Məhkəmə qərarları › İş №1(001)-409/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-409/2025

05.08.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-409/2025 05.08.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ağayev Elçin Zəkəriyə oğlunun sədrliyi, X15 Novruz oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxsin nümayəndəsi X11, Müdafiəçi – Bakı şəhəri 11 saylı vəkil bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1980-ci ildə Ermənistan Respublikası Vardenis rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli-himayəsində 6 uşağı olan, ali təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, ünvan 1 ünvanda qeydiyyatda olmaqla ünvan 2 ünvanda yaşamış, barəsində “həbs” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 228.1 və 258.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs odlu silah və döyüş sursatlarını əldə etmiş, gəzdirmiş, saxlamış və daşımış, həmçinin lazımi icazə olmadan, qadağan edilmiş yerdə ovlanması tamamilə qadağan olunmuş heyvana qarşı qanunsuz ov etməklə zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmuşdur. Belə ki, o, naməlum mənbədən naməlum vaxtda və şəraitdə qanunsuz olaraq 01 ədəd 35199 nömrəli keçmiş SSRİ dövlətində Tula silah zavodunda 1961-ci ildə istehsal olunmuş, texniki cəhətdən saz və atəş üçün yararlı, odlu yivli silah hesab edilən 5.6 mm kalibrli, TOZ-16 modeli tək-tək atılan ov karabinini və xarici dövlətdə istehsal olunmuş, təyinatı üzrə istifadəyə və atəş üçün yararlı, 5,6 mm kiçik X2 tapançalardan və TOZ modelli yivli tüfənglərdən atəş açmaq üçün nəzərdə tutulmuş 05 ədəd döyüş sursatı hesab edilən patronları əldə edib üzərində gəzdirməklə idarə etdiyi “99OV500" qeydiyyat nişanlı “Toyota Prado" markalı avtomobilində saxlayıb Bakı şəhəri, Qaradağ rayonu, Ваkı-Ələt yolunun 47-ci kilometrliyinə daşımış, bu barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs 27 fevral 2025-ci il tarixdə saat 21:10-da Bakı şəhəri, Qaradağ rayonu, Ваkı-Ələt yolunun 47-ci kilometrliyində özünəməxsus idarə etdiyi **-OV-*** qeydiyyat nişanlı ‘‘Toyota Prado” markalı avtomobilin yanında olduğu zaman saxlanılaraq Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gətirilib orada saat 23:54-dən etibarən Təqsirləndirilən şəxs idarə etdiyi 99OV500 qeydiyyat nişanlı “Toyota Prado” markalı avtomobilinə özünün razılığı və iştirakı ilə keçirilmiş baxış zamanı həmin avtomobilin arxa yük yerindən qanunsuz olaraq əldə edib gəzdirməklə daşıyaraq saxladığı 01 ədəd 35199 nömrəli keçmiş SSRİ dövlətində Tula silah zavodunda 1961-ci ildə istehsal olunmuş, texniki cəhətdən saz və atəş üçün yararlı, odlu yivli silah hesab edilən 5,6 mm kalibrli, TOZ-16 modelli tək-tək atılan ov karabini və xarici dövlətdə istehsal olunmuş, təyinatı üzrə istifadəyə və atəş üçün yararlı, 5,6 mm kiçik X2 tapançalardan və TOZ modelli yivli tüfənglərdən atəş açmaq üçün nəzərdə tutulmuş 05 ədəd döyüş sursatı hesab edilən patronlar aşkar edilərək götürülmüşdür. Bundan başqa Təqsirləndirilən şəxs ovçuluq bileti və ov etmək üçün lazımi icazələri olmadan 2025-ci ilin fevral ayının sonlarında naməlum şəraitdə Zərərçəkmiş şəxs1 nəzdində olan İmişli rayonu ərazisində yerləşən Sarısı ovçuluq təsərrüfatında, yəni “Ovçuluq haqqında” Azərbaycan Respublikasının 20 aprel 2004-cü il tarixli Qanununun 21.2-ci maddəsinə əsasən ovçuluğun həyata keçirilməsi qadağan edilmiş xüsusi mühafizənin hüquqi rejimi tətbiq olunan fəaliyyət zonasında bir baş vəhşi heyvanın ovlanmasına görə təbiətə dəymiş ziyanın miqdarı 5,5 manat, ümumilikdə 16,5 manat olmaqla 03 baş qaşqaldaq (Fulica arta), bir baş vəhşi heyvanın ovlanmasına görə təbiətə dəymiş ziyanın miqdarı 5,5 manat olmaqla bir baş yaşılbaş ördəyi (Anas platyrhynchos), həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 iyul 2000-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Qırmızı Kitabı haqqında Əsasnamə” ilə təsdiq edilmiş Qırmızı Kitabının 3-cü nəşrinə və X9 İttifaqının “Qırmızı Siyahısı”na daxil edilməklə xüsusi mühafizə olunan və ovlanması tamamilə qadağan edilmiş vəhşi heyvan növlərinə aid bir baş vəhşi heyvanın ovlanmasına görə təbiətə dəymiş ziyanın miqdarı 330 manat, ümumilikdə 1980 manat olmaqla 06 baş Turacı (Francolinus francolinus) ölüdürüb, ovladığı quşları yaşadığı ünvan 3 ünvanına aparmış, 28 fevral 2025-ci il tarixdə Təqsirləndirilən şəxs yaşadığı ünvan 3 ünvanında özünün iştirakı və razılığı ilə axtarış və götürmə aparılan zaman həmin ünvanda yerləşən tikilidə olan dolabdan qeyd edilən 10 baş quş aşkar edilərək götürülmüş, nəticədə Təqsirləndirilən şəxs ovlanması tamamilə qadağan olunmuş heyvana qarşı qanunsuz ov etməklə zərərçəkmiş hüquqi şəxs Ekologiya və Təbii Sərvətlər Nazirliyinə xeyli miqdarda, yəni 2002 manat dəyərində ziyan vurmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 228.1 və 258.2.3-cü maddələri ilə ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, uzun müddətdir ki, ovçuluqla məşğul olur, özünəməxsus məxsus bir ədə İj markalı ov silahının, bundan başqa atası Sayad Məmmədovdan ona bir ədəd Toz yivli silahının qaldığını bildirmişdir. Həmin silahın sənədi olmamış, atası 2023-cü ilin sonlarında vəfat etdikdən sonra həmin silahdan da ov zamanı istifadə etmişdir. Əsasən rayonlara gedərək orada quş ovlamışdır. 27 fevral 2025ci il tarixdə saat 16 radələrində atasından qalan TOZ markalı silahı və qardaşının ov tüfəngini götürüb Qubostan rayonu ərazsisinə ov etmək üçün getmişdir. Qardaş onunla eyni həyətdə qaldığı üçün öz silahını qarajda seyfdə saxlamışdır. Seyfin açarı onda olmuşdur. O da Vüqarın evinə gedib seyfdən Vüqarın tüfəngini və patronlarını götürmüşdür. Toz markalı silahı və qardaşının ov tüfəngini patronlarla birlikdə götürüb özünəməxsus olan idarə etdiyi 99OV500 qeydiyyat nişanlı “Toyota Prado” markalı avtomobilin yük yerinə qoymuşdur. Bundan sonra Qobustan rayonu ərazisinə getmişdir. Qobustan rayonu ərazisində idarə etdiyi avtomobil palçıqda batmış, əvvəllər də tanıdığı Lökbatan rayonu ərazisində yaşayan Mürsəl Məlikova zəng edib ondan kömək istəmişdir. Mürsəl ona köməyə gələn zaman o artıq avtomobili çıxarmışdır. Bundan sonra Mürsəli də evinə aparmaq üçün avtomobilə əyləşdirmiş və Bakı şəhəri istiqamətində hərəkətə başlamışlar. Bakı-Ələt yolunun 47-ci kilometrliyində avtomobilin yanında olan zaman bir neçə nəfər mülki geyimdə olan şəxs onlara yaxınlaşaraq özlərini təqdim edib DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları olduqlarını bildirmişlər. Polis əməkdaşları ondan və Mürsəldən özlərini təqdim etmələrini xahiş etmişlər. Onlar özlərini təqdim etdikdən sonra polis əməkdaşları onun odlu silah və döyüş sursatı əldə edib saxlamaqla gəzdirməkdə şübhəli olduğunu bildirib barəsində qəbul edilmiş əməliyyataxtarış tədbirinin keçirilməsi barədə qərarla onu tanış etmişlər və onu avtomobillə birlikdə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət etmişlər. O buna etiraz etməyib polis əməkdaşları ilə birlikdə həmin Baş İdarəyə gəlmiş, Mürsəl Məlikov da onunla birlikdə Baş İdarəyə gəlmişdir. Baş İdarəyə gəldikdən sonra o hüquqlarının müdafiə edilməsi məqsədi ilə vəkil ilə təmin edilmişdir. O vəkillə tanış olub vəkilə etirazının olmadığını bildirmişdir. Daha sonra vəkillə təklikdə görüşmüşdür. Sonra barəsində şübhəli şəxs qismində tutma haqqında qərar qəbul olunmuşdur. Bundan sonra videoçəkilişdən istifadə edilməklə üzərində şəxsi axtarış və götürmə keçiriləcəyi bildirilmişdir. O etiraz etmədikdən sonra videoçəkilişlə üzərinə şəxsi axtarış və götürmə, Mürsəl Məlikovun üstünə isə baxış keçirilmişdir. Şəxsi axtarış zamanı ona təklif edilmişdir ki, üzərində qanunsuz əşya, odlu silah, döyüş sursatı və sair bu qism əşyalar varsa könüllü olaraq təqdim etsin. Bu təklifdən sonra o üzərində odlu silah və döyüş sursatı olmadığını bildirib əynində olan şalvarın cibindən 01 ədəd “İphone" markalı mobil telefonu və 01 ədəd avtomobil açarını, həmin şalvarın sol yan cibindən isə 01 ədəd göy rəngli parçadan hazırlanmış pul kisəsini çıxardıb təqdim etmiş, həmin pul kisəsi açıldıqda içərisindən özünə və ailəsinə məxsus sənədlər və pul vəsaiti aşkar edilmişdir. Həmin sənədlər və mobil telefon polis əməkdaşları tərəfindən götürülmüş, pul kisəsi, bank tərəfindən verilmiş ödəniş qəbzi, avtomobilin açarı və pul vəsaiti isə özünə geri qaytarılmışdır. Şifahi sorğu zamanı o üzərində odlu silah olmasa da idarə etdiyi “Toyota Prado" markalı, 99OV500 qeydiyyat nişanlı avtomobildə 02 ədəd, biri yivli, digəri isə yivsiz olan tüfəng saxladığını və həmin tüfəngləri avtomobilə baxış zamanı təqdim edə biləcəyini və bununla bağlı avtomobilinə baxış keçirilməsinə etirazının olmadığını bildirmiş, X6 üstünə baxış keçirilmiş, baxış zamanı ondan bir ədəd mobil telefon aşkar edilmiş, daha sonra mobil telefon onun özünə geri qaytarılmışdır. Mürsəl onun idarə etdiyi avtomobildə qanunsuz olaraq odlu silah gəzdirilməsindən məlumatsız olduğunu bildirmişdir. Daha sonra bununla bağlı protokol tərtib edilmiş, idarə etdiyi avtomobilə baxış keçirilməsinə etirazının olmaması barədə ərizə yazmış, videoçəkilişdən istifadə edilməklə avtomobilinə baxış keçirilməyə başlanılmışdır. O avtomobilin arxa yük yerində biri yivli olmaqla iki ədəd silahın və patronların olduğunu bildirib, avtomobilin arxa yük yerini açmışdır. Oradan biri futlyarın içərisində olmaqla iki ədəd tüfəngi təqdim etmişdir. Daha sonra qutu içərisində olan 128 ədəd patronu təqdim etmişdir. Həmin patronlardan 5 ədədi TOZ modelli yivli silahdan atəş açmaq üçün nəzərdə tutulmuşdur. Daha sonra həmin tüfənglər və patronlar qablaşdırılmış və möhürlənmişdir. Həmin əşyalardan Mürsəlin məlumatsız olduğunu bildirmişdir. Bundan başqa yaşadığı evdə aşkar edilmiş quşlarla bağlı bildirmişdir ki, həmin quşları həbs edilməmişdən bir neçə gün əvvəl İmişli rayonu ərazisində Sarısu adlanan ərzidə ovlayıb orada qida kimi istifadə etmək məqsədilə saxladığını, həmin quşları avtomobilindən aşkar edilmiş tüfənglər vasitəsilə ovlayıb gətirib evdə saxladığını, hava soyuq və şaxta olduğu üçün həmin quşları yaşadığı evin yanında olan saxlanc yerində saxladığını bildirmişdir. Əməlindən peşmandır. Müdafiəçi – Bakı şəhəri 11 saylı vəkil bürosunun vəkili Müdafiəçi1 bildirdi ki, təqsirləndirilən şəxs öz təqsirini etiraf etmiş, əməlindən peşman olduğunu dəfələrlə məhkəmə iclasında qeyd etmişdir. Təqsirləndirilən şəxs hazırda onkoloji xəstəlikdən əziyyət çəkir. Həmin xəstəliklə bağlı daimi müalicə almalı və əməliyyat edilməlidir. Ona görə də göstərilənlərin, habelə təqsirləndirilən şəxsin himayəsində 6 uşağı olduğunu, ilk dəfə cinayət törətdiyini, cinayəti nəticəsində vurduğu ziyanı ödədiyini, zərərçəkmiş şəxsin şikayəti olmadığını və digər halları nəzərə alaraq təqsirləndirilən şəxsə yüngül cəzanın təyin edilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxsin nümayəndəsi X16 məhkəməyə ərizə təqdim edərək bildirmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1 və 258.2.3-cü maddələri ilə təqsirləndirilən Təqsirləndirilən şəxs tərəfindən təbiətə vurulmuş maddi ziyan- 2002 manat məbləği Ətraf mühitin mühafizəsi fonduna tam şəkildə ödənildiyindən onun barəsində şikayətləri və tələbləri yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 27 fevral 2025-ci il tarixdə DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə Təqsirləndirilən şəxs qanunsuz olaraq odlu silah və döyüş sursatları əldə edib saxlaması, eyni zamanda üstündə daşıyaraq gəzdirməsi barədə məlumat daxil olmuş, alınmış məlumat barədə məruzə edilərək Təqsirləndirilən şəxs müəyyən edilib, ifşa olunması istiqamətində əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə 27 fevral 2025-ci il tarixli qərar çıxarılmış, BMCMİ-nin əməkdaşları-əməliyyat müvəkkilləri X5, X3 və Şahid1 ibarət onun rəhbərliyi ilə əməliyyat qrupu yaradılmışdır. Qərarın icrası ilə bağlı əməliyyat qrupunun üzvləri ilə birlikdə Təqsirləndirilən şəxs olması ehtimal edilən Bakı şəhəri, Qaradağ rayonu ərazisinə yollanmışlar. Əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərarın icra edilməsi ilə əlaqədar həmin günü saat 21:10-da Bakı şəhəri, Qaradağ rayonu, Bakı-Ələt yolunun 47-ci kilometrliyində yanında olan adının sonradan X13 olduğunu bildikləri şəxslə birlikdə idarə etdiyi “Toyota Prado’' markalı 99OV500 qeydiyyat nişanlı avtomobilin yanında onlar tərəfindən saxlanılmışdır. Onlar özlərini həmin şəxsə təqdim edib polis əməkdaşları olduqlarını bildirmişlər və həmin şəxsə öz anket məlumatlarını bildirməsini təklif etmişlər. Həmin şəxs özünü təqdim etdikdən sonra onun Təqsirləndirilən şəxs yanındakı şəxsin isə Mürsəl Məlikov olması müəyyən edilmişdir. Onlar əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərarı Təqsirləndirilən şəxs təqdim edərək həmin qərarla tanış edildikdən sonra qanunsuz olaraq odlu silah və döyüş sursatları əldə edib saxlamaqda, eyni zamanda üstündə daşıyaraq gəzdirməkdə şübhəli olmasını bildirmişlər. Bundan sonra Təqsirləndirilən şəxs üzərində keçiriləcək istintaq hərəkətləri üçün Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin inzibati binasına dəvət etmişlər Etibar da bu təklifi qəbul etmişdir. Baş İdarəyə gəldikdən sonra Təqsirləndirilən şəxs hüquqlarının müdafiə edilməsi məqsədi ilə dövlət hesabına müdafiəçi ilə təmin edilmiş, ona hüquq və vəzifələri izah edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxsə qanunsuz olaraq odlu silah və döyüş sursatları əldə edib saxlamaqda, eyni zamanda üstündə daşıyaraq gəzdirməkdə şübhəli bilindiyi və bununla bağlı ilkin olaraq videoçəkilişdən istifadə edilməklə onun üstünün yoxlanılacağı və üzərində olan əşyalara baxış keçiriləcəyi, Mürsəl Məlikovun üzərində isə baxış keçiriləcəyi bildirilmişdir. Təqsirləndirilən şəxs və Mürsəl Məlikov buna etiraz etmədiklərini bildirmişlər. Şəxsi axtarış, baxış və götürmə 27 fevral 2025-ci il tarixdə videoçəkiliş aparılmaqla həyata keçirilməyə başlanılmışdır. Şəxsi axtarış, baxış və götürmə aparılmasından əvvəl Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən odlu silah və döyüş sursatları, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs üstündə odlu silah və döyüş sursatı olmadığını bildirib əynində olan şalvarının sağ yan cibindən 01 ədəd “İphone” markalı mobil telefonu və 01 ədəd avtomobil açarını, həmin şalvarın sol yan cibindən isə 01 ədəd pul kisəsini çıxardıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Həmin pul kisəsindən aşkar edilmiş şəxsiyyət vəsiqəsi, sürücülük vəsiqələri, həmçinin ailə üzvlərinə məxsus sənədlər və mobil telefon iş üzrə əhəmiyyət kəsb etdiyindən götürülmüş, digər əşyalar ona geri qaytarılmışdır. Bundan başqa Təqsirləndirilən şəxs, təqdim etdiyi 01 ədəd avtomobil açarının idarə etdiyi “Toyota Prado” markalı, **-OV-*** qeydiyyat nişanlı avtomobilin açarı olmasını, 302 manat pulun isə özünə məxsus olduğunu və cinayət yolu ilə əldə edilməməsini bildirmiş, həmin açar və 302 manat pul vəsaiti də Təqsirləndirilən şəxs özünə geri qaytarılmışdır. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs üstündə odlu silah olmasa da idarə etdiyi ‘Toyota Prado” markalı, **- OV-*** qeydiyyat nişanlı avtomobilində 02 ədəd, biri yivli, digəri isə yivsiz olan tüfəng saxladığını və həmin tüfəngləri avtomobilə baxış zamanı təqdim edə biləcəyini və bununla bağlı avtomobilinə baxış keçirilməsinə etirazının olmadığını bildirmişdir. Bundan sonra X6 üstünə baxış keçirilmiş lakin, baxış zamanı Mürsəl Məlikovun üzərindən qanunla qadağan edilmiş əşya və predmet aşkar edilməmiş, həmçinin şifahi sorğu zamanı X19 Məmmədovun idarə etdiyi avtomobildə silah, döyüş sursatları, eləcə də qanunla dövriyyəsi qadağan edilmiş başqa hər hansı əşya və predmetin olub- olmaması barədə məlumatının olmadığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs idarə etdiyi avtomobilinə baxış keçirilməsinə etirazının olmadığını bildirmişdir. 27 fevral 2025-ci il tarixdə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin inzibati binasının həyətində saxlanılan Təqsirləndirilən şəxs idarə etdiyi 99OV500 qeydiyyat nişanlı “Toyota Prado" markalı avtomobilə videoçəkilişdən istifadə etməklə özünün razılığı və iştirakı ilə, həmçinin müdafiəçisinin iştirakı ilə baxış keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs təklif idarə etdiyi “Toyota Prado” markalı, 99OV500 qeydiyyat nişanlı avtomobildə odlu silah, döyüş sursatı, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyalar və ya sənədlər gizlədib saxlayırsa könüllü surətdə təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs idarə etdiyi avtomobilin arxa saxlanc (yük) yerində 02 ədəd tüfəng və həmin tüfənglərə aid patronlar saxladığını bildirib avtomobilin arxa saxlanc (yük) yerini açaraq baxışa təqdim etmişdir. Yük yeri açıldıqda orada olan çoxsaylı geyim əşyalarının üzərində, biri açıq vəziyyətdə, digəri isə parça futlyarın içərisində olmaqla ümumilikdə 02 ədəd tüfəngin olması aşkar edilmiş, ilk öncə parça futlyar yük yerindən çıxardılaraq açılmış və həmin futlyarın içərisindən 01 ədəd tüfəngin və 01 ədəd parça torbanın içərisində olan 04 ədəd tüng başlıqlarının olması müəyyən edilmiş, daha sonra yük yerində açıq vəziyyətdə olan digər tüfəngə baxış keçirilmiş, həmin tüfəngin “T 196İr” və “35199” yazılarının olması müşahidə edilmiş, bundan başqa Təqsirləndirilən şəxs avtomobilin yük yerində olan 01 ədəd yaşıl rəngli plastik qutunu təqdim edərək həmin qutunun içərisində avtomobilindən aşkar olunmuş tüfənglərdən atəş açmaq üçün nəzərdə tutulmuş patronların olduğunu bildirmişdir. Həmin plastik qutu açıldıqda içərisində 06 ədəd kağız patron qutusunun olması, hər bir qutunun içərisində isə müxtəlif saylarda və rənglərdə patrona bənzər predmetlərin olması aşkar edilmiş, plastik qutuda olan ümumi patrona bənzər predmetlər bir-bir sayıldıqda onların ümumi sayının 128 ədəd olması müəyyən edildi. Sözügedən patrona bənzər predmetlərin 123 ədədi rənginə görə fərqlənsələrdə, quruluşa görə bənzər, 05 ədəd patron isə fərqli quruluşa malik olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs idarə etdiyi avtomobilin yük yerindən aşkar edilmiş 02 ədəd tüfəng. 128 ədəd patron və 04 ədəd başlıq qablaşdırılaraq götürülmüş, möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Şifahi sorğu zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs idarə etdiyi avtomobildən aşkar edilmiş 02 ədəd predmetin tüfəng, 04 ədəd dəmir predmetin tüfəng başlığı, 128 ədəd predmetin isə patron olduğunu, həmçinin futlyarda olan tüfəngə bənzər predmetin qardaşına məxsus olan yivsiz tüfəng olduğunu, digərinin isə iki il öncə vəfat etmiş atasından yadigar qalmış “Toz 8” modelli yivli tüfəng olduğunu bildirmişdir. Bundan başqa təqdim olunmuş partonlardan 05 ədədi yivli tüfəngdə, qalan 123 ədəd partonun isə yivsiz tüfəngdə istifadə üçün nəzərdə tutulduğunu, sözügedən predmetləri ova marağının olması səbəbindən özündə saxlayaraq idarə etdiyi avtomobildə daşıdığını, eləcə də həmin predmetlərin onda olmasından başqa hər hansı şəxs və ya şəxslərin, o cümlədən onunla birlikdə saxlanılaraq Baş İdarəyə gətirilmiş Mürsəl Məlikovun məlumatının olmadığını bildirmişdir. Baxış davam etdirilərkən Təqsirləndirilən şəxs idarə etdiyi avtomobildən iş üzrə sübut əhəmiyyətinə malik başqa hər hansı əşya və predmetlər aşkar edilməmişdir. Şifahi sorğu zamanı Mürsəl Məlikov tanışı Təqsirləndirilən şəxs idarə etdiyi avtomobildən aşkar olunmuş predmetlərdən xəbərdar olmadığını bildirmişdir. Nərimanov Rayon Məhkəməsinin tərəfindən 28 fevral 2025-ci il tarixdə Təqsirləndirilən şəxs evində axtarış və götürmə aparılması barədə qəbul edilmiş qərar əsasında 28 fevral 2025-ci il tarixdə saat 23:28-də Təqsirləndirilən şəxs yaşadığı ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evində axtarış və götürmə aparılmış, axtarış və götürmə zamanı Təqsirləndirilən şəxs yaşadığı evin qapısını açmış və dəmir darvazadan həyətə daxil olmuşlar. Həyətə daxil olduqdan sonra həyətdə 3 ədəd tikilinin olması müşahidə edilmiş, darvazadan içəri daxil olduqda ön tərəfdə olan tikilinin giriş hissəsinə doğru hərəkət etmişlər. Dəmir qapı açılmış və içəri daxil olmuşlar. Tikiliyə daxil olduqda sağ divara paralel yerləşdirilmiş dolabın olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs dolabın sağ qapısını açıb orada olan parça futlyarı təqdim etmişdir. Parça futlyar açılıb içərisinə baxış keçirilən zaman oradan bir ədəd qundaq və lüləsi hissələrə ayrılmış vəziyyətdə olan P 31621 nömrəli tüfəng aşkar edilmiş, daha sonra dolabın sağ yuxarı hissəsindən 25 ədəd yaşıl rəngli patrona bənzər predmet aşkar edilmişdir. Təqsirləndirilən şəxs ovladığı quşların harada olması soruşulduqda o dolabın sol qapısını açıb quşların orada olmasını bildirmişdir. Dolabın sol qapısı açıldıqda yuxarı hissədə olan bir ədəd sellofan torba götürülüb içərisinə baxış keçirilən zaman narıncı rəngli 25 ədəd patrona bənzər predmetin olması aşkar edilmişdir. Daha sonra dolabın aşağı hissələrində olan 04 ədəd qara rəngli sellofan torbadan 04 ədəd ovlanmış quşun və 01 ədəd ağ rəngli sellofan torbada isə 06 ədəd ovlanmış quşun olması aşkar edilmişdir. Təqsirləndirilən şəxs ağ rəngli sellofan torbada aşkar edilmiş 06 ədəd quşun Turac quşları olmasını, 03 ədəd qara rəngli quşun Qaşqaldaq quşu və 01 ədədinin isə Çöl Ördəyi olmasını, həmin quşları təxminən 7 gün əvvəl İmişli rayonu, Sarısu adlanan ərazidə dolabdan aşkar edilmiş P 31621 nömrəli tüfənglə ovladığını bildirmişdir. Daha sonra dolabdan aşkar edilmiş 10 ədəd quş 01 ədəd qara rəngli sellofan torbada qablaşdırılmış, möhürlənmiş və üzəri imzalanmışdır. Daha sonra aşkar edilmiş ümumilikdə 50 ədəd patron bir ədəd ağ sellofan torbada qablaşdırılmış, möhürlənmiş və üzəri imzalanmışdır. Daha sonra aşkar edilmiş 01 ədəd P 31621 nömrəli tüfəng parça futlyarda qablaşdırılmış, möhürlənmiş və üzəri imzalanmışdır. Təqsirləndirilən şəxs yaşadığı evdə başqa qanunla qadağan edilmiş əşya və predmet olmadığını bildirmişdir. Daha sonra qeyd edilən tikiliyə baxış keçirildi, lakin iş üzrə əhəmiyyət kəsb edən əşya və predmet aşkar edilməmiş, bundan sonra axtarış və götürmə istintaq hərəkətinin keçirilməsinin nəticəsinə dair protokol tərtib edilməsi üçün BMCMİ-nin inzibati binasına gəlmişlər, inzibati binada baş verənlər barədə protokol tərtib edilmiş və düzgün olduğu üçün tərəflərindən imzalanmışdır. Şahid qismində dindirilmiş Şahid1 oxşar ifadə verərək Şahid2 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Cinayət işi başlanması və icraata qəbul edilməsi haqqında 28 fevral 2025-ci il tarixli qərardan görünür ki, faktla bağlı Azərbaycan Respublikası CM-in 228.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılıb icraata qəbul edilmişdir (cild 1, i.v 1). Şübhəli şəxsin tutulması haqqında 27 fevral 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 21:10-da Azərbaycan Respublikası CM-in 228.1ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (cild 1, i.v 21). “Şəxsi axtarış və götürmə aparılması” haqqında 27 fevral 2025-ci il tarixli protokoldan görünür ki, şəxsi axtarış,baxış və götürmə zamanı Təqsirləndirilən şəxs DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin inzibati binasnın həyətində saxlanılan idarə etdiyi ** OV *** qeydiyyat nişanlı “Toyota Prado” markalı avtomobildə odlu silah saxladığını etiraf etmişdir (cild 1, i.v.29-31). “Avtomobilə baxış keçirilməsi və əşyaların götürülməsi” haqqında 28 fevral 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs BMCMİ-nin əməkdaşları tərəfindən Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin inzibati binasına gətirilmiş və Baş İdarədə təhqiqatçı Orxan Məmmədov tərəfindən Təqsirləndirilən şəxs idarə etdiyi 99OV500 qeydiyyat nişanlı «Toyota Prado» markalı avtomobilinə keçirilmiş baxış zamanı avtomobilin arxa saxlanc yerindən 01 ədəd 35199 nömrəli yivli ov karabini, 01 ədəd 12 kalibrli yivsiz ov tüfəngi, 123 ədəd 12 kalibrli patron 05 ədəd 5,6 mm kiçik kalibrli patronlar aşkar edilərək götürülmüşdür (cild 1, i.v.35-37). Azərbaycan Respublikası DİN-in Kriminalistik Tədqiqatlar İdarəsinin ballistik ekspertizasının 28 fevral 2025-ci il tarixli 25/329 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 01 ədəd 351 nömrəli silah, keçmiş “SSRİ” dövlətində Tula silah zavodunda 1961-ci ildə istehsal olunmuş, 5,6 mm kalibrli, TOZ-16 modelli tək-tək atılan ov karabinidir, odlu yivli silahdır. Həmin silah quş və xırda heyvan ovlamaq üçün nəzərdə tutulmuşdur, texniki cəhətdən sazdır və atəş üçün yararlıdır. Silahın təyinatı hər hansı bir dəyişikliklərə məruz qalmamışdır. Tədqiqata təqdim edilmiş 01 ədəd BP-72244-B nömrəli silah, zavod üsulu ilə İtaliya dövlətində, silah zavodunda istehsal olunmuş 12 kalibrili, Franchi AFFİNİTY 3.5 modelli sürgülü, hamar lüləli, öz-özünə dolan ov tüfəngidir, odlu yivsiz silahdır, texniki cəhətdən sazdır və atəş üçün yararlıdır. Silahın təyinatı hər hansı bir dəyişiklərə məruz qalmamışdır. Tədqiqata təqdim edilmiş 123 ədəd patronlar zavod üsulu ilə, xarici dövlətdə ştehsal olunmuş həmin kalibrli hamar lüləli ov silahlarından atəş açmaq üçün nəzərdə tutulmuş 12x70 kalibrli ov patronlarıdır, ov döyüş sursatıdırlar, istifadəyə və atəşə yararlıdırlar. Tədqiqata təqdim edilmiş 05 ədəd patronlar xarici dövlətdə, zavod üsulu ilə stehsal olunmuş, həmin X2 tapançalardan və TOZ modelli yivli tüfənglərdən atəş açmaq üçün nəzərdə tutulmuş 5,6 mm kiçik Kalibrli patronlarıdır. döyüş sursatı hesab olunur, istifadəyə və atəşə yararlıdırlar. Tədqiqata təqdim edilmiş 03 ədəd boru və 01 ədəd açar zavod üsulu ilə xarici dövlətdə istehsal olunmuş, borular 12 kalibrli hamar lüləli ov silahların istifadə .dərkən atışın məsafəsinin dəqiqliyini azaltmaq və ya artırmaq üçün nəzərdə tutulmuş boğucu borulardır, 01 ədəd açar isə boruları silahın lüləsinə bərkitmək üçün nəzərdə tutulmuş ləvazimatdır. Həmin əşyalar döyüş sursatı hesab edilmirlər. TOZ- 16 modelli silahdan eksperimental atəşlər zamanı əldə olunmuş güllə və gilizlər DİN-nin KTİ-də yerləşən güllə-giliz kartotekasında olan açılmamış cinayətlər üzrə hadisə yerindən götürülmüş güllə-gilizlərlə müqayisə edildi. Müqayisəli tədqiqat zamanı eynilik aşkar edilməmişdir (cild 1, i.v 58-63). Təqsirləndirilən şəxs qismində cəlb etmə barədə 28 fevral 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikası CM-in 228.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə ittiham elan edilmişdir (cild 1, i.v. 78-79). Qətimkan tədbiri seçilməsi barədə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 28 fevral 2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində əvvəli 27 fevral 2025-ci il tarixdən hesablanmaqla üç ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir (cild 1, i.v 96-101). “Fərdi yaşayış evində axtarış keçirilmə və götürülmə” barədə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 28 fevral 2025-ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə ibtidai istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə təqsirləndirilən Təqsirləndirilən şəxs yaşadığı ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evində axtarış keçirilməsi və götürmə aparılması qərara alınmışdır (cild 1, i.v 110). “Axtarış və götürmə aparılması" haqqında 01 mart 2025-ci il tarixli protokolundan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı ünvan 3 ünvanında yerləşən evdə axtarış və götürmə aparılan zaman həyətdə olan tikilinin içərisinə daxil olduqda sağ tərəfdə divara paralel şəkildə yerləşdirilmiş dolabdan 50 ədəd patron, 01 ədəd P 31621 nömrəli tüfəng və 10 baş ovlanmış quş növü aşkar edilmişdir (cild 1, i.v 111-113). Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 20 may 2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti 02 ay, yəni xx.xx.2025-ci il tarixinədək uzadılmışdır (cild 1, i.v 178-180). Azərbaycan Respublikası DİN-in Kriminalistik Tədqiqatlar İdarəsindən daxil olmuş 04 aprel 2025-ci il tarixli 25/545 nömrəli məhkəmə-ballistik ekspertizasının rəyində qeyd edilmişdir ki, tədqiqata təqdim edilmiş 01 ədəd P-31621nömrəli silah, Rusiya dövlətində zavod üsulu ilə İjevsk silah zavodunda istehsal olunmuş 16 kalibrili İJ-12 modelli çaxmaqsız, şaquli qoşa hamar lüləli ov tüfəngidir, odlu yivsiz silahdır, texniki cəhətdən sazdır və hər iki lülədən atəş üçün yararlıdır. Silahın hissə mexanizmləri üzərində kənar kustar üsulla sonradan heç bir əlavə və dəyişiklik edilməmişdir. Tədqiqata təqdim edilmiş 25 ədəd patronlar zavod üsulu ilə xarici dövlətdə istehsal olunmuş 16x70 kalibrli ov patronlarıdır, həmin kalibrli hamar lüləli ov lahlarmdan atəş açmaq üçün nəzərdə tutulmuş ov döyüş sursatıdırlar, təyinatı üzrə istifadə və atəş üçün yararlıdırlar. Tədqiqata təqdim edilmiş 25 ədəd patron zavod üsulu ilə xarici dövlətdə istehsal olunmuş 12x70 kalibrli, idman təlim məşq üçün nəzərdə tutulmuş patronlardır, döyüş sursatı hesab edilmirlər. Həmin patronlar təyinatı üzrə istifadə və atəş üçün yararlıdırlar. DİN-in KTİ-də yalnız yivli odlu silahların qeydiyyatı aparıldığından qərarda qeyd olunan «Təqdim edilmiş 01 ədəd tüfəngə oxşar dəmir predmet odlu silah hesab edilirsə həmin silah Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin KTİ -nin “güllə-giliz kartotekasın”-da qeydiyyatdadırmı?» suala cavab verilməmişdir (cild 1, i.v 191-195). Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən daxil olmuş 22 may 2025-ci il tarixli 7/719 nömrəli məhkəmə-bioloji ekspertizasının rəyində göstərilir ki, tədqiqata təqdim edilmiş Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X7 Xidmətinin 06 mart 2025-ci il tarixli 3-14-17/2-074/2025 tarixli məktubuna əsasən 10 baş quş növü müəyyən edilərək 3 baş qalşqaldaq (Fulica atra), 1 baş yaşılbaş ördək (Anas platyrhynchos), 6 baş isə turac (Francolinus francolinus) quş növlərinə aiddirlər (cild 1, i.v 199-201). Zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin tanınması haqqında 27 may 2025-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş hüquqi şəxs Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nümayəndəsi qismində X14 tanınmışdır (cild 1, i.v 206). Cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında 03 iyun 2025-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə əməllər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsindən həmin Məcəllənin 228.1 və 258.2.3-cü maddələrinə tövsif edilməklə ibtidai istintaq həmin maddələrlə davam etdirilməsi qərara alınmışdır (cild 1, i.v 213-214). Təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında 03 iyun 2025-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1 və 258.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirləndirilən Təqsirləndirilən şəxs qismində cəlb olunmuş və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1 və 258.2.3-cü maddələrində nəzərdə tutulan yenidən ittiham elan edilmişdir (cild 1, i.v 217-219). Sübutların qiymətləndirilməsi haqqında 10 iyun 2025-ci il tarixli qərardan görünür ki, 01 ədəd nömrəsi 35199 nömrəli TOZ-16 modelli yivli ov karabini, 05 ədəd 5,6 mm kalibrli patronlar və 10 baş quş maddi sübut kimi tanınmış və tədqiqatdan sonra qalıq qalmış 03 ədəd 5,6 mm kalibrli patronlar və 01 ədəd nömrəsi 35199 nömrəli TOZ-16 modelli yivli ov karabini məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə təyinatı məsələsi həll edilənədək saxlanmasından ötrü Azərbaycan Respublikası DİN-in BMCMİ-nin maddi sübutları saxlama kamerasına təhvil verilmiş, Təqsirləndirilən şəxs tərəfindən qanunsuz olaraq ovlanılmış 10 baş quş növü Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X7 Xidmətinə təhvil verilmiş, şəxsi axtarış, baxış və əşyaların götürülməsi protokolu, baxış və götürmə protokolu və axtarış və götürmə protokoluna əlavə edilmiş 03 ədəd DVD disk maddi sübut kimi tanınaraq cinayət işi materiallarında saxlanılması nəzərə alınmışdır (cild 1, i.v 229-244). Məhkəmə Təqsirləndirilən şəxs istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Bu mənada məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 228.1 və 258.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliliyi öz ifadəsi ilə yanaşı, şahidlərin ifadələri və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Ona düzgün olaraq Cinayət Məcəlləsinin 228.1 və 258.2.3-cü maddələri ilə ittiham irəli sürülmüşdür. Onun hərəkətlərinə münasibətdə əməlin cinayət olmasını aradan qaldıran hallar və əsaslar yoxdur. Odur ki, təqsiri tam sübuta yetirildiyinə görə cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bununla bağlı məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır (CM-in 48-ci maddəsi, CM-in 53.4 və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 23 iyul 2004-cü il və 17 mart 2011ci il tarixli qərarları). Məhkəmə Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işinin materiallarında olan xx.xx.2025-ci il tarixli Tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild 1, i.v.169). Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş qohumluq məlumatlarına əsasən Təqsirləndirilən şəxs 2008-ci il təvəllüdlü Aişə, 2010-cu il təvəllüdlü Zəkəriyyə, 2011-ci il təvəllüdlü Harun və Musa, 2017-ci il təvəllüdlü İshaq, 2021-ci il təvəllüdlü Sayad adlı uşağı var. Müdafiə tərəfindən təqdim edilmiş X10 tərəfindən verilmiş 30 aprel 2025-ci il tarixli lazımi qaydada tərcümə edilmiş tibbi sənəddən görünür ki, xəstə Təqsirləndirilən şəxs ilk dəfə 2017-ci ilin iyul ayında gözünün şişməsi şikayəti ilə müraciət etmişdir. Müayinə zamanı sağ orbitdə törəmə aşkarlanıb və cərrahiyyə tövsiyə olunmuşdur. Xəstəyə 15 avqust 2017-ci il tarixində orbital şişin kəsilməsi əməliyyatı tətbiq edilmişdir. Patologiya hesabatı venoz malformasiya idi. Sonradan xəstə müntəzəm təqiblər üçün gələn xəstənin şikayətləri təkrarladığı üçün müayinələr aparılmış və retrobulbar bölgədə müxtəlif ölçülü törəmələr aşkar edilmişdir. Əlavə cərrahi əməliyyata ehtiyacı var. Məhkəmə Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsin himayəsində 6 yetkinlik yaşına çatmayan övladı olduğunu, 59.1.13-cü maddəsinə əsasən cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsini, 59.2-ci maddəsinə əsaslanmaqla ilk dəfə ictimai təhlükəli əməl törətdiyini, əməlini etiraf etdiyini və peşmançılığını, habelə onkoloji xəstəliyini və cərrahi əməliyyata ehtiyacını Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi müəyyən edir. Məhkəmə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən etmir. Məhkəmə, təqsirləndirilən şəxsin törətdiyi CM-in 228.1-ci maddəsində nəzərdə tutulmuş əməlin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq, ona azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini zəruri hesab edir. Bununla yanaşı, şəxsin sağlamlıq vəziyyəti yəni onkoloji xəstəlikdən əziyyət çəkməsi və cərrahi əməliyyata ehtiyacı məhkəmənin cəzanın növü və həddi barədə qərar qəbul edərkən diqqət mərkəzində saxladığı mühüm yüngülləşdirici haldır. Çünki günümüzdə belə ağır xəstəliklərin daimi və fasiləsiz tibbi nəzarət və müalicə tələb etməsi mübahisəsiz haldır və şəxsin islah olunması məqsədinə onun sağlamlıq vəziyyəti nəzərə alınmadan, uzunmüddətli azadlıqdan məhrum etmə ilə nail olunması qeyri-mümkündür. Beynəlxalq təcrübədə də cəza təyin edilərkən şəxsin sağlamlıq vəziyyəti, xüsusən həyatı üçün təhlükə yaradan xəstəliklərinin mövcudluğu cəzanın fərdiləşdirilməsi və azaldılması üçün legitim əsas kimi qəbul edilir. Məhkəmə göstərilənlərə əsasən hesab edir ki, şəxsin səhhət durumu, ailə vəziyyəti, vurduğu ziyanın tam ödənilməsi və digər yüngülləşdirici halların məcmusu şəraitində cəzanın məqsədlərinə aşağı həddə azadlıqdan məhrum etmə ilə nail olunması adekvat və hüquqi baxımdan daha humanist mövqedir. Məhkəmənin bu mövqeyi cəmiyyətin maraqları ilə təqsirləndirilən şəxsin həyatı və sağlamlığının qorunması arasında balansı təmin edir. Məhkəmə, təqsirləndirilən şəxsin törətdiyi digər CM-in 258.2.3-cü maddəsində nəzərdə tutulmuş əmələ görə cəzanın təyin edilməsində də yuxarıda göstərilənləri nəzərə alır və Təqsirləndirilən şəxs bu əmələ görə cərimə cəzasına məhkum edilməsi qənaətinə gəlir. Həmçinin, Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-in 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları tamamilə toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti cəza təyin edilməli, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalı, cəza Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş az ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün müəyyən edilmiş ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməli, cəzaçəkmə müddətinin əvvəli tutulduğu 27 fevral 2025-ci il tarixdən hesablanmalı, cərimə cəzası müstəqil icra olunmalıdır. Azərbaycan Respublikası CPM-in 132.1-ci maddəsinə görə maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən aşağıdakı qaydalara riayət etməlidir: 132.1.1. şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; 132.1.6. maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir;.. Azərbaycan Respublikası CM-in 99-1.1-ci maddəsinə görə Xüsusi müsadirə cinayəthüquqi tədbiri aşağıda göstərilən əmlakın məhkəmənin yekun qərarı ilə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır: 99-1.1.1. şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla). Həmin Məcəllənin 99-1.2-ci maddəsinə görə məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olubolmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Qanunun təsvir edilmiş tələblərinə əsasən məhkəmə hesab edir ki, DİN-in BMCMİ-də saxlanılan 01 ədəd 35199 nömrəli TOZ-16 modelli yivli ov karabini və ekspertiza tədqiqatından sonra qalıq qalmış 03 ədəd 5,6 mm kalibrli patronlar xüsusi müsadirə edilməli və Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə təhvil verilməlidir. Qanunsuz olaraq ovlanmış 10 baş quşun Zərərçəkmiş şəxs1 yanında X7 Xidmətinə təhvil verilməsi nəzərə alınmalı, şəxsi axtarış və baxış keçirilməsinin əks olunduğu 03 ədəd dvd disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində cinayət işinin materiallarında saxlanılmalı, DİN-in BMCMİ-də saxlanılan 01 ədəd BP-722-B nömrəli 12 kalibrli yivsiz ov tüfəngi, ekspertiza tədqiqatından sonra qalıq qalmış 118 ədəd 12 kalibrli patronlar, 03 ədəd boğucu borular və 01 ədəd açar sahibi X8 qaytarılmalıdır. Azərbaycan Respublikası CPM-in 197.1-ci maddəsinə görə məhkəmə məsrəfləri aşağıdakılardan ibarətdir:..197.1.4. mütəxəssisə, ekspertə ödənilməli haqlar və tərcüməçiyə ödəniş haqqı kimi verilməli olan məbləğ... Həmin Məcəllənin 198.1-ci maddəsinə görə Bu Məcəllənin 197.1.1, 197.1.2, 197.1.4, 197.1.5-1, 197.1.6-197.1.9-cu maddələrində sadalanan məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər. Qanunun təsvir edilmiş tələblərinə əsasən məhkəmə hesab edir ki, 50 (əlli) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə mülki iddia verilməmişdir. Həmçinin qeyd edilməlidir ki, Müdafiəçi1 cinayət işi üzrə Təqsirləndirilən şəxs cəmi 20 (iyirmi) saat müddətində hüquqi yardım göstərmiş, o cümlədən məhkəmədə iclaslarda iştirak etmiş, cinayət işinin materialları ilə tanış olmuş və digər hərəkətlərdə onun hüquqlarını müdafiə etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 192.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarına edilmiş 28 aprel 2025-ci il tarixli dəyişikliyə əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 11 (on bir) manat məbləğində müəyyən edilmişdir. Yuxarıdakılara əsasən və Azrbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344- 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 228.1-ci maddəsi ilə təqsirli bilinib 10 (on) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-in 258.2.3-cü maddəsi ilə təqsirli bilinib 3000 (üç min) manat cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-in 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları tamamilə toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 10 (on) ay müddətə azadlıqdan məhrum etmə cəzası və 3000 (üç min) manat cəzası təyin edilsin. Cəzaçəkmə müddətinin əvvəli 27 fevral 2025-ci il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Cərimə cəzası müstəqil icra olunsun. Maddi sübutlar – DİN-in BMCMİ-də saxlanılan 01 ədəd 35199 nömrəli TOZ-16 modelli yivli ov karabini və ekspertiza tədqiqatından sonra qalıq qalmış 03 ədəd 5,6 mm kalibrli patronlar xüsusi müsadirə edilsin və Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə təhvil verilsin. Qanunsuz olaraq ovlanmış 10 baş quşun Zərərçəkmiş şəxs1 yanında X7 Xidmətinə təhvil verilməsi nəzərə alınsın. Şəxsi axtarış və baxış keçirilməsinin əks olunduğu 03 ədəd dvd disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində cinayət işinin materiallarında saxlanılsın. DİN-in BMCMİ-də saxlanılan 01 ədəd BP-722-B nömrəli 12 kalibrli yivsiz ov tüfəngi, ekspertiza tədqiqatından sonra qalıq qalmış 118 ədəd 12 kalibrli patronlar, 03 ədəd boğucu borular və 01 ədəd açar sahibi X8 qaytarılsın. Aparılmış ekspertiza tədqiqatlarının dəyəri olan 50 (əlli) manat Təqsirləndirilən şəxs tutulub Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (AZ.MEM, VÖİN**********, X4, KOD 210005, VÖEN********** Müxbir hesab AZ41NABZ ******************** SWİFT BİK CTREAAZ22) köçürülsün. Təqsirləndirilən şəxs göstərdiyi cəmi 20 (iyirmi) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı vəkil bürosunun vəkili Müdafiəçi1 Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına xidmət haqqı – 220 (iki yüz iyirmi) manat ödənilsin. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən Elçin Ağayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar