Məhkəmə qərarları › İş №1(001)-411/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №1(001)-411/2025

29.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(001)-411/2025 29.07.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Tağıyev Vüsal Adıgözəl oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Almazov Pərviz Məhərrəm oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı1, müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1993-cü il tarixdə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, natamam-orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş və ya götürülməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 ünvanında yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra - CM) 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirərək dələduzluq etmişdir. Belə ki, o, tamah niyyəti ilə özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə tanıdığı Zərərçəkmiş şəxs X2 tərəfindən aldadılaraq ələ keçirilmiş 30.000 manat pul vəsaitinin geri qaytarılmasında köməklik göstərəcəyini, əks halda yüksək vəzifədə işləyən şəxslərlə yaxın münasibətlərinin olduğunu və həmin şəxslər vasitəsi ilə Gülüş Gülmalıyevin cinayət məsuliyyətinə cəlb ediləcəyinə nail olacağına dair yalan vəd verib Zərərçəkmiş şəxs inandırmaqla sonuncunun 22 avqust 2024-cü il tarixdə ünvan 3 ünvanında yerləşən “Tam Store” mağazasında quraşdırılmış ödəmə terminalı vasitəsi ilə özünün təqdim etdiyi "xxxx" KB ASC-ə aid 5411********2353 nömrəli bank kart hesabına göndərilən 1000 manat, 23 avqust 2024-cü il tarixdə eyni ünvandan, eyni üsulla və eyni bank kart hesabına göndərilən 1.000 manat, 24 avqust 2024-cü il tarixdə eyni ünvandan, eyni üsulla və eyni bank kart hesabına göndərilən 1.507 manat, 27 avqust 2024-cü il tarixdə eyni ünvandan, eyni üsulla və eyni bank kart hesabına göndərilən 1.300 manat, 02 sentyabr 2024-cü il tarixdə ünvan 4 ünvanından mobil bank tətbiqi vasitəsi ilə özünün təqdim etdiyi "xxxx" KB ASC-ə aid 5411********2353 nömrəli bank kart hesabına göndərilən 500 manat və 28 sentyabr 2024-cü il tarixdə eyni ünvandan, eyni üsulla və eyni bank kart hesabına göndərilən 1.600 manat pul vəsaitini ələ keçirərək, vahid niyyətlə əhatə olunan qəsdlə Zərərçəkmiş şəxs ümumilikdə 6907 (altı min doqquz yüz yeddi) manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs CM-in 178.2.4-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs qarşı dələduzluq etmək niyyəti olmamışdır. O, zərər çəkmiş şəxs kömək etmək istəmiş, lakin özü də aldanmışdır. Həmçinin ona verilən suallara cavab olaraq bildirmişdir ki, o, zərər çəkmiş şəxsdən ümumilikdə təxminən 6500 manat pul almışdır. O, məişət avadanlıqlarının ustası kimi fəaliyyət göstərir. O, Zərərçəkmiş şəxs 5 ildir ki tanıyır və aralarında dostluq münasibəti var. Zərərçəkmiş şəxs özü ona kömək üçün müraciət etmiş, o, da vəkil məsləhət bilmişdir. Təxminən bir ay bu söhbətlər davam etmiş, o, başqa şəxslərlə danışıb Zərərçəkmiş şəxs kömək etməyə çalışmış, lakin özü da aldanmışdır. O, Zərərçəkmiş şəxs aldığı pulu aylıq 500 manat olmaqla qaytarmaq istəmiş, sonuncu razılaşsa da, sonradan pulunu tam olaraq istəmişdir. O, pulu verə bilmədiyinə görə ondan şikayət etmişdir. O, zərər çəkmiş cəmi 6907 manat ziyan vurmuş, məhkəmə istintaqı dövründə zərər çəkmiş şəxsə vurmuş olduğu ziyanı tam olaraq ödəmişdir. Məhkəmədən qeyd edilənlərin nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs elan edilmiş CM-in 178.2.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır. Məhkəmə iclasına çağırılmış zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs məhkəmə iclasında iştirak etməməsini nəzərə alınaraq, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilməklə ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmuşdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2025-ci il tarixli qərardan görünür ki, toplanmış material üzrə fakta görə CM-in 178.2.4-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və istintaqı aparılması üçün icraata qəbul edilmişdir. xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs tərəfindən təqdim edilmiş 04 ədəd “Mpay” ödəmə qəbzlərinin və “Birbank” mobil tətbiqindən əldə edilmiş 02 ədəd çıxarışın əks olunduğu 06 vərəq götürülərək cinayət işinin materiallarına əlavə edilmişdir. xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs tərəfindən təqdim edilmiş qəbzlərə və çıxarışlara baxış keçirilmiş, baxış zamanı müəyyən edilmişdir ki, 22 avqust 2024-cü il tarixdə saat 13:19-da ünvan 3 ünvanında yerləşən “Tam Store” mağazasında quraşdırılmış “Mpay” ödəmə terminalı vasitəsi ilə Təqsirləndirilən şəxs məxsus “Leobank”a aid 5411 2498 0733 2353 nömrəli kart hesabına 1000 manat, 23 avqust 2024-cü il tarixdə saat 15:00-da ünvan 5 ünvanında yerləşən “Tam Store" mağazasında quraşdırılmış “Mpay” ödəmə terminalı vasitəsi ilə Təqsirləndirilən şəxs məxsus “Leobank”a aid 5411 2498 0733 2353 nömrəli kart hesabına 1000 manat, 24 avqust 2024-cü il tarixdə saat 20:44-də ünvan 6 ünvanında yerləşən “Tam Store” mağazasında quraşdırılmış “Mpay” ödəmə terminalı vasitəsi ilə Təqsirləndirilən şəxs məxsus “Leobank”a aid 5411 2498 0733 2353 nömrəli kart hesabına 1507 manat, 02 sentyabr 2024-cü il “Birbank” mobil tətbiqi vasitəsi ilə Təqsirləndirilən şəxs məxsus "Leobank”a aid 5411 2498 0733 2353 nömrəli kart hesabına 500 manat və 28 sentyabr 2024-cü il tarixdə “Birbank” mobil tətbiqi vasitəsi ilə Təqsirləndirilən şəxs məxsus “Leobank”a aid 5411 2498 0733 2353 nömrəli kart hesabına 1600 manat köçürülməsi müəyyən olunmuşdur. xx.xx.2025-ci il tarixli protokoldan və protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki, Zərərçəkmiş şəxs ifadənin yerində yoxlanılması istintaq hərəkəti zamanı ünvan 7 ünvanında yerləşən “Tam Store" mağazasında quraşdırılmış “Mpay” ödəmə terminalı vasitəsi ilə Təqsirləndirilən şəxs pul göndərdiyi yeri əyani şəkildə göstərmişdir. xx.xx.2025-ci il tarixli Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin tələbnaməsindən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(101)-256/2024 nömrəli hökmü ilə CM-in 178.3.2-ci maddəsi ilə təqsirli bilinərək, 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-in 70-ci maddəsinə əsasən cəzası 2 (iki) il sınaq müddəti ilə şərti hesab edilmişdir. xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmişdir. xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 09 may 2025-ci il tarixdə saxlanılaraq Binəqədi RPİ-nin 6-cı polis bölməsinə gətirilmişdir. xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Binəqədi rayon prokuroru, baş ədliyyə müşaviri Fuad Məmmədov tərəfindən Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatət təmin edilməmiş və azad edilmişdir. xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs tərəfindən təqdim edilmiş 04 ədəd “Mpay” ödəmə qəbzlərinin və “Birbank” mobil tətbiqindən əldə edilmiş 02 ədəd çıxarışın əks olunduğu 06 vərəq maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınmışdır. xx.xx.2025-ci il tarixli ərizədən görünür ki, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ilə barışdığını, sonuncu tərəfindən ona dəymiş ziyanın tam şəkildə ödənildiyini, heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. xx.xx.2025-ci il tarixli, 19283 nömrəli, xx.xx.2025-ci il tarixli, 3879 nömrəli və xx.xx.2025-ci il tarixli, 30388 nömrəli qəbzlərdən qəbzdən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən "xxxx" ASC vasitəsilə X1 hesabına (dövlət nəfinə) cinayət hadisəsi nəticəsində vurulmuş ziyanın 25 faizi olan 1726 manat 75 qəpik məbləğində pul köçürülmüşdür. Təqsirləndirilən şəxs tərəfindən yazılmış ərizədən görünür ki, sonuncu özünü cinayət əməli üzrə tam təqsirli bilmiş, onun tərəfindən cinayət hadisəsi nəticəsində zərər çəkmiş şəxsə vurulmuş maddi ziyan və həmin ziyanın iyirmi beş faizi müvafiq olaraq dövlət büdcəsinə ödənilmişdir. Zərər çəkmiş şəxslə barışmış, iş üzrə ondan heç bir şikayət və tələb yoxdur. Ona görə də, məhkəmədən barəsində olan cinayət işinə bəraətverici əsaslar olmadan xitam verilməsini xahiş etmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 178.2.4-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Lakin qeyd edilməlidir ki, Təqsirləndirilən şəxs CM-in 178.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduğundan o, qeyd olunan maddə ilə nəzərdə tutulan cinayət məsuliyyətindən azad edilməklə barəsində olan cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməlidir. Belə ki, CM-in 73-1.2-ci maddəsinə əsasən bu Məcəllənin 178.2, 179.2 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərər çəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. CM-in 72-ci maddəsinin Qeyd hissəsinə əsasən şəxs bu Məcəllənin 72-73-2 və 74- 1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). CPM-in 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda çıxarılır. Beləliklə, məhkəmədə işə baxılarkən müəyyən olmuşdur ki, Təqsirləndirilən şəxs cinayət işi üzrə vurulmuş maddi ziyanı tam şəkildə ödəməklə barışıq əldə etmiş, habelə həmin ziyanın 25% (iyirmi beş faiz) məbləğində pulu dövlət büdcəsinə ödəmişdir. Göstərilənləri və qanunvericiliyin tələblərini nəzərə alaraq məhkəmə, hesab edir ki, CM-in 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə Təqsirləndirilən şəxs həmin Məcəllənin 73-1.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilməli və barəsində olan cinayət təqibinə xitam verilməlidir. CPM-in 162.1.1-ci maddəsinə əsasən şəxs məhkəmənin qərarına əsasən təqsirləndirilən şəxsin cinayət qanunu ilə nəzərdə tutulmuş əməlinə görə ittiham təsdiq edilmədikdə və ya məhkəmədə cinayət işi üzrə icraata xitam verildikdə həbsdən azad edilməlidir. CPM-in 175.5-ci maddəsinə əsasən müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. Məhkəmə qanunvericiliyin tələblərini rəhbər tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilməlidir. Məhkəmə, CPM-in 132-ci maddəsinin tələblərinə əsasən hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış, Zərərçəkmiş şəxs istintaq orqanına təqdim etdiyi 01 ədəd diskin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınmalıdır. Müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqdim etdiyi hesabata əsasən o, iş materialları ilə tanış olmaqla məhkəmə iclaslarında iştirak edərək Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə cəmi 40 (qırx) saat vaxt sərf etmişdir. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqsirləndirilən şəxsin müdafiəçisi qismində iş materialları ilə tanış olmaqla məhkəmə iclaslarında iştirak edərək, ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 40 (qırx) saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərdiyi cəmi 40 (qırx) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 440 (dörd yüz qırx) manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia və ekspertiza xərci yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və CPM-in 37, 39, 40, 43, 162, 175, 321, 344-347, 356, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə Təqsirləndirilən şəxs həmin Məcəllənin 73-1.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilsin və barəsində olan cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. İş üzrə maddi sübut kimi tanınmış, Zərərçəkmiş şəxs tərəfindən təqdim edilmiş 04 ədəd “Mpay” ödəmə qəbzlərinin və “Birbank” mobil tətbiqindən əldə edilmiş 02 ədəd çıxarışın əks olunduğu 06 vərəqin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında göstərdiyi cəmi 40 (qırx) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 440 (dörd yüz qırx) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Qərar elan edildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilmədikə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Vüsal Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar