Məhkəmə qərarları › İş №1(001)-412/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-412/2023

09.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-412/2023 09.10.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ağayev Elçin Zəkəriyə oğlunun sədrliyi, Həsənzadə Fuad Fərhad oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərər çəkmiş şəxs, mülki iddiaçı Zərərçəkmiş şəxs, Müdafiəçi – Bakı şəhəri 11 saylı vəkil bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs, mülki cavabdeh – Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxx 1983-cü ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanda qeydiyyatda olmaqla ünvan 2sində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.2, 177.2.3, 177.2.4, 186.1 və 322.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 2022-ci ilin yanvar ayının ortalarında Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi tərəfindən mülki iş üzrə xx.xx.2021-ci ildə çıxarılmış qətnaməyə əsasən Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Q.Qarayev küçəsi ev 38 ünvandakı «A» tikilisindən (fərdi yaşayış evindən) Zərərçəkmiş şəxs istifadə hüququna maneələrin yaradılmasının qadağan edilməsini bilə-bilə heç bir hüququ olmadan qanunla və normativ hüquqi aktla müəyyən edilmiş davranış qaydasına zidd olaraq qanuniliyi fiziki şəxs tərəfindən təkzib edilən hərəkətləri özbaşına törədərək,yəni Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Q.Qarayev küçəsi ev 38 ünvandakı «A» tikilisinin (fərdi yaşayış evinin) qapısına Zərərçəkmiş şəxs tərəfindən qoyulmuş kilidi özbaşına dəyişərək, sonuncunun yaşayış yeri olan həmin evə daxil olmasına imkan verməyərək mühüm ziyan vurmaqla özbaşınalıq etmişdir. Bundan başqa o, 2022-ci ilin yanvar ayının sonlarında Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Q.Qarayev küçəsi ev 38 ünvandakı «A» tikilisinin həyətyanı tərəfdən olan daş hasarını dağıtmaqla yaşayış sahəsinə qanunsuz daxil olaraq oradan Zərərçəkmiş şəxs məxsus 1500 manat dəyərində dəmir çəni, 10 manat dəyərində beli, 20 manat dəyərində dəmir lingi, 200 manat dəyərində lambiri, hər biri 10 manat olmaqla 100 manat dəyərində 10 qutu rəngli boyanı, hər biri 40 manat olmaqla 80 manat dəyərində 2 ədəd elektrik peçini, 200 manat dəyərində qaz peçini, 50 manat dəyərində dəmir məftili, hər biri 5 manat olmaqla 20 manat dəyərində 4 ədəd stulu, 80 manat dəyərində dəmir elektrik qutunu, 150 manat dəyərində içərisində sadə və gümüşü qaşıqlar, çəngəllər olan dəstdən ibarət çemodanı, 20 manat dəyərində kiçik ölçülü dəmir çəni, hər biri 50 manat olmaqla 100 manat dəyərində 2 ədəd aş qazanını, 18 manat dəyərində kiçik ölçülü ləyəni, 30 manat dəyərində orta ölçülü ləyəni, 50 manat dəyərində iri ölçülü ləyəni, 15 manat dəyərində kiçik ölçülü aşsüzəni, 15 manat dəyərində balaca qulplu aşsüzəni, 20 manat dəyərində yumru aşsüzəni, 30 manat dəyərində yastı aşsüzəni, 30 manat dəyərində adi aşsüzəni, 30 manat dəyərində kiçik ölçülü alüminium yağ qabını, 40 manat dəyərində böyük ölçülü alüminium yağ qabını, 15 manat dəyərində uzun qulplu alüminium stəkanı, 15 manat dəyərində adi qulplu alüminium stəkanı, hər biri 15 manat olmaqla 30 manat dəyərində 2 ədəd dəmir stəkanı, 200 manat dəyərində qazan dəstini, 50 manat dəyərində alüminium tavanı, 150 manat dəyərində tava dəstini, 150 manat dəyərində alüminium qazan dəstini, 45 manat dəyərində nəlbəki dəstini, 50 manat dəyərində kiçik ölçülü spirallı elektrik qızdırıcısını, 70 manat dəyərində iri ölçülü spirallı elektrik qızdırıcısını, hər biri 100 manat olmaqla 200 manat dəyərində 2 ədəd açılıbbağlanan çarpayını, hər biri 250 manat olmaqla 500 manat dəyərində təndir peçinin üstü üçün nəzərdə tutulmuş 2 ədəd dəmir qapaqları, 100 manat dəyərində təndir peçi üçün nəzərdə tutulmuş dəmir içliyi, 10 manat dəyərində kiçik ölçülü vannanı, 20 manat dəyərində böyük ölçülü vannanı, 20 manat dəyərində alüminium çəni, 50 manat dəyərində dəmir vedrə dəstini, 150 manat dəyərində gecə lampasını, hər biri 100 manat olmaqla 200 manat dəyərində 2 ədəd elektrik samovarını, hər biri 25 manat olmaqla 50 manat dəyərində 2 ədəd dəm çayniki, hər biri 50 manat olmaqla 250 manat dəyərində 5 ədəd daş altlıqlı ütünü, hər biri 50 manat olmaqla 100 manat dəyərində 2 ədəd elektrik ütünü, hər biri 50 manat olmaqla 100 manat dəyərində 2 ədəd çay servizi dəstini, hər biri 30 manat olmaqla 150 manat dəyərində 5 ədəd həvəngdəstəni, 300 manat dəyərində mis ləyəni, 60 manat dəyərində tərəvəz təmizləyən dəsti, 50 manat dəyərində kartofəzən dəsti, hər biri 25 manat olmaqla 50 manat dəyərində 2 ədəd su çaynikini, 250 manat dəyərində palazı, 1000 manat dəyərində xalçanı, 50 manat dəyərində kiçik ölçülü xalçanı, 80 manat dəyərində dam antenasını,100 manat dəyərində «Elite» markalı televizoru, 300 manat dəyərində «Çinar» markalı soyuducunu, 200 manat dəyərində «BK 2500» markalı kondisioneri, 1000 manat dəyərində altı şamlı çılçıraqı, 100 manat dəyərində qara zərli çılçıraqı, 100 manat dəyərində uşaq velosipedini, 150 manat dəyərində uşaq çarpayısını, 500 manat dəyərində divan-kreslo dəstini, 500 manat dəyərində şifoner-jurnal dəstini, 20 manat dəyərində dəmir şkafı, hər biri 15 manat olmaqla 30 manat dəyərində 2 ədəd taxta şkafı, 50 manat dəyərində tumbuçkanı, 50 manat dəyərində taxta stolu, 45 manat dəyərində qaz açarı, kəlbətin və vintburandan ibarət dəsti, 20 manat dəyərində 3 ədəd kiçik ölçülü vintburandan ibarət dəsti, 50 manat dəyərində mətbəx şkafını, 10 manat dəyərində dəmir stolu, 300 manat dəyərində İİR istehsallı olan peçi, 250 manat dəyərində qadın pencək-don dəstini, 20 manat dəyərində qadın donunu, hər biri 30 manat olmaqla 150 manat dəyərində 5 ədəd cins şalvarı, hər biri 10 manat olmaqla 50 manat dəyərində 5 ədəd qadın jaketini, 300 manat dəyərində divan-kreslo dəstini, 50 manat dəyərində zərli xaradan ibarət pərdə dəstini, 50 manat dəyərində uşaq kürkünü, 450 manat dəyərində içərisində qətvə, xalat, çay dəsmalı, dırnaq kəsən, parça, süfrə olan dəstdən ibarət çemodanı, 30 manat dəyərində «Eurolux EU-L8705 2200VV» markalı tozsoranı, hər biri 15 manat olmaqla 90 manat dəyərində 6 ədəd işıq plafonunu, 150 manat dəyərində içərisində işıq lampaları, işıq yandırıb söndürənləri, işıq məftilləri olan dəsti vahid niyyətlə əhatə olunan qəsdlə gizli olaraq talayıb zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ümumilikdə 12438 (on iki min dörd yüz otuz səkkiz) manat məbləğində xeyli miqdarda ziyan vurub oğurluq etdikdən sonra Zərərçəkmiş şəxs öz vəsaiti hesabına tikdirdiyi 30000 (otuz min) manat dəyərində Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Q.Qarayev küçəsi ev 38 ünvandakı yaşayış otağı, bağlı eyvan və girişdən ibarət ümumi sahəsi 22,1 kv.m, tikintialtı sahəsi 31,1 kv.m olan «A» tikilisini (fərdi yaşayış evini) tam söküb dağıdaraq zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs xeyli miqdarda ziyan vurmaqla özgənin əmlakını qəsdən məhv etmişdir. Bundan başqa o, təkrarən, 2022-ci ilin sentyabr ayının əvvəllərində Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Q.Qarayev küçəsi ev 38 ünvandakı yenidən bərpa olunmuş saxlanc yeri hesab olunan «A» tikilisinə (fərdi yaşayış evinə) daş hasardan keçməklə qanunsuz daxil olub oradan Zərərçəkmiş şəxs məxsus 200 manat dəyərində sement kisələrini, 2800 manat dəyərində taxta materialları, 1498 manat dəyərində laminatı gizli olaraq talayıb zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ümumilikdə 4498 (dörd min dörd yüz doxsan səkkiz) manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən, 2023-cü ilin fevral ayının ortalarında Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Q.Qarayev küçəsi ev 38 ünvandakı «A» tikilisinin divarına qoyulmuş Zərərçəkmiş şəxs məxsus 600 manat dəyərində dəmir qapını çıxarıb gizli olaraq talamaqla Zərərçəkmiş şəxs 600 (altı yüz) manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən, 2023-cü ilin aprel ayının ortalarında Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Q.Qarayev küçəsi ev 38 ünvandakı «A» tikilisinin divarına qoyulmuş Zərərçəkmiş şəxs məxsus 100 manat dəyərində dəmir barmaqlığı və 150 manat dəyərində plastik pəncərəni sökərək gizli olaraq talayıb Zərərçəkmiş şəxs ümumilikdə 250 (iki yüz əlli) manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs, mülki cavabdeh qismində dindirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.2, 177.2.3, 177.2.4, 186.1 və 322.1-ci maddələri ilə ona edilmiş ittihamlarda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Q.Qarayev küçəsi ev 38 ünvandakı ümumi həyətdə 2 ev vardır. «A» və «B» tikilisindən ibarət olan həmin evlər babası X3 məxsus olmuşdur. “B” tikilisində atası ailəsi ilə, “A” tikilisində isə Zərərçəkmiş şəxs kirayənişin yaşamışdır. “B” tikilisi 1964-cü ildə, “A” tikilisi isə 1915-ci ildə tikilmişdir. “B” tikilisi həyətin başında, “A” tikilisi isə həyətin çıxışında olmuşdur. Zərərçəkmiş şəxs iddia etmişdir ki, sözügedən evin “A” tikilisini 2004-cü ildə ona atası Məmmədağa 2500 ABŞ dollarına satmışdır. Lakin həmin iddia ilə razı deyil, həmin evin qiyməti ən azı 30000 manatdır. Sevinc həmin evdə kirayənişin olmuşdur. 2019-cu ilin sentyabr ayında o və anası Şahid4 iddia ərizəsi ilə Binəqədi rayon məhkəməsinə müraciət edərək bildirmişlər ki, Zərərçəkmiş şəxs həmin evdə kirayənişindir, ona görə də evdən çıxarılmalıdır. Binəqədi rayon məhkəməsi onların iddiasını təmin etsə də, Zərərçəkmiş şəxs apelyasiya şikayəti vermiş, Bakı Apelyasiya Məhkəməsinin qətnaməsinə əsasən Binəqədi rayon məhkəməsinin qətnaməsi ləğv olunmuş, iddia təmin olunmamışdır. Sonrada Zərərçəkmiş şəxs həmin evə məhkəmə qətnaməsi əsasında qeydiyyata alınmışdır. 2022-ci ilin yanvar ayının sonlarında ev həm köhnə olduğu, həm də evə ilanlar yığışdığı üçün “A” tikilisini sökmüşdür. Lakin evdən oğurluq etməmişdir. Həmin ev babasından qalma miras mülk olduğundan vərəsəlik qaydasında ona məxsusdur. Ona görə də 2022-ci ilin yanvar ayının ortalarında Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Q.Qarayev küçəsi ev 38 ünvandakı «A» tikilisinin kilidini dəyişməklə heç bir cinayət törətməmişdir. Yaşadığı “B” tikilisindən axtarış və götürmə zamanı aşkar edilmiş bir ədəd tozsoran, bir ədəd palaz, bir ədəd soyuducu ilə bağlı qeyd edir ki, həmin əmlakları “A” tikilisindən özü götürmüşdür. Belə ki, həmin tikili babasına məxsus olmuş, Zərərçəkmiş şəxs isə orada kirayənişin yaşamaqla babasına məxsus həmin əşyalardan istifadə etmişdir. Zərərçəkmiş şəxs “A” tikilisində qanunsuz yaşadığını hesab etdiyindən evi sökərkən həmin əşyaları öz evinə yerləşdirmişdir. Zərərçəkmiş şəxs da ona məxsus yaşayış evinə xeyli ziyan vurmuşdur. Qapı və pəncərəsini sökdüyündən o, da ona məxsus eyni əşyaları götürərək sökülmüş qapı və pəncərəsinin yerinə qoymuşdur. Zərərçəkmiş şəxs Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Q.Qarayev küçəsi ev 38 ünvandakı «A» tikilisindən istifadə hüquqlarının tanınması, həmin fərdi yaşayış evində yaşamasına maneələrin yaradılmasının qadağan edilməsilə bağlı qanuni qüvvəsini almış məhkəmə qətnaməsini qanuni hesab etmir, həmin qətnamə ilə razı deyil, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Q.Qarayev küçəsi ev 38 ünvandakı «A» tikilisi babasından qalmış miras əmlak olmaqla vərəsə kimi ona məxsusdur. Hesab edir ki, heç bir cinayət törətməmişdir. Ona görə də barəsində bəraət hökmü çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında zərər çəkmiş şəxs, mülki iddiaçı qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, 2004-cü ildə özünə həyət evi almaq istəyərkən ünvan 3 ünvanda yerləşən «A» tikilisindən ibarət evi ona göstərmişlər. Həmin evin sahibi özünü Məmmədağa Rzayev kimi təqdim etmişdir. Evin texniki pasportu Məmmədağanın qaynatası X3 aid olmuş, evin digər hüquqmüəyyənedici sənədi olmamışdır. Ev “A” və “B” tikilisindən ibarət olmaqla ümumi həyətdə 2 ev olmuşdur. “B” tikilisində Məmmədağa Rzayev öz ailəsi ilə, “A” tikilisində isə satılan zaman kirayənişin yaşamışdır. “B” tikilisi 1964-cü ildə, “A” tikilisi isə 1915-ci ildə tikilmişdir. “B” tikilisi həyətin başında, “A” tikilisi isə həyətin çıxışında olmuşdur. Məmmədağa Rzayev “A” tikilisini ona 2500 ABŞ dollarına satdığını bildirmiş, o da razılaşmışdır. 2004-cü ilin aprelində 2000 ABŞ dollarını Məmmədağaya vermiş, həmin ilin may ayında evə köçmüş, sentyabrında isə qalan 500 ABŞ dollarını Məmmədağaya ödəməklə evi satın almışdır. 2004-cü ildən 2019-cu ilədək heç bir etiraz və tələblə qarşılaşmadan ailəsilə həmin evdə yaşamışdır. Yaşadığı müddətdə evi əsaslı təmir etmiş, evə işıq, qaz, su xətləri çəkdirərək sayğaclar quraşdırmış, evi hasara almış, həyətdə sanitar qovşaq tikmiş, kanalizasiya xətti çəkdirmişdir. Kommunal xidmətlərə görə ödənilməli məbləğləri özü ödəmişdir. 2019-cu ildə Məmmədağa Rzayev vəfat etdikdən sonra onun oğlu Təqsirləndirilən şəxs və arvadı Şahid4 ona demişlər ki, «sənə 2000 manat veririk, evi bizə sat». O, da demişdir ki, “həmin evi 2500 ABŞ dollarına 2004-cü ildə almışam, yaşadığım müddətdə evi əsaslı təmir etmişəm, evə işıq, qaz, su xətləri çəkdirərək sayğaclar quraşdırmışam, evi hasara almışam, həyətdə sanitar qovşaq tikmişəm, kanalizasiya xətti çəkdirmişəm, hazırda da həmin evin qiyməti ən azı 30000 manatdır”. Bundan sonra Seymur və Dilarə ona demişlər ki, “səni şərləyəcəyik, deyəcəyik ki, guya sən həmin evdə kirayənişin olmusan”. Bundan sonra Seymur onu hədələməyə başlamış, demişdir ki, “azyaşlı qızının başına oyun açacağam”. Bu kimi addımları ilə onun evdə yaşamasını mümkünsüz etmişdir. Artıq qorxudan gecələr həmin evdə qala bilməmiş, Seymur hasara nərdivan qoyub həyətə düşərək ona qəsdən sataşmışdır. Buna görədə azyaşlı qızı ilə birlikdə evdən çıxmalı olmuş, əşyları evdə olduğundan qapını kilidləyərək qohumlarının evində yaşamışdır. 2019-cu ilin sentyabr ayında Seymur və anası Dilarə iddia ərizəsi ilə Binəqədi rayon məhkəməsinə müraciət edərək onu kirayənişin olduğu üçün sözügedən evdən çıxarmaq istəmişlər. 2019-cu ilin dekabr ayında Binəqədi rayon məhkəməsi onların iddiasını təmin etsə də, həmin qətnamədən apelyasiya şikayəti vermiş, Bakı Apelyasiya Məhkəməsinin qətnaməsilə Binəqədi rayon məhkəməsinin qətnaməsi ləğv olunmuş, onun həmin evə yaşayış hüququ tanınmışdır. Apelyasiya məhkəməsinin qərarında göstərilmişdir ki, həmin evi Şahid4 iştirakı ilə əri X10 Sevincə satmışdır. Eyni zamanda qərarda göstərilmişdir ki, evi Dilarə almaq istəsə yalnız evin bazar qiymətinə uyğun olaraq Sevincə kompensasiya verməklə evi ala bilər. Lakin Təqsirləndirilən şəxs yenə də onu evə buraxmamışdır. Polisə müraciət etmiş, polisdə ona bildirmişlər ki, narahat olmasın, evə baxmışlar, evin əşyaları evin içindədir, tezliklə onu evə köçürəcəklər. Lakin nəticə olmadığından Binəqədi rayon məhkəməsinə iddia vermişdir ki, Seymur və Dilarənin həmin evə girişi qadağa qoyulsun və o rahat evinə girib-çıxa bilsin. Binəqədi rayon məhkəməsinin 02.09 2021-ci il tarixli qətnaməsi ilə onun iddiası tam təmin olunmuş, Təqsirləndirilən şəxs və anası Dilarənin “A” tikilisinə girişi qadağan olunmuşdur. Bundan sonra Dilarə və Seymur Binəqədi rayon məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti vermişlər.Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə onların iddiası təmin edilməmişdir. Bundan sonra Seymur evin hasarını söküb həyətə keçməklə evi yararsız hala salmış, sonra məhkəməyə iddia vermişdir ki, guya o, evi yararsız vəziyyətə salıb, 30000 manat ondan təzminat istəmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə Şahid4 və Təqsirləndirilən şəxs iddiası təmin edilməmişdir. Nəsimi rayon məhkəməsinə iddia ərizəsi vermişlər ki, “A” tikilisinin içində olan əşyalar guya onlarındır. Nəsimi rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə onların iddiası təmin edilməmişdir.Belə ki, o, məhkəməyə videoçəkiliş təqdim etmişdir. Həmin diskdə Təqsirləndirilən şəxs özü etiraf etmişdir ki, evdəki əşyalar Sevincindir. Sonra o həmin ünvandakı evə qeydiyyata alınması ilə bağlı inzibati məhkəməyə müraciət etmiş, məhkəmə onun Q.Qarayev küçəsi 38 ünvana qeydiyyata alınması ilə bağlı qərar qəbul etmişdir. 2022-ci ilin may ayında o, icra məmurları ilə həmin evə gedərək evə yerləşmək istəmişdir. Lakin icraçılar onu evə yerləşdirə bilməmişlər, çünki, Təqsirləndirilən şəxs evi yerlə-bir edib sökmüşdür. İcraçılar bu barədə Akt tərtib etmişlər. Seymur evi dağıtmış, evdən ona məxsus olan 1500 manat dəyərində dəmir çəni, 10 manat dəyərində beli, 20 manat dəyərində dəmir lingi, 200 manat dəyərində lambiri, hər biri 10 manat olmaqla 100 manat dəyərində 10 qutu rəngli boyanı, hər biri 40 manat olmaqla 80 manat dəyərində 2 ədəd elektrik peçini, 200 manat dəyərində qaz peçini, 50 manat dəyərində dəmir məftili, hər biri 5 manat olmaqla 20 manat dəyərində 4 ədəd stulu, 80 manat dəyərində dəmir elektrik qutunu, 150 manat dəyərində içərisində sadə və gümüşü qaşıqlar, çəngəllər olan dəstdən ibarət çemodanı, 20 manat dəyərində kiçik ölçülü dəmir çəni, hər biri 50 manat olmaqla 100 manat dəyərində 2 ədəd aş qazanını, 18 manat dəyərində kiçik ölçülü ləyəni, 30 manat dəyərində orta ölçülü ləyəni, 50 manat dəyərində iri ölçülü ləyəni, 15 manat dəyərində kiçik ölçülü aşsüzəni, 15 manat dəyərində balaca qulplu aşsüzəni, 20 manat dəyərində yumru aşsüzəni, 30 manat dəyərində yastı aşsüzəni, 30 manat dəyərində adi aşsüzəni, 30 manat dəyərində kiçik ölçülü alüminium yağ qabını, 40 manat dəyərində böyük ölçülü alüminium yağ qabını, 15 manat dəyərində uzun qulplu alüminium stəkanı, 15 manat dəyərində adi qulplu alüminium stəkanı, hər biri 15 manat olmaqla 30 manat dəyərində 2 ədəd dəmir stəkanı, 200 manat dəyərində qazan dəstini, 50 manat dəyərində alüminium tavanı, 150 manat dəyərində tava dəstini, 150 manat dəyərində alüminium qazan dəstini, 45 manat dəyərində nəlbəki dəstini, 50 manat dəyərində kiçik ölçülü spirallı elektrik qızdırıcısını, 70 manat dəyərində iri ölçülü spirallı elektrik qızdırıcısını, hər biri 100 manat olmaqla 200 manat dəyərində 2 ədəd açılıb-bağlanan çarpayını, hər biri 250 manat olmaqla 500 manat dəyərində təndir peçinin üstü üçün nəzərdə tutulmuş 2 ədəd dəmir qapaqları, 100 manat dəyərində təndir peçi üçün nəzərdə tutulmuş dəmir içliyi, 10 manat dəyərində kiçik ölçülü vannanı, 20 manat dəyərində böyük ölçülü vannanı, 20 manat dəyərində alüminium çəni, 50 manat dəyərində dəmir vedrə dəstini, 150 manat dəyərində gecə lampasını, hər biri 100 manat olmaqla 200 manat dəyərində 2 ədəd elektrik samovarını, hər biri 25 manat olmaqla 50 manat dəyərində 2 ədəd dəm çayniki, hər biri 50 manat olmaqla 250 manat dəyərində 5 ədəd daş altlıqlı ütünü, hər biri 50 manat olmaqla 100 manat dəyərində 2 ədəd elektrik ütünü, hər biri 50 manat olmaqla 100 manat dəyərində 2 ədəd çay servizi dəstini, hər biri 30 manat olmaqla 150 manat dəyərində 5 ədəd həvəngdəstəni, 300 manat dəyərində mis ləyəni, 60 manat dəyərində tərəvəz təmizləyən dəsti, 50 manat dəyərində kartofəzən dəsti, hər biri 25 manat olmaqla 50 manat dəyərində 2 ədəd su çaynikini, 1000 manat dəyərində palazı, 1000 manat dəyərində xalçanı, 50 manat dəyərində kiçik ölçülü xalçanı, 80 manat dəyərində dam antenasını,100 manat dəyərində «Elite» markalı televizoru, 300 manat dəyərində «Çinar» markalı soyuducunu, 200 manat dəyərində «BK 2500» markalı kondisioneri, 1000 manat dəyərində altı şamlı çılçıraqı, 100 manat dəyərində qara zərli çılçıraqı, 100 manat dəyərində uşaq velosipedini, 150 manat dəyərində uşaq çarpayısını, 500 manat dəyərində divan-kreslo dəstini, 500 manat dəyərində şifoner-jurnal dəstini, 20 manat dəyərində dəmir şkafı, hər biri 15 manat olmaqla 30 manat dəyərində 2 ədəd taxta şkafı, 50 manat dəyərində tumbuçkanı, 50 manat dəyərində taxta stolu, 45 manat dəyərində qaz açarı, kəlbətin və vintburandan ibarət dəsti, 20 manat dəyərində 3 ədəd kiçik ölçülü vintburandan ibarət dəsti, 50 manat dəyərində mətbəx şkafını, 10 manat dəyərində dəmir stolu, 300 manat dəyərində İİR istehsallı olan peçi, 250 manat dəyərində qadın pencəkdon dəstini, 20 manat dəyərində qadın donunu, hər biri 30 manat olmaqla 150 manat dəyərində 5 ədəd cins şalvarı, hər biri 10 manat olmaqla 50 manat dəyərində 5 ədəd qadın jaketini, 300 manat dəyərində divan-kreslo dəstini, 50 manat dəyərində zərli xaradan ibarət pərdə dəstini, 50 manat dəyərində uşaq kürkünü, 450 manat dəyərində içərisində qətvə, xalat, çay dəsmalı, dırnaq kəsən, parça, süfrə olan dəstdən ibarət çemodanı, 200 manat dəyərində «Eurolux EU-L8705 2200VV» markalı tozsoranı, hər biri 15 manat olmaqla 90 manat dəyərində 6 ədəd işıq plafonunu, 150 manat dəyərində içərisində işıq lampaları, işıq yandırıb söndürənləri, işıq məftilləri olan dəsti oğurlamışdır. Oğurlanmış əşyların ümumi dəyəri 13358 (on üç min üç yüz əlli səkkiz) manatdır. Həmin əşyaları o, hissə-hissə, illər ərzində alıb yığmışdır. Bundan sonra həmin evi son dəfə 2016-cı ildə əsaslı təmir etmiş, təmir-tikinti işlərinə 30000 manatdan çox xərci çıxmışdır. Evin dəyərinin 30000 manat olduğu müvafiq qiymətləndirmə rəyi əsasında da öz təsdiqini tapmışdır. Belə ki, onlar arasında mülki mübahisələrə baxılan dövrdə həmin ev qiymətləndirilmiş və rəydə evin dəyərinin 25000-30000 manat olduğu göstərilmişdir. 25000 manat qiymətlə o, razı deyil, evin təmir-tikintisinə çəkdiyi xərci ondan başqa heç kin doğru düzgün bilə bilməz. Bir daha bildirir ki, ünvan 3 ünvanda yerləşən «A» tikilisinin yaşayış üçün yararlı səviyyəyə gətirilməsinə 30000 manatdan artıq vəsait xərcləmişdir. Bundan əlavə 2022-ci ilin yanvar ayının ortalarında həmin evinə gələndə görmüşdür ki, qapıya qoyduğu qıfıl dəyişdirilib, qapını açarla aça bilməmişdir. Həmin vaxt Seymur çölə çıxaraq ona demişdir ki, ona bu evdə yer yoxdur, ev onundur, hara istəyir çıxıb getsin, qapının kilidini özü qəsdən dəyişdirmişdir, bundan sonra onu evə buraxmayacaqdır. Buna görə o, evinə daxil ola bilməmiş, uzun müddət orda-burda qalaraq olmazın əziyyətlər çəkmiş, artıq məsrəflərə düşmüşdür. Təqsirləndirilən şəxs 2022-ci ilin yanvar ayında evi söküb evin içindəki əşyaları oğurladıqdan sonra məcbur olub 2022-ci ilin avqust ayında həmin sökülmüş evin yerində yenidən mişar daşı ilə ev tikmişdir. Evin damını düzəltmiş, pəncərəsini, pəncərənin dəmir barmalığını qoymuş, dəmirdən giriş qapısı düzəltdirmişdir. Eyni zamanda tikinti materialları alıb evin içinə yığmışdır ki, ustalar evin döşəməsini vurub və evin içini təmir etsinlər. Bu məqsədlə təxminən 5000 manatlıq tikinti materialı alıb evin içinə yığmışdır. 09 sentyabr 2022-ci ildə ustaya zəng vurmuşdur ki, gəlsin tikinti işlərinə başlasın. Evə daxil olanda görmüşdür ki,evin tikinti materiallarının hamısı oğurlanmışdır. Təqsirləndirilən şəxs həyətin ortasındakı daş hasarı söküb və evinə girərək tikinti materiallarını oğurlamışdır. Bundan əlavə 30 kisə sement, laminat və taxta materialları oğurlanmışdır. Sementin qiyməti 200 manat, taxtaların da qiyməti 2800 manat təşkil etmişdir. Taxtalar həm döşəmə üçün, həm də tavan üçün nəzərdə tutulmuşdur. Laminatın dəyəri isə 1498 manat təşkil etmişdir. Belə ki, laminatın 1 kv.m 14 manata almış, ümumi 98 kv.m təşkil etmişdir. Bu barədə ərizə ilə Binəqədi RPİ-in 43-cü PB-yə müraciət etmişdir. Bundan əlavə 2023-cü ilin fevral ayının 13-də həmin evə gələndə yenə də görmüşdür ki, Təqsirləndirilən şəxs bu dəfə dəmir qapını oğurlamış, yerini mişar daşı ilə tikmişdir. Dərhal 102 zəng xidmətinə və dəfələrlə 43-cü PB-yə, polis sahə inspektoruna müraciət etmişdir. 2023-cü ilin aprel ayının 13-də yenidən həmin evinə gedəndə dəmir barmaqlıqla plastik pəncərənin oğurlandığını aşkar etmişdir. Seymur oğurladığı pəncərənin yerini mişar daşı ilə tikmişdir. Oğurluq nəticəsində Seymur ona 200 manat sement kisələri, 2800 manat taxtalar, 1498 manat laminat, 600 manat dəmir qapı, 150 manat plastik pəncərə, 100 manat dəmir barmaqlıqlara görə olmaqla, ümumilikdə 5348 manat maddi ziyan vurmuşdur. Vurulmuş ziyan ödənilməmişdir. Ona görə də Təqsirləndirilən şəxs ciddi şəkildə cəzalandırılmasını, ona və anasına qarşı verdiyi mülki iddianın tam təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində bildirmişdir ki Zərərçəkmiş şəxs əridir, onların 2008-ci il təvəllüdlü Nərgiz adlı qızları var. Zərərçəkmiş şəxs 2004-cü ildə ünvan 3 ünvandakı «A» tikilisini X5 2500 ABŞ dollarına satın almışdır. Həmin ev texniki pasportda Məmmədağanın qaynatası X2 adına olmuşdur. Evin texniki pasportuna əsasən ev “A” və “B” tikilisindən ibarət olmuş, başqa sözlə ümumi həyətdə 2 ev olmuşdur ki, “A” tikilisini də Sevinc almışdır. Sevinc həmin evdə onunla və azyaşlı qızları ilə 2019-cu ilədək heç bir tələb və etiraz olmadan yaşamışdır.Evin qaz, su, işıq sayğacları Zərərçəkmiş şəxs adınadır. Həmin ünvandakı köhnə evi təmir edib yaşayış üçün yararlı vəziyyətə gətirmişlər. Evin sanitar qovşağı, hasarı Sevinc tərəfindən tikilmişdir. Məhkəmə mübahisəsi olduğu dövrdə, yəni 2020-ci ilin dekabr ayında həmin evə 25000-30000 manat qiymət qoyulmuşdur. 2019-cu ildən sonra bir müddət həmin evdə yaşamadıqları zaman Məmmədağanın oğlu Təqsirləndirilən şəxs məhkəmə tərəfindən qadağa qoyulmasına baxmayaraq həmin evin açarını, həyətin giriş qapısını dəyişmiş, sonra isə evi yararsız vəziyyətə salıb, 2022-ci ilin yanvar ayında tamamilə sökərək evin əşyalarını oğurlamışdır. Belə ki, o evdən Zərərçəkmiş şəxs məxsus 1500 manat dəyərində dəmir çəni, 10 manat dəyərində beli, 20 manat dəyərində dəmir lingi, 200 manat dəyərində lambiri, hər biri 10 manat olmaqla 100 manat dəyərində 10 qutu rəngli boyanı, hər biri 40 manat olmaqla 80 manat dəyərində 2 ədəd elektrik peçini, 200 manat dəyərində qaz peçini, 50 manat dəyərində dəmir məftili, hər biri 5 manat olmaqla 20 manat dəyərində 4 ədəd stulu, 80 manat dəyərində dəmir elektrik qutunu, 150 manat dəyərində içərisində sadə və gümüşü qaşıqlar, çəngəllər olan dəstdən ibarət çemodanı, 20 manat dəyərində kiçik ölçülü dəmir çəni, hər biri 50 manat olmaqla 100 manat dəyərində 2 ədəd aş qazanını, 18 manat dəyərində kiçik ölçülü ləyəni, 30 manat dəyərində orta ölçülü ləyəni, 50 manat dəyərində iri ölçülü ləyəni, 15 manat dəyərində kiçik ölçülü aşsüzəni, 15 manat dəyərində balaca qulplu aşsüzəni, 20 manat dəyərində yumru aşsüzəni, 30 manat dəyərində yastı aşsüzəni, 30 manat dəyərində adi aşsüzəni, 30 manat dəyərində kiçik ölçülü alüminium yağ qabını, 40 manat dəyərində böyük ölçülü alüminium yağ qabını, 15 manat dəyərində uzun qulplu alüminium stəkanı, 15 manat dəyərində adi qulplu alüminium stəkanı, hər biri 15 manat olmaqla 30 manat dəyərində 2 ədəd dəmir stəkanı, 200 manat dəyərində qazan dəstini, 50 manat dəyərində alüminium tavanı, 150 manat dəyərində tava dəstini, 150 manat dəyərində alüminium qazan dəstini, 45 manat dəyərində nəlbəki dəstini, 50 manat dəyərində kiçik ölçülü spirallı elektrik qızdırıcısını, 70 manat dəyərində iri ölçülü spirallı elektrik qızdırıcısını, hər biri 100 manat olmaqla 200 manat dəyərində 2 ədəd açılıb-bağlanan çarpayını, hər biri 250 manat olmaqla 500 manat dəyərində təndir peçinin üstü üçün nəzərdə tutulmuş 2 ədəd dəmir qapaqları, 100 manat dəyərində təndir peçi üçün nəzərdə tutulmuş dəmir içliyi, 10 manat dəyərində kiçik ölçülü vannanı, 20 manat dəyərində böyük ölçülü vannanı, 20 manat dəyərində alüminium çəni, 50 manat dəyərində dəmir vedrə dəstini, 150 manat dəyərində gecə lampasını, hər biri 100 manat olmaqla 200 manat dəyərində 2 ədəd elektrik samovarını, hər biri 25 manat olmaqla 50 manat dəyərində 2 ədəd dəm çayniki, hər biri 50 manat olmaqla 250 manat dəyərində 5 ədəd daş altlıqlı ütünü, hər biri 50 manat olmaqla 100 manat dəyərində 2 ədəd elektrik ütünü, hər biri 50 manat olmaqla 100 manat dəyərində 2 ədəd çay servizi dəstini, hər biri 30 manat olmaqla 150 manat dəyərində 5 ədəd həvəngdəstəni, 300 manat dəyərində mis ləyəni, 60 manat dəyərində tərəvəz təmizləyən dəsti, 50 manat dəyərində kartofəzən dəsti, hər biri 25 manat olmaqla 50 manat dəyərində 2 ədəd su çaynikini, 1000 manat dəyərində palazı, 1000 manat dəyərində xalçanı, 50 manat dəyərində kiçik ölçülü xalçanı, 80 manat dəyərində dam antenasını,100 manat dəyərində «Elite» markalı televizoru, 300 manat dəyərində «Çinar» markalı soyuducunu, 200 manat dəyərində «BK 2500» markalı kondisioneri, 1000 manat dəyərində altı şamlı çılçıraqı, 100 manat dəyərində qara zərli çılçıraqı, 100 manat dəyərində uşaq velosipedini, 150 manat dəyərində uşaq çarpayısını, 500 manat dəyərində divan-kreslo dəstini, 500 manat dəyərində şifoner-jurnal dəstini, 20 manat dəyərində dəmir şkafı, hər biri 15 manat olmaqla 30 manat dəyərində 2 ədəd taxta şkafı, 50 manat dəyərində tumbuçkanı, 50 manat dəyərində taxta stolu, 45 manat dəyərində qaz açarı, kəlbətin və vintburandan ibarət dəsti, 20 manat dəyərində 3 ədəd kiçik ölçülü vintburandan ibarət dəsti, 50 manat dəyərində mətbəx şkafını, 10 manat dəyərində dəmir stolu, 300 manat dəyərində İİR istehsallı olan peçi, 250 manat dəyərində qadın pencəkdon dəstini, 20 manat dəyərində qadın donunu, hər biri 30 manat olmaqla 150 manat dəyərində 5 ədəd cins şalvarı, hər biri 10 manat olmaqla 50 manat dəyərində 5 ədəd qadın jaketini, 300 manat dəyərində divan-kreslo dəstini, 50 manat dəyərində zərli xaradan ibarət pərdə dəstini, 50 manat dəyərində uşaq kürkünü, 450 manat dəyərində içərisində qətvə, xalat, çay dəsmalı, dırnaq kəsən, parça, süfrə olan dəstdən ibarət çemodanı, 200 manat dəyərində «Eurolux EU-L8705 2200VV» markalı tozsoranı, hər biri 15 manat olmaqla 90 manat dəyərində 6 ədəd işıq plafonunu, 150 manat dəyərində içərisində işıq lampaları, işıq yandırıb söndürənləri, işıq məftilləri olan dəsti oğurlamışdır. Oğurlanmış əşyların ümumi dəyəri 13358 (on üç min üç yüz əlli səkkiz) manatdır. Həmin əşyaları onlar hissə-hissə, illər ərzində alıb yığmışlar. Evin Sevincə məxsus olması və Sevincin həmin evə qeydiyyata götürülməsi məhkəmə qərarları əsasında təsdiq olunmuşdur. Bundan əlavə Təqsirləndirilən şəxs 2022-ci ilin yanvar ayının ortalarında özbaşına evin qapısına qoyduqları qıfılı dəyişdirib, evə girişlərini məhdudlaşdırmışdır.Məcbur olub 2022-ci ilin avqust ayında həmin sökülmüş evin yerində yenidən mişar daşı ilə ev tikmişlər. Evin damını düzəltmiş, pəncərəsini, pəncərənin dəmir barmalığını qoymuş, dəmirdən giriş qapısı düzəltdirmişlər. Eyni zamanda tikinti materialları alıb evin içinə yığmışlar ki, evin döşəməsini vurub, içini təmir etsinlər. Bunun üçün təxminən 5000 manatlıq tikinti materialı alıb evin içinə yığmışlar. 09 sentyabr 2022ci ildə evə gələndə görmüşlər ki,evin tikinti materiallarının hamısı oğurlanmışdır. Təqsirləndirilən şəxs həyətin ortasındakı daş hasarı sökmüş, evə girərək tikinti materiallarını oğurlamışdır. 30 kisə sement, laminat və taxta materialları oğurlanmışdır. Sementin qiyməti 200 manat, taxtaların da qiyməti 2800 manat olmuşdur. Laminatın dəyəri isə 1498 manat təşkil etmişdir. 2023-cü ilin fevral ayının 13-də evə gələndə görmüşlər ki, Təqsirləndirilən şəxs dəmir qapını oğurlamış, yerini mişar daşı ilə tikmişdir. 2023-cü ilin aprel ayının 13-də yenidən həmin evinə gedəndə dəmir barmaqlıqla plastik pəncərənin oğurlandığını aşkar etmişlər. Seymur oğurladığı pəncərənin yerini mişar daşı ilə tikmişdir. Bütün tikinti materiallarını Sevinc öz pulu ilə almışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, Binəqədi rayon icra şöbəsində böyük icra məmuru vəzifəsində işləyir. Binəqədi rayon məhkəməsinin qərarının icrası ilə əlaqədar olaraq 13 may 2022-ci ildə Zərərçəkmiş şəxs Binəqədi rayonu, ünvan 4 ünvana iş yoldaşı böyük icra məmuru Şahid3 ilə birlikdə getmişlər. Lakin həmin ünvandakı “A” tikilisi yerli-dibli dağıdıldığından Zərərçəkmiş şəxs ora köçürmək mümkün olmamışdır. Ünvanda olarkən Təqsirləndirilən şəxs ora gələrək etiraf etmişdir ki, həmin evi o sökmüşdür. Təqsirləndirilən şəxs əlavə olaraq demişdir ki, Zərərçəkmiş şəxs məhkəmələrdən saxta qərarlar alsa da, “A” tikilisi onun ailəsinə məxsusdur. Buna görə Zərərçəkmiş şəxs həmin evə yerləşdirmək mümkün olmamış, icra sənədində göstərildiyi üçün Zərərçəkmiş şəxs həmin evin həyətinə yerləşdirib müvafiq akt tərtib etmişlər. Sözügedən ünvanda olarkən Zərərçəkmiş şəxs sökülmüş evindən əşyalarının da oğurlandığını bildirmiş, oğurluqda Təqsirləndirilən şəxs ittiham etmiş, hətta bəzi əşyalarını Təqsirləndirilən şəxs yaşadığı “B” tikilisinin həyətində görüb tanımışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Binəqədi rayon icra şöbəsinin böyük icra məmuru Şahid3 Şahid2 ifadəsinə uyğun ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs onun əmisi nəvəsidir. Seymurun atası Məmmədağa 2019-cu ildə vəfat etmişdir. Onların yaşadığı evin həyətində iki tikili olmuşdur. Şahidi olmasa da, eşitmişdir ki, həmin tikilidən birini Məmmədağa 2004-cü kiməsə satmışdır. Gediş-gəlişləri olmadığından hansı tikilidə kimlərin yaşadığını bilmir. Məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş Bakı şəhəri Binəqədi RPİ-in İstintaq Şöbəsinin baş müstəntiqi X6 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.2, 177.2.3, 177.2.4, 186.1 və 322.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinin ibtidai istintaqını aparmışdır. İş üzrə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs istintaqa verdiyi ifadəsində oğurluq əşyaların Təqsirləndirilən şəxs evində ola biləcəyini bildirdiyindən Təqsirləndirilən şəxs yaşadığı ünvan 5 ünvandakı «B» tikilisində axtarış aparılmasına razılıq verilməsi üçün vəsatətlə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora müraciət etmiş, vəsatəti müdafiə edilərək məhkəməyə təqdimat verilmişdir. Məhkəmə vəsatəti və təqdimatı təmin etmişdir. Bundan sonra məhkəmənin qərarı əsasında xx.xx.2022-ci ildə Təqsirləndirilən şəxs yaşadığı ünvan 5 ünvandakı «B» tikilisində axtarış aparılmışdır. Axtarış zamanı Zərərçəkmiş şəxs evindən oğurlanmış əşyalardan bir ədəd tozsoran, bir ədəd palaz, bir ədəd soyuducu həmin evdən aşkar edilərək götürülmüşdür. Bu barədə protokol tərtib edilmiş, fotoşəkillər çəkilmişdir. Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin əşyalar onun babasına məxsus olmuşdur. Zərərçəkmiş şəxs sözügedən evdə kirayənişin yaşadığı dövrdə həmin əşyalardan istifadə etmişdir. Hazırda isə Zərərçəkmiş şəxs həmin evdə yaşamaq hüququ olmadığından o əşyaları “A” tikilisindən götürüb yaşadığı “B” tikilisinə qoymuşdur. Bundan sonra götürülmüş əşyalar tanınma üçün zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs təqdim olunmuş, o öz əşyalarını tanıyaraq ona məxsus olduğunu bildirmişdir.Buna dair müvafiq protokol tərtib edilmiş, fotoşəkillər çəkilərək işə əlavə edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş: Cinayət işi başlanması və icraata qəbul edilməsi haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-in 322.1-ci maddəsi cinayət işi başlanmışdır (cild 1, i.v.1). Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(001)- 2990/2020 nömrəli qərardadından görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Q.Qarayev küçəsi ev 38 ünvandakı «A» tikilisinin özgəninkiləşdirilməsi, həmin torpaq sahəsində hər hansı tikinti-söküntü işlərinin aparılması və bununla bağlı hər hansı hərəkətlərin edilməsi cavabdeh Şahid4 və qeyrilərinə qadağa edilmişdir (cild 1, i.v.19-21). Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(103)-398/2021 nömrəli qətnaməsindən görünür ki, iddiaçı Şahid4 cavabdeh Zərərçəkmiş şəxs qarşı Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Q.Qarayev küçəsi ev 38 ünvandakı «A» tikilisindən ailə üzvləri və əşyaları ilə birlikdə çıxarılması tələbinə dair iddiası təmin edilməmişdir (cild 1, i.v.30-33). X7 ilə Zərərçəkmiş şəxs arasında bağlanmış xx.xx.2004-cü il tarixli Beh müqaviləsindən görünür ki, M.H.Rzayev Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Q.Qarayev küçəsi ev 38 ünvandakı «A» tikilisini 2500 ABŞ dollarına Zərərçəkmiş şəxs satmışdır (cild 1, i.v.39). “İdeal-House” qiymətləndirmə şirkətindən verilmiş xx.xx.2020-ci il tarixli Arayışdan görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Q.Qarayev küçəsi ev 38 ünvandakı «A» tikilisinin hazırkı bazara görə qiyməti 25000-30000 manat civarındadır (cild 1, i.v.40). Azərbaycan Respublikası DİN BƏSİİ-dən verilmiş Tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nəsimi rayon məhkəməsinin xx.xx.2012-cü il tarixli hökmü əsasında Azərbaycan Respublikası 221.1-ci maddəsilə təqsirli bilinib qazancının 20% dövlət nəfinə tutulmaqla 1 (bir) il müddətinə islah işləri cəzasına məhkum edilmişdir. Bakı şəhəri Yasamal rayon məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmü əsasında Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsilə təqsirli bilinib 1 (bir) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir (cild 1, i.v.60-62). Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(001)- 5576/2021 nömrəli qətnaməsindən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Q.Qarayev küçəsi ev 38 ünvandakı «A» tikilisinə və həmin tikilinin həyətyanı sahəsinə Zərərçəkmiş şəxs istifadə hüququna maneələrin yaradılması cavabdeh Şahid4 qadağan edilmişdir (cild 1, i.v.106-109). Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2(001)- 586/2022 nömrəli qətnaməsindən görünür ki, iddiaçı Şahid4 cavabdeh Zərərçəkmiş şəxs qarşı Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Q.Qarayev küçəsi ev 38 ünvandakı «A» tikilisindən istifadə hüququnun itirilmiş hesab edilməsi tələbinə dair iddiası təmin edilməmişdir (cild 1, i.v.129-134). Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(112)-4854/2022 nömrəli qərarından görünür ki, iddiaçı Zərərçəkmiş şəxs cavabdeh Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinə qarşı qeydiyyata alınma tələbinə dair iddiası təmin edilmiş, Zərərçəkmiş şəxs Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Q.Qarayev küçəsi ev 38 ünvanda yerləşən fərdi yaşayış evi üzrə qeydiyyata alınması öhdəliyi Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin üzərinə qoyulmuşdur (cild 1, i.v.139-144). Bakı şəhəri Binəqədi rayon İcra şöbəsinin böyük icra məmuru Şahid3, böyük icra məmuru Şahid2, tələbkar Zərərçəkmiş şəxs, borclu Şahid4, onun oğlu Təqsirləndirilən şəxs və hal şahidlərinin iştirakı ilə tərtib edilib imzalanmış xx.xx.2022-ci il tarixli Aktdan görünür ki,Bakı şəhəri Binəqədi rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(001)- 5576/2021 nömrəli icra sənədinin (Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Q.Qarayev küçəsi ev 38 ünvandakı «A» tikilisindən və həmin tikilinin həyətyanı sahəsindən Zərərçəkmiş şəxs istifadə hüququna yaradılan maneələrin aradan qaldırılması ilə bağlı olan) icrasını təmin etmək məqsədilə həmin ünvana baxış zamanı müəyyən edilmişdir ki, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Q.Qarayev küçəsi ev 38 ünvandakı «A» tikilisi yoxdur, sökülmüşdür. Qarşı tərəf (borclu Şahid4, onun oğlu Təqsirləndirilən şəxs) bildirmişdir ki, həmin tikili 2022-ci ilin yanvar ayı ərzində sökülmüşdür. Fotoşəkillər çəkilərək akta əlavə edilmişdir (cild 1, i.v.155-157). "xxxx" ASC-dən verilmiş Abunə haqqında məlumatdan görünür ki, ünvan 6 ünvanda quraşdırılmış **********80001 nömrəli sayğac Zərərçəkmiş şəxs adınadır (cild 1, i.v.175). Diskə baxış keçirilməsi haqqında xx.xx.2022-ci il tarixli Protokoldan görünür ki, Zərərçəkmiş şəxs istintaq orqanına təqdim etdiyi Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Q.Qarayev küçəsi ev 38 ünvandakı «A» tikilisində olmuş əşyalara dair videofayldan görünür ki, həmin ünvanda dəmir çən, bel, plastik lambirin, rəng boyası, elektrik peçi, qaz peçi, dəmirdən setka stul, böyük işıq şiti, çemodan dəsti, aş qazanları, ləyənlər, aşsüzənlər, stəkanlar, qazan dəsti, nəlbəki dəsti, spiral ev qızdırıcı, peç qapaqları, samovarlar, dəm çayniki, ütülər, çay servisi, üçlü həvəngdəstə, kartofəzən, su çayniki, palaz, xalça, televizor, “BK 2500” markalı kondinsioner, çılçıraqlar, dəmir şkaf, tumboçka, dəmir stol, ceyran peçi, paltar dəsti, pərdə dəsti, tozsoran olması görünür (cild 1, i.v.228). Diskə baxış keçirilməsi haqqında xx.xx.2022-ci il tarixli digər Protokoldan görünür ki, Zərərçəkmiş şəxs istintaq orqanına təqdim etdiyi Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Q.Qarayev küçəsi ev 38 ünvandakı «A» tikilisində olmuş əşyalara dair digər videofayldan görünür ki, həmin ünvanda raskladuska, dəmir qapaq, vannalar, gecə lapması, dəmir çaynik, xalça, soyuducu, uşaq velosipedi, divan-kreslo dəsti, sifoner və jurnal stolundan ibarət dəst, taxta şkaf, xalatlar, süfrələr, çay dəsmalları görünür (cild 1, i.v.229). Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Azərbaycan Respublikası CM-in 322.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və xx.xx.2022-ci ildə ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmişdir (cild 1, i.v.241-242). Təqsirləndirilən şəxs barəsində axtarış elan edilməsi və onun tutulması haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, istintaqdan yayınan Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmişdir (cild 1, i.v.243-244). Axtarışda olan şəxsin tutulması haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, istintaqdan yayınan Təqsirləndirilən şəxs həmin tarixdə tutularaq Binəqədi RPİ-in MSY-yə yerləşdirilmişdir (cild 1, i.v.251). Cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, cinayət işi üzrə əməl Azərbaycan Respublikası CM-in 322.1-ci maddəsindən həmin Məcəllənin 322.1, 186.1 və 177.2.4-cü maddələrinə tövsif edilmişdir (cild 2, i.v.10-11). Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Azərbaycan Respublikası CM-in 322.1, 186.1 və 177.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələrdə nəzərdə tutulmuş ittiham elan edilmişdir (cild 2, i.v.13-15). Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş və o həmin tarixdə saxlanıldığı MSY-dən azad edilmişdir (cild 2, i.v.42-44). Axtarış və götürmə haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı ünvan 5 ünvandakı «B» tikilisində axtarış zamanı Zərərçəkmiş şəxs evindən oğurladığı əşyalar - bir ədəd tozsoran, bir ədəd palaz, bir ədəd soyuducu götürülərək maddi sübut qismində tanınmışdır (cild 2, i.v.182-187). Əşyanın tanınmaya təqdim edilməsi haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Q.Qarayev küçəsi ev 38 ünvandakı «B» tikilisindən götürülmüş əşyalar - bir ədəd tozsoran, bir ədəd palaz, bir ədəd soyuducu zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs tanınmaya təqdim olunmuş və sonuncu öz əşyalarını tanıyaraq ona məxsus olduğunu bildirmişdir (cild 2, i.v.190-191). Bakı şəhəri Binəqədi rayon İcra şöbəsinin böyük icra məmuru Şahid3, böyük icra məmuru X8 və digərlərinin iştirakı ilə tərtib edilib imzalanmış xx.xx.2022-ci il tarixli Aktdan görünür ki, Bakı şəhəri Binəqədi rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(001)- 5576/2021 nömrəli icra sənədinin (Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Q.Qarayev küçəsi ev 38 ünvandakı «A» tikilisindən və həmin tikilinin həyətyanı sahəsindən Zərərçəkmiş şəxs istifadə hüququna yaradılan maneələrin aradan qaldırılması ilə bağlı olan) icrasının təmin edilməsi ilə bağlı Təqsirləndirilən şəxs həmin tarixdə böyük icra məmuru Şahid3 nalayiq sözlərlə söyüb təhqir edərək, hec bir halda evdən çıxmayacağını bildirmişdir (cild 2, i.v.216-217). Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 9/491 saylı xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş 01 ədəd üzərində «Evrolux EU-L8705 220VV» yazıları olan tozsoranın üzərində istismar xarakteri qüsurları nəzərə alınmaqla 2022-ci il tarixinə orta bazar qiyməti təxminən 30,00 manat müəyyən edilir (cild 3, i.v.34-36). Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 9/492 saylı xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş 01 ədəd 1,50x3,50 m ölçüdə, üzərində naxışları olan palazın istismar xarakterli qüsurları nəzərə alınmaqla 2022-ci il tarixinə orta bazar qiyməti təxminən 250,00 manat müəyyən edilir (cild 3, i.v.37-39). Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 10/2477 saylı xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Q.Qarayev küçəsi ev 38 ünvandakı «A» tikilisində Zərərçəkmiş şəxs öz vəsaiti hesabına yenidən tikdiyi həmin ünvandakı yaşayış otağı, bağlı eyvan və girişdən ibarət ümumi sahəsi 22,1 kv.m, tikinti altı sahəsi 31,1 kv.m olan tikililər söküldüyündən Zərərçəkmiş şəxs hansı məbləğdə maddi ziyan dəydiyini müəyyən etmək mümkün olmamışdır (cild 3, i.v.40-43). Sübutların qiymətləndirilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, cinayət işi üzrə əməl Azərbaycan Respublikası CM-in 322.1, 177.2.4 və 186.1-ci maddəsindən həmin Məcəllənin 322.1, 186.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrinə tövsif edilmiş, ünvan 7 ünvandakı “B” tikilisində aparılan axtarış zamanı Təqsirləndirilən şəxs oğurlayıb orada saxladığı zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs məxsus bir ədəd tozsoran, bir ədəd palaz, bir ədəd soyuducu, habelə ünvan 8 ünvandakı “A” tikilisinə keçirilən baxış zamanı qeydə alınmış (əşyaların həmin evdə olmasına dair) videogörüntülərin köçürüldüyü 2 (iki) disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə olunmuşdur (cild 3, i.v.49-56). Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Azərbaycan Respublikası CM-in 322.1, 186.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələrdə nəzərdə tutulmuş ittiham elan edilmişdir (cild 3, i.v.59-61). İddiaçı Zərərçəkmiş şəxs cavabdeh Təqsirləndirilən şəxs və Şahid4 qarşı məhkəmədə qaldırdığı “vurulmuş ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsindən görünür ki, Zərərçəkmiş şəxs cavabdehlərdən müştərək qaydada maddi zərərin əvəzi olaraq 71706 (yetmiş bir min yeddi yüz altı) manat, mənəvi zərər olaraq 8000 (səkkiz min) manat, dövlət rüsumu olaraq 330 (üç yüz otuz) manat pulun alınıb ona verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs istinad edilən cinayət əməllərinə cinayətprosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki,ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. İşin təsvir edilmiş hallarından göründüyü kimi Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamlarda özünü təqsirli bilmir və bildirir ki, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Q.Qarayev küçəsi ev 38 ünvandakı «A» tikilisi (fərdi yaşayış evi) ona məxsusdur, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs həmin evdə kirayəşin olmuşdur. Ona görə də həmin evin kilidini dəyişdirib Zərərçəkmiş şəxs evə buraxmamaqla, habelə sonradan həmin evi sökməklə heç bir cinayət törətməmişdir. İşin faktiki halları göstərir ki, Təqsirləndirilən şəxs bildirdikləri özünü müdafiə xarakteri daşımaqla, iş üzrə toplanmış mötəbər sübutlarla təkzib edilir. Belə ki, işdə olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(001)-5576/2021 nömrəli qətnaməsindən (cild1,i.v.106-109) görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Q.Qarayev küçəsi ev 38 ünvandakı «A» tikilisinə və həmin tikilinin həyətyanı sahəsinə Zərərçəkmiş şəxs istifadə hüquqları tanınmış, onun «A» tikilisindən və həmin tikilinin həyətyanı sahəsindən istifadə hüququna maneələrin yaradılması cavabdeh şəxslərə qadağan edilmişdir. Bundan başqa Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(103)-398/2021 nömrəli qətnaməsindən (cild1,i.v.30- 33) görünür ki, iddiaçı Şahid4 cavabdeh Zərərçəkmiş şəxs qarşı Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Q.Qarayev küçəsi ev 38 ünvandakı «A» tikilisindən ailə üzvləri və əşyaları ilə birlikdə çıxarılması tələbinə dair iddiası təmin edilməmişdir. Başqa sözlə, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Q.Qarayev küçəsi ev 38 ünvandakı «A» tikilisi və həmin tikilinin həyətyanı sahəsi üzərində zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs hüquqları qanuni qüvvəsini almış məhkəmə aktları əsasında təsbit edilmiş və qanunla qorunmuşdur. Belə olan halda Təqsirləndirilən şəxs Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Q.Qarayev küçəsi ev 38 ünvandakı «A» tikilisinin (fərdi yaşayış evinin) qapısına Zərərçəkmiş şəxs tərəfindən qoyulmuş kilidi 2022-ci ilin yanvar ayının ortalarında özbaşına dəyişərək, sonuncunun yaşayış yeri olan həmin evə daxil olmasına imkan verməməsi özbaşınalıq, Zərərçəkmiş şəxs öz vəsaiti hesabına tikdirdiyi 30000 (otuz min) manat dəyərində həmin evi 2022-ci ilin yanvar ayının sonlarında isə tam söküb dağıtması isə özgənin xeyli miqdarda əmlakını qəsdən məhv etməkdir. Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş özgə əmlakını gizli talama cinayətində də özünü təqsirli bilməsədə, qeyd edilməlidir ki, işdə olan axtarış və götürmə haqqında xx.xx.2022-ci il tarixli protokoldan (cild2,i.v.182-187) görünür ki, Təqsirləndirilən şəxs yaşadığı ünvan 5 ünvandakı «B» tikilisində axtarış zamanı Zərərçəkmiş şəxs evindən oğurladığı əşyalar - bir ədəd tozsoran, bir ədəd palaz, bir ədəd soyuducu aşkar edilərək götürülmüşdür. Əşyanın tanınmaya təqdim edilməsi haqqında xx.xx.2022-ci il tarixli protokoldan (cild2,i.v.190-191) görünür ki, Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Q.Qarayev küçəsi ev 38 ünvandakı «B» tikilisindən götürülmüş əşyalar - bir ədəd tozsoran, bir ədəd palaz, bir ədəd soyuducu zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs tanınmaya təqdim olunmuş və sonuncu öz əşyalarını tanıyaraq ona məxsus olduğunu bildirmişdir. Bundan başqa diskə baxış keçirilməsi haqqında xx.xx.2022-ci il tarixli Protokoldan (cild1,i.v.228-229) görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Q.Qarayev küçəsi ev 38 ünvandakı «A» tikilisində olmuş əşyalar oğurluğa qədər videoya çəkilmişdir. Həmin videofayldan görünür ki, qeyd olunan ünvanda dəmir çən, bel, plastik lambirin, rəng boyası, elektrik peçi, qaz peçi, dəmirdən setka stul, böyük işıq şiti, çemodan dəsti, aş qazanları, ləyənlər, aşsüzənlər, stəkanlar, qazan dəsti, nəlbəki dəsti, spiral ev qızdırıcı, peç qapaqları, samovarlar, dəm çayniki, ütülər, çay servisi, üçlü həvəngdəstə, kartofəzən, su çayniki, palaz, xalça, televizor, “BK 2500” markalı kondinsioner, çılçıraqlar, dəmir şkaf, tumboçka, dəmir stol, ceyran peçi, paltar dəsti, pərdə dəsti, tozsoran, raskladuska, dəmir qapaq,vannalar, gecə lapması, dəmir çaynik, xalça, soyuducu, uşaq velosipedi, divan-kreslo dəsti, sifoner və jurnal stolundan ibarət dəst, taxta şkaf, xalatlar, süfrələr, çay dəsmalları olduğu görünür. Bundan başqa, Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsində Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Q.Qarayev küçəsi ev 38 ünvandakı «A» tikilisindən bəzi əşyaları götürdüyünü özüdə etiraf etmiş,bunu Zərərçəkmiş şəxs ona vurduğu ziyanın əvəzi kimi qiymətləndirmişdir. Halbuki, onun həmin əməli dəymiş zərərin əvəzi kimi qiymətləndirilə bilməz və özgə əmlakının gizli olaraq talanmasıdır. Bundan əlavə iş üzrə zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs istər ibtidai istintaq, istərsə də məhkəmə istintaqı zamanı verdiyi eyni məzmunlu ifadələrində evindən oğurlanmış əşyaların adlarını, sayını, dəyərini dəqiqliklə göstərməklə əşyalarının məhz Təqsirləndirilən şəxs tərəfindən oğurlandığını bildirmişdir.Onun barədə bildirdikləri məhkəmədə Şahid5 tərəfindən də təsdiq edilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs qeyd olunan məsələdə davranışı, yəni qanuni qüvvəsini almış məhkəmə aktları olduğu halda sözügedən evin kilidini özbaşına dəyişməsi, Zərərçəkmiş şəxs həmin evə buraxmaması, sonuncunun icra məmurları vasitəsilə evə köçürüləcəyini bildikdən sonra isə bunun qarşısını almaq məqsədilə həmin evi tamamilə söküb dağıtması və bu mənada Zərərçəkmiş şəxs evə geri qayıtmaması üçün istənilən üsula əl atması ona istinad edilən oğurluq cinayətlərinin də məhz onun tərəfindən törədilməsinə dəlalət edir. Odur ki, məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası CM-in 322.1, 186.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayətin törədilməsində Təqsirləndirilən şəxs təqsirliliyi qismən öz ifadəsi ilə yanaşı, zərər çəkmiş şəxsin və şahidlərin ifadələri və işin digər materialları ilə tam sübuta yetirilir və ona düzgün olaraq həmin maddələr ilə ittiham irəli sürülmüşdür. Təqsirləndirilən şəxs hərəkətlərinə münasibətdə əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsiri sübuta yetirildiyinə görə cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bununla bağlı məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (CM-in 48-ci maddəsi, CM-in 53.4 və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 23 iyul 2004-cü il və 17 mart 2011-ci il tarixli qərarları) Məhkəmə Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkar şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 59 və 61-ci maddələrində nəzərdə tutulmuş cəzasını yüngülləşdirən və ağırlaşdıran hal müəyyən etmir. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkar şəxsin şəxsiyyətini nəzərə alıb hesab edir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-in hər bir maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilməlidir. Belə ki, işin hallarından görünür ki, zərər çəkmiş şəxs ondan şikayətçidir,təkzibedilməz sübutlara baxmayaraq qeyri-səmimi ifadələr verib cinayəti inkar edir. Belə olan halda cəzanın məqsədləri Təqsirləndirilən şəxs müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Təyin ediləcək müəyyən müddətə azadlıqdan məhrumetmə növündə cəzanı Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli tutulduğu tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsini rəhbər tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə xx.xx.2022-ci ildən xx.xx.2022-ci ilədək həbsdə saxlandığı 2 (iki) gün cəza müddətinə hesablanmalıdır. Məhkəmə ekspertizası tədqiqatının dəyəri olan 150 (yüz əlli) manat Təqsirləndirilən şəxs tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-in 197.1-ci maddəsinə görə məhkəmə məsrəfləri aşağıdakılardan ibarətdir:..197.1.4. mütəxəssisə, ekspertə ödənilməli haqlar və tərcüməçiyə ödəniş haqqı kimi verilməli olan məbləğ... Həmin Məcəllənin 198.1-ci maddəsinə görə Bu Məcəllənin 197.1.1, 197.1.2, 197.1.4, 197.1.5-1, 197.1.6-197.1.9-cu maddələrində sadalanan məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər. Azərbaycan Respublikası CPM-in 132.1-ci maddəsinə görə maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən aşağıdakı qaydalara riayət etməlidir:.. 132.1.1. şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; 132.1.6. maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Qanunun təsvir edilmiş tələblərinə əsasən məhkəmə hesab edir ki, maddi sübut kimi tanınmış bir ədəd tozsoranın, bir ədəd palazın, bir ədəd soyuducunun zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalı, ünvan 7 ünvandakı “A” tikilisinə keçirilən baxış zamanı qeydə alınmış videogörüntülərin köçürüldüyü 2 (iki) disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə görə məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1-ci maddəsinə görə xüsusi müsadirə cinayət-hüquqi tədbiri aşağıda göstərilən əmlakın məhkəmənin yekun qərarı ilə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır: 99-1.1.1. şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla); 99- 1.1.2. şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla); 99- 1.1.3. cinayət yolu ilə əldə edilmiş pul vəsaitləri və ya digər əmlakın mülki-hüquqi əqdlərin bağlanması və ya digər üsullarla tam və ya qismən çevrildiyi digər əmlak və ya onun müvafiq hissəsi; 99-1.1.4. terrorçuluğun, qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların, mütəşəkkil dəstələrin və ya cinayətkar birliklərin (cinayətkar təşkilatların) maliyyələşdirilməsi üçün nəzərdə tutulan və ya istifadə olunan əmlak. Cinayət işi materiallarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakı müəyyən edilməmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakı müəyyən edilmədiyindən xüsusi müsadirə tətbiq edilməməlidir. İş üzrə verilmiş mülki iddia ilə bağlı qeyd edilməlidir ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 181.1-ci maddəsinə görə əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı aşağıdakı hallarda mülki iddia verməyə haqlıdır: ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda; ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda. Həmin Məcəllənin 181.2-ci maddəsinə görə bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə fiziki və ya hüquqi şəxsə maddi ziyan vurulduqda o, ziyanın ödənilməsi barədə mülki iddia verməklə aşağıdakıları edə bilər:..181.2.1. itirilmiş və ya zədələnmiş əmlakın dəyərinin ödənilməsini..;. Eyni Məcəllənin 179.1-ci maddəsinə görə cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs maddi ziyan vurulması müəyyən edildiyindən və bu mənada sonuncunun vurulmuş ziyanın ödənilməsini tələb etmək hüququ yarandığından zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs mülki iddiası qismən təmin edilməli, Təqsirləndirilən şəxs cinayət əməlləri nəticəsində Zərərçəkmiş şəxs dəymiş ziyanla əlaqədar, qaytarılmış əşyaların (tozsoran 30 manat, palaz 250 manat, soyuducu 300 manat) dəyəri çıxılmaqla 47206 (qırx yeddi min iki yüz altı) manat məbləğində pul və 330 (üç yüz otuz) manat dövlət rüsumunun əvəzi Təqsirləndirilən şəxs alınaraq zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ödənilməlidir. Mülki iddianın Təqsirləndirilən şəxs aid qalan hissəsi təmin edilməməli, Şahid4 aid hissəsi isə sonuncu hazırkı cinayət işində təqsirləndirilən şəxs qismində keçmədiyindən baxılmamış saxlanmalıdır. Həmçinin qeyd edilməlidir ki, müdafiəçi Bakı şəhəri 11 saylı vəkil bürosunun vəkili Müdafiəçi2 cinayət işi üzrə təqsirləndirilən şəxsə cəmi 30 (otuz) saat müddətində hüquqi yardım göstərmiş, o cümlədən məhkəmədə iclaslarda iştirak etmiş, cinayət işinin materialları ilə tanış olmuş və digər hərəkətlərdə onların hüquqlarını müdafiə etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 192.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarına əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat məbləğində müəyyən edilmişdir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.2, 177.2.3 və 177.2.4cü maddələri ilə təqsirli bilinib 2 (iki) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına, CM-in 186.1-ci maddəsi ilə təqsirli bilinib 1 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına, CM-in 322.1-ci maddəsi ilə təqsirli bilinib 5 (beş) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-in 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2022-ci ildən xx.xx.2022-ci ilədək həbsdə saxlanıldığı müddət (2 gün) cəzasının müddətinə hesablanaraq üzərində qəti olaraq 2 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilsin və o dərhal məhkəmə iclas zalında həbs edilsin. Cəzaçəkmə müddətinin əvvəli 09 oktyabr 2023-cü il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Mülki iddia qismən təmin edilsin. Təqsirləndirilən şəxs, mülki cavabdeh Təqsirləndirilən şəxs maddi zərərə görə 47206 (qırx yeddi min iki yüz altı) manat, dövlət rüsumunun əvəzi olaraq 330 (üç yüz otuz) manat alınıb zərər çəkmiş şəxs, mülki iddiaçı Zərərçəkmiş şəxs verilsin. Maddi sübutlar –bir ədəd tozsoranın, bir ədəd palazın, bir ədəd soyuducunun zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. ünvan 7 ünvandakı “A” tikilisinə keçirilən baxış zamanı qeydə alınmış videogörüntülərin köçürüldüyü 2 (iki) ədəd disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində cinayət işinin materiallarında saxlanılsın. Aparılmış ekspertiza tədqiqatlarının dəyəri olan 150 (yüz əlli) manat Təqsirləndirilən şəxs tutulub Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (AZ.MEM, VÖİN**********, X4, KOD 210005, VÖEN********** Müxbir hesab AZ41NABZ ******************** SWİFT BİK CTREAAZ22) köçürülsün. Təqsirləndirilən şəxs göstərdiyi cəmi 30 (otuz) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı vəkil bürosunun vəkilləri Müdafiəçi2 Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına xidmət haqqı – 180 (yüz səksən) manat ödənilsin. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən Elçin Ağayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar