Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-416/2025 11.09.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Tağıyev Vüsal Adıgözəl oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) X9 Sultan oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X1, müdafiəçi Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, zərər çəkmiş şəxsin nümayəndəsi “M.B.M” Vəkil Bürosunun vəkili Nümayəndə, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.2007-ci il tarixdə Naxçıvan Muxtar Respublikası, Ordubad rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Naxçıvan Muxtar Respublikası, Ordubad rayonu, Azadkənd ərazi dairəsi, Azadkənd kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşayan, barəsində “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra – CM) 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirləndirilməsinə dair, cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs yaşayış sahəsinə və saxlanc yerinə qanunsuz daxil olub özgənin əmlakını xeyli miqdarda gizli olaraq talamaqla təkrarən oğurluq etmişdir. Belə ki, o, tamah niyyəti ilə özgənin əmlakını gizli talamaq məqsədi ilə 31 oktyabr 2024-cü il tarixdə, saat 14 radələrində Zərərçəkmiş şəxs yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mikrorayon, Mir Cəlal küçəsi 59k, 39 nömrəli mənzildə sonucunun qızı Şahid5 dəvəti ilə qonaq olduğu zaman sonuncunun hamam otağında olmasından istifadə edərək giriş qapısının qarşısında olan saxlanc yeri hesab edilən paltar dolabına qanunsuz daxil olaraq oradan Zərərçəkmiş şəxs məxsus 1 ədəd ümumi dəyəri 3.800 manat təşkil edən brilliant qaşlı kulonlu qızıl sepi, 1 cüt dəyəri 210 manat təşkil edən qızıl sırğanı və 1 ədəd dəyəri 800 manat olan “Tiffany” modelli qızıl sepi gizli olaraq talayıb, Zərərçəkmiş şəxs qızma ümumilikdə 4.810 (dörd min səkkiz yüz on) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli talamaq məqsədi ilə 02 dekabr 2024-cü il tarixdə, saat 16 radələrində Zərərçəkmiş şəxs yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mikrorayon, Mir Cəlal küçəsi 59k, 39 nömrəli mənzilin giriş qapısını əvvəlcədən istintaqa məlum olmayan şəraitdə əldə etdiyi açar vasitəsi ilə açıb yaşayış sahəsinə və qonaq otağında yerləşən saxlanc yeri hesab edilən divanın alt tərəfində olan hissəsinə qanunsuz daxil olaraq oradan Zərərçəkmiş şəxs məxsus çəkisi 13 qram təşkil edən 1.475 manat dəyərində 1 ədəd qızıl qolbağı, “dollar” işarəsi formalı çəkisi 8 qram təşkil edən 880 manat dəyərində 1 ədəd qızıl kulonu, “dollar” işarəsi formalı çəkisi 9.6 qram təşkil edən 1.050 manat dəyərində 1 cüt qızıl sırğanı, “dollar” işarəsi formalı çəkisi 6 qram təşkil edən 660 manat dəyərində 1 ədəd qızıl üzüyü, çəkisi 11 qram təşkil edən 1.925 manat dəyərində 1 ədəd qızıl sepi və çəkisi 11 qram təşkil edən 1.210 manat dəyərində 1 cüt qızıl sırğanı gizli olaraq talayıb, Zərərçəkmiş şəxs qızma ümumilikdə 7.200 (yeddi min iki yüz) manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla təkrarən oğurluq etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs CM-in 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək bildirmişdir ki, o, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir, hər hansı əlavəsi yoxdur. Hal-hazırda törətdiyi cinayət əməlindən peşman olmasın bildirib məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsində bildirmişdir ki, Şahid5 ilə bir məktəbdə oxumuş, hal-hazırda o, orta məktəbdə oxuyur. Onunla dostluq münasibəti vardır. Onların yaşadıqları evə gedib-gəlir. Bunu Mələkxammm anası Amaliyə də bilir. 2024-cü ilin sentyabr ayında o, Mələkxanımın xahişi ilə evin açarının surətinin çıxarılması üçün birlikdə Bakı şəhəri, Nəsimi rayonu, 3-cü mikrorayon dairəsi yaxınlığına getmişlər. Orada açar təmiri yerinə daxil olmuş və açarların surətini çıxartmışdır. Açarlardan birini özündə saxlamış ki, Mələkxanımız evlərində işi olanda, qapını aça bilməyəndə özü evin qapısını açıb evə sərbəst girsin. Açarın birini özündə saxlamağını Mələkxanıma bildirməmişdir. 31 oktyabr 2024-cü il tarixdə saat 14 radələrində o, Mələkxanıma yemək aparmışdır. Mələkxanım qapını açıb onu evə buraxmış, sonra özü hamama keçmişdir. Mələkxanım hamamda olan zaman o, giriş qapının qarşısında olan paltar dolabını açıb qızıl olduğunu görmüş və həmin qızılları oğurlamaq qərarına gəlmişdir. Sonra bir cüt sırğa, nazik qolbağı və bir ədəd qadın üzüyünü götürüb cibinə qoymuşdur. Mələkxanımla yemək yeyəndən sonra çıxıb getmişdir. Həmin gün tanışı Cavidana zəng etmiş və işi olduğunu bildirmişdir. Cavdanla görüşən zaman evə pul lazım olduğu üçün qızılları satdığını, anasının bundan xəbəri olduğunu, anasının və qardaşının işdə olması səbəbindən onların qızılları sata bilmədiklərini bildirmişdir. Cavidan onun dediklərinə inanaraq onunla razılaşmışdır. Bundan sonra birlikdə metronun “Memar Əcəmi” stansiyasının yanında yerləşən “Moskva” univermağının yanına getmişlər. Univermağın aşağı hissəsində yerləşən qızılların alğı-satqısı mağazasına daxil olmuşlar və Cavidan bir cüt sırğa, bir ədəd nazik qolbağı və bir ədəd qadın üzüyünü şəxsiyyət vəsiqəsini təqdim etməklə 1270 manata satmışdır. Mağazadan çıxandan sonra Cavidan pulları ona vermişdir. O, əldə etdiyi pulları öz ehtiyacına xərcləmişdir. Bundan sonra xx.xx.2024-cü il tarixdə saat 16 radələrində yenidən Mələkxanımla zəngləşib sonuncunun yaşadığı evə getmişdir. Mələkxanım evdə tək olmuş və o, bundan istifadə edib yenidən oğurluq etmək istəmişdir. Mələkxanımın başının qarışıq olmasından istifadə edib divanı qaldırıb altındakı qabın içərisində olan üzərində dollar formasında kulonu olan 01 ədəd boyunbağını, oxşar formada 01 cüt sırğa, oxşar formada qolbağımı götürmüşdür. Bir müddət evdə qaldıqdan sonra Mələkxanımla sağollaşıb evdən çıxmışdır. Evdən çıxdıqdan sonra tanışı Mahirə zəng edərək evə pul lazım olduğu üçün qızılları satdığını bildirmiş və ona köməklik etməsini xahiş etmişdir. Mahir də onunla razılaşmışdır. Mahirlə görüşdükdən sonra birlikdə ünvan 2 ünvanında yerləşən qızıl qəbulu mağazasına getmişlər. Orada Mahir həmin qızılları şəxsiyyət vəsiqəsini təqdim etməklə 1780 manata satmışdır. Mağazadan çıxandan sonra Mahir pulları ona vermişdir. Mahirin “Azpulmat”a kredit borcu olduğundan və aylıq ödənişini etməyə pulu olmadığından köməklik etməsini xahiş etmiş və o, Mahirə köməklik məqsədi ilə 70 manat vermişdir. O, əldə etdiyi pulları öz ehtiyacına xərcləmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs, X2, X4 və X3 elan edilmiş CM-in 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətmələri öz təsdiqini tapmışdır. Məhkəmə baxışı zamanı dindirilmiş zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, əvvəllər təqsirlədirilən şəxslə bir binada yaşamışdır. Kiçik qızının təqsirləndirilən şəxslə yaxın münasibəti olmuşdur. Onun yaşadığı evdən qızıl-zinət əşyaları oğurlanan vaxtı Təqsirləndirilən şəxs yaşadığı evə gəldiyini bilmişdir. O, Turanın anasına zəng edib, danışmış, sonuncu qızılları oğlunun götürmədiyini və ona verəcək pulunun olmadığını demişdir. O, polisə şikayət ərizəsi vermiş, sonra şikayətini geri götürmüşdür. İkinci dəfə qızı Mələkxanım onunla birlikdə salonda olan vaxtı Turan sonuncuya salonda oturmasını, oradan gəlib götücəyini demiş, həmin vaxt onun yaşadığı evə gedib oğurluq etmişdir. Həmin vaxt Turan özü qapını açıb, içəri girmişdir. Həmçinin ona verilən suallara cavab olaraq bildirmişdir ki, onun evindən iki dəfə oğurluq olmuşdur. Birinci dəfə qızılları dəhlizdə olan dolabdan, ikinci dəfə divanın altından oğurlanmışdır. Ondan ittihamda qeyd edilən qızıllar oğurlanmışdır. O, həmin qızılları ən aşağı qiymətlə hesablatmışdır. Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş zərərin bir hissəsi ödənilmişdir. O, Təqsirləndirilən şəxs evinə gəlib getdiyi vaxt görməmişdir. Birinci dəfə qızıllarını taxıb işə getmək istəyərkən yerində olmadığını aşkar etmişdir. Qızına zəng edib, soruşduqda məlumatsız olduğunu demişdir. Qızı bacısına Turanın onların evinə gəlib yemək verməsi barədə yazdığı mesajı gördükdən sonra Turanın onlarda olduğunu bilmişdir. İkinci dəfə isə qızıllarını istifadə etməsi üçün müdirinə vermək istəyərkən qızılların qoyduğu yerdə olmadığını görmüşdür. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, onlar yenə evə köçdükdə qapının açarının nüsxəsini çıxarmaq üçün Təqsirləndirilən şəxs ilə birlikdə getmiş, həmin vaxt sonuncu açarın bir nüsxəsi özü üçün çıxarmışdır. Həmçinin ona verilən suallara cavab olaraq bildirmişdir ki, onlar yeni evə köçməmişdən əvvəl Təqsirləndirilən şəxsini tanımışdır. Turan onların evində 2-3 dəfə olmuş, həmin vaxt o, da evdə olmuşdur. Turan hər dəfə onların evində 5-10 dəqiqə qonaq otağında oturmuşdur. Həmin vaxt onlar başqa otaqlara da daxil olmuşlar. Təqsirləndirilən şəxs ona qarşı başqa münasibəti olmamışdır. Hal-hazırda aralarında heç bir münasibət yoxdur. O, Turandan nəyə görə oğurluq etdiyini soruşmamışdır. Təqsirləndirilən şəxs onların evində oktyabr ayının sonları, noyabr ayının əvvəllərində olmuşdur. O, Təqsirləndirilən şəxs 2023-cü ildən tanımışdır. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 2024-cü il oktyabr ayının 31-i günün ikinci yarısı Cavidan adlı şəxs yaxınlaşıb 1270 manat dəyərində qızıl zinət əşyası satmışdır. Həmçinin ona verilən suallara cavab olaraq bildirmişdir ki, Cavidan həmin vaxt başqa bir şəxslə birlikdə gəlmişdir. Cavidan həmin vaxt 3 ədəd qızıl əşya gətirmişdir. O, Cavidanın gətirdiyi qızıl əşyaların oğurluq olmasından şübhələnməmişdir. Onun aldığı həmin qızıllar əridilib istifadə edilmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, ona bir nəfər şəxs qızıl-zinət əşyaları gətirib satmışdır. Polis əməkdaşı onun iş yerinə gəlib hadisə barədə məlumat vermiş, o, polis bölməsinə gedib izahat vermişdir. Həmçinin ona verilən suallara cavab olaraq bildirmişdir ki, o, 2025-ci ildən qızıl alğı-satqısı ilə məşğul olmağa başlamışdır. O, qızılı gətirən şəxsi tanımamış, həmin şəxs 19-20 yaşında olmuş, tək gəlmişdir. O, qızıl əşyaları şəxsiyyət vəsiqəsi ilə qəbul etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun dostudur. Turan ona zəng edib, qızıl əşyaları satmaqda köməklik etməsini xahiş etmişdir. O, qızıl əşyaların oğurluq olmasından şübhələnməmişdir. O, Turan ailəsinin ehtiyacı olduğu üçün qızılları satdığını düşünmüşdür. O, 25 qram qızıl əşyaları təxminən 1700 manat satmış, həmin puldan ona Turan 70 manat pul vermişdir. Məhkəmə iclasına çağırılmış Şahid3 məhkəmə iclasında iştirak etməməsini nəzərə alınaraq, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilməklə ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmuşdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2025-ci il tarixli qərardan görünür ki, toplanmış material üzrə fakta görə CM-in 177.2.2-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və istintaqı aparılması üçün icraata qəbul edilmişdir. xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Şahid1 01 vərəqədə “Qızıl və brilyantların alğı-satqı kitabı”ndan çıxarılmış kserosurəti təqdim edərək həmin kserosurətdə Şahid3 1270 manata 3 ədəd qızıl- zinət əşyalarını satması qeyd olunduğunu bildirmişdir. Şahid1 tərəfindən təqdim edilmiş 01 vərəqədə “Qızıl və brilyantların alğı-satqı kitabı”ndan çıxarılmış kserosurət araşdırma materiallarına əlavə edilməsi üçün götürülmüş və protokola əlavə olunmuşdur. xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 27 fevral 2025-ci il tarixdə saat 20:15-də şübhəli şəxs qismində tutulmuşdur. xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Şahid2 01 vərəqədə qəbzin surətini təqdim edərək bildirmişdir ki, Şahid4 qızıl-zinət əşyalarını alarkən həmin qəbzi tərtib etmişdir. Şahid2 tərəfindən təqdim edilmiş 01 vərəqədə qəbzin surəti cinayət işinin materiallarına əlavə edilməsi üçün götürülmüş və protokola əlavə olunmuşdur. xx.xx.2025-ci il tarixli qərardan görünür ki, cinayət işi üzrə əməl CM-in 177.2.2-ci maddəsindən həmin məcəllənin 177.2.2, 29,177.2.2, 29,177.2.3 və 177.2.4-cü maddələrinə tövsif edilmişdir. xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona CM-in 177.2.2, 29,177.2.2, 29,177.2.3 və 177.2.4-cü maddələri ilə nəzərə tutulan ittiham elan olunmuşdur. xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri seçilmişdir. Kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının xx.xx.2025-ci il tarixli 675 saylı rəyindən görünür ki, Yoxlanılan şəxs Təqsirləndirilən şəxs xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik müəyyən edilmir. Təqsirləndirilən şəxs hazırda da hər hansı psixi xəstəlik aşkar olunmur. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs yuxanda göstərilən əməl törədilərkən öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidannda olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hal-hazırda əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və həmin əməli idarə etmək imkanındadır. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hazırda hər hansı psixi xəstəlik aşkar olunmur. Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hazırki psixi vəziyyətinə görə hərəkətlərinin özünə və ətrafdakılara qarşı təhlükəsi yoxdur. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs idrak prosesləri, dünyagörüşü, intellektual imkanlarının normaya uyğun olması müəyyən edilməklə, adaptivlik, ünsiyyətcillik, özünəməxsus mövqeyə və prinsipə malik olmaq və s. kimi fərdipsixi xüsusiyyətlərə malikdir. Onda özündən uydurmağa və başqalarının təsiri altında hərəkət etməyə meyllilik əlamətləri müəyyən edilmədi. Təqsirləndirilən şəxs cinayət törədilən anda əqli inkişafında ruhi xəstəliklə bağlı olmayan gerilik əlamətləri olmamışdır. Təqsirləndirilən şəxs əqli inkişafında gerilik əlamətləri olmamışdır. Təqsirləndirilən şəxs hazırda ifadə vermək qabiliyyətinə və baş verənləri düzgün qavrayıb təsvir edə bilmək imkanına malikdir. xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Şahid1 tərəfindən təqdim olunmuş 01 vərəqədə “Qızıl və brilyantların alğı-satqı kitabı”ndan çıxarılmış kserosurətə baxış keçirilmişdir. Baxışla müəyyən edilmişdir ki, xx.xx.2024-cü il tarixdə Şahid3 03 ədəd 14,15 qram çəkidə qızıl-zinət əşyalarını 1270 manata satmışdır. xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Şahid2 tərəfindən təqdim olunmuş 01 vərəqədə qəbzin surətinə baxış keçirilmişdir. Baxışla müəyyən edilmişdir ki, xx.xx.2024-cü il tarixdə Şahid4 25 qram çəkidə 585 əyarlı qolbaq, sep, sırğanı 1780 manata satmışdır. xx.xx.2025-ci il tarixli Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. xx.xx.2025-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs ifadənin yerində yoxlanılması istintaq hərəkəti zamanı istintaqa verdiyi ifadəsini təsdiq etməklə hadisənin baş vermə mexanizmini əyani şəkildə göstərmişdir. xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Şahid1 tərəfindən təqdim edilmiş 01 vərəqədə “Qızıl və brilyantların alğı-satqı kitabı”ndan çıxarılmış kserosurəti və Şahid2 tərəfindən təqdim edilmiş 01 vərəqədə qəbzin surəti maddi sübut kimi tanınmaqla cinayət işinin materiallarına əlavə edilmişdir. xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Şahid5 ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti aparılmış Şahid5 istintaqa verdiyi ifadəni təsdiq etməklə Təqsirləndirilən şəxs üzünə qarşı demişdir. xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti aparılmış Zərərçəkmiş şəxs istintaqa verdiyi ifadəni təsdiq etməklə Təqsirləndirilən şəxs üzünə qarşı demişdir. xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməli CM-in 177.2.2, 29,177.2.2, 29,177.2.3 və 177.2.4-cü maddələrindən həmin Məcəllənin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrinə tövsif edilmişdir. xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona CM-in 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə nəzərə tutulan yenidən ittiham elan olunmuşdur. xx.xx.2025-ci il tarixli sazişdən görünür ki, Təqsirləndirilən şəxs ilə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs arasında barışıq imzalanmış, Təqsirləndirilən şəxs zərər çəkmiş şəxsə vurulmuş zərərlə bağlı 6000 manat ödəmiş, qalan 6000 manat pulu həya ay 550 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür. Zərər çəkmiş şəxs Amaliya Xudiyeva halhazırda təqsirləndirilən şəxsdən şikayətinin olmadığını bildirmişdir. xx.xx.2025-ci il tarixli və xx.xx.2025-ci il tarixli qəbzlərin surətindən görünür ki, Təqsirləndirilən şəxs ilə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs 1100 manat pul ödəmişdir. Məhkəmə, cinayət işinə təqsirləndirilən şəxslərə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi onun etiraf edici ifadələri ilə yanaşı, mənbəyinin, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərər çəkmiş şəxsin və şahid ifadələri, ekspertiza rəyi, eləcə də istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlləri ibtidai istintaq orqanı tərəfindən CM-in 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Qanunvericiliyin tələblərinə əsasən istintaq zamanı Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-in 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri cinayətlərin təsnifatına görə az ağır cinayətlər hesab olunur. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. CM-in 59.1.2-ci maddəsinə əsasən cinayətin yetkinlik yaşına çatmayan şəxs tərəfindən törədilməsini, həmin Məcəllənin 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxslə barışıq əldə edilməsini, həmin Məcəllənin 59.1.14-cü maddəsinə əsasən cinayət nəticəsində dəymiş ziyanın qismən ödənilməsi və ya ziyanın azaldılması ilə nəticələnmiş digər hərəkətlərin edilməsini, həmin məcəllənin 59.2-ci maddəsinə əsasən törətdiyi cinayət əməlini etiraf edərək əməlindən səmimi peşman olmasını Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilən zaman CM-in 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. Məhkəmədə, Təqsirləndirilən şəxs əməlində CM-in 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsinə baxaraq, onun cəzasını yüngülləşdirən hallarla yanaşı, CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (az ağır cinayət olmasını), təqsirkarın şəxsiyyətini, təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. CM-in 84.1-ci maddəsinə əsasən cinayət törədərkən on dörd yaşı tamam olmuş, lakin on səkkiz yaşına çatmayan şəxslər yetkinlik yaşına çatmayanlar hesab olunur. CM-in 84.2-ci maddəsinə əsasən yetkinlik yaşına çatmayanlar cinayət törətdikdə, onlara cəza təyin edilə bilər. CM-in 85.1-ci maddəsinə əsasən yetkinlik yaşına çatmayanlara cərimə, ictimai işlər, islah işləri, azadlığın məhdudlaşdırılması və müəyyən müddətə azadlıqdan məhrum etmə cəza növləri təyin edilir. CM-in 86.1-ci maddəsinə əsasən yetkinlik yaşına çatmayana cəza təyin edərkən məhkəmə bu Məcəllənin 58-ci maddəsində müəyyən edilmiş hallardan başqa, həmçinin həmin şəxsin həyat və tərbiyə şəraitini, psixi inkişaf səviyyəsini, onun şəxsiyyətinin digər xüsusiyyətlərini və kənar şəxslərin ona təsirini nəzərə alır. CM-in 86.2-ci maddəsinə əsasən cəza təyin edilərkən yetkinlik yaşına çatmama yüngülləşdirici hal kimi, cəzanı yüngülləşdirən və ağırlaşdıran digər hallarla birlikdə nəzərə alınır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yetkinlik yaşına çatmayanların cinayətləri barədə işlər üzrə məhkəmə təcrübəsi haqqında” 30 iyun 2008-ci il tarixli 4 №-li qərarının 11-ci bəndində göstərilir ki, yetkinlik yaşına çatmayanların törətdiyi cinayətə görə cəza təyin olunması haqqında məsələ həll edilərkən CM-in 58-ci maddəsində qeyd olunan (törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirləndirilən şəxsin şəxsiyyəti haqqında məlumatlar, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar) hallardan başqa, həmçinin CM-in 86-cı maddəsində nəzərdə tutulan şərtlər (yetkinlik yaşına çatmamış şəxsin həyat və tərbiyə şəraiti, əqli və psixiki inkişaf səviyyəsi, şəxsiyyətlərinin digər xüsusiyyətləri, yetkinlik yaşına çatmış şəxslərin ona təsiri və s.) də nəzərə alınmalıdır. İlk növbədə azadlıqdan məhrum etməklə əlaqədar olmayan cəzanın tətbiq olunmasının mümkünlüyü müzakirə olunmalıdır. Yetkinlik yaşına çatmayanlara cəza təyin edərkən məhkəmələr nəzərə almalıdır ki, cəza maksimum dərəcədə məhkumun islah və yenidən tərbiyə olunması məqsədinə xidmət etməlidir. Azərbaycan Respublikası tərəfindən 28 iyul 1993-cü il tarixdə qoşulmuş BMT-nin Baş Məclisi tərəfindən 1985-ci il noyabrın 29-da qəbul olunmuş “Birləşmiş Millətlər Təşkilatının yetkinlik yaşına çatmayanlar barəsində ədalət mühakiməsinin həyata keçirilməsinə aid minimal standart qaydaları”nın məhkəmə qərarı çıxarılmasının rəhbər prinsipləri və təsir tədbirlərinin seçilməsi haqqında olan 17-ci bəndində qeyd edilmişdir ki, səlahiyyətli orqan təsir tədbirləri seçərkən təsir tədbirləri həmişə təkcə qanun pozuntusunun şəraiti və ağırlığı ilə deyil, yetkinlik yaşına çatmayanın vəziyyəti və tələbatı, həmçinin cəmiyyətin tələbatı ilə ölçülməsi, yetkinlik yaşına çatmayan şəxsi azadlığını məhdudlaşdırmaq haqqında qərar yalnız məsləyə diqqətlə baxıldıqdan sonra çıxarılmalı və məhdudiyyət mümkün qədər minimuma endirilməsi, yetkinlik yaşma çatmayan qanun pozucusu yalnız başqasına qarşı zor işlətməklə ciddi qanun pozuntusunda günahkar sayıldıqda, həmçinin digər müvafiq təsir növü olmadıqda azadlıqdan məhrum edilə bilməsi prinsiplərini rəhbər tutmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – CPM) 435.4-cü maddəsinə əsasən yetkinlik yaşına çatmayan şəxs barəsində cəza tədbiri seçərkən məhkəmə cəza tədbiri yalnız törədilmiş cinayətin hallarına və ağırlığına deyil, həmçinin yetkinlik yaşına çatmayan şəxsin vəziyyətinə və tələbatına, habelə cəmiyyətin tələbatına uyğun olmalı, yetkinlik yaşına çatmayan şəxsin azadlıqdan məhrum edilməsi ilə bağlı olan cəza tədbiri yalnız həmin məsələnin mükəmməl baxılmasından sonra tətbiq edilməli və imkan daxilində aşağı həddə endirilməlidir. Yetkinlik yaşına çatmayan şəxs ağır və ya xüsusilə ağır cinayətin, habelə ağır nəticələrə səbəb olan zor tətbiq etməklə qəsdən törədilmiş cinayətin və ya digər ağır cinayətin təkrarən törədilməsində təqsirli bilinmədiyi halda onun azadlıqdan məhrum edilməsi məqsədəuyğun deyildir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, cəzaçəkmə müddətinin əvvəli məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini, cəzasını yüngülləşdirən halların olmasını, cəzasını ağırlaşdıran halın olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Məhkəmə, CM-in 52-1-ci maddəsinin tələblərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə daimi yaşayış yeri olan ünvan 1 ünvanını axşam saat 22:00dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Bakı şəhəri hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Məhkəmədə iş materiallarından müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, xx.xx.2025-ci il tarixdə barəsində “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri seçilmiş, saxlanıldığı MSY-dən azad olunmuşdur. Göründüyü kimi, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 27 fevral 2025-ci il tarixdən 01 mart 2025-ci il tarixədək, yəni 2 (iki) gün müddətində şübhəli və təqsirləndirilən şəxs qismində tutulmuşdur. CPM-in 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. CPM-in 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə, CM-in 69.3-cü maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs 27 fevral 2025-ci il tarixdən 01 mart 2025-ci il tarixədək şübhəli və təqsirləndirilən şəxs qismində tutulduğu 2 (iki) gün müddət, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki günü hesabı ilə hesablanıb, ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalıdır. Bununla yanaşı məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs yetkinlik yaşına çatdığına görə, onun barəsində seçilmiş “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ilə əvəz edilməli və hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə, CPM-in 132-ci maddəsinə əsasən hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış, Şahid1 tərəfindən təqdim edilmiş 01 vərəqədə “Qızıl və brilyantların alğısatqı kitabı”ndan çıxarılmış kserosurətin və Şahid2 tərəfindən təqdim edilmiş 01 vərəqədə qəbzin surətinin cinayət işinin materiallarında saxlanılmalıdır. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia, ekspertiza xərci yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən CPM-in 132, 197-198, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona 1 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 27 fevral 2025-ci il tarixdən 01 mart 2025-ci il tarixədək şübhəli və təqsirləndirilən şəxs qismində tutulduğu 2 (iki) gün müddət həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər hesablanmaqla, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq, üzərində qəti olaraq 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə daimi yaşayış yeri olan ünvan 1 ünvanını axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ilə əvəz edilsin və hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış, Şahid1 tərəfindən təqdim edilmiş 01 vərəqədə “Qızıl və brilyantların alğı-satqı kitabı”ndan çıxarılmış kserosurətin və Şahid2 tərəfindən təqdim edilmiş 01 vərəqədə qəbzin surətinin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınsın. Hökmdən elan olunduğu andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Vüsal Tağıyev
Məhkəmə qərarları › İş №1(001)-416/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-416/2025
11.09.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver