Məhkəmə qərarları › İş №1(001)-412/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-412/2021

25.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-412/2021 25.10.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Sədrlik edən hakim Rzayev Abbas Əhəd oğlunun, Məhkəmə iclas katibi X3, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs1 müdafiəçisi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs2 müdafiəçisi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 iştirakları ilə, xx.xx.1978-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, orta təhsilli, evli, himayəsində 1 (bir) azyaşlı övladı olan, işləməyən, məhkum olunmamış, ünvan 1 ünvanda qeydiyyatda olan və yaşayan, barəsində “polis nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.2-ci maddələri ilə təqsirləndirilməsinə dair və xx.xx.1989-cu il tarixdə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, ali təhsilli, evli, himayəsində 1 (bir) azyaşlı övladı olan, işləməyən, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Nəsimi rayonu, 2-ci Məmmədyarov küçəsi, ev 9 A, mənzil 30 ünvanda qeydiyyatda olan və yaşayan, barəsində “polis nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin binasında keçirilən açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən özgənin əmlakını gizli olaraq talayıb təkrarən oğurluq etmişdirlər. Təqsirləndirilən şəxs2 satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmiş, saxlamış və daşımış, bundan başqa qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən özgənin əmlakını gizli olaraq talayıb təkrarən oğurluq etmişdir. Belə ki, cinayət işi üzrə aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 13.04.2021-ci il tarixdə saat 06.00 radələrində özgənin əmlakını gizli olaraq talama məqsədilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabacadan bir qrup şəxs tərəfindən cinayət əlaqəsinə girərək, əvvəlcədən aralarında olan razılığa əsasən sonuncu gəlib-gedən şəxsləri müşahidə etmək üçün kənarda pusquda dayanmış, o isə Bakı şəhəri, Binəqədi rayonu, Ə.Naxçıvani küçəsi 5 saylı binanın qarşısında dayanıqlı vəziyyətdə olan Zərərçəkmiş şəxs2 məxsus “Mercedes Benz E200” markalı, **-LJ-*** qeydiyyat nişanlı avtomobilə yaxınlaşıb avtomobilin ön sol qapısının şüşəsini əvvəlcədən özü ilə götürdüyü avtomobil şamının kəsici qırıntısı ilə sındıraraq, həmin avtomobilin salonundan bir ədəd 100 manat dəyərində üzərinə “Joyecar” sözləri yazılmış video qeydiyyat cihazını və 20 manat dəyərində bir qutu tibbi maskanı gizli olaraq talayıb həmin əşyaları yanında dayanmış Təqsirləndirilən şəxs2 bel çantasına yığdıqdan sonra birlikdə hadisə yerindən uzaqlaşaraq, Zərərçəkmiş şəxs2 ümumilikdə 120 manat dəyərində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs1 13.04.2021-ci il tarixdə saat 06:15 radələrində özgənin əmlakını gizli olaraq talama məqsədilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabacadan bir qrup şəxs tərəfindən cinayət əlaqəsinə girərək, əvvəlcədən aralarında olan razılığa əsasən sonuncu gəlib-gedən şəxsləri müşahidə etmək üçün kənarda pusquda dayanmış, o isə Bakı şəhəri, Binəqədi rayonu, Ə.Naxçıvani küçəsi 28 saylı binanın qarşısında dayanıqlı vəziyyətdə olan Zərərçəkmiş şəxs1 məxsus “Kia Rio” markalı **-ET-*** qeydiyyat nişanlı avtomobilə yaxınlaşıb avtomobilin ön sol qapısının şüşəsini əvvəlcədən özü ilə götürdüyü avtomobil şamının kəsici qırıntısı ilə sındıraraq, həmin avtomobilin salonundan bir ədəd 120 manat dəyərində “Armata A17” markalı video qeydiyyat cihazını, bir ədəd 180 manat dəyərində elektron siqareti, bir ədəd 150 manat dəyərində qabı ilə birlikdə gün eynəyini və bir ədəd 7 manat dəyərində sənəd qabını gizli olaraq talayıb həmin əşyaları yanında dayanmış Təqsirləndirilən şəxs2 bel çantasına yığdıqdan sonra birlikdə hadisə yerindən uzaqlaşaraq, Zərərçəkmiş şəxs1 ümumilikdə 457 manat dəyərində maddi ziyan vurmaqla təkrarən oğurluq etmişdir. Həmçinin, cinayət işi üzrə aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs2 12.03.2021-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, “Kubinka” adlanan ərazidə şəxsiyyəti istintaqa məlum olmayan şəxsdən satış məqsədi olmadan qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq miqdarda 0,384 qram narkotik vasitə olan heroini əldə edib üstündə saxlayaraq daşımış, 18.03.2021-ci il tarixdə saat 19.00 radələrində Nəsimi RPİ-nin 20-ci PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində ünvan 3 ünvanın qarşısında saxlanılaraq, Bakı şəhəri, A.Mirqasımov 3 ünvanda yerləşən Nəsimi RPİ-nin 20-ci PB-nə gətirilmiş və PB-də üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynində olan tünd göy rəngli gödəkcəsinin sağ yan cibindən bir ədəd sellofan bükümdə təmiz çəkisi 0,384 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Bundan başqa, Təqsirləndirilən şəxs2 13.04.2021-ci il tarixdə saat 06.00 radələrində özgənin əmlakını gizli olaraq talama məqsədilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabacadan bir qrup şəxs tərəfindən cinayət əlaqəsinə girərək, əvvəlcədən aralarında olan razılığa əsasən o, gəlib-gedən şəxsləri müşahidə etmək üçün kənarda pusquda dayanmış, Təqsirləndirilən şəxs1 isə Bakı şəhəri, Binəqədi rayonu, Ə.Naxçıvani küçəsi 5 saylı binanın qarşısında dayanıqlı vəziyyətdə olan Zərərçəkmiş şəxs2 məxsus “Mercedes Benz E200” markalı **-LJ-*** qeydiyyat nişanlı avtomobilə yaxınlaşıb avtomobilin ön sol qapısının şüşəsini əvvəlcədən özü ilə götürdüyü avtomobil şamının kəsici qırıntısı ilə sındıraraq, həmin avtomobilin salonundan bir ədəd 100 manat dəyərində üzərinə “Joyecar” sözləri yazılmış video qeydiyyat cihazını və 20 manat dəyərində bir qutu tibbi maskanı gizli olaraq talayıb həmin əşyaları onun bel çantasına yığdıqdan sonra birlikdə hadisə yerindən uzaqlaşaraq, Zərərçəkmiş şəxs2 ümumilikdə 120 manat dəyərində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs2, 13.04.2021-ci il tarixdə saat 06:15 radələrində özgənin əmlakını gizli olaraq talama məqsədilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabacadan bir qrup şəxs tərəfindən cinayət əlaqəsinə girərək, əvvəlcədən aralarında olan razılığa əsasən o, gəlib-gedən şəxsləri müşahidə etmək üçün kənarda pusquda dayanmış, Təqsirləndirilən şəxs1 isə Bakı şəhəri, Binəqədi rayonu, Ə.Naxçıvani küçəsi 28 saylı binanın qarşısında dayanıqlı vəziyyətdə olan Zərərçəkmiş şəxs1 məxsus “Kia Rio” markalı **-ET-*** qeydiyyat nişanlı avtomobilə yaxınlaşıb avtomobilin ön sol qapısının şüşəsini əvvəlcədən özü ilə götürdüyü avtomobil şamının kəsici qırıntısı ilə sındıraraq, həmin avtomobilin salonundan bir ədəd 120 manat dəyərində “Armata A17” markalı video qeydiyyat cihazını, bir ədəd 180 manat dəyərində elektron siqareti, bir ədəd 150 manat dəyərində qabı ilə birlikdə gün eynəyini və bir ədəd 7 manat dəyərində sənəd qabını gizli olaraq talayıb həmin əşyaları onun bel çantasına yığdıqdan sonra birlikdə hadisə yerindən uzaqlaşaraq, Zərərçəkmiş şəxs1 ümumilikdə 457 manat dəyərində maddi ziyan vurmaqla təkrarən oğurluq etmişdir. Məhkəmə iclasında ifadə verən Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CMnin 177.2.1 və 177.2.2-ci maddələri ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, 13.04.2021-ci il tarixdə yaşadığı Nəsimi rayonu, Alatava qəsəbəsindəki evdə olarkən, gecə saat 04.00 radələrində Elvin tək onun yaşadığı evə gələrək bildirmişdir ki, onda bir büküm narkotik vasitə olan heroin var. Bundan sonra Elvin həmin bükümdə olan narkotik vasitənin bir hissəsini iynə vasitəsilə özü istifadə etmiş, qalan narkotik vasitəni isə özü iynə vasitəsilə qəbul etmişdir.Belə ki, o, Elvinlə uzun müddət tanış olduqları üçün biri-birlərinin narkotik vasitə olan heroindən istifadə etdiklərini bilirdilər.Narkotik vasitə olan heroin qəbul etdikdən sonra saat təxminən 05 radələrində Elvinlə birlikdə gəzişmək məqsədi ilə evdən çıxıb Binəqədi rayonu, Ə.Naxçıvani küçəsinə gəlmişlər. Elvinlə birlikdə binaların arası ilə gedərkən narkotik vasitə üçün pul lazım olduğundan Elvinlə qərarlaşdırmışlar ki, avtomobillərin içərisindən oğurluq etsinlər.Saat təxminən 06 radələri olardı, Naxçıvani küçəsi 5 saylı binanın qarşısında dayanmış “Mercedes” markalı ** LJ *** dövlət qeydiyyat nişanlı avtomobilin içərisində video qeydiyyat cihazı olduğunu görmüşlər və Elvinlə qərarlaşdırmışlar ki, həmin avtomobilin içərisindəki video qeydiyyat cihazını oğurlasınlar.Bundan sonra avtomobil ustası olduğu üçün əvvəlcədən üzərində götürdüyü sveça qırığı ilə həmin avtomobilin ön sol qapı şüşəsini sındırmış, əlini salona salıb ön şüşəyə bərkidilmiş video qeydiyyat cihazını və dirsək altı barda olan bir qutu tibbi maskanı götürüb Elvinin bel çantasına yığmışdır.Bundan sonra bir qədər irəlilədikdən sonra saat 06:15 radələrində Naxçıvani küçəsi 28 saylı binanın arxasında dayanmış avtomobillərə baxmış, orada dayanmış ağ rəngli “Kia Rio” markalı, ** ET *** dövlət qeydiyyat nişanlı avtomobilin içərisində video qeydiyyat cihazı olduğunu görüb oğurlamaq qərarına gəlmişlər, yenidən eyni üsulla üzərində götürdüyü şam qırığı ilə həmin avtomobilin ön sağ qapı şüşəsini sındırıb əlini salona salıb ön şüşəyə bərkidilmiş video qeydiyyat cihazını, yük yerindən bir ədəd elektron siqareti, pul qabını və bir ədəd qabı ilə birlikdə eynəyi götürüb Elvinin bel çantasına yığmışdır.Bundan sonra birlikdə onun yaşadığı evə getmişlər, yolda gedərkən Elvin pul qabının içərisində pul olmadığını, yalnız sənədlər olduğunu görüb, pul qabını içərisindəki sənədlərlə birlikdə yolun kənarına atmış, elektron siqareti istifadə etmək üçün siqaret olmadığından elektron siqareti və bir qutu maskanı isə özü zibil qutusuna atmışdır. Yaşadığı evə getdikdən sonra Elvin video qeydiyyat cihazının birini anasına satacağını bildirmiş, bundan sonra Elvinlə birlikdə Elvinin yaşadığı evə getmişlər.Elvin anasına video qeydiyyat cihazını göstərib həmin cihazın ona məxsus olduğunu bildirib 40 manata anası Sevinc xanıma satmışdır.Əldə etdikləri pulu Elvinlə birlikdə yeyib-içməyə xərcləmişlər.Oğurladığı digər video qeydiyyat cihazını Elvin özündə saxlayıb satacağını bildirmişdir. Eyni zamanda oğurladığı bir ədəd eynəyi də Elvin özünə götürmüşdür.15.04.2021-ci il tarixdə Binəqədi RPİ-nin 5-ci PB-nin əməkaşları Elvinlə onu saxlamıış, bölmədə üzərində olan özünə məxsus əşyaları və avtomobillərdən oğurluq etmək məqsədi ilə şüşə qırmaq üçün istifadə etdiyi sveça qırıqlarını könüllü olaraq polis əməkdaşlarına təqdim etmişdir. Narkotik vasitə üçün pulları olmadığından Elvinlə birlikdə avtomobillərdən oğurluq etməyi sonuncuya özü təklif etmiş, Elvin də onunla razılaşmışdır.Eyni zaman aralarında olan razılığa əsasən avtomobillərin şüşələrini qırıb içərisindəki dəyərli əşyaları özü oğurlayacaqdı, Elvin də yaxınlıqda onun yanında dayanacaq, özü oğurladığı əşyaları Elvinin bel çantasına yığacaqdı.Daha sonra əldə etdikləri əşyaları satıb pul əldə edib birlikdə xərcləyəcəkdilər.Elvinlə istifadə etdikləri həmin narkotik vasitəni sonuncunun haradan əldə etməsini soruşmamış, Elvin də ona bu barədə heç nə deməmişdir. Ona görə də onun həmin narkotik vasitəni haradan əldə etməsi barədə heç bir məlumatı yoxdur.Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs1 təqsirini etiraf etməsini, əməlindən səmimi peşman olmasını, himayəsində 1 (bir) azyaşlı övladının olmasını, zərərçəkmiş şəxslərə vurulmuş ziyanı tam ödəməsini və zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini və Rusiya Federasiyasının Sibir əyalətində işləyərkən ayağını don vurması ilə əlaqədar həmin ağrılardan əziyyət çəkməsini nəzərə alaraq məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında ifadə verən Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CMnin 177.2.1, 177.2.2 və 234.1-ci maddələri ilə ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, 13.04.2021-ci il tarixdə saat 04.00 radələrində tək Əfqanın yaşadığı Nəsimi rayonu, Alatava qəsəbəsindəki evinə getmiş, həmin zaman onda bir büküm narkotik vasitə olan heroin var idi.Həmin narkotik vasitənin bir hissəsini iynə vasitəsilə özü istifadə etmiş, qalan narkotik vasitəni də Əfqan götürüb özü iynə vasitəsilə qəbul etmişdir. Narkotik vasitəni istifadə etdikdən sonra saat təxminən 05.00 radələrində Əfqanla birlikdə gəzişmək məqsədi ilə evdən çıxıb Binəqədi rayonu, Ə.Naxçıvani küçəsi 5 saylı binanın qarşısına gəlmiş, Əfqanla binaların arası ilə gedərkən Əfqan ona avtomobillərdən oğurluq etməyi təklif etmiş, həmin zaman Əfqana barəsində cinayət işi olduğunu deyib, Əfqanın bu təklifinə etirazını bildirmişdir.Əfqan ona gözləməyini, onun gedib oğurluq edib gələcəyini söyləmiş, bundan sonra özü Naxçıvani küçəsində yolun kənarında gözləmiş, Əfqan isə binaların arasına girib təxminən 5-6 dəqiqə sonra geri qayıtmışdır.Əfqan əlində 1 ədəd avtomobil üçün video qeydiyyat cihazı və 1 qutu tibbi maska gətirib ondan xahiş etmişdir ki, avtomobildən oğurladığı əşyaları onun bel çantasına qoysun, həmin zaman Əfqandan həmin əşyaları götürüb bel çantasına qoymuşdur.Bundan sonra birlikdə yenidən piyada binaların arası ilə hərəkət etməyə başlamışlar, bir qədər getdikdən sonra Ə.Naxçıvani küçəsi 28 saylı binanın yaxınlığında Əfqan yenə oğurluq etmək məqsədi ilə binaların arasına girmiş, özü isə yolun kənarında gözləmişdir.Təxminən 5-6 dəqiqə sonra Əfqan yenidən geri qayıtmış, Əfqanın əlində 1 ədəd avtomobil üçün video qeydiyyat cihazı, 1 ədəd elektron siqaret, 1 ədəd pul qabı və 1 ədəd qabı ilə birlikdə eynək var idi. Əfqan ondan həmin əşyaları da bel çantasına yığmağını xahiş etdikdə Əfqandan həmin əşyaları alıb çantasına yığmışdır.Yol gedərkən Əfqan elektron siqaretlə tibbi maskaları atmış, özü də pul qabıda pul olmadığını və avtomobil sənədləri olduğunu görüb atmışdır. Lakin, hazırda həmin yeri xatırlamır.Bundan sonra Əfqanın yaşadığı mənzilə qayıtmışlar. Əfqan video qeydiyyat cihazını 3-cü mkr dairəsi yaxınlığında satacağını bildirdikdə ona həmin video qeydiyyat cihazını anasına satmağı təklif etmiş, Əfqan da onunla razılaşdıqdan sonra birlikdə yaşadığı evə gedib Əfqanın oğurladığı video qeydiyyat cihazının birini anası Şahid2 Əfqanın özünə məxsus olduğunu bildirib 40 manata satmış, digər video qeydiyyat cihazını isə “papanin” adlanan yerdə tanımadığı şəxsə 30 manata satmışdır. Pulu isə özü üçün xərcləmişdir.Eyni zamanda bir ədəd qabı ilə birlikdə eynək də onda qalmışdır.15.04.2021-ci il tarixdə Binəqədi RPİ-nin 5-ci PB-nin əməkaşları Əfqanla onu saxlamıış, sonra anasına satdığı video qeydiyyat cihazını anası polis əməkdaşlarına təqdim etmişdir. Bundan başqa 12.03.2021-ci il tarixdə “Kubinka” adlanan əraziyə gedərək orada tanımadığım şəxslə görüşüb ondan 10 manata bir büküm narkotik vasitə olan heroin almış, 18.03.2021-ci il tarixdə ünvan 6 ünvanın qarşısında dayanan zaman mülki formada polis əməkdaşları ona yaxınlaşıb onu polis bölməsinə dəvət etmişlər. Polis bölməsində üzərində şəxsi axtarış aparılmış, həmin zaman əynində olan göy rəngli gödəkcənin sağ yan cibindən bir ədəd şəffaf sellofana bükülmüş içərisində narkotik vasitə heroin olan bükümü çıxarıb masanın üzərinə qoymuşdur.Başqa üzərindən narkotik vasitə və s. aşkar olunmamışdır.Aşkar edilmiş büküm qablaşdırılaraq möhürlənib götürülmüş, bununla bağlı barəsində Nəsimi RPİ-nin istintaq şöbəsində cinayət işi başlanılaraq istintaq aparılmışdır. Əfqanla birlikdə istifadə etdiyi narkotik vasitəni isə 12.04.2021-ci il tarixdə “Papanin” deyilən yerdə tanımadığı şəxsdən 10 manata almışdır.Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs2 təqsirini qismən etiraf etməsini, əməlindən səmimi peşman olmasını, himayəsində 1 (bir) az yaşlı övladının olmasını, zərərçəkmiş şəxslərə vurulmuş ziyanı tam ödəməsini və zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini nəzərə alaraq məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində ifadə verən Zərərçəkmiş şəxs2 bildirmişdir ki, avtomobilindən oğurluq olması ilə bağlı 13.04.2021-ci il tarixdə DİN-nin 102 xidmətinə məlumatı, eləcə də Binəqədi RPİ-nin 5-ci PB-nə ərizəni özü yazmışdır.Belə ki, 12 aprel 2021-ci il tarixdə saat təxminən 19:10 radələrində özünə məxsus olan “Mercedes” markalı ** LJ *** dövlət qeydiyyat nişanlı avtomobili yaşadığı Bakı şəhəri Binəqədi rayonu, Ə.Naxçıvani küçəsi 5 saylı binanın qarşısında saxlayıb evə getmişdir. 13.04.2021-ci il tarixdə saat 07:45 radələrində avtomobilinə yaxınlaşan zaman görmüşdür ki, avtomobilimin ön sol qapının şüşəsinin sındırılıb. Bundan sonra avtomobilinə baxdıqda avtomobilin alın şüşəsinə yapışdırılmış bir ədəd “Joyecar” markalı video qeydiyyat cihazının və salonda olan 1 qutu tibbi maskanın oğurlanığını aşkar etmişdir. Oğurlanmış video qeydiyyat cihazının dəyəri 100 manat, 1 qutu tibbi maskanın dəyəri isə 20 manatdır. Avtomobilin ön sol qapı şüşəsinin sındırılması nəticəsində ona 100 manat maddi ziyan dəymişdir.Məhkəmə baxışı zamanı Zərərçəkmiş şəxs2 təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş ziyanın tam ödənildiyini və təqsirləndirilən şəxslərlə barışdığını və onlardan heç bir şikayətinin olmadığını bildirmiş və bu barədə yazılı ərizəsini məhkəməyə təqdim etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs1 bildirmişdir ki, 12 aprel 2021-ci il tarixdə saat təxminən 18:30 radələrində özünə məxsus olan “Kia Rio” markalı, ** ET *** dövlət qeydiyyat nişanlı avtomobili yaşadığı Bakı şəhəri Binəqədi rayonu, Ə.Naxçıvani küçəsi 28 saylı binanın qarşısında saxlayıb evə getmiş. 13.04.2021-ci il tarixdə saat 07:50 radələrində avtomobilinə yaxınlaşan zaman avtomobilinin ön sağ qapısının şüşəsinin sındırıldığını görmüş, bundan sonra avtomobilinin içərisinə baxdıqda avtomobilinin alın şüşəsinə yapışdırılmış bir ədəd “Armata A17” markalı video qeydiyyat cihazının, salondan bir ədəd markasını bilmədiyi elektron siqaretin, bir ədəd qabıə ilə birlikdə gün eynəyinin, bir ədəd sənəd qabının içərisində, sürücülük vəsiqəsinin, avtomobilin qeydiyyat şəhadətnaməsinin və etibarnamənin oğurlandığını aşkar etmişdir.Oğurlanmış video qeydiyyat cihazının dəyəri 120 manat, elektron siqaretin dəyəri 180 manat, bir ədəd qabı ilə birlikdə gün eynəyinin dəyəri 150 manat, sənəd qabı isə qara rəngli dəri materialdan hazırlanmışdır və qiyməti 7 manat olardı.Bu oğurluq nəticəsində ümumilikdə ona 457 manat maddi ziyan dəymişdir.Eyni zamanda avtomobilinin qabaq sağ yan şüşəsinin sındırılması nəticəsində ona 130 manat maddi ziyan vurulmuşdur.Məhkəmə baxışı zamanı Zərərçəkmiş şəxs1 təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş ziyanın tam ödənildiyini və təqsirləndirilən şəxslərlə barışdığını və onlardan heç bir şikayətinin olmadığını bildirmiş və bu barədə yazılı ərizəsini məhkəməyə təqdim etmişdir. Məhkəmə iclasında şahid qismində ifadə verən Şahid2 bildirmişdir ki, oğlu Təqsirləndirilən şəxs2 təxminən bir iki ildir ki, narkotik vasitələrdən istifadə etdiyini bilir.Həmin müddət ərzində bir neçə dəfə oğlu Təqsirləndirilən şəxs2 narkotik vasitə istifadə etdiyinə görə müalicə etdirmişdir.Lakin heç bir vaxt yaşadığı evdə və onların yanında narkotik vasitələrdən istifadə etməyibdir.Təqsirləndirilən şəxs1 əvvəldən tanımır.13.04.2021-ci il tarixdə saat 11.00 radələrində Elvin və yanında əvvəl görmədiyi Əfqan adlı şəxs evə gəlmiş, Elvinin yanındakı şəxs özünü ona avtomobil ustası kimi təqdim edərək bildirmişdir ki, pula ehtiyacı olduğundan özünə məxsus video qeydiyyat cihazını satır, həmin əşyaya baxıb həm də fotoaparat olduğunu zənn etmiş və 40 manata almağa razılaşmışdır. Təxminən 2-3 gün sonra Binəqədi RPİ-nin 5-ci PB-nin əməkdaşları məlumat verdikdə ona məlum olmuşdur ki, Elvin tutulub və ona satdıqları video qeydiyyat cihazı oğurluq olub. Həmin video qeydiyyat cihazını polis əməkdaşlarına təqdim etmişdir.Lakin əvvəlcədən həmin video qeydiyyat cihazının oğurluq olması barədə heç bir məlumatı olmayıbdır. Bundan başqa oğlu Elvinin həmin narkotik vasitələri haradan və kimdən əldə etdiyini bilmir. Sonuncu dəfə oğlu Elvin üzərində qanunsuz narkotik vasitə saxladığına görə Nəsimi rayonunda tutulmuşdur. Məhkəmə iclasında şahid qismində ifadə verən Şahid1 bildirmişdir ki, 18.03.2021-ci il tarixdə “Elvin” adlı şəxsin Baakı şəhəri, Nəsimi rayonu ərazisində narkotik vasitələri əldə etməsi və onu qəbul etməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumatın yoxlanılması məqsədilə Nəsimi RPİ-nin 20-ci PB-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid3 iştirakı ilə təxirəsalınmaz əməliyyat tədbirlərinin həyata keçirilməsinə dair qərar qəbul etmişdir. Həmin qərarda göstərilən tədbirlə bağlı özü və əməliyyat müvəkkili Şahid3 Bakı şəhəri, Nəsimi rayonu, Ak. H.Əliyev küçəsinə gedib əməliyyat-axtarış tədbirləri keçirməyə başlamışlar. Saat 19 radələrində həmin küçədə 15 saylı ünvanın qarşısında “Elvin” adlı şəxsin dayandığını görüb ona yaxınlaşaraq özlərini təqdim etmiş, daha sonra isə ona qanunsuz olaraq narkotik vasitə əldə etməsi, saxlaması, istifadə etməsi və üzərində gəzdirməsi ilə bağlı məlumata malik olduqlarını bildirib üzərinə baxış keçirilməsi məqsədilə Nəsimi RPİ-nin 20-ci PB-nə dəvət etmişlər. Şəxsiyyəti sonradan onlara məlum olan Təqsirləndirilən şəxs2 20-ci PB-nin inzibati binasındakı xidməti otaqların birində PBnin təhqiqatçısı, polis kapitanı Orxan Hacıyevin və video qeydiyyata almaq üçün çağırılmış mütəxəssisin iştirakı ilə Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti həyata keçirilməyə başlanılmışdır.Bundan sonra şübhəli şəxs Təqsirləndirilən şəxs2 üstündə, paltarında və paltarlarının ciblərində, əşyalarında və bədənində ola biləcək əşyaları təqdim etməsi təklif edilmişdir.Bu zaman Təqsirləndirilən şəxs2 əynində olan gödəkcənin sağ yan cibindən 01 ədəd şəffaf sellofan bükümü çıxararaq masanın üzərinə qoyub bildirmişdir ki, təqdim etdiyi bükümün içərisindəki maddə narkotik vasitə olan heroindir və həmin maddəni “Kubinka” adlanan ərazidən tanımadığı şəxsdən 10 manata almışdır. Bundan sonra Təqsirləndirilən şəxs2 əynində olan paltarlara baxış keçirilmiş, hər hansı qeyri-qanuni əşya və ya maddə aşkar olunmamışdır.Sonra Təqsirləndirilən şəxs2 təqdim etdiyi içərisində qəhvəyi rəngli maddə olan büküm boş zərf içərisinə qoyulub qablaşdırılaraq möhürlənmiş və zərfin üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclasında şahid qismində ifadə verən Şahid3 iş üzrə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdiyi xüsusatları öz ifadəsində təsdiq edərək analoji ifadə vermişdir. İş üzrə təyin edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji X4 Şəxsin məhkəmə-narkoloji ekspertizasının 21 aprel 2021-ci il tarixli 1175 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs2 tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə-əmtəəşünaslıq ekspertizasının 24.06.2021-ci il tarixli, 6/3324 saylı rəyinə əsasən müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş, 1 ədəd üzərində “Joyecar” yazısı olan video qeydiyyat cihazının istifadədə olunması nəzərə alınmaqla 2021-ci ilin aprel ayına olan orta bazar qiyməti təxminən 50 manat müəyyən edilir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji X4 Şəxsin məhkəmə-narkoloji ekspertizasının 20.07.2020-ci il tarixli, 1985 saylı rəyinə əsasən müəyyən edilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs1 hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətinin olması ilə əlaqədar, onun narkomaniyadan müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə-kimyəvi ekspertizasının 19 mart 2021-ci il tarixli, 6/1110 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “şübhəli şəxs: Təqsirləndirilən şəxs2” yazısı olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 0,384 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən 16.06.2020-ci il tarixdə verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 Rusiya Federasiyasının Moskva şəhər Butirsk Rayon Məhkəməsinin 25.09.2002-ci il tarixli hökmü ilə 228-ci maddə ilə 04 il, 06 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Krasnobakov Rayon Məhkəməsinin 19.08.2004-cü il tarixli qərarı ilə cəzası 9 ay, 18 günə endirilmişdir.Məhkumluğu ödənilmişdir. İş üzrə Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. Göründüyü kimi, Təqsirləndirilən şəxs1 ittiham olunduğu cinayət əməlini təqsirli olaraq törətməsi məhkəmə iclasında tədqiq olunmuş sübutlar məcmusu ilə tam sübuta yetirilmişdir. Bu isə onu göstərir ki, ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq təqsirləndirilən şəxsin əməli CM-nin 177.2.1 və 177.2.2-ci maddələri ilə tövsif edilmişdir. Odur ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.2ci maddələri ilə təqsirli bilinərək, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin «Məhkəmə hökmü haqqında» 27 dekabr 1996-cı il tarixli 4 nömrəli qərarında göstərilmişdir ki, cinayət qanunun sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı, başqa daha yüngül cəza tədbiri tətbiq etmənin mümkünlyünü nəzərdə tutursa, məhkəmə hökmündə nə üçün müttəhimə məhz azadlıqdan məhrum etmə cəzasının tətbiq olunmasının əsasları göstərilməlidir. Eyni mövqe Azərbaycan Respublikası Ali Məhkəməsinin «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında da təsbit olunmuşdur. Belə ki, həmin qərarın 2-ci bəndində göstərilmişdir ki, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. Belə ki, məhz həmin qərarda göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs1 təqsirini etiraf etməsini, əməlindən səmimi peşman olmasını, ilk dəfə cinayət törətməsini, zərərçəkmiş şəxslərə vurulmuş ziyanı tam ödəməsini, zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini, himayəsində 1 (bir) azyaşlı övladının olmasını, cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Belə ki, CM-nin 59.2-ci maddəsinə əsasən cəza təyin edərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs1 əməlində Azərbaycan Respublikası CMnin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs1 cəza təyin edərkən, Azərbaycan Respublikası CMnin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halların məcmusunu və ağırlaşdıran halların olmamasını, vurulmuş ziyanın tam ödənilməsini habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, təqsirləndirilən şəxsə məhz hansı növ cəzanın təyin olunmasını müzakirə edərək CM-nin 177.2.1 və 177.2.2-ci maddələrinin sanksiyasına uyğun olaraq azadlığın məhdudlaşdırılması cəzası təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Baxılan cinayət işi üzrə isə məhkəmə cəzanı yüngülləşdirən halların məcmusunu və heç bir cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq məhz təqsirləndirilən şəxsə azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədə uyğun hesab etmişdir. Buna görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmalıdır. Həmçinin, Təqsirləndirilən şəxs1 16 aprel 2021-ci il tarixdən 17 aprel 2021-ci il tarixədək həbsdə olduğu müddət təyin edilmiş cəzadan çıxılmalı və qəti olaraq azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir.Belə ki, iş materiallarında olan Binəqədi RPİnin sabiq müstəntiqi, polis mayoru Fərahim Əsədli tərəfindən qəbul olunmuş 16 aprel 2021-ci il tarixli qərarına əsasən məlum olur ki, Təqsirləndirilən şəxs1 16 aprel 2021-ci il tarixdə tutulmuşdur.Həmçinin, Binəqədi RPİ-nin müstəntiqi, polis mayoru Fərahim Əsədli tərəfindən qəbul olunmuş 17.04.2021-ci il tarixli qərara əsasən məlum olur ki, Təqsirləndirilən şəxs1 barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Bundan başqa, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını yaşadığı - ünvan 7 ünvanda yerləşən mənzildə çəkməli və təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasının əvvəli Təqsirləndirilən şəxs1 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı və cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs1 elektron nəzarət vasitəsi tətbiq edilməlidir. Eyni zamanda, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 24.00-dan saat 06.00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, cəza çəkdiyi müddətdə Bakı şəhərinin inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqanına məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanına iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi tapşırılmalıdır. Həmçinin, Təqsirləndirilən şəxs1 təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək Bakı şəhər Probasiya şöbəsinə həvalə edilməlidir. Bundan başqa, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılmalıdır. Həmçinin, Təqsirləndirilən şəxs2 ittiham olunduğu cinayət əməlini təqsirli olaraq törətməsi məhkəmə iclasında tədqiq olunmuş sübutlar məcmusu ilə tam sübuta yetirilmişdir. Bu isə onu göstərir ki, ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq təqsirləndirilən şəxsin əməli CM-nin 177.2.1, 177.2.2 və 234.1-ci maddələri ilə tövsif edilmişdir. Odur ki, təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 234.1-ci maddələri ilə təqsirli bilinərək, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs2 təqsirini etiraf etməsini, əməlindən səmimi peşman olmasını, ilk dəfə cinayət törətməsini, zərərçəkmiş şəxslərə vurulmuş ziyanı tam ödəməsini, zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini, himayəsində 1 (bir) azyaşlı övladının olmasını, cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır.Belə ki, CM-nin 59.2-ci maddəsinə əsasən cəza təyin edərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs2 əməlində Azərbaycan Respublikası CMnin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs2 cəza təyin edərkən, Azərbaycan Respublikası CMnin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halların məcmusunu və ağırlaşdıran halların olmamasını, vurulmuş ziyanın tam ödənilməsini habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, təqsirləndirilən şəxsə məhz hansı növ cəzanın təyin olunmasını müzakirə edərək CM-nin 177.2.1, 177.2.2 və 234.1-ci maddələrinin sanksiyasına uyğun olaraq azadlığın məhdudlaşdırılması cəzası təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Məhkəmə, Təqsirləndirilən şəxs2 cəza təyin edərkən, Azərbaycan Respublikası CMnin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halların məcmusunu və ağırlaşdıran halların olmamasını,vurulmuş ziyanın tam ödənilməsini və təqsirləndirilən şəxsin üzərindən aşkar olunmuş narkotik vasitənin miqdarını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Belə ki, iş materiallarından görünür ki, təqsirləndirilən şəxs ilk dəfə cinayət törətməyə görə məhkum olunur, təqsirini etiraf edir, əməlindən səmimi peşmandır, himayəsində 1 (bir) azyaşlı övladı var, əməlində cəzanı ağırlaşdıran hallar ümumiyyətlə yoxdur, vurulmuş ziyanı tam ödəmişdir, üzərindən aşkar olunmuş narkotik vasitə - heroinin miqdarı – 0.384 qram olmaqla şəxsi istehlak miqdarından bir qədər artıqdır. Məlum olduğu kimi, Azərbaycan Respublikasında cəza siyasətinin hümanistləşdirilməsi məqsədilə aparılan islahatlar çərçivəsində 20 oktyabr 2017-ci il tarixli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə bir sıra dəyişikliklərin edilməsi barədə qanuna əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasına cəza növü olaraq bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması cəzası əlavə edilmişdir. Baxılan cinayət işi üzrə isə məhkəmə cəzanı yüngülləşdirən halların məcmusunu və heç bir cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq məhz təqsirləndirilən şəxsə azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədə uyğun hesab etmişdir. Buna görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 234.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli, cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 təyin edilmiş cəzalar qismən toplanılmaqla azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmalıdır. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 18 mart 2021-ci il tarixdən 20 mart 2021-ci il tarixədək və 16 aprel 2021-ci il tarixdən 17 aprel 2021-ci il tarixədək həbsdə olduğu müddət təyin edilmiş cəzadan çıxılmalı və qəti olaraq ona azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir.Belə ki, iş materiallarında olan Nəsimi RPİ-nin 20-ci PB-nin təhqiqatçısı, polis kapitanı Orxan Hacıyev tərəfindən qəbul olunmuş 18 mart 2021-ci il tarixli qərarına əsasən məlum olur ki, Təqsirləndirilən şəxs2 18 mart 2021-ci il tarixdə tutulmuşdur.Həmçinin, Nəsimi RPİ-nin İŞ-nin müstəntiqi, polis polkovnik-leytenantı Natiq Allahverdiyev tərəfindən qəbul olunmuş 20.03.2021-ci il tarixli qərara əsasən məlum olur ki, Təqsirləndirilən şəxs2 barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir.Bundan əlavə, iş materiallarında olan Binəqədi RPİ-nin sabiq müstəntiqi, polis mayoru Fərahim Əsədli tərəfindən qəbul olunmuş 16 aprel 2021-ci il tarixli qərarına əsasən məlum olur ki, Təqsirləndirilən şəxs2 16 aprel 2021-ci il tarixdə tutulmuşdur.Həmçinin, Binəqədi RPİ-nin sabiq müstəntiqi, polis mayoru Fərahim Əsədli tərəfindən qəbul olunmuş 17.04.2021-ci il tarixli qərara əsasən məlum olur ki, Təqsirləndirilən şəxs2 barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs2 təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını yaşadığı - ünvan 2 ünvanda yerləşən mənzildə çəkməli və təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasının əvvəli Təqsirləndirilən şəxs2 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı və cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs2 elektron nəzarət vasitəsi tətbiq edilməlidir. Eyni zamanda, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 24.00-dan saat 06.00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, cəza çəkdiyi müddətdə Bakı şəhərinin inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqanına məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanına iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi tapşırılmalıdır. Həmçinin, Təqsirləndirilən şəxs2 təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək Bakı şəhər Probasiya şöbəsinə həvalə edilməlidir. Bundan başqa, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılmalıdır. Eyni zamanda, ekspert rəyinə əsasən Təqsirləndirilən şəxs1 narkomaniyadan məcburi müalicə ehtiyacı olmadığına görə o, yalnız qeydiyyatda olduğu yerin narkoloji dispanserində qeydiyyata alınmalıdır. Bundan başqa, ekspert rəyinə əsasən, Təqsirləndirilən şəxs2 narkomaniya xəstəliyindən əziyyət çəkdiyinə görə Təqsirləndirilən şəxs2 narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, qeydiyyatda olduğu yerin narkoloji dispanserində qeydiyyata alınmalıdır. Həmçinin, CPM-nin 353.4.11-ci maddəsinə əsasən iş üzrə maddi sübut olan və Binəqədi RPİ-də saxlanılan narkotik vasitə olan 0,334 qram heroin qalığı məhv edilməlidir. İş üzrə maddi sübut - 01 ədəd “CD” formatlı disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə maddi sübutlar- üzərinə “Joyecar” sözləri yazılmış 01 ədəd video qeydiyyat cihazının - Zərərçəkmiş şəxs2, 01 ədəd qabı ilə birlikdə eynəyin - Zərərçəkmiş şəxs1 qaytarılması nəzərə alınmalıdır. İş üzrə maddi sübüt - 06 ədəd avtomoil şamının kəsici qırıntısı məhv edilməlidir. Bundan başqa, CPM-nin 353.4.10-cu maddəsinə əsasən iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 164 manat Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına – VÖEN **********, X2 VÖEN ********** kod 210005 m/h AZ 41 NABZO**********0003944 SWİFT. Bik CTREAZ 22 hesabına hesabına ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 318.1, 344- 349, 351-353 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: 1.Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2-ci maddələri ilə təqsirli bilinsin və 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 16 aprel 2021-ci il tarixdən 17 aprel 2021-ci il tarixədək həbsdə olduğu 1 (bir) gün müddət təyin edilmiş cəzadan çıxılsın və Təqsirləndirilən şəxs1 qəti olaraq 02 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını – ünvan 1 ünvanda yerləşən mənzildə çəksin. Təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasının əvvəli Təqsirləndirilən şəxs1 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs1 elektron nəzarət vasitəsi tətbiq edilsin. Təqsirləndirilən şəxs1 təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 24.00-dan saat 06.00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, cəza çəkdiyi müddətdə Bakı şəhərinin inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqanına məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanına iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi tapşırılsın. Təqsirləndirilən şəxs1 təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək Bakı şəhər Probasiya şöbəsinə həvalə edilsin. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs1 barəsində seçilmiş «polis nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılsın. 2.Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs2 oğlu Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunsun. Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 oğluna təyin edilmiş cəzalar qismən toplanılmaqla o, qəti olaraq 04 (dörd) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs2 oğlunun 18 mart 2021-ci il tarixdən 20 mart 2021-ci il tarixədək həbsdə olduğu 2 (iki) gün müddət və 16 aprel 2021-ci il tarixdən 17 aprel 2021-ci il tarixədək həbsdə olduğu 1 (bir) gün müddət, cəmi 3 (üç) gün müddət təyin edilmiş cəzadan çıxılsın və Təqsirləndirilən şəxs2 qəti olaraq 04 (dörd) il 5 (beş) ay, 24 (iyirmi dörd) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını – ünvan 2 ünvanda yerləşən mənzildə çəksin. Təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasının əvvəli Təqsirləndirilən şəxs2 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs2 elektron nəzarət vasitəsi tətbiq edilsin. Təqsirləndirilən şəxs2 oğluna təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 24.00-dan saat 06.00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, cəza çəkdiyi müddətdə Bakı şəhərinin inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqanına məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanına iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi tapşırılsın. Təqsirləndirilən şəxs2 oğlu təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək Bakı şəhər Probasiya şöbəsinə həvalə edilsin. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs2 barəsində seçilmiş «polis nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılsın. Təqsirləndirilən şəxs2 narkomaniyadan məcburi müalicə təyin olunsun və o, qeydiyyatda olduğu yerin narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs2 narkomaniyadan məcburi müalicə təyin olunsun və o, qeydiyyatda olduğu yerin narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Binəqədi RPİ-də saxlanılan narkotik vasitə olan 0,334 qram heroin qalığı məhv edilsin. İş üzrə maddi sübut - 01 ədəd “CD” formatlı disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə maddi sübutlar- üzərinə “Joyecar” sözləri yazılmış 01 ədəd video qeydiyyat cihazının - Zərərçəkmiş şəxs2, 01 ədəd qabı ilə birlikdə eynəyin - Zərərçəkmiş şəxs1 qaytarılması nəzərə alınsın. İş üzrə maddi sübut - 06 ədəd avtomobil şamının kəsici qırıntısı məhv edilsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 164 (yüz altmış dörd) manat Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına – VÖEN **********, X2 VÖEN ********** kod 210005 m/h AZ 41 NABZO**********0003944 SWİFT. Bik CTREAZ 22 hesabına ödənilsin. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm qanuni qüvvəyə minir. Sədrlik edən Hakim: Abbas Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar