Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(001)-41/2022 08.09.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Əmirəliyev Fərid Mübariz oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Almazov Pərviz Məhərrəm oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1981-ci il tarixdə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Gəncə şəhəri, Gülüstan qəsəbəsi, Yeni məhəllədə yerləşən fərdi yaşayış evində yaşayan, barəsində “ev dustaqlığı” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra - CM) 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs ibtidai istintaq orqanı tərəfindən elan edilmiş ittihama əsasən o, özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə əvəzsiz və qanunsuz olaraq ələ keçirmək məqsədilə tanışı Zərərçəkmiş şəxs etibarından sui-istifadə edərək arvadı Şahid3 Adıgözəl qızına 3500 (üç min beş yüz) manat pul müqabilində aylıq 550 (beş yüz əlli) manat təqaüd verilməsini təşkil edəcəyini yalandan vəd verib aldadaraq, Zərərçəkmiş şəxs 2017-ci ilin iyul ayının əvvəllərində Bakı şəhəri, Binəqədi rayonu ərazisində yerləşən Bakı Beynəlxalq Avtovağzalının qarşısında 2200 (iki min iki yüz) manat və 2017-ci ilin iyul ayının 3-cü ongünlüyündə eyni ünvanda, eyni məqsədlə 1000 (min) manat məbləğində pul vəsaitini vahid niyyətlə əhatə olunan qəsdlə alıb ələ keçirərək zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ümumilikdə 3200 (üç min iki yüz) manat məbləğində ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə əvəzsiz və qanunsuz olaraq ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs etibarından sui-istifadə edərək satın almaq istədiyi tanışı Ahmet Dinlərə məxsus Mingəçevir şəhərində yerləşən, lakin daşınmaz əmlakın dövlət reyestrindən çıxarışı olmayan 27 sot torpaq sahəsinin və üzərində yerləşən evin 12000 (on iki min) manat pul müqabilində Zərərçəkmiş şəxs adına sənədləşdirilməsini təşkil edəcəyini yalandan vəd verib aldadaraq, sonuncudan 2017-ci ilin sentyabr ayının ikinci ongünlüyündə Bakı şəhəri, Binəqədi rayonu ərazisində yerləşən Bakı Beynəlxalq Avtovağzalının qarşısındakı “Görüş” kafesində 3200 (üç min iki yüz) manat və bir neçə gün sonra, 2017-ci ilin sentyabr ayının ikinci ongünlüyündə Bakı Beynəlxalq Avtovağzalında yerləşən “Crossway” otelinin qarşısında eyni məqsədlə 4200 (dörd min iki yüz) manat məbləğində pul vəsaitini vahid niyyətlə əhatə olunan qəsdlə alıb ələ keçirərək zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ümumilikdə 7400 (yeddi min dörd yüz) manat məbləğində xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə əvəzsiz və qanunsuz olaraq ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs etibarından sui-istifadə edərək əvvəllər vəd verdiyi təqaüd və torpağa sənəd alınması məsələsini həll edə bilmədiyini, aldığı pulu qaytarmaq istədiyini, Bakı şəhərində yerləşən lombardda 15000 manatlıq qızıl əşyaları olmasını və onları lombarddan çıxartmaq üçün 3500 manat pul ödəməli olduğunu, ona həmin məbləği verəcəyi təqdirdə lombarda ödəyib qızıllarını çıxardıb sataraq onun pullarını qaytaracağını yalandan vəd verib aldadaraq, Zərərçəkmiş şəxs 07 fevral 2020-ci il tarixdə Bakı şəhəri, Binəqədi rayonu ərazisindəki Bakı Beynəlxalq Avtovağzalında yerləşən “Crossway” otelinin birinci mərtəbəsində 3500 (üç min beş yüz) manat məbləğində pul vəsaitini alıb ələ keçirərək zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs həmin məbləğdə ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs ona CM-in 178.2.2 və 178.2.4-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs 2016-cı ilin yay aylarında Gəncədən avtobusla Bakı şəhərinə gələndə yol yoldaşı kimi tanımış və sonradan aralarında tanışlıq münasibəti yaranmışdır. Ömer yolda gələrkən onunla söhbət edən zaman Türkiyədən Azərbaycana tank avadanlıqları gətirdiyini və burada Müdafiə Nazirliyinə verdiyini bildirmişdir. O da özü haqqında vəkillər işlədiyini demişdir. Onlar Bakıda avtobusdan düşüb ayrılanda bir-birinin telefon nömrələrini götürmüşlər. Təxminən bir-iki ay sonra Ömer ona zəng edib görüşmək istədiyini bildirmiş və onlar görüşüb söhbət etmişlər. Söhbət əsnasında Türkiyədə olan bacı-qardaşlarının ondan imtina edib, atalarından qalan əmlakdan ona pay vermədiklərini, bu məsələ ilə bağlı bir vəkillə məsləhət etmək istədiyini demişdir. O da onu münasib bir vəkillə görüşdürəcəyini bildirmişdir. Ondan sonra Ömerlə yaxın münasibətləri sıxlaşmış və aralarında dostluq yaranmışdır. Bundan sonra aralarında keçmiş söhbətə əsasən Zərərçəkmiş şəxs ondan arvadı Şahid3 Adıgözəl qızı üçün təqüd alınması məsələsində ona köməklik olunmasını xahiş etmişdir. O isə Ömərə arvadı üçün 3500 (üç min beş yüz) manat pul müqabilində aylıq 550 (beş yüz əlli) manat təqaüd verilməsini təşkil edəcəyini vəd etmişdir. Təxminən 2017-ci ilin iyul ayının əvvəllərində Zərərçəkmiş şəxs Bakı şəhəri, Binəqədi rayonu ərazisində yerləşən Bakı Beynəlxalq Avtovağzalının qarşısında 2200 (iki min iki yüz) manat, daha sonra həmin ayın sonlarında eyni ünvanda həmin məqsədlə 1000 (min) manat məbləğində pul almışdır. Ömərin arvadının təqaüd məsələsi ilə bağlı ona ümumilikdə 3200 (üç min iki yüz) manat məbləğində pul verilmişdir. Bundan başqa Zərərçəkmiş şəxs ilə aralarında olan danışıq əsasında sonuncunun tanışı Ahmet Dinlərə məxsus Mingəçevir şəhərində yerləşən və dövlət reyestrindən çıxarışı olmayan 27 sot torpaq sahəsinin sənədləşdirilməsini yalan vəd verib öz öhdəsinə götürmüşdür. Bu məqsədlə Ahmet Dinlərə məxsus Mingəçevir şəhərində yerləşən, lakin daşınmaz əmlakın dövlət reyestrindən çıxarışı olmayan 27 sot torpaq sahəsinin və üzərində yerləşən evin 12000 (on iki min) manat pul müqabilində Zərərçəkmiş şəxs adına sənədləşdirilməsinin təşkil edilməsi məqsədi ilə sonuncudan 2017-ci ilin sentyabr ayının ortalarında Bakı şəhəri, Binəqədi rayonu ərazisində yerləşən Bakı Beynəlxalq Avtovağzalının qarşısındakı “Görüş” kafesində əvvəlcə 3200 (üç min iki yüz) manat, bir neçə gün sonra isə Bakı Beynəlxalq Avtovağzalında yerləşən “Crossway” otelinin qarşısında eyni məqsədlə 4200 (dörd min iki yüz) manat məbləğində pul almışdır. Həmin sənədləşmə müqabilində Zərərçəkmiş şəxs ümumilikdə 7400 (yeddi min dörd yüz) manat məbləğində pul alıb onu aldatmışdır. Bundan sonra, o, 2020-ci ilin fevral ayında Zərərçəkmiş şəxs əvvəllər vəd verdiyi təqaüd və torpağa sənəd alınması məsələsini həll edə bilmədiyini, aldığı pulu qaytarmaq istədiyini, Bakı şəhərində yerləşən lombardda 15000 manatlıq qızıl əşyaları olmasını və onları lombarddan çıxartmaq üçün 3500 manat pul ödəməli olduğunu bildirmişdir. Zərərçəkmiş şəxs həmin məbləği verəcəyi təqdirdə lombarda ödəyib qızıllarını çıxardıb sataraq onun pullarını qaytaracağını yalandan vəd vermişdir. Bununla bağlı o, Zərərçəkmiş şəxslə razılığa gəlmiş və ondan 07 fevral 2020-ci il tarixdə Bakı şəhəri, Binəqədi rayonu ərazisindəki Bakı Beynəlxalq Avtovağzalında yerləşən “Crossway” otelinin birinci mərtəbəsində 3500 (üç min beş yüz) manat pul alaraq onu yenidən aldatmışdır. Hazırda törətdiyi cinayət əməldən peşmandır və Zərərçəkmiş şəxs vurduğu maddi ziyanı tamamilə ödəyərək onunla barışmışdır. Hazırda ona qarşı heç bir şikayət və tələb yoxdur. Bununla yanaşı, zərərçəkmiş şəxsə vurduğu 7400 (yeddi min dörd yüz) manat manat məbləğində olan maddi ziyanın iyirmi beş faizini dövlət nəfinə ödəmişdir. Bundan başqa qalan iki epizod üzrə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçmişdir. Qeyd edilən halların nəzərə alınaraq, cinayət məsuliyyətindən azad edilməsini və barəsində olan cinayət təqibinə xitam verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs elan edilmiş CM-in 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır. Məhkəmə baxışı zamanı tərcüməçinin iştirakı ilə dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, Türkiyə Cümhuriyyəti vətəndaşıdır, bir neçə ildir işləri ilə bağlı Azərbaycandadır. O, sifariş əsasında Türkiyədən paltarlar və dəmir əşyaları gətirib satır. 2016-cı ilin aprel ayında işləri ilə bağlı Gəncə şəhərində olmuş və oradan avtobusla Bakı şəhərinə qayıdan zaman yaında əyləşmiş əvvəllər tanımadığı Təqsirləndirilən şəxs ilə tanış olmuşdur. Aralarında keçən söhbət əsnasında İlham ona vəkil olduğunu bildirmişdir. Həmin gün İlhamla aralarında səmimi ünsiyyət yarandığı üçün Bakıya çatıb ayrılanda birbirilərinin telefon nömrələrini götürmüşlər. Ondan sonra İlham onunla əlaqə saxlamağa başlamış və dediyi kimi aralarında ünsiyyət yarandığı üçün onlar görüşməyə başlamışlar. İlhamla birlikdə olduqları vaxtı o, hansısa işlərin həlli ilə bağlı telefonla mütəmadi danışıqlar aparırmış və özünü ona işgüzar adam kimi göstərmişdir. 2017-ci ilin iyun ayında İlhamla söhbət zamanı o, onun həyat yoldaşı Mehribanın işləri barədə maraqlanmış və onun təqaüd alıb-almadığını soruşmuşdur. İlham Mehribanın Sumqayıtda boru zavodunda çətin iş rejimində işlədiyini bilib demişdir ki, əgər Mehriban təqaüd almırsa o, təqaüd verilməsini təşkil edə bilər. O, Mehribanın təqaüd almadığını demişdir və İlhamdan hansı şərtlər daxilində ona təqaüd düzəldə biləcəyini soruşmuşdur. İlham ona Mehribanın işləməsi və digər şəxsi sənədlərinin ona gətirilməsini, ondan sonra baxıb şərtləri deyəcəyini bildirmişdir. Sonra İlham demişdir ki, o, 3500 manat müqabilində Mehribana aylıq 550 manat təqaüd verilməsini təşkil edə bilər. 3500 manatı bu işin həlli üçün hansısa orqana verəcəyini, lakin işi həll etdiyi üçün onun özünə mükafat kimi Mehriban təqaüd almağa başladıqdan sonra bir aylıq təqaüd məbləğini verəcəklər. O da İlhamla razılaşmışdır. Həmçinin 2017-ci ilin iyun ayında Mehriban Türkiyədə İlhama onun adından hərəkət etməsi üçün etibarnamə vermiş və onu göndərmişdir. 2017-ci ilin iyul ayının əvvəllərində Bakı Beynəlxalq Avtovağzalının qarşısında İlhama təklikdə 2200 manat pul vermiş və demişdir ki, qalan məbləği də verəcək. Ondan təxminən 10 gün sonra, iyul ayının ortalarında yenə eyni yerdə İlhamla görüşüb ona 1000 manat vermiş və bildirmişdir ki, 3200 manata bu işi həll etsin. İlham razılaşmışdır. Bəzi hallarda iş görüşmələri ilə bağlı olaraq Bakı Beynəlxalq Avtovağzalın ərazisində yerləşən “Crossway” otelində qaldığı üçün həmin ərazidə İlhamla görüşmüşdür. Bundan sonrakı vaxtlarda İlham təqaüd məsələsinin həlli işi ilə ciddi formada məşğul olduğunu demişdir. O da İlhama inanırmış. 2017-ci ilin avqust ayının dəqiq yadında qalmayan günündə o, Türkiyədə olduğu zaman İlham onunla telefon əlaqəsi saxlayıb atasının ciddi xəstə olduğunu və dərman almaq üçün ona 700 ABŞ dolları pul lazım olduğunu demiş və tezliklə həmin pulu ona qaytaracağını bildirmişdir. O da razılaşmış və İstanbul şəhərində Aksaray qəsəbəsində yerləşən poçtdan «vesterunion» vasitəsilə eyni gündə İlhamın adına 500 ABŞ dolları və 200 ABŞ dolları pul göndərmişdir. İlham həmin məbləği aldığını demişdir. Həmin ərəfədə Bakıda işləyən Türkiyə vətəndaşı Ahmet Dinlərlə söhbət zamanı o, rəhmətlik atasından Mingəçevir şəhərində ona 27 sot torpaq sahəsi və sahədə olan evin miras qaldığını bildirmişdir. Ahmet Dinlər bildirmişdir ki, mirasın onun adına sənədləşdirilməsi üçün vaxtında müraciət etmədiyindən hazırda torpaq və evə dair öz adına sənəd almasında çətinlik çəkir, lakin evi və torpağı satmaq istəyir. O, Ahmet Dinlərdən həmin torpaq sahəsi və evini almaq istədiyini demişdir. Onunla həmin torpaq və evi 85000 Türk lirəsinə razılaşmışlar. O, ilkin olaraq Ahmetə 35000 Türk lirəsi pul vermiş, ondan sonra isə həmin torpaq sahəsi və evə sənəd alınması ilə bağlı Ahmetlə birlikdə İlhamla görüşmüşlər. İlhamı Ahmetə həyat yoldaşı Mehribanın vəkili kimi təqdim etmişdir. İlham həmin torpaq və evin onun adına sənədləşdirilməsi üçün 12000 manat pul lazım olduğunu demişdir. O, həmin məbləğin çox olduğunu desə də məcbur olub razılaşmışdır. 2017-ci ilin sentyabr ayında o, Bakı Beynəlxalq Avtovağzalın qarşısındakı «Görüş» kafesində Ahmetin yanında İlhama 3200 manat pul vermişdir, ondan 15 gün sonra, yenə sentyabr ayında Bakı Beynəlxalq Avtovağzalındakı “Crossway” otelin qarşısında Ahmetin yanında İlhama 4200 manat pul vermişdir. İlhama demişdir ki, qalan pulu da torpaq və evə sənəd alınandan sonra verəcək. İlham razılaşmışdır. İlham həmin torpaqla bağlı bütün sənədlərin əsillərini götürmüşdür. Ondan sonrakı vaxtda isə İlham müxtəlif bəhanələr gətirib nə təqaüd məsələsini, nə də torpağa sənəd alınması məsələsini həll etməmişdir. Həmçinin İlham ondan atasına dərman alınması adı ilə aldığı 700 ABŞ dollarını da qaytarmamışdır. Bu müddət ərzində onun İlhamla çoxsaylı danışıq və yazışmaları olmuşdur, ondan vəd verdiyi işləri həll etməyi və ya verdiyi pullarını qaytarmasını tələb etmişdir, lakin heç bir müsbət nəticə olmamışdır. Hələ ortada İlham ondan xırda məbləğlər borc adı ilə almış, lakin qaytarmamışdır. O, həmin məbləğləri hesaba almır. Nəhayət 2020-ci ilin fevral ayında İlham onunla görüşüb demişdir ki, o, artıq təqaüd və torpağa sənəd alınması məsələsini həll edə bilmir, onun pulunu qaytarmaq istəyir. Onun Bakı şəhərində yerləşən lombardda 15000 manatlıq qızıl əşyaları var və həmin qızıl əşyalarını lombarddan çıxarmaq üçün 3500 manat pul ödəmək lazımdır. İlham ona demişdir ki, əgər 3500 manat pul versə, həmin məbləği lombarda ödəyib qızıllarını çıxarıb sataraq onun pullarını qaytarar. O, yenə İlhama inanmış və 07 fevral 2020-ci il tarixdə Bakı Beynəlxalq Avtovağzalındakı “Crossway” otelinin birinci mərtəbəsində olan qeydiyyat yerinin qarşısında İlhama 3500 manat pul vermişdir. O, həmin pulu Sumqayıtda yaşayan tanışı Həmiddən borc almışdır. Məqsədi o imiş ki, İlham onun əvvəlki verdiyi pullarını qaytarsın. Lakin İlham bu dəfə də onu aldatmış və 3500 manatı ondan aldıqdan sonra gizlənməyə başlamışdır. Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş maddi və mənəvi ziyan tam şəkildə ödənildiyindən ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Artıq onlar barışmışlar və məhkəməyə verdiyi mülki iddiadan imtina edir. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, əvvəllər müxtəlif dükanlarda telefon ustasi kimi işləmişdir. 2018-ci ildə təsadüfən işlədiyi mağazaya müştəri qismində gələn Türkiyə Cümhuriyyətinin vətəndaşı Zərərçəkmiş şəxs ilə tanış olmuş, onunla aralarında səmimi ünsiyyət yaranmış və həmin tarixdən tez-tez bir-biri ilə əlaqə saxlamışlar. 2020-ci ilin iyul ayının əvvəllərində işlədiyi mağazada Ömərlə söhbət edərkən, ona Təqsirləndirilən şəxs adlı şəxin onu aldadaraq 14200 manat pulunu ələ keçirdiyini və hal-hazırda onun telefon zənglərinə cavab vermədyini bildirmiş və ondan onu tapmaq üçün köməklik etməsini istəmişdir. Zərərçəkmiş şəxs qardaş ölkənin vətəndaşı və aralarında bir neçə ilin yaxşı ünsiyyəti olduğuna görə ona köməklik etmək qərarına gəlmişdir. Ömərdən ilkin olaraq İlhamın nömrəsini götürmüş və onunla əlaqə saxlamışdır. İlham telefon zənginə cavab vermiş, o, onun Ömərin başına gətirdiyi oyunları ona danışmış və etdiyi əməlin düzgün olmadığını, Ömerin pulunu geri qaytarmasını xahiş etmişdir. Təqsirləndirilən şəxs yaranmış anlaşılmazlığı aradan qaldırılması üçün onunla görüşmək təklifi ilə razılaşmışdır. xx.xx.2020-ci il tarixdə işlədiyi «Neftçilər» metro stansiyasının yaxınlığında Ömərlə birlikdə İlhamla görüşmüşlər. Görüş zamanı İlham özünü vəkil kimi təqdim etmişdir. Aralarında baş tutan söhbət əsnasında İlham onun yanında Ömərdən onun arvadı Mehriban üçün təqaüd düzəltmək məqsədi ilə 3500 manat pul götürdüyünü etiraf etmiş, əlavə olaraq Ömərin Türkiyə Respublikası vətəndaşı Şahid4 aldığı torpaq sahəsinin sənədlərini onun adına keçirilməsi üçün pul aldığını da etiraf etmiş və demişdir ki, sentyabr ayında həmin torpaq məsələni həll edəcək. Həmçinin İlham bildirmişdir ki, Ömerdən aldığı 13000 manat pulu hansısa bankdan çıxardıb və Ömerə gətirərkən yolda polis tərəfindən saxlanılmış və pulu ələ keçirilmişdir. Lakin İlham demişdir ki, Ömərin pullarını 26 iyul 2020-ci il tarixdə geri qaytaracaq. Bildirmişdir ki, həmin görüşləri ayaqüstü və qısa müddətlik olmuşdur. Həmin görüş zamanında İlham and-aman edib Ömerin pullarını qaytaracağını və ondan üzrxahlıq etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, özü uzun illərdir ki, Sumqayıt şəhərində ev alqı-satqısı və kirayəsi ilə məşğul olur. Türkiyə Cümhuriyyəti vətəndaşı Zərərçəkmiş şəxs təxminən 20 ildir ki, tanıyır. Belə ki, uzun illər bundan əvvəl Ömer Sumqayıtda kirayə ev axtarırmış və ona müraciət etmişdi, o da onun üçün münasib ev tapmışdır. Həmin vaxtdan da aralarında münasibət yaranmışdır. Ömerlə tez-tez əlaqə saxlayıb vaxt olanda görüşürmüşlər. 2020-ci ilin fevral ayının əvvəlləri, səhv etmirsə ayın 6-sı imiş, Ömer ona telefonla zəng vurub ona təcili 3500 manat borc pul lazım olduğunu demişdir və maksimum bir həftəyə qaytaracağını demişdir. Həmin vaxtı onun özündə pul olduğu üçün və Ömerə etibar etdiyi üçün ona kömək etmək qərarına gəlmişdir. Ömer xahiş etmişdir ki, özü çıxa bilmədiyi üçün o, onun qaldığı Bakı Beynəlxalq Avtovağzalında olan otelə gəlsin və pulu ona versin. O da elə həmin günü Ömerin qaldığı otelə gəlmiş və ona 3500 manat pul vermişdir. O, Ömerdən ona nə üçün pul lazım olduğunu soruşmamışdır. Ondan sonra bir həftə keçməsinə baxmayaraq Ömer onun pulunu qaytarmamışdır. O, Ömerdən maraqlananda sonuncu ona demişdir ki, bir nəfərlə nəsə işi olub və ona pul verib, həmin adam da onun pulunu qaytarmadığı üçün o da onun pulunu qaytara bilmir. Həmin adam Ömerin pulunu qaytarmamasına baxmayaraq sonrakı bir neçə ay ərzində Ömer onun 3500 manat pulunu hissə-hissə qaytarmışdır. Daha sonrakı vaxtlarda o, Ömerlə söhbət edəndə İlham adlı əslən Gəncədən olan bir nəfərə hansısa işin həlli üçün xeyli miqdarda pul verdiyini və hazırda da İlhamın onu aldadıb nə işi həll etdiyini, nə də pulu qaytardığını bildirmişdir. Hətta bir müddət əvvəl həmin İlham adlı şəxs Ömerə Gəncədən bank vasitəsilə pul göndərəcəyini deyib Ömerdən bir nəfər Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsini istəmişdir. Ömer də onun vəsiqəsini göndərməyini xahiş etmişdir və İlhamın telefon nömrəsini ona vermişdir. O da öz şəxsiyyət vəsiqəsinin şəklini İlhamın telefonuna göndərmişdir. Lakin ondan sonra İlham bankın bağlanmasını və başqa bəhanələr gətirərək pulun göndərilmədiyini bildirmişdir. Bu barədə onun başqa məlumatı yoxdur. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, 1995-ci ildə Türkiyə Respublikası vətəndaşı Zərərçəkmiş şəxslə faktiki olaraq ailə qurmuş, lakin onunla 2006-cı ildə Turkiyədə rəsmi nikaha girmişlər. Ömerlə nikahından 1998 və 1999-cu il təvəllüdlü iki oğlu var. Ömer paltar və dəmir ticarəti ilə məşğul olur. Azərbaycanda onların evi yoxdur. Burada olanda müxtəlif yerlərdə kirayədə qalırlar. O, özü də əvvəllər Azərbaycanda ticarətlə məşğul olmuş, vergi ödəyicisidir və Ömerlə tanışlıqdan əvvəl Sumqayıt şəhərində boru zavodunda işləmiş, daha sonra isə Bakı şəhərində dəmir yolu vağzalında kassada işləmişdir. Daha sonra isə Ömer onun üçün paltar mağazaları açmışdı. O, artıq 10 ilə yaxındır ki, daimi olaraq Turkiyədə Ankarada kirayədə yaşayır. Çünki oğullarından biri orada təhsil alır, digəri isə işləyir. Ömer də əksər hallarda Ankarada olur, işi ilə bağlı Azərbaycana gəlib-gedir. Ömer ona məlumat vermişdi ki, 2016-cı ilin aprel ayında Gəncə şəhərindən avtobusla Bakı şəhərinə qayıdanda yanında əyləşmiş Təqsirləndirilən şəxs ilə tanış olmuşdur və İlham ona vəkil olduğunu bildirmişdir. Ömer demişdi ki, İlhamla aralarında səmimi ünsiyyət yarandığı üçün Bakıya çatıb ayrılanda da bir-birinin telefon nömrələrini götürmüşlər. 2017-ci ilin iyun ayında Ömer Türkiyəyə gəlmişdi və ona demişdir ki, İlhamla danışıb və İlham 3500 manat pulun müqabilində ona aylıq 550 manat pensiya düzəldə bilər. Ömer demişdir ki, o, İlhamla razılaşıb, ona həmin pulu və onun sənədlərini verəcək, o da İlhama onun adından çıxış etməsi üçün etibarnamə verməlidir. O da Türkiyədə 05 iyun 2017-ci il tarixdə Təqsirləndirilən şəxs onun adından dövlət orqanlarına çıxış etməsi üçün etibarnamə vermişdir. Həmin etibarnaməni Ömer götürüb Bakıya getmişdir. Sonra Ömer ona məlumat vermişdir ki, İlhama iki dəfəyə 3200 manat pul verib. Daha sonra yadındadır ki, Ömer Türkiyədə olanda İlham ondan atasına dərman alacağını bildirib 700 ABŞ dolları pul istəmiş, Ömer də İstanbul şəhərində Aksaray qəsəbəsində yerləşən poçtdan «vesterunion» vasitəsilə eyni gündə İlhamın adına 500 ABŞ dolları və 200 ABŞ dolları pul göndərmişdir. Daha sonra o, bilirmiş ki, Ömer Azərbaycanda Mingəçevir şəhərində yerləşən Türkiyə vətəndaşı Ahmet Dinlərə məxsus 27 sot torpaq sahəsini almaq istəyirmiş, lakin torpağın sənədi yox imiş, İlham Ömerə söz vermişdi ki, həmin torpağa sənəd alınmasını həll edəcək. İlham bu məqsədlə Ömerdən 7400 manat pul almışdı. Həmin ərəfələrdə Ömer Türkiyədə olanda İlham ona da zəng vurub Ömerin nə vaxt qayıdacağını soruşurmuş və deyirmiş ki, onların torpaq işi var və onunla məşğuldur. Bildirmişdir ki, ondan sonrakı müddət ərzində İlham Ömeri aldadıb onun pensiya məsələsini və torpağa sənəd alınma məsələsini həll etməmiş, pulları da qaytarmamışdır. Ömer nə qədər İlhama zəng etsə də o, cavab vermirmiş, yalandan mesajlar yazırmış ki, pulu qaytaracaq. Sonuncu dəfə isə İlham 2020-ci ilin fevral ayında yenə Ömeri aldadıb ondan 3500 manat pul almışdır, yalandan demişdir ki, guya onun lombardda qızılları var və 3500 manat ödəniş edib qızılları çıxardıb sataraq Ömerin bütün pulunu qaytaracaq. Ömer də əvvəl verdiyi pullarının qayıtması üçün İlhama inanıb bir nəfər tanışından borc alaraq İlhama 3500 manat pul vermişdir. İlham həmin pulu da qaytarmamışdır. Onlar çox çətinlikdə Ömerin 3500 manatı borc aldığı tanışının pulunu qaytarmışlar. Daha sonra Ömer İlhamdan polisə şikayət etmişdir. Məhkəmə baxışı iclasına çağırılmış Şahid4 məhkəmə iclasında iştirak etməməsi nəzərə alınaraq, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilməklə ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmuşdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2021-ci il tarixli qərardan görünür ki, Türkiyə Respublikasının vətəndaşı Zərərçəkmiş şəxs müraciəti əsasında toplanmış material üzrə CM-in 178.2.2 və 178.2.4cü maddələri ilə ********* nömrəli cinayət işi başlanılmışdır. xx.xx.2020-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, iş üzrə hadisə yerinə baxış keçirilmiş və baxış zamanı baş vermiş dələduzluq hadisəsinin Bakı Beynəlxalq Avtovağzalı ərazisində olması müəyyən edilmişdir. xx.xx.2021-ci il tarixli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamış və barəsində CM-in 73.2-ci maddəsi tətbiq edilməklə cinayət məsuliyyətindən azad edilməmişdir. xx.xx.2021-ci il tarixli protokoldan və ona əlavə edilmiş yaddaş kartından müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs 16500 manatı qaytaracağını vəd verir, ondan əvvəl isə Zərərçəkmiş şəxs analiz verməsi üçün 100 manat göndərəcəyini bildirir və bundan sonra Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs 4-cü Polis şöbəsinə getməyi xahiş edir. Həmin səs yazısı ilə bağlı baxışda iştirak edən Zərərçəkmiş şəxs bildirmişdir ki, bu səs yazısı yazılmamışdan əvvəl o, artıq İlhamla bağlı polisə şikayət edibmiş və İlhamın gətirilməsi üçün 4-cü Polis şöbəsinə tapşırıq verilmişdi, həmin şöbədən İlhamı axtarırdılar. İlham bu səbəbdən onunla əlaqəyə çıxaraq 16500 manatı qaytaracağını vəd vermiş və bildirmişdir ki, ona verməli olan bütün pulunu bank vasitəsilə göndərib onu da Türkiyəyə yola salacaq və bu səbəbdən də 100 manat göndərəcəkmiş ki, o, səyahətdən əvvəl koronavirusa test versin. Digər səs faylları açılıb səsləndirildikdə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs çoxsaylı səsli mesajlar göndərərək onun maddi vəziyyətinin yaxşılaşması üçün vədlər verir. Həmin səs faylları ilə bağlı Zərərçəkmiş şəxs bildirmişdir ki, İlham müxtəlif vədlərlə ondan pulları aldıqdan sonra onunla görüşdən yayınıb yalnız səsli mesajlar göndərmiş və ona maddi vəziyyətinin yaxşılaşması üçün müxtəlif vədlər vermişdir, lakin verdiyi vədlərin heç biri real olaraq həyata keçməmişdir. xx.xx.2021-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs 055 *** ** ** saylı nömrə ilə işləyən “Samsung” markalı telefonunda Təqsirləndirilən şəxs 055 *** ** ** saylı nömrəsi ilə apardığı yazışmalara baxış keçirilmişdir. Həmin telefonda Təqsirləndirilən şəxs 055 *** ** ** saylı nömrəsi “İlan Avkat” adı ilə qeydə alınmışdır. Baxış zamanı müəyyən edilmişdir ki, yazışmalarda Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs 15000 manat və əlavə 1500 manat yol xərcini verməsini tələb etmişdir, Təqsirləndirilən şəxs isə müxtəlif bəhanələr məzmununda mesajlar yazmışdır. Baxış zamanı iş üçün əhəmiyyət kəsb edən mesajların fotoşəkili çəkilərək 28 vərəqədə protokola əlavə edilmişdir. xx.xx.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 08 iyul 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. xx.xx.2021-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs CM-in 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələrdə nəzərdə tutulan ittiham elan olunmuşdur. xx.xx.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs bacısı X2 Təqsirləndirilən şəxs verilən ittihamda göstərilən maddi ziyandan 2000 manat pulu zərər çəkmiş Zərərçəkmiş şəxs ödənilməsi üçün istintaqa təqdim etmişdir. xx.xx.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. xx.xx.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs bacısı X1 itintaqa təqdim etdiyi 2000 manat pul Zərərçəkmiş şəxs ödənilmişdir. xx.xx.2021-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Zərərçəkmiş şəxs mülki iddiaçı qismində tanınaraq, ona hüquq və vəzifələri elan edilmişdir. xx.xx.2021-ci il tarixli protokoldan görünür ki, Şahid1 ilə təqsirləndiridən şəxs Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti həyata keçirilmiş və üzləşdirmə zamanı Şahid1 istintaqa verdiyi ifadəsini təsdiq edərək Təqsirləndirilən şəxs üzünə qarşı demişdir. xx.xx.2021-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs ilə təqsirləndiridən şəxs Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti həyata keçirilmiş və üzləşdirmə zamanı Zərərçəkmiş şəxs istintaqa verdiyi ifadəsini təsdiq edərək Təqsirləndirilən şəxs üzünə qarşı demişdir. xx.xx.2021-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs istintaqa təqdim etdiyi içərisində onunla Təqsirləndirilən şəxs arasındakı danışığın səs yazısı və Təqsirləndirilən şəxs ona göndərdiyi səsli mesajlarından ibarət 42 ədəd səs faylı olan bir ədəd “Anık pover” markalı USB yaddaş kartı, habelə Zərərçəkmiş şəxs 055 *** ** ** saylı nömrə ilə işləyən “Samsung” markalı telefonunda Təqsirləndirilən şəxs 055 *** ** ** saylı nömrə ilə apardığı yazışmaların əks olunduğu 28 vərəqədə olan fotoşəkil iş üzrə maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(001)-41/2022 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilərək barəsində axtarış elan olunmuşdur. xx.xx.2022-ci il tarixli Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 40-cı PB-nin məktubundan görünür ki, axtarışda olan Təqsirləndirilən şəxs tutularaq Binəqədi RPİ-nin MSY-nə təhvil verilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(001)-41/2022 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustalığı qətimkan tədbiri ilə əvəz edilərək sonuncu məhkəmə iclas zalından azad edilmişdir. İş üzrə Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmış, ona dəymiş maddi və mənəvi ziyan ödənilmiş, ondan heç bir şikayəti və tələbi yoxdur. xx.xx.2022-ci il tarixli, 17652 nömrəli "xxxx" ASC-nin ödəniş qəbzindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən Kapital Bank vasitəsilə Maliyyə Nazirliyinin Dövlət Büdcəsi hesabına (dövlət nəfinə) cinayət hadisəsi nəticəsində 7400 (yeddi min dörd yüz) manat məbləğində olan epizod üzrə vurulmuş ziyanın iyirmi beş faizi olan 1852,00 (min səkkiz yüz əlli iki) manat məbləğində pul keçirilmişdir. xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi məhkəməyə təqdim etdiyi ərizədən görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə barışmış və zərərçəkmiş şəxsə dəymiş ziyanı tam şəkildə ödəməklə, 7400 (yeddi min dörd yüz) manat məbləğində olan epizod üzrə vurulmuş ziyanın iyirmi beş faizi olan 1852,00 (min səkkiz yüz əlli iki) manat məbləğində pulu dövlət nəfinə ödəmişdir. Digər epizodlar üzrə isə cinayət məsuliyyətinə cəlb etmə müddətləri keçmişdir. Məhkəmədən qeyd olunanların nəzərə alınaraq, Təqsirləndirilən şəxs barəsində olan cinayət işinə bəraətverici əsaslar olmadan xitam verilməsini xahiş etmişdir. Məhkəmə, cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etiraf edici ifadəsi ilə yanaşı, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxs və şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 178.2.2 və 178.2.4-cü maddələri ilə düzgün tövsif edilmişdir. Lakin qeyd edilməlidir ki, Təqsirləndirilən şəxs CM-in 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduğundan o, qeyd olunan maddələr ilə nəzərdə tutulan cinayət məsuliyyətindən azad edilməklə barəsində olan cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməlidir. Bununla bağlı ilk növbədə qeyd edilməlidir ki, Dövlət ittihamçısı məhkəməyə şifahi vəsatətlə müraciət edib, CM-in 178.2.2 və 178.2.4-cü maddələri ilə Təqsirləndirilən şəxs özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə əvəzsiz və qanunsuz olaraq ələ keçirmək məqsədilə tanışı Zərərçəkmiş şəxs etibarından sui-istifadə edərək sonuncunun 2017-ci ilin iyul ayının əvvəllərində Bakı şəhəri, Binəqədi rayonu ərazisində yerləşən Bakı Beynəlxalq Avtovağzalının qarşısında 2200 (iki min iki yüz) manat və 2017ci ilin iyul ayının 3-cü ongünlüyündə eyni ünvanda, eyni məqsədlə 1000 (min) manat məbləğində pul vəsaitini vahid niyyətlə əhatə olunan qəsdlə alıb ələ keçirərək Zərərçəkmiş şəxs ümumilikdə 3200 (üç min iki yüz) manat məbləğində ziyan vurmaqla və onun təkrarən özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə əvəzsiz və qanunsuz olaraq ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs etibarından sui-istifadə edərək sonuncudan 07 fevral 2020-ci il tarixdə Bakı şəhəri, Binəqədi rayonu ərazisindəki Bakı Beynəlxalq Avtovağzalında yerləşən “Crossway” otelinin birinci mərtəbəsində 3500 (üç min beş yüz) manat məbləğində pul vəsaitini alıb ələ keçirərək Zərərçəkmiş şəxs həmin məbləğdə ziyan vurmaqla dələduzluq etməsi epizodları, yəni 1 və 3-cü epizodlar üzrə ittihamdan imtina edərək, qeyd olunan ittihamlar üzrə Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb etmə müddətləri keçdiyindən barəsində olan cinayət təqibinə həmin hissələrdə xitam verilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 314.2-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı dövlət ittihamçısı qanunun tələblərini və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanan öz daxili inamını rəhbər tutur. Məhkəməyədək icraat zamanı təqsirləndirilən şəxsə elan edilmiş ittiham məhkəmə baxışı zamanı təsdiq edilmədikdə, o, həmin ittihamdan imtina etməyə haqlıdır. Məhkəmə baxışı zamanı dövlət ittihamçısının və xüsusi ittihamçının ittihamın müdafiəsindən imtina etdikləri halda (yekun məhkəmə qərarının çıxarılması üçün məhkəmənin müşavirə otağına getməsindən əvvəl) məhkəmə bu Məcəllənin 43.1-ci maddəsinin müddəalarına əsasən cinayət təqibinə xitam verilməlidir. CPM-in 38.4-cü maddəsinə əsasən cinayət təqibi cinayət məsuliyyətini istisna edən hallar aşkar edilənədək və ya bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada dövlət ittihamçısı, yaxud xüsusi ittihamçı cinayət təqibindən imtina edənədək həyata keçirilməlidir. CPM-in 41.3-cü maddəsinə əsasən dövlət ittihamçısı məhkəmədə cinayət təqibini istisna edən və bu Məcəllənin 40.3-cü və 40.4-cü maddələrində göstərilən cinayət təqibinin həyata keçirilməməsinə imkan verən halları aşkar edərsə, təqsirləndirilən şəxs barəsində cinayət təqibindən imtina edilməsini bildirməlidir. Dövlət ittihamçısı bəraətverici əsaslar olmadıqda təqsirləndirilən şəxs barəsində ittihamdan müdafiə tərəfinin razılığı ilə imtina edir. Xüsusi ittihamçı ittihamı müdafiə etməkdə davam edərsə, təqsirləndirilən şəxsin cinayət təqibindən imtina edilməsi barədə dövlət ittihamçısının mövqeyi cinayət işinə və ya cinayət təqibi ilə bağlı digər materiala məhkəmədə baxılmasının davam etdirilməsinə mane olmur. CPM-in 43.1.1-ci maddəsinə əsasən dövlət ittihamçısı cinayət təqibindən imtina etdikdə məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarılır. Məhkəmədə tədqiq edilmiş iş materiallarından müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə əvəzsiz və qanunsuz olaraq ələ keçirmək məqsədilə 2017-ci ilin iyul ayının əvvəllərindən 2017-ci ilin iyul ayının 3-cü ongünlüyünədək olan müddətdə Zərərçəkmiş şəxs ümumilikdə 3200 (üç min iki yüz) manat maddi ziyan vurmaqla və təkrarən özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə əvəzsiz və qanunsuz olaraq ələ keçirmək məqsədilə 07 fevral 2020-ci il tarixdə Zərərçəkmiş şəxs ümumilikdə 3500 (üç min beş yüz) manat maddi ziyan vurmaqla dələduzluq etməsi epizodları üzrə şəxsin cinayət məsuliyyətinə cəlb etmə müddətləri keçmişdir. Çünki, qanunvericiliyin tələblərinə əsasən hər bir cinayətə görə müddətlər müstəqil hesablandığından və qeyd olunan epizodlar üzrə vurulmuş maddi ziyan 5000 (beş min) manatdan yuxarı olmadığıdan həmin əməllər cinayətlərin təsnifatına görə böyük ictimai təhlükə törəməyən cinayətlər kateqoriyasına aid edilməlidir. Belə olan halda isə görünür ki, göstərilən epizodlar üzrə cinayət əməllərinin törədildiyi vaxtdan iki ildən artıq müddət keçmişdir. CM-in 75.1 və 75.1.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətin törədildiyi gündən iki il keçdikdə şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz. CM-in 75.2-ci maddəsinə əsasən müddətlər, cinayətin törədildiyi gündən ittiham hökmünün qanuni qüvvəyə mindiyi anadək hesablanır. Şəxs yeni cinayət törətdikdə, hər bir cinayətə görə müddət müstəqil hesablanır. CPM-in 39.1.3-cü maddəsinə əsasən cinayət məsuliyyətinə cəlbetmə müddətləri keçdikdə (cinayət məsuliyyətinə cəlbetmə müddətinin dayandırılması halları istisna edilməklə) cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Qeyd olunan qanunvericiliyin tələblərini rəhbər tutaraq məhkəmə hesab edir ki, CMin 178.2.2 və 178.2.4-cü maddələri ilə Təqsirləndirilən şəxs özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə əvəzsiz və qanunsuz olaraq ələ keçirmək məqsədilə 2017-ci ilin iyul ayının əvvəllərindən 2017-ci ilin iyul ayının 3-cü ongünlüyünədək olan müddətdə Zərərçəkmiş şəxs ümumilikdə 3200 (üç min iki yüz) manat maddi ziyan vurmaqla və təkrarən özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə əvəzsiz və qanunsuz olaraq ələ keçirmək məqsədilə 07 fevral 2020-ci il tarixdə Zərərçəkmiş şəxs ümumilikdə 3500 (üç min beş yüz) manat maddi ziyan vurmaqla dələduzluq etməsi epizodları üzrə şəxsin cinayət məsuliyyətinə cəlb etmə müddətləri keçdiyindən barəsində olan cinayət təqibinə həmin hissələrdə xitam verilməlidir. Bununla yanaşı, qeyd edilməlidir ki, Təqsirləndirilən şəxs təkrarən özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə əvəzsiz və qanunsuz olaraq ələ keçirmək məqsədilə 2017-ci ilin sentyabr ayının ikinci ongünlüyündə Zərərçəkmiş şəxs ümumilikdə 7400 (yeddi min dörd yüz) manat maddi ziyan vurmaqla dələduzluq etməsi epizodu üzrə ibtidai istintaq orqanı tərəfindən elan edilmiş həmin ittihamdan təkrarən sözü xaric edilməlidir. Çünki Təqsirləndirilən şəxs, 2017-ci ilin iyul ayının əvvəllərindən 2017-ci ilin iyul ayının 3-cü ongünlüyünədək olan müddətdə və 07 fevral 2020-ci il tarixdə Zərərçəkmiş şəxs maddi ziyan vurmaqla dələduzluq etməsinə dair ona elan edilmiş ittiham üzrə cinayət məsuliyyətindən azad edilərək, barəsində olan cinayət təqibinə həmin hissədə xitam veriləcəyindən, onun əməlində cinayətlərin çoxluğu mövcud olmayacaqdır və bu zaman onun əməlinin təkrarlıq əlaməti üzrə tövsifi yolverilməzdir. Belə olan halda, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təkrarən özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə əvəzsiz və qanunsuz olaraq ələ keçirmək məqsədilə 2017-ci ilin sentyabr ayının ikinci ongünlüyündə Zərərçəkmiş şəxs ümumilikdə 7400 (yeddi min dörd yüz) manat maddi ziyan vurmaqla dələduzluq etməsi epizodu üzrə ibtidai istintaq orqanı tərəfindən ona elan edilmiş həmin ittihamdan təkrarən sözü xaric edilməlidir. CM-in 16.1-ci maddəsinə əsasən bu Məcəllənin eyni bir maddəsi ilə nəzərdə tutulmuş cinayətin iki dəfə və ya iki dəfədən çox törədilməsi, cinayətin təkrar törədilməsi hesab edilir. CM-in 16.3-cü maddəsinə əsasən əvvəllər törətdiyi cinayətə görə məhkum olunmuş, məhkumluğu götürülmüş və ya ödənilmiş, yaxud cinayət məsuliyyətindən azad olunmuş şəxs tərəfindən bu Məcəllənin eyni bir maddəsi ilə nəzərdə tutulmuş və ya həmin Məcəllənin Xüsusi hissəsində birbaşa göstərilən hallarda müxtəlif maddələri ilə nəzərdə tutulmuş cinayətin yenidən törədilməsi, cinayətin təkrar törədilməsi hesab edilmir. CPM-in 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 75-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə” dair 15 mart 2022-ci il tarixli Qərarında göstərilmişdir ki, təkrarlıq cinayətlərin çoxluğunu ehtiva etdiyindən, şəxsin bu əlamət üzrə məhkum edilməsi mütləq şəkildə onun məhz iki və ya daha çox cinayətin törədilməsində təqsirli bilinməsinə əsaslanmalıdır. Şəxs eyni zamanda iki və ya daha çox eyni və ya həmcins cinayətlərin törədilməsində təqsirli bilinməlidir ki, onun əməlində cinayətlərin çoxluğunu nəzərdə tutan Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddələrinin tərkib əlamətlərinin mövcudluğunu göstərmək mümkün olsun. Məhkəmə baxışı nəticəsində təkrarlığa daxil olan iki cinayətdən birinə görə cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsi müəyyən edilərsə və bu səbəbdən həmin əmələ görə cinayət təqibinə xitam verilərsə, təqsirləndirilən şəxsin əməlində cinayətlərin çoxluğu mövcud olmadığından, onun əməlinin təkrarlıq əlaməti üzrə tövsif edilməsi də istisna edilir. Bu səbəbdən ikinci əmələ münasibətdə bütün hüquqi məsələlər, o cümlədən cinayət məsuliyyətinə cəlb etmə müddətinin müəyyən edilməsi ikinci əməlin təkrarən törədilən əməl kimi deyil, belə əlamətlə müşayiət olunmayan cinayət kimi həll edilməlidir. Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, eyni və yaxud həmcins yeni cinayətin törədilməsi əvvəlki cinayətə görə cinayət məsuliyyətinə cəlb etmə müddətinin axımını kəsmir və bu səbəbdən cinayətlərin təkrar törədilməsi vəziyyətində də yeni cinayətin törədilməsi təkrarlığa daxil olan əvvəlki cinayətə müstəqil cinayət kimi yanaşılmasını və ümumiyyətlə təkrarlığı təşkil edən hər bir cinayətə görə cinayət məsuliyyətinə cəlb etmə müddətinin ayrı-ayrılıqda hesablanmasını istisna etmir. Digər tərəfdən qeyd edilməlidir ki, məhkəmədə işə baxılarkən müəyyən olmuşdur ki, Təqsirləndirilən şəxs təkrarən özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə əvəzsiz və qanunsuz olaraq ələ keçirmək məqsədilə 2017-ci ilin sentyabr ayının ikinci ongünlüyündə Zərərçəkmiş şəxs ümumilikdə 7400 (yeddi min dörd yüz) manat maddi ziyan vurmaqla dələduzluq etməsi epizodu üzrə maddi ziyanı zərərçəkmiş şəxsə tam şəkildə ödəməklə barışıq əldə etmiş, habelə həmin ziyanın 25%-ni (iyirmi beş faizini) dövlət büdcəsinə ödəmişdir. Beləliklə məhkəmə, göstərilən halı və qanunvericiliyin tələblərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 73-1.2-ci maddəsinə əsasən həmin epizod üzrə cinayət məsuliyyətindən azad edilməli və barəsində olan cinayət təqibinə xitam verilməlidir. Belə ki, CM-in 73-1.2-ci maddəsinə əsasən bu Məcəllənin 178.2, 179.2 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. CM-in 72-ci maddəsinin Qeyd hissəsinə əsasən şəxs bu Məcəllənin 72-73-2 və 74- 1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. CPM-in 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). CPM-in 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda çıxarılır. CPM-in 175.5-ci maddəsinə əsasən müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. Məhkəmə qanunvericiliyin tələblərini rəhbər tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri ləğv edilməlidir. Məhkəmə, CPM-in 132-ci maddəsinə əsasən hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs arasındakı danışığın səs yazısı və Təqsirləndirilən şəxs ona göndərdiyi səsli mesajlarından ibarət 42 ədəd səs faylı olan bir ədəd “Anık pover” markalı USB yaddaş kartı və Zərərçəkmiş şəxs 055 *** ** ** saylı nömrə ilə işləyən “Samsung” markalı telefonunda Təqsirləndirilən şəxs 055 *** ** ** saylı nömrə ilə apardığı yazışmaların əks olunduğu 28 vərəqədə olan fotoşəkillər cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə, iş üzrə mülki iddiaçı qismində tanınmış Zərərçəkmiş şəxs mülki iddiadan imtina etməsi barədə müraciətini nəzərə alaraq, tərəfindən verilmiş mülki iddia üzrə icraata xitam verilməsini məqsədə müvafiq hesab edir. CPM-in 186.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia vermiş şəxs məhkəmə hökm çıxarmaq üçün müşavirə otağına gedənədək cinayət təqibi üzrə icraatın istənilən anında digər şəxslərin hüquqları və qanuni mənafeləri pozulmursa, iddiadan imtina etməyə haqlıdır. Bu hüquqlara mənafeyinin müdafiəsi üçün prokuror tərəfindən mülki iddia verilmiş şəxslər də malikdirlər. CPM-in 186.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə tərəfindən mülki iddiadan imtina edilməsinin qəbulu cinayət mühakimə icraatı zamanı mülki iddia üzrə icraata xitam verilməsinə səbəb olur və müvafiq şəxsləri cinayət mühakimə icraatında təkrar iddia vermək hüququndan məhrum edir. Müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqdim etdiyi hesabata əsasən o, məhkəmə iclaslarında iştirak edərək Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə cəmi 60 (altmış) saat vaxt sərf etmişdir. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqsirləndirilən şəxsin müdafiəçisi qismində məhkəmə iclaslarında iştirak edərək ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 60 (altmış) saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərdiyi cəmi 60 (altmış) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 360 (üç yüz altmış) manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə ekspertiza xərci yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və CPM-in 37, 39, 40, 43, 162, 175, 321, 344-347, 356, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Təqsirləndirilən şəxs özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə əvəzsiz və qanunsuz olaraq ələ keçirmək məqsədilə 2017-ci ilin iyul ayının əvvəllərindən 2017-ci ilin iyul ayının 3-cü ongünlüyünədək olan müddətdə Zərərçəkmiş şəxs ümumilikdə 3200 (üç min iki yüz) manat maddi ziyan vurmaqla və təkrarən özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə əvəzsiz və qanunsuz olaraq ələ keçirmək məqsədilə 07 fevral 2020-ci il tarixdə Zərərçəkmiş şəxs ümumilikdə 3500 (üç min beş yüz) manat maddi ziyan vurmaqla dələduzluq etməsi epizodları üzrə o, cinayət məsuliyyətinə cəlb etmə müddətlərinin keçməsi ilə əlaqədar cinayət məsuliyyətindən azad edilsin və barəsində olan cinayət təqibinə həmin hissələrdə xitam verilsin. Təqsirləndirilən şəxs təkrarən özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə əvəzsiz və qanunsuz olaraq ələ keçirmək məqsədilə 2017-ci ilin sentyabr ayının ikinci ongünlüyündə Zərərçəkmiş şəxs ümumilikdə 7400 (yeddi min dörd yüz) manat maddi ziyan vurmaqla dələduzluq etməsi epizodu üzrə ibtidai istintaq orqanı tərəfindən ona elan edilmiş həmin ittihamdan təkrarən sözü xaric edilsin. Təqsirləndirilən şəxs təkrarən özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə əvəzsiz və qanunsuz olaraq ələ keçirmək məqsədilə 2017-ci ilin sentyabr ayının ikinci ongünlüyündə Zərərçəkmiş şəxs ümumilikdə 7400 (yeddi min dörd yüz) manat maddi ziyan vurmaqla dələduzluq etməsi epizodu üzrə o, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilsin və barəsində olan cinayət təqibinə həmin hissədə xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri ləğv edilsin. İş üzrə maddi sübut kimi tanınmış Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs arasındakı danışığın səs yazısı və Təqsirləndirilən şəxs ona göndərdiyi səsli mesajlarından ibarət 42 ədəd səs faylı olan bir ədəd “Anık pover” markalı USB yaddaş kartı və Zərərçəkmiş şəxs 055 *** ** ** saylı nömrə ilə işləyən “Samsung” markalı telefonunda Təqsirləndirilən şəxs 055 *** ** ** saylı nömrə ilə apardığı yazışmaların əks olunduğu 28 vərəqədə olan fotoşəkillər cinayət işinin materiallarında saxlanılsın. İş üzrə mülki iddiaçı qismində tanınmış Zərərçəkmiş şəxs tərəfindən verilmiş mülki iddia üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında göstərdiyi cəmi 60 (altmış) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 360 (üç yüz altmış) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Qərar elan edildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilmədikə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Fərid Əmirəliyev
Məhkəmə qərarları › İş №1(001)-41/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №1(001)-41/2022
08.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver