Məhkəmə qərarları › İş №1(001)-41/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-41/2024

13.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-41/2024 13.02.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Qurbanova Aygün Arzu qızı, Məhkəmə iclasının katibi: X2, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X7, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxsin müdafiəçisi: Bakı şəhəri 11 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxxx 1993-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmuş, işləməyən, Bakı şəhəri, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 07 yanvar 2022-ci il tarixdə saat 04 radələrində Zərərçəkmiş şəxs2 ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsinə hasardan aşmaqla qanunsuz daxil olub həmin sahədə yerləşən saxlanc yeri hesab olunan toyuq hininə qanunsuz daxil olub oradan hər birinin çəkisi təxminən 1,100 kq, ümumi çəkisi 11 kiloqram olan cəmi 60 manat dəyərində toyuqları və əl damından hər birinin dəyəri 80 manat olmaqla ümumi dəyəri 160,0 manat olan 02 baş çoban itini gizli olaraq talayıb Zərərçəkmiş şəxs2 ümumilikdə 220 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədilə 03 aprel 2022-ci il tarixdə saat 04 radələrində Zərərçəkmiş şəxs3 məxsus Bakı şəhəri, Binəqədi rayonu, Xocəsən bələdiyyəsi, Sulutəpə qəsəbəsi, H.Sultanov küçəsi, nömrəsiz fərdi evinin həyətində yerləşən “Qardaşlar Market” adlı tikinti mallarının satışı mağazasının küçə tərəfindən olan pəncərəsinin dəmir barmaqlığını və plastik pəncərəsini yerdən götürdüyü dəmir parçası ilə sındırıb qanunsuz daxil olaraq mağazadakı masanın böyründə saxlanılan, içərisində 440 manat məbləğində nağd pul olan 30 manat dəyərində dəmir qutunu gizli olaraq talayıb zərərçəkmiş şəxs Elmar Şahmarova ümumilikdə 470 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədilə 06 yanvar 2023-cü il tarixdə saat 05 radələrində Zərərçəkmiş şəxs1 Bakı şəhəri, Binəqədi rayonu, Xocəsən qəsəbəsində yerləşən 3398 saylı mağazasının arxa hissəsindəki dəmir qapısını əvvəlcədən özü ilə gətirdiyi istintaqla müəyyən edilməmiş balta ilə sındırıb mağazanın ambarına, oradan mağazaya qanunsuz daxil olaraq içərisində saxlanc yeri hesab olunan kassa aparatını açıb qanunsuz daxil olaraq oradan 13 manat məbləğində xırda qəpikləri, hər bir kiloqramının dəyəri 14,5 manat təşkil edən 58 manat dəyərində 04 kq «Newland» markalı kərə yagını, dəyəri 12,15 manat təşkil edən 01 kq « Novaya zemlya» markalı kərə yagını, hər bir qutunun dəyəri 2,92 manat təşkil edən 10 qutu 29,20 manat dəyərində «Kent HD 8 Futura» markalı siqaretləri, hər bir qutunun dəyəri 2,76 manat təşkil edən 22 qutu 60,72 manat dəyərində «Winstone XS» markalı siqaretləri, hər bir qutunun dəyəri 2,46 manat təşkil edən 29 qutu 71,34 manat dəyərində «LD X23» markalı siqaretləri, 2,12 manat dəyərində 01 ədəd «Nescafe classic» markalı kofe bankasını, hər birininn dəyəri 3,93 manat təşkil edən 06 ədəd 23,58 manat dəyərində «Jacobs Monarch» markalı kofe bankasını, hər birinin dəyəri 1,35 manat təşkil edən 31 ədəd 41,85 manat dəyərində «Alpengold» markalı şokoladları, hərbirinindəyəri 1,36 manat təşkiledən 18 ədəd 24,48 manatdəyərində «Alpengold» markalı südlü-fındıqlı şokoladları, hər birinin dəyəri 2,85 manat təşkil edən 03 ədəd 8,55 manat dəyərində «Nivea» markalı dezodrantları, hər birinin dəyəri 3,62 manat təşkil edən 05 ədəd 18,1 manat dəyərində «Nivea» markalı qadın dezodrantlarını, hər birinin dəyəri 3,62 manat təşkil edən 04 ədəd 14,48 manat dəyərində «X30» markalı kişi dezodrantlarını, hər birinin dəyəri 2,91 manat təşkil edən 03 ədəd 8,73 manat dəyərində «X27» markalı qadın dezodrantlarını, 5,93 manat dəyərində 01 ədəd «Emotion Romance» markalı qadın duxusunu, hər bir qutunun dəyəri 2,92 manat təşkil edən 11 qutu 32,12 manat dəyərində «Kent Nanotek 01» markalı siqaretləri, hər bir qutunun dəyəri 2,92 manat təşkil edən 09 qutu 26,28 manat dəyərində «Kent Nanotek 04» markalı siqaretləri, hər bir qutunun dəyəri 2,76 manat təşkil edən 11 qutu 30,36 manat dəyərində «Winstone XS Style Silver» markalı siqaretləri, hər bir qutunun dəyəri 3,14 manat təşkil edən 33 qutu 103,62 manat dəyərində «X10» markalı siqaretləri, hər bir qutunun dəyəri 3,14 manat təşkil edən 14 qutu 43,96 manat dəyərində «X15» markalı siqaretləri, hər bir qutunun dəyəri 1,7 manat təşkil edən 02 qutu 3,4 manat dəyərində «X16» markalı siqaretləri, dəyəri 1,7 manat təşkil edən 01 qutu «X24» markalı siqareti, hər bir qutunun dəyəri 1,85 manat təşkil edən 09 qutu 16,65 manat dəyərində «İmperial CLSC Silver Compact» markalı siqaretləri, hər birinin dəyəri 3,34 manat təşkil edən 19 ədəd 63,46 manat dəyərində «Elidor» markalı şampunları, hər bir qutunun dəyəri 2,3 manat təşkil edən 04 qutu 9,2 manat dəyərində «LD Club Extra» markalı siqaretləri, hər bir qutunun dəyəri 1,7 manat təşkil edən 21 qutu 35,7 manat dəyərində «X19» markalı siqaretləri, hər bir qutunun dəyəri 2,08 manat təşkil edən 20 qutu 41,6 manat dəyərində «X20» markalı siqaretləri, hər bir qutunun dəyəri 2,08 manat təşkil edən 14 qutu 29,12 manat dəyərində «X11» markalı siqaretləri, dəyəri 15,23 manat təşkil edən 01 kq «Anchor» markalı kərə yagını, hər bir qutunun dəyəri 2,08 manat təşkil edən 10 qutu 20,8 manat dəyərində «X12» markalı siqaretləri, hər bir qutunun dəyəri 1,5 manat təşkil edən 02 qutu 3 manat dəyərində «Bakı Blue» markalı siqaretləri, hər bir qutunun dəyəri 1,66 manat təşkil edən 02 qutu 3,32 manat dəyərində İran xurmasını, hər bir qutunun dəyəri 2,15 manat təşkil edən 13 qutu 27,95 manat dəyərində «X29 Silver» markalı siqaretləri, hər bir qutunun dəyəri 3,10 manat təşkil edən 02 qutu 6,2 manat dəyərində «X13» markalı siqaretləri, hər bir qutunun dəyəri 2,15 manat təşkil edən 13 qutu 27,95 manat dəyərində «X21 Nights» markalı siqaretləri, hər bir qutunun dəyəri 1,5 manat təşkil edən 08 qutu 12 manat dəyərində «Argo KS Red» markalı siqaretləri, hər bir qutunun dəyəri 1,5 manat təşkil edən 03 qutu 4,5 manat dəyərində «Argo KS Blue» markalı siqaretləri, hər bir qutunun dəyəri 1,7 manat təşkil edən 13 qutu 22,1 manat dəyərində «X17» markalı siqaretləri, hər bir qutunun dəyəri 1,7 manat təşkil edən 17 qutu 28,9 manat dəyərində «X22» markalı siqaretləri, hər bir qutunun dəyəri 1,55 manat təşkil edən 02 qutu 3,1 manat dəyərində «Kingston Silver» markalı siqaretləri, hər bir qutunun dəyəri 2,08 manat təşkil edən 08 qutu 16,64 manat dəyərində «X14» markalı siqaretləri, hər birinin dəyəri 3,75 manat təşkil edən 08 qutu 30 manat dəyərində «Rexona» markalı dezodrantları, hər bir qutunun dəyəri 3,14 manat təşkil edən 16 qutu 50,24 manat dəyərində «X6» markalı siqaretləri, 6,8 manat dəyərində 01 ədəd «Elegante Olympea» markalı qadın duxusunu, hər bir qutunun dəyəri 2,92 manat təşkil edən 12 qutu 35,04 manat dəyərində «X25» markalı siqaretləri, hər bir qutunun dəyəri 2 manat təşkil edən 08 qutu 16 manat dəyərində «X26 Gold» markalı siqaretləri, hər bir qutunun dəyəri 2 manat təşkil edən 06 qutu 12 manat dəyərində «X26 Silver» markalı siqaretləri, hər birinin dəyəri 5,3 manat təşkil edən 10 qutu 53 manat dəyərində «Jacobs Velvet» markalı kofe bankalarını, hər birinin dəyəri 2,8 manat təşkil edən 05 ədəd 14 manat dəyərində «X28 Activ Bay» markalı qadın dezodrantlarını, dəyəri 1,8 manat təşkil edən 01 ədəd «Blade Deo» markalı dezodrantları gizli olaraq talayıb zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs1 MMC-yə ümumilikdə 1239,97 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə istintaqı zamanı ifadə vermiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda təqsirli bilərək göstərmişdir ki,maddi vəziyyəti pis olduğundan oğurluq etmək qərarına gəlmişdir. Belə ki, 7 yanvar 2022-ci il tarixdə saat təxminən 3-4 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Xocasən qəsəbəsi, Yeni Yol küçəsi deyilən küçədən keçəndə ev nömrəsini həmin vaxt bilmədiyi həyət evinin ətrafında sakitçiliyin olduğunu görüb mişar daşlarından olan həyətin hasarından həyətə tullanmışdır. Bildiyinə görə bu evdə qoca yaşlı Zərərçəkmiş şəxs2 yaşayır. Həyətdə adam olmamasını görüb, hin kimi istifadə olunan yerə girmişdir. Orada sayını dəqiq xatırlamadığı toyuqlar, habelə həyətdən 2 ədəd də çoban itinin balalarını oğurlayaraq hasardan aşıb çıxıb getmişdir. Oğurladığı toyuq və itləri həyətində saxlamışdır. Sonradan ev yiyəsi Vəzifənin polisə məlumat verməsini görüb həmin toyuq və itləri sahibi Vəzifəyə qaytarmışdır. Hazırda Vəzifə ondan şikayətçi deyil və sonuncu bunu təsdiq edə bilər. Araşdırma zamanı oğurluq etdiyi Vəzifənin evinin Xocasən qəsəbəsi, Yeni Yol küçəsi, ev 10 ünvanında yerləşdiyi ona məlum olmuşdur. 03 aprel 2022-ci il tarixdə, təxminən saat 04 radələrində Bakı şəhəri, Binəqədi rayonu, özü yaşadığı küçənin əks istiqamətində, Sulutəpə qəsəbəsi hissəsində yerləşən Hərbi Hissə yolu deyilən küçədə tikinti malları mağazasında pul ola biləcəyini düşünüb oradan oğurluq etmək qərarına gəlmişdir. Ətrafda heç kimin olmadığına əmin olduqdan sonra yerdən tapdığı dəmir parçası ilə mağazanın küçə tərəfindəki plastik pəncərənin qarşısında olan dəmir barmaqlığı sındırmış və sonra plastik pəncərəni sındıraraq mağazaya daxil olmuşdur. Mağazaya daxil olduqdan sonra o, orada pul axtarmağa başlamış və həmin vaxt masanın böyründəki dəmir qutunu görmüşdür. Həmin dəmir qutunun içərisinə baxdıqda orada kağız pul və qəpiklər olduğunu görüb həmin qutunu özü ilə götürüb mağazaya daxil olduğu kimi oranı tərk edərək getmişdir. Yolda olan zaman dəmir qutunun içərisindəki pulları saydıqda orada 400 manat kağız pul və təxminən 40 manat qəpik olduğunu görmüş və götürmüşdür. Əldə etdiyi pulu şəxsi ehtiyaclarına xərcləmişdir. Dəmir qutunu və dəmir parçasını xatırlamadığı zibilliyə atmışdır. Sonra ona məlum olmuşdur ki, mağazanın müdiri Zərərçəkmiş şəxs3 adlı şəxsdir. Sonuncu polisə şikayət edəndən sonra, araşdırma zamanı bilmişdi ki, oğurluğu o, etmişdir və gəlib atasına şikayət etmişdir. Atası da Elnura 440 manat pulu ödəmişdir. Zərərçəkmiş şəxs3 bu barədə istintaqa ərizə yazmışdır. Bundan sonra, o, Bakı şəhəri, Binəqədi rayonu, Xocəsən qəsəbəsində yerləşən Zərərçəkmiş şəxs1 mağazasından gecə saatlarında oğurluq etmək qərarına gəlmişdir. Bu məqsədlə 06 yanvar 2023-cü il tarixdə təxminən saat 05 radələrində qeyd etdiyi mağazanın qarşısına gələrək, mağazanın giriş qapısının bağlı olduğunu görmüşdür. Ətrafa baxaraq sakitçiliyin olduğına əmin olmuşdur. Mağazanın arxa tərəfinə keçib arxa qapısına baxaraq onu aça biləcəyinə əmin olmuşdur. Daha sonra özü ilə gətirdiyi sapı dəmirdən olan balta ilə mağazanın anbarının arxa tərəfdən dəmir giriş qapısının qıfılını əzib qapını açaraq mağazaya daxil olmuşdur, kassa aparatına yaxınlaşmış və orada olan 13 manat xırda pulu (qəpikləri) götürmüşdür. Sonra mağazanın içərisində axtarış apararaq muxtəlif markalı siqaretləri, şokoladları, kofe, yeyinti və gigiyena mallarını (şampun, dezodrant, ətir) oğurlayıb oradan uzaqlaşmışdır. Oğurladığı malların əksəriyyətinin markaları yadında qalmamışdır, bunların içində kofe və şokoladlar, dezodrantlar, müxtəlif çeşiddə siqaret qutuları vardı, onları həmin mağazadan götürdüyü şəkər kisələrinə yığaraq aparırmış, kənarda kimsəsiz yerdə gizlədirmiş. Sonra Xocəsən qəsəbəsində yerləşən «Sahil» şadlıq sarayının yaxınlığında yerləşən dayanacağa getmişdir. Dayanacaqdan isə Qaradağ rayonu ərazisində yerləşən «Sədərək» Ticarət Mərkəzinə yollandım. Oğurladığım malların bir qismini həmin gün, bir qismini isə səhəri gün, yəni 07 yanvar 2023-cü il tarixdə qeyd etdiyi Ticarət Mərkəzində səyyar şəkildə əvvəllər tanımadığı müştərilərə satmışdır. Hər birindən 10 qutu olmaqla “Kent, winstone, prima” və digər markalı siqretləri və markasını xatırlamadığı 5 qutu kofeni təsadüf tanış olduğu Tofiq adlı şəxsə Binəqədi qəsəbəsində satmışdır. Bildiyinə görə, Tofiq əslən Sabirabad rayonundandır, mobil nömrəsini unutmuşdur. Bütün alıcılara deməmişdir ki, bu mallar oğurluqdur, yoxsa malları ondan almazdılar. Deyirdi ki, bu mallar onundur, bunların satışı ilə məşğul olur. Hətta Tofiqə demişdir ki, işlədiyi mağaza bağlandığı üçün qalıq malları tez satmaq üçün ucuz verir. Oğurluq yolu ilə əldə etdiyi pulları isə şəxsi ehtiyaclarına xərcləmişdir.Oğurluq cinayətlərini özü tək törətmiş və heç kimə bu barədə məlumat verməmişdir. Habelə heç kim onun oğurluq etməyini görməmişdir.Oğurluq zamanı istifadə etdiyi həmin baltanı və dəmir aləti təqdim edə bilməz.Belə ki, oğurluq etdikdən sonra baltanı və dəmir aləti xatırlamadığı yerlərdə tullamışdır. Məhkəmə baxışı zamanı törətdiyi əməldən peşman olduğunu və on ayüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs hüquqi şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 MMC-nin nümayəndəsi kimi tanınmış Nümayəndə ibtidai istintaq dövründə verdiyi ifadə elan edilmişdir. O, ifadəsində göstərmişdir ki, 06 yanvar 2023-cü il tarixdə saat təxminən 10 radələrində ona Bakı şəhəri, Binəqədi rayonu, Xocəsən qəsəbəsində yerləşn Zərərçəkmiş şəxs1 mağazasının müdürü Şahid3 məlum olmuşdur ki, 05 yanvar 2023-cü il saat 23:00-dan 06 yanvar 2023-cü il saat 07:40 radələrinədək olan müddət ərzində naməlum şəxs və ya şəxslər mağazanın daxilində yerləşən ambarın arxa tərəfində olan dəmir qapısına müdaxilə edib qıfılı qırmaqla, mağazaya qanunsuz daxil olmuşdur. Daha sonra mağazaya baxış keçirilmiş və baxış zamanı məlum olmuşdur ki, mağazadan hər bir kiloqramının dəyəri 14,5 manat təşkil edən 58 manat dəyərində 04 kq «Newland» markalı kərə yagı, dəyəri 12,15 manat təşkil edən 01 kq « Novaya zemlya» markalı kərə yagı, hər bir qutunun dəyəri 2,92 manat təşkil edən 10 qutu 29,20 manat dəyərində «Kent HD 8 Futura» markalı siqaretlər, hər bir qutunun dəyəri 2,76 manat təşkil edən 22 qutu 60,72 manat dəyərində «Winstone XS» markalı siqaretlər, hər bir qutunun dəyəri 2,46 manat təşkil edən 29 qutu 71,34 manat dəyərində «LD X23» markalı siqaretlər, 2,12 manat dəyərində 01 ədəd «Nescafe classic» markalı kofe bankası, hər birininn dəyəri 3,93 manat təşkil edən 06 ədəd 23,58 manat dəyərində «Jacobs Monarch» markalı kofe bankaları, hər birinin dəyəri 1,35 manat təşkil edən 31 ədəd 41,85 manat dəyərində «Alpengold» markalı şokoladları, hər birinin dəyəri 1,36 manat təşkil edən 18 ədəd 24,48 manat dəyərində «Alpengold» markalı südlü-fındıqlı şokoladları, hər birinin dəyəri 2,85 manat təşkil edən 03 ədəd 8,55 manat dəyərində «Nivea» markalı dezodrantları, hər birinin dəyəri 3,62 manat təşkil edən 05 ədəd 18,1 manat dəyərində «Nivea» markalı qadın dezodrantları, hər birinin dəyəri 3,62 manat təşkil edən 04 ədəd 14,48 manat dəyərində «X30» markalı kişi dezodrantları, hər birinin dəyəri 2,91 manat təşkil edən 03 ədəd 8,73 manat dəyərində «X27» markalı qadın dezodrantları, 5,93 manat dəyərində 01 ədəd «Emotion romance» markalı qadın duxusu, hər bir qutunun dəyəri 2,92 manat təşkil edən 11 qutu 32,12 manat dəyərində «Kent nanotek 01» markalı siqaretlər, hər bir qutunun dəyəri 2,92 manat təşkil edən 09 qutu 26,28 manat dəyərində «Kent nanotek 04» markalı siqaretlər, hər bir qutunun dəyəri 2,76 manat təşkil edən 11 qutu 30,36 manat dəyərində «Winstone XS Style Silver» markalı siqaretlər, hər bir qutunun dəyəri 3,14 manat təşkil edən 33 qutu 103,62 manat dəyərində «X10» markalı siqaretlər, hər bir qutunun dəyəri 3,14 manat təşkil edən 14 qutu 43,96 manat dəyərində «X15» markalı siqaretlər, hər bir qutunun dəyəri 1,7 manat təşkil edən 02 qutu 3,4 manat dəyərində «X16» markalı siqaretlər, dəyəri 1,7 manat təşkil edən 01 qutu «X24» markalı siqareti, hər bir qutunun dəyəri 1,85 manat təşkil edən 09 qutu 16,65 manat dəyərində «İmperial CLSC Silver Compact» markalı siqaretlər, hər birinin dəyəri 3,34 manat təşkil edən 19 ədəd 63,46 manat dəyərində «Elidor» markalı şampunlar, hər bir qutunun dəyəri 2,3 manat təşkil edən 04 qutu 9,2 manat dəyərində «LD club Extra» markalı siqaretlər, hər bir qutunun dəyəri 1,7 manat təşkil edən 21 qutu 35,7 manat dəyərində «X19» markalı siqaretlər, hər bir qutunun dəyəri 2,08 manat təşkil edən 20 qutu 41,6 manat dəyərində «X20» markalı siqaretlər, hər bir qutunun dəyəri 2,08 manat təşkil edən 14 qutu 29,12 manat dəyərində «X11» markalı siqaretlər, dəyəri 15,23 manat təşkil edən 01 kq «Anchor» markalı kərə yagı, hər bir qutunun dəyəri 2,08 manat təşkil edən 10 qutu 20,8 manat dəyərində «X12» markalı siqaretlər, hər bir qutunun dəyəri 1,5 manat təşkil edən 02 qutu 3 manat dəyərində «Bakı Blue» markalı siqaretlər, hər bir qutunun dəyəri 1,66 manat təşkil edən 02 qutu 3,32 manat dəyərində İran xurması, hər bir qutunun dəyəri 2,15 manat təşkil edən 13 qutu 27,95 manat dəyərində «X29 Silver» markalı siqaretlər, hər bir qutunun dəyəri 3,10 manat təşkil edən 02 qutu 6,2 manat dəyərində «X13» markalı siqaretlər, hər bir qutunun dəyəri 2,15 manat təşkil edən 13 qutu 27,95 manat dəyərində «X21 Nights» markalı siqaretlər, hər bir qutunun dəyəri 1,5 manat təşkil edən 08 qutu 12 manat dəyərində «Argo KS Red» markalı siqaretlər, hər bir qutunun dəyəri 1,5 manat təşkil edən 03 qutu 4,5 manat dəyərində «Argo KS Blue» markalı siqaretlər, hər bir qutunun dəyəri 1,7 manat təşkil edən 13 qutu 22,1 manat dəyərində «X17» markalı siqaretlər, hər bir qutunun dəyəri 1,7 manat təşkil edən 17 qutu 28,9 manat dəyərində «X22» markalı siqaretlər, hər bir qutunun dəyəri 1,55 manat təşkil edən 02 qutu 3,1 manat dəyərində «Kingston Silver» markalı siqaretlər, hər bir qutunun dəyəri 2,08 manat təşkil edən 08 qutu 16,64 manat dəyərində «X14» markalı siqaretlər, hər birinin dəyəri 3,75 manat təşkil edən 08 qutu 30 manat dəyərində «Rexona» markalı dezodrantları, hər bir qutunun dəyəri 3,14 manat təşkil edən 16 qutu 50,24 manat dəyərində «X6 » markalı siqaretlər, 6,8 manat dəyərində 01 ədəd «Elegante Olympea» markalı qadın duxusu, hər bir qutunun dəyəri 2,92 manat təşkil edən 12 qutu 35,04 manat dəyərində «X25» markalı siqaretlər, hər bir qutunun dəyəri 2 manat təşkil edən 08 qutu 16 manat dəyərində «X26 Gold» markalı siqaretlər, hər bir qutunun dəyəri 2 manat təşkil edən 06 qutu 12 manat dəyərində «X26 Silver» markalı siqaretlər, hər birinin dəyəri 5,3 manat təşkil edən 10 qutu 53 manat dəyərində «Jacobs Velvet» markalı kofe bankaları, hər birinin dəyəri 2,8 manat təşkil edən 05 ədəd 14 manat dəyərində «X28 Activ Bay» markalı qadın dezodrantları, dəyəri 1,8 manat təşkil edən 01 ədəd «Blade Deo» markalı dezodrantları və ambarda olan kassa aparatından xırda qəpiklərlə 13 manat məbləğində nağd pul oğurlanmışdır. Beləliklə, baş vermiş oğurluq hadisəsi nəticəsində Zərərçəkmiş şəxs1 MMC-yə ümumilikdə 1239,97 manat məbləğində maddi ziyan dəymişdir. Məhkəməyə təqdim edilmiş xx.xx.2024-cü il tarixli aktdan görünür ki, şirkətə dəyən 1239,97 manat məbləğində ziyanın 800 manatı təqsirləndirilən şəxsin atası Şahid2 tərəfindən ödənilmişdir və Təqsirləndirilən şəxs qarşı Zərərçəkmiş şəxs1 MMC-nin heç bir şikayəti yoxdur və onunla barışmışlar. Aktın doğruluğu hüquqşünaslar Nümayəndə, Taleh Rzayev, maliyyə şöbəsinin müdirii Qabil Əhmədov və Şahid2 tərəfindən imzalanaraq hüquqi şəxsin möhürü ilə təsdiq edilmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində tanınaraq dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, anket məlumatlarında qeyd olunun ünvanda ailəsi ilə birlikdə yaşayır. 07 yanvar 2022-ci ildə səhər saat 6 radələrində yaşadığı evinin həyətinə çıxan zaman həyətdəki hində olan 10 ədəd toyuqlarının və digər əl damından 2 ədəd çoban itinin oğurlandığını aşkar etmişdir. Bu barədə dərhal polis orqanlarına məlumat verilmişdir. Lakin bir müddət sonra, təxminən 10-15 gün keçdikdən sonra, araşdırma zamanı qonşuluqda yaşayan Təqsirləndirilən şəxs gətirib onun toyuqlarını və itlərini qaytarmışdır. Hazırda heç kimdən heç bir şikayəti və tələbi yoxdur. İlkin ərizə və izahatda oğurluq nəticəsində ona 870 manat məbləğində ziyanın dəyməsini bildirsə də, hazırda məhkəməəmtəəşünaslıq eksperizasının rəyinə əsasən toyuqların və itlərin qiymətinin 220 manat olmasının göstərilməsinin onun üçün heç bir fərqi yoxdur, çünki hazırda oğurlanmış toyuq və itləri ona qaytarılmışdır. Təqsirləndirilən şəxs gənc olmasını nəzərə alaraq onu bağışlamışdır və ona qarşı şikayəti yoxdur. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində tanınaraq dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, anket məlumatlarında göstərdiyi ünvanda ailəsi ilə birlikdə yaşayır. Həmin ünvanda yerləşən fərdi tikilidə tikinti materiallarının satışı ilə məşğuldur. Mağazasının ünvanı işıq idarəsində köhnə qayda ilə Xocasən qəsəbəsi ilə yazılsa da, hazırki ünvanı bələdiyyə sənədi əsas götürülərək Bakı şəhəri, Binəqədi rayonu, Xocəsən bələdiyyəsi, Sulutəpə qəsəbəsi, H.Sultanov küçəsi, nömrəsiz fərdi evdə yerləşən mağazadır. Sənədləşməyə əsasən mağazanın adı “Qardaşlar Market” adlandırılır və orada inşaat materialları satılır. Hazırki ifadəsində o, təsdiq edir ki, hadisə zamanı Təqsirləndirilən şəxs mağazasasına küçə tərəfindən olan dəmir barmaqlığı və plastik pəncərəni sındırmaq yolu ilə qanunsuz daxil olmaqla, mağazadakı masanın üzərindəki içərisində 440 manat olan pulu saxlamaq üçün aldığı dəmir qutu ilə birlikdə oğurlamışdır. Həmin dəmir qutunun qiyməti 30 manat təşkil edir. Belə ki, 02 aprel 2022-ci ildə saat 22 radələrində mağazanı bağlayaraq evinə getmiş, 03 aprel 2022-ci il tarixdə səhər saat 8 radələrində mağazaya gələndə pəncərənin çöl tərəfdə olan dəmir barmaqlarının və şüşəsinin sındırılmasını görmüşdür. Qapını açıb içəriyə daxil olanda mağazadakı masanın böyründə olan dəmir qutunun olmamasını aşkar etmişdir. Dükanda quraşdırılmış kameranın görüntülərinə baxanda mağazaya daxil olaraq oğurluq etmiş şəxsin qonşuluqda yaşayan Təqsirləndirilən şəxs olduğunu aşkar etmişdir və bu barədə sonuncunun atası Yaquba demişdir. Məhkəməyə ərizə təqdim edərək ona dəymiş ziyanın ödənildiyini və Təqsirləndirilən şəxs qarşı şikayəti olmadığından ona yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Zərərçəkmiş şəxs1 MMC-yə məxsus qeyd edilən mağazanın müdiri işləmiş, hazırda isə deməsinə görə Şahid3 Təqsirləndirilən şəxs işlədiyi mağazadan əmlakın oğurlanmasında ifşa etmişdir. Həmin vaxt mağazadan ərzaq məhsulları oğurlandığını bildirmiş və onda olan məlumata görə mağazaya vurulmuş ziyan ödənilmişdir. Məhkəmə istintaqı zamanı üzürlü səbəbdən məhkəmə iclasında iştirak edə bilməyən şahid qismində dindirilmiş Şahid1 ibtidai istintaq dövründə verdiyi ifadə elan edillmişdir. O, ifadəsində göstərmişdir ki, qeyd edilən ünvanda ailə üzvləri ilə birlikdə yaşayır. Fərdi əməklə məşğul olaraq ailəsini dolandırır. Bildirir ki, 2023-cü ilin yanvar ayının əvvəlində, ola bilsin ki, 7- 8-də təxminən gunorta vaxtı Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsində mərkəzi küçədə olan zaman bir nəfər əvvəllər tanıdığı və adının Osman olduğunu bildiyi şəxs ona yaxınlaşıb söhbət edərkən bildirmişdir ki, bir müddət ərzaq malları və siqaret satılan mağaza işlətmişdir. İşləri yaxşı getmədiyindən həmin mağazanı bağlamış və oradan ərzaq məhsullarını və siqaretlərin çox qismini satmış, lakin hazırda onda qalan, hərəsindən bir blok, yəni 10 qutu “Kent-4” markalı, 10 qutu “winstone” markalı, 10 qutu “Prima” markalı, 10 qutu “Rothmans” markalı siqretləri və 5 qutu “Jacobs” markalı kofe satışda vardır. Əgər həmin siqretləri və kofeni alsa topdansatış qiymətə ona satacaqdır. O, Osmanı uzun müddətdir ki, görmürdü və doğurdanda mağaza işlətməsinə inandı. O, Osmandan soruşmuşdur ki, birdən bu əşyaları oğurluq yolu ilə əldə edər. Lakin Osman and içərək ona bildirmişdir ki, bunlar oğurluq deyildir, nağd pula ehtiyyacı vardır, bu səbəbdən satır. O, bu malları ucuz qiymətə təklif etməsi üçün onları almağa razılaşmışdır. Ona görədə hər bir qutusunun qiyməti 2,50 manata 10 qutu (bir blok) “Kent-4”, hər bir qutusunun qiyməti 2,50 manata 10 qutu (bir blok) “winstone”, hər birinin qiyməti 2,0 manata 10 qutu (bir blok) “Rothmans” markalı siqretləri, hər birinin qiyməti 1,5 manata 10 qutu (bir blok) “Prima” markalı siqretləri və hər birinin qiyməti 5,0 manata 05 ədəd “Jacobs” markalı kofeni həmin şəxsdən alıb 110 manat nağd pul vermişdir. O, siqret çəkən omadığından və eləcə də kofeni çox da sevmədiyindən ondan aldığı siqretləri və kofeni saxlamışdır ki, Sabirbad rayonuna gedəndə yaxın qohumlarına hədiyyə etsin. Lakin sonradan polis əməkdaşları ona yaxınlaşıb, Təqsirləndirilən şəxs oğurluq cinayətlərini törətməsi barədə məlumat verib Zərərçəkmiş şəxs1 adlı mağazadan çox sayda siqret, ərzaq və digər əşylara oğurlamasını bildirmişlər. Həmçinin, Osmanın oğurluq yolu ilə əldə etdiyi siqaret və kofelər ona satmasını etiraf etdiyini bildirmişdirlər. Buna görə də aldığı siqaretlər və kofe barədə ondan soruşduqda, o, həmin əşyaları evində saxladığını bildirmişdir. Həmin siqaretləri və kofeləri könüllü olaraq istintaqa təqdim etmək istəyir, əgər bu əşyalar oğurluqdurlarsa, ona haram mallar lazım deyil.O, Təqsirləndirilən şəxs oğru olduğunu əvvəllər bilməmişdir, Osmanın cinayət əlaqələri, dost-tanışı, oğurladığı digər əmlakları daha kimlərə satdığı barədə məlumatı yoxdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs atasıdır və onlar bir ünvanda yaşayırlar. Oğlu Osman əvvəllər məhkum olunmuşdur. Aparılım araşdırmalar zamanı ona məlum olmuşdur ki, oğlu Osman 2022-ci ilin yanvar ayında, dəqiq tarixini bilmədiyi gündə Bakı şəhəri, Binəqədi rayonu, Xocasən qəsəbəsi, Yeni Yol küçəsində Zərərçəkmiş şəxs2 həyətindən bir-neçə toyuqları və 2 ədəd də çoban itinin balasını oğurlamışdır. Sonradan ev yiyəsi Vəzifənin polisə məlumat verməsini görüb Osman həmin toyuq və itləri sahibi Vəzifəyə qaytarmışdır. Hazırda Vəzifə oğlum Osmandan şikayətçi deyil. Bundan başqa, araşdırma zamanı ona məlum olmuşdur ki, oğlu Osman 2022-ci ilin aprel ayında, tarixini dəqiq bilmədiyi gündə Bakı şəhəri, Binəqədi rayonu, yaşadıqları küçənin əks istiqamətindəki Sulutəpə qəsəbəsi hissəsində yerləşən Hərbi Hissə yolu deyilən küçədə Zərərçəkmiş şəxs3 tikinti malları mağazasından gecə vaxtı pul oğurlamışdır. Sonra Zərərçəkmiş şəxs3 polisə müraciət edərək habelə kamera görüntüsünə baxıb oğrunun oğlu Osman olduğunu bilmiş və gəlib bu barədə ona şikayət etmişdir. Ona görə də o, Zərərçəkmiş şəxs3 oradan oğurlanmış 440 manat pulunu qaytarmışdır. Elnur da istintaq orqanına ərizə yazmışdır ki, oğlu Osmandan şikayətçi deyil. Araşdırma zamanı ona məlum olmuşdur ki, oğlu Osman 2023-cü il yanvar ayında, tarixini dəqiq bilmədiyi gündə Bakı şəhəri, Binəqədi rayonu, Xocəsən qəsəbəsində yerləşən Zərərçəkmiş şəxs1 mağazasından gecə saatlarında oğurluq etmiş, ərzaq, siqaret və digər, cəmi 1239 manatlıq malları oğurlamışdır. Oğlu Təqsirləndirilən şəxs oğurluqlar törədərkən istifadə etdiyi balta və dəmir aləti, habelə sonuncu tərəfindən oğurlanmış toyuq, itlər, ərzaq, siqaret və gigiyena məhsullarının evlərinə gətirilməsini görməmişlər, belə əşyaların yerləri onlara məlum deyil. İşdən görünür ki, şahid qismində dindirilmiş Şahid1 Təqsirləndirilən şəxs oğurlayaraq ona öz əmlakı adı ilə satdığı 10 qutu (bir blok) “Kent-4”, 10 qutu (bir blok) nazik «Winstone XS», 10 qutu (bir blok) «X11», 10 qutu (bir blok) «X19» markalı siqretləri və 05 banka «Jacobs Monarch» markalı kofeni könüllü olaraq istintaqa təqdim etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 17 yanvar 2023-cü il tarixli cinayət işinin başlanması və icraata qəbul edilməsi barədə qərardan görünür ki, ********* saylı cinayət işi 17 yanvar 2023-cü il tarixdə fakta görə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə başlanılmışdır. xx.xx.2022-ci il tarixli cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işinə birləşdirilmiş ********* nömrəli cinayət işi 18 aprel 2022-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə başlanılmışdır. 220040425 nömrəli cinayət işinin başlanmasına səbəb və əsas Təqsirləndirilən şəxs 07 yanvar 2022-ci il tarixdə saat 04 radələrində Zərərçəkmiş şəxs2 məxsus ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsinə qanunsuz daxil olmaqla, orada yerləşən əl damından ümumi dəyəri 70 manatola on baş toyuğu və hər birinin dəyəri 400 manat olan, iki baş çoban itini, ümumilikdə 870 manat dəyərində əmlakı gizli olaraq talayıb oğurluq etməsi faktı və bununla bağlı Bakı şəhəri, Binəqədi RPİ-nin 40-cı PB- də toplanmış material olmuşdur. 19 aprel 2022-ci il tarixli şübhəli şəxsin tutulması haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə 19 aprel 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. 19 aprel 2022-ci il tarixli cinayət işinə matrealın birləşdirilməsi qərarından görünür ki, həmin cinayət işinin materiallarına Təqsirləndirilən şəxs 03 aprel 2022-ci il tarixdə saat 04 radələrində Bakı şəhəri, Binəqədi rayonıı, Sulutəpə qəsəbəsi, Hərbi Hissə yolu küçəsində yerləşərək Zərərçəkmiş şəxs3 məxsus tikinti malları mağazasından 440 manat məbləğində nağd pulun gizli olaraq talanması faktına görə Binəqədi RPİ-nin 40-cı PB- də toplanmış HK- 1/518 nömrəli material birləşdirilmişdir. 20 aprel 2022-ci il tarixdə ********* nömrəli cinayət işi üzrə törədilmiş cinayət əməlləri Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsindən həmin Məcəllənin 177.2.2 və 177.2.3-cü maddələrinə tövsif olunmuşdur. 20 aprel 2022-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə ittiham elan olunmuşdur. 20 aprel 2022-ci il tarixdə Binəqədi Rayon Məhkəməsinin hakimi Vüsal Tağıyev tərəfindən Təqsirləndirilən şəxs barəsində 19 aprel 2022-ci il tarixdən hesablanmaqla 02 (iki) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. 02 iyun 2022-ci il tarixdə Binəqədi Rayon Məhkəməsinin hakimi Abbas Rzayev tərəfindən Təqsirləndirilən şəxs vəsatəti əsasında barəsində seçilmiş həbs qətimkan tədbiri 19 iyun 2022-ci il tarixə kimi ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmişdir. 19 iyun 2022-ci il tarixli “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs ev dustağlı növündə qətimkan tədbirinin müddəti bitdiyi üçün onun barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmişdir. 28 iyun 2022-ci il tarixdə Təqsirləndirilən şəxs xəstələndiyi üçün onunla istintaq hərəkətlərinin yetirilməsi mümkün olmadığı üçün cinayət işi üzrə icraat Azərbaycan Respublikası CPM-nin 53.1.4-cü maddəsinə əsasən dayandırılmışdır. 21 oktyabr 2022-ci il tarixdə cinayət işi üzrə icraata qəbul edilərək icraatı təzələnmiş, Təqsirləndirilən şəxs qətimkan tədbirinin şərtlərini pozduğuna görə həmin tarixdə axtarışı elan olunaraq işin icraatı Azərbaycan Respublikası CPM-nin 53.1.3-cü maddəsinə əsasən dayandırılmışdır. 14 yanvar 2023-cü il tarixdə axtarışda olan Təqsirləndirilən şəxs tutulub istintaqa təhvil verildiyi üçün cinayət işi üzrə icraat təzələnmişdir. 16 yanvar 2023-cü il tarixdə Təqsirləndirilən şəxs RPİ-nin MSY-dan azad olunaraq barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri dəyişdirilmədən qüvvədə saxlanılmışdır. 17 yanvar 2023-cü il tarixli cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında qərardan görünür ki,Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. 18 yanvar 2023-cü il tarixdə ********* nömrəli cinayət işi üzrə istintaq davam etdirildiyindən iş icraata qəbul edilmişdir. 230040040 və ********* nömrəli cinayət işləri üzrə eyni şəxs, yəni Təqsirləndirilən şəxs qismində cəlb edildiyindən 18 yanvar 2023-cü il tarixdə tərəfimdən həmin cinayət işləri bir icraatda birləşdirilməklə ibtidai istintaq ********* nömrəsi altında davam etdirilmişdir. Eyni zamanda, birləşdirilmiş cinayət işi üzrə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlləri Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələrinə tövsif edilməklə istintaq həmin maddələr ilə davam etdirilmişdir. 19 yanvar 2023-cü il tarixdə Təqsirləndirilən şəxs yenidən Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş ittiham elan edilmişdir. Həmin tarixdə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün Binəqədi rayon prokuroru, baş ədliyyə müşaviri Fuad Məmmədova vəsatət verilmişdir.19 yanvar 2023-cü il tarixdə Binəqədi rayon prokuroru, baş ədliyyə müşaviri Fuad Məmmədov tərəfindən həmin vəsatətin müdafiə edilməsindən imtina olunması haqqında qərar qəbul edilərək Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmişdir. 17 fevral 2023-cü il tarixdə cinayət işi üzrə icraat Azərbaycan Respublikası CPM-nin 53.1.4-cü maddəsinə əsasən dayandırılmış və 28 aprel 2023-cü il tarixdə icraat təzələnmişdir. İş üzrə Təqsirləndirilən şəxs qətimkan tədbirinin şərtlərini pozduğuna görə 28 aprel 2023-cü il tarixdə onun axtarışı elan olunaraq işin icraatı Azərbaycan Respublikası CPM-nin 53.1.3-cü maddəsinə əsasən dayandırılmışdır. İş üzrə axtarışda olan Təqsirləndirilən şəxs tutulub istintaqa təhvil verildiyi üçün 10 iyun 2023-cü il tarixdə tərəfimdən cinayət işi üzrə icraat təzələnmişdir. Həmin tarixdə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün Binəqədi rayon prokuroru, baş ədliyyə müşaviri Fuad Məmmədova vəsatət verilmişdir. 10 iyun 2023-cü il tarixdə Binəqədi rayon prokuroru, baş ədliyyə müşaviri Fuad Məmmədov tərəfindən həmin vəsatətin müdafiə edilməsindən imtina olunması və təqsirləndirilən şəxsin saxlanıldığı RPİ-nin MSY-dan azad edilərək barəsində həbslə bağlı olmayan qətimkan tədbirinin seçilməsi haqqında qərar qəbul edilmişdir. Odur ki, həmin tarixdə tərəfimdən Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmişdir. 06 iyul 2023-cü il tarixdə tərəfimdən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 177.2.2 və 177.2.3-cü maddələri ilə yenidən ittiham elan olunmuş, barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilməsi nəzərə alınmışdır. Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2012-ci il tarixli, 1(101)-850/12 saylı hökmü ilə Təqsirləndirilən şəxs barəsində 10 il 06 ay müddətinə azadlıqdan məhrumetmə növündə cəza təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının 18 fevral 2022-ci il tarixli 9/875 nömrəli rəyində görünür ki, 10 baş ümumi çəkisi 11 kiloqram (hər birinin çəkisi təxminən 1,100 kq) olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 60 manat, 02 baş hər biri 1 yaş 2 aylıq olan çoban iti 160,0 manat ( 2 baş x 80, manat) müəyyən edilir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış 06 aprel 2023-cü il tarixli tələbnamədən, Bakı Apellyasiya Məhkəməsinin 09 aprel 2013-cü il tarixli və Şabran Rayon Məhkəməsinin 09 iyul 2020-ci il tarixli qərarlarından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər dəfələrlə məhkum olunmuş, son dəfə Azərbaycan Respublikas CM-nin 181.3.2, 177.3.2-ci maddələri ilə təqsirli bilinərək 09 il 03 ay müddətinə məhkum edilərək 09 iyul 2020-ci il tarixdə şərti azad olunmuşdur. Cinayət işinin materiallarına əlavə edilmiş 07 yanvar 2022-ci il tarixli “hadisə yerinə baxış keçirilməsi barədə” protokolla və ona əlavə edilmiş fotocədvəllə Təqsirləndirilən şəxs 07 yanvar 2022-ci il tarixdə təxminən saat 04 radələrində Zərərçəkmiş şəxs2 ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsinə mişar daşı ilə hörülmüş hasardan qanunsuz daxil olmaqla, həyətyanı sahədə yerləşən saxlanc yeri kimi istifadə olunan əl damından sonuncuya məxsus hər birinin dəyəri 7 manat olmaqla 10 ədəd cəmi 70 manat dəyində toyuqları və həyətdən hər birinin dəyəri 400 manat olan, cəmi 800 manat dəyərində 02 ədəd çoban itini gizli olaraq talayıb Zərərçəkmiş şəxs2 ümumilikdə 870 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etməsi faktı təsdiq olunmuşdur. Cinayət işinin materiallarına əlavə edilmiş 03 aprel 2022-ci il tarixli “hadisə yerinə baxış keçirilməsi barədə” protokolla və ona əlavə edilmiş fotocədvəllə Təqsirləndirilən şəxs 03 aprel 2022-ci il tarixdə, təxminən saat 04 radələrində Zərərçəkmiş şəxs3 Bakı şəhəri, Binəqədi rayonu, Xocəsən bələdiyyəsi, Sulutəpə qəsəbəsi, H.Sultanov küçəsi, nömrəsiz fərdi evinin həyətində yerləşən “Qardaşlar Market” adlı tikinti mallarının satışı mağazasının küçə tərəfindən olan pəncərəsinin dəmir barmaqlığını və plastik pəncərəsini dəmir parçası ilə sındırmaq yolu ilə qanunsuz oraya daxil olmaqla, mağazadakı masanın böyründə saxlanılan sonuncuya məxsus içərisində 440 manat məbləğində nağd pul olan 30 manat dəyərində dəmir qutunu gizli olaraq talayıb oğurlaması faktı təsdiq olunmuşdur. Cinayət işinin materiallarına əlavə edilmiş 06 yanvar 2023-cü il tarixli “hadisə yerinə baxış keçirilməsi barədə” protokolla və ona əlavə edilmiş fotocədvəllə Təqsirləndirilən şəxs 06 yanvar 2023-cü il tarixdə təxminən saat 05 radələrində Zərərçəkmiş şəxs1 Bakı şəhəri, Binəqədi rayonu, Xocəsən qəsəbəsində yerləşən mağazasının arxa hissəsindəki dəmir qapısını əvvəlcədən özü ilə gətirdiyi istintaqla müəyyən edilməmiş balta ilə sındırmaq yolu ilə saxlanc yeri hesab edilən həmin mağazaya qanunsuz daxil olaraq orada olan kassa aparatından xırda qəpiklərlə 13 manat məbləğində nağd pulları, habelə muxtəlif növ əmlakı oğurlamaqla zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs1 MMC-yə ümumilikdə 1239,97 manat məbləğində maddi ziyan vurması faktı təsdiq olunmuşdur. Cinayət işinin materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs3 20 aprel 2022-ci il tarixli ərizəsindən görünür ki, onun işlətdiyi mağazadan Təqsirləndirilən şəxs pulu və əmlakını oğurladığı müəyyən edildiyi üçün Osmanın atası Yaqub tərəfindən ona dəymiş ziyanın əsas hissəsi ödənilmişdir. Bununla da, Təqsirləndirilən şəxs ona ittiham edilən cinayət əməllərini təqsirli olaraq törətməsinini etiraf etməsi təsdiqini tapmışdır. Cinayət işinin materiallarına əlavə edilmiş 23 fevral 2023-cü il tarixli könüllü təqdim edilmiş əşyaların götürülməsi haqqında protokoldan görünür ki, Şahid1 tanışı Təqsirləndirilən şəxs ona özünə məxsus əmlak kimi bildirib satdığı bəzi növ siqaret və kofeləri könüllü istintaqa təqdim etmişdir. Cinayət işi üzrə Təqsirləndirilən şəxs tərəfindən oğurlanaraq istintaqla aşkar edilərək götürülmüş 10 qutu (bir blok) “Kent-4”, 10 qutu (bir blok) nazik «Winstone XS», 10 qutu (bir blok) «X11», 10 qutu (bir blok) «X19» markalı siqretləri və 05 banka «Jacobs Monarch» markalı kofesi, 01 ədəd «DVD» diski xüsusi əhəmiyyət kəsb etdikləri üçün maddi sübut kimi tanınmışlar, 01 ədəd «DVD» diski iş materiallarına əlavə edilmiş, qeyd edilən siqaretlər və kofe istintaq tamamlandıqdan sonra saxlanılması Binəqədi RPİ-nin MSSK-nə təhvil verilmişdir. İşdə olan Şabran Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Şabran Rayon Məhkəməsinin 7(031)-20/2020 saylı qərarı ilə ona təyin edilmiş 09 il 03 ay müddətə azadlıqdan məhrumetmə cəzasından çəkilməmiş qalan 08 ay 03 gün cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmişdir. İşdə olan X4 Mərkəzinin 02 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək mərkəzdə reabilitasiya keçmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmət Bakı İstintaq Təcridxanasının xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Binəqədi RPİ-nin CAB-nin əməkdaşları tərəfindən tutularaq xx.xx.2023-cü il tarixdə Bakı İstintaq Təcridxanasına təhvil verilmişdir. Beləliklə, Təqsirləndirilən şəxs etirafedici ifadələri ilə yanaşı, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxslər və şahidlərin ifadələri, üzləşdirmə, ifadələrin yerində yoxlanılması, hadisə yerlərinə baxışlar protokolları, əldə olunmuş maddi sübutlar və digər istintaq materialları yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlininin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə tövsif edilmişdir. Beləliklə təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, CMnin 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsinə görə oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama təkrar törədildikdə və 177.2.3-cü maddəsinə əsasən yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. AzərbaycanRespublikasıCinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğunolmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədiilətətbiqedilir; 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində çəkirlər. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 83.3.2-ci maddəsinə əsasən azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə məhkumluq ödənilmiş sayılır. Hazırki iş üzrə Təqsirləndirilən şəxs cəza çəkdiyi dövrdə cinayət törətmiş, məhkumluğu ödənilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.14-cü maddəsinə əsasən cinayət nəticəsində dəymiş ziyanın tam ödənilməsi, zərərçəkmiş şəxslərin ondan şikayətinin olmamasını, aralarında barışıq olmasını cəzasını yüngülləşdirən hal kimi müəyyən etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivi olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal kimi müəyyən etmişdir. Bununla yanaşı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs əvvəllər törətdiyi cinayətə görə məhkum edilməsi və cəza çəkdiyi dövrdə yenidən eyni növ cinayət törətməsini onun şəxsiyyətini mənfi səciyyələndirən hal kimi nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Bu baxımdan məhkəmə CM-nin 177.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəzalardan məhkəmə təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini ədalətli və qanunauyğun hesab edir . Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək həbs və ev dustaqlığında olduğu 02 ay, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-ci il tarixədək, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək şübhəli və təqsirləndirilən şəxs qismində tutulduğu 02 ay 05 gün müddətin bir günü azadlıqdan məhrum etmənin bir gününə bərabər hesablanmaqla, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılaraq, üzərində qəti olaraq azadlıqdan məhrumetmə cəzası saxlanılmalıdır. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisində çəkməklə, ona təyin edilmiş cəzanın əvvəli 05 dekabr 2023-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. İş üzrə maddi sübut kimi Binəqədi RPİ-də saxlanılan 10 qutu (bir blok) “Kent-4”, 10 qutu (bir blok) nazik «Winstone XS», 10 qutu (bir blok) «X11», 10 qutu (bir blok) «X19» markalı siqretləri və 05 banka «Jacobs Monarch» markalı kofesi sahibi- Şahid1 qaytarılmalıdır. Cinayət işi üzrə 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 100 manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza hesabına ödənilməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında ”Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili X3 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə Müdafiəçi sərf etdiyi 40 iş saatına görə 6 manat hesab edilməklə, 240 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 11 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 2 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək həbs və ev dustaqlığında olduğu 02 ay, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-ci il tarixədək, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək şübhəli və təqsirləndirilən şəxs qismində tutulduğu cəmi 02 ay 05 gün müddətin bir günü azadlıqdan məhrum etmənin bir gününə bərabər hesablanmaqla, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılaraq, üzərində qəti olaraq 02 il 03 ay 25 gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılsın Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlansın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisində çəkməklə, ona təyin edilmiş cəzanın əvvəli 05 dekabr 2023-cü il tarixdən hesablansın. İş üzrə maddi sübut kimi Binəqədi RPİ-də saxlanılan 10 qutu (bir blok) “Kent-4”, 10 qutu (bir blok) nazik «Winstone XS», 10 qutu (bir blok) «X11», 10 qutu (bir blok) «X19» markalı siqretləri və 05 banka «Jacobs Monarch» markalı kofesi Şahid1 qaytarılsın. Cinayət işi üzrə 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza xərci 100 (yüz) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə (Az.MEM, VÖEN **********, AZ34CTRE**********002088501, X1, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41, NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 hesaba) keçirilsin. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 11 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilmək üçün 240 manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 11 saylı vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Aygün Qurbanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar