvan 3 B ünvanında yerləşən «Xutor 1» filialı olmuşdur. xx xxxx 2020-ci il tarixdə səhər saat 09-dan həmin günü saat 22 radələrinə qədər işdə olmuşdur. Axşam saat 21 radələrində kassanı bağlayıb satışdan yığılan 1190 manat pulu qaydara uyğun olaraq filialın müdiri Şahid2 təhvil vermişdir. Şahid2 kassanı yoxlayıb həmin günlük satış pulu olan 1190 manat pulu təhvil götürmüş və həmin 1190 manat pulu həmişəki kimi xüsusi olaraq nömrələnmiş, ağ rəngli yapışqanlı kağız paketə qoyub bağlamış və üstünə məbləği, səhər təhvil verəcəyi tarixi yazıb imzalamış və içərisində həmin 1190 manat günlük satış pulu olan qablaşdırdığı paketi həmişəki kimi filialın içərisində sağda ayrıca otaq kimi düzəldilmiş yerdəki dəmir seyfə qoymuşdur. Həmin seyfin də qapısını açarla bağlayıb açarı həmin otaqdakı masanın siyirməsinə qoymuşdur. xx xxxx 2020-ci il tarixdə işdən çıxdıqdan sonra birbaşa yaşadığı ünvan 1 3 ünvanındakı evinə getmişdir. xx xxxx 2020-ci il səhərə yaxın saat 04:20 radələrində yaşadığı Biləcəridəki evindən tək çıxmış və piyada Biləcəridəki Abidənin dairəsi deyilən yerə qədər gəlmişdir. Oradan dövlət qeydiyyat nişanı və markasına fikir vermədiyi, təsadüfi 1 manatlıq yol taksisinə əyləşib birbaşa «Azadlıq» metrostansiyası tərəfə gəlmiş, metrostansiyanın qarışısında taksidən düşmüş və piyada satıcı-kassir kimi işlədiyi Zərərçəkmiş şəxs MMCin ünvan 3 B ünvanında yerləşən «Xutor 1» filialına gəlmişdir. Ətrafı nəzərdən keçirmiş, heç kimin olmadığını görüb saat 04:45 radələrində filialdan oğurluq etmək üçün əvvəlcə filiala daxil olmaqdan ötrü filialın personalı üçün üçün nəzərdə tutulan giriş qapısını özündə olan açarla açmış və filialın siqnalizasıyanın kodunu yığıb siqnalizasıyanı söndürmək istədikdə kodu səhv yığdığından filialın mühafizə siqnalizasıyasının həcəyan siqnalı işə düşmüşdür. O anlamışdır ki, artıq polislər həyəcan siqnalına tez filiala gələcəklər, onu görsələr şübhələnəcəklər, ona görə filialın qarşısından tez aralanmış və həyəcan siqnalına polislərlə bərabər filiala gələcək müdir Şahid2 qabaqlamaq üçün onun filiala doğru gələcəyi istiqamətdə dayanmışdır. O, bir neçə dəqiqə sonra filialın müdiri Şahid2 filiala doğru gəldiyini gördükdə filialın müdiri Şahid2 yaxınlaşıb demişdir ki, filialın mühafizə siqnalizasiyasının kodunu səhv yığdığından həyəcan siqnalı işə düşmüşdür. Şahid2 ondan nəyə görə siqnalizasiyanı söndürmək istədiyini soruşduqda o, Şahid2 yalandan demişdir ki, guya evdə babası ilə mübahisə etdiyindən acıq edib evdən çıxmış, evə qayıda bilmir, qalmağa yeri yoxdur, səhərə kimi, yəni filial açılana qədər filialda qalmaq istəmişdir, ona görə filiala daxil olmaq üçün qapını özündə olan açarla açıb siqnalizasiyanı söndürmək istədikdə kodu səhv yığdığına görə siqnalizasiyanın həyəcan siqnalı işə düşmüşdür. Şahid2 ona inanmış və həyəcan siqnalına çağırışa gələn polis əməkdaşları ilə görüşüb filialı nəzərdən keçirib bildirmişdir ki, filiala heç bir maddi ziyan dəyməmişdir, şikayəti yoxdur. Saat 05:30 radələrində Şahid2 filialı tərk edib getmişdir. Şahid2 filialdan gedəndən sonra o, artıq filialda tək qalmış və öz oğurluq əməlini həyata keçirməyə başlamışdır. Belə ki, o, elə birbaşa seyfin saxlanıldığı xüsusi ayrılmış otaq kimi olan yerə keçmişdir. Oradakı stulda əyləşmiş, seyfin qapısının kilidinin açarını həmin otaqdakı masanın siyirməsindən götürmüş, həmin açarla seyfin qapısını açmış və seyfin içərisindəki pulları çıxarmağa başlamışdır. Dəmir qəpik pulların da olduğu qaba baxdıqda görmüşdür ki, həmin dəmir qəpik pulların yanında 201 manat kağız pullar da var. Anlamışdır ki, həmin 201 manat kağız pullar səhər filialın fəaliyyətə başlaması üçün nəzərdə tutulan «avans» pulu olmuşdur. O, həmçinin seyfdə günlük satış pulunun qablaşdırıldığı pul paketini də görmüşdür. Şikayətin qarşısını almaq üçün məktub yazmaq qərarına gəlmişdir. Fikirləşmişdir ki, şirkətin rəhdərliyi onun məktubunu oxuduqda yazığı gələr və ondan daha şikayət etməz. Beləliklə o, məktub yazıb masanın üzərinə qoymuşdur. Bundan sonra həmin yerdəki seyfin qapısını açıb seyfin içərisindəki pulları çıxarmağa başlamışdır. Görmüşdür ki, paketin içərisində 1190 manat məbləğində pul var. O, həmin 1190 manat pulu əynindəki qara rəngli şalvarının sağ yan cibinə qoymuş və bundan sonra seyfin içərisindəki qabı çıxarmış və həmin qabın içərisindən kağız pulları götürmüş, kağız pullar 201 manat olmuşdur. O, əynindəki şalvarının sağ yan cibinə qoyduğu 1190 manat pulu həmin cibdən çıxarıb sol yan cibinə keçirib qoymuş, 201 manat kağız pulu isə əynindəki şalvarının sağ yan cibinə qoymuşdur. Bundan sonra yazdığı məktubu bir daha da nəzərdən keçirib tamamlamış və qəpik pulları qaytarıb seyfin içərisinə qoyub seyfin qapısını örtmüş və kilitini açarla bağlayıb həmin açarı qaytarıb yerinə, yəni masanın siyirməsinə qoymuşdur. Məktubu o, hadisə yerində, yəni seyfin olduğu xüsusi düzəldilmiş yerdə masanın üzərinə qoyaraq buraxmış və saat 05:45 radələrində filialı personal üçün nəzərdə tutulan giriş qapısından çıxmaqla tərk etmişdir. Oğurladığı 1391 manat puldan tutulana qədər 900 manata yaxın pulu məsrəflərinə sərf etmiş və xx xxxx 2020-ci il tarixdə polis tərəfindən tutulana qədər onda oğurluq puldan yalnız 515 manat pul qalmış, həmin 515 manat pul da onun üzərindən aşkar olunaraq götürülmüşdür. İstintaq zamanı zərər çəkmiş şəxsə vurduğu ziyanı tamamilə ödəmişdir. Zərərçəkmiş şəxsin ondan şikayət və tələbi yoxdur. Zərərçəkmiş şəxsə dəymiş ziyanı ödədiyini, öz əməlinə mənfi münasibətini, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 2016-cı ildə gedən döyüşlərdə iştirakını, ikinci qrup əlilliyini nəzərə alıb ona azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza təyin olunmasını xahiş etmişdir. Zərər çəkmiş hüquqi şəxsin nümayəndəsi X2 göstərmişdir ki, Təqsirləndirilən şəxs xx xxx 2020-ci il tarixdən Zərərçəkmiş şəxs MMC-in Satış 6 şöbəsində satıcı-kassir vəzifəsinə işə qəbul olunmuşdur. İş yeri Zərərçəkmiş şəxs MMC-in ünvan 3 B ünvanında yerləşən «Xutor 1» filialı olmuşdur. xx xxxx 2020-ci il tarixdə səhərə yaxın saat 05:30 radələrində Zərərçəkmiş şəxs MMC-in satış 6 Şöbəsində adminstrator, «Xutor 1» filialının müdiri vəzifəsində işləyən Şahid2 yaşadığı evdən acıq edib çıxdığını, qalmağa yerinin olmadığını, bu səbəbdən səhər iş başlayana qədər filialda qalıb dincəlmək istədiyini yalandan bildirib ona inanan Şahid2 aldatmaqla icazə alıb işlədiyi ərzaq və qeyri-ərza qmallarının satışı ilə məşğul olan Zərərçəkmiş şəxs MMC-in ünvan 3 B ünvanında yerləşən «Xutor 1» filialına daxil olub orada tək qalmasına nail olmuş və icazəsiz dəmir seyfin kənarında olan masanın siyirməsindən dəmir seyfin açarını götürüb həmin açarla dəmir seyfin qapısının kilidini açıb saxlanc yeri sayılan həmin dəmir seyfdə saxlanılan günlük satış pullarının qoyulub qablaşdırıldığı ******* nömrəli pul paketini götürüb cıraraq açıb içərisindəki 1190 manat pulu, habelə həmin dəmir seyfdə adi vəziyyətdə saxlanılan 201 manat məbləğində pulu, ümumilikdə Zərərçəkmiş şəxs MMC-yə məxsus 1391 manat məbləğində pulu oğurlamışdır. İstintaq zamanı təqsirləndirilən şəxs onlara dəymiş ziyanı tam ödəmişdir. Ondan heç bir şikayət və tələbləri yoxdur. Təqsirləndirilən şəxsin onlara dəymiş ziyanı tam ödədiyini nəzərə alıb ona həbslə bağlı olmayan cəza təyin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Zərərçəkmiş şəxs MMC-in işçiləri Şahid2 və Şahid3 Zərərçəkmiş şəxs MMC-in nümayəndəsi X1 çıxışına uyğun ifadələr vermişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Binəqədi RPİ-in Mühafizə idarəsinin polis nəfəri, polis baş serjantıdır. 2020-ci ilin iyun ayının 17-dən 18-nə keçən gecə növbədə olmuş, xx xxxx 2020-ci il tarixdə səhərə yaxın saat 04:45 radələrində mühafizəyə götürülmüş Zərərçəkmiş şəxs MMC-in ünvan 3 B ünvanında yerləşən «Xutor 1» filialındakı mühafizə siqnalizasiyasının həyəcən siqnalına əsasən çağırışla əlaqədar xidməti avtomobillə hadisə yerinə, yəni həmin filiala gəlmiş və görmüşdür ki, filialın giriş qapısından biri açıqdır, lakin mühafizə siqnalizasiyasının həyəcan siqnalı hələ də işləyir. O, içəri daxil olmamış, filialın qarşısını tərk etmədən mərkəzə məlumat vermiş, həmin vaxtı mərkəzdən filialın müdiri Şahid2 telefonla zəng edilib məlumat verilmişdir. Bir neçə dəqiqədən sonra filial müdiri Şahid2 hadisə yerinə gəlmiş, onun yanında cavan bir oğlan da olmuşdur. Şahid2 həmin şəxsi işçisi kimi təqdim etmişdir. Həmin şəxsin ağız nahiyəsində tibbi maska, əynində qısaqol köynək, qara şalvar olmuşdur. Filialın müdiri filialı nəzərdən keçirəndən sonra bildirmişdir ki, filialdan heç bir oğurluq olmamış, filiala maddi ziyan dəyməmiş, heç bir şikayəti yoxdur, qapı unutduqlarından açıq qalmışdır. Bundan sonra o, filialın müdirinin dəvəti ilə filialın, yəni mağazanın içərisində videomüşahidə kameraları və seyfin olduğu xüsusi düzəldilmiş otaq kimi olan yerə keçmiş və təlimata uyğun olaraq orada çağırışla əlaqədar müvafiq akt yazmışdır. Cinayət işinin materiallarında olan cinayət işi başlanması və icraata qəbul edilməsi haqqında xx xxxx 2020-ci il tarixli qərardan görünür ki, faktla bağlı Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsi ilə cinayət işi başlanılıb icraata qəbul edilmişdir. (cild 1, i.v 1) Cinayət işinin materiallarında olan xx xxxx 2020-ci il tarixli tutma haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Azərbaycan Respublikası CMin 177.2.3-cü maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. (cild 1, i.v 89) Cinayət işinin materiallarında olan xx xxxx 2020-ci il tarixli maddi sübut kimi tanınma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə «xxxx» MMCin ünvan 4 B ünvanında yerləşən «Xutor 1» filialdan oğurladığı ümumilikdə 1391 manat puldan özündə qalan, yəni xx.xx.2020-ci il tarixdə saxlanılarkən ondan aşkar olunaraq götürülmüş 1 ədəd A 80869867 seriyalı, 1 ədəd C 71375090 seriyalı, 1 ədəd A 45399567 seriyalı, 1 ədəd A 48007404 seriyalı, 1 ədədC 43379840 seriyalı 100 manatlıq, 1 ədəd B 25639160 seriyalı 10 manatlıq, 1 ədəd B 20875395 seriyalı 5 manatlıq pul əskinasları, yəni 515 manat məbləğində pul xx.xx.2020-ci il tarixli qərarla ********* nömrəli cinayət işi üzrə maddi sübut kimi tanınmış və saxlanılmasından ötrü sahibi zərərçəkmiş hüquqi şəxs «xxxx» MMC-in müvəkkil edilmiş nümayəndəsi Nümayəndə təhvil verilmişdir.(cild 1, i.v 107-110) Cinayət işinin materiallarında olan təqsirləndirilən şəxs qismində cəlb etmə barədə xx xxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikası CM-in 177.2.3cü maddəsində nəzərdə tutulan cinayəti törətməkdə ittiham elan edilmişdir. (cild 1, i.v 114- 115) Cinayət işinin materiallarında olan təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi haqqında xx xxxx 2020-ci il tarixli qərardan çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs barəsində üç ay həddində həbs qətimkan tədbiri seçilmişdir. (cild 1, i.v 138-142) Cinayət işinin materiallarında olan zərərçəkmiş hüquqi şəxs «xxxx» MMC-in müvəkkil edilmiş nümayəndəsi Nümayəndə xx.xx.3020-ci il tarixli ərizəsindən, həmin tarixli maddi ziyanın ödənilməsi protokolundan görünürki, iş üzrə Təqsirləndirilən şəxs oğurladığı «xxxx» MMC-yə məxsus ümumilikdə 1391 manat puldan 515 manat məbləğində pul Təqsirləndirilən şəxs saxlanılarkən üzərindən aşkar olunaraq götürülüb maddi sübut kimi tanınaraq MMC-in müvəkkil edilmiş nümayəndəsi Nümayəndə təhvil verildikdən sonra maddi ziyanın qalan hissəsi, yəni 876 manat məbləğində pulda Təqsirləndirilən şəxs tərəfindən «xxxx» MMC-yə ödənilmişdir. Yəni iş üzrə Təqsirləndirilən şəxs tərəfindən «xxxx» MMC-yə vurulmuş maddi ziyan tam şəkildə «xxxx» MMC-yə ödənilmişdir. Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbləri yoxdur. (cild 1, i.v 161-162) Cinayət işinin materiallarında olan xx.xx.2020-ci il tarixli, 1425 saylı məhkəməpsixiatrik eskpertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda yüngül ifadə olunmuş üzvi emosional-labil (astenik) pozuntu aşkar olunur. Təqsirləndirilən şəxs də törətdiyi əməl dövründədə “Üzviemosional-labil (astenikpozuntu)” qeydolunmuşdur. Təqsirləndirilən şəxs qeyd olunan üzviemosional-labil (astenikpozuntu) onu öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarından məhrum etməmişdir. Təqsirləndirilən şəxs ona ittiham olunan əməl dövründə öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və həmin əməli idarə etmək iqtidarında olmuşdur. Buna görədə, Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21-civə 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs öz hərəkətlərini idarə etmək və hərəkətlərinə rəhbərlik etmək iqtidarına malikdir, yənianlaqlıdır. Təqsirləndirilən şəxs istintaq hərəkətlərini qavramaq iqtidarına malikdir. Təqsirləndirilən şəxs hazırki psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. Həmin rəydən həmçinin görünür ki, Təqsirləndirilən şəxs“Ensefalopatiya tez-tez baş verən qıcolma tutmaları ilə Revmatizm aktiv faza kəskin gedişli” diaqnozu ilə İİ qrup əlildir. (cild 1, i.v 198-201) Məhkəmə Təqsirləndirilən şəxs istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunu tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində Təqsirləndirilən şəxs təqsirliliyi öz ifadəsi ilə yanaşı, zərər çəkmiş şəxsin və şahidlərin ifadələri və işin digər materialları ilə tam sübuta yetirilir və ona düzgün olaraq həmin maddə ilə ittiham irəli sürülmüşdür. Təqsirləndirilən şəxs hərəkətlərinə münasibətdə əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsiri sübuta yetirildiyinə görə cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bununla bağlı məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (CM-in 48-ci maddəsi, CM-in 53.4 və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2004-cü il və xx xxxx 2011-ci il tarixli qərarları) Məhkəmə Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkar şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işinin materiallarında olan xx.xx.2020-ci il tarixli Tələbnamələrdən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. (cild 1, i.v 175) Cinayət işinin materiallarında olan “xxxx” MTK-dan verilmiş xx.xx.2020-ci il tarixli Xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı ərazidə müsbət xarakterizə edilir. (cild 1, i.v 172) Cinayət işinin materiallarında olan e-sosial portaldan çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs “Ensefalopatiya tez-tez baş verən qıcolma tutmaları ilə Revmatizm aktiv faza kəskin gedişli” diaqnozu ilə İİ qrup əlildir. (cild 1, i.v 173) Cinayət işinin materiallarında olan Təqsirləndirilən şəxs SX seriyalı ******* saylı hərbi biletinin surətindən görünür ki, o xx.xx.2014-cü ildən xx.xx.2016-cı il tarixədək döyüş bölgəsində yerləşən hərbi hissədə həqiqi hərbi xidmətdə olmuşdur. Məhkəmə Azərbaycan Respublikası CM-in 59.1.13-cü maddəsinə əsaslanmaqla cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsini, CM-in 59.2-ci maddəsinə əsaslanmaqla ikinci qrup əlil olmasını, yaşadığı ərazidə müsbət xasiyyətləndirilməsini Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi müəyyən edir. Məhkəmə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən etmir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib aşağıdakılara qeyd etməyi zəruri hesab edir. İşin müəyyən edilmiş hallarından göründüyü kimi, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə cinayət nəticəsində dəymiş ziyanı könüllü olaraq tamamilə ödəmişdir. Zərərçəkmiş şəxs ərizə verərək Təqsirləndirilən şəxs şikayət və tələbinin olmadığını bildirmişdir. Cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir, dörd aya yaxındır ki, həbsdədir. Qeyd edilənləri nəzərə alıb məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in müvafiq maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsini məqsədə müvafiq hesab edir. Bu ədalətli və qanuni olmaqla, cəzanın məqsədlərini də təmin edir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx xxxx 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunur ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Beləliklə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.3cü maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, barəsində seçilmiş “həbs” qətimkan tədbiri «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri ilə əvəz edilməli və o dərhal məhkəmə iclas zalından azad edilməli, barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanmalı, hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Binəqədi rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməli, azadlığın məhdudlaşdırılması cəzasının əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəzanın icra olunduğu müddət ərzində Təqsirləndirilən şəxs üzərinə elektron qolbaq gəzdirmək və həmin nəzarət vasitəsinin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi, yaşayış yerini müəyyən saatlarda tərk etməmək vəzifəsi və yaşadığı Bakı şəhərinin hüdudlarını tərk etməmək vəzifəsi qoyulmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69-cu maddəsinin tələbləri baxımından məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə baxışınadək həbsdə saxlanıldığı 3 (üç) ay 25 (iyirmi beş) gün ona təyin ediləcək cəza müddətinə hesablanmalıdır. Aparılmış ekspertiza tədqiqatının dəyəri olan 200 (iki yüz) manat təqsirləndirilən şəxsdən tutulub “xxxx” MMC-in hesabına köçürülməlidir. Məhkəmə maddi sübutların həlli ilə bağlı hesab edir ki, maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs saxlanılarkən üzərindən aşkar olunaraq götürülmüş 1 ədəd A 80869867 seriyalı, 1 ədəd C 71375090 seriyalı, 1 ədəd A 45399567 seriyalı, 1 ədəd A 48007404 seriyalı, 1 ədəd C 43379840 seriyalı 100 manatlıq, 1 ədəd B 25639160 seriyalı 10 manatlıq, 1 ədəd B 20875395 seriyalı 5 manatlıq pul əskinasları, yəni 515 manat məbləğində pulun zərərçəkmiş hüquqi şəxs «xxxx» MMC-in müvəkkil edilmiş nümayəndəsi Nümayəndə təhvil verilməsi nəzərə alınmalı, Təqsirləndirilən şəxs oğurluq cinayət əməlinin əks olunduğu, bir ədəd disk şəklində götürülmüş vidoemüşahidə kameralarındakı görüntülər cinayət işinin materiallarında saxlanılmalı, Təqsirləndirilən şəxs oğurluq cinayət əməlini törədərkənZərərçəkmiş şəxs MMC-in rəhbərliyinə A-4 formatlı bir vərəq kağızın üzərində yazdığı məktub cinayət işinin materiallarında saxlanılmalı, Binəqədi RPİ-in NH-də saxlanılan Təqsirləndirilən şəxs xx xxxx 2020-ci il tarixdə «xxxx» MMC-in ünvan 3 B ünvanında yerləşən «Xutor 1» filialından oğurluq edərkən içərisindəki pulları oğurlamaq məqsədi ilə seyfdən çıxararaq cırıb iki yerə bölərək içərisindəki 1190 manat məbləğində pulları oğurlayıb hadisə yerində, yəni seyfin açarının olduğu masanın üzərinə qoyduğu «xxxx» MMC tərəfindən «Xutor 1» filialına günlük satış pullarının qablaşdırılması üçün təhvil verilmiş, ortasından iki yerə bölünərək cırılmış halda olan üzərində 1190 manat, xx.xx.2020-ci il söz və rəqəmləri yazılmış, imza edilmiş, ağ rəngli, ******* nömrəli boş halda olan pul paketi məhv edilməlidir. İş üzrə mülki iddia verilməmişdir. Həmçinin qeyd edilməlidir ki, müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi cinayət işi üzrə Təqsirləndirilən şəxs cəmi 30 (otuz) saat müddətində hüquqi yardım göstərmiş, o cümlədən məhkəmədə iclaslarda iştirak etmiş, cinayət işinin materialları ilə tanış olmuş və digər hərəkətlərdə onun hüquqlarını müdafiə etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 192.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2001-ci il tarixli 31 nömrəli Qərarına əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat məbləğində müəyyən edilmişdir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsi ilə təqsirli bilinib 3 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 3 (üç) ay 25 (iyirmi beş) gün həbsdə saxlanıldığı müddət azadlığın məhdudlaşdırılması cəzasının müddətinə bir günə iki gün hesablanaraq üzərində qəti olaraq 2 (iki) il 4 (dörd) ay 10 (on) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı şəhəri Binəqədi rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasının əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəzanın icra olunduğu müddət ərzində Təqsirləndirilən şəxs üzərinə elektron qolbaq gəzdirmək və həmin nəzarət vasitəsinin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulsun. Cəzanın icra olunduğu müddət ərzində Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini gecə saat 2300-dan səhər saat 0600-dək tərk etməmək vəzifəsi qoyulsun. Cəzanın icra olunduğu müddət ərzində Təqsirləndirilən şəxs üzərinə yaşadığı Bakı şəhərinin hüdudlarını tərk etməmək vəzifəsi qoyulsun. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri ilə əvəz edilsin və o, dərhal məhkəmə iclas zalından azad edilsin. Barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Ekspertiza tədqiqatının dəyəri 200 (iki yüz) manat Təqsirləndirilən şəxs oğılundan tutulub “xxxx” MMC-in hesabına köçürülsün. Maddi sübutlar –1 ədəd A 80869867 seriyalı, 1 ədəd C 71375090 seriyalı, 1 ədəd A 45399567 seriyalı, 1 ədəd A 48007404 seriyalı, 1 ədəd C 43379840 seriyalı 100 manatlıq, 1 ədəd B 25639160 seriyalı 10 manatlıq, 1 ədəd B 20875395 seriyalı 5 manatlıq pul əskinasları, yəni 515 manat məbləğində pulun zərərçəkmiş hüquqi şəxs «xxxx» MMC-in müvəkkil edilmiş nümayəndəsinə təhvil verilməsi nəzərə alınsın. Bir ədəd disk şəklində götürülmüş vidoe müşahidə kameralarındakı görüntülər cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxsZərərçəkmiş şəxs MMC-in rəhbərliyinə A-4 formatlı birvərəq kağızın üzərində yazdığı məktub cinayət işinin materiallarında saxlanılsın. «xxxx» MMC tərəfindən «Xutor 1» filialına günlük satış pullarının qablaşdırılması üçün təhvil verilmiş, ortasından iki yerə bölünərək cırılmış halda olan üzərində 1190 manat, xx.xx.2020-ci il söz və rəqəmləri yazılmış, imzaedilmiş, ağrəngli, ******* nömrəli boş halda olan pul paketi məhv edilsin. Təqsirləndirilən şəxs göstərdiyi cəmi 30 (otuz) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı vəkil bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına xidmət haqqı – 180 (yüz səksən) manat ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən Elçin Ağayev
Məhkəmə qərarları › İş №1(001)-406/2020
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-406/2020
14.10.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver