Məhkəmə qərarları › İş №1(001)-412/2020

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-412/2020

22.10.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-412/2020 22.10.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Tağıyev Vüsal Adıgözəl oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Mirzəyev Anar Əkrəm oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçilər Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi1, Müdafiəçi2 qızının, Zərərçəkmiş şəxs2, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 iştirakları ilə,

1. xx.xx.1996-cı il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan,

Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirləndirilməsinə və

2. 24.12.1992-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş və ya götürülməmiş, ünvan 2 ünvanında qeydiyyatda olmaqla, Bakı şəhəri, Binəqədi rayonu, Xocahəsən qəsəbəsi, H.Sultanov küçəsi, ev 24 ünvanında yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan,

Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra – CM) 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.5-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi:

1. Təqsirləndirilən şəxs2 ibtidai istintaq orqanı tərəfindən elan edilmiş ittihama əsasən o, özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs tərəfindən xx.xx.2020-ci il tarixdə saat 00 radələrində Binəqədi rayonu, Xocasən qəsəbəsində yerləşən vət. Zərərçəkmiş şəxs2 məxsus fərdi tikilmiş evin qarşısına gələrək orada o, hasarın yanında pusquda dayanıb gələn olarsa bu barədə xəbər vermək üçün ətrafı müşahidədə saxlamış, Təqsirləndirilən şəxs1 isə həmin evin həyətyanı sahəsinə hasardan aşmaqla qanunsuz daxil olaraq evin arxa tərəfində yerləşən saxlanc yeri hesab olunan anbar kimi istifadə edilən tikiliyə qanunsuz daxil olub oradan 01 ədəd 150 manat dəyərində böyük lobzik aparatını, 04 ədəd hər biri 80 manat olan balaca drel aparatını, 01 ədəd 35 manat dəyərində göy-qırmızı rəngli, üzərində markalanmasına dair heç bir məlumat olmayan orta ölçülü laqundanı, 01 ədəd 170 manat dəyərində pereparatoru, 03 ədəd hər biri 250 manat olan “Bosch” firmasından olan böyük laqunda aparatını, 01 ədəd 80 manat dəyərində balaca laqunda aparatını, 01 ədəd 20 manat dəyərində qara rəngli, 200-220V “Stichsagen CJS55”markalı lobzik aparatını, 01 ədəd 15 manat dəyərində qırmızı-boz rəngli 220V “Kzubr” markalı fen aparatını, 02 ədəd hər biri 300 manat olan 250 metrlik 3 fazalı Türkiyə Respublikası istehsalı olan kabelləri və 01 ədəd 8 litrlik 180 manat dəyərində samovarı gizli talayaraq Zərərçəkmiş şəxs2 ümumilikdə 2320 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir.

2. Təqsirləndirilən şəxs1 ibtidai istintaq orqanı tərəfindən elan edilmiş ittihama əsasən o, özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs tərəfindən xx.xx.2020-ci il tarixdə saat 00 radələrində Binəqədi rayonu, Xocasən qəsəbəsində yerləşən vət. Zərərçəkmiş şəxs2 məxsus fərdi tikilmiş evin qarşısına gələrək orada Təqsirləndirilən şəxs2hasarın yanında pusquda dayanıb gələn olarsa bu barədə xəbər vermək üçün ətrafı müşahidədə saxlamış, o isə həmin evin həyətyanı sahəsinə hasardan aşmaqla qanunsuz daxil olaraq evin arxa tərəfində yerləşən saxlanc yeri hesab olunan anbar kimi istifadə edilən tikiliyə qanunsuz daxil olub oradan 01 ədəd 150 manat dəyərində böyük lobzik aparatını, 04 ədəd hər biri 80 manat olan balaca drel aparatını, 01 ədəd 35 manat dəyərində göy-qırmızı rəngli, üzərində markalanmasına dair heç bir məlumat olmayan orta ölçülü laqundanı, 01 ədəd 170 manat dəyərində pereparatoru, 03 ədəd hər biri 250 manat olan “Bosch” firmasından olan böyük laqunda aparatını, 01 ədəd 80 manat dəyərində balaca laqunda aparatını, 01 ədəd 40 manat dəyərində qara rəngli, 200-220V “Stichsagen CJS55”markalı lobzik aparatını, 01 ədəd 15 manat dəyərində qırmızı-boz rəngli 220V “Kzubr” markalı fen aparatını, 02 ədəd hər biri 300 manat olan 250 metrlik 3 fazalı Türkiyə Respublikası istehsalı olan kabelləri və 01 ədəd 8 litrlik 180 manat dəyərində samovarı gizli talayaraq Zərərçəkmiş şəxs2 ümumilikdə 2320 manat dəyərində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli talamaq məqsədi ilə xx xxxx 2020ci il tarixdə saat 04 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Xocasən qəsəbəsi R.Allahverdiyev küçəsində yerləşən taxta qutuların alğı-satqısı yerinin arxa hissəsində Zərərçəkmiş şəxs1 yatmasından istifadə edərək masanın üzərində olan sonuncuya məxsus üzərində 2 manat dəyərində qoruyucu üzlük və 5 manat dəyərində ***-***-**-** saylı GSM kartı olan 200 manat dəyərində “Xiaomi Redmi” markalı, “M1908C3İG” markalı mobil telefonu və Zərərçəkmiş şəxs1 əynindəki şalvarının arxa cibindən içərisində 285 manat nağd pul olan pul kisəsini çıxarmaqla gizli talayıb Zərərçəkmiş şəxs1 ümumilikdə 492 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs2 CM-in 177.2.1 və 177.2.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, ünvan 4 ünvanında ailəsi ilə birlikdə yaşayır. O, Təqsirləndirilən şəxs1 uzun müddətdir ki, tanıyır və sonuncu ilə aralarında münasibəti yaxşı olmuşdur. xx.xx.2020-ci il tarixdə saat təxminən 22 radələrində o, yaşadığı evin yaxınlığında olan zaman Əhmədi görmüş və sonuncu ilə söhbət edərkən oğurluq etmək qərarına gəlmişlər. Bir qədər gəzdikdən sonra təxminən saat 00 radələrində işıqları yanmayan ev qarşılarına çıxmış və o, Əhmədlə birlikdə həmin həyətə daxil olmuşdur. Həmin həyətdə yaşayış olmadığı və orada yalnız yarım tikili bir ev olduğundan Əhməd ona həmin yarım tikili ilə sərhəd olan digər evə oğurluq etmək üçün daxil olacağını və ona həmin həyətdə durmağı, ətrafı müşahidə etməyi bildirmişdir. O, çöldə kiminsə gələcəyi təqdirdə Əhmədə məlumat vermək məqsədi ilə durmuş, sonuncu isə evin həyətinə hasardan daxil olmuşdur. Təxminən 20 dəqiqə sonra Əhməd həmin həyətdən ona tərəf bir neçə dənə tikinti alətləri və bir ədəd samovar vermişdir ki, o, həmin əşyaları götürsün. O, hasardan həmin əşyaları götürmüş, Əhməd isə hasardan düşərək onun yanına gəlmişdir. Bundan sonra o, Əhmədlə birlikdə sonuncunun yaşadığı ünvana getmiş və əldə etdikləri əşyaları bölmüşlər. Əşyaların çox hissəsini Əhməd götürmüş, az hissəsini isə ona vermişdir. Əhməd ona 01 ədəd fen, 01 ədəd laqunda, 01 ədəd lobzik vermişdir. O, həmin əşyaları yaşadığı evə gətirib həyətdə gizlətmişdir. Səhəri gün o, həmin əşyaları tanışı Ramil adlı şəxsə özünə məxsus kimi təqdim edib 35 manata satmış və əldə etdiyi pulu şəxsi ehtiyaclarına xərcləmişdir. Həmçinin ona verilən suallara cavab olaraq bildirmişdir ki, hazırda törətdiyi cinayət əməlindən peşmandır, Təqsirləndirilən şəxs1 ilə birlikdə törətdiyi cinayət əməli nəticəsində Zərərçəkmiş şəxs2 Pənah oğluna dəymiş ziyandan 1500 manatını ödəmiş və sonuncunun ondan heç bir şikayəti tələbi yoxdur. Məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs1 CM-in 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.5-ci maddələri ilə elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, Binəqədi rayonu, Xocasən qəsəbəsi, H.Sultanov küçəsi ev 24 ünvanında ailə ilə birlikdə yaşayırmışdır. O, əvvəllər oğurluq cinayəti törətdiyinə görə məhkum olunmuşdur. O, Təqsirləndirilən şəxs2 uzun müddətdir ki, qonşu kimi tanımış və sonuncu ilə aralarında dostluq münasibəti olmuşdur. xx.xx.2020-ci il tarixdə saat təxminən 22 radələrində o, Hüseynlə görüşmüş və sonuncu ilə söhbət edərkən oğurluq etmək qərarına gəlmişlər. Bir qədər gəzdikdən sonra təxminən saat 00 radələrində işıqları yanmayan ev qarşılarına çıxmış və o, Hüseynlə birlikdə həmin həyətə daxil olmuşdur. Həmin həyətdə yaşayış olmadığı və orada yalnız yarım tikili bir ev olduğundan o, Hüseynə həmin yarım tikili ilə sərhəd olan digər evə oğurluq etmək üçün daxil olacağını deyərək sonuncudan küçədə durub ətrafı müşahidə etməyi, gələn olarsa ona məlumat verməsini istəmişdir. Bundan sonra o, həmin həyətə daxil olaraq ətrafı axtarmağa başlamışdır. O, evin arxa tərəfində yerləşən anbara daxil olaraq oradan iki ədəd lobzik aparatını, dörd ədəd drel aparatını, üç ədəd laqundanı, bir ədəd pereparatoru, bir ədəd fen aparatını, elektrik kabellərini və bir ədəd samovarı götürərək hasardan Hüseynə vermişdir. Bundan sonra o, gəldiyi yolla həmin evi tərk edib Hüseynlə birlikdə yaşadığı evə getmişdir. Yaşadığı evdə olan zaman o, əşyaların çox hissəsini özündə saxlamış 01 ədəd fen, 01 ədəd laqunda, 01 ədəd lobziki isə Hüseynə vermişdir. Bundan təxminən bir neçə gün sonra həmin əşyaları tanımadığı şəxsə sataraq əldə etdiyi pulu şəxsi ehtiyaclarına xərcləmişdir. Bundan başqa o, xx.xx.2020-ci il tarixdə saat 04 radələrində Binəqədi rayonu, Xocasən qəsəbəsində yerləşən taxta yeşiklərin alğı-satqı yerinin qarşısından keçən zaman həmin yerdə gözətçi otağının və otağın qapısının açıq vəsiyyətdə olmasını görərək oğurluq etmək üçün həmin otağa yaxınlaşmışdır. O, həmin otağa yaxınlaşdıqda bir nəfər şəxsin orada yatmasını və masanın üzərində bir ədəd mobil telefon olmasını görərək telefonu oğurlamaq qərarına gəlmişdir. Buna görə də, o, otağa daxil olaraq oradan mobil telefonu götürən zaman yatmış şəxsin cibində pul kisəsinin olmasını da görmüş və telefon ilə birlikdə pul kisəsini götürmüşdür. O, pul kisəsini götürdükdən sonra içərisində olan pulları çıxarıb pul kisəsini gözətçi otağının içərisinə atmışdır. O, oğurladığı pulu və mobil telefonu cibinə qoymuş, lakin pulun nə qədər olmasını bilməmişdir. Həmin günü saat 08 radələrində Binəqədi rayonu, Xocasən qəsəbəsində gəzən zaman polis əməkdaşları onu saxlayaraq polis bölməsinə aparmış və üzərində olan oğurladığı mobil telefon və pullar aşkar olunaraq götürülmüşdür. Həmçinin ona verilən suallara cavab olaraq bildirmişdir ki, ibtidai istintaq zamanı məsuliyyətdən yayınmaq məqsədi ilə oğurluq cinayətlərini törətmədiyini demiş, məhkəmə iclasında verdiyi ifadə hadisənin reallığını özündə əks etdirir. Zərərçəkmiş şəxs1 ilə barışmış və sonuncuya dəymiş ziyanı ödəməsə də, Zərərçəkmiş şəxs1 ona dəymiş ziyanı tələb etməyərək heç bir şikayətinin olmamasını bildirmişdir. Lakin Təqsirləndirilən şəxs2 ilə birlikdə törətdiyi cinayət hadisəsi üzrə Zərərçəkmiş şəxs2 Pənah oğluna dəymiş ziyanın ona düşən hissəsini ödəyə bilməmişdir. Hazırda törətdiyi cinayət əməllərindən peşman olmasını bildirərək məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs2 elan edilmiş CM-in 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə və digər Təqsirləndirilən şəxs1 elan edilmiş CM-in 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.5-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətmələri öz təsdiqini tapmışdır. Məhkəmə baxışı zamanı dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, o, Binəqədi rayonu, Xocahəsən qəsəbəsi fərdi tikilmiş evdə ailəsi ilə birlikdə yaşamışdır. O, xx.xx.2020-ci il tarixdə işləri ilə bağlı Cəlilabad rayonuna getmiş və xx.xx.2020-ci il tarixdə geri qayıtmışdır. Yaşadığı evdə olan zaman evin arxa hissəsində yerləşən anbara getmiş və ora baxdıqda ona məxsus olan alətlərin yerində olmamasını aşkar etmişdir. Anbara baxış keçirərkən ona məlum olmuşdur ki, oradan ona məxsus, 01 ədəd 150 manat dəyərində böyük lobzik aparatı, 04 ədəd hər biri 80 manat olmaqla balaca drel aparatı, 01 ədəd 130 manat dəyərində orta ölçülü laqonda, 01 ədəd 170 manat dəyərində pereparator, 03 ədəd “Bosh” firmasından olan hər biri 250 manat təşkil edən böyük laqonda aparatı, 01 ədəd 80 manat dəyərində balaca laqonda aparatı, 01 ədəd 60 manat dəyərində balaca lobzik aparatı, 01 ədəd 50 manat dəyərində fen aparatı, 01 ədəd 8 litrlik 180 manat dəyərində samovar, 02 ədəd hər biri 300 manat təşkil edən 250 metrlik 3 fazalı Türkiyə istehsalı olan kabellər oğurlanmışdır. Bundan sonra o, Binəqədi RPİ-nin 40-cı polis bölməsinə gedərək baş vermiş hadisə barədə məlumat verib ərizə yazmışdır. Baş vermiş oğurluq hadisəsində ona ümumilikdə 2490 manat dəyərində maddi ziyan dəydiyini bildirmişdir. Cinayət hadisəsi nəticəsində ona dəymiş 2490 manat maddi ziyandan Təqsirləndirilən şəxs2 tərəfindən 1500 manat ödənildiyindən, Təqsirləndirilən şəxs2 ilə barışmış və ona qarşı tələbi, şikayəti qalmamışdır. Lakin digər Təqsirləndirilən şəxs1 tərəfindən ona dəymiş ziyanın qalan hissəsi ödənilmədiyindən sonuncudan şikayətçidir. Məhkəmə baxışı zamanı dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, o, Binəqədi rayonu, Xocasən qəsəbəsində yerləşən taxta yeşiklərin alğı-satqı yerində işləyirmişdir. xx.xx.2020-ci il tarixdə saat təxminən 03 radələrində işlərini bitirmişdir. Müdiriyyət tərəfindən orada işləyən şəxslərin istirahəti üçün 20 kvadrat metr sahədə bir otaq düzəldilmişdir. Həmin otağın qapısı olsa da ora hər zaman açıq olmuşdur. Həmin tarixdə işini bitirdiyindən o, həmin otağa daxil olaraq orada divanda uzanmışdır. Həmin zaman isti olduğu üçün qapını açıq saxlamışdır ki, yatanda isti olmasın. O, cibində olan “Redmi 8” markalı mobil telefonunu yanında olan masanın üzərinə qoymuşdur. Bundan sonra o, yuxuya getmiş və həmin günü 05 radələrində yuxudan oyanmışdır. Bu zaman o, masanın üzərində olan mobil telefonun yerində olmadığını aşkar etmişdir. Bundan sonra ciblərini yoxlamış və cibində olan pul kisəsinin də cibində olmadığını aşkar etmişdir. O, yerə baxdıqda pul kisəsinin yerdə olmadığını görmüşdür. O, pul kisəni götürdükdə orada olan sənədlərin yerində olmasını, lakin pul kisəsinin içərisində olan 285 manat pulun orada olmadığını aşkar etmişdir. Baş vermiş hadisə ilə əlaqədar saat 07 radələrində o, ərazi üzrə xidmət aparan Yasin adlı sahə inspektoruna zəng edib məlumat vermişdir. Bundan sonra o, polis bölməsinə dəvət edilmiş və ərizəsi alınmışdır. Baş vermiş hadisə zamanı ona məxsus üzərində 2 manat dəyərində qoruyucu üzlük və 5 manat dəyərində ***-***-**-** saylı GSM kartı olan 200 manat dəyərində “Xiaomi Redmi” markalı mobil telefon və 285 manat nağd pul oğurlanmışdır. Təqsriləndirilən şəxs Təqsirləndirilən şəxs1 tərəfindən ona dəymiş ziyan ödənilməsə də, o, Təqsirləndirilən şəxs1 ilə barışmış və vurulmuş ziyanı bağışladığından sonuncudan heç bir şikayəti, tələbi qalmamışdır. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Binəqədi rayonu, Xocasən qəsəbəsi, H.Sultanov küçəsi, ev 25-də ailəsi ilə birlikdə yaşayır. 2020-ci ilin iyun ayında günü xatırlamadığı vaxt o, anasının işlədiyi marketdə olan zaman tanışı Şahid2 marketə gələrək ona satdıq təmir alətlərinin olduğunu bildirmişdir. O, Ramildən həmin alətləri nə üçün satdığını soruşduqda sonuncu pul lazım olduğunu və alətlərin ona lazım olmadığını demişdir. O, usta fəaliyyəti ilə məşğul olduğundan həmin alətləri almaq qərarına gəlmiş və Ramildən bir ədəd lobzik, bir ədəd fen və bir ədəd laqonda aparatını 50 manata almışdır. Bundan təxminən 5-6 gün sonra polis əməkdaşları marketə gələrək həmin aldığı əşyaların oğurluq olduğunu ona bildirmişlər. Ona görə o, həmin əşyaları polis əməkdaşlarına təhvil vermişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, xx.xx.2020-ci il tarixdə təxminən saat 08 radələrində Binəqədi rayonu, Sulutəpə qəsəbəsi ərazisində piyada gəzən zaman polis əməkdaşı ona yaxınlaşaraq bir nəfər saxladıqlarını və onun üzərinə baxış keçirilən zaman hal şahidi qismində iştirak etməyini bildirmişdir. O, heç bir etiraz etmədən polis əməkdaşları ilə razılaşmış və 40-cı PB-nə getmişdir. Binəqədi RPİnin 40-cı PB-nin xidməti otaqlarının birinə daxil olmuş və orada bir neçə nəfər şəxsin olduğunu görmüşdür. Onlardan biri təhqiqatçı, digər iki nəfər polis əməkdaşı, digər mülki geyimli şəxs onun kimi hal şahidi, digəri isə sonradan adını Təqsirləndirilən şəxs1 olduğunu öyrəndiyi olduğunu bilmişdir. İlkin olaraq təhqiqatçı hüquq və vəzifələr izah etdikdən sonra Təqsirləndirilən şəxs1 üzərinə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs1 üzərində bir ədəd sarı üzlüklü “Xiaomi Redmi” markalı mobil telefon və müxtəlif əskinazlarla 121 manat pul aşkar edilmişdir. Bundan sonra protokol tərtib edilmiş, pul əskinazları və mobil telefon qablaşdırılaraq götürülmüşdür. Məhkəmə baxışı zamanı dindirilmiş şahid Bakı şəhəri Binəqədi RPİ-nin 40-cı PBnin sahə inspektoru Şahid6 ifadəsində göstərmişdir ki, xx.xx.2020-ci il tarixdə Zərərçəkmiş şəxs2 evindən baş vermiş hadisə ilə əlaqədar həmin hadisəni törətməkdə şübhəli bilinən Təqsirləndirilən şəxs2 saxlanılmış və istintaq şöbəsinə təhvil vermişdir. İstintaq şöbəsindən həmin hadisəni törətməkdə şübhəli bilinən Əhməd adlı şəxsin yerinin müəyyən edilməsi istiqamətində əməliyyat tapşırığı daxil olmuş və o, əməliyyat müvəkkili Şahid4lə birlikdə xidməti ərazidə həmin şəxsin axtarılması istiqamətində bir sıra tədbirlər görmüşdür. xx.xx.2020-ci il tarixdə saat təxminən 06 radələrində Zərərçəkmiş şəxs1 istifadə etdiyi mobil nömrəsinə zəng edərək işlədiyi yerdə yatan zaman masa üzərinə qoyduğu mobil telefonun və cibində pul kisəsinin içində olan 285 manat pulunun naməlum şəxs tərəfindən oğurlandığını bildirmişdir. Bunla bağlı o, əməliyyat müvəkkil Şahid4lə birlikdə xidməti ərazidə olan zaman saat 08 radələrində Əhməd adlı şəxsi müəyyən edərək polis bölməsinə gətirmiş və bununla əlaqədar raport tərtib etmişdir. Bundan sonra təhqiqatçı tərəfindən onun, Şahid4 və iki hal şahidinin iştirakı ilə Əhmədin üzərinə baxış keçirilmiş və baxış zamanı sonuncun üzərindən bir ədəd “Xiaomi Redmi” markalı mobil telefon və pul əskinazları aşkar olunaraq götürülmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs1 Binəqədi RPİ-nin İŞ-nə təhvil verilmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş şahid Bakı şəhəri Binəqədi RPi-nin 40-cı PB-nin sahə inspektoru Şahid4, məhkəmə baxışı zamanı dindirilmiş digər Şahid6 ilə oxşar məzmunda ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə iclasına şahid qismində çağırılmış Şahid2 və Şahid3 məhkəmə iclasında iştirak etməməsi nəzərə alınaraq, işə onların iştirakı olmadan baxılması mümkün hesab edilməklə ibtidai istintaq zamanı verdiyi ifadələri elan olunmuşdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2020-ci il tarixli qərardan görünür ki, istintaqa məlum olmayan şəxsin xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək olan müddət ərzində Bakı şəhəri, Binəqədi rayonu, Xocasən qəsəbəsində yerləşən Zərərçəkmiş şəxs2 məxsus fərdi tikilmiş evinə qanunsuz daxil olaraq oğurluq etməsi faktına görə CM-in 177.2.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və istintaqı aparılması üçün icraata qəbul edilmişdir. xx.xx.2020-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək müddət ərzində olan oğurluq hadisəsi Zərərçəkmiş şəxs2 məxsus Bakı şəhəri, Binəqədi rayonu, Xocahəsən qəsəbəsində yerləşən fərdi yaşayış evində baş vermişdir. xx.xx.2020-ci il tarixli protokoldan görünür ki, Şahid1 50 manat müqabilində Şahid2 almış olduğu bir ədəd “KZUBR” markalı feni və bir ədəd “Lobzik” markalı laqundanı könüllü olaraq təhqiqata təqdim etmişdir. xx.xx.2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 ifadənin yerində yoxlanılması istintaq hərəkəti zamanı hadisənin baş vermə mexanizmini əyani şəkildə göstərmişdir. xx.xx.2020-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzr əməl CMin 177.2.3-cü maddəsindən həmin Məcəllənin 177.2.1 və 177.2.3-cü maddəsinə tövsif edilmişdir. xx.xx.2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 istintaqa verdiyi ifadəni bir daha təsdiqləmiş və Bakı şəhəri, Binəqədi rayonu, Xocasən qəsəbəsində yerləşən Zərərçəkmiş şəxs2 məxsus fərdi yaşayış evindən Təqsirləndirilən şəxs1 ilə birlikdə oğurluq etdiyini sonuncunun üzünə qarşı demişdir. xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs1 şikayəti əsasında Binəqədi RPİ-nin 40-cı PB-də toplanmış HK-1-737 nömrəli material ********* nömrəli cinayət işinə birləşdirilmişdir. xx.xx.2020-ci il tarixli protokoldan görünür ki, Babayev X1 RPİ-nin 40-cı PB-nin əməkdaşları tərəfindən saxlanılaraq şəxsi axtarış aparılması üçün bölməyə aparılmış və bölmənin xidməti otağında polis əməkdaşı, eləcə də hal şahidləri Şahid3 və Şahid5 iştirakları ilə üzərində şəxsi axtarış aparılan zaman Təqsirləndirilən şəxs1 əynindəki cins şalvarının qabaq sağ cibindən bir ədəd tünd sarı üzlüklü “Xiaomi Redmi 8” markalı mobil telefon, bundan başqa arxa sağ cibindən altı ədəd 5 manatlıq və on bir ədəd 1 manatlıq pul, bundan başqa sağ ayaqqabısının içərisindən üç ədəd əzilmiş 20 manatlıq pul, bundan başqa alt paltarından isə iki ədəd 10 manatlıq pul aşkar edilərək götürülmüşdür. Həmin pul əsginasları sayılmış və telefonla birlikdə zərfə qoyularaq möhürlənmişdir. xx.xx.2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 xx xxxx 2020-ci il tarixdə törətdiyi oğurluq hadisəsi Bakı şəhəri, Binəqədi rayonu, Xocasən qəsəbəsi R.Allahverdiyev küçəsində yerləşən taxta qutuların alğı-satqısı mağazasında baş vermişdir. xx.xx.2020-ci il tarixli protokollardan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs1 şəxsi axtarış zamanı götürülmüş bir ədəd “Xiaomi Redmi 8” markalı mobil telefon və onun üzərində olan bir ədəd “ASAK” markalı telefon üzlüyü tanınma üçün Zərərçəkmiş şəxs1 təqdim edilmiş, tanınma zamanı Zərərçəkmiş şəxs1 mobil telefonun və üzlüyün ona məxsus olduğunu, eləcə də onları markasından, formasından, işlənmə dərəcəsindən və üzərində olan yazıdan tanıdığını bildirmişdir. xx.xx.2020-ci il tarixli protokollardan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Binəqədi rayonu, Xocasən qəsəbəsində yerləşən fərdi yaşayış evindən oğurlanmış və istintaqa təqdim edilmiş bir ədəd “KZUBR” markalı fen, bir ədəd “Lobzik” markalı laqundan və bir ədəd “Stichsagen CJS55” markalı lobzik aparatı tanınma üçün Zərərçəkmiş şəxs2 təqdim edilmiş və tanınma zamanı Zərərçəkmiş şəxs2 həmin aparatların ona məxsus olduğunu, eləcə də aparatları markasından, formasından, işlənmə dərəcəsindən tanıdığını bildirmişdir. xx.xx.2020-ci il tarixli Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. xx.xx.2020-ci il tarixli Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin tələbnaməsindən və müvafiq hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs1 Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 1(001)-263/2018 nömrəli hökmü ilə CM-in 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib, CM-in 69.3-cü maddəsinə əsasən qəti olaraq 1 (bir) il 6 (altı) ay 18 (on səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. xx.xx.2020-ci il tarixli, 9/2247 nömrəli Məhkəmə Ekspertizası Mərkəzinin rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş 01 ədəd “Xiaomi Remi” markalı, “M1908C3İG” modelli mobil telefon aparatının satış üçün komplektləşdirilməsinə daxil edilən aksesuarların olmamasını və istifadədə olduğunu nəzərə alaraq, 2020-ci ilin iyun ayına olan orta bazar qiyməti təxminən 200,00 manat, üzərində ASAK sözləri olan qoruyucu üzlük 2,0 manat müəyyən olunur. xx.xx.2020-ci il tarixli, 9/2491 nömrəli Məhkəmə Ekspertizası Mərkəzinin rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş malların istifadə olunması nəzərə alınmaqla 2020-ci ilin iyun ayına olan bazar qiyməti 70 manat müəyyən edilmiş, o cümlədən bir ədəd qırmızı-boz rəngli, 220V “Kzubr” markalı fen - 15 manat, bir ədəd qara rəngli, 200-220V “Stichsagen CJS55” markalı lobzik 20 manat və bir ədəd göy-qırmızı rəngli, üzərində markalanmasına dair heç bir məlumat olmayan, orta ölçülü laqunda 35 manat müəyyən edilmişdir. xx.xx.2020-ci il tarixli qərardan görünür ki, bir ədəd “Xiaomi Remi” markalı, “M1908C3İG” modelli mobil telefon aparatı və bir ədəd üzərində “ASAK” sözləri olan qoruyucu üzlük iş üzrə maddi sübut kimi tanınmışdır. Maddi sübutun təhvil verilməsinə dair qəbzdən görünür ki, Zərərçəkmiş şəxs1, ona məxsus bir ədəd “Xiaomi Remi” markalı, “M1908C3İG” modelli mobil telefon aparatını və bir ədəd üzərində “ASAK” sözləri olan qoruyucu üzlüyü Binəqədi RPİ-nin İŞ-nin müstəntiqi Ramil Vəliyevdən təhvil almışdır. xx.xx.2020-ci il tarixli qərardan görünür ki, bir ədəd qırmızı-boz rəngli, 220V “Kzubr” markalı fen, bir ədəd qara rəngli, 200-220V “Stichsagen CJS55” markalı lobzik və bir ədəd göy-qırmızı rəngli, üzərində markalanmasına dair heç bir məlumat olmayan, orta ölçülü laqunda iş üzrə maddi sübut kimi tanınmışdır. Maddi sübutun təhvil verilməsinə dair qəbzdən görünür ki, Zərərçəkmiş şəxs2, ona məxsus bir ədəd 220V “Kzubr” markalı feni, bir ədəd 200-220V “Stichsagen CJS55” markalı lobziki və bir ədəd üzərində markalanmasına dair heç bir məlumat olmayan orta ölçülü laqundanı Binəqədi RPİ-nin İŞ-nin müstəntiqi Ramil Vəliyevdən təhvil almışdır. xx.xx.2020-ci il tarixli qərardan görünür ki, altı ədəd 5 manatlıq, on bir ədəd 1 manatlıq, üç ədəd 20 manatlıq və iki ədəd 10 manatlıq pul əsginasları iş üzrə maddi sübut kimi tanınaraq saxlanması üçün Bakı şəhəri Baş Polis İdarəsinin Maliyyə Plan şöbəsinə göndərilmişdir. xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 ********* nömrəli cinayət işi üzrə CM-in 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələrdə nəzərdə tutulan yenidən ittiham elan edilmişdir. xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 ********* nömrəli cinayət işi üzrə CM-in 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.5-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələrdə nəzərdə tutulan yenidən ittiham elan edilmişdir. xx.xx.2020-ci il tarixli Bakı şəhəri Binəqədi rayon İcra və Probasiya şöbəsinin sorğuya cavab məktubundan görünür ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 1(001)-263/2018 nömrəli hökmü ilə qəti olaraq 1 (bir) il 6 (altı) ay 18 (on səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş və üzərinə elektron nəzarət vasitəsini gəzdirmək vəzifəsi qoyulmuş Təqsirləndirilən şəxs1 xx.xx.2020-ci il tarixə çəkilməmiş cəza müddəti 7 (yeddi) gün təşkil edir. Təqsirləndirilən şəxs1 cəzasının əvvəli xx.xx.2018-ci il tarixdən hesablanmış və xx.xx.2020-ci il tarixdə bitir. xx.xx.2020-ci il tarixli Zərərçəkmiş şəxs1 tərəfindən məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, Təqsirləndirilən şəxs1 ilə barışmış və ondan heç bir şikayəti tələbi yoxdur. xx.xx.2020-ci il tarixli Zərərçəkmiş şəxs2 tərəfindən məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, Təqsirləndirilən şəxs2 tərəfindən ona dəymiş zərərdən 1500 manat ödənilmiş, onlar barışmışlar və sonuncudan heç bir şikayəti, tələbi yoxdur. Digər Təqsirləndirilən şəxs1 isə şikayətçidir. Beləliklə məhkəmə, cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ittihamda qeyd olunan əməlləri törətməsi onların etiraf edici ifadələri, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxslərin və şahidlərin iş materiallarında olan və məhkəmə istintaqı zamanı səsləndirdiyi ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 177.2.1 və 177.2.3-cü maddələri ilə, və digər Təqsirləndirilən şəxs1 əməli isə CM-in 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.5-ci maddələri ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 cinayət məsuliyyətindən azad edilmələri üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Qanunvericiliyin tələblərinə əsasən istintaq zamanı Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 elan edilmiş ittiham üzrə təqsirləndirildikləri maddələr cinayətlərin təsnifatına görə az ağır cinayətlər hesab olunur. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, CM-in 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxslə barışıq əldə edilməsini, həmin Məcəllənin 59.1.14-cü maddəsinə əsasən cinayət nəticəsində dəymiş ziyanın qismən ödənilməsini və yenə həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən törətdiyi cinayət əməlini səmimi etiraf edərək əməlindən peşman olmasını Təqsirləndirilən şəxs2 cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs2 cəza təyin edilən zaman CM-in 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. Məhkəmədə, Təqsirləndirilən şəxs2 əməlində CM-in 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs2 cəzanın təyin edilməsi məsələsinə baxaraq, CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (az ağır cinayət olmasını), təqsirkarın şəxsiyyətini təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 təqsirli bilindiyi CM-in 177.2.1 və 177.2.3-cü maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs2 islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini, eləcə də cəzasını yüngülləşdirən halları nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs2 törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. CM-in 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələrində cəzasını çəkməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2, ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı, CM-in 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmədə tədqiq edilmiş və işdə olan xx.xx.2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 xx xxxx 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş və saxlanma yerinə təhvil verilmişdir. Məhkəmədə tədqiq edilmiş və işdə olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 4(001)-518/2020 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində 3 (üç) ay müddətə “həbs” qətimkan tədbiri seçilmiş və həbsdə saxlanma müddətinin əvvəli xx xxxx 2020-ci il tarixdən hesablanmışdır. Göründüyü kimi, Təqsirləndirilən şəxs2 xx xxxx 2020-ci il tarixdən hazırkı vaxtadək həbsdə saxlanılır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – CPM) 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. CPM-in 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət, məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət və Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. CPM-in 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 həbsdə saxlanma müddətinin əvvəli xx xxxx 2020-ci il tarixdən hesablanmalı və həbsdə saxlanma müddəti ona təyin olunacaq cəza müddətinə daxil edilməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə, CM-in 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxslə barışıq əldə edilməsini, həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən törətdiyi cinayət əməlini səmimi etiraf edərək əməlindən peşman olmasını Təqsirləndirilən şəxs1 cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs1 cəza təyin edilən zaman CM-in 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. Məhkəmədə iş materiallarından müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 1(001)-263/2018 nömrəli hökmü ilə qəti olaraq 1 (bir) il 6 (altı) ay 18 (on səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş və üzərinə elektron nəzarət vasitəsini gəzdirmək vəzifəsi qoyulmuşdur. Habelə Təqsirləndirilən şəxs1 hazırda baxılan iş üzrə cinayət əməlini törətdiyi günə, yəni xx.xx.2020-ci il tarixə çəkilməmiş cəza müddəti 7 (yeddi) gün təşkil etmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs1 qəsdən cinayət törətməyə görə məhkum edilmiş, hazırda cəzasını tamamilə çəkib qurtarmamışdır. Lakin qeyd edilməlidir ki, Təqsirləndirilən şəxs1 Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 1(001)-263/2018 nömrəli hökmü ilə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edildiyindən onun həmin məhkumluğu cinayətlərin residivini yaratmır. Belə ki, CM-in 18.4.4-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Məhkəmədə, Təqsirləndirilən şəxs1 əməlində CM-in 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs1 cəzanın təyin edilməsi məsələsinə baxaraq, CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (az ağır cinayət olmasını), təqsirkarın şəxsiyyətini (əvvəllər məhkum olunmasını və məhkumluğunun ödənilməmiş və ya götürülməmiş olmasını), təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 təqsirli bilindiyi CM-in 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.5-ci maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Belə ki, iş materiallarından müəyyən edildiyi kimi Təqsirləndirilən şəxs1 Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 1(001)-263/2018 nömrəli hökmü ilə CM-in 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinib, azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsinə baxmayaraq, qeyd edilən cinayət əməli üzrə Təqsirləndirilən şəxs1 təyin edilmiş həmin cəza onun islah olunmasına və tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına kömək edə bilməmişdir. Məhkəmə, CM-in 41.2-ci maddəsinə müvafiq olaraq qeyd etməyi zəruri hesab edir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Digər tərəfdən qeyd edilməlidir ki, cəza, törədilmiş cinayətə görə yalnız tənbeh deyil, o, məhkumu qanunlara dəqiq riayət, ümumyaşayış qaydalarına hörmət ruhunda islah və yenidən tərbiyə etmək məqsədi daşıyır. Cəzanın mahiyyəti islah etmə və yenidən tərbiyə etmə ilə sıx bağlı olmaqla, cinayət əməlini törətmiş şəxsin şüurunda neqativ düşüncəni dəyişmək və onu hüququn tələblərinə riayət etməyə məcbur etmək istiqamətində dövlətin səylərindən ibarətdir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs1 islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini, eləcə də cəzasını yüngülləşdirən halları nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Bununla yanaşı məhkəmə hesab edir ki, CM-in 67 və 68-ci maddələrinin tələblərinə əsasən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 1(001)-263/2018 nömrəli hökmü ilə Təqsirləndirilən şəxs1 təyin edilmiş 1 (bir) il 6 (altı) ay 18 (on səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsi hazırkı hökmlə təyin ediləcək cəzaya birləşdirilməklə ona qəti cəza təyin edilməlidir. Belə ki, CM-in 68.1.1-1-ci maddəsinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulur. CM-in 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Odur ki, məhkəmə cinayət qanunun yuxarıda sadalanan normalarının tələblərinə uyğun olaraq hesab edir ki, CM-in 68.1.1-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 1(001)-263/2018 nömrəli hökmü ilə təyin olunmuş və çəkilməmiş 1 (bir) il 6 (altı) ay 18 (on səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması çəkilməmiş qalan 7 (yeddi) günü, azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü hesabı ilə hesablanıb 3 (üç) gün müddətə azadlıqdan məhrum etmə cəzasına bərabər tutulmalı və həmin cəza hazırkı hökm üzrə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasına tamamilə birləşdirilməklə CM-in 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 qəti cəza təyin edilməlidir. CM-in 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələrində cəzasını çəkməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1, ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı, CM-in 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmədə tədqiq edilmiş və işdə olan xx.xx.2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 xx xxxx 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş və saxlanma yerinə təhvil verilmişdir. Məhkəmədə tədqiq edilmiş və işdə olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 4(001)-526/2020 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində xx.xx.2020-ci il tarixədək “həbs” qətimkan tədbiri seçilmiş və həbsdə saxlanma müddətinin əvvəli xx xxxx 2020-ci il tarixdən hesablanmışdır. Göründüyü kimi, Təqsirləndirilən şəxs1 xx xxxx 2020-ci il tarixdən hazırkı vaxtadək həbsdə saxlanılır. CPM-in 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. CPM-in 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət, məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət və Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. CPM-in 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 həbsdə saxlanma müddətinin əvvəli xx xxxx 2020-ci il tarixdən hesablanmalı və həbsdə saxlanması müddəti ona təyin olunacaq cəza müddətinə daxil edilməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə, CPM-in 132-ci maddəsinin tələblərinə əsasən hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Baş Polis İdarəsinin Maliyyə Plan şöbəsində saxlanılan altı ədəd 5 manatlıq, on bir ədəd 1 manatlıq, üç ədəd 20 manatlıq, iki ədəd 10 manatlıq olmaqla cəmi 121 manat olan pul əsginasları sahibi Zərərçəkmiş şəxs1 geri qaytarılmalıdır. Bundan başqa, məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış bir ədəd “Xiaomi Remi” markalı, “M1908C3İG” modelli mobil telefon aparatının və bir ədəd üzərində “ASAK” sözləri olan qoruyucu üzlüyün saxlanması üçün sahibi Zərərçəkmiş şəxs1, habelə iş üzrə maddi sübut kimi tanınmış bir ədəd 220V “Kzubr” markalı fenin, bir ədəd 200-220V “Stichsagen CJS55” markalı lobzikin və bir ədəd üzərində markalanmasına dair heç bir məlumat olmayan orta ölçülü laqundanın saxlanması üçün sahibi Zərərçəkmiş şəxs2 qaytarılması nəzərə alınmalıdır. Məhkəmə, CPM-in 197 və 198-ci maddələrinə əsasən hesab edir ki, məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 100 (yüz) manat məbləğində pul vəsaitinin 25 (iyirmi beş) manatı Təqsirləndirilən şəxs2 və 75 (yetmiş beş) manatı isə digər Təqsirləndirilən şəxs1 tutulmalıdır. Müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 təqdim etdiyi hesabata əsasən o, məhkəmə iclaslarında iştirak edərək Təqsirləndirilən şəxs2 hüquqlarının müdafiəsinə cəmi 20 (iyirmi) saat vaxt sərf etmiş, digər müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 qızının isə təqdim etdiyi hesabata əsasən o, ibtidai istintaqda və məhkəmə iclaslarında iştirak edərək Təqsirləndirilən şəxs1 hüquqlarının müdafiəsinə cəmi 40 (qırx) saat vaxt sərf etmişdir. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 məhkəmə iclaslarında iştirak edərək təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə ümumilikdə 20 (iyirmi) saat, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 qızı isə ibtidai istintaqda və məhkəmə iclaslarında iştirak edərək təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə ümumilikdə 40 (qırx) saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 göstərdiyi cəmi 20 (iyirmi) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 120 (bir yüz iyirmi) manat, Təqsirləndirilən şəxs1 göstərdiyi cəmi 40 (qırx) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 qızına isə Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 240 (iki yüz qırx) manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 cinayət hadisəsi zamanı onlara vurulmuş ziyanla bağlı ibtidai istintaq və məhkəmə istintaqı zamanı mülki iddia ilə müraciət etməmişdir. Qeyd olunanlara və CPM-in 180.2-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iş üzrə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 cinayət hadisəsi nəticəsində dəymiş ziyanın ödənilməsi məqsədi ilə mülki mühakimə icraatı qaydasında iddia vermək hüquqlarının olması izah edilməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə ekspertiza xərci, maddi sübut və mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən CPM-in 132, 197-198, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə

hökm etdi:

1. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisində çəksin. Təqsirləndirilən şəxs2 təyin edilmiş cəzanın əvvəli xx xxxx 2020-ci il tarixdən hesablanmaqla həbsdə saxlama müddəti ona təyin olunmuş cəza müddətinə daxil edilsin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın.

2. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.5-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 1(001)-263/2018 nömrəli hökmü ilə təyin olunmuş 1 (bir) il 6 (altı) ay 18 (on səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 7 (yeddi) günü azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü hesabı ilə hesablanıb 3 (üç) gün müddətə azadlıqdan məhrum etmə cəzasına bərabər tutulsun və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən həmin cəza hazırkı hökm üzrə təyin edilmiş 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına tamamilə birləşdirilməklə Təqsirləndirilən şəxs1 qəti olaraq 3 (üç) il 3 (üç) gün müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisində çəksin. Təqsirləndirilən şəxs1 təyin edilmiş cəzanın əvvəli xx xxxx 2020-ci il tarixdən hesablanmaqla həbsdə saxlama müddəti ona təyin olunmuş cəza müddətinə daxil edilsin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Baş Polis İdarəsinin Maliyyə Plan şöbəsində saxlanılan altı ədəd 5 manatlıq, on bir ədəd 1 manatlıq, üç ədəd 20 manatlıq, iki ədəd 10 manatlıq olmaqla cəmi 121 manat olan pul əsginasları sahibi Zərərçəkmiş şəxs1 geri qaytarılsın. İş üzrə maddi sübut kimi tanınmış bir ədəd “Xiaomi Remi” markalı, “M1908C3İG” modelli mobil telefon aparatının və bir ədəd üzərində “ASAK” sözləri olan qoruyucu üzlüyün saxlanması üçün sahibi Zərərçəkmiş şəxs1, habelə iş üzrə maddi sübut kimi tanınmış bir ədəd 220V “Kzubr” markalı fenin, bir ədəd 200-220V “Stichsagen CJS55” markalı lobzikin və bir ədəd üzərində markalanmasına dair heç bir məlumat olmayan orta ölçülü laqundanın saxlanması üçün sahibi Zərərçəkmiş şəxs2 qaytarılması nəzərə alınsın. İş üzrə məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 100 (yüz) manat məbləğində pul vəsaitinin 25 (iyirmi beş) manatı Təqsirləndirilən şəxs2, 75 (yetmiş beş) manatı isə Təqsirləndirilən şəxs1 tutularaq Dövlət Xəzinədarlığı Agentliyi KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ **********0000003944 S.W.İ.F.T. BİK CTREAZ 22 saylı məhkəmə ekspertizası mərkəzi VÖEN ********** hesab AZ34CTRE******************** saylı hesaba keçirilsin. Təqsirləndirilən şəxs2 göstərdiyi cəmi 20 (iyirmi) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 120 (bir yüz iyirmi) manat, Təqsirləndirilən şəxs1 göstərdiyi cəmi 40 (qırx) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 qızına isə Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 240 (iki yüz qırx) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. İş üzrə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 cinayət hadisəsi nəticəsində dəymiş ziyanın ödənilməsi məqsədi ilə mülki mühakimə icraatı qaydasında iddia vermək hüquqlarının olması izah edilsin. Hökmdən elan olunduğu andan, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 isə hökmün surətinin verildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.

Sədrlik edən: Vüsal Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar