Məhkəmə qərarları › İş №1(001)-417/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-417/2022

07.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-417/2022 07.09.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Tağıyev Vüsal Adıgözəl oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Mirzəyev Anar Əkrəm oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1981-ci il tarixdə Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Dəstə kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra - CM) 306.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq qəsdən icra etməmişdir. Belə ki o, cavabdeh kimi ondan 22 may 2020-ci il tarixdən başlayaraq 19 fevral 2007-ci il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün veriləcək alimentin miqdarı sabit pul məbləğində müəyyən olunmaqla hər ay 170,00 manat məbləğində pulun tutularaq Zərərçəkmiş şəxs ödənilməsinə dair Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 06 noyabr 2020-ci il tarixli, 2(006)-3348/2020 saylı qətnaməsini üzürsüz səbəbdən müəyyən olunmuş müddətdə icra etmədiyinə və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 02 avqust 2021-ci il tarixli, 3(001)-2717/2021 saylı qərarına əsasən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməklə təqsirli bilinərək 8 (səkkiz) gün müddətinə həbs tənbeh növü təyin olunmasına və icra sənədindəki tələbi icra etməsi üçün ona 10 sentyabr 2021-ci il, 15 oktyabr 2021-ci il, 26 noyabr 2021-ci il və 07 dekabr 2021-ci il tarixlərdə məsuliyyəti elan olunmaqla rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq cinayət təqibi başlanılması məsələsinə baxılması üçün təqdimat verilən 05 yanvar 2022-ci il tarixədək şəxsi maraq niyyəti ilə Zərərçəkmiş şəxs məhkəmə qətnaməsi üzrə ümumilikdə 3230,00 manat məbləğində borcunu ödəməməklə qeyd edilən məbləğdə sonuncuya maddi ziyan vuraraq qanuni qüvvəyə minmiş məhkəmə aktını qərəzli olaraq qəsdən icra etməmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs CM-in 306.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, 1999-cu ilin mart ayının 17-də Zərərçəkmiş şəxs ilə faktiki nikaha daxil olaraq ailə həyatı qurmuş və onların nikahları 2015-ci ilin yanvar ayının 15-də Bakı şəhəri 1 saylı ASAN Xidməti tərəfindən rəsmiləşdirilmişdir. Birgə nikahlarından 30 iyul 2000-ci il tarixdə Eynulla adlı oğlu və 19 fevral 2007-ci il tarixdə Leyla adlı qızı doğulmuşdur. 2017-ci ilin qış aylarında Zərərçəkmiş şəxs ilə boşanmaq qərarına gəlmişlır. Həmin vaxtdan bir müddət keçəndən sonra Zərərçəkmiş şəxs 2020-ci ilin qış aylarında ondan boşanmağa görə və aliment pulunun alınmasından ötrü aidiyyəti üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmiş və həmin rayon məhkəməsi tərəfindən aralarında bağlanmış nikahları ləğv olunmuş, 22 may 2020-ci il tarixdən başlayaraq 19 fevral 2007-ci il təvəllüdlü Leyla Qafarovanan yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 170 manat məbləğində alimentin ondan alınaraq Zərərçəkmiş şəxs ödənilməsinə dair qətnamə çıxarılmışdır. Qətnamə qanuni qüvvəsini aldıqdan sonra icra olunması məqsədilə aidiyyəti üzrə Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsinə göndərilmiş və həmin qurumdan icra məmuru tərəfindən qeyd edilən məbləğdə alimentin ondan alınaraq keçmiş həyat yoldaşı Zərərçəkmiş şəxs ödənilməsi barədə ona rəsmi qaydada bildiriş təqdim edilmişdir. Qeyd edilən rayon məhkəməsinin qanuni qüvvəyə minmiş qətnaməsi onun tərəfindən icra olunmadığından icra məmuru tərəfindən inzibati məsuliyyətə cəlb olunmağı haqqında protokol tərtib edilərək baxılmasından ötrü aidiyyəti üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilmiş və həmin rayon məhkəməsinin qərarı ilə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən təqsirli bilinərək 8 (səkkiz) gün müddətində inzibati qaydada həbs edilmişdir. Bundan sonra alimentə görə 05 yanvar 2022-ci il tarixədək borclu olduğu 3230 manat məbləğində puldan 430 manat ödəniş etmiş və 2800 manat borcu qalmışdır və əlinə imkan düşdüyü təqdirdə borcunu tam ödəyəcəkdir. Göstərilənləri nəzərə alıb barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs elan edilmiş CM-in 306.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır. Məhkəmə baxışı zamanı dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, 1999-cu ilin may ayının 17-də Təqsirləndirilən şəxs ilə faktiki nikaha daxil olaraq ailə həyatı qurmuş və onların nikahları 2015-ci ilin yanvar ayının 15-də Bakı Şəhəri 1 saylı Asan Xidməti tərəfindən rəsmiləşdirilmişdir. Birgə yaşadıqları dövr ərzində 30 iyul 2000-ci il tarixdə Eynulla adlı bir oğlu və 19 fevral 2007-ci il tarixdə Leyla adlı bir qızı dünyaya gəlmişdir. 2017-ci ilin qış aylarında Təqsirləndirilən şəxs ilə aralarında olan münasibətləri pozulmuşdur. Bundan sonra keçmiş həyat yoldaşı Təqsirləndirilən şəxs övladlarının saxlanmasından ötrü ona maddi cəhətdən köməklik göstərmədiyinə görə və övladlarını tək saxlaya bilmədiyi üçün məcburiyyət qarşısında qalaraq 2020-ci ilin qış aylarında Təqsirləndirilən şəxs boşanmağa görə və aliment pulunun alınmasından ötrü aidiyyəti üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmiş və həmin rayon məhkəməsi tərəfindən aralarında bağlanmış nikahları ləğv olunaraq 22 may 2020-cı il tarixdən başlayaraq 19 fevral 2007-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 170 manat sabit pul məbləğində alimentin keçmiş həyat yoldaşı Təqsirləndirilən şəxs tutularaq ona ödənilməsinə dair qətnamə çıxarılmışdır. Qətnamə qanuni qüvvəsini aldıqdan sonra icra olunması məqsədi ilə aidiyyəti üzrə Bakı şəhəri Binəqədi Rayon İcra Şöbəsinə göndərilmişdir. Lakin keçmiş həyat yoldaşı Təqsirləndirilən şəxs məhkəmə qətnaməsini qərəzli olaraq icra etməmişdir. Məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi Təqsirləndirilən şəxs tərəfindən qərəzli olaraq icra olunmadığından icra məmuru sonuncunun inzibati məsuliyyətə cəlb olunması haqqında protokol tərtib etmiş və baxılmasından ötrü aidiyyəti üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərmiş və qeyd edilən rayon məhkəməsinin qərarı ilə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən keçmiş həyat yoldaşı Şahlar İsmayılov 8 (səkkiz) gün müddətində inzibati qaydada həbs edilmişdir. Lakin qeyd olananlara baxmayaraq Təqsirləndirilən şəxs qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq icra etməmişdir. Keçmiş həyat yoldaşı Təqsirləndirilən şəxs uzun illərdir ki, yaşadığı Bakı şəhərində fərdi olaraq ev tikinti-təmiri işləri ilə məşğul olaraq qazanc əldə etmiş, rəsmi nikahlarından dünyaya gəlmiş doğma övladının saxlanılması üçün alimentə görə borclu olduğu məbləği tam olaraq ödəməyə maddi imkanın olduğu halda, 2022-ci ilin yanvar ayının 5-dək yığılmış 3230 manat borcundan 430 manat məbləğində ödəniş etmiş və 2800 manat məbləğində borcu qalmışdır. Odur ki, Təqsirləndirilən şəxs şikayətçi olduğunu, qeyd edilən məbləğin alınaraq ona verilməsində köməklik göstərilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş şahid Bakı şəhəri Binəqədi Rayon İcra şöbəsinin icra məmuru Şahid1 ifadəsində göstərmişdir ki, şöbəyə daxil olmuş Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 06 noyabr 2020-ci il tarixli, 2(006)-3348/2020 saylı icra sənədinə əsasən 22 may 2020-ci il tarixdən başlayaraq Təqsirləndirilən şəxs 19 fevral 2007-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 170 manat alimentin tutularaq X3 xeyrinə ödənilməli olduğu qeyd edilmişdir. İcra vərəqəsi üzrə 10 noyabr 2020-ci il tarixdə icraata başlanılmış və tələbin icrası barədə borcluya bildiriş verilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 06 noyabr 2020-ci il tarixli, 2(006)- 3348/2020 saylı icra sənədi üzrə borcun ödənilməməsi səbəbindən Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmiş və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 02 avqust 2021-ci il tarixli, 3(001)-2717/2021 saylı qərarına əsasən Təqsirləndirilən şəxs 08 (səkkiz) gün müddətinə inzibati qaydada həbs edilmişdir. 16 avqust 2021-ci il tarixdə borclu Təqsirləndirilən şəxs ölkədən getmək hüququnun müvəqqəti olaraq məhdudlaşdırılması haqqında təqdimatla Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edilmiş və məhkəmənin 14 iyun 2021ci il tarixli, 8(001)-371/2021 saylı qərardadı ilə borclunun ölkədən getmək hüququ müvəqqəti olaraq məhdudlaşdırılmışdır. Borclu Təqsirləndirilən şəxs məşğulluq xidməti orqanında qeydiyyata götürülməsi və müvafiq işlə təmin olunması üçün qeydiyyatda olduğu yer üzrə Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Məşğulluq X6 Şəxsinə və 4 Saylı Ərazi Məşğulluq Mərkəzi Filialına müraciət olunmuşdur. Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Məşğulluq X6 şəxsin 30 avqust 2021-ci il tarixli, 11/173 saylı məktubuna əsasən Təqsirləndirilən şəxsla telefon əlaqəsinin saxlanıldığı zaman onun işlə əlaqədar tələbinin olmadığı məlum olmuşdur. Bundan əlavə 4 Saylı Ərazi Məşğulluq X4 ünvanladığı 14 dekabr 2021-ci il tarixli, **********5 saylı məktubunda Təqsirləndirilən şəxs fərdi qaydada usta işlədiyi, filialdan işlə bağlı heç bir tələbinin olmadığı, bu barədə filiala ərizə ilə müraciət olunduğu məlum olmuşdur. Borclu Təqsirləndirilən şəxs əmlak və gəlirlərinin müəyyən edilməsi üçün müvafiq bank və təşkilatlara sorğular göndərilmiş, həmçinin “Elektron-icra” informasiya sistemində borcluda tələbin yönəldilə biləcəyi pul vəsaiti, daşınar və daşınmaz əmlak aşkar edilməmişdir. Təqsirləndirilən şəxs 10 sentyabr 2021-ci il, 15 oktyabr 2021-ci il, 26 noyabr 2021-ci il və 07 dekabr 2021-ci il tarixlərdə xəbərdarlıqlar olunmuş, lakin tələb təmin edilməmişdir. 03 may 2021-ci il və 10 dekabr 2021-ci il tarixlərdə borclu Təqsirləndirilən şəxs izahatları alınmış və sonuncu 10 dekabr 2021-ci il tarixli izahatında aylıq qazancının 500 – 700 manat olmasını, qətnamə üzrə borcu tələbkarla aralarında olan prinsipə görə ödəməməsini, qətnamənin icra edilməməsinə görə həbs olunmaqdan qorxmamasını bildirmişdir. 17 noyabr 2021-ci il tarixdə borclunun faktiki yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, DSK yolu küçəsində yerləşən 4 nömrəli ünvanına baxış keçirilmış, lakin tələbin yönəldilə biləcəyi hər hansı əmlak, pul vəsaiti aşkar olunmamış və bu barədə müvafiq akt tərtib edilmişdir. İcra sənədi üzrə borclu Təqsirləndirilən şəxs 05 yanvar 2022-ci il tarixə kimi aliment borcu 3230 manat təşkil etmiş və borclu tərəfindən icra sənədi üzrə heç bir məbləğdə tələbkarın xeyrinə ödəniş edilməmişdir. X8 23 dekabr 2021-ci il tarixdə şöbəyə ərizə ilə müraciət edərək Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsinə dair Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İstintaq İdarəsinə təqdimatla müraciət edilməsini xahiş etmişdir. Bu səbəbdən də, Təqsirləndirilən şəxs xəbərdarlıq olunmasına və barəsində inzibati tənbeh tətbiq ediməsinə baxmayaraq məhkəmə qətnaməsinin icrasını təmin etmədiyi üçün 05 yanvar 2022-ci il tarixdə Azərbaycan Respublikasının 306.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunmasına dair təqdimat və əlavə edilmiş materiallar baxılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İstintaq İdarəsinə göndərilmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş şahid Binəqədi Rayon İcra Şöbəsinin icra məmuru Şahid2, məhkəmə baxışı zamanı dindirilmiş digər Şahid1 ilə oxşar məzmunda ifadə verərək, sonuncunun göstərdiyi xüsusatları təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsini qərəzli olaraq icra etməməsi faktına görə CM-in 306.1-ci maddəsi ilə cinayət işi başlanmış və istintaqı aparılması üçün icraata qəbul edilmişdir. xx.xx.2022-ci il tarixli təqdimatdan görünür ki, Bakı şəhəri Binəqədi rayon İcra şöbəsi tərəfindən Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb olunması barədə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İstintaq İdarəsinə təqdimat verilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(006)-3348/2020 nömrəli qətnaməsindən və həmin qətnamə əsasında verilmiş eyni tarixli icra vərəqəsindən görünür ki, Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs arasında bağlanmış 17 yanvar 2015-ci il tarixdə 1 saylı Asan Xidmət Mərkəzi Qeydiyyat Şöbəsində qeydə alınmış nikah pozularaq tərəflərin birgə nikahından olan xx.xx.2007-ci il təvəllüdlü X1 iddiaçı Zərərçəkmiş şəxs yanında qalması müəyyən edilmiş, yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2020-ci il tarixdən başlayaraq hər ay 170 (yüz yetmiş) manat sabit pul məbləğində alimentin Təqsirləndirilən şəxs alınaraq Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. xx.xx.2020-ci il tarixli “İcraata başlamaq haqqında” qərardan və “Tələbin könüllü icrası haqqında” bildirişdən görünür ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(006)-3348/2020 nömrəli icra sənədinə əsasən icraata başlanmış və cavabdeh Təqsirləndirilən şəxs borcunu könüllü ödəməsi barədə bildiriş göndərilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 3(001)-2717/2021 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 8 (səkkiz) gün müddətinə inzibati qaydada həbs edilmişdir. xx.xx.2021-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, DSK yolunda yerləşən fərdi yaşayış evində yaşayır və barəsində Biləcəri qəsəbə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyə heç bir şikayət daxil olmamışdır. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X2 4 saylı Ərazi Məşğulluq filialının 14 dekabr 2021-ci il tarixli, **********5 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs fərdi qaydada usta işlədiyi, filialdan işlə bağlı heç bir tələbinin olmadığını bildirib, bu barədə filiala ərizə ilə müraciət etmişdir. xx.xx.2022-ci il tarixli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. xx.xx.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona CM-in 306.1-ci maddəsi ilə nəzərdə tutulan ittiham elan olunmuşdur. xx.xx.2021-ci il tarixli qərarlardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Məhkəmə, cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 306.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Qanunvericiliyin tələblərinə əsasən istintaq zamanı Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-in 306.1-ci maddəsi cinayətlərin təsnifatına görə az ağır cinayət hesab olunur. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmədə, Təqsirləndirilən şəxs əməlində CM-in 59-cu maddəsində nəzərdə tutulmuş cəzanı yüngülləşdirən hallar və həmin Məcəllənin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilən zaman CM-in 58-ci maddəsinin tələbləri nəzərə alınmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsinə baxaraq, CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (az ağır cinayət olmasını), təqsirkarın şəxsiyyətini (müsbət xarakterizə olunmasını), təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 306.1-ci maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, cəzaçəkmə müddətinin əvvəli məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Məhkəmə, CM-in 52-1-ci maddəsinin tələblərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə daimi yaşayış yeri olan ünvan 1 ünvanını axşam saat 22:00dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Bakı şəhəri hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Bununla yanaşı məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqdim etdiyi hesabata əsasən o, məhkəmə iclaslarında iştirak edərək Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə cəmi 50 (əlli) saat vaxt sərf etmişdir. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmə iclaslarında iştirak edərək ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 50 (əlli) saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərdiyi cəmi 50 (əlli) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 300 (üç yüz) manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia, maddi sübut və ekspertiza xərci yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən CPM-in 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 1 (bir) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə daimi yaşayış yeri olan ünvan 1 ünvanını axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Bakı şəhəri hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında göstərdiyi cəmi 50 (əlli) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 300 (üç yüz) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan edildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Vüsal Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar