Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-414/2021 08.12.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Sədrlik edən hakim Rzayev Abbas Əhəd oğlunun, Məhkəmə iclas katibi X3, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı Nəzər oğlunun, Müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının fərdi fəaliyyət göstərən vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs və onun qanuni nümayəndəsi (atası) Şahid1, Təqsirləndirilən şəxs, xx.xx.1964-cü il tarixdə Xaçmaz rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, işləməyən, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra CM) 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhərində Binəqədi Rayon Məhkəməsinin binasında keçirilən açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs avtomobili idarə edərkən ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olan yol hərəkəti qaydalarını pozmuşdur. Belə ki, Təqsirləndirilən şəxs 01 fevral 2021-ci il tarixdə saat 17.06 radələrində texniki cəhətdən saz vəziyyətdə olan və etibarnamə əsasında idarə etdiyi «VAZ-2107» markalı, ** DP *** dövlət qeydiyyat nişanlı minik avtomobili ilə Bakı şəhəri Binəqədi rayonu, Novxanı Binəqədi yolundan Binəqədi istiqamətində hərəkətdə olarkən «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq yəni yol hərəkəti iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı olduğu halda bunu etməyərək, hadisənin qarşısını almağa texniki imkanı olsa da həmin imkandan istifadə etməyib hərəkət istiqamətinin sağ tərəfindən sol tərəfə keçmək istəyən piyada xx.xx.2008-ci il təvəllüdlü azyaşlı Zərərçəkmiş şəxs avtomobilin qabaq hissəsi ilə vurması nəticəsində ehtiyatsızlıqdan sonuncuya - sol bazu sümüyünün qapalı sınığı və sol bud nahiyəsinin sıyrığı kimi sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır bədən xəsarətləri yetirilməsinə səbəb olan yol hərəkəti qaydalarını pozmuşdur. Məhkəmə iclasında ifadə verən Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək göstərmişdir ki, o, 10 ilə yaxındır ki, qeydiyyat şəhadətnaməsi ilə həyat yoldaşının adına olan “Vaz 2107” markalı, Az**-DP-*** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə əsasında idarə edir.01 fevral 2021-ci il tarixdə saat 14.00 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Novxanı Binəqədi yolunda üzü Binəqədi qəsəbəsi istiqamətdə hərəkətdə olmuş, hərəkətdə olan zaman yolu sağ tərəfdən sol tərəfə keçmək istəyən azyaşlı qadın cinsinə mənsub azyaşlı piyadanı yolu keçmək istədiyini görmüş, yolda azyaşlı qızın dayanmış vəziyyətdə olmuş, o, ona yaxınlaşanda özü çaşmış, idarəetməni itirmiş ehtiyatsızlığı nəticəsində avtomobilinin qabaq radiator hissəsi ilə sonradan adını bildiyi azyaşlı qız Zərərçəkmiş şəxs sol hissəsindən vurmuş, bu zaman arxadan ona Lada Niva markalı avtomobil çırpılmışdır.Bundan sonra, avtomobildən düşərək ətrafda olan vətəndaşlar TTYS-na zəng vurulmuşdur.O, törətiyi əməldə özünü təqsirli bilmir.Belə ki, hadisə zamanı onun hərəkət surəti 30-40 km/saat olmuşdur.O, Zərərçəkmiş şəxs yola daxil olduğu andan onunla avtomobilinin arasında 10 metr məsafədən görmüşdür.O, piyadanı görən kimi aralarında olan məsafə az olduğuna görə ancaq sürətlər qutusunu aşağı salıb əyləci bassa da, avtomobili tam dayanma halına gətirə bilməmiş, nəticədə piyadanı vurmuşdur.Baş vermiş yol-nəqliyyat hadisəsi ilə əlaqədar özünü təqsirli bilməməsini, hadisə vaxtı idarə etdiyi “Vaz 2107” markalı, Az**-DP- *** dövlət qeydiyyat nişanlı minik avtomobilinin texniki cəhətdən saz vəziyyətdə olmasını və idarə etdiyi avtomobildə başqa sərnişinin olmamasını, hadisə vaxtı spirtli içki, narkotik vasitə və ya digər güclü təsir edən vasitə qəbul etməməsini bildirmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs onun hadisənin qarşısını almağa texniki imkanının olmadığını nəzərə alaraq ona bəraət verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında qanuni nümayəndəsi (atası) Şahid1 iştirakı ilə ifadə verən yetkinlik yaşına çatmamış Zərərçəkmiş şəxs bildirmişdir ki, o, Mehdabad qəsəbəsi, 3 nömrəli mətkəbin 6-cı sinifdə təhsil alır.01 fevral 2021-ci il tarixdə saat 14.00 radələrində yaşadığı ünvan 2 ünvandan mağazaya gedirmiş, mağazaya getmək üçün yolu keçməli olmuş, o, yolun sağ kənar hissəsindən sol kənar hissəsinə doğru keçmək istəmiş, keçəcəyi yol 2 hissədə olmaqla qarşı-qarşıya olan 2 zolaqlı ümumilikdə 4 zolaqdan ibarətdir.O, sol tərəfə baxan zaman VAZ 2107 markalı nəqliyyat vasitəsini görmüş, lakin avtomobil ondan çox uzaqda olmuş, o, yolu normal yerişlə keçən zaman VAZ 2107 markalı, Az**-DP-*** markalı avtomobil onu vurmuş, o, zərbədən asfaltın üzərinə yıxılmışdır.Hadisəni törədən Vaz 2107 markalı avtomobilin arxasından da Az**-PM-*** d.q.n-lı avtomobil arxadan VAZ 2107 markalı avtomomobilə çırpılmışdır.Hadisə zamanı sürücülər ona yaxınlaşmamış, onu yerdən qaldırmamışlar, onu yerdən yolun qarşı tərəfindən olan tanımadığı şəxs qaldırmış, bununla bağlı valideynlərinə xəbər vermişdirlər. Bundan sonra valideynləri onu xəstəxanaya aparmışdırlar o xəstəxanada tibbi yardım almış, orada məlum olmuşdur ki, o, qapalı kəllə-beyin travması, sol mil sümüyünün tipik yerinin yerdəyişməyən sınığı, sağ gözaltı nahiyənin iç bucağının, alt çəninin sağ yarısının, sağ qoltuqaltı xətt boyunca İV-V- Vİ qabırğalar səviyyəsinin və sağ topuq nahiyyəsinin bayır səthinin qançırları kimi xəsarətlərin alması müəyyən edilmişdir.Onu da əlavə etmişdir ki, VAZ 2107 markalı, Az**- DP-*** qeydiyyat nişanlı avtomobil onu yolu keçəndə vurmuş və bu zaman əyləci basıb dayanmışdır, bundan sonra onun arxasında hərəkətdə olan Niva markalı, Az**-PM-*** qeydiyyat nişanlı avtomobil həmin VAZ 2107 markalı avtomobilin arxa hissəsinə çırpılmışdır.Məhkəmə baxışı zamanı qanuni nümayəndəsi (atası) Şahid1 iştirakı ilə ifadə verən yetkinlik yaşına çatmamış Zərərçəkmiş şəxs təqsirləndirilən şəxslə barışmadığını, buna görə də təqsirləndirilən şəxslə bağlı qanuni və ədalətli qərarın qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində ifadə verən Şahid1 ifadəsində - yetkinlik yaşına çatmamış zərərçəkmiş şəxs qismində ifadə verən Zərərçəkmiş şəxs ifadəsinə uyğun ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində ifadə verən Şahid2 bildirmişdir ki,o, 16 iyul 2020-ci il tarixdə hərbi xidmətə getmiş, hərbi xidmətini Azərbaycan Respubilkasının Prezident Təhlükəsizlik Xidmətinin Milli Qvardiyasında həyata keçirir və hal-hazırda d hərbi xidmətini davam etdirir.O,hal-hazırda hərbi hissədə avtomobil bölüyündə sürücülük edir, hərbi hissəyə məxsus «Chevrolet Niva» markalı, ** PM *** qeydiyyat nişanlı avtomobil ona etibarnamə ilə təhkim edilmişdir.Belə ki, 01 fevral 2021-ci il tarixdə saat 14.00 radələrində həmin avtomobili idarə edib Bakı şəhər Binəqədi rayonu Novxanı Binəqədi yolunu Binəqədi istiqamətinə saatda 50-60 sürətlə idarə etmiş, həmin yolda düzünə hərəkətdə olan qarşısındakı qırmızı rəngli «VAZ-2107» markalı, ** DP *** dövlət qeydiyyat nişanlı minik avtomobil yolun sağından soluna keçmək istəyən azyaşlı piyadanı vurmuş, elə həmin anda da onun qarşısında tormozu basmış, həmin avtomobillə onun arasında olan məsafə 5-10 metr olmuş, o da arxadan hərəkətni nizamlamaq üçün tormuzu basmış, lakin məsafə yaxın olduğundan idarə etdiyi “Chevrolet Niva” markalı, ** PM *** qeydiyyat nişanlı avtomobil sürüşərək qarşısında olan «VAZ-2107» markalı, ** DP *** dövlət qeydiyyat nişanlı minik avtomobilin arxa sol hissəsi ilə toqquşaraq dayanmışdır.Çünki qarşındakı avtomobil qarşısında anidən tormoza basdığından o, saxlaya bilməmiş və onunla toqquşmuşdur. «VAZ-2107» markalı, ** DP *** dövlət qeydiyyat nişanlı minik avtomobil piyadanı vurmamaq üçün tormozu anidən basmış və avtomobil sürüşə-sürüşə piyadanı vurmuş, o da həmin vaxtı yəni piyadanı vurandan 4-5 saniyədə o, da onun arxası ilə toqquşmuşdur.Hadisə zamanı o, hər hansı bir formada xəsarət almamış, hadisə vaxtı idarə etdiyi «Chevrolet Niva» maraklı ** PM *** dövlət qeydiyyat nişanlı minik avtomobili texniki cəhətdən saz vəziyyətdə olmuşdur və idarə etdiyi avtomobildə başqa sərnişin olmamışdır.Hadisə vaxtı o, spirtli içki, narkotik vasitə və ya digər güclü təsir edən vasitə qəbul etməmişdir.Hadisə baş verən vaxtı hava günəşli olmuşdur.Hadisədən sonra polis əməkdaşları yol naqliyyat hadisəsi baş verən ünvana gələrək onun və «VAZ-2107» markalı, ** DP *** dövlət qeydiyyat nişanlı minik avtomobilin sürücüsünün iştirakı ilə baxış keçirilmiş, daha sonra hadisə yerinin foto şəkilləri çəkilərək baxış protokoluna əlavə edilmiş, tərtib edilmiş protokol tanış olub imza ilə təsdiqləmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin məhkəmə tibbi ekspertizasının 10.02.2021-ci il tarixli, 245 №-li rəyinə əsasən müəyyən edilir ki, Zərərçəkmiş şəxs-sol bazu sümüyünün qapalı sınığı və sol bud nahiyəsinin sıyrığı bərk küt əşyanın (əşyaların) təsirindən onun tibbi yardım üçün RDM-nə gətirildiyi 01.02.2021-ci il saat 16:00-dan bir qədər əvvəl əmələ gəlmişlər və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aiddir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə yol-nəqliyyat hadisəsi ekspertizasının 05.04.2021-ci il tarixli, 8/658 №-li rəyi ilə müəyyən edilmişdir ki, 1-2.«VAZ-2107» markalı, ** DP *** dövlət qeydiyyat nişanlı minik avtomobilinin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq və onun həmini maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur.3.Chevrolet Niva markalı, ** PM *** dövlət qeydiyyat nişanlı minik avtomobilinin sürücüsü Şahid2 hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 3-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuş, həmin maddənin tələblərinə riayət etməklə onun Chevrolet Niva markalı avtomobililə VAZ-2107 markalı avtomobilin toqquşması hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə yol-nəqliyyat hadisəsi ekspertizasının 16.11.2021-ci il tarixli, 8/2628 №-li rəyi ilə müəyyən edilmişdir ki, 1.2. Yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi barədə protokolun sxemindən məlum olduğu kimi, piyadanın vurulma yerinin VAZ-2107 markalı avtmobilin hərəkəti istiqamətində hərəkət hissəsinin sağ kənarından sola doğru 4,5 metr məsafədə yerləşməsi nəzərə alınmaqla müdafiə tərəfinin vəsatətində göstərdiyi kimi piyadanın sağ tərəfdən hərəkət hissəsinə daxil olduğu andan vurulmaya kimi 3 metr məsafə qət etməsi real deyildir.VAZ-2107 markalı ** DP *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs tədqiq olunan şəraitdə hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur.3.Mövcud yol şəraitində VAZ-2107 markalı avtomobilin dayanma yolu 60 km/saat hərəkət sürətində 41,6 metrə uyğundur.4.5.Hadisədən əvvəl avtomobillər arasında olan məsafədən asılı olaraq VAZ- 2107 markalı avtomobilin 40 km/saat sürətlə hərəkətdə olması şəraitində arxadan Chevrolet Niva markalı avtomobilin 60km/saat sürətlə onunla eyni istiqamətdə hərəkətdə olması mümkündür.Mövcud metodikanın tələblərinə əsasən ekspertiza yolu ilə nəqliyyat vasitəsinin hərəkət sürəti hadisə yerində qalan tormoz izinə əsasən müəyyən edilir.Ekspertiza yolu ilə qarşıda eyni istaqamətdə hərəkətdə olan nəqliyyat vasitəsinin hərəkət sürətini arxadan eyni istiqamətdə hərəkətdə olan nəqliyyat vasitəsinin hərəkət sürətinə əsasən müəyyən etmək mümkün deyildir.6.Mövcud hadisə mexanizmindən məlum olur ki, yolu sağdan sola keçən piyada VAZ- 2107 markalı avtomobil ilə vurulduqdan sonra arxadan eyni istiqamətdə hərəkətdə olan Chevrolet Niva markalı avtomobil VAZ-2107 markalı avtomobilin arxa hissəsi ilə toqquşmuşdur.Yəni piyada VAZ- 2107 markalı avtomobillə vurulmamışdan əvvəl və yaxud vurulma anında avtomobillər arasında toqquşma baş verməmişdir.Vurulma nəticəsində piyadanın aldığı xəsarətlər onların ağırlıq dərəcəsi məhkəmə yol-nəqliyyat hadisələrinin ekspertizası ilə deyil, məhkəmə tibbi ekspertizası ilə müəyyən edilir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BDYP Qİİ-nin 05.12.2020-ci il tarixli, 016-112076-1220 №-li arayışı ilə müəyyən edilmişdir ki, Azaybaycan Respublikası DİN-nin BDYPİ Qeydiyyat-İmtahan İdarəsinin kompüter uçot bazasına əsasən Təqsirləndirilən şəxs sürücülük vəsiqəsi verilməsi barədə informasiya mövcud deyil. İş materiallarında olan Binəqədi rayonu Novxanı Binəqədi yolunun Binəqədi istiqamətində yolun sağ tərəfində fəaliyyət göstərən ağac emalı satışı mağazasında gözətci hissəsinə qurlaşdırılmış müşahidə kamerasından götürülmüş «PRİNCO CD-R 2x 56X markalı CD diskdə baxış keçirilirək müəyyən edilmişdir ki, 01 fevral 2021-ci ildə saat 17:06-dan 17:07 dək Təqsirləndirilən şəxs idarə etdiyi “Vaz 2107” markalı, Az**-DP-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Binəqədi rayonu, Novxanı Binəqədi yolunun Binəqədi istiqamətində hərəkətdə olarkən yolun sağ tərəfindən sol tərəfə keçmək istəyən piyada azyaşlı Məlik Əbdülhəsənlini avtomobilin qabaq hissəsi ilə vurmuşdur. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olmamışdır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs CM-nin 263.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini təqsirli olaraq törətməsi tam sübuta yetirilmişdir.Bu isə onu göstərir ki, ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq təqsirləndirilən şəxsin əməli CM-nin 263.1-ci maddəsi ilə tövsif edilmişdir.Odur ki, təqsirləndirilən şəxs CM-nin 263.1-ci maddəsi ilə təqsirli bilinərək, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə ehtiyatsızlıqdan cinayət törətməsini onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır.Belə ki, CM-nin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə tərəfindən CM-nin 61.1-ci maddəsində nəzərdə tutulan Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən, CM-nin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halların məcmusunu və ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə CM-in 263.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəza təyin edilməsi qanuni, əsaslı və ədalətlidir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirli bilinərək azadlıqdan məhrumetmə cəzasına məhkum olunmalıdır.Həmçinin, məhkəmə təqsirləndirilən şəxsin təqsirini boynuna almaması ilə bağlı hesab edir ki, bu hal təqsirləndirilən şəxsin onu gözləyən cəzadan yayınmaq üçün seçdiyi müdafiə taktikası kimi qiymətləndirilməlidir.Belə ki, Təqsirləndirilən şəxs təqsiri zərərçəkmiş şəxsin ifadəsi, şahid ifadələri, ekspertiza rəyləri və cinayət işində olan digər materiallarla tam təsdiq olunur. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin «Məhkəmə hökmü haqqında» 27 dekabr 1996-cı il tarixli 4 nömrəli qərarında göstərilmişdir ki, cinayət qanunun sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı, başqa daha yüngül cəza tədbiri tətbiq etmənin mümkünlyünü nəzərdə tutursa, məhkəmə hökmündə nə üçün müttəhimə məhz azadlıqdan məhrum etmə cəzasının tətbiq olunmasının əsasları göstərilməlidir. Eyni mövqe Azərbaycan Respublikası Ali Məhkəməsinin «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında da təsbit olunmuşdur. Belə ki, həmin qərarın 2-ci bəndində göstərilmişdir ki, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır.Belə ki, məhz həmin qərarda göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Eyni zamanda, “8 Noyabr-Zəfər günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli qərarının 9.1-ci bəndinə əsasən icraatında olan bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə bu Qərarın 1.1– 1.16-cı bəndlərində göstərilən şəxslər, habelə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxslər barəsində cinayət təqibinə xitam verir və ya həmin şəxsləri təyin edilmiş cəzadan azad etməklə ittiham hökmü çıxarır (bu Qərarın 10-cu və 11-ci hissələrində nəzərdə tutulmuş məhdudiyyətlər nəzərə alınmaqla) təyin edilmiş cəzanın müddətindən asılı olmayaraq məhkumlar müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasından azad edilirlər. Buna görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində 8 noyabr-Zəfər Günü münasibətilə aministiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin qərarının 9.1 və 28-ci bəndləri tətbiq edilməklə o, təyin olunmuş cəzadan azad edilməlidir. Bundan başqa, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində amnistiya tətbiq edilərək cəzadan azad edildiyinə görə barəsində seçilmiş «başqa yerə getməmək barədə iltizam» qətimkan tədbiri ləğv edilməlidir. Həmçinin, CPM-nin 353.4.10-cu maddəsinə əsasən iş üzrə ekspertizanın keçirilməsi üçün məhkəmə xərci – 200 manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir. Eyni zamanda, CPM-nin 353.4.11-ci maddəsinə əsasən iş üzrə maddi sübut – 1 (bir) ədəd «PRİNCO CD-R 2X 56X» sözləri yazılmış disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 39.1.12, 44,2.2, 344-349, 351-353 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 1 (bir) il 6 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 1 (bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs barəsində 8 noyabr - Zəfər Günü münasibətilə aministiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin qərarının 9.1 və 28-ci bəndləri tətbiq edilməklə o, təyin olunmuş cəzadan azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək barədə iltizam» qətimkan tədbiri ləğv edilsin. İş üzrə maddi sübut – 1 (bir) ədəd «PRİNCO CD-R 2X 56X» sözləri yazılmış disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 200 ( iki yüz) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına - VÖEN **********, X2 VÖEN ********** kod 210005 m/h AZ 41 NABZO**********0003944 SWİFT. Bik CTREAZ 22 hesabına ödənilsin. Qərardan, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri, Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Hakim: Abbas Rzayev
Məhkəmə qərarları › İş №1(001)-414/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-414/2021
08.12.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver