Məhkəmə qərarları › İş №1(001)-408/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-408/2025

29.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-408/2025 29.07.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Bağırov Zamiq Rəşid oğlunun sədrliyi, Hümbətov Məmmədəli Qafqaz oğlunun katibliyi, Xüsusi ittihamçı X18, Təqsirləndirlən şəxs X12 iştirakları ilə, xx.xx.1968-ci il tarixdə Masallı rayonu, Şıxlar kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, məhkumluğu olmayan, “X5 Mərkəzi” İctimai Birliyinin idarə heyətinin sədri vəzifəsində işləyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, X12 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra – CM) 147.1ci maddəsi ilə təqsirləndirilməsinə dair xüsusi ittiham qaydasında verilmiş şikayətə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: X26 xüsusi ittiham qaydasında şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, X12 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, barəsində ittihamedici hökm çıxarılmasını məhkəmədən xahiş etmişdir. Xüsusi ittiham qaydasında şikayət onunla əsaslandırılmışdır ki, “X5 Mərkəzi” İctimai Birliyinin təsisçisi və İdarə Heyətinin sədri X19 insan hüquq və azadlıqlarına dair konstitusion prinsipləri, şərəfin, ləyaqətin və işgüzar nüfuzun müdafiəsi ilə bağlı normaları kobud şəkildə pozaraq, fikir və söz, ifadə azadlığı hüququndan vicdansızcasına suiistifadə etməklə, xx.xx.2025-ci il tarixdə həmin qeyri- hökümət təşkilatının “Facebook” sosial şəbəkəsində “X5 Mərkəzi” istifadəçi adı ilə qeydiyyatdan keçmiş səhifəsində onun barəsində hər hansı mötəbər mənbəyə istinad olunmadan və dəqiqliyi yoxlanılmadan, heç bir faktiki və hüquqi əsasa söykənməyən və həqiqətə uyğun olmayan, yalan olduğunu biləbilə şərəf və ləyaqətini ləkələyən və onu nüfuzdan salan aşağıda qeyd edilən məlumatları paylaşmaqla yaymışdır: “Vəkillər Kollegiyasının İntizam Komissiyasının üzvü, 14 saylı Vəkil Bürosunun vəkili X26 müvəkkili X6 aldadaraq 10500 manat pulunu mənimsəyib. Bu barədə müvəkkili Allahverdiyev Elvin məlumat yayıb və aidiyyəti orqanlardan kömək istəyir.” Bununla, barəsində hazırkı şikayətin verildiyi Fikrət Cəfərli yalan olduğunu bilə-bilə onun şərəf və ləyaqətini ləkələmək və onu cəmiyyətdə nüfuzdan salmaq məqsədi güdən sözügedən paylaşımda “vəkil X26 müvəkkili X6 aldadaraq 10500 manat pulunu mənimsəyib” ifadələrini işlətməklə, həqiqətə uyğun olmayan həmin məlumatları kütləvi nümayiş etdirilən internet informasiya ehtiyatında yayaraq, onu dələduzluq cinayəti törətməkdə ittiham etməklə böhtan atmış və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Yayılmış məlumatlar heç bir sübuta söykənməyərək açıq-aşkar böhtan xarakterli olmaqla, onun şəxsi və ictimai həyatına, işgüzar fəaliyyətinə və nüfuzuna edilmiş kobud müdaxilədir. AR CM-in 147.1-ci maddəsinə əsasən, böhtana görə cinayət məsuliyyətinin yaranması üçün yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatların kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayılması tələb olunur ki, bu halda Fikrət Cəfərli tərəfindən onunla bağlı həqiqətə uyğun olmayan, onun şərəf və ləyaqətini, işgüzar nüfuzunu ləkələyən, ona ciddi xələl gətirən və nüfuzdan salan məlumatlar “Facebook” sosial şəbəkəsində yayılmaqla kütləvi nümayiş etdirilmiş və bu əməl böhtan cinayətinin tərkibini yaratmışdır. Böhtan maddəsi üzrə cinayət məsuliyyətinin yaranması üçün üç hal müəyyən edilməlidir: məlumatın hər hansı şəxsin şərəf və ləyaqətini ləkələməsi və ya onu nüfuzdan salması, həmin məlumatların doğru olmaması, belə məlumatların yayılması. Qeyd edilməlidir ki, ifadə azadlığı hər kəsə, hər istədiyini, hər yerdə və hər zaman başqalarının şərəf və ləyaqətini alçaldan və ya nüfuzdan salan şəkildə ifadə etmək imkanı vermir. Bu baxımdan, başqalarının şərəf və ləyaqətini alçaldan, cəmiyyətdəki nüfuzuna xələl gətirən, heç bir faktiki bazaya malik olmayan və müəllifin şəxsi mülahizələrindən ibarət olan düşüncə ifadələri əlbəttə ki, hüquqi müdafiədən faydalana bilməz. Çünki, belə düşüncələrin ifadə olunmasının təməl əsasları yoxdur və bunlar həqiqətə nail olmaq yönündə heç bir ictimai faydası olmayan ifadələrdir. Konstitusiya fikir və söz, məlumat azadlıqlarını həyata keçirərkən hər kəsdən qanunlara riayət etməsini və başqalarının hüquqlarına hörmətlə yanaşmasını tələb edir. Başqa sözlə, qanunvericilik söz və fikir azadlığının yalnız başqa şəxslərin hüquq və mənafelərinə toxunulmayacaq həddə ifadə edilməsini nəzərdə tutur. Cinayət qanunvericiliyində xüsusi ittiham qaydasında cinayət təqibinə səbəb olan əməllərin törədilməsinə görə cinayət məsuliyyətinin nəzərdə tutulması hər kəsin mənəvi dəyəri olan şərəf və ləyaqətini, nüfuzunu qeyri-qanuni qəsdlərdən qorumaq məqsədi daşıyır. Lakin barəsində hazırkı şikayətin verildiyi şəxs bu hüquq və azadlıqlardan sui-istifadə edərək, onun şərəf və ləyaqətini ləkələyən, onu nüfuzdan salan böhtan xarakterli məlumatların kütləvi şəkildə yayılmasına yol vermişdir. Qeyd edilənlərə əsasən xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilərək, onun xüsusi ittihamçı kimi tanınmağı, X12 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə cinayət təqibinin başlanılması və işin məhkəmə baxışına təyin edilməsi, X19 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, barəsində müvafiq ittihamedici hökm çıxarılması məhkəmədən xahiş olunmuşdur. Məhkəmə iclasında xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X26 şikayətini müdafiə etdiyini qeyd edərək bildirmişdir ki, “X5 Mərkəzi” İctimai Birliyinin təsisçisi və İdarə Heyətinin sədri X19 insan hüquq və azadlıqlarına dair konstitusion prinsipləri, şərəfin, ləyaqətin və işgüzar nüfuzun müdafiəsi ilə bağlı normaları kobud şəkildə pozaraq, fikir və söz, ifadə azadlığı hüququndan vicdansızcasına sui-istifadə etməklə, xx.xx.2025-ci il tarixdə həmin qeyri hökümət təşkilatının "Facebook" sosial şəbəkəsində "X5 Mərkəzi" istifadəçi adı ilə qeydiyyatdan keçmiş səhifəsində onun barəsində hər hansı mötəbər mənbəуə istinad olunmadan və dəqiqliyi yoxlanılmadan, heç bir faktiki və hüquqi əsasa söykənməyən və həqiqətə uyğun olmayan, yalan olduğunu bilə-bilə şərəf və ləyaqətini ləkələyən və onu nüfuzdan salan məlumatları paylaşmaqla yaymışdır. Belə ki, paylaşım ondan ibarət olmuşdur ki, “Vəkillər Kollegiyasının İntizam Komissiyasının üzvü, 14 saylı Vəkil Bürosunun vəkili X26 müvəkkili X6 aldadaraq 10500 manat pulunu mənimsəyib. Bu barədə müvəkkili Allahverdiyev Elvin məlumat yayıb və aidiyyəti orqanlardan kömək istəyir.” Bununla, barəsində hazırkı şikayətin verildiyi Fikrət Cəfərli yalan olduğunu bilə-bilə onun şərəf və ləyaqətini ləkələmək və onu cəmiyyətdə nüfuzdan salmaq məqsədi güdən sözügedən paylaşımda "vəkil X26 müvəkkili X9 aldadaraq 10500 manat pulunu mənimsəyib” ifadələrini işlətlməklə, həqiqətə uyğun olmayan həmin məlumatları kütləvi nümayiş etdirilən internet informasiya ehtiyatında yayaraq, onu dələduzluq cinayəti törətməkdə ittiham etməklə böhtan atmış və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Yayılmış məlumatlar heç bir sübuta söykənməyərək açıq-aşkar böhtan xarakterli olmaqla, onun şəxsi və ictimai həyatına, işgüzar fəaliyyətinə və nüfuzuna edilmiş kobud müdaxilədir. O işin halları ilə bağlı xüsusi ittiham qaydasında verdiyi şikayətdə ətraflı göstərmişdir. Həmin şikayətlə təqsirləndirilən şəxs də tanış olmuşdur. Qeyd etmək istəyir ki, şəxs onun barəsində özünün subyektiv fikri olaraq “X6 aldadaraq 10500 manat pulunu mənimsəyib” ifadəsini işlətmişdir. Lakin, bununla bağlı şəxsin “istinad etmişəm” dediyi digər həmin sosial şəbəkədə digər istifadəçi adı ilə paylaşımında “X26 müvəkkili X6 aldadaraq 10500 manat pulunu mənimsəyib” sözləri işlədilməyib. Bu sözlər bir mənalı olaraq Fikrət Cəfərliyə məxsusdur və mənimsəmə ilə bağlı da bildiyimiz kimi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələrinin dispozisiyasını əhatə etməklə cinayət məsuliyyətinin tərkibini ehtiva edir, onu da dələduzluqda ittiham edərək, barəsində böhtan atır. İlk öncə onu qeyd edir ki, Elvin Allahverdiyevin hər hansı bir orqana müraciəti olmamışdır. Bununla bağlı Penitensiar Xidmətdən məktublar çıxmamış, onun heç bir müraciəti olmamış, həmin müraciətin olması yalandır. Hüquq müdafiəçisiyəm deyən şəxs bilir ki, Penitensiar Xidmətdən məktublar poçt vasitəsi ilə və yaxud da hər hansı bir ünvan vasitəsi ilə göndərilə bilməz, Penitensiar Xidmətinin özünün poçtu vasitəsi və onların zərfləri ilə göndərilə bilər. Belə bir müraciət isə yoxdur. Həmin müraciətin olmasını ehtiva edərək paylaşım etmiş Abdullah Gülzaman adlı facebook sosial şəbəkə istifadəçisi onun o paylaşımı yalnız şəkillərini çəkərək paylaşmışdır. Müraciət ilə bağlı öz fikirlərini bildirməmiş, bir başa həmin şəkillərə istinad etmişdir ki, Elvin Allahverdiyev guya belə bir müraciət etmişdir və o, həmin məlumatı paylaşır. Amma, onun barəsində hər hansı bir xoşa gəlməz ifadə işlətməmişdir. Onun barəsində istər Elvin Allahverdiyev, istərsə də o paylaşımı edən şəxs onu aldadaraq 10500 manat pulunu mənimsəmişdir ifadəsini işlətməmişdir. X27 həmin paylaşıma istinad etdiyini bildirmişdir. Lakin, müraciət qaydalarında, eləcə də məqalələrin hazırlanması qaydalarında bir başa göstərilir ki, istinadlar ya dırnaq içərisində olmalıdır, ya da ki filankəsin sözlərinə görə ifadəsi ilə başlamalıdır ki, o da istinad olunub-olunmaması bilinsin ki, bu şəxsin öz fikirləridir, yoxsa istinad etmişdir. Bir daha qeyd edir ki, həmin müraciətin müraciət kimi qeyd olunan kağız vərəqənin şəxs foto şəkilini çəkərək paylaşmışdır. Lakin, Fikrət Cəfərli özünün facebook səhifəsində birbaşa o paylaşımlarla əlaqəsi olmayan ifadələri işlətməklə onu dələduzluqda, yəni “X26 müvəkkili X6 aldadaraq 10500 manat pulunu mənimsəyib” ifadəsini işlətməklə bir başa onu dələduzluqda ittiham etmişdir. X25 müraciət etdiyi iddia olunan vərəqələrdə, nə də onu paylaşan, Abdulla Gülzaman adlı facebook sosial şəbəkəsinin istifadəçisinin öz şəxsi səhifəsində belə bir ifadə işlədilməmişdir. Bu ifadələri Fikrət Cəfərli onun barəsində özünün şəxsi fikirləri kimi işlətmiş və onun barəsində böhtan ataraq şərəf və ləyaqətini alçaldaraq iş güzar nüfuzuna təsir göstərən ifadələr bildirmişdir. "X5 Mərkəzi” İctimai Birliyin sosial facebook səhifəsi kütləvi informasiya vasitələrinin hər hansı bir qolu olmadığı üçün, eləcədə onların fəaliyyət peşə traektoriyasına daxil olmadığı üçün həmin paylaşım birbaşa onun şərəf və ləyaqətinə, işgüzar nüfuzuna yönəlmiş alçaldıcı hərəkətlərdən ibarətdir. İlkin müraciətdə də göstərilən hal ondan ibarətdir ki, Elvin Əliyev guya Elvin Allahverdiyevə 01 il 06 ay iş alacağı vədini vermişdir. Həmçinin pulun hamısının kassaya keçirilməməsi göstərilmişdir. Burada hər hansı bir vəd əsasında pulun verilməsindən söhbət getmir. Müraciətə baxsaq görərik ki, Elvin Allahverdiyevin paylaşdığı iddia olunan müraciətdə göstərilir ki, vergidən yayınması üçün pul kassaya keçirilməmişdir. Yəni müraciətdə onu aldadaraq pulunun mənimsənildiyi göstərilməmişdir. Orada ifadələrdə bir mənalı olaraq göstərilir ki, belə hal baş verməmişdir. Həmçinin göstərilir ki, bu vəkilə vəkil qonorarı üçün verilmişdir və kassaya keçirilməmişdir. Əgər onun Elvin Allahverdiyevi aldadaraq pulu mənimsəmək niyyəti var idisə, o pulu öz cibinə qoymalı idi. Onlarda bilməli idilər ki, Elvin Əliyev onlardan həmin pulu 01 il 06 ay iş alacağı vədi ilə almışdır. Onlar bildirirlər ki, guya 01 il 06 ay cəza təyin edilməklə aldadaraq pulu da kassaya keçirməmişdir. Müraciət əgər şəxsə aiddirsə, o göstərir ki, ona pulu onlar kassaya keçirilməsi üçün vermişlər, işini danışıb aşağı salınması üçün verməmişlər. Bu bir mənalı onların etirafı ilə sübut olunan haldır. Cəfərli Fikrət isə həmin pulun onun tərəfindən mənimsənildiyini bildirir. Həmçinin onun barəsində hər hansı bir məhkəmənin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178-ci maddəsi ilə dəlzəduzluqla bağlı qanuni qüvvəsini almış ittiham hökmü yoxdur ki, Cəfərli Fikrət də onu dələduzluqda ittiham etsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147-ci maddəsinə əsasən böhtan, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, mediada və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayma deməkdir. Həmin maddənin sanksiyasında 06 ayadək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Ona görə də təqsirləndirilən şəxs X12 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsinə əsasən təqsirli bilinərək, barəsində 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasının verilməsini məhkəmədən xahiş etmişdir. xx.xx.2025-ci il tarixli məhkəmə iclasında təqsirləndirilən şəxs X19 ona qarşı verilmiş ittihamda özünü təqsirli bilməyərək göstərmişdir ki, ilkin müraciətdə “aldadıb” yazılmışdır, o da paylaşımında “mənimsəmə” yazmışdır. Həmin sözlər isə mahiyyət etibarı ilə eyni mənanı ifadə edir. Məsələ əslində Elvin Əliyev məsələsi deyil, məsələ Anar Bağırov-Vəkillər Kollegiyası və "X5 Mərkəzi”-Cəfərli Fikrət məsələsidir və işin mahiyyəti bundan ibarətdir. Mahiyyəti üzrə qeyd edir ki, həmin paylaşımda xüsusi ittihamçının dediyi kimi onun bilə-bilə cinayət törətməyindən söhbət gedə bilməz. Çünki, ona qədər Elvin Allahverdiyevin həyat yoldaşının mərkəzə müraciəti olmuşdur. Ondan sonra da o, başqa facebook sosial şəbəkəsində yayılan müraciəti yaymışdır. Xüsusi ittihamçı qeyd edir ki, ilkin paylaşımda mənimsəmə ifadəsi olmamışdır. Amma, həmin ifadədə “aldatma, etibarından sui istifadə edib 10500 manat pul alınmışdır və sair bu cür ifadələr işlədilmişdir. O müraciətin içində söhbət vəkilin dələduzluq etməsindən gedir. Həmin ifadə ilə həmin o müraciətin formasında “aldatma” ilə “mənimsəmə” mahiyyətcə eyni mənanı ifadə edir. Ortada bir müraciət var və o həmin müraciətə əsasən və onun içində olan ifadələrə əsasən “mənimsəyir” ifadəsini yazmışdır. Onun rəhbərlik etdiyi ictimai birliyin işi ərizə yazmağa, ödəniş etməyə imkanı olmayan şəxslərə yardım etməkdir. Bu səbəbə görə də heç kəsə kömək etməsinlər deyə onu məhkəməyə vermişlər. Yazılı etirazında da bu barədə ətraflı fikir bildirmişdir. Onun əməlində hər hansı cinayətin olmasından söhbət gedə bilməz. Çünki heç yerdə yayılmasa, heç bir şikayətçinin mərkəzə müraciəti daxil olmasa o verilmiş ittihamla razılaşardı. Lakin "X5 Mərkəzi” İctimai Birliyinə, yəni ona vətəndaş Elvin Allahverdiyevin vəkilin onları aldatması və bununla bağlı aidiyyatı orqanların qarşısında məsələ qaldırılması, ictimailəşdirilməsi və nəticə olaraq onlara dəymiş ziyan ödənilməsi barədə müraciəti daxil olmuşdur. Daha sonra digər tanınmış jurnalist, hüquq müdafiəçisi paylaşım etmiş, o da ondan bir gün sonra həmin paylaşımı yenidən paylaşmışdır. Təqsirləndirilən şəxsə verilmiş suallara cavab olaraq vəkil Elvin Əliyevin məhkum Elvin Allahverdiyevdən 10500 manat pul alıb-almamasını Elvin Allahverdiyevin özünun deyə biləcəyini, vəkilin Elvin Allahverdiyevindən pul alması barədə Elvin Allahverdiyevin həyat yoldaşının mərkəzə müraciət etməsi, bundan əlavə digər jurnalistə Elvin Allahverdiyevin özünün Cəzaçəkmə Müəssisəsindən müraciətlərinin olması ilə əsalandırdığını, vətəndaşın kömək istədiyini, proseslərdə hər 2 tərəfdən də pul alaraq qərara təsir edəcəyini bildirən vəkillərin olduğunu, vəkil Elvin Əliyevin də vətəndaşa onun işini yüngülləşdirərək ona 01 il 06 ay müddətinə cəza veriləcəyinə söz verdiyini, lakin daha sonra həmin şəxsə daha ağır cəza verildikdən sonra vətəndaş vəkilin onu aldatması, ona görə də onun pulunun qaytarlması barədə müraciəti olduğunu, vəkil Elvin Əliyevin isə pulu geri qaytarmaqdan imtina etdiyi üçün vətəndaşın bunu ictimailəşdirdiyini, pulun mənimsənilməsini Elvin Allahverdiyevin təsdiq edə biləcəyini, bu barədə məhkum Elvin Allahverdiyevin şəxsən ona və onun rəhbərlik etdiyi ictimai birliyə rəsmi hər hansı müraciətinin olmadığını, onun həyat yoldaşının müraciətinin olduğunu, Elvin Allahverdiyevin özünün müraciətinin facebook sosial şəbəkə istifadəçi olan Abdulla Gülzamana olduğunu, Elvin Allahverdiyevin həyat yoldaşının onlara olan müraciətinin isə tərəflərindən araşdırılması üçün hüquq mühafizə orqanlarına və Vəkillər Kollegiyasına göndərmədiyini və bununla bağlı hər hansı müraciət etmədiyini, bunun səbəbinin də həbsdə olan Elvin Allahverdiyevin qardaşı və qohumlarının Xətai Rayon Polis İdarəsinə aparılaraq orada hədələndiyi üçün şikayətçilərin qorxaraq şikayətlərini dayandırdıqlarını, ona da müraciətin dayandılmasını bildirdiklərini, həmin paylaşımın ictimailəşdirilməyində məqsədinin aidiyyatı dövlət orqanlarının və Vəkillər Kollegiyasının sədri Anar Bağırovun bu işi nəzarətə götürərərk hüququ pozulmuş vətəndaşın hüququnun bərpa edilməsi və ona dəymiş ziyanının geri qaytarılması olduğunu, şikayətin ictimailəşdirilməsində motivin vətəndaşa dəymiş ziyanın qaytarılması olduğunu bildirmişdir. xx.xx.2025-ci il tarixli məhkəmə iclasında təqsirləndirilən şəxs X8 sözündə bildirmişdir ki, "X5 Mərkəzi” insan haqları təşkilatının rəhbəri və hüquq müdafiəçisi olaraq hüququ pozulan, vəkil tərəfindən aldadılmış məhkum X3 hüquqlarını müdafiə etdiyinə, mərkəzin facebook hesabında şikayətçinin müraciətini yaydığına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsinə əsasən Vəkillər Kollegiyasının sədri Anar Bağırovun sifarişi əsasında vəkil Elvin Əliyev tərəfindən xüsusi ittiham qaydasında məhkəməyə verilmişdir. Xüsusi ittihamçı Elvin Əliyev özünün verdiyi xüsusi ittiham qaydasında şikayətinin məzmunu haqqında belə dəqiq məlumata malik deyildir. Bütün bunlar onu göstərir ki, məhkəmə prosesi onun azadlıqdan məhrum etmə cəzasına məhkum olunmağına yönəlmişdir. Yəni, Anar Bağırovun sifarişi əsasında o mütləq real cəzaya məhkum olunmalıdır. Özünü isə verilən ittihamda təqsirli bilmir. Həbsdə olan məhkumun qohumlarının mərkəzə edilmiş müraciətləri və jurnalist Arzu Abdullanın (“Abdulla Gülzaman” adlı facebook profilinin sahibi) sosial media hesabında hüququ pozulan Elvin Allahverdiyevin yuxarı orqanlara ünvanladığı müraciəti bir gün sonra Arzu Abdullanın paylaşdığı məlumata istinad etməklə mərkəzin sosial media hesabında paylaşdığına, peşə fəaliyyətini yerinə yetirdiyinə görə sifarişli həbslə üz-üzədir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə ittiham olunduğu halda, məhkəmə ona sübut etmə yükünü həyata keçirməyə imkan verməmiş, Elvin Allahverdiyevin şikayətində əks olunmuş məlumatları yoxlamaq üçün məlumatı ilkin mənbədən dindirməkdən yayınmış, Arzu Abdulla və Elvin Allahverdiyevin məhkəmədə ifadə verməsinə dair verdiyi vəsatətlər əsassız olaraq təmin edilməmişdir. O, sözü gedən məlumatın internet informasiya resuslarında və sosial mediada yayıldığı ilkin mənbə olmasa da, Elvin Allahverdiyevin yazılı müraciəti və sosial mediada dərc olunan paylaşımında göstərdiyi hallların aydınlaşdırılmasını, bunun üçün də ilkin mənbənin araşdırılmasını, məhkəmədə də ifadə verməsinin tərəfdarı olmuşdur. Xüsusi olaraq qeyd edir ki, mərkəz özündən yeni bir məlumat elan etməmiş, sadəcə olaraq şikayətçi vəkil tərəfindən aldadılmış, Elvin Allahverdiyevin ailə üzvlərinin ünvanladığı şikayətdə və Arzu Abdullanın sosial media hesabında ictimailəşdirdiyi xüsusatları paylaşmışdır. Bu isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsinin zəruri tərkib hissəsini bir başa istisna edir. O, X10in özü tərəfindən ünvanlanmış həmin müraciətin səhihliyinə və doğruluğuna hadisənin ümumi axarına, xüsusi ittihamçının heç bir əsaslı münasibət bildirə bilməməsinə və daxili inamına əsasən əmindir. Belə ki, xüsusi ittihamçı Elvin Əliyev yayılmış məlumat ilə bağlı ona müvafiq şəraitin yaradıldığı halda heç bir münasibət bildirməmiş, hər hansı dəlil və ya mülahizə təqdim etməmişdir. X10 isə müraciətində göstərdiyi xüsusatların dəqiqliyinə təkid etmişdir. Məhkəmə bütün bu olanları bilə-bilə heç bir əsas olmadan barəsində verilmiş xüsusi ittiham qaydasında şikayəti icraata götürmüşdür. Qeyd edir ki, bu onun hüquq müdafiəçisi olaraq fəaliyyətinə yönəlmiş təzyiq və represiyadır. Burada məqsəd "X5 Mərkəzi” insan haqları təşkilatının rəhbəri kimi onu həbs edib, mərkəzin fəaliyyətini dayandırmaqdır. Qeyd edilənlərin nəzərə alınaraq ona bəarət verilməsini tələb edir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2025-ci il tarixdə “Facebook” sosial şəbəkəsində “X5 Mərkəzi” istifadəçi adı ilə qeydiyyatdan keçmiş profildə “Vəkillər Kollegiyasının İntizam Komissiyasının üzvü, 14 saylı Vəkil Bürosunun vəkili X26 müvəkkili X6 aldadaraq 10500 manat pulunu mənimsəyib. Bu barədə müvəkkili Allahverdiyev Elvin məlumat yayıb və aidiyyəti orqanlardan kömək istəyir.” məzmunlu paylaşım edilmiş və həmin paylaşıma çoxsaylı rəylər yazılmışdır. Həmin rəylərdən bəziləri aşağıdakı kimidir: “Vəkil Əhməd Nəbiyev” adlı profil istifadəçisinin rəyi- “Təsdiqlənməyən məlumatı yayaraq vəkillərin nüfuzuna xələl gətirirsiniz. Bu hüquqi yardım deyil.” Həmin rəyə “X5 Mərkəzi” profilindən cavab olaraq yazılmış rəy-“Hörmətli Vəkil Əhməd Nəbiyev, maşallah bu gün Zakatali vəkilləri yaman aktivdi. Biz vətəndaşların müraciətləri əsasında çalışırıq.” “Lalə Məmmədova” adlı profil istifadəçisinin rəyi- “Bəzi “Vəkillər” hüquq sahəsini bazara çeviriblər.” “Rais Mamaedov” adlı profil istifadəçisinin rəyi- “Qapa qapdı buda belə qapıb ölkədə heç bir yerdə nəzarət sistemi yoxdur nə də ola bilməz çünki əllərdə pul vahidi çoxslib.” “Vəkil Vüsal Cəfərov” adlı profil istifadəçisinin rəyi- “Kim gəlib yanınıza vəkil haqqında ağzına gələni danışırsa, adını hüquqi yardım zaddan qoyub tirajlayırsınız də vallah. X5 Mərkəzi vəkilləri araşdırır ya işgəncələri?” Həmin rəyə “X5 Mərkəzi” profilindən cavab olaraq yazılmış rəy- “Hörmətli Vəkil Vüsal Cəfərov, Mərkəz vətəndaşların müraciətləri əsasında onlara hüquqi yardım göstərir, Sizin yazdığınız kimi “zaddan” yox. Mərkəz təkcə sadə vətəndaşlara yox, təyziqlərə məruz qalan saysız-hesabsız vəkillərə də dəstək verir” “Samir Sharifov” adlı profil istifadəçisinin rəyi- “Üzürlü sayın bəlkədə səhv fikriləşirəm, ancaq mənə elə gəlir ki, Siz bir az vəkillərə qarşı xüsusi ilə qərəzlisiz. Bəlkə də, bu yolla auditoriyanızı genişləndirmək istəyirsiz.Yoxsa bu səhifənizdə daha çox işgəncəyə məruz qalmış şəxslər barədə paylaşılardı. Bəlkə də cəsarətiniz çatmır. Vəkil Elvin Əliyevi tanıyıram və onun şəxsiyyəti mənə məlumdur. Əgər paylaşdıqlarınız öz təsdiqini tapmasa necə olacaq? Kütləvi informasiya vasitələri haqqında Azərbayacan Respublikası Qanununun 36-cı maddəsini oxumusunuz?! Sizin dəqiqləşdirilməmiş məlumatı paylaşmağınız nəticəsində vəkilə dəymiş maddi və mənəvi ziyanı kim ödəyəcək?!” xx.xx.2025-ci il tarixdə “Facebook” sosial şəbəkəsində “X33 Zaman” istifadəçi adı ilə qeydiyyatdan keçmiş profildə aşağıdakı məzmunda paylaşım edilmişdir: “Siyasi məhbus vəkili Elvin Əliyevin onu aldatması ilə bağlı ölkə başçısı İlham Əliyevə müraciət etdi: "Vəkil Elvin Əliyev qardaşımdan 10500 manat pul alıb və... Mən Suraxanı rayon sakini X9, Sizə müraciət edərək xahiş edirəm ki, şikayətimi araşdırasınız və hüquqi qiymət verəsiniz. Şikayət etməkdə məqsədim təkcə mənə vurulan maddi ziyanın geri qaytarılması deyil, eyni zamanda digərlərinin də belə vəkillərin toruna düşməməsi və vergidən yayınan, bu yolla dövlətə də, vətəndaşa da ziyan vuran vəkili tanıtdırmaq, həqiqətləri açıqlamaqdı. Mən 2023-cü ilin 9 aprel tarixində Xətai Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanıldım. Haqqımda cinayət işi açıldı. Məni narkotik ittihamı ilə şərlədilər. Çünki məhkəmədə həbsimə səbəb olan ittihamı sübut edəcək heç bir dəlil sübut təqdim edilmədi. Hüquqlarımın müdafiəsi üçün qardaşım aprelin 17-də Azərbaycan Vəkillər Kollegiyasının üzvü X20 müqavilə bağlayıb. Vəkil qardaşıma deyib ki, 10500 (on min beş yüz) manat pul müqabilində məhkəmənin 1 il 6 ay həbs cəzası verməsini təmin edəcək. Vəkil qardaşımdan 10500 manat pul alıb və vergidən yayınmaq üçün müqavilədə çox az məbləğ qeyd edilmişdir. 2023-cü ilin 13 dekabr tarixində Bakı Ağır Cinayətlər Məhkəməsinin hakim Azad Məcidovun sədrliyi ilə keçirlən prosesdə haqqımda Azərbaycan CM-nin 234.4.3-cü maddəsi ilə açılan cinayət işində dəyişiklik edildi. Ağır ittihama uyğun dəlil sübut olmadığına görə, 234.4.3-cü maddə 234.1-1-ə tövsif olundu və 3 il müddətinə azadlıqdan məhrum etmə qərarı verildi. Məhkəmənin hökmü ilə bağlı Bakı Apellyasiya Məhkəməsinə və Ali Məhkəməyə müraciət etdik. Lakin həbs cəzası dəyişdirlmədi. Vəkilim isə məhkəmələrimdə müdafiəmi qorumaq üçün can atmadı. Biz vəkilə yalan vəd verdiyini deyəndə O, qardaşıma Elvinə de məni şikayət etməsin. Əks halda qardaşımın qurumlara çağrılacağını demiş və səbəb olaraq da müqavilənin qardaşımla bağlandığını bildirmişdir. Daha sonra mənim həbsimdə pisliyə doğru dəyişikliklərin olacağını deyərək narahatcılıqlara səbəb olmuşdur. Bu müraciəti etməklə vəkil Elvin Əliyevlə bağlı layiq olduğu ölçünün götürülməsini və pullarımızın geri qaytrılmasında köməklik etməyinizi xahiş edirəm. Bu addım, Elvin Əliyev düşüncədə olan digər vəkillərin yalan vədlərlə insanları aldatmasının qarşısını almağa yardımçı olar. Hörmətlə Penitensiar Xidmətin 17 saylı Cəzaçəkmə Müəssisəsində saxlanılan məhbus Elvin Allahverdiyev xx.xx.2025" Təqsirləndirilən şəxs X19 barəsində verilmiş xüsusi ittiham qaydasında şikayətə yazılı etirazında aşağıdakıları göstərmişdir: “X26 xüsusi ittiham qaydasında şikayət verərək onun barəsində Azərbaycan Respublikası CM-nin 147.1-ci maddəsi ilə cinayət təqibinin başlanmasını və barəsində ittihamedici hökm çıxarılmasını xahiş etmişdir. Elvin Əliyev şikayətini onunla əsaslandırmışdır ki, 19 aprel 2025-ci ildə “X5 Mərkəzi” qeyri-hökümət təşkilatının “Facebook” sosial şəbəkəsində “X5 Mərkəzi” istifadəçi adı ilə qeydiyyatdan keçmiş səhifəsində onun barəsində hər hansı mötəbər mənbəyə istinad olunmadan və dəqiqliyi yoxlanılmadan, heç bir faktiki və hüquqi əsasa söykənməyən və həqiqətə uyğun olmayan, yalan olduğunu bilə-bilə şərəf və ləyaqətini ləkəyən və onu nüfuzdan salan aşağıda qeyd edilən məlumatları paylaşmaqla yaymışdır: “Vəkillər Kollegiyasının intizam Komissiyasının üzvü, 14 saylı Vəkil Bürosunun vəkili X26 müvəkkili X6 aldadaraq 10500 manat pulunu mənimsəyib. Bu barədə ilk dəfə məlumat 18 aprel 2025-ci ildə Abdulla Gülzaman adlı facebook istifadəçi tərəfindən paylaşılıb və aidiyyəti orqanlardan kömək istəyir” İş materiallarından və təqdim edilən sənədlərdən görünür ki, Elvin Əliyev haqqında QHT-nin rəsmi sosial şəbəkə səhifəsində dərc olunan məlumat məhz vətəndaş X1 QHTyə ünvanladığı xx.xx.2025-ci il tarixli müraciətdəki xüsusatlara və Abdulla Gülzaman adlı facebook istifadəçinin 18 aprel 2025-ci ildə paylaşdığı məlumata əsaslanmışdır. QHT isə öz fəaliyyət profilinə və insan hüquqları sahəsində missiyasına müvafiq olaraq vətəndaşın müraciətində göstərdiyi xüsusatları ictimailəşdirmiş, hər hansı təhrifə və ya dezinfomasiyaya yol verməmişdir. Məsələ burasındadır ki, ötən müddət ərzində Vəkillər Kollegiyasının rəhbərliyi, İntizam Komissiyası, habelə Elvin Əliyevin özünün də həmin məlumatları təkzib etmək, münasibət bildirmək hüququ olduğu halda, bununla bağlı QHT-yə hər hansı müraciət daxil olmamışdır. Həmçinin yuxarıda qeyd olunduğu kimi AR CM-in 147.1-ci maddəsi məlumatın məhz yalan olduğunu bilə-bilə yayılması tərkibinə əsaslandığından, burada hər hansı yalan məlumatın və ya yalan olduğu bizə məlum olan məlumat yayılmasından söhbət getmir. Əksinə vətəndaşların müraciətlərində qaldırdığı məsələnin, göstərdiyi xüsusatların həqiqliyi və doğruluğu prezumpsiyasına əsaslanaraq şikayətləri onların xahişləri əsasında ictimailəşdirmişlər. Hesab edir ki, məhkəmə aşağıdaklara görə xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina etməlidir.

1. Elvin Əliyev şikayətində “X5 Mərkəzi” qeyri-hökümət təşkilatının “Facebook” sosial şəbəkəsində “X5 Mərkəzi” istifadəçi adı ilə qeydiyyatdan keçmiş səhifəsində onun barəsində məlumatları paylaşmaqla yaymışdır. Cinayətlər bir neçə iştirakçılıq formasında törədilə bilir: icraçı, təşkilatçı, təhrikçi və köməkçi. Cinayət Məcəlləsinin 32.2-ci maddəsinə əsasən cinayəti bilavasitə törətmiş və ya başqa şəxslərlə birlikdə onun törədilməsində bilavasitə iştirak etmiş şəxs (birgə icraçılıq), eləcə də bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda cinayət məsuliyyətinə cəlb edilə bilməyən şəxslərdən istifadə etməklə cinayəti törətmiş şəxs icraçı sayılır. Elvin Əliyevin şikayətində X19 barədə cinayət təqibi başlanması tələb olunsa da, lakin həmin məlumatların bilavasitə X19 tərəfindən paylaşılıb yayılması barədə nə şikayətdə hər hansı sübutlarla təsdiq edildiyi göstərilib, nə də belə sübutlar şikayətə əlavə edilib. Şikayətdə bu məlumatların sadəcə “X5 Mərkəzi” qeyri-hökümət təşkilatının “Facebook” sosial şəbəkəsində “X5 Mərkəzi” istifadəçi adı ilə qeydiyyatdan keçmiş səhifəsində paylaşıldığı göstərilib. Belə olan halda Elvin Əliyev tərəfindən verilmiş şikayət CPM-nin 293.3.4-cü maddəsinin tələblərinə uyğun tərtib edlməyib.

2. Elvin Əliyev şikayətində X19 barəsində CM-nin 147.1 -ci maddəsi ilə, böhtana görə, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, mediada və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yaymaya görə cinayət təqibinin başlanmasını tələb edir. Elvin Əliyev həmçinin şikayətdə göstərir ki, “vəkil X26 müvəkkili X6 aldadaraq 10500 manat pulunu mənimsəyib” ifadəsi işlədilməklə ona böhtan atılıb. Məhkəmənin diqqətinə çatdırır ki, Elvin Əliyev bu mövqeyi “Facebook” sosial şəbəkəsində “X5 Mərkəzi” istifadəçi adı ilə qeydiyyatdan keçmiş səhifəsində paylaşılanların kontekstdən çıxarılaraq təqdim edilməsidir. Belə ki, həmin səhifədə olan paylaşmada vəkil X18 müvəkkili X6 aldadaraq 10500 manat pulunu mənimsəməsi iddia olunmayıb. Həmin səhifədə olan paylaşımda təqdim edilən fakt Elvin Allahverdiyevlə bağlı Abdulla Gülzaman adlı facebook istifadəçisinin belə məlumat yayması və aidiyyəti orqanlardan kömək istəməsidir.

3. Yayılan məlumatın böhtan olması üçün həmin məlumatın 1) yalan olması, 2) şəxs barədə neqativ obraz yaratması və 3) yayılması lazımdır. Cinayət prosesində sübut etmə vəzifəsi bir qayda olaraq ittiham tərəfinin (xüsusi ittihamçının) üzərinə düşsə də, CM-nin 147.1-ci maddəsində nəzərdə tutulan böhtan cinayəti ilə bağlı işlərə baxılarkən yayılan məlumatın yalan olmadığını, həqiqətə uyğun olduğunu sübut etmək vəzifəsi təcrübədə məlumatı yayan şəxsin üzərinə qoyulur. “X5 Mərkəzi” QHT-nin “Facebook” sosial şəbəkəsində “X5 Mərkəzi” istifadəçi adı ilə qeydiyyatdan keçmiş səhifəsində yayılmış məlumat Elvin Allahverdiyevin vəkili X18 onu aldadaraq 10500 manat pulunu mənimsəməsi barədə məlumat yayması və aidiyyəti orqanlardan kömək istəməsi barədədir. “X5 Mərkəzi” QHT-si öz tərəfindən Elvin Allahverdiyev aldadılması barədə məlumatı başqa FB sosial şəbəkə istifadəçinin yaydığını sübut etməyə hazırdır və Elvin Allahverdiyevin aldadılması barədə Abdulla Gülzaman adlı “Facebook” sosial şəbəkə istifadəçisinin yaydığı məlumat və Mərkəzin də məhz həmin səhifədəki məlumatın “skrinşotunu” edərək səhifəsində paylaşıb və sübutu da məhkəməyə təqdim edir. Hətta E.Allahverdiyevin həyat yoldaşı Allaverdiyevanın Mərkəzə xx.xx.2025-ci il tarixli müraciəti də etiraza əlavə edilir. Belə olan halda “X5 Mərkəzi” QHT-nin “Facebook” sosial şəbəkəsindəki səhifəsində yayılmış məlumat yalan və həqiqətə uyğun olmayan sayıla bilməz. Digər tərəfdən isə “vəkil X18 müvəkkili X6 aldadaraq 10500 manat pulunu mənimsəməsi” barədə məlumatı yayan “X5 Mərkəzi” QHT-si deyil, ona qədər bu məlumatı bir gün əvvəl paylaşmış Abdulla Gülzaman adlı facebook istifadəçisidir. Belə çıxır ki, “X5 Mərkəzi” QHT-si Elvin Allahverdiyev barəsində məlumat paylaşana kimi “vəkil X18 müvəkkili X6 aldadaraq 10500 manat pulunu mənimsəməsi” barədə məlumat artıq yayılmışdı. Bu məlumatın sonrakı paylaşılması “vəkil X18 müvəkkili X6 aldadaraq 10500 manat pulunu mənimsəməsi” barədə deyil, Elvin Allahverdiyevin belə bir iddiada olması barədə olub. Yuxanda göstərilənlərə görə “X5 Mərkəzi” QHT-nin əməlində cinayət tərkibi yoxdur. Bu da xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən imtina edilməsi üçün əsasdır. Vətəndaşın bir vəzifəli şəxsin və yaxud ədalət mühakiməsinin həyata keçirilməsində mühüm rollardan birini oynayan “vəkillik institutunu” təmsil edən bir şəxsin korrupsiyada iştirakını göstərən bir iddiası həddən artıq ictimai diqqət tələb edən bir məsələdir. Çünki belə bir iddia yalnız hər hansı fərdin aldadılması və maddi zərərə uğradılmasından əlavə cəmiyyətdə xüsusi nüfuza və etimada sahib olmalı olan bir mexanizmin, ədalət mühakiməsi institutunu bütövlükdə zərbə altına alır. Belə olan təqdirdə vətəndaşın belə müraciəti ictimai həssas məsələdir. Belə bir məsələ ilə bağlı məlumat (Elvin Allahverdiyevin ondan azadlığa buraxılması üçün pul istənilib alınması barədə müraciəti) barədə cəmiyyətin məlumatlandırılmaqla ifadə azadlığından istifadə edilməsi yol verilən sayılmalıdır.” Azərbaycan Respublikası Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, X19 barəsəsində xx.xx.1999-cu il tarixdə Nərimanov Rayon Polis İdarəsində həmin dövrdə qüvvədə olan Cinayət Məcəlləsinin 93-7-ci maddəsinin 4-cü hissəsi ilə 75407 saylı material olmuş, lakin həmin araşdırmanının nəticəsi barədə hər hansı məlumat göstərilməmişdir. Bundan başqa X4 Şəhər Kəpəz Rayon Məhkəməsinin xx.xx.2001-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə təqsirli bilinərək 8 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2001-ci il tarixli aministiya qərarına əsasən cəzadan azad edilmişdir. Elektron Məhkəmə informasiya sistemindən əldə edilmiş çıxarışdan görünür ki, X2, xx.xx.1994-cü il təvəllüdlü Cəfərova Aynurə, xx.xx.2001-ci il təvəllüdlü Cəfərli Əlibeyrək və xx.xx.2008-ci il təvəllüdlü Cəfərli Amin adlı övladları var. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları, tərəflərin izahatlarını, şikayət və etirazın məzmununu, o cümlədən qanunvericiliyin müvafiq müddəalarını ətraflı və hərtərəfli təhlil edərək belə nəticəyə gəlir ki, X12 19 aprel 2025-ci il tarixində “Facebook” sosial şəbəkəsindəki “X5 Mərkəzi” adlı səhifə vasitəsilə yaydığı məlumat qəsdən və bilə-bilə yalan xarakter daşıyan, şəxsin şərəf və ləyaqətini ləkələyən və onu cəmiyyətdə nüfuzdan salan məzmuna malik olmuşdur və bu əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə nəzərdə tutulmuş böhtan cinayətinin tərkibini yartımışdır. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, X19 xx.xx.2025-ci il tarixdə “X5 Mərkəzi” İB-nin rəsmi “Facebook” səhifəsində vəkil X26 barəsində aşağıdakı məzmunlu məlumat yayımlamışdır: “Vəkillər Kollegiyasının İntizam Komissiyasının üzvü, 14 saylı Vəkil Bürosunun vəkili X26 müvəkkili X6 aldadaraq 10500 manat pulunu mənimsəyib. Bu barədə müvəkkili Allahverdiyev Elvin məlumat yayıb və aidiyyəti orqanlardan kömək istəyir.” Qeyd olunan paylaşımda hüquqi baxımdan cinayət xarakterli davranış – mənimsəmə barədə fakt kimi məlumat yayılmış, iddia açıq formada, qəti və təkzibedilməz üslubda ifadə edilmiş, konkret hüquqi məsuliyyət yaradan ifadədən – “mənimsəyib” sözündən istifadə edilmişdir. Məhkəmə araşdırma zamanı müəyyən edilmişdir ki, oxşar məzmunda ilkin paylaşım 18 aprel 2025-ci ildə “Abdulla Gülzaman” adlı “Facebook” istifadəçisi tərəfindən yayımlanmış, lakin həmin payıaşımda yalnız “aldadaraq pul alındığı” iddia olunmuş, “mənimsəmə” kimi hüquqi məsuliyyət doğuran ifadə işlədilməmişdir. X19 isə həmin məlumatı bir gün sonra, yəni 19 aprel 2025-ci ildə özünün rəhbəri olduğu qeyri-hökumət təşkilatının rəsmi səhifəsində yayımlayarkən, orijinal mənbənin məzmununu təhrif etmiş, faktiki olaraq həmin iddianı ağırlaşdıraraq cinayət ittihamı səviyyəsinə çatdırmışdır. Bu halda paylaşımın yalnız ötürülməsi deyil, onun təhrif olunaraq təqsirləndirici formaya salınması, məlumatın yalan olduğunu bilə-bilə və qərəzli şəkildə yayılması məhkəmə tərəfindən sübuta yetirilmişdir. Belə ki, Elvin Allahverdiyev adlı şəxsin və ya onun ailəsinin bu xüsusda hüquq-mühafizə orqanlarına rəsmi müraciəti qeydə alınmamış, Elvin Allahverdiyev hazırda cəzaçəkmə müəssisəsində cəza çəkir və onun vəkil barədə belə bir şikayət etdiyi sübut olunmamış, nə vəkil Elvin Əliyev barəsində başlanmış istintaq var, nə də onun barəsində müvafiq orqanlar tərəfindən rəsmi araşdırma aparılmış, onun peşə fəaliyyətində bu fakta dair hər hansı intizam tənbehi və ya Vəkillər Kollegiyasının qərarı yoxdur. Eyni zamanda “müraciət” olduğu iddia edilən məlumatın əsasında rəsmi sənəd deyil, sosial şəbəkədə fərdi istifadəçi tərəfindən yazılmış subyektiv status dayanmışdır. Göründüyü kimi yayılan məlumat faktlara əsaslanmayan, heç bir hüquqi və ya sübutedici dayağa malik olmayan, şəxsin nüfuzuna açıq şəkildə zərər vurmaq məqsədi daşıyan böhtan xarakterli məlumat olmuşdur. Bundan başqa Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsinə əsasən, böhtan – yalan olduğunu bilə-bilə, hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatların kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərlərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayılması ilə törədilən əməldir. X12 paylaşımı isə kütləvi xarakter daşıyan sosial şəbəkə vasitəsilə yayılmış, hər hansı istinad və ya ehtiyatlılıq forması olmadan, qəti fakt kimi təqdim edilmiş və cinayət xarakterli davranışı vəkil Elvin Əliyevə aid etmişdir. Bu hal qanunda nəzərdə tutulmuş böhtan cinayətinin bütün obyektiv və subyektiv tərkib əlamətlərini tam şəkildə özündə ehtiva edir. Şəxsin bu məlumatı yayarkən onun həqiqiliyini yoxlamaması, məlumatın həqiqətə uyğun olub-olmadığını müəyyən etməməsi, mövqeyini əvvəlcədən ictimai qınaq formalaşdırmaq niyyəti ilə ifadə etməsi onun birbaşa qəsdlə və qərəzli şəkildə hərəkət etdiyini sübut edir. Məhkəmə eyni zamanda qeyd edir ki, ifadə azadlığı hüququ fundamental hüquqlardan biri olsa da, bu hüquq başqalarının hüquqlarının pozulması bahasına həyata keçirilə bilməz, hüquqi dövlətlərdə ifadə azadlığı ilə şərəf və ləyaqətin müdafiəsi hüququ arasında balans qorunmalıdır, vicdanlı məlumat yayımı ilə böhtan xarakterli təqsirləndirmə birbirindən prinsipial şəkildə fərqlənir. X19 ifadə azadlığı hüququndan qərəzli şəkildə suiistifadə edərək, bu hüququ şəxsi reputasiyaya hücum vasitəsinə çevirmişdir. X7 vəkil X21 şərəf və ləyaqətinə, işgüzar nüfuzuna ağır zərbə vuran, yalan olduğunu bildiyi halda yaydığı məlumatla onun barəsində cəmiyyətdə dələduz obrazı formalaşdırmağa çalışmış və AR Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə eyni zamanda təqsirləndirilən şəxsin özünü müdafiə üçün gətirdiyi hər bir dəlilə ayrı-ayrılıqda qiymət verilməsini vacib hesab edir. Təqsirləndirilən şəxsin “onun paylaşımında yalnız başqa şəxsin dediyi məsələlər ifadə olunmuşdur” dəlilinə məhkəmənin münasibəti: Məhkəmə təqsirləndirilən şəxsin qeyd edilən dəlilini əsassız hesab edir. Çünki yayılan məlumatda nə "deyilir ki", "iddia olunur", "bildirilir ki" və ya "məlumata görə" kimi ehtiyatlı ifadələr işlədilmiş, nə də kənar mənbəyə dəqiq istinad edilmişdir. Əksinə, fakt kimi, qəti cümlə ilə, müstəqil şəxsi fikri kimi təqdim olunmuşdur. Bu isə məlumatın məsuliyyətini paylaşanın üzərinə qoyur. Təqsiləndirilən şəxsin “X5 Mərkəzi” İctimai Birliyi yalnız vətəndaş müraciətlərini ictimailəşdirir, informasiyanın müəllifi deyil” dəlilinə münasibətdə məhkəmə qeyd edir ki, “Facebook” sosial şəbəkədəki səhifə “X5 Mərkəzi”nin adına qeydiyyatdan keçmişdir və rəhbər şəxs X16r. O, ictimai çıxışlarında bu səhifəyə nəzarət etdiyini özü də təsdiq etmişdir. Paylaşımda istifadə olunan dil isə sırf mərkəzə və onun rəhbərinə aid baxışları əks etdirir. Hazırkı məlumatın ictimailəşdirilməsi deyil, dəyişdirilərək böhtan xarakterli formada yayılması isə məhkəmə baxışı zamanı sübuta yetirilmişdir. Təqsirləndirilən şəxsin yayılan məlumat “X5 Mərkəzi”nə ünvanlanmış rəsmi müraciət əsasında olmuşdur” dəlilinə münasibətdə məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxs X30 Allahverdiyevin birbaşa və şəxsən onların mərkəzinə müraciət etmədiyini etiraf etmiş, mərkəzə onun həyat yoldaşının müraciət etdiyini bildrimişdir. X15 həyat yoldaşının təqdim etdiyi bildirilən xx.xx.2025-ci il tarixli məktubun məzmunu bu paylaşımda qeyd olunan “mənimsəmə” iddiasını sübut etmir, Cəfərli Fikrət isə xx.xx.2025-ci il tarixli paylaşımda ümumiyyətlə həmin məktuba istinad etməmişdir. Bundan başqa həmin müraciət yalnız şəxsi narahatlığı əks etdirir, fakt təqdim etmir, hüquqi məzmun daşımır və vəkilin cinayət törətdiyi barədə məlumat vermir. Təqsirləndirilən şəxsin “Məlumat bir gün əvvəl başqa bir jurnalist tərəfindən də paylaşılmışdır” dəlilinə münasibətdə isə məhkəmə qeyd edir ki, hüquqi nöqteyi-nəzərdən bu, məsuliyyətdən azad edən hal deyil. Əgər şəxs yalan və ya şübhəli bir məlumatı müstəqil şəkildə yenidən yayırsa, bu, informasiya ötürülməsi deyil, yeni bir yayım aktıdır və həmin şəxsi məsuliyyətdən azad etmir. Üstəlik, Cəfərli Fikrət paylaşmanı edərkən həmin jurnalistin statusunu təhrif etmiş, ifadəni cinayət xarakterli tərkiblə dəyişdirmişdir. Yuxarıda qeyd edilənləri ümumiləşdirərək məhkəmə hesab edir ki, X19 tərəfindən yayılan məlumat yalan olduğunu bilə-bilə, hüquqi əsas və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hər hansı hökmü olmadan, kütləvi informasiya vasitəsi ilə ictimaiyyətə təqdim edilmiş, bu məlumat vəkil X18 şərəf və ləyaqətini ləkələmiş, onu dələduz obrazında təqdim edərək dələduzluqda ittiham etmiş, onun peşə fəaliyyətinə, cəmiyyət qarşısında etibarına və işgüzar nüfuzuna mənfi təsir göstərmiş, törədilmiş həmin əməl birbaşa qəsdlə, cinayət nəticələrinin fərqində olaraq və ictimai rezonans yaratmaq məqsədi ilə həyata keçirilmişdir ki, bununla da X19 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsi hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verir. Azərbaycan Respublikasının Konstitusiyasının 46-cı maddəsində hər kəsin öz şərəf və ləyaqətini müdafiə etmək hüququ təsbit edilmişdir. Göründüyü kimi, Azərbaycan Respublikasının Konstitusiyası fikir və söz azadlığı kimi, hər kəsin şərəf və ləyaqətinin müdafiə hüququna da eyni qaydada təminat nəzərdə tutmuşdur. Konvensiyanın istinad olunan 10-cu maddəsində də nəzərdə tutulur ki, maddənin 1ci bəndində təminat verilən azadlıqların (fikri ifadə etmək azadlığı) həyata keçirilməsi «...mənəviyyatın qorunması üçün, digər şəxslərin nüfuzu və hüquqlarının müdafiəsi üçün,...qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olan müəyyən rəsmiyyətə, şərtlərə, məhdudiyyətlərə və ya sanksiyalara məruz qala bilər» Azərbaycan Respublikası CinayətProsesual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbirliyi müəyyənləşdirilir. Məhkəmə hökmü hər hansı əməli törətməkdə təqsirləndirilən şəxslərin təqsirli olubolmaması kimi həyati əhəmiyyətli məsələni və bununla da müəyyən mənada həmin şəxsin gələcək taleyini həll etdiyi üçün prosessual qanunvericilik onunla bağlı konkret tələblər irəli sürür. Cinayət prosesual qanunvericiliyə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, CPM-nin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Hökmün əsaslı olması üçün isə, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir (CPM- nin 349.3., 349.4., 349.5-ci maddələri). Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə bir daha qeyd edir ki, X13 əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsinin tərkib əlamətləri vardır. Bununla əlaqədar məhkəmə həmçinin aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Şərəf – cəmiyyətin üzvü kimi insanın əxlaqi, mənəvi, mədəni keyfiyyətlərinə, başqa şəxslərə, dövlətə, cəmiyyətə münasibətinə görə ona verilən ictimai qiymətdir. Ləyaqət – şəxsin özünə, özünün davranışına, mənəvi və əxlaqi dünyagörüşünə, cəmiyyətdə tutduğu mövqeyinə özünün verdiyi qiymətdir. Nüfuz – şəxsin cəmiyyətdə, kollektivdə, dostlarının əhatəsində, təşkilatda öz qabiliyyətinə, mövqeyinə, ictimai əhəmiyyət kəsb etməsinə görə başqa şəxslər tərəfindən ona verilən qiymətdir. Şərəf və ləyaqəti ləkələyən məlumatlar dedikdə, əxlaqi prinsiplər, istehsal təsərrüfat, xidmət və ictimai fəaliyyətlə əlaqədar cəmiyyət, kollektiv və yaxud ayrı-ayrı şəxslər arasında vətəndaş barəsində mənfi rəy yaradan məlumatlar başa düşülür . Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsinə görə böhtan, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, mediada və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayma— min manatdan min beş yüz manatadək miqdarda cərimə ilə və ya iki yüz qırx saatdan dörd yüz səksən saatadək müddətə ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” 21 fevral 2014-cü il tarixli 3 saylı qərarının 5-ci bəndinə əsasən böhtan və təhqir xarakterli məlumatlar mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, elektron vasitələrlə yayınlanmaqla, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə əks etdirilməklə və sair üsullarla yayıla bilər. Məhkəmə qeyd edir ki, şəxsin şərəf və ləyaqəti onun fundamental dəyəridir. Bu səbəbdən də şərəf və ləyaqət milli və beynəlxalq hüquqla qorunur və şərəf və ləyaqətə qəsd cinayət və ya mülki məsuliyyətə səbəb olur. BMT Baş Məclisinin 217 (İİİ) saylı 10 dekabr 1948-ci il tarixli qətnaməsi ilə qəbul edilmiş Ümumdünya İnsan Hüquqları Bəyannaməsinə görə: “Heç kəsin şəxsi və ailə həyatına özbaşına müdaxilə oluna, onun mənzil toxunulmazlığına, yazışma sirrinə, yaxud şərəfinə və adına özbaşına qəsd edilə bilməz. Hər bir insanın belə müdaxilə və qəsdlərdən qanunla müdafiə olunmaq hüququ var.” Baş Məclisin 16 dekabr 1966-cı il tarixli 2200-cu A (XXİ) nömrəli Qətnaməsi ilə qəbul edilmiş “Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Pakt”ın 17-ci maddəsində deyilir: “1. Heç kimin şəxsi və ailə həyatına özbaşınalıqla və yaxud qeyri-qanuni müdaxilə, onun evinin toxunulmazlığına və məktublaşmalarının gizliliyinə özbaşınalıqla və ya qeyriqanuni qəsd və ya onun ləyaqəti və nüfuzuna qeyri-qanuni qəsd edilə bilməz.

2. Hər bir insan belə müdaxilə və belə qəsdlərdən qanunla qorunmaq hüququna malikdir.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi” haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 saylı 21 fevral 2014-cü il tarixli qərarının 6-cı hissəsində qeyd edilir ki, Avropa Məhkəməsinin presedent hüququna müvafiq olaraq barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs tərəfindən yayılmış məlumatlarda fikrin və ya faktın əks etdirilməsi fərqləndirilməli və bu hala əhəmiyyət verilməlidir. Faktların mövcudluğu nümayiş oluna bilsə də, fikirlərin həqiqiliyi sübut oluna bilən deyildir. Fikirlərin həqiqiliyini sübut etmək tələbinə riayət etmək mümkün deyil və bu tələb Konvensiyanın 10-cu maddəsi ilə təmin edilmiş hüququn əsas hissəsi olan fikir azadlığının özünü pozur. Eyni zamanda, üçüncü tərəfin davranışı barədə iddialar irəli sürüldüyü hallarda bəzən faktın təqdimatı ilə fikirlər arasında fərqi müəyyən etmək çətin olur. Buna baxmayaraq, hətta fikirlər faktlara əsaslanmadıqda onlar olduqca əsassız ola bilər. Həmin Qərarın 7-ci hissəsində qeyd edilir ki, xüsusi ittiham qaydasında şikayətlər əsasında işlərə baxılarkən yayılmış məlumatların təhqir və ya tənqid xarakterli olmasına, onların xüsusi ittihamçının şəxsi və ya ictimai həyatına, siyasi fəaliyyətinə müdaxilə olub olmamasına diqqət yetirsinlər. Nəzərə alınmalıdır ki, Avropa Məhkəməsinin presedent hüququna görə, ifadə azadlığının həyata keçirilməsi özündə məsuliyyət və öhdəlikləri ehtiva edir, Konvensiyanın 10-cu maddəsi ilə jurnalistlərə verilən təminat isə onunla şərtlənir ki, onlar jurnalist etikasına müvafiq olaraq düzgün və etibarlı məlumatı təqdim etmək məqsədilə vicdanla fəaliyyət göstərsinlər. Birləşmiş Millətlər Təşkilatının 10 dekabr 1948-ci il tarixli Ümumdünya İnsan Hüquqları Bəyannaməsində və 16 dekabr 1966-cı il tarixli “Mülki və siyasi hüquqlar haqqında” Beynəlxalq Paktda, “İnsan Hüquqlarının və X11 haqqında” Avropa Konvensiyasında təsbit edilmiş şəxsi və ailə həyatına hörmət hüququ ilə əlaqədar olaraq qeyd olunur ki, hər kəsin şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır, hər hansı hal şəxsiyyətin ləyaqətinin alçaldılmasına əsas verə bilməz. Göründüyü kimi, insanın şərəfi, ləyaqəti və nüfuzu bir-biri ilə sıx surətdə bağlı olan mənəvi, əxlaqi və sosial dəyərlər olduğuna görə bu dəyərlər dövlət tərəfindən mühafizə və müdafiə olunur. “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin 21 fevral 2014-cü il tarixli Plenumunun 2-ci bəndində göstərilir ki, Məhkəmələrə izah edilsin ki, cinayət qanunvericiliyində xüsusi ittiham qaydasında cinayət təqibinə səbəb olan əməllərin törədilməsinə görə cinayət məsuliyyətinin nəzərdə tutulması hər kəsin mənəvi dəyəri olan şərəf və ləyaqətini, nüfuzunu qeyri-qanuni qəsdlərdən qorumaq məqsədi daşıyır. Beləliklə, məhkəmə hesab edir ki, X19 xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X23 dələduzluq cinayət əməlini törətməkdə ittiham edərək ona böhtan atmışdır, buna görə də o Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə təqsirli bilinərək cəzalanmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyillərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 aprel 2012-ci il tarixlə Qərarında müəyyən edilmişdir ki, Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir. Beləliklə, CM-in 59-cu maddəsinin məzmunundan görünür ki, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan və cinayət tərkibindən kənarda qalan müxtəlif hallardır. Məhkəmə araşdırması zamanı isə təqsirləndirilən şəxsin əməlində cəzanı yüngülləşdirən və ağırlaşıdran halların olması müəyyən edilməmişdir. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsin ona qarşı irəli sürülmüş ittihamı qəbul etməməsi və özünü təqsirli bilməməsi onun qanuni hüququdur və bu hal onun ziyanına şərh edilə bilməz. Lakin məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, təqsirləndirilən şəxs törətdiyi əməldən yayınmaq məqsədilə müxtəlif əsassız bəhanələr irəli sürmüş, xüsusi ittihamçı ilə barışıq əldə etmək üçün heç bir real addım atmamışdır. Bundan əlavə, təqsirləndirilən şəxs barəsində baxılan cinayət işini məqsədli şəkildə ictimailəşdirmiş, vətəndaşları məhkəmə iclasına gəlməyə təşviq etməklə prosesə xarici təsir göstərməyə cəhd etmişdir. Məhkəmə iclaslarında da o, ədalət mühakiməsinin obyektivliyini şübhə altına alaraq məhkəmənin nüfuzuna hörmətsizlik nümayiş etdirmişdir. Məhkəmə qeyd edilənləri onun şəxsiyyətini səciyələndirən hal kimi qiymətləndirir. Məhkəmə, cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, eləcə də, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, X28 oglunun cəmiyyətdən təcrid etmədən islah etmək mümkün deyil, cəzanın məqsədi ona təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və X17 azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Fikrət Cəfərlinin törətdiyi cinayət əməlinə tənqidi yanaşmaması da onun azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin ediləcəyi təqdirdə islah oluna biləcəyini istisna edir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs X19 CM-nin 147.1-ci maddəsi ilə təqsili bilinərək barəsində azadlıqdan məhrum etmə cəzası təyin edildiyindən hökmün icrasını təmin etmək məqsədi ilə onun barəsində həbs qətimkan tədbiri seçilməli, dərhal məhkəmə iclas zalından həbs edilməli, hökm qanuni qüvvəsini alanadək barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişidirilmədən saxlanılmal, cəzasının əvvəli xx.xx.2025-ci il tarixdən hesablanmalı və cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş üzrə xüsusi müsadirə olunmalı əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1; 344-347; 349; 351-353; 356; 381, 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə

hökm etdi:

X19 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 4 (ay) müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. X19 cəzasını ümumi rejimli cəzaşəkmə müəssisəsində çəksin və cəzasının əvvəli 29 iyul 2025-ci il tarixdən hesablansın. X19 barəsində həbs qətmikan tədbiri seçilsin və dərhal məhkəmə iclas zalından həbs edilsin. X19 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən elan olunduğu andan, təqsirləndirilən şəxs X17 isə hökmün surətinin verildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.

Hakim: Zamiq Bağırov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar