Məhkəmə qərarları › İş №1(001)-406/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-406/2021

25.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-406/2021 25.10.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Sədrlik edən hakim Rzayev Abbas Əhəd oğlunun, Məhkəmə iclas katibi X5, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı1, Zərərçəkmiş hüquqi şəxs "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin etibarnamə üzrə nümayəndəsi X4, Müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs, xx.xx.1980-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, Binəqədi Rayon Məhkəməsinin 27 sentyabr 2019-cu il tarixli, 1(001)-395/2019 saylı hökmü ilə 01 (bir) il 6 (altı) ay 14 (on dörd) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, məhkumluğu ödənilmiş, ünvan 1 ünvanda qeydiyyatda olmaqla, həmin ünvanda yaşamış və barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs oğlunun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü (təsviri-əsaslandırıcı hissədə CM) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhərində Binəqədi Rayon Məhkəməsinin binasında keçirilən açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi : Təqsirləndirilən şəxs saxlanc yerinə qanunsuz daxil olmaqla oğurluq cinayəti törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs 02 iyun 2021-ci il tarixdə saat 06:00 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində, qohumunun yaşadığı evin həyətinin hasarından tullanaraq Biləcəri dəmir yolu stansiyasının ərazisində yerləşən, 2 nömrəli X7 7 nömrəli məntəqəsinin mühafizə olunması üçün qapalı, 2.20 metr hündürlüyündə dəmir setka, taxta və daş hasarla sərhədlənmiş, kilidli qapısı olan və dəmir yolunun inzibati ərazisində yerləşən həyətyanı sahəsinə qanunsuz daxil olub oradan 10 ədəd R-65 tipli altı dəlikli, 15 ədəd R-65 tipli dörd dəlikli və 41 ədəd R-50 tipli altı dəlikli olmaqla, ümumilikdə 66 ədəd istismara yararlı rels yanlıqlarını gizli yolla talamaqla 7 nömrəli məntəqənin həyətinə bitişik, yalnız hasar vasitəsilə ayrılmış, qohumu Şahid3 məxsus evin həyətinə yığmaqla 2 nömrəli Biləcəri yol sahəsinə ümumilikdə 2 969,44 manat məbləğində maddi ziyan vuraraq oğurluq etmişdir. Məhkəmə iclasında ifadə verən Təqsirləndirilən şəxs ona elan edilmiş Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulan ittihamda özünü təqsirli bilərək göstərmişdir ki, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində, Avtovağzalın yaxınlığında yerləşən avtoservisdə dəmirçi işləmişdir.Sonuncu dəfə 2019-cu ildə Binəqədi Rayon Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə 1 il 6 ay 14 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir.O, arabir narkotik vasitədən inyeksiya yolu ilə istifadə etmişdir.O, Biləcəri dəmir yolu stansiyasının ərazisinə tez-tez gəlir. Belə ki, stansiyanın yaxınlığında rəhmətlik qaynatasıgilin həyət evi vardır. Hal-hazırda, həmin evdə Təqsirləndirilən şəxs qaynı öz ailəsi ilə yaşayır.O, həmin evin yaxınlığında, Biləcəri dəmir yolu stansiyasının ərazisində yerləşən inzibati binanın həyətində dəmiryolçular tərəfindən yığılmış çoxlu sayda rels yanlıqları olduğunu görmüşdür.02 iyun 2021-ci il tarixdə təxminən saat 06:00 radələrində o, qaynıgilin yaşadığı evin həyətinə gəlmişdir.Həmin vaxt qaynıgildə heç kim olmamışdır.Bundan sonra, o, evin həyətinin hasarından tullanıb rels yanlıqları yığılan həyətə, yəni Biləcəri dəmir yolu stansiyasının ərazisinə keçmişdir.Orada olan rels yanlıqlarını bir-bir götürüb qaynıgilin həyətinə yığmışdır.Beləliklə həmin həyətdə olan ümumilikdə 66 ədəd rels yanlığını qaynıgilin həyətinə yığıb işini yekunlaşdırmış, sonra isə təxminən saat 08:00 radələrində o, qaynıgilin həyətindən bayıra çıxanda görmüşdür ki, bir nəfər dəmiryolçu rels yanlıqlarını axtarır.Həmin vaxt Təqsirləndirilən şəxs həm həyəcanlı, həm tərləmiş, həm də üst-başı kirlənmiş halda olmuşdur. Dəmiryolçu Ruslandan şübhələndiyi üçün qaynıgilin həyətinə baxmış və görmüşdür ki, rels yanlıqları oradadır.Ruslan da dəmiryolçuya oğurladığı rels yanlıqlarını göstərib bildirmişdir ki, rels yanlıqları buradadır, lakin həmin rels yanlıqlarının kim tərəfindən qaynıgilin həyətinə yığıldığını bilmir.Bundan sonra həmin dəmiryolçu telefonla kiməsə zəng edib bu barədə məlumat vermiş, qısa müddət keçdikdən sonra oraya polis əməkdaşları gələrək Təqsirləndirilən şəxs Biləcəri st. X12 dəvət etmişdirlər.Bundan başqa, o, oğurladığı ümumilikdə 66 ədəd rels yanlığının Biləcəri dəmir yolu stansiyasının ərazisində yerləşən inzibati binanın həyətində olduğunu oğurluq etməzdən 2 gün öncə, yəni 31 may 2021-ci il tarixdə Biləcəri dəmir yolu stansiyasının ərazisində gəzərkən görmüş və həmin vaxt düşünmüşdür ki, rels yanlıqlarını oğurlayıb hər hansı bir metal qəbulu məntəqəsinə təhvil verərək pul əldə edər, həmin pulu da şəxsi istifadəsi üçün xərcləyər.O, oğurluq edərkən heç bir alətdən istifadə etməmişdir.O, oğurluq etdiyi yerin, yəni Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Biləcəri dəmir yolu stansiyasının ərazisində yerləşən, 2 nömrəli X7 7-ci məntəqənin inzibati binasının həyətyanı sahəsinin qapalı sahə olduğunu, həmin yerin hasara alındığını, həmçinin həyətyanı sahənin kilidi olan qapısı olduğunu və həmin həyətyanı sahənin dəmir yolunun ərazisi olduğunu qabaqcadan bilmişdir.Bununla yanaşı, 7-ci məntəqənin inzibati binasının həyətyanı sahəsi dəmir yolunun ərazisi olduğuna görə, həmin sahəyə kənar şəxslərin giriş-çıxışının qəti qadağan olduğunu, oraya yalnız dəmir yolunun işçilərinin daxil ola biləcəyini də qabaqcadan bilmişdir. Hadisə zamanı onun yanında heç kim olmamışdır, o, oğurluğu tək törətmiş, həmçinin də oğurluq etməzdən əvvəl ətrafa diqqətlə baxmış və ətrafda kiminsə olmadığından əmin olduqdan sonra oğurluq etməyə başlamışdır. O, Biləcəri dəmir yolu stansiyasının ərazisindən konkret olaraq ümumilikdə 66 ədəd rels yanlığı oğurlamışdır.Həmin rels yanlıqları qeyd edilən inzibati binanın həyətində yığılmış vəziyyətdə olmuşdur.Rels yanlıqlarını axtaran dəmiryolçu Təqsirləndirilən şəxs oğurluq etdikdən sonra onu görmüş, həmin vaxt Ruslan həyəcanlı, tərləmiş və üst-başı kirlənmiş vəziyyətdə olmuşdur.Həmçinin, o, oğurluq edərkən dəmiryolçu onu kənardan müşahidə etməmişdir.Oğurluq etməzdən əvvəl qabaqcadan heç kimlə razılaşmamış və ya bu işlə əlaqədar əvvəlcədən heç kimə vəd verməmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs təqsirini etiraf etdiyini, əməlindən səmimi peşman olduğunu, vurulmuş ziyanı ödədiyini, zərərçəkmiş şəxslə barışıq əldə etdiyini və zərərçəkmiş şəxsin şikayətçi olmadığını nəzərə alaraq məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında ifadə verən zərərçəkmiş şəxs "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin etibarnamə üzrə nümayəndəsi X6 bildirmişdir ki, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Biləcəri dəmir yolu stansiyasının ərazisində "xxxx" QSC-nin İnfrastruktur Departamentinin 2 nömrəli X7 7-ci məntəqənin inzibati binası yerləşir.Həmin inzibati binanın arxa tərəfində inzibati binaya bitişik həyətyanı sahəsi vardır. 2 nömrəli X7 işçiləri 2021-ci ilin may ayının ortalarında həmin inzibati binanın həyətinə səliqəli şəkildə ümumilikdə 66 ədəd R-65 və R-50 tipli, istismara yararlı rels yanlıqları yığmışdırlar ki, yollarda baş verən nasazlıqları aradan qaldırmaq üçün həmin rels yanlıqlarından istifadə etsinlər. 02 iyun 2021-ci il tarixdə təxminən saat 07:45 radələrində 7-ci məntəqənin yol ustası Şahid2 inzibati binanın həyətinə baxdıqda görmüşdür ki, oraya yığdıqları ümumilikdə 66 ədəd rels yanlıqları yerində yoxdur. Bundan sonra o, həmin rels yanlıqlarını axtarmağa başlamışdır. Həmin gün, yəni 02 iyun 2021-ci il tarixdə təxminən saat 08:00 radələrində Şahid2 rels yanlıqlarını axtaran zaman 7-ci məntəqənin inzibati binasının yaxınlığında tanımadığı, sonradan adı məlum olan Təqsirləndirilən şəxs 7-ci məntəqənin həyətinə bitişik olan, yalnız hasar vasitəsi ilə ayrılmış yaşayış evinin həyətindən çıxdığını görmüşdür. Həmin vaxt Təqsirləndirilən şəxs həm həyəcanlı, həm də tərləmiş halda olmuşdur. Buna görə də yol ustası Şahid2 rels yanlıqlarının Təqsirləndirilən şəxs tərəfindən oğurlanmasından şübhələnmiş və Ruslanın icazəsi ilə onun çıxdığı həyətə girib oraya baxmışdır. Həmin vaxt Şahid2 görmüşdür ki, 2 nömrəli Biləcəri yol sahəsinə məxsus rels yanlıqları həmin həyətdə yerdə səpələnmiş haldadır.Təqsirləndirilən şəxs rels yanlıqlarını Şahid2 göstərib bildirmişdir ki, rels yanlıqları buradadır, lakin həmin rels yanlıqlarının kim tərəfindən həmin həyətə yığıldığını bilmir.X11 yalan danışdığını zənn etmiş, çünki Ruslan tərləmiş, həyəcanlı, yorğun və üzəri də kirlənmiş halda olmuşdur. Bu səbəbdən də Akif baş vermiş hadisə barədə dərhal öz rəhbərliyinə və polisə məlumat vermişdir. Qısa müddət keçdikdən sonra oraya polis əməkdaşları gələrək Ruslanı sorğusual edib onunla birlikdə Biləcəri st. X12 getmişdirlər. Sonradan məlum olmuşdur ki, həmin rels yanlıqlarını həqiqətən də Təqsirləndirilən şəxs oğurlayaraq qohumunun yaşadığı evin həyətinə yığmışdır. 02 iyun 2021-ci il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Biləcəri dəmir yolu stansiyasının ərazisində, 2 nömrəli X7 7-ci məntəqənin həyətindən konkret olaraq 10 ədəd R-65 tipli altı dəlikli, 15 ədəd R-65 tipli dörd dəlikli və 41 ədəd R-50 tipli altı dəlikli olmaqla, ümumilikdə 66 ədəd istismara yararlı rels yanlıqları Təqsirləndirilən şəxs tərəfindən gizli yolla oğurlanmışdır. Həmin rels yanlıqları 7-ci məntəqənin həyətinə konkret olaraq 2021-ci ilin may ayının ortalarında yığılmışdır. Hadisənin baş verdiyi yer, yəni Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Biləcəri dəmir yolu stansiyasının ərazisində yerləşən, 2 nömrəli X7 7-ci məntəqənin inzibati binasının həyətyanı sahəsi qapalı sahədir, belə ki, həmin yer mühafizə olunması üçün hasara alınmışdır, həmçinin həyətyanı sahənin kilidi olan qapısı vardır və həmin həyətyanı sahə dəmir yolunun ərazisidir. Bununla yanaşı, 7-ci məntəqənin inzibati binasının həyətyanı sahəsi dəmir yolunun ərazisi olduğuna görə, həmin sahəyə kənar şəxslərin giriş-çıxışı qəti qadağandır. Oraya yalnız dəmir yolunun işçiləri daxil ola bilərlər. Baş vermiş hadisə nəticəsində dəmir yoluna ümumilikdə 2969,44 manat məbləğində maddi ziyan dəymişdir. O, zərər çəkmiş hüquqi şəxsin nümayəndəsi kimi məhkəməəmtəəşünaslıq ekspertizasının 9/3984 nömrəli rəyi ilə tanış olmuş və həmin rəydə göstərilmiş dəymiş ziyanın məbləği ilə tam razı olduğunu bildirmişdir. Çünki dəmir yolunun iddia etdiyi dəymiş ziyanın məbləği ilə ekspert rəyində göstərilən dəymiş ziyanın məbləği eynidir.Məhkəmə baxışı zamanı zərərçəkmiş hüquqi şəxs "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin etibarnamə üzrə nümayəndəsi X6 oğurlanmış əşyaların qaytarıldığını, bununla da onlara vurulmuş ziyanın ödənildiyini və təqsirləndirilən şəxslə barışdıqlarını və təqsirləndirilən şəxsdən şikayətçi olmadığını bildirmiş və bu barədə yazılı ərizəsini məhkəməyə təqdim etmişdir. Məhkəmə baxışı zamanı şahid qismində ifadə verən Şahid1 bildirmişdir ki, o, Nəqliyyatda Baş Polis İdarəsinin Dəmir Yolu Nəqliyyatında Polis İdarəsinin Biləcəri st. X9 Cinayət Axtarış Bölməsinin baş əməliyyat müvəkkili vəzifəsində işləyir, polis mayorudur. Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır.Onunla hər hansı bir münasibəti, düşmənçiliyi, ədavəti və ya söz-söhbəti olmamışdır.02 iyun 2021-ci il tarixdə "xxxx" QSC-nin İnfrastruktur Departamentinin 2 nömrəli Biləcəri yol sahəsindən Biləcəri st. X12 Biləcəri dəmir yolu stansiyasının ərazisində yerləşən, 2 nömrəli X7 7 nömrəli məntəqənin həyətindən kənar şəxs tərəfindən, yol sahəsinin balansında olan 10 ədəd R-65 tipli altı dəlikli, 15 ədəd R-65 tipli dörd dəlikli və 41 ədəd R-50 tipli altı dəlikli olmaqla, ümumilikdə 66 ədəd rels yanlığının oğurlanması barədə rəsmi məlumat daxil olmuşdur.Daxil olmuş məlumat əsasında polis mayoru Şahid1 tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən edilmişdir ki, həmin oğurluq hadisəsini Təqsirləndirilən şəxs törətmişdir.Belə ki, o, 02 iyun 2021-ci il tarixdə təxminən saat 06:00 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində, qohumunun yaşadığı evin həyətinin hasarından tullanaraq Biləcəri dəmir yolu stansiyasının ərazisində yerləşən, 2 nömrəli X7 7 nömrəli məntəqəsinin həyətinə qanunsuz daxil olub oradan 10 ədəd R-65 tipli altı dəlikli, 15 ədəd R-65 tipli dörd dəlikli və 41 ədəd R-50 tipli altı dəlikli olmaqla, ümumilikdə 66 ədəd istismara yararlı rels yanlıqlarını gizli yolla oğurlayaraq 7 nömrəli məntəqənin həyətinə bitişik, yalnız hasar vasitəsilə ayrılmış, qohumunun yaşadığı evin həyətinə yığmışdır. Daha sonra 2 nömrəli X7 yol ustası Şahid2la rastlaşmış, həmin vaxt Təqsirləndirilən şəxs həm həyəcanlı, həm tərləmiş, həm də üst-başı kirlənmiş halda olmuşdur. Bu səbəbdən də yol ustası Şahid2 ondan şübhələrək qohumunun yaşadığı evin həyətinə baxdıqda rels yanlıqlarını orada görmüşdür. Təqsirləndirilən şəxs rels yanlıqlarını oraya kim tərəfindən qoyulması barədə məlumatı olmadığını bildirsə də, Şahid2 ona inanmamış və sonuncu dərhal öz rəhbərliyinə həmçinin Biləcəri st. X12 məlumat vermişdir. Polis mayoru Şahid1 dərhal hadisə yerinə getdikdə, Təqsirləndirilən şəxs törətdiyi əməli səmimi etiraf etmişdir. Bu səbəbdən də 02 iyun 2021-ci il tarixdə Təqsirləndirilən şəxs polis mayoru Şahid1 tərəfindən saxlanılaraq Biləcəri st. XPŞ-nə gətirilmişdir. Məhkəmə baxışı zamanı şahid qismində ifadə verən Şahid2 bildirmişdir ki, o, "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin İnfrastruktur Departamentinin 2 nömrəli X7 7-ci məntəqənin yol ustası vəzifəsində işləyir.Onun işi ərazisinə daxil olan dəmir yolu xəttlərinin işlək və saz vəziyyətdə olmasını təmin etmək, tabeliyində olan yol montyorlarının işinə nəzarət etmək, onları təlimatlandırmaq və s. digər vəzifələri icra etməkdən ibarətdir. 2 nömrəli X7 7-ci məntəqəsi Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Biləcəri dəmir yolu stansiyasının ərazisində yerləşir. Şahid2 tabeliyində olan yol montyorları ilə birlikdə dəmir yolu xəttinə hissə-hissə olmaqla, gündəlik baxış keçirirlər və hər hansı bir nasazlıq aşkar etdikdə dərhal rəhbərliyə məlumat verərək həmin nasazlığı aradan qaldırırlar. Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. Onunla hər hansı bir münasibəti, düşmənçiliyi, ədavəti və ya söz-söhbəti olmamışdır. 2 nömrəli X7 7-ci məntəqənin inzibati binasının arxa tərəfində həmin inzibati binaya bitişik həyətyanı sahəsi vardır. Onlar 2021-ci ilin may ayının ortalarında həmin inzibati binanın həyətyanı sahəsinə səliqəli şəkildə ümumilikdə 66 ədəd R-65 və R-50 tipli, istismara yararlı rels yanlıqları yığmışdırlar ki, yollarda baş verən nasazlıqları aradan qaldırmaq üçün həmin rels yanlıqlarından istifadə etsinlər. 02 iyun 2021-ci il tarixdə təxminən saat 07:45 radələrində Şahid2 inzibati binanın həyətyanı sahəsinə baxdıqda görmüşdür ki, oraya yığdıqları ümumilikdə 66 ədəd rels yanlıqları yerində yoxdur. Bundan sonra Akif həmin rels yanlıqlarını axtarmağa başlamışdır. Həmin gün, yəni 02 iyun 2021-ci il tarixdə təxminən saat 08:00 radələrində rels yanlıqlarını axtaran zaman 7-ci məntəqənin inzibati binasının yaxınlığında tanımadığı, sonradan adı ona məlum olan Təqsirləndirilən şəxs 7-ci məntəqənin həyətinə bitişik olan, yalnız hasar vasitəsi ilə ayrılmış yaşayış evinin həyətindən çıxdığını görmüşdür.Həmin vaxt Ruslan həm həyəcanlı, həm tərləmiş, həm də üst-başı kirlənmiş halda olmuşdur.Buna görə də Akif rels yanlıqlarının Ruslan tərəfindən oğurlanmasından şübhələnmiş və Ruslanın icazəsi ilə onun çıxdığı həyətə girib oraya baxmışdır.Həmin vaxt görmüşdür ki, 2 nömrəli Biləcəri yol sahəsinə məxsus rels yanlıqları həmin həyətdə yerdə səpələnmiş haldadır. Ruslan rels yanlıqlarını Akifə göstərib bildirmişdir ki, rels yanlıqları buradadır, lakin həmin rels yanlıqlarının kim tərəfindən həmin həyətə yığıldığını bilmir. X13 inanmamışdır, çünki Ruslan tərləmiş, həyəcanlı, yorğun və üst-başı da kirlənmiş halda olmuşdur. Bu səbəbdən də Akif baş vermiş hadisə barədə dərhal rəhbərliyinə və polisə məlumat vermişdir. Qısa müddət keçdikdən sonra oraya polis əməkdaşları gələrək Ruslanı sorğu-sual edib onunla birlikdə Biləcəri st. X12 getmişdirlər. Sonradan Akifə məlum olmuşdur ki, həmin rels yanlıqlarını həqiqətən də Təqsirləndirilən şəxs oğurlayaraq qohumunun yaşadığı evin həyətinə yığmışdır. Şahid2 həmçinin bildirmişdir ki, 02 iyun 2021-ci il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Biləcəri dəmir yolu stansiyasının ərazisində, 2 nömrəli X7 7-ci məntəqənin həyətindən konkret olaraq 10 ədəd R-65 tipli altı dəlikli, 15 ədəd R-65 tipli dörd dəlikli və 41 ədəd R-50 tipli altı dəlikli olmaqla, ümumilikdə 66 ədəd istismara yararlı rels yanlıqları Təqsirləndirilən şəxs tərəfindən gizli yolla oğurlanmışdır. Həmin rels yanlıqları 7-ci məntəqənin həyətinə konkret olaraq 2021-ci ilin may ayının ortalarında yığılmışdır. Hadisənin baş verdiyi yer, yəni Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Biləcəri dəmir yolu stansiyasının ərazisində yerləşən, 2 nömrəli X7 7-ci məntəqənin inzibati binasının həyətyanı sahəsi qapalı sahədir, belə ki, həmin yer mühafizə olunması üçün hasara alınmışdır, həmçinin həyətyanı sahənin kilidi olan qapısı vardır və həmin həyətyanı sahə dəmir yolunun ərazisidir. Bununla yanaşı, 7-ci məntəqənin inzibati binasının həyətyanı sahəsi dəmir yolunun ərazisi olduğuna görə, həmin sahəyə kənar şəxslərin giriş-çıxışı qəti qadağandır. Oraya yalnız dəmir yolunun işçiləri daxil ola bilərlər. Şahid2 Təqsirləndirilən şəxsla rastlaşarkən orada onların yanında heç kim olmamışdır. Şahid2 Təqsirləndirilən şəxs oğurluq edən anda müşahidə etməmiş, onu oğurluq etdikdən sonra həyətdən çıxarkən görmüşdür. Məhkəmə baxışı zamanı şahid qismində ifadə verən Şahid3 bildirmişdir ki, o, uzun müddətdir ki, fərdi qaydada avtomobil çilingəri işləyir. Təqsirləndirilən şəxs uzun müddətdir tanıyır.Belə ki, Ruslan Samirin bacısının əridir.Onunla heç bir düşmənçiliyi, ədavəti və ya söz-söhbəti olmamışdır.Əksinə qohumluq əlaqələri olduğuna görə aralarında həmişə normal münasibət olmuşdur.Şahid3 sonradan məlum olmuşdur ki, yeznəsi Təqsirləndirilən şəxs 02 iyun 2021-ci il tarixdə təxminən saat 06:00 radələrində Samirin ailəsi ilə birlikdə əvvəllər yaşadığı evin, yəni ünvan 2 ünvanında yerləşən evin həyətinə gəlib oradan yalnız hasar vasitəsi ilə ayrılmış, Biləcəri dəmir yolu stansiyasının ərazisinə, daha dəqiq 2 nömrəli X7 7-ci məntəqənin inzibati binasının həyətyanı sahəsinə hasardan tullanaraq qanunsuz daxil olub oradan dəmir yoluna məxsus ümumilikdə 66 ədəd rels yanlıqlarını oğurlayıb əvvəllər yaşadığı evin həyətinə yığmışdır. Ruslan oğurluq etdikdən sonra isə polis əməkdaşları tərəfindən saxlanılmışdır. Həmin ünvan Samirgilin ata yurdudur, Samir ailəsi ilə birlikdə əvvəllər həmin ünvanda yaşamışdır, lakin təxminən 2021-ci ilin mart ayının sonlarından bəri həmin ünvanda yaşamırlar.Ancaq arabir gedib oradakı evinə baş çəkir. Təqsirləndirilən şəxs hadisəni törətdiyi zaman, yəni 02 iyun 2021-ci il tarixdə qeyd edilən ünvanda heç kim olmamışdır.Ruslan da evdə heç kimin olmadığını əvvəlcədən bilmişdir.Şahid3 həmçinin bildirmişdir ki, yeznəsi Təqsirləndirilən şəxs 02 iyun 2021-ci il tarixdə oğurluq etməzdən əvvəl qabaqcadan Samirə və ya Samirin bildiyinə görə başqa bir şəxsə bu barədə məlumat verməmişdir, həmçinin də o, oğurluq etməzdən əvvəl Samirə və ya Samirin bildiyinə görə başqa bir şəxsə qabaqcadan heç bir vəd verməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə-əmtəəşünaslıq ekspertizanın 29.06.2021-ci il tarixli, 9/3984 saylı rəyinə əsasən məlum olur ki, ekspertiza təyini haqqında qərarda göstərilən rels yanlıqlarının 2009-cu ildən istismarda olduğu və istismara yararlı olması nəzərə alınmaqla hazırki orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 2969,44 manat müəyyən edilir.O cümlədən: 10 ədəd R-65 tipli altı dəlikli rels yanlığı – 518,00 (10 ədəd x 51,8 manat) manat, 15 ədəd R-65 tipli dörd dəlikli rels yanlığı – 777,00 (15 ədəd x 51,8 manat) manat, 41 ədəd R-50 tipli altı dəlikli rels yanlığı – 1674,44 (41 ədəd x 40,84 manat) manat. İş materiallarında olan zərərçəkmiş şəxs "xxxx" QCS-nin İnfrastruktur Departamentinin 2 nömrəli X7 məhkəməyə təqdim etdiyi 23 avqust 2021-ci il tarixli, 135 saylı məktuba əsasən məlum olur ki, iş üzrə maddi sübut kimi qiymətləndirilmiş və ona məxsus olan – 66 ədəd istismara yararlı rels yanlıqları tam işlək və istismara yarlı vəziyyətdə sahibinə qaytarıldığı üçün cinayət işi üzrə Təqsirləndirilən şəxs qarşı hər hansı tələb və şikayətinin olmadığını bildirmişdir. İş materiallarında olan DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnaməyə və hökmün surətinə əsasən məlum olur ki, Camalov X2 rayon Məhkəməsinin 27 sentyabr 2019-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib 01 il 06 ay 14 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir.Hökmün icrası 10 iyul 2021-ci il tarixdə başa çatmış və məhkum Bakı şəhər Probasiya İdarəsinin qeydiyyatdan çıxarılmışdır. Məhkəmə CM-nin 59-cu maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs təqsirini etiraf etməsini, səmimi peşmançılığını, vurulmuş ziyanı aradan qaldırmasını, zərərçəkmiş şəxslə barışıq əldə etməsini, zərərçəkmiş şəxsin ona qarşı şikayətinin olmamasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə tərəfindən CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyən edilməmişdir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs CM-nin 177.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini təqsirli olaraq törətməsi tam sübuta yetirilmişdir. Qeyd edilənlər onu göstərir ki, ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq təqsirləndirilən şəxsin əməli CM-nin 177.2.3-cü maddəsi ilə tövsif edilmişdir. Odur ki, təqsirləndirilən şəxs CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halların mövcudluğunu və ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən isə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılması, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etmələri tövsiyə edilmişdir. Həmin qərarda həmçinin göstərilmişdir ki,cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır.Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Məhkəmə hökmü haqqında” 27 dekabr 1996-cı il tarixli 4 nömrəli qərarında göstərilmişdir ki, cinayət qanunun sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı, başqa daha yüngül cəza tədbiri tətbiq etmənin mümkünlyünü nəzərdə tutursa, məhkəmə hökmündə nə üçün müttəhimə məhz azadlıqdan məhrum etmə cəzasının tətbiq olunmasının əsasları göstərilməlidir. Eyni mövqe Azərbaycan Respublikası Ali Məhkəməsinin “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında da təsbit olunmuşdur.Belə ki, həmin qərarın 2-ci bəndində göstərilmişdir ki, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. Belə ki, məhz həmin qərarda göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır.Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmalıdır. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs oğlunun 26 iyul 2021-ci il tarixdən 28 iyul 2021-ci il tarixədək tutulduğu 2 (iki) gün müddət CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə 1(bir) günə 2 (iki) gün olmaqla təyin edilmiş cəzadan çıxılmalı və Təqsirləndirilən şəxs qəti azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Belə ki, iş materiallarında olan DYNPİ-nin Biləcəri şt.XPŞ-nin İstintaq və Təhqiqat Qrupunun baş müstəntiqi, polis mayoru Elnur Salmanov tərəfindən qəbul olunmuş 26 iyul 2021-ci il tarixli qərarına əsasən məlum olur ki, Təqsirləndirilən şəxs Şərafədin oğlu 26 iyul 2021-ci il tarixdə tutuluşdur.İş materiallarında olan Bakı şəhər prokurorunun müavini, baş ədliyyə müşaviri Mürvət Həsənovun 28 iyul 2021-ci il tarixli qərarına əsasən məlum olur ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilmişdir.Həmçinin, DYNPİ-nin Biləcəri şt.XPŞ-nin İstintaq və Təhqiqat Qrupunun baş müstəntiqi, polis mayoru Elnur Salmanov tərəfindən qəbul olunmuş 28 iyul 2021-ci il tarixli qərarına əsasən məlum olur ki, Təqsirləndirilən şəxs barəsində 28 iyul 2021-ci il tarixdə «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmişdir. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını – ünvan 3 ünvanda çəkməli, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Həmçinin, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 24.00-dan saat 06.00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, cəza çəkdiyi müddətdə Bakı şəhərinin inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqanına məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanına iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi tapşırılmalı, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək Bakı Probasiya İdarəsinə həvalə edilməlidir. Həmçinin, iş üzrə maddi sübut – "xxxx" QCS-nin İnfrastruktur Departamentinin 2 nömrəli X7 saxlanc anbarında saxlanılan 10 ədəd R-65 tipli altı dəlikli, 15 ədəd R-65 tipli dörd dəlikli və 41 ədəd R-50 tipli altı dəlikli olmaqla, ümumilikdə 66 ədəd istismara yararlı rels yanlıqların zərərçəkmiş hüquqi şəxsə qaytarılması nəzərə alınmalıdır. Bundan başqa, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvvəyə minənədək qüvvədə saxlanılmalı, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 50 manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına – VÖEN **********, X3 VÖEN ********** kod 210005 m/h AZ 41 NABZO**********0003944 SWİFT. Bik CTREAZ 22 hesabına ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 318.1, 344-349, 351-353 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 3 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs oğlunun 26 iyul 2021-ci il tarixdən 28 iyul 2021-ci il tarixədək tutulduğu 2 (iki) gün müddət CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə 1(bir) günə 2 (iki) gün olmaqla təyin edilmiş cəzadan çıxılsın və Təqsirləndirilən şəxs qəti olaraq 2 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını yaşadığı – ünvan 3 ünvanda çəksin. Təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 24.00-dan saat 06.00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, cəza çəkdiyi müddətdə Bakı şəhərinin inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqanına məlumat erməklə cəzanın icrasına nəzarət edən orqanına iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi tapşırılsın. Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək Bakı Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılsın İş üzrə maddi sübut – "xxxx" QCS-nin İnfrastruktur Departamentinin 2 nömrəli X7 saxlanc anbarında saxlanılan 10 ədəd R-65 tipli altı dəlikli, 15 ədəd R-65 tipli dörd dəlikli və 41 ədəd R-50 tipli altı dəlikli olmaqla, ümumilikdə 66 ədəd istismara yararlı rels yanlıqların zərərçəkmiş hüquqi şəxsə qaytarılması nəzərə alınsın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına -VÖEN **********,X3 VÖEN ********** kod 210005 m/h AZ 41 NABZO**********0003944 SWİFT. Bik CTREAZ 22 hesabına ödənilsin. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm qanuni qüvvəyə minir. Sədrlik edən Hakim: Abbas Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar