Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-411/2023 15.09.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Sadıqova Aynurə Vahid qızının sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Hüseynov Xəyal Nemət oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1970-ci ildə Abşeron rayonu, Xırdalan qəsəbəsində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, 119 nömrəli avtobusda sürücü işləyən, Abşeron rayonu, Xırdalan qəsəbəsi, Quşçuluq yaşayış massivi, H.Z.Tağıyev küçəsi, ev 6, mənzil 26 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra - CM) 263.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Araşdırma zamanı müəyyən olmuşdur ki, Təqsirləndirilən şəxs 07 mart 2023-cü ildə saat 14:25 radələrində Bakı-Quba-Dağıstan sərhədi yolunun Binəqədi rayonu ərazisindən keçən 8.7-ci kilometrində idarə etdiyi “İSUZU” avtobus markalı, **-TH-*** dövlət qeydiyyat nişanlı avtomobili dayandırdığı yerdən hərəkətə gətirməzdən əvvəl təhlükəsizliyin təmin olunmasına əmin olmalı, hərəkətin təhlükəsizliyin təmin olunmasına əmin olduqdan sonra hərəkətə başlamalı, yəni piyadanın avtobusun sağ tərəfi ilə hərəkətdə olmasını nəzərə alaraq avtobusla hərəkətə başlamamalı və piyadanın avtobusun sağ yan tərəfindən uzaqlaşdıqdan sonra hərəkətin təhlükəsizliyinin təmin olunması şəraitində hərəkətə başlayaraq hərəkətini davam etdirməli halda bunu etməyib «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq, hadisənin qarşısını almağa texniki imkanı olsa da, ala bilməyib avtobusu dayandırdığı yerdən hərəkətə gətirərək Bakı şəhəri istiqamətində 20-30 km/saat sürətlə hərəkətdə olarkən yolun sağ hissəsi ilə adi yerişlə hərəkətdə olan piyada Zərərçəkmiş şəxs avtomobilin sağ hissəsi ilə vurmuş, nəticədə ehtiyatsızlıqdan Zərərçəkmiş şəxs sağ yuxarı ətrafın bazunun orta-yuxarı 1/3-dən cərrahi yolla amputasiyası (ətrafın itirilməsi) ilə nəticələnmiş postravmatik subtotal amputasiyası (dərinin tam olaraq soyulması, yumşaq toxumaların, əzələ və vətərlərin əzilib-didilməsi, mil sümüyünün distal metafizinin, dirsək sümüyünün aşağı 1/3-nin açıq yerdəyişmiş sınıqları, İİİ əldarağı sümüyünün sınığı) xəsarətlərini yetirərək ümumi əmək qabiliyyətinin 1/3-dən çox hissəsinin (70%) daimi itirilməsi ilə nəticələnmiş və bu əlamətə görə sağlamlığına ağır zərər vurmasına səbəb olmuşdur. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs, CM-in 263.1-1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, onun nəqliyyat vasitəsi olan avtomobili idarə etmək hüququ vardır və xx.xx.2022-ci ildə ona xx.xx.2032-ci ilədək etibarlı olan «C1,C,D1,D» kateqoriyalı sürücülük vəsiqəsi verilmişdir. 2023-cü ilin fevral ayının əvvəllərindən Xırdalan şəhəri-metropolitenin «Əcəmi» stansiyası arası xəttində olan 119 nömrəli marşut üzrə avtobus sürücüsü kimi işə qəbul olunmuşdur və yol vərəqəsi əsasında “İSUZU” avtobus markalı, **-TH-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edir. 07 mart 2023-cü ildə saat 14:25 radələrində Bakı-Quba-Dağıstan sərhədi yolunun Binəqədi rayonu ərazisindən keçən 8,7-ci kilometrində idarə etdiyi “İSUZU” avtobus markalı, **-TH-*** dövlət qeydiyyat nişanlı avtomobili yolun Bakı şəhəri istiqamətində olan hissəsindəki avtobus dayanacağında dayandıraraq avtobusdan bir neçə nəfər sərnişin yerə düşmüşdür. Bundan sonra avtobusu dayandığı yerdən hərəkətə gətirib yolun sol tərəfinə baxmaqla yolun hərəkət zolağına 20-30 km/saat sürətlə daxil olmağa başlamış, amma yolun sağ tərəfinə diqqət etməmişdir. Bu anda avtobusun salonunda olan sərnişinlər qışqıraraq avtobusun yolun sağı ilə hərəkət edən qadını vurduğunu bildirmişlər. Sərnişinlərin qışqırıq səsinə tormoz edib avtobusu dayandıraraq avtobusdan yerə düşüb yolun sağ kənarında yerdə uzanıqlı vəziyyətdə olan qoca bir qadını görmüşdür. Məlum olmuşdur ki, həmin qadın, yəni hazırda tanıdığı Zərərçəkmiş şəxs avtobusdan düşdükdən sonra yolun sağ kənarındakı bütöv sarı nişanlanma xəttini keçib yolun hərəkət hissəsi ilə piyada hərəkətdə olarkən avtobusun sağ tərəfi ona dəyib və nəticədə xəsarət almışdır. Qadın yol maşını ilə xəstəxanaya yola salınmışdır. Hadisə yerinə YPX əməkdaşı və təhqiqatçı gəlmişlər. Təhqiqatçı hadisə yerinə baxış keçirdikdə baxışda iştirak etmişdir. Hadisə zamanı sərxoş olmamış və idarə etdiyi avtomobil texniki cəhətdən saz vəziyyətdə olmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, hazırki vaxta qədər zərərçəkmiş şəxsə dəymiş olan ziyandan ödəniş edə bilməmiş və zərərçəkmiş şəxslə aralarında barışıq əldə edilməmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs eyni zamanda törətdiyi cinayət əməlindən peşmançılıq çəkməsini, evli olmasını, ailədə yeganə qazanc gətirən şəxs olmasını bildirərək ona yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs elan edilmiş CM-in 263.1-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır. Məhkəmə baxışı iclasında dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 07 mart 2023-cü ildə saat 14:25 radələrində Abşeron rayonunun Xırdalan şəhərində qohumunun yas məclisindən qızı Şahid ilə çıxıb öz evlərinə getmək üçün yaxınlıqdakı Bakı-Quba-Dağıstan sərhədi yolunun Binəqədi rayonu ərazisindən keçən hissəsinə oradan başqa avtomobillə evlərinə getmələri üçün 119 nömrəli marşrut avtobusu ilə gəlmişlər. Avtobusdan yolun Bakı şəhəri istiqamətinə olan hərəkət hissəsinin kənarında düşərək yerüstü piyada keçidin altından yolu piyada olaraq əks tərəfə keçmək üçün yolun hərəkət hissəsinə daxil olmuşlar. Qızı Mədinə öndə, arxasınca isə özü adi yerişlə bütöv sarı nişanlanma xəttinin qırağı ilə yolun hərəkət hissəsində yolu piyada keçməyə başlamışlar. Bu zaman arxalarınca hərəkətə başlamış həmin 119 nömrəli marşrut avtobusu, yəni “İSUZU” markalı, **-TH-*** dövlət qeydiyyat nişanlı avtobus onu vuraraq xəsarət yetirmişdir. Hadisə yerindən qızı Mədinə onu yol maşını ilə Respublika Xəstəxanasına aparmış, əvvəl orada müalicə almış və bir neçə gündən sonra başqa tibb müəssisəsində müalicə olunmuşdur. Həmin avtobusun sürücüsü Təqsirləndirilən şəxs ona dəymiş ziyanı ödəmədiyi üçün onun cinayət məsuliyyətinə cəlb olunmasından ötrü 04 aprel 2023-cü ildə istintaqa ərizə ilə müraciət etmişdir. Məhkəmə baxışı iclasında dindirilmiş Zərərçəkmiş şəxs ona verilmiş suallara cavab olaraq hazırki vaxta qədər təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş olan zərərin ödənilmədiyini və aralarında barışıq əldə edilmədiyini bildirərək, məhkəmədən təqsirləndirilən şəxsə təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan cəzxa təyin edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, 07 mart 2023cü ildə saat 14:25 radələrində Abşeron rayonunun Xırdalan şəhərində qohumunun yas məclisindən anası Zərərçəkmiş şəxs ilə çıxıb öz evinə getmək üçün yaxınlıqdakı Bakı- Quba-Dağıstan sərhədi yolunun Binəqədi rayonu ərazisindən keçən hissəsinə oradan başqa avtomobillə evlərinə getmələri üçün 119 nömrəli marşrut avtobusu ilə gəlmişlər. Avtobusdan yolun Bakı şəhəri istiqamətinə olan hərəkət hissəsinin kənarında düşüb yerüstü piyada keçidin altından yolu piyada olaraq əks tərəfə keçmək üçün yolun hərəkət hissəsinə daxil olmuşlar. Özü öndə, arxasınca isə anası adi yerişlə bütöv sarı nişanlanma xəttinin qırağı ilə yolun hərəkət hissəsində yolu piyada keçməyə başlamışlar. Bu zaman arxalarınca hərəkətə başlamış həmin 119 nömrəli marşrut avtobusu, yəni “İSUZU” markalı, **-TH-*** dövlət qeydiyyat nişanlı avtobus anasını vurduğu üçün anasının səsinə arxaya baxıb anasını yıxılmış vəziyyətdə görmüş və anasına yaxınlaşaraq onun xəsarət aldığını bilmişdir. Hadisə yerindən anasını yol maşını ilə Respublika Xəstəxanasına aparmışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs yol-nəqliyyat hadisəsi nəticəsində sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa ağır zərər vuran xəsarət alması faktına görə CM-in 263.1-1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və istintaqı aparılması üçün icraata qəbul edilmişdir. xx.xx.2023-cü il tarixli protokoldan, ona əlavə edilmiş fotoşəkil və sxemdən görünür ki, iş üzrə hadisə yerinə baxış keçirilmiş və baxış zamanı xx.xx.2023-cü il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsinin Bakı-Quba-Dağıstan sərhədi yolunun 87-ci kilometrliyində Binəqədi rayonunda törədilməsi müəyyən edilmişdir. xx.xx.2023-cü il tarixli, 2/7166 nömrəli protokoldan görünür ki, Təqsirləndirilən şəxs hadisə zamanı, yəni xx.xx.2023-cü il tarixdə ayıq vəziyyətdə olmuşdur. xx.xx.2023-cü il tarixli, 525 nömrəli Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X3” publik hüquqi şəxsinin rəyindən görünür ki, vətəndaş Zərərçəkmiş şəxs almış olduğu xəsarətlər -sağ yuxarı ətrafın bazu sümüyünün orta-yuxarı 1/3-dən cərrahi yolla amputasiyası (ətrafın itirilməsi) ilə nəticələnmiş postravmatik subtotal amputasiyası (dərinin tam olaraq soyulması, yumşaq toxumaların, əzələ və vətərlərin əzilib-didilməsi, mil sümüyünün distal metafizinin, dirsək sümüyünün aşağı 1/3-nin açıq yerdəyişmimş sınıqları, İİİ əldarağı sümüyünün sınınğı) bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarda qeyd olunan müdətdə və şəraitdə, yəni xx.xx.2023-cü il tarixli avtomobil travması, o cümlədən piyadanın hərəkətdə olan avtomaşınla (avtobusla) vurularaq yıxılması və sonrakı etapda təkərin sağ yuxarı ətrafın üzərindən keçməsi zamanı əmələ gələ bilərdilər. Hadisə ümumi əmək qabiliyyətinin 1/3-dən çox hissəsinin (70%) daimi itirilməsi ilə nəticələnmiş və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa ağır zərərvurmaya aiddir. xx.xx.2023-cü il tarixli Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, təqsirləndirilən şəxs İmanov X4 Rayon Məhkəməsinin xx.xx.1996-cı il tarixli hökmü ilə, CM-nin 39 və 83-cü maddəsinin 2-ci hissəsi ilə 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasıəna məhkum edilmiş və xx.xx.1998-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polis İdarəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə (xx.xx.2032-ci il tarixədək etibarlı olan) BD 036024 nömrəli “CD” kateqoriyalı sürücülük vəsiqəsi verilmiş və onun sürücülük hüququnun məhdudlaşdırılması ilə bağlı hər hansı məlumat qeydə alınmamışdır. 25 aprel 2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs həmin iş üzrə zərərçəkmiş şəxs qismində tanınmış və bu barədə zərərçəkmiş şəxsə və onun qanuni nümayəndəsinə məlumat verilmişdir. xx.xx.2023-cü il tarixli, 8/828 nömrəli Məhkəmə Ekspertiza Mərkəzinin rəyindən görünür ki, tədqiqat tərəfindən təqdim olunmuş məlumatlara əsasən “İSUZU” avtobus markalı, **-TH-*** dövlət qeydiyyat nişan avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 1-ci hissəsinin tələlərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona CM-in 263.1-1-ci maddəsi ilə nəzərdə tutulan ittiham elan olunmuşdur. xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs idarə etdiyi «İSUZU» markalı, ** TH *** dövlət qeydiyyat nişanlı avtomobil iş üzrə maddi sübut kimi tanınmış və avtomobilin sahibinə qaytarılması nəzərə alınmışdır. xx.xx.2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə məhkəmə tibbi və məhkəmə yol nəqliyyat hadisəsi ekspertizasının rəyləri sübut növü kimi qiymətləndirilmişdir. Məhkəmə, cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etiraf edici ifadəsi ilə yanaşı, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin iş materiallarında olan və məhkəmə istintaqı zamanı verdiyi ifadəsi, ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 263.1-1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Qanunvericiliyin tələblərinə əsasən Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə CM-in 263.1-1-ci maddəsi cinayətlərin təsnifatına görə az ağır cinayət hesab olunur. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Ədalətli cəza təyin edilməsi hər şeydən əvvəl cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, həmin cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olması başa düşülür (CM-in 58-ci maddəsi, Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il 25 iyun tarixli 4 saylı qərarı). CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Ədalətlilik prinsipi təkcə cəzanın cinayətin ağırlığına deyil, həm də cəzanın cinayəti törədənin şəxsiyyətinin ictimai təhlükəlilik dərəcəsinə uyğun olmasını nəzərdə tutur. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndinə görə, hər bir konkret halda cinayət əməlini törətmiş şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Həmin qərarın 2-ci bəndində göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 15 noyabr 2013-cü il tarixli 5 nömrəli qərarının 21-ci bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilib-ödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yolnəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Məhkəmə, CM-in 59.2-ci maddəsinə əsasən törətdiyi cinayət əməlini səmimi etiraf edərək əməlindən peşman olmasını Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilən zaman CM-in 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. Məhkəmədə, Təqsirləndirilən şəxs əməlində CM-in 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsinə baxaraq, onun cəzasını yüngülləşdirən hallarla yanaşı CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (ehtiyatsızlıqdan törədilən böyük ictimai təhlükə törətməyən cinayət olmasını), təqsirkarın şəxsiyyətini, təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini, yol nəqliyyat hadisəsi baş verdikdən sonra zərərçəkmiş şəxsə müalicə olunması üçün maddi yardım göstərməməsi və onunla maraqlanmaması kimi halları nəzərə alır. Göstərilənlərə əsasən məhkəmə, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 263.1- 1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum edilməklə, müəyyən müddətə azadlıqdan məhrum etmə cəzalarının təyin edilməsini məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzasını yüngülləşdirən halı, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum edilməklə, müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. CM-in 56.1.1-ci maddəsinə əsasən ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilmişdir. Məhkəmə, qanunvericiliyin tələblərini rəhbər tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs ehtiyatsızlıqdan az ağır cinayət törətməyə görə təqsirli bilinib, ona təyin ediləcək müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasını həmin Məcəllənin 56.1.1-ci maddəsinə əsasən məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir. CM-in 45.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növünün intizam xarakterli hərbi hissədə saxlama və ya azadlıqdan məhrum etmə cəzalarına əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunur. Bu cəza növünün digər əsas cəzalara əlavə olaraq təyin edildiyi hallarda, habelə şərti məhkum etmə zamanı əlavə cəzanın müddəti hökmün qanuni qüvvəyə mindiyi andan hesablanır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini, cəzasını yüngülləşdirən halın olmasını və cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum edilməklə, azadlıqdan məhrumetmə cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Bundan başqa, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış «İSUZU» markalı, ** TH *** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi Təqsirləndirilən şəxs təhvil verilməsi nəzərə alınmalıdır. Bundan başqa, məhkəmə Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197.1.4-cü maddəsinə əsasən hesab edir ki, məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 85 (səksən beş) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulmalıdır. Müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqdim etdiyi hesabata əsasən o, məhkəmə iclaslarında iştirak edərək Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə cəmi 45 (qırx beş) saat vaxt sərf etmişdir. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqsirləndirilən şəxsin müdafiəçisi qismində məhkəmə iclaslarında iştirak edərək ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 45 (qırx beş) saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərdiyi cəmi 45 (qırx beş) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 270 (iki yüz yetmiş) manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən və CPM-in 132, 197-198, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 1 (bir) il 06 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 2 (iki) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli onun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı tarixdən hesablansın. Təqsirləndirilən şəxs təyin edilmiş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzasının çəkilmə müddəti əsas cəzanın çəkildiyi bütün müddətə və həmin cəza növü üzrə müəyyən edilmiş müddətə şamil olunmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış «İSUZU» markalı, ** TH *** dövlət qeydiyyat nişanlı avtomobilin saxlanılması üçün sahibi Təqsirləndirilən şəxs təhvil verilməsi nəzərə alınsın. İş üzrə məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 85 (səksən beş) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq, X2 KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ ******************** S.W.İ.F.T. BİK CTREAZ 22 saylı məhkəmə ekspertizası mərkəzi VÖEN ********** hesab AZ34CTRE******************** saylı hesaba keçirilsin. Təqsirləndirilən şəxs göstərdiyi cəmi 45 (qırx beş) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 270 (iki yüz yetmiş) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Aynurə Sadıqova
Məhkəmə qərarları › İş №1(001)-411/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-411/2023
15.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver