Məhkəmə qərarları › İş №1(001)-410/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-410/2024

03.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-410/2024 03.10.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ağayev Elçin Zəkəriyə oğlunun sədrliyi, Həsənzadə Fuad Fərhad oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərər çəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs1 MMC-in nümayəndəsi Nümayəndə, Müdafiəçi – Bakı şəhəri 11 saylı vəkil bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1979-cu ildə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli-himayəsində 1 azyaşlı uşağı olan, işləməyən, əvvəllər məhkum olunmuş,məhkumluğu ödənilməmiş, Gəncə şəhəri, Kəpəz rayonu, Ü.Hacıbəyli küçəsi ev 119, mənzil 26-da qeydiyyatda olmaqla, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, YYM, fərdi nömrəsiz evdə yaşamış, barəsində həbs qismində qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını gizli yolla talamaq məqsədi ilə 30 sentyabr 2023-cü il tarixdə, saat 19 radələrində ticarət ilə məşğul olan Zərərçəkmiş şəxs3 məxsus olmaqla Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Sədərək ticarət mərkəzi, 8-ci sıra, 131 nömrəli mağazanın qarşısında saxladığı kiçik ölçülü satış vitrininin örtük hissəsini ülgüc ilə kəsməklə, saxlanc yerinə qanunsuz daxil olaraq taxta konstruksiyalı vitrində olan sonuncuya məxsus 1 qutusunun dəyəri 4,50 manat olmaqla cəmi 85 ədəd 382,50 manat dəyərində “Sobranie” markalı, 1 qutusunun dəyəri 4 manat olmaqla cəmi 44 ədəd 176 manat dəyərində “Kent” markalı, 1 qutusunun dəyəri 4 manat olmaqla cəmi 42 ədəd 168 manat dəyərində “Winston” markalı, 1 qutusunun dəyəri 3 manat olmaqla cəmi 15 ədəd 45 manat dəyərində “Palma” markalı, 1 qutusunun dəyəri 18 ədəd 54 manat dəyərində “Winchester” markalı, 1 qutusunun dəyəri 3 manat olmaqla cəmi 18 ədəd 54 manat dəyərində “Rotmans” markalı və 1 qutusunun dəyəri 2,50 manat olmaqla cəmi 20 ədəd 50 manat dəyərində “Magna” markalı siqaretləri gizli olaraq talayıb, Zərərçəkmiş şəxs3 ümumilikdə 929,5 (doqquz yüz iyirmi doqquz manat əlli qəpik) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli yolla talamaq məqsədi ilə 27 noyabr 2023-cü il tarixdə, saat 19 radələrində Zərərçəkmiş şəxs2 məxsus Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Sədərək ticarət mərkəzi, “şirniyat” bölgəsi adlanan ərazidə 10-11-ci sıranın paralelində yerləşən 87 nömrəli mağazanın giriş qapısında olan örtüyü ülgüc ilə kəsməklə, saxlanc yeri olan mağazaya qanunsuz daxil olaraq oradan 1 qutusunun dəyəri 4,50 manat olmaqla cəmi 10 ədəd 45 manat dəyərində “Sobranie” markalı, 1 qutusunun dəyəri 4,30 manat olmaqla cəmi 10 ədəd 43 manat dəyərində “Kent Mentol” markalı, 1 qutusunun dəyəri 3,20 manat olmaqla cəmi 8 ədəd 25,60 manat dəyərində “Winchester” markalı, 1 qutusunun dəyəri 3,60 manat olmaqla cəmi 7 ədəd 25,20 manat dəyərində “LD” markalı və 1 qutusunun dəyəri 2,90 manat olmaqla cəmi 7 ədəd 20,30 manat dəyərində “Winchester” markalı siqaretləri, 1 ədədinin dəyəri 1 manat olmaqla cəmi 35 ədəd 35 manat dəyərində alışqan, 01 ədədinin dəyəri 16 manat olmaqla cəmi 24 manat dəyərində “Halal Payım” markalı kolbasa, dəyəri 6,50 manat olan 1 qutu “Beta” markalı çay, dəyəri 3 manat olan 1 qutu “Azərçay” markalı çay, 01 ədədinin dəyəri 1,70 manat olmaqla cəmi 3 ədəd 5,10 manat dəyərində “Bizim süfrə” markalı moyonezi, 1 ədədi 0,40 manat olmaqla cəmi 10 ədəd 4 manat dəyərində “Makcofe” kofeni, dəyəri 1 manat olan 1 ədəd “Mila” markalı ayranı, 1 ədədi 1,50 manat olmaqla cəmi 32 ədəd 48 manat dəyərində “Snikers” markalı şokoladı, 1 ədədi 3 manat olmaqla cəmi 3 ədəd 9 manat dəyərində “Popkeks” markalı biskiviti, dəyəri 1 manat olan 1 qutu “Azərşəkər” markalı qəndi, 1 ədədinin dəyəri 0,80 manat olmaqla cəmi 52 ədəd 41,60 manat dəyərində “Dirol” markalı saqqız, 1 ədədinin dəyəri 2,50 manat olmaqla cəmi 5 ədəd 12,50 manat dəyərində “Yaşkino” markalı şokoladı və 100 manat məbləğində metal pul sikkələrini gizli olaraq talayıb, Zərərçəkmiş şəxs3 ümumilikdə 449,8 (dörd yüz qırx doqquz manat səksən qəpik) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli yolla talamaq məqsədi ilə 09 yanvar 2024-cü il tarixdə, saat 05 radələrində “Al Market MMC”-ə məxsus Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, R.İsmayılov küçəsində yerləşən 3217 saylı mağazanın arxa hissəsində yerləşən otağın plastik pəncərəsini üzərində gəzdirdiyi dəmir alətlə fiziki güc tətbiq etməklə açmaqla, saxlanc yeri olan mağazaya qanunsuz daxil olaraq oradan 1 qutusunun dəyəri 4 manat olmaqla cəmi 23 ədəd 92 manat dəyərində “Kent HD 8 futura” markalı, 1 qutusunun dəyəri 3,10 manat olmaqla cəmi 05 ədəd 15,50 manat dəyərində “West Silver” markalı, 1 qutusunun dəyəri 4 manat olmaqla cəmi 11 ədəd 44 manat dəyərində “Kent NanoTek İFNN 0.1” markalı, 1 qutusunun dəyəri 4 manat olmaqla cəmi 28 ədəd 112 manat dəyərində “X30 Neo 0.4” markalı, 1 qutusunun dəyəri 3,80 manat olmaqla cəmi 27 ədəd 102,60 manat dəyərində “Winston XS Style Silver” markalı, 1 qutusunun dəyəri 4,50 manat olmaqla cəmi 22 ədəd 99 manat dəyərində “X11” markalı, 1 qutusunun dəyəri 4,50 manat olmaqla cəmi 14 ədəd 63 manat dəyərində “X17” markalı, 1 qutusunun dəyəri 2,40 manat olmaqla cəmi 17 ədəd 40,80 manat dəyərində “Viceroy N-series Silver” markalı, 1 qutusunun dəyəri 2,60 manat olmaqla cəmi 6 ədəd 15,60 manat dəyərində “X9 Slim” markalı, 1 qutusunun dəyəri 2,60 manat olmaqla cəmi 7 ədəd 18,20 manat dəyərində “X5 Compact” markalı, 1 qutusunun dəyəri 3 manat olmaqla cəmi 41 ədəd 123 manat dəyərində “LD Compact” markalı, 1 qutusunun dəyəri 2,90 manat olmaqla cəmi 35 ədəd 101,50 manat dəyərində “X22” markalı, 1 qutusunun dəyəri 2,90 manat olmaqla cəmi 10 ədəd 29 manat dəyərində “X12" markalı, 1 qutusunun dəyəri 2,90 manat olmaqla cəmi 08 ədəd 23,20 manat dəyərində “X7" markalı, 1 qutusunun dəyəri 2,90 manat olmaqla cəmi 50 ədəd 145 manat dəyərində “Rall X26" markalı, 1 qutusunun dəyəri 4,50 manat olmaqla cəmi 04 ədəd 18 manat dəyərində “X13" markalı siqaret, 1 qutusunun dəyəri 2,40 manat olmaqla cəmi 11 ədəd 26,40 manat dəyərində “Argo Red king size" markalı, 1 qutusunun dəyəri 2,60 manat olmaqla cəmi 09 ədəd 23,40 manat dəyərində “X23" markalı, 1 qutusunun dəyəri 2,40 manat olmaqla cəmi 11 ədəd 26,40 manat dəyərində “X24" markalı, 1 qutusunun dəyəri 2,30 manat olmaqla cəmi 03 ədəd 6,90 manat dəyərində “Kingston king size" markalı, 1 qutusunun dəyəri 2,90 manat olmaqla cəmi 24 ədəd 69,60 manat dəyərində “X18“ markalı, 1 qutusunun dəyəri 4,50 manat olmaqla cəmi 30 ədəd 135 manat dəyərində “X10 Caster" markalı, 1 qutusunun dəyəri 2,60 manat olmaqla cəmi 4 ədəd 10,40 manat dəyərində “Keno Royal" markalı, 1 qutusunun dəyəri 2,60 manat olmaqla cəmi 7 ədəd 18,20 manat dəyərində “Keno Platium" markalı, 1 qutusunun dəyəri 3 manat olmaqla cəmi 10 ədəd 30 manat dəyərində “X7 Nano Black 4“ markalı və 1 qutusunun dəyəri 3 manat olmaqla cəmi 10 ədəd 30 manat dəyərində “X7 Nano Blue 4“ markalı siqaretləri gizli olaraq talayıb, zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs1 MMC-nə ümumilikdə 1.418,7 (min dörd yüz on səkkiz manat yetmiş qəpik) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.2 və 177.2.3-cü maddələri ilə ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə saat 19 radələrində iş gününün sonu Qaradağ rayonu, Sədərək ticarət mərkəzi 8-ci sırada əlində qara bükülü sellofan torba ilə gəzərək üzəriləri çətir ilə bağlı malları məhsulları nəzərdən keçirmişdir. Həmin sırada altında ərzaq məhsulları olan münasib bir çətirli vitrin seçmişdir. Həmin üzəri çətir ilə bağlı olan vitrinə yaxınlaşıb üzərində olan öncədən özü ilə gətirdiyi, inşaat mağazasından aldığı açılıb bağlanan ülgüc ilə tentli çətiri kəsib altında olan vitrinə baxdıqda müxtəlif markalı tütün papirosları görmüşdür. Onun üçün tütün papirosları önəmli olduğundan orada olan digər su və şirniyyatlara dəymədən əlində olan qara selofan torbanı açıb müxtəlif markalı tütün məmulatlarını tam dolana kimi selofan torbanı doldurub gizlicə oğurlayıb oradan uzaqlaşmışdır. Həmin vitrindən təxminən 600-700 manat dəyərində papiros oğurlamışdır. Oğurladığı siqaretləri Biləcəri dairəsi Avtovağzal yaxınlığında tanımadığı taksi, avtobus sürücülərinə və sair küçədən keçən adamlara dəyərindən ucuz qiymətə satıb əldə etdiyi pullara narkotik vasitə heroin alıb istifadə etmişdir. Bundan başqa, narkotik almaq üçün oğurluq etmək məqsədi ilə xx.xx.2024-cü il tarixdə saat 19 radələrində iş gününün sonu Qaradağ rayonu, Sədərək ticarət mərkəzi, şirniyyat sektoruna gəlmişdir. Gəzərək üzəriləri çətir ilə bağlı malları məhsulları nəzərdən keçirmişdir. 10-11-ci paralel olan sırada olan 87 saylı mağazanın giriş qapısı çətir ilə bağlı olduğundan həmin mağazadan oğurluq etmək qərarına gəlmişdir. Belə ki, həmin mağazaya yaxınlaşıb giriş hissədə olan çətiri üzərində olan öncədən özü ilə gətirdiyi inşaat mağazasından aldığı açılıb-bağlanan ülgüc ilə mağazanın girişində olan tentli çətirini kəsib mağazaya daxil olmuşdur. Mağazadan bir sellofan torba əldə edib mağazada olan müxtəlif markalı bahalı tütün məmulatları, alışqanlar, şirniyyatlardan müxtəlif markalı şokolad, saqqız, daha sonra Beta çay, kolbasa, mayanez və sair yadında qalmayan məhsullar ilə doldurub, sayını bilmədiyi qabda olan qəpikləri gizli oğurlayıb mağazanı tərk etmişdir. Həmin mağazadan təxminən 500-600 manat dəyərində əmlak oğurlamışdır. Oğurladığı əmlakların xeyli hissəsini Biləcəri dairəsi Avtovağzal yaxınlığında tanımadığı taksi, avtobus sürücülərinə və sair küçədən keçən adamlara dəyərindən aşağı qiymətə satıb əldə etdiyi pullara narkotik vasitə heroin alıb istifadə etmişdir. Narkotik vasitə olan heroini isə Biləcəridə küçədə tanımadığı adamlardan alıb istifadə etmişdir. Oğurluqları tək etmişdir. Oğurladığı tütün papiroslarından bir qismini 10-cu PŞ-yə təqdim etmişdir. Bundan başqa, 08 yanvar 2024-cü ildə axşam saatlarında evdə olan zaman düşünmüşdür ki, iş tapmaq üçün Qaradağ rayonu Lökbatan qəsəbəsi ərazisində yerləşən “Meyvəli Bazar” adlı yerə getsin. Belə ki, o, kirayə yaşadığı evdən xx.xx.2024-cü il tarixdə səhər saatlarında çıxıb piyada şəkildə “Meyvəli Bazar” adlı yerə yollanmışdır. Həmin gün səhər saat 05 radələrində Binəqədi rayonu, Biləcəri qəsəbəsi, R.İsmayılov küçəsində yerləşən “Al” marketin arxa hissəsinə keçmiş və qeyd olunan marketin zal hissəsinin işığının yandığını görmüşdür. Ətrafda kimsənin olmadığına əmin olduqdan sonra həmin marketdən oğurluq etməyə qərar vermişdir. “Al” marketin arxa tərəfində yerləşən plastik pəncərəni yerdən axtarıb tapdığı dəmir parçası ilə güc tətbiq etməklə sıxaraq pəncərəni geriyə itələyib həmin marketə daxil olmuşdur. Marketdə olan zaman zalın qutracağında yerləşən kiçik otağa daxil olmuşdur. Burada olan zaman dəmir materialdan olan dolabın qapısının bağlı olduğunu görüb həmin dolabın qapısını əli ilə yerindən çıxarıb orada olan müxtəlif markalı siqaretləri əynində olan gödəkçənin ciblərinə, həmçinin də digər müxtəlif sayda olan siqaret qutularını isə yerdə olan qara rəngli sellofan torbaya doldurmuşdur.Bununla kifayətlənməyib mağazanın zal hissəsində yerləşən vitrinlərdən müxtəlif sayda şirniyyatları götürüb digər sellofan torbaya doldurmuşdur. Mağazadan götürmüş olduğu siqaret dolu torbaları götürmüş, lakin digər şirniyyat dolu olan sellofan torbanı isə götürməmişdir. Belə ki, həmin vaxtı o, kiminsə gələcəyindən ehtiyat edərək vaxt itirmədən marketə daxil olduğu yerdən çıxıb piyada şəkildə bir qədər məsafə qət etdikdən sonra havanın işıqlanmağını gözləmişdir. Hava işıqlandıqdan sonra o, oğurladığı siqaret qutularını satmaq məqsədilə yol taksilərinin biri ilə yaşadığı evin yaxınlığında yerləşən dükana getmişdir. Binəqədi rayonu, Biləcəri qəsəbəsi, A.Zeynallı küçəsində yerləşən dükanların birinə daxil olmuş və dükan satıcısına ona yalan danışaraq işlətdiyi dükanın icarə haqqısını ödəyə bilmədiyi üçün malları satdığını və əlindəki siqaret dolu torbada olan siqaretləri satmaq fikrində olduğunu ona təklif etmiş, həmin şəxs isə ona torbada olan siqaretləri hesablayıb ümumilikdə 497 manat pul qarşılığında ala biləcəyini demişdir. O da həmin şəxsin dediyi ilə razılaşmış və deyilən məbləğin 140 manatını ona verib qalanının isə 1-2 saatdan sonra verəcəyini demişdir. O, 140 manat pulu alıb oradan çıxıb getmiş və bir qədər uzaqlaşmışdır ki, mülki geyimdə olan şəxslər ona yaxınlaşıb özlərini pois əməkdaşları kimi təqdim edib şübhəli şəxs qismində Binəqədi RPİ-in 6-cı PB-yə dəvət etmişlər. Qeyd olunan polis bölməsində olan zaman o, törətmiş olduğu oğurluq cinayət əməlini səmimi şəkildə etiraf etmişdir. Əməlindən peşmandır. Himayəsində 1 azyaşlı uşağın olmasını, zərərçəkmiş şəxslərdən ikisinin ona qarşı şikayət və tələblərinin olmadığını nəzərə alıb, ona aşağı həddə cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərər çəkmiş hüquqi şəxs şəxs Zərərçəkmiş şəxs1 MMC-in nümayəndəsi Nümayəndə göstərmişdir ki, 08 yanvar 2024-cü il tarixdə iş günü bitdikdən sonra mağazada çalışan işçilərin hamısı iş yerini tərk etmişdir. 09 yanvar 2024-cü il tarixdə oğurluq hadisəsinin baş verdiyi mağazada müdir vəzifəsində çalışan X3 Zərərçəkmiş şəxs1 MMC-yə verdiyi məlumata əsasən ona məlum olmuşdur ki, gecə mağazadan oğurluq hadisəsi baş vermişdir. Belə ki, həmin mağazaya nəzər yetirən zaman mağazanın ümumi otaq və saxlanc otağından siqaret qutuları oğurlanmışdır. Belə ki, hadisə zamanı “Kent HD 8 Futura” markalı, “LD Compact” markalı siqaret, “West Silver” markalı, “Kent NanoTek İFNN 0.1” markalı, “Kent NanoTek Neo 0.4” markalı, “Winston XS Style Silver” markalı, “X11” markalı, “X17” markalı, “X19” markalı, “X18” markalı, “İmperial CLSC SL Blue” markalı, “İmperial CLSC Silver Compact” markalı, “X22” markalı, “X12“ markalı, “X7" markalı, “Palİ X26“ markalı, “X13“ markalı, “Argo KS Red“ markalı, “X23" markalı, “X24" markalı, “Kingston Silver" markalı, “X14" markalı, “X6" markalı, “X27" markalı, “X25" markalı, “X7 Nano Black 4“ markalı, “X7 Nano Blue 4“ markalı siqaretləri oğurlanmışdır. Oğurluq hadisəsi ilə əlaqədar ofisə quraşdırılmış təhlükəsizlik kameralarını izləyən zaman 09 yanvar 2024-cü il tarixdə saat 05:26 radələrində şəxsiyyəti ona məlum olmayan bir nəfər orta boylu arıq bədən quruluşlu əynində gödəkçə olan şəxs mağazaya qanunsuz yolla daxil olaraq qeyd edilən hadisəni törətmişdir. Bundan sonra baş vermiş hadisə ilə əlaqədar olaraq Binəqədi RPİ-in 6-cı PB-yə məlumat vermiş və verilmiş məlumat əsasında hadisə yerinə polis əməkdaşları gəlib hadisə yerini müayinə etmişlər. Zərərçəkmiş şəxs1 MMC-yə məxsus olan 3217 saylı mağazadan 09 yanvar 2024-cü il tarixdə baş vermiş oğurluq hadisəsi zamanı ümumi dəyəri 1241,18 manat (min iki yüz qırx bir manat on səkkiz qəpik) olan müxtəlif markalı siqaret qutuları oğurlanmışdır. Baş vermiş hadisə zamanı qeydə alınmış videogörüntüləri istintaqa təqdim etmişdir. Cinayət nəticəsində Zərərçəkmiş şəxs1 MMC-yə dəymiş ziyan ödənilmədiyindən cəmiyyət Təqsirləndirilən şəxs şikayətçidir. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 məhkəməyə teleqramla müraciət edərək, cinayət işinə onun iştirakı olmadan baxılmasını xahiş etmiş, ibtidai istintaq zamanı verdiyi ifadələrini təsdiq etdiyini, Təqsirləndirilən şəxs qarşı şikayəti və tələbi olmadığını bildirmişdir. Cinayət prosesi tərəfləri zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 məhkəmədə iştirakını tələb etməmişlər. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 ibtidai istintaq zamanı verdiyi ifadəsində bildirmişdir ki, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Sədərək ticarət mərkəzi, şirniyyat bölgəsi 10-11-ci sıranın paralelində yerləşən 87 saylı mağazada ticarətlə məşğul olur. Həmişə olduğu kimi, 27 noyabr 2023-cü il tarixdə saat 18 radələrində mağazanı bağlayıb evə getmişdir. Mağazanın giriş qapısının dəyişdirilməsi ilə əlaqədar mağazanın giriş qapısını tentli çətir ilə bağlamışdır. Sabahısı gün, yəni 28 noyabr 2023-cü il tarixdə saat 07 radələrində işə gələrkən mağazanın giriş qapısında olan tentli çətirin ülgüc ilə kəsilməsini və mağazada oğurluq olmasını aşkar etmişdir. Belə ki, mağazanı nəzərdən keçirərkən cəmi 451,90 manat dəyərində müxtəlif tütün və ərzaq məhsullarının oğurlanması məlum olmuşdur. Çətirin kəsilməsini isə ziyan hesab etməmişdir. Baş vermiş oğurluq hadisəsi ilə bağlı Qaradağ RPİ-yə məlumat vermişdir. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs3 məhkəməyə teleqramla müraciət edərək, cinayət işinə onun iştirakı olmadan baxılmasını xahiş etmiş, ibtidai istintaq zamanı verdiyi ifadələrini təsdiq etdiyini, Təqsirləndirilən şəxs qarşı şikayəti və tələbi olmadığını bildirmişdir. Cinayət prosesi tərəfləri zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs3 məhkəmədə iştirakını tələb etməmişlər. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs3 ibtidai istintaq zamanı verdiyi ifadəsində bildirmişdir ki, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Sədərək ticarət mərkəzi, paltar bölgəsi 8-ci sıra, 131 saylı mağazanın qarşısında 1,5x1,5 metr ölçüdə altı taxta konstruksiyalı, üst hissəsi aliminium pəncərəli vitrində tütün, şirniyyat, su və sair məhsullar sataraq ticarətlə məşğul olur. Həmişə olduğu kimi, 30 sentyabr 2023-cü il tarixdə saat 17:30 radələrində vitrinli tentli çətir ilə bağlayıb evinə getmişdir. Sabahısı gün, yəni 10 oktyabr 2023-cü il tarixdə saat 10 radələrində işə gələrkən vitrinin qarşı hissəsi tərəfdən tentli çətirin ülgüc ilə kəsilməsini və vitrindən oğurluq olmasını aşkar etmişdir. Vitrini nəzərdən keçirdikdə isə cəmi 929,50 manat dəyərində tütün məhsullarının oğurlanmasını müəyyən etmişdir. Çətirin kəsilməsini isə ziyan hesab etməmişdir. Baş vermiş oğurluq hadisəsi ilə bağlı Qaradağ RPİ-yə məlumat vermişdir. Şahid qismində dindirilmiş X4 zərər çəkmiş hüquqi şəxs şəxs Zərərçəkmiş şəxs1 MMC-in nümayəndəsi Nümayəndə ifadəsinə uyğun ifadə vermişdir. Şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, ünvan 1 ünvanda yerləşən “Marandi” adlı mağazanı təxminən 7 ildir ki, icarə müqaviləsi sənədi əsasında işlədir. Mağazanın iş vaxtı gün ərzində səhər saat 11:00-dan axşam saat 21:00-dək nəzərdə tutulmuşdur, mağazada ondan başqa işçi yoxdur, tək halda işləyir. 09 yanvar 2024-cü il tarixdə günorta saatlarında mağazada olan zaman adını sonradan bildiyi Təqsirləndirilən şəxs mağazaya daxil olaraq ona yaxınlaşıb dükanı işlədə bilmədiyi üçün siqaretlərin əlində qaldığını və onları satmaq fikrində olduğunu, onun həmin siqaretləri almağını xahiş etmişdir. O, adını sonradan bildiyi Razi adlı şəxsdən siqaretlərin aksizinin olub-olmadığını, yerli və ya xarici məhsul olub-olmadığını maraqlandıqda, Razi ona həmin siqaretlərin aksizinin olduğunu, həmçinin də siqaretlərin yerli istehsal olduğunu bildirmişdir. Bununla yanaşı o, Razi adlı şəxsdən siqaretlərin oğurluq olub-olmadığını soruşduqda, ona gətirmiş olduğu torbadakı siqaretlərin oğurluq olmadığını, dükan bağlandığından satmaq məcburiyyətində olduğunu demişdir. Razi torbada olan müxtəlif markalı siqaretləri torbadan boşaldıb ona təqdim etmişdir. Aralarında olan razılaşmaya əsasən Razi ona siqaretlərin qiymətini bazar qiymətindən aşağı qaydada hesablamağını demiş, o da Razinin dediyi qaydada ona təqdim edilmiş müxtəlif markalı sqaretləri hesablayıcı vasitəsi ilə hesablamış, yekun məbləğin isə 500 manat olduğunu, lakin siqaretlərin qiymətini firma qiyməti ilə hesabladıqda 100 manat qiymət fərqinin olduğunu müəyyən etmişdir. Razinin ona vermiş olduğu siqaretlərin son qiyməti olaraq 500 manat məbləğində pulu ona təqdim etmiş, həmin şəxs də pulu alıb mağazadan uzaqlaşmışdır. Növbəti gün mağazada olan zaman polis əməkdaşları mağazaya daxil olmuşlar və həmin vaxt ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs ona satmış olduğu siqaretləri oğurluq yolu ilə əldə etmişdir. Həmin şəxsi əvvəllər tanımamış, barəsində heç bir məlumatı olmamışdır. Hadisədən sonra bilmişdir ki, həmin şəxsin adı Razi soyadı isə Rzayevdir. Həmin şəxs ilə arasında qeyd olunan oğurluq hadisəsi ilə bağlı heç bir şəkildə qabaqcadan razılıq olmamış, Təqsirləndirilən şəxs ona oğurluq hadisəsi ilə bağlı heç bir məlumat verməmişdir. Əgər bu barədə məlumatı olsaydı, həmin siqaretləri almazdı. Razi ilk dəfədir ki, ona siqaret satmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Cinayət işi başlanması barədə 30 noyabr 2023-cü il tarixli qərardan görünür ki, faktla bağlı Qaradağ RPİ-in İŞ-də Azərbaycan Respublikası CM-in 177.2.2 və 177.2.3-cü maddələri ilə ********* nömrəli cinayət işi başlanılıb icraata qəbul edilmişdir (cild 1, i.v 1). Diskə baxış keçirilməsi haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri, Qaradağ rayonu, Sədərək ticarət mərkəzinə quraşdırılmış və oğurluq əməlinin törətdildiyi anı özündə əks etdirən bir ədəd DVD diskə baxış keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs videogörüntüdə olan şəxsin özü olduğunu və həmin məkanda müxtəlif markalı siqaret qutularını torbaya yığaraq oğurluq etdiyini bildirmiş, bununla bağlı protokol tərtib olunmuş və materiala əlavə edilmişdir (cild 1, i.v 20). Şübhəli şəxsin tutulması haqqında 30 noyabr 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Azərbaycan Respublikası CM-in 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (cild 1, i.v 32). Təqsirləndirilən şəxs qismində cəlb etmə barədə 02 dekabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikası CM-in 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayəti törətməkdə ittiham elan edilmişdir (cild 1, i.v 65-67). Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri seçilməsi haqqında 02 dekabr 2023cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş və o həmin tarixdə mühafizə altında saxlanıldığı Qaradağ RPİ-in MSY-dən azad edilmişdir (cild 1, i.v 79-82). Məhkəmə-əmtəəşünaslıq ekspertizasının 28 dekabr 2023-cü il tarixli 9/9333 nömrəli rəyindən görünür ki, 4 adda siqaretlərin, yəni 01 ədəd “X20” markalı siqaretin dəyəri 2,40 manat, 01 ədəd “Palİ X15” markalı siqaretin dəyəri 2,90 manat, 01 ədəd “Winchester Silver” markalı siqaretin dəyəri 2,90 manat, 01 ədəd “X16” markalı siqaretin dəyəri 2,90 manat olmaqla qeyd olunan markalı siqaretlərin 2023-cü ilin noyabr ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 11,10 manat müəyyən olunur (cild 1, i.v 92-95). Cinayət işi başlanması barədə 12 yanvar 2024-cü il tarixli qərardan görünür ki, faktla bağlı Binəqədi RPİ-in İŞ-də Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanılıb icraata qəbul edilmişdir (cild 1, i.v 129). Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında 12 yanvar 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (cild 1, i.v 173-174). Təqsirləndirilən şəxs qismində cəlb etmə barədə 13 yanvar 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsində nəzərdə tutulan cinayəti törətməkdə ittiham elan edilmişdir (cild 1, i.v 185-187). Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri seçilməsi haqqında Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 13 yanvar 2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmaqla 3 ay müddətə həbs qətimkan tədbiri seçilmişdir (cild 1, i.v 217-222). Məhkəmə-əmtəəşünaslıq ekspertizasının 06 mart 2024-cü il tarixli 9/912 nömrəli rəyindən görünür ki, 01 ədəd “Pall X26” markalı siqaretin dəyəri 2,90 manat, 01 ədəd “Viceroy N-series Silver” markalı siqaretin dəyəri 2,40 manat, 01 ədəd “Kingston king size” markalı siqaretin dəyəri 2,30 manat, 01 ədəd “X24” markalı siqaretin dəyəri 2,40 manat, 01 ədəd “Argo Red king size” markalı siqaretin dəyəri 2,40 manat, 01 ədəd “X22” markalı siqaretin dəyəri 2,90 manat, 01 ədəd “X18” markalı siqaretin dəyəri 2,90 manat, 01 ədəd “X7 Nano Black 4” markalı siqaretin dəyəri 3 manat, 01 ədəd “X23” markalı siqaretin dəyəri 2,60 manat, 01 ədəd “X9 slim” markalı siqaretin dəyəri 2,60 manat, 01 ədəd “X5 Compact” markalı siqaretin dəyəri 2,60 manat, 01 ədəd “West Silver” markalı siqaretin dəyəri 3,10 manat, 01 ədəd “Keno Royal” markalı siqaretin dəyəri 2,60 manat, 01 ədəd “Keno Platium” markalı siqaretin dəyəri 2,60 manat, 01 ədəd “LD Compact” markalı siqaretin dəyəri 3 manat, 01 ədəd “Kent HD 8 Futura” markalı siqaretin dəyəri 4 manat, 01 ədəd “Kent NanoTek İNFN 01” markalı siqaretin dəyəri 4 manat, 01 ədəd “Kent NanoTek İNFN 04” markalı siqaretin dəyəri 4 manat, 01 ədəd “Winston XS Style Silver” markalı siqaretin dəyəri 3,80 manat, 01 ədəd “X11” markalı siqaretin dəyəri 4,50 manat, 01 ədəd “X21” markalı siqaretin dəyəri 4,50 manat, 01 ədəd “X10 Caster” markalı siqaretin dəyəri 4,50 manat, 01 ədəd “X12” markalı siqaretin dəyəri 2,90 manat, 01 ədəd “X7” markalı siqaretin dəyəri 2,90 manat, 01 ədəd “X13” markalı siqaretin dəyəri 4,50 manat, 01 ədəd “X7 Nano Blue 4” markalı siqaretin dəyəri 3 manat, olmaqla qeyd olunan markalı siqaretlərin 2024-cü ilin yanvar ayına olan bazar qiyməti ilə ümumi dəyəri təxminən 358,90 (316,30+42,60) manat müəyyən olunur (cild 2, i.v 10-13). Diskə baxış keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, R.İsmayılov küçəsində yerləşən Zərərçəkmiş şəxs1 MMC-yə məxsus 3217 saylı mağazaya quraşdırılmış və oğurluq əməlinin törətdildiyi anı özündə əks etdirən bir ədəd DVD diskə baxış keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs videogörüntüdə olan şəxsin özü olduğunu və həmin mağazada müxtəlif markalı siqaret qutularını torbaya yığaraq oğurluq etdiyini bildirmiş, bununla bağlı protokol tərtib olunmuş və cinayət işinə əlavə edilmişdir (cild 2, i.v 30). Əməlin tövsif edilməsi və sübutların qiymətləndirilməsi haqqında 14 may 2024-cü il tarixli qərardan görünür ki, cinayət işi üzrə əməl Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsindən həmin məcəllənin 177.2.2 və 177.2.3-cü maddələrinə tövsif edilmiş, Şahid2 könüllü olaraq təqdim etdiyi və Təqsirləndirilən şəxs oğurluq yolu ilə əldə edərək ona satdığı 20 ədəd “Pall X26” markalı siqaret, 15 ədəd “Viceroy N-series Silver” markalı siqaret, 02 ədəd “Kingston king size” markalı siqaret, 01 ədəd “X24” markalı siqaret, 16 ədəd “Argo Red king size” markalı siqaret, 11 ədəd “X22” markalı siqaret, 06 ədəd “X18” markalı siqaret, 10 ədəd “X7 Nano Black 4” markalı siqaret, 05 ədəd “X23” markalı siqaret, 06 ədəd “X9 Slim” markalı siqaret, 05 ədəd “X5 Compact” markalı siqaret, 04 ədəd “West Silver” markalı siqaret, 04 ədəd “Keno Royal” markalı siqaret, 07 ədəd “Keno Platium” markalı siqaret, 05 ədəd “LD Compact” markalı tütün məmulatları iş üzrə mühüm əhəmiyyət kəsb etdiyi üçün xx.xx.2024-cü il tarixli qərarla maddi sübut qismində tanınmış və saxlanılması üçün Binəqədi RPİ-in Növbətçi Hissəsinin saxlanc otağına təhvil verilmiş, 01 ədəd “X20” markalı, 01 ədəd “Palİ X15” markalı, 01 ədəd “Winchester Silver” markalı, 01 ədəd “X16” markalı siqaretlər maddi sübut kimi tanınmış və saxlanılması üçün saxlanc otağına təhvil verilmiş, baş vermiş oğurluq hadisəsini özündə əks etdirən 02 ədəd DVD disk maddi sübut qismində tanınmış və cinayət işinin materiallarına əlavə olunmuşdur (cild 2, i.v 30-41). Təqsirləndirilən şəxs qismində cəlb etmə barədə 15 may 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikası CM-in 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayəti törətməkdə ittiham elan edilmişdir (cild 1, i.v.43-45). Məhkəmə Təqsirləndirilən şəxs istinad edilən cinayət əməllərinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Bu mənada məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliliyi öz ifadəsi ilə yanaşı, zərər çəkmiş şəxslərin və şahidlərin ifadələri və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Ona düzgün olaraq Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə ittiham irəli sürülmüşdür. Onun hərəkətlərinə münasibətdə əməlin cinayət olmasını aradan qaldıran hallar və əsaslar yoxdur. Odur ki, təqsiri tam sübuta yetirildiyinə görə cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bununla bağlı məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır (CM-in 48-ci maddəsi, CM-in 53.4 və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 23 iyul 2004-cü il və 17 mart 2011ci il tarixli qərarları). Məhkəmə Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. İşdə olan Azərbaycan Respublikası DİN verilmiş xx.xx.2024-cü il tarixli Tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs son dəfə Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü əsasında Azərbaycan Respublikası CM-in 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrilə təqsirli bilinib 2 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2022-ci ildə cəzasının sonu ilə azad olunmuşdur (cild 1, i.v.224-227). Qeyd edilən bu hallar Cinayət Məcəlləsinin 18.1-ci və 83.3.3-cü maddələrinin tələbləri baxımından Təqsirləndirilən şəxs əməlində residivin mövcudluğunu təsdiq edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinə müvafiq olaraq, az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Belə olan halda aydın olur ki, Təqsirləndirilən şəxs qəsdən az ağır cinayət törətməyə görə yaranmış məhkumluğu ödənilmədən yenidən qəsdən az ağır cinayət törətmişdir. Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən isə, cinayətlərin residivi cəzanı ağırlaşdıran hal hesab olunur. Həmin Məcəllənin 65.2-ci maddəsinə görə, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlinə münasibətdə residiv Cinayət Məcəlləsinin 61-ci maddəsinə görə cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalı və ona, təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza Cinayət Məcəlləsinin 65.2-ci maddəsinin tələblərinə uyğun təyin edilməlidir. Təyin ediləcək cəza Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən cinayətlərin residivi zamanı əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmiş şəxslər üçün müəyyən edilmiş ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. İşdə olan Təqsirləndirilən şəxs qohumluq məlumatlarından görünür ki, onun himayəsində xx.xx.2017-ci il təvəllüdlü Asif adlı azyaşlı uşağı var. Məhkəmə Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsaslanmaqla himayəsində 1 azyaşlı uşağın olmasını Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal kimi müəyyən edir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Cinayət Məcəlləsinun 177.2.2 və 177.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, təyin ediləcək cəza Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən cinayətlərin residivi zamanı müəyyən edilmiş ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməli, onun ibtidai istintaq zamanı xx.xx.2023-cü ildən xx.xx.2023-cü ilədək həbsdə saxlanıldığı 2 (iki) gün cəza müddətinə hesablanmalı, cəzaçəkmə müddətinin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanmalıdır. Azərbaycan Respublikası CPM-in 132.1-ci maddəsinə görə maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən aşağıdakı qaydalara riayət etməlidir:.. 132.1.1. şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; 132.1.6. maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Qanunun təsvir edilmiş tələblərinə əsasən məhkəmə hesab edir ki, maddi sübut kimi tanınmış 20 ədəd “Pall X26” markalı siqaret, 15 ədəd “Viceroy N-series Silver” markalı siqaret, 02 ədəd “Kingston king size” markalı siqaret, 01 ədəd “X24” markalı siqaret, 16 ədəd “Argo Red king size” markalı siqaret, 11 ədəd “X22” markalı siqaret, 06 ədəd “X18” markalı siqaret, 10 ədəd “X7 Nano Black 4” markalı siqaret, 05 ədəd “X23” markalı siqaret, 06 ədəd “X9 Slim” markalı siqaret, 05 ədəd “X5 Compact” markalı siqaret, 04 ədəd “West Silver” markalı siqaret, 04 ədəd “Keno Royal” markalı siqaret, 07 ədəd “Keno Platium” markalı siqaret, 05 ədəd “LD Compact” markalı, 01 ədəd “X20” markalı, 01 ədəd “Palİ X15” markalı, 01 ədəd “Winchester Silver” markalı, 01 ədəd “X16” markalı tütün məmulatları zərər çəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs1 MMC-yə qaytarılmalı, baş vermiş oğurluq hadisəsini özündə əks etdirən 02 ədəd DVD disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-in 197.1-ci maddəsinə görə məhkəmə məsrəfləri aşağıdakılardan ibarətdir:..197.1.4. mütəxəssisə, ekspertə ödənilməli haqlar və tərcüməçiyə ödəniş haqqı kimi verilməli olan məbləğ... Həmin Məcəllənin 198.1-ci maddəsinə görə Bu Məcəllənin 197.1.1, 197.1.2, 197.1.4, 197.1.5-1, 197.1.6-197.1.9-cu maddələrində sadalanan məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər. Qanunun təsvir edilmiş tələblərinə əsasən məhkəmə hesab edir ki, 100 (yüz) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Cinayət işinə əlavə edilmiş vəkil Müdafiəçi tərəfindən məhkəmədə dövlət hesabına göstərilən hüquqi yardım barədə hesabatdan görünür ki, müdafiəçi Bakı şəhəri 11 saylı vəkil bürosunun vəkili Müdafiəçi cinayət işi üzrə Təqsirləndirilən şəxs cəmi 30 (otuz) saat müddətində hüquqi yardım göstərmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 192.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarına əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat məbləğində müəyyən edilmişdir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 192-193, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2023-cü ildən xx.xx.2023-cü ilədək həbsdə saxlanıldığı 2 (iki) gün cəza müddətinə hesablanaraq üzərində qəti olaraq 2 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli 12 yanvar 2024-cü il tarixdən hesablansın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Maddi sübutlar - Binəqədi RPİ-də saxlanılan 20 ədəd “Pall X26” markalı siqaret, 15 ədəd “Viceroy N-series Silver” markalı siqaret, 02 ədəd “Kingston king size” markalı siqaret, 01 ədəd “X24” markalı siqaret, 16 ədəd “Argo Red king size” markalı siqaret, 11 ədəd “X22” markalı siqaret, 06 ədəd “X18” markalı siqaret, 10 ədəd “X7 Nano Black 4” markalı siqaret, 05 ədəd “X23” markalı siqaret, 06 ədəd “X9 Slim” markalı siqaret, 05 ədəd “X5 Compact” markalı siqaret, 04 ədəd “West Silver” markalı siqaret, 04 ədəd “Keno Royal” markalı siqaret, 07 ədəd “Keno Platium” markalı siqaret, 05 ədəd “LD Compact” markalı, 01 ədəd “X20” markalı, 01 ədəd “Palİ X15” markalı, 01 ədəd “Winchester Silver” markalı, 01 ədəd “X16” markalı tütün məmulatları zərər çəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs1 MMC-yə qaytarılsın, baş vermiş oğurluq hadisələrini özündə əks etdirən 02 ədəd DVD disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində cinayət işinin materiallarında saxlanılsın. Aparılmış ekspertiza tədqiqatlarının dəyəri olan 100 (yüz) manat Təqsirləndirilən şəxs tutulub Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (AZ.MEM, VÖİN **********, X2, KOD 210005, VÖEN********** Müxbir hesab AZ41NABZ ******************** SWİFT BİK CTREAAZ22) köçürülsün. Təqsirləndirilən şəxs göstərdiyi cəmi 30 (otuz) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı vəkil bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına xidmət haqqı – 108 (yüz səksən) manat ödənilsin. Hökmdən elan olunduğu (təqsirləndirilən şəxsə hökm verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Sədrlik edən Elçin Ağayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar