Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(001)-415/2025 30.09.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ağayev Elçin Zəkəriyə oğlunun sədrliyi, X9 Novruz oğlunun katibliyi, X1, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş X3 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, mülki iddiaçı Zərərçəkmiş şəxs, Müdafiəçi – Bakı şəhəri 11 saylı vəkil bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs, mülki cavabdeh – Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1995-ci ildə İsmayıllı rayonu Qurbanəfəndi kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, ali təhsilli, əvvəllər məhkum olunmuş, işləməyən, İsmayıllı rayonu Qurbanəfəndi kəndində qeydiyyatda olmaqla yaşayan. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə 2023-cü ilin mart ayında Zərərçəkmiş şəxs təhsil aldığı Türkiyə Respublikasının Ərzurum şəhərində yerləşən Atatürk Universitetindən təhsil müəssisəsini Bakı şəhərində yerləşən Bakı Dövlət Universitetinə dəyişəcəyinə dair yalan vəd verib aldadaraq bu məqsədlə Zərərçəkmiş şəxs 31 mart 2023-cü il tarixdə, saat 12:28-də Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, M.F.Axundov küçəsində yerləşən “Al market 3912” adlı mağazadakı ödəmə terminalından özünün təqdim etdiyi "xxxx" KB ASC-yə məxsus 4098********2460 nömrəli bank kart hesabına göndərdiyi 1500 manatı, eyni niyyətlə, 09 aprel 2023-cü il tarixdə, saat 16:18də Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Gülüstan küçəsində yerləşən “Asim market” adlı mağazadakı ödəmə terminalından özünün təqdim etdiyi "xxxx" ASC-yə məxsus 4169********3488 nömrəli bank kart hesabına göndərdiyi 1000 manatı, eyni niyyətlə, 30 iyul 2023-cü il tarixdə, saat 21:15-də Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Gülüstan küçəsində yerləşən “Asim market” adlı mağazadakı ödəmə terminalından özünün təqdim etdiyi "xxxx" ASC-yə məxsus 4169********3488 nömrəli bank kart hesabına göndərdiyi 500 manatı və eyni niyyətlə, cinayətkar əməlini davam etdirərək Zərərçəkmiş şəxs məxsus tam orta təhsil haqqında attestatı həmin Atatürk Universitetindən götürüb Bakı Dövlət Universitetinə təqdim edəcəyinə dair yalan vəd verib aldadaraq bu məqsədlə Zərərçəkmiş şəxs 17 avqust 2023-cü il tarixdə, saat 23 radələrində yaşadığı ünvan 1 ünvanında mobil tətbiq vasitəsi ilə "xxxx" ASC-yə məxsus 4127********3357 nömrəli bank hesabından özünün təqdim etdiyi "xxxx" KB ASC-yə məxsus 4098********2460 nömrəli bank kart hesabına göndərdiyi 150 manat pul vəsaitini ələ keçirərək, vahid niyyətlə əhatə olunan qəsdlə Zərərçəkmiş şəxs ümumilikdə 3.150 (üç min yüz əlli) manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.1-ci maddəsi ilə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, Zərərçəkmiş şəxs əvvəllər tanıdığı Fədayə adlı qadının vasitəsilə tanımışdır. 2023-cü ilin mart ayında Zərərçəkmiş şəxs onun mobil nömrəsinə zəng edərək özünü ona tanıdıb mobil nömrəsini Fədayədən aldığını, Atatürk Universitetində tələbə olduğunu demiş və özünün Bakı Dövlət Universitetinin Hüquq Fakültəsinə köçürmə olunmasına köməklik edə bilib-bilməyəcəyini soruşmuşdur. O isə köməklik edə biləcəyini demişdir. Daha sonra Pərvanə onunla əlaqə saxlamış və görüşüb söhbət etmələrini istəmişdir. O da onunla razılaşmışdır. Danışıqlarına əsasən, Bakı şəhəri Nəsimi rayonu ərazisində yerləşən “28 Mall” adlı ticarət mərkəzində o, Pərvanə ilə görüşmüşdür. Həmin vaxt Pərvanə anası Vüsalə ilə birlikdə gəlmişdir. Söhbət zamanı Pərvanə təhsil aldığı Atatürk Universitetindən Bakı Dövlət Universitetinin Hüquq Fakültəsinə köçürülməsinə köməklik etməyini istəmişdir. O da onunla razılaşmışdır. Qanunvericilikdə köçürmə ilə bağlı dəyişiklik olduğundan müraciətlərin hamısına imtina gəlmişdir. Zərərçəkmiş şəxs 3150 manat pul almışdır. Bunu təsdiq edir. Ziyanı halhazıradək ödəməmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs bildirdi ki, o, 2021-ci ildə Türkiyə Respublikasının Ərzurum şəhərində yerləşən Atatürk Universitetinin Kamu Yönətmək adlı fakültəsinə daxil olmuşdur. O, həmin Universitetdə qiyabi təhsil almışdır. 2023-cü fevral ayının əvvəlində Türkiyə Respublikasında zəlzələ olduqdan sonra o, Universitetini Bakı şəhərində yerləşən Universitetlərdən birinə dəyişmək və təhsilini həmin Universitetdə davam etdirmək qərarına gəlmişdir. Həmin vaxt o, Atatürk Universitetinin 2-ci kursunda təhsil almışdır. Atatürk Universitetində təhsil alan Gəncə şəhər sakini Fədayə adlı qadınla o, 2023-cü ilin mart ayının sonlarında mobil telefon vasitəsi ilə danışarkən Universitetini Bakı şəhərində yerləşən Universitetlərdən birinə dəyişmək istədiyini sonuncuya bildirmişdir. Fədayə ona Təqsirləndirilən şəxs adlı şəxs tanıdığını, X2 tələbə köçürmə işlərinə baxdığını, Qüdrətin onun Universitetini dəyişə biləcəyini demişdir. Fədayə Qüdrətin ***-***-**-** saylı telefon nömrəsi istifadə etdiyini, həmin telefon nömrəsinə zəng edib danışmasını demişdir. İfadəsində göstərdiyi bütün hadisəyə onun anası Şahid olmuşdur. 2023-cü ilin mart ayının sonlarında o, anası Vüsalənin yanında istifadə etdiyi ***-***-**-** saylı mobil telefon nömrəsi ilə Qüdrətin istifadə etdiyi 055-499-40- 26 saylı mobil telefon nömrəsinə zəng edərək sonuncu ilə danışmışdır. O, Qüdrətə telefon nömrəsini Fədayənin ona dediyini, Atatürk Universitetinin 2-ci kursunda təhsil aldığını, həmin Universitetdən Bakı şəhərində yerləşən Bakı Dövlət Universitetinə və ya başqa Universitetlərdən birinə keçmək istədiyini demişdir. Qüdrət köçürmə işləri ilə məşğul olduğunu, “əlinin uzun” olduğunu, əvvəllər bir neçə tələbənin oxuduğu Universiteti arzuları ilə dəyişdirdiyini demişdir. Qüdrət 2023-cü ilin sentyabr ayınadək təhsil müəssisəsini Atatürk Universitetindən Bakı Dövlət Universitetinin hüquq fakültəsinə dəyişəcəyini, 2023-cü ilin sentyabr ayından başlayaraq artıq Bakı Dövlət Universitetində təhsil alacağını demişdir. Qüdrət Universitetini dəyişmək üçün ondan ümumilikdə 3000 manat pul alacağını demişdir. Anası Vüsalə ona Qüdrətlə əvvəlcə görüşmələrini, Qüdrətin kim olduğunu əyani şəkildə görmələrini bildirmişdir. O, bu barədə Qüdrətə demiş, sonuncu görüşməyə etiraz etməmişdir. Bir neçə gün sonra o, anası Vüsalə ilə birlikdə Bakı şəhəri Nəsimi rayonunda yerləşən 28 Mall adlı ticarət mərkəzində Qüdrətlə görüşmüşlər. O, Qüdrətin uzunboy, arıq bədən quruluşlu, təxminən 27-28 yaşlı şəxs olduğunu görmüşdür. Qüdrət ona bir neçə Ali məktəb bitirdiyini, diplomlarının olduğunu, Universitet işləri ilə yaxından maraqlandığını, telefonda danışdıqları kimi 3000 manat pulun müqabilində onu Bakı Dövlət Universitetinə keçirəcəyini demişdir. O, 3000 manat pulunun olmadığını, həmin pulu hissə-hissə ödəyə biləcəyini demişdir. Qüdrət onunla razılaşmışdır. 2023-cü ilin mart ayının sonlarında Qüdrət istifadə etdiyi telefon nömrəsi ilə onun istifadə etdiyi telefon nömrəsinə zəng edərək 3000 manat pulun bir hissəsini Qüdrətə göndərməsini, qalan hissəsini isə sonra verməsini demişdir. Bundan sonra Qüdrət adına olan “Leo” adlı bank kartının fotoşəklini onun telefonunun WhatsApp bölməsinə göndərmişdir. 31 mart 2023-cü il tarixdə o, özünə məxsus 1500 manat pulu götürüb yaşadığı Binəqədi qəsəbəsi M.F.Axundov küçəsində yerləşən “Al market” adlı mağazaya getmişdir. 31 mart 2023-cü il tarixdə saat 12:28-də o, həmin mağazada yerləşən “MPay” adlı terminaldan Qüdrətə məxsus sonu “...50932460” nömrəli bank kartına 1500 manat pul köçürmüşdür. O, Qüdrətə məxsus bank kartına 1500 manat pul köçürməyi ilə bağlı ödəniş çəkinin fotoşəklini mobil telefonu ilə çəkib Qüdrətin telefonunun WhatsApp bölməsinə göndərmişdir. Qüdrət sənədlərinin fotoşəklini də sonuncunun telefonuna göndərməsini demişdir. O, şəxsiyyət vəsiqəsinin və tələbə biletinin fotoşəklini mobil telefonu ilə çəkib Qüdrətin telefonunun WhatsApp bölməsinə göndərmişdir. Təxminən 07 aprel 2023-cü il tarixdə Qüdrət istifadə etdiyi telefon nömrəsi ilə onun istifadə etdiyi telefon nömrəsinə zəng edərək pulun qalan hissəsini də göndərməsini demişdir. Bundan sonra Qüdrət adına olan "xxxx" adlı bank kartının fotoşəklini onun telefonunun WhatsApp bölməsinə göndərmişdir. 09 aprel 2023-cü il tarixdə o, özünə məxsus 1000 manat pulu götürüb yaşadığı Binəqədi qəsəbəsi Gülüstan küçəsində yerləşən Asim market adlı mağazaya getmişdir. 09 aprel 2023-cü il tarixdə saat 16:18-də o, həmin mağazada yerləşən “eManat” terminalından Qüdrətə məxsus 416973******3488 nömrəli bank kartına 1000 manat pul köçürmüşdür. O, Qüdrətə məxsus bank kartına 1000 manat pul köçürməyi ilə bağlı ödəniş çekinin fotoşəklini mobil telefonu ilə çəkib Qüdrətin telefonunun WhatsApp bölməsinə göndərmişdir. O, mobil telefon vasitəsi ilə Qüdrətlə danışarkən sonuncu onun işi ilə məşğul olduğunu, söz verdiyi vaxta qədər onu Bakı Dövlət Universitetinə keçirəcəyini demişdir. 2023-cü ilin iyul ayının axırlarında Qüdrət mobil telefon vasitəsi ilə ona zəng edərək qalan 500 manat pulu da sonuncuya məxsus "xxxx" kartına göndərməsini demişdir. 30 iyul 2023-cü il tarixdə o, özünə məxsus 500 manat pulu götürüb yaşadığı Binəqədi qəsəbəsi Gülüstan küçəsində yerləşən Asim market adlı mağazaya getmişdir. 30 iyul 2023-cü il tarixdə saat 21:15-də o, həmin mağazada yerləşən “eManat” terminalından Qüdrətə məxsus 416973******3488 nömrəli bank kartına 500 manat pul köçürmüşdür. O, Qüdrətə məxsus bank kartına 500 manat pul köçürməyi ilə bağlı ödəniş çekinin fotoşəklini mobil telefonu ilə çəkib Qüdrətin telefonunun WhatsApp bölməsinə göndərmişdir. 17 avqust 2023-cü il tarixdə Qüdrət onun telefonuna zəng edərək Türkiyə Respublikasında olduğunu, onun işini həll etmək üçün getdiyini, ona məxsus tam orta təhsil haqqında attestatı Universitetdən götürüb sənədlərinin içərisinə qoyacağını, sentyabr ayında dərslərin başlayacağını, Bakı Dövlət Universitetində attestatının lazım olacağını demişdir. Qüdrət Ərzurum şəhərindən uzaq bir ərazidə olduğunu, attestatını götürmək üçün Universitetə getməklə bağlı pul lazım olduğunu demiş və bunun üçün ondan 300 manat pul istəmişdir. O, Qüdrətə 300 manat pulunun olmadığını, 150 manat pul verə biləcəyini demişdir. Qüdrət onunla razılaşıb 150 manat pulu sonuncuya məxsus bank kartına göndərməsini demişdir. Bununla bağlı o, həmçinin, mobil telefonunun WhatsApp bölməsi ilə Qüdrətlə sms yazışması aparmışdır. 17 avqust 2023-cü il tarixdə saat 23 radələrində o, yaşadığı ünvan 1-də mobil tətbiq vasitəsi ilə özünə məxsus 4127 2093 0601 3357 nömrəli ABB bank kartından Qüdrətə məxsus xatırlamadığı bank kartına 150 manat pul göndərmişdir. Bununla da, o, Qüdrətə ümumilikdə 3150 manat pul göndərmiş olmuşdur. 2023-cü ilin sentyabr ayının əvvəllərində dərslərin başlamasına bir neçə gün qalmış o, Qüdrətlə əlaqə saxlaya bilməmişdir. Belə ki, o, Qüdrətin istifadə etdiyi telefon nömrəsinə dəfələrlə zəng etsə də, telefon nömrəsinə zəng çatmamışdır. O, Qüdrətin onu aldatdığını bilmiş və bu səbəbdən Bakı Dövlət Universitetinə getməmişdir. O, mobil telefonunun WhatsApp bölməsi ilə Qüdrətə onu aldatması, pulunu ələ keçirməsi ilə bağlı çoxsaylı sms yazmışdır. Bir neçə gün sonra Qüdrət onun işi ilə məşğul olması barədə onun telefonunun WhatsApp bölməsinə sms yazmışdır. Lakin, o, Qüdrətə inanmamış və sonuncudan pulunu qaytarmasını tələb etmişdir. Qüdrət onun pulunu qaytarmamış və 19 sentyabr 2023-cü il tarixdə o, mobil telefonu ilə 102-yə zəng edərək Qüdrətin barəsində şikayət etmişdir. Bundan sonra o, Bakı şəhəri Binəqədi rayon polis İdarəsinin 43-cü polis bölməsinə ərizə ilə müraciət etmişdir. Qüdrət onun 3150 manat pulunu qaytarmamış, o, sonuncudan etdiyi şikayətini davam etdirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, onun qızı Zərərçəkmiş şəxs 2021-ci il tarixdə Türkiyə Respublikasının Ərzurum şəhərində yerləşən Atatürk Universitetinin Kamu Yönətmək adlı fakültəsinə daxil olmuşdur. Qızı Pərvanə həmin Universitetdə qiyabi təhsil almışdır. 2023-cü fevral ayının əvvəlində Tükiyə Respublikasında zəlzələ olduqdan sonra qızı Pərvanə Türkiyə Respublikasına getməyə qorxduğunu, bu səbəbdən Universitetini Bakı şəhərində yerləşən Universitetlərdən birinə dəyişmək istədiyini demişdir. O, qızı Pərvanənin Universitetini dəyişmək istəməsinə etiraz etməmişdir. 2023-cü ilin mart ayının sonlarında qızı Pərvanə mobil telefon vasitəsi ilə onun yanında Atatürk Universitetində təhsil alan Fədayə adlı qadınla danışarkən sonuncu Universitetini Bakı şəhərində yerləşən Universitetlərdən birinə dəyişmək istədiyini demişdir. Fədayə Pərvanəyə Təqsirləndirilən şəxs adlı şəxs tanıdığını, Qüdrətin Universitetlərin “perevod” işlərinə baxdığını, Qüdrətin Pərvanənin təhsil aldığı Universiteti dəyişə biləcəyini demişdir. Fədayə Qüdrətin ***-***-**-** saylı telefon nömrəsi istifadə etdiyini, həmin telefon nömrəsinə zəng edib danışmasını demişdir. 2023-cü ilin mart ayının sonlarında Pərvanə onun yanında istifadə etdiyi ***-***- **-** saylı mobil telefon nömrəsi ilə Qüdrətin istifadə etdiyi ***-***-**-** saylı mobil telefon nömrəsinə zəng edərək sonuncu ilə danışmışdır. Pərvanə Qüdrətə telefon nömrəsini Fədayənin dediyini, Atatürk Universitetinin 2-ci kursunda təhsil aldığını, həmin Universitetdən Bakı şəhərində yerləşən Bakı Dövlət Universitetinə və ya başqa Universitetlərdən birinə “perevod” almaq istədiyini demişdir. O, da Pərvanənin mobil telefonu ilə Qüdrətlə danışmışdır. Qüdrət “perevod” işləri ilə məşğul olduğunu, tanışlarının vasitəsi ilə əvvəllər bir neçə tələbənin oxuduğu Universiteti arzuları ilə dəyişdirdiyini demişdir. Qüdrət tanışlarının vasitəsi ilə 2023-cü ilin sentyabr ayınadək Pərvanənin təhsil müəssisəsini Atatürk Universitetindən Bakı Dövlət Universitetinin hüquq fakültəsinə dəyişəcəyini, 2023-cü ilin sentyabr ayından başlayaraq artıq Bakı Dövlət Universitetində təhsil alacağını demişdir. Qüdrət Universiteti dəyişmək üçün 3000 manat pul alacağını demişdir. O, Qüdrətlə görüşüb üzbə-üz söhbət etmələrini, sonuncunu tanımadıqlarını demişdir. Bir neçə gün sonra o, qızı Pərvanə ilə birlikdə Bakı şəhəri Nəsimi rayonunda yerləşən 28 Mail adlı ticarət mərkəzində Qüdrətlə görüşmüşlər. Qüdrət onlara bir neçə Ali məktəb bitirdiyini, diplomlarının olduğunu, Universitet işləri ilə yaxından maraqlandığını, telefonda danışdıqları kimi 3000 manat pulun müqabilində Pərvanəni Bakı Dövlət Universitetinə “perevod” etdirəcəyini, həmin puldan Qüdrətə cəmi 300 manat pulun qalacağını demişdir. O, Qüdrətə 3000 manat pulu birdəfəyə deyil, hissə-hissə verə biləcəklərini demişdir. Qüdrət isə razılaşmışdır. 2023-cü ilin mart ayının sonlarında Qüdrət istifadə etdiyi telefon nömrəsi ilə Pərvanənin istifadə etdiyi telefon nömrəsinə zəng edərək 3000 manat pulun bir hissəsini göndərməsini dedimişdir. Qüdrət adına olan “Leo” adlı bank kartının fotoşəklini Pərvanənin telefonunun WhatsApp bölməsinə göndərmişdir. 31 mart 2023-cü il tarixdə Pərvanə özünə məxsus 1500 manat pulu ünvan 2 ünvanında yerləşən “Al market” adlı mağazadakı “MPay” adlı terminaldan Qüdrətə məxsus sonu “50932460” nömrəli bank kartına göndərmişdir. Həmin gün Qüdrət Pərvanədən sənədlərini istəmişdir. Pərvanə şəxsiyyət vəsiqəsinin və tələbə biletinin fotoşəklini mobil telefonu ilə çəkib Qüdrətin telefonunun WhatsApp bölməsinə göndərmişdir. Təxminən bir həftə sonra Qüdrət mobil telefonla Pərvanəyə zəng edərək pulun qalan hissəsini də istəmişdir. Bundan sonra Qüdrət adına olan "xxxx" adlı bank kartının fotoşəklini Pərvanənin telefonunun WhatsApp bölməsinə göndərmişdir. 09 aprel 2023-cü il tarixdə saat 16:18-də Pərvanə özünə məxsus 1000 manat pulu Binəqədi qəsəbəsi Gülüstan küçəsində yerləşən Asim market adlı mağazadakı “eManat” terminalından Qüdrətə məxsus 416973******3488 nömrəli bank kartına göndərmişdir. O, mobil telefon vasitəsi ilə Qüdrətlə danışarkən sonuncu Pərvanənin işi ilə məşğul olduğunu, söz verdiyi vaxta qədər Pərvanəni Bakı Dövlət Universitetinə “perevod” edəcəyini demişdir. 2023-cü ilin iyul ayının axırlarında Qüdrət mobil telefonla Pərvanəyə zəng edərək qalan 500 manat pulu da istəmişdir. 30 iyul 2023-cü il tarixdə Pərvanə özünə məxsus 500 manat pulu Binəqədi qəsəbəsi Gülüstan küçəsində yerləşən Asim market adlı mağazadakı “eManat” terminalından Qüdrətə məxsus 416973******3488 nömrəli bank kartına 500 manat pul göndərmişdir. 2023-cü ilin avqust ayının sonlarında Qüdrət mobil telefonla Pərvanəyə zəng edərək Türkiyə Respublikasında olduğunu, Pərvanənin işini həll etmək üçün getdiyini, sonuncuya məxsus attestatı Universitetdən götürüb sənədlərinin içərisinə qoyacağını, sentyabr ayında dərslər başlayarkən Bakı Dövlət Universitetində attestatın lazım olacağını demişdir. Qüdrət Ərzurum şəhərindən uzaq bir ərazidə olduğunu, attestatı götürmək üçün Universitetə getməklə bağlı pul lazım olduğunu demiş və bunun üçün 300 manat pul istəmişdir. 2023-cü ilin avqust ayının sonlarında Pərvanə yaşadığı Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbəsi Gülüstan küçəsi ev 15-də mobil tətbiq vasitəsi ilə özünə məxsus 4127 2093 0601 3357 nömrəli ABB bank kartından Qüdrətə məxsus bank kartına 150 manat pul göndərmişdir. Bununla da, Pərvanə Qüdrətə ümumilikdə 3150 manat pul göndərmiş olmuşdur. 2023-cü ilin sentyabr ayının əvvəllərində dərslərin başlamasına bir neçə gün qalmış Qüdrət əlaqədən itmiş, onlar Qüdrətlə danışa bilməmişlər. Bundan sonra Pərvanə mobil telefonunun WhatsApp bölməsi ilə Qüdrətə Pərvanəni aldatması, pulunu ələ keçirməsi ilə bağlı çoxsaylı sms yazmışdır. Bir neçə gün sonra Qüdrət Pərvanənin işi ilə məşğul olduğu barədə WhatsApp bölməsinə yalan smslər yazmışdır. Lakin, onlar Qüdrətə inanmamış və pulu qaytarmasını tələb etmişlər. Lakin, Qüdrət Pərvanənin pulunu qaytarmamışdır. Bundan sonra 19 sentyabr 2023-cü il tarixdə Pərvanə mobil telefonu ilə 102-yə zəng edərək Qüdrətin barəsində şikayət etmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarın ləğv olunması və cinayət işinin başlanması haqqında 09 aprel 2025-ci il tarixli qərarından görünür ki, Zərərçəkmiş şəxs müraciəti əsasında toplanmış ilkin yoxlama materialı üzrə 18 iyul 2024cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar ləğv olunmuş və fakt üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır (cild 1, i.v.1). Zərərçəkmiş şəxs qismində tanınma haqqında 15 aprel 2025-ci il tarixli qərardan görünür ki, cinayət işi üzrə Zərərçəkmiş şəxs qismində tanınmışdır (cild 1, i.v.51). 09 may 2025-ci il tarixli qərardan görünür ki, cinayət işi üzrə icraat Azərbaycan Respublikası CPM-in 53.1.1-ci maddəsinə əsasən dayandırılmışdır (cild 1, i.v.69). 04 iyun 2025-ci il tarixli qərardan görünür ki, cinayət işi üzrə dayandırılmış icraat təzələnmişdir (cild 1, i.v.72). 05 iyun 2025-ci il tarixli qərardan görünür ki, cinayət işi üzrə icraat Azərbaycan Respublikası CPM-in 53.1.1-ci maddəsinə əsasən dayandırılmışdır (cild 1, i.v.77). 17 iyun 2025-ci il tarixli qərardan görünür ki, cinayət işi üzrə dayandırılmış icraat təzələnmişdir (cild 1, i.v.80). 31 mart 2023-cü il tarixli 22655 nömrəli qəbzdən görünür ki, həmin tarixdə saat 12:28 dəqiqədə Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbəsi M.F.Axundov küçəsində yerləşən “Al market 3912” adlı mağazada olan 6067 nömrəli “MPay” adlı terminaldan Təqsirləndirilən şəxs məxsus son 8 rəqəmi 50932460 nömrəli olan bank kartı hesabına 1500 manat köçürmə edilmişdir (cild 1, i.v.128). 09 aprel 2023-cü il tarixli 94300 nömrəli qəbzdən görünür ki, həmin tarixdə saat 16:18 dəqiqədə Bakı şəhəri Binəqədi rayonu Gülüstan qəsəbəsində yerləşən “Asim Market” adlı mağazada olan 481 nömrəli “eManat” adlı terminaldan 416973 ******3488 nömrəli olan bank kartı hesabına 1000 manat köçürmə edilmişdir (cild 1, i.v.129). 30 iyul 2023-cü il tarixli 106015 nömrəli qəbzdən görünür ki, həmin tarixdə saat 21:15 dəqiqədə Bakı şəhəri Binəqədi rayonu Gülüstan qəsəbəsində yerləşən “Asim Market” adlı mağazada olan 481 nömrəli “eManat” adlı terminaldan 416973 ******3488 nömrəli olan bank kartı hesabına 500 manat köçürmə edilmişdir (cild 1, i.v.130). Azərbaycan Beynəlxalq Bankının (ABB) 20 iyun 2025-ci il tarixli hesabdan çıxarışından görünür ki, xx.xx.2023-cü il tarixdə Zərərçəkmiş şəxs məxsus 4127 ** **** 3357 nömrəli "xxxx" adlı bank hesabından mobil tətbiq vasitəsi ilə 150 manat pul göndərilmişdir (cild 1, i.v.131-133). “WhatsApp” yazışmalarında Zərərçəkmiş şəxs istifadə etdiyi ***-***-**-** saylı telefon nömrəsi ilə Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı telefon nömrəsi arasında 2023-cü ilin avqust və sentyabr aylarında aparılmış yazışmaların məzmunu qeyd edilmişdir. Həmin yazışmalardan görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs təhsil aldığı Universiteti dəyişmək üçün sonuncudan 1500 manat, 1000 manat və 500 manat, sonra isə Türkiyə Respublikasında yerləşən təhsil aldığı Universitetdə olan attestatını almaq üçün 150 manat pul almış, 2023-cü ilin sentyabr ayının ortalarında o, Zərərçəkmiş şəxs smslərinə cavab yazmamış, sonuncu aldadıldığını bilərək pulunu qaytarmasını tələb etmişdir (cild 1, i.v.134-150). Azərbaycan Respublikası DİN-in Əməliyyat və X4 tərəfindən tərtib edilmiş Tələbnamədən və Bərdə Rayon Məhkəməsinin 08 oktyabr 2024-cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 125-ci və 148-1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinib, CM-in 125-ci maddəsi ilə 03 il 03 müddətə azadlıqdan məhrum edilmiş, CM-in 148-1-ci maddəsi ilə 06 ay müddətə azadlıqdan məhrum edilmişdir (cild 1, i.v.88, 91-112). Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 22 may 2025-ci il tarixli, 1(007)-305/2025 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 2 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 66.5-ci maddəsinə əsasən Bərdə Rayon Məhkəməsinin 08 oktyabr 2024-cü il tarixli hökmü ilə təyin edilmiş 03 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası hazırki hökmlə təyin edilmiş 2 il müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaqla ona 4 il 3 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir (cild 1, i.v.114-122). Sumqayıt Şəhər Məhkəməsinin 08 avqust 2025-ci il tarixli, 1(060)-12/2025 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 2 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 66.5-ci maddəsinə əsasən Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 22 may 2025-ci il tarixli, 1(007)-305/2025 saylı hökmü ilə təyin edilmiş 04 il 03 ay müddətinə azadlıqdan məhrumetmə cəzası hazırki hökmlə təyin edilmiş 2 il müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaqla ona 4 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir (cild 2, i.v.64-71). 20 iyun 2025-ci il tarixli qətimkan tədbiri haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq təcridxanasında məhkum olunduğu müəyyən müddətə azadlıqdan məhrumetmə növündə cəza çəkdiyi nəzərə alınmaqla onun barəsində hər hansı qətimkan tədbirinin seçilməməsi qərara alınmışdır (cild 2, i.v.181-182). İddiaçı Zərərçəkmiş şəxs cavabdeh Təqsirləndirilən şəxs qarşı vurulmuş maddi zərərin qaytarılması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən maddi zərərdən 3150 manat və tərəfindən ödənilən 51.5 manat dövlət rüsumunun onun xeyrinə tutulması barədə məhkəmə aktının qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunu tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası CM-in 178.1ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində Təqsirləndirilən şəxs təqsirliliyi özünün, zərərçəkmiş şəxsin və şahidin ifadələri və işin digər materialları ilə tam sübuta yetirilir və düzgün olaraq onun əməli Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə tövsif edilmişdir. Onun hərəkətlərinə münasibətdə əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə cəza təyini məsələsinə gəldikdə məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs sonuncu dəfə 17 avqust 2023-cü il tarixində ödənişi qəbul etməklə cinayəti həmin tarixdə törətmişdir. İşdə olan Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi birgə ərizəsindən görünür ki, Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən onlar Təqsirləndirilən şəxs barəsindəki cinayət işinə xitam verilməsini xahiş etmişlər. Azərbaycan Respublikası CM-nin 15.2-ci maddəsinə əsasən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza nəzərdə tutulmuş əməllər, yaxud qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi iki ildən artıq olmayan əməllər böyük ictimai təhlükə törətməyən cinayətlər hesab olunur. Bu mənada Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-nin 178.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli böyük ictimai təhlükə törətməyən cinayətdir. Həmin Məcəllənin 75.1.1-ci maddəsinə görə böyük ictimai təhlükə törətməyən cinayətin törədildiyi gündən iki il keçdikdə şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz. Eyni Məcəllənin 75.2-ci maddəsinə əsasən «Müddətlər, cinayətlərin törətdiyi gündən ittiham hökmünün qanuni qüvvəyə mindiyi anadək hesablanır...». Həmin Məcəllənin 75.3-cü maddəsinə görə cinayət törətmiş şəxs istintaqdan və ya məhkəmədən gizlənərsə, müddətin axımı dayanır. Bu halda müddətin axımı, həmin şəxs tutulduğu və ya könüllü gəlib təqsirini boynuna aldığı vaxtdan bərpa olunur. Azərbaycan Respublikası CPM-nin 39.1.3-cü maddəsinə əsasən cinayət məsuliyyətinə cəlbetmə müddətləri keçdikdə cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir. Eyni Məcəllənin 44.2.1-ci maddəsinə əsasən bəraət hökmü və ya cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarılması üçün müvafiq olaraq bu Məcəllənin 42 və 43-cü maddələrində göstərilən əsaslar mövcud olmadıqda, məhkəmə bu Məcəllənin 39.1.3-cü maddəsində nəzərdə tutulmuş halda – təqsirləndirilən şəxsə cəza təyin etməməklə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarını, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi birgə ərizəsini və işin faktiki hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-in 178.1-ci maddəsi üzrə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən müdafiə tərəfinin razılığı ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməsinə dair cinayət işi üzrə icraata xitam verilməlidir. CPM-in 175.5-ci maddəsinə əsasən müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin müvafiq müəssisəsində cəza çəkməsi nəzərə alınmaqla onun barəsində qətimkan tədbirinin seçilməməsi nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 181.1-ci maddəsinə görə əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı aşağıdakı hallarda mülki iddia verməyə haqlıdır: ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda; ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda. Həmin Məcəllənin 181.2-ci maddəsinə görə bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə fiziki və ya hüquqi şəxsə maddi ziyan vurulduqda o, ziyanın ödənilməsi barədə mülki iddia verməklə aşağıdakıları edə bilər:..181.2.1. itirilmiş və ya zədələnmiş əmlakın dəyərinin ödənilməsini..;. Eyni Məcəllənin 179.1-ci maddəsinə görə cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs maddi ziyan vurulması müəyyən edildiyindən və bu mənada sonuncunun vurulmuş ziyanın ödənilməsini tələb etmək hüququ yarandığından zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs mülki iddiası təmin edilməli, mülki cavabdeh Təqsirləndirilən şəxs maddi zərərə görə 3150 (üç min yüz əlli) manat, dövlət rüsumunun əvəzi olaraq 51,5 (əlli bir manat əlli qəpik) manat alınıb zərər çəkmiş şəxs, mülki iddiaçı Zərərçəkmiş şəxs verilməlidir. Azərbaycan Respublikası CPM-in 132.1-ci maddəsinə görə maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən aşağıdakı qaydalara riayət etməlidir:.. 132.1.6. maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Qanunun təsvir edilmiş tələblərinə əsasən məhkəmə hesab edir ki, maddi sübut –03 ədəd ödəniş qəbzləri, 03 vərəqdən ibarət ABB hesabından çıxarış və 17 vərəqdən ibarət WhatsApp yazışlmaları cinayət işinin materiallarında saxlanılmalıdır. Həmçinin qeyd edilməlidir ki, müdafiəçi Bakı şəhəri 11 saylı vəkil bürosunun vəkili Müdafiəçi təqsirləndirilən şəxsə cəmi 30 saat müddətində hüquqi yardım göstərmiş, o cümlədən məhkəmədə iclaslarda iştirak etmiş, cinayət işinin materialları ilə tanış olmuş və digər hərəkətlərdə onun hüquqlarını müdafiə etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarına edilmiş 28 aprel 2025-ci il tarixli dəyişikliyə əsasən isə Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 11 (on bir) manat məbləğində müəyyən edilmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 40, 43.1, 43.3, 321.2.1 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Azərbaycan Respublikası CM-in 178.1-ci maddəsi üzrə cinayət məsuliyyətinə cəlb etmə müddəti Azərbaycan Respublikası CM-in 75.1.1-ci maddəsinə əsasən keçdiyindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməsinə dair cinayət işi üzrə icraata xitam verilsin. Maddi sübutlar – 03 ədəd ödəniş qəbzləri, 03 vərəqdən ibarət ABB hesabından çıxarış və 17 vərəqdən ibarət WhatsApp yazışlmaları cinayət işinin materiallarında saxlanılsın. Mülki iddia təmin edilsin. Təqsirləndirilən şəxs, mülki cavabdeh Təqsirləndirilən şəxs maddi zərərə görə 3150 (üç min yüz əlli) manat, dövlət rüsumunun əvəzi olaraq 51,5 (əlli bir manat əlli qəpik) manat alınıb zərər çəkmiş şəxs, mülki iddiaçı Zərərçəkmiş şəxs verilsin. Təqsirləndirilən şəxs göstərdiyi cəmi 30 (otuz) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı vəkil bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına xidmət haqqı – 330 (üç yüz otuz) manat ödənilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən Elçin Ağayev
Məhkəmə qərarları › İş №1(001)-415/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №1(001)-415/2025
30.09.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver