Məhkəmə qərarları › İş №1(001)-41/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №1(001)-41/2025

14.03.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(001)-41/2025 14.03.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim: Nəsibov Samir Nadir oğlunun sədrliyi, Məhkəmə iclas katibi: Bayramov Tural Ural oğlunun katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi: Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirəndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə xx xxxx 1994-cü il tarixdə Yevlax rayonu, Qoyunbinəsi kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, işləməyən, əvvəllər məhkum olunmayan, Yevlax rayonu, Qoyunbinəsi kəndində qeydiyyatda olmaqla, , Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, İsrafil Hüseynov küçəsi nömrəsiz evdə yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 179.2.3-cü və 179.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs ona etibar edilmiş xeyli miqdarda özgə əmlakını qulluq mövqeyindən istifadə etməklə, vahid niyyətlə əhatə olunmuş qəsdlə mənimsəməklə talama cinayətini törətmişdir. Verilmiş ittihama görə o, xx.xx.1999-cu il tarixdə Azərbaycan Respublikası Vergilər Nazirliyinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi X3 İdarəsində ********** saylı şəhadətnamə ilə dövlət qeydiyyatına alınmış, ünvan 1 ünvanında fəaliyyət göstərən "xxxx" şirkətində 01 yanvar 2023-cü il tarixdən 05 oktyabr 2023-cü il tarixədək olan dövr ərzində satış təmsilçisi vəzifəsində işləyərkən, həmin şirkətlə bağlanılmış xx.xx.2022-ci il tarixli əmək və tam maddi məsuliyyət haqqında müqavilələrin şərtlərinə əsasən, ona şirkət tərəfindən etibar edilmiş əmlakı, maddi və ya digər sərvətləri salamat saxlamaq, o cümlədən qəbul edilmiş ümumi qaydalara əsasən qəbul etdiyi malın hərəkəti barədə mühasibatlığa vaxtaşırı malpul hesabatları təqdim etmək, satılmış malın dəyərini maddi-məsul şəxs olmaqla, ona etibar olunmuş özgə əmlakını öz qulluq mövqeyindən istifadə etməklə vahid niyyətlə talama məqsədilə, xx.xx.2023-cü il tarixli **********6 №-li malların yerdəyişmə sənədi ilə 1578,40 manat, xx.xx.2023-cü il tarixli **********8 №-li malların yerdəyişmə sənədi ilə 1512,20 manat, xx.xx.2023-cü il tarixli **********9 №-li malların yerdəyişmə sənədi ilə 30,40 manat, xx.xx.2023-cü il tarixli **********3 №-li malların yerdəyişmə sənədi ilə 972,50 manat, xx.xx.2023-cü il tarixli **********4 №-li malların yerdəyişmə sənədi ilə 1427,10 manat, xx.xx.2023-cü il tarixli **********6 №-li malların yerdəyişmə sənədi ilə 1372,00 manat, xx.xx.2023-cü il tarixli **********6 №-li malların yerdəyişmə sənədi ilə 313,80 manat, xx.xx.2023-cü il tarixli **********5 №-li malların yerdəyişmə sənədi ilə 572,00 manat, xx.xx.2023-cü il tarixli **********7 №-li malların yerdəyişmə sənədi ilə 78,00 manat, **********7 №-li malların yerdəyişmə sənədi ilə 1221,00 manat, xx.xx.2023-cü il tarixli **********9 №-li malların yerdəyişmə sənədi ilə 1123,50 manat, xx.xx.2023-cü il tarixli **********2 №-li malların yerdəyişmə sənədi ilə 1352,00 manat, xx.xx.2023-cü il tarixli **********2 №-li malların yerdəyişmə sənədi ilə 1726,10 manat, xx.xx.2023-cü il tarixli **********4 №-li malların yerdəyişmə sənədi ilə 803,40 manat, xx.xx.2023-cü il tarixli **********5 №-li malların yerdəyişmə sənədi ilə 892,50 manat, xx.xx.2023-cü il tarixli **********9 №-li malların yerdəyişmə sənədi ilə 110,40 manat, xx.xx.2023-cü il tarixli **********6 №-li malların yerdəyişmə sənədi ilə 647,00 manat, xx.xx.2023-cü il tarixli **********0 №-li malların yerdəyişmə sənədi ilə 940,40 manat, xx.xx.2023-cü il tarixli **********1 №-li malların yerdəyişmə sənədi ilə 1003,00 manat, xx.xx.2023-cü il tarixli **********5 №-li malların yerdəyişmə sənədi ilə 979,50 manat, xx.xx.2023-cü il tarixli **********6 №-li malların yerdəyişmə sənədi ilə 360,00 manat, xx.xx.2023-cü il tarixli **********6 №-li malların yerdəyişmə sənədi ilə 706,60 manat, xx.xx.2023-cü il tarixli **********2 №-li malların yerdəyişmə sənədi ilə 525,50 manat, xx.xx.2023-cü il tarixli **********5 №-li malların yerdəyişmə sənədi ilə 1509,00 manat, xx.xx.2023-cü il tarixli **********0 №-li malların yerdəyişmə sənədi ilə 892,50 manat, xx.xx.2023-cü il tarixli **********8 №-li malların yerdəyişmə sənədi ilə 328,00 manat, xx.xx.2023-cü il tarixli **********7 №-li malların yerdəyişmə sənədi ilə 399,50 manat, xx.xx.2023-cü il tarixli **********4 №-li malların yerdəyişmə sənədi ilə 571,20 manat, xx.xx.2023-cü il tarixli **********6 №-li malların yerdəyişmə sənədi ilə 1037,00 manat, xx.xx.2023-cü il tarixli **********9 №-li malların yerdəyişmə sənədi ilə 534,50 manat, xx.xx.2023-cü il tarixli **********2 №-li malların yerdəyişmə sənədi ilə 669,00 manat, xx.xx.2023-cü il tarixli **********3 №-li malların yerdəyişmə sənədi ilə 327,50 manat, xx.xx.2023-cü il tarixli **********0 №-li malların yerdəyişmə sənədi ilə 626,00 manat, xx.xx.2023-cü il tarixli **********7 №-li malların yerdəyişmə sənədi ilə 231,00 manat, xx.xx.2023-cü il tarixli **********9 №-li malların yerdəyişmə sənədi ilə 787,50 manat, xx.xx.2023-cü il tarixli **********3 №-li malların yerdəyişmə sənədi ilə 1053, 00 manat, xx.xx.2023-cü il tarixli **********8 №-li malların yerdəyişmə sənədi ilə 342,00 manat, xx.xx.2023-cü il tarixli **********6 №-li malların yerdəyişmə sənədi ilə 636,00 manat, xx.xx.2023-cü il tarixli **********9 №-li malların yerdəyişmə sənədi ilə 525,00 manat, xx.xx.2023-cü il tarixli **********5 №-li malların yerdəyişmə sənədi ilə 984,00 manat, xx.xx.2023-cü il tarixli **********4 №-li malların yerdəyişmə sənədi ilə 228,00 manat, xx.xx.2023-cü il tarixli **********2 №-li malların yerdəyişmə sənədi ilə 342,00 manat, xx.xx.2023-cü il tarixli **********7 №-li malların yerdəyişmə sənədi ilə 106,00 manat, xx.xx.2023-cü il tarixli **********9 №-li malların yerdəyişmə sənədi ilə 1894,30 manat, xx.xx.2023-cü il tarixli **********3 №-li malların yerdəyişmə sənədi ilə 1200,00 manat, xx.xx.2023-cü il tarixli **********3 №-li malların yerdəyişmə sənədi ilə 131,76 manat, xx.xx.2023-cü il tarixli **********2 №-li malların yerdəyişmə sənədi ilə 2144,70 manat, xx.xx.2023-cü il tarixli **********5 №-li malların yerdəyişmə sənədi ilə 1216,30 manat, xx.xx.2023-cü il tarixli **********8 №-li malların yerdəyişmə sənədi ilə 1188,00 manat, xx.xx.2023-cü il tarixli **********1 №-li malların yerdəyişmə sənədi ilə 818,20 manat, xx.xx.2023-cü il tarixli **********0 №-li malların yerdəyişmə sənədi ilə 480,00 manat, xx.xx.2023-cü il tarixli **********6 №-li malların yerdəyişmə sənədi ilə 435,00 manat, xx.xx.2023-cü il tarixli **********5 №-li malların yerdəyişmə sənədi ilə 929,80 manat, xx.xx.2023-cü il tarixli **********1 №-li malların yerdəyişmə sənədi ilə 554,00 manat, xx.xx.2023-cü il tarixli **********6 №-li malların yerdəyişmə sənədi ilə 595,00 manat, xx.xx.2023-cü il tarixli **********8 №-li malların yerdəyişmə sənədi ilə 786,00 manat, xx.xx.2023-cü il tarixli **********1 №-li malların yerdəyişmə sənədi ilə 1033,60 manat, xx.xx.2023-cü il tarixli **********4 №-li malların yerdəyişmə sənədi ilə 348,00 manat, xx.xx.2023-cü il tarixli **********1 №-li malların yerdəyişmə sənədi ilə 1598,90 manat, xx.xx.2023-cü il tarixli **********3 №-li malların yerdəyişmə sənədi ilə 421,00 manat, xx.xx.2023-cü il tarixli **********9 №-li malların yerdəyişmə sənədi ilə 240,00 manat, xx.xx.2023-cü il tarixli **********9 №-li malların yerdəyişmə sənədi ilə 1855,00 manat, xx.xx.2023-cü il tarixli **********8 №-li malların yerdəyişmə sənədi ilə 1450,00 manat, xx.xx.2023-cü il tarixli **********7 №-li malların yerdəyişmə sənədi ilə 1810,20 manat, xx.xx.2023-cü il tarixli **********0 №-li malların yerdəyişmə sənədi ilə 874,00 manat, xx.xx.2023-cü il tarixli **********9 №-li malların yerdəyişmə sənədi ilə 1138,40 manat, xx.xx.2023-cü il tarixli **********4 №-li malların yerdəyişmə sənədi ilə 103,80 manat, xx.xx.2023-cü il tarixli **********4 №-li malların yerdəyişmə sənədi ilə 2176,40 manat, xx.xx.2023-cü il tarixli **********1 №-li malların yerdəyişmə sənədi ilə 704,90 manat, xx.xx.2023-cü il tarixli **********3 №-li malların yerdəyişmə sənədi ilə 1097,20 manat, xx.xx.2023-cü il tarixli **********4 №-li malların yerdəyişmə sənədi ilə 849,40 manat, xx.xx.2023-cü il tarixli **********7 №-li malların yerdəyişmə sənədi ilə 431,40 manat, xx.xx.2023-cü il tarixli **********4 №-li malların yerdəyişmə sənədi ilə 1190,00 manat, xx.xx.2023-cü il tarixli **********7 №-li malların yerdəyişmə sənədi ilə 119,00 manat, xx.xx.2023-cü il tarixli **********4 №-li malların yerdəyişmə sənədi ilə 1445,00 manat, xx.xx.2023-cü il tarixli **********4 №-li malların yerdəyişmə sənədi ilə 1125,00 manat, xx.xx.2023-cü il tarixli **********8 №-li malların yerdəyişmə sənədi ilə 164,00 manat, xx.xx.2023-cü il tarixli **********1 №-li malların yerdəyişmə sənədi ilə 595,00 manat, xx.xx.2023-cü il tarixli **********3 №-li malların yerdəyişmə sənədi ilə 1066,50 manat, xx.xx.2023-cü il tarixli **********4 №-li malların yerdəyişmə sənədi ilə 1976,50 manat, xx.xx.2023-cü il tarixli **********4 №-li malların yerdəyişmə sənədi ilə 679,40 manat, xx.xx.2023-cü il tarixli **********6 №-li malların yerdəyişmə sənədi ilə 853,00 manat, xx.xx.2023-cü il tarixli **********2 №-li malların yerdəyişmə sənədi ilə 547,20 manat, xx.xx.2023-cü il tarixli **********2 №-li malların yerdəyişmə sənədi ilə 888,70 manat, xx.xx.2023-cü il tarixli **********6 №-li malların yerdəyişmə sənədi ilə 1818,90 manat, xx.xx.2023-cü il tarixli **********7 №-li malların yerdəyişmə sənədi ilə 419,40 manat, xx.xx.2023-cü il tarixli **********4 №-li malların yerdəyişmə sənədi ilə 1132,00 manat, xx.xx.2023-cü il tarixli **********5 №-li malların yerdəyişmə sənədi ilə 161,44 manat, xx.xx.2023-cü il tarixli **********3 №-li malların yerdəyişmə sənədi ilə 48,00 manat, xx.xx.2023-cü il tarixli **********6 №-li malların yerdəyişmə sənədi ilə 2247,40 manat, xx.xx.2023-cü il tarixli **********8 №-li malların yerdəyişmə sənədi ilə 802,60 manat, xx.xx.2023-cü il tarixli **********5 №-li malların yerdəyişmə sənədi ilə 279,00 manat, xx.xx.2023-cü il tarixli **********4 №-li malların yerdəyişmə sənədi ilə 1111,50 manat, xx.xx.2023-cü il tarixli **********5 №-li malların yerdəyişmə sənədi ilə 1208,50 manat, xx.xx.2023-cü il tarixli **********8 №-li malların yerdəyişmə sənədi ilə 360,00 manat, xx.xx.2023-cü il tarixli **********2 №-li malların yerdəyişmə sənədi ilə 345,50 manat, xx.xx.2023-cü il tarixli **********9 №-li malların yerdəyişmə sənədi ilə 476,00 manat, xx.xx.2023-cü il tarixli **********9 №-li malların yerdəyişmə sənədi ilə 1104,88 manat, xx.xx.2023-cü il tarixli **********4 №-li malların yerdəyişmə sənədi ilə 1269,00 manat, xx.xx.2023-cü il tarixli **********8 №-li malların yerdəyişmə sənədi ilə 151,80 manat, xx.xx.2023-cü il tarixli **********2 №-li malların yerdəyişmə sənədi ilə 525,00 manat, xx.xx.2023-cü il tarixli **********7 №-li malların yerdəyişmə sənədi ilə 1328,40 manat, xx.xx.2023-cü il tarixli **********2 №-li malların yerdəyişmə sənədi ilə 390,60 manat, xx.xx.2023-cü il tarixli **********6 №-li malların yerdəyişmə sənədi ilə 1664,00 manat, xx.xx.2023-cü il tarixli **********7 №-li malların yerdəyişmə sənədi ilə 360,00 manat, xx.xx.2023-cü il tarixli **********9 №-li malların yerdəyişmə sənədi ilə 47,80 manat, xx.xx.2023-cü il tarixli **********6 №-li malların yerdəyişmə sənədi ilə 111,60 manat, xx.xx.2023-cü il tarixli **********9 №-li malların yerdəyişmə sənədi ilə 1132,90 manat, xx.xx.20230-cü il tarixli **********8 №-li malların yerdəyişmə sənədi ilə 1532,60 manat, xx.xx.2023-cü il tarixli **********5 №-li malların yerdəyişmə sənədi ilə 1995,80 manat, xx.xx.2023-cü il tarixli **********8 №-li malların yerdəyişmə sənədi ilə 1646,50 manat, xx.xx.2023-cü il tarixli **********1 №-li malların yerdəyişmə sənədi ilə 502,20 manat, xx.xx.2023-cü il tarixli **********5 №-li malların yerdəyişmə sənədi ilə 54,00 manat, xx.xx.2023-cü il tarixli **********6 №-li malların yerdəyişmə sənədi ilə 84,00 manat, xx.xx.2023-cü il tarixli **********5 №-li malların yerdəyişmə sənədi ilə 837,50 manat, xx.xx.2023-cü il tarixli **********3 №-li malların yerdəyişmə sənədi ilə 573,60 manat, xx.xx.2023-cü il tarixli **********4 №-li malların yerdəyişmə sənədi ilə 114,00 manat, xx.xx.2023-cü il tarixli **********8 №-li malların yerdəyişmə sənədi ilə 706,60 manat, xx.xx.2023-cü il tarixli **********26 №-li malların yerdəyişmə sənədi ilə 734,80 manat olmaqla, cəmi 98.808,38 manat məbləğində dondurma məhsullarını maddi məsuliyyətə götürməklə Bakı şəhəri ərazisində olan müştərilərə 01 yanvar 2023-cü il tarixdən 05 oktyabr 2023-cü il tarixədək olan dövr ərzində sataraq həmin məhsulların satışından əldə edilmiş pul vəsaitinin ümumilikdə bir hissəsini – 50.189.93 manatını şirkətin xəzinəsinə mədaxil etmiş, müştərilərə satılmış mallara görə 18.459,31 manat məbləğdə pulun faktiki mal qalığı-borc şəklində ödənilməmiş qalması nəzərə alınmaqla, göstərilən dövr ərzində müxtəlif vaxtlarda satışdan əldə etdiyi ümumilikdə xeyli miqdar təşkil edən 30.159,14 manat məbləğində pul vəsaitini isə şirkətin xəzinəsinə mədaxil etməyərək özünün şəxsi ehtiyaclarına xərcləyib, ona etibar edilmiş xeyli miqdarda özgə əmlakını qulluq mövqeyindən istifadə etməklə, vahid niyyətlə əhatə olunmuş qəsdlə mənimsəməklə talamışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs elan edilmiş ittihamla özünü qismən təqsirli bilərək, ifadəsində göstərmişdir ki, 06 sentyabr 2022-ci il tarixdə əmək və tam maddi məsuliyyət haqqında müqavilə bağlamaqla "xxxx" şirkətində satış təmsilçisi vəzifəsində işləməyə başlamışdır. Satış təmsilçisi kimi onun vəzifəsi sifarişləri mobil telefona quraşdırılmış post terminal vasitəsilə qəbul etmək, sifarişləri elektron qaydada terminala yazıb fakturanı kağız şəklində çıxararaq şirkətə və müştəriyə təqdim etməkdən, bundan sonra malları anbardan qəbz əsasında çıxarıb şirkətə məxsus yük maşınlarına yükləyib müştərilərə qaimə ilə çatdırmaqdan, satılmış malın dəyərini alıcılardan alıb şirkətə təqdim etməkdən ibarət olmuşdur. Malların təhvil-təslimi qaimə əsasında aparılmışdır. Şirkətin satış təmsilçisi kimi Bakı şəhəri üzrə təxminən 60-70 arası hotel, restoran, kafe ilə işləmişdir. O, qaydaya əsasən pulları aldıqdan sonra şirkətin kassasına təhvil vermişdir. Şirkətin səlahiyyətli şəxsləri, audit şöbəsinin əməkdaşı Orxan və satış müdiri Şahid2 ilə danışıqlara əsasən onun yaranmış təxminən 39.000 manat borcunun ödənilməsi ilə bağlı ona təklif olunmuşdur ki, şirkətin səlahiyyətli şəxslərindən birinin adına borcun miqdarı qədər hər hansı əmlak keçirməklə işdə qalmasına və ona veriləcək müəyən müddət ərzində borcunu qaytarmağa şərait yaradılacaqdır. O, da buna inanıb 42.500 manata aldığı Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsində yerləşən daşınmaz əmlakına dair sərəncam hüquqlarını müvafiq etibarnamə əsasında şirkətin satış müdiri Şahid2 ötürmüşdür. Lakin, şirkət vədinə əməl etməmiş, onu işdən çıxarmışdır. Buna baxmayaraq barəsində şirkətdə yoxlama aparılan dövr ərzində və sonradan ona hesablanmış borc məbləğindən 18.776,22 manatı mal verdiyi ticarət nöqtələrindən toplayaraq şirkətin hesabına ödəmişdir. O, şirkətin kassasına ödəməli olduğu 20559,14 manat pulu nişanlı olduğu müddətdə yaranmış maddi xərclərinə hissə-hissə sərf etməklə şirkətin kassasına ödəməkdən yayınmışdır. Belə ki, ticarət nöqtələrindən pul götürdükcə 100-200 manat olmaqla şəxsi ehtiyalarına xərcləmişdir. Onun mənimsədiyi məbləğ 20559,14 manatdır. İttihamda göstərilən məbləğlə, yəni 30159,14 manatla razı deyildir. Şirkətə vurulmuş ziyanı və qanunvericiliklə cinayət məsuliyyətindən azad olunması üçün dövlət büdcəsinə ödəməli olduğu məbləği ödəmiş, zərərçəkmiş hüquqi şəxslə barışmışdır. Sonda Təqsirləndirilən şəxs əməlindən peşman olduğunu, dəymiş ziyanı ödəməsini və şirkətlə barışmasını nəzərə alaraq onun barəsində olan cinayət işinə xitam verilməsini xahiş etmişdir. Zərərçəkmiş hüquqi şəxs "xxxx" Şirkətinin etibarnamə üzrə nümayəndəsi X4 məhkəmə iclasında verdiyi ifadəsində göstərmişdir ki, MMC-də satış təmsilçisi vəzifəsində işləmiş Təqsirləndirilən şəxs şirkət tərəfindən təhvil verilmiş əmlak üzrə təhvil-təslim vəziyyəti yoxlanılarkən çatışmamazlıq aşkar edilmiş və şirkət tərəfindən qanuni tədbirlər görülməsi üçün Azərbaycan Respublikasının Baş Prokurorluğuna müraciət edilmişdir. Baş Prokurorluğa ünvanladıqları ilkin ərizədə şirkətə dəymiş ziyan 30159.14 manat məbləğində göstərilsə də, sonradan müəyyənləşdirmişlər ki, həmin məbləğin 9600 manatı Təqsirləndirilən şəxs müştərilərə verdiyi məhsullara görə yaranmış borcdur və həmin borc məbləği Təqsirləndirilən şəxs tərəfindən müştərilərdən toplanaraq şirkətin kassasına təhvil verilmişdir. Faktiki olaraq Təqsirləndirilən şəxs tərəfindən şirkətə vurulan ziyanın məbləği 20559,14 manat təşkil edir və həmin məbləğ tamamilə ödənilmişdir. Şirkət olaraq Təqsirləndirilən şəxs ilə barışımışlar və hazırda ondan hər hansı şikayət və ya tələbləri yoxdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: • "xxxx" şirkətinin direktoru Adil Məmmədov xx.xx.2023-cü il tarilxi 187 nömrəli məktubla Azərbaycan Respublikasının Baş Prokuroruna müraciət edərək, şirkətdə satış təmsilçisi vəzifəsində işləmiş Təqsirləndirilən şəxs şirkətə 30159.14 manat məbləğində ziyan vurması barədə məlumat vermiş və qanuni tədbirlər görülməsini xahiş etmişdir (cild İ, i.v.11); • Azərbaycan Respublikası Auditorlar Palatası tərəfindən verilmiş 15 dekabr 2021-ci il tarixli SA 074 saylı icazə ilə fəaliyyət göstərən sərbəst auditor X5 xx.xx.2023-cü il tarixli “Audit prosedurlarının aparılmasına dair akt”ına əsasən daxili audit yoxlamasından sonra Təqsirləndirilən şəxs beş dəfəyə 9.176,22 manat Şirkətin kassasına pul ödəməklə xx.xx.2023-cü il tarixə 30.159,14 manat Şirkətə borclu qalmışdır (cild İ, i.v.24-25); • 07 sentyabr 2023-cü il tarixli 068232 nömrəli, 08 sentyabr 2023-cü il tarixli 068554 nömrəli, 26 sentyabr 2023-cü il tarixli 074218 nömrəli, 05 oktyabr 2023-cü il tarixli 076406 nömrəli və 076432 nömrəli və 07 dekabr 2023-cü il tarixli 082646 nömrəli mədaxil qəbzlərindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən "xxxx" şirkətinə 18.776,22 manat məbləğində pul vəsaiti ödənilmişdir (cild İ, i.v.204-209); • Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin 24 yanvar 2024-cü il tarixli məhkəməmühasibat ekspertizasının rəyindən görünür ki, iş materiallarında öz əksini tapmış sənədlərin mötəbərliyi istintaq orqanı tərəfindən nəzərə alındığı təqdirdə Təqsirləndirilən şəxs hesabı üzrə yaranan çatışmazlıq 20.559,14 manat (57.794,67-18.459,31-18.776,22) məbləğində müəyyən olunur. Həmçinin qeyd olunur ki, "xxxx" MMC-nin hesabında yaranmış 20.559,14 manat məbləğində çatışmazlığa görə maddi məsuliyyət məsələri hüquqi xarakter olduğundan istintaq orqanı tərəfindən qiymət verilməldir (cild İ, i.v.223- 225); • “təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 20.559,14 manat məbləğində pul vəsaitini şirkətin xəzinəsinə mədaxil etməyərək özünün şəxsi ehtiyaclarına xərcləyib, ona etibar edilmiş xeyli miqdarda özgə əmlakını qulluq mövqeyindən istifadə etməklə, vahid niyyətlə əhatə olunmuş qəsdlə mənimsəməklə ələ keçirərək taladığından Azərbaycan Respublikası CM-nin 179.2.3-cü və 179.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir (cild İİ, i.v.24-25); • “polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir (cild İİ, i.v.34-35); • Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2024-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur (cild İİ, i.v.153-154); • "xxxx" Şirkətinin xx.xx.2024-cü il tarixli 160 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs şirkətin 30159.14 manat (otuz min bir yüz əlli doqquz manat on dörd qəpik) manat məbləğində əmlakının mənimsənilməsi barədə prokurorluq orqanına müraciətlərinə əsasən aparılmış ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs şirkətin 20559,14 (iyirmi min beş yüz əlli doqquz manat on dörd qəpik) manat məbləğində əmlakını mənimsəməsi sübuta yetirilmişdir. Yerdə qalan 9600 (doqquz min altı yüz) manat pul vəsaiti isə Təqsirləndirilən şəxs müştərilərə verdiyi məhsullara görə yaranmış borc olmuş və həmin borc məbləği Təqsirləndirilən şəxs tərəfindən müştərilərdən toplanaraq Zərərçəkmiş şəxs kassasına təhvil verilmişdir. Hal-hazırda Təqsirləndirilən şəxs cinayət işi üzrə zərərçəkmiş şəxs kimi tanınmış Zərərçəkmiş şəxs ilə barışmış və şirkətə vurmuş olduğu 20559,14 (iyirmi min beş yüz əlli doqquz manat on dörd qəpik) manat ziyanı tamamilə ödəmişdir (cild İİİ, i.v. 94); • 06.09.2024-cü il tarixli və xx.xx.2025-ci il tarixli ödəniş qəbzlərindən görünür ki, Təqsirləndirilən şəxs 20559,14 (iyirmi min beş yüz əlli doqquz manat on dörd qəpik) manat məbləğin iyirmi beş faizi miqdarında – 5150 (beş min yüz əlli) manat məbləğində dövlət büdcəsinə ödəniş etmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, zərər çəkmiş şəxsin ifadəsinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlininin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 179.2.3-cü və 179.2.4-cü maddələri ilə tövsif edilmişdir. Onun hərəkətlərinə münasibətdə əməlin cinayət olmasına aradan qaldıran halla yoxdur. Bununla yanaşı, məhkəmə Təqsirləndirilən şəxs verilmiş ittihamda onun tərəfindən mənimsənilmiş vəsaitin 30.159,14 manat olması barədə ibtidai istintaq orqanının gəldiyi nəticə ilə razılaşmayaraq hesab edir ki, həmin vəsaitin həcmi 20559,14 manat qəbul edilməlidir. Belə ki, cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmış "xxxx" Şirkətinin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli 160 nömrəli məktubda, həmin Şirkətin audit nümayəndəsi Şahid1 ibtidai istintaq dövründə verdiyi ifadədə, məhkəmə iclasında zərərçəkmiş şəxsin nümayəndəsi qismində iştirak etmiş X2 ifadəsində göstərilmişdir ki, ittihamda Təqsirləndirilən şəxs tərəfindən mənimsənildiyi qeyd olunan 30.159,14 manatın 9600 manatı Təqsirləndirilən şəxs tərəfindən müştərilərdən toplanaraq Zərərçəkmiş şəxs kassasına təhvil verilmişdir. Həmçinin, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Təqsirləndirilən şəxs mal verdiyi şirkətlərindən biri olan “Cinemaplaza”nın nümayəndəsi Şahid6 ifadəsində göstərmişdir ki, "xxxx" şirkətində auidit yoxlaması aparılan zaman onların həmin Şirkətə 5000 manata yaxın borcları olmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin 24 yanvar 2024-cü il tarixli məhkəməmühasibat ekspertizasının rəyindən də görünür ki, iş materiallarında öz əksini tapmış sənədlərin mötəbərliyi istintaq orqanı tərəfindən nəzərə alındığı təqdirdə Təqsirləndirilən şəxs hesabı üzrə yaranan çatışmazlıq 20.559,14 manat (57.794,67-18.459,31-18.776,22) məbləğində müəyyən olunur. Məhkəmə təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması məsələsində qeyd edir ki, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad olunması üçün əsaslar vardır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən bu Məcəllənin 178.2, 179.2 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 40.1-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən və cəzadan azad etmə hallarının mövcudluğu cinayət təqibinin həyata keçirilməməsinə imkan verir. Həmin Məcəllənin 40.3-cü maddəsinə uyğun olaraq şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Qeyd edilən Məcəllənin 43.1.2-ci maddəsinə əsasən Bu Məcəllənin 39.1.4, 39.1.6– 39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Məhkəmə Təqsirləndirilən şəxs ifadəsini dinləyib, zərər çəkmiş şəxs "xxxx" Şirkətinin xx.xx.2024-cü il tarixli 160 nömrəli məktubunu və Təqsirləndirilən şəxs zərər çəkmiş şəxslə barışıb ona dəymiş ziyanı tamamilə ödəyib cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etməsini nəzərə alıb hesab edir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli, onun barəsində cinayət təqibinə xitam verilməli və seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilməlidir. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 (bir yüz) manat Təqsirləndirilən şəxs tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, bununla bağlı Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım göstərmiş 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 dövlət büdcəsi vəsaiti hesabına 60 saat üçün nəzərdə tutulan 360 (üç yüz altmış) manat pul ödənilməli və həmin vəsaitin ödənilməsi Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına həvalə edilməlidir. İş üzrə maddi sübut, mülki iddia, məhkəmə xərci və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 40.1-ci, 40.3-cü, 43.1.2-ci, 321.2.1-ci, 344-347-ci, 356-cı, 358-ci və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs həmin Məcəllənin 179.2.3-cü və 179.2.4-cü maddələri üzrə cinayət məsuliyyətindən azad edilsin və onun barəsində cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 (bir yüz) manat Təqsirləndirilən şəxs tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (AZ.MEM, VÖİN **********, X1, KOD 210005, VÖEN********** Müxbir hesab AZ41NABZ 0136010**********944 SWİFT BİKCTREAAZ22) köçürülsün. Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım göstərmiş 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 dövlət büdcəsi vəsaiti hesabına 60 saat üçün nəzərdə tutulan 360 (üç yüz altmış) manat pul ödənilsin və həmin vəsaitin ödənilməsi Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına həvalə edilsin. Qərardan elan edildiyi andan 20 gün müddətində Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilmədikə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Samir Nəsibov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar