Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-406/2023 24.11.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Sadıqova Aynurə Vahid qızının sədrliyi, Hüseynov Xəyal Nemət oğlunun katibliyi ilə, Dövlət ittihamçısı - Bakı şəhər prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, xx.xx.1998-ci ildə Füzuli rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Füzuli rayonu, Yuxarı Veysəlli kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 127.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İbtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saat 15 radələrində nəzarətçi işlədiyi ünvan 2 ünvanında yerləşən "xxxx" adlanan mağazanın qarşısında, həmin mağazanın daimi müştərisi olan Zərərçəkmiş şəxs mağazadan oğurluq etməkdə əsassız günahlandırdıqda, sonuncunun bunu inkar etməsini bəhanə edib başı ilə Zərərçəkmiş şəxs burun nahiyəsinə və təpiklə belinə vurmaqla, ona burun sümüyünün yerdəyişmiş sınığı ilə müşayiət olunan burun belinin qançır-şişkinliyi sağ və sol gözaltı nahiyələrin qançırları kimi insan həyatı üçün təhlükəli olmayan və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş Zərərçəkmiş şəxs sağlamlığına xuliqanlıq niyyəti ilə qəsdən az ağır zərər vurmuşdur. Bununla da Təqsirləndirilən şəxs CM-in 127.2.3-cü maddəsi ilə ittiham olunaraq məhkəməyə verilmişdir. Məhkəmənin 30 oktyabr 2023-cü il tarixli iclasında Təqsirləndirilən şəxs CM-in 127.2.3-cü maddəsi ilə verilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə o, ünvan 2 ünvanında yerləşən "xxxx" adlanan mağazada nəzarətçi işlədiyi zaman, həmin gün saat 15 radələrində mağazanın daimi müştərisi olan Zərərçəkmiş şəxs mağazaya daxil olmuşdur. Həmin mağazadan o, şirniyyat alıb bayıra çıxdığı zaman, özünü şübhəli aparmış və bu səbəbdən o, Zərərçəkmiş şəxs ardınca mağazadan çıxıb onu səsləmişdir. Orxan dayandıqdan sonra, şübhəli olduğu üçün üzərini yoxlamaq istəmiş, Orxan isə onunla aqressiv danışmağa başlamişdir və onu söyərək təhqir etdi. O, Orxanı marketin qarşısından uzaqlaşdırmaq üçün və üzərinə gəldiyindən özünü müdafiə etmək məqsədilə ona yüngül bir təpik zərbəsi vurmuş, bundan sonra Orxan oradan çıxıb getmiş və bir neçə dəqiqədən sonra Orxan yenidən Seymur adlı şəxslə mağazaya qayıtmışdır. Seymur adlı şəxs polkovnik rütbəsində olduğunu bildirib onun yan hissəsinə təpik zərbəsi endirib, təhqir etməyə başlamışdır. Bundan sonra Orxan Seymurla birlikdə oradan çıxıb getmişdir. Zərərçəkmiş şəxs dedikləri yalandır, o, onun burun nahiyəsinə başı ilə heç bir xəsarət yetirməmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona verilən suallara cavab olaraq bildirmişdir ki, zərərçəkmiş şəxsə yaxınlaşaraq şokoladları götürməməsi barədə yenidən xəbərdar etdikdə o, ona qarşı təhqiramiz ifadələr işlətməyə və söyüş söyməyə başlamışdır. Orxanın üstünü yoxlamaq istədikdə, Orxan onun üstünə gəlməyə başlamış, o da təpiklə özünü müdafiə üçün qarşısını almış, zərərçəkmiş şəxsə heç bir xəsarət verici zərbə vurmamışdır. Hadisədən təxminən yarım saat sonra Seymur adlı şəxs gələrək Orxan Məcidovun onun işçisi olduğunu bildirmiş və onu mağazada kamera olan kənar bir otağa apararaq təpikləməyə başlamışdır. Kamera görüntüləri mağazada 6-7 gün qalır. Hadisədən sonra özü könüllü şəkildə işdən çıxmışdır. Zərərçəkmiş şəxs barışıq üçün indiyə qədər ondan heç bir məbləğ istəməyib. 13 avqust 2023-cü il tarixdə o, işdə olmamışdır, onun yerinə iş yoldaşı Şahid3 Yavər işdə olub.Qeyd etdiklərinin nəzərə alınaraq, məhkəmədən ona bəraət verilməsini xahiş etdi. Məhkəmənin 17 noyabr 2023-cü il tarixli iclasında Təqsirləndirilən şəxs zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim edilmiş barışıq ərizəsinə münasibət bildirərək qeyd etmişdir ki, o ümumiyyətlə cinayət işinin ibtidai istintaqı gedən zaman da və məhkəmə istintaqı gedən zamanda ona qarşı irəli sürülmüş ittihamla özünü təqsirli bilməmişdir. Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə ünvanlanmış ərizənin mətni ilə tanış olmuşdur, o Zərərçəkmiş şəxs hazırda məhkəmə iclasında görür, özünü təqsirli bilmədiyindən onunla barışmaq üçün də hazırki vaxta qədər hər hansı bir addım atmamışdır. Nu səbəbdən ərizədə göstərilənlərlə razı deyil. Məhkəmə iclasında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, 2022-ci ilin yay aylarında Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti 163 ünvanında yerləşən avtoyuma məntəqəsində avtomobil yuyucusu kimi işləyirdi və xx.xx.2022-ci il tarixdə saat 15 radələrində həmin məntəqənin yaxınlığında yerləşən "xxxx" adlanan marketə daxil olaraq, oradan siqaret və şirniyyat alıb bayıra çıxdıqdan sonra, mağazanın qarşısında mağazanın nəzarətçisi Təqsirləndirilən şəxs onu arxadan səslədiyindən o yerində dayanmışdır. Təqsirləndirilən şəxs ona yaxınlaşaraq, mağazadan oğurluq etdiyi barədə bildirdikdə o mağazadan oğurluq etmədiyini və onu başqa şəxslə səhv saldığını demişdir. Bundan sonra Eldəniz ondan köynəyini yuxarı qaldırmağını tələb edərək, oğurladığı əşyanı köynəyinin altında gizlətdiyini ona bildirmişdir. O, Eldənizin bu sözlərindən sonra köynəyini yuxarı qaldırıb mağazadan heç bir şey oğurlamamadığını ona sübut etmişdir. Eldəniz isə ona inanmaq istəmədiyindən o, məcbur qalıb oğurluq edən şəxsin barəsində söyüş söymüşdür, lakin bu söyüş Eldənizin xoşuna gəlmədiyindən, anidən başı ilə onun burun nahiyəsinə bir dəfə zərbə endirmişdir. Həmin zərbənin nəticəsində o yerə yıxılmış və yerə yıxıldıqdan sonra da Eldəniz onun bel nahiyəsinə təpiklə zərbə endirmişdir, daha sonra o ayağa qalxıb Eldənizə müqavimət göstərmək istədikdə, orada olan əvvəllər tanımadığı şəxslər (müştərilər) Eldənizi mağazaya salmışlar. Bundan sonra o iş yerinə qayıtmış və işlədiyi avtoyuma məntəqəsini işlədən Seymur müəllim onun burun nahiyəsindən qan axmasını görüb, ondan nə baş verdiyin soruşmuş,o da öz növbəsində Seymur müəllimə baş verənləri danışdımışdır. Bu sözlərindən sonra Seymur müəllim qolundan tutub onu xəsarət almağının səbəbini öyrənmək məqsədilə həmin mağazaya aparmış, lakin mağazada nəzarətçi işləyən Təqsirləndirilən şəxs, onun burun nahiyəsinə başı ilə zərbə vurmasını inkar etmişdir. Bundan sonra o, Seymur müəllim, Eldəniz və mağazanın İbə adlı inzibatçısı mağazanın zirzəmisinə düşüb müşahidə kameralarının görüntülərinə baxış keçirmişlər. Kamera görüntülərindən Eldənizin onu başı ilə vurması açıq-aydın görünürdü. Məhkəmə iclasında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ona verilən suallara cavab olaraq mağazadan konfet və siqaret aldığını, ödənişi edib kassadan ayrıldıqdan sonra Eldənizin tək ona yaxınlaşdığını, mübahisənin təxmini 10 dəqiqə çəkdiyini bildirmişdir. Həmçinin qeyd etmişdir ki, hadisənin baş verdiyi "xxxx" adlı mağazada başqa mühafizəçini tanısa da, hadisəyə qədər təqsirləndirilən şəxsi heç vaxt həmin mağazada görməmişdir, ilk olaraq Eldəniz tərəfindən ona qarşı aqressiv hərəkət olunmuşdur, hadisə baş verənə qədər təqsirləndirilən şəxsə heç bir müqavimət göstərməmişdir, hadisə baş verəndən sonra işlədiyi yerə gedib müdriyyətdəki Seymur adlı şəxsə hadisəni danışmış və təqsirləndirilən şəxsin işlədiyi mağazaya gedib kamera otağında kamera görüntülərinə baxmışlar, hadisə yerindəki kamera görüntülərini götürməmişlər, əməliyyatçı görüntüləri əldə edəcəyini ona bildirmişdir. Hadisə baş verən gün işlədiyi yerə gəlib bir az özünə gələndən sonra DİN-in “102” zəng xidmətinə zəng vurmuşdur, təqsirləndirilən şəxs onunla söhbət edərkən özü əməlini boynuna almışdır, hərbi xidmət zamanı burun və çənəsindən xəsarət almışdır. Seymur onun oğurluq etməsinə dair hər hansı sübutunun olub-olmadığını soruşduqda Eldəniz Mütəllimov belə bir sübutun olmadığını bildirmişdi. O, Eldəniz, Seymur və "xxxx" adlı mağazanın administratoru Şahid1 mağazanın podvalına düşüb orada həmin mövzu barədə söhbət etmişlər, Şahid1 təkidinə baxmayaraq təqsirləndirilən şəxs heç bir üzrxahlıq etməmişdir, o üzr istəmədiyi üçün qayıdaraq DİN-in “102” zəng xidmətinə zəng vurmuşdur. DİN-in “102” zəng xidmətinə hadisə baş verən gün hadisədən bir neçə saat sonra, təxmini saat 5-6 radələrdində zəng vurmuşdur. Hadisə günorta saatlarında təxmini saat 3-4 radələrində baş vermişdi. Məhkəmənin 17 noyabr 2023-cü il tarixli iclasında Zərərçəkmiş şəxs məhkəməyə yazılı ərizə təqdim edərək bildirmişdir ki, təqsirləndirilən şəxslə barışmışdır, belə ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş olan maddi ziyan tamamilə ödənilmişdir. Bu səbəbdən hazırda təqsirləndirilən şəxsə qarşı heç bir şikayəti və tələbi yoxdur. Ərizəsinin nəzərə alınmasını xahiş etmişdir. Şahid1 cinayət işinin ibtidai istintaqı zamanı vermiş olduğu ifadəsində göstərmişdir ki, o, hazırda ünvan 4 ünvanında yerləşən "xxxx" adlanan mağazada təlim-tədris üzrə bölmə rəhbəri çalışır. Təqsirləndirilən şəxs tanıyır, belə ki, o, işlədiyi mağazada nəzarətçi kimi çalışırdı. xx.xx.2022-ci il tarixdə təxminən saat 15:30 radələrində mağazaya gəldiyi zaman, ona mağazanın qarşısında həmin gün saat 15 radələrində nəzarətçi Eldənizlə, Zərərçəkmiş şəxs arasında mübahisə baş verdiyi məlum olmuşdur. Zərərçəkmiş şəxs mağazanın yaxınlığında yerləşən avtoyuma məntəqsində avto yuyucu kimi fəaliyyət göstərmiş və mağazanın daimi müştərisi olmuşdur. Bir neçə dəqiqədən sonra Zərərçəkmiş şəxsla Seymur adlı şəxs mağazaya gəlmişlər və Seymur adlı şəxs Orxanın kim tərəfindən və hansı səbəbə vurulduğunu öyrənmək istəmişdir. Zərərçəkmiş şəxs mağazada Təqsirləndirilən şəxs göstərərək, həmin şəxs tərəfindən xəsarət aldığını bildirmişdir. Bundan sonra Eldəniz mağazadan çıxıb getmək istədikdə Seymur adlı şəxs zirzəmidə yerləşən kamera görüntülərinə bir yerdə baxmaları məqsədilə Eldənizin boyun nahiyəsindən tutaraq saxlamışdır. Bundan sonra onlar, yəni o, Orxan, Eldəniz və Seymur adlı şəxs orada kamera görüntülərinə baxmaq üçün mağazanın zirzəmisinə düşmüşlər. Kamera görüntülərinə baxdıqda, mağazanın qarşısında Eldənizin başı ilə Orxanın burun nahiyəsinə vurması və Orxan yerə yıxıldıqdan sonra bel nahiyəsinə təpiklə vurması görünürmüş. Bundan sonra hadisə yerinə polis əməkdaşları gəlmişlər və hadisə yerini müayinə etmişlər. Seymur adlı şəxsin Təqsirləndirilən şəxs xəsarət yetirməsi barədə məlumatı olmamışdır. Məhkəmənin 13 iyun 2023-cü il tarixli iclasında Şahid1 ona verilən suallara cavab olaraq hadisə vaxtında orada olmadığını, belə bir hadisənin olduğunu sonradan Eldənizdən eşitdiyini, zərərçəkmiş şəxsin sonradan gəldiyini və polisə şikayət etdiyini bildirmişdir. Hadisə baş verən zaman o ezamiyyətdə olmuşdur. Hadisədən sonra Eldəniz işə buraxılmamışdır. Onlara mağazanın kamera məlumatlarının götürülməsi ilə bağlı polislər tərəfindən müraciət olunsa da, sonradan polislərin həmin məlumatları götürübgötürməməsi haqqında məlumatı yoxdur. O, kamera otağına daxil olmamışdır. Mağazada həmin görüntülərin hələ də qalıb-qalmaması haqqında məlumatı yoxdur. Cinayət işi üzrə Şahid1 cinayət işinin ibtidai istintaqı zamanı vermiş olduğu ifadəsi ilə məhkəmə istintaqı zamanı vermiş olduğu ifadələri arasında ziddiyyətlər olmuşdur. Belə ki, ibtidai istintaq zamanı Şahid1 hadisənin baş verdiyi gün yəni 13 avqust 2023-cü il tarixdə orada olduğunu, həmin kamera gtörüntülərinə Eldəniz, Seymur və Orxan adlı şəxslə birlikdə baxdıqlarını bildirsə də, məhkəmə istintaqı zamanı vermiş olduğu ifadəsində həmin hadisənin baş verdiyi gün orada olmadığını, ezamiyyətdə olduğunu, Göstərilən ziddiyyətlərə aydınlıq gətirilməsi məqsədi ilə məhkəmə iclasında təkrar ifadəsi alınan Şahid1 ona verilmiş suallara cavab olaraq, ibtidai istintaq zamanı vermiş olduğu ifadəsinin müstəntiq tərəfindən yazıldığını, daha sonra müstəntiqin onu Polis İdarəsində bəzi sənədlərə imza atması üçün çağırdığını, xatırladığı qədər müstəntiqin onu çağırdığı vaxt X7 Əliyevin 100 ilik yubileyi ilə bağlı tədbir olduğu üçün tələsdiyini, bu səbəbdən müstəntiq tərəfindən kompyuter vasitəsi ilə yazılan ifadəsini oxumadan imza etdiyini bildirmişdir. Məhkəmənin 25 avqust 2023-cü il tarixli iclasında Şahid2 ifadəsində göstərmişdir ki, o, 2022-ci ilin yay aylarında Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti 163 ünvanında yerləşən avtoyuma məntəqəsini icarə əsasında götürüb işlədirmiş. Zərərçəkmiş şəxs da həmin məntəqədə avtoyuyucu kimi fəaliyyət göstərmişdir. 13 avqust 2022-ci il tarixdə təxminən saat 15 radələrində Orxan yaxınlıqda yerləşən "xxxx" adlanan mağazadan siqaret alıb gələcəyini bildirmiş, bir neçə dəqiqədən sonra Orxan avtoyuma məntəqəsinə gəldikdə, Orxanın sifətinin qan içində olmasını görüb ondan nə baş verdiyini soruşmuşdur. Orxan isə ona "xxxx" mağazasının mühafizəçisi kəllə ilə sifət nahiyəsinə vuraraq xəsarət yetirdiyini bildirmişdir. O, bunu eşitdikdən sonra ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmin olunması üçün, həmçinin, həmin şəxsin Orxana təkrarən xəsarət yetirə biləcəyini düşünüb, bu halın qarşısını almaq məqsədi ilə vəzifə borcunu yerinə yetirməkdən ötrü Orxanla birlikdə "xxxx" mağazasına getmiş və mağazanın müdirindən Orxanın kim tərəfdən vurulmasını soruşmuşdur. Həmin vaxt mağazanın inizibatçısı Eldəniz adlı mühafizəçini yanına çağırmış və Orxan ona mühafizəçini göstərərək, həmin şəxs tərəfindən vurulduğunu bildirmişdir. O, Eldəniz adlı şəxsdən Orxanı hansı səbəbdən vurduğunu soruşduqda, Orxan mağazadan oğurluq etmək istədiyi üçün aralarında mübahisə yarandığını və bu səbəbdən Orxanı təpiklə itələyib mağazadan uzaqlaşdırdığını, Orxanı vurmadığını və xəsarət yetirmədiyini bildirmişdir. Həmin vaxt o mağazanın inzibatçısından kamera görüntülərinin ona göstərilməsini xahiş etmişdir, onlar birlikdə mağazanın zirzəmi hissəsində yerləşən otağa gedən zaman Eldəniz qaçmaq istəmiş, bu səbəbdən, Eldəniz hadisə yerini tərk etməsinin qarşısını almaq və Eldənizi polisə təhvil verə bilmək üçün o, Eldənizin boyun nahiyəsindən tutmuşdur. Daha sonra onlar, yəni o, Orxan, mağazanın inzibatçısı İbə adlı şəxs və Eldəniz adlı mühafizəçi kamera görüntülərinə baxmışlar, orada Eldənizin "xxxx" mağazasının qarşısında başı ilə Orxanın sitət nahiyəsinə zərbə endirməsini, Orxan yerə yıxıldıqdan sonra Eldənizin təpiklə onun bel nahiyəsindən vuraraq pilləkəndən aşağı itələdiyini görmüşlər. Bundan sonra o, Eldənizə iradını bildirib Orxanın bununla bağlı polisə müraciət etdiyini bildirmiş (ziddiyyət zərərçəkmiş şəxs ifadəsində deyir ki, İbə məndən üzr istədi, Eldənizə də ondan üzr istəməsi üçün təkid etdi, lakin Eldəniz onunla razılaşmayaraq üzr istəmədiyi üçün mağazadan qayıtdıqdan sonra o 102 zəng xidməti mərkəzinə zəng etmişdir) və "xxxx" mağazasını tərk edərək çıxıb getmişdir. Məhkəmə iclasında Şahid2 ona verilən suallara cavab olaraq bildirmişdir ki, kamera görüntülərinə baxanda təqsirləndirilən şəxsin Zərərçəkmiş şəxs döydüyü aydın şəkildə görünürdü. Eldəniz əvvəl zərər çəkmiş şəxsi döymədiyini bildirsə də, sonra isə zərərçəkmiş şəxsin ona söyüş söydüyü üçün döydüyünü bildirmişdir. Polis əməkdaşı kimi işlədiyi üçün təqsirləndirilən şəxsə yaxınlaşaraq hadisənin niyə baş verməsini soruşmuşdur. Hadisə yerini kamera çəkirdi. Hadisənin baş verdiyi tarix dəqiq yadında deyil. Məhkəmənin 25 avqust 2023-cü il tarixli iclasında ibtidai istintaq zamanı vermiş olduğu ifadələri ilə məhkəmə istintaqı zamanı vermiş olduğu ifadələri arasında ziddiyyət olması səbəbindən təkrar olaraq ifadəsi alınan X5 ona verilən suallara cavab olaraq bildirmişdir ki, hadisə baş verən tarixdə ezamiyyətdə olduğu üçün hadisədən tam şəkildə xəbərdar deyil. Mağazanın inzibatçısı o olsa da, mağazada olan kamera görüntülərinə baxmaq onun yox nəzarət xidmətinin səlahiyyətindədir. Zərurət yarandığı halda nəzarət xidmətinin rəisi polis əməkdaşı ilə birlikdə kamera görüntülərinə baxa bilər. Şahid2 mağazaya gələn zaman onunla birlikdə kamera görüntülərinə baxmamışdır. Hadisənin baş verdiyi yerdə bankomat yerləşdiyi üçün oranın çəkilişi üçün kamera mövcuddur. Kamera görüntülərinin əldə edilməsinə razılığını bildirsə də, sonrakı vaxtlarda kamera görüntülərinin götürülməsindən xəbəri olmamışdır. Təqsirləndirilən şəxsin müdafiəçisin vəsatəti əsasında məhkəmənin 15 sentyabr 2023-cü il tarixli iclasında əlavə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o, hazırda "xxxx" MMC-də mühafizəçi vəzifəsində işləyir. Təqsirləndirilən şəxs onun sinif yoldaşı olub. Hadisə baş verən ərəfələrdə onlar növbə ilə "xxxx" MMC-də mühafizəçi vəzifəsində işləyirdilər. 2022-ci ilin 12 avqust tarixində Eldənizin son iş günü olmuş, 13 avqust və 14 avqust tarixlərində o, işdə olmuşdur. Təqsirləndirilən şəxslə "xxxx" MMC-nin Varovski ərazisində yerləşən filialında mühafizəçi kimi işləmişlər. İş fəaliyyətləri mağazada olan hər hansı hadisəni diqqətlə izləmək, müdaxilə etmək, hər hansı təhlükəyə qarşı fəal iş görməkdən ibarət . Hadisənin baş verdiyi tarix dəqiq yadında deyil. Onların işdə olması qeydiyyat kitabına çəkilmiş imza ilə təsdiq edilir. İş vaxtları səhər və axşam olduğu üçün bir-birlərini əvəz etdikləri hal baş verməmişdir. Eldənizin kimləsə mübahisə etdiyini görməmişdir. 13 avqust 2022-ci il tarixində Eldənizin müştəri ilə mübahisə etdiyi və artıq işdə olmayacağı onlara çatdırılmışdır. Polis əməkdaşları gəlib kameraya baxsalar da, heç bir şey aşkar edə bilməmişlər. 12 avqust 2022-ci il tarixində işdə olub-olmamağını xatırlamır, yalnız imza əsasında işdə olduğunu deyə bilər. 13 avqust tarixində Eldənizin vəzifəsinə başqa bir şəxs təyin edilmişdir. İşdən əlavə yaxınlıqları olmadığı üçün işdən çıxarıldıqdan sonra Eldənizlə əlaqə saxlamamış, hadisənin necə və niyə baş verdiyi haqda ondan soruşmamışdır. Polis əməkdaşları əvvəlcə yaxınlaşıb onlara xüsusi icazə sənədi göstərmişlər, nəzarət xidmətinin rəisinə bunu bildirdikdən sonra onun görüntülərə baxmaq və baxılımasını təmin etmək səlahiyyəti olduğu üçün onlara baxmağa icazə vermişdir. İşlədiyi yerdə qaydalara uyğun olaraq polis serjantı rütbəsindən fərqli olaraq hər bir rütbəli polis əməkdaşı icazə əsasında kamera göüntülərinə baxa bilər. Hər bir mağazada fərqli sistemlər mövcud olur, lakin onun işlədiyi mağazada müdürün kamera görüntülərinə baxmaq səlahiyyəti yoxdur. Məhkəmənin 17 noyabr 2023-cü il iclasında əlavə şahid qismində dindirilmiş Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi, polis mayoru X6 ifadəsində göstərmişdir ki, həmin cinayət işi 05 may 2023-cü il tarixdən onun icraatına qəbul edilmişdir, həmin tarixə qədər cinayət işinin ibtidai istintaqını Binəqədi RPİ-nin İŞ-nin sabiq müstəntiqi, polis mayoru Nicat Nayıbov aparmışdır. Baxmayaraq ki, cinayət işinin materiallarında hadisənin baş verməsi vaxtı ilə bağlı ziddiyyətlər vardır, həmin cinayət hadisəsi 13 avqust 2022-ci il tarixdə baş vermişdir. Elə məhz bu səbəbdən cinayət işi üzrə ibtidai istintaq tamamlandıqdan sonra da, ittiham aktında həmin coinayət hadisəsinin baş verməsi vaxtı 13 avqust 2022-ci il göstərilmişdir. Məhkəmə iclasında Bakı şəhəri Binəqədi RPİ-nin müstəntiqi Vüsal Rzayev məhkəmə tərəfindən cinayət işinin materiallarında olan ilkin raportlarda zərərçəkmiş şəxsin həmin hadisənin baş verməsi vaxtını 12 avqust göstərməsinə baxmayaraq, hansı səbəbdən sonradan hadisənin baş verməsi vaxtının 13 avqust 2022-ci il tarix kimi göstərilməsi sualına cavab olaraq bildirmişdir ki, cinayət işinin materiallarına əlavə edilmiş raportlarda zərərçəkmiş şəxsin həmin hadisənin baş verməsi vaxtını 12 avqust 2022-ci il tarix kimi göstərilməsindən məlumatlıdr, lakin cinayət işinin ibtidai istintaqı onun tərəfindən aparılmışdır, o isə bir daha təsdiq edir ki, həmin cinayət hadisəsi ittiham aktında göstərildiyi kimi 13 avqust 2022-ci il tarixdə baş vermişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: 29 noyabr 2022-ci il tarixli qərardan görünür ki, fakta görə CM-in 127.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmış və icraata qəbul edilməklə istintaqı aparılmışdır. Cinayət işinin başlanmasına əsas 13 avqust 2022-ci il tarixdə, saat 15 radələrində Zərərçəkmiş şəxs ünvan 2 ünvanında yerləşən "xxxx" marketinin qarşısında, həmin marketin nəzarətçisi Təqsirləndirilən şəxs ilə aralarında yaranmış mübahisə zamanı Təqsirləndirilən şəxs onu bədənin müxtəlif nahiyələrindən vurmaqla döyərək, dərəcələrinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aid bədən xəsarətləri yetirməsi faktı olmuşdur. xx.xx.2022-ci il tarixli 1HK-1223 nömrəli raportdan görünür ki, xx.xx.2022-ci il tarixdə, saat 15:36-da DİN-in 102 xidmətindən ********* saylı məlumat daxil oldu ki, Binəqədi rayonu, C.Xəndan küçəsi, Grand marketin yanında Zərərçəkmiş şəxs xx.xx.2022-ci il tarixdə 1 nəfər şəxs tərəfindən döyülməsini bildirmişdir. xx.xx.2022-ci il tarixli protokol və ona əlavə edilmiş foto-şəkillərdən görünür ki, hadisə ünvan 2 ünvanında yerləşən "xxxx" marketinin qarşısında baş vermişdir. Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X3” Publik Hüquqi Şəxsin1732 nömrəli ekspert rəyindən görünür ki, vətəndaş Zərərçəkmiş şəxs bədənində aşkar olunmuş xəsarətlər - burun sümüyünün yerdəyişmiş sınığı ilə müşaiyət olunan burun belinin qançır-şişkinliyi sağ və sol gözaltı nahiyələrin qançırları bərk küt əşyanın təsirindən müayinədən 1-2 gün əvvəl əmələ gəlmişdirlər, xx.xx.2022-ci il tarixdə əmələ gələ bilərdilər və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa Az ağır zərər vurmaya aiddirlər. Vətəndaş Zərərçəkmiş şəxs bədənində aşkar olunmuş xəsarətlərin xarkterinı və lokalizasiyasım nəzərə alaraq demək olar ki, həmin xəsarətlər göstərilən şəraitdə, yəni insan bədəninin hissəsi (kəllə və s.) ilə endirilmiş zərbənin təsirindən əmələ gələ bilərdilər. Vətəndaş Zərərçəkmiş şəxs bədənində aşkar olunmuş xəsarətlərin bədənin əlçatan nahiyələrində yerləşmələrinə baxmayaraq, şəxsin özü tərəfindən yetirilməsi az inandırıcıdır. 17 dekabr 2022-ci il tarixli tutma protokolundan görünür ki, Təqsirləndirilən şəxs həmin gün saat 15:20-də CM-in 127.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. 18 dekabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-in 127.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir. 18 dekabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş və o, saxlanıldığı Binəqədi RPİ-nin MSY-dən azad olunmuşdur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. 05 may 2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs zərər çəkmiş şəxs qismində tanınmış və ona CPM-in 87-ci maddəsində nəzərdə tutulan hüquq və vəzifələri izah edilmişdir. 06 may 2023-cü il tarixli üzləşdirmə protokolundan görünür ki, Zərərçəkmiş şəxs istintaqda verdiyi ifadəni Təqsirləndirilən şəxs üzünə qarşı demişdir. 06 may 2023-cü il tarixli üzləşdirmə protokolundan görünür ki, Şahid2 istintaqda verdiyi ifadəni Təqsirləndirilən şəxs üzünə qarşı demişdir. 06 may 2023-cü il tarixli diskə baxış keçirmə haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs və müdafiəçininin iştirakı ilə diskə baxış keçirilmişdir. Binəqədi RPİnin İŞ-də hadisə yerindən video materialın diskə köçürülərək, götürülmüş diskə baxış keçirildi. Diskdə olan video görüntü ünvan 5 ünvanında yerləşən "xxxx" adlanan r.ağazada qeydə alınmışdır. Video görüntü 15 saniydən ibarətdir, görüntüdə üç nəfər şəxsin pilləkanlarla aşağı düşdükləri müşahidə olunur. Görüntüdə bir nəfər qara qısaqol köynəkdə olan şəxsin Təqsirləndirilən şəxs boyun nahiyəsindən tutuaraq pilləkanlarla aşağı düşdükləri müşahidə olunur. Diskə baxışda iştirak edən Təqsirləndirilən şəxs onun boyun nahiyəsindən tutan şəxsin Seymur adlı şəxs, digər ağ rəngli köynəkdə olan şəxsin isə İbə adlı inzibatçı olduğunu bildirdi. 08 may 2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs CM-in 127.2.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və ona həmin maddə ilə yenidən ittiham elan edilmişdir. xx.xx.2023-cü il tarixli zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə ünvanlanmış ərizədən görünür ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsini və ərizəsi əsasında cinayət işinin materiallarına xitam verilməsini xahiş etmişdir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 124-cü maddəsinin tələbinə uyğun olaraq iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və iş üzrə digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv, hərtərəfli hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində CM-in 127.2.3-cü maddəsi ilə cinayət hadisəsi olmadığından ona həmin ittiham üzrə bəraət verilməlidir. Belə ki, məhkəmə tərəfindən xx.xx.2023-cü il tarixli məktubla Binəqədi Rayon Polis İdarəsinə müraciət edilmiş və Zərərçəkmiş şəxs xx.xx.2023-cü il tarixdə DİN-in 102 xidmətinə etdiyi müraciətin qeydə alınması barədə qeydiyyat kitabından çıxarışın təqdim edilməsi xahiş olunmuşdur. xx.xx.2023-cü il tarixdə məhkəməyə daxil olmuş cavab məktubu ilə Zərərçəkmiş şəxs DİN-in 102 xidmətinə etdiyi müraciətin 7-ci PB-də 1 saylı HK 1223 sayda qeydiyyata alınması barədə məlumatın surəti təqdim edilmişdir. Təqdim edilmiş xx.xx.2022-ci il tarixli, 1HK-1223 nömrəli raportdan görünür ki, xx.xx.2022-ci il tarixdə, saat 15:36-da DİN-in 102 xidmətindən daxil olmuş ********* saylı məlumata əsasən Binəqədi rayonu, C.Xəndan küçəsi, Grand marketin yanında Zərərçəkmiş şəxs xx.xx.2022-ci il tarixdə 1 nəfər şəxs tərəfindən döyülməsini bildirmişdir. Qeydiyyat kitabından çıxarışın surətindən görünür ki, xx.xx.2022-ci il tarixdə saat 15:36-da Zərərçəkmiş şəxs müraciət edərək, xx.xx.2023-cü il tarixdə bir nəfər şəxs tərəfindən döyüldüyünü bildirmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş sənədlər qarşılıqlı şəkildə araşdırılarkən müəyyən edilmişdir ki, raport və qeydiyyat kitabından çıxarışda cinayət hadisəsinin 12 avqust 2022-ci il tarixdə, cinayət işinin başlanması barədə qərar və digər bütün prosessual sənədlərdə isə 13 avqust 2022-ci il tarixdə baş verməsi bildirilmişdir. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs tərəfindən xx.xx.2023-cü il tarixdə məhkəməyə ərizə ünvalanmış və həmin ərizədə göstərilmişdir ki, Təqsirləndirilən şəxs etdiyi əməldən səmimi peşman olaraq ondan üzr istəmiş, o da onu bağışlamışdır. Nəticədə onlar barışmışlar. Odur ki, bəraət verici əsas olmadan Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsini və ərizəsi əsasında cinayət işinin materiallarına xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs sözügedən ərizəyə münasibət bildirərək zərər çəkmiş şəxslə aralarında hər hansı barışıq yaranmadığını, onu sonuncu dəfə aralarında münaqişə baş verdiyi gün gördüyünü, barışıq üçün zərər çəkmiş şəxs tərəfindən ondan hər hansı məbləğdə pul istənilmədiyini, ərizədə göstərilənlərin həqiqəti əks etdirmədiyini bildirmişdir. Məhkəmə hazırkı cinayət işi bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124cümaddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, şahidlərin ifadələrinin, istintaq hərəkətlərinin protokollarının, ekspert rəyləri və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanıb, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxslərə ibtidai istintaq orqanı tərəfindən irəli sürülmüş ittiham üzrə onların təqsirlilik məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi ilə bağlı ibtidai araşdırma orqanının gəldiyi nəticə əsassızdır və iş materiallarında olan sübutların məcmusu ilə Təqsirləndirilən şəxs AR CM-nin 127.2.3-cü maddəsi ilə təqsirli olması sübuta yetirilməmiş və iş materiallarında olan sübutlar onun qeyd olunan maddə ilə təqsirli olması qənaətinə gəlmək üçün kifayət etmir Məhkəmə gəldiyi qənaətin əsaslandırılması üçün istintaq orqanının Təqsirləndirilən şəxs AR CM-nin 127.2.3-cü maddəsi ilə təqsirli olması qənaətinə gələrkən istinad etdiyi hər bir sübutun ayrı-ayrılıqda tədqiq edilməsini zəruri hesab edir. -İlkin olaraq məhkəmə təqsirləndirilən şəxsin özünün həm ibtidai araşdrıma zamanı, həm də məhkəmə istintaqı zamanı verdiyi ifadələrin təhlil edilməsinin məqsədəmüvafiq olması qənaətinə gəlir. Belə ki, cinayət işinin materiallarında (səhifə 20) olan Təqsirləndirilən şəxs ilkin olaraq vermiş olduğu izahatından görünür ki, 12 avqust 2023-cü il tarixdə hər zaman olduğu kimi marketdə iş başında olmuşdur. Bu zaman Orxan adlı şəxsin mağazanın şirniyyat bölməsindən iki ədəd konfet götürdüyünü, daha sonra ətriyyat bölməsinə keçdiyini görmüş, Zərərçəkmiş şəxs özünü şübhəli apardığını gördüyü üçün onun üzərini yoxlamaq istəmiş, bu zaman Zərərçəkmiş şəxs aqresiv davranaraq onu təhqir etmişdir. Bu zaman o Zərərçəkmiş şəxs mağazanın qarşısından uzaqlaşdırmaq üçün onu təpiklə vuraraq, aralaşıb getməsini bildirmiş və o da aralaşıb getmişdir. Eyni zamanda ona verilmiş suallara cavab olaraq, Zərərçəkmiş şəxs burnuna xəsarət yetirməmişdir, sadəcə onu təpiklə vuraraq mağazadan uzaqlaşmasını istəmişdir. Cinayət işinin materiallarında olan (səhifə 37-40) “şübhəli şəxsin dindirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs şübhəli şəxs kimi ifadə verən zaman da 12 avqust 2022-ci il tarixdə Orxan adlı şəxsin mağazanın şirniyyat bölməsindən iki ədəd konfet götürdüyünü, daha sonra ətriyyat bölməsinə keçdiyini gördüyünü, Zərərçəkmiş şəxs özünü şübhəli apardığını gördüyü üçün onun üzərini yoxlamaq istədiyini, bu zaman Zərərçəkmiş şəxs aqresiv davranaraq onu təhqir etdiyini, Zərərçəkmiş şəxs mağazanın qarşısından uzaqlaşdırmaq üçün ona xəsarət yetirməyən təpiklə vuraraq aralaşıb getməsini tələb etdiyini və onun da aralaşıb getdiyini bildirmişdir. Eyni zamanda ona verilmiş suallara cavab olaraq, Zərərçəkmiş şəxs burnuna xəsarət yetirmədiyini, sadəcə onu təpiklə vuraraq mağazadan uzaqlaşmasını istədiyini bildirmişdir. Cinayət işinin materiallarında olan (səhifə 48-51) “təqsirləndirilən şəxsin dindirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs kimi ifadə verən zaman da 12 avqust 2022-ci il tarixdə Orxan adlı şəxsin mağazanın şirniyyat bölməsindən iki ədəd konfet götürdüyünü, daha sonra ətriyyat bölməsinə keçdiyini gördüyünü, Zərərçəkmiş şəxs özünü şübhəli apardığını gördüyü üçün onun üzərini yoxlamaq istədiyini, bu zaman Zərərçəkmiş şəxs aqresiv davranaraq onu təhqir etdiyini, Zərərçəkmiş şəxs mağazanın qarşısından uzaqlaşdırmaq üçün ona xəsarət yetirməyən təpiklə vuraraq aralaşıb getməsini tələb etdiyini və onun da aralaşıb getdiyini bildirmişdir. Eyni zamanda ona verilmiş suallara cavab olaraq, Zərərçəkmiş şəxs burnuna xəsarət yetirmədiyini, sadəcə onu təpiklə vuraraq mağazadan uzaqlaşmasını istədiyini bildirmişdir. Cinayət işinin materiallarında olan (səhifə 106-107) “təqsirləndirilən şəxsin dindirilməsi haqqında protokoldan görünür ki, hadisənin 13 avqust 2022-ci il tarixdə baş verdiyini bildirmiş, eyni zamanda Zərərçəkmiş şəxs burnuna xəsarət yetirmədiyini, onu yalnız təpiklə vurduğunu bildirmişdir. Cinayət işinin materiallarında olan (səhifə 78-80) “Üzləşdirmə haqqında” 06 may 2023-cü il tarixli protokoldan görünür ki, təqsirləndirilən şəxs yenə özünü təqsirli bilməmiş, Zərərçəkmiş şəxs ancaq təpiklə vurduğunu bildirmişdir. Cinayət işinin materiallarında olan (səhifə 89-91) “Üzləşdirmə haqqında” 06 may 2023-cü il tarixli protokoldan görünür ki, həm təqsirləndirilən şəxs, həm də Şahid2 həmin hadisənin 13 avqust 2022-ci il tarixdə baş verdiyini bildirmişlər, təqsirləndirilən şəxs yenə özünü təqsirli bilməmiş, Zərərçəkmiş şəxs ancaq təpiklə vurduğunu bildirmişdir. Eyni zamanda məhkəmə istintaqı zamanı keçirilən bütün məhkəmə iclaslarında təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamla özünü təqsirli bilməmiş, ibtidai istintaq zamanı vermiş olduğu ifadəsi ilə eyni ifadə verərək həmin hadisənin 12 avqust 2022-ci il tarixdə baş verdiyini, bu zaman Zərərçəkmiş şəxs burnuna alnı ilə zərbə endirmədiyini, Zərərçəkmiş şəxs onu mağazanın qarşısında təhqir etməsi səbəbindən təpiklə vurduğunu bildirmişdir. Bundan əlavə ona qarşı irəli sürülmüş ittihamda həmin hadisənin 13 avqust 2022-ci il tarixdə göstərildiyini, lakin həmin vaxt işdə olmadığını bildirmişdir. Göründüyü kimi, cinayət işi üzrə təqsirləndirilən şəxs elə ilkin verdiyi izahatı, cinayət işinin ibtidai istintaqı zamanı və məhkəmə istintaqı zamanı özünü təqsirli bilməmişdir. Müstəntiq təqsirləndirilən şəxsin əvvəlki ifadələrində göstərilmiş xüsusatları görməzdən gələrək heç bir dəqiqləşdirmə aparmadan dərhal təqsirləndirilən şəxsin sonuncu ifadəsini əsas götürməklə həm sübutların qiymətləndirilməsi haqqında qərarda, həm də ittiham aktında Təqsirləndirilən şəxs təqsirliliyini təsdiq edən sübut növlərindən biri kimi “təqsirləndirilən şəxsin etirafedici ifadəsi”nə istinad etmişdir -Məhkəmə istintaqı zamanı cinayət işinin materiallarına əlavə edilmiş sənədlər tədqiq edilərkən cinayət hadisəsinin baş verməsi vaxtı ilə əlaqədar cinayət işinin materiallarına əlavə edilmiş sənədlərdə ziddiyyətlər olduğundan, eyni zamanda cinayət işi üzrə təqsirləndirilən şəxs vermiş olduğu ifadələrində həmin hadisənin 12 avqust 2022-ci il tarixdə baş verməsini göstərdiyindən məhkəmə cinayət işinin materiallarına əlavə edilmiş həmin sənədləri ayrı-ayrılıqda tədqiq etməyi məqsədəmüvafiq hesab edir. “Cinayət işinin başlanması və icraata qəbul edilməsi” haqqında 29 noyabr 2022-ci il tarixli qərardan görünür ki, həmin qərarın təsviri-əsaslandırıcı hissəsində göstərilən cinayət hadisəsinin 13 avqust 2022-ci il tarixdə saat 15 radələrində baş verməsi göstərilmişdir. 23 avqust 2022-ci il tarixli Binəqədi RPİ-nin rəisinə ünvanlanmış raportdan görünür ki, Zərərçəkmiş şəxs 13 avqust 2022-ci il tarixdə saat 15:36-da DİN-in 102 zəng mərkəzi sisteminə zəng edərək 12 avqust 2022-ci il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, Cəfər Xədan küçəsində yerləşən “Granmart” marketdə bir nəfər şəxs tərəfindən döyülməsini bildirmişdir. 13 avqust 2022-ci il tarixli binəqədi RPİ-nin 7-ci PB-nin rəisinə ünvanlanmış raportdan görünür ki, 13 avqust 2022-ci il tarixdə saat 15:36-da DİN-nin 102 xidmətindən daxil olmuş ********* saylı məlumatda Zərərçəkmiş şəxs 12 avqust 2022-ci il tarixdə 1 nəfər şəxs tərəfindən döyülməsi göstərilmişdir. Zərərçəkmiş şəxs tərəfindən Binəqədi RPİ-nin 7-ci PB-nə ünvanlanmış ərizədən görünür ki, Zərərçəkmiş şəxs 12 avqust 2022-ci il tarixdə saat təxminən 17:00 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Cəfər Xədan küçəsində yerləşən “Granmart” marketdə bir nəfər şəxs tərəfindən döyülməsini bildirmişdir. “Məhkəmə-tibbi ekspertizası təyin edilməsi barədə” 13 avqust 202-ci il tarixli qərardan görünür ki, həmin qərarın müəyyən etdi hissəsində Zərərçəkmiş şəxs 13 avqust 2022-ci il tarixdə ərizə ilə PB-nə müraciət edərək Bakı şəhəri, Binəqədi rayonu, Cəfər Xədan küçəsində yerləşən “Granmart” marketdə bir nəfər şəxs tərəfindən döyülərək xəsarət alması göstərilmişdir. Cinayət işi üzrə Şahid1 13 avqust 2022-ci il tarixdə vermiş olduğu izahatından görünür ki, o hadisənin baş verdiyi gün işdə olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs ilkin olaraq vermiş olduğu izahatından görünür ki, o 12 avqust 2023-cü il tarixdə hər zaman olduğu kimi marketdə iş başında olduğunu bildirmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş “Materialın aidiyyəti üzrə göndərilməsi” barədə 23 avqust 2022-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs 13 avqust 2022ci il tarixdə DİN 102 Zəng Xidməti Mərkəzinə zəng edərək 12 avqust 2022-ci il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, Cəfər Xəndan küçəsindəyerləşən "xxxx" marketində tanımadığı bir şəxs tərəfindən döyülməsini bildirmişdir. Eyni zamanda şəxs göstərilənlərlə bağlı yazılı ərizə ilə Bİnəqədi RPİ-nin 7-ci PB-nə müraciət etmiş və həmin şəxs barəsində qanunverciliyə uyğun tədbir görülməsini xahiş etmişdir. Məhkəmə xüsusi ilə qeyd etməyi zəruri hesab edir ki, həmin qərarın təsviri-əsaslandırıcı hissəsində təqsirləndirilən şəxsin adı Eldəniz kimi yox Elburus kimi göstərilmişdir. “Şübhəli şəxsin tutulması haqqında” 17 dekabr 2022-ci il tarixli qırarın müəyyən etdi hissəsində cinayət hadisəsinin 13 avqust 2022-ci il tarixdə baş verməsi göstərilmişdir. “Şübhəli şəxsin dindirilməsi haqqında 17 dekabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs şübhəli şəxs kimi ifadə verən zaman da 12 avqust 2022-ci il tarixdə baş verdiyini bildirmişdir. “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 18 dekabr 2022-ci il tarixli qərardan görünür ki, qərarın təsviri-əsaslandırıcı hissəsində Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs 13 avqust 2022-ci il tarixdə saat 15:00- radələrində Bakı şəhəri, Binəqədi rayonu, Cəfər Xəndan küçəsində yerləşən "xxxx" marketini qarşısında heç bir əsaslı səbəb olmadan əli ilə vətəndaş Zərərçəkmiş şəxs vuraraq ona burun sümüyünün yerdəyişmiş sınığı ilə müşaiyət olunan burunun belinin qançır şişkinliyi, sağ və sol gözaltı nahiyələrinin qançırıları kimi xarakterizə edilən, onun həyatı üçün təhlükəli olmayan və CM-in 126-cı maddəsində göstərilən nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa az ağır zərər vurma xəsarətləri yetirmişdir. “Təqsirləndirilən şəxsin dindirilməsi haqqında 18 dekabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs kimi ifadə verən zaman da hadisənin 12 avqust 2022-ci il tarixdə baş verdiyini bildirmişdir. “Təqsirləndirilən şəxsin MSY-dən azad edilməsi və barəsində polisin nəzarəti altına vermə haqqında qətimkan tədbirinin seçilməsi” barədə qərardan görünür ki, həmin qərarın təsviri-əsaslandırıcı hissəsində hadisənin 13 avqust 2022-ci il tarixdə saat 15 radələrində baş verməsi göstərilmişdir. “Vəsatətin rədd edilməsi haqqında” 18 dekabr 2022-ci qərardan görünür ki, həmin qərarın təsviri-əsaslandırıcı hissəsində hadisənin 13 avqust 2022-ci il tarixdə saat 15 radələrində baş verməsi göstərilmişdir. “Cinayət işi üzrə icraatın dayandırılması haqqında” 29 dekabr 2022-ci il tarixli qərarın təsviri-əsaslandırıcı hissəsində hadisənin 13 avqust 2022-ci il tarixdə saat 15 radələrində baş verməsi göstərilmişdir. “Cinayət işi üzrə icraatın təzələnməsi və icraata qəbul edilməsi haqqında” 05 may 2023-cü il tarixli qərarın təsviri-əsaslandırıcı hissəsində hadisənin 13 avqust 2022-ci il tarixdə saat 15 radələrində baş verməsi göstərilmişdir. “Zərərçəkmiş şəxsin dindirilməsi” haqqında 05 may 2023-cü il tarixli protokoldan görünür ki, zərərçəkmiş şəxs DİN 102 zəng xidmətinə etmiş olduğu müraciətində, yazılı ərizəsində və ilkin izajhatında həmin hadisənin 12 avqust 2022-ci il tarixdə baş verdiyini bildirsə də, zərərçəkmiş şəxs qismində ifadəsi alınan zaman həmin hadisənin 13 avqust 2023-cü il tarixdə baş verdiyini bildirmişdir. “Şahidin dindirilməsi haqqında” 06 may 2023-cü il tarixli protokoldan görünür ki, Şahid113 avqust 2022-ci il tarixdə izahat verən zaman hadisə baş verən gün orada olmadığını bildirsıə də, şahid qismində ifadə verən zaman həmin hadisənin 13 avqust 2022-ci il tarixdə baş verdiyini bildirmişdir. “Üzləşdirmə haqqında” 06 may 2023-cü il tarixli protokoldan görünür ki, həm Təqsirləndirilən şəxs 13 avqust 2022-ci il tarixdə saat 15 radələrində, həm də zərərçəkmiş şəxs isə həmin hadisənin 13 avqust 2022-ci il tarixdə saat 17 radələrində baş verdiyini bildirmişlər. “Könüllü təqdim edilmiş bıçağın qəbul edilməsi” haqqında 06 may 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 01 ədəd CD disk təqdim etmişdir. Məhkəmə cinayət işinin materialında olan göstərilən sənədə münasibətdə qeyd etməyi zəruri hesab edir ki, Təqsirləndirilən şəxs oğklu tərəfindən 01 ədəd CD disk könüllü şəkildə təqdim edilsə də, protokol “Könüllü təqdim edilmiş bıçağın qəbul edilməsi” kimi rəsmiləşdirilmişdir. “Şahidin dindirilməsi haqqında” 06 may 2023-cü il tarixli protokoldan görünür ki, Şahid2 həmin hadisənin 13 avqust 2022-ci il tarixdə baş verdiyini bildirmişdir. “Üzləşdirmə haqqında” 06 may 2023-cü il tarixli protokoldan görünür ki, həm təqsirləndirilən şəxs, həm də Şahid2 həmin hadisənin 13 avqust 2022-ci il tarixdə baş verdiyini bildirmişlər. “Sübutların qiymətləndirilməsi haqqında” 08 may 2023-cü il tarixli qərardan görünür ki, həmin qərarın təsviri-əsaslandırıcı hissəsində hadisənin 13 avqust 2023-cü il tarixdə baş verməsi göstərilmişdir. “Təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında” 08 may 2023-cü il tarixli qərardan görünür ki, həmin qərarın təsviri-əsaslandırıcı hissəsində hadisənin 13 avqust 2023-cü il tarixdə baş verməsi göstərilmişdir. Cinayət işinin materiallarına əlavə edilən sənədlər tədqiq edilərkən müəyyən edildi ki, müstəntiq materialın aidiyyəti üzrə baxılması üçün istintaq orqanına göndərildiyi vaxtdan materialqa əlavə edilmiş sənədlərlə tanış olmadan, həmin sənədlərdə (raport, ərizə, izahatlar) cinayət hadisəsinin baş verməsi vaxtını dəqiqləşdirmədən, eyni zamanda Təqsirləndirilən şəxs həm şübhəli şəxs kimi, həm də təqsirləndirilən şəxs kimi ifadə verən zaman hamin hadisənin 12 avqust 2022-ci il tarixdə baş verməsini bildirməsinə baxmayaraq onun ifadəsində göstərmiş olduqlarını araşdırmadan, “Üzləşdirmə haqqında” 06 may 2023-cü il tarixli protokolda təqsirləndirilən şəxsin hadisənin baş verməsi vaxtını 13 avqust 15:00, zərərçəkmiş şəxsin hadisənin baş verməsi vaxtını 13 avqust saat 17:00 bildirməsinə baxmayaraq, ifadələr arasında olan bu ziddiyyətəri araşdırmadan, aparmış olduğu ibtidai istintaq zamanı bütün sənədlərdə hadisənin baş verməsi vaxtını 13 avqust 2022-ci il kimi göstərmiş, həm də ittiham aktında cinayət hadisəsinin baş verməsi vaxtını 13 avqust 2022-ci il kimi göstərilmişdir. Bundan əlavə cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs vermilş olduğu ilkin izahatında, şübhəli şəxs kimi ifadəsi alınan zaman və təqsirləndirilən şəxs qismində dindirilən zaman özünü təqsirli bilməyərək həmin cinayət hadisəsinin 12 avqust 2022-ci il tarixdə baş verdiyini göstərmiş, daha sonra onunla zərərçəkmiş şəxs arasında üzlə.dirmə aparıəlan zaman, yenidən təqsirləndirilən şəxcs qismində ifadəsi alınan zaman yenə də özünü təqsirli bilməyərək həmin cinayət hadisəsinin 13 avqust 2022-ci il tarixdə baş verməsini göstərmişdir. Məhkəmə ibtidai istintaqın sonrakı mərhələsində Təqsirləndirilən şəxs vermiş olduğu ifadələrdə cinayət hadisəsinin baş verməsi vaxtını 13 avqust 2022-ci il tarixi kimi göstərməsinin onun ilkin olaraq vermiş olduğu izahat, şübhəli və təqsirləndirilən şəxs kimi vermiş olduğu ifadəsi, eyni zamanda baş vermiş hadisə ilə bağlı aparılan ilkin araşdırmatəhqiqat materiallarına əlavə olunmuş sənədlərdə göstərilən vaxtla, uzlaşmadığını nəzərə alaraq həmin ifadənin müstəntiq tərəfindən şablon formada yazılmaqla təqsirləndirilən şəxsə imzalatdırması qənaətindədir. Göstərilən ziddiyyətli məqama yəni cinayət hadisəsinin 13 avqust və ya 12 avqust 2022-ci il tarixdə baş verməsi məsələsinin aydınlaşdırılması məqsədi ilə məhkəmə tərəfindən cinayət işinin hazırlıq iclası zamanı DİN-in 102 zəng xidməti mərkəzinə sorğu verilmiş, daxil olmuş sorğuya cavabda texniki yenilənmə səbəbindən məlumatın təqdim edilməsinin mümkün olmadığı bildirilmişdir. Məhkəmə istintaqı mərhələsində cinayət hadisəsinin baş verməsi vaxtı məsələsi ilə bağlı yaranmış ziddiyyətlərin aydınlaşdırılması məqsədi ilə cinayət işinin son olaraq ibtidai istintaqını aparmış müstəntiq Bakı şəhəri Binəqədi RPİ-nin müstəntiqi Vüsal Rzayev məhkəmə iclasında ziddiyyətlərlə bağlı bildirmişdir ki, həmin cinayət işi 05 may 2023-cü il tarixdən onun icraatına qəbul edilmişdir, həmin tarixə qədər cinayət işinin ibtidai istintaqını Binəqədi RPİ-nin İŞ-nin sabiq müstəntiqi, polis mayoru Nicat Nayıbov aparmışdır. Baxmayaraq ki, cinayət işinin materiallarında hadisənin baş verməsi vaxtı ilə bağlı ziddiyyətlər vardır, həmin cinayət hadisəsi 13 avqust 2022-ci il tarixdə baş vermişdir. Elə məhz bu səbəbdən cinayət işi üzrə ibtidai istintaq tamamlandıqdan sonra da, ittiham aktında həmin coinayət hadisəsinin baş verməsi vaxtı 13 avqust 2022-ci il göstərilmişdir. Məhkəmə iclasında Bakı şəhəri Binəqədi RPİ-nin müstəntiqi Vüsal Rzayev məhkəmə tərəfindən cinayət işinin materiallarında olan ilkin raportlarda zərərçəkmiş şəxsin həmin hadisənin baş verməsi vaxtını 12 avqust göstərməsinə baxmayaraq, hansı səbəbdən sonradan hadisənin baş verməsi vaxtının 13 avqust 2022-ci il tarix kimi göstərilməsi sualına cavab olaraq bildirmişdir ki, cinayət işinin materiallarına əlavə edilmiş raportlarda zərərçəkmiş şəxsin həmin hadisənin baş verməsi vaxtını 12 avqust 2022-ci il tarix kimi göstərilməsindən məlumatlıdr, lakin cinayət işinin ibtidai istintaqı onun tərəfindən aparılmışdır, o isə bir daha təsdiq edir ki, həmin cinayət hadisəsi ittiham aktında göstərildiyi kimi 13 avqust 2022-ci il tarixdə baş vermişdir. Məhkəmə araşdırması zamanı təqsirləndirilən şəxsin ona qarşı irəli sürülmüş ittihamda göstərildiyi vaxt yəni 13 avqust 2022-ci il tarixdə işdə olmaması ilə bağlı aşağıdakı sübutlar əldə olunmuş və cinayət işnin materiallarına əlavə edilmişdir. Məhkəmə tərəfindən "xxxx" supermarketlər şəbəkəsinə ünvanlanmış işçilərin dəvamiyyət jurnalından 12-xx.xx.2022-ci il tarixlərinin təsdiq olunmuş surətinin təqdim edilməsinə dair sorğuya verilmiş cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs sonuncu dəfə xx.xx.2022-ci il tarixdə işdə olmuş və 16:03 giriş vaxtı kimi, 21:30 isə çıxış vaxtı kimi qeyd edilmişdir. Həmçinin, müdafiə tərəfi tərəfindən məhkəməyə Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə, saat 16:49-da işdə olmamasını təsdiq edən foto-şəkil təqdim edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 1(001)-406/2023 saylı, xx.xx.2023-cü il taixli qərarı ilə Təqsirləndirilən şəxs 13 avqust 2022-ci il tarixdə istifadəsində olan 077 *** ** ** mobil telefon nömrəsinin hansı anten dairəsində olması barədə məlumatın "xxxx" MMC-dən ələ keçirilməsi qərara alınmışdır. Anten dairəsinə dair CD diskdə təqdim edilmiş məlumatlara əsasən Təqsirləndirilən şəxs istifadəsində olan mobil nömrə xx.xx.2022-ci il tarix, saat 17:50-də “Altes Plaza” Bakı şəhəri, İ.Qutqaşınlı küçəsi 507-511 “/Sabail/40.368xx/xx.82084, saat 19:46-da X10 “Bakı şəhəri, Yasamal rayonu, K.Kazımzadə küçəsi, 118” /Yasamal/40.378xx/xx.81927 anten dairəsində olmuşdur. Müdafiə tərəfinin vəsatəti əsasında məhkəmə iclasında əlavə şahid qismində ifadəsi alınmış Şahid3 bildirmişdir ki, "xxxx" MMC-də mühafizəçi vəzifəsində işləyir. Təqsirləndirilən şəxs onun sinif yoldaşı olub. Hadisə baş verən ərəfələrdə onlar növbə ilə "xxxx" MMC-də mühafizəçi vəzifəsində işləmişlər. 2022-ci ilin 12 avqust tarixində Eldənizin son iş günü olmuş, 13 avqust və 14 avqust tarixlərində o, işdə olmuşdur. Göründüyü kimi, X1 ona qarşı irəli sürülmüş ittihamda göstərilən cinayət hadisəsinin baş verdiyi vaxt yəni 13 avqust 2022-ci il tarixdə işdə olmamışdır. Göstərilən hal biri-digəri ilə qarşılıqlı şəkildə tədqiq edilmiş, həqiqiliyinə, yaranma məbnbəyinə və əldə edilməsi hallarına şübhə edilməyən, məhkəmə iclasında tədqiq edilərək cinayət işninin materiallarına əlavə edilmiş sübutların məcmusu ilə təsdiq edilir. Beləliklə, ibtidai araşdırma orqanının Təqsirləndirilən şəxs CM-in 127.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli hesab olunmasına dair topladığı sübutlara dair məhkəmə qeyd edir ki,: CPM-in 124.1-ci maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Bu sübutlar cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları məhdudlaşdırılmadan və ya məhkəmənin qərarı əsasında (bu Məcəllə ilə nəzərdə tutulmuş təxirə salına bilməyən hallarda isə müstəntiqin qərarı əsasında) məhdudlaşdırmaqla əldə olunmalı, hadisənin cinayət hadisəsi olub-olmamasını, törədilmiş əməldə cinayətin əlamətlərinin olubolmamasını, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilib-törədilməməsini, onun təqsirli olub-olmamasını, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər hallar göstərilməlidir; CPM-in 124.2 və 124.2.4-cü maddələrinə əsasən istintaq və məhkəmə hərəkətlərinin protokolları cinayət prosesində sübut kimi qəbul olunur; CPM-in 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər; CPM-in 125.2, 125.2.1 və 125.2.7-ci maddələrinə əsasən insan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda, istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir; CPM-in 125.3-cü maddəsinə əsasən bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş hallarda alınmış məlumatlar, sənədlər və əşyalar hüquqi qüvvəsi olmayan hesab edilir və onlar ittihamın düzgün həlli üçün hər hansı halın sübut olunmasında istifadə edilə bilməz. Sadalanan normalardan göründüyü kimi sübutun mötəbər olması, yəni ondan cinayət hadisəsinin, şəxsin təqsirinin müəyyən edilməsi məqsədi ilə istifadə edilməsi üçün həmin sübut CPM-in tələblərinə əməl edilməklə əldə olunmalıdır. Belə olduğu təqdirdə həmin sübutun həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmur. Yalnız bu halda dəlillər mötəbər sübut kimi qəbul edilə bilər. Əks halda, yəni göstərilən tələbləri pozmaqla əldə edilmiş dəlillərin mötəbərliyinə şübhə yaranır ki, bu isə öz növbəsində onların sübut kimi qəbul edilməsini istisna edir. Yəni, həmin dəlillərin hüquqi qüvvəsi olmadığından onlardan ittihamın düzgün həlli üçün hər hansı halın sübut olunmasında istifadə edilə bilməz. CPM-in “Cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi” prinsipinin mahiyyətinə uyğun olaraq hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir (CPM-in 33-cü maddəsi). Hazırki iş üzrə CPM-in qeyd edilən prinsipinin şərtlərinə əməl olunmamış, onun tələbləri pozulmuşdur. Bu isə öz növbəsində cinayət prosesi gedişində qəbul edilmiş qərarların ləğvinə, yaxud toplanmış materialların sübutedici qüvvəsinin olmaması qənaətinə gəlməyə səbəb ola bilər (CPM-in 9.2-ci maddəsi). ARK-nın 63-cü maddəsinin İ hissəsinə əsasən hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. ARK-nın 63-cü maddəsinin İİ hissəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa,onun təqsirli bilinməsinə yol verilmir. X4 Konvensiyasının 6-cı maddəsini 2-ci bəndində göstərilmişdir ki, cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. Avropa İnsan Hüquqları Məhkəməsi təqsirsizlik prezumpsiyası ilə bağlı Avropa Konvensiyasının 6-cı maddəsi üzrə şikayətlərlə bağlı qərarlarında dəfələrlə vurğulamışdır ki, sübutların mümkünlüyü məsələsi əsasən milli qanunvericiliklə tənzimlənən məsələdir və ümumi qaydaya uyğun milli hakimlər məhz təqdim olunan sübutları qiymətləndirməlidir. Avropa Məhkəməsi xüsusilə qeyd etmişdir ki, Konvensiyaya uyğun Avropa Məhkəməsinin vəzifəsi ümumilikdə məhkəmə araşdırmasının ədalətli olub-olmamasından, o cümlədən sübutların əldə edilməsinin qanuni olub-olmamasından ibarətdir. Adətən, bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə açıq məhkəmə iclasında tədqiq edilməlidir. Bu prinsipdən istisna ola bilər, lakin istisnalar təqsirləndirilən şəxsin müdafiə hüququna xələl gətirməməli və o ittiham tərəfinin şahidlərinin ifadələrini təkzib etmək imkanına malik olmalıdır. Avropa İnsan Hüquqları Məhkəməsi Telfner Avstriyaya qarşı (2001) işində qeyd etmişdir ki, məhkəmə araşdırması gedişində təqsirsizlik prezumpsiyası prinsipinin əhəmiyyəti sübutetmə yükünün ittiham tərəfinin üzərinə düşməsi, irəli sürülən ittihamın əsaslılığına dair şübhələrin isə təqsirləndirilən şəxsin xeyrinə şərh olunmasıdır. “Berbera, Messege və Habordo İspaniyaya qarşı” işində Avropa məhkəməsi qeyd etmişdir ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik,həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkiletməlidir ki, hansı ki, qanuna müvafiq yəni, qanuni yolla əldə olunmuşdur. Həmçinin vurğulanmışdır ki, məhkəmə üzvləri öz vəzifələrini həyata keçirərkən prosesə əvvəlcədən təqsirləndirilən şəxsin onun təqsirləndirildiyi əməli törətməsi fikri ilə başlamamalıdır və hər hansı şübhə onun xeyrinə həll olunmalıdır. Bundan əlavə “Hoanq Fransaya qarşı” işində Avropa məhkəməsinin mövqeyinə əsasən bütün sübutlar diqqətlə qiymətləndirilmədən hüquq fərziyyəsinin tətbiq edilməsi təqsirsizlik prezumpsiyasını böyük ehtimalla pozmuş olur. Ehtimal və fərziyyə ilə ittiham irəli sürülə bilməz. “V.Q.Bayramov və qeyrilərinin şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 23 mart 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 9 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilmişdir ki, məhkəmə hökmünün əsaslı olmasının başlıca şərtlərindən biri ondan ibarətdir ki, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Bu o deməkdir ki, məhkəmə hökmdə müstəsna olaraq CPM-nin 325-337-ci maddələrində müəyyən edilmiş qaydada məhkəmə istintaqında tədqiq edilmiş sübutlara istinad edə bilər. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin 24 dekabr 2021-ci il tarixli Plenum qərarının 23-cü bəndində göstərilmişdir ki, məhkəmələr nəzərə almalıdır ki, CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin 24 dekabr 2021-ci il tarixli Plenum qərarının 58-ci bəndində göstərilir ki, bir neçə cinayət törətməkdə ittiham olunan və əməli cinayət qanununun bir və ya bir neçə maddəsi ilə tövsif edilən şəxs haqqında bəraət hökmü çıxarılarkən məhkəmə hökmün təsviri-əsaslandırıcı hissəsində hər bir maddə üzrə təqsirləndirilən şəxsin təqsirsiz olması barədə gəldiyi nəticəni əsaslandırmalı, nəticəvi hissəsində isə ona cinayət qanununun hansı maddəsi ilə və cinayət-prosessual qanunda nəzərdə tutulmuş hansı əsasla bəraət verildiyini göstərməlidir. CPM-in 42.1.1-ci maddəsində bəraətin əsaslarından biri kimi nəzərdə tutulmuş “cinayət hadisəsinin olmaması” təqsirləndirilən şəxsin hərəkətlərinin (hərəkətsizliyinin) məzmunundan asılı olmayaraq müəyyən edilən bəraətin əsasıdır və cinayət qanununda nəzərdə tutulmuş hər hansı bir cinayətin mövcud olmamasını ehtiva edir. CPM-in 8.0.5-ci maddəsinə əsasən cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək cinayət mühakimə icraatının vəzifəsidir; CPM-in 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. CPM-in 21.3-cü maddəsinə əsasən cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. CPM-in 25.2-ci maddəsinə əsasən, məhkəmə hakimləri ədalət mühakiməsini həyata keçirərkən, cinayət prosesini həyata keçirən orqanların ibtidai araşdırmada gəldikləri nəticələrlə bağlı deyildirlər. CPM-in 28-ci maddəsinə görə, məhkəmələr cinayət işlərinə və cinayət təqibi ilə bağlı digər materiallara məhkəmədə yalnız bu Məcəllə ilə müəyyən edilmiş hüquqi prosedurlara uyğun faktlar əsasında, qərəzsiz və ədalətlə baxmalıdırlar. Şəxsin cinayətdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. CPM-in 33.4-cü maddəsinə əsasən hakimlərin sübutlara və sair materiallara qərəzli münasibət bəsləməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. CPM-in 42.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində təqsirliliyi sübuta yetirilmədikdə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır; CPM-in 127.3-cü maddəsinə əsasən ekspertin rəyi təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə üçün məcburi deyil, hər hansı başqa sübut kimi cinayət prosesini həyata keçirən orqan tərəfindən yoxlanılmalı və işin bütün halları ilə bağlı surətdə qiymətləndirilməlidir. CPM-in 145.3-cü maddəsində qeyd edilmişdir ki, ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. CPM-in 138.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür. CPM-in 42.1.1-ci maddəsinə əsasən hadisənin baş verməməsi sübut olunduqda və ya baş vermiş hadisədə cinayət hadisəsi sübut olunmadıqda təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır. CPM-nin 55.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı təqsiri sübuta yetirilməmiş şəxs həmin məhkəmə baxışında aşkar və təxirə salınmadan Azərbaycan Respublikasının adından təqsirsiz elan edilməli və ona məhkəmənin hökmü ilə bəraət verilməlidir; CPM-in 146.1-cü maddəsinə görə, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin; CPM-in 350.1-ci maddəsinə əsasən məhkəmənin bəraət hökmü təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb edildiyi və məhkəməyə verildiyi ittiham üzrə cinayətin törədilməsində onun təqsirli olmaması haqqında məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir. CPM-nin 350.2-ci maddəsinə əsasən həmin Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 90.9 və 91.7-ci maddələrinin şərh edilməsinə dair” 14 oktyabr 2019-cu il tarixli qərarında qeyd edilir ki, qanunverici, ədalət mühakiməsinin həyata keçirilməsi əsaslarını və qaydasını müəyyən edərkən işin qanuni, əsaslı və ədalətli həlli naminə cinayət prosesinin bütün mərhələlərində tələb olunan qaydalara riayət olunmasını təmin edən mexanizm nəzərdə tutmuşdur. Burada məqsəd cinayət hadisəsinə dair bütün halların müəyyən edilməsindən, onların düzgün hüquqi qiymətləndirilməsindən, cəmiyyətə və ayrı-ayrı şəxslərə dəymiş zərərin və şəxsin təqsirinin müəyyən edilməsindən ibarətdir. Buna isə aidlik, mümkünlük və etibarlılıq şərtlərinə cavab verən sübutların yoxlanılması və dəyərləndirilməsi əsasında nail olunur. Yalnız belə halda məhkəmə, təqsirləndirilən şəxsin törədilməsində ittiham olunduğu əməlin həqiqətən baş verib-verməməsini, əməlin cinayət olub-olmamasını, təqsirləndirilən şəxs tərəfindən törədilib-törədilməməsini və cinayət qanununun hansı norması ilə nəzərdə tutulmasını müəyyən edə bilər. Təqsirsiz şəxsə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək cinayət mühakimə icraatının əsas vəzifələrindən biridir (CPM-in 8.0.5-ci maddəsi). Məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsirsiz olması cinayət-prosessual qanunvericiliklə tam sübuta yetirilərsə, onda məhkəmə tərəfindən bunu təsdiq edən bəraət hökmü çıxarılır. Məhkəmə şəxsin təqsirliliyinin sübuta yetirilmədiyinə əsasən bəraət hökmünü o hallarda çıxara bilər ki, təqsirləndirilən şəxsin təqsirləndirildiyi əməlin həqiqətən baş verməsi müəyyən edilmiş olsun, lakin toplanmış sübutlar əsasında şəxsin həmin cinayəti etməkdə təqsirini təsdiq etmək mümkün olmasın və ya əksinə, toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etsin. Azərbaycan Respublikası Konstitusiyasının təqsirsizlik prezumpsiyasından bəhs edən 63-cü maddəsinin İİ hissəsində göstərilir ki, şəxsin təqsirli olduğuna əsaslı sübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Məhkəmə baxışı zamanı təqsiri sübuta yetirilməmiş şəxsin təqsirsiz sayılmaq hüququ Azərbaycan Respublikasının tərəfdar cıxdığı dövlətlərarası müqavilələrdə və onların tətbiqi təcrübəsində də öz əksini tapmışdır. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 2-ci bəndinə əsasən, cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi - hakimin həm vəzifə, həm də mənəvi borcudur. Məhkəmə işə baxdıqdan sonra, öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı, həmin sübutların mücmusuna digər qərarın qəbulunu istisna edən qiymət verməli, cinayətin tərkibini və tövsifedici əlamətlərini dərindən təhlil etməli, cəzanı şəxs təqsirli bilindiyi halda cinayətin xarakteri və ictimai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla təyin etməli, şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verilməlidir. Beləliklə, Təqsirləndirilən şəxs ittiham olunduğu əməldə baş vermiş hadisədə cinayət hadisəsi sübut olunmamışdır. (CPM-in 42.2.1-ci maddəsi). Bununla da, məhkəmə, cinayət təqibi üzrə toplanmış və məhkəmə istintaqında tam, hərtərəfli və obyektiv araşdırılmış sübutlara mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs CM-in 127.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi ilə cinayət hadisəsinin baş verməməsi sübut olunduğundan, təqsirləndirilən şəxsə CM-in 127.2.3-cü maddəsi ilə cinayət hadisəsi olmaması əsası ilə bəraət verilməli və o, Azərbaycan Respublikası adından təqsirsiz elan edilməlidir. Məhkəmə, CPM-in 507.2-ci maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilməlidir. CPM-in 132.1 və 132.1.4-cü maddələrinə əsasən maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyaların müvafiq təşkilatlara verilməsini, onların dəyəri olmadıqda isə məhv edilməsini həll etməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət hadisəsi olmadığından, 12 avqust 2022-ci il tarixdə baş verməsi güman edilən cinayət hadisəsinin araşdırılması ilə bağlı cinayət işi üzrə materiallar ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməlidir. Məhkəmə, həmçinin qeyd etməyi zəruri hesab edir ki, CPM-in 56, 59 və 60-cı maddələrinə əsasən Təqsirləndirilən şəxs cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsini tələb etmək hüququ vardır və vurulmuş ziyanın ödənilməsinin mülki məhkəmə icraatı qaydasında tələb etmək hüququ ona izah edilməlidir. Müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 təqdim etdiyi hesabata əsasən o, iş materialları ilə tanış olmaqla məhkəmə iclaslarında iştirak edərək təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə ümumilikdə 15 (on beş) saat vaxt sərf etmişdir. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 təqsirləndirilən şəxsin müdafiəçisi qismində məhkəmə iclaslarında iştirak edərək, ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 15 (on beş) saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərdiyi cəmi 15 (on beş) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 90 (doxsan) manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99- 1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, ********* nömrəli cinayət işi üzrə xüsusi müsadirə tətbiq edilməməlidir. İş üzrə mülki iddia, ekspertiza xərci yoxdur. Qeyd olunanlara əsasən və CPM-in 39.2, 42.1.4, 42.2.4, 61, 62, 346-347, 349, 351- 353 və 357-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi ilə bəraət verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət hadisəsi olmadığından, 12 avqust 2022-ci il tarixdə baş verməsi güman edilən cinayət hadisəsinin araşdırılması ilə bağlı cinayət işi üzrə materiallar ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilsin. Təqsirləndirilən şəxs cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadə nəticəsində vurulmuş ziyanın ödənilməsini mülki məhkəmə icraatı qaydasında tələb etmək hüququnun olması izah edilsin. Təqsirləndirilən şəxs göstərdiyi cəmi 15 (on beş) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 90 (doxsan) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan edildiyi gündən 20 gün müddətində və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Aynurə Sadıqova
Məhkəmə qərarları › İş №1(001)-406/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-406/2023
24.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver